Məhkəmə qərarları › İş №1(101)-526/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-526/2021

09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-526/2021 09.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: Səbuhi Sabir oğlu Hüseynov və X5 ibarət tərkibdə, Bəşirov Yelmar Buludxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri X8 və Müdafiəçi2 Məruf oğlunun oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs1 (xx.xx.1996-cıil tarixdə Lənkəran şəhəri, Şilavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Şilavar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində Bakı şəhər, Xətai rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan) və Təqsirləndirilən şəxs2 Mizəbaba oğlunun (xx.xx.1984-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran şəhəri, Axundzadə küçəsi ev 30/10 ünvanda qeydiyyatda olmaqla, ünvan 19ircan qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşamış barəsində Bakı şəhər, Xətai rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə satma barədə qohumu Təqsirləndirilən şəxs2 Mizəbaba oğlu ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumilikdə 3505 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda ümumilikdə 2021,045 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda ümumilikdə 1940 qram çəkidə narkotik vasitə həşiş qətranı, külli miqdarda ümumilikdə 427,099 qram çəkidə ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və küllli miqdarda ümumilikdə 1160 qram çəkidə tünd qəhvəyi rəngli, qətranabənzər, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib yaşadığı ünvan 4 ünvanına qanunsuz daşıyaraq, həmin narkotik vasitələr və psixotrop maddəni 02 ədəd qara rəngli torbalarda olmaqla mənzilin qonaq otağındakı divan altlığında gizlədərək qanunsuz saxlamış, qrup üzvləri arasında əldə edilmiş cinayətkar razılaşmaya əsasən o, həmin külli miqdarda narkotik vasitələr və psixotrop maddəni satmaq üçün müştəri tapılmasında qrupun digər üzvü Tural Albdullayevə tapşırıq verib, əldə ediləcək gəlirin aralarında bərabər bölünməsinə dair təklif etmiş, Təqsirləndirilən şəxs2 gəlir əldə etmək məqsədi ilə təklifi qəbul edib xx xxxxxx 2020-ci il tarixdə narkotik vasitə heroinin 0,005 qramını tanışı Şahid1 20 manat müqabilində satdıqdan sonra, özündə əlavə olaraq 510 qram narkotik vasitə heroin olduğunu bildirməklə, həmin heroini 5200 manat pul müqabilində satmaq üçün təklif etmiş, Şahid1 qanunsuz əməlləri barədə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34cü Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Şahid1 xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində ünvan 16 binanın qarşısında saxlanılıb, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi ev 4/6 ünvanda yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparılan zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,005 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq o və Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq Sovxozu adlanan yerdə saxlanılıb, Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 şəxsi axtarışı aparılan zaman əlində saxladığı 01 ədəd sellofan bağlamada külli miqdarda təmiz çəkisi 510 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, ardınca onun yazılı razılığı əsasında yaşadığı ünvan 4 ünvanda keçirilmiş axtarış zamanı mənzilin qonaq otağındakı divan altlığından 02 ədəd qara rəngli torbada olmaqla 06 ədəd bağlamada külli miqdarda ümumilikdə 3505 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 231,040 qram; 1280 qram olmaqla, ümumi təmiz çəkisi 1511,04qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bağlamda külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 970 qram; 970 qram olmaqla, ümumi təmiz çəkisi 1940 qram narkotik vasitə həşiş qətranı, 02 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 344,430 qram; 82,669 qram olmaqla, ümumi təmiz çəkisi 427,099 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bağlamada külli miqdarda təmiz çəkisi 1160 qram tünd qəhvəyi rəngli, qətranabənzər, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Mizəbaba oğlu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddəsatma barədə qohumu Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumilikdə 3505 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda ümumilikdə 2021,045 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda ümumilikdə 1940 qram çəkidə narkotik vasitə həşiş qətranı, külli miqdarda ümumilikdə 427,099 qram çəkidə ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və küllli miqdarda ümumilikdə 1160 qram çəkidə tünd qəhvəyi rəngli, qətranabənzər, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əldə edib yaşadığı ünvan 4 ünvanına qanunsuz daşıyaraq, həmin narkotik vasitələr və psixotrop maddəni 02 ədəd qara rəngli torbalarda olmaqla mənzilin qonaq otağındakı divan altlığında gizlədərək qanunsuz saxlamış, qrup üzvləri arasında əldə edilmiş cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 həmin külli miqdarda narkotik vasitələr və psixotrop maddəni satmaq üçün müştəri tapılmasında ona tapşırıq verib, əldə ediləcək gəlirin aralarında bərabər bölünməsinə dair təklif etmiş, o, gəlir əldə etmək məqsədi ilə təklifi qəbul edib xx xxxxxx 2020-ci il tarixdə narkotik vasitə heroinin 0,005 qramını tanışı Şahid1 20 manat müqabilində satdıqdan sonra, özündə əlavə olaraq 510 qram narkotik vasitə heroin olduğunu bildirməklə, həmin heroini 5200 manat pul müqabilində satmaq üçün təklif etmiş, Şahid1 qanunsuz əməlləri barədə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Şahid1 xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində ünvan 16 binanın qarşısında saxlanılıb, ünvan 7 ünvanda yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparılan zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,005 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq o və Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq Sovxozu adlanan yerdə saxlanılıb, Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməkləşəxsi axtarışı aparılan zaman əlində saxladığı 01 ədəd sellofan bağlamada külli miqdarda təmiz çəkisi 510 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, ardınca Təqsirləndirilən şəxs1 yazılı razılığı əsasında yaşadığı ünvan 4ünvanda keçirilmiş axtarış zamanı mənzilin qonaq otağındakı divan altlığından 02 ədəd qara rəngli torbada olmaqla 06 ədəd bağlamada külli miqdarda ümumilikdə 3505 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd bağlamada külli miqdarda ayrıayrılıqda təmiz çəkiləri 231,040 qram; 1280 qram olmaqla, ümumi təmiz çəkisi 1511,04qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bağlamda külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 970 qram; 970 qram olmaqla, ümumi təmiz çəkisi 1940 qram narkotik vasitə həşiş qətranı, 02 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 344,430 qram; 82,669 qram olmaqla, ümumi təmiz çəkisi 427,099 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bağlamada külli miqdarda təmiz çəkisi 1160 qram tünd qəhvəyi rəngli, qətranabənzər, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, o, Elçin adlı şəxsi tanımamışdır. Tural Elçinin anasına məxsus kredit kartını ona gətirməsini istəmişdir. Elçinin anasına məxsus kredit kartını o, Elçinin dostu olan Şəhriyar adlı şəxsdən alıb Turala verməli imiş. X4rkən, o, Elçinin anasına məxsus olan kredit kartını Elçinə vermək üçün qayıdanda polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onun üzərinə baxış keçirsələr də, üzərindən narkotik vasitələr aşkar olunmamışdır. O yalnız narkotik vasitə olan heroindən istifadə etmiş, həmin narkotik vasitələri tanımadığı adamlardan əldə etmişdir. O, Tərlan, Aytəkin, Elçin adlı şəxsləri tanımamış, Elçinə heç vaxt narkotik vasitə verməmişdir. Evdə ailəsi olduğu üçün o, polis əməkdaşlarının evində axtarış keçirməklə bağlı protokolu məcburiyyətdən imzalamış, qorxmuşdur ki, həmin protokolu imzalamaqdan imtina etsə, polis əməkdaşları ailəsini də polis idarəsinə apararlar. X1 ibtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadə məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, bir ilə yaxındır ki, narkotik vasitənin heroin növündən çəkmək yolu istifadə edir. 2020-ci ilin mart ayının əvvəllərində öz istifadəsi üçün narkotik vasitə heroin almaqdan ötrü Yeni Yasamal adlanan yerə gəlib, tanımadığı şəxslərdən ona narkotik vasitə sata biləcək şəxs barədə soraqlaşmağa başlamış, həmin zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb, yaxşı bir təklif etmək istədiyini demiş, tanımadığı şəxsin kimiliyi barədə soruşsa da, ona kimliyi barədə məlumat verməyib, yalnız adının Əli olduğunu deyib, onun təklifini dinləməyi məsləhət bilmişdir. O da başqa bir söz deməyərək təklifi ilə maraqlanmış, həmin şəxs danışığını davam etdirib, özündə müxtəlif növ narkotik vasitələr, habelə narkotik tərkibli dərman preparatları olduğunu deyib, həmin maddə və dərmanları dəyərindən çox ucuz qiymətə sata biləcəyini bildirmişdir. Belə olan halda Əli adlı şəxsin təklifini qəbul edib, ondan hansı qiymətə və hansı növ narkotik vasitə və ya narkotik tərkibli dərman preparatları təşkil edəcəyi barədə maraqlanmış, həmin vaxt Əli özündə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə heroin, narkotik vasitə həşiş qətranı, narkotik vasitə tiryək, psixotrop maddə olan metamfetamin və bir neçə konvalyutda metadon adlı dərman preparatının odluğunu deyib, sadaladıqları növ narkotik vasitələri cəm halında alacağı təqdirdə heroinin 1 qramını 16 manatdan, metadon dərman preparatının 1 həbini təxminən 3 manat 50 qəpikdən, həşiş qətranının 1 qramı 4 manatdan, tiryəkin 1 qramını 3 manat 50 qəpikdən, metafetaminin 1 qramını isə 25 manatdan satacağını demiş, eyni zamanda sadaladıqları narkotik vasitələrin hazırda yadında qalmamış təxmini çəkisi barədə məlumat verib, dəyərinin ümumilikdə 5200 manat təşkil edəcəyini bildirmişdir. Həmin ərəfədə maddi cəhətdən çətinlik çəkdiyi üçün, Əlinin təklif etdiyi narkotik vasitələri alıb, fərdi qaydada satışını həyata keçirdiyi təqdirdə yaxşı gəlir götürə biləcəyini fikirləşmiş, bu səbəbdən onun təklifini qəbul edib, alqı-saqtını həyata keçirməkdən ötrü axşam saatlarında metronun 20 Yanvar stansiyası yaxınlığında görüş təyin etmişdir. Bundan sonra ayrılaraq getmiş, təxminən 2-3 saat sonra danışılan ünvanda görüşdükdə, Əli adlı şəxsin əlində saxladığı bir ədəd torba ilə gəldiyini görmüş, həmin vaxt Əli sadaladığı maddə və preparatların əlindəki bağlamanın içərisində ayrı-ayrı şəkildə qablaşdırıldığını deyib, bağlamanı ona təqdim etmiş, o da, bağlamanı açıb, gözəyarı şəkildə içərisinə nəzər saldıqda Əlinin sadaladıqları narkotik vasitə və dərman preparatların orada olduğunu görmüş, hər halda Əlini tanımadığı üçün tez bir şəkildə özü ilə götürdüyü 5200 manatı ona verib, bağlamanı götüməklə cəld şəkildə oradan uzaqlaşıb yaşadığı evə gəlmiş, evə gəldikdə, bağlamanı açıb, içərisindəki əşyalara nəzər salarkən bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə heroin, bir neçə konvalyutda narkotik tərkibli metodon dərman preparatı, narkotik vasitə həşiş qərtanı və psixatrop maddə metamfetamin olduğunu görmüşdür. Əldə etdiyi narkotik vasitələri özündə olan tərəzi vasitəsi ilə çəkdiyi zaman, narkotik vasitələrin çəkilərinin onlara sərf etdiyi pul vəsaiti ilə mütənasib olduğunu müəyyən etmiş, bundan sonra narkotik vasitələri, habelə narkotik tərkibli dərman preparatlarını satmaqdan ötrü müştəri axtarmağa başlamışdır. Arabir isə gizlətdiyi narkotik vasitə heroindən özü çəkməklə istifadə etmiş, həmin ərəfədə narkotik vasitələrin həcminin çoxluğu, eləcə də, müştərinin azlığı ilə əlaqədar, narkotik vasitələrin satışında ona köməklik göstərilməsindən ötrü qohumu, Təqsirləndirilən şəxs2 Mirzəbala oğluna müraciət etmək qərarına gəlmiş, belə ki, Turalla qohum olduqlarından, onun uzun müddətdir ki, narkotik vasitənin heroin növündən çəkmək yolu ilə istifadə etdiyini bilmişdir. Bu səbəbdən onun narkotik vasitə aludəçisi olacaq bir neçə tanışını olacağına güman etmiş, həmin ərəfədə Turalla növbəti görüşləri zamanı, bir neçə aya yaxındır ki, narkotik vasitənin heroin növündən çəkmək yolu ilə qəbul etdiyini etiraf edib, yaxınlarda külli miqdarda müxtəlif növ narkotik vasitələr yəni, heroin, qurudulmuş marixuana, həşiş qətranı, tiryək, psixtorop maddə metamfetamin və metadon dərman preparatı əldə etdiyini bildirib, maddi sıxıntı keçirdiyi üçün həmin narkotik vasitələrin satışını həyata keçirdiyini demiş, həmçinin həmin narkotik vasitələrin satışının təşkil edilməsi üçün müştəri tapılmasında ona köməklik etməsini xahiş edib, tapacağı müştəriyə narkotik maddələrin satışından əldə edilmiş gəlirin aralarında bərabər şəkildə bölünəcəyini bildirmişdir. Həmçinin Turala narkotik vasitə heroinin 1 qramını 16 manata əldə etdiyini bildirərək satışını bazar qiymətinə uyğun olaraq 20 manatdan, metadon dərman preparatının 1 həbini 3 manat 50 qəpikdən əldə ediyini bildirməklə satışını 5 manatdan, həşiş qətranının 1 qramını 4 manatdan əldə etdiyini bildirərək satışını 5 manatdan, tiryəkin 1 qramını 3 manat 50 qəpikdən əldə etdiyini bildirməklə satışını 5 manatdan, metamfetaminin 1 qramını 25 manatdan əldə etdiyini bildirməklə satışını 30 manatdan həyata keçirib, yaxşı qazanc götürə biləcəklərini bildirmişdir. Tural da öz növbəsində dediklərini diqqətlə dinlədikdən sonra onun da pula ehtiyacı olduğunu deyib, onun təklifi ilə razılaşmış, bundan sonrakı vaxtlarda Tural narkotik vasitələrə müştəri tapdığı tədqirdə bu barədə ona məlumat verir, tələb olunan növ və miqdarda narkotik vasitələr götürməklə nəğd və ya nisyə qaydada satışını həyata keçirməklə pul əldə edir, əldə edilmiş pulun gəliri isə onunla aralarında bərabər şəkildə bölünürmüş. O da, öz növbəsində ayrılıqda narkotik vasitənin alışı üçün ona müraciət etmiş tanımadığı ayrı-ayrı şəxslərə müxtəlif növ və miqdarda narkotik vasitələrin satışını həyata keçirməklə pul əldə edirmiş, narkotik vasitələrin satışını həyata keçirməyi ilə bağlı özündə olan müxtəlif kitabçalarda qeydiyyat aparır, özü və ya Turalın vasitəsi ilə satdığı narkotik vasitələrin sayı, çəkiləri və qiymətlərini həmin kitabçada qeyd etməklə, narkotik vasitələrin əldə edilməsinə sərf etdiyi pulu və əldə edilmiş gəliri hesablayırmış. Bu minvalla təxminən bir ay müddət ərzində onlar birgə müxtəlif növdə və miqdarda olan narkotik vasitələrin satışını həyata keçirməklə, özlərində olan narkotik vasitələri tam şəkildə bitirmiş, narkotik vasitələrin satışından müəyyən qədər pul əldə etdikləri üçün, bu əməllərin son qoymağı qərarlaşmış, həmin vaxtdan sonra nə o nə də ki, Tural hər hansı şəxsə narkotik vasitələrin satışını həyata keçirməmiş, bununla belə 2020-ci ilin avqust ayının əvvəllərində yenidən pula ehtiyacı yarandığı üçün, təkrarən müxtəlif növ narkotik vasitələr əldə edib, satışını həyata keçirməyi qərara almışdır. X11 deyilən əraziyə gedib, əvvəllər ona müxtəlif növ narkotik vasitələr satmış Əli adlı şəxsi axtarmağa başlamış, təxminən bir neçə gün axtarışdan sonra təsadüfən Əli ilə rastlaşmış, həmin vaxt ona yaxınlaşıb, ona əvvəlki qaydada müxtəlif növdə narkotik vasitələr təşkil etməsini xahiş etmişdir. Əli də öz növbəsində hazırda ondan təxminən 4 kq çəkidə narkotik vasitə qurudulmuş marixuana, təxminən 3 kq çəkidə narkotik vasitə həşiş qətranı, təxminən 600 qram çəkidə psixotrop maddə metamfetamin, təxminən 3,5 kq çəkidə narkotik vasitə heroin, təxminən 2 kq narkotik vasitə tiryək, təxminən 20- 22 konvalyutda narkotik tərkibli metadon dərman preparatı olduğunu deyib, 10000 manat verəcəyi halda həmin narkotik vasitələrin hamsını ona sata biləcəyini demiş, o da öz növbəsində razılıq verib, səhəri gün axşam saatlarında 8 km. bazarı adlanan yerin yaxınlığında görüş təyin etmiş, danışılan ünvanda Əli adlı şəxslə görüşdükdə, o, əlində saxladığı bir ədəd torbanı təqdim edib, sadaladığı narkotik vasitələrin tam olaraq bağlamanın içərisində ayrı-ayrı şəkildə qablaşdırıldığını demiş, o da, bağlamanı açıb, gözəyarı şəkildə içərisinə nəzər saldıqda Əlinin sadaladıqları narkotik vasitə və dərman preparatların orada olduğunu görmüş, bundan sonra özü ilə götürdüyü 10000 manatı Əliyə verib, ondan kənarlaşaraq yaşadığı mənzilə gəlmişdir. Mənzilə gəldikdən dərhal sonra torbanı açıb, içərisindəki əşyalara nəzər salmalqa, torbadakı narkotik vasitələrin çəkilərini müəyyən etməyə başlamış, həmin zaman bağlamanın içərisində Əli ilə razılaşdıqları çəkidə narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə heroin, narkotik vasitə həşiş qərtanı, psixatrop maddə metamfetamin, habelə təxminən 22 konvalyutda nakrotik tərkibli metadon dərman preparatı olduğunu müyyən etmiş, ardınca qohumu Turalla əlaqə saxlayıb, onu görüşə dəvət etmiş, Turalla görüşləri zamanı pula ehtiyacı olduğu üçün, yenidən külli miqdarda narotik vasitə heroin, qurudulmuş marixuana, həşiş qətranı, tiryək, psixtorop maddə metamfetamin və metadon dərman preparatı əldə etdiyini bildirməklə, əvvəlki qaydada yəni, gəliri bərabər bölüşdürmək şərti ilə narkotik vasitələrin satışında ona köməklik etməsini xahiş etmişdir. Tural da öz növbəsində təklifinə etiraz bildirməmiş, bu minvalla onlar yenidən narkotik alüdəçisi olan tanımadıqları şəxslərə özlərində müxtəlif növ narkotik vasitələr olduğunu bildirməklə, satışını həyata keçirmələri barədə məlumatlandırmağa başlamış, bu minvalla bir müddət ərzində onlar narkotik vasitə metodonun satışını həyata keçirməklə, tam bitirmiş, lakin digər növdə olan narkotik vasitələrin demək olar ki, az bir miqdarının satışını həyata keçirə bilmişlər. Turalla aralarında olan söhbət zamanı, onlar narkotik vasitələri külli həcmdə, həm də dəyərindən ucuz qiymətə satmaqla bu işi bitirməyi qərarlaşmış, belə ki, hər ikisi narkotik vasitələrin dövriyyəsinin qanunsuz olduğunu bilmiş, bu əməllərinə görə tutulacaqlarından ehtiyat etmiş, həmçinin də bu dəfə narkotik vasitələri əvvəlkindən ucuz qiymətə əldə etdiyi üçün, onları bazar qiymətindən də ucuz qiymətə satdığı tədqirdə normal gəlir əldə edəcəyini bilmişdir. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Tural istifadəsində olan ***-***-**-** və ya ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan ***-***-**-** və ya ***-***-**-** saylı mobil nömrəyə zəng vurub, təxminən 500 qram çəkidə narkotik vasitə heroini 5200 manat pul müqabilində satmaq üçün müştəri tapdığını deyib, səhəri gün görüşərək, həmin çəkidə narkotik vasitə heroinin satışını həyata keçirmək üçün birgə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq Sovxozu adlanan yerə getməli olduqlarını demiş, o da, etiraz bildirməmiş, səhəri gün günorta saatlarında Tural yaşadığı ünvana gəlib, danışılan görüş yerinə getməli olduqlarını bildirmiş, görüşləri zamanı o, müştərini tanımadığı üçün özündə olan 01 ədəd sellofan bağlamada qablaşdırdığı təxminən 500 qram çəkidə narkotik vasitə heroini Turala vermiş, eyni zamanda 500 qram çəkidə narkotik vasitə heroinin əldə edilməsinə təxminən 4000 manat pul sərf etdiyini deməklə, narkotik vasitənin 5200 manatdan satışını həyata keçirdikləri tədqirdə 1200 manat xalis gəlir əldə edəcəklərini, həmin gəlirin də, aralarında bərabər şəkildə bölünəcəyini demiş, bundan sonra onlar taksi avtomobilinə minib, saat təxminən 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində yerləşən Donuzçuluq Sovxozu adlanan yerə gəlmiş, həmin ünvanda avtomobildən endikdən sonra, Tural bir neçə dəqiqə sonra müştərinin məhz həmin ünvana gələcəyini bildirmiş, təxminən 10-15 dəqiqə vaxt keçmişdir ki, bir neçə mülki geyimdə olan şəxslər yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim edərək şəxsiyyətləri ilə bağlı sorğu etmiş, onlar özlərini təqdim etdikdən sonra, Tural barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatın daxil olduğunu bildirib, bununla bağlı onları Xətai RPİ-nin 34-cü PB-nə dəvət etmiş, onlar etiraz etmədən polis əməkdaşları ilə birlikdə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə gəlmiş, Şöbəyə gəldikdə, ilk əvvəl Tural xidməti otaqların birinə dəvət edilmiş, təxminən yarım saat sonra isə onu həmin otağa dəvət etmişlər, polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib, vidoçəkilişdən istifadə edilməklə şəxsi axtarışa məruz qalacağını izah etmiş, ardınca isə ona müdafiəçi təqdim edilmiş, polis əməkdaşları şəxsi axtarış aparmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub olmaması barədə sorğu edib, müsbət halda həmin əşyaları könüllü olaraq təqdim etməsini təklif etmiş, artıq həmin vaxt Turalın onun qanunsuz əməllərini ifşa etdiyini düşündüyü üçün, törətdiyi əməlləri səmimi etraf etmək qərarına gəlmişdir. Polis əməkdaşların şəxsi axtarış keçirdikdən sonra yaşadığı evdə də, axtarış aparaqcaqlarını bildiyindən işini bir qədər yüngülləşdirmək üçün, üstündə qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığını, lakin yaşadığı evdə külli miqdarda narkotik vasitələr saxladığını bildirməklə, həmin vasitələri onlara təqdim edə biləcəyini demiş, polis əməkdaşları bu barədə məlumat aldıqdan sonra, yaşadığı evə axtarış keçirməli olduqları deyib, bununla bağlı ondan razılıq istəmiş, o artıq əməllərini səmimi etiraf etdiyi üçün etiraz etməyib, razılaşmış, hətta bununla bağlı ərizəyə imza etməklə polis əməkdaşlarına təqdim etmiş, bundan sonra müdafiəçi və polis əməkdaşları ilə birgə şöbədən çıxaraq, yaşadığı ünvan 1 ünvanına gəlmiş, bundan sonra dəvəti əsasında hamı birgə yaşadığı evə daxil olmuş, polis əməkdaşları yaşadığı evdə axtarış aparmazdan əvvəl evdə saxladığı qanunla qadağan edilmiş əşyaları təqdim etməsini təklif etmiş, həmin zaman o, evin qonaq otağındakı divan altlığında gizlədərək saxladığı 02 ədəd qara rəngli sellofan torbaları polis əməkdaşlarına təqdim edib, torbaların birində 06 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana, digər torbada isə 02 ədəd qara bağlamada narkotik vasitə həşiş qətranı, 01 ədəd üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış qara rəngli və 01 ədəd üzəri şəffaf rəngli lentlə bağlanmış şəffaf rəngli sellofan bağlamalarda psixatrop maddə metamfetamin, 01 ədəd sellofan bağlamda və 01 ədəd plastik qabda narkotik vasitə heroin, digər 01 ədəd bağlamada isə narkotik vasitə tiryək olduğunu bildirmiş, polis əməkdaşları onlara təqdim etdiyi bağlamaların içərisinə baxış keçirdikdən sonra, həmin maddələri qablaşdırmaqla götürmüş, sadaladığı narkotik vasitələri polis əməkdaşlarına təqdim etdikdən sonra yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı əşya olmadığını bildirmiş, buna baxmayaraq polis əməkdaşları yaşadığı evdə axtarış aparmağa davam etmiş, bu zaman evdən narkotik vasitələrin satışını həyata keçirməyi ilə bağlı qeydiyyatlar apardığı bir neçə kitabçaları aşkar edib, araşdırma zərurəti ilə əlaqədar götürmüş, axtarış zamanı evdən başqa heç bir qanunsuz əşya aşkar edilməmiş, bundan sonra keçirilən axtarışla əlaqədar hamının iştirakı ilə protokol tərtib olunmuş, ucadan oxunmuş, şikayət, ərizə və təkliflər daxil olmadığından doğruluğunu təsdiq etmək üçün onun özü və digər iştirakçılar tərəfindən protokola imza edilmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Təqsirləndirilən şəxs1 göstərmişdir ki, yaşadığı mənzildə keçirilmiş axtarış zamanı götürülmüş 03 ədəd qeydiyyat kitabçası ona məxsusdur, həmin kitabçalardakı qeydiyyatlar onun tərəfindən aparılmışdır. Qeydiyyat kitabçalarındakı aparılan qeydiyatlar barədə aşağıdakıları qeyd etmiş, belə ki, qeydiyyat kitabçasında olan: “M” hərfi – rəqəmlərin qarşısında manat yəni, pul “K” hərfi və ya “torpaq” sözü– narkotik vasitə heroin “Macı”- narkotik vasitə həşiş qətranı “P” hərfi (Patı) - psixatrop maddə metamfetamin “Ot” sözü - narkotik vasitə qurudulmuş marixuana “Q” hərfi, “Qara” sözü və “T” hərfi, “təbiyət” sözü– narkotik vasitə tiryək “D” hərfi, “təkər”, “dərman” və ya “dər.” və “pəncərə” sözləri - metadon adlı dərman preparatları “ - “ işarəsi satdığı narkotik vasitəyə görə alacağı pul “+” işarəsi satdığı narkotik vasitə müqabilində aldığı pul “q” hərfi – qram “Verəcəklər” sözü- narkotik vasitəsinin satışı müqabilində alacağı pul “dənə” sözü- narkotik vasitənin bükümlərin və ya dərman preparatlarının ədədlə sayları “ Tural ”adı– qohumum Təqsirləndirilən şəxs2 Mizəbaba oğlu “Turalın verəcəyi” sözü - qohumu Təqsirləndirilən şəxs2 Mizəbaba oğluna verdiyi və onun satışını təşkil etdiyi narkotik vasitələrə görə ona borclu qaldığı pul “ Köhnə” sözü–əvvəllər satdığım narkotik vasitəyə görə qalıq qalmış pul “Təzə partiya” – mart və avqust ayında əldə etdiyi narkotik vasitələr “M. verəcəy”, “Mamedə verəcəy” və “Mamedə verdiyim” –sözləri Mamed adlı şəxsin sifariş etdiyi narkotik vasitələr müqabilində verdiyi pul və həmin pul müqabilində ona satdığı narkotik narkotik vasitələrin məbləğləri mənasını kəsb etmişdir. Qeydiyyat kitabçasında “nisiyə” və ya “nisiyə alacağım” sözlərinin alt hissəsində adları qeyd edilmiş Şahin, Edik, Aytəkin, Tərlan, Peyman, Elşad, Ruhin, Qaqaş, habelə qeydiyyat kitabçalarında adları qeyd edilmiş Rəvan, Hafiz, Salyan, Həci, Nurlan, Laçın, Ağa, Zayka, Ravil, İdrak və Lənkəran adlı şəxslər narkotik vasitələrin satışını təşkil etdiyi müştərilər olmuşlar ki, həmin şəxslərin yalnız adlarını bilmiş, onların anket məlumatlarını bilməmiş, xarici görünüşləri və istifadələrində olan mobil nömrələr isə yadında qalmamışdır. Qeydiyyat kitabçalarında qeyd edilmiş G., M.G., R., İ. M., Z., T., N., M.P. və.s bu kimi hərflər həmçinin narkotik vasitələrin satışını təşkil etdiyi müştərilərin adlarının baş hərfləri olmuş, həmin müştərilərinin də, tam olaraq adlarını və digər anket məlumatlarını və istifadələrində olan mobil nömrələri xatırlanmamış, sözügedən qeydiyyat kitabçalarında o özü və ya Turalın vasitəsi ilə satdığı narkotik vasitələrin sayı, çəkiləri və qiymətlərini həmin kitabçada qeyd etməklə, narkotik vasitələrin əldə edilməsinə sərf etdiyi pulu və əldə edilmiş gəliri hesablamışdır. Aqşin Cəbrayılzadə məhkəmədə verdiyi ifadəsinin düzgün olduğunu bildirmiş, ibtidai istintaq zamanı verdiyi ifadələrin polislər tərəfindən yazıldığını, oxumadan imzalamasını bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, o, tutulmamışdan əvvəl Elçinlə ara-sıra görüşmüşdür. Bir neçə dəfə o, Elçinlə birgə narkotik vasitələrdən istifadə etmişdir. Elçin, Aqşin və o, birlikdə narkotik vasitələrdən istifadə etməmişlər. Elçinin ona 20 manat məbləğində borcu olmuşdur. Elçin nə qədər çalışsa da, ona olan borcunu mobil telefonu vasitəsilə göndərə bilməmişdir. O, Elçinə mobil telefonunda olan proqram vasitəsi ilə pul göndərməyə çalışaraq bank kartını ona verməsini bildirmişdir. Həmin bank kartı Elçinin anasına məxsus olmuşdur. O, tanışı olan Şəhriyara mobil telefonla zəng edərək, Yasamal rayonu ərazisində Elçinin anası ilə görüşüb bank kartını götürməsini tapşırmış, xx xxxxxx 2020-ci il tarixdə axşam vaxtı o, Şəhriyar vasitəsilə Elçindən həmin bank kartını götüzdürmüşdür. Şəhriyar təxminən axşam saat 12 radələrində həmin bank kartını ona gətirib vermişdir. Həmin bank kartını Əmircan qəsəbəsində olan “Kapital Bank”a məxsus bankomata daxil edib pulu çıxarmaq istəsə də, pulu çıxara bilməmişdir. O, Elçinin anasıyla görüşüb bank kartının şifrəsini dəqiqləşdirdikdən sonra yenidən kartı bankomata daxil edib pulu çıxarmağa çalışsa da, kart koda düşmüşdür. O, Elçinin anasına zəng edərək, şifrəni 3 dəfədən artıq yalnış yığdığı üçün kartın koda düşdüyünü, səhərisi gün Kapital Banka gedib kartı açdırmalı olduqlarını bildirmişdir. Daha sonra o, bank kartını yaşadığı evə qoymuşdur. Elçinin uşağı dünyaya gəldiyinə görə, Elçin onu evlərinə qonaq çağırmışdır. Daha sonra o, Akşinə zəng vurub yaşadığı evdə olan bank kartını götürüb, Elçingilə gəlməsini xahiş etmişdir. Akşin bank kartını götürüb Elçingilə gəlmişdir. Polis əməkdaşları onu saxlayarkən üzərindən 2 ədəd bank kartı, 10 ədəd mobil nömrə, 01 ədəd mobil telefon və metadon adlanan maddə aşkar edilmişdir. Onun üzərindən qeyd etdiyi maddələrdən başqa hər hansı qadağan edilmiş əşya aşkarlanmamışdır. Təqsirləndirilən şəxs2 Mizəbaba oğlunun ibtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadə məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki,artıq 20 ilə yaxındır ki, narkotik vasitə heroini çəkmək yolu ilə qəbul edir. Təqsirləndirilən şəxs1 onun doğma xalası oğludur. Aralarında daim yaxşı münasibələr olmuş, hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Onunla tez-tez görüşür, müxtəlif məsələlər barədə söhbətlər aparırmış. 2020-ci mart ayının ortalarında Akşinlə növbəti görüşüləri zamanı, o, artıq bir neçə aya yaxındır ki, narkotik vasitə heroindən çəkmək yolu ilə qəbul etdiyini demiş, yaxın münasibətdə olduqları üçün, Akşin onun narkotik vasitə heroini çəkmək yolu ilə qəbul etməyini bilmiş, lakin o, Akşinin narkotik vasitə heroindən istifadə etməsi barədə məlumatsız olmuşdur. Aralarında olan söhbət zamanı Akşin adını qeyd etmədiyi şəxsdən külli miqdarda müxtəlif növ narkotik vasitələr yəni, heroin, qurudulmuş marixuana, həşiş qətranı, tiryək, psixotrop maddə metamfetamin və metadon dərman preparatı əldə etdiyini bildirməklə, maddi cəhətdən çətinlik çəkidiyi üçün pul əldə etmək məqsədi ilə həmin narkotik vasitələrin satışını həyata keçirdiyi barədə məlumat vermiş, həmçinin həmin narkotik vasitələrin satışının təşkil edilməsi üçün müştəri tapılmasında ona köməklik etməsini xahiş edib, tapacağı müştəriyə narkotik maddələrin satışından əldə edilmiş gəlirin aralarında bərabər şəkildə bölünəcəyini demişdir. Belə ki, o narkotik vasitə heroinin 1 qramını 16 manata əldə etdiyini bildirərək satışını 20 manatdan, metadon dərman preparatının 1 həbini 3 manat 50 qəpikdən əldə ediyini bildirməklə satışını 5 manatdan, həşiş qətranının 1 qramını 4 manatdan əldə etdiyini bildirərək satışını 5 manatdan, tiryəkin 1 qramını 3 manat 50 qəpikdən əldə etdiyini bildirməklə satışını 5 manatdan, metamfetaminin 1 qramını 25 manatdan əldə etdiyini bildirməklə satışını 30 manatdan həyata keçirib, yaxşı qazanc götürə biləcəklərini bildirmiş, həmin ərəfədə pula ehtiyacı olduğu üçün Akşinin bu təklifi ilə razılaşmışdır. Bundan sonra bir neçə ara adamlarına müraciət edib, özündə müxtəlif növdə narkotik vasitələrin olması barədə məlumat verməklə, onların satışını həyata keçirməsi haqda məlumatlandırmış, bu minvalla Akşindən tələb olunan növ və miqdarda narkotik vasitələr götürməklə, ayrı-ayrı vaxtlarda müxtəlif növ və çəkilərdə olan narkotik vasitələrin alışı üçün müraciət etmiş tanımadığı, adlarını, mobil telefon nömrələrini və digər anket məlumatlarını bilmədiyi müştərilərə narkotik vasitələrin satışını nəğd və nisyə qaydada həyata keçirməklə pul əldə etmiş, əldə edilmiş pulun gəliri isə Akşinlə aralarında bərabər şəkildə bölünmüşdür. Bir ay müddət ərzində onlar birgə müxtəlif növdə və miqdarda olan narkotik vasitələrin satışını həyata keçirməklə, özlərində olan narkotik vasitələri tam şəkildə bitirmişlər. Narkotik vasitələrin satışından müəyyən qədər pul əldə etdikləri üçün, bu əməllərinə son qoymağı qərarlaşmış, həmin vaxtdan sonra nə o, nə də ki, Akşin hər hansı şəxsə narkotik vasitələrin satışını həyata keçirməmiş, bədənində möhkəm ağrılar başladığı zaman o, müxtəlif yerlərdən narkotik vasitə heroin əldə etməklə qəbul etmiş və ya bu mümkün olmadıqda hər hansı ağrıkəsici dərman pereparatından istifadə etməklə, ağrılarının qarşısını alırmış, bununla belə 2020-ci ilin avqust ayının əvvəllərində Akşinlə görüşləri zamanı, o, pula ehtiyacı olduğu üçün, yenidən külli miqdarda narkotik vasitə heroin, qurudulmuş marixuana, həşiş qətranı, tiryək, psixtorop maddə metamfetamin və metadon dərman preparatı əldə etdiyini bildirməklə, əvvəlki qaydada yəni, gəliri bərabər bölüşdürmək şərti ilə narkotik vasitələrin satışında ona köməklik etməsini xahiş etmişdir. Akşinlə qohum olduğu üçün yenidən onun təklifinə etiraz etməyib razılaşmış, bu minvalla yenidən tanımadığı ara adamlarına özündə müxtəlif növ narkotik vasitələr olduğunu bildirməklə, satışını həyata keçirməsi barədə məlumatlandırmış, eyni zamanda bu barədə həmçinin tanışı Elçin adlı şəxsə də, bildirmişdir. Elçinlə 2020-ci ilin iyun ayında Binəqədi qəsəbəsində təsadüf nəticəsində tanış olmuş, həmin vaxtdan aralarında yaxşı münasibətlər yaranmışdır. Elçinlə münasibətləri olduğu üçün onun narkotik vasitə heroindən istifadə etməsindən məlumatlı olmuş, belə ki, onlar bir neçə dəfə Elçinlə birgə ayrılıqda əldə etdikləri narkotik vasitə heroini qəbul etmiş, həmçinin də o, özü bir neçə dəfə hər hansı təmənna olmadan özünün əldə etdiyi narkotik vasitə heroindən istifadə üçün Elçinə təşkil etmişdir. 2020-ci ilin avqust ayının əvvəllərində Elçinlə görüşləri zamanı, müxtəlif növdə olan narkotik vasitələrin satışını həyata keçirməsi barədə ona məlumat verib, istədiyi növ narkotik vasitəni təşkil edə biləcəyini demişdir. Elçin də, öz növbəsində ehtiyacı olacağı tədqirdə onunla əlaqə saxlayacağını bildirmiş, həmin ərəfədə də, narkotik vasitəyə demək olar ki, az sayda müştəri tapıldığı üçün, müxtəlif növdə olan narkotik vasitələrin demək olar ki, az bir miqdarının satışını həyata keçirmiş, bu minvalla Akşinlə aralarında olan söhbət zamanı, onlar narkotik vasitələri külli həcmdə, həm də dəyərindən ucuz qiymətə satmaqla bu “işi” bitirməyi qərara almışdır. Hər ikisi narkotik vasitələrin dövriyyəsinin qanunsuz olduğunu bilir, bu əməllərinə görə tutulacaqlarından ehtiyat etmişlər, həmçinin də, Akşin bu dəfəki narkotik vasitələri əvvəlkindən ucuz qiymətə əldə etdiyini demiş, onların dəyərindən ucuz qiymətə satışından belə gəlir əldə edəcəklərini əlavə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə axşam saatları Elçin istifadəsində olan ***-***-**-**, ***-***-**-** və ya ***-***-**-** saylı mobil nömrədən kartından onun istifadəsində olan ***-***-**-** və ya ***-***-**-** saylı mobil nömrəyə zəng vurub, ona 20 manat pul müqabilində narkotik vasitə heroin təşkil etməsini xahiş etmiş, o da, öz növbəsində etiraz bildirməyib, həmin pul müqabilində ona 1 qram narkotik vasitə təşkil edə biləcəyini deyib, onu yaşadığı evin yaxınlığına görüşə dəvət etmişdir. Həmin gün axşam saatlarında yaşadığı evin yaxınlığında Elçinlə görüşdükdə, 20 manat pul almaqla təxminən 1 qram narkotik vasitə heroin satmış, ardınca Elçinlə söhbət zamanı onun yalnız heroindən istifadə etdiyini bildiyi üçün, özündə təxminən 500 qram heroin olduğunu bildirməklə, həmin heroini dəyərindən uzuz qiymətə yəni 1 qramını 20 manatdan deyil, 10 manatdan olmaqla, ümumilikdə 5200 manat pul müqabilində satmaq üçün təşkil edə biləcəyini demiş, Elçin də, öz növbəsində konkret bir söz deməyib, bununla bağlı səhəri gün saat 16 radələrində yaşadığı evin yaxınlığında yəni, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq Sovxozunda görüşmək barədə təklif etmiş, o da, öz növbəsində təcilli pula ehtiyacı olduğu üçün, həmin narkotik vasitəni özü ilə götürəcəyini deyib, təcili pul tapmasını tapşırmış, bundan sonra Akşinlə əlaqə saxlayıb, 5200 manat müqabilində 500 qram çəkidə narkotik vasitə heroinin satışını təşkil etmək üçün müştəri tapdığını deyib, səhəri gün görüşərək, həmin çəkidə narkotik vasitə heroinin satışını həyata keçirmək üçün birgə Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq Sovxozu adlanan yerə gətirməli olduqlarını demiş, Akşin razılaşdığından səhəri gün günorta saatlarında Akşinin yaşadığı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 137, mənzil 589 saylı ünvana gedib, onunla görüşmüşdür. Görüş zamanı Akşin Elçini tanımadığı üçün özündə olan 01 ədəd sellofan bağlamadakı təxminən 500 qram çəkidə narkotik vasitə heroini ona vermiş, danışıqları zamanı Akşin 500 qram çəkidə narkotik vasitə heroinin əldə edilməsinə 4000 manat pul sərf etdiyini, narkotik vasitənin 5200 manatdan satışını həyata keçirdikləri tədqirdə 1200 manat xalis gəlir əldə edəcəklərini, həmin gəlirin də, aralarında bərabər şəkildə bölünəcəyini demiş, bundan sonra onlar taksi avtomobilinə minib, saat təxminən 16-da Elçinlə razılaşdırılmış görüş yerinə gəlmiş, həmin ünvanda avtomobildən enib, Elçinin gəlişini gözləməyə başlamış, təxminən 10-15 dəqiqə vaxt keçmişdir ki, bir neçə mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim edərək şəxsiyyətləri ilə bağlı sorğu etmiş, onlar özlərini təqdim etdikdən sonra, polis əməkdaşarı onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatın daxil olduğunu bildirib, bununla bağlı onu, həmçinin yanında olan Akşini Xətai RPİ-nin 34-cü PB-nə dəvət etmiş, o, etiraz etmədən polis əməkdaşları ilə birlikdə Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nə gəlmiş, Polis Şöbəsinə gəldikdə, ilk əvvəl onu xidməti otaqların birinə dəvət etmiş, ardınca ona müdafiəçi təqdim edilmiş, bundan sonra vidoçəkilişdən istifadə edilməklə şəxsi axtarışa məruz qalcağı izah edilmiş, polis əməkdaşları şəxsi axtarışı aparmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub olmaması barədə sorğu edib, müsbət halda həmin əşyaları könüllü olaraq təqdim etməsini təklif etmiş, artıq həmin vaxt polis əməkdaşlarının onun qanunsuz əməlləri, yəni narkotik vasitələrin satışını həyata keçirməsi barədə məlumatlı olduğunu bilib, əlində olan sellofan bağlamanı polis əməkdaşlarına təqdim etməklə, bağlamanın içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, polis əməkdaşları təqdim etdiyi 01 ədəd bağlamaya baxış keçirdikdən sonra, bükümü elektron tərəzi vasitəsi ilə çəkib, qablaşdırıb, möhürləyərək götürmüş, ardınca şəxsi axtarışı aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı digər əşya aşkar edilməmişdir. Aşkar edilən narkotik vasitə heroinlə bağlı polis əməkdaşları tərəfindən sorğu edilən zaman bir qədər həyəcanlı olduğu üçün bir qədər səhvliyə yol verib üstündən aşkar edilmiş 01 ədəd bağlamadakı heroini Akşindən 4000 manat pul müqabilində aldığını deyib, həmin narkotik vasitəni Elçin adlı şəxsə satmaq niyyətində olduğunu demiş, halbuki o, həmin narkotik vasitəyə görə Akşinə hər hansı məbləğdə pul verməmiş, sadəcə Akşinlə birgə təşkil etdiyi müştəriyə narkotik vasitənin satışını həyata keçirib, ədlə edilmiş gəliri aralarında bərabər şəkildə bölüşdürməli olmuş, daha sonra aşkar edilənlərlə bağlı hamının iştirakı ilə protokol yazılmış, protokol ucadan oxunduqdan sonra, o özü, müdafiəçisi və axtarışda iştirak edən digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadənin düzgün olduğunu, istintaq zamanı verdiyi ifadələrin ondan təyziq vasitəsi ilə alındığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, mütəmadi olaraq narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul edir. İstifadə etdiyi narkotik vasitələri müxtəlif yerlərdən, tanımadığı şəxslərdən almışdır. 2020-ci ilin iyun ayında müvəqqəti saxlama yerində əslən Lənkəran şəhərindən olan Təqsirləndirilən şəxs2 ilə tanış olmuş, tanışlıqdan sonra münasibətləri yarandığından, onunla tez-tez zəngləşərək görüşmüşlər.Turalla münasibəti olduğu üçün onun narkotik vasitə heroindən istifadə etdiyini bilmişdir. Həmçinin Turalın da onun narkotik vasitə heroindən istifadə etməsi barədə məlumatlı olmuşdur. Onlar bir neçə dəfə Turalla birgə ayrılıqda əldə etdikləri narkotik vasitə heroini birgə qəbul etmiş, həmçinin Tural bir neçə dəfə hər hansı təmənna olmadan özünün əldə etdiyi narkotik vasitə heroindən istifadəsi üçün ona az miqdar təşkil etmişdir. O, heç vaxt Turaldan narkotik vasitəni haradan və ya kimdən əldə etməsi barədə soruşmamışdır. Eyni zamanda o özü də bu barədə ona hər hansı məlumat verməmişdir. Bununla belə 2020-ci ilin avqust ayının əvəllərində söhbət əsnasında Turaldan istifadə üçün narkotik vasitə heroin istədikdə, Tural üzərində narkotik vasitə olmadığını, lakin müxtəlif növ narkotik vasitələrin alqı-satqısını həyata keçiridiyini deyib, narkotik vasitələrin təşkilində ona yardımçı ola biləcəyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında bədənində möhkəm ağrılar başladığından istifadəsində olan ***-***-**-**, ***-***-**-** və ya ***-***-**-** saylı mobil nömrənin hər hansısa birindən Turalın istifadəsində olan ***-***-**-** və ya ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq üstündə 20 manat pul olduğunu və həmin pul müqabilində ona narkotik vasitə heroin təşkil etməsini xahiş etmişdir. Əsasən narkotik vasitə ilə bağlı danışıqları“Whatsapp” proqramı vasitəsi ilə aparılmış, odur ki, danışıqlarının adi zənglə və ya konkret olaraq “Whatsapp” proqramı vasitəsi ilə aparılması yadında qalmamışdır. Danışıqları zamanı Tural da öz növbəsində həmin pul müqabilində ona təxminən bir qrama yaxın narkotik vasitə heroin təşkil edə biləcəyini bildirib, onu yaşadığı ünvan 19ircan qəsəbəsindəki fərdi yaşayış evinin yaxınlığına dəvət etmiş, qeyd edilən ünvanda görüşləri zamanı, Turala 20 manat pul verməklə ondan 01 ədəd kağız bükümdə narkotik vasitə heroin almışdır. Həmin vaxt Turalla aralarında olan danışıq zamanı, o, özündə təxminən 500 qram narkotik vasitə heroin olduğunu bildirməklə, onun üçün həmin heroini dəyərindən ucuz qiymətə yəni 1 qramı 13 manatdan olmaqla ümumilikdə 5200 manat pul müqabilində satışını təşkil edə biləcəyini bildirmiş, o da, bu barədə ona konkret bir söz deməyib, səhəri gün saat təxminən 16 radələrində yaşadığı evin yaxınlığında görüşmək barədə təklif etmişdir. Tural da öz növbəsində təcili pula ehtiyacı olduğu üçün səhəri gün narkotik vasitəni üstündə götürməklə, yaşadığı evin yaxınlığına gələcəyini bildirmişdir. Onun heç vaxt Turaldan həmin həcmdə narkotik vasitə almaq üçün maddi imkanı olmamış, fikirləşmişdir ki, Tural nakotik vasitəni özü ilə götürüb, yaşadığı evin yaxınlığına gələcəyi halda, hər hansı bəhanə gətirib pul tapa bilmədiyini bildirməklə, ondan öz istifadəsi üçün az miqdarda narkotik vasitə almağa nail olar. Turaldan ayrılıb, yaşadığı evə gəldiyi zaman, evinin yaxınlığında gizlin bir yerdə Turaldan aldığı narkotik vasitə heroinin bir hissəsini iynə vasitəsi ilə damara vurmaqla qəbul etmiş, qalan cuzi miqdarda narkotik vasitə heroini isə bədənində möhkəm ağrılar başladığı zaman istifadə etməkdən ötrü əynindəki şalvarın cibinə qoymuşdur. Səhəri gün yəni, xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Turalla əlaqə saxlayıb, ondan narkotik vasitənin satışı ilə bağlı fikrinin qəti olub-olmadığını öyrənmiş, belə ki, məqsədi guya narkotik vasitəni alacağı ilə bağlı görüntü yaradıb, onu inandırmaq olmuşdur. Tural da öz növbəsində fikrinin qəti olduğunu, danışlan vaxtda narkotik vasitə ilə birgə yaşadığı evin yaxınlığına gələcəyini bildirmişdir. Günorta saatlarınadək Tural onunla əlaqə saxlayıb, pulu tapa bilib-bilmədiyi ilə maraqlanmış, o da hər şeyin qaydası ilə getdiyini bildirmişdir. Həmin gün saat 14 radələrində şəxsi işləri ilə əlaqədar metronun Əhmədli stansiyasının yaxınlığında hərəkətdə olduğu zaman, bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim edərək şəxsiyyəti ilə bağlı sorğu-sual etmiş, o özünü təqdim etdikdən sonra, polis əməkdaşları narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə məlumatın daxil olduğunu bildirib, bununla bağlı onu Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. O etiraz etməyərək onlarla birlikdə Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nə getmişdir. Şöbədə ona müdafiəçi təqdim edilmiş, ardınca vidoçəkilişdən istifadə edilməklə şəxsi axtarışa məruz qalacağı izah edilmiş, polis əməkdaşları şəxsi axtarış aparmazdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub olmaması barədə sorğu edib, müsbət halda həmin əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişlər. Həmin vaxt o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan 01 ədəd kağız bükümünü polis əməkdaşlarına təqdim edib, təqdim etdiyi bükümün içərəsində isə narkotik vasitə heroin olduğunu demiş, polis əməkdaşları təqdim etdiyi 01 ədəd bükümə baxış keçirdikdən sonra, bükümü elektron tərəzi vasitəsi ilə çəkib, qablaşdırıb, möhürləyərək götürmüşlər. Ardınca şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı digər əşya aşkar edilməmişdir. Aşkar edilən narkotik vasitə heroinlə bağlı polis əməkdaşları tərəfindən sorğu edilən zaman hər şeyi olduğu kimi etiraf etməklə, üstündən aşkar edilmiş 01 ədəd bükümündəki narkotik vasitə heroini xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Turaldan öz istifadəsi üçün əldə etdiyini, eyni zamanda narkotik vasitəni aldığı zaman Turalın 5200 manat pul müqabilində 500 qrama yaxın narkotik vasitə heroini satmaq üçün ona təklif etdiyini, hazırda Turalın yaşadığı evin yaxınlığında onu gözlədiyini bildirmişdir. Daha sonra aşkar edilənlərlə bağlı hamının iştirakı ilə protokol yazılmış, protokol ucadan oxunduqdan sonra, o özü, müdafiəçisi və şəxsi axtarışda iştirak edən digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Şöbəyə Şahid1 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində saxlamaqla daşıması barədə məxfi mənbədən məlumat daxil olmuş, daxil olmuş həmin əməliyyat məlumatını yoxlamaq məqsədi ilə şöbə rəhbərliyinə raportla məruzə edilib, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə alındıqdan sonra, xx.xx.2020-ci il tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. Şöbəyə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə çıxarılmış qərar əsasında o, həmçinin şöbənin digər əməkdaşından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra əməliyyat qrupu xx xxxxxx 2020-ci il tarixdə Şahid1 olması ehtimal edilən ünvan 10 ünvanın qarşısına gəlmişdir. Həmin gün saat 14 radələrində xarici görünüşcə Şahid1 oxşar şəxsin həmin ünvana gəldiyini görüb, həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək, şəxsiyyəti barədə sorğu etmiş, həmin şəxs özünü təqdim edərək xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş Şahid1 olduğunu bildirmişdir. Onun narkotik vasitələr əldə etməsi, üstündə saxlamaqla daşıması barədə məlumat daxil olduğunu izah edib, Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmiş, o da heç bir etiraz bildirmədən onlarla birlikdə Şöbəyə gəlmişdir. Şöbədə Şahid1 hüquqlarının müdafiə edilməsindən ötrü razılığı ilə Bakı şəhər 13 saylı Vəkil Bürosundan vəkil dəvət edilməklə ona təqdim edilmiş, bundan sonra hüquq və vəzifələri izah edilərək videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışı aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, əks təqdirdə şəxsi axtarışı keçiriləcəyi barədə xəbərdarlıq edilmiş, həmin vaxt Şahid1 əynindəki qara rəngli şalvarın sol cibindən 01 ədəd kağız bükülünü təqdim edib, bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Elçin Zəbəliyev üstündən aşkar edilərək götürülmüş bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında özünün istifadəsi üçün Tural adlı şəxsdən aldığını, habelə sonuncu danışıqları zamanı Tural adlı şəxsin özündə əlavə 500 qrama yaxın narkotik vasitə heroin olduğunu bildirməklə, həmin heroini 5200 manata satmaq üçün ona təklif etdiyini, xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq Sovxozu adlanan yerdə görüş təyin etdiklərini bildirmişdir. Daha sonra onun şəxsi axtarışı keçirilmiş, üstündən başqa heç bir qeyri-qanuni əşya aşkar edilməmiş, eyni zamanda Şahid1 təqdim etdiyi 01 ədəd bükümə baxış keçirildikdən sonra, həmin büküm elektron tərəzi ilə ölçülmüş, daha sonra zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş,bu barədə protokol tərtib olunaraq, həmin protokol oxunandan sonra iştirakçılar və Şahid1 tərəfindən imzalanmışdır. Şəxsi axtarış başa çatdıqdan sonra Şahid1 verdiyi məlumatla bağlı yəni, “Tural” adlı şəxsin cinayət əməllərinin ifşa olunması məqsədi ilə tərəfllərindən əməliyyat-axtarış tədbiri davam etdirilməklə, məlumatda adı göstərilən “Tural” adlı şəxsin cinayətkar fəaliyyətinin ifşa olunmasından ötrü xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Şahid1 izah etdiyi ünvana Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq Sovxozu adlanan yerdə yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısına gəlmişlər. Həmin ünvana çatıb müşahidəyə başladıqda, zahiri əlamətlərinə görə “Tural” adlı şəxsə oxşar şəxsin yanında olmuş digər bir nəfər şəxslə birgə həmin ünvanda oluqlarını və özlərini şübhəli apardıqlarını görüb, yaxınlaşaraq onları saxlamışlar. Həmin şəxslərə xidməti vəsiqələrini təqdim edib, Bakı şəhəri, Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları olduqlarını bildirməklə, şəxsiyyətləri ilə bağlı sorğu etmiş, həmin şəxslərdən biri özünü təqdim edərək xx.xx.1984-cüil tarixdə ünvan 12 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs2 Mizəbaba oğlu, digəri isə xx.xx.1996-cı il tarixdə Lənkəran şəhəri, Şilavar kəndində anadan olmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və onların satışı ilə məşğul olması barədə məlumat daxil olduğu izah edib, araşdırma zərurəti ilə əlaqədar onu, habelə onun yanında olmuş Təqsirləndirilən şəxs1 Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmiş, Şöbəyə gəldikdə, ilk əvvəl Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsindən ötrü razılığı ilə Bakı şəhər 13 saylı Vəkil Bürosundan vəkil dəvət edilməklə ona təqdim edilmiş, bundan sonra Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilərək vidoçəkilişdən istifadə edilərək şəxsi axtarışı aparılmışdır. Təqsirləndirilən şəxs2 şəxsi axtarışı aparılmazdan əvvəl ona üstündə olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, əks təqdirdə şəxsi axtarışı aparılacağı barədə xəbərdarlıq edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 əlində saxladığı 01 ədəd boz rəgli sellofan bağlamanı təqdim edib, təqdim etdiyi bağlamada narkotik vasitə heroin olduğunu bildirmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sellofan bağlamadakı kütləyə baxış keçirən zaman, bağlamadakı maddənin qəhvəyi rəngli, tozşəkilli kütlə olmalqa narkotik vasitə “heroinə” bənzər olması müəyyən edilmiş, ardınca Təqsirləndirilən şəxs2 şəxsi axtarışı aparılmış, axtarış zamanı üstündən qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üstündən aşkar edilmiş narkotik vasitə heroini onunla birgə saxlanmış qohumu Təqsirləndirilən şəxs1 əldə etdiyini və həmin heroini Elçin adlı şəxsə satmaq niyyətində olduğunu bildirmiş, daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd bağlamadakı kütlə ölçülmüş, qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib olunaraq, həmin protokol oxunandan sonra iştirakçılar və Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 şəxsi axtarışı tamamlandıqdan sonra, onunla birgə saxlanılmış Təqsirləndirilən şəxs1 narkotik vaistələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün, şəxsi axtarışının aparılması zərurəti yaranmış, bu məqsədlə onun hüquqlarının müdafiə edilməsindən ötrü razılığı ilə Bakı şəhər 13 saylı Vəkil Bürosundan vəkil dəvət edilməklə ona təqdim edilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilərək vidoçəkilişdən istifadə edilərək şəxsi axtarışı aparılacağı izah edilmiş, Akşin Cəbbrayılzadənin şəxsi axtarışı aparılmazdan əvvəl ona üstündə olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, əks təqdirdə şəxsi axtarışı aparılacağı barədə xəbərdarlıq edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 üstündə qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığını, lakin yaşadığı ünvan 4-da müxtəlif növdə və çəkilərdə narkotik vasitələr saxladığını bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs1 şəxsi axtarışı aparılmış, lakin üstündən sübut əhəmiyyətinə malik hər hansı əşya və ya predmet aşkar edilməmiş, bu barədə protokol tərtib olunduqdan sonra, Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə narkotik vasitələr saxlaması ilə bağlı göstərdiyi xüsusatın yoxlanması ilə əlaqədar yaşadığı mənzildə axtarış və götürmə istintaq hərəkətinin aparılması zərurəti yaranmışdır. Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda axtarış və götürmə aparılmasına etiraz etmədiyini bildirib, bununla bağlı ərizə tərtib etməklə təqdim etmiş, bundan sonra onlar şöbədən çıxaraq müdafiəçi və Təqsirləndirilən şəxs1 iştirakı ilə sonuncunun yaşadığı ünvan 4 ünvanına gəlmiş, qeyd edilən tərkibdə Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə daxil olduqda, Təqsirləndirilən şəxs1 dövriyyəsi qadağan edilən, məhdudlaşdırılan və ya dövriyyəsinə nəzarət edilən narkotik vasitələrin yerini könüllü göstərməsi təklif edilmişdir. O, mənzilin qonaq otağındakı divanın oturacaq hissəsini qaldırıb, divan altlığından 02 ədəd qara rəngli sellofan torbaları təqdim etmiş, sellofan torbalarından birini açdıqda içərsində 04 ədəd qara rəngli və 02 ədəd ağ sellofan bağlamalar aşkar edilmiş, həmin sellofanlara baxış keçirdikə hər birinin içərilərində yaşıl rəngli, çətənə bitkisinə oxşar kütlələrin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin 06 ədəd bağlamalardakı kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmiş, ardınca digər sellofan torbanı açdıqda, torbada 07 ədəd sellofan bağlamaların olması aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi bağlamalardan 02 ədədinin içərisində narkotik vasitə heroin, 02 ədədininin içərisində narkotik vasitə həşiş qətranı, 02 ədədinin içərisində psixotrop maddə metamfetamin və 01 ədədinin içərisində isə narkotik vasitə tiryək olduğunu qeyd etmişdir. Bağlamaları açıb içərilərinə nəzər saldıqda, həqiqətən də, bağlamalardan 02 ədədinin içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər, 02 ədədinin içərisində qəhvəyi rəngli, qətran formalı narkotik vasitə həşiş qətranına bənzər, 01 ədədinin içərisində tünd qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər, digər 02 ədədinin içərisində isə ağ rəngli kristallik formalı psixotrop maddə metamfetaminə bənzər kütlələrin olması müəyyən edilmiş, aşkar edilmiş narkotik vasitələr və psixtrop maddələrə oxşar kütlələr elektron tərəzi ilə ölçüldükdən sonra qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Bundan sonra mənzildə axtarış davam etdirilmiş, axtarış zamanı qonaq otağındakı televizor altlığı üzərindən içərisində müxtəlif qeydiyyatlar aparılmış 03 ədəd qeydiyyat kitabçaları aşkar edilmişdir. Bundan sonra elə mənzildə aşkar edilənlərlə bağlı protokol tərtib olunmuş, ucadan oxunmuş və protokol imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları Şahid3 və Şahid4 ifadələrində Şahid2 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli üzrə təqsirli olmaları özlərinin ibtidai araşdırma zamanı verdikləri ifadələri, şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Xətai rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxx 2020-ci il tarixli 4(011)-539/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri, Xətai rayon Məhkəməsinin qətimkan tədbirinin seçilməsi barədə xx xxxxxx 2020-ci il tarixli 4(011)-538/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs2 əvvəllər dəfələrlə məhkum olunsa da hazırda məhkumluğu yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs1 Gəncə hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum edilmiş, Salyan rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə 09 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuş, xx xxxxxxx 2018-ci il tarixdə müddət bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Hazırda məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokolun məzmunundan aydın olur ki, Şahid1 xx xxxxxx 2020-ci il tarixdə saat 14 radələrində ünvan 16 ünvanda saxlanılıb Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə gətirilərək şəxsi axtarışı aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitəyə bənzər qəhvəyi rəngli toz şəkilində maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş“şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokolun məzmunundan aydın olur ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq Sovxozu adlanan yerdə saxlanılıb, Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilərək videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 şəxsi axtarışı aparılan zaman əlində saxladığı 01 ədəd sellofan bağlamada narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş“axtarış və götürmə aparılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokolun məzmunundan aydın olur ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 yazılı razılığı əsasında yaşadığı ünvan 4 ünvanda keçirilmiş axtarış zamanı mənzilin qonaq otağındakı divan altlığından 02 ədəd qara rəngli sellofan torbalarda olmaqla, 06 ədəd bağlamada hər birinin içərisində yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, 02 ədəd bağlamada içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddələr, 02 ədəd bağlamada içərisində qəhvəyi rəngli, qətran şəkilli, narkotik vasitə həşiş qətranına bənzər maddələr, 02 ədəd bağlamada ağ rəngli kristallik formalı psixotrop maddə metamfetaminə bənzər kütlələr, 01 ədəd bağlamada tünd qəvəyi rəngli, qətran şəkilli narkotik vasitə tiryəkə bənzər maddə, habelə içərisində müxtəlif qeydiyyatlar aparılmış 03 ədəd qeydiyyat kitabçaları aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/1601 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “şübhəli şəxs Şahid1 şəxsi axtarışı zamanı aşkar edilmiş maddə” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,005 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/1606 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs2 şəxsi axtarışı zamanı aşkar edilmiş maddə” yazısı paketdəki bir ədəd bükümdə təmiz çəkisi 510 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/1607 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 18 ünvanında axtarış aparan zaman aşkar edilmiş maddələr” yazısı olan bağlamadakı: - 02 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 344,430 qram və 82,669 qram, ümumi təmiz çəkisi 427,099 qram ağ rəngli kristallardan ibarət maddələr kustra üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir, - 01 ədəd bükümdə və plastik qabda, ayrı-ayrılıqda təmiz çəkiləri 231,040 qram və 1280 qram, ümumi təmiz çəkisi 1511,04 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasltə- heroindir; - 01 ədəd bağlamada təmiz çəkisi 1160 qram tünd qəhvəyi rəngli qətranabənzər maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəkdir. Təqsirləndirilən şəxs1 götürülmüş heroinlər, Təqsirləndirilən şəxs2 (xx xxxxxx 2020-ci il tarixli 6/1606 saylı ekspert rəyi) və Şahid1 (xx xxxxxx 2020-ci il tarixli 6/1601 saylı ekspert rəyi) götürülmüş heroinlərlə tərkibindəki komponentlərinə görə eynidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 7/535 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 18 ünvanında axtarış aparılan zaman aşkar edilmiş maddələr” yazısı olan 01 ədəd qara rəngli polietilen torbadakı təmiz çəkisi - 3505,0 qram (3kq505qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - 01 ədəd qara rəngli polietilen bağlamadakı 02 ədəd qara rəngli sellofan bükümlərdə folqa kağızıda nazik sellofan bükülülərin içərisində ayrı-ayrılıqda təmiz çəkiləri: 970 qram; 970 qram; olan maddələr (bitki mənşəli kütlələr) narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qətranıdır. Ümumi çəkisi-1940 qram. Təqdim edilmiş həşiş qətranları tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri, Xətai rayon Məhkəməsinin hakimi X12 oğlunun “əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın yoxlanılması haqqında” xx xxxxxx 2020-ci il tarixli 5(011)-300/2020 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Bakı şəhəri, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş və həmin şöbənin rəisi Xəlil Səfərov tərəfindən təsdiq edilmiş xx xxxxxx 2020-ci il tarixli qərar qanuni hesab edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş“baxış keçirilməsi haqqında” protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 yazılı razılığı əsasında yaşadığı ünvan 1 ünvanda keçirilmiş axtarış zamanı mənzilin qonaq otağındakı tumba üzərindən götürülmüş 03 ədəd qeydiyyat kitabçalarına Bakı şəhəri Xətai RPİ-nin inzibati binasında xidməti iş otağında baxış keçirilmiş, baxış zamanı qeydiyyat kitabçalarında müxtəlif növdə olan narkotik vasitələrin adları, çəkiləri, onlara sərf edilmiş pul vəsaitləri, narkotik vasitələrə müştəri olmuş şəxslərin adları, Təqsirləndirilən şəxs1 özü və qohumu Təqsirləndirilən şəxs2 Mizəbaba oğlunun vasitəsi ilə müştərilərə satılmış narkotik vasitələrin miqdarı və qiymətləri, bu yolla əldə edilmiş gəlir və narkotik vasitələrin alınmasına çəkilmiş xərclər barədə qeydiyyatlar aparılması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş“telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokolun məzmunundan görünür ki, istintaq zamanı iş üzrə əhəmiyyət kəsb edəcək məlumatların əldə edilməsi məqsədi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və ***-***-**-**, Təqsirləndirilən şəxs2 Mizəbala oğlunun istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə dair məlumatları əks etdirən Azərbaycan Respublikası DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli 25/1-4488m nömrəli məktuba əlavə edilmiş 01 ədəd diskə Bakı şəhəri Xətai RPİ-nin inzibati binasında xidməti iş otağında baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə faktiki olaraq iş üzrə digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, sonuncunun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində mütəmadi olaraq əlaqə saxlamaqla danışıqlar aparması müəyyən edilmişdir. Baxış zamanı həmçinin Təqsirləndirilən şəxs1 həmçinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Tural Abullayevin adına rəsmləşdirilmiş ***-***-**-**, ***-***-**-** və ***-***- **-** nömrələrlə əlaqə saxlayaraq danışıqlar aparması aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan həmin mobil nömrədən Tural Abullayevin adına rəsmləşdirilmiş ***-***- **-** mobil nömrə ilə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, ***-***-**-** saylı mobil nömrə ilə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, ***-***-**-** saylı mobil nömrə ilə xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək mütəmadi əlaqə saxlanılaraq danışıqlar aparılmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə iş üzrə digər Təqsirləndirilən şəxs2 istifadəsidə olmuş ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, sonuncunun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddət ərzində mütəmadi əlaqə saxlanılmaqla danışıqlar aparılması müəyyən edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən həmçinin Tural Abullayevin adına rəsmləşdirilmiş ***-***-**-** və ***-***-**-** saylı nömrələrlə də, əlaqə saxlanılaraq danışıqlar aparılması məyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan həmin mobil nömrədən Tural Abullayevin adına rəsmləşdirilmiş ***-***-**-** saylı mobil nömrə ilə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, ***-***-**-** mobil nömrə ilə xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək mütəmadi əlaqə saxlayaraq danışıqlar aparmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən faktiki olaraq Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixdək olan müddət ərzində mütəmadi əlaqə saxlayaraq danışıqlar aparması müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə həmin mobil nömrələr arasında saat 17:41, 20:01, 20:30, 20:51, 21:05 və 21:06-da əlaqə saxlamaqla danışıqlar aparılmış, həmin gün saat 20:01-də hər iki mobil nömrənin anten əhatə dairəsi eyni bir ünvanı yəni, ünvan 19ircan qəsəbəsini əhatə etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli, 3131 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Mizəbaba oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixatrop maddə olan metamfetamindən suiistifadə edilməsi nəticəsində Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli, 3132 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixaotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Mizəbaba oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3- cü maddələrində nəzərdə tutulan əməlləri törətmələrini, əməllərində cinayət tərkibinin olmasını, bununla da onların təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onların əməli Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin ittiham olunduqları maddələr üzrə özlərini təqsirli bilməmələri digər sübutlarla təkzib olunur. Təqsirləndirilən şəxslərin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və onlar törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdırlar. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayət inxarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirlibilinən şəxsin şəxsiyyətinə uyğunolmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onların islah olunmasına, ailə vəziyyətlərinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs2 Mizəbaba oğlunun və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-in 59-cu və 61-ci maddələri ilə nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Mizəbaba oğlu və Təqsirləndirilən şəxs1 ilk dəfə ağır cinayət törətməsinə və əvvələr azadlıqdan məhrumetmə növündə cəza çəkmədiyinə görə onlara təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Mizəbaba oğlu və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərin əəsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Şahid1, Təqsirləndirilən şəxs2 Mizəbaba oğlunun şəxsi axtarışı, habelə Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə aparılmış axtarış zamanı aşkar edilmiş, müvafiq espertiza tədqiqatı zamanı sərf olunduqdan sonra qalıq çəkiləri 0,001 qram, 509,77 qram; 1510,74 qram narkotik vasitə heroin, 426,899 qram psixotrop maddə metamfetamin, 1159,7 qram narkotik vasitə tiryək, 3504,8 qram narkotik vasitə qurudulmuş marixuana, 1939,9 qram narkotik vasitə həşiş qətranı məhv edilməli, 03 ədəd qeydiyyat kitabçaları, habelə Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə aparılmış axtarış zamanı, Şahid1, Təqsirləndirilən şəxs2 və A.Cəbrayızadənin şəxsi axtarışıın görüntülərini əks etdirən 04 ədəd “CD-R” formatlı disk və Azərbaycan Respublikası DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən xx xxxxxxx 2020-ci il tarixli 25/1-4488m nömrəli məktuba daxil olmuş 01 ədəd “CD-R” formatlı disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 Mizəbaba oğlunun və Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli tutulduqları vaxtdan –xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 456,28 (dörd yüz əlli altı manat iyirmi səkkiz qəpiq) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Mizəbaba oğlunun və Təqsirləndirilən şəxs1 hər birindən 228,14 (iki yüz iyirmi səkkiz manat on dörd qəpiq) manat olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri X8 və Müdafiəçi2 Məruf oğlunun hər birinə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Mizəbaba oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir)il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Mizəbaba oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Mizəbaba oğluna Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra hazırki cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Şahid1, Təqsirləndirilən şəxs2 Mizəbaba oğlunun şəxsi axtarışı, habelə Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə aparılmış axtarış zamanı aşkar edilmiş, müvafiq espertiza tədqiqatı zamanı sərf olunduqdan sonra qalıq çəkiləri 0,001 qram, 509,77 qram; 1510,74 qram narkotik vasitə heroin, 426,899 qram psixotrop maddə metamfetamin, 1159,7 qram narkotik vasitə tiryək, 3504,8 qram narkotik vasitə qurudulmuş marixuana, 1939,9 qram narkotik vasitə həşiş qətranı məhv edilsin, 03 ədəd qeydiyyat kitabçaları, habelə Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə aparılmış axtarış zamanı, Şahid1, Təqsirləndirilən şəxs2 və A.Cəbrayızadənin şəxsi axtarışlarının görüntüləri ni əks etdirən 04 ədəd “CD-R” formatlı disk və Azərbaycan Respublikası DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən xx xxxxxxx 2020-ci il tarixli 25/1-4488m nömrəli məktuba daxil olmuş 01 ədəd “CD-R” formatlı disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 456,28 (dörd yüz əlli altı manat iyirmi səkkiz qəpiq) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Mizəbaba oğlunun və Təqsirləndirilən şəxs1 hər birindən 228,14 (iki yüz iyirmi səkkiz manat on dörd qəpiq) manat olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri X8 və Müdafiəçi2 Məruf oğlunun hər birinə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Mizəbaba oğluna və Təqsirləndirilən şəxs1 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar