Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-529/2021 27.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Kamran oğlunun, X1 Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 65, mənzil 109-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 iyun 2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs5 MMC-nin müqavilə əsasında icarəyə işlətdiyi Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 14 ünvanında yerləşən «Buta Naximov» adlı aptekin yaxınlığına gəlmiş, orada o, gələn olarsa xəbər vermək üçün yaxınlıqda dayanıb ətrafa göz gəzdirmiş, Zərərçəkmiş şəxs1 isə aptekin plastik qapısının kilidini üzərində olan vintaçan alətlə qırıb içəri qanunsuz daxil olaraq, orada saxlanc yeri hesab olunan kassa aparatından 1460 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs5 MMC-yə 1460 (bir min dörd yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, o, 13 avqust 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113 nömrəli binanın həyətində tanışı Zərərçəkmiş şəxs1 ilə şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs1 oğurluq yolu ilə əldə etdikləri pulu bölməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı ilk olaraq Zərərçəkmiş şəxs1 onu yumruq və təpiklə vurub boğazından tutub boğmaqla başın sağ gicgah nahiyəsində qansızma, boyun, döş qəfəsinin ön səthi, sağ bazu və sağ said nahiyələrində qançırları ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirdikdən sonra, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 özündən uzaqlaşdırmaq məqsədi ilə üzərindəki istintaqla müəyyən edilməmiş bir tərəfi deşici-kəsici xassəyə malik olan bıçaqla Zərərçəkmiş şəxs1 qəsdən 4 dəfə vuraraq, ona qarın nahiyəsinin sol yarısının yan səthindən daxilə - plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş - kəsilmiş yara, sol böyrəyin kəsilmiş yarası və daxili qanaxma ilə nəticələnən sol bel nahiyəsindən daxilə retroperitonal və peritonal boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yara, sol bazunun dəlib keçən və sol budun kəsilmiş yaraları ilə nəticələnən həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bundan əlavə, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə 14 avqust 2020-ci il tarixdə saat 03:50-də Zərərçəkmiş şəxs4 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 23 nömrəli ünvanda icarə əsasında işlətdiyi “Şərab Evi” adlı mağazasının plastik qapısını özü ilə gətirdiyi vintaçan alətlə kilidindən ayırıb açmaq yolu ilə mağazaya qanunsuz daxil olub, oradan masanın üzərindəki kağız qutunun içərisindən 1415 manat və plastik materialdan olan alışqan qutunun içərisindən 25 manat xırda qəpikdən ibarət ümumilikdə 1440 manat nağd pulu və vitrində olan 1 ədədi 3,90 olmaqla cəmi 39 manat dəyərində “sobranie” markalı, 1 ədədi 3,50 manat olmaqla cəmi 21 manat dəyərində “kent4” markalı cəmi 60 manat dəyərində siqaretləri gizli talayıb Zərərçəkmiş şəxs4 cəmi 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmçinin, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 04 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində Şahid6 direktoru olduğu Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 67 nömrəli ünvanda yerləşən “xxxx” MTK-ya məxsus tikilməkdə olan 2 bloklu 9 mərtəbəli yaşayış binasının həyətyanı sahəsinə hasardan aşaraq qanunsuz daxil olmuş, Təqsirləndirilən şəxs2 gələn olarsa xəbər vermək üçün hasarın yanında dayanmış, o isə həmin sahədə yerləşən anbarın üzərində olan asma kilidi yerdən tapdığı dəmir parçası ilə qırıb açmaq yolu ilə anbara qanunsuz daxil olmaqla, oradan Zərərçəkmiş şəxs2 Kamran oğluna məxsus 1 ədədinin qiyməti 250 manat olmaqla 750 manat dəyərində 03 ədəd “Makita” markalı elektrik mişarını, 01 ədəd 175 manat dəyərində “Lense” markalı laqondanı, 01 ədəd 210 manat dəyərində “Bosch” markalı laqondanı, 01 ədəd 140 manat dəyərində “Piter” markalı drel-perefaratoru, 01 ədəd 300 manat dəyərində “Bosch” markalı drel-perefaratoru, 01 ədəd 120 manat dəyərində sadə dreli, həmçinin, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 440 manat dəyərində “Bosch” markalı nevelir aparatını gizli talayıb, Zərərçəkmiş şəxs2 Kamran oğluna 1695 (bir min altı yüz doxsan beş) manat, Zərərçəkmiş şəxs3 440 (dörd yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 04 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində Şahid6 direktoru olduğu ünvan 4 ünvanda yerləşən “xxxx” MTK-ya məxsus tikilməkdə olan 2 bloklu 9 mərtəbəli yaşayış binasının həyətyanı sahəsinə hasardan aşaraq qanunsuz daxil olmuş, o, gələn olarsa xəbər vermək üçün hasarın yanında dayanmış, Təqsirləndirilən şəxs1 isə həmin sahədə yerləşən anbarın üzərində olan asma kilidi yerdən tapdığı dəmir parçası ilə qırıb açmaq yolu ilə anbara qanunsuz daxil olmaqla, oradan Zərərçəkmiş şəxs2 Kamran oğluna məxsus 1 ədədinin qiyməti 250 manat olmaqla 750 manat dəyərində 03 ədəd “Makita” markalı elektrik mişarını, 01 ədəd 175 manat dəyərində “Lense” markalı laqondanı, 01 ədəd 210 manat dəyərində “Bosch” markalı laqondanı, 01 ədəd 140 manat dəyərində “Piter” markalı drel-perefaratoru, 01 ədəd 300 manat dəyərində “Bosch” markalı drel-perefaratoru, 01 ədəd 120 manat dəyərində sadə dreli, həmçinin, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 440 manat dəyərində “Bosch” markalı nevelir aparatını gizli talayıb, Zərərçəkmiş şəxs2 Kamran oğluna 1695 (bir min altı yüz doxsan beş) manat, Zərərçəkmiş şəxs3 440 (dörd yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 təxminən 2020-ci ilin iyun ayndan tanımış, Ayxan tez-tez dostları ilə Xəzər Univermağının yanına getmişdir. Ayxanın dostlarından biri onun tanışı olmuş, həmin tanışının vasitəsilə Ayxan ilə tanış olub münasibət qurmuşlar. Ayxanla tanış olduqdan sonra Ayxan ona Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 51 nömrəli avtobus marşrutunun sonuncu dayanacağının yanında yerləşən aptekdən oğurluq etməyi təklif etmişdir. O da maddi vəziyyətim pis olduğu üçün Ayxanın təklifini qəbul etmişdir. Bu məqsədlə tanışı Ayxanla birlikdə 27 iyun 2020-ci il tarixdə təxminən saat 03 radələrində oğurluq etmək üçün ünvan 5 ünvanda yerləşən 51 saylı marşurut avtobusunun son dayanacağına getmişlər. Həmin vaxt onlar orada «Buta Naximov» adlı aptekin olduğunu görərək həmin aptekdən oğurluq etmək qərarına gəlmişlər. Bir qədər ətrafa göz gəzdirmişlər və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra Ayxan aptekin giriş qapısına yaxınlaşaraq əlində olan vintaçan alət ilə qapını açıb aptekə daxil olmuşdur. O, isə gələn olarsa Ayxana xəbər vermək üçün kənarda Ayxanı gözləməyə başlamışdır. Ayxan aptekə daxil olub kassa aparatının içərisindən pulları götürmüş və onlar aptekdən çıxıb qaçaraq oradan uzaqlaşmışlar. Daha sonra markasını və dövlət qeydiyyat nişanını xatırlaya bilmədiyi taksi ilə “Neftçilər” metrostansiyasının yaxınlığındakı “My Life” otelə getmişlər. Ayxanın kassadan nə qədər pul götürdüyünü ilk əvvəl görməmiş, lakin oteldə olarkən Ayxan pulu onun yanında saymağa başlamışdır. Həmin vaxt o, Ayxanın 840 manat pul saydığını görmüş, sonradan isə o, aptekdən 1460 manat pul oğurlandığını bilmiş, lakin onlar bir yerdə olduqları üçün pulu bölməmişlər. Belə ki, Ayxan pulu bir yerdə ortaq şəkildə xərcləyəcəklərinə söz vermiş, həmin gün oteldə qalaraq gecəni oteldə keçirmişlər. Səhər açılan zaman Ayxan onu oyadaraq pulu hara qoyduğunu soruşmuş, o, pulu nə edəcəyini soruşanda Ayxan aşağı düşüb otelin pulunu verib gələcəyini demişdir. O, pulu şkafa qoyduğunu Ayxana demiş, Ayxan pulu götürüb aşağı düşsə də, geri qayıtmamışdır. O, bundan şübhələnib aşağı düşmüş və qəbul şöbəsindən Ayxanın hara getdiyini öyrənmək istəmiş, qəbul şöbəsində Ayxanın otağın açarını təhvil verib getdiyini və bir daha gəlməyəcəyin bildirmişlər. Otelin pulunu isə Ayxan tam şəkildə ödəmiş, o da çarəsiz oteldən ayrılıb öz ailəsi ilə yaşadığı Bakı şəhəri, Xətai rayonu Gəncə prospektindəki evinə qayıtmışdır. Ayxan və o, mobil telefon işlətmədikləri üçün Ayxanla əlaqə saxlaya bilməmiş, o evdə bir neçə gün Ayxanın gələrək oğurladıqları puldan ona da verməsini ümidlə gözləmişdir. Lakin Ayxan onun yanına gəlməmiş, 13 avqust 2020-ci il tarixdə saat 15 radələrində qardaşı Marat evə qalxaraq dostu Ayxanın onu aşağıda gözlədiyini demişdir. O, Maratın sözündən sonra evlərindəki mətbəxdən bıçağı götürüb aşağı məhəlləyə düşmüş, düşən zaman Ayxanı yaşadıqları binanın qarşısında tanımadığı bir nəfər şəxslə görmüşdür. O, Ayxana yaxınlaşıb normal şəkildə salam verib görüşmək istəyərkən Ayxan onun üzərinə gələrək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Ayxan ona həmin tanımadığı şəxsin yanında özünü göstərmək üçün nə üçün onu oteldə tək qoyub qaçmağını irad tutmuşdur. Halbuki onu Ayxan oteldə tək qoyub pullarla birlikdə qaçmış, Ayxanın bu sözləri onu daha da əsəbiləşdirmiş və o, Ayxana söyüş söyməməsini bildirmişdir. Ayxan bundan sonra üzərinə gəlib əlləri ilə onu boğmağa başlamış, həmin vaxt onlar əlbəyaxa olmuş, Ayxanın yanındakı həmin şəxs onları ayırmağa başlamışdır. Ayxan yumruqla onun qarnına vurmuş, o bundan sonra Ayxana gücünün çatmayacağını başa düşmüş və kəmərinin arxa hissəsinə keçirtdiyi bıçağı çıxarıb Ayxanın sol ayağından bir dəfə vurmuşdur. O, ilk bıçaq zərbəsini vuran zaman Ayxan onun boğaz nahiyəsindən daha da sıxıb boğmağa başlamış, o da çarəsiz ikinci dəfə Ayxanın sol böyrək nahiyəsindən bıçaqla vurmuş, lakin Ayxan onun boğazını yenə də buraxmamışdır. O, artıq boğulmağa başlayaraq təngnəfəs olmuş, Ayxanın onu buraxmayacağını anlayıb yenə üçüncü dəfə Ayxanın sol böyrək nahiyəsindən bıçaqla vurmuş, dördüncü bıçaq zərbəsini isə Ayxanın sol qol nahiyəsindən vurmuşdur. Dördüncü bıçaq zərbəsini vurduqdan sonra Ayxanın boğazını tutduğu əllərinin boşaldığını hiss etmiş və Ayxanı özündən aralamış, əlindəki qanlı bıçağı isə yerə tullamış və həyəcanlı şəkildə qaçıb uzaqlaşmaq istəmişdir. Bütün bu hadisələr yaranan zaman Ayxanın yanında gələn tanımadığı şəxs onları ayırmış və hər şey həmin şəxsin gözü qarşısında baş vermişdir. Ayxanı bıçaqla vuran zaman həyəcanlı olduğu üçün ətrafda kənar şəxslərin olubolmadığını görməmiş, bıçağı yerə tullayıb oradan uzaqlaşaraq qaçmışdır. Qaçan zaman o, pilləkənlə aşağı düşüb digər məhəllənin arxa tərəfindən fırlanıb evinə getmək istəmiş, pilləkəndən düşən zaman tanışı Şamxalın pilləkənlə yuxarı qalxan görmüşdür. Daha sonra cəld şəkildə oradan uzaqlaşıb qaçmış və arxa tərəfdən fırlanıb evinə getmiş, evə gedən zaman qardaşı Maratın evdə olduğunu görmüşdür. O, Marata baş vermiş hadisə haqqında heç nə deməmiş, Marat bir neçə dəqiqədən sonra hava almaq məqsədilə aşağı düşmüşdür. Bir neçə saatdan sonra Marat evə qayıtmış və Ayxanın yaralı olduğunu, bunun onunla bir əlaqəsi olub-olmadığını soruşmuşdur. O, baş vermiş hadisəni Marata danışmış, Marat dərhal polisə zəng etmək lazım olduğunu demişdir. Maratın sözlərindən belə başa düşmüşdür ki, Marat aşağı düşən zaman Ayxanı yaralı vəziyyətdə görmüş, orada Şamxal və Marat özü Ayxana ilkin tibbi yardım göstərməyə çalışmışlar. Lakin Ayxanın yanında olan tanımadığı şəxsin orada olmadığını demiş, polisə xəbər veriləcəyindən o, qorxduğu üçün 13 avqust 2020-ci ilin axşam saatlarında evi tərk etmişdir. Həmin vaxt valideynləri evdə olmamış, 13 və 14 avqust tarixlərində qorxduğu üçün evə getməmiş və gecəni müxtəlif parklarda keçirmişdir. 14 avqust 2020-ci il tarixdə saat 03-04 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə piyada hərəkət edən zaman avtomobil yolunun kəxxxxda şərab evi olduğunu görmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. Buna görə də, yerdən dəmir parçası taparaq şərab evinə yaxınlaşmış, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin dəmir parçasını şərab evinin alüminium qapısını boşluq hissəsinə salıb fiziki güc tətbiq etməklə qapını açıb içəriyə daxil olmuşdur. Heç kimin onu tanımaması üçün ağız nahiyəsinə tibbi maska taxmış, həmin vaxt girişlə üzbə-üz yerləşən piştaxtanın arxasına keçmiş və taxta siyirməni açıb oradan 35 manat kağız pul və üzərində qəpiklər olan qara rəngli qutunu götürüb şalvarımın cibinə qoymuşdur. Bundan sonra satış rəfindən 9 qutu “Sobranie” markalı siqaret götürüb şərab evini tərk etmiş, çölə çıxdıqdan sonra şərab evinin arxa hissəsinə keçib qaranlıq tərəfə qaçmışdır. Oğurladığı qara rəngli qutunun üzərindəki qəpikləri saydıqda orada ümumilikdə 3 manat məbləğində qəpik olduğunu aşkar etmişdir. Oğurladığı siqaretləri özü istifadə etmiş, pulları isə xərcləmiş, 15 avqust 2020-ci il tarixdə səhər saatlarında evinə getmişdir. Evə gedən zaman ailə üzvlərinin məsələdən xəbərləri olduğunu anlamış, qardaşı Maratı ona görə Xətai RPİ-nin 35-ci polis bölməsinə aparmışlar. Qardaşının bölmədə olduğunu eşidib özü könüllü şəkildə təslim olmaq üçün Xətai RPİ-nin 35-ci polis bölməsinə yaxınlaşmış və törətdiyi əməli səmimi şəkildə etiraf etmişdir. Bundan başqada 04 oktyabr 2020-ci il tarixdə yaşadığı ünvanın qarşısındakı məhəllədə dostu ilə gəzişən zaman uzaqdan tanışı Turalın fikirli halda gəldiyini görmüşdür. O, yanındakı dostu ilə sağollaşıb Turalın yanına gedərək vəziyyəti barədə maraqlanmış, Turaldan uşağının necə olmasını soruşanda Tural ona uşağının əməliyyata ehtiyacı olduğunu, özünün isə işsizdir olduğu üçün əməliyyat üçün lazım olan 700 manat pulu tapa bilmədiyini demişdir. Bundan sonra onun Turala yazığı gəlmiş və Turala içindən kömək etmək hissi oyanmış, sonra onlar söhbət edərək siqaret almaq üçün mağazaya getmişlər. Piyada Turalla birlikdə gəzərkən saat təxminən 20 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 67 ünvanına çatan zaman tikilməkdə olan “xxxx” MTK-nın yarımçıq təmirli binasını görmüşlər və o, Turala, tikintinin içərisinə girib yoxlamağı, əgər içəridə satlıq nə isə əşya varsa oğurlayıb aparıb satmağı təklif etmişdir. Bundan sonra Tural onunla razılaşmış, tikintinin ətrafı dəmirlə hasarlanmış, arxa tərəfində isə daş hasar olmuşdur. Əsas giriş bağlı olduğu üçün onlar hasarın arxa daş olan tərəfinə keçib içəri girməyin mümkün olubolmadığını yoxlamışlar. İkisi də içəri tullanıb ətrafa göz gəzdirmiş və binanın həyətində qapısında qıfıl olan bir ədəd anbar gözlərinə sataşmış, sonra hasarın yanına getmişlər. Turalla belə razılaşmışlar ki, Tural hasarın yanında gözləyəcək, o, da qıfılı qırıb anbara girib əşya varsa gətirəcəkdir. Bundan sonra Tural hasardan bayıra tərəf tullanmış, sonra o, ətrafa göz gəzdirərək yerdən vintaçana oxşar dəmir parçası taparaq həmin əşya ilə qıfılı sındırmışdır. O, anbara daxil olub oradan üç ədəd drel və bir ədəd elektrik mişarı gətirib daş hasarın üzərinə qoymuş, Tural da hasarın üzərindən əşyaları götürüb yanındakı Nar ağacının altına qoymuşdur. Bundan sonra o, yenidən anbara daxil olaraq oradan iki ədəd laqonda, iki ədəd direl və 1 ədəd nivelir aparatını götürüb anbardan çıxmış, hamısını götürə bilmədiyinə görə o, Turalı köməyə çağırmışdır. Tural da hasardan içəri tullanıb laqondanı və elektrik mişarının birini onun əlindən alıb daş hasarın üzərinə qoymuş və hasardan tullanıb bayır tərəfə keçmişdir. Daha sonra hasarın üzərindən laqondanı götürüb nar ağacının altına qoymuş, o da elektrik mişarını, bir ədəd laqondanı və bir ədəd nivelir aparatını daş hasarın üzərinə qoyub digər tərəfə tullanmışdır. Sonra yandakı zibillikdən böyük zənbil tapmış və həmin əşyaları zənbilə yığmış, sonra zənbilin bir tərəfindən o, digər tərəfindən isə Tural yapışıb zənbili məhəllələrinə aparmaq qərarına gəlmişlər. Onlar zənbili bir qədər daşıdıqdan sonra qarşılarına tanışı Şamxal çıxmış, Şamxal onlara arxayın şəkildə sual vermişdir ki, “əşyaları götürdünüz?”. Onlar da təəccüblə Şamxala baxaraq bunu haradan bildiyini düşünməyə başlamış, lakin Şamxal uzaqdan hər şeyi gördüyünü onlara demişdir. Şamxal onlara əşyaları onun maşınına yükləməyi bildirmiş, onlar Şamxalla razılaşıb əşyaları Şamxalın avtomobilinin yük hissəsinə yükləmiş, sonra avtomobillə yaşadıqları məhəlləyə getmişlər. Şamxal avtomobilini Turalın yaşadığı binanın qarşısında saxladıqdan sonra Tural Həbib adlı şəxsə zəng vuraraq Həbibə satdıq təmir alətləri olduğunu bildirmiş, Həbib yaşadığı binanın həyətinə düşükdən sonra Şamxal ilə Tural avtomobilin yük yerində olan əşyalardan 02 ədəd laqonda və 1 ədəd dreli götürüb Həbib yaxınlaşmışdır. O, həmin vaxt kənarda Şamxala məxsus avtomobilin yanında dayanmış, Həbib Turaldan əşyaların kimə məxsus olduğunu soruşan zaman Şamxal yalandan Həbibə əşyaların atasının mebel sexindən gətirdiyini, sex bağlandığı üçün satmaq istədiyini demişdir. Şamxalın sözlərini Tural da təsdiq etdikdən sonra Həbib 2 ədəd laqonda və 1 ədəd dreli 60 manat pul verib onlardan almışdır. Bundan sonra avtomobildə olan əşyaların bir hissəsini Turalın evinə qoysalar da, bir hissəsini Şamxalın maşınında qalmış, oradan o öz evinə getmişdir. Həmin 60 manat puldan ona heç nə verilməmiş, səhəri gün Turalla görüşən zaman Turaldan əşyaları satıb satmadığını və əməliyyat pulunu düzəldibdüzəltmədiyini soruşmuşdur. Lakin Tural əşyaları hələ satmadığını bildirib sonra Şamxalla 14 manat pul göndərdiyini demişdir. Şamxalın həmin pulu ona verib-vermədiyini soruşanda Şamxalın ona pul vermədiyini demiş, bu hadisədən bir neçə gün sonra isə evlərinə polis əməkdaşları gələrək onu polis bölməsinə dəvət etmişlər. Sonra polis əməkdaşları ona oğurluq etdiyini və buna görə də bölməyə gətirildiyini demiş, o da bölmədə olarkən hər şeyi etiraf etmişdir. O, Turala əməliyyat pulunu düzəltməkdə kömək etmək məqsədi ilə bu əməli törətmiş, çünki Turalın uşağına yazığı gəlmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2014-cü il tarixdə “Azersun” şirkətində fəhlə işləmiş, sonra bir müddət işsiz qaldıqdan sonra Panorama parkda usta işləmişdir. Bundan sonra 4-5 ay işsiz qalmış və maddi cəhətdən çətinlik çəkmiş, bundan əlavə uşağının burun nahiyəsində damar genişlənməsi ilə bağlı şiş olduğu üçün əməliyyat lazım olmuşdur. Lakin əməliyyat üçün təxminən 700 manat pul lazım olsa da, onun maddi imkanı bu pulu tapmalarına imkan verməmişdir. 04 oktyabr 2020-ci il tarixdə axşam saatlarında məhəllədə fikirli halda gəzişmiş, bu zaman tanışı Ənvər qarşısına çıxmış, Ənvərlə o, yaxın məhəllədə yaşamış və onların münasibətləri normal olmuş, Ənvərlə o, söhbət edən zaman Ənvərə uşağının xəstə olduğunu demişdir. Ənvər onun vəziyyətinin çox pis olduğunu görüb nə kömək lazımdısa etməyə hazır olduğunu bildirmişdir. Sonra Ənvərlə söhbət edə-edə birlikdə mağazaya siqaret almağa getmiş, piyada Ənvərlə birlikdə gəzərkən saat təxminən 20 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 67 ünvanına çatan zaman tikilməkdə olan “xxxx” MTK-nın yarımçıq təmirli binasının yanından keçmişlər. Həmin vaxt Ənvər ona tikintinin içərisinə girib yoxlamağı, əgər içəridə satlıq nə isə əşya varsa oğurlayıb aparıb satmağı təklif etmişdir. O, əvvəlcə Ənvərin təklifi ilə razılaşmasa da sonradan Ənvərlə razılaşmış, tikintinin ətrafı dəmirlə hasarlanmış, arxa tərəfində isə daş hasar olmuşdur. Əsas giriş bağlı olduğu üçün onlar hasarın arxa daş olan tərəfinə keçib içəri girməyin mümkün olub-olmadığını yoxlamışlar. Həmin vaxt əvvəlcə Ənvər tullanıb içəri keçdikdən sonra o, arxası ilə oraya tullanmış, onlar ətrafa göz gəzdirmiş və binanın həyətində qapısında qıfıl olan bir ədəd anbar gözlərinə sataşmış sonra onlar hasarın yanına getmişlər. Ənvərlə belə razılaşmışlar ki, o, hasarın yanında gözləyəcək, Ənvər qıfılı qırıb anbara girəcək, əşya varsa götürüb gətirəcəkdir. Bundan sonra o, hasardan bayıra tərəf tullanmış, bir qədər keçdikdən sonra Ənvər üç ədəd drel və bir ədəd elektrik mişarı gətirib daş hasarın üzərinə qoymuşdur. O, hasarın üzərindən əşyaları götürüb yanındakı nar ağacının altına qoymuşdur. Bir neçə dəqiqədən sonra Ənvər onu köməyə çağırmış, o da məcbur olub hasardan içəri tullanmış, içəri tullanarkən Ənvərin anbardan çıxdığını və əlində iki ədəd laqonda və iki ədəd elektrik mişarı və bir ədəd nivelir aparatı gətirdiyini görmüşdür. O, Ənvərdən anbarın qapısını necə açdığını soruşduqda Ənvər qıfılı üzərində olan vintaçanla açdığını bildirmişdir. O, laqondanın və elektrik mişarının birini Ənvərin əlindən alıb daş hasarın üzərinə qoymuş və hasardan tullanıb bayır tərəfə keçmiş, sonra hasarın üzərindən laqondanı götürüb nar ağacının altına qoymuşdur. Ənvər də eyni qaydada elektrik mişarını, bir ədəd laqondanı və bir ədəd nivelir aparatını daş hasarın üzərinə qoyub onun tərəfə tullanaraq əşyaları götürüb nar ağacının altına qoymuşdur. Sonra yandakı zibillikdən böyük zənbil taparaq həmin əşyaları zənbilə yığmış, zənbilin bir tərəfindən o, digər tərəfindən isə Ənvər tutmuş və onlar zənbili məhəllələrinə aparmaq qərarına gəlmişlər. Onlar zənbili bir qədər daşıdıqdan sonra qarşılarına tanışları Şamxal çıxmış, Şamxal onlara arxayın şəkildə sual vermişdir ki, “əşyaları götürdünüz?” onlar da təəccüblə Şamxala baxaraq bunu haradan bildiyini düşünmüşlər. Şamxal uzaqdan hər şeyi gördüyünü onlara demiş, Şamxal onlara əşyaları maşınına yükləmələrini bildirmişdir. Onlar Şamxalla razılaşıb əşyaları Şamxalın avtomobilinin yük yerinə yükləmiş, sonra avtomobillə yaşadıqları məhəlləyə gedib Şamxal avtomobili Həbibin dükanın qarşısında saxlamışdır. Həbib onunla bir binada qonşuluqda yaşamış və o, Həbibin usta olduğunu bilmişlər. Buna görə də Həbibin mobil nömrəsinə zəng vuraraq Həbibə tanışı Şamxalın atasının sexi olduğunu, həmin sexin bağlandığını, sexdə olan təmir alətlərini satmaq istədiyini demişdir. Həbib də ona aşağı düşüb baxacağını bildirmiş və təxminən 5 dəqiqə sonra Həbib yaşadıqları binanın həyətinə düşərək onlara yaxınlaşmışdır. Həmin vaxt Şamxal avtomobilin yük yerini açmış və Həbib avtomobildə olan əşyalar baxaraq 2 ədəd laqonda və 1 ədəd dreli göstərib həmin əşyaları bəyəndiyini bildirib almaq istədiyini demişdir. Bundan sonra Həbib 2 ədəd laqonda və bir ədəd drel aparatına görə onlara 60 manat pul vermişdir. Şamxalın idarə etdiyi avtomobilin yük yerində olan əşyalardan 2 ədəd elektrik mişarını və 1 ədəd nivelir aparatını o, götürmüş, 2 ədəd drel və 1 ədəd elektrik mişarı isə Şamxalın avtomobilində qalmışdır. Əldə etdikləri 60 manat puldan 22 manatını xərcləyərək siqaret, ərzaq və benzin alınmış, qalan 38 manat puldan 24 manat özünə götürmüşdür. Oğurluq edən zaman Ənvər əşyaları sataraq əldə ediləcək puldan ona da verməyini xahiş etmiş, buna görə də o, 14 manat pulu Şamxala vermişdir ki, aparıb Ənvərə versin. O, götürdüyü əşyaları evinə aparmış, Ənvər isə heç nə götürməmiş, səhəri gün, yəni 05 oktyabr 2020-ci il tarixdə tanışı Mahir onunla görüşən zaman təmirlə bağlı elektrik mişarı axtardığını bildirmişdir. O da Mahirə onda elektrik mişarı olduğunu bildirib 2 ədəd mişarı işlədib qaytarmaq şərti ilə Mahirə vermişdir. Mahir də ona mişarları işlədib qaytaracağını demiş, həmin vaxt o, blokdan çıxarkən Mahirin blokun qarşısında usta Elsevərlə danışdığını görmüşdür. Mahir onun yanına gələrək Elsevərin həmin elektrik mişarlarını almaq istədiyini demiş, o da Mahirlə birlikdə Elsevərin yanına getmişdir. Elsevər ona bu aparatların ikisinə birlikdə 50 manat pul verəcəyini demiş, o da razılaşmış və elektrik mişarlarının iksini 50 manata Elsevərə satmışdır. Həmin 50 manatı öz şəxsi ehtiyacları üçün xərcləmiş, bir neçə gündən sonra isə polis əməkdaşlarının onu axtardığını öyrənmişdir. O, sahə müvəkkili və əməliyyatçılar ilə birlikdə 35-ci polis bölməsinə getmiş, bölmədə ondan hadisə barədə polis əməkdaşları soruşduqda o, hər şeyi etiraf etmiş və polis əməkdaşlarının iştirakı ilə ilk öncə Həbibə satdıqları bir ədəd laqondanı və bir ədəd dreli aparatını, Elsevərdən isə 2 ədəd elektrik mişarını geri almış və əşyalarla birlikdə bölməyə getmişlər. O, tanışı Ənvərlə birlikdə qeyd olunan anbardan markasını xatırlamadığı 03 ədəd elektrik mişarı, 02 ədəd laqunda, 03 ədəd drel və 01 ədəd nivelir aparatını oğurlamışlar. Oğurladığı əşyalardan 02 ədəd laqunda və 1 ədəd dreli qonşuluqda yaşayan Həbibə, 02 ədəd elektrik mişarını Elsevərə satmış, 2 ədəd drel və 1 ədəd elektrik mişarı isə Şamxalda qalmış, 1 ədəd nivelir aparatını isə özünə götürmüşdür. Onlar oğurladıqları əşyalardan 2 ədəd laqunda və 1 ədəd dreli Həbibə satan zaman Şamxal həmin əşyaların atasına məxsus olduğunu və işlətdikləri sex bağladığı üçün satmaq istədiyini bildirmişdir. O da Şamxalın dediklərini təsdiq edərək həmin əşyaların Şaxmalın atasına məxsus olduğunu bildirdikdən sonra Həbib həmin əşyaları almışdır. Həmçinin Elsevərə də, 02 ədəd elektrik mişarını satan zaman oğurluq olduğunu deməmiş, Şamxal adlı şəxs onunla bir məhəllədə yaşayan X5r. Şamxal dövlət qeydiyyat nişanını xatırlamadığı qırmızı rəngli “Chevrolet” markalı avtomobili idarə etmişdir. Hazırda əməlindən peşman olduğunu bildirərək, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 təxminən 6 ay olar ki, tanımış, tez-tez dostları ilə Xəzər Univermağının yanına getmişlər. O, Ənvəri Şamxalın vasitəsi ilə tanımış və onunla münasibət qurmuşdur. 26 iyun 2020-ci il tarixdə Ənvərlə bir yerdə olan zaman o, Ənvərə Naximovda 51 nömrəli avtobus marşurutunun sonuncu dayanacağının yanında yerləşən aptekdən oğurluq etməyi təklif etmiş, Ənvər də onunla razılaşmışdır. 27 iyun 2020-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən “Buta Naximov” aptekin qarşısına getmişlər. Onlar qapıya baxan zaman qapının bağlı olduğunu görmüşlər. Üzərində olan vintaçanla o, qapını açaraq içəri daxil olmuş, Ənvərə isə qapının qarşısında gözləməsini, gələn olarsa xəbər etməsini bildirmişdir. O, içəri daxil olub, aptekin kassasında olan pulları götürüb aptekdən çıxmış və Ənvərlə birlikdə qaçaraq oradan uzaqlaşmışlar. Kənarda pulları sayan zaman 1460 manat pul olmasını görmüş, sonra markasını və dövlət qeydiyyat nişanını xatırlaya bilmədiyi taksi ilə “Neftçilər” metrostansiyasının yaxınlığında olan “My Life” otelə getmişlər. Onlar bir yerdə olduqları üçün pullar bölünməmiş, pulu bir yerdə ortaq şəkildə xərcləyəcəklərinə söz vermişlər. Həmin gün oteldə qalıb gecəni oteldə keçirib səhər açılan zaman o, Ənvəri oyadaraq pulu hara qoyduğunu soruşmuş, Ənvər pulu nə edəcəyini soruşanda aşağı düşüb otelin pulunu verib gələcəyini demiş, Ənvər pulu şkafa qoyduğunu demiş, pulu götürüb o, aşağı düşmüşdür. O, orada otağın pulu üçün otelə 50 manat pul ödəmiş və pulun qalan hissəsini cibinə qoyub işlərinin arxasınca getmiş, onun özünün bir neçə yerə borcu olmuş və həmin borcları verdikdən sonra Ənvərlə görüşüb Ənvərin də pulunu verəcəyini fikirləşmişdir. 13 avqust 2020-ci il tarixdə saat 15 radələrində o, Şamxalla görüşmüş və birlikdə Ənvərlə gedib görüşməyi orada Ənvərin pulunu qaytaracağını demişdir. O, həyətdə Ənvərin qardaşı Maratı görmüş, Marata yuxarı qalxıb, qardaşını çağırmasını demiş, bir müddət sonra Ənvər həyət düşmüş, Ənvər həyətə düşən kimi ona iradını bildirib, onunla kobud danışmağa başlamışdır. O, Ənvərin onunla kobud danışmasından əsəbiləşib, pul vermək barədə fikrini dəyişmiş və Ənvəri kənara çəkmiş, onlar kənara gedən zaman Ənvər ona söyüşlər söymüş və o da əsəbiləşib Ənvəri söymüşdür. Həmin vaxt o, Ənvərin onu söyməsindən əsəbiləşib Ənvəri ayağından vuraraq yıxmaq istəmiş, lakin Ənvər yıxılmamış və o, Ənvərin boğazından tutub boğmağa başlamışdır. Həmin vaxt Ənvər üzərində gətirdiyi bıçaqla onun ilkin olaraq sol ayağından vurmuş, sonra Ənvər ardıcıl olaraq 4 dəfə sol böyrək nahiyəsindən, sonda isə bir dəfə sol qolundan bıçaqla vurmuşdur. Bundan sonra o, özünü pis hissə etmiş və Ənvəri buraxmış, bunda sonra Ənvər və Şamxal qaçaraq oradan uzaqlaşmışlar. Bir müddət sonra o, huşunu itirmiş və özünə gəldikdə 3 nömrəli şəhər klinik xəstəxanasında olduğunu bilmişdir. Həmin hadisə 13 avqust 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 113 saylı binanın həyətində baş vermişdir. Həmin vaxt Şamxal orada olmuş, lakin Şamxal nə onu nə də Ənvəri vurmamışdır. Həmin hadisə ümumilikdə 5-10 dəqiqə davam etmiş, hadisə vaxtı ətrafda kiminsə olmasına fikir verməmiş, hazırda Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Kamran oğlu ifadəsində göstərdi ki, o, bir çox yerlərdə müxtəlif vaxtlarda briqadir vəzifəsində işləmişdir. Təxminən 2 ay olardı ki, “xxxx” MTK-da dəmirçi-qəlibçi briqadir vəzifəsində çalışmış, hər səhər saat 8-də işləri başlamış, axşam saat 6-da isə işləri yekunlaşmışdır. MTK-da işləyən usta və fəhlələr özlərinə məxsus olan tikinti alətlərini hər gün özləri ilə gətirib aparmamaq üçün MTK-nın həyətində olan anbara yığmış, anbarın qapısı işlər bitən kimi anbardar tərəfindən qıfılla bağlanmışdır. Onun özünə məxsus tikinti alətləri olmuş, o da həmin alətləri anbara qoymuşdur. Hər səhər işə gələndə həmin anbardan alətlərini götürüb işə başlamış, 04 oktyabr 2020- ci il tarixdə işə gəlib işləmiş və saat 17 radələrində əşyalarını MTK-nın həyətində olan anbara qoyub işdən çıxmışdır. İşdən çıxan kimi o, öz şəxsi işlərinin arxasınca getmiş, səhəri günü yəni 05.10.2020-ci il tarixdə səhər saat 08 radələrində yenidən işə gələn zaman MTK-da gözətçi vəzifəsində çalışan Asif onları qarşılayaraq dünən gecə tikinti alətlərinin yığıldığı anbardan oğurluq olduğunu demişdir. Bundan sonra o, gözətçi Asif, anbardar Hüseyn və iş icraçısı vəzifəsində çalışan Zərərçəkmiş şəxs3la birlikdə anbara baxış keçirmək qərarına gəlmişlər. Anbarın üzərində qıfıl olmuş, həmin qıfılı gözətçi Şahid7 qapıya taxmış, oğurluq edən şəxslər anbarın qapısının əvvəlki qıfılın sındırıb özləri ilə aparmışlar. Onlar içəri girib anbara baxış keçirmiş, anbara baxış keçirən zaman ona məxsus olan bir ədədinin qiyməti 250 manat olan 03 ədəd “Makita” markalı elektrik mişarının, 01 ədəd 250 manat qiymətində “Lense” markalı laqondanın, 01 ədəd 280 manat qiymətində “bosch” markalı laqondanın, 01 ədəd 200 manat qiymətində “piter” markalı drel-preferatorun, 01 ədəd 300 manat qiymətində ”bosch” markalı drel-preferatorun və 01 ədəd markasını xatırlamadığı 120 manat qiymətində sadə drel aparatının naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişlər. Daha sonra MTK-nın rəhbəri Şahid6 da hadisə yerinə gəlmiş və oğurlanmış əşyalar barədə DİN-nin 102 xidmətinə zəng edib polis əməkdaşlarının hadisə yerinə gəlməsini istəmişdir. Ümilikdə ona 1900 manat məbləğində maddi ziyan dəymiş, hazırda təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, təxminən 2019-cu ilin noyabr ayından etibarən “xxxx” MTK-da iş icraçısı vəzifəsində çalışmışdır. Hər səhər saat 8-də işləri başlamış və axşam saat 6-da isə işləri yekunlaşmışdır. MTK-da işləyən usta və fəhlələr özlərinə məxsus olan tikinti alətlərini hər gün özləri ilə gətirib aparmamaq üçün MTK-nın həyətində olan anbara yığmışlar. Anbarın qapısı işlər bitən kimi anbardar tərəfindən qıfılla bağlanmış, onun da özünə məxsus olan tikinti alətləri olmuş və o da həmin alətləri qeyd etdiyi anbara qoymuşdur. Hər səhər işə gedəndə həmin anbardan alətləri götürüb işə başlamış, 04 oktyabr 2020-ci il tarixdə adi iş günü kimi işə gedib işləmiş və saat 17 radələrində əşyalarını MTK-nın həyətində olan anbara qoyub işdən çıxmışdır. İşdən çıxan kimi o öz şəxsi işlərinin arxasınca getmiş, səhəri günü yəni 05.10.2020-ci il tarixdə səhər saat 08 radələrində yenidən işə gedən zaman MTK-da gözətçi vəzifəsində çalışan Asif onları qarşılamış və dünən gecə tikinti alətlərinin yığıldığı anbardan oğurluq olduğunu demişdir. Daha sonra o, gözətçi Asif, anbardar Hüseyn və briqadir vəzifəsində çalışan Zərərçəkmiş şəxs2la birlikdə anbara baxış keçirmək qərarına gəlmişlər. Anbarın üzərində qıfıl olmuş, həmin qıfılı gözətçi Şahid7 qapıya taxmış, Oğurluq edən şəxslər anbarın qapısının əvvəlki qıfılını sındırıb özləri ilə aparmışdır. Onlar anbara girib anbara baxış keçirmiş, anbara baxış keçirən zaman ona məxsus olan bir ədəd 630 manat qiymətində olan “Bosch” markalı nivelir aparatının naməlum şəxslər tərəfindən oğurlandığı aşkar edilmişdir. Sonra MTK-nın rəhbəri Şahid6 da hadisə yerinə gəlmiş və oğurlanmış əşyalar barədə DİN-nin 102 xidmətinə zəng edib polis əməkdaşlarının hadisə yerinə gəlməsini istəmişdir. Hadisə nəticəsində ona ümumilikdə 630 manat məbləğində maddi ziyan dəymiş, hazırda təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində ifadəsi elan edilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin oktyabr ayından ünvan 6 ünvanında yerləşən “xxxx” MMC-də hüquqşünas kimi işləmişdir. İşlədiyi MMC-nin əsas iş prinsipi hüquqi şəxslərə hüquqi yardım göstərməkdən ibarət olmuşdur. Zərərçəkmiş şəxs5 MMC ilə işlədiyi MMC-nin arasında olan müqaviləyə görə işlədiyi şirkət tərəfindən Zərərçəkmiş şəxs5 MMC-nin hüquqi işləri təmin edilmişdir. Nümayəndəsi olduğu Zərərçəkmiş şəxs5 MMC-nin əsas fəaliyyəti müxtəlif dərman preparatlarının satışını həyata keçirməkdən ibarət olmuşdur. Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 14 ünvanında yerləşən “Buta Naximov” adlı aptek nümayəndəsi olduğu Zərərçəkmiş şəxs5 MMC-yə məxsusdur və həmin aptek icarə müqaviləsi əsasında MMC-nin işçiləri tərəfindən işlədilmişdir. Sonradan öyrənmişdir ki, 26 iyun 2020-ci il tarixdə saat 22 radələrində aptekə cavabdeh olan şəxs tərəfindən aptek bağlanmışdır. 27 iyun 2020-ci il tarixdə isə işçilər aptekə gələn zaman naməlum şəxslərin Zərərçəkmiş şəxs5 MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 14 ünvanında yerləşən “Buta Naximov” adlı aptekin qapısını açaraq aptekə daxil olaraq kassadan 1460 manat nağd pulu oğurladıqlarını aşkar etmişlər. İlkin olaraq bu hadisə barədə “Buta Naximov” adlı aptekdə işləmiş Şahid3 polisə məlumat vermiş və istintaq zamanı zərərçəkən şəxs qismində tanınmışdır. Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi 14 ünvanında yerləşən “Buta Naximov” adlı aptekdən oğurlanmış pullar nümayəndəsi olduğu Zərərçəkmiş şəxs5 MMC-yə məxsus olmuşdur. Həmin aptekə olan dərman preparatları Zərərçəkmiş şəxs5 MMC-yə məxsusdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 23 nömrəli ünvanda yerləşən Şərab evi ona məxsus olmuşdur. O, şərab evini qardaşı ilə birlikdə işlətmişdir. Mağazanı hər gün sat 10 radələrində açaraq işə başlamış və saat 23 radələrində bağlayaraq yaşadığı evə getmişdir. 13 avqust 2020-ci il tarixdə saat 10 radələrində şərab evini açaraq işə başlamışdır. Həmin günü işi çox olduğu üçün o, 13 avqust 2020-ci il tarixdən 14 avqust 2020-ci il tarixə küçən gecə saat 01:30-da şərab evinin qapısını bağlayıb dostları ilə görüşüb bir qədər söhbət etmişdir. Həmin gün, yəni 14.08.2020-ci il tarixdə saat 04 radələrində evə gedən zaman şərab evinin qarşısından keçərkən şərab evinin qapısının açıq olduğunu görmüşdür. Şərab evinə yaxınlaşdıqda ona aydın olmuşdur ki, şərab evinin qapısını sındırılmışdır. O, içəridən oğurluq olduğunu başa düşmüş və 102 xidmətinə zəng vurub oğurluq barədə məlumat vermişdir. Şərab evinə daxil olduqdan sonra şərab evində masanın üzərində alışqan qabının içərisində olan 25 manat qəpikdən ibarət xırda pulun, masanın üzərində karton qutunun içərisində olan 1415 manat kağız əsginasdan ibarət pulu, siqaret vitrinində olan 1 ədədi 3,90 manat olmaqla 39 manat dəyərində 10 ədəd “Sobranie” markalı və 1 ədədi 3,50 manat olmaqla 21 manat dəyərində 6 ədəd “Kent4” nazik markalı siqaretlərin yerində olmadığını, oğurlandığını görmüşdür. Bir qədər sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirtmişlər. Polis əməkdaşları ilə birlikdə mağazaya quraşdırılmış kamera görüntüsünə baxan zaman bir nəfər şəxsin mağazanın qapısını açaraq içəri daxil olub kassa hissəsində olan masanın üzərindəki 25 manat qəpik və 1415 manat kağızı pulu, 60 manat dəyərində “Kent 4” və “Sobranie” markalı siqaretləri götürüb mağazanı tərk etməsini müşahidə etmişlər. Şərab evinə quraşdırılmış kameranın yaddaşında ayın tarixi bir gün geri olduğu üçün kamerada qeydə alınmış video görüntüdə hadisənin baş verdiyi tarix 13.08.2020-ci il kimi qeyd edilmişdir. Əslində isə hadisə 14.08.2020-ci il tarixdə saat 03:50-də baş vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1500 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs5 şirkətində kassir işləmiş, şirkət tərəfindən bütün səlahiyyətlər ona verilmişdir. Şirkət tərəfindən ünvan 7 ünvanda yerləşən «Buta» apteki icarə əsasında işlətmişdir. Aptekə hər gün səhər saat 09 radələrində gəlib, axşam saat 22 radələrinə kimi işdə olmuşdur. 26 iyun 2020-ci il tarixdə həmişəki kimi aptekdə işdə olmuş və axşam saat 22 radələrində aptekin qapısını bağlayıb evə getmişdir. 27 iyun 2020-ci il tarixdə ona məlumat vermişlər ki, naməlum şəxs və ya şəxslər aptekin giriş qapısını naməlum əşya ilə açıb aptekə daxil olub kassadan 1460 manat pulu gizli olaraq oğurlayıb hadisə yerindən qaçıb getmişdir. O, tez aptekə getmiş və dərhal oğurluq barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, daha sonra Xətai RPİ-nin 35-ci PŞ-nə gedib bu barədə şikayət ərizəsi yazmışdır. Oğurluq nəticəsində ona 1460 manat maddi ziyan dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 20 ildir ki, usta kimi müxtəlif tikinti şirkətlərində çalışmışdır. Təxminən 7-8 ay olmuşdur ki, Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində yerləşən tikinti sahəsində usta kimi işləmişdir.05.10.2020-ci il tarixdə usta işlədiyi binanın qarşısında olan zaman bir nəfər şəxs əlində 02 ədəd “Makita” markalı elektrik mişarı ilə ona yaxınlaşaraq həmin mişarı işə sala bilmədiyini və mişarları işə salmaqda ona köməklik etməyini xahiş etmişdir. O da həmin elektrik mişarını işə salmaq qaydasını həmin şəxsə bildirmiş və həmin şəxsdən mişarı satıb-satmadığını soruşdur.Həmin şəxs də, mişarın tanışına məxsus olduğunu bildirmişdir. Həmin vaxt adını sonradan Tural olduğunu öyrəndiyi şəxs onlara yaxınlaşaraq elektrik mişarının özünə məxsus olduğunu bildirmişdir. O da Turaldan mişarları satıb-satmadığını soruşduqda Tural ona mişarları istifadə etmədiyini üçün sata biləcəyini demişdir. O, həmin mişarların oğurluq olub-olmadığın soruşan zaman Tural mişarların özünə məxsus olduğunu, istifadə etmədiyi üçün satmaq istədiyini bildirmişdir. O da Turala inandığı üçün 02 ədəd “Makita” markalı elektrik mişarına görə ona 50 manat pul verə biləcəyini bildirmişdir. İlk öncə Tural razılaşmasa da, sonradan pula ehtiyacı olduğunu deyib həmin mişarları 50 manata ona sata biləcəyini demişdir. O, Turala 50 manat pul verib 02 ədəd “Makita” markalı elektrik mişarını alaraq işlədiyi binada saxlamışdır. Həmin şəxslər ondan 50 manat pul aldıqdan sonra çıxıb getmişlər. Bundan bir neçə gün sonra polis əməkdaşları ona zəng vuraraq Turalın ona satdığı 2 ədəd Makita” markalı elektrik mişarının oğurluq olduğunu demişlər. Bundan sonra o, Turalın ona satdığı Makita” markalı elektrik mişarını Turalın özünə geri qaytarmışdır. Onun elektrik mişarlarının oğurluq olmasından xəbəri olmamışdır, Tural həmin elektrik mişarlarının özünə məxsus olduğunu, istifadə etmədiyi və pula ehtiyac olduğunu bildirib ona satmışdır. Sonradan isə həmin mişarların oğurluq olduğunu öyrəndiyi üçün mişarları Turalın özünə geri qaytarmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, fərdi qaydada müxtəlif ünvanlarda ustası kimi işləmişdir. Təqsirləndirilən şəxs2 1997-ci ildən tanıyır. Tural onunla bir binadan mənzil 109 ünvanında ailəsi ilə birlikdə yaşamış, 04 oktyabr 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı mənzildə olan zaman Tural istifadəsində olan ***-***- **-** nömrəli mobil nömrəsinə zəng vuraraq satlıq təmir alətləri olduğunu deyərək həyətə düşməyimi istəmişdir. O, yaşadığı mənzildən çıxaraq həyətə düşmüş, həmin vaxt o, yaşadıqları binanın qarşısında qırmız rəngli markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin dayandığını, Tural yanında 2 nəfər tanımadığı şəxslə dayandığını görmüşdür. Sonra Tural yanında olan adını bilmədiyi uşaqla birlikdə avtomobildən 2 ədəd laqunda və 1 ədəd drel götürüb ona göstərmişdir. O, Turaldan həmin əşyaların kimə məxsus olduğunu soruşan zaman Tural ona həmin əşyaların yanında olan uşağın atasına məxsus olduğunu, atasının mebel sexi olduğunu və sex bağladığı üçün alətləri satmaq istədiklərini demişdir. O, həmin alətləri neçəyə satdıqların soruşan zaman Tural həmin alətlərin hər birini 30 manata satdığını bildirmişdir. Bundan sonra o, Turalın ona göstərdiyi 02 ədəd laqunda və 1 ədəd dreli köşkdə elektrik cərəyanına qoşub yoxlayan zaman laqondanın birinin işləmdiyini görmüşdür. Bundan sonra o, Turala laqoundanı istəmədiyini bildirib 1ədəd laqonda və 1 ədəd drelə görə Turala 60 manat pul vermişdir. Tural da pulu ondan götürsə də, xarab olan laqondanı istəmədiyini bildirib onda qalmasını deyib yanında olan şəxslə birlikdə çıxıb getmişdir. Bundan bir neçə gün sonra polis əməkdaşları ona zəng vuraraq Turalın ona verdiyi 2 ədəd laqonda və 1 ədəd drelin oğurluq olduğunu bildirmişlər. Buna görə də, 1 ədəd laqunda və 1 ədəd dreli Turalın özünə geri qaytarmış, digər 1 ədəd laqonda iş yerində olduğu üçün Turala qaytara bilməmişdir. O, Turalı uzun illərdir tanımış və bir binada qonşuluqda yaşamışlar. Şamxal və Ənvəri isə tanımamış, onun həmin əşyaların oğurluq olmasından xəbəri olmamış, Tural həmin alətləri ona satan zaman alətlərin yanında olan adını bilmədiyi tanışının atasına məxsus olduğunu və atasının mebel sexinin bağlandığı üçün alətləri satmaq istədiyini bildirmiş, o da Turala inandığı üçün əşyalar almışdır. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, “xxxx” MTK-nın direktoru vəzifəsində işləmiş və direktoru olduğu MTK yaşayış binalarının tikintisi və təmiri ilə məşğul olmuşdur. Direktoru olduğu “xxxx” MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 67 ünvanında Rəssamlar Akademiyasının işçiləri üçün müqavilə əsasında 2 bloklu 9 mərtəbəli yaşayış binası inşa olunmuşdur. İnşa olunan binanın həyətində anbar kim istifadə edilən saxlanc yeri vardır və tikintidə işləyən ustalar istifadə etdikləri alətləri gündəlik özləri ilə aparmamaq məqsədi ilə iş vaxtı bitdikdən sonra əşyalarını həmin anbara qoymuşlar. Həmin saxlanc yerinə anbardar Hüseyn nəzarət etmiş və iş vaxtı bitdikdən sonra Hüseyn anbarın qapısını kilidlə bağlamışdır. Şahid7 isə inşa olunan binada mühafizəçi, Zərərçəkmiş şəxs2 isə binada briqadir, Zərərçəkmiş şəxs3 isə iş icraçısı kimi işləmişdir. 04 oktyabr 2020-ci il tarixdə saat 23 radələrində direktoru olduğu MTK tərəfindən inşa olunan yaşayış binasında nəzarətçi işləyən Asif onunla əlaqə saxlayaraq inşa olunan binanın həyətində yerləşən anbarın üzərində olan asma kilidin qırıldığını və anbarda oğurluq olması barədə məlumat vermişdir. Həmin vaxt artıq komendant saatı olduğu üçün evdən çıxaraq MTK tərəfindən inşa olunan binaya gedə bilməmişdir. Səhəri gün, yəni 05 oktyabr 2020-ci il tarixdə saat 10 radələrində MTK-ya getmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, baş vermiş oğurluq hadisəsi zamanı binanın anbarından Zərərçəkmiş şəxs2 məxsus 3 ədəd “Matika” markalı elektrik mişarı, 01 ədəd “Lense” markalı laqunda, 01 ədəd “Bosch” markalı laqunda, 01 ədəd “Piter” markalı drelperforator, 01 ədəd “Bosch” markalı drel-perforator, 01 ədəd drel və Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd Nivelir aparatı oğurlanmışdır. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir qədər sonra 35-ci PBnin polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmilər. Daha sonra 35-ci PB-nə gedərək orada hadisə barədə ərizə yazıb izahat vermişdir. Məhkəmədə şahid qismində ifadəsi elan edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin noyabr ayından “xxxx” MTK-da mühafizəçi kimi işləmişdir. İşlədiyi şirkət yaşayış binalarının tikintisi ilə məşğul olmuşdur. Hal-hazırda “xxxx” MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 67 ünvanında 2 bloklu 9 mərtəbəli yaşayış binası inşa olunmuş və o da həmin tikintidə mühafizəçi kimi işləmişdir. O, hər gün saat 18 radələrində “xxxx” MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 67 ünvanında inşa olunan binaya gedərək işə başlamış və səhər saat 08 radələrində işdən çıxıb yaşadığı evə getmişdir. İnşa olunan binaya kənar şəxslərin daxil olmaması üçün binanın ətrafına dəmir listdən ibarət hasar çəkilmişdir. İnşa olunan binanın həyətində mişar daşından saxlanc yeri inşa edilmiş və həmin anbarda tikinti malları saxlanılmışdır. Bundan başqa tikintidə işləyən ustalar istifadə etdikləri alətləri gündəlik özləri ilə aparmamaq məqsədi ilə iş vaxtı bitdikdən sonra əşyalarını həmin anbara qoymuşlar. Həmin saxlanc yerinə anbardar Hüseyn nəzarət etmiş və iş vaxtı bitdikdən sonra Hüseyn anbarın qapısını kilidlə bağlamışdır. Zərərçəkmiş şəxs2 binada briqadir, Zərərçəkmiş şəxs3 isə iş icraçısı kimi işləmişdir. 04 oktyabr 2020-ci il tarixdə saat 18 radələrində işlədiyi MTK tərəfindən inşa olunan yaşayış binasına gələrək işə başlayaraq bir qayda olaraq binanın ərazisində gəzərək ətrafa nəzarət etməyə başlamışdır. Həmin gün saat təxminən 20 radələrində yağış yağmağa başladığı üçün o, binanın həyətində yerləşən mühafizəçi köşkünə gedərək yemək yemiş və saat təxminən 22 radələrində anbar olan tərəfdəki giriş qapıdan səs gəldiyini eşitmişdir. Buna görə də köşkdən çıxaraq binanın həyətinə göz gəzdirib anbar tərəfdə olan giriş qapıya yaxınlaşıb açaraq küçəyə baxsa da, heç nə görə bilməmişdir. Bundan sonra o, geri dönüb anbara tərəf yaxınlaşan zaman anbarının qapısının üzərində olan asma kilidin yerində olmadığını görmüşdür. O, anbarı təhvil alan zaman qapının üzərində asma kilid olmuşdur. O, bundan şübhələnib tez qapını açıb anbara daxil olmuş və əlində olan fənərin işığını yandırıb içəri baxan zaman orada olan təmir alətlərinin yerində olmadığını görmüşdür. Bundan sonra o, inşa olunan binada işlərə nəzarət edən Suliddinə zəng vuraraq ona bu barədə məlumat vermək istəsə də, Suliddin telefona cavab verməmişdir. Buna görə də, anbardar işləyən Hüseynə zəng vuraraq bu barədə məlumat vermişdir. Bir qədər sonra Hüseyn ona zəng vuraraq Suliddinlə telefonla danışdığını və MTK-nin direktoru olan Akif müəllimə zəng vuraraq məlumat verməyini demişdir. Buna görə də, saat 23 radələrində o, Akifin istifadəsində olan mobil nömrəyə zəng vuraraq inşa olunan binanın həyətindəki anbardan oğurluq hadisəsi baş verməsi barədə məlumat vermişdir. Akif də, ona nələrin oğurlandığını dəqiləşdirdikdən sonra polisə məlumat verəcəklərini bildirmişdir. Səhər tezdən, yəni 05 oktyabr 2020-ci il tarixdə saat 08 radələrinə Hüseyn, Zeynal və Suliddin işə gəldikdən sonra birlikdə anbara daxil olub nələrin oğurlandığı yoxlamışlar. Həmin vaxt onlara məlum olmuşdur ki, baş vermiş oğurluq hadisəsi zamanı anbardan Zərərçəkmiş şəxs2 məxsus 3 ədəd “Matika” markalı elektrik mişarı, 01 ədəd “Lense” markalı laqunda, 01 ədəd “Bosch” markalı laqunda, 01 ədəd “Piter” markalı drel-perforator, 01 ədəd “Bosch” markalı drel-perforator, 01 ədəd drel və Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd “Nivelir” aparatı oğurlanmışdır. Daha sonra bu barədə Akifə məlumat vermişlər və Akif də DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Bir qədər sonra 35-ci PB-nin polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 15.10.2020-ci il tarixli 1081 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - qarın nahiyəsinin sol yarısının yan səthindən daxilə - plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş kəsilmiş yara, sol böyrəyin kəsilmiş yarası və daxili qanaxma ilə nəticələnən sol bel nahiyəsindən daxilə - retroperitonal və peritonal boşluğuna nüfuz edən bir ədəd deşilmişkəsilmiş yara, sol bazunun dəlib keçən və sol budun kəsilmiş yaraları deşici - kəsici və ya kəsici əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 13.08.2020-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi, ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (Cild 2, iş vərəqə 154-156) İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 11.09.2020-ci il tarixli 1786 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimentalpsixoloji müayinə gedişində Təqsirləndirilən şəxs1 əqli-intellektual imkanların normaya uyğun olduğu, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavradığı, bu barədə düzgün məlumat verə biləcəyi, fərdi-psixi xüsusiyyətlərinə görə konfliktə meylli şəxs olduğu müəyyən edilir. Təfəkkürünün analizetmə, ümumiləşdirmə, tənqidetmə kimi keyfiyyətləri normaya uyğundur. Nitqi ardıcıl olsa da, mühakimələrində bir qədər qeyri-səmimi olduğu müşahidə edilir. Məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəlir Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs1 emosionallıq, konfliktə meyllilik, hirslilik, qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyllilik kimi fərdi psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 yaş və intellektual inkişaf xüsusiyyətləri normaya uyğun olduğundan, o, qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədərkən öz hərəkətlərinin məna və xarakterini anlamaq olmuşdur. Baş vermiş cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs1 psixi- emosional sferasında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs1 əqli imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik əlamətləri aşkar edilmədi. Ə.Təqsirləndirilən şəxs1 psixi inkişafı normaya uyğundur, o, cinayət əməlini törədərkən yaranmış şəraitin mahiyyətini tam dərk edə, həmçinin öz davranışlarını proqnozlaşdıra bilərdi. (Cild 1, iş vərəqə 197-200) İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizanın 04.11.2020-ci il tarixli 501 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan oğurlanmış əmlakın işlənmə dərəcəsi nəzərə alınmaqla hazırkı vəziyyətdə 2020-ci ilin oktyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri 935,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adı, miqdarı və qiyməti rəyin tədqiqat hissəsindəki cədvəldə ətraflı əks etdirilmişdir. Qeyd: üzərində “Bosch Gol 26D Professional” markalanma yazısı olan nevelir aparatının işlənmiş, lakin təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə 2020-ci ilin oktyabr ayına orta bazar qiyməti 440.0 manat müəyyən edilir. (Cild 3, iş vərəqə 12-16) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 16.10.2020-ci il tarixli 011-10029- 1220 nömrəli məktubdan görünür ki, 14.08.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 23 ünvanında Zərərçəkmiş şəxs4 Boruis oğlunun işlədiyi şərab evində baş vermiş oğurluq faktı ilə əlaqədar, hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 01 ədədi xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. (Cild 2, iş vərəqə 230-234) İstintaq zamanı 14.08.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 23 ünvanında yerləşən şərab evində baş vermiş oğurluq hadisəsinin görüntüsü köçürülmüş 01 ədəd CD formatlı diskə baxış keçirilmiş, baxış zamanı bir nəfər əynində göy rəngli şalvar, qara rəngli ayaqqabı, ağ rəngli köynək, başında ağ rəngli papaq və sifət nahiyəsində ağ rəngli tibbi maska olan kişi cinsindən olan və Təqsirləndirilən şəxs1 oxşar şəxsin 13 avqust 2020-ci il tarixdə saat 03:50:30-da Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 23 nömrəli ünvanda yerləşən Şərab evinin qarşısına gələrək əlindəki vintaçan ilə şərab evinin giriş qapısına müdaxilə edərək qapını açıb içəriyə daxil olaraq giriş ilə üzbəüz yerləşən piştaxtanın arxasına keçərək qutunun içərisində miqdarı dəqiq müəyyən edilməyən məbləğdə kağız pul və üzərində qəpiklər olan qara rəngli qutunu götürüb əynindəki şalvarın arxa sağ cibinə qoyması, sonra piştaxtanın yanındakı vitrindən markası və miqdarı dəqiq seçilməyən sayda siqaret qutularını götürərək şərab evini tərk etməsi aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 video görüntüdə görünən əynində göy rəngli şalvar, qara rəngli ayaqqabı, ağ rəngli köynək, başında ağ rəngli papaq və sifət nahiyəsində ağ rəngli tibbi maska olan şəxsin özü olduğunu bildirmişdir. (Cild 03, iş vərəqə 6-7) Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 01 saylı qərarına əsasən, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Plenum qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Qeyd edilən Plenum qərarının 10-cu bəndinə əsasən, Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Qeyd edilən Plenum qərarının 11-ci bəndinə əsasən, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CMnin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Qeyd edilən Plenum qərarının 17-ci bəndinin 3-cü abzasında göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Həmin Plenum qərarının 18-ci bəndinin 3-cü abzasına əsasən, əgər şəxs CM-nin müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.3.3 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.3.3, yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 180.3.2, 180..3.3, 181.3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda bir neçə oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-nin daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. Həmin Plenum qərarının 19-cu bəndinə əsasən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Plenum qərarının 20-ci bəndinin 2-ci və 3-cü abzaslarına əsasən, Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri əsasında təqsirli bilinərək cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 11.09.2020 və 20.10.2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. (Cild 01, iş vərəqə 98, cild 02, iş vərəqə 138). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 25.10.2013-cü il təvəllüdlü X7 adında bir azyaşlı övladı vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2 və 59.1.14-cü maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Kamran oğlunun, X1 ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın qismən ödənilməsini, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini, cinayət nəticəsində vurulmuş ziyanın qismən ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin, cəza təyin edərkən təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 cinayət əməllərini törədərkən yetkinlik yaşına çatmadığından, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzası 10 ildən çox olmayan müddətə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlaklar müəyyən edilmədiyindən, onların barələrində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Kamran oğluna, X3, Zərərçəkmiş şəxs4 və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs5 MMC-yə dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək onlara dəymiş ziyanla bağlı mülki iddia vermədiklərindən onlara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1 maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2 maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1 maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2 maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3 maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, 02 ədəd “Makita” markalı elektrik mişarının, 01 ədəd “Lense” markalı laqondanın, 01 ədəd “Bosch” markalı laqonda və 01 ədəd “Piter” markalı drel-perefaratorun sahibinə geri qaytarılması nəzərə alınmalı, hökm qanuni qüvvəyə mindikdən sonra Xətai RPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd “Bosch” markalı nevelir aparatı sahibi Zərərçəkmiş şəxs3 qaytarılmalı, 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 25 manat, Təqsirləndirilən şəxs2 25 manat məbləğində tutulmaqla dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 15.08.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 4(011)-527 nömrəli, 17.08.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilərək, əvvəli 15 avqust 2020-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 36-37; iş vərəqə 66-71) İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11.10.2020-ci il tarixli, 4(011)-622/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. (cild 02, iş vərəqə 121- 123) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.2-ci maddəsinə əsasən, şəxsin ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlanılması müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 15 avqust 2020-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan 09.10.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11.10.2020-ci il tarixli, 4(011)- 621/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 09.10.2020-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərin barələrində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 13 saylı Vəkil bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 33 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 13 saylı Vəkil bürosunun hesabına 198 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 15 avqust 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Kamran oğluna, X3, Zərərçəkmiş şəxs4 və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs5 MMC-yə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən dəymiş maddi ziyanla bağlı mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 25 manat, Təqsirləndirilən şəxs2 25 manat məbləğində tutulmaqla dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar – 02 ədəd “Makita” markalı elektrik mişarının, 01 ədəd “Lense” markalı laqondanın, 01 ədəd “Bosch” markalı laqonda və 01 ədəd “Piter” markalı drelperefaratorun sahibinə geri qaytarılması nəzərə alınsın, Xətai RPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd “Bosch” markalı nevelir aparatı hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs3 qaytarılsın, 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X4 təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 13 saylı Vəkil bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X2 təqsirləndirilən şəxsə göstərilmiş 33 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 13 saylı Vəkil bürosunun hesabına 198 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi2 təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Düzdür: Məhkəmənin haimi: Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-529/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-529/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver