Məhkəmə qərarları › İş №1(101)-527/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-527/2020

03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-527/2020 03.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eyvazov Həsən Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1996-cı il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, döngə 14 ünvanında kirayədə yaşamış, xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2019-cu ilin təxminən aprel ayında tanış olaraq rəsmi nikah bağlamadan Bakı şəhərində müxtəlif ünvanlarda birgə yaşadığı Zərərçəkmiş şəxs1 ondan ayrılmaq istəməsini özü üçün qəbul edilməz hal hesab edib, özünün şəxsiyyətini başqalarının şəxsiyyətinin fövqündə qoyaraq xx xxxxxxx 2019-cu il tarixdə saat 01:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 15C ünvanında yerləşən “Legenda” çay evinin qarşısına gələrək, ictimai yer hesab edilən həmin çay evinin qarşısında digər şəxslər olduğu halda, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına saymazlıq göstərərək, ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirib, Zərərçəkmiş şəxs1 saçından tutaraq başına yumruqla zərbə vurduqdan sonra taxta parçasını silah qismində istifadə edilən əşya kimi istifadə edib bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sol bud-çanaq oynağında hərəkət məhdudluğu ilə müşaiyət olunan bel nahiyəsinin sol yarısının dərialtı hematomaları, sağ sağrı nahiyəsinin və hər iki bud nahiyəsinin dərialtı hematomaları kimi xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs1 onunla birgə yaşamaq istəməməsini və dostu Zərərçəkmiş şəxs2 ilə münasibətlərinin olmasını ehtimal etdiyindən, bunu özü üçün qəbul edilməz hal hesab edib, öz şəxsiyyətini başqalarının şəxsiyyəti fövqündə qoyaraq, öz üstünlüyünü nümayiş etdirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib, həmin niyyətini həyata keçirmək üçün təsərrüfat-məişət təyinatlı bıçaqla silahlanıb xx xxxxxx 2019-cu il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs1 işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 15/1 ünvanında yerləşən ictimai yer olan “Bilyard” çay evinin qarşısına gələrək, Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2la birlikdə görüb orada başqa şəxslər olduğu halda aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına saymazlıq göstərərək, ictimai yerdə olan insanlara qarşı etinasızlıq nümayiş etdirib, üzərində olan bıçaqla Zərərçəkmiş şəxs1 yanında olan Zərərçəkmiş şəxs2 sol yanaq nahiyəsinin və sol əlin İİ barmağının kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarət yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə edilən əşyadan istifadə etməklə zor tətbiq edilməsi ilə müşaiyət edilən təkrar qərəzli xuliqanlıq hərəkətləri etmiş, habelə yuxarıda qeyd edilənləri cüzi səbəb kimi bəhanə edib Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmək məqsədilə həmin bıçaqla sonuncuya zərbələr vurmaqla qarının ön divarında və sol qalça nahiyəsində periton boşluğuna nüfuz etməyən iki ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, habelə ölümünə səbəb olan döş qəfəsinin sol yan və arxa səthlərində üç ədəd plevra boşluğuna nüfuz edərək sol ağ ciyərin və ürəyin yaralanması ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan deşilmiş-kəsilmiş xəsarətlər yetirərək, Zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə 2019-cu ilin aprel ayında Biləcəri qəsəbəsində yerləşən “Legenda” çay evində tanış olmuş və yaxın münasibətləri yaranmış, bir müddət sonuncunun Rəsulzadə qəsəbəsində kirayə yaşadığı evdə bir yerdə yaşamışlar. Təxminən iki aydan sonra mübahisələri düşdüyünə görə ayrılmışlar. Bir müddət sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə dostu Zərərçəkmiş şəxs2 vasitəsi ilə Pərvanə ilə barışmış və sonuncunun kirayədə yaşadığı Gülüstan qəsəbəsindəki evdə yaşamağa başlamışlar. Hadisədən təxminən bir həftə əvvəl o, Cabir və Pərvanə “Legenda” klubuna getmişlər. Burada o, aşağıda gözləmiş, Pərvanə və Cabir yuxarı qalxıb təxminən yarım saat sonra geri qayıdaraq qohumu Şahid3 Rəfail oğlu və sonuncunun Vasif adlı dostu ilə rastlaşdıqlarını bildirmişlər. Evə qayıtdıqdan sonra Pərvanə ona Vasiflə danışdığını bildirmiş, həmçinin Vasif də onunla danışaraq, hətta o, olmadıqda belə Pərvanənin rahatlıqla kluba gələ biləcəyini, heç kimin Pərvanəni narahat etməyəcəyini demişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində o, Cabir və Pərvanə sonuncunun işlədiyi “Bilyard” klubuna getmək istəmiş, Pərvanə ona “Legenda” klubuna gedərək Vasiflə həmin məsələyə aydınlıq gətirəcəyini bildirmişdir. Onunla Cabir evə getdikdən sonra gecəyarısı Pərvanə ona mesaj yazaraq “Legenda” klubuna getdiyini bildirmiş, o isə, Pərvanənin bu hərəkətinə hirslənmişdir. Təxminən 15-20 dəqiqə sonra Vasif ona zəng edərək narazılığını bildirmiş, özünü bu işlərə qatmamağı xahiş etmişdir. Sonra o, Pərvanəyə zəng edərək evə tez gəlməsini, ona dərman almasını tapşırmış, lakin Pərvanə evə gəlsə də, ona dərman almamış və növbədə olduğunu bildirərək “Bilyard” klubuna getməli olduğunu demişdir. Pərvanə getmiş və təxminən saat 04 radələrində evə qayıtmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 11:00-da Pərvanəni iş yerinə qoyub öz işləri ilə əlaqədar getmiş, saat 14 radələrində yenidən “Bilyard” kluba getmişdir. Burada Pərvanə ona yenidən Vasiflə onun iştirakı ilə görüşmək istədiyini bildirmiş, o, Pərvanəyə gəlməcəyini demişdir. Oradan çıxıb evə gedərkən yolda Pərvanəyə evə getdiyini bildirmiş, Pərvanə isə daha ona yazmayacağını, həmçinin onunla birgə yaşamaq istəmədiyini və ayrılmaq istədiyini demişdir. Yolda olarkən Vasif ona zəng edərək Pərvanənin onunla görüşmək istədiyini demiş, onun da həmin görüşə gəlməli olduğunu söyləmiş, o isə, yenə də gəlməyəciyini bildirmişdir. O, evə gedib istirahət etmiş, saat 20 radələrində Cabirin “Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən iş yerinə gedərək sonuncunun mobil telefonunu alıb Pərvanənin ona, yəni Cabirə atdığı mesajlara baxacağını bildirmişdir. Cabirin telefonunu almağına səbəb Pərvanənin Vasiflə arasında olan mesajları “screen” edərək Cabirə atıb ona göstərməsini deməsi olmuşdur. Pərvanə həmin mesajlarda Vasifə onunla, yəni Sərxanla sevgili olduğunu demişdir. Telefona baxarkən Pərvanənin Cabirə mesaj yazaraq Vasifə onunla sevgili olduğunu bildirməsini görmüşdür. Pərvanə Vasifin ona atdığı bütün mesajları Cabirə göndərmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 17 radələrində Vasifə zəng edərək onunla görüşmək istəməyini bildirmiş, Vasif Pərvanə ilə telefonda danışdığı üçün o, bu məsələni aydınlaşdırmaq istəmişdir. Söhbət zamanı Ayaz da onların yanında olmuş, onların heç bir mübahisəsi olmamışdır. Bu zaman Ayaz ona Pərvanənin Cabirlə danışıb-danışmadığını soruşmuş, o isə, Cabirin telefonunun onda olduğunu deyərək belə bir şey görmədiyini bildirmişdir. Saat 23 radələrində evdə olan mətbəx bıçağını götürərək Pərvanənin işlədiyi “Bilyard” klubuna gəlmiş, yolda olarkən Cabir Pərvanənin onda olan telefonuna zəng edərək harada olmağını soruşmuş, o isə, “Bilyard” kluba çatdığını bildirmişdir. Cabir telefonu götürmək üçün onun yanına gələcəyini söyləmiş, lakin bu zaman o, artıq klubun qabağına çatmışdır. O, kluba daxil olmamış klubdan əvvəlcə Cabir, ardınca isə Pərvanə çıxmışdır. ”Bilyard” kluba gəlməkdə məqsədi Pərvanə ilə barışmaq istəməsi olmuş, Pərvanənin adını bilmədiyi xalası qızı mobil telefonda onu öldürəcəyini bildirməsi səbəbindən bıçağı həmin gün üzərində götürərək Pərvanənin xalası qızının orada olmasını ehtimal etmişdir. Saat 23 radələrində Zərərçəkmiş şəxs1 ilə “Bilyard” çay evinin qarşısında görüşərkən kurtkasının sol cibində Pərvanənin şəhid olan adını xatırlamadığı ögey qardaşının Pərvanə ilə şəkli olmuşdur. O, həmin şəkli Pərvanənin çemodanından tapmışdır. Pərvanəyə yaxınlaşdıqda cibini göstərərək sonuncunun əlini onun cibinə salmasını demiş, Pərvanə əlini onun cibinə salıb şəkli götürərək baxdıqdan sonra ona “bilirsən bu kimdir? Səni apararam qəbrinin üstünə, bilərsən kimdir” sözlərini demiş, Pərvanə onu təhqir edərək «cındır, alçaq» adlandırmışdır. O, bundan qəzəblənərək sol qolu ilə Pərvanənin sağ qolundan tutub üzərində olan bıçağı sağ əli ilə çıxarmış, Pərvanə bıçağı gördükdə ona “mən səni istəyirəm, sən də məni istəyirsən” demiş, o isə, Pərvanəyə “başımı xarab eləmə, bu dəqiqə səni öldürəcəyəm” demişdir. Pərvanə isə “nə durmusan, vur vur” deyə ona bildirmiş, bu zaman Cabir onun bıçaq olan əlini tutmuşdur. Buna baxmayaraq o, Pərvanəyə təxminən 3 bıçaq zərbəsi vurmuş, həmçinin xatırlayır ki, birinci zərbəni qızın qarnına endirmişdir. Zərbələrin təsirindən Pərvanə yerə yıxılmış və bundan sonra sonuncunun sol çiyin nahiyəsinə zərbə endirmişdir. Təqsirləndirilən şəxs ifadəsinə görə, həmin hadisədən əvvəl də Pərvanə ilə “Legenda” çay evində təqribən 2019-cu ilin oktyabr ayının sonlarında mübahisələri olmuşdur. Həmin zaman o, Pərvanənin yanında tanımadığı şəxsi görüb qızın saçından tutmuş, lakin Pərvanəyə xəsarət yetirməmişdir. Bununla bağlı Binəqədi RPİ 4-cü Polis şöbəsində araşdırma aparılmışdır. Sonradan isə Pərvanə ərizə ilə müraciət edərək şikayətinin olmadığını bildirmişdir. Daha sonra küçədə “Legenda” kafesinin qarşısında olan zaman içkili olmuş, Pərvanəyə küçədə xəsarət yetirməsini xatırlamamışdır. Proses iştirakçılarının suallarına cavab verən Təqsirləndirilən şəxs bildirdi ki, hadisə zamanı özünü itirdiyindən Pərvanəyə digər xəsarətlər yetirməsini, həmçinin Cabirin xəsarət alıb-almamasını xatırlamır. Hadisədən sonra o, bıçağı paltosunun sol döş cibinə qoymuş, sonra isə zibil yeşiyinə atmışdır. Bundan sonra üzü “Azadlıq” metrostansiyası istiqamətinə qaçmış, yolda olarkən mobil telefonla Ayaz və Surxayla danışaraq onlara Pərvanəni və Cabiri bıçaqladığını demiş, pulu olmadığından Ayazdan 2 manat pul istəmişdir. Yolda olarkən bıçağı zibilliyə atmış, daha sonra Binəqədi RPİ-nin 4-cü Polis şöbəsinə gələrək təslim olmuşdur. Hadisə baş verən zaman orada ondan başqa, Cabir və Pərvanə olmuş, Pərvanəni nəyə görə bıçaqla vurub öldürdüyünü izah edə bilmir. O, Pərvanəni heç vaxt heç kimə qısqanmamış və onu kimlərəsə qısqandığına görə öldürməmişdir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Pərvanə ona mesaj yazsa da, o, maşın yuduğundan mesaja baxa bilməmişdir. Mesaj gəldikdən təxminən 10 dəqiqə sonra Sərxan işlədiyi yerə gələrək Pərvanənin ona mesaj yazdığını və həmin mesaja baxmalı olduğunu demiş, o, Sərxanın Pərvanə ilə onun arasında olan münasibəti qısqandığını düşünmüşdür. Buna görə də, aralarında heç bir şey olmadığını göstərmək üçün Sərxana mobil telefonunu götürməyə icazə vermişdir. Əvvəllər də bir neçə dəfə Sərxan özü ona Pərvanədən uzaq olmasını tapşırmışdır. Sərxan telefonu götürüb oradan uzaqlaşmış, saat 22 radələrində o, Sərxanın “Bilyard” klubda olacağını zənn edib telefonunu götürmək üçün oraya getmişdir. “Bilyard” kluba çatdıqda Sərxanın orada olmadığını görmüş, Pərvanə isə klubda olmuşdur. O, çay sifariş verib çölə çıxmış, burada ofisiantın mobil telefonu ilə 3-4 dəfə öz nömrəsini yığdıqdan sonra Sərxan cavab verərək, “Hollivud” şadlıq sarayının yanında olduğunu bildirmişdir. O, telefonunu götürmək üçün orada gözləməsini və gələcəyini bildirmiş, Sərxan da ona gözlədiyini demişdir. O, “Bilyard” klubdan Pərvanə ilə çıxıb Sərxana yaxınlaşmış, həmin vaxt Sərxan və Pərvanə mübahisə etmiş, onlardan bir qədər aralı dayandığından mübahisə zamanı nə danışdıqlarını tam bilməmiş, bir qədər sonra isə Sərxanın bıçaq çıxarmasını görüb dərhal onlara yaxınlaşmışdır. Sərxanın sağ əlində bıçaq olduğunu görüb həmin bıçağı onun əlindən almağa çalışmışdır. Lakin bu zaman onun sol əlinin içi kəsilmiş, daha sonra isə Sərxan bıçaqla onun üzünün sol nahiyəsini kəsmişdir. Buna qədər Sərxan Pərvanəyə zərbə endirə bilməmişdir. O, üzünü tutub geri çəkilmiş, bu zaman özünü itirmiş, Sərxan isə Pərvanəyə xatırlamadığı sayda zərbələr endirmişdir. Daha sonra Sərxan “Bilyard” klubunun çıxışından sol tərəf istitqamətinə qaçmış, Pərvanə isə yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Bu zaman ətrafda olmuş şəxslər onlara yaxınlaşmış, həmçinin ətrafdakı şəxslər təcili yardıma məlumat vermişlər. O, iki-üç dəqiqə gözlədikdən sonra evə gəlmişdir. Buna səbəb hadisə zamanı xəsarət alması və qorxması olmuşdur. Onun əsil adı Cabir olsa da, hamı ona «Mosu» deyə müraciət etmişdir. Hadisə olan zaman ətrafda o, Sərxan və Pərvanə olmuş, hadisə zamanı Sərxanın əlində bıçaq olduğunu görmüşdür. Hadisədən qabaq Pərvanə ilə mobil telefonla çox danışsalar da, onların münasibətləri ancaq dost münasibəti olmuşdur. Hadisə olan günü Sərxan ondan telefonu istədikdə, o, çox rahatlıqla telefonunu Sərxana vermiş, çünki Pərvanə ilə yalnız dost kimi danışmışdır. Hadisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirərkən o, Pərvanəni aralamaq üçün sol əli ilə onun bıçaq olan sağ əlini tutmuş, lakin Sərxan ona “Mosu, sən öl öldürməyəcəm” demişdir. Bu zaman o, əlinin kəsildiyini hiss edib əlini çəkmiş və əlindən qan gəldiyini görmüşdür. Daha sonra isə Sərxan onun üzünü kəsmiş, o, üzünü tutub geri çəkilmişdir. Hadisədən qabaq Sərxanın onu Pərvanəyə qısqandığını hiss etməmiş və Sərxan da bu barədə ona hneç nə deməmişdir. Zərərçəkmiş şəxs2 bildirdiyinə görə, Sərxan və Pərvanə arasında “Legenda” çay evində xatırlamadığı tarixdə mübahisə olmuş, bu zaman o, həmin yerdə olmasa da, sonradan eşitdiyinə görə Sərxan həmin çay evinə gəlib, Pərvanəni təhqir edərək saçından tutub çölə çıxarmış, daha sonra isə ona şillə vurmuşdur. Bu barədə Pərvanə hüquq mühafizə orqanlarına müraciət etmişdir. xx xxxxxx 2019-cu il tarixdə isə Sərxan ona bu barədə dedikdən sonra o, Pərvanə və Sərxanı barışdırmışdır.Təqsirləndirilən şəxs telefonuna baxış keçirilərkən, Zərərçəkmiş şəxs1 “vhatsapp” sosial proqram vasitəsi ilə “Şükür allahıma kı səni tanıdım, sənin evlənmək təklifini düşünəcəm sənə söz verirəm mənə vaxt ver biraz...” məzmunda statusuna münasibətdə bildirmişdir ki, Pərvanə bu statusu Sərxanı qısqandırmaq üçün paylaşmışdır, çünki əvvəllər də bu məzmunda bir neçə dəfə “çıxıb buralardan gedəcəm” kimi statuslar paylaşmışdı. O, hadisə olan günü saat təxminən 23:10 radələrində Pərvanənin işlədiyi “Bilyard” çay evinə gəlmişdir. O, Pərvanənin adını “Sevgi” ya da “Sevgim” adı ilə qeyd etməmişdir. Hadisədən sonra onun əli və üzü kəsildiyindən ətrafdakı şəxslərdən üzünün qanını silmək üçün əsgi istəmiş, həmin zaman ona mayka vermişlər və o, həmin mayka ilə üzünü və əlini silmişdir. Daha sonra isə maykanı hadisə yerinə atmışdır. Hadisə yerindən aşkar olunmuş mayka həmin maykadır. Sərxan Pərvanəni vurduqdan sonra yoldan keçən “VAZ-2107” markalı avtomobili saxlayaraq həmin maşında olan 3 nəfərin köməkliyi ilə xəsarət alan qızı xəstəxanaya yola salmışlar. Təqsirləndirilən şəxs qohumları onunla barışıq əldə etməsələr də, hazırda ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərdi ki, 1989-cu il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs1 onun doğma qızıdır. Təxminən 12 il əvvəl Pərvanə Qəbələ rayone sakini Cunar Abdullayev adlı şəxslə nikaha daxil olmuş, həmin nikahdan 2 övladı olmuşdur. O, Pərvanənin Cunarla evlənməsinə qarşı olsa da, qızı Cunara qoşulub qaçmış, buna görə Pərvanədən küsmüş, lakin tez bir zamanda barışmış və onların toylarını etmişdir. Təxminən 5-6 il əvvəl qızı ərizə yazaraq Cunarla rəsmi qaydada boşanmış, uşaqlar əvvəlcə Pərvanə ilə Bakı şəhərində qalsalar da, sonradan atalarının yanında yaşamışlar. Uşaqlar atası ilə yaşamağa başladıqdan sonra Pərvanə tək yaşamışdır. O, qızına Qəbələ rayonuna keçmiş ərinin yanına gedib ailəsi ilə birgə yaşamasını desə də, Pərvanə ona qulaq asmamış və onunla danışmamışdır. Sonuncu dəfə Pərvanəni təxminən 2 il əvvəl görmüş, bu zaman uşaqlar hələ Pərvanə ilə yaşamışlar. xx xxxxxx 2019-cu il tarixdə saat 14 radələrində qudası Mətanət Abdullayeva ona zəng edərək Pərvanənin öldürüldüyünü bildirmiş, bundan sonra oğlu Murad meyitxanaya gedərək qızını oradan götürmüş və dəfn etmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi Sədaqət İsmayılovanın ifadəsinə görə, qızı öldükdən sonra təqsirləndirilən şəxsin qohumları tərəfindən onunla maraqlanan, barışığa gələn olmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs qanun qarşısında cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilən Şahid1 ifadəsində bildirdi ki, 2019-cu il noyabrın ortalarında işləmək üçün hazırda yaşadığı evə gəlmiş, Zərərçəkmiş şəxs2 burada tanımışdır. Daha sonra Cabirin vasitəsi ilə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 tanımışdır. O, Pərvanəni «Banu» kimi tanımış, sonuncunun Sərxanla birgə yaşadığını bilmişdir. Cabir ona Sərxan və Pərvanəni təzəlikcə özünün barışdırdığını demişdir. O, Cabirdən nə olduğunu soruşduqda, sonuncu, bir müddət əvvəl Sərxanın Pərvanəni döydüyünü və qızın bununla əlaqədar olaraq hüquq mühafizə orqanlarına müraciət etdiyini bildirmişdir. Pərvanəni bundan sonra bir neçə dəfə “Legenda” çay evində görmüşdür. Pərvanə çay evinə əsasən Cabirlə gəlmiş, Sərxana isə çay evinin sahibi oraya daxil olmağa icazə verməmişdir. Sərxan çox vaxt bayırda Pərvanəni gözləyib evə aparmış, qız isə həmin çay evinə yalnız Cabirlə görüşmək üçün gəlmişdir. Daha sonra Pərvanə onun istifadəsində olan “*** *** ** **” mobil nömrəsinə “Whatsapp” sosial proqramı vasitəsi ilə ismarıc yazaraq hal-əhval tutmuş, o, Pərvanə ilə yalnız dost kimi danışmışdır. Bir neçə gün sonra o, “whatsapp”da status paylaşaraq dovğa istədiyini bildirmiş, Pərvanə ona ismarıc yazaraq Sərxana dovğa bişirəcəyini və ona da göndərə biləcəyini demişdir. Eyni zamanda ona ürək smayliki atmış, bu söhbətdən Sərxanın da məlumatı olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində Sərxan ona mesaj yazaraq görüşmək istədiyini, Cabirin telefonunun onda olduğunu bildirmiş və Sərxanla parkda görüşmüşdür. Bu zaman dostu Ayaz da onun yanında olmuşdur. Onların görüşü təxminən iki dəqiqə çəkmiş, bu zaman həqiqətən də Cabirin mobil telefonunun onda olduğunu görmüşdür. Sərxan həmin mobil telefonla kimə isə mesaj yazmışdır. Sərxandan Cabirin telefonunun niyə onda olmasını soruşduqda, Sərxan Cabirin iş yerinə getdiyini, onun əlindən aldığını, telefonu qaytarmayacağını bildirərək Cabirə qarşı nalayiq sözlər işlətmişdir. Sərxan Cabirin və Pərvanənin bir yerdə olduğunu deyərək ikisini də təhqir etmişdir. O, Sərxana Pərvanənin ona dovğa bişirərək göndərmək istəməsini heç kimə demədiyini bildirmişdir. Sərxan isə öz növbəsində ona “Pərvanəyə özüm demişəm ki, sən Vasifə dovğa aparsan, oradakılar mənə necə baxarlar” deyə bildirmişdir. Daha sonra Sərxan onlardan uzaqlaşmışdır. O, xx xxxxxx 2019-cu il tarixdə Pərvanə ilə gün ərzində mesajlaşmış, Pərvanə ilə mübahisələri olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə saat 01 radələrində Ayazla birgə “Legenda” çay evində olarkən, Ayaza tanımadığı adamın zəng edib nəsə danışdığını eşitmiş, daha sonra Ayaz ona Sərxanın Pərvanəni bıçaqladığını bildirmişdir. Bu zaman o, Ayazla Sərxanın mobil telefon vasitəsi ilə danışmasını görməmiş, Sərxanın Pərvanə və Cabiri vurmasını yalnız Ayazdan eşitmişdir. O, bundan sonra evə gedib yatmışdır. Sonuncu dəfə Pərvanəni hadisədən 2-3 gün qabaq “Legenda” çay evində görmüş, bu zaman Pərvanə Cabir və tanımadığı bir nəfərlə təxminən bir saata yaxın əyləşmişlər. Bu zaman Pərvanə və Cabir pivə içib qəlyan çəkmişlər. Sonuncu dəfə Sərxanı hadisə günü saat 15 radələrində görmüşdür. Cabirin bir neçə dəfə onun yanında olarkən Pərvanəyə sevgiyə aid musiqili səs yazıları atmasını görmüşdür. Cabir telefonunda Pərvanənin adını “Sevgi” ya da “Sevgim” adı ilə qeyd etmişdir. Məhkəmə iclasında dindirilən Şahid3 ifadəsində bildirdi ki, xx xxxxxx 2019-cu il tarixdə günorta saatlarında Sərxanla görüşmüş, bu zaman dostu Vasif də onların yanında olmuşdur. Onlar öz aralarındakı mübahisəni həll etmiş, onların mübahisəsi Vasifin dovğa istəməsini “vhatsapp” sosial proqramında bildirməsi və Pərvanənin dovğa bişirdiyini, ona da gətirə biləcəyini deməsi olmuşdur. Vasif və Sərxan mübahisələrini həll edib mehribanlıqla bir-birindən ayrılmışlar. Bundan sonra o, Vasiflə evə gələrək, saat 23 radələrində birlikdə “Legenda” çay evinə getmişlər. Həməin gün saat 24 radələrində Sərxan ona zəng etmiş, o, Vasiflə “Legenda” çay evində olmuşdur. Sərxan telefonda ondan harada olmasını soruşmuş, bu zaman Sərxanın təngnəfəs olduğunu hiss etmişdir. Daha sonra Sərxan Vasifin yanında olub-olmamasını soruşmuş, o, Vasifin yanında olduğunu bildirdikdən sonra Sərxanın təklifi ilə çölə çıxmışlar. Bu zaman onlar Sərxanın çay evinin həyətində olduğunu düşünmüş, lakin çölə çıxdıqda Sərxan telefonda ona Pərvanəni öldürdüyünü, Cabiri isə bıçaqladığını demişdir. Daha sonra o, Sərxanın kiçik qardaşı Sərvana zəng edib hadisə barədə məlumat vermiş və evə gedərək yatmışdır. Məhkəmə iclasında dindirilən Şahid2 ifadəsində bildirdi ki, yaşadığı mənzil Binəqədi rayonu, 7-ci mk-on, S.S.Axundov küçəsi, 15/1 ünvanının 3-cü mərtəbəsində yerləşir. xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində yaşadığı evə gəlmiş, paltarlarını asmaq üçün eyvana çıxmışdır. Təxminən 2 dəqiqə sonra aşağıda “Bilyard” çay evinin yaxınlığında səsküy eşidib aşağıya baxanda, “Pepsi topdan və pərakəndə satış məntəqəsi” yazılmış yerin qabağında üç nəfərin mübahisə etdiyini görmüşdür. Onlardan biri qadın, digər iki nəfəri isə oğlan olmuşdur. Oğlanlardan biri qıza öz mobil telefonunu göstərərək uca səslə “bu kimdi, bu kimdi?” deyə bildirmiş, qız isə ona “gedərik qəbrinin üstünə göstərərəm kimdi” deyə cavab vermişdir. Bunun əvəzində həmin oğlan əli ilə qıza zərbələr endirmiş, bu zaman onun eynəyi gözündə olmadığından baş verənləri tam görə bilməmişdir. Yanlarında dayanmış digər oğlan zərbə endirən oğlana mane olmağa çalışsa da, özü də üzünü tutub kənara çəkilmişdir. Daha sonra qız yerə yıxılmışdır. Zərbə endirən oğlan isə dərhal oradan uzaqlaşaraq “Bilyard” çay evindən çıxışda sol tərəfə qaçmışdır. O, yerdə qan olduğunu görüb oğlanın qıza kəsici alətlə xəsarət yetirdiyini yəqin etmişdir. Digər oğlan da həmin yerdə olmuş, lakin üzünü tutmuşdur. O, dərhal DİN-in 102 xidmətinə hadisə barədə məlumat vermiş, daha sonra isə evdən aşağıya düşmüşdür. Bu zaman artıq digər oğlanın orada olmadığını, qızın isə can verdiyini görmüşdür. Daha sonra hadisə yerinə Təcili tibbi yardım briqadası gələrək xəstəni xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis idarəsi Cinayət Axtarış idarəsinin əməliyyat müvəkkili X4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid İqbal Quliyev göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində daxil olmuş məlumat əsasında Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsi, ev 15/1 ünvanının qarşısına gəlmiş, onlar gəldikdə zərərçəkmiş şəxs orada olmamış, sonuncunu Təcili Yardım maşını ilə xəstəxanaya apardıqlarını bildirmişlər. Lakin yerdə qan və pambıq topası olmuşdur. Əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs1 mobil telefonunda Surxay adı qeyd edilmiş şəxslə ona məxsus mobil nömrə ilə əlaqə saxlayıb, onun qardaşının, yəni Sərxanın spirtli içki qəbul etməsini və dava salmasını Surxaya deyərək, hadisə baş verən yerə gəlməsini bildirmişdir. Bunu deməsinə səbəb Surxayı qorxutmamaq olmuşdur. Surxay ondan nəsə baş verdiyini soruşduqda, qardaşının adam öldürdüyünü demişdir. Daha sonra Surxaydan qardaşı Təqsirləndirilən şəxs anket məlumatlarını dəqiqləşdirərək, Surxaya qardaşının yerini öyrənib ona bildirməsini demişdir. Surxay qardaşı ilə danışdıqdan sonra onunla bir neçə dəfə əlaqə saxlamışdır. Saat təxminən 03 radələrində Surxay ona qardaşının Binəqədi rayonu ərazisində yerüstü piyada keçidinin yanında olan polis bölməsinə gedərək təslim olacağını bildirmişdir. Bundan sonra onlar Binəqədi RPİ-nin 4-cü PŞ-ə getdikdə Sərxanı həmin bölmənin həyətində görüb tutaraq Binəqədi RPİ-ə gətirmişlər. Sərxanı tutarkən sonuncu hadisə zamanı istifadə etdiyi bıçağı zibil yeşiklərinə atdığını bildirmişdir (Cild 2, iş vərəqi 216-218). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli protokola əsasən, videoçəkiliş aparılmaqla həyata keçirilən həmin istintaq hərəkəti zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, sonuncu, ibtidai istintaq zamanı verdiyi sərbəst ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində əyani olaraq təsvir etmişdir (Cild 1, iş vərəqi 89-90). Cinayət işinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli baxış protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun cinayət törədərkən istifadə etdiyi bıçaq Azadlıq prospekti, 195-də yerləşən zibil yeşiklərinin içərisindən götürülərək müvafiq qaydada qablaşdırılmışdır (Cild 1, iş vərəqi 43-48). İş materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, ifadələr arasında yaranmış ziddiyətləri aradan qaldırmaq üçün Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış və həmin istintaq hərəkəti zamanı Şahid1 sərbəst ifadəsində göstərmiş xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə deyərək onu ifşa etmişdir (Cild 3, iş vərəqi 1-3). Cinayət işində olan xx xxxxxx 2019-cu il tarixli 2358 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən-sağ əlin İ barmağının ovuc səthinin kəsilmiş yarası kəsici kənara malik olan iti alətin təsirindən, boyunun sol yan səthindəki qançır isə küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2019-cu il tarixinə uyğun gəlir və hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlərdən sağ əlin İ barmağının ovuc səthindəki kəsilmiş yara qərarda göstərilən şəraitdə, yəni şəxsin özü tərəfindən bıçaqla, boyunun sol yan səthindəki qançır isə başqa şəxs tərəfindən əllə yetirilə bilərdi (Cild 1, iş vərəqi 218-220). Məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2357 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətlər-sol yanaq nahiyəsinin və sol əlin İİ barmağının kəsilmiş yaraları kəsici alətin (əşyanın), ola bilsin bıçağın tiyəsinin kəsici təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə bıçaqla vurulan zərbələr nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi az inandırıcıdır (Cild 1, iş vərəqi 221-223). Məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 07/2357 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşakr olunmuş xəsarətlər-sol yanaq nahiyəsinin və sol əlin İİ barmağının kəsilmiş yaraları kəsici alətin, ola bilsin bıçağın tiyəsinin kəsici təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə bıçaqla vurulan zərbələr nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs2 üzünün sol almacıq-yanaq nahiyəsindəki kəsilmiş yaradan sonra əmələ gələn çapıq sifətdə asimmetriya yaratmır, mimikanı pozmur və zaman keçdikcə az nəzərə çarpan olacaqdır, buna görə də həmin çapıq izi silinən hesab olunmalıdır (Cild 2, iş vərəqi 201-203). Məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 173 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs1 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol bazu oynağının arxa yan səthində, döş qəfəsinin sol yan və arxa səthlərində üç ədəd plevra boşluğuna nüfuz edən, sol ağ ciyərin və ürəyin yaralanmasına səbəb olmuş deşilmiş-kəsilmiş yaralar, qarının ön divarında və sol qalça nahiyəsində periton boşluğuna nüfuz etməyən iki ədəd kəsilmiş-deşilmiş yaralar. Qeyd edilən xəsarətlərdən sol bazu oynağının arxa yan səthində İİ qabırğaarası sahədə yerləşən plevra boşluğuna nüfuz etmiş və sol ağ ciyərin yuxarı payının yaralanmasına səbəb olmuş deşilmiş-kəsilmiş yara kanalının istiqaməti yuxarıdan aşağıya, bir qədər soldan sağa və arxadan önədir. Yara kanallarının uzunluğu 7,0 sm-dir. Döş qəfəsinin sol yan səthində V qabırğaarası sahədə yerləşmiş, plevra boşluğuna nüfuz edən, sol ağ ciyərin və ürəyin yaralanmasına səbəb olmuş deşilmiş-kəsilmiş yaranın yara kanalının istiqaməti soldansağa, bir qədər öndən arxaya və aşağıdan yuxarıyadır, yara kanalının uzunluğu 9,5 smdir. Döş qəfəsinin sol yarısının arxa səthində İX qabırğaarası sahədə yerləşən, plevra boşluğuna nüfuz edən sol ağciyərin aşağı payını yaralayan deşilmiş-kəsilmiş yaranın istiqaməti aşağıdan yuxarıya və bir qədər arxadan önədir, yara kanalının uzunluğu 8,0 smdir. Qeyd edilən xəsarətlər həyati olub mərhumun ölümündən az əvvəl deşici-kəsici alətin təsirindən törənmişdir və dərəcəsinə görə döş qəfəsinin sol yan və arxa səthlərində üç ədəd plevra boşluğuna nüfuz edən sol ağ ciyərin və ürəyin yaralanmasına səbəb olmuş deşilmiş-kəsilmiş yaraların hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə, qarının ön divarında və sol qalça nahiyəsində periton boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdir. Zərərçəkmiş şəxs1 ölümünə səbəb sol bazu oynağının arxa yan səthinin, döş qəfəsinin sol yan və arxa səthinin plevra boşluğuna nüfuz edən sol ağ ciyərin və ürəyin yaralanmasına səbəb olmuş deşilmiş kəsilmiş yaraların törətdiyi kəskin qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti ilkin meyit əlamətlərinə görə mərhumun meyitinin meyitxanada müayinəsi başlanan vaxtdan 2-4 saat əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs1 meyitinin bədənində aşkar edilmiş yaralar qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən bıçaqla, o cümlədən ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilərdilər. Zərərçəkmiş şəxs1 meyitində aşkar edilmiş deşilmiş-kəsilmiş yaraların yerləşməsini və yara kanallarının istiqamətini nəzərə alaraq belə demək mümkündür ki, Zərərçəkmiş şəxs1 xəsarətləri müxtəlif vəziyyətlərdə: ayaq üstə, oturmuş və s. vəziyyətlərdə ala bilərdi. Xəsarətlər yetirilən zaman Zərərçəkmiş şəxs1 bədənin ön və sol yan səthləri ilə xəsarətləri yetirən şəxsə qarşı olmuşdur. Məhkəmə kimya tədqiqatı nəticəsində Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir (Cild 2, iş vərəqi 189-197). Cinayət işinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli 29782/29783 nömrəli məhkəmə trasoloji və soyuq silah ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfatməişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş geyim əşyalarından Zərərçəkmiş şəxs1 məxsus paltarların (idman gödəkçəsinin, koftanın, şalvarın, alt tumanın) üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yeri və ölçüsü verilib. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus büstqalterin, corabın, saç rezininin, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 məxsus paltarların üzərində hər hansı bir mexaniki zədə aşkar edilmədi (Cild 2, iş vərəqi 78-82). İş materiallarında olan xx.xx.2019-cu il tarixli 29784 saylı məhkəmə-lifli ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1 №-li cədvəlində göstərilib. Həmin kənar lif mikrohissəciklərinin arasında Zərərçəkmiş şəxs1 şalvarının üzərindən tapılmış açıq göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs şalvarının üzərindən tapılmış göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 şalvarının tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs paltosunun üzərindən tapılmış qırmızı rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 gödəkçəsinin tərkib liflərinə uyğun gəlilər. Zərərçəkmiş şəxs2 şalvarının üzərindən tapılmış açıq göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş bir ədəd bıçağın üzərində kənar lif mikrohissəcikləri yoxdur (Cild 1, iş vərəqi 201-208). Cinayət işində olan xx.xx.2020-ci il tarixli 20/12R saylı məhkəmə genetik ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş hadisə yerindən götürülmüş 3№-li pambıq topası üzərində aşkar edilmiş qan nümunəsi, üzərində “1- Bilyard klubun qabağı” qeydləri olan 1 (bir) ədəd çöplü pambıq tompon üzərindəki qan nümunəsi, üzərində “2-ölüm hadisə yeri bilyard klubun qabağında pilləkəndən” qeydləri olan 1 (bir) ədəd çöplü pambıq tampon üzərindəki qan nümunəsi, üzərində “6-bilyard klubun giriş qapı iç tərəf” qeydləri olan 1 (bir) ədəd çöplü pambıq tampon üzərindəkiqan nümunəsi, üzərində “7-bilyard klubun giriş qapı iç tərəf” qeydləri olan 1 (bir) ədəd çöplü pambıq tompon üzərindəki qan nümunəsi, hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş 1 (bir) ədəd tuman üzərindəki 10 №-li ləkədən götürülmüş qan nümunəsi, 1 (bir) ədəd saç yığmaq üçün bant üzərindəki 11 №-li ləkədən götürülmüş qan nümunəsi, bir ədəd büstqalter üzərindəki 12 №-li ləkədən götürülmüş qan nümunəsi, 1 (bir) ədəd göy qırmızı rəngli gödəkçə üzərindəki 13 №-li ləkədən götürülmüş qan nümunəsi, 1 (bir) ədəd göy cins materialdan olan şalvar üzərindəki 14 №-li ləkədən götürülmüş qan nümunəsi və 1 (bir) ədəd qara rəngli uzunqol köynək üzərindəki 15 №-li ləkədən götürülmüş qan nümunəsi qadın cinsindən olan eyni naməlum şəxsə məxsusdur. Hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş 1 (bir) cüt qara rəngli corab üzərində hər hansı qanabənzər ləkə aşkar edilmədiyi üçün həmin obyektlər üzərindən tədqiqat nümunələri götürülmədi. Ekspert tədqiqatına təqdim edilmiş hadisə yerindən götürülmüş 1 (bir) ədəd ağ rəngli mayka üzərində aşkar edilmiş qan nümunəsi, hadisə zamanı Zərərçəkmiş şəxs2 əynində olmuş 1 (bir) ədəd qara rəngli kurtkanın sol cibinin ətrafında aşkar edilmiş 6 №-li ləkədən və sol cibinin içəri tərəfində aşkar edilmiş 7 №-li ləkədən götürülmüş qan nümunələri, 1 (bir) ədəd qara rəngli şalvarın sol dizində aşkar edilmiş 8 №-li ləkədən götürülmüş qan nümunəsi və 1 (bir) ədəd qırmızı qara rəngli dama-dama köynəyin arxa sağ tərəfində aşkar edilmiş 9 №-li ləkədən götürülmüş qan nümunəsi Zərərçəkmiş şəxs2 məxsusdur. Ekspert tədqiqatına təqdim edilmiş hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 1 (bir) ədəd boz rəngli paltonun sağ cibinin yanında yanında şkar edilmiş 1 №-li ləkədən və sinəsində sol tərəfdə aşkar edilmiş 2 №-li ləkədən götürülmüş qan nümunələri, 1 (bir) ədəd göy rəngli cins materialdan olan şalvarın sağ cibinin ətrafında aşkar edilmiş 3 №-li ləkədən və sol cibinin ətrafında aşkar edilmiş 4 №-li ləkədən götürülmüş qan nümunələri, 1 (bir) ədəd qara rəngli uzunqol köynək üzərində aşkar edilmiş 5 №-li ləkədən götürülmüş qan nümunəsi, 1 (bir) ədəd bıçağın tiyə hissəsi üzərindən götürülmüş 16 №-li, 18 №-li qan nümunələri və 1 ədəd bıçağın dəstək hissəsi üzərindən götürülmüş 17 №-li qan nümunəsi Təqsirləndirilən şəxs məxsusdur. Ekspert tədqiqatına təqdim edilmiş hadisə yerindən götürülmüş 2 №-li pambıq topası üzərində aşkar edilmiş qan nümunəsi, üzərində “3-hadisə yeri bilyard klubun qabağında səkidən” qeydləri olan 1 ədəd çöplü pambıq tampon üzərində olan qan nümunəsi, üzərində “4bilyard klubun qabağında piyada yolu” qeydləri olan 1 ədəd çöplü pambıq tampon üzərində olan qan nümunəsi, üzərində “5-bilyard klubun girişi iç tərəf” qeydləri olan 1 ədəd çöplü pambıq tampon üzərində olan qan nümunəsi, üzərində “8-binanın tinindən gedən yol asfalt” qeydləri olan 1 ədəd çöplü pambıq tampon üzərində olan qan nümunəsi, üzərində “9-binanın tini (bilyard klub)” qeydləri olan 1 ədəd çöplü pambıq tampon üzərində olan qan nümunəsi və üzərində “10-bilyard klub binanın tini yol” qeydləri olan 1 ədəd çöplü pambıq tampon üzərində olan qan nümunəsindən əldə edilmiş DNT profillərinə əsasən müəyyən olundu ki, həmin nümunələr özlərində konataminasiya (bulaşma) əlamətlərini əks etdirir. Belə ki, bu nümunələrin tərkibində olan bioloji mənşəli materiallar iki və daha çox şəxsə məxsusdur. Bu səbəbdən də həmin obyektlərdən götürülmüş nümunələr üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı (Cild 2, iş vərəqi 89-127). Cinayət işinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli 2667 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməpsixoloji ekspertizası üzrə belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs intellektualamnestik imkanları normaya uyğundur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. Hövsələsizlik, çılğınlıq, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs hadisə baş verən zaman psixiemosional sferasında hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən psixopatik xasiyyət cizgiləri ilə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından, intellektual imkanlarından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, etdiyi hərəkətlərin mənasını və xarakterini anlamaq, hərəkət və davranışını təmzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən, fizioloji affekt halında olmamışdır Cild 2, iş vərəqi 184-188). Cinayət işində olan xx.xx.2020-ci il tarixli 30621 nömrəli məhkəmə kompyuter texniki ekspertizası rəyinə əlavə edilmiş CD diskdən görünür ki, “Chat-1” adlı pdf tipli fayla daxil olduqda xx.xx.2019-cu il tarixdə saat 16.44-də “***-***-**-**” mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə “Vhatsapp” sosial şəbəkəsi vasitəsi ilə “mosunun yanında heçnə danışma, mənə elə gəlir ki, hər şeyi eliyən mosudu, özünü şübhəli aparır, yenə də gözdə qulaqda ol”, həmin tarixdə saat 22.04-də isə “ayə mosu telefonun axtarır” məzmununda ismarıcın göndərilməsi, əvəzində isə Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrədən həmin mobil nömrəyə həmin tarixdə saat 23.12-də “denən gələm olara evdə olsun” məzmununda ismarıcın yazılması müşahidə olunur. “Chat-9” adlı pdf tipli fayla daxil olduqda xx.xx.2019-cu il tarixdə saat 02.52-də “*** *** ** **” mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə “vhatsap” sosial praqramı vasitəsilə “hardasan indi, mənim sərvanın nömrəsin silərsən telun kontaktından, vatçapda da silərsən yazışmamızı” məzmununda ismarıcların yazıldğı müşahidə olunur (Cild 2, iş vərəqi 83-86). İbtidai istintaqın gedişində meyitə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs1 məxsus “XİOMİ” markalı mobil telefona baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, “vhatsapp” sosial proqramı vasitəsi ilə sonuncu mesajın “seni sevdim seni heçkimlə paylaşa bilmedim” məzmunda xx.xx.2019-cu il tarixdə saat 00.49-da Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 yazılmış olması müşahidə olunur (Cild 1, iş vərəqi 140-143). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 istifadəsində olmuş mobil nömrələr üzrə məlumatlar Binəqədi rayon məhkəməsinin qərarları ilə müvafiq mobil operatorlardan götürülərək iş materiallarına əlavə edilmişdir. “xxxxxxx” MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi protokolundan görünür ki, “***- ***-**-**” mobil nömrəsindən Zərərçəkmiş şəxs2 istifadəsində olmuş “***-***-**-**” mobil nömrəsinə xx.xx.2019-cu il tarixdə saat 23:35:21-də zəngin daxil olduğu və aralarında 02 saniyə danışığın olması, xx.xx.2019-cu il tarixdə saat 23:41:52-də isə 47 saniyə danışığın olması müəyyən olunur. Həmin zənglər zamanı Zərərçəkmiş şəxs2 istifadəsində olmuş “***-***-**-**” mobil nömrəsinin anten dairəsinin Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi olması müəyyən edilmişdir (Cild 2, iş vərəqi 159-169). İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 197). Məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş yuxarıda sadalanan bütün sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər isə xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla ona qəti cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı xx xxxxxx 2019cu il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, həmin tarixdə adı çəkilən şəxs Bakı şəhəri, Binəqədi rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2019-cu ildə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan hal-hazıradək həbsdə saxlanılır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.0-cı maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən aşağıdakı qaydalara riayət edilməlidir: 132.0.1. məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir; 132.0.2. dəyəri olmayan digər əşyalar məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar – Bakı şəhəri, Binəqədi rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılmaqla hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd boz rəngli palto, 1 ədəd göy rəngli cins materialdan olan şalvar, 1 ədəd qara rəngli uzunqol köynək, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd tuman, 1 ədəd saç yığmaq üçün bant, 1 cüt qara rəngli corab, 1 ədəd büstqalter, 1 ədəd göy qırmızı rəngli gödəkçə, 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli köynək, hadisə zamanı Zərərçəkmiş şəxs2 əynində olmuş 1 ədəd qara rəngli kurtka, 1 ədəd qara rəngli şalvar, 1 ədəd qırmızı qara rəngli dama-dama köynək maraqlı şəxslərin vəsatəti olmadığından və dəyərini itirdiyindən, eləcə də hadisə yerindən götürülmüş 1 ədəd mayka, 2 ədəd pambıq topası, Binəqədi rayonu, Azadlıq prospekti 195 və 197-ci evlərin arasında yerləşən zibil yeşiklərindən götürülmüş 1 ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarına sərf edilmiş 535 (beş yüz otuz beş) manat vəsait məhkəmə məsrəflərinə aid edilməli və həmin ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə əmlak üzərinə həbs qoyulmaması, mülki iddia verilməməsi, həmçinin təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 17 (on yeddi) il müddətə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübutlar – Bakı şəhəri, Binəqədi rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılmaqla hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş 1 ədəd boz rəngli palto, 1 ədəd göy rəngli cins materialdan olan şalvar, 1 ədəd qara rəngli uzunqol köynək, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd tuman, 1 ədəd saç yığmaq üçün bant, 1 cüt qara rəngli corab, 1 ədəd büstqalter, 1 ədəd göy qırmızı rəngli gödəkçə, 1 ədəd göy rəngli cins şalvar, 1 ədəd qara rəngli köynək, hadisə zamanı Zərərçəkmiş şəxs2 əynində olmuş 1 ədəd qara rəngli kurtka, 1 ədəd qara rəngli şalvar, 1 ədəd qırmızı qara rəngli dama-dama köynək maraqlı şəxslərin vəsatəti olmadığından və dəyərini itirdiyindən, eləcə də hadisə yerindən götürülmüş 1 ədəd mayka, 2 ədəd pambıq topası, Binəqədi rayonu, Azadlıq prospekti 195 və 197-ci evlərin arasında yerləşən zibil yeşiklərindən götürülmüş 1 ədəd bıçaq məhv edilsin. Məhkəmə məsrəfləri 535 (beş yüz otuz beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə əmlak üzərinə həbs qoyulmaması, mülki iddia verilməməsi, həmçinin təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar