Məhkəmə qərarları › İş №1(101)-525/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-525/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-525/2025 17.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:00-da X1 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi – bacısı X4, onun nümayəndəsi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Göyçay rayonu, Alpout kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, Bakı şəhəri, Xətai rayonu, 55 saylı tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 245 və 309.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs iş yoldaşı Şahid2 ilə Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Balakən” kafesində xx.xx.2024-cü il tarixdə görüşərək saat 17:00 radələrindən saat 22:00 radələrinədək yemək yeyib spirtli içki qəbul etdikdən sonra işlədiyi 55 saylı tam orta məktəbin qarşısında saxladığı “Mitshubishi” markalı, “Pajero İO” modelli, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobili götürməkdən ötrü məktəbin qarşısına gəlmiş, sanitar qovşaqdan istifadə etmək üçün məktəbə daxil olarkən məktəbdə gecə gözətçisi işləyən Zərərçəkmiş şəxs birinci mərtəbənin foyesindəki kresloda iş yerində növbəti dəfə yatdığını görmüş, sanitar qovşaqdan istifadə etdikdən sonra iş yerində yatması səbəbindən əvvəllər də aralarında dəfələrlə mübahisələr olduğuna görə əsəbi halda sonuncunun yanına qayıtmış və “Samsung Galaxy A23” markalı mobil telefonuna fotoşəkillərini çəkərək Zərərçəkmiş şəxs yuxudan oyadıb iş yerində yatmasına dair iradını bildirmiş, sonuncu isə iş yerində yatmasında heç bir qüsur olmadığını dedikdə o, bu zəmində aralarında yaranmış növbəti mübahisə zamanı bu kimi hərəkət və davranışından bezərək öz vəzifə səlahiyyətlərini aşıb, yəni vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıqaşkar surətdə kənara çıxan, heç kimin və heç bir halda etmək hüququ olmayan, bıçaqdan istifadə etməklə törədib ağır nəticələrə səbəb olan, Zərərçəkmiş şəxs hüquq və qanuni mənafelərinə mühüm zərər vuran, zor tətbiq edib oturduğu kreslonu sonuncunun altından çəkib ayağa qalxmağa məcbur etdiyi Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində ünvan 3 ünvanında yerləşən 55 saylı məktəbin foyesində müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirərək əvvəl sonuncunun başının sol tərəfinə sağ əli ilə yumruqla zərbələr vuraraq yerə yıxmış, bundan sonra sağ ayağı ilə qarm nahiyəsinə, sol ayağı ilə isə baş nahiyəsinə təpik zərbələri vurmuş, sonra isə yaxasından tutmaqla dəhlizdəki oturacağın üstünə itələmiş və oturmuş vəziyyətdə olan Zərərçəkmiş şəxs başına sağ əli ilə yumruq zərbələri vurmağa davam etmiş, daha sonra avtomobilinin sol ön qapısının cib hissəsində saxladığı, bozumtulgümüşü rəngli metal materialdan hazırlanmış tiyəsinin uzunluğu 145 millimetr və gümüşü rəngli metal materialdan hazırlanmış dəstəyinin uzunluğu 117 millimetr olan soyuq silah hesab olunmayan zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağını götürərək Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sol və sağ yarılarına zərbələr vurmuş, nəticədə sonuncuya dərəcəsinə görə sağlamlığa zərər vumayan xəsarətlərin əlamətlərinə malik döş qəfəsi və qarın nahiyələrində qançırlar və başın təpə nahiyəsində sıyrıqlar, dərəcəsinə görə sağlamlığa yüngül zərər vumanın əlamətlərinə malik başın sol alın-gicgah və sağ alm nahiyələrində hematomalarla qeyd olunan dərialtı qansızmalar, hər iki göz orbitası və gözaltı nahiyələrdə hematomalarla müşayət olunan hər iki göz almasının ağlı qişasında qansızmalar və dərəcəsinə görə sağlamlığa az ağır zərər vumanın əlamətlərinə malik burun sümüklərinin qapalı sınıqları və bu fonda burun nahiyəsinin yumşaq toxumasında şişkinli qançır xəsarətləri, habelə dərəcəsinə görə sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik və mərhumun ölümü ilə bir başa səbəbli əlaqəli olan çoxsaylı Minakov ləkələri, döş və qarın boşluğunda çoxlu miqdarda duru və laxtalı qan və daxili üzvlərin azqanlığı ilə qeyd olunan döş qəfəsinin ön səthinin sol yarısında, sol döşyanı xətlə, sol körpücük xətti arasında (əsasən sol döşyanı xəttə yaxın), sol V-Vİ qabırğalararası nahiyədən daxilə - döş boşluğuna keçib, ətraf toxumaları, ağciyəri və ürəyi dəlib keçən, kəskin və çoxlu qanitirmə ilə müşayiət olunan 1 (bir) ədəd deşilmişkəsilmiş yara və döş qəfəsinin ön səthinin sağ yarısında, sağ döşyanı xətlə, sağ körpücük xətti arasında (əsasən sağ körpücük xəttə yaxın), sağ Vİ-Vİİ qabırğalararası nahiyədən daxilə - döş və qarın boşluqlarına keçib, ətraf toxumaları və qaraciyəri zədələyən, kəskin və çoxlu qanitirmə ilə müşayiət olunan 1 (bir) ədəd, deşilmiş-kəsilmiş yara, ümumilikdə 02 (iki) ədəd daxilə nüfuz edən bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs vəzifə səlahiyyətlərini aşıb ağır nəticələrə səbəb olmaqla xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, bundan sonra sonuncunun hadisə zamanı əynində olmuş qara rəngli idman şalvarını, qara rəngli uzunqol gödəkçəsini, qara rəngli köynəyini, ağ rəngli maykasını, qara rəngli tumanını əynindən çıxararaq məktəbin həyətindəki zibil qutusuna atmış, həmin mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs meyitini hissələrə ayıraraq başını, bədənini, qollarını və əllərini, ayaqlarını ayrı-ayrı sellefonlara yerləşdirmiş, cinsiyyət orqanını kəsərək zibil qutusuna atmış, meyitin bölünmüş hissələrini isə sellofan paketlərə yığaraq öz avtomobilinin yük yerinə qoyub Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsinə gələrək məişət tullantıları olan boş torpaq sahəsində təxminən 01 metr quyu qazaraq basdırmış, bununla da Zərərçəkmiş şəxs meyitinin üzərində təhqiredici hərəkətlər etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.4, 245, 309.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü müəllim yoldaşı Şahid2lə “Koroğlu” metrostansiyasının yanında görüşərək, onunla birgə məktəbin həyətinə gəlmiş, özünəməxsus avtomobili məktəbin həyətində saxlamış, metrodan istifadə etməklə “20 Yanvar” metrostansiyasının çıxışından çıxıb Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yerləşən “Balakən” kafesinə getmişlər. “Balakən” kafesində Rasimlə yemək yeyib, spirtli içki araq və pivə içmişlər. Yeyib-içdikdən sonra Rasim müəllim evinə getmiş, o isə taksi ilə “Koroğlu” metrostansiyasının yanına gəlmişdir. O, avtomobilini götürmək üçün məktəbə getmişdir. Məktəbin həm çöl, həm də içəri qapısının açıq olduğunu görmüş, məktəbə daxil olaraq sanitar qovşaqdan istifadə etmişdir. İşıqlar sönülü olmuş, bu zaman məktəbin gözətçisi Natiqin yatdığını görmüşdür. Natiqlə aralarında yaxşı münasibət olmuşdur. Hətta, Natiq bəzi vaxtlarda tıxacda olmasını, gecikəciyini bildirdikdə o, işdən gec çıxaraq onun gəlməsini gözləmişdir. O, kollektiv içərisində sadə davranmış, direktor müavini kimi yox, sıravi işçi kimi davranmışdır. Hadisə günü məktəbin inzibati binasına daxil olduqda gözətçi Natiqin yatdığını müşahidə etmiş, növbəti gün bu halı onun özünə sübut etmək üçün Natiqin yatdığı yerdə telefonla şəkilini çəkmişdir. Şəkili çəkməkdə məqsədi onun yatmasını özünə göstərmək olmuşdur. Belə ki, o Natiqin əvvəllər də yatmasını sonununcuya desə də, Natiq belə bir halın baş vermədiyini demişdir. O, Natiqin yanına yaxınlaşaraq, əlini taxtaya vuraraq onu yuxudan oyatmış, Natiq onun şəkilini çəkməsi ilə əlaqədar iradını bildirmişdir. O, Natiqə yatdığı zaman heç olmazsa məktəbin qapısını bağlamasını, məktəbin içərisində inventarlar olmasını bildirmişdir. Natiq isə onun dediklərinə məhəl qoymamış və özünə haqq qazandırmışdır. O, Natiqə danışanda ayağa qalxmasını bildirmiş, Natiq “ayağa qalxmasam nə olacaq?” şəklində cavab vermişdir. Aralarında olan bu dialoqdan sonra o, Natiqin oturduğu oturacağı dartmış, bu zaman Natiq ayağa qalxaraq ona əl atmış və əlbəyaxa olmuşlar. Fiziki cəhətdən Natiqdən güclü olduğu üçün sonuncunu yerə yıxmışdır. Yerdə olan zaman Natiq ona qarşı ağır nalayiq söyüşlər söymüşdür. O, Natiqin onu söyməsindən olduqca təsirlənmişdir. Su içmək üçün xidməti otağına tərəf getmək istəmiş, Natiqdən 5-6 metr aralanmışdır. Onun çıxıb getməyinə baxmayaraq Natiq onu söyməkdə davam etmişdir. O, Natiqə sakit olmasını, söyüş söyməməsini desə də, Natiq ona məhəl qoymayıb söyüş söyə-söyə “səhər açılsın gör səni nə edəcəm” deyib onu hədələmişdir. O, bu zaman yaxınlaşıb Natiqi yumruqla baş nahiyyəsindən vurmuş, həmin zərbənin təsirindən Natiq xırıldayaraq yerə yıxılmışdır. O, əl-üzünü yumaq üçün sanitar qovşağa getmiş, qayıtdıqdan sonra Natiqin yerdə uzandığını, ayağa qalxmadığını görmüşdür. O, Natiqə yaxınlaşıb ayağıyla Natiqin ayağından toxunub ayılmasını gözləmiş, Natiqin tərpənmədiyini görüb nəbzini yoxlamış və nəbzində döyüntü olmadığını görmüşdür. O, hələ də, avtomobili çöldə olduğu halda necə avtomobildən gedib bıçaq gətirdiyini fikirləşib tapa bilmir. Sərxoş vəziyyətdə olduğundan zehni “bulanıq” olmuş baş vermiş hadisə də onun psixikasını tam pozmuşdur. O, artıq səhərin açıldığını, bir müddət sonra uşaqların məktəbə gələcəyini görüb, Natiqi avtomobilə qoymaq üçün onu hissələrə ayırmışdır. Ekspertizadan sonra müstəntiq ona Natiqin ürək nahiyyəsinə bıçaq zərbəsi vurmasını desə də, o, heç cür xatırlaya bunu xatırlaya bilməmişdir. Həmçinin, Natiqin cinsiyyət orqanını kəsdiyini də yadına sala bilmir. Natiqin doğranmış meyitini sellofan paketlərə qoyaraq, məktəbdə heç kimin baxmadığı yer olan pilləkanın altına qoymuşdur. Məktəbdə imtahan keçiriləcəyi üçün qapıların X14 əməkdaşları tərəfindən möhürlənəcəyini bildiyindən, pilləkənin altındakı meyit olan paketləri avtomobilinə yığaraq Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən evinin yanına aparıb quyu qazaraq basdırmışdır. Təqsirləndirilən şəxs əlavə olaraq qeyd etmişdir ki, xüsusi Təyinatlı Polis dəstəsində idman üzrə təmiçi kimi çalışmışdır. O, məktəbin təsərrüfat müdiri olduğu üçün mühafizəçi də onun tabeçiliyində olmuşdur. Əvvəllər də Natiq bir neçə dəfə gözətçi işini yerinə yetirən zaman yatmışdır. Onlar hətta ikinci mərtəbədə Natiqin dincəlməsi üçün divan da qoymuşlar. Natiq iş zamanı yatmadığını bildirdiyindən o, Natiqə yatdığını sübut etmək üçün fotoşəkilini çəkmiş və Natiq ona fotoşəkilini çəkdiyi üçün kobud formada irad bildirmişdir. Hadisə günü Rasim müəllimlə birlikdə təxminən 1,5 litr spirtli içki qəbul etmişdir. O, məktəbin həyətinə avtomobilini götürmək üçün gəlmişdir. Avtomobili sürmək üçün ayıq sürücü çağırmağı planlaşdırmışdır. Bıçaq hər zaman onun maşınında olmuşdur. Belə ki, adətən o, dostlarıyla “marafon” qaçışı ilə məşğul olmaq üçün gedir, həmin bıçağı da meyvə və ya çörək doğramaq üçün istifadə etmişdir. Natiq ondan fiziki cəhətdən zəif olmuşdur. Hadisənin baş verməsini sərxoş olması ilə əlaqələndirir. O, Natiqə oturduğu yerdən ayağa qalxmamasını irad bildirmiş, Natiq ayağa qalxmadıqda o, stolu onun altından çəkmişdir. Natiq ona əl atdığı üçün onu vurmuş, Natiq yerə yıxılmışdır. Yerdə olduğu zaman Natiq söyüş söydüyü üçün onun qarın və baş nahiyyələrinə təpik zərbəsi ilə vurmuşdur. Natiqi ayağa qaldırıb stolda oturdaraq nə üçün belə hərəkət etməsini soruşmuşdur. Bu zaman Natiq yenidən söyüş söydüyü üçün sonuncunun baş nahiyyəsindən yumruqla vurmuş, o, xırıldayaraq yerə yıxılmışdır. Natiqin tərpənmədiyini görüb nəbzini yoxlamış, nəfəsinə qulaq asmış və onun ölməsini bilmişdir. Natiqi bıçaqla vurub daxilə nüfuz edən xəsarətlər yetirdiyini xatırlamır. İstintaqdakı ifadəsini tam xatırlamır, belə ki, həmin vaxt “özündə” olmamışdır, şok vəziyyətində olmuşdur. Hansı səbəbdən Natiqin cinsiyyət orqanını kəsib ayrıca atdığını bilmir. Bütün bədən hissələrini torbaya yığmışdır. Artıq gec olduğunu, Natiqin öldüyünü bildiyi üçün X27 zəng etməmişdir. Ona intizam tənbehi verildikdən sonra işdən azad olunacağı barədə xəbərdarlıq edilməmişdir. Sərxoş vəziyyətdə olduğu üçün hadisənin baş verdiyi saatı dəqiq xatırlamır. Meyiti gizlədəndə hava artıq işıqlanmış, hadisədən xeyli vaxt keçmişdir. Nə üçün taksiylə birbaşa evə getmədiyini, məktəbə maşını götürmək üçün gəldiyini xatırlamır. Onun Natiqə irad bildirməyə səlahiyyəti olmuşdur. Əvvəllər aralarında münasibətlər normal olduğu üçün Natiqə danışan zaman ayağa qalxmasını demişdir. Natiqi öldürməyi planlaşdırmamışdır. Natiqin “Müsavat”çı olmasını bilməmişdir. Ara-sıra spirtli içki içmişdir. Spirtli içki içən zaman əvvəllər hər hansı şəxslə mübahisəsi, dava-dalaşı olmamışdır. Hadisə günü İki nəfərə 1,5 litr spirtli içki içmişlər. O, əvvəllər bu miqdardan da artıq spirtli içki içmiş, lakin, bu kimi hallar baş verməmişdir. Bu hadisənin niyə baş verməsini özü də anlaya bilmir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırır ki, Natiqin söyüş söyməsi onu hövsələdən çıxarmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.1966-cı ildə Göyçay rayonu, Alpout kəndində anadan olmuşdur. Orta təhsilini Göyçay rayonu, Alpout kənd tam orta məktəbində almış və 1983-cü ildə məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra 1984-1986cı illərdə Moskva şəhərində hərbi xidmətdə olmuşdur. 1991-ci ildən 1993-cü ilədək Bakı Bədən tərbiyəsi texnikumunda bədən tərbiyyəsi müəllimliyi ixtisası üzrə təhsil almışdır. 1994-cü ildən 1996- cı ilədək Bakı şəhəri, Xətai rayonu 58 saylı orta məktəbdə fiziki tərbiyyə müəllimi işləmişdir. 1996-cı ildən 1999-cu ilədək Qazaxıstan Respublikasının Aktau şəhərində daxili işlər orqanlarında xüsusi təyinatlı polis dəstəsində patrul, baş patrul, MSYnin rəisi, əməliyyatçı vəzifələrində işləmişdir. 1999-cu ildə Bakı şəhərinə qayıtmış və 1999cu ildən 2009-cu ilədək yenidən Bakı şəhəri, Xətai rayonu 58 saylı orta məktəbdə fiziki tərbiyyə müəllimi işləmişdir. 2009-cu ildən hazırki vaxtadək 55 saylı məktəbdə təsərrüfat işlər üzrə direktor müavini vəzifəsində işləmişdir. 1992-ci ildə xalası qızı X12 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 3 qız və 1 oğlan övladı dünyaya gəlmişdir. 2009-cu ildə İradə Məmmədova ilə boşanmışdırlar. Həmin nikahdan olan 1994-cü il təvəllüdlü qızı Günay İslamova evlidir, 2 uşağı var, hal-hazırda Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsində yaşayır. 1996-cı il təvəllüdlü qızı Günel Məmmədova evlidir, Şəmkir rayonunda yaşayır. 1998-ci il təvəllüdlü qızı Ləman İslamova subaydır, hal-hazırda Bakı şəhəri, Nizami rayonunda yaşayır. 2003-cü il təvəllüdlü oğlu Əli İslamov İİİ qrup əlildir. 2013-cü ildə X9 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 2 qız övladı vardır. 2015-ci il təvəllüdlü qızı X21 rayonu 55 saylı məktəbin 5-ci sinfində oxuyur. 2017-ci il təvəllüdlü qızı Lamiyə İslamova isə Xətai rayonu 55 saylı məktəbin 3-cü sinfində oxuyur. X17 “Heydər Əliyev” adına liseydə fiziki tərbiyyə müəlliməsi işləyir. Baş vermiş hadisə ilə əlaqədar göstərmişdir ki, Zərərçəkmiş şəxs 2022-ci ildən tanıyır. Zərərçəkmiş şəxs 2022-ci ildən Xətai rayonu 55 saylı məktəbdə gözətçi işləmişdir. Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında dəfələrlə sözlü mübahisə olmuşdur. Mübahisələrin səbəbi Zərərçəkmiş şəxs ona rəhbər kimi hörmət etməməsi, saymamazlıq etməsi olmuşdur. 09 may 2024-cü il tarixdə “Faşizm üzərində qələbə günü” ilə əlaqədar iş günü olmadığı üçün saat 15 radələrində o, 55 nömrəli tam orta məktəbdə gənclərin çağırışağaqədərki hazırlıq fənni üzrə müəllim işləyən Şahid2 zəng edərək ona şəhərdə yemək yeməyə getməyi təklif etmişdir. Rasim də onunla razılaşdığı üçün o, özünə məxsus “Mitsubishi” markalı, “Pajero İO” modelli, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə saat 16:30 radələrində 55 saylı məktəbə gedərək avtomobili həmin məktəbin qarşısında saxlamış və orada Şahid2 ilə görüşmüşdür. Onlar metro vasitəsilə Bakı Metropoliteninin “20 Yanvar” metrostansiyasına getmişdirlər. Metrodan çıxdıqdan sonra piyada olaraq 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən "Balakən" kafesinə gedərək orada yemək yemiş və ikisi də spirtli içki olaraq araq və pivə qəbul etmişdir. Həmin kafedə kababçı işləyən Şahid3 onun tanışı olduğu üçün hərdən bir onların stoluna yaxınlaşaraq onlarla az miqdarda spirtli içki içmişdir. Saat 22 radələrində Rasimlə birlikdə kafedən çıxaraq taksiyə əyləşmişlər. İlkin olaraq Rasim yaşadığı ünvanın yaxınlığında taksidən enmiş, o isə həmin taksi vasitəsilə yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsinə getmək məqsədi ilə “Koroğlu” metrostansiyasmın qarşısına gəlmişdir. Bu zaman öz avtomobilini 55 saylı məktəbin qarşısında saxladığı yadına düşdüyü üçün geri qayıdaraq avtomobilini götürmək qərarına gələrək yenidən metro vasitəsi ilə 55 saylı məktəbə gəlmişdir. Məktəbin qapısı açıq olmuşdur. Təbii ehtiyacını ödəmək üçün məktəbin sanitar qovşağına getmişdir. Həmin günün gecə gözətçisi Zərərçəkmiş şəxs olmuşdur. O, məktəbin foyesinə daxil olarkən Natiq dəhlizdə, girişdən sol tərəfdə yerləşən kresloda əyləşib yatmışdır. Öz istifadəsində olan “Samsung Galaxy” markalı telefonla Natiqin fotoşəklini çəkmiş və sonra onu yuxudan oyatmışdır. Natiqin yatmış vəziyyətdə fotoşəklini çəkməqdə məqsədi bu barədə məktəbin direktoruna məlumat verəcəyi üçün əlində sübutun olmasını təmin etmək olmuşdur. O, Natiqdən nə üçün yatdığını soruşmuş, Natiq ona yatmağının heç bir problem olmayacağmı bildirmişdir. Natiq onunla oturaq vəziyyətdə danışmış və bu hal onu bərk əsəbiləşdirmişdir. Natiqdən ayağa durmağını tələb etmiş, sonuncu isə ayağa durmaqdan imtina etmişdir. O, Natiqin əyləşdiyi kreslonu altından çəkmiş, Natiq də ayağa qalxıb onun köynəyinin yaxasından tutaraq özünə tərəf dartmış, bu səbəbdən köynəyinin bir düyməsi qırılmışdır. Natiqin bu hərəkətindən əsəbiləşib sağ əli ilə sonuncunun başının sol tərəfmə yumruqla zərbə vurmuş, nəticədə Natiq yerə yıxılmışdır. Natiq yerdə olan zaman onun ünvanına ağır söyüşlər söymüşdür. O, bundan qəzəblənib sağ ayağı ilə Natiqin qarın nahiyyəsinə, sol ayağı ilə isə baş nahiyyəsinə təpik zərbələri vurmuşdir. Sonra Natiqin yaxasından tutub dəhlizdəki otucağa itələmiş və ünvanına təhqirlərdən istifadə etmişdir. Natiq oturaq vəziyyətdə yenə də onun ünvanına ağır söyüşlər söymüşdür. O, yenə Natiqə yaxınlaşıb sağ əli ilə sonuncunun başına yumruq zərbəsi vurmuşdur. Natiq yerə yıxılmış və xırıldamağa başlamışdır. O, 1-2 dəqiqə sonra Natiqə yaxınlaşmış və sonuncunun səs çıxarmadığını görüb öldüyünü zənn etmişdir. O, Natiqin olduğu oturacaqda əyləşib fikirləşməyə başlamışdır. Təxminən 10 dəqiqə sonra sanitar qovşağa gedib əl-üzünü yuyub geri qayıtmış və Natiqin meyitini gizlətmək qərarına gəlmişdir. Natiqin meyitinin avtomobilinin yük yerinə yerləşməyəcəyini fikirləşib onu hissələrə ayırmaq qərarına gəlmişdir. Bunun üçün ilk öncə məktəbin qarşısında saxladığı avtomobilinin sol ön qapısının cib hissəsində olan sapı və tiyəsi gümüşü rəngdə olan mətbəx bıçağını götürmüş, daha sonra məktəbin anbarına daxil olaraq qara rəngli sellofan paketləri götürmüş və Natiqə yaxınlaşmışdır. Mətbəx bıçağı ilə Natiqin sinə və qarın nahiyələrindən iki bıçaq zərbəsi vurmuşdur. Natiqi öldürdüyünə əmin olduqdan sonra sonuncunun hadisə zamanı əynində olan qara rəngli idman şalvarını, qara rəngli uzunqol gödəkçəsini, qara rəngli köynəyini, ağ rəngli maykasını, qara rəngli tumanını əynindən çıxarmış və məktəbin həyətindəki zibil qutusuna atmışdır. Lakin, Natiqin ayağında olan corablarını çıxarmamışdır. Natiqin sol aşağı ətrafını budun çanaq sümüyünə birləşən hissəsindən kəsməyə çalışmış, lakin bıçaq sümüyə dirəndiyi üçün istəyini başa çatdıra bilməmişdir. Bundan sonra Natiqin əvvəlcə sol, sonra sağ ayağını bıçaq vasitəsilə diz nahiyyəsindən kəsmiş və hər ikisini eyni sellofana yerləşdirmişdir. Daha sonra Natiqin əvvəlcə sol, sonra sağ qolunu çiyninə birləşən hissədən kəsmişdir. Lakin, qolları sellofana yerləşmədiyi üçün onun əllərini bilək nahiyyəsindən kəsib ayırmış və eyni sellofana yerləşdirmişdir. Daha sonra Natiqin bədəni sellofana yerləşmədiyi üçün başım boyun nahiyyəsindən kəsmişdir. Natiqin təhqirlərindən əsəbi hələ də soyumadığı üçün sonuncunun cinsiyyət orqanın kəsmiş və məktəbin həyətindəki zibil vedrəsinə atmışdır. O, Natiqin başını ayrı, bədənini ayrı, qollarını və əllərini ayrı, ayaqlarını ayrı sellefonlara yerləşdirmişdir. Qanın axmaması üçün 02 qat sellofandan istifadə etmişdir. Meyitdən necə xilas olmağını və cinayət məsuliyyətdən kənarda qalmaq üçün nə etməli olduğunu fikirləşsə də, ağlına heç nə gəlməmişdir. Çox fikirləşdikdən sonra belə qərara gəlmişdir ki, meyiti izi itirmək məqsədi ilə məktəbin binasında hər hansı bir yerdə gizlətsin. Ona görə də Natiqin sellofan paketlərə bükülmüş meyitini məktəbin pilləkənlərinin altında hər hansı şəxs tərəfindən görünməyən yerdə gizlətmişdir. Natiqin bədənini hissələrə ayıran zaman ətraf az miqdarda qana bulaşmışdır. Bu səbəbdən o, xadimələrin dəhlizi sildiyi dəsmalla döşəməni silmiş və həmin dəsmalı yuyub yenidən sanitar qovşağa qoymuşdur. Natiqin olduğu yerin müəyyən edilməməsi üçün onun mobil telofonunu sındırıb zibil qutusuna atmışdır. Bundan sonra o, öz avtomobili ilə yaşadığı evə getmişdir. xx.xx.2024-cü il tarixdə, saat 05 radələrində yenidən məktəbə qayıtmış, Natiqin istifadəsində olmuş “Chevrolet” markalı, “Aveo” modeli i avtomobilinin açarı əyləşdiyi yerdə olan masanın üzərində olmuşdur. Natiqin avtomobilini sürüb “Ağ şəhər yaşayış massivi”nin yaxınlığında saxlamış və yenidən 55 saylı məktəbə qayıtmışdır. xx.xx.2024-cü il tarixədək adi qaydada həyatına davam etmiş və bu dövrdə Natiqin hissələrə bölünmüş meyiti məktəbin pilləkənlərinin altında qalmışdır. xx.xx.2024-cü il tarixdə 55 saylı məktəbdə imtahan keçiriləcəyi üçün xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində X14 əməkdaşları məktəbə gələrək sinif otaqlarını və məktəbin giriş-çıxışını yoxlamışdırlar. O da DİM-nin əməkdaşlarına köməklik göstərmişdir. Daha sonra saat 12 radələrində Zərərçəkmiş şəxs sellofan paketlərə yığılmış meyitini məktəbdən çıxarmış və öz avtomobilinin yük yerinə yerləşdirmişdir. DİM-nin əməkdaşları məktəbə heç kimin daxil olmaması üçün məktəbin qapılarına möhür vuraraq getmişdirlər. xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Natiqin meyitini öz avtomobili ilə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Fırtına quşu pioner düşərgəsində yerləşən evinin qarşısına gətirmişdir. Avtomobili çöldə saxlayıb, evdə paltarlarını dəyişmişdir. Arvadı və uşaqları həmin vaxt evdə olmuşdur. Onlara demişdir ki, çölə çıxıb evin qarşısını təmizləyir. Natiqin meyitini avtomobilinin yük yerindən çıxarıb evinin yaxınlığındakı məişət tullantıları olan boş torpaq sahəsində təxminən 01 metr quyu qazaraq basdırmışdır. Fləmin vaxt ətrafa diqqət yetirmişdir ki, onu heç kim görməsin. Eyni zamanda arvadı və uşaqlarının da onu görməməsi üçün evdən çıxmamalarını, çöldə təmizlik işlərini gördükdən sonra evə qayıdacağını demişdir. Odur ki, Zərərçəkmiş şəxs meyitini torpağa basdırmağını heç kim görməmiş və bu barədə heç kimin məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onu Zərərçəkmiş şəxs itkin düşməsi ilə bağlı dindirən zaman törətdiyi cinayət əməlini etiraf etmişdir. Həmçinin bildirmişdir ki, o özü baş vermiş hadisə zamanı heç bir xəsarət almamışdır. Zərərçəkmiş şəxs xəsarətləri yumruq və təpik zərbələri ilə yetirmiş, eyni zamanda sonuncunun bədən səthinə iki bıçaq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs öldürməsi və daha sonra meyitini torpağa basdırmağı barədə nə ailə üzvləri, nə də hər hansı digər şəxsə heç nə deməmişdir. Natiqə bədən xəsarətləri yetirən zaman sonuncu heç kimi köməyə çağırmamış, çünki ona heç bir imkan verməmişdir. Hadisəni görən və eşidən olmamışdır. Cinayəti törətməkdə istifadə etdiyi bıçağı meyvə kəsmək üçün istifadə etmiş, eyni zamanda avtomobilinin benzin qapağı açılmadığı üçün həmin bıçaq vasitəsilə açmışdır. Hadisə zamanı bədən səthində və paltarlarında qan izləri olmamışdır. Bıçağın tiyəsi qan olduğu üçün bıçağı məktəbin sanitar qovşağında yumuşdur. O, heç bir ruhi və ya psixi xəstəlikdən əziyyət çəkmir, heç bir dərman qəbul etmir. Narkotik vasitə heç vaxt qəbul etməmiş, hərdən bir spirtli içki içmişdir. Hadisə vaxtı da spirtli içkinin təsiri altında olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, hadisə baş verən zaman Türkiyə Respublikasında olmuşdur. Tez-tez qardaşı Natiqlə əlaqə saxlamışdır. O, yenə də hər zamanki kimi qardaşı Natiqə mesaj yazmış, lakin, Natiq onun mesajına ümumiyyətlə baxmadığı üçün narahat olmuşdur. İki gün keçdikdən sonra isə daha da narahat olduğu üçün bacısı oğluna zəng edərək, qardaşı Natiqi maraqlanmışdır. Bacısı oğlu da Natiqdən xəbərlərinin olmadığını, lakin, “Müsavat Partiyası” üzvü olduğu üçün ola bilər ki, polislər tərəfindən saxlanılmasını bildirmişdir. O, bacısı oğlundan polisə gedərək, Natiq barədə maraqlanmasını istəmişdir. 72 saat keçdikdən sonra polislərdən Natiqin işlədiyi məktəbin direktor müavini tərəfindən öldürüldüyünü öyrənmişlər. Natiq ümumiyyətlə sakit, heç zaman söyüş söyməyən bir insan olmuşdur. Qardaşıyla tez-tez əlaqə saxlamış, məktəbdə kiminləsə arasında mübahisə və ya hər hansı problemin olmasını ona deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 6 mart 2023-cü il tarixdən Bakı şəhəri, Xətai rayonu, 55 nömrəli tam orta məktəbdə “Gənclərin çağırışağaqədərki hazırlıq” fənni üzrə müəllim işləmişdir. Təqsirləndirilən şəxs həmin məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. Onu həmin məktəbdə işə başlayan vaxtdan tanımışdır. Zərərçəkmiş şəxs isə məktəbin gecə gözətçisi olmuş, onu da həmin vaxtı tanımışdır. 9 may 2024-cü il tarixdə “Qələbə günü” ilə əlaqədar iş günü olmadığı üçün saat saat 16:30 radələrində Elsevər ilə görüşüb 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən “Balakən” kafesinə gedərək orada yemək yeyərək, spirtli içki araq və pivə qəbul etmişlər. Həmin kafedə kababçı işləyən Şahid3 isə Elsevərin tanışı olmuşdur. Malik də hərdən onların masasına yaxınlaşıb onlarla spirtli içki içmişdir. Saat 22 radələrində kafedən çıxıb taksi sifariş verərək evə getmişlər. İlk növbədə o, maşından düşüb evinə getmiş, Elsevər də evinə getdiyini ona demişdir. Daha sonra evə gedərək yatmışdır. Səhəri gün saat 12 radələrində Elsevərə zəng edib onun hal-əhvalı ilə maraqlanmışdır. Elsevər hazırda avtomobil idarə etdiyini, danışa bilmədiyini, lakin hər şeyin yaxşı olduğunu bildirmişdir. 13 may 2024-cü il tarixdə səhər saatlarında işə gedərkən öyrənmişdir ki, Zərərçəkmiş şəxs iş yerində yoxdur və haraya getməsi barədə heç kimə məlumat verməmişdir. 14 may 2024-cü il tarixdə günorta saatlarında məktəbdə olarkən məlumat almışdır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 10 may 2024-cü il tarixə keçən gecə öldürüb və Xətai RPİ-nin əməkdaşları tərəfindən tutulub. Elsevərin Natiqi öldürməsi barədə məlumatı olmamış və Elsevər də bu barədə ona heç nə deməmişdir. Səhəri gün iş günü olmadığı üçün məktəbə getməmişdir. Elsevərlə isə bir dəfə telefon danışığı olmuş, zəng edib hal-əhvalını soruşmuşdur. Elsevər isə avtomobil idarə etdiyini, yaxşı olduğunu, lakin hazırda danışa bilmədiyini bildirmişdir. Həftənin 1-ci günü işə getmiş və məktəbdə Zərərçəkmiş şəxs qapıları açıq qoyub getməsini eşitmişdir. Elsevərin maşını məktəbin qarşısında olmuşdur. Elsevər evə gedəcəyini demişdir. İşlədiyi müddətdə Təqsirləndirilən şəxs intizam tənbehi almamışdır. 55 nömrəli məktəbdə 2 ildir ki Elsevərlə birlikdə işləmişdir. Elsevərin işlədiyi müddət ərzində məktəbin hansısa işçi ilə mübahisə, dava etdiyinə şahid olmamışdır. Zərərçəkmiş şəxs də iş zamanı tanımış, yaxın əlaqəsi olmamışdır. Elsevər ona Zərərçəkmiş şəxslə münasibətlərinin pis olduğu barədə nəsə deməmiş, nə də başqa kimdənsə belə bir şey eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. 2020-ci ildən etibarən Bakı şəhəri, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən “Balakən” kafesində kababçı işləyir. Təqsirləndirilən şəxs bir neçə dəfə öz dostları ilə birlikdə işlədiyi kafeyə gələrək yeyibiçmişdir. O da bəzən Elsevər və dostları ilə birlikdə əyləşmişdir. 9 may 2024-cü il tarixdə səhər saatlarında Elsevər ona zəng edərək dostu ilə birlikdə axşam kafeyə gələcəyini bildirib, boş yer saxlamasını istəmişdir. Saat 18:00 radələrində Elsevər dostu ilə birlikdə kafeyə gəlmiş və yeyib-içməyə başlamışlar. Elsevər dostu ilə spirtli içki araq içmişdir. Hərdən o da Elsevərin əyləşdiyi stola yaxınlaşaraq az miqdarda spirtli içki qəbul etmişdir. Saat 22:00 radələrində Elsevər və dostu kafedən çıxıb getmişlər. 14 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs işlədiyi 55 nömrəli tam orta məktəbdə mühafizəçini öldürməsi barədə televizor vasitəsilə xəbər almışdır. Həmin vaxta kimi Elsevərlə cəmi bir dəfə mobil telefon vasitəsi ilə danışığı olmuş, Elsevər ona zəng edərək hal-əhval tutmuşdur. Təqsirləndirilən şəxs işlədiyi məktəbdə mühafizəçini öldürməsi ilə bağlı ona heç nə deməmiş və onun bu hadisədən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2021-ci il tarixdən hazırki vaxtadək Bakı şəhəri, Xətai rayonu 55 nömrəli tam orta məktəbdə direktor vəzifəsində işləyir. Təqsirləndirilən şəxs xx.xx.2009-cu ildən etibarən 55 nömrəli məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. Mərhum Zərərçəkmiş şəxs isə xx.xx.2021-ci il tarixdə onun əmri ilə 55 nömrəli məktəbin gecə gözətçisi işinə qəbul edilmişdir. Natiqin işə günaşırı olaraq günorta saat 16:00-da gəlmiş, səhər 08:00-da isə işdən çıxmışdır. 10 may 2024-cü il tarixdə, səhər saatlarında işə gəldiyi zaman Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs məktəbin qapılarını açıq qoyaraq getdiyini bildirmişdir. O isə Elsevər müəllimdən Zərərçəkmiş şəxs ilə mütəmadi əlaqə saxlayaraq onun harada olması barədə xəbər almasını və məlumat verməsini istəmişdir. Lakin, Zərərçəkmiş şəxs ilə əlaqə saxlamaq mümkün olmamışdır. Elsevər də Natiqə zəng etdiyini, mesaj yazdığını, lakin heç bir cavab ala bilmədiyini bildirmişdir. Səhəri gün artıq digər gözətçinin növbəsi olmuş, lakin, onlar hələ də Natiqlə bağlı məlumat əldə edib, onunla əlaqə saxlaya bilməmişlər. Həmin gün Natiqin bacısı oğlu məktəbə gələrək digər gözətçidən dayısı Natiq barədə məlumat almaq istədiyini bildirmiş və dayısının harada olması barədə onun və digər ailə üzvlərinin də məlumatı olmadığını demişdir. Onlar həmin gün öyrənmişlər ki, Natiq evə getməmişdir və onun harada olmasını ailə üzvləri də bilmir. Həmin gün Natiqin ailə üzvləri polisə müraciət etmişlər. 2-3 gün sonra hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək məktəbin təhlükəsizlik kameralarına baxmaq istədiklərini bildirmişlər. Onlar üçün müvafiq şərait yaradaraq kameralara baxmalarını təmin etmişdir. Hüquqmühafizə orqanlarının əməkdaşları kamera görüntülərinə baxaraq getmişlər. Bir neçə saat sonra onlar geri qayıdaraq “Təhlükəsiz Şəhər” kamera görüntülərinin vaxtı ilə məktəbin kamera görüntülərinin vaxtını qarşılaşdırmışlar. Daha sonra Təqsirləndirilən şəxs saxlayıb məktəbdən aparmışlar. Təqsirləndirilən şəxs işlədiyi müddətdə ərzində 3 dəfə intizam tənbehi almışdır. Anbar sənədlərinin uçotu kitabını vaxtında işləmədiyi üçün ona töhmət vermişdir. İşlədiyi müddət ərzində valideynlər Elsevərin şagirdlərə qarşı aqressiyasının olması barədə hər hansı şikayət etməmişlər. Elsevərə intizam tənbehləri verildikdən sonra onun işdən azad olunmasına dair yuxarı orqan qarşısında məsələ qaldırmamışdır. Onun Zərərçəkmiş şəxs ilə bağlı hər hansı bir məsələ ilə əlaqədar Təqsirləndirilən şəxs işdən çıxartmaq kimi bir niyyəti olmamış, kiməsə belə bir niyyətimin olmasını deməmişdir. Şahid1 əlavə olaraq qeyd etmişdir ki, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir. Hazırda Elsevərə 3 dəfə tənbeh verdiyini deyərək yanılmış ola bilər, ola bilsin ki, 2 dəfə tənbeh vermişdir. Elsevər kollektivdə nüfuza sahib şəxs kimi yüksək keyfiyyətləri ilə səciyyələndirilmişdir. Hətta işçilər xəstələnəndə maşınla onları evlərinə, xəstəxanaya aparmışdır. Elsevərlə Zərərçəkmiş şəxs münasibətlərinin pis olması barədə nəsə eşitməmişdir. Onların heç biri digərindən ona şikayət etməmişdir. Lakin, hadisə baş verməzdən təxminən ay yarım əvvəl Elsevər ona Zərərçəkmiş şəxs bir dəfə işdə yatdığını demişdir. Qapını döydükdə Natiq qapını gec açdığı üçün bu qənaətə gəldiyini bildirmişdir. Elsevərdən bununla bağlı Natiqin izahatını alıb-almadığını soruşmuş, o isə ilk dəfə olduğu üçün izahatını almadığını, lakin, bir daha belə hala yol verərsə, izahatını alacağını demişdir. Hadisə barədə hüquq-mühafizə orqanlarının əməkdaşları onun otağına ikinci dəfə gələndə məlumatı olmuşdur. Əməkdaşlarla birlikdə kameraya baxmış və onlar “Təhlükəsiz Şəhər” kamera görüntülərini də göstərmişlər. Əməkdaşlar ilk dəfə vaxtı hələ dəqiqləşdirə bilməmişlər, buna görə ikinci dəfə yenidən gəlmişlər. Məktəbin kamera görüntüləri tam aydın olmadığı üçün hadisəni tam görə bilməmiş, şəxsləri seçə bilməmişdir. Videogörüntüdə sadəcə iki şəxsin olması, onlardan birinin döşəmədə uzanması, digər şəxsin isə ayaq üstə olması görünmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən hadisə yeri ünvan 3 ünvanında yerləşən 55 nömrəli tam orta məktəbdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli meyitin basdırıldığı yerə baxış keçirilməsi haqqında protokoldan görünür ki, qeyd olunan torpaq sahəsi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi, “Fırtına quşu düşərgəsi”nin yaxınlığında yerləşir. Təqsirləndirilən şəxs göstərdiyi yer qazılaraq müəyyən olunmuşdur ki, torpağın altında sellofan paketlərə yığılmaqla hissələrə ayrılmış insan meyiti torpaqdan çıxarılmış və Təqsirləndirilən şəxs həmin meyitin Zərərçəkmiş şəxs məxsus olmasını, həmin meyiti onun özünün orada basdırmasını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, ifadəsinin yerində yoxlanılması aparılan zaman Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən 55 nömrəli tam orta məktəbin foyesini göstərərək Zərərçəkmiş şəxs həmin ünvanda yumruq və təpik zərbələri vurmaqla, daha sonra özündə olan mətbəx bıçağı ilə bədən səthinin döş və qarın boşluqlarına xəsarətlər yetirməklə qəsdən öldürdüyünü bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X22 Şəxsin Xətai rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 51 nömrəli rəyində aşağıdakılar göstərilmişdir:

1. Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası zamanı bədənində aşağıdakı qrup xəsarətlər aşkar edilmişdir: meyitin müxtəlif hissələrə iti üsulla əsasən tam və qismən ayrılması, meyit yaşılı və çürümə emfızeması dəyişiklikləri fonunda kəskin qanitirmə. Döş qəfəsinin ön səthinin sol yarısında, sol döşyanı xətlə, sol körpücük xətti arasında (əsasən sol döşyanı xəttə yaxın), sol V-Vİ qabırğalararası nahiyədən daxilə döş boşluğuna keçib, ətraf toxumaları ağciyəri və ürəyi dəlib keçən, kəskin və çoxlu qanitirmə ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara. Döş qəfəsinin ön səthinin sağ yarısında, sağ döşyanı xətlə, sağ körpücük xətti arasında (əsasən sağ körpücük xəttə yaxın), sağ Vİ- Vİİ qabırğalararası nahiyədən daxilə döş və qarın boşluqlarına keçib, ətraf toxumaları və qaraciyəri zədələyən, kəskin və çoxlu qanitirmə ilə müşayiət olunan bir ədəd deşilmişkəsilmiş yara. Ürəkdə çoxsaylı Minakov ləkələri. Döş və qarın boşluğunda çoxlu miqdarda duru və laxtalı qan. Daxili üzvlərin azqanlığı. Baş beyin maddəsinin ödemi. Burun sümüklərinin qapalı sınıqları və bu fonda burun nahiyəsinin yumşaq toxumasında şişkinli qançır. Başın sol alın-gicgah və sağ alın nahiyələrində hematomalarla qeyd olunan dərialtı qansızmalar. Hər iki göz orbitası və gözaltı nahiyələrdə hematomalarla müşayət olunan hər iki göz almasının ağlı qişasında qansızmalar. Döş qəfəsi və qarm nahiyələrində qançırlar və başın təpə nahiyəsində sıyrıqlar.

2. Bu xəsarətlərdən ürəkdə çoxsaylı Minakov ləkələri, döş və qarın boşluğunda çoxlu miqdarda duru və laxtalı qan və daxili üzvlərin azqanlığı ilə qeyd olunan döş qəfəsinin ön səthinin sol yarısında, sol döşyanı xətlə, sol körpücük xətti arasında (əsasən sol döşyanı xəttə yaxın), sol V-Vİ qabırğalararası nahiyədən daxilə - döş boşluğuna keçib, ətraf toxumaları, ağciyəri və ürəyi dəlib keçən, kəskin və çoxlu qanitirmə ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara və döş qəfəsinin ön səthinin sağ yarısında, sağ döşyanı xətlə, sağ körpücük xətti arasında (əsasən sağ körpücük xəttə yaxın), sağ Vİ-Vİİ qabırğalararası nahiyədən daxilə - döş və qarın boşluqlarına keçib, ətraf toxumaları və qaraciyəri zədələyən. kəskin və çoxlu qanitirmə ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və mərhumun ölümü ilə bir başa səbəbli əlaqəlidir; Digər xəsarətlərdən burun sümüklərinin qapalı sınıqları və bu fonda burun nahiyəsinin yumşaq toxumasında şişkinli qançır canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasna səbəb olan sağlamlığa az ağır zərərvumanın əlamətlərinə malikdir və ölümlə səbəbli əlaqəsi yoxdur; Başın sol alıngicgah və sağ alın nahiyələrində hematomalarla qeyd olunan dərialtı qansızmalar. Hər iki göz orbitası və gözaltı nahiyələrdə hematomalarla müşayət olunan hər iki göz almasının ağlı qişasında qansızmalar canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvumanın əlamətlərinə malikdirlər və ölümlə səbəbli əlaqəsi yoxdur, döş qəfəsi və qarın nahiyələrində qançırlar və başın təpə nahiyəsində sıyrıqlar isə canlı şəxslərdə sağlamlığa zərərvumayan xəsarətlərin əlamətlərinə malikdir və ölümlə səbəbli əlaqəsi yoxdur.

3. Yuxarıda qeyd olunan xəsarətlər həyati olub, ölümün baş verməsindən az əvvəl (dəqiqələrlə ölçülən vaxt vahidi ilə) yetirilmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdilər, daxilə keçən iki ədəd deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin (alətlərin) və ya əşyanın (əşyaların), digər xəsarətlər isə küt alət (alətlərlə) və ya əşya (əşyalarla) ilə yetirilə bilərdilər. Yaraların xüsusiyyətləri və tibbi - kriminalistik tədqiqatlara əsasən bu yaralar deşilmiş kəsilmiş və kəsilmiş yara olub, iti uca, ülgücə və küpə malik yastı tiyə tipli hər-hansı bir deşici-kəsici alətin (əşyanın) təsirindən törənmişdirlər. Ekspertizaya təqdim olunmuş dəri parçaları üzərində olan yaraların divarlarında və kənarlarında 3 valentli dəmir ionları aşkar olundu.

4. Zərərçəkmiş şəxs adına Məhkəmə-Tibbi Kriminalistika şöbəsinin aktından görünür ki, müayinəyə təqdim edilmiş, 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs meyitindən götürülmüş, 2 və 5 saylı dəri parçaları üzərinin hər birində bir ədəd dəlib-keçən yara, 4 saylı dəri parçası üzərində isə bir ədəd səthi kənari kəsik aşkar olundu. Bu yaralar deşilmiş kəsilmiş və kəsilmiş yara olub, iti uca, ülgücə və küpə malik yastı tiyə tipli hər-hansı bir deşici-kəsici alətin (əşyanın) təsirindən törənmişdirlər. Ekspertizaya təqdim olunmuş dəri parçaları üzərində olan yaraların divarlarında və kənarlarında 3 valentli dəmir ionları aşkar olundu.

5. Zərərçəkmiş şəxs ölümünə səbəb - almış olduğu daxilə nüfuz edən iki ədəd deşilmiş kəsilmiş yara nəticəsində baş vermiş kəskin və çoxlu qanitirmə olmuşdur. Mərhumun ölümünün baş vermə müddəti, meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən, meyitin meyitxanada müayinə olunduğu vaxtdan təxminən 5-6 sutka əvvələ uyğun gəlir. 6.“Özünü müdafiə və ya qarşılıqlı mübarizə” məhfumları hüquqi məhfumlar olub, məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir.

7. Xəsarətlər yetirilən anda zərərçəkmiş və hücum edən (edənlər) dinamikada (hərəkətdə) olduqları üçün hansı duruş vəziyyətdə olmaqlarını dəqiq müəyyən etmək mümkün deyil. Lakin xəsarətlər Zərərçəkmiş şəxs Məhəmmməd oğlunun bədəninin əsasən ön səthində yerləşdiyindən xəsarətlər yetirilən zaman onun özü və xəsarətlər yetirən şəxsin (şəxslərin) əsasən üzbəüz olması istisna olunmur.

8. Zərərçəkmiş şəxs meyitinin daxili üzvlərindən götürülən tikələrin və meyitin iti üsulla hissələrə tam ayrdmış (boyun, sağ bazu) və iti üsulla qismən hissələrə ayrılmış (sol bud) nahiyələrindən, həyatiliyin təyini üçün götürülmüş dəri və yumşaq toxumaların məhkəməhistoloji müayinəsi nəticəsində - baş beyin maddəsinin ödemi. Ağciyərdə hissəvi ödem, ocaqlı qansızmalar, atelektaz və emfızema ocaqları. Yumşaq toxumada ocaqlı qansızmalar. Müayinə edilmiş obyektlərdə çürümə dəyişiklikləri qeyd edilmişdir.

9. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qupu), fenotiozin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsində keçirilmiş məhkəmə-genetik ekspertizasının nəticəsinə dair verilmiş xx.xx.2024-cü il tarixli, 24/1054R nömrəli rəydə aşağıdakılar göstərilmişdir:

1. Ekspertiza nəticəsində müəyyən edildi ki, tədqiqata təqdim edilmiş 02 (iki) ədəd tampon, 01 (bir) ədəd bıçağın tiyəsi və dəstəyi üzərində insan qanma xas olan hemoqlobin zülalı aşkar edildi.

2. 02 (iki) ədəd tamponda qan nümunələri və 01 (bir) ədəd bıçağın tiyəsi üzərində olan bioloji mənşəli materiallar, Zərərçəkmiş şəxs məxsusdur.

3. 01 (bir) ədəd bıçağın dəstəyi üzərində Zərərçəkmiş şəxs və X6 məxsus bioloji mənşəli materiallar mövcuddur.

4. Hadisə zamanı X5 əynində olmuş 01 (bir) ədəd qara rəngli şalvar və 01 (bir) ədəd boz rəngli köynəyin mikroskopik müayinəsi zamanı qanabənzər ləkə və ya hər hansı digər ləkələr aşkar edilmədi. Bu səbəbdən müqayisəli DNT tədqiqatı üçün nümunələr götürülmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 X28 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1904 nömrəli rəyində göstərilmişdir ki, məhkəmə-psixiatrik ekspertizası üzrə yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs idrak prosesləri (diqqət, hafizə, qavrayış, təfəkkür və s.) normaya uyğun olmaqla, kinlilik, inadkarlıq, özünə qarşı hörmət tələb etmək, söz götürməmək, özünəməxsus mövqeyə və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında situasiya ilə əlaqədar qəzəb, aqressiya yaranmışdır. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan, yəni affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 X28 Məhkəmə tibbi-kriminalistika şöbəsinin 25 iyul 2024-cü il tarixli, 307-2024/MTKŞ nömrəli rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthində, ortada olan fabrik yarıq üzərində yuxarıdan saymaqla 3-cü düymənin öz yerində olmaması aşkar olundu. Bu düymənin öz yerində olmaması köynəyin yaxasına küt qüvvə tətbiq etməklə (dartılmaqla) qopub düşməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus şalvarın arxa səthinin yuxarı hissəsinin orta nahiyəsində küt yaranma mexanizminə malik olan və şalvarın müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlmiş 01 (bir) ədəd sökülmə zədəsi vardır. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X11 Şəxsdən rayon prokurorluğuna daxil olmuş xx.xx.2024-cü il tarixli, 6875 nömrəli sorğuya cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin xəstəxanada müalicə olunmayıb və qeydiyyatda yoxdurlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika X15 Hüquqi Şəxsdən rayon prokurorluğuna daxil olmuş xx.xx.2024-cü il tarixli, xx/xx-6467 nömrəli sorğuya cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhər X15 Hüquqi Şəxsdən rayon prokurorluğuna daxil olmuş xx.xx.2024-cü il tarixli, 3026 nömrəli sorğuya cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Bakı Şəhər Narkoloji Mərkəzdə qeydiyyatda yoxdurlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AR DİN-in xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü və xx.xx.2015-ci il təvəllüdlü olmaqla iki azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-377/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 14 may 2024-cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 245 və 309.2-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin əlamətləri vardır və onun təqsiri sübuta yetirilir. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən təqsirli bilərək, zərər çəkmiş şəxsin ürək nahiyyəsinə bıçaq zərbəsi vurmasından, bıçaqla zərər çəkmiş şəxsi vurub daxilə nüfuz edən xəsarətlər yetirməsindən xəbərinin olmamasını, Natiqin cinsiyyət orqanını kəsib ayrıca atdığını bilmədiyini qeyd etsə də, məhkəmə tərkibi, onun ifadəsindəki qeyd olunan xüsusatlara tənqidi yanaşaraq, özünü müdafiə xarakteri və məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyan ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə tərkibi Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, müqayisəli şəkildə təhlil edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 309.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol, xx.xx.2024-cü il tarixli meyitin basdırıldığı yerə baxış keçirilməsi haqqında protokol, xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X22 Şəxsin Xətai rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 51 nömrəli rəyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsində keçirilmiş məhkəmə-genetik ekspertizasının xx.xx.2024-cü il tarixli, 24/1054R nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 X28 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1904 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 X28 Məhkəmə tibbi-kriminalistika şöbəsinin 25 iyul 2024cü il tarixli, 307-2024/MTKŞ nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X11 Şəxsinin xx.xx.2024-cü il tarixli, 6875 nömrəli sorğuya cavab məktubu, təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadələri, zərər çəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər sənədlərlə tam sübuta yetirilir. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında AR Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 8-cü bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında AR Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 19-cu bəndinə əsasən, vəzifəli şəxsin qulluq səlahiyyətini aşmaqla qəsdən adam öldürməsi cinayətlərin məcmusu ilə, yəni CMnin 120 və 309-cu maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair AR Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, qanunla müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar. Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçilərinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəli şəxs sırasına aid edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, həmin şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etdikdə vəzifəli şəxs hesab oluna bilərlər. Qeyd edilməlidir ki, elə hərəkətlər hüquqi əhəmiyyət kəsb edən hesab olunurlar ki, onların edilməsi hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olur və ya səbəb ola bilər. Həmin anlayışa uyğun olaraq, hüquqi əhəmiyyət kəsb edən hərəkətlər dedikdə onları etməyə səlahiyyəti olan şəxslərin hərəkətləri başa düşülür. Bu əlamətin mövcudluğu şəxsin müəssisə, idarə və təşkilatda daimi və ya müvəqqəti olaraq müəyyən vəzifə tutmasını (müəyyən işi görməsini) və buna müvafiq olaraq müəyyən hallarda hüquqi əhəmiyyətli hərəkətləri etməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, həmin şəxslərin qulluq mənafeyi əleyhinə cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunmaları hər bir konkret hal üçün qeyd edilən cinayətin digər tərkib əlamətlərinin olub-olmamasına, əməlin ictimai təhlükəlilik dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə, o cümlədən CM-in 14.2-ci maddəsinin tələbinə uyğun olaraq əməlin az əhəmiyyətli olub-olmaması məsələsinə təsir edən işin bütün halları nəzərə alınmaqla həll olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun tərəfindən törədilmiş əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən «hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-nin 349.5.1 maddəsinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). Göründüyü kimi, Məhkəmə baxışı zamanı təqsirsizlik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmışdır. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək, eləcə də, yeni sübutlar təqdim etmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 245 və 309.2-ci maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun tərəfindən törədilmiş cinayətlərin xarakterini, ağırlıq dərəcəsini, cəzasını yüngülləşdirən halları, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 245 və 309.2-ci maddələrində nəzərdə tutulmuş sanksiyalar həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna xüsusilə ağır və az ağır cinayətlər daxil olduğundan, ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməli və əlavə cəza əsas cəzaya birləşdirilməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən həmin Məcəllənin 120.2.4-cü maddəsində göstərilən cinayət əməli xüsusilə ağır cinayətlər təsnifatına, həmin Məcəllənin 245 və 309.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri isə az ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən, xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının ilk 04 (dörd) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, CİM-nin 70-ci maddəsinin müəyyən etdiyi qaydada məhkum azadlıqdan məhrum etmə cəzasının qalan hissəsini çəkmək üçün həbsxanadan digər növ cəzaçəkmə müəssisəsinə göndərilərkən, onun istintaq təcridxanasında saxlanıldığı müddət hökmlə məhkuma təyin edilmiş həbsxana müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bu səbəbdən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 14 may 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən, dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Xətai rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Zərərçəkmiş şəxs qan nümunəsi, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli şalvar və bir ədəd boz rəngli uzunqol köynək, cinayətin törədilməsində istifadə edilmiş gümüşü rəngli, dəmir materialdan olan bir ədəd bıçaq məhv edilməli, 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Verdiktum” Vəkil Bürosunun vəkili X7 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 245 və 309.2-ci maddələri ilə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılsın, AR CM-nin 66.4-cü maddəsinə əsasən, əlavə cəza əsas cəzaya birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının ilk 04 (dörd) ilini həbsxanada, cəzasının qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı onun tutulduğu tarixdən, yəni 14 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Xətai rayon prokurorluğunun “maddi sübutların saxlanması otağı”nda saxlanılan – Zərərçəkmiş şəxs qan nümunəsi, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli şalvar və bir ədəd boz rəngli uzunqol köynək, cinayətin törədilməsində istifadə edilmiş gümüşü rəngli, dəmir materialdan olan bir ədəd bıçaq məhv edilsin, 04 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X7 ödəniş edilməsi üçün Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar