Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-527/2021 18.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X12 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, orta təhsilli, əvvəllər məhkum olunmuş (Binəqədi rayon məhkəməsinin 14 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 24 aprel 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş), məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxx 1985-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, orta təhsilli, əvvəllər məhkum olunmuş (Nəsimi rayon məhkəməsinin 10 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3.000 manat cərimə cəzasına məhkum edilmiş), məhkumluğu ödənilmiş, Bakı şəhəri, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə külli miqdarda 3,263 qram çəkidə narkotik vasitə heroin və külli miqdarda 10,108 qram çəkidə psixotrop maddə metafetamini əldə etdikdən sonra 2 ədəd sellofan bükümdə külli miqdarda 10,108 qram çəkidə psixotrop maddə metafetamini Təqsirləndirilən şəxs1, 2 ədəd sellofan bükümdə külli miqdarda 3,263 qram çəkidə narkotik vasitə heroini isə qrupun digər üzvü Təqsirləndirilən şəxs2 üzərində qanunsuz saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39 ünvanında yerləşən “Golden Falcon” otelinə qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 20 may 2020-ci il tarixdə saat 22:20-də Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39 ünvanında yerləşən “Golden Falcon” otelində saxlanılaraq Baş İdarəyə gətirilmiş və 21 may 2020-ci il tarixdə saat 00:50-dən etibarən üzərilərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sol yan cibində satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxladığı 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda 5,051 qram və 5,058 qram olmaqla ümumilikdə külli miqdarda 10,108 qram təmiz çəkidə psixotrop maddə metafetamin və Təqsirləndirilən şəxs2 əynində olan şalvarının sağ yan cibində satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxladığı 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda 1,823 qram və 1,440 qram olmaqla ümumilikdə külli miqdarda 3,263 qram təmiz çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 may 2020-ci il tarixdə axşam saatlarında “Golden Falcon” adlı otelə ad günü münasibəti ilə bir sıra tanışlarını dəvət etmişdir. Məclis davam edən zaman otel rəhbərliyindən onlara Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının oteldə karantin qaydalarına riayət olunub-olunmamasını yoxlayacaqlarını demişlər. Bu zaman otel rəhbərliyi onlara iki-iki, üçüç bölünüb yuxarı otaqlara qalxmalarını və yoxlama qurtardıqdan sonra yenidən məclisə davam edə biləcəklərini bildirmişdir. Onlar da yuxarı çıxıb otaqlarda gözləməyə başlamışlar. Bu zaman BMCMİ-dən gələn polislər anidən onların olduqları otaqlara daxil olmuşlar. Polis əməkdaşları qara maskada olmuş, onları yerə yıxıb qandallamış və orada olan müəyyən əşyaları qablaşdırmış, sonra da onları BMCMİ-nə aparmışlar. Gecəni orada qalmış və səhər onu baxış keçirilməsi üçün gətirmişlər. Onun qarşısına narkotik vasitə qoyub həmin narkotik vasitəni öz üzərinə götürməsə və yazılmış izahatı imza etməsə, onunla birlikdə digər 18 nəfər şəxsin də tutulacağını bildirmişlər. O da məcbur qalıb həmin narkotik vasitəni öz üzərinə götürmüşdür. O, əvvəllər narkotik vasitədən istifadə etmişdir. Onları otaqda tutmuşlar. Üzərinə baxış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Onlara otel rəhbərliyi otaqlara qalxmalarını bildirmişdir. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər Təqsirləndirilən şəxs2 müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, psixotrop maddə olan metafetamin istifadəçisidir, həmin maddəni çəkmək yolu ilə qəbul edir. Psixotrop maddəni tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Təxminən 1 ay əvvəl tanımadığı şəxsdən 100 manat pul müqabilində 2 ədəd bükümdə psixotrop maddə olan metafetamin alıb istifadə etmək məqsədi ilə üzərində gəzdirmişdir. Qərara gəlmişdir ki, 20 may 2020-ci il tarixdə ad günü mərasimi keçirməklə gələn qonaqlardan kimsə istəsə onlara verib birlikdə istifadə etsinlər. Həmin tarixdə axşam saatlarında “Golden Falcon” adlı oteldə özünə ad günü məclisi keçirmək üçün çoxlu tanışlarını dəvət etmişdir. Həmin gün saat 22:20 radələrində o, tanışı Təqsirləndirilən şəxs2 üzərində psixotrop maddə olan metafetamin olduğunu və onu istifadə etmək istədiyini bildirmişdir. Samil də ona üzərində narkotik vasitə olan heroin olduğunu və o da iyləməklə həmin narkotikdən istifadə etmək istədiyini demişdir. O və Samil oteldə məclis olan otaqdan çıxıb nisbətən kənara tərəf gedəndə tanışları Şahid7, Şahid8 və Şahid9 da məclisdən çıxıb onların yanlarına gəlmişlər. Onlarla söhbət edərkən bir neçə mülki geyimdə olan şəxslər otelin içində onlara yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan və ətraflarında olan şəxslərdən özlərini təqdim etmələrini istəmiş, onlar da növbə ilə öz anket məlumatlarını onlara demişlər. Bundan sonra polis əməkdaşları ona və Samilə narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarından onlarla birlikdə baş idarəyə getməli olduğlarını bildirib, digər yanlarında olan şəxsləri isə aparılacaq hərəkətlərdə iştirak etmələri üçün polis idarəsinə dəvət etmişlər. Kamil və qeyriləri etiraz etməmiş və onlar hamısı birlikdə polis idarəsinə gəlmişlər. Baş İdarəyə gəldikdən sonra onun və Samilin hüquqlarını müdafiə edilməsi məqsədi ilə vəkillər təqdim olunmuşdur. O, vəkillə söhbət edib ona etirazının olmadığını bildirdikdən sonra onun barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra o və Samilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiklərini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərilərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. O və Samil etiraz etmədikdən sonra videoçəkilişlə üstlərinə baxış keçirilməyə başlanmışdır. İlk olaraq ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. O da bundan sonra masaya yaxınlaşıb qara rəngi şalvarının sol yan cibindən 2 ədəd şəffaf sellofan bükümdə maddələri çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonra 2 ədəd şəffaf sellofan bükümə baxış keçirilmişdir. Bükümlərin içindəki maddələrin nə olduğu barədə sual olunduqda o, maddələrin “şüşə” adlı psixotrop maddə olduğunu və çəkmək yolu ilə istehlak etdiyini bildirmişdir. Bükümlər açıldıqda içindəki maddələrin psixotrop maddə olan metafetamin olduğu məlum olmuşdur. O, psixotrop maddə olan metafetamin istifadəçisi olduğunu və üzərindən aşkar edilmiş maddələri təxminən 1 ay əvvəl tanımadığı şəxsdən aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş 2 ədəd bükümdə psixotrop maddə olan metafetamin müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün onun iştirakı ilə müvafiq qaydada 1 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, o, iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişdir. Sonra Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 da masaya yaxınlaşıb könüllü olaraq qara rəngi şalvarının sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükümdə maddələri çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 2 ədəd şəffaf sellofan bükümə baxış keçirilmişdir. Bükümlərin içindəki maddələrin nə olduğu barədə sual olunduqda Təqsirləndirilən şəxs2 maddələrin “kakos” adlı narkotik vasitə olduğunu və iyləmək yolu ilə istehlak etdiyini bildirmişdir. Bükümlər açıldıqda içindəki maddələrin narkotik vasitə olan heroin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroin istifadəçisi olduğunu və üzərindən aşkar edilmiş maddələri təxminən 3 gün əvvəl Bakı şəhərində “Təzə Bazar” adlanan yerin yaxınlığından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 2 ədəd bükümdə narkotik vasitə olan heroin ekspertizaya təqdim olunması üçün özünün və onların iştirakı ilə 1 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, o, Samil və digər iştirakçılar həmin qablaşdırmanın üzərinə imza etmişlər (cild 1, iş vərəqə 91-93; 110-113). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 may 2020-ci il tarixdə axşam saatlarında “Golden Falcon” adlı oteldə o və digər şəxslər tanışı Təqsirləndirilən şəxs1 ad günündə iştirak etmişlər. Məclis davam edən zaman otel rəhbərliyindən onlara Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının oteldə karantin qaydalarına riayət olunub-olunmamasını yoxlayacaqlarını demişlər. Bu zaman otel rəhbərliyi onlara iki-iki, üç-üç bölünüb yuxarıda otaqlara qalxmalarını və yoxlama qurtardıqdan sonra yenidən məclisə davam edə biləcəklərini bildirmişdir. Onlar da yuxarı çıxıb otaqlarda gözləməyə başlamışlar. Bu zaman BMCMİ-dən gələn polislər anidən onların olduqları otaqlara daxil olmuşlar. Polis əməkdaşları qara maskada olmuş, onların hər birini yerə yıxıb qandallamış və orada olan müəyyən əşyaları qablaşdırmışlar. Bundan sonra onları BMCMİ-nə aparmışlar. Gecəni orada qalmış və səhər onu baxış keçirilməsi üçün gətirmişlər. Onun qarşısına narkotik vasitə qoyulmuş və həmin narkotik vasitəni öz üzərinə götürməsə və yazılmış izahatı imza etməsə onunla birlikdə digər 18 nəfər şəxsin də tutulacağını bildirmişlər. O da məcbur qalıb həmin narkotik vasitəni öz üzərinə götürmüşdür. O, əvvəllər narkotik vasitədən istifadə etmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin ona aid olmamışdır. Üzərinə baxış tutulduğu günün sabahı keçirilmişdir. Tutulduqları gün Elnurun ad günü olmuşdur. Onları otaqda tutmuşlar. O tutulduğu vaxt ***- ***-**-** saylı nömrəni işlətmişdir. İbtidai istintaq zamanı yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü və digər Təqsirləndirilən şəxs1 müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroin istifadəçisidir, narkotik vasitəni iyləmək yolu ilə qəbul edir. Tutulmazdan təxminən 3 gün əvvəl bir qabda narkotik vasitə olan heroin tapıb onu rahat formada istifadə etməkdən ötrü 2 ədəd bükümə bölüb üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs1 20 may 2020-ci il tarixdə ad günü olmuş, həmin şəxs onu və bir çox tanışlarını həmin gün axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Golden Falcon” adlı otelə çağırıb yığmışdır. Ad günü məclisi davam edərkən saat 22:20 radələrində Elnur ona üzərində psixotrop maddə olan metafetamin olduğunu və onu istifadə etmək istədiyini bildirmişdir. O da Elnura üzərində narkotik vasitə olan heroin olduğunu və o da iyləməklə həmin narkotikdən istifadə etmək istədiyini demişdir. O və Elnur oteldə məclis olan otaqdan çıxıb nisbətən kənara tərəf gedəndə tanışları Şahid7, Şahid8 və Şahid9 da məclisdən çıxıb onların yanlarına gəlmişlər. Onlarla söhbət edərkən bir neçə mülki geyimdə olan şəxs otelin içində onlara yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan və ətrafında olan şəxslərdən özlərini təqdim etməklərini istəmiş və onlar növbə ilə öz anket məlumatlarını onlara demişlər. Bundan sonra polis əməkdaşları ona və Elnura narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarından onlarla birlikdə baş idarəyə getməli olduğlarını bildirib, digər yanlarında olan şəxsləri isə aparılacaq hərəkətlərdə iştirak etmələri üçün polis idarəsinə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra onun və Elnurun hüquqlarını müdafiə edilməsi məqsədi ilə vəkillər təqdim olunmuşdur. Bundan sonra ona və Elnura qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə etmə, saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiklərini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərilərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. O və Elnur etiraz etmədikdən sonra videoçəkilişlə üzərilərinə baxış keçirilməyə başlanmışdır. İlk olaraq Elnura təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs1 da masaya yaxınlaşıb qara rəngi şalvarının sol yan cibindən 2 ədəd şəffaf sellofan bükümdə maddələri çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonra 2 ədəd şəffaf sellofan bükümə baxış keçirilmişdir. Bükümlərin içindəki maddələrin nə olduğu barədə sual olunduqda Təqsirləndirilən şəxs1 maddələrin “şüşə” adlı psixotrop maddə olduğunu və çəkmək yolu ilə qəbul etdiyini bildirmişdir. Bükümlər açıldıqda içindəki maddələrin psixotrop maddə olan metafetamin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metafetamin istifadəçisi olduğunu və üzərindən aşkar edilmiş maddələri təxminən 1 ay əvvəl tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonra onun üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməyi təklif edilmişdir. O da masaya yaxınlaşıb könüllü olaraq qara rəngi şalvarının sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükümdə maddələri çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Sonra 2 ədəd şəffaf sellofan bükümə baxış keçirilmişdir. O, maddələrin “kakos” adlı narkotik vasitə olduğunu və iyləmək yolu ilə istehlak etdiyini bildirmişdir. Bükümlər açıldıqda içindəki maddələrin narkotik vasitə olan heroin olduğu məlum olmuşdur. O, narkotik vasitə olan heroin istifadəçisi olduğunu və üzərindən aşkar edilmiş maddələri təxminən 3 gün əvvəl Bakı şəhərində “Təzə Bazar” adlanan yerin yaxınlığından tapdığını bildirmişdir (cild 1, iş vərəqə 127-130; cild 2, iş vərəqə 100-103). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə tam təqsirli olmaları ibtidai istintaq zamanı verdikləri qismən etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Bəhrəm oğlu ifadəsində göstərmişdir ki, Baş İdarəyə 20 may 2020-ci il tarixdə Elnur və Samil adlı şəxslərin Bakı şəhəri ərazisində qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmələri, daşımaları və satışı ilə məşğul olmaları ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Elnurun şəxsiyyəti müəyyən edilərək xx xxx 1989-cu il təvəllüdlü, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 və Samilin isə xx xxxxx 1985-ci il təvəllüdlü Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 40, mənzil 118-də yaşayan Təqsirləndirilən şəxs2 olduqları müəyyən edilmişdir. Alınmış məlumat barədə raportla Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət qrup yaradılmış, bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə həmin şəxslərin olması ehtimal edilən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39 ünvanında yerləşən “Golden Falcon” otelinin qarşısına gedərək orada əməliyyat mövqeyi seçilmişdir. Həmin şəxslərin oteldə olmasını dəqiqləşdirdikdən sonra otelə daxil olub Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlamışlar. Həmin vaxt onların yanında 3 nəfər də olmuşdur. Özlərini həmin şəxslərə təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib həmin şəxslərin anket məlumatlarını dəqiqləşdirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını izah etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 səmimi olaraq üzərində psixotrop maddə, Təqsirləndirilən şəxs2 isə üzərində narkotik vasitə olduğunu bildirmişdir. Buna görə də onları və onların yanında olan Şahid7, Şahid8 və Şahid9 da keçiriləcək istintaq hərəkətlərində iştirak etmələri üçün Baş İdarəyə dəvət etmişlər. Baş İdarəyə gəldikdə həmin şəxslərin gətirilmələri ilə bağlı raportla rəhbərliyə məruzə edilmiş və bundan sonra dəvət edilmiş vəkillərin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs1 üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edildikdən sonra o, şalvarının sağ yan cibindən 1 ədəd “İphone” markalı mobil telefonu, şalvarının sol yan cibindən 2 ədəd şəffaf sellofan bükümdə maddələri və şalvarının arxa cibindən pul vəsaitini çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi pul vəsaiti özünə qaytarılmış, “İphone 6S” markalı mobil telefonu iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərindən və paltarlarından qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 2 ədəd şəffaf sellofan bükümə baxış keçirilən zaman o, bükümlərin içindəki maddələrin “şüşə” adlı psixotrop maddə olduğunu və həmin maddəni çəkmək yolu ilə qəbul etdiyini bildirmişdir. Bükümlər açıldıqda içindəki maddələrin ağ rəngli, kristalşəkilli, iysiz psixotrop maddə olan metafetaminə bənzər maddələr olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metafetamin istifadəçisi olduğunu və aşkar edilmiş maddələri təxminən 1 ay əvvəl tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra həmin 2 ədəd büküm zərfdə qablaşdırılaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, o da əynindəki şalvarının arxa yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonu, şalvarının sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükümdə maddələri və şalvarının sol yan cibindən pul vəsaitini çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 35 manat pul vəsaiti özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs2 təqdim etdiyi “Nokia” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 2 ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş, bükümlərin içindəki maddələrin “kakos” adlı narkotik vasitə heroin olduğunu və iyləmək yolu ilə qəbul etdiyini bildirmişdir. Bükümlər açıldıqda içindəki maddələrin tünd qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə olan heroinə bənzər maddələr olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroin istifadəçisi olduğunu və üzərindən aşkar edilmiş maddələri təxminən 3 gün əvvəl Bakı şəhərində “Təzə Bazar” adlanan yerin yaxınlığından tapdığını bildirmişdir. Bundan sonra həmin 2 ədəd büküm zərfdə qablaşdırılaraq götürülmüşdür. Şübhəli şəxslərin üzərinə keçirilən şəxsi axtarış və götürmə yekunlaşdıqdan sonra saxlanıldıqları zaman onlarla birlikdə olmuş və BMCMİ-yə dəvət edilmiş şəxslər Şahid7, Şahid8 və Şahid9 üzərilərində hər hansı qanunsuz əşya və maddələrin olmadığını, həmçinin şübhəli şəxslərlə tanışlıq münasibətlərində olsalar da, onların üzərlərində qanunsuz maddələrin olmasından məlumatsız olduqlarını bildirmişlər. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Onlar otelə daxil olan zaman Elnur, Samil və yanlarında olan 3 nəfər şəxs söhbət edirmişlər. Onlar mülki geyimdə olmuşlar. Elnurgil onları gördükdə qaçmamışlar. Elnur və Samil həmin narkotik vasitəni və psixotrop maddəni özlərinin istifadə etdiklərini bildirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid4 Əlibala oğlu, Şahid5 və Şahid6 Şahid1 Bəhrəm oğlunun ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanışlarıdır. Elnurun 20 may 2020-ci il tarixdə ad günü olduğundan onu və bir çox tanışlarını həmin gün axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Golden Falcon” adlı otelə dəvət etmişdir. Ad günü məclisi davam edərkən saat 22:20 radələrində Elnurla Samil məclisdə oturduqları masadan durub otaqdan çıxmış və o, Şahid8 və Şahid9 da onların arxasınca çıxmışlar. Onlar oteldə birlikdə söhbət edərkən bir neçə mülki geyimdə olan şəxs otelin içində onlara yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişdir. Ondan və ətrafında olan şəxslərdən özlərini təqdim etməklərini istəmiş və onlar növbə ilə öz anket məlumatlarını polis əməkdaşlarına demişlər. Bundan sonra polis əməkdaşları Samil və Elnura narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib Baş İdarəyə getməli olduqlarını demişlər. Onu və yanındakı tanışlarını aparılacaq hərəkətlərdə iştirak etməkləri üçün polis idarəsinə dəvət etmişlər. O və tanışları etiraz etməyib birlikdə Baş İdarəyə gəldikdən sonra onların da iştirakı ilə videoçəkilişlə Elnurgilin üstlərinə baxış keçirilməyə başlanılmışdır. İlk olaraq Elnura təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs1 da masaya doğru yaxınlaşıb qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd “İphone” markalı mobil telefonu, şalvarının sol yan cibindən 2 ədəd şəffaf sellofan bükümdə maddələri və şalvarının arxa cibindən pulunu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi pullar sayılmış və 2 ədəd 20 manatlıq pul əskinazı olmaqla ümumilikdə 40 manat pul olduğu müəyyən edilmiş və əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Ardınca Elnurun təqdim etdiyi mobil telefona baxış zamanı Elnur telefonun modelinin “İphone 6S” olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 2 ədəd şəffaf sellofan bükümə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 maddələrin “şüşə” adlı psixotrop maddə olduğunu və çəkmək yolu ilə qəbul etdiyini bildirmişdir. Bükümlər açıldıqda içindəki maddələrin psixotrop maddə olan metafetamin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metafetamin istifadəçisi olduğunu və üzərindən aşkar edilmiş maddələri təxminən 1 ay əvvəl tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metafetaminə bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə 1 ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. O, Təqsirləndirilən şəxs1 və digər iştirakçılar həmin qablaşdırmanın üzərinə imza etmişlər. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 da könüllü olaraq qara rəngli şalvarının arxa yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonu, şalvarının sağ yan cibindən 2 ədəd şəffaf sellofan bükümdə maddələri və şalvarının sol yan cibindən pulunu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi pullar sayılmış və 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinazı olmaqla ümumilikdə 35 manat pul olduğu müəyyən edilmiş və əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Samilin təqdim etdiyi mobil telefona baxış zamanı Samil telefonun modelinin “Nokia” olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs2 əynində olan şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmiş, nəticədə, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 2 ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş, bükümlərin içindəki maddələrin nə olduğu barədə soruşulduqda Təqsirləndirilən şəxs2 maddələrin “kakos” adlı narkotik vasitə olduğunu və iyləmək yolu ilə qəbul etdiyini bildirmişdir. Bükümlər açıldıqda içindəki maddələrin narkotik vasitə olan heroin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroin istifadəçisi olduğunu və üzərindən aşkar edilmiş maddələri təxminən 3 gün əvvəl Bakı şəhərində “Təzə Bazar” adlanan yerin yaxınlığından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 2 ədəd bükümdə narkotik vasitə olan heroin ekspertizaya təqdim olunması üçün onun və digər şəxslərin iştirakı ilə 1 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş və o, Samil, digər iştirakçılar həmin qablaşdırmanın üzərinə imza etmişlər. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd mobil telefon araşdırma zəruriyyəti olaraq saxlanılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Elnurdan psixotrop maddə olan metafetamin, Samildən isə narkotik vasitə olan heroin aşkar olunmuşdur. Elnurdan psixotrop maddədən əlavə mobil telefon, açar və pul aşkar olunmuşdur. Polis əməkdaşları oteldən təxminən 10 nəfərə yaxın adamı idarəyə aparmışlar. Elnurgilin üzərinə baxış səhər həyata keçirilmişdir. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Onlar həmin otelə Elnurun ad gününə görə yığışmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 Şahid7 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 Bəhrəm oğlunun ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 2, iş vərəqə 39-42). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid9 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, şahidlər Şahid8 və Şahid7 ifadələrinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 186-189). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 may 2020-ci il tarixli 6/862 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 2 ədəd bükümdə maddələr ...” yazısı olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,051 qram və 5,058 qram, ümumi təmiz çəkisi 10,108 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 2 ədəd bükümdə maddələr” yazısı olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıda təmiz çəkiləri 1,823 qram və 1,440 qram, ümumi təmiz çəkisi 3,263 qram tünd qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in və metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir (Qeyd: Metafetaminin ümumi temiz çəkisi 10,108 qram, tədqiqata sərf edildi ümumi 0,1 qram, qalıq 10,008 qram, heroinin ümumi temiz çəkisi 3,263 qram, tədqiqata sərf edildi ümumi 0,1 qram, qalıq 3,163 qram, cild 1, iş vərəqə 78-80). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 21 sentyabr 2020-ci il tarixli 2610 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 çətənə bitkisi preperatlarından və psixotrop maddə olan metafetamindən istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 59-60). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 2 noyabr 2020-ci il tarixli 3059 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 61-62). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 21 may 2020-ci il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Əbdürrəhmanov Samil Ramiz oğlu 20 may 2020-ci il tarixdə saat 22:20-də Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39 ünvanında yerləşən “Golden Falcon” otelində saxlanılaraq Baş İdarəyə gətirilərək üzərilərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sol yan cibindən 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda 5,051 qram və 5,058 qram olmaqla ümumilikdə külli miqdarda 10,108 qram təmiz çəkidə psixotrop maddə metafetamin, Təqsirləndirilən şəxs2 əynində olan şalvarının sağ yan cibindən 2 ədəd sellofan bükümdə ayrı-ayrılıqda 1,823 qram və 1,440 qram olmaqla ümumilikdə külli miqdarda 3,263 qram təmiz çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 45-49). Cinayət işinin materiallarından görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 may 2020-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 20 may 2020-ci il tarixli qərar Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2 oktyabr 2020-ci il tarixli qərarı ilə qanuni və əsaslı hesab edilmişdir (cild 2, iş vərəqə 32-33). Cinayət işinin materiallarında olan “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” 14 avqust 2020-ci il tarixli protokoldan görünür ki, “xxxx” MMC-dən 10 avqust 2020-ci il tarixli 13559 nömrəli müşayiət məktubu ilə daxil olmuş 1 ədəd diskə baxış keçirilmişdir. Diskdə aşkar edilmiş fayllara baxış keçirən zaman cinayət işi üzrə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərilən sms mətinləri olan “SMS_Tarixçəsi__**********1133__556352020” adlı fayla baxış zamanı sonuncuya 02.05.2020-ci il tarixdə **********11 saylı mobil nömrədən “Lotu necesen? komeyve ehdiyacim ataa nolar, bir 10 nuq qardasiva pati komeyliy elede buralardan taksi pulum yoxdu xais elirem.basva donerem ata qardasdiq ele” məzmunlu sms gəldiyi müəyyən edilmişdir (cild 1, iş vərəqə 206-207). Cinayət işinin materiallarında olan 2 noybar 2020-ci il tarixli 007-11479-1220 nömrəli istintaq tapşırığına cavab məktubundan görünür ki, Baş İdarənin əməkdaşları tərəfindən 20 may 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmış və baxış zamanı Təqsirləndirilən şəxs1 10,108 qram çəkidə psixotrop maddə metafetamin, Təqsirləndirilən şəxs2 isə 3,263 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları müəyyən edilsə də əvvəllər narkotik vasitə və psixotrop maddələr satdığı şəxslərin şəxsiyyətlərinin müəyyən edilərək istintaqa təmin edilməsi mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələri kimdən, nə vaxt və hansı şəraitdə əldə etmələrinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməmişdir (cild 2, iş vərəqə 58). Cinayət işinin materiallarında olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 10 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən külli miqdarda 10,108 qram çəkidə psixotrop maddə metafetaminin və Təqsirləndirilən şəxs2 tərəfindən 3,263 qram çəkidə narkotik vasitə heroinin əldə edilmə mənbələrinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 1, iş vərəqə 80-81). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Məmmədov X5 rayon məhkəməsinin 14 mart 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 24 aprel 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 193-194; cild 2, iş vərəqə 10-13; 15-16). Təqsirləndirilən şəxs1 törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs1 hazırkı cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən onun məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Nəsimi rayon məhkəməsinin 10 mart 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3.000 manat cərimə cəzasına məhkum edilmiş və 24 aprel 2019-cu il tarixdə 3.000 manat cərimə cəzasını tam ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, iş vərəqə 190-191; cild 2, iş vərəqə 17-31). Təqsirləndirilən şəxs1 törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs1 hazırkı cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 1 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinin tələbinə əsasən onun məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağı var (cild 3). Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 qardaşı X3 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək Vətən Müharibəsində göstərdiyi igidlik və şücaətə görə fəxri fərmanla təltif olunmuşdur (cild 3). Məhkəmə Təqsirləndirilən şəxs1 qardaşı X2 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək Vətən Müharibəsində göstərdiyi igidlik və şücaətə görə fəxri fərmanla təltif olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan Nərimanov rayon məhkəməsinin 22 may 2020-ci il tarixli qərarlarının surətlərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 may 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 156-164). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduqları 20 may 2020-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manata görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 manat tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilmiş ekspertiza tədqiqatdan sonrakı qalıq olan 10,008 qram psixotrop maddə metafetamin və Təqsirləndirilən şəxs2 aşkar edilmiş ekspertiza tədqiqatdan sonra qalıq olan 3,163 qram narkotik vasitə heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 20 may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 20 may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manata görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 57 manat tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs1 aşkar edilmiş ekspertiza tədqiqatdan sonrakı qalıq olan 10,008 qram psixotrop maddə metafetamin və Təqsirləndirilən şəxs2 aşkar edilmiş ekspertiza tədqiqatdan sonra qalıq olan 3,163 qram narkotik vasitə heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-527/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-527/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver