Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-526/2025 03.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov Fəxri Afiq oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Şirvan (Əli Bayramlı) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, biri azyaşlı olmaqla yetkinlik yaşına çatmayan üç uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs bir qrup şəxs halında istintaqa məlum olmayan “Səyid” adlı şəxslə birləşərək satış məqsədi ilə qanunsuz olaraq sonuncudan külli miqdarda ümumi təmiz çəkisi 59,996 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, təmiz çəkisi 180,378 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkorik vasitə heroini, ümumi miqdarı 36,36 qram təşkil edən 909 ədəd metadon tərkibli həbləri və ümumi çəkisi 2675 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı alaraq əldə edib, daşıyaraq üzərində və yaşadığı evdə saxlamış və 24 yanvar 2024-cü il tarixdə saat 01:15-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3arkotiklərlə Mübarizə İdarəsinə gətirilərək, orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 4,623 qram ağ kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixiatrop maddə metamfetaminin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvamndakı evə baxış keçirilmə və götürmə istintaq hərəkəti həyata keçirilən zaman mətbəxdə olan paltaryuyan maşının içərisindən 03 ədəd bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 990 qram, 590 qram və 1095 qram olmaqla ümumi təmiz çəkisi 2675 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın, 01 ədəd bükümdə təmiz çəkisi 180,378 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, bir ədəd bükümdə təmiz çəkisi 55,373 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4,623 qram psixotrop maddə metamfetamin ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən psixotrop maddə metamfetamin, üzərində “Methadone 40” markalanma göstəricisi olan ümumilikdə 909 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş və 909 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 36,36 qram təşkil edən qəhvəyi rəngli dairəvi formalı metadon tərkibli həblər aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, dekabr ayının 7-si və ya 8-də polis əməkdaşları onu Yasamal rayonu ərazisində saxlayıb, Yasamalın çöllüyündə vəhşicəsinə döyub, sonra onu Badamdara idarəyə aparımışlar. Orada isə ağrısı tutmuş, özünü pis hiss etmiş, ondan sonra 5 nəfər polis əməkdaşı onu təcili tibbi yardıma çatdırmışlar. Onu Yasamalda çölün düzündə döyəndə polislər onun qolundan saatı açmışlar. Ertəsi gün polis əməkdaşları evinə gəlmişlər, birinin adı Azər, digəri isə İbrahim olmuş və onunla 5-10 dəqiqəlik işləri olduğunu bildirmişlər. Sonra onu Yasamal Rayon Polis İdarəsinə baş müstəntiq Orxan müəllmin yanına aparmışlar, orada ondan ifadə alıb 3-4 kağıza qol çəkdirmişlər. Lakin həmən müstəntiqin yanında demişdir ki, atasından qalan yadigar saatı polislər qaytarsınlar. Əslində saatını polis əməkdaşı Azər götürmüşdür. Onu saxlamadan yarım saat, bir saat əvvəl isə həmin günü Elvin Süleymanovu tutmuşlar, onu da ora şahid qismində yazmışlar. Bundan sonra yanvar ayının 23-də axşam üstü evinə girərkən iki nəfər ona yaxınlaşmış, qolunu burub, onu maşına otuzdurub maşında döyərək polis bölməsinə aparmışlar. Bölmədə ona demişlər ki, tədbir keçirirlər onu buraxacaqlar. Sonra onu yaşadığı evə aparmışlar qara “Nissan” maşınınından qara klyok götürüb evinə qalxmışlar, sonra cibinə bükülü qoymuşlar demişlər ki, çəkiliş edib gedəcəklər. Sonra evdən çıxıb idarəyə gəlmişlər Orada isə ona demişlər ki, çəkilişdə onlara köməklik etsin, sonra onu buraxacaqlar. O, isə razılaşmamışdır. Bundan sonra polislər maşını sürmüşlər qaynatasının evinə tərəf demişlər ki, 10 kq narkotiki hasardan atacaqlar qaynatasının həyətinə. Bu hədədən qorxaraq polislərin dedikləri ilə razılaşmışdır. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu maşında da, evində də vurmuşlar. Bədəninin bütün nahiyələrinə şillə və təpiklə vurmuşlar. Onu birinci blokun qabağında saxlayaraq ağ rəngdə “Xəzər” maşınınıa otuzdurub qoluna qandal vurmuşlar. Onu dekabr ayında tutanda həmin vaxt halıb pisləşmiş onu aparımışlar təcili yardım stansiyasına. Sonra isə onu polislər buraxmışlar. Sonra isə saatını polislərdən tələb etmişdir. Onu ilk dəfə saxlayanda orada Azər, Asim və İbrahim adlı polis əməkdaşları olmuşdur. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində göstərmişdir ki, bir müddətdir ki, narkotik və psixotrop maddələrdən istifadə edir. 23 yanvar 2024-cü il tarixdə tanışı Əşrəf adlı şəxsin vasitəsi ilə tanıdığı İİR-nm vətəndaşı olan Səyid adlı şəxslə əlaqə saxlayıb ondan narkotik vasitə və psixotrop maddələr istəmiş, Səyid adlı şəxs də Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisinə getməyini və orada əvvəlcədən təyin edilmiş yerdən 300-400 manat müqabilində Səyid adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağını bildirmişdir. Bundan sonra həmin şəxsin dediyi üzrə Bakı şəhəri, Binəqədi rayinu, Biləcəri qəsəbəsi ərazisinə gedib oradan bağlamada olan narkotik maddələri götürmüş və yaşadığı evə gətirərək evdə mətbəxdə olan paltar yuyan maşının içərisinə qoyub orada gizli saxlamışdır. Həmin narkotik maddədən bir ədəd bümümdə psixotrop maddə metamfetamini özü ilə götürmüş, qalanı isə həmin yerdə qalmışdır. 24 yanvar 2024-cü il tarixdə təxminən saat 01:15 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida yaşayış kompleksi bina 33 ünvanının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onun kim olmağı barədə soruşmuşlar. O, da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu Baş narkotiklərlə mübarizə idarəsinə dəvət etmişlər və o, da razılaşıb Baş narkotiklərlə mübarizə idarəsinə gəlmişdir. Baş narkotiklərlə mübarizə idarəsinə şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə baxış keçirmişlər. Baxış zamanı əvvəlcə ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda çıxarıb təqdim etməyim təklif olunmuşdur. O, da əynində olan boz rəngli gödəkçəmin sağ yan cibindən bir ədəd bükümü təqdim etmişdir. Ondan aşkar edilmiş bir ədəd büküm açılaraq içinə baxıldıqdan sonra ondan həmin bükümün içərisində nə olması barədə soruşulmuşdur. O, da həmin bükümün içərisində metamfetamin olduğunu, həmin metamfetamini 23 yanvar 2024-cü il tarixdə İİR-nm vətəndaşı olan Səyid şəxsin dediyi yerdən, yəni Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən götürdüyünü bildirmişdir. Bundan sonra üzərinə baxış keçirilmiş əynində olan gödəkçənin sol yan cibindən içərisində dərman preparatlarına bənzər həblər olab bir ədəd plastik qab, əynimdə olan şalvarın sol yan cibindən bir ədəd içərisində 055 *** ** ** və 070 *** ** ** simkart nömrəli olan “Samsung” markalı mobil telefon və bir ədəd açar aşkar edilmişdir. Ondan aşkar olunmuş plastik qabın içərisində olan həblər ona xəstə olduğu üçün dövlət tərəfindən verildiyini bildirmişdir. Ondan aşkar edilmiş 01 ədəd büküm və “Samsung” markalı mobil telefon qablaşdırılmışdır. Axırda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra yaşadığı evə baxış keçirilməsinə etirazı olub-olmadığı soruşulmuş və o, da etirazının olmadığını bildirmişdir. Bundan sonra onun və vəkilinin iştirakı ilə yaşadığı ünvan 5 ünvanında yerləşən mənzilə baxış keçirilmişdir. Baxış zamanı həmin evin mətbəxində olan paltar yuyan maşının içərisindən 03 ədəd bağlamalar, 03 ədəd bükümlər, iki ədəd tərəzi və dəftərlər aşkar olunmuşdur. Həmin bağlamalarda və bükümlərdə açılaraq içinə baxıldıqdan sonra ondan həmin bağlamaların və bükümlərin içərisində nə olması barədə soruşulmuşdur. O, da həmin 03 ədəd bağlamalarda narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə psixotrop maddə metamfetamin, bir ədəd bükümdə isə üzərində “Methadone 40” markalanma göstəricisi olan ümumilikdə 909 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş dairəvi formalı metadon tərkibli həblər olduğunu, həmin narkotik maddələri də 23 yanvar 2024-cü il tarixdə İİR-nın vətəndaşı olan Səyid adlı şəxsin dediyi yerdən, yəni Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisinə getməyimi və orada əvvəlcədən təyin edilmiş yerdən 300-400 manat müqabilində Səyid adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağı üçün götürdüyünü bildirmişdir. Yaşadığı evdən aşkar edilmiş həmin 03 ədəd bağlamalar, 03 ədəd bükümlər, iki ədəd tərəzi və dəftərlər götürülərək qablaşdırılmışdır. Bundan sonra evinə baxış davam etdirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Axırda isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, narkotik vasitəni özü istifadə edəcəkdir. Saxlanılarkən və ya üzərinə şəxsi axtarış aparılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki güc tətbiq olunmamış, həmçinin psixoloji təsirə məruz qalmamışdır. Törətdiyi əməli səmimi etiraf edərək üzərində olan narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs vermiş olduğu əlavə ifadəsində göstərmişdir ki, Emil Babışovun onun hüquqlarını müdafiə edən müdafiəçi olduğunu bilmədiyindən ona polis əməkdaşları tərəfindən döyülərək məcburiyyət qarşısında narkotik vasitələrin özümə məxsus olmasını deməmişdir. İlkin izahat, ifadələri və məhkəmədə çıxışı zamanı təzyiq altında və həmçinin səhətində olan problemlərlə əlaqədar səhv vermiş, özündə olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumat əsasında həmin şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş, idarədə üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. O, çəkiliş zamanı bildirmişdir ki, yaşadığı “Mida” yaşayış kompleksindəki evində müəyyən miqdarda narkotik vasitə saxlayır. Bundan sonra əməliyyat qrupu həmin ünvana getmiş və evdə narkotik vasitə müəyyən edilmişdir. Şəxs bildirmişdir ki, narkotik vasitəni İran İslam Respublikası vətəndaşından əldə edib, həmin narkotik vasitəni İran vətəndaşının dediyi yerlərə “zakladka” edir və bunun müqabilində 300-400 manat pul alır. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, şəxs piyada olarkən saxlanılıb. Şəxsə qarşı hər hansı zor və ya təzyiq göstərilməyib. Yaşadığı evə baxış keçirilən zaman da çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxsin evindən və üzərindən narkotik vasitə aşkar edilməməsi və polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə dedikləri özünün müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxsla bağlı məlumat 23-də daxil olmuş, 23-dən 24-ə keçən gecə isə o saxlanılmışdır. Həmin vaxtadək təqsirləndirilən şəxslə heç bir tanışlığı olmamışdır. Şəxs evinə tərəf hərəkət edərkən saxlanılmışdır. Şəxsi Masazıra aparmamışlar. İbtidai istintaq zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis polkovnik-leytenantıdır. 24 yanvar 2024-cü il tarixdə ünvan 6 Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və hazırda yaşadığı ünvan 6 yaxınlığında olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanının qarşısına getmişlər. Həmin vaxtı, yəni saat 01:15-də ünvan 6 ünvanında yerləşən yaşadığı evin yaxınlığında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs narkotik maddə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, BNM-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla BNMİ-nə gəlmişdir. Bundan sonra onlar BNMİ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində özü istifadə etmək üçün bir ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunun bildirmiş və əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin gödəkçəsinin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bir ədəd bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdəki kütlə psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə metamfetamini İİR-nın vətəndaşı olan şəxsin dediyi yerdən 300-400 manat müqabilində Səyid adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağı üçün götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o, da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evində özünün istifadəsi üçün “heroin” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olub- olmaması soruşulmuş və Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 yerləşən evinə gedərək Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə həmin evə baxış keçirilmişdir. Baxış zamanı əvvəlcə Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan olunmuş saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxində olan paltaryuyan maşının içərisindən 3 ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, bir ədəd bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni, bir ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütləni, 909 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni, 2 ədəd dəftəri və 2 ədəd elektron tərəzini təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin evində olan 3 ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixuanaya, bir ədəd bükümdə olan psixotrop maddə metamfetamin və bir ədəd bükümdə olan narkotik vasitə heroin olduğunu həmin narkotik vasitələri və psixotrop maddəni İİR-nm vətəndaşı olan şəxsin dediyi yerdən, 300-400 manat müqabilində Səyid adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağı üçün götürdüyünü bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı evindən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Sonra isə keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Şahid1 məlumat daxil olmuş və şəxsi 24 yanvar 2024-cü il tarixdə saxlayaraq polis idarəsinə gətirmişlər. İdarədə onun üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Çəkiliş zamanı şəxs bildirmişdir ki, yaşadığı “Mida” yaşayış kompleksindəki evində müəyyən miqdarda narkotik vasitə saxlayır,əməliyyat qrupu həmin ünvana getmiş və evdə narkotik vasitə müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsə qarşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs əvəllər tanımamış və görməmişdir. Şəxs saxlanılarkən üzərində xəsarət olmsmışdır, lakin idarədə məlum olmuşdur ki, o, xəstədir. Şahid2 ibtidai araşdırma zamanı Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, onu 8 dekabrda saxlamışlar. Tamizə sumka vermişdir ki, saxlasın. Sonra sumkası üçün geri qayıtmış lakin Tamizin maşını orada olmamışdır. Sonra onu polislər tutmuşlar. Sonradan ona məlum olmuşdur ki, Tamizi əvvəl tutublar sonra isə onun özünü tutmuşlar. Sonra isə onları polis idarəsinə apararkən yolda Tamizin səhəti pisləşmişdir. Sonra isə polis əməkdaşları X12 yardıma aparmışlar. Sonra onu 29-cu PB-yə aparsalad ra, o, sonra Tamizi görməmişdir. Tamizi taksi şoferi kimi tanımışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, oğlunun tutulmasını ona polislər demişdir. Oğlu tutulan ərəfədə Toyota Prius markalı avtomobili olmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Rapotdan” və “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq polis idarəsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü disk) qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm açıldıqda məlum olur ki, arasında psixotrop maddə metamfetaminə oxşar kütlə vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə metamfetamini İİR-nın vətəndaşı olan şəxsin dediyi yerdən 300-400 manat müqabilində Səyid adlı şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağı üçün götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin gödəkçəsinin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli “Mənzilə baxış baxış və götürmə aparılması” haqqında protokolda (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü disk) qeyd olunmuşdur ki, ünvan 7 ünvanında yerləşən mənzilə baxış keçirilmiş, baxış zamanı həmin mənzilin mətbəxində olan paltaryuyan maşının içərisindən 3 ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, bir ədəd bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, bir ədəd bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlə, 909 ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütlə, 2 ədəd dəftər və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Mənzilə-evə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiz Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 6/489 saylı rəyində qeyd edilmişdir ki, tətqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan kağız paketdəki, bir ədəd bükümdə təmiz çəkisi 4,623 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs” oğlunun yaşadığı mənzildən açkar olunmuş... şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bağlamadakı, bir bükümdə 180,378 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 55,373 qram ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində “Methadone 40” markalanma göstəricisi olan ümumilikdə 909 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 909 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 36,36 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla), iki ədəd elektron tərəzinin üzərində heroin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün, heroinin və metamfetaminin təmiz çəkiləri və bükümlərdə olan metamfetaminlə və heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir.Vət.Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 59,996 qramdır və həmin metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkibinə görə eynidir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiz Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 7/133 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” yazısı və imzalar olan göy rəngli polietilen bağlamadaki 03 (üç) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 990 qram, 590 qram, 1095 qram, olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 2675 qramdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir. xx.xx.2024-cü il tarixli “dəftərə baxış keçirilməsi” haqqında protokolda qeyd olunmuşdur ki, mənzildən aşkar olunmuş iki ədəd dəftərə baxış keçirilmişdir. Baxış zamanı həmin dəftərlərdə “Tamiz ot 27 paket”, “70 gül+3 gül+30 gül+10 gül”, “kol 564”, “patı 293”, “ot 191, “Ot 100 abar” sözləri qeyd olunmuşdur. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının 3117 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, görünrüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddənin və narkotik vasitənin (bir hissəsinin) ona məxsus olmadığını və üzərinə (evə-mənzilə) qoyulduğunu bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış və evə baxış keçirilmişdir. Axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsini ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi ilə səmimi etiraf etmişdir. Bundan başqa, cinayət işinin məhkəmə baxışı zamanı müdafiə tərəfinin verdiyi bir sıra vəsatətlər təmin olunmuş (anten dairələrinin müəyyən edilməsi və sair) və müvafiq sorğular verilərək cavablar əldə olunmuşdur. Lakin qeyd olunan cavabların tədqiqi zamanı irəli sürülmüş ittihamı təkzib edəcək məlumatlar - hallar müəyyən edilməmişdir. Bununla yanaşı, əlavə şahid qismində dindirilmiş şəxslər də, öz ifadələrində irəli sürülmüş ittihamı təkzib edəcək məlumatları - halları məhkəməyə bildirməmişlər. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə tərəfindən müvafiq sorğular verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsiləndirilən şəxsin tutulan zaman polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiqlərə məruz qalmasının müəyyən edilməsi barədə araşdırma aparılaraq və ekspert rəyi də nəzərə alınmaqla cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, polis əməkdaşları tərəfindən saxlanılarkən psixoloji və fiziki təzyiqlərə məruz qalması barədə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi dəlillər işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunmuşdur. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş psixotrop maddənin və narkotik vasitənin (bir hissəsinin) ona məxsus olmadığı və üzərinə (evə-mənzilə) qoyulduğu barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, psixotrop maddənin və ya narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş psixotrop maddənin və narkotik vasitənin istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, onların bağlamalar halında olmasını, iki ədəd elektron tərəzinin aşkar olunmasını, dəftərlərdə qeyd olunmuş yazıların məzmununu və şahid ifadələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün ifadəsi ilə (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsini) yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş, sonuncu dəfə isə Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəza 06 (altı) ay sınaq müddəti müəyyən edilərək şərti hesab edilmiş, xx.xx.2019-cu il tarixdə isə sınaq müddəti bitdiyindən qetdiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin biri azyaşlı olmaqla yetkinlik yaşına çatmayan üç uşağı var. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs hipertoniya xəstəliyi 2-ci dərəcə, keçirilmiş kəllə beyin travmasının qalıq əlaməti epileptik tutmalar diaqnozu ilə müalicə alır. Məhkəmə təqsirləndirilən şəxsin biri azyaşlı olmaqla yetkinlik yaşına çatmayan üç uşağının olmasını və səhhətini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd olunan cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş psixotrop maddənin və narkotik vasitənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserdə (kabinetdə) profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və və Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkiləri 2674,4 qram olan qurudulmuş marixuana, 180,178 qram heroin, 4,523 qram və 55,173 qram metamfetamin, 904 ədəd (F/M40) metodon həbi, 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, mənzilə-evə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk və 02 ədəd dəftər cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəza çəkmə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkiləri 2674,4 qram olan qurudulmuş marixuana, 180,178 qram heroin, 4,523 qram və 55,173 qram metamfetamin, 904 ədəd (F/M40) metodon həbi, 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, mənzilə-evə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk və 02 ədəd dəftər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 192 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-526/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-526/2025
03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver