Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-527/2025 16.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə külli miqdarda narkotik və psixotrop maddələrin qanunla qadağan edilmiş dövriyyəsini və satışının həyata keçirmək niyyəti ilə yaxın münasibətlərdə olduğu Şahid3 və şəxsiyyəti istintaqa məlum olmayan «Mehram» adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək planlı şəkildə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etdikdən sonra, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqla müəyyən olunmayan qaydada sonuncunun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yerləşdirdiyi təmiz çəkisi külli miqdarda 118,040 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, təmiz çəkisi 50,0 qram təşkil edən ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamini və təmiz çəkisi 1054,285 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda qurudulmuş marixuananı həmin yerdən götürüb qanunsuz olaraq əldə edərək sonradan şəxsiyyəti istintaqa məlum olmayan “Mehram” adlı şəxsin təlimatı ilə onun deyəcəyi istintaqa məlum olmayan şəxslərə çatdırılması üçün ayrı-ayrı yerlərə qoymaq üçün üzərində saxlamaqla birgə kirayədə yaşadıqları ünvan 2 ünvanda yerləşən həyət evinə daşıyaraq həmin evin ikinci mərtəbəsində olan qonaq otağındakı pianonun altına yerləşdirib həmin yerdə saxlamış, qrup üzvü olan Şahid3 ilə aralarında olan cinayətkar razılaşmaya uyğun olaraq 17 may 2023-cü il tarixdə, saat 23 radələrində onun təlimatı ilə ona çatdırmaq üçün qeyd edilən narkotik vasitə olan heroinin təmiz çəkisi 8,040 qram və narkotik vasitə olan marixuananın təmiz çəkisi 19,285 qram olan hissəsini ayırıb Şahid3 vermiş, sonuncu həmin narkotik vasitələri əynindəki çəhrayı rəngli şalvarın sağ yan cibinə qoyaraq yaşadığı evdən çıxıb piyada hərəkət edən zaman Azərbaycan Respublikası DİNin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 23:30-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4N-nin BNMİ-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki şalvarın sağ yan cibindən təmiz çəkisi 8,040 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin və təmiz çəkisi 19,285 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən xeyli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat - axtarış tədbirlərinin davamı olaraq 18 may 2023-cü il tarixdə, saat 02:10-da onun Şahid3 ilə birlikdə yaşadıqları Bakı şəhəri, Yasamal rayonu N.Nərimanov prospekti 189 ünvanında yerləşən həyət evinə baxış keçirilən zaman həmin evin ikinci mərtəbəsində olan qonaq otaqındakı pianonun alt hissəsindən bir ədəd göy rəngli sellofan torbada 01 ədəd bükümdə təmiz çəkisi 110,0 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin, 01 ədəd bükümdə təmiz çəkisi 50,0 qram təşkil edən ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 1035,0 qram təşkil edən bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda qurudulmuş marixuana və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Sevda adlı xanımla sosial şəbəkədə tanış olub görüşmüşlər. Sevdanın barəsində olan cinayət işində məhkəmədə iştirak etdiyi vaxt Sevdanın narkotik vasitələrin satışı ilə məşğul olmasını və istifadə etməsini görmədiyini demişdir. Sevda həmin məhkəmədə ona sonuncuya verdiyi narkotik vasitənin saxlamasının qarşılığında Sevdaya 40.000 manat pul vəsaitini verdiyini demişdir. xx.xx.2023-cü il tarixdə onu saxlayıb istintaq orqanına gətirmişlər. İbtidai istintaq zamanı narkotik vasitəni üzərinə götürməyini demişlər. O da narkotik vasitənin nə üçün üzərinə götürməyini bildirəndə müstəntiq ona Sevdanın qadın olduğu üçün narkotik vasitənin öz üzərinə götürməyini demişdir. O da müstəntiqdən cinayət işinin düzgün araşdırılmasını xahiş etmişdir. Bundan sonra video çəkilişlə üzərində şəxsi axtarış keçirilməzdən əvvəl narkotik vasitəni öz üzərinə götürmədiyi təqdirdə onu qardaşını tutacaqları ilə təhdid etmişlər. Video çəkilişlə şəxsi axtarış ilk öncə Sevdanın üzərində aparılmışdır. Sevda video çəkiliş zamanı onun sonuncunun yaşadığı evə gəldiyi vaxt əlində sellofan olduğunu bildirmişdir. Sevda narkotik vasitəni yaşadığı evin aşağısına qoyduğunu bildirmişdir. Elə bu vaxt müstəntiq videoçəkilişi saxlamış və videoçəkiliş vaxtı Sevdanın nə deməli olduğunu öyrətmişdir. Video çəkiliş yenidən başlamış və Sevda polis əməkdaşının dediyi kimi ifadə verməyə başlamışdır. Sevda may ayında tutulmuşdur. O isə Sevda tutulandan sonrakı aylar Qubadlı, Laçın rayonlarında, həmçinin ölkə hüdudlarından kənarda işləmişdir. Polis əməkdaşı isə onun həmin ərəfədə axtarışda olduğunu bildirmişdir. Onun bu işlərdən məlumatı yoxdur. Müstəntiq ondan mobil nömrələrin kimə məxsus olduğunu soruşmuşdur. O isə nömrələrin kimə məxsus olmasının araşdırılmasını xahiş etmişdir. Sevdanın müdafiəçisi narkotik vasitənin öz üzərinə götürməyini təklif etmiş və gələcəkdə ona məhkəmə işlərində köməklik edəcəyini bildirmişdir. O, Sevdanın müdafiəçisi ilə də razılaşmamışdır. Sonuncu dəfə MSY-də olduğu vaxt təzyiq altında olduğu üçün məcburiyyət qarşısında sənədlərə imza etmişdir. Hazırki gündə isə müstəntiqin məcbur dedizdirdiyi ifadələri qəbul etmir. O, suallara cavab olaraq bildirmişdir ki, Sevda ilə aralarında qadın kişi münasibətləri olmuşdur. Sevda ilə bir yerdə qalmamış, sadəcə Sevdanın yaşadığı evə gedib gəlmişdir. Sevda ilə münasibətləri son günə qədər yaxşı olmuşdur. Son zamanlar Sevdanın yaşadığı evə getmədiyindən münasibətləri yaxşı deyildir. Sevdanın narkotik vasitənin satışı ilə məşğul olmasını və narkotik vasitə istifadə etməsini görməmişdir. Sevda saxlanıldığı günə kimi sonuncu ilə əlaqə saxlamışdır. Sevdanın dediyinə görə evindən aşkar olunan narkotik vasitə ona məxsusdur və bu sözləri üzləşmə zamanı ona demişdir. Məhkəmədə də narkotik vasitənin ona məxsus olduğunu demişdir. Sevdanın dedikləri müstəntiqin oyunudur. Müstəntiqlə əvvəllər heç bir tanışlıqları və qərəzləri olmamışdır. Sevda ona məxsus mobil telefonu istifadə etmişdir. Sevda özünə məxsus mobil telefonu lombarda girov qoyduğu üçün öz mobil telefonunu 3 günlük istifadə etmək üçün Sevdaya vermişdir. Sevda onun plastik bank kartından istifadə etməmişdir. Sevdadan öz mobil telefonunu aldıqdan sonra yad şəxslərdən SMS-lərin gəldiyini görməmişdir. ***-***-**-** saylı mobil nömrə onundur, istifadə edirdi. ***-***-**-** saylı mobil nömrə ona məxsus deyildir, Sevda həmin nömrəni işlədirdi. Sevda heç vaxt onun adına mobil nömrə almamış, amma bir dəfə Sevda ona müvəqqəti işlətməsi üçün Azercell nömrə aldığını demişdir. Onu saxladıqdan sonra video çəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. O, video çəkiliş vaxtı narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Saxlanıldığı ilk vaxtdan müdafiəçisi olmamışdır. Təzyiqlər altında olduğu üçün ibtidai istintaqda məhkəmə istintaqından fərqli ifadə vermişdir. Onu ilk öncə 4 nəfər saxlayıb avtomobilə əyləşdirəndən sonra ona sillə, yumruq vurmuşlar. Bədənində heç bir xəsarət yoxdur. Sonradan onu yuxarı mərtəbəyə qaldırıb silahla onu ittiham edəcəklərini deyib təhdid etdikləri üçün dedikləri ilə razılaşmışdır. O, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydiyyatda olduğu evdə yaşayırdı. Sevda yaşadığı evdə kirayə qalmışdır. Sevdanın yaşadığı evdə pianino görmüş, pianino Sevdanın yaşadığı evə pilləkənlə qalxan vaxt sağ tərəfdə ən küncdə olmuşdur. İbtidai istintaqda Sevdanın müdafiəçisi və müstəntiq tərəfindən göstərilən təzyiqlərə görə, həmçinin onu qardaşını tutmaqla və evindən narkotik vasitə çıxartmaqla təhdid etdikləri üçün elə ifadələr vermişdir. ***-***-**-** saylı mobil nömrə ona məxsus deyil. Qeyd olunan mobil nömrə Sevdanındır. Protokolda qeyd olunan Sms mətnlər onun tərəfindən yazılmamışdır. Mobil telefonu Sevdada olduğu vaxt sonuncu tərəfindən yazılmış ola bilər. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrəsi var. 17 may 2023-cü il tarixdə, saat 23 radələrində o, Sevda ilə görüşmək üçün Sevdanın yaşadığı evə gedərkən bir neçə polis əməkdaşının Sevdanı tutmasını və onun oradan uzaqlaşmağı kimi hallar baş verməmişdir. Sevdanı tək və övladı ilə birlikdə heç vaxt gecə vaxtı harasa çıxmağının şahidi olmamışdır. Son zamanlar Sevda ilə aralarında yaranan mübahisələrə görə onlar görüşməmişlər. Buna görə Sevda ona qarşı qərəzli ifadə vermişdir. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Şahid3 2022-ci ilin iyun ayında sosial şəbəkə vasitəsi ilə tanımışdır. Həmin ilin sentyabr ayında etibarən isə onlar görüşməyə başlamış, bir neçə dəfə müxtəlif məkanlarda görüşsələr də sonralar o, mütəmadi olaraq onun yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Nərimanov 189 ünvanında yerləşən evinə gedib gəlməyə başlamışdır. O, Hilalı tanısa da Altay adlı şəxsi ümumiyyətlə tanımır, Hilalın anket məlumatlarını, onun ünvanını, mobil telefon nömrəsini xatırlamır, o, heç vaxt Sevdadan narkotik vasitələri ona və yaxud başqa kiməsə satılmasında iştirak etməmişir. O, bir müddət həmin evə getdikdən sonra 2023-cü ilin yanvar ayında evdə bir neçə dəfə ağ rəngli kristallardan ibarət maddə və tünd qəhvəyi rəngli tozşəkilli maddələri gördüyünü və Sevdadan bu maddələrin nə olduğunu soruşduqda o, ona həmin maddələrin narkotik vasitə olduğunu bildirmiş, İran İslam Respublikasının vətəndaşı "Mehram" kimi tanıdığı şəxsdən aldığını və “Mehram”-ın sifarişi ilə dediyi yerlərə qoymaqla pul qazandığını, bəzən isə özü tanıdığı şəxslərə də satdığını bildirmişdir. O, onun bu hərəkətin düzgün olmadığınlı bildirdikdə Sevda həyat yoldaşının hal-hazırda cəzaçəkmə müəssisəndə olduğunu, iki qız övladına baxmalı olduğunu və bu səbəbdən narkotik vasitələri sataraq qazanc əldə etdiyini bildirmiş, daha sonra o, Sevdaya istifadə etməsi üçün hazırda xatırlamadığı mobil nömrə almışdır. O, bir neçə dəfə Sevdanın yaşadığı evə tanışı Hilal adlı şəxslə də getmiş və sonralar Hilal da Sevdanın narkotik vasitə satdığını öyrənmişdir. Bu səbəbdən 2023-cü ilin fevral ayında Hilal onu tanışı Altay adlı şəxslə tanış edərək etibar edəcəyi adam olduğunu, onun da narkotik vasitə istifadə etdiyini və onun vasitəsi ilə Sevdanın ona narkotik vasitə satmasını xahiş etmişdir. O, bu barədə Sevdaya bildirdikdə Sevda razılıq vermiş və bəzən Altaya da narkotik vasitə satmışdır. 17 may 2023-cü il tarixdə, saat 23 radələrində o, Sevda ilə görüşmək üçün onun yaşadığı evə gedərkən bir neçə polis əməkdaşını onun yaşadığı evin qarşısında Sevdanı tutduqlarını görmüş və qorxduğu üçün qaçaraq oradan uzaqlaşmışdır. O, heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmiş və onların satışı ilə məşğul olmamışdı. İstifadəsində olan ***-***-**-** mobil nömrəyə daxil olan və çıxan zənglərin, sms mətnlərində olan məluamtlarda xx.xx.2023-cü il tarixdə saat 23:24:41-də ***-***-**-** mobil nömrəsi sizin istifadənizdə olan ***-***-**-** mobil nömrəyə birini ikidənə yarı elə, xx/xx/2023 tarixdə saat 19:28:09-da sizin istifadənizdə olan **********17 mobil nömrədən **********08 nömrəyə Altay mən pul dedim axı lazımdı verim əmanət götürüm nə oldu 6 dedim ama xəbər yoxdu hələ buda deyir at get gotur, xx/xx/2023, 19:41:18,**********08,**********17, Àli bildimdà qardawlm pula gòrà ylglrsan màn gàlànà kimi clndlr gedib aLlb màndà òzùm agrlylram dùwmùwàm pul axtarlram ki sànà atlmda, sàbrli ol, xx/xx/2023, 22:03:37, **********08, **********17, Ali atdim sànà 60, xx/xx/2023, 22:18:45, **********08, **********17, qardawlm saat 5dà sà nin yanlndan ayrlLmlwam biri isdiyirdi oda gec oldu deyà getdi, xx/xx/2023, 21:43:29,**********55,**********17,..eliwqa neynirsen bratqa mene baxe qaqawm qonaglarim var hecneyim yoxdu isdiyirdim goruwey, Alindirib qaqawva 2 klo et vererdunhem buğunu hemde seher yolarda olacam kurdaxani 16 i sehernarahat elemwzdimrahat yola duwerdim 70 m atim sene smsləri ilə bağlı bu mesajların həmin şəxslərin ona Sevdanın onlara narkotik vasitə satması üçün yazdıqları mesajlardır. Çünki Altay, Hilal Sevdaya birbaşa zəng etmirdilər, Sevda ona onlara narkotik vasitə almaq istəyəndə onunla əlaqə saxlamaqlarını, daha sonra o, Sevdaya bu barədə məlumat vermişdir. O, həmin şəxslərlə birlikdə Sevda ilə görüşmüş və Sevda onlardan pulu aldıqdan sonra narkotik vasitəni onlara satmışdır. Yalnız iki dəfə Altay və Hilal Sevda yaşadığı evə gəlmiş, o, Sevdadan narkotik vasitə götürərək onlara evdən kənarda satmış və onlar ödənişi ona məxsus kart hesabına göndərmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Sevda adlı qadını Sovetski adlanan yerdə Əfsanə kafesinin yaxınlığında saxlamışlar. Sənədləşdirmə işlərini həyata keçirtdikdən sonra Sevdanın yaşadığı mənzilə baxış keçirtmişlər. Sevda ifadəsində aşkar olunan narkotik vasitəni Təqsirləndirilən şəxs dediyi yerlərə pul müqabilində qoyduğunu demişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Sevdanın saxlanılmasında Rövşənlə o, iştirak etmişdir. Sevdanın yaşadığı evə baxış keçirtmişlər. Evə baxış zamanı narkotik vasitə marixuana, metamfetamin və heroin aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitələrin çəkisi hadisədən uzun müddət keçdiyindən yadında qalmamışdır. Sevdaya qarşı heç bir təzyiq göstərməmişdir, Təqsirləndirilən şəxs isə ümumiyyətlə tanımır, sonuncunu o, saxlamamışdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs müəyyən olunmasında aparılan istintaq hərəkətlərində iştirak etməmişdir. Əməliyyat qrupunun rəhbəri o, olmuşdur. Əməliyyat qrupu 2 nəfərdən ibarət olmuşdur. Sevdanı gecə 24:00 radələrində saxlamışlar. Sevdanı saxladıqları vaxt yanında uşaq olmuşdur. Həmin uşağı uşaqlar evinə təhvil vermişlər. Təqsirləndirilən şəxsla birlikdə Sevdanın yaşadığı evə getməmişlər və Təqsirləndirilən şəxs onların yanlarından qaçmamışdır. Ona ancaq Sevda ilə bağlı məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində məlumatı olmamışdır. Sevdanın saxlanılmasında keçirilmiş əməliyyat tədbirində Təqsirləndirilən şəxs görməmişdir. Sevdanın yaşadığı evə videoçəkilişlə baxış keçirilən vaxt sonuncunun müdafiəçisi olmuşdur. Sevdanın üzərinə BNMİ-də baxış keçirtmişlər. Baş idarədə Sevdanın üzərinə baxış keçirtdikləri vaxt sonuncu yaşadığı evdə narkotik vasitənin olduğunu bildirmişdir. Sevdanın evinə baxış keçirtdikləri vaxt təhqiqatçı, müdafiəçi və 2 nəfər polis əməkdaşı olduqları üçün Sevda yaşadığı evə 4 nəfər şəxsin gəldiyini qeyd edir. Sevda aşkar olunan narkotik vasitənin Əlinin olduğunu bildirmiş və Əli dediyi yerlərə aparıb qoyduğunu demişdir. Sevda aşkar olunan narkotik vasitəni Təqsirləndirilən şəxs İranlı “Mehram” adlı şəxsin vasitəçiliyi ilə Badamdar qəsəbəsində birlikdə gedib götürdüklərini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2 ilə yaxındır birlikdədirlər. xx.xx.2023-cü il tarixdə, axşam 20:00 radələrində Təqsirləndirilən şəxs ona zəng edib qapını açmağını istəmişdir. O, qapını açanda evə basqın olmuş, Təqsirləndirilən şəxs isə qaçıb getmişdir. Onu uşaqla birlikdə 2 mərtəbəli evin 2-ci mərtəbəsinə qaldırmışlar, evə baxış keçirtmişlər. 2 nəfər şəxs Təqsirləndirilən şəxs arxasınca qaçmışlar, amma sonra geri dönüb sonuncunu tuta bilmədiklərini demişlər. Evə baxış keçirtmişlər. 1-ci mərtəbədə heç nə aşkar olunmamış, 1 saatdan sonra 1-ci mərtəbəyə düşüb baxış keçirtmişlər. Baxış zamanı narkotik vasitə aşkar olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, aşkar olunan narkotik vasitə 1 kq marixuana olmuş, digərlərinin çəkisini tam xatırlamır. Narkotik vasitə evin 1-ci mərtəbəsində dəhlizdə şkafın içində aşkarlanmışdır. O, həmin evdə 2 uşağı ilə bərabər kirayədə yaşamışdır. 2-3 ay idi ki, həmin evdə yaşamışdır. Həmin evi ona Təqsirləndirilən şəxs kirayə tutmamışdır. Ev rəfiqəsinin evi olmuşdur. Sonuncu evini ona kirayə yaşamaq üçün vermişdir. Hərdən rəfiqəsinə kirayə pulu verirdi. Uşaqlarına və ona Təqsirləndirilən şəxs baxmışdır. Evin yiyəsinə hərdən 50-60 manat pul vermişdir. Evin sahibi xanım onun həm tanışı, həm də qohumu olmuşdur. Evin sahibi ondan evində qalmağına görə pul istəməmişdir. O, hörmət etmək üçün hərdən ona pul vermişdir. Pulu ona Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs hər gün işən çıxıb evə gəlirdi. Onlar Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışlar. Təqsirləndirilən şəxs ilə ər-arvad münasibətində yaşamışlar. Yoldaşı da narkotik vasitəyə görə tutulub. Yaşadığı evdə aşkar olunan narkotik vasitəyə onun heç bir aidiyyatı olmamışdır. Həmin narkotik vasitənin haradan və necə ora gəldiyini bilmir. Aşkar olunan narkotik vasitə ona aid deyil. Təqsirləndirilən şəxs ona aşağı düşüb qapını açmağını bildirmişdir. O, aşağı düşmüş və qapını açmışdır. Təqsirləndirilən şəxs yanında Anar adlı əməliyyatçı və başqa 2-3 nəfər əməliyyatçı olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs qaçmışdır. İki nəfər əməliyyatçı da sonuncunun arxasınca qaçmışlar. İki nəfər əməliyyatçı isə onu yuxarı qaldırmışlar. 15-20 dəqiqə sonra həmin iki nəfər də qayıtmışdır. Təqsirləndirilən şəxs tuta bilmədiklərini demişlər. Polis əməkdaşları ikinci mərtəbəyə baxış keçirmişlər. Orada heç nə aşkar edilməmişdir. Sonra birinci mərtəbədə şkafda sellofan paketdə narkotik vasitə aşkar edilmişdir. Əməliyyatçılar ikinci mərtəbəyə baxış keçirən zaman o, iki uşaqla ikinci mərtəbədə gözləmişdir. Onların yanlarında bir əməliyyatçı da olmuşdur. Narkotik vasitə aşkar olunandan sonra onu da aşağı çağırmışlar. Narkotik vasitənin aşkarlandığı şkaf ayaqqabı qoymaq üçün istifadə olunan şkaf olmuşdur. Şkaf açıq olmuşdur. Həmin gün o, şkafa baxmamışdır. Əməliyyatçılar təxminən axşam saat 8-ə qalmış gəlmişlər. Həmin şkafın yanında işıq yanmırdı və qaranlıq olduğu üçün o, orada narkotik vasitənin olduğunu görməmişdir. Əməliyyatçılar ondan narkotik vasitənin kimin olduğunu soruşmuşlar. O, bilmədiyini demişdir. O, Təqsirləndirilən şəxs niyə qaçdığını bilməmişdir. Onu da PB-yə aparmışlar. Sonra yenidən evə gətirmişlər və evə yenidən videobaxış keçirmişlər. Çəkiliş zamanı narkotik vasitəni aşkar olunan yerə Təqsirləndirilən şəxs ilə birlikdə qoyduğunu demişdir. Əməliyyatçılar elə deməyini istəmişlər. O, hal-hazırda bu iş üzrə həbsdədir. 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Evdə çəkiliş zamanı ifadəni əməliyyatçıların dediyi kimi vermişdir. Sonra isə istintaq zamanı ifadəni dəyişmişdir. Təqsirləndirilən şəxs ona qapını açmağı üçün zəng vuranda evdə olmamışdır. Sonuncu işdən gəlirdi. Evin iki açarı olmuşdur. Açarın biri Təqsirləndirilən şəxs, biri isə onda olmuşdur. Həmin gün yəgin ki, açarı evdə qalmışdı ki, ona qapını açmağı üçün zəng vurmuşdur. Digər iki əməliyyatçı gələndən sonra evdə axtarış aparmışlar. İkinci mərtəbədə heç nə tapmayıb aşağı düşmüşlər. Əməliyyatçılar ona göy rəngli sellofan paket tapdıqlarını demişlər. Saat 5-də uşaqları bağçadan götürmüş evə gəlib ayaqqabılarını soyundurub şkafa qoymuşdur. Həmin vaxt şkafda heç nə görməmişdir. Əməliyyatçılar ona şkafda narkotik vasitənin yerini göstərib nə olduğunu və oradan götürməyini demişlər. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, onun ibtidai istintaqdaki ifadəsi başdan yalan yazılmışdır. Orada yazılıb ki, guya o, 11-in yarısı tutulmuşdur. Çünki 11-ə işləmiş uşaqları uşaq evinə yerləşdirmişlər. Oxumağı yaxşı bilmədiyi üçün və həmin vaxt şokda olduğuna görə qol çəkmişdir. Aşkar olunan narkotik vasitənin növü 1 ovuc ağ rəng kokain, 1 ovuc qəhvəyi rəngli kokoin və 1 kq marixuana idi. Əlinin daim istifadə etdiyi iki nömrəsi var idi. Onlar dəqiq yadımda qalmayıb. Nömrənin biri ********** idi. Mənim öz nömrəm sonu ...5320 ilə bitən nömrə idi. Bundan başqa qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, işlədiyi idarəyə məlumat daxil olmuşdur ki, ünvan 7 ünvanında qeydiyatda olan və Bakı şəhəri,Yasamal rayonu, Nərimanov prospekti 189 ünvanında yaşayan, xx xxxxxx 1993-cü ildə Lənkəran şəhərində anadan olmuş Şahid3 Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olur. Alınmış məlumatın və Şahid3 törətdiyi əməlləri ifşa etmək məqsədi ilə idarənin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bu səbəbdən 17 may 2023-cü il tarixdə, saat 23:30-da əlamətləri onlara məlum olan Şahid3 Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsi 189 yaxınlığında iki azyaşlı övladı ilə piyada hərəkətdə olan zaman saxlanılaraq xidməti vəsiqəni göstərək özlərini təqdim etmiş və həmin şəxsi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli olduğu üçün BNMİ-nə dəvət etmişlər. Daha sonra iki azyaşlı övladı tərəflərindən sığınacağa yerləşdirildikdən sonra dövlət hesabına dəvət edilmiş Bakı şəhəri, 22 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Şahid3 bildirilmişdir ki, üzərində qanunsuz gəzdirdiyi əşyalar varsa masanın üstünə qoysun. Bu zaman Şahid3 əynindəki çəhrayı rəngli şalvarının sol yan cibindən bir ədəd Xiomi markalı mobil telefonu, 1 ədəd ev açarını, özünə məxsus şəxsiyyət vəsiqəsini, sağ yan cibindən isə iki ədəd sellofana bükülmüş bükümü, birinin içərisində qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə içərisində bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana masanın üzərinə qoydu və bundan sonra şəxsi axtarışda iştirak edən Qərənfil Budaqova tərəfindən Şahid3 üzərinə keçirilən baxış zamanı əlavə heç bir əşya və predmet aşkar olunmadı. İlkin sorğu zamanı Şahid3 ondan aşkar olunaraq götürülmüş narkotik vasitəni təxminən 8 aydır ki tanıdığı Təqsirləndirilən şəxs və İran İslam Respublikası vətəndaşı “Mehram” adlı şəxsdən satış məqsədi ilə əldə etdiyini bildirdi. Əldə etdiyi narkotik vasitə və psixotrop maddələri yaşadığı Yasamal rayonu Nərimanov 189 ünvanında saxladığını, həmin ünvanda satışı təşkil etmək üçün bükümlərə ayırdığını da qeyd etdi. 17 may 2023-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş iki ədəd sellofan bükümdə olan narkotik vasitəni satış məqsədi ilə üzərində gəzdirdiyini qeyd etdi. Bu əməli daha öncə bir neçə dəfə törətdiyini və hal-hazırda yaşadığı Yasamal rayonu Nərimanov 189 ünvanında da narkotik vasitə və psixatrop maddə olduğunu qeyd etmişdir. Daha sonra Şahid3 razılıq ərizəsi əsasında tərəflərindən müdafiəçi S.Əhmədovanın da iştirakı ilə 18 may 2023-cü il tarixdə, saat 02:10-da Şahid3 yaşadığ Nərimanov küçəsi 189 ünvanında yerləşən evinə baxış keçirilmişdir. Baxış zamanı Şahid3 həmin evdə saxladığı narkotik vasitəni təqdim etməsi təklif edilmişdir. Bundan sonra Şahid3 iştirakı ilə evin ikinci mərtəbəsinə qalxmış və qonaq otağındakı pianinonun altında saxladığı bir ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. Tərəflərindən torbaya baxış keçirilən zaman bir ədəd içərisində qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə içərisində bitki mənşəli kütlə,tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Şahid3 yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitəni təxminən 8 aydır ki tanıdığı Təqsirləndirilən şəxs və İran İslam Respublikası vətəndaşı “Mehram” adlı şəxsdən satış məqsədi ilə əldə etdiyini bildirmişdir. Əldə etdiyi narkotik vasitə və psixotrop maddələri yaşadığı Yasamal rayonu Nərimanov 189 ünvanında saxladığını, həmin ünvanda satışı təşkil etmək üçün bükümlərə ayırdığını da qeyd etdi. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edildi və çəkiliş aparılaraq aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. 17 may 2023-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş iki ədəd sellofan bükümdə olan narkotik vasitəni satış məqsədi ilə üzərində gəzdirdiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür k, Şahid3 aşkar edilərək götürülmüş narkotik vasitə heroini əldə etdiyi mənbə CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə ********* nömrə altında ayrıca icraata cinayət işi ayrılmışdır. (l cild i.v. 1) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” və “videoyazıya baxış keçirilməsi haqqında” protokollardan müəyyən edilmişdir ki, Şahid3 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Şahid3 əynində olan çəhrayı rəngli şalvarının sol yan cibindən içərisində ***-***-**-** GSM nömrə olan 1 ədəd Xiaomi markalı mobil telefonunu, 1 ədəd yaşadığı evin açarını, 1 ədəd şəxsiyyət vəsiqəsini, sağ yan cibindən 2 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Şahid3 təqdim etdiyi 2 ədəd sellofan bükümə baxış keçirilən zaman bükümlərdən birinin içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə, digər bükümdə isə tünd yaşıl rəngli kəsklin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin maddələrin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş, heroinə bənzər kütlənin çəkisinin qablaşdırılma ilə birlikdə 8 qram, marixuanaya bənzər kütlənin çəkisinin isə 21 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Şahid3 təqdim etdiyi sellofan bükümlərdəki maddənin narkotik vasitə heroin və qurudulmuş marixuana olduğunu, həmin maddələri ona deyilən yerlərə qoyaraq pul əldə etmək üçün üzərində saxladığını, həmin maddələri tanışı olan, təxminən 8 aydır ki tanıdığı, ***-***-**-**, ***-***- **-** GSM nömrələri istifadə edən "Təqsirləndirilən şəxs" adlı şəxsin təxminən 3 gün öncə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisindən İran İslam Respublikası vətəndaşı "Mehram" adlı şəxsin vasitəsilə əldə edərək Şahid3 yaşadığı evinə gətirdiyini həmin maddələri deyilən yerlərə qoymaqla və evində saxlaması müqabilində "Təqsirləndirilən şəxs" adı şəxsdən pul əldə etdiyini, əvvələr də bir neçə dəfə bu əməlləri törətdiyini, bundan başqa yaşadığı ünvan 3 ünvanında da narkotik vasitələr saxladığını, həmin maddələri təqdim edə biləcəyini və qeyd olunan ünvana baxış keçirilməsinə heç bir etirazının olmamasını, bu əməlindən başqa heç kimin məlumatının olmamasını saxlanılan zaman və baş idarədə olan zaman onun üzərinə əvvəlcədən baxış keçirilmədiyini, ona qarşı burada heç bir zor tətbiq edilmədiyini əlavə olaraq bildirmişdir. (l cild i.v. 33-35, 63) xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” və “videoyazıya baxış keçirilməsi haqqında” protokollardan müəyyən edilmişdir ki, Şahid3 həmin ünvanda saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra o, narkotik tərkibli maddələrin qalan hissəsini evin 2-ci mərtəbəsində yerləşən qonaq otağında saxladığını bildirərək pilləkanla oraya çıxmış və qonaq otağındakı pianinonun altından 1 ədəd göy rəngli sellofan torbanı təqdim etmiş və başqa heç bir yerdə narkotik maddə saxlamadığını bilmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisində 1 ədəd sellofan bükümdə ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, 1 ədəd sellofan bükümdə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd elektron tərəzi və tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmiş, heroinə bənzər kütlənin qablaşdırılma ilə birlikdə çəkisinin 116 qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisinin 1 kq 80 qram, metamfetaminə bənzər kütlənin çəkisinin isə 51 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Şahid3 bildirdi ki, ondan aşkar olunaraq götürülmüş narkotik vasitəni təxminən 8 aydır ki tanıdığı Təqsirləndirilən şəxs adlı şəxsdən satış məqsədi ilə əldə etdiyini, Təqsirləndirilən şəxs adlı şəxsin isə 3 gün əvvəl Səbail rayonu, Badamdar qəsəbnəsində, “Mehram” adlı şəxsin vasitəsi ilə əldə etdiyini, onun evində bükümlərə ayıraraq Əlinin dediyi yerlərə qoyduğunu qarşılığında pul əldə etdiyini, bu əməli daha öncə bir neçə dəfə törətdiyini bildirmişdir. (l cild i.v. 38-39, 65) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2876 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd zərfdə və bir ədəd göy rəngli sellofan bağlamada olan: -üzərində “Şahid3 üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 8,040 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. -üzərində “Şahid3nm yaşadığı mənzildən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd göy rəngli sellofan bağlamanı açdıqda içərisindən bir ədəd bükümdə təmiz çəkisi 110,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisis 50,0 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim edilmiş 2 ədəd bükümdə olan heroinlər xarici görünüşü, əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir. (İ cild i.v. 44-50) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/720 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şahid3 üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan kağız paketdə 1 ədəd üzəri skoçla bağlanmış sellofan bükülüdə təmiz çəkisi 19,285 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində - üzərində “Şahid3 yaşadığı ünvandan aşkar edilmiş kütlə” yazılar və imzalar olan üzəri skoçla bağlanmış göy rəngli polietilen torbada təmiz çəkisi 1035,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş göy rəngli polietilen torbada olan 1 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün onunla müqayisəli tədqiqat aparılmadı. Şahid3nm üzərindən və yaşadığı ünvandan götürülmüş marixuanaların ümumi çəkisi 1054,285 qramdır. Təqdim edilmiş həmin marixuanalar tərkiblərinə görə eynidirlər. (l cild i.v. 52-57) xx.xx.2023-cü il tarixli şəxsin fotoşəkillə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs fotoşəkili kişi cinsindən olan 4 ədəd fotoşəkil arasında Şahid3 tanınmaya təqdim edilmişdir. Şahid3 Təqsirləndirilən şəxs tanıyaraq üzərindən və yaşadığı evdən aşkar olunmuş vasitə olan heroinin qalığı, psixotrop maddə metamfetaminin qalığı, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın qalığı və bir ədəd elektron tərəzinin Təqsirləndirilən şəxs məxsus olduğunu və satması üçün onun yaşadığı Yasamal rayonu Nərimanov 189 ünvana gətirib saxladığını bildirmişdir. (l cild i.v. 95-102) xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin saxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:30 radələrində saxlanılaraq Yasamal RPİnin MSY-nə təhvil verilmişdir. (İ cild i.v. 132) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 140-142) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-955/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-271/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 02 ay, yəni 24 may 2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 4(004)-478/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 26 iyun 2024-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-591/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(004)-777/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 10 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 157-161, 192-195, 226-229, İİ cild i.v. 22-23, 176-179) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İ cild i.v. 163-165) Doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, himayəsində xx.xx.2013-cü il təvəllüdlü X6 adlı azyaşlı uşağı vardır. (İ cild i.v. 174-175) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İİ cild, i.v. 43-44) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1231/2024 nömrəli hökmündən görünür ki, Şahid3 tanışı Təqsirləndirilən şəxs və şəxsiyyəti istintaqa məlum olmayan “Mehram” adlı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımağa görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. (İİ cild, i.v. 45-56) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X10 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 8003 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (İİ cild i.v. 57-58) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1664 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs halhazırda psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə (17 may 2023-cü il tarixdə) öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona ittiham edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur. (İİ cild i.v. 59-62) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050- ***-**-** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və çıxan zəngləri, anten dairəsini özündə əks etdirən bir ədəd DVD-R formatlı diskdə olan məlumatlara baxış zamanı aşağıdakı məlumatlar müəyyən edilmişdir. 1.**********_sms.txt yazısı olan fayla baxış zamanı xx/xx/2023, 23:24:41, **********31, **********17, Birini ikidene yari ele, xx/xx/2023, 19:28:09, **********17, **********08, Altay mən pul dedim axı lazımdı verim əmanət götürüm nə oldu 6 dedi, xx/xx/2023, 19:28:10. **********17, **********08, m ama xəbər yoxdu hələ buda deyir at get gotur, xx/xx/2023, 19:41:18. **********08, **********17, Àli bildimdà qardawlm pula gòrà ylglrsan màn gàlànà kimi clndlr ged, xx/xx/2023,19:41:19. **********08, **********17, ib aLlb màndà òzùm agrlylram dùwmùwàm pul axtarlram ki sànà atlmda, xx/xx/2023, 19:41:20, **********08, **********17, sàbrli ol, xx/xx/2023, 22:03:37, **********08, **********17, Àli atdlm sànà 60m, xx/xx/2023, 22:14:12. **********17, 9622, xx/xx/2023, 22:18:45, **********08, **********17, qardawlm saat 5dà sà nin yanlndan ayrlLmlwam biri isdiyirdi oda gec oldu deyà getdi, xx/xx/2023, 21:43:29, **********55, **********17, eliwqa neýnirsen brat mene baxe qqqawm qonaglarim var hecneyim yox, xx/xx/2023, 21:43:30, **********55, **********17, du isdiyirdim goruwey, xx/xx/2023, 21:47:39, **********55, **********17, Alindirib qaqawva 2 klo et vererdunhem bugunu hemde seher yolarda olacam kurdaxani 16 i sehernarahat elemwzdimrahat yola duwerdim 70 m atim sene ? mesajları aşkar edilmişdir. 2. **********17.txt yazısı olan fayla baxış zamanı xx.xx.2023 00:00:00 dən xx.xx.2023 23:59:59 qədər Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zənglər, danışıq dəqiqələri qeyd edilmişdir. 3. abuneciler.xlxs yazısı olan fayla baxış zamanı xx.xx.2023 00:00:00 dən xx.xx.2023 23:59:59 qədər tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan 050- ***-**-** mobil nömrəsinə daxil olan və çıxan zənglər kimə məxsus olduğunu, həmin şəxslərin qeydiyyat ünvanları əks olunmuşdur. 4. antenna.xlxs yazısı olan fayla baxış zamanı xx.xx.2023 00:00:00 dən xx.xx.2023 23:59:59 qədər Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zənglərin anten dairəsini əks etdirən görüntü əks olunmuşdur. (lİ cild i.v. 78-79) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (İİ cild i.v. 104-105) Bakı Ağır Cinayətlər Məhkəməsinin məktublarından və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1586/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şahid3 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1231/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü qanuni qüvvəyə minmişdir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi qismən etirafedici ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, ibtidai istintaq zamanı narkotik vasitəni üzərinə götürməyini demələri və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən üzləşdirmə protokolu, şahidlərin ifadələri və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündə təqsirləndirilən şəxs qismində dindirilirkən verdiyi ifadəsində, hazırkı iş üzrə ibtidai istintaqda verdiyi ifadələrində Şahid3 narkotik və psixotrop maddələrin Təqsirləndirilən şəxs məxsus olmasını bildirməsi, Təqsirləndirilən şəxs özünü CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələri tam şəkildə təkzib edir. Digər tərəfdən, Təqsirləndirilən şəxs istifadəsində olan 050- ***-**-** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və çıxan zəngləri, anten dairəsini özündə əks etdirən bir ədəd DVD-R formatlı diskdə olan məlumatlara baxış zamanı müəyyən edilmiş mətn yazıları onun narkotik vasitələrin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiq edir. Şahid3 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə sonuncunun təqsirləndirilən şəxslə yaxın münasibətdə olması Şahid3 Təqsirləndirilən şəxs mənafeyinə uyğun, həqiqətə uyğun olmayan ifadə verməsini daha inandırıcı edir. Məhkəmə Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq ifadəsində göstərilən halları işin halları ilə uyğunluq təşkil edən və obyektiv həqiqəti əks etdirən xüsusatlar kimi qəbul etmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X8 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində bir nəfər az yaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:30 radələrində saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 03 ay 19 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbsdə saxlama müddəti 02 ay, yəni 24 may 2024-cü il tarixədək uzadılmış, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 26 iyun 2024-cü il tarixədək uzadılmış, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmış, həmin Məhkəmənin xx.xx.2024cü il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 10 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 90 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 90 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 90 saat hüquqi yardıma görə “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 540 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 90 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 540 (beş yüz qırx) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-527/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-527/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver