Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-528/2023 13.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Rasim Əkrəm oğlu Sadıxovdan ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Femida” vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə istintaqa şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə razılaşdıqdan sonra, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində “Baba” adlı şəxsin göstərişi ilə narkotik vasitəni ünvan 1 ünvanının yaxınlığından götürərək istintaqa məlum olmayan ünvana daşımaqla gördüyü işin qarşılığında İran İslam Respublikası vətəndaşı olan “Baba” adlı şəxsin ona pul verəcəyi barədə öz aralarında razılığa gələrək, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Baba adlı şəxsin dediyi Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla 23 ünvanının yaxınlığında qabaqcadan razılaşdırılmış yerdən 01 ədəd göy rəngli sellofan torbanın içərisindəki 02 ədəd qara rəngli sellofan bağlamaları götürüb Təqsirləndirilən şəxs2 ilə birgə əldə edib sağ əlində tutaraq, özlərində saxladıqları zaman Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Nərimanov RPİ- nə gətirilib xidməti otaqda müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı 01 ədəd göy rəngli sellofan torbanın içərisindəki 02 ədəd qara rəngli polietilen bağlamalardan ümumi çəkisi 9.255 qram (9 kq 255 qram) olan və həmin vaxt üzərinə keçirilmiş şəxsi axtarış zamanı sol əlində saxladığı üzərində “Haolong” yazısı olan qara rəngli əl çantasında olan sellafon torbacığm içərisində 11 (on bir) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,41 qram, 0,39 qram, 0,38 qram, 0,37 qram, 0,38 qram, 0,36 qram, 0,35 qram, 0,39 qram, 0,37 qram, 0,39 qram, 0,42 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa ibtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə istintaqa şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə razılaşdıqdan sonra, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində “Baba” adlı şəxsin göstərişi ilə narkotik vasitəni ünvan 1 ünvanının yaxınlığından götürərək istintaqa məlum olmayan ünvana daşımaqla gördükləri işin qarşılığında İran İslam Respublikası vətəndaşı olan “Baba” adlı şəxsin pul verəcəyi barədə öz aralarında razılığa gələrək, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Baba adlı şəxsin dediyi ünvan 1 ünvanının yaxınlığında qabaqcadan razılaşdırılmış yerdən Təqsirləndirilən şəxs1 əvvəlcədən qoyulmuş 01 ədəd göy rəngli sellofan torbanın içərisindəki 02 ədəd qara rəngli sellofan bağlamaları götürərək onunla birgə əldə edib sağ əlində tutan zaman Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Nərimanov RPİ-nə gətirilib xidməti otaqda müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 sağ əlində saxladığı 01 ədəd göy rəngli sellofan torbanın içərisindəki 02 ədəd qara rəngli polietilen bağlamalardan ümumi çəkisi 9.255 qram(9 kq 255 qram) olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və həmin vaxt müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynində olan açıq sarı rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 40,407 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə şəklində kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Dövlət ittihamçısı vəsatət verib Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsindəki cinayət işi Azərbaycan Respublikasının CPM-nin 303.3.6.-cı maddəsinin tələblərinə riayət olunmadan Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyindən həmin cinayət işinin baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının CPM-nin 303.1.-ci maddəsinə görə, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının CPM-nin 303.3.6.-cı maddəsinə uyğun olaraq, kobud qanun pozuntusu sayılan cinayət işi üzrə ittiham aktının Azərbaycan Respublikasının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmamasına yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 289.3.1.-ci maddəsinə əsasən, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir, bu Məcəllənin 289.4.-cü maddəsi əsasında isə ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Məhkəmə cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, ittiham aktı müvafiq hissələrdə Azərbaycan Respublikasının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikasının CPM-nin 289.3.-cü maddəsində qeyd edilir ki, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar, habelə zərər çəkmiş şəxsi səciyyələndirən hallar əks olunmalıdır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamlar qeyri-müəyyən təsvir edilməklə ittihamın mahiyyəti aydın ifadə edilməmiş, bununla da sonuncuların müdafiə hüququ pozulmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289-cu və 290.3.2.-ci maddələrinin və ya 296.2.-ci maddəsinin tələblərinə uyğun olmaması Azərbaycan Respublikasının CPM-nin 303.3.6.-cı maddəsində qeyd edildiyi kimi cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. Bütövlükdə göstərilənlər Azərbaycan Respublikasının CPM-nin 289-cu maddəsində nəzərdə tutulan qaydada ittiham aktının tərtibi ilə əlaqədar müvafiq tələblərin pozulduğunu, ittiham aktında təsbit edilməli olan xüsusiyyətlərin göstərilmədiyini və ittiham aktının prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyini göstərir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* №-li cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikasının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmamaqla məhkəməyədək icraat zamanı yol verilən qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının CPM-nin 303.3.6.-cı maddəsinə müvafiq olaraq, cinayət işi üzrə ittiham aktının bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntudur və belə qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Məhkəmə cinayət prosesinin digər iştirakçılarının fikirlərini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, dövlət ittihamçısının vəsatəti təmin olunmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işinin baxılmasına xitam verilməli, hazırki cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhərinin Nərimanov Rayon Prokurorluğuna qaytarılmalıdır. Azərbaycan Respublikasının CM-nin 306.1.-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1.-ci, 300.1.5.-ci və 300.1.6.-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2022-ci il 04 avqust tarixli qərarları əsasında əvvəli 2022-ci il avqustun 03-dən hesablanmaqla 2022ci il dekabrın 03-dək həbs qismində qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2022-ci il 29 noyabr və 2022-ci il 30 noyabr tarixli qərarları əsasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbirinin müddəti 2022-ci il dekabrın 23-dək uzadılmışdır. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il 13 dekabr tarixli qərarı əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə barələrində seçilmiş həbs qismində qətimkan tədbirinin məhkəmənin hazırlıq iclasınadək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri 30 (otuz) gün müddətinə uzadılaraq 2023-cü il martın 15-dək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 20 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 120 manat köçürülməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 300.1.5.-ci, 300.4.1.-ci, 303.1.-ci, 303.3.1.-ci, 303.3.6.-cı, 306.1.-ci, 306.1.3.-cü maddələrini rəhbər tutaraq qərara aldı:
1. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və hazırki cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhərinin Nərimanov Rayon Prokurorluğuna qaytarılsın.
2. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri 30 (otuz) gün müddətinə uzadılaraq 2023-cü il martın 15-dək dəyişdirilmədən saxlanılsın.
3. Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardımla əlaqədar Müdafiəçi2 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına (VÖEN: **********) 120 manat köçürülsün.
4. Qərarın surəti üç gün müddətində təqsirləndirilən şəxslərə, müdafiəçilərə, dövlət ittihamçısına göndərilsin.
Sədrlik edən İradə Həsənzadə
Hakimlər Əhməd Quliyev
Rasim Sadıxov