Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-528/2022 01.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi: «KREDO» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxx 1969-cu ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, məhkumluğu olmayan, Beyləqan şəhəri, A.Əkbərov küçəsi, ev 13də qeydiyyatında olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu yeni yaşayış sahəsində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 2,648 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini və təmiz çəkisi 1,119 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etmiş, özündə saxlamaqla daşımış, 02 iyul 2021-ci ildə saat 05:00-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən “Araz” marketin qarşısında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin və Cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə dəvət olunmuş və üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli idman şalvarının sağ yan cibində olan “Magna” siqaret qutusunun içərisindən satış məqsədi ilə qanunsuz əldə edib daşıyaraq saxladığı bir ədəd bükümdə təmiz çəkisi 2,648 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 1,119 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qeydiyyatda Beyləqan şəhəri, Akif Əkbərov küçəsi, ev 13-də olsa da, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu yeni yaşayış sahəsində nömrəsiz evdə ailəsilə birlikdə yaşayır. 1987-1989-cu illərdə həqiqi hərbi xidmətdə olmuş, 1989-cu ildə Azərbaycan İqtisad İnstitutuna daxil olmuş, 1990-1991-ci illərdə Qarabağ döyüşlərində iştirak etmiş və döyüşlərdə yaralandığı üçün hərbi xidmətdən təxris olunmuş və təhsilini davam etdirə bilməmişdir. Fərdi əməklə məşğul olmuş, son vaxtlar isə işləmirdi. O, arvadı ilə birlikdə göstərdiyi ünvanda yaşayır, 2 qızı isə ailə qurub ayrı yaşayırlar. Narkotik vasitə olan heroini 5-6 il olar ki, istifadə etməyə başlamış, 2020-ci ilin axırlarından isə psixotrop maddə metafetamini çəkmə yolu ilə qəbul etmişdir. 02 iyul 2021-ci ildə saat 05 radələrində o, həytdəki əkini suvarmış, sonra yaxınlıqda yerləşən 24 saat işləyən «Araz» marketə siqaret almağa getmiş, lakin marketin bağlı olduğunu görüb geri qayıdarkən 5-6 addım getmişdir ki, bu zaman polis əməkdaşları onu arxadan yaxaladılar. Onu tutan polislər mülki geyimdə olmaqla 4 nəfər idilər. Polis əməkdaşları onun evini və üstünü axtardılar, lakin nə üzərindən, nə də ki, evindən qanunsuz heç bir şey çıxmamışdır. Bundan sonra polis əməkdaşları onu öz maşınları ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə aparmışlar. Orada xidməti otaqların birində təhqiqatçı tərəfindən üzərinə çəkiliş aparılmaqla baxış keçirilmişdir. O, tutulmamışdan bir gün əvvəl heroin istifadə etdiyi üçün özündə olmamışdır. Bu səbəbdən baxış zamanı baş verənlər yaxşı xatırlamır. Bir onu xatırlayır ki, o, polislərin istədiyini demədiyi üçün 3 dəfə çəkiliş aparılmış, vəkil olmamışdır. Ona verilmiş ittihamla razı deyildir. İbtidai istintaq zamanı müdafiəçisinn iştirakı ilə ifadə verərək göstərmişdir ki, 01 iyul 2021-ci ildə saat 20 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində “Azərpoçt” inzibati binasının yaxınlığında üzdən tanıdığı, lakin adını, soyadını və harada yaşadığını bilmədiyi şəxsdən istifadə etmək üçün 30 manata bir büküm narkotik vasitə heroin və 30 manata bir büküm psixotrop maddə metafetamin almışdır. O, heroin və metafetamini ayrı-ayrı şəffaf bükümlərdə aldığı üçün həmin vəziyyətdə “Magna” siqaret qutusunun içərisinə və həmin siqater qutusunu əynində olan boz rəngli idman şalvarının sağ yan cibində qoymuş və üzərində saxlamışdır. O, bu barədə heç kimə bir söz deməmiş və şəxsi işi ilə əlaqədar bir-iki yerə dəymiş, növbəti gün səhər saat 05 radələrində isə mülki geyimdə olan 2 polis əməkdaşı tərəfindən yaşadığı evin qarşısında saxlanılaraq polisə aparılmışdır. Orada xidməti otaqların birində təhqiqatçı ona aid hüquq və vəzifələrini izah etmiş, sonra hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, ərizə ilə müraciət etmişdir ki, üzərində şəxsi axtarış aparılan zaman vəkilin iştirakına ehtiyac yoxdur. Bundan sonra, vəkilin iştirakı olmadan videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməsi başlanmışdır. Videoçəkiliş zamanı ona hüquq və vəzifələri yenidən izah olunmuş və polis əməkdaşları üzərinə baxış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O, da əynində olan boz rəngli idman şalvarının sağ yan cibində olan “Magna” siqaret qutusunu çıxarıb təqdim etmiş və bildirmişdir ki, içərisində narkotik vasitə və psixotrop maddə vardır. Polis əməkdaşları həmin siqaret qutusunun içinə baxan zaman siqaret qutusunun içərisindən siqaret, bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar etmişlər. Polis əməkdaşları ondan soruşmuşlar ki, bükümlərdə olan maddələr nədir. O, bildirmişdir ki, bir ədəd bükümdə narkotik vasitə heroin, digər bükümdə isə psixotrop maddə metafetamindir, özü istifadə etmək üçün 01 iyul 2021-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində olan “Azərpoçt” inzibati binasının yaxınlığında üzdən tanıdığı, lakin adını və soyadını bilmədiyi şəxsdən almış və üzərində saxlamışdır. Həmin bükümlər polis əməkdaşları tərəfində açılmış, bükümün birinin içindən heroin olan qəhvəyi rəngli maddə, digərinin içindən isə metafetamin olan ağ rəngli maddə aşkarlanmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış keçirilmiş və üzərində qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra bir ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd bükümdə psixotrop maddə metamfetamin zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmişdir. Möhürlənmiş zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra üzərində şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, protokol düzgün yazıldığı üçün o və polis əməkdaşları tərəfindən imzalarla təsdiq edilmişdir. Hal-hazırda həmin ifadəsini təsdiq etmir, məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğundur. Məhkəmə iclasnda şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin CAŞ-nin kiçik inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı Şayiq Kərimova Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə o və həmkarı Şayiq Kərimov həmin tarixdə 02 iyul 2021-ci ildə səhər saat 05 radələrində maşınla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozuna gələrək Təqsirləndirilən şəxs yaşadığı ünvanı müşahidəyə almışlar. Bu vaxt hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs həyətindən çıxaraq yaxınlıqda yerləşən “Araz” marketi istiqamətində hərəkt etməyə başlamış, o və Şayiq Kərimov ona yaxınlaşıb özlərini təqdim etmiş, onun adını və soyadını soruşduqda o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə dəvət etmişlər və Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə gəlmiş və orada onlar Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru X5 raportla təhvil vermişlər. Sonuncu tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri 7 nömrəli Vəkil bürosundan dövlət hesabına vəkil dəvət olunmuşdur. Vəkil tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmasını bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən vəkilin iştirakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra vəkilin iştikarı olmadan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunarkən yenidən vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibində olan “Magna” siqaret qutusunu çıxarıb təqdim etmiş və bildirmişdir ki, içərisində narkotik vasitə və psixotrop maddə vardır. Təhqiqatçı tərəfindən həmin siqaret qutusunun içinə baxış zaman siqaret qutusunun içərisindən siqaret, bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər və bir ədəd bükümdə psixotrop maddə metafetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə olanlarla əlaqədar bildirmişdir ki, bir ədəd bükümdə narkotik vasitə heroin, digər bükümdə isə psixotrop maddə metafetamindir, onları şəxsi istifadəsi üçün bir gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində olan “Azərpoçt” inzibati binasının yaxınlığında üzdən tanıdığı, lakin adını və soyadını bilmədiyi şəxsdən almış və üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunan bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər və bir ədəd bükümdə psixotrop maddə metafetaminə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətli olduğundan zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Həmçinin şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və ucadan oxunmuşdur. Bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs həmin protokolu imzalamışlar. Əlavə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs evinə daxil olmamışlar, orada axtarış aparmamışlar. Təqsirləndirilən şəxs üzərinə, yən ciblərinə narkotik vasitə və psixotrop maddə qoymamışlar, Təqsirləndirilən şəxs davranışından hiss olunurdu ki, o, narkotik qəbul etmiş, özünü yaxşı hiss etmirdi. Baxış zamanı yalnız bir dəfə videoçəkiliş keçirilmiş və həmin çəkilişi əks edən SD disk protokola əlavə edilmişdir. Məhkəmə iclasnda şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili X6 ifadəsində göstərmişdir ki, 02 iyul 2021-ci il tarixdə ona Sabunçu rayonu, Ramana qəsəbə sakini olan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə idarə rəhbərliyinə məruzə edərək əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş, ondan və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin kiçik inspektoru polis baş serjantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra həmin tarixdə saat 05:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən “Araz” marketin qarşısından Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olan şəxsin piyada keçən Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş, onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olunduğunu bildirərək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə idarəyə getmişdir. Orada Təqsirləndirilən şəxs təhqiqatçı Emil Hacıyevə təqdim etmişlər. Sonuncu vəkil dəvət etmiş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs ərizəsi əsasında baxış müdafiəçinin iştirakı olmadan keçirilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfidən hüquq və vəzifələri izah olunarkən yenidən vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim edilməsi təhqiqatçı tərəfindən təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan boz rəngli idman şalvarının sağ yan cibində olan “Magna” siqaret qutusunu çıxarıb təqdim etmiş və bildirmişdir ki, içərisində narkotik vasitə və psixotrop maddə vardır. Təhqiqatçı tərəfindən həmin siqaret qutusunun içinə baxış zaman siqaret qutusunun içərisindən siqaret, bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər və bir ədəd bükümdə psixotrop maddə metafetaminə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bir ədəd bükümdə narkotik vasitə heroin, digər bükümdə isə psixotrop maddə metafetamindir, özü istifadə etmək üçün 01 iyul 2021-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində olan “Azərpoçt” inzibati binasının yaxınlığında üzdən tanıdığı, lakin adını və soyadını bilmədiyi şəxsdən almış və üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunan bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər və bir ədəd bükümdə psixotrop maddə metafetaminə bənzər maddə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və 48 saylı möhürlə möhürlənib götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və qeyd daxil olmadığından protokol düzgün yazıldığı üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İstər saxlanılan zaman, istərsə də polis idarəsində Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və zor göstərilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin rəisinə ünvanlanan 02.07.2021-ci il tarixli raportdan müəyyən olunur ki, Sabunçu rayonu, Südçülük sovxozu yeni yaşayış sahəsində nömrəsiz evdə kirayə yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, üzərində saxlaması vədaşıması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabnçu RPİ-nin rəisinə ünvanlanan 02.07.2021-ci il tarixli raportdan müəyyən olunur ki, 02 iyun 2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən “Araz” marketin qarşısında saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Şəxsi axtarış və götürmə aparılması haqqında” 02.07.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibində olan “Magna” siqaret qutusunun içindяn iki büküm masanın üzяrinя qoyaraq bir bükümdя heroin, digяr bükümdя isя metafetamin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bir ədəd bükümdə narkotik vasitə heroin, digər bükümdə isə psixotrop maddə olan metafetamini, özü istifadə etmək üçün bir gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdlığı, adını bilmədiyi şəxsdən 120 manata alaraq istifadə etmək üçün üzərində saxlamışdır. Məhkəmədə elan edilib araşdırılmış «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» 02.07.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 03.07.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 iyul 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 02 iyul 2021-ci il tarixli, 2012 saylı aktdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs sidiyindən MET(+), OPİ (+), AMP (+) müsbət aşkar olunmuşdur. Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 02 iyul 2021-ci il tarixli, 6/2677 saylı rəyindən müəyyən olunur ki, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş .....” yazı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,119 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd bükümdə təmiz çəkisi 2,648 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Metafetamin 2005-ci il 28 iyun Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (İ siyahı) daxildir. Heroin 2005-ci il 28 iyun Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (İ siyahı) daxildir. Heroinin təmiz çəkisi – 1,119 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq – 1,069 qramdır. Metafetaminin təmiz çəkisi – 2,648 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq – 2,598 qramdır. Məhkəmədə tədqiq olunmuş məhkəmə-psixiatrik ekspertizasının 27 avqust 2021-ci il tarixli, 1957 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 15 noyabr 2021-ci il tarixli, 4490 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» 06.12.2021-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış 1,069 qram narkotik vasitə heroin və bir ədəd bükümdə çəkisi 2,598 qram psixotrop maddə metafetamin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmiş, bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş «diskə baxış keçirilməsi haqqında» 06.09.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefon danışıqları məlumatlarına baxış keçirilərkən narkotik vasitələri alqı-satqısına dair mesajlar aşkar olunmuşdur. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Beylяqan Rayon Məhkəməsinin 03 aprel 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-7-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasın məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 01 devral 2001-ci il tarixli Amnistiya qərarına əsasən azad cəzadan edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, Təqsirləndirilən şəxs cəzanı çəkib qutardığı gündən iki il keçdiyi üçün məhkumluğu ödənilmiş və götürülmüş hesab olunur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metafetamini satış məqsədi ilə üzərində saxlamadığını, onları şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə müdafiəçisinin iştirakı və videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, SMS mesajlarında narkotik vasitənin satışına dair məlumatların olması, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin növü narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Həmçinin həmin qanunun İİ siyahısına əsasən metafetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 0,15 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 2 qram kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin ümumi təmiz çəkisi 1,119 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2,648 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin külli miqdarın yuxarı həddindən dəfələrlə çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 02 iyul 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 1,069 qram narkotik vasitə heroin və bir ədəd bükümdə 2,598 qram psixotrop maddə metafetamin məhv edilməli, bir ədəd bir ədəd CD disk cinayət işinin materiallarına saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 81,82 (səkkiz bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «KREDO» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 240 AZN (iki üz qırx manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq çəkisi 1,069 qram narkotik vasitə heroin və bir ədəd bükümdə 2,598 qram psixotrop maddə metafetamin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 81,82 (səkkiz bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul «KREDO» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-528/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-528/2022
01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver