Məhkəmə qərarları › İş №1(101)-526/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-526/2024

08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-526/2024 08.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X4 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) – Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, məhkumluğu olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 32.4,308.1, 320.1-ci maddələri ilə təqsirli bilinərək 3300 azn cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə CM-in 32.4,308.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 2000 manat miqdarında cərimə cəzası 01 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanda qeydiyyat olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (hökmün təsviri əsaslandırıcı hissəsində – CM) 178.2.2, 178.2.4, 234.4.3, 263-1.3 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə istintaqa məlum olmayan şəxsdən və vaxtda Zərərçəkmiş şəxs1 adına "xxxx" ASC-nə olan nağd pul kreditinə və “Tam Kart” kredit kartına görə yaranmış borcların ödənilməsinə dair mülki öhdəliklərdən azad edən rəsmi sənəd olan saxtalaşdırılmış qəbzləri əldə edib istifadə edərək Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək banka olan kredit borclarının ödənilməsi adı ilə aldadıb onun adına 22 iyul 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin “Səbail” filialından 20000 manat nağd pul kreditin rəsmiləşdirilməsinə nail olaraq, hissə-hissə olmaqla, sonuncu dəfə 26 iyul 2022-ci il tarixdə ünvan 4 ünvanda yerləşən ATM terminalı vasitəsilə onun adına olan "xxxx" ASC-yə aid bank kartına 1000 manat pulun köçürülməsi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə 9569 manat miqdarında nağd pul vəsaitini ələ keçirərək, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə istintaqa məlum olmayan şəxsdən və vaxtda Zərərçəkmiş şəxs2 adına "xxxx" ASC-yə və "xxxx" ASC-yə aid nağd pul kreditlərinə görə yaranmış borcların ödənilməsinə dair mülki öhdəliklərdən azad edən rəsmi sənəd olan saxtalaşdırılmış qəbzləri əldə edib istifadə edərək Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək banka olan kredit borclarının ödənilməsi adı ilə aldadıb onun adına 26 iyul 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin “Səbail” filialından 23000 manat nağd pul kreditin rəsmiləşdirilməsinə nail olaraq, hissə-hissə olmaqla, sonuncu dəfə 27 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Bakı Metropoliteni”nin “Gənclik” stansiyasının çıxışında quraşdırılmış “MilliÖN” ödəniş terminalı vasitəsi ilə onun adına olan "xxxx" ASC-yə aid bank kartına 12000 manat pulun köçürülməsi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 12900 manat miqdarında nağd pul vəsaitini ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan texniki cəhətdən saz vəziyyətdə olan X2 məxsus “Kia Optima” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 31 iyul 2022-ci il tarixdə, saat 08 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən 36-cı kilometrliyində hərəkətdə olan zaman yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda həmin tələblərə riayət etməyib “X21” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda həmin tələbə riayət etməyib «X21» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq qeyd olunan tələblərə riyaət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq ehtiyatsızlıqdan idarəetməni itirib qarşı hərəkət zolağında hərəkətdə olan X6 özünə məxsus idarə etdiyi “Kia Sorento” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun hərəkət zolağında toqquşması nəticəsində həmin vaxt “Kia Sorento” markalı avtomobildəki sərnişin Zərərçəkmiş şəxs4 ağciyərlərin əzilməsi(kontuziyası) ilə müşayiət edilən soldan Vİİİ qabırğanın sınığı, alnın(çapıq toxuması) əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət, sürücü X10 isə baş beynin əzilməsi başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar, kəllə tağı və əsası sümüklərinin açıq qəlpəli və burun sümüyünün qapalı qəlpəli sınığı, təpə nahiyəsinin və sol əlin yaraları, başın və bədənin sıyrıq və qançırları ilə nəticələnən, bunlardan ölümünə səbəb olan baş beynin əzilməsi kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, ehtiyatsızlıqdan onun ölümünə səbəb olan xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma cinayət əməlini törətmişdir. Bundan başqa o, istintaqla müəyyən edilməyən mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 2,244 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin narkotik vasitənin bir hissəsi olan təmiz çəkisi 0,979 qram olan heroini altı ədəd şəffaf sellofan kəsiklərinə büküb qablaşdıraraq 01 mart 2023-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən “Ulduz” marketin qarşısında həmin narkotik vasitəni tanışı X7 90 manat müqabilində satmış, Sadiq Səmədov 01 mart 2023-cü il tarixdə, saat 12:00-da Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 6 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılıb Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən altı ədəd şəffaf sellefona bükülmüş ayrıayrılıqda təmiz çəkiləri 0,161 qram, 0,201 qram, 0,125 qram, 0,184 qram, 0,137 qram, 0,171 qram, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, ümumi təmiz çəkisi 0,979 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra qanunsuz olaraq satış məqsədilə əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə heroindən qalıq qalmış təmiz çəkisi 1,265 qram narkotik vasitə heroini üzərində saxlayaraq daşımış və həmin tarixdə saat 15:00-da Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 7 ünvanın yaxınlığında saxlanılıb 37-ci PŞ-nə gətirilərək orada müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellefona bükülmüş təmiz çəkisi 1,265 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.4, 234.4.3, 263-1.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, CM-in 178.2.2, 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onun kartına pul yüklədiklərini bildirirlər. Həmin qəbzləri sonuncular təqdim etdikləri təqdirdə o, dəymiş zərəri ödəyə bilər. Zərərçəkmiş şəxs2 8 min manat kartına ödədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 bölmədə verdiyi ifadəsində heç bir maddi tələbinin olmadığını, dəymiş zərərin ödənildiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs1 10 mindən çox ziyan olduğunu bildirsə də, o, həmin hissəyə münasibətdə 4 mindən çox olan pul miqdarı ilə razılaşır, qalan hissəsini harada verdiyini sonuncu sübut etsin. O, CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihama münasibətdə isə bildirir ki, məclisdən çıxanda bir nəfər tutulmuş və həmin adam ondan narkotik vasitə aldığını bildirsə də, ondan almamışdır. Bunu kamera görüntüləri, eyni zamanda anten dairəsini də çıxartmaqla sübut etmək olar. İş materiallarında üzərindən çıxan narkotik vasitə heroin qeyd olunmuş, onun da qanından heroin çıxmamışdır. O, CM-in 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə qeyd edə bilər ki, 31 iyul 2022-ci il tarixdə, səhər saat 05 radələrində o, avtomaşın ilə İsmayıllı postunu keçmiş, digər avtomaşın isə qarşı tərəfdən gəlirdi. Döngədən həmin avtomaşın çox pis çıxmış və sonuncunun qabaq tərəfində də avtomaşın var idi. Həmin avtomaşın birinci onun yoluna çıxmış, o da sonuncunun yoluna çıxmışdır ki, onun avtomaşınının sağ tərəfindən keçsin. Düz xəttin üzərində həmin avtomaşının qabaq təkəri onun avtomaşınının qabaq təkərinə dəymişdir. Həmin avtomaşının surəti çox olmuşdur. İş materiallarında 90 km/saat qeyd olunub, 90 km\saat sürətlə avtomaşın elə aşa bilməzdi. Zərər çəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş mülki iddianı qəbul etmir. Avtoqəza nəticəsində onun avtomobili də zədələnmiş və özü də xəsarət almışdır. O, CM-in 320.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qeyd edir ki, o, saxta sənəd vermişdir. O, suallara cavab olaraq bildirmişdir ki, avtoqəza hadisəsi olmuş, amma onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. O, hadisənin qarşısını ala bilməzdi. Əgər ibtidai istintaq düzgün aparılsaydı, həmin avtoqəzada onun təqsiri yox idi. O, “Kia Optima” markalı avtomaşını idarə etmişdir, Hacıyev Ruslan isə “Kia Sorento” markalı avtomaşını idarə etmişdir. Hadisə yerinə onun iştirakı ilə baxılmışdır. O, ancaq ifadəni imzalamışdır, başqa sənəd imzaladığı yadında deyil. O, hadisəni ehtiyatsızlıqdan törətmişdir. Ruslan avtomaşını oynatmış, o da çaşıb sonuncunun yoluna çıxmışdır ki, onun sağından keçsin. Ruslanın avtomaşının qabaq təkəri onun avtomaşınının qabaq təkərinə dəymiş, buferə dəyməmişdir. Ruslanın avtomaşının sürəti 80 km/saat olsa idi aşmazdı. O, 60 km/saat sürətlə avtomaşını idarə edirdi. O, qarşı tərəfin avtomaşını oynayandan sonra sonuncunun yoluna çıxmış, o, tam olaraq sonuncunun yoluna çıxmamış, ara kəsmə xətdən 6 sm sonuncunun yolunda idi. Həmin vaxt yolda yağış yox idi, yol quru idi. Saxta sənəd bank qəbzi idi, saxta sənədi Neftçilərdə Heydər adlı şəxsdən almışdır. Banka olan borcun ödənilməsi ilə bağlı saxta bank qəbzi idi. O, Mirhüseyn ilə bu haqda danışmışdır. O, zərərçəkmiş şəxslərə kredit düzəltmişdir, əgər sonuncular başqa banka olan borclarını ödəsə idilər əllərində pul qalmayacaqdı, o, saxta qəbzi əllərində pul qalması üçün düzəltmişdir. Həmin saxta qəbzi Access banka təqdim edəcəkdilər. Access bankdan kredit götürmüşdülər. O, sonunculara Access bankdan götürmələrini bildirmişdir. Həmin bankda kredit verilməsi ilə bağlı kompaniya olmuşdur. Banklar müəyyən şərtlər altında kredit verirlər, sonuncuların adlarına kredit ola-ola kredit vermək şərti var idi. Adına olan krediti ödəməməsi üçün qəbzi vermişdir. Müəyyən banklar var ki, yenidən maliyyələşdirmə etmirlər. Access bank şəxsin aldığı əmək haqqının 20 mislini verirdi. Digər banklar həmin şərtlərlə kredit vermirdilər. O, bank işi ilə məşğul olurdu. Sonuncuların problemi adlarına kreditin çox olmağı idi. Krediti götürüb sonra qəbzi verirlər. Bank pulun yarısını verir, yarısını isə qəbzi verdikdən sonra verir. Zərər çəkmiş şəxslərdən biri 24 min kredit götürdü, digəri isə yadında deyil. O, sonunculardan 20 faizini almışdır. Birində təxmini 4 min manat, digərində isə 5 min manat idi. Pulu onun kartına vurmuşlar. O, hər bir saxta qəbzə 200 manat pul vermişdir. Onun bir ədəd kartı var idi, həmin kart Kapital banka məxsus idi. Zərərçəkmiş şəxs2 ya 3600, ya da 3800 manat pulu əlbəəl vermişdir. Zərərçəkmiş şəxslər aylıq kreditlərini vaxtı-vaxtında ödəməmişlər, bank da araşdırıb saxta sənəd olduğunu bilmişdir. O, Zərərçəkmiş şəxs2 həmin məbləği tam ödəmişdir. Onun Elşən və Elçinlə tanışlığı yoxdur. O, online kredit müraciəti etmiş, rəyi də almışdır. Hüseyn ona əlbəəl 4600 manat pul verməmişdir. O, Hüseynlə bir dəfə Bayıl ərazisində görüşmüşdür. Onu götürüb Səbailə sonra isə Bayıla getmişlər. Ondan sonra sonuncu ilə görüşməmiş, kartına pul atmışdır. Məbləği təxminən ya 5400 manat, ya da 5600 manat olmalıdır, 1400 manatını tam kartına ödəmişdir. 20000 manatın 20 faizi 4000 manat edir. O, 4000 manat pulu almışdır. Çekin saxtalığından da xəbəri var idi. Onunla əvvəlcədən razılaşmışdı. 10000 manat banka ödəsə idi, əlində pul qalmayacaqdı. Bank 20000 kredit verəcəkdi. O, sonuncuya birinci tam kartın çekini atmışdır. O, tam kartın pulu ilə kredit götürüb sonra qalanını ödəməli idi. 5000 manatlıq bir çek düzəltmişdir, sonra da tam ödənişlə bağlı çek idi. Saxta çekləri İlqar adlı şəxsdən alırdı. Neftçilərdə hamı o şəxsi tanıyır. Səhv etmirsə o, sonuncuya 3 dənə çek atmışdır. Kağızı banka göndərməli idi ki, bank bütöv pulu versin. 4600 manatı verdiyini ona görə bildirir ki, hesabı düz gəlməlidir. Həmin məbləği krediti bağlamaq üçün vermişdir. O, əvvəlcədən saxta olacağını deyir. Hüseyn əvvəlcədən saxta olacağını bilirdi. Problem olmayacaqdı sadəcə işdən çıxdığı üçün kreditin pulunu ödəmədi, bank da saxta sənəd olduğunu bildi və prokurorluğa verdi. Prokurorluqda soruşulanda bildirib ki, onun xəbəri yoxdur. Teymurun marağı var idi. 1000 manat o, Teymura vermişdir. Hüseyn də vermişdi, nə qədər verdiyini bilmir. Zərərçəkmiş şəxs2 Access banka getməsini o, demişdir, Zərərçəkmiş şəxs2 kimə yaxınlaşdığını bilmirdi. Access bankı ona görə demişdir ki, həmin bankın təlimatına uyğun olaraq sonuncuya kredit düşürdü. Digər banklarda da yenidən maliyyələşdirmə var idi, müəyyən şərtlərlə və az vəsait verilirdi. Yenidən maliyyələşdirmə əmək haqqının müəyyən misli ilə bağlıdır. Zərərçəkmiş şəxs2 əmək haqqı digər banklarda sərf etmirdi. Birbaşa Acsess banka müraciət olunmuşdur. Cinayət işi materiallarında olan 1200 manatlıq ödəniş qəbzi Zərərçəkmiş şəxs1 əvəzinə kassaya ödədiyi puldur. 3200 manatlıq qəbz isə Zərərçəkmiş şəxs1 ona göndərdiyi pul məbləğidir. Zərərçəkmiş şəxs1 ona 11 min manat pul verdiyini iddia edirdi, lakin, sonuncu ona təxminən 5800 manat pul vermişdir. Təxminən ona 1400- 1600 manat pul qaytarmışdır. Zərərçəkmiş şəxs1 iddia etdiyinə görə pulun qalan hissəsini Səbail rayonu ərazisində görüşüb ona vermişdir. Lakin, həmin gün ümumiyyətlə Səbail rayonu ərazisində olmamışdır. Zərərçəkmiş şəxs2 onun kartına 12 min manat pul ödədiyini iddia edir. Hətta, polis bölməsində ona 8 min manat pul ödədiyini bildirirdi. Zərərçəkmiş şəxs2 Polis bölməsində 2300 manat pul qaytarmış və sonuncu da şikayətçi olmadığını bildirmişdir. Lakin, məhkəmədə 12 min manat məbləğində pulu ona ödədiyini bildirmişdir. Həmin məbləği harada, hansı terminalla göndərib?! Zərərçəkmiş şəxs2 ona 3800 manat pul vermişdir. Zərərçəkmiş şəxs2la Nərimanov RPİ-nin 16-cı PB-də olmuşlar və orada sonuncuya təxminən 3100-3400 manat pul qaytarmışdır. Zərərçəkmiş şəxs2 ərizəsində 8 min manat ziyan dəydiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs2la münasibəti kredit məbləği əldə etməklə bağlı idi və sonuncunun saxta sənədlərdən xəbəri olmuşdur. Zərərçəkmiş şəxs2 ona 3800 manat pul vermişdir və bankdan əldə etdiyi başqa pulları özünə götürmüşdür. Dəqiq xatırlamasa da Zərərçəkmiş şəxs2 23 min manat kredit əldə etmişdir. Onun Zərərçəkmiş şəxs2 təxminən 200-300 manat borcu qalmışdır. Zərərçəkmiş şəxslər və hüquqi varislə barışmamışdır. Hazırkı iş üzrə onun üzərindən heç bir narkotik vasitə çıxmamış, video çəkilişdə üzərinə qoymuşlar. Çəkilişdə narkotik vasitənin çəkisi 1.2 qram idi, videoçəkilişdən də görünür. Birinci məclisdə oturduğu adam tutulmuşdur, buraxılmağı üçün onun adını vermişdir. Həmin adam narkotik vasitə istifadə edirdi. Həmin vaxt narkotik vasitə istifadə etmişlər, narkotik vasitəni həmin adam gətirmişdir. Oradan çıxandan sonra sonuncunu, sonra onu tutmuşlar. Narkotik vasitənin götürmədiyi təqdirdə daha çox qoyacaqlarını bildirmişlər. O, izahata imza çəkməmiş, Sadiq adlı şəxsə narkotik maddə verməmişdir. Şahid4 tərəfindən ona qarşı hər hansı fiziki-psixi təzyiqlər olmamışdır. Şahid4 onun saxlanılmağında iştirak etmiş, lakin videoçəkiliş zamanı orada olmasını xatırlamır. Şahid4 ona yaxınlaşıb şöbəyə dəvət etmişdir. O da polis əməkdaşlarının avtomobilinə minmişdir. Üzərində sadəcə bir büküm narkotik maddə olmuşdur. Sadiq adlı şəxsdə olan narkotik maddəni ona vermişlər. Həmin narkotik maddəni üzərinə götürməyinə səbəb polis əməkdaşlarının kilolarla narkotik maddənin onda aşkarlanması barədə hədə-qorxusu olmuşdur. Həmin narkotik maddəni ona verən polis əməkdaşını tanımır. İbtidai istintaq zamanı bu barədə müvafiq qurumlara müraciət etməmişdir. Polis əməkdaşları onu biraz döymüşlər, sillə və yumruq zərbələri vurmuşlar. 29 fevral 2023-cü il tarixdə, səhər saatlarında saxlanılmışdır. Onu saxlayan cəmi 3 nəfər polis əməkdaşı olmuşlar. Ona yaxınlaşan Şahid4 olmuş və digər iki nəfər polis əməkdaşı avtomobildə gözləmişlər. Saxlanılan zaman üzərinə baxış keçirilməmiş və avtomobilə əyləşib Xətai RPİ 37-ci PŞ-yə getmişlər. Üzərinə baxış Xətai RPİ 37-ci PŞ-də həyata keçirilmişdir. Şahid3 videoçəkiliş zamanı görmüşdür. Şahid3 tərəfindən ona qarşı hər hansı fiziki-psixi təzyiqlər olmamışdır. Şahidlər Şahid4 və Şahid3 sadəcə Xətai RPİ 37ci PŞ-də görmüşdür. Onu saxlayan Vüsal adlı polis əməkdaşı olmuşdur. Həmin polis əməkdaşının adının Vüsal olduğunu Xətai RPİ 37-ci PŞ-də bilmişdir. Polis əməkdaşları səhər saatlarında onu saxlamışlar və videoçəkiliş isə axşam təxminən, saat 21:00 radələrində olmuşdur. İbtidai istintaq dövründəki ifadəni oxumadan imzalamışdır. Bu səbəbdən Sadiqə narkotik maddə verməklə bağlı ibtidai istintaq dövründəki ifadəsi ilə məhkəmə istintaqındakı ifadəsi arasında ziddiyyət var. Sol əlindəki çapıq Xətai RPİ-də polis əməkdaşları tərəfindən döyülərkən qolunda olan qandalın əlini kəsməyinə görə əmələ gəlmişdir. İbtidai istitntaq zamanı Sadiqlə onun üzləşməsi olmamışdır. Narkotik maddə ilə bağlı videoçəkilişdən əvvəl polis əməkdaşları tərəfindən döyüldüyünə görə həmin narkotik maddəni üzərinə götürmüşdür. Polis əməkdaşları onu saat 12:00-da saxlamışlar. Lakin, onu saxlayan polis əməkdaşları saat 15:00-da saxladıqlarını qeyd etmişlər. Saxlanılarkən üzərində narkotik maddə olmamışdır. Polis idarəsində polis əməkdaşları cibinə narkotik maddə qoymuşlar. Sadiqin dostu olan Müşfiq adlı şəxslə birlikdə narkotik maddə marixuana istifadə etmiş, narkotik vasitə heroin istifadə etməmişdir. Üzərinə şəxsi axtarış aparılarkən polis əməkdaşlarının əvvəlcədən ona dediklərini bildirmişdir. Polis əməkdaşları onu saxladıqdan sonra Sənan adlı vəkildən əvvəl başqa bir vəkil gəlmişdir. Lakin, onun polis əməkdaşları tərəfindən döyüldüyünü görüb imtina edərək geri dönmüşdür. Həmin vəkil geri döndükdən 1 saat sonra digər vəkil gəlmişdir. Üzərinə şəxsi axtarışla bağlı videoçəkiliş axşam saatlarında həyata keçirilmişdir. Polis əməkdaşları onu Sadiqlə birlikdə saxlamışlar. Sadiq polis bölməsinə daxil olmamış, bayırda avtomobildə olmuşdur. O, CM-nin 320.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar olaraq bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini və digər ittihamlar üzrə isə ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 8 ünvanında qeydiyyatda olmaqla, ünvan 9 ünvanında ailəsi ilə birlikdə yaşamışdır. Hal-hazırda müvəqqəti olaraq heç bir yerdə işləmir. O, narkotik vasitə olan heroini mütəmadi olaraq şəxsi istifadəsi üçün qəbul edir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Son zamanlar maddi sıxınları olduğundan, narkotik vasitəni satmaq qərarına gəlmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonunda yerləşən Binəqədi qəsəbəsindən şəxsiyyəti haqqında məlumatı olmadığı, sadəcə üzdən tanıdığı İran Respublikası vətəndaşı olan şəxsdən narkotik vasitə olan heroini almışdır. Həmin narkotik vasitənin bir hissəsini bədənində ağrıların olması səbəbindən həmin günü istifadə etmiş, narkotik vasitənin qalan hissəsini isə əynindəki göy rəngli cins şalvarın sol yan cibinə qoymuş, sonra həm istifadə etsin, həm də ki, satsın. xx.xx.2023-cü il tarixdə, saat 11:20 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən “Ulduz” marketin qarşısında tanışı X12 ilə rastlaşdıqda, üzərində olan altı ədəd gümüşü rəngli bükümə satmaq üçün ayırdığı narkotik vasitə olan heroini ona 90 manata satmışdır. Sadiq Səmədov narkotik vasitəni aldıqdan dərhal sonra ondan sağollaşıb uzaqlaşmışdır. Bundan sonra o, Xətai rayonu, UPD qəsəbəsində bir qədər vaxt keçirmiş, günorta saatları olduğu üçün orada dönərxanaların birində əyləşib dönər yemişdir. Daha sonra yenidən öz ünvanına qayıtmaq qərarına gəlmişdir. Həmin tarixdə saat təxminən 15:00-da yaşdığı ünvan 10 ünvanının yaxınlığında piyada hərəkətdə olarkən iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış və özünü şübhəli apardığından polis əməkdaşları özlərini ona təqdim etdikdən sonra, ərazinin polis şöbəsi olan 37-ci Polis Şöbəsinə dəvət etmişlər. O, ilkin olaraq, üzərində narkotik vasitə olan heroin olduğundan qaçmaq istəsə də, buna cəhd etməyə belə nail olmamış və polis əməkdaşları onu Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində o, səmimi etiraf edərək narkotik vasitə olan heroin istifadə etdiyini və Sadiq Səmədov adlı şəxsə narkotik vasitə olan heroini satdığını deyib, üzərində də bir ədəd şəffaf sellofona bükülmüş narkotik vasitə olan heroin olduğunu demişdir. Polis Şöbəsində hüquq və vəzifələri ona izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etməsi dedikdə, o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsung A13” markalı mobil telefonu, 02 ədəd 4169-7388-7190-2684, digəri 4169- 7388-0204-9290 nömrəli olmaqla “Kapital banka” məxsus birbank kartını və həmin şalvarın sol yan cibindən 01 ədəd “Kent” markalı siqaret qutusunun içərisində saxladığı şəffaf sellefona bükülmüş formada olan bükümü çıxardıb təqdim etmişdir. Polis əməkdaşı ondan həmin bükümdəki maddənin nə olmasını soruşduqda, o yalan danışmağın bir əhəmiyyət kəsb etməyəcəyini başa düşüb, həmin bükümdə olan maddənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Eyni zamanda həmin narkotik vasitəni haradan və kimdən almağı soruşulanda, o, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsindən sadəcə üzdən tanıdığı İran İslam Respublikası vətəndaşı olan şəxsiyyəti haqqında məlumatı olmadığı, sadəcə üzdən tanıdığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşı başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını ondan soruşanda, o təqdim etdiyi narkotikdən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmişdir. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürü ilə möhürlənərək götürülmüşdür. Özü narkotik vasitə olan heroin istifadə etmiş və maddi sıxıntıları olduğundan narkotik vasitələri satmaq qərarına gəlib, xx.xx.2023-cü il tarixdə 11:20 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən “Ulduz” marketin qarşısında tanışı X12 ilə rastlaşdıqda, üzərində olan altı ədəd gümüşü rəngli bükümə satmaq üçün ayırdığı narkotik vasitə olan heroini ona 90 manata satmışdır. Onun istifadəsində olan mobil nömrə ***-***-**-** saylı nömrədir və o, həmin nömrəni uzun müddətdir ki, istifadə edir. O, həmin narkotik vasitəni şəxsiyyəti barədə məlumatı olmadığı, İran Respublikası vətəndaşı olduğunu bilərək tanıdığı şəxsdən almışdır. Bundan başqa törətdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar göstərmişdir ki, onun sürücülük vəsiqəsi yoxdur. Avtomobil idarə edə bilir. İdarə etdiyi “Kia Optima” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil “509 RentACar”a məxsus avtomobildir, təxminən 1 həftə olar ki, avtomobili həmin avtomobil icarəsi şirkətindən sürmək üçün götürmüşdür. Həmin şirkət dostuna məxsus olduğuna görə avtomobilə görə günlük pul ödəməmişdir. Avtomobili götürən zaman dostu olduğuna görə yol vərəqəsi verilməmişdir. Həmin dostu Şahin Qarayev olmuşdur. Onun ailəsi Qax rayonuna qonaq kimi getmişdir. Təxminən 10 gün ailəsi Qax rayonunda olmuşdur. 31 iyul 2022-ci il tarixdə saat 05 radələrində idarə etdiyi “Kia Optima” markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərindən Qax rayonunda ailəsinin yanına getmək məqsədilə çıxmışdır. Avtmobildə yalnız özü olmuş və avtomobili özü idarə etmişdir. Səhər təxminən saat 07:30 radələrində İsmayıllı rayonu ərazisində DYPB-nin postunu keçdikdən sonra avtomobili ilə hərəkətdə olmuşdur. Postdan təxminən bir qədər keçdikdən sonra hərəkətdə olan zaman avtomobilinin arxa və qabaq istiqamətində başqa avtomobil olmamış və onun istiqamətində yalnız öz avtomobili olmuşdur. Həmin vaxt qarşı hərəkət istiqamətindən markasını bilmədiyi ağ rəngli avtomobil, onun arxasında isə “Kia Sorento” markalı avtomobil olmuşdur. Hərəkətdə olan zaman ağ rəngli avtomobilin yüngül formada sağ və sol tərəfə hərəkət etməsini, arxasında “Kia Sorento” markalı avtomobilin isə buna görə tormoz verməsini görmüşdür. Bu vaxt qəza ola biləcəyini hiss edib avtomobili yayındırmaq istəmiş və çaşaraq avtomobili yolun sol tərəfinə istiqamətləndirmişdir. Lakin buna baxmayaraq onun avtomobilinin sol qabaq qanadı ilə “Kia Sorento” markalı avtomobilin sol qanadı qarşı hərəkət zolağında toqquşmuşdur. Bundan sonra onun avtomobili zərbə nəticəsində oynamış və avtomobili bir qədər hərəkət etdikdən sonra yolun ortasında saxlaya bilmişdir. Daha sonra isə o, avtomobildən yerə düşdükdə öz avtomobilinin sol təkərinin sınmasını görmüşdür. Daha sonra isə geriyə baxdıqda “Kia Sorento” markalı avtomobilin yolun sol tərəfinə keçərək otluq hissədə aşmasını görmüşdür. Bundan sonra dərhal həmin avtomobilin yanına getmişdir. Daha sonra isə hadisə yerində yaxınlıqdakı şəxslər və qısa müddət sonra polis əməkdaşları gəlib iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. X28 avtmobili hadisə yerinə gələrək ilk olaraq xəsarət alan şəxsi, onun arxasınca isə sürücünü İsmayıllı Xəstəxanasına aparmışlar. Sonradan ona məlum olmuşdur ki, hadisə nəticəsində “Kia Sorento” markalı avtomobilin sürücüsü ölmüşdür. Bundan başqa törətdiyi dələduzluq cinayəti ilə əlaqədar göstərmişdir ki, sosial şəbəkədən tanış olduğu Mirhüseyn adlı şəxslə telefonla danışan zaman o, banklarda kreditinin olduğunu və yenidən kredit götürmək istədiyini demişdir. O da, ona kömək edə biləcəyini demişdir. Sonra isə o, Mirhüseyn üçün elektron növbə götürmüş və ona “Accesss” bankdan zəng gələcəyini bildirmişdir. Həqiqətən “Accesss” bankın Səbail şöbəsindən Mirhüseynə zəng gəlmiş və onun müracətinin qeydə alındığı “Accesss" bankın Səbail şöbəsinə yaxınlaşmalı olduğu bildirilmişdir. O da Mirhüseynə banka getməsini demiş və Mirhüseyn də xx.xx.2022-ci il tarixdə həmin banka getmişdir. Özünün deməsinə görə orada onun adına 20.000 manat kreditin sənədləşməsi aparılmış və Beynəlxalq bankda olan kreditlərinin ödənməli olduğu bildirilmişdir. Mirhüseyn bu barədə ona bildirdikdə bunu həll edəcəyini ona demişdir. Belə ki, onun Bakı şəhəri, Nizami rayonu ərazisindəki “Neftçilər” metrostansiyasının yaxınlığında fəaliyyət göstərən anket məlumatlarını bilmədyi “İlqar” adlı tanışı olmuşdur. O, lazım olduqda bütün banklara aid olan ödəniş qəbzinin əsillərini həmin “İlqar” adlı şəxsə təqdim edirmiş, o isə, hər hansı banka məxsus olan qəbzin əslinin üzərində müvafiq düzəliş edərək onun saxta formasını hazırlamış və o da, həmin qəbzi ondan götürə bilmişdir. Lakin “İlqar” adlı şəxs hər zaman saxta qəbzin şəkilinin ona göndərmiş, kağız formasını təqdim etməmişdir. Bunun müqabilində o, gördüyü işə uyğun olaraq ona müxtəlif məbləğlərdə pul vermişdir. O, Mirhüseynə də eyni qayda ilə saxta qəbz hazırlamağı planlaşdırmışdır, lakin bu barədə Mirhüseynin məlumatı olmamışdır. Bundan sonra o, Beynəlxalq Banka məxsus olan qəbzin əslini əldə etmək məqsədi ilə Mirhüseynlə birlikdə xx.xx.2022-ci il tarixdə onun iş yerinə yaxın yerdə yerləşən Beynəlxalq bankın Səbail rayonundakı Qaradağ filialına birlikdə getmişlər. O, ondan kreditin bağlanması üçün hesab nömrəsini istəmiş və tam kart üçün 500 manat, böyük kredit üçün isə 200 manat pulu həmin hesab nömrəsi vasitəsilə bankın kassasına öz cibindən ödəyib qəbzlərin əsillərini kassadan almışdır. Qəbzləri o, götürmüş və Mirhüseyndən ayrılan kimi həmin qəbzlərin şəkillərini “İlqar” adlı tanışına atmış və o da, əvəzində ona həmin qəbzin üzərinə işləyib hazırladığı saxta qəbzin şəkilini atmışdır. xx.xx.2022-ci il tarixdə bir neçə saat sonra o, özünə məxsus olan ***-***-**-** mobil telefon nömrəsinin “”Whatsapp” ani mesajlaşma tətbiqi üzərindən Mirhüseynin istifadə etdiyi ***-***-**-** nömrəsinə 2 ədəd saxta qəbzin şəklini atmışdır. Həmin qəbzlərdə böyük kreditin tam ödənilməsi və “Tam kart”a isə 1431 manat pul ödənilməsi qeyd edilmişdir, qəbzlər imzalı və möhürlü olaraq Beynəlxalq bankın Səbail rayonunda yerləşən Qaradağ filialı tərəfindən verilmişdir. O, Mirhüseynə bildirmişdir ki, həmin qəbzləri Beynəlxalq bankda olan adamların vasitəsi ilə əldə etmişdir. Həmin tanışları 30 faiz endirimlə onun kreditlərini bağlamağa kömək etmişdirlər. Daha sonra Mirhüseyn həmin qəbzlər vasitəsi ilə 15.000 manat pulu götürmüşdür. Aralarındakı razılığa əsasən xidmət haqqı kimi həmin gün ona məxsus olan "xxxx" kartının hesabına 4400 manat göndərilmişdir. Mirhüseyn ona bildirmişdir ki, bank əməkdaşı qalıq 5000 manat pulu “Tam kart”ın bağlanmasına dair bankdan arayış alıb təqdim edəcəyi halda verəcəkdir. O, kartın kreditinin tam ödənilmədiyini və verdiyi qəbzlərin saxta olduğunu bildiyi üçün həmin kartın borcunu bağlamaq qərarına gəlmişdir. Sonra isə yalandan Mirhüseynə hər şeyin qaydasında olduğunu deyib istənilən bankdan kreditinin tam ödənilməsinə dair arayış ala biləcəyini demiş və ondan ayrılmışdır. Sonra isə tarixini xatırlamadığı gündə özünə məxsus olan pulla Mirhüseynin adın olan tam kartın borcunu tam bağlamışdır. Sonra isə Mirhüseyn banka gedib “Tam kart”ın borcunun tam ödənilməsinə dair rəsmi arayış almış və həmin arayışın şəkilini “Accesss" bankın Səbail şöbəsindəki əməkdaşa göndərib qalan 5000 manatı 26 iyul 2022-ci il tarixdə almış və aralarındakı razılığa əsasən xidmət haqqı kimi həmin gün ona məxsus olan "xxxx" kartının hesabına 1000 manat göndərmişdir. Beləliklə Mirhüseyn ona ümumilikdə cəmi 5400 manat pul vermişdir. Həmin məbləğdən 1431 manatını onun tam kart kredit kartını bağlamışdır. Ona ümumulikdə təxminən 3969 manat borcu qalmışdır. Bundan başqa o, 2022-ci ilin iyul ayının 22-23 tarixlərində Bakı şəhəri, Nərimanov rayonundan yerləşən “Gənclik” metrostansiyasının yaxınlığında "xxxx" bankomatından pul çıxaran zaman Zərərçəkmiş şəxs2la tanış olmuşdur. Söhbət zamanı ona istəyərsə kredit almaqda kömək edə biləcəyini demişdir. O isə, hazırda adında müxtəlif banklarda kredit olduğunu bildirib əlavə kredit istəmədiyini demişdir. O isə cavabında ona aşağı faizlə kredit təmin edə biləcəyini deyib bu barədə ona təklif vermişdir. Turan ondan hansı formada ona aşağı faizlə kredit verə biləcəyini soruşduqda o, cavabında “Accesss Bank”ın Səbail rayonu ərazisində yerləşən “Sahil” filialında tanışının olduğunu bildirib, özünün ona bu barədə məlumat verəcəyini, ora getdikdən sonra ona lazımi köməklik göstəriləcəyini demişdir. O da, başqa banklarda kreditinin olduğunu deyib imtina etdikdə, ona aşağı faizlə həmin banklardakı bütün kreditləri ödəyə biləcəyini bildirmişdir. O da razılaşmışdır. Daha sonra onlar onunla bir neçə gün telefon vasitəsi ilə əlaqə saxlamışlar. Bu zaman o, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən hazırda adını xatırlamadığı otellərdən birində qalmışdır. Bu zaman o, Turandan işinin həlli üçün hissə-hissə təxminən 400 manat pul almışdır. Həmçinin yenə elektron qaydada 26 iyul 2023-cü il tarixinə Turan üçün “Accesss Bank”dan elektron növbə götürmüş və bu barədə Turana da məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə Turan banka daxil olub çıxmış və məlumat verərək bildirmişdir ki, orada bank əməkdaşı ona başqa banklarda olan kreditləri bağlayacağı təqdirdə 3 illik 23000 manat kredit verilə biləcəyini bildirdib və ona digər banklaradakı borclarını bağlaması üçün illik olaraq 6000 manat vermişdirlər ki, "xxxx"dakı 6000 manatlıq borcunu ödəsin. O isə ona narahat olmamağını, söz verdiyi kimi də ona aşağı faizlə kreditlərini bağlamaqda köməklik edə biləcəyini demişdir. Ona xatırladığı qədəri ilə 3500 manat verməsini demişdir. O da, xx.xx.2022-ci il tarixdə, axşam saatlarında 3500 manatı gətirib Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Alibaba” restoranından nağd şəkildə ona vermişdir. Sonra isə eyni qayda ilə o, “İlqar” adlı tanışı ilə əlaqə saxlayıb ondan "xxxx" bankına və "xxxx" bankına məxsus olan saxta ödəniş qəbzləri hazırlamasını vatsap vasitəsi ilə demiş, o da, dediyi kimi “"xxxx" bankına və "xxxx" bankına məxsus olan saxta ödəniş qəbzlərinin şəklini ona “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə göndərmişdir. O da həmin şəkili Turana eyni qaydada göndərmişdir. Beləliklə Turan ona ümumilikdə cəmi 3900 manat pul vermişdir. Bundan sonra Turan bu barədə Nərminov RPİ-yə şikayət ərizəsi ilə müraciət etmiş, onun müraciəti bölmədə araşdırılmış və o, ona 3900 manatdan cəmi 3100 manat pul geri qaytarmışdır. Qalan məbləği isə imkanı olmadığı üçün geri qaytara bilməmişdir. O, əvvəllər uzun illər bank sektorunda işlədiyi üçün digər banklar münasibətdə “Accesss Bank”-ın polis əməkdaşlarına daha tez və yüksək məbləğdə kreditlə verdiyini və şərtlərini daha yumşaq olduğunu bildiyi üçün onları həmin banka istiqamətləndirmişdir. Onlar xüsusilə həmin bankın Səbail filialına istiqamətləndirməmiş, tamamilə hadislərin təsadüfi axarı nəticəsində o filiala göndərmişdir. Mirhüseynin ifadəsində ondan ümumilikdə 11000 manat (qalıq məbləğ 9569 manat) və Turanın ifadəsində ondan ümumilikdə 16000 manat (qalıq məbləğ 12900 manat) aldığını bildirməsi yalandır və həqiqətə uyğun deyildir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, hadisə xx.xx.2022-ci il tarixdə, saat 07:20 radələrində düz yolda baş vermişdir. Həmin yoldan 5 dənə avtomaşın yan-yana keçə bilər. Qohumu hadisə yerinə gəlmiş, hadisəni görmüşdür. Hadisə döngədə olmamış, döngədən hadisə yerinə kimi 1 km məsafə var. Qəzanın baş verdiyi yer elə bir yerdir ki, orada hadisə olmağı qeyri-mümkündür. Həmin yolda sürət 90 km/saatdır. O, suallara cavab olaraq bildirmişdir ki, o, kəndə evdə olmuşdur, qardaşı gəlib Ruslanın avtoqəza keçirdiyini bildirmişdir. O, dərhal hadisə yerinə getmiş, oradan da xəstəxanaya getmişdir. Hadisə yerində təqsirləndirilən şəxsin avtomaşının tormoz izi çox idi. Təqsirləndirilən şəxsin qohumları maddi və mənəvi dəstək üçün gəlməmişlər. Kənddən həmin yola təxminən 23 km olardı. Hadisə radardan geridə baş vermişdir. Həmin radarla hadisə yerinin arası təxminən 100 metr olar. Döngə ilə hadisə yerinin arası çoxdur. Hadisə ilə bağlı görüntü yoxdur. O, hadisə yerinə gələndə oğlunun avtomaşını yolda idi, o, digər avtomaşını görməmişdir. Ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini, təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, instaqram sosial şəbəkəsində bir nəfərlə tanış olmuş, həmin şəxs kredit götürməyi təşkil edirdi. Onun tam kartla kredit ödənişlərində gecikmələri var idi, ona görə də heç bir bank ona kredit vermirdi. O, həmin şəxsə bildirmişdir ki, gecikmələri olduğuna görə ona kredit verilmir. Sonuncu da ona Zeynalın nömrəsini vermiş və bu şəxsin bank işçisi olduğunu, ona kömək edə biləcəyini bildirmişdir. O da whatsapp vasitəsilə Zeynalla əlaqə saxlamışdır. Zeynal ona kredit təşkil edə biləcəyini bildirmişdir. O da həmin vaxt polis əməkdaşı olmuşdur. Onun Beynəlxalq banka 12 min kredit borcu var idi, 1400 manatlıq isə tam kart krediti var idi. Zeynal ondan şəxsiyyət vəsiqəsinin surətini, asan xidmətdən və maaş kartından çıxarış istəmişdir. O da sonuncuya göndərmişdir. Bir müddət keçəndən sonra Zeynal ona Access bankdan zəng gələcəyini bildirmişdir. Ona Access bankın əməkdaşı Elşən adlı şəxs zəng edib ondan məlumatları almışdır. Elşən adlı şəxs ona bankın Səbail filialına yaxınlaşmığını bildirmişdir, o da ora getmişdir. Ordan ona yuxarıya məlumat ötürdüklərini, ona xəbər edəcəklərini bildirmişlər. O, isə sabah işdə olacağını, bu gün həll etməsini xahiş etmişdir. Həmin gün saat 5-də ona zəng gəlmiş və kreditinin təsdiqləndiyini bildirmişlər. O, işdən icazə alıb banka getmişdir. Elşən adlı şəxs müdirin onunla danışmaq istədiyini bildirmişdir. Elçin adlı şəxslə müdir otağında görüşmüşdür. Həmin şəxs müdir deyilmiş, amma özünü ona müdir kimi təqdim etmişdir. Ona bildirmişdir ki, gecikmələri olduğuna görə ona kredit verilmir, amma onu yuxarıdan tapşırıblar, ona görə kredit verəcəklər, amma beynəlxalq banka olan krediti bağlamalıdır. O, bildirmişdir ki, imkanı yoxdur, kredit verilsə o, bağlayacaq. Ona təkidlə özünün bağlamalı olduğunu bildirmişdir. O, oradan çıxmış, Zeynala krediti ödəməyə imkanının olmadığını bildirmişdir. Zeynal ona narahat olmamağını, adamları olduğunu, həll edəcəyini, amma sonuncuya kreditin hesab kodu lazım olduğunu bildirmişdir. O, Zeynala onda çekin olmadığını, ancaq maaşından tutulduğunu bildirmişdir. Zeynal mənə hesab kodunun lazım olduğunu, banka gedib ödəməli olduqlarını bildirmişdir. O, pulu olmadığını sonuncuya bildirmişdir. Zeynal ona özünün ödəyəcəyini bildirmişdir. Zeynal tam karta 500 manat, digər çox məbləğə olan kreditə isə 200 manat ödəmişdir. O, öz cibindən ödədiyinə görə ona inanmışdır. 2-3 saatdan sonra ona ödəniş çeklərini göndərmişdir. Həmin çeklərdə çox məbləğ olan kreditə tam ödəniş, tam karta isə kredit ödənişi yazılmışdır. Acsess bankdan bildirmişlər ki, çox məbləğin çeki lazım deyil, tam kartın arayışı lazımdır. Ona Acsess bankdan 20000 kredit veriləcəkdi, bank ona 15000 verdi. Zeynal ona tanışları olduğunu, 12500 manat krediti əvvəlcədən ödədiyinə görə 30 faiz endirim olacağını, ümumilikdə bu işə görə ona 10000 manat kreditin ödənilməsinə 1000 manat isə gördüyü işə görə verməli olduğunu bildirmiş, o da razılaşmışdır. 15000 manat Acsess bankdan götürüb 3200 manat daha sonra isə, 1200 manat kartına atmışdır. O, Zeynala qalan hissəsini isə əlbəəl verəcəyini bildirmişdir. O, Bayılda Zeynala 4600 manat aparıb vermişdir. O, Zeynala qalan 1000 manatı isə Access bankın arayış istədiyini, arayışı verib 5000 manatı aldıqdan sonra verəcəyini bildirmişdir. O, tam karta pulu ödəyib 4 gündən sonra arayışı alıb kredit mütəxəssisi Elşənə whatsap vasitəsilə göndərmişdir. Sonuncu da ona qalan pulu gedib Acsess bankın Xəqani filialından götürməyini bildirmişdir. O, da 5000 manatı götürüb 1000 manat Zeynala vermişdir. O, suallara cavab olaraq bildirmişdir ki, ümumilikdə 1100 manat Zeynala pul vermişdir, 1400-dən artıq tam karta pul ödəmişdir. Zeynalın ödədiyi məbləğ çıxıldıqdan sonra 9569 manat pul qalmışdır. Onun 20000 manat Access banka 1200 manat isə Beynəlxalq banka borcu var. Çek də 12000 manat kreditin tam ödənilməsi qeyd edilmişdir. Zeynal 200 manat ödədi çeki götürüb getdi. Zeynal çekin üzərində hesab kodu olduğunu ora pul ödəyəcəyini bildirmişdir. Zeynalın ona dediyinə görə 10000 manat ödəyib 1000 manat da qazancıdır. O, Zeynal özü 500 manat və 200 manat ödədiyinə görə sonuncuya inanmışdır. Elşənlə Zeynalın əlaqəsinin olub-olmadığını bilmir. Fikrincə Elşənin bu işdə günahı yoxdur, Elçin adlı şəxs əsas onu çağırıb bildirmişdir ki, o, yuxarıdan tapşırılıb. Zeynal uzun müddət bank sektorunda işlədiyi üçün tanışları olduğunu bildirirdi. O, Zeynalın tanışının Elçin olduğunu bilmir. 4600 manatı Bayıl dariəsində vermişdir. 4400 manatı verdiyi gün 4600 manatı da əlbəəl vermişdir. Zeynal karta atmasını, qalan hissəsini isə əlbəəl verməsini bildirmişdir. Zeynalla whatsapla vasitəsilə danışırdı. Hal-hazıradək dəymiş zərərdən heç nə ödəməmişdir. Access bankdan 15000 manat bir dəfə, 5000 manat bir dəfə götürmüşdür. Access bankdan ona pul verməmişlər, ödəniş etməsini bildirmişlər, həmin vaxta kimi Zeynalla bir yerdə olmuşlar. Zeynalla beynəlxalq banka getmişlər, 500 manat tam karta 200 manat isə digər kredit borcuna ödəmişdir. 15000 manatı götürəndə Zeynal yanında deyildi. Zeynal çekləri götürüb getmişdir. 2-3 saatdan sonra Zeynal çeklərin şəklini atıb ona Elşənə atmağını bildirmişdir. O, çekləri Elşənə atmışdır. Sonuncu da ona gün ərzində gedib pulu götürməyini bildirmiş, o, həmin gün gedib 15000 manatı götürmüşdür. Zeynalın kartına pulları da həmin gün atmışdır. Sənədlərin saxta olmağını bilmirdi. Ona heç bir ödəniş olmayıb, şikayətçidir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs bank əməkdaşı kimi tanımışdır. Hadisə baş verən ərəfələrdə Kapital bank və Bank Respublikaya kredit borcları olmuşdur. Təqsirləndirilən şəxs Access bankdan aşağı faizlə kredit götürüb digər banklara olan borcunu bağlayacağını bildirmişdir. 23 və ya 24 iyul 2021-ci il tarixində Access bankın sahil filialına yaxınlaşmışdır. Həmin filialda olan Baxşəli adlı əməkdaşa sənədlərini təqdim etmiş və sonuncu yoxlama apardıqdan sonra 23 min manat məbləğdə kredit verilə bildiyini qeyd etmişdir. Həmin məbləğlə kreditlərini ödəyə bilməyəcəkdi və əlavə 2-3 min manat pul lazım idi. Təqsirləndirilən şəxs zəng etmiş, sonuncu kömək edəcəyini və ona təklif edilən məbləği götürüb sonuncu ilə görüşməyini bildirmişdir. Bundan sonra Access bankın Sahil filialının müdir müavini ilə Baxşəli adlı əməkdaşı danışıqlar aparmış və ona ilkin olaraq 7 min manat məbləğində kredit verəcəklərini, kreditin qalan məbləğini isə Bank Respublikaya olan kredit borcunun ödənilməsinə aid ödəniş qəbzinin şəklini göndərdikdən sonra verəcəyini bildirmişlər. Təqsirləndirilən şəxs ilə Nərimanov rayonu, Alibaba restoranında görüşmüşlər və Access bankdan aldığı 7 min manat məbləğin 3800 manatın Təqsirləndirilən şəxs vermişdir. Sonuncu isə iki-üç saat ərzində Bank Respublikaya olan kredit borcunun ödənilməsinə aid ödəniş qəbzini göndərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Bank Respublikaya 7 min kredit borcunun ödənilməsinə dair ödəniş qəbzini ona göndərmiş və o da həmin qəbzi Access bankın Baxşəli adlı əməkdaşına göndərmişdir. Bundan 28-29 gün sonra Access bankın Səbail rayonunda yerləşən Səbail filialının işçisi Baxşəli adlı şəxs ona zəng vuraraq təqdim etdiyi qəbz və arayışın saxta olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs zəng etmiş, amma zənglərinə cavab verməmişdir. 2-3 gün sonra Baxşəli ona zəng etdikdə məsələdən məlumatı olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs zəng etdikdə cavab vermiş, qəbzin saxta olmadığını və gecikmə etdiyinə görə həmin problemin yarandığını bildirmişdir. Məsələnin böyüdüyünü görüb rəhbəriliyə məlumat vermiş və rəhbərlik Nərimanov RPİ-yə, oradan da 16-cı PB-yə məlumat verilmişdir. Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 16-cı PB-in inzibati binasına gəldikdə ona 2900-3000 manat pul ödəmiş və pulun qalanını 1 həftə ərzində ödəyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs zənglərinə cavab verməmişdir. Hazırda 3 banka cəmi 48700 manat borcu var. O, suallara cavab olaraq bildirmişdir ki, Gənclik metro stansiyası yaxınlığında bankomatdan əmək haqqını çəkərkən tanımadığı bir nəfər yaxınlaşıb ona kredit təklif etmiş və o, kredit borclarının olduğunu bildirib qəbul etməmişdir. Həmin şəxs kredit borclarını daha az ödənişlə bağlaya biləcəyini bildirib onu bir nəfərlə əlaqələndirmişdir. Banklara kredit borcu ayrı-ayrılıqda 15 min manat və 7 min manat təşkil edir. Borclarının azalmağı üçün 25-26 min kredit götürməlidi. Həmin kredit üçün aylıq aşağı məbləğdə ödəniş edə biləcəkdi. Əvvəllər banklara müraciət etsə də ona kredit verməmişlər. Təqsirləndirilən şəxs ona Access bankın Sahil filialına yaxınlaşmağını bildirmişdir. Access bankın Sahil filialında Baxşəli adlı əməkdaş ilkin olaraq 7 min manat kredit verə biləcəyini və Bank Respublikaya olan borcunu bağladıqdan sonra kreditin qalan hissəsinin də hesabına köçürüləcəyini bildirmişdir. Access bankdan götürdüyü 7 min manat puldan 3800 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Sonuncu da Bank Respublikaya olan 7 min manat kredit borcunu bağladığını bildirib qəbz göndərmişdir. Həmin qəbzi Access bankın Sahil filialında Baxşəli adlı əməkdaşa göndərmiş və sonuncu hər şeyin qaydasında olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ayrı-ayrılıqda 3800 manat, 300 manat və 12 min manat pul vermişdir. Təqsirləndirilən şəxs həmin məbləğlərdən sadəcə 2900-3000 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs terminalla ödədiyi pulların qəbzləri mesajlardan da silinmişdir. Təqsirləndirilən şəxs ödədiyi 12 min manatı harada ödədiyini xatırlamır. Təqsirləndirilən şəxs ödədiyi pullarla bağlı sonra hər hansı mesajlaşma olmamışdır. Təqsirləndirilən şəxs onun Kapital Banka olan 15 min manat borcunun bağlanması ilə bağlı ödəniş qəbzini göndərmişdir. O da Təqsirləndirilən şəxs bunun qarşılığnda 12 min manat pul ödəmişdir. Həmin qəbzi Baxşəli adlı şəxsə göndərmişdir. Təqsirləndirilən şəxs banklara olan borclarının bağlanması ilə bağlı cəmi 22 min manatlıq ödəniş qəbzi göndərmişdir. Təqsirləndirilən şəxs cəmi 16 min manat pul vermişdir. Təqsirləndirilən şəxs ona təxminən 3100 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxs ilə bağlı DİN-nin baş idarəsinə müraciət etmişdir. Oradan Nərimanov RPİ-nin 16-cı PB-yə yönləndirilmişdir. Əmək haqqı 1000-1050 manat təşkil edir. Təqsirləndirilən şəxs ilə Nərimanov RPİ-nin 16-cı PB-də üzləşmişlər və o, ərizə yazmışdır. Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 16-cı PB-də olarkən pulu 2-3 gün ərzində qaytaracağını bildirsə də o, qəbul etməmiş və sonuncu həmin vaxtı ona təxminən 2900- 3100 manat pul vermişdir. Nərimanov RPİ-nin 16-cı PB-də olarkən yazdığı ərizədə Təqsirləndirilən şəxs ona 8 min borcu olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona 12 min manat borcu var. Həmin pulu Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, onlar 30 iyul 2022-ci il tarixdə Rəhimov Ruslanla Bakıya getmək barədə razılaşmışlar. Ruslan Bakıya avtomaşını satmağa gedirdi, o da sonuncu ilə gedəcəkdi. Ruslan səhər saat 7-də onu götürməli idi. Ruslan təxminən saat 07:10 radələrində gəlmiş, onu götürmüş və onlar yola çıxmışlar. İsmayıllıdan tam çıxmamışlar, rayonun özündə olmuşlar, radarı keçmişlər. Radardan 200 metr qabaqda yol açıq idi. Hər tərəfi aydın görmək olurdu. Nə qarşıda, nə də arxa tərəfdə avtomaşın var idi. Yol boş idi və tam aydınlıq idi. Qarşıdan gələn avtomaşını görmək olurdu. Digər avtomaşını aşağı sürətlə təxminən 50-60 km/saat sürətlə idarə edirdi. Onlara yaxınlaşanda qabaqlarına çıxmış, çıxan kimi də dəymişdir. Həmin an tormoz vermək olmamışdır. Avtomaşın dəydikdən sonra çevilməyə başlamışdır. O, gözünü açanda artıq çöldə idi, avtomaşının ön güzgüsündən çölə çıxmışdı, Ruslan isə ölmüşdü. O, özünə gəlib qalxmış, avtomaşına tərəf getmişdir. Ruslanı avtomaşından çıxarıb qırağa qoymuşdular. X28 gəlmiş və onu götürmüşdür. Birinci İsmayıllı rayon xəstəxanasına aparmışlar, daha sonra isə Qəbələyə aparmışlar. O, suallara cavab olaraq bildirmişdir ki, qəza Talıstan kəndində baş vermişdir. Talıstan kəndi yolun qırağında yerləşir. Onlar həmin kəndi keçmiş, radarı keçmiş və radardan 200 metr qabaqda hadisə baş vermişdir. Yol enli idi, qəza baş verən yerdə yol daha da enlənir. Digər avtomaşın təxminən 50-60 km/saat sürətlə, onlar isə təxminən 80 km/saat sürətlə gedirdilər. Onların düz qabaqlarına çıxmış, Ruslanın avtomaşının qabaq sol təkəri digər avtomaşının buferinin tininə dəymişdir. Hadisə onların yolunda olmuşdur. Dəyən zaman Ruslanın avtomaşını arxası sürüşmüş və çevrilməyə başlamışdır. Heç bir maneə yox idi, arxada və qabaqda avtomaşın yox idi. Avtomaşını sağa-sola oynatmaq, tormoz vermək olmadı. Həmin vaxt onlar yola baxırdılar. Çox az bir məsafədə Ruslanın avtomaşının qabağına çıxmışdır. Toqquşma olan kimi təkər qırılmış, avtomaşının rolu Ruslandan asılı olmayaq sola çevrilmişdir. O, hadisə yerində digər avtomaşının sahibini görməmişdir. Özünə gələn kimi Ruslanın yanına getmişdir. O, oradan xəstəxanaya getmişdir. O, xəstəxana xərclərinin ödənilməsini tələb edir. Xəstəxana xərcləri təxminən 3000 manata yaxın idi. Onlar İsmayıllıdan Bakıya gedirdilər, üzbəüz gəlirdilər. Təqsirləndirilən şəxs öz yolu ilə gəlirdi. Ruslanın avtomaşınında heç bir oynama olmadı. Saat təxminən 07:25 radələri idi. O, Təqsirləndirilən şəxs hadisə yerində görməmişdir. Avtomaşın dəydikdən sonra yolun sağ tərəfinə, yəni ağaclıq tərəfə keçmiş və ağaclara dəymişdir. O, hal-hazırda şikayətçidir, əgər zərəri ödəsə barışar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, baş əməliyyat müvəkkilinə daxil olmuş Təqsirləndirilən şəxs narkotik maddənin satışı ilə məşğul olması barədə məlumat əsasında təxminən 1 mart 2023-cü il tarixdə Xətai rayon, NZS qəsəbəsi Rəşid Bağırov küçəsində şəxsi saxlayıb Xətai RPİ 37-ci PŞ-yə gətirmişlər. Şöbədə təhqiqatçı və vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs özü üzərindəki narkotik maddəni təqdim edərək özünün olduğunu etiraf etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən hər hansı narazılıq və ya müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs Xətai rayonu, NZS qəsəbəsi, Rəşid Bağırov küçəsində saxlamışlar. Səhv xatırlamırsa, Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik maddə aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərində aşkarlanan nakrotik maddənin həcmi ilə bağlı bildirdikləri həqiqət deyil və müdafiə xarakterli ifadədir. Təqsirləndirilən şəxs təxminən 1 mart 2023-cü il tarixdə, saat 15:00-da saxlamışlar. Təqsirləndirilən şəxs haqqında əməliyyat məlumatı baş əməliyyat müvəkkili Şahid4 adına daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlayarkən iki nəfər polis əməkdaşı olmuşlar. Şəxsi saxlamaq üçün şəxsi maşınları ilə getmişlər. Təqsirləndirilən şəxs Xətai rayon, NZS qəsəbəsi, Rəşid Bağırov küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs hər ikisi yaxınlaşmışlar. Avtomobili idarə edən Şahid4 olmuşdur. Şəxsi saxlayarkən üzərinə baxış keçirməmişlər. Təqsirləndirilən şəxs Xətai RPİ 37-ci PŞ-yə gətirib şöbə rəisinə şəxsin saxlanılması barədə raport təqdim etmişlər. Videoçəkilişdə o da iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərində aşkarlanan narkotik maddələrin bükümlərinin sayını dəqiq xatırlamır. Təqsirləndirilən şəxs saxlayarkən üzərində hər hansı xəsarət olmamışdır. Təqsirləndirilən şəxs saxladıqları ərazidən Xətai RPİ 37-ci PŞ-yə gətirərkən yolda tıxac olduğundan müəyyən qədər gecikmişlər. Videoçəkiliş olana qədər və olarkən Təqsirləndirilən şəxs yanında gözləmişlər. Videoçəkiliş iş vaxtı bitməmiş həyata keçirilmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı gün həmin ərazidə saxlanılmamışdan əvvəl də olmuşdur. Çünki, həmin ərazilər onun xidməti ərazisidir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisənin üzərindən uzun müddət keçməsinə görə bu barədə dəqiq xatırlamır. Daxil olan məlumat əsasında Xətai rayonu, NZS qəsəbəsi, R.Bağırov küçəsində təqsirləndirilən şəxsi saxlamışlar və Xətai RPİ 37-ci PŞ-yə gətirmişlər. Şöbədə üzərinə şəxsi axtarış keçirilmiş və 6 büküm narkotik maddə aşkarlanmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, daxil olan məlumat əsasında əməliyyat keçirib Təqsirləndirilən şəxs saxlamışlar, lakin bu məlumat məxfi mənbədəndir. Məlumatın məzmunu narkotik maddənin saxlanılması,daşınması və satışı ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs üzərindən 6 büküm narkotik maddə aşkarlanmışdır. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Əməliyyat məlumatı onun adına daxil olmuşdur. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, hər hansı şəxsi saxlayarkən şübhəli kimi saxlayırlar. Təqsirləndirilən şəxs barəsində məxfi məlumat daxil olmuş və buna görə saxlamışlar. Hadisədən uzun müddət keçdiyinə görə bəzi məqamları xatırlamır. İbtidai istintaq dövründəki ifadəni təsdiqləyir. Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı fiziki-psixi təsir və ya təzyiqlər olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 27 iyul 2020-ci il tarixdə müştəri Zərərçəkmiş şəxs2 Access banka yaxınlaşmış və növbə olaraq ona düşmüşdür. Zərərçəkmiş şəxs2 polis əməkdaşı olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 çıxarışla yaxınlaşmışdır. Prosedur qayda nə tələb edirdisə onlar etmişlər. Zərərçəkmiş şəxs2 kredit tarixçəsinə baxıb sənədlərini baş ofisə göndərmişlər və təsdiq edilmişdir. Zərərçəkmiş şəxs2 nə qədər kredit düşürdüsə mövcud krediti bağlamaq şərti ilə verilmişdir. Müştəri bir məbləği götürmüş və bildirmişdir ki, məbləğin qalan hissəsi özündə də mövcuddur. Krediti bağladıqdan sonra ona whatsap vasitəsi ilə çeki göndərmişdir. Çeki göndərdikdən sonra digər məbləği, yəni qalan hissəni götürmüş və digər banka olan borcunu bağlamışdır. 6 min manatı götürüb özündə olan vəsaitlə Bank Respublikada olan kreditini bağlamışdır. Çekin şəklini çəkib atmışdır. Çek onlar üçün kifayət idi. Sonra isə gəldiyi gün 15 min manat verilmişdir. Kapital bankdaki kreditini bağlamışdır. Onlara whatsap vasitəsi ilə arayış göndərmişdir. Qalan vəsaiti isə axırda özü yaxınlaşıb götürmüşdür. Zərərçəkmiş şəxs2 vəsaitləri xidmətdə olan başqa filiallardan götürmüş və arayışları şəxsən özü təqdim edə bilməyəcəyini bildirmişdir. Onlar sonuncu üçün tam olaraq rəsmiləşdirmə aparmışlar. O, suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 Access banka müraciət etməsi ilə bağlı kiminsə köməyi olduğundan xəbəri yoxdur. Kreditləri bağlamaq şərti ilə məbləği verirlər, onlar məbləği hissə-hissə verirlər. Həmin krediti neçə faizlə verdiklərini dəqiq deyə bilməz. Həmin kreditin heç bir üstünlüyü, güzəşti yox idi, sadə kredit idi. 23 min manat istədiyinə görə verilmişdir. Mərkəzi Bankın tələbinə görə əmək haqqının 45 faizi kredit ödənişinə gedə bilər. Kredit ödənişinə qeyd etdiyi qədər gedə bilər deyə, əlində nə qədər vəsait varsa, nə qədər kifayət edirsə bağlanmağına o qədər vəsait verilmişdir. Müştəri bildirmişdir ki, krediti bir yerə ödəniş etmək üçün istəyir. Zərərçəkmiş şəxs2 digər banklara verdiyi kreditlərin aylıq ödənişini bilmir. Zərərçəkmiş şəxs2 Access bankdan götürdüyü kreditin faiz ödənişi krediti olduğu digər bankların faiz ödənişlərindən aşağı idi. Zərərçəkmiş şəxs2 ödədiyi məbləğlərlə bağlı sənədlərin əslini ona görə istəməmişlər ki, müştəri polis əməkdaşı idi. Polis əməkdaşı güvəndikləri kateqoriyaya aiddir. Adətən sənədin surəti götürülür, əsli müştəriyə verilmiş bir sənəddir. Müştəri bildirmişdir ki, başqa işi var, ona görə də surətini göndərmiş, onlar da qalan vəsaiti vermişlər. Müştərinin nə qədər ödəyib-ödəmədiyini sistemlə yoxlaya bilmirlər, çünki kredit tarixçəsində silinmə tarixi 1-2 həftə çəkə bilər. O, hal-hazırda Access bankada işləyir. Bununla bağlı bankda daxili araşdırma aparılmışdır. Onlar kredit tarixçəsindən yoxlamışlar, onlar bağlanılası kreditləri yoxlayırlar, bağlanmadığı təqdirdə risk şöbəsinə bildirirlər. Onlar kreditin bağlanmadığını sonradan bilmişlər. Silinmə fərqli-fərqli olur, texniki səbəbdən 1 ay da çəkə bilər, 3 günə də silinə bilər. Onlar kredit tarixçəsindən baxmışlar ki, eyni borclar yerindədir, müştəri heç bir krediti bağlamamışdır. 1 ay ərzində araşdırılıb baxılmışdır. O, risk şöbəsinə bildirmişdir ki, müştəri çek təqdim edib, amma kreditlər bağlanmayıb və onu araşdırmışlar. Onun özü ilə bağlı bank daxili araşdırılma aparılmadı. Onun bu işdə səhvi yox idi. O, təqsirləndirilən şəxsi tanımır. Zərərçəkmiş şəxs2 ilkin olaraq 6 min, sonra 15 min, sonra da 2 min manat verilmişdir. Həmin məbləğlərin verilməsi üçün ayrı-ayrı müqavilələr bağlanmamışdır. O, sadəcə sənədləşməni aparmışdır. Müqavilə bir ədəd olur, hər nağdlaşdırmanın çekləri olur. Zərərçəkmiş şəxs2la banka təqsirləndirilən şəxs gəlməmişdir. Zərərçəkmiş şəxs2 tək özü müraciət etmişdir. Təsriləndirilən şəxsin onu göndərməsi ilə bağlı Zərərçəkmiş şəxs2 heç nə bildirməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi tanımır. Zərərçəkmiş şəxs1 Access bankda müştəri olmuş, polis əməkdaşı idi. Zərərçəkmiş şəxs1 online kredit müraciəti etmişdi. Qaydalara uyğun kredit təsdiq olunmuş və müştəriyə kredit verilmişdi. Müştəri arayış və çek təqdim etməli idi, şəklini təqdim etmişdi. Bir dəfə aylıq ödəniş olmuşdu. Bir neçə aydan sonra baxmışlar ki, müştəri ödəniş etmir. Yoxlamışlar və həmin kreditlərin bağlanmadığını görmüşlər. O, suallara cavab olaraq bildirmişdir ki, onlar krediti bağlamamağı ilə bağlı ilə birinci müştəri ilə əlaqə saxlamışlar. Müştəri əvvəlcə krediti bağladığını və çekləri təqdim etdiyini bildirmişdir. Onlarda mərkəzi reyestrdən çıxarış var, orada bütün kreditlər qeyd olunur və orada kreditin hal-hazırda aktiv olması əks olunur. Onlar sonra baş ofisə müraciət etmişlər. Bununla bağlı araşdırılma aparılmış və arayışın saxta olması aydın olmuşdur. Onlar whatsap vasitəsi ilə göndərilən arayışı prosedura uyğun olaraq qəbul edə bilərdilər. Sistemdə kreditin silinməsi həmin dəqiqə əks olunmur, bir neçə gündən sonra kredit bağlanır və reyestrdə çıxır. Həmin vaxt prosedura uyğun olaraq onlar arayışı şəkillə qəbul edirdilər və kifayət edirdi, artıq şəkillə qəbul edilmir. Şəkil kifayət etdiyi üçün onlar sənədin əslini istəməmişlər. Zərərçəkmiş şəxs1lə bağlı olan kredit müqaviləsində təqsirləndirilən şəxsin hər hansı əlaqəsinin olmasından məlumatı yoxdur. Təqsirləndirilən şəxsin həmin kreditin verilməsi ilə bağlı hər hansı xahişi olmamışdır. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, onunla birlikdə Xətai RPİ-nin 37-ci PŞ-in CA üzrə baş əməliyyat müvəkkili işləyən, polis kapitanı Şahid4 ilə işlədiyi Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati ərazisində xidmətdə olarkən, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişlər. Belə ki, 01 mart 2023-cü il tarixdə, saat 15:00-da ünvan 8 ünvanı yaxınlığında olarkən, Təqsirləndirilən şəxs görmüşlər. Təqsirləndirilən şəxs özünü şübhəli apardığından ona yaxınlaşaraq mülki geyimdə olması səbəbindən xidməti vəsiqələri təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə soruşmuşlar. Bu zaman Təqsirləndirilən şəxs narkotik vasitə heroindən istifadə etməsi barədə bildirmişdir. Bu zaman həmin şəxsi Polis Şöbəsinə dəvət etmişlər. O, buna etiraz etmədikdən sonra onu PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün X15a təhvil vermişlər. Şöbədə olan zaman həmin şəxsin xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 8 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. X15 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onlar və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsung A13” markalı mobil telefonu, 02 ədəd 4169-7388-7190-2684, digəri 4169-7388- 0204-9290 nömrəli olmaqla "xxxx"a məxsus birbank kartını və həmin şalvarın sol yan cibindən 01 ədəd “Kent” markalı siqaret qutusunun içərisində saxladığı şəffaf sellafona bükülmüş formada olan bükümü çıxardıb təqdim edib masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs 01 ədəd şəffaf sellafon bükümün içərisində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin 01 ədəd şəffaf sellafona bükülmüş bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs qeyd etmişdir ki, həmin narkotik vasitə olan heroini Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Binəqədi qəsəbəsindən şəxsiyyəti haqqında heç bir məlumatı olmadığı, üzdən tanıdığı İran İslam Respublikası vətəndaşı olan şəxsdən aldığını və əldə etdiyi narkotikin altı ədəd gümüşü rəngli bükümə satmaq üçün ayırdığı narkotik vasitə olan heroini tanışı X13 90 manata satdığını qalan hissəsini isə şəxsi istifadəsi üçün istifadə edəcəyini bildirmişdir. 01 ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə olan heroin elektron tərəziyə qoyularaq çəkildi və elektron tərəzidə çəkisi 2.87 qram olduğu görünmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Şahid qismində dindirilmiş Şahid4d oğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmdən görünür ki, X7 ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 90 manat nağd pul müqabilində 01 mart 2023-ci il tarixdə Xətai rayonu, NZS qəsəbəsindəki “Ulduz” marketin qarşısında Təqsirləndirilən şəxs 06 ədəd bükümdə ümumi təmiz çəkisi 0,979 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış və Xətai RPİ-nin 37-ci PŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı o, 01 mart 2023-cü il tarixdə saat 12:00-da ünvan 6 ünvanın yaxınlığında saxlanılıb ünvan 11i RPİ-nin 37-ci PŞnə gətirilərək müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 06 ədəd şəffaf sellafon bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,161 qram, 0,201 qram, 0,125 qram, 0,184 qram, 0,137 qram, 0,171 qram, ümumi təmiz çəkiləri 0,979 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündə təqsirləndirilən şəxs qismində dindirilirkən X12 ifadəsində bildirmişdir ki, Ağcabədi rayonu, Hindarx kəndində qeydiyyatda olmaqla ünvan 13 ünvanında yaşayır. Heç bir yerdə işləmir, əvvəllər məhkum olunmuşdur. Təxminən 5 il müddətidir ki, narkotik vasitə olan heroini mütəmadi olaraq şəxsi istifadəsi üçün qəbul edir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, “Ulduz” marketin qarşısında olarkən, əvvəllər tanıdığı və bir neçə dəfə narkotik vasitə olan heroin aldığı Təqsirləndirilən şəxs adlı şəxsdən 90 manata 06 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini almış, Zeynal adlı şəxsdən aldığı, içərisində narkotik vasitə olan bükümü əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuş, Zeynaldan narkotik vasitəni aldıqdan sonra sağollaşıb ondan uzaqlaşmış, həmin gün saat 12:00-da ünvan 14 ünvanı yaxınlığında olarkən, özünü şübhəli apardığından iki nəfər mülki geyimli polis əməkdaşları yaxınlaşmış və özlərini təqdim etdikdən sonra, 37-ci Polis Şöbəsinə dəvət etmiş, üzərində narkotik vasitə olduğundan qaçmaq istəsə də, polis əməkdaşları onu Polis Şöbəsinə aparmış, polis şöbəsində səmimi etiraf edərək narkotik vasitə olan heroin istifadə etdiyini deyib, üzərində də altı ədəd şəffaf sellafona bükülmüş narkotik vasitə olan heroin olduğunu demiş, polis şöbəsində hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində olan əşyaları təqdim etməsini dedikdə, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən altı ədəd şəffaf sellofana bükülmüş formada olan bükümü və sol yan cibindən özünə məxsus “Samsung” markalı mobil telefonu çıxardıb təqdim etmiş, polis əməkdaşı həmin bükümdəki maddənin nə olmasını soruşduqda bükümdə olan maddənin narkotik vasitə heroin olmasını bildirmiş, eyni zamanda nəmin narkotik vasitəni haradan və kimdən almasını soruşanda, narkotik vasitəni saxlanıldığı gün yəni, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən “Ulduz” marketin qarşısında Təqsirləndirilən şəxs aldığını bildirmiş, bundan sonra polis əməkdaşı başqa harada hər hansı qanunsuz əşya saxlayıbsaxlamadığını soruşanda, təqdim etdiyi narkotikdən başqa heç bir yerdə qanunsuz əşya və ya narkotik maddə saxlamadığını bildirmiş, daha sonra üzərindən aşkar olunan narkotik vasitə elektron tərəziyə qoyularaq çəkilmiş və bükülülərin ümumilikdə çəkisi 1.26 qram olması müəyyən edilmiş, sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin narkotik vasitə olan heroin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1 və 234.2-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Zeynal adlı şəxsin narkotik vasitə olan heroin, psixotrop maddələrin əldə etməsi, daşıması, satması və istifadəsi barədə əməliyyat məlumatının daxil olması bildirilmişdir. (İ cild, i.v. 6) xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin, psixotrop maddələrin əldə etməsi, daşıması, satması və istifadəsi barədə Xətai RPİ-nin 37-ci PŞ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild i.v. 8-9) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:30-da CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 15:00-da tutulmuş hesab edilmişdir. (l cild i.v. 26) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ cibindən 1 ədəd “Samsung A13 ” markalı mobil telefon aparatını, 2 ədəd 4169-7388-7190-2684, 4169-7388-0204-9290 nömrəli Kapital bankın birbank kartını və həmin şalvarın sol cibindən 1 ədəd Kent markalı siqaretin içərisində olan şəffaf sellefona bükülmüş bükülünü, həmin bükülünün içərisində qəhvəyi rəngli toz şəkilli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin 1 ədəd şəffaf sellefona bükülmüş büklülünün içərisində nə olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik maddə olan “heroin” olmasını bildirmiş, həmin şəffaf sellefon açıldıqda, içərisində qəhvəyi toz şəkilli, spesifik iyə malik kütlə aşkar edilmişdir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkiləri çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 2,87 qramdır. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, bu gün Binəqədi rayonu, Binəqədi qəsəbəsində tanımadığı iran vətəndaşından alıb üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə isə maddi ehtiyaclarına görə tanışları vasitəsi ilə tanıdığı X7 özündə olan narkotik vasitə olan heroini Xətai rayonu, NZS qəsəbəsi, Ulduz marketin qarşısında 90 manata satmışdır. (l cild i.v. 38-39, 88-89) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1261 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N 153” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,265 qram kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (İ cild i.v. 50-54) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 69-70) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 01 ay olmaqla 04 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmış, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsdə saxlama müddəti 20 gün, ümumilikdə 04 ay 20 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 99-102, İİ cild i.v. 172-175, İİİ cild i.v. 227-233) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X26 Ambulator X3 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 1372 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v.109-110) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-121/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından, Xaçmaz Rayon Məhkəməsinin 1(067)-23/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Nizami Rayon Məhkəməsinin hökmü ilə CM-in 32.4,308.1, 320.1-ci maddələri ilə təqsirli bilinərək 3300 azn cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə CM-in 32.4,308.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 2000 manat miqdarında cərimə cəzası 01 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş, CM-in 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa xx.xx.2023-cü il tarixdə Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. ( İİ cild i.v. 24-47, İİ cild i.v. 192-201) xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli CM-in 234.1 və 234.2-ci maddələrindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (İ cild i.v. 128-129, 131-132) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2521 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 bükümdəki narkotik vasitə heroin kütləsi ilə X5 üzərindən götürülmüş 06 bükümdəki narkotik vasitə heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. (İ cild i.v. 147-150) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hər iki cinayət işi eyni şəxsin barəsində olduğundan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. (İ cild i.v. 153-154) Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan, ona əlavə edilmiş fotoşəkillərdən və sxemdən görünür ki, yol-nəqliyyat hadisəsi Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonu, Diyallı kəndi ərazisindən keçən 36-cı kilometirliyində baş vermişdir. (İ cild, i.v. 163-181) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X26 368 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində, eləcə də başında xəsarətin hər hansı obyektiv əlaməti (qançır, sıyrıq, yara və .s.) aşkar edilmədi. (İ cild, i.v. 207-208) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X30 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, DİN-in Baş X30i İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X26 19 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X1 meyitində aşkar edilmiş xəsarətlər baş beynin əzilməsi, başın yumşaq toxumalarının iç səthinə, beyin qişalarına və beyin toxumasına geniş qansızmalar, kəllə tağı və əsası sümüklərinin açıq qəlpəli və burun sümüyünün qapalı qəlpəli sınığı, təpə nahiyəsinin və sol əlin yaraları, başın və bədənin sıyrıq və qançırları küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində məhrum R.Zərərçəkmiş şəxs3 əmələ gələ bilərdilər. Həyat üçün təhlükəli olan sağlamlığa Ağır dərəcəli zərər vurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər.

2. X1 ölümünə səbəb almış olduğu travma nəticəsində baş beynin əzilməsi olmuşdur.

3. X1 meyitindən götürülmüş qanda metil etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (İ cild, i.v. 233-237) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X26 2785/K saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzdiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. (İ cild, i.v. 238-241) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X26 467 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar edilmiş xəsarətlər – ağciyərlərin əzilməsi(kontuziyası) ilə müşayiət edilən soldan Vİİİ qabırğanın sınığı alnın(çapıq toxuması) əzilmiş yarası bərk küt əşya(alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. (İ cild, i.v. 249- 251) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 ambulator məhkəmə psixiatrik ekspertizasının 2733 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Z.E.Zeynalovda hazırda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Z.E.Zeynalov öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Z.E.Zeynalov barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (İİ cild, i.v. 54-56) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/2514-8/2547 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 1.2 Təqdim edilmiş “Kia Sorento” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşaraq (maneəyə dəyərək) üzərində olan zədələr öz ilkin formasını itirdiyindən onun “Kia Optima” markalı **- NR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hansı bucaq altında toqquşması müəyyən etmək mümkün olmamışdır.

3. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia Optima markalı ** NR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zeynallı avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.

4. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia Sorento markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərində texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Hacıyev maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanlı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 100 km/saat sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində “X21” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin ( 3.24 “maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. (İİ cild, i.v. 57-62) xx.xx.2022-ci il tarixli qərardan görünür ki, CM-in 263.2-ci maddəsi ilə fakta əsasən başlanılaraq istintaqı aparılan ********* nömrəli cinayət işi CM-in 263.2-ci maddəsindən həmin Məcəllənin 263-1.3-cü maddəsinə tövsif edilmişdir. (İİ cild i.v. 63) X18 servis mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Kia Sorento” minik markalı avtomobilə səthi baxış zamanı təmir xərci ilə birlikdə 6850 manat civarında zərər müəyyən edilmişdir. (İİ cild i.v. 68) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İİ cild, i.v. 108-109) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hər iki cinayət işi eyni şəxsin barəsidə olduğundan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraata birləşdirilmişdir. (İİ cild, i.v. 207-208) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 320.1, 320.2 və 178.1-ci maddələri ilə cinayət işi başlanılmışdır. (İİ cild, i.v. 212-213) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 320.1, 320.2, və 178.1-ci maddələrindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif olunmuşdur. (İİİ cild, i.v. 39) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (İİİ cild i.v. 82-83) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişlər. (İİİ cild i.v. 91-96) xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İİİ cild i.v. 117) Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X14, xx.xx.2016-cı il təvəllüdlü X16 adlı azyaşlı uşaqları vardır. (İİİ cild, i.v. 118-119) xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2, 178.2.4, 234.4.3, 263-1.3 və 320.2-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 ədəd DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,265 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1,065 qram heroin saxlanılması üçün Xətai RPİ-nin məsul saxlancına təhvil verilmişdir. (İİİ cild i.v. 130-156) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.4, 234.4.3, 263-1.3 və 320.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (İİİ cild i.v. 163-165) Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və 2671/2023 nömrəli məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinə zamanı xəsarət aşkar olunmamış, sol əldə köhnə çapıq toxuma aşkar olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, CM-nin 320.2-ci maddəsi ilə özünü təqsirli bilir, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar olaraq bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 1(101)-526/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs CM-in 320.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilməsi qərara alınmışdır. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, zərər çəkmiş şəxslərin, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 178.2.2, 178.2.4, 234.4.3, 263-1.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri CM-in 178.2.2, 178.2.4, 234.4.3, 263-1.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun CM-in 178.2.2, 178.2.4, 234.4.3, 263-1.3-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.4, 234.4.3 və 263-1.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ittihamda qeyd edilən miqdarda olmaması, aşkar edilmiş narkotik maddəni üzərinə götürməyinə səbəb polis əməkdaşlarının kilolarla narkotik maddənin onda aşkarlanması barədə hədə-qorxusu olması, polis əməkdaşları tərəfindən döyüldüyünə görə həmin narkotik maddəni üzərinə götürməsi, CM-in 263-1.3-cü maddəsi ilə hadisənin qarşısını almağa texniki imkanının olmaması, digər avtomaşın onun yoluna çıxdığı üçün, o da sonuncunun yoluna çıxması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə sorğusu əsasında Bakı İstintaq Təcridxanasından daxil olmuş cavab məktub, ona əlavə olunmuş sənədlər və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etirafedici ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 bükümdəki narkotik vasitə heroin kütləsi ilə X5 üzərindən götürülmüş 06 bükümdəki narkotik vasitə heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil etməsi, Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündə təqsirləndirilən şəxs qismində dindirilirkən verdiyi ifadəsində X12 tanıdığı və əvvəllər bir neçə dəfə narkotik vasitə olan heroin aldığı Təqsirləndirilən şəxs adlı şəxsdən 90 manata 06 ədəd şəffaf bükümə bükülmüş narkotik vasitə olan heroini almasını bildirməsi, Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələri tam şəkildə təkzib edir. Həmçinin, videoçəkilişlə aparılan şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs tam sərbəst şəkildə üzərindən aşkar edilmiş narkotik maddəni Binəqədi rayonu, Binəqədi qəsəbəsində tanımadığı iran vətəndaşından alıb üzərində saxladığını, xx.xx.2023-cü il tarixdə isə maddi ehtiyaclarına görə tanışları vasitəsi ilə tanıdığı X7 narkotik vasitə olan heroini Xətai rayonu, NZS qəsəbəsi, Ulduz marketin qarşısında 90 manata satdığını səmimi etiraf edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulan əməl az ağır, CM-in 234.4.3, 263-1.3-cü maddələrində nəzərdə tutulan əməllər ağır cinayətlər hesab olunur. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59-cu maddələrinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində iki nəfər az yaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (Zərərçəkmiş şəxs2 münasibətdə) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı, digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 32.4, 308.1, 320.1-ci maddələri ilə təqsirli bilinərək 3300 azn cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə CM-in 32.4,308.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 2000 manat miqdarında cərimə cəzası 01 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmiş, CM-in 320.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməllərini əvvəlki qərarla (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı) yaranmış məhkumluğu ödənilmədiyi dövrdə törətdiyindən onun əməlində cinayətlərin residivi mövcud olmuşdur. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2, 178.2.4, 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə, CM-in 263-1.3 maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə əsas və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzalar təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasını, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə əsas və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzaları təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 66.5-ci maddəsinin tələbləri rəhbər tutularaq Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(067)-23/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin ediləcək cəza ilə qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalı, ona hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (221200004 saylı cinayət işi üzə) tutulduğu, həbsdə saxlanıldığı 01 gün müddət çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:30-da CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 15:00-da tutulmuş hesab edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarları ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdə həbsdə saxlanılma müddəti 01 ay olmaqla 04 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdə isə həbsdə saxlama müddəti 20 gün, ümumilikdə 04 ay 20 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 540 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Xətai RPİ-nin məsul saxlancına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1,165 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 142 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 142 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 142 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 852 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. 181.2-ci maddəsinə əsasən, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə o cümlədən itirilmiş mənəvi ziyanın ödənilməsini tələb edə bilər. 181.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermək hüququ olan hər hansı fiziki şəxs öldükdə mülki iddia vermək hüququ onun varislərinə, hüquqi şəxsin ləğv və ya yenidən təşkil edildiyi hallarda isə onun hüquqi varisinə keçir. 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3 tərəfindən qanunun bu və digər tələblərinə əməl edilməklə mülki iddia verilmişdir. Zərərçəkmiş şəxs3 mülki iddia ərizəsində mənəvi ziyana görə 20000 manat, onun mülkiyyətində olan və yararsız hala düşən “KİA Sorento” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 17500 manat, zərərçəkmiş şəxsin 11 yaşlı oğlu Zərərçəkmiş şəxs3 Ruslan oğluna 18 yaşınadək hər ay ödəniləcək 108 manat hesabı ilə ümumilikdə 10368 manat alimentin və ödənilmiş 234,40 manat məbləğdə dövlət rüsumunu nəzərə almaqla 48102,40 manat məbləğində ziyanın Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 iddia tələbini onunla əsaslandırmışdır ki, avtoqəza nəticəsində dəfn, hüzr mərasimlərinin keçirilməsi ilə yanaşı mənəvi olaraq ona 20000 manat ziyan dəymişdir. Eyni zamanda 17500 manat oğlunun avtomobilinə ziyan dəymiş və bundan başqa məhrum oğlu Ruslan nəvəsi 10 yaşlı Vaqifə hər ay 108 manat aliment ödəyirdi. (Bundan sonra da 8 il alimet ödəməli idi 8x12x108=10.368). Oğlunun ölümü nəticəsində ona ödədiyi 234.40 manat məbləğində dövlət rüsumunu nəzərə almaqla ona 48102,40 manat ziyan dəymişdir. Məhkəmə qeyd olunan mülki iddia ilə bağlı zəruri araşdırma aparıb bu qənaətə gəlir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs3 mülki iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş X18 Servis Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Kia Sorento” minik markalı avtomobilə səthi baxış zamanı təmir xərci ilə birlikdə 6850 manat civarında zərər müəyyən edilmişdir. Avtomobilə vurulmuş zərərlə bağlı məhkəmənin mövqeyi ondan ibarətdir ki, hadisə nəticəsində “Kia Sorento” minik markalı avtomobilə zərər vurulması işin mübahisəsiz halı kimi qəbul edilir. Mübahisə vurulan zərərin məbləği ilə bağlıdır. İddiaçı vurulan zərərin məbləği ilə bağlı mütəxəssisin tərtib etdiyi arayışı istintaq orqanına təqdim etmişdir. Cavabdeh tərəf həmin məbləği qəbul etməsə də, təqdim edilmiş sübutda qeyd olunan konkret olaraq hansı zərər məbləği ilə razılaşmaması, avtomobilin hansı hissəsinə təmir xərclərinin hesablanmasını düzgün hesab etməməsı ilə bağlı konkret etirazlar irəli sürməmiş, sadəcə zərərin məbləği ilə razılaşmaması barədə şifahi bəyanat vermişdir. Nəzərə almaq lazımdır ki, mülki-prosessual qanunvericiliyin sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi qaydalarını nizama salan normalarının tələblərinə əsasən cavabdehin etirazı keçərli deyil. Çünki avtomobilə zərərin vurulması işin mübahisəsiz halı olması, iddiaçının zərərin məbləği ilə bağlı konkret şübhədənkənar sübut təqdim etməsi qarşılığında cavabdehin konkret dəlillər gətirmədən zərərin məbləği ilə razılaşmamasına dair şifahi bəyanatı keçərli deyil. Ona görə məhkəmə avtomobilə vurulan zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi əsaslı hesab edir. Zərərçəkənin aliment öhdəliklərinin təqsirləndirilən şəxsdən tutulması ilə bağlı iddia tələbini məhkəmə əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2, 113.2.4-cü maddələrinə əsasən məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə xitam verilir. Məhkəmə izah edir ki, həmin tələbə vurulmuş zərərin ödənilməsi iddiası formasında baxıla bilər. Lakin, nə qədər ki, aliment öhdəliyinin təqsirləndirilən şəxsin üzərinə qoyulması və həmin məbləğin ondan tutulması faktları ilə əsaslandırılmışdır, belə olan təqdirdə həmin iddia təmin oluna bilməz. Nəzərə almaq lazımdır ki, belə bir qərarın qəbul edilməsi gələcəkdə məhkuma qarşı yetkinlik yaşına çatmayan uşaqların maddi yardımdan məhrum olmaları ilə bağlı pul tələbinə dair mülki iddia qaldırmaq hüquqlarını məhdudlaşdırmır. İddiaçı eyni zamanda tələbində zərərçəkənin vəfat etməsi ilə bağlı dəfn xərcləri, hüzr mərasimlərinin keçirilməsi ilə bağlı xərclərin tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, zərərçəkənin vəfat etməsi ilə bağlı dəfn və hüzr mərasimlərinin keçirilməsi ilə əlaqədar müəyyən xərclər çəkilməsi istisnasızdır. Lakin, iddiaçı həmin xərclərə dair kifayət qədər aydın sübutlar təqdim etmədiyi üçün və tələblə bağlı obyektiv qərar qəbul edilməsini təmin etmək üçün uzun sürən araşdırma aparılmasına zərurət yarandığından qeyd olunan tələb baxılmamış saxlanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixlə qərarının 72-ci bəndində deyilir ki, mülki iddia tələbləri ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. İddiaçı 20.000 manat mənəvi ziyan tələbi irəli sürmüşdür. Məhkəmə həmin hissədə iddia tələbinin qismən təmin olunması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Qeyd olunan Qərarda göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Zərərçəkənin yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi nəticəsində mərhumun atası Zərərçəkmiş şəxs3 mənəvi sarsıntı keçirməsi, mənəvi zərərə məruz qalması istisnasızdır. Ona görə məhkəmə mənəvi zərər tələbini əsaslı hesab edir. Lakin, məhkəmə mənəvi zərərin məbləğini müəyyən edərəkən zərər çəkənin ehtiyatsızlıqla törədilən cinayət nəticəsində vəfat etməsini, məhkəmə qərarının icra edilməli sənəd olması səbəbindən təqsirləndirilən şəxsin ödəmə qabiliyyətini, zərərçəkənin hüquqi varisinin gələcəkdə digər mülki tələblər irəli sürmək imkanının saxlanmasını nəzərə alaraq mənəvi zərərin məbləğini 5000 (beş min) manat məbləğində müəyyən edilməsini ağlabatan məbləğ hesab edir. Eyni zamanda, məhkəmə hesab edir ki, mülki iddia ilə bağlı ödənilmiş 234.40 (iki yüz otuz dörd manat qırx qəpik) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs3 ödənilməlidir. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 234.4.3 və 263-1.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə 4 (dörd) il müddətinə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə ona qəti olaraq 3 (üç) il 6 (altı)ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(067)-23/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin edilmiş cəzalar ilə qismən toplanılmaqla barəsində 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək - ********* saylı cinayət işi üzə) onun tutulduğu, həbsdə saxlanıldığı 01 gün müddət çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 (səkkiz) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Xətai RPİ-nin məsul saxlancına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1,165 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş görüntülərin köçürüldüyü 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 540 (beş yüz qırx) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) Zərərçəkmiş şəxs3 iddia tələbi “dəfn və hüzr mərasimlərinin keçirilməsi ilə bağlı vurulmuş zərərin tutulması” hissəsində baxılmamış saxlansın. Maddi və mənəvi ziyanın tutulması ilə bağlı digər tələbləri qismən təmin edilsin. “KİA Sorento” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 6850 (altı min səkkiz yüz əlli) manat, mənəvi zərərə görə 5000 (beş) min manat, cəmi 11850 (on bir min səkkiz yüz əlli) manat və ödənilmiş 234.40 (iki yüz otuz dörd manat qırx qəpik) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs3 verilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 142 (yüz qırx iki) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 852 (səkkiz yüz əlli iki) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən hakim Mahirə Kərimova

Hakimlər: Fəxri Məmmədov

Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar