Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-526/2022 04.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X2, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1987-ci ildə Sabirabad rayonu, Güdəcühür kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri, Bakı küçəsi, ev 72-də pasport qeydiyyatında olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsi ev 01C-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 2,524 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, özündə saxlamaqla daşımış, 09 sentyabr 2021-ci ildə, saat 19:00-da ünvan 1 ünvanın yaxınlığında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə dəvət olunmuş və üzərində şəxsi axtarış aparılan zaman əynində olan qəhvəyi rəngli pencəyin sağ yan cibində satış məqsədi ilə qanunsuz əldə edib saxlayaraq daşıdığı bir ədəd ağ rəngli plastik qabda təmiz çəkisi 2,524 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və pencəyin sol yan cibindən səthində psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd “500x0, lg” markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla qismən təqsirli bilərək göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 80 nömrəli məktəbin yanında yerləşən evdə olarkən polis əməkdaşı Nurlan tərəfindən saxlanılmış, üzərində 0,5 qram psixotrop maddə olmuş, üzərinə polis tərəfindən tərəzi və iki qram metamfetamin qoyulmuşdur. Narkotik vasitə patını öz istifadəsi üçün tanımadığı şəxsdən Neftçilər metrostansiyasının yaxınlığında 30 manata almış, satışı ilə məşğul olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi satış məqsədi ilə psixotrop maddə əldə etməməsi, üzərində aşkar edilmiş həmin maddənin hamısının ona məxsus olmaması, şəxsi istifadə üçün yalnız 0,5 qram psixotrop maddə əldə etməsinə dair xüsusatları özünümüdafiə xarakteri olmaqla cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantı xüsusi rütbəsi daşıyır. 09 sentyabr 2021-ci ildə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə həmin günü o və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 09 sentyabr 2021-ci ildə saat 19:15-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olan qadının piyada hərəkət etdiyini görüb yaxınlaşıb özlərini təqdim etmişlər və həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə dəvət etmişlər və Təqsirləndirilən şəxs etiraz etməyərək onlara birlikdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə gəlmişdir. Xidməti otaqların birində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin təhqiqatçısı polis mayoru Rafiq Babayev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 7 nömrəli Vəkil bürosundan dövlət hesabına vəkil dəvət olunmuşdur. Vəkil tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmasını bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən vəkilin iştitakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra vəkilin iştikarı olmadan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfidən hüquq və vəzifələri izah olunarkən yenidən vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli pencəyin sağ yan cibindən bir ədəd alışqan və bir ədəd ağ rəngli plastik qabı və həmin pencəyin sol yan cibindən bir ədəd elektron tərəzini çıxarıb təqdim etmiş və bildirmişdir ki, ağ rəngli plastik qabın içərisində psixotrop maddə vardır. Təhqiqatçı tərəfindən həmin plastik qab açılaraq içinə baxış zaman psixotrop maddə metamfetaminə bənzər ağ rəngli maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin plastik qabda nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, bir ədəd plastik qabda olan maddə psixotrop maddə metamfetamindir. 09 sentyabr 2021-ci ildə Bakı şəhəri, Nizami rayonunda “Neftçilər” metrostansiyasının yaxınlığında üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 100 manata öz istifadəsi üçün almış və üzərində saxlamışdır. Bir ədəd elektron tərəzini isə metamfetamin alan zaman aldanmamaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunan bir ədəd plastik qabda psixotrop maddə metamfetaminə bənzər maddə və bir ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətli olduğundan zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və 160 saylı möhürlə möhürlənib götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və qeyd daxil olmadığından protokol düzgün yazıldığı üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq və təsir göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 10 sentyabr 2021-ci il tarixli 6/3983 saylı rəyindən görünür ki, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş .....” yazı olan zərfdəki bir ədəd ağ rəngli dairəvi formalı plastik qabdakı təmiz çəkisi 2,524 qram ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir və bir ədəd arxasına “500gx0,01g” yazısı olan “gümüşü” rəngli elektrik tərəzinin üzərində metamfetaminin izləri vardır. İz şəkilində olduğu üçün metamfetaminin çəkisini və qabdakı metamfetaminlə eyni kimvəyi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri’in siyahısına (İ siyahı) daxildir. Metamfetaminin təmiz çəkisi - 2,524 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq - 2,474 qramdır. Cinayət işinə əlavə olunmuş məhkəmə-psixiatrik ekspertizasının 15 noyabr 2021-ci il tarixli 2687 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməyib. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbiqlərinin tədbiq edilməsinə ehtiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 06 dekabr 2021-ci il tarixli 4912 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinə əlavə edilmiş 09 sentyabr 2021-ci il tarixli raportdan görünür ki, Sabunçu RPİ-nin 13-cü PB-nə qərəzsiz və etibarlı mənbədən “Cəmilə” adlı şəxsin üzərində narkotik maddə olması barədə məlumat daxil olmuşdur. Cinayət işinə əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması” haqqında 09 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynində olan qəhvəyi rəngli pencəyin sol cibindən üzərində “Bakıxanov Çörək Zavodu” sözləri yazılmış şəffaf, sarı rəngli sellofana bükülmüş gümüşü rəngli elektron tərəzini, sağ yan cibindən isə bir ədəd qırmızı rəngli alışqan və bir ədəd ağ rəngli plastmas qabın içərisində kristal formada olan maddəni təqdim edərək həmin maddənin narkotik vasitə hesab edilən “şüşə” olduğunu və həmin narkotiki 09 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Neftçilər metrostansiyasının yaxınlığında üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 100 manata alıb öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş “DVD diskə baxış keçirilməsi” haqqında 10 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsinin təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli pencəyin sol yan cibindən sellofana bükülmüş elektron tərəzi, sağ yan cibindən bir ədəd ağ rəngli plastik qabı və bir ədəd alışqanı çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulması, bu zaman Təqsirləndirilən şəxs həmin plastik qabın içərisində “patı” yəni, psixotrop maddə metamfetaminin olduğunu və həmin maddənin onun özünə məxsus olmasını, həmin psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 100 manata özü istifadə etmək üçün almasını, üzərində saxlamasını və daşımasını bildirməsi, həmin maddənin və elektron tərəzinin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarışın davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmetin aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqında verdiyi ifadələri arasında ziddiyətlər vardır və onun istər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı qeyri-səmimi olması, o cümlədən ağır ittihamdan yayınmağa cəhd etdiyi qənaətinə gəlməyə əsas verir. Belə ki, cinayət işinin 53-55-ci vərəqlərində olan “şübhəli şəxsin dindirilməsi” protokolundan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə müdafiəçisi İlqar İsmayılovun iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən göstərmişdir ki, o, Hacıqabul şəhəri, Bakı küçəsi, ev 72-də qeydiyyatda olsa da, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsi, ev 01C-də kirayə yaşamışdır. O, 2016-cı ildən psixotrop maddə metamfetamini çəkmə yolu qəbul etməyə başlamışdır. 09 sentyabr 2021-ci ildə səhər saatlarında psixotrop maddə metamfetamin almaq üçün Bakı şəhəri, Nizami rayonunda “Neftçilər” metrostansiyasının yaxınlığında olan körpünün yanına getmiş, ancaq psixotrop maddə metamfetamin satan şəxsi görməmişdir. O, qayıdıb evə gəlmiş və həmin günü axşam tərəfi yenə psixotrop maddə metamfetamin almaq üçün Bakı şəhəri, Nizami rayonunda “Neftçilər” metrostansiyasının yaxınlığında olan körpünün yanına getmiş, metamfetamin satan şəxsi görmüş, həmin şəxsə yaxınlaşıb 100 manat vermiş və 3 qram metamfetamin istəmişdir. Həmin şəxs demişdir ki, 2,5 qram metamfetamin vardır, səhər də gəlib 0,5 qram metamfetamini götürər. O, həmin şəxslə razılaşmış, həmin şəxsdən bir ədəd bükümdə 2,5 qram metamfetamini almış, bir ədəd bükümdə olan metafetamini bir ədəd ağ rəngli plastik qabın içinə tökmüş və həmin plastik qabı əynində olan qəhvəyi rəngli pencəyin sağ yan cibinə qoymuşdur. Həmin günü saat 19 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyli küçəsi, İC saylı evin yaxınlığı ilə piyada kirayə yaşadığı evə gedən zaman iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin polis əməkdaları kimi təqdim etmiş və ondan adını və soyadını soruşmuşlar. O, da polis əməkdaşlarına anket məlumatlarını demiş və polis əməkdaşları üzərində şəxsi axtarış aparılması üçün onu 13cü Polis bölməsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə 13-cü Polis bölməsinə getmişdir. Polis bölməsinin xidməti otaqlarının birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və ona vəkillərin siyahısı təqdim edilmişdir. O, polis əməkdaşlarına demişdir ki, onun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət edilsin. Bundan sonra 7 saylı Vəkil bürosunun vəkili 13-cü Polis bölməsinə gəlmiş və ona vəkil tərəfindən hüquq və vəzifələrini izah edilmişdir. Polis əməkdaşları tərəfindən ona izah olunmuşdur ki, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacaq. O, üzərində şəxsi axtarış aparılan zaman vəkilin iştitakına ehtiyac olmadığını bildirərək bu barədə ərizə yazmış, vəkilin iştirakı olmadan videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməsi başlanmışdır. Polis əməkdaşları üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olubolmamasını, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O, əynində olan qəhvəyi rəngli pencəyin sağ yan cibindən bir ədəd alışqanı və bir ədəd ağ rəngli plastik qabı və həmin pencəyin sol yan cibindən bir ədəd elektron tərəzini çıxarıb masanın üzərinə qoyub bildirmişdir ki, bir ədəd plastik qabın içərisində psixotrop maddə metamfetamin var, 09 sentyabr 2021-ci ildə Bakı şəhəri, Nizami rayonunda “Neftçilər” metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 100 manat öz istifadəsi üçün almışdır. Bir ədəd elektron tərəzini isə metamfetamin alan zaman aldanmamaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Bir ədəd ağ rəngli plastik qab polis əməkdaşları tərəfində açılmış və həmin qabın içəndə ağ rəngli kristal şəkilli maddə aşkarlanmışdır. O, psixotrop maddə metamfetamini aldığı şəxsi tanımır və anket məlumatlarını da bilmir. Bundan sonra bir ədəd ağ rəngli plastik qab və bir ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və zərf möhürlə möhürlənmiş, zərfin üzəri və tərtib olunmuş protokol o və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, psixotrop maddənin satışı ilə məşğul olmur, sadəcə qəbul edir. Onun mobil telefonu yoxdur və mobil telefon işlətmir. O, polis əməkdaşları tərəfindən saxlanılan, polis bölməsinə gətirilən və üzərində şəxsi axtarış aparılan zaman polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Cinayət işinin 67-69-cu vərəqlərində olan “təqsirləndirilən şəxsin dindirilməsi” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 11 sentyabr 2021-ci il tarixdə müdafiəçisi İlqar İsmayılovun iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən eyni məzmunlu ifadə verərək yuxarıda qeyd olunan cinayət əməlini törətməsini bir daha etiraf etmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin külli miqdarda olduğu, həmçinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd “500x0,1 g” markalı elektron tərəzinin olması onun həmin psixotrop maddəni satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və qadın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 09 sentyabr 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Sabunçu Rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,474 qram təşkil edən psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Təqsirləndirilən şəxs istintaq zamanı üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 sentyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabunçu Rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,474 qram təşkil edən psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş video görüntünü özündə əks etdirən bir ədəd DVD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində pul məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: İradə Həsənzadə Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-526/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-526/2022
04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver