Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-528/2025 05.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X9 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 2001-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Biləsuvar rayonu, Çaylı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, Namik Məlikov küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 181.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 mart 2024-cü il tarixdə saat 17 radələrində Biləsuvar şəhəri, A.Cəlilov küçəsində tanışı Şahid1 idarə etdiyi “VAZ-2106” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olarkən avtomobilin sağ oturacağının üzlüyünün altından Şahid1 görmədiyi şəraitdə sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 məxsus, içərisində həmin dövrün məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dolları, 73 manat 60 qəpik təşkil edən 4000 Rusiya rublu, 104 manat 80 qəpik təşkil edən 2000 Türkiyə lirəsi və 500 manat olan pul qabını gizli olaraq talamaqla zərər çəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1698 manat 40 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 13 aprel 2024-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospektində yol kənarında sərxoş vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs1 yaşadığı ünvana getmək üçün taksi axtarmasını görüb Zərərçəkmiş şəxs1 yaxınlaşaraq taksi duracağının qarşıda olduğunu və sonuncuya həmin yeri göstərmək üçün birlikdə getmələrini təklif etdikdən sonra Zərərçəkmiş şəxs1 ilə birlikdə piyada Bakı şəhəri Nəsimi rayonu 3007-ci məhəllə ünvanında yerləşən yarımçıq tikilinin qarşısına çatdıqda hücuma məruz qalmış Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ona başın təpə nahiyəsinin iri ölçülü əzilmiş-cırılmış yarası, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı yumşaq toxumaların qınçır-şişkinlik halında əzilməsi, alt dodağın əzilmiş-cırılmış yarası ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, sonuncunun üzərindəki zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 6 manat dəyərində 055 ***-**-** və 7 manat dəyərində 050 ***-**-** saylı mobil nömrələr olan 514 manat dəyərində «Xiomi» markalı, Redmi Note-12 modelli mobil telefonu və içərisində 400 manat pul, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 1 manat dəyərində "xxxx" ASCyə aid «Birbank» plastik kart, balansında 2 manat pul olan 2 manat dəyərində «Bakıkart» ödəniş kartı olan 5 manat dəyərində pul kisəsini ələ keçirib hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 937 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ona edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Biləsuvar rayonunda metallom işi ilə məşğuldur. Xəstəliyinə görə həmyerlisi Şahid1 ilə sonuncunun avtomobilində Biləsuvar rayonuna müalicə almağa getmişdir. Biləsuvar rayonuna anasının icbari tibbi sığortası olduğu üçün getmişdir. Anardan bekar olduğunu demiş və onunla birlikdə dəmir yığmaq üçün getmək istədiyini istəmişdir. Anar onunla kəndə dəmir yığmağa getmiş, dəmir tapa bilmədikləri üçün qayıtmışlar. Qayıtdıqda Anar onu evin qabağına düşürmüşdür. Pulqabı itdiyi üçün, avtomobildən düşdükdən sonra pulqabını axtarmışdır. Anar da onunla birlikdə avtomobildə pulqabı axtarmağa başlamışdr. Anar avtomobilin salonunda yerdən pulqabını götürmüşdür. Anar həmin pulqabı ona məxsus olduğunu zənn etsə də, əslində həmin pulqabı Anarın qardaşına məxsusdur. Sonuncu həmin pulqabını ona vermiş, o da pulqabını götürərək Bakıya getmişdir. Evdə pulqabını açdıqda içərisində pul olduğunu görmüşdür. Daha sonra bu barədə heç nə etməmişdir. Bundan başqa Bakıda gecə saat 03-04 radələrində evə gedən zaman adını sonrada bildiyi Zərərçəkmiş şəxs1 “Toyota Prius” markalı maşının qarşısında, Araz marketin yaxınlığında ayaqyoluna getdiyini görmüşdür. İradəyə işini burada etməməsini, camaatın anası-bacısının keçdiyini demişdir. İradə ona içkili olduğunu demiş və ondan kömək istəmişdir. İradəni dayanacağın arxasına qoyub qayıtmışdır. İradə ona nömrəsini təklif etmiş, sonuncuya nömrəsini istəmədiyini demişdir. Onu dayanacaqdan çıxması saniyə çəkmişdir. Orada İradəni vursa idi kamera görüntüləri olardı. Sonra evə tərəf gedən yola qayıtdıqda İradənin telefonunun yerə düşdüyünü görmüşdür. O, telefon və pulqabını götürərək oradan getmişdir. Pulqabının içində kart olmuşdur. O, həmin kartla “Al” marketdə alış-veriş edib 9 manatlıq siqaret almışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona verilən suallara cavab olaraq göstərdi ki, Şahid1 avtomobilindən 400 dollar pul, 5000 rus rublu, 140 lirə götürmüşdür. O, İradəyə vurulan zərəri ödəmişdir. İradə ərizəsində 400 manat ziyan vurulduğunu yazmış, lakin İradənin pulqabında 22 manat 50 qəpik məbləğində pul və “X14 12” markalı telefon olmuşdur. Həmin telefonun 242 manat qiyməti olmuşdur. O, İradəyə təpik vurmamışdır. İbtidai istintaqda təzyiq altında olduğu üçün fərqli ifadə vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özlərinin ifadələrindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni hadisə yerinə baxış protokolları, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, tanınmaya təqdim etmə, ifadənin yerində yoxlanılması protokolları, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o “İçərişəhər”də restoranda ofisiant işləyir və müdrinin maşını ilə işə gəlib Tbilisi prospektində, “Araz” marketin qarşısında düşür, daha sonra isə ucuz başa gəldiyinə görə taksi ilə Xırdalana gedir. Sənan adlı şəxsi həmin yerdə bir-iki dəfə görmüşdür, hətta sonuncu ondan siqaret də istəmişdir. Lakin onunla şəxsi münasibəti yoxdur. Hadisə günü o, 3-4 bakal pivə içmişdir. Hər axşam olduğu kimi, taksi sifariş verdikdən sonra Tbilisi prospektində “Araz” marketin yanında “tupik” kimi yerdə dayanmışdır. Təxminən gecə saat 4 radələrində adını sonradan bildiyi Sənan adlı şəxs ona yaxınlaşmışdır. Sənan ona yaxınlaşandan sonra ona nəsə demiş, daha sonra taksinin qabaqda dayandığını bildirib, yuxarı qalxmağı təklif etmişdir. Həmin vaxt ətrafda kimsə olmamışdır. Onlar yuxarı qalxarkən Sənan onun başının ortasına nə iləsə vurmuş, nəticədə o, özündən getmişdir. Sənan onu vurduqdan sonra telefonu götürmüşdür. Sənanın vurduğu zərbənin izi hələ də başında qalmaqdadır. Sənan 3-4 dəfə onun telefonu ilä taksi sifariş vermiş, həmçinin “Whatsapp”-na daxil olmuşdur.Telefonunun kodunu necə öyrəndiyini bilmir. Sənan müstəntiqin yanında onun qarnından ayağı ilə vurub itələdiyini bildirmişdir. Sənan onun pulqabısını götürmüşdür. Pulqabısının içərisində isə şəxsiyyət vəsiqəsi, iki ədəd bank kartı, avtobus kartı, 400 manat pul və telefonu olmuşdur. Həmin telefonu 514 manata kreditlə almışdır. Hadisənin səhəri günü təxminən səhər saat 9-a işləmiş bank kartından istifadə edildiyini görmüşdür. Zərərçəkmiş şəxs1 ifadəsində daha sonra qeyd etmişdir ki, hadisəni tam şəkildə xatırlamır. Təqsirləndirilən şəxs dörd nəfərin arasından tanımışdır. O, Sənana telefonunu verməmiş, əksinə sonuncu onu vurduqdan sonra telefonunu ələ keçirmişdir. Pulqabında 400 manat pul olmuşdur. Ona başının ortasından, gözündən, dodağından və belindən xəsarət yetirmişdir. Sənan onu vuranda əlində nə isə olmuşdur. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Sənan həmyerlisdir. Qardaşı Anarın da Sənanla münasibəti olmuşdur. Onun içərisində pul olan pulqabı qardaşı Anarın avtomobilində olmuşdur. Sənan Anarın maşınına mindikdə onun pul qabını maşından götürmüşdür. Sənanın dediyinə görə götürdüyü pulları xərcləmişdir. Pul qabında 600 ABŞ dolları, 500 AZN, 4000 rus rublu və 2000 türk lirəsi olmuşdur. Manatla ümumilikdə 1500 manata yaxın pul olmuşdur. Ona vurulmuş ziyan ödənilməmişdir. Lakin Sənanı bağışlayır və ona qarşı şikayət və tələbi yoxdur. Sənana aşağı həddə cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, telefon alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə “Redmi Note 12” markalı telefonu ona satmaq istədiyini bildirmişdir. O, hər hansı problem ola biləcəyinə görə telefonu haradan əldə etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs telefonun özünün olduğunu və ehtiyacı olduğuna görə satdığını bildirmişdir. O, təqsirləndirilən şəxsin şəxsiyyət vəsiqəsini alaraq öz dəftərində qeydiyyat aparmış və təqsirləndirilən şəxs telefonu 100 manata satdığını bildirsə də, razılaşmaqla telefonu 70 manata almış, daha sonra isə həmin telefonu 95 manata satmışdır. Həmin telefonun rəsmi satış qiyməti 300 manat, kreditlə isə 514 manatdır. Hadisədən 20 gün keçdikdən sonra polis əməkdaşları gəlmiş və onun oğurluq telefon aldığını bildirmişlər. O isə həqiqətən də telefon aldığını, lakin satan şəxsin sənədini təqdim etdiyinə görə oğurluq olduğunu bilmədiyini demişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, ticarətlə məşğul olur. Azər adlı şəxs onun dostudur. Sənan da Anarla bir yerdə dəmir alveri ilə məşğul olurlar. Onlar birlikdə metal yığıb satırlar. Biləsuvar rayon bazarından çıxanda Sənanın orada alver edən Zabilə yaxınlaşıb dollar dəyişdirdiyini görmüşdür. O, Anara zəng edib işçisinin Biləsuvarda pul xırdaladığını bildirmişdir. Anar elə bir şey ola bilməyəcəyini, Sənanın dollarının olmadığını bildirmişdir. Daha sonra ona Sənanın Anarın avtomobilində qalmış qardaşı Azərə məxsus pul kisəsinin içərisində olan pulları oğurladığı məlum olmuşdur. Azərin pulunun dollarla olduğunu xatırlasa da, Sənanın nə qədər pul oğurlamasını deməsini xatırlamır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq üçün Biləsuvar rayon bazarında alverlə məşğul olur. Düşəndə bəzən pul da dəyişir. 30 mart 2024-cü il tarixdə saat 17 radələrində bazarın qarşısında olarkən sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi uca boylu arıq bədən quruluşlu cavan oğlan ona yaxınlaşıb dollar dəyişmək istədiyini bildirmişdir. O, 300 ABŞ dollarını neçəyə dəyişəcəyini soruşmuş, cavabında Sənana bildirmşdir ki, “100 dolları 170 manata dəyişir, üstündə çörək pulu nə verərəsən”. Sənan isə əllərini ona göstərib demişdir ki, «mən fəhləyəm, əllərimin qabarına bax». O, Sənanın əllərinə baxanda görmüşdür ki, əlləri qabarlı və yaralıdır. Sənan gödəkçəsinin cibindən 300 ABŞ dolları çıxarıb ona vermiş və o, 300 dolları manatla dəyişmişdir. Bir qədər sonra bazarda alver edən tanışı Şahid2 ona zəng edib demişdir ki, “dollar dəyişən oğlanı tanıyırsanmı, onun adı Sənandır oğurluqla məşğuldur, dolları hardansa oğurlayıb”. O, isə Eminə bildirmişdir ki, pulunu dəyişdiyi şəxsi tanımır, birinci dəfədir ki, görmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq məqsədilə özünə məxsus VAZ-2106 markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə səyyar meyvə-tərəvəz satışı ilə məşğul olur. Sənan da bu işdə ona kömək etmişdir. 30 mart 2024-cü il tarixdə saat 10 radələrində Sənan onlara gələrək birlikdə işləmək üçün gəldiyini demişdir. Birlikdə rayon ərazisində alver etmişlər. Saat 17 radələrində Sənanı yaşadığı evin qarşısında düşürmüş, oradan evinə getmişdir. Təxminən yarım saat sonra tanışı Şahid2 ona zəng vuraraq işçisi Sənanın bazarın qarşısında Zabillə dollar dəyişdiyini demişdir. O, Eminin bu sözünə məhəl qoymamışdır. Həmin vaxt qardaşı Azər onun avtomobilinə baxaraq içərisində pul olan əl çantası həmin avtomobildə qalmışdır. Azər dərhal avtomobilə baxmış və pul çantasının orada olmadığını görmüşdür. Azərin pul çantasının onun avtomobilində olmasından xəbəri olmamışdır. Bundan sonra o, Anarla birlikdə dərhal Bakıya gedən taksilərin olduğu yerə getmiş, lakin Sənanı orada tapa bilməmişdir. Sonra bazarın qarşısına gələrək Zabilin mobil nömrəsini tapıb ona zəng etmişdir. Zabildən Sənanın onda dollar dəyişib-dəyişməməsini soruşduqda Zabildə bildirmişdir ki, Sənan onda 300 ABŞ dolları dəyişmişdir. Sonra o, qardaşı Anarla birlikdə Sənanın hara getdiyini öyrənmiş və məlum olmuşdur ki, Sənan sənişin daşımaqla məşğul olan Şirxan adlı şəxsin avtomobili ilə Biləsuvar rayonundan Bakı şəhərinə getmişdir. Daha sonra Şirxanla telefonla danışmış, sonuncu da ona demişdir ki, bir az əvvəl Sənanı Bakı şəhərində 20 Yanvar metrostasyasının yaxınlığında düşürmüşdür. Bundan sonra qardaşı Anar mobil telefonu ilə Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Azər ona demişdir ki, pul çantası itməsin deyə onun avtomobilinin sağ ön sərnişin oturacağının üzlüyünə qoymuşdur. Çantada 600 ABŞ dolları, 500 AZN, 4000 rubl və 2000 türk lirəsi olmuşdur. 30 mart 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 20:41-də DİN-in 102 xidmətindən ********** saylı məlumat daxil olaraq Şahid1 Azər oğlu 2 saat əvvəl evinin qarşısında saxladığı “VAZ 2106” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən 600 ABŞ dolları, 200 manat bərabərində türk lirəsi, 100 manat bərabərində rus rublunun oğurlanması və hadisənin Sənan adlı şəxsin törətməsi, Sənanın Bİləsuvar rayon bazarında dollar dəyişməsi barətə məlumat verməsi göstərilmişdir. (Cild 1 i.v. 165) 30 mart 2024-cü il tarixli Şahid1 Azər oğlu tərəfindən yazılmış ərizədən görünür ki, qardaşı Şahid1 idarə etdiyi VAZ 2106” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilindən ona məxsus 600 ABŞ dolları, 500 AZN, 4000 rus rublu və 2000 türk lirəsi olan pul kisəsi oğurlanmışdır. (Cild 1 i.v. 166) 13 aprel 2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 07:25-də DİN-in 102 Zərərçəkmiş şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq massivi, M.Araz küçəsi ev 127 sərnişin qismində əyləşdiyi taksi sürücüsünün onu döyərək Xiaomi markalı mobil telefonunun və içərisində təxminən 155 manat, şəxsiyyət vəsiqəsi, bankomat kartı olan pul kisəsini götürüb uzaqlaşmasını bildirmişdir. (Cild 1 i.v. 5) 13 aprel 2024-cü il tarixli Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizədən görünür ki, həmin tarixdə Nəsimi rayonu, Tiblisi prospekti 50 ünvanının yaxınlığında tanımadığı şəxs başından vurub xəsarət yetirərək mobil telefonunu, içərisində 400 manat pul, şəxsiyyət vəsiqəsi bank kartı olan pul qabını ələ keçirmişdir. (Cild 1 i.v. 19) 11 may 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən həmin tarixdə saat 10:30-da saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PB-ə aparılmışdır. (Cild 1 i.v. 69) 11 may 2024-cü il tarixli Nəsimi rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1 İ.v. 116-120) 13 aprel 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, 13 aprel 2024-cü il tarixdə gecə saat 04 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə ünvanında yerləşən yarımçıq tikilinin qarşısında Zərərçəkmiş şəxs1 əmlakının quldurluq yolu ilə talanması faktının baş verdiyi yerə baxış keçirilmişdir. (Cild 1 i.v. 6-9) 30 mart 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, 30 mart 2024-cü il tarixdə saat 17 radələrində Biləsuvar şəhəri, A.Cəlilov küçəsində Şahid1 məxsus VAZ-2106 markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilidən Zərərçəkmiş şəxs2 məxsus 600 ABŞ dolları, 500 manat, 4000 rus rublu və 2000 tükr lirəsinin gizli olaraq talaması faktı faktının baş verdiyi yerə baxış keçirilmişdir. (Cild 1 i.v. 167-170) 11 may 2024-cü il tarixli ifadəsinin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2024-cü il tarixdə gecə saat 04 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə ünvanında yerləşən yarımçıq tikilinin qarşısında Zərərçəkmiş şəxs1 qarşı quldurluq cinayətinin törətdiyi yeri və şəraiti hadisə yerində göstərərək ifadəsinin doğruluğunu təsdiq etmişdir. (Cild 1 i.v. 121-125) 11 iyun 2024-cü il tarixli ifadənin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə saat 17 radələrində Biləsuvar şəhəri, A.Cəlilov küçəsində Şahid1 məxsus VAZ-2106 markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilidən Zərərçəkmiş şəxs2 məxsus içərisində pul olan kisəni oğurladığı yeri və cinayəti törətdiyi şəraiti hadisə yerində göstərərək ifadəsinin doğruluğunu təsdiq etmişdir. (Cild 1 i.v. 242-244) 18 aprel 2024-cü il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 13 aprel 2024-cü il tarixdə gecə saat 04 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə ünvanında yerləşən yarımçıq tikilinin qarşısında ona qarşı quldurluq cinayətini törətmiş Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş digər şəxslərin arasında tanımışdır. (Cild 1 i.v. 33-35) 18 aprel 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs 2015-0000-0324-9096 nömrəli «Araz» müştəri kartı və 5239- 1517-8172-8582 nömrəli «Birbank» kartını könüllü olaraq istintaqa təqdim edərək bildirmişdir ki, həmin kartları o, 13 aprel 2024-cü il tarixdə gecə saat 04 radələrində ələ keçirdiyi pul qabının içərisindən götürmüşdür. Həmin 2015-0000-0324-9096 nömrəli «Araz» müştəri kartı və 5239-1517-8172-8582 nömrəli «Birbank» kartı cinayət işinə əlavə olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 03 may 2024-cü il tarixli, 435 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər başın təpə nahiyəsinin iri ölçülü əzilmiş-cırılmış yarası, sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı yumşaq toxumaların qınçır-şişkinlik halında əzilməsi, alt dodağın əzilmiş-cırılmış yarası küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər vaxtda əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda qeyd olunan və İ.M.Məmmədovanın göstərdiyi şəraitdə, yəni inan bədəninin hissələri ilə yetirilmiş zərbələr, həmçinin yerin bərk səthinə dəyməsi (çırpılması) nəticəsində əmələ gələ bilmələri inkar edilmir. (Cild 1 İ.v.54-56) Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 iyul 2024-cü il tarixli 9/4997nömrəli rəyindən görünür ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 iyul 2024-cü il tarixli 9/4997 nömrəli rəyində göstərilmişdir ki, anoloji malların texniki göstəricilərinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonun və GSM nömrələrin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin aprel ayına olan ora bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 288,00 manat müəyyən olunur, o cümlədən: -01 ədəd «Xiomi» markalı, Redmi Note 12 modelli, 256 GB yaddaşlı, RAM-ı 8 GB olan mobil telefon - 280,00 manat, 01 ədəd 055 ***-**-** GSM nömrə (dublikat)- 4,00 manat, 01 ədəd 050 ***-**-** GSM nömrə (dublikat)- 4,00 manat. (Cild 1 İ.v. 267-270) Məhkəmə-tibbi bioloji ekspertizasının 24 may 2024-cü il tarixli 279/2024-MTBŞ nömrəli rəyindən görünür ki,
1. Zərərçəkmiş şəxs1 AB0 sistemi üzrə qan qurupu:0 alfa beta (İ)
2. Ekspertizaya maddi sübut kimi təqdim edilmiş 01 saylı taxta çubuğa sarınmış pambıq material üzərində insan qanı aşkar olundu. Həmin qan ləkəsində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda: yalnız H antigeni alındı. H antigeni 0 (İ) qan qrupunun əsasını təşkil edir və beləliklə, bu qan ləkəsi 0 (İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər.
3. Ekspertizaya maddi sübut kimi təqdim edilmiş 01 saylı taxta çubuğa sarınmış pambıq material üzərində qan aşkar olunmadı.
4. Ekspertizaya təqdim olunmuş hadisə yerindən götürülmüş obyektlər insanın baş tükləri olub, küt təsir mexanizmi ilə ayrılmışdır. Bu tüklər əsas morfoloji əlamətlər üzrə Zərərçəkmiş şəxs1 baş tükü nümunələri ilə müqayisə edildikdə, onların arasında əsas morfoloji əlamətlər üzrə böyük oxşarlıq aşkar olunduğu üçün, bu tüklərin Zərərçəkmiş şəxs1 məxsus olması inkar olunmur. (Cild 1 İ.v. 259-266) Ambulator məhkəmə-psixiatrik ekspertizasının 08 iyul 2024-cü il tarixli 1977 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törətdiyi axtda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (Cild 1 İ.v. 259-266) Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqtdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona qarşı vurulmuş maddi ziyanı tam ödədiyini, onunla barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Həsənzadə X4 Rayon Məhkəməsinin 04 avqust 2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilənərək 400 manat cərimə cəzasına, Biləsuvar Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2-ci və 177.2.3cü maddələri ilə təqsirli bilənərək 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması və 400 manat məbləğində cərimə cəzasına, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 180.2.2, 180.2.4, 66.2, 67.1, 68.1.1-1, 68.2-ci maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə və 400 manat cərimə cəzasına məhkum edilmiş, 16 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş 04 ay 22 gününü çəkməkdən vaxtından əvvəl şərti azad olunmuşdur. (Cild 1 i.v. 142-143) Bakı şəhər Probasiya Odarəsi və Bİləsuvar rayon İcra Şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş 400 manat cərimə cəzası icra edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 181.2.2-ci maddələri ilə irəli sürülmüş ittihamın qanuni və əsaslı olması məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə ilk olaraq Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə bağlı ittiham üzrə qeyd edir ki, sonuncu məhkəmə baxışı zamanı ifadə verərkən cinayət işinin hallarına uyğun olmayan ifadə vermişdir. Belə ki, o, Anarın avtomobildən tapdığı pulqabının qardaşı Azərə məxsus olduğunu bilmədən ona verməsini göstərmiş, həmin pulqabını oğurlamadığını iddia etmişdir. Məhkəmə bu hissədə onun ifadəsi ilə bağlı qeyd edir ki, məhkəmədə zəərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərkən belə bi hadisənin baş verməsi ilə bağlı heç bir halı göstərməmiş, eyni zamanda istintaq zamanı Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixdə ifadə verərkən Azərə məxsus pulqabını oğurlamasını təsdiq etmişdir. Həmçinin o, Zərərçəkmiş şəxs2 məxsus pulqabını evdə olarkən açdığını bildirsə də, onun ifadəsi həm özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, həm də Şahid2 ifadəsi ilə təkzib edilmişdir. Həm məhkəmə baxışı zamanı, həm də ibtidai istintaq zamanı zərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində Təqsirləndirilən şəxs ona qarşı quldurluq cinayəti törədərkən gördüyünü, sonuncunu tanınmaya təqdimetmə zamanı tanıdığını, başının təpə nahiyyəsindən güclü zərbə vurulduğunu və bu səbəbdən huşunu itirdiyini, ayıldıqda isə “Redmi Note 12” markalı mobil telefonunu və pulqabını cibində tapmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin həmin ifadələri tanınmaya təqdim etmə protokolları, hadisə yerinə baxış və ifadəninin yerində yoxlanılması protokolları ilə dəstəklənmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs1 ifadəsi yuxarıda sadalanan sübutlarla dəstəkləndiyindən inandırıcıdır. Belə ki, Zərərçəkmiş şəxs1 yuxarıda göstərdiyi halları birbiri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmışdır. Bütün bu sübutlar Təqsirləndirilən şəxsin həmin cinayəti törətməsi təsdiq edir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrində qeyri-səmimi, cinayət işinin hallarına uyğun olmayan kimi qəbul edib cinayət məsuliyyətindən yaxa qurtarmağa cəhd kimi qiymətləndirir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 7-ci bəndində göstərilir ki, oğurluq cinayəti talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi andan bitmiş hesab edilir. Cinayət hüququ nəzəriyyəsinə görə quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. Toplanmış subutlardan aydın olur ki, zərərçəkmiş İradə Məmmdova sərxoş vəziyyətdə olmuş, Təqsirləndirilən şəxs müqavimət göstərə biləcək vəziyyət olmamış, Təqsirləndirilən şəxs onun həyati əhəmiyyətli orqanlarına, yəni baş və göz nahiyyəsinə vurmaqla sonuncunun həyatı və sağlamlığı üçün təhlükə yaratmışdır. Ona görə də, onun əməli quldurluq kimi düzgün tövsif edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 181.2.2-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin o, cinayət əməlini təqsirli olaraq törətmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Respublikası Cinayət Məcəlləsinin 177.1 və 181.2.2-ci maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanı tam şəkildə ödəməsini və onunla barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.13-cü və 59.1.14-cü maddələrinə, Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmamasını CM-nin 59.2-ci maddəsinə əsasən əməlində onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar cinayətlərin residividir. Bundan başqa, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin məcmusu var və ona görə də, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbi nəzərə alınmaqla təqsirli bilindiyi maddələr ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.2-ci maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və ya saxlanılması barədə məsələ məhkəmə tərəfindən həll edilir (cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edildiyi halda, cəza bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin olunur). Məhkəmə təqsirləndirilən şəxsin tərəfindən törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə hesab edir ki, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə cəza təyin edilməli və Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş, lakin çəkilməmiş 400 (dörd yüz) manat miqdarında cərimə cəzası və 04 (dörd) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin ediləcək cəza ilə tam və ya qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə və 181.2.2-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.1 və 181.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ağır cəzanın yuxarı həddinin yarısından az olmayaraq cəza təyin etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxslərin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək cəza zamanı nəzərə alınmalı və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 may 2024-cü tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub cinayət işinin materiallarına əlavə edilən 01 ədəd 2015- 0000-0324-9096 nömrəli «Araz» müştəri kartı və 01 ədəd 5239-1517-8172-8582 nömrəli «Birbank» kartı Zərərçəkmiş şəxs1 qaytarılmalı, Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilmiş hadisə yerinə baxış keçirilərkən götürülmüş qan və tük nümunələri məhv edilməlir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasına sərf edilmiş 50 (əlli) manat məbləğində ekspertiza xərcin Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müvafiq olaraq “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 70 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki idda yoxdur, xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 181.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2ci maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsinin şərti olaraq vaxtından əvvəl azadetmə ilə əvəz edilməsi barədə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ləğv edilsin. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş, lakin çəkilməmiş 400 (dörd yüz) manat miqdarında cərimə cəzası və 04 (dörd) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş 09 (doqquz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona hökmlərin məcmusu qaydasında 400 (dörd yüz) manat miqdarında cərimə cəzası və 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 400 (dörd yüz) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 11 may 2024-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub cinayət işinin materiallarına əlavə edilən 01 ədəd 2015-0000-0324-9096 nömrəli «Araz» müştəri kartı və 01 ədəd 5239-1517-8172-8582 nömrəli «Birbank» kartı Zərərçəkmiş şəxs1 qaytarılsın, Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilmiş hadisə yerinə baxış keçirilərkən götürülmüş qan və tük nümunələri məhv edilsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasına sərf edilmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Kamran Muxtarov X10 Azər Tağıyev