Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-527/2022 26.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxxx 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, A.Sərxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyul 2014-cü il tarixli, 1(011)-196/2014 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qazancından dövlət nəfinə 20 % tutulmaqla, 01 il 03 ay 09 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi ilə 16 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi - 21,691 qram olan kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin, 01 ədəd bükümdə və 01 ədəd bağlamada olmaqla külli miqdarda ümumi təmiz çəkisi 6120.75 qram (6 kq 120.75 qram) kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana əldə edib, yaşadığı ünvan 3 ünvanına daşıyaraq, narkotik vasitə heroinin bir bükümünü üstündə, narkotik vasitə heroinin digər 15 bükümünü, habelə 01 büküm narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evdə masa üzərində, 01 ədəd bağlamada olan narkotik vasitə qurudulmuş marixuananı isə evin mətbəxindəki divanın alt hissəsində gizlədərək qanunsuz saxlamış, 08 sentyabr 2021-ci il tarixdə, saat 22 radələrində Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 11A saylı binanın qarşısında piyada hərəkət edən zaman saxlanılaraq ünvan 4 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci Polis bölməsinin inzibati binasına gətirilərək videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd bükümdə kiilli miqdarda təmiz çəkisi 13.917 qram qəhvəyi rəngi tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 08 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 11A, mənzil 105 ünvanına keçirilmiş baxış zamanı evin qonaq otağındakı masanın üzərindən 15 bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,384 qr, 0.409 qr, 0,389 qr, 0,245 qr, 0,407 qr, 0,388 qr, 0,421 qr, 0.414 qr, 0.419 qr, 0.396 qr, 0.398 qr, 0.400 qr, 0.398 qr, 0.418 qr və 2,288 qram olmaqla, ümumi çəkisi 7.774 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0.75 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd üzərində heroinin izlərinin olduğu gümüşü elektron tərəzi, evin mətbəxindəki divanın alt hissəsindən 01 ədəd qara rəngli bağlamada külli miqdarda təmiz çəkisi 6120 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, təqribən 1 ildir ki, narkotik vasitələrdən istitifadə edir. O, narkotik vasitə olan heroindən və marixuanadan istifadə etmişdir. Narkotik vasitələri Bakı şəhərinin müxtəlif yerlərindən öz şəxsi istifadəsi üçün tanımadığı şəxslərdən almışdır. 05 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yol kənarında sellofan paketin içərisindən narkotik vasitə heroin və marixuana tapmış və həmin narkotik vasitəni yaşadığı ünvan 6 ünvanına aparmışdır, evdə həmin sellofan paketin içərisinə baxdıqda 16 büküm narkotik vasitə heroin, bir kiçik büküm və bir iri büküm narkotik vasitə marixuana olduğunu müşaidə etmişdir. Həmin narkotik vasitələri gələcəkdə istifadə etməyi üçün iri qara rəngli sellofan paketdəki marixuananı yaşadığı evin mətbəxində divanın içərisində gizlətmiş, 16 büküm narkotik vasitə heroinlə bir büküm narkotik vasitə marixuananı isə yaşadığı evdə qonaq otağındakı stolun üzərində saxlamışdır. 08.09.2021-ci il tarixdə bir büküm narkotik vasitə heroini istifadə etməyi üçün üzərində götürüb təxminən saat 22:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yaşadığım evin yaxınlığından keçən zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını deyərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu deyərək onu Xətai RPİ-nin 35-ci PB-nə dəvət ediblər. O, etiraz etmədən onlarla birlikdə Xətai RPİ-nin 35-ci PB-nə getmişdir. Polis bölməsində müdafiəçinin iştirakı ilə üzərimdə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirildi. O, könüllü olaraq əynində olan göy rəngli şalvarın arxa sağ cibində saxladığım 01 büküm narkotik vasitə heroini təqdim etmiş. Sorğu zamanı polis əməkdaşlarına həmin bükülünün narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra aşkar olunaraq götürülmüş narkotik vasitə heroin polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmışdır. Sorğu sual zamanı o, yaşadığı ünvan 7 ünvanında şəxsi istifadəsi üçün saxladığı narkotik vasitə olduğunu və həmin narkotik vasitələri təqdim edə biləcəyini demişdir. Bundan sonra yaşadığı Xətai rayonu Vunq Tau küçəsində yerləşən evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmaması barədə ərizə verdikdən sonra müdafiəçinin və polisin iştirakları ilə yaşadığı evə gedərək polis əməkdaşları tərəfindən baxış keçirildi. Baxış zamanı o, qonaq otağında stolun üstündəki 16 ədəd bükümü və 01 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükülülərdən 15 bükümün narkotik vasitə heroin, bir bükümünün isə narkotik vasitə marixuana olduğunu bildirmişdir. Daha sonra evin mətbəx otağına keçərək, divanın altında saxladığı bir ədəd qara sellofana bükülmüş içərisində marixuana olan paketi təqdim etmişdir. Bundan sonra evdən aşkar olunmuş 15 büküm heroin,marixuana və bir ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürüldü. Lakin onu qeyd etmək istəyir ki, özü narkotik vasitələrin satışı ilə heç vaxt məşqul olmamışdır, həmin narkotik vasitələri özü istifadə etməsi üçün əldə etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bakı şəhəri Xətai rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə, yəni alışı, daşınması və satışı ilə məşqul olması barədə İdarəyə əməliyyat məlumatı daxil olmuşdur. 08 sentyabr 2021- ci ildə həmin məlumatı yoxlamaqdan ötrü o, və baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradıldı və daha sonra onlar Xətai rayonu, Vunq Tau küçəsinə getmişlər. Orada müşahidələr aparmağa başlamış və saat 22:30 radələrində ünvan 8 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edərək Xətai RPİ-nin NMB-nin əməkdaşları olduğlarını bildirib onu Xətai Rayon Polis İdarəsinin 35-ci PB-nə dəvət etmişlər. Daha sonra Təqsirləndirilən şəxs ilə birlikdə 35-ci PB-nə gəlmişlər. Bundan sonra təhqiqatçı tərəfindən bölmənin xidməti otaqlarının birində dövlət tərəfindən təyin edilmiş vəkilin iştirakı ilə video çəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, daha sonra X4 təklif edilmişdir ki, üzərində hər hansı qeyri-qanuni əşya varsa, təqdim etsin. Təqsirləndirilən şəxs təklifdən sonra əynində olan tünd göy rəngli şalvarın arxa sağ cibindən 01 ədəd bükümdə içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütləni çıxarıb masa üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi bükülünün içərisində olan kütlə narkotik vasitə heroindir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroin bir ədəd zərflə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürləndi, bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, yaşadığı Xətai rayonu, Vunq Tau küçəsi ev 11A mənzil 105-də narkotik vasitə heroin və marixuana saxlayır. Bu məlumatdan sonra Təqsirləndirilən şəxs yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmaması barədə ərizə vermiş və iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Həmin evə baxış zamanı Təqsirləndirilən şəxs evin qonaq otağında olan stolun üzərindəki 16 ədəd bükümü və bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs evin mətbəxində olan divanın içərisində gizlətdiyi bir ədəd iri qara rəngli sellofana bükülmüş bükülünü təqdim edərək narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra aşkar olunmuş narkotik vasitəyə bənzər maddələr və bir ədəd elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılaraq bu barədə protokol tərtib olunmuş və onlar həmin protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 oğlunun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iştirakçıların razılığı ilə məhkəmədə elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, sonuncu Şahid1 və Şahid3 dediklərini təsdiqləyərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də tədqiq etmişdir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 raportundan görünür ki, Bakı şəhərində yaşayan “Zamin” adlı şəxsin mütəmadi külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməsi, onları daşıması, istifadə etməsi və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin rəisi, polis polkovniki İlqar Məmmədovun 08 sentyabr 2021-ci il tarixli, Ə261- 101-21 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə etməsi, onları daşıması və alqısatqısı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 8-9-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 08 avqust 2021-ci il tarixli əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə etməsi, onları daşıması və alqı-satqısı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 31-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 08 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni çıxarıb, həmin kütlənin narkotik vasitə heroin olduğunu, həmin kütləni Nizami rayonu, Xalqlar dostluğu metrostansiyasının yaxınlığında tanımadığı və heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 60 manat müqabilində aldığını və üzərində gəzidirdiyini bildirmişdir. Təqdim edilmiş büküm tərəzidə çəkilərək qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı iş üçün əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Həmçinin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanında da narkotik vasitə olduğunu və həmin narkotik vasitəni təqdim edəcəyini bildirmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı “Panasonic” markalı videokamera ilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 33-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 08 sentyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu yaşadığı ünvan 9 ünvanına baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 34-35-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 sentyabr 2021-ci il tarixli mənzilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvanına baxış zamanı Təqsirləndirilən şəxs qonaq otağında stolun üzərində saxladığı şəffaf rəngli sellofana bükülmüş 16 ədəd bükümü və 01 ədəd elektron tərəzini təqdim etmişdir. Təqdim etdiyi həmin 15 bükümün narkotik vasitə heroin, bir bükümün isə narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs evin mətbəxində olan divanın alt hissəsindəki saxlanc yerindən qara rəngli sellofana bükülmüş içərisində yaşıl rəngli, narkotik vasitə marixuanaya bənzər maddə olan kütləni təqdim edərək həmin bükülünün özünə məxsus olduğunu bildirmişdir. Aşkar edilmiş bükümlər və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 42-48-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2021-ci il tarixli, 6/3960 saylı ekspert rəyindən görünür ki, ''Tədqiqata təqdim edilmiş, üzərində ''Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərllər üçün № 154" dairəvi möhür əksi "imza Şükürov..." ... yazı və imzalar olan zərfdə bir ədəd bükümdə təmiz çəkisi 13,917 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərllər üçün N 154" dairəvi möhür əksi "imza Nemətov M..." yazılan on beş ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,384 qr, 0,409 qr, 0.389 qr, 0.245 qr, 0.407 qr, 0.388 qr, 0,421 qr, 0.414 qr, 0.419 qr, 0.396 qr, 0.398 qr, 0.400 qr, 0.398 qr, 0.418 qr və 2.288 qram olmaqla, ümumi çəkisi 7.774 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Həmin zərfdə olan 1 ədəd 12*6 sm ölçüdə gümüşü elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində "imza Şükürov... "... yazılan zərfdə olan bir büküm heroin ilə üzərində "imza Nemətov M..." yazılan zərfdə olan on beş ədəd bükümdə heroinlər xarici görünüşünə və kimyəvi komponentlərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 49-53-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2021-ei il tarixli, 7/911 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olımmıış ağ kağız üzərində "...imza Təqsirləndirilən şəxs..” sözləri yazılmış skoçla bağlanmış qara rəngli bağlamada təmiz çəkisi 6120 qram və üzərində "...imza Təqsirləndirilən şəxs.. "sözləri yazılmış kağız paketdə sarı rəngli qabın içərisində bir ədəd sellofan bükülüdə təmiz çəkisi 0,75 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi- 6120,75 qramdır (6 kq 120.75 qram) Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdə və bir ədəd ağ rəngli torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan marixuananın hissəcikləri yoxdur. Cinayət işinin 81-82-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 sentyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə və mənzilə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diskə keçirilmiş baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd sellofan bükümü təqdim edərək, həmin maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Bundan sonra sorğu-sual zamanı Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 10 ünvanında narkotik vasitə saxladığını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 10 ünvanına baxış istintaq hərəkəti keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs mənzilin giriş qapısını açaraq iştirakçılarla birlikdə evin qonaq otağına keçirlər. Təqsirləndirilən şəxs evin qonaq otağındakı stolun üzərində olan xırda bükümlərdə narkotik vasitəyə bənzər maddələri və bir ədəd elektron tərəzini təqdim edir. Təhqiqatçı tərəfindən bükümlər sayılaraq 17 ədəd büküm olması aşkarlanır. Bundan sonra Təqsirləndirilən şəxs evin mətbəx otağına keçərək mətbəxdə olan divanın saxlanc yerindən bir ədəd qara rəngli sellofana bükülmüş maddəni təqdim edərək həmin maddənin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Cinayət işinin 127-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-dən daxil olmuş 24 sentyabr 2021-ci il tarixli, BKC/LGL-17666/21 saylı məktubdan görünür ki, ***-***-**-** saylı mobil nömrə sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. Cinayət işinin 130-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər Xətai RPİ-nin 35-ci PB-dən daxil olmuş 20 oktyabr 2021-ci il tarixli, 103-8095- 1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və marixuananı əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 176-177-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X2 11 dekabr 2021ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işi ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə heroin və marixuananın mənbəyinə dair ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, o, narkotik vasitəni özü istifadə etmək üçün əldə etmiş, satmaq məqsədi olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərb.aycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, qurudulmuş marixuananın isə 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramdan artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 105-106-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 15 sentyabr 2021ci il tarixli tələbnamədən və cinayət işinin 107-125-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyul 2014-cü il tarixli, 1(011)-196/2014 saylı hökmünün kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyul 2014-cü il tarixli, 1(011)-196/2014 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə qazancından dövlət nəfinə 20 % tutulmaqla, 01 il 03 ay 09 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 150-151-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29 sentyabr 2021-ci il tarixli, 3567 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabiodlərin birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 152-155-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatriya Mərkəzi X7 29 sentyabr 2021-cİ il tarixli, 2265 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə baş verənləri düzgün qavrayıb dərk etmək, yada salmaq və onlar barəsində düzgün ifadə vermək, öz hərəkətlərini idarə etmək iqtidarındadır. Ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs səthilik, məsuliyyətsizlik, laqeydlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətləri adekvat olaraq qavramaq, onların mahiyyətini dərk etmək, həmçinin əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 08 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 21-ci vərəqəsində olan 08 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 77-80-ci vərəqələrində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 4(011)-393/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Xətai Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 21,491 qram olan heroin və 6120.65 qram olan narkotik vasitə marixuana məhv edilməli, bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 177,70 (yüz yetmiş yeddi manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 08 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Xətai Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 21,491 qram olan heroin və 6120.65 qram olan narkotik vasitə marixuana məhv edilsin. Bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 177,70 (yüz yetmiş yeddi manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-527/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-527/2022
26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver