Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-529/2022 11.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü, 237.2.1-ci və 237.2.3-cü maddələri ilə, xx xxxxxxx 1984-cü il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü, 237.2.1-ci və 237.2.3-cü maddələri ilə, xx xxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci, 234.4.3-cü, 237.2.1-ci və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib yetişdirdirməklə kultivasiya etmiş, bundan başqa o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni hazırlamış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib-yetişdirməklə kultivasiya etmək, eləcə də satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni hazırlamaq qərarına gəlmiş, bu məqsədlə 2021-ci ilin aprel ayından özünün istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, döngə 1 ünvanında yerləşən fərdi torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını əkib ümumilikdə külli miqdarda - 7380 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmişdir. Bundan sonra kultivasiya etdiyi kolların bir hissəsini - özünün istixanadan seçməklə çıxardığı çətənə bitkilərinin budaqlarını, yarpaqlarını 27 iyun 2021-ci il tarixdən tanışı Təqsirləndirilən şəxs1, 29 iyun 2021-ci il tarixdən digər tanışı Təqsirləndirilən şəxs3 köməkliyi ilə ayırıb çeşidləyərək bir qrup şəxs halında satış məqsədi ilə həmin ünvanda qurutmaqla külli miqdarda - 28770,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda - 9240,0 qram çəkidə narkotik vasitə qurudulmamış marixuananı qanunsuz hazırlayaraq həmin ünvanda saxlamışdır. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 30 iyun 2021-ci il tarixdə saat 16:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 4 ünvana baxış keçirilərkən orada yerləşən dörd ədəd istixanada Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əkib-yetişdirməklə kultivasiya etdiyi külli miqdarda - 7380 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri, torpaq sahəsində yerləşən yarımtikilidən isə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq hazırladıqları və saxladıqları bir ədəd sellofan torbada və iki ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri 13400,0 qram, 11500,0 qram və 3870,0 qram olmaqla ümumilikdə külli miqdarda - 28770,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd plastik qabda külli miqdarda - 9240,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni hazırlamış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 dəvəti ilə 27 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, döngə 1 ünvanına gedərək, sonuncunun orada qanunsuz olaraq əkib-yetişdirdirməklə kultivasiya etdiyi, külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi kollarının bir hissəsini Təqsirləndirilən şəxs2, habelə 29 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 oraya dəvət etdiyi digər tanışı Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında satış məqsədi ilə budaqlarını, yarpaqlarını ayırıb çeşidləyərək həmin ünvanda qurutmaqla külli miqdarda - 28770,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və külli miqdarda - 9240,0 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuananı qanunsuz hazırlayaraq saxlamışdır. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 30 iyun 2021-ci il tarixdə saat 16:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 4 sahəyə baxış keçirilərkən orada yerləşən dörd ədəd istixanada Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əkib-yetişdirməklə kultivasiya etdiyi əkilib-becərilməsi qadağan olunmuş külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkiləri, habelə torpaq sahəsində yerləşən yarımtikilidən isə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq hazırladıqları bir ədəd sellofan torbada və iki ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri 13400,0 qram, 11500,0 qram və 3870,0 qram olmaqla ümumilikdə külli miqdarda - 28770,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd plastik qabda külli miqdarda 9240,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni hazırlamış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 dəvəti ilə 29 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, döngə 1 ünvanına gedərək sonuncunun orada qanunsuz olaraq əkib-yetişdirdirməklə kultivasiya etdiyi külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi kollarının bir hissəsini Təqsirləndirilən şəxs2, habelə 27 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 oraya dəvət etdiyi digər tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında satış məqsədi ilə budaqlarını və yarpaqlarını ayırıb çeşidləyərək həmin ünvanda qurutmaqla külli miqdarda - 28770,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda - 9240,0 qram çəkidə narkotik vasitə qurudulmamış marixuananı qanunsuz hazırlayaraq saxlamışdır. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 30 iyun 2021-ci il tarixdə saat 16:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 4 sahəyə baxış keçirilərkən orada yerləşən dörd ədəd istixanada Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əkib-yetişdirməklə kultivasiya etdiyi əkilib-becərilməsi qadağan olunmuş külli miqdarda narkotik təbiətli çətənə (kannabis) bitkiləri, habelə torpaq sahəsində yerləşən yarımtikilidən isə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq hazırladıqları bir ədəd sellofan torbada və iki ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri 13400,0 qram, 11500,0 qram və 3870,0 qram olmaqla ümumilikdə külli miqdarda - 28770,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd plastik qabda külli miqdarda 9240,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, tutulmazdan təxminən 5 ay əvvəldən Nazim adlı şəxsdən Maştağa qəsəbəsi, Nizami küçəsi, döngə 1 ünvanında yerləşən, ümumi sahəsi 40 sot və həyətində iki otaqdan ibarət evi olan hasarlı, darvazalı torpaq sahəsini 70000 manata almış, onu alarkən alqı-satqı müqaviləsi bağlamasa da, sahibi bu torpaqla bağlı ona baş etibarnamə vermişdir. Həmin həyəti almaqda məqsədi qazanc üçün kənd təsərrüfatı bitkiləri və tərəvəz əkib-yetişdirmək olmuşdur. Özü marixuana istifadəçisi olduğuna görə əvvəllər arabir bir neçə toxum əkib yetişən çətənəni qurudaraq istifadə etmiş, həmin bitkilərin toxumları isə hissə-hissə yığılıb onda qalmışdır. Torpağı aldıqdan az sonra kənd təsərrüfatı bitkiləri, o cümlədən tərəvəz əkib-yetişdirmək fikrindən daşınmış və həyəti alarkən orada olan hazır quraşdırılmış vəziyyətdəki istixanalarda çətənə əkmək qərarına gəlmişdir. Sahədəki dörd istixanada 2021-ci ilin aprel ayında üst-üstə ümumilikdə təxminən 6200 ədəd çətənə toxumunu səliqəli şəkildə əkmişdir. Əkdiyi həmin çətənə bitkilərinə qulluq edib becərməyə başlamış, damlama suvarma sistemindən istifadə etmiş, lazımi gübrələrini vermiş, özü təkcə müntəzəm nəzarət edərək artıq cücərmiş çətənələrə qulluq etmiş, vaxtlı-vaxtında alaq işlərini görmüşdür. Onun bu işi görməsindən heç kimin məlumatı olmamış, özünün da qaldığı həmin ünvana heç bir qohumu, dost-tanışı gəlməmiş, əkdiyi çətənəni kənar şəxslərin gəlib görməməsi üçün kimisənin onun həmin evinə, həyətinə gəlməsinə şərait yaratmamışdır. Toxumlardan yetişib qalxan və qurudub marixuana düzəltməyə yararsız olan kolların özlərini də alaq kimi çıxarıb gecələr yandırmışdır. Bu işi təkbaşına görmüş, ehtiyat etdiyindən heç kimin yaşamadığı və gəlib-getmədiyi həmin sahədə çətənə kollarını əkib-becərməsində kömək üçün heç kimə müraciət etməmişdir. 2021-ci ilin iyun ayının ikinci yarısından etibarən artıq çətənə hissə-hissə yetişməyə başlamışdır. Onların yetişənlərindən özü təkcə az-az kökündən çıxarıb elə həyətdə yarpaqlarını, budaqlarını lazım olan şəkildə qoparıb çeşidləyərək hissə-hissə qurutmuş, marixuana kimi hazırladığı hissəsini oradakı otağa yığıb qoymuşdur. Hazırladığı marixuananı sonradan kiməsə verməklə bağlı qabaqcadan heç kiminlə danışmamış, əlində olan və sonradan hazırlayacağı marixuananı kimlərəsə satmaq mövzusunda heç kiminlə sövdələşməmiş, hazırladığı marixuananı heç yerə aparmamış, heç bir satış həyata keçirməmişdir. İstixanadan çıxarılan çətənə kollarının yalnız yetişənlərini, qurutmağa yararlı olanları özü az-az seçib çıxartmışdır. Həm yetişən kolların sayının artması, həm də seçib çıxartdığı kolların budaqlarının, qurutmağa yararlı olan yarpaq və hissələrinin ayrılmasına, çeşidlənməsinə, marixuna əmələ gələ biləcək hissələrinin sərilib qurudulmasına, qurudulma prosesində onların çevrilməsi, qaba yığılması və sair bu kimi işlərə xeyli vaxt lazım olduğundan bu işi tək çatdırmaqda çətinlik çəkməyə başlamışdır. Həm də istixananın içində yetişən kollların vaxtında aşkar olunub çıxarılmayacığı halda keyfiyyətini itirərək yararsız vəziyyətə düşə biləcəyi vəziyyət yaranmışdır. Ona bu işdə fiziki qüvvə, fəhlə köməyi lazım olmuşdur. Fəhlə bazarından tanımadığı kimisə gətirib orada işlətməyi risk hesab etmişdir. Çünki, görülən işin çətənə ilə bağlı olduğunu başa düşən kənar adam bu barədə polisə məlumat verə bilərdi. Ona görə də bir qədər düşünərək etibar edə biləcəyi insan kimi təxminən son iki ildə yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs1 xatırlamış, iyun ayının 27-də ona zəng edib danışmış, bekar olduğunu, iş axtardığını bilib onu qaldığı evə dəvət etmişdir. Görüşüb yemək yeyib çay içəndən sonra Nofələ fəhlə kimi gündəlik 20-30 manat müqabilində yanında işləməsini təklif etmiş, görəcəyi işi izah edərək istixanada əkib-becərdiyi bitkilərdən özünün seçib çıxararaq gətirəcəyi kolları dediyi qaydada budaqlara, yarpaqlara, digər hissələrinə ayırıb sərib qurutmaqda kömək edəcəyini bildirmişdir. Həm də artıq bu qaydada özünün sərib qurutduğu kolları da ona göstərmişdir. Nofəl bitkilərin çətənə olduğunu başa düşəndən sonra əvvəlcə qorxub ehtiyat etmiş, o isə artıq başladığı bu işdə yalnız fəhlə kimi işləyəcəyini, çətənəyə onun heç bir aidiyyətinin olmayacağını, bu bitkiləri özünün istifadəsi üçün əkib becərdiyini, bu işdə fəhlə kimi onun heç bir məsuliyyətinin olmadığını, istənilən yarana biləcək problemə görə özünün cavab verəcəyini bildirmişdir. Nofəl razılaşmış və növbəti günlər, yəni 28 və 29 iyun 2021-ci il tarixlərdə özü istixanadakı bitkilərdən artıq yetişmiş hesab etdiyi bir qədər kolu çıxardıb gətirərək evin qabağında yerə sərmiş, Nofəl də onun çıxarıb gətirdiyi həmin kolların budaqlarını, yarpaqlarını, digər hissələrini onun başa saldığı qaydada ayırıb hissələrə uyğun şəkildə sərib qurutmağa kömək etməyə başlamışdır. Əsas vaxt məhz budaqları, yarpaqları, digər hissələri bir-bir ayırıb sərməyə getdiyindən yetişən kolları çıxarıb gətirdikdən sonra özü də Nofələ qoşulub bu işi görmüş, artıq tam quruyan hissələri şəxsən özü seçib ayıraraq otağa yığmışdır. 29 iyun 2021-ci il tarixdə səhər saatlarında evdə yemək-içmək tükəndiyi üçün bazarlıq edib gətirməsi üçün taksi sürücüsü olan dostu Təqsirləndirilən şəxs3 zəng edib bu barədə xahiş etmiş, sonuncu da təxminən yarım saat sonra onun tapşırdığı bir neçə ərzağı və içkini alıb gətirmişdir. Nofəl Əlihüseynin oraya gələcəyindən, eləcə də Əlihüseyn Nofəlin orada olmasından məlumatsız olmuşdur. Ümumiyyətlə, Nofəllə Əlihüseynin heç bir münasibəti, yaxın tanışlığı və ünsiyyəti olmamışdır. Onların bir-birlərini bəlkə də kənddə olanda üzdən görüb tanıdıqlarını istisna etmir. Əlihüseyn bazarlıq edib gələndən sonra üçü birlikdə həyətdəki tikilidə oturub çay içməyə, adi söhbətlər etməyə başlamışlar. Əlihüseyn Nofəlin onun yanında günəmuzd qaydada 20-30 manat müqabilində fəhlə kimi işlədiyini bilmiş, söhbət əsnasında Əlihüseyndən də eyni qaydada zəhmət haqqını ödəyəcəyini deməklə işləməsini xahiş etmiş, Əlihüseyn də razılaşmışdır. 30 iyun 2021-ci il tarixdə günorta yeməyindən sonra birlikdə çay süfrəsində oturduqları vaxtda həyətə polislər daxil olmuş, onları saxlamış və sonra da baxış keçirərək çətənə kollarını, qurudub evə yığdığı marixuananı, yaş marixuananı aşkar etmişlər. Baxış zamanı yetişən və yetişməyənlərin hamısı bir yerdə olmaqla çətənə kollarının ümumi sayının 7380 ədəd olduğu müəyyən edilmiş, qurudulmuş marixuana 02 ədəd göy rəngli sintetik bağlamada, 01 ədəd sintetik kisədə və 01 ədəd plastik qabda qablaşdırılaraq möhürlənmişdir. Videoçəkiliş də aparılmış və istixanalardakı bütün kollar elə onların özlərinin iştirakı və köməkliyi ilə yığılıb götürülmüşdür. Elə oradaca Əlihüseyn və Nofəlin onun həmin həyətdə çətənə əkibyetişdirməsindən heç bir məlumatlarının olmadığını, yalnız həyətə gələndən sonra bu bitkiləri gördüklərini demiş, günəmuzd fəhlə kimi işləyən və işlədikləri bir-iki günün də pulunu hələ ödəmədiyi bu şəxslərin heç bir günahları olmadığı üçün onlara problem yaradılmamasını xahiş etmişdir. Tikilidən aşkar olunan qurudulmuş marixuananı isə o şəxsən özü təkbaşına yığıb hazırlamış, yaş vəziyyətdə olanları isə polislər gəlməzdən az əvvəl özü istixanadan seçib çıxardıb gətirərək budaqlarına, yarpaqlarına ayrılması üçün qoymuşdur. Həm də qurudulmuş marixuana kimi ona qarşı yazılmış ittihamdakı çəki ilə razı deyildir. Belə ki, həmin kisələrdə olan yarpaqlar çeşidləndikdən sonra tullantı kimi ayrılan hissələr olmuş və onları zir-zibil kimi axşam yandırmaq üçün ayırıb qoymuşdur. Həmin tullantıların bir hissəsi hələ kolları özü təkbaşına qurutmağa başladığı vaxtdan ayrılıb yandırılmaq üçün yığılmışdır. Fəhlə kimi işləmiş Əlihüseyn və Nofəlin çətənə kollarının hansının yetişmiş və çıxarılmalı olması barədə heç bir təsəvvürləri olmamışdır. Bu işi yalnız özü etmiş və qurudulmaq üçün yararlı hesab etdiyi yetişmiş kolları yalnız özü seçib çıxardıb gətirərək evin qabağına qoymuşdur. Baxış başa çatdıqdan sonra polislər onunla bərabər Əlihüseyn və Nofəli də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Əlihüseyn və Nofəlin məsələsinə qısa müddət ərzində xitam veriləcəyi deyilsə də bu edilməmişdir. Araşdırma zamanı da baş verənlər barədə hazırkı məzmunda eyni qaydada ifadələr vermiş, ona təqdim olunan bütün sənədləri, protokolları oxumadan inanaraq imzalamışdır. Əlihüseyn və Nofəlin onun yetişdirdiyi çətənəyə heç bir aidiyyətləri yoxdur və olmayıb. Bu insanlar danışdığı şəkildə bir və iki gün olmaqla yanında günəmuzd fəhlə kimi işləyiblər. Əlihüseyn və Nofəlin heç nədən tutulmalarına, bu vəziyyətə düşmələrinə görə vicdan əzabı çəkir. Ona görə də danışdığı şəkildə onun yanına gəlib çıxmış, heç bir qanunsuz əməl törətməmiş, qurudulan çətənənin sonradan nə olacağı və başqa heç bir məsələdən məlumatı və ümumiyyətlə maraqları olmayan, heç bir məsələ barədə sövdələşmədiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3in azad edilmələrini xahiş edir. Özünün törətdiyi əməlləri isə səmimi etiraf edir və əməlindən çox peşmandır. Ona görə də məhkəmədən bütün bu halların, habelə yaşının və ailə vəziyyətinin nəzərə alınmaqla ancaq etdiyi əmələ görə ona mümkün olan ən yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ibtidai istinaq zamanı dindirilərkən verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunmuş ifadəsində də oxşar məzmunlu xüsusatları göstərmiş, o cümlədən baxış keçirilən ona məxsus torpaq sahəsində olan istixanalarda narkotik maddə tərkibli çətənə kollarını özünün əkib becərdiyini, artıq kolların yığılıb qurudulmasının vaxtı çatdığına görə tanışı Nofəldən və həmkəndlisi Əlihüseyndən bu işdə ona köməklik etmələrini xahiş etdiyini bildirmişdir. Həm də qeyd etmişdir ki, otaqdan aşkar edilmiş iki ədəd tüfəng və patronlar atasından ona qalmış, əkdiyi narkotik tərkibli kollarla bağlı hər hansı təhlükəyə qarşı özünümüdafiə məqsədi ilə gətirib orada saxlamışdır (cild 1, iş vərəqə 93-95, 117-121, 150- 153). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanımışdır. Aralarında səmimi yoldaşlıq münasibətləri olmuş, arabir vaxt olanda görüşüb söhbətləşmişlər. Təqsirləndirilən şəxs3 ilə heç bir münasibəti olmamış, bu şəxsin yalnız təxmini adını bilmiş və üzdən tanımışdır, heç vaxt aralarında adi tanışlıq münasibəti belə olmamışdır. 2021-ci ilin iyun ayının 27-də Zülfüqar ona zəng edərək nə işlə məşğul olduğunu soruşmuş, o da heç bir işi olmadığını, ancaq gündəlik iş tapanda işlədiyini bildirmişdir. Zülfüqar çay içmək, söhbətləşmək üçün özünə məxsus Maştağa qəsəbəsi, Nizami küçəsindəki evə dəvət etmişdir. O da getmiş və ilk dəfə olduğu həmin həyətdə oturub çay içmiş, söhbətləşmişlər. Orada olarkən Zülfüqar ona fəhlə kimi yanında öbir neçə günlük iş təklif etmiş, o işin nədən ibarət olacağını soruşduqda Zülfüqar həyətdəki istixanalarda olan yaşıl bitkiləri göstərib bunları nəşə kimi özünün istifadəsi üçün əkib yetişdirdiyini, işi çox olduğu üçün onlardan yetişənləri çıxardıb gətirəcəyini, gündəlik zəhmət haqqı müqabilində ona verəcəyi kolların budaq və yarpaqlarını dediyi qaydada yolub həyətdə sərib qurutmağa kömək etməsini xahiş etmişdir. Özü heç vaxt nəşədən istifadə etmədiyi və belə bir işlə məşğul olmadığı üçün qorxmuş, amma Zülfüqar bu məsələdə fəhlə kimi onun üçün heç bir problem olmadığını, nə problem yaransa özünün həll edəcəyini, fəhlə kimi gündəlik ona 20-30 manat pul verəcəyini dediyindən, həm də işsiz olduğu, boşanandan sonra himayəsində qalmış iki qız övladını çətinliklə tək dolandırdığı, bir neçə xəstəlikdən əziyyət çəkdiyindən özünün müalicəsinə də pul lazım olduğu və günəmuzd iş axtarmaqla dolanışıq pulu qazandığı üçün razılaşmışdır. Zülfüqar orada tək yaşadığını deyib şərait olduğu üçün yol gedib-gəlməmək üçün işlədiyi müddətdə onunla birlikdə qala biləcəyini də təklif etmiş, o da razılaşmışdır. Həyətə və evə baxarkən evinin içərisində, habelə həyətdə plaşın üstündə xeyli artıq qurudulmuş bitkinin olduğunu görmüşdür. Bu bitkiləri Zülfüqarın nə vaxt əkməsindən, becərməsindən, qurutmasından heç bir məlumatı olmamış və sonuncudan da bu barədə soruşmamışdır. Növbəti gündən, yəni iyunun 28-dən etibarən Zülfüqarın çıxardıb gətirdiyi kollardan bir qədərini onun dediyi qaydada hissələrə ayırıb qurutmaq üçün yerə sərməklə məşğul olmuşdur. Onun çətənə barədə ümumiyyətlə anlayışı olmadığından hansı əlamətlərinə görə onun artıq yetişmiş hesab edilməsini də bilməmişdir. Bunu Zülfüqar özü müəyyənləşdirmişdir. O, ümumiyyətlə istixanaların içərisinə belə girməmişdir. Əsas vaxtı budaq və yarpaqları ayırmaq apardığından Zülfüqar lazım bildiyi kolları çıxardıb gətirəndən sonra özü də ona qoşulub kolları yolub qurutmaqla məşğul olmuşdur. Gün ərzində əsasən çay içmiş, söhbətləşmiş və istirahət etmişlər. İyunun 29-da Zülfüqarın telefonla danışıb etdiyi xahişə əsasən Təqsirləndirilən şəxs3 oraya ərzaq, sərinləşdirici, qazlı içkilər alıb gətirmişdir. Onun Zülfüqargildə olmasından Əlihüseynin qabaqcadan heç bir məlumatı olmamış, o özü də Əlihüseynin oraya gələcəyini gözləməmişdir. Əlihüseyn ərzaqları gətirib gəlmiş, bir yerdə çay içib yemək yemişlər. Yenə orada da Zülfüqar hansısa nəşə hazırlaması, iş görməsi barədə heç bir söhbət etməmişdir. Kolları qurutmağa kömək etmək barədə Əlihüseynlə onun arasında ümumiyyətlə heç bir söhbət olmamışdır. Onun yanında Zülfüqarla Əlihüseyn də bu mövzuda heç nə danışmamışlar. Əlihüseyn özü də ümumiyyətlə istixanaya girməmişdir. Adi kənd adamı kimi gündəlik qayğılardan danışılmışdır. X8 də günəmuzd fəhlə kimi işləməsini təklif etmişdir. Əlihüseyn də həmin axşam onlarla bir yerdə qalmışdır və səhərisi gün, yəni 30 iyun 2021-ci il tarixdə günorta onlar yemək yeyib qurtararaq çay içdikləri vaxtda həyətə çoxsaylı polislər gələrək Zülfüqarın istixanalarına baxmış, yaşıl kolları, həmçinin evin içərisində və qarşısında olan quru kolları yığıb götürmüşlər. Polislərin xahişi ilə onlara bu işdə kömək etmiş, digərləri ilə bərabər saatlarla xeyli əziyyət çəkmişdir. Orada da səmimi şəkildə etiraf edib özünün üç gün əvvəl, Əlihüseynin isə bir gün əvvəl oraya gəldiklərini, günəmuzd haqq müqabilində Zülfüqara nəşəni qurutmağa kömək etdiklərini etiraf etmiş, başqa heç bir qanunsuz iş görmədiklərini bildirmişlər. Onu və Əlihüseyni də polis idarəsinə aparmışlar. Onun heç bir günahının olmadığı deyilsə də hansısa sənədləşmələr aparılmış və həbsə alınmışdır. Tərtib olunmuş və ona imzalatdırılmış heç bir sənədin məzmunu ilə tanış olmamış, tezliklə buraxılacağına ümid edərək inanmaqla imzalamışdır. İstintaq vaxtı da dəfələrlə müraciətlərinə cavab olaraq bildirilmişdir ki, onun heç bir günahı yoxdur və bu nəzərə alınmaqla onun, həm də Əlihüseynin barəsindəki işə xitam veriləcəkdir. Amma bu edilməmiş və iş məhkəməyə gəlib çıxmışdır. Ona görə də ailəsinin ağır vəziyyətinin, iki qız uşağını tək böyütməsinin, özünün bir neçə xəstəlikdən əziyyət çəkməsinin və heç bir cinayət törətmədiyinin, ümumiyyətlə qanunsuz əməl tötmək üçün heç kiminlə danışıb razılaşmadığının nəzərə alınaraq ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 ibtidai istinaq zamanı dindirilərkən verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunmuş ifadəsində də baş vermiş hadisənin ayrı-ayrı məqamları üzrə oxşar xüsusatları göstərmişdir (cild 1, iş vərəqə 96-97, 129-132, 160-163). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, bir kənd adamı kimi uzun müddətdir Təqsirləndirilən şəxs2 ilə tanışdır. Əsasən icarəyə götürdüyü “Daevoo” markalı avtomobillə taksi kimi fəaliyyət göstərib ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 ilə isə aralarında heç bir tanışlıq olmamış, onu yalnız üzdən tanımışdır. Nofəllə məlum hadisəyə qədər heç bir ünsiyyəti olmamışdır. 2021-ci ilin iyun ayının 29-da səhər saatlarında Zülfüqar ona zəng edib evdə tək olduğunu deyərək yağ, pendir və digər ərzaqlar alıb gətirməyini xahiş etmişdir. O, buna qədər bir dəfə də Zülfüqarın xahişi ilə eyni şəkildə ərzaq alıb apararaq darvazadan girmədən ona çatdırmış, pulunu və zəhmət haqqını almışdır. Yenə eyni qaydada dediyi bazarlığı edib Zülfüqarın yaşadığı ünvana aparmış, aldıqlarını qaldığı həyətdə ona vermişdir. Həmin vaxt Zülfüqarın həyətində Təqsirləndirilən şəxs1 görmüş və onunla salamlaşıb görüşmüşdür. Nofəlin orada olmasından ümumiyyətlə qabaqcadan heç bir məlumatı olmamış, görüşərkən Nofəlin də onun oraya gələcəyindən məlumatsız olduğunu hiss etmişdir. Əyləşib çay içmişlər və o, gəldikdən təxminən yarım saat sonra çoxsaylı polislər həyətə daxil olmuşlar. Onlar həyətə və tikililərə baxış keçirmiş, həyətdəki istixanalarda olan bitkilərin çətənə kolları olduğunu deyib onları toplamağa başlamışlar. Ona, habelə Nofələ də müraciət edib kömək etmələrini xahiş etmişlər. Onlar da həmin bitkiləri toplamağa başlamışlar. Evdən də tüfənglər və qurudulmuş marixuana dedikləri bitki qurularını götürmüşlər. Ömründə bir dəfə də olsun narkotik vasitə qəbul etməmişdir. Zülfüqarın həyətində çətənə əkib-becərməsində nəinki hansısa şəkildə iştirak etməmiş, ümumiyyətlə bundan məlumatı olmamışdır. Zülfüqarın çətənə kolları yığılıb aparılarkən onu və Nofəli də polis idarəsinə aparmışlar. Orada da xeyli sorğusual edilmiş, hazırda məhkəmədə bildirdiyi qaydada hər şeyi olduğu kimi danışmışdır. Onun və Nofəlin heç bir günahı olmadığı üçün buraxılacaqları bildirilsə də bu edilməmiş, sonradan onları müstəntiqin yanına aparmışlar. Müstəntiqə də bu şəkildə olduğu kimi hər şeyi danışmış, tərtib olunan və məzmunu ilə ümumiyyətlə tanış olmadığı çoxsaylı sənədlər ona imzaladılmışdır. Ona görə də bütün bu halların nəzərə alınaraq ona bəraət verilməsinə və yeganə qazanc gətirəni olduğu ailəsinin üstünə qayıtmasına kömək göstərilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 ibtidai istinaq zamanı dindirilərkən verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunmuş ifadəsində isə iş üzrə ayrı-ayrı məqamları etiraf edərək Zülfüqarın ona zəng edib evinə dəvət edərək dörd ədəd istixanada əkib-becərdiyi çətənə bitkilərini göstərərək onların qurudulmasında köməklik göstərməyini xahiş etməsini, həmin vaxt orada Zülfüqarın vasitəsi ilə tanıdığı və heç bir münasibəti olmadığı Nofəlin də olduğunu, kömək etdiyi halda Zülfüqarın gündə ona 30-40 manat pul verəcəyini bildirdiyini, pula ehtiyacı olduğundan razılaşdığını, çətənə kollarını evin içində və qabağında sərib qurutmağa başladıqlarını göstərmişdir (cild 1, iş vərəqə 98-99, 140-143, 171-174). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri ilə bağlı tam, törətdikləri cinayət əməli ilə bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə faktiki qismən etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 30 iyun 2021-ci il tarixdə İdarəyə Təqsirləndirilən şəxs2 və qeyrilərinin qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuş, bu məlumat barədə raportla rəhbərliyə məruzə edilərək həmin şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında müvafiq əmrlə yaradılmış rəhbər olduğu əməliyyat qrupunun üzvləri ilə birlikdə 30 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, döngə 1 ünvanında yerləşən Təqsirləndirilən şəxs2 məxsus fərdi torpaq sahəsinə getmişlər. Saat 16:10 radələrində ünvanın qarşısına çatdıqdan sonra sahənin dəmir darvaza qapısı döyüldükdə qapını açan şəxsdən anket məlumatları soruşulmuş və həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış edilmiş və ona məxsus torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatla əlaqədar torpaq sahəsinə baxış keçirilməli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs2 heç bir narazılıq etməmiş, etiraz bildirməmiş və bu barədə ərizə də yazmışdır. Sonra həyətə daxil olmuşlar. Daxil olduqları hasarlanmış həyətin ümumi sahəsi təxminən 40 sot olmuş və girəcəkdən sağ tərəfdə ev olaraq iki yanaşı otaq yerləşmişdir. Darvazadan girdikdə üzbəüz hissədə 4 ədəd istixananın olduğunu görmüşlər. Darvazadan içəri keçəndən sonra həyətdə daha iki şəxsin - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 da orada olduqları məlum olmuşdur. Bu iki şəxs də əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış edilmiş, onlar da hər hansı narazılıq, etiraz bildirməmişlər. Torpaq sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyi bildirilmiş, həmin şəxslərə hüquq və vəzifələri izah edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzərilərində, olduqları sahədə narkotik vasitələrin, psixotrop maddələrin olub- olmadığı, həmçinin tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edib-etmədikləri soruşulmuşdur. Onlar üzərlərində qanunsuz əşyanın və maddənin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərkibində narkotik maddələr olan bitki əkib-becərmədiklərini bildirmiş, Təqsirləndirilən şəxs2 isə səmimi olaraq torpaq sahəsinin ona məxsus olduğunu, sahədə olan istixanalarda çətənə kollarını yalnız özünün əkib-becərdiyini, yetişən kolların qurudulmasının vaxtı çatdığına görə bu işi təkbaşına görə bilmədiyi üçün kolları sərib qurutmaqda ona köməklik etmələrini tanışı Təqsirləndirilən şəxs1 və həmkəndlisi Təqsirləndirilən şəxs3 xahiş etdiyini bildirmişdir. Bu şəxslərin hansı vaxtdan oraya gəlmələri yerindəcə aydınlaşdırılmış və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üç gün əvvəl, yəni 27 iyun 2021-ci il tarixdə, Təqsirləndirilən şəxs3 isə bir gün əvvəl, yəni 29 iyun 2021-ci il tarixdə həmin həyətə gəlmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 özləri də oraya həmin tarixlərdə gəldiklərini, Təqsirləndirilən şəxs2 əkibbecərdiyi yetişmiş çətənə kollarını qurutmaqda köməklik etdiklərini etiraf etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 həmin maddələrin və bitkilərin olduğu yerləri göstərməsi təklif edilmişdir. Həyətdə yerləşən iki yanaşı tikilmiş otaqların birincisinə daxil olduqda Təqsirləndirilən şəxs2 həmin otaqda şəxsi əşyalarını saxladığını, həm də orada gecələdiklərini bildirmişdir. Daha sonra ikinci otağa baxış zamanı otağın mərkəzində yerdən iki ədəd tüfəng və dəri qabın içində 17 ədəd patronların olduğu müəyyən edilmişdir. Hər iki tüfənə baxış zamanı üzərilərində nömrə və yazılar olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 tüfənglərin ona atasından qaldığını və sahədə əkilmiş narkotik tərkibli kollarla bağlı hər hansı təhlükəyə qarşı özünümüdafiə məqsədi ilə gətirib saxladığını, lakin heç vaxt istifadə etmədiyini, heç zaman buna zərurət olmadığını bildirmişdir. Otağa baxış zamanı göy rəngli sintetik kisədə, iki ədəd plastik qabda çətənəyə bənzər kollar aşkar olunmuşdur. Aqronommütəxəssis onların çətənə kolları olduğunu təsdiq etmişdir. Həmçinin bir ədəd plastik qabın içindəki maddələrin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddələr olduğu məlum olmuşdur. Otağın qarşısında və nisbətən irəlidə torpağın üzərində eyni ilə qurudulmuş marixuanaya bənzər maddələr aşkar olunmuşdur. Saxlanılan şəxslər istixanada artıq əkilib becərilmiş çətənə kollarının bir qisminin qurumağa qoyulduğunu, qurudulmuş vəziyyətdə olanların isə bir qədər əvvəldən təmizlənərək budaqlarına ayrıldığını, otaqda yaş vəziyyətdə olan kolların isə bir gün əvvəldən oraya qoyulduğunu bildirmişlər. Daha sonra sahədə olan istixanaya baxış keçirilməyə başlanmışdır. İstixanaya giriş taxtadan kustar üsulla düzəldilmiş qapı olmuşdur. Baxış zamanı bir-birilərinə yaxın məsafədə yerləşən dörd ədəd istixana sahəsinin olduğu məlum olmuşdur. Dəvət olunmuş mütəxəssis kifayət qədər böyük ölçülü istixanalarda əkilmiş bitkilərin narkotik tərkibli çətənə bitkisi olduğunu, aqrotexniki qaydada əkilməklə xüsusi qulluq olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 istixanada əkilmiş bitkilərin çətənə bitkisi olduğunu, bitkiləri 2021-ci ilin aprel ayında şəxsən özünün əkdiyini, qulluq edib yetişdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 çətənə bitkisinin toxumlarını əvvəldən şəxsi istehlakı məqsədi ilə əkib-becərdiyi çətənə bitkilərindən yığdığını, toxumlar çoxaldıqda onları təkrar əkdiyini bildirmişdir. Bundan sonra sahədəki çətənəyə bənzər bitkilər bir-bir torpaqdan çıxarılıb sayılmaqla sellofan bağlamalara yığılmışdır. Baxış zamanı aqronommütəxəssis kolların təxminən 1-1,5 metr ölçülərdə olduğunu qeyd etmişdir. Hər bir bağlamaya 30 ədəd tərkibində narkotik maddələr olan çətənəyə bənzər bitkilər yığılıb qablaşdırılıb möhürlənməklə ümumilikdə 246 ədəd sellofan bağlamada qablaşdırılmışdır. Çətənə kollarına bənzər bitkilərin ümumi sayının 7380 ədəd olduğu müəyyən edilmişdir. Həmçinin sahədə yerləşən ikinci otaqda və qurudulması məqsədi ilə torpağın üstünə günün altına qoyulmuş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddələr iki ədəd göy rəngli sintetik bağlamada, bir ədəd sintetik kisədə və bir ədəd plastik qabda qablaşdırılaraq möhürlənmişdir. Protokolun tərtibi üçün əlverişli şərait olmadığından iştirakçılar İdarəyə dəvət edilmiş və Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiə edilməsi məqsədi ilə onlara vəkillər təqdim olunmuşdur. Bundan sonra baxış keçirilməsinin nəticəsinə dair protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunduqdan sonra təklif, ərizə və şikayət daxil olmadığından protokol imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Şahid5, Şahid6, Şahid7, Şahid8 və ibtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid2, Şahid3, Şahid4 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 2, iş vərəqə 32-36, 45-49, 50-54). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Baxış və götürmə aparılması barədə 01 iyul 2021-ci il tarixli protokolundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 30 iyun 2021-ci il tarixdə saat 16:10 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, döngə 1 ünvanında yerləşən fərdi torpaq sahəsinə baxış keçirilərkən orada yerləşən dörd ədəd istixanada qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya edilmiş külli miqdarda - 7380 ədəd əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləri, torpaq sahəsində yerləşən yarımtikilidən isə bir ədəd sellofan torbada və iki ədəd plastik qabda ayrı-ayrılıqda təmiz çəkiləri 13400,0 qram, 11500,0 qram və 3870,0 qram olmaqla ümumilikdə külli miqdarda - 28770,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd plastik qabda külli miqdarda 9240,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs1 üç gün əvvəl, Təqsirləndirilən şəxs3 isə bir gün əvvəl həmin həyətə gəldikləri dəqiqləşdirilmişdir (cild 1, iş vərəqə 70-73). 30 iyun 2021-ci il tarixli aqronom rəyindən görünür ki, Maştağa qəsəbəsi, Nizami küçəsi, nömrəsiz yaşayış evinin həyətyanı sahəsində 04 ədəd, hər biri 600 kv.m olmaqla cəmi 2400 kv.m sahəsi olan, damcı suvarma sistemi quraşdırılmış, polietilen örtüklə bağlı olan istixanada əkilməsi və becərilməsi qadağan olunan 100-150 sm hündürlükdə 7380 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunmuşdur. Həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuş, becərmə işləri aparılmışdır. Eyni zamanda həyətyanı sahədə bir neçə yerdə göy sellofan örtüyün üzərində yerə sərilmiş vəziyyətdə çətənə bitkisinin yarpaqlarının qurudulmuş hissələri olmuşdur (cild 1, iş vərəqə 75). Məhkəmə-bioloji ekspertizasının 01 iyul 2021-ci il tarixli 7/623 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs2 məxsus torpaq sahəsindən aşkar edilmiş narkotik vasitə olan marixuana (qurudulmuş) oxşar maddələr” yazılar və imzalar olan birinci göy rəngli sintetik kisədə təmiz çəkisi - 13400,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs2 məxsus torpaq sahəsindən aşkar edilmiş narkotik vasitə olan marixuana (qurudulmuş) oxşar maddələr” yazılar və imzalar olan ikinci göy rəngli sintetik kisədə təmiz çəkisi - 11500,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs2 məxsus torpaq sahəsindən aşkar edilmiş narkotik vasitə olan marixuana (qurudulmuş) oxşar maddələr” yazılar və imzalar olan ağ rəngli sintetik kisədə təmiz çəkisi - 3870,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Təqdim olunmuş 2 ədəd göy rəngli və 1 ədəd ağ rəngli sintetik kisələrdə olan qurudulmuş marixuanaların ümumi çəkisi - 28770,0 qramdır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs2 məxsus torpaq sahəsindən aşkar edilmiş narkotik vasitə olan marixuanaya oxşar maddələr” yazılar və imzalar olan bir ədəd plastik qabda təmiz çəkisi - 9240,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs2 məxsus həyətyanı torpaq sahəsindən aşkar edilmiş tərkibində narkotik maddə olan çətənə kollarına bənzər bitkiləri” yazılar və imzalar olan baş-başa keçirilmiş 246 ədəd ağ rəngli sintetik kisələrdə yaş vəziyyətdə, ümumi sayı - 7380 ədəd, ümumi çəkisi - 11 ton 127 kq olan bitki nümunələri tərkiblərinə görə eyni növə aid olub, əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Təqdim olunmuş marixuanalar və çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidir. Ekspert tədqiqatından sonra qurudulmuş marixuananın qalıq çəkisi 28769,4 qram, qurudulmamış marixuananın qalıq çəkisi 9239,95 qram təşkil etmişdir (cild 1, iş vərəqə 100-104). Məhkəmə-ballistik ekspertizasının 07 iyul 2021-ci il tarixli 21/433R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 60313 №li silah, keçmiş SSRİ dövlətində, zavod üsulu ilə Tula silah zavodunda 1966-cı ildə istehsal olunmuş, TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. Silahın metal hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd 65165 №li silah, keçmiş SSRİ dövlətində, zavod üsulu ilə Tula silah zavodunda 1962-ci ildə istehsal olunmuş, TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və hər iki lülədən atəş üçün yararlıdır. Silahın metal hissə və mexanizmlərinin üzərində sonradan kustar üsulla heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş ümumi sayı 12 ədəd patronlardan 11 ədədi zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdırlar. Digər 01 ədəd metal gövdəli patronun isə daxili komponentləri kustar üsulla sonradan doldurulmuş ov sursatıdır. Həmin patronlar istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 10 ədəd əşyadan 05 ədədi 14,3 mm diametrli metal materialdan hazırlanmışdır, ov patronunun daxilində yerləşən komponentidir gülləsidir və digər 05 ədədi isə 16,5 mm diametrli plastik materialdan hazırlanmışdır, ov patronunun daxilində yerləşən komponentidir konteyneridir. Hal-hazırda təyinatı üzrə istifadə üçün yararlıdırlar (cild 2, iş vərəqə 94-101). Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bələdiyyə sədrinin 16 noyabr 2004-cü il tarixli 253 nömrəli sərəncamından və 15 mart 2021-ci il tarixli etibarnamədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsinin sonunda yerləşən 2400 kv.m sahəsi olan torpaq sahəsi 1965-ci il təvəllüdlü X1 adına rəsmiləşdirilmiş və sonuncu 15 mart 2021-ci il tarixdə etibarnamə əsasında həmin torpaq sahəsinə dair hüquqları Təqsirləndirilən şəxs2 etibar etmişdir (cild 2, iş vərəqə 39-41). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 oktyabr 2021-ci il tarixli 3765 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyi aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs2 nadir hallarda narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 126-127). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18 oktyabr 2021-ci il tarixli 4001 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 130-131). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 sentyabr 2021-ci il tarixli 3528 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 128-129). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 05 iyul 2021-ci il tarixli 19/51-7218 saylı məktubundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 göstərilən mərkəzdə müalicədə olmamışlar (cild 2, iş vərəqə 1). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 06 iyul 2021-ci il tarixli 5794 saylı məktubundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 göstərilən xəstəxanada müalicədə olmamışlar (cild 2, iş vərəqə 2). Bakı şəhəri Sabunçu Rayon Hakimiyyət Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsindən daxil olmuş 14 iyul 2021-ci il tarixli xasiyyətnamələrdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 haqqında heç bir şifahi və ya yazılı məlumat daxil olmadığı göstərilmişdir (cild 2, iş vərəqə 23,25). Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə üzrə nümayəndəsindən daxil olmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 haqqında heç bir şikayət və ərizə daxil olmadığı göstərilmişdir (cild 2, iş vərəqə 31). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar (cild 2, iş vərəqə 3-5). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 07 iyun 2009-cu il və 04 mart 2013-cü il təvəllüdlü iki azyaşlı uşaqları vardır (cild 2, iş vərəqə 26-28). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 16 yanvar 2007-ci təvəllüdlü iki uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin və məhkəmə qətnaməsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 X5 ilə nikahının pozulması 18 yanvar 2011-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə qətnaməsi ilə 16 yanvar 2007-ci təvəllüdlü iki qız uşağının Təqsirləndirilən şəxs1 himayəsində qalması qət edilmiş, habelə X2 hər iki uşaq yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər birinə 80 manat olmaqla cəmi 160 manat sabit pul məbləğində alimentin tutulub Təqsirləndirilən şəxs1 ödənilməsi qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş epikrizin və arayışın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 sol aşağı ətrafın kəskin tromboflebiti diaqnozu qoyulmuş, habelə onda sağ tərəf aşağı ətraf səthi venalarının flebektomiyası cərrahi əməliyyatı aparılmışdır. Həm də Nofəl Abdiyev 2012-ci il tarixdən arteriyaların emboliyası və trombozu, aşağı ətraf venaların dərin trombozu, venoz çatışmazlığı, sağ tərəfli flebektomiya, hepatit B, diffuz düyünlü hepatomeqaliya diaqnozları ilə dispanser qeydiyyatdadır. İbtidai istintaq orqanı tərəfindən hər üç təqsirləndirilən şəxsə eyni məzmunlu ittiham irəli sürülərək göstərilmişdir ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni hazırlamaqla əldə etmiş, daşımış və saxlamış, bundan başqa qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkib yetişdirməklə kultivasiya etmiş, onları və hissələrini toplamış, bununla da, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Qeyd olunan ittihamlarla bağlı məhkəmə ibtidai istintaq orqanının təqdim etdiyi bütün yuxarıda qeyd olunan sübutları hərtərəfli araşdıraraq bu qənaətə gəlir ki, qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin kultivasiya edilməsi cinayətinin törədilməsi faktı mübahisəsizdir və bu cinayət əməlinin məhz Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetirilmişdir. Amma həmin cinayət əməlinin törədilməsinə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hər hansı aidiyyəti yoxdur. Aşkar və mübahisəsiz şəkildə sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini kultivasiya etmək qərarına gəldikdən sonra 2021-ci ilin aprel ayından özünün istifadəsində olan fərdi torpaq sahəsində tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkmiş, kənar şəxsin iştirakı olmadan, həmin məqsədlə başqa kimsə ilə qabaqcadan əlbir olmadan aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmişdir. Artıq yetişdirdiyi çətənə kollarından marixuna hazırlamaq üçün onların qurudulması prosesinə sonradan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəlb etmişdir. Yəni, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qanunazidd əməl törətmələri Təqsirləndirilən şəxs2 tərəfindən təkbaşına çətənə (kannabis) bitkilərini əkib kənar şəxsin iştirakı olmadan, həmin məqsədlə başqa kimsə ilə qabaqcadan əlbir olmadan aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdikdən sonra baş vermişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyəti olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Ona görə də məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində hazırkı cinayət işi üzrə onların Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1-ci və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair hissədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.3-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsasa görə - təqsirləndirildikləri cinayətin törədilməsinə aidiyyətlərı sübut edilmədiyi üçün bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd olunan normanın tələblərini də nəzərə almaqla məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1-ci və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair hissədə bəraət hökmü çıxarılması qənaətinə gəldikdən sonra, həm də mövcud sübutların məcmusuna əsaslanmaqla Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamdan qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini kultivasiya etmə cinayət əməlini onun qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi ilə bağlı bənd - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1-ci maddəsi çıxarılmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda narkotik vasitələrin emalı və istehsal edilməsi anlayışlarına ayrıca şərh verilməmiş, onların emalı və istehsalı ilə bağlı hərəkətlər narkotik vasitələrin hazırlanması anlayışına daxil edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarında əks olunmuş izahda qeyd edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik tərkibli bitkilərdən, dərmanlardan, kimyəvi və digər maddələrdən istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin alınmasına (bilavasitə hazırlanmasına) qəsdən yönəlmiş hərəkətlər, belə maddələrin istehsalı dedikdə, onların davamlı şəkildə qanunsuz hazırlanmasına qəsdən yönəlmiş hərəkətlər (xüsusi avadanlıqlardan istifadə etməklə, belə maddələrin bu məqsədlər üçün nəzərdə tutulmuş istehsalat sahəsində və qablaşdırılmış şəkildə hazırlanması), bu maddələrin emalı dedikdə isə onların saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə qəsdən yönəldilmiş hərəkətlər başa düşülməlidir. Şəxsə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz hazırlamağa və ya emal etməyə görə ittiham irəli sürülərkən hazırlanmış və ya emal olunmuş narkotik vasitələrin və psixotrop maddələrin siyahısına daxil edilib-edilməməsi, onun istehlak və istifadə üçün hazır olub-olmaması, kənar qatışıqlardan təmizləndikdən sonra preparatda narkotik vasitələrin və psixotrop maddələrin hansı qatılıqda olması müəyyənləşdirilməlidir. Yuxarıda istinad edilən norma və izahlar da nəzərə alınmaqla məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməllərində satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni hazırlama və hazırladıqları külli miqdarda narkotik vasitəni qanunsuz saxlama cinayətlərinin bütün tərkib əlamətləri mövcuddur, həmin şəxslərin bu cinayət əməlini törətmələri faktı mübahisəsiz sübuta yetirilmiş hesab edilməlidir. Məhkəmə əldə etmə anlayışının mahiyyətinə əsaslanmaqla konkret halda həmin şəxslərə qarşı ittiham üzrə bu əlamətin möcud olmadığını nəzərdə saxlamaqla, Təqsirləndirilən şəxs1 2021-ci ilin iyun ayının 27-dən, Təqsirləndirilən şəxs3 2021-ci ilin iyun ayının 29-dan etibarən saxlandıqları vaxtadək - 30 iyun 2021-ci il tarixədək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, döngə 1 ünvanında yerləşən Təqsirləndirilən şəxs2 istifadəsində olan ünvanda sonuncu ilə birlikdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin budaq və yarmaqlarını ayırıb çeşidləyərək qurutmaqla külli miqdarda - 28770,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda - 9240,0 qram çəkidə narkotik vasitə qurudulmamış marixuananı qanunsuz hazırlayaraq saxlamışlar. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi qanunsuz olaraq külli miqdarda narkotik vasitəni hazırlama ittihamı üzrə məsələni mövcud sübutların məcmusu əsasında qiymətləndirərək bu qənaətə gəlir ki, həmin şəxslərin bu əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bir qrup şəxs tərəfindən törədilmə kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində əməlin tövsifedici əlaməti kimi həm də Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 34.1-ci maddəsinə əsasən qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Cinayət qanununun mənasına görə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarında eyni hüquqi mövqe əks olunmuşdur. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Hazırkı cinayət işi üzrə araşdırma zamanı satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni hazırlama əməlini törətmək üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhz qabaqcadan əlbir olmalarını, Təqsirləndirilən şəxs2 cinayətin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları kimi təqdim edilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 arasında qabaqcadan əlbirlik olmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Mübahisə edilməyən hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni hazırlama əməlini törətmiş, həmin əməli icra edərək kultivasiya etdiyi çətənə bitkilərindən qurudulmuş marixuna hazırlamışdır. Həmin cinayət əməlinin törədilməsinin gedişində günəmuzd işçi kimi konkret məbləğdə haqqını ödəməsini razılaşdırmaqla digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 həmin əməlin icrasına cəlb edilməsinə nail olmuşdur. Bütövlükdə Təqsirləndirilən şəxs2 planlaşdırıb icra etdiyi əməlin məhz cinayətkar niyyət kimi həyata keçirilib reallaşmasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hər hansı şəkildə maraqlı olub-olmamaları məsələsi də aydınlaşdırıldıqda bu şəxslərin törətdikləri əməlin qabaqcadan cinayət əlaqəsinə girməklə əlbir olan bir qrup şəklində deyil, məhz bir qrup şəxs tərəfindən törədildiyi müəyyən olunur. Hər üç şəxs külli miqdarda narkotik vasitəni hazırlama əməlini törədərkən cinayətin birlikdə icraçısı kimi çıxış etmiş və həmin icra prosesində faktiki eyni xarakterli rolu yerinə yetirərək, birgə fəaliyyət göstərməklə istinad edilən cinayətin obyektiv cəhətini bilavasitə törətmişlər. Sadə iştirakçılıqla həmin əməli törətmiş Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hərəkətlərində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmənin hər hansı forması müəyyən olunmur. Ona görə də məhkəmə bu şəxslərin törətdikləri əməlin qabaqcadan cinayət əlaqəsinə girmiş bir qrup şəklində deyil, məhz sadə iştirakçılıqla bir qrup şəxs tərəfindən törədilmiş əməl kimi qiymətləndirilməsini qanuni və əsaslı mövqe hesab edir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsaslanmaqla, hər üç təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamlardan qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni hazırlama və saxlamaqla bağlı bəndin - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin çıxarılmasını əsaslı hesab edir. İbtidai istintaq orqanı tərəfindən hər üç təqsirləndirilən şəxsə qarşı həm də “külli miqdarda narkotik vasitəni daşıma” ittihamları irəli sürülmüşdür. Bununla əlaqədar məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarında əks olunmuş izahda da eyni hüquqi mövqe əks olunmuş və həm də bu cinayətin subyektinin təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxsin deyil, həm də digər şəxslərin ola bilməsi vurğulanmışdır. Amma hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməllərində ümumiyyətlə narkotik vasitələrin qanunsuz daşınması əməli müəyyən edilməmişdir. Hazırlanmış külli miqdarda narkotik vasitələr elə hazırlandığı ünvanda da saxlanmış, onların hər hansı şəkildə daşınmasına dəlalət edə biləcək heç bir xüsusat müəyyən edilməmişdir. Nə aşkar edilmiş külli miqdarda narkotik vasitənin sahibi kimi müəyyən olunan Təqsirləndirilən şəxs2, nə də Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hərəkətlərində narkotik vasitələri qanunsuz daşımalarına hətta dəlalət edə biləcək məqam belə mövcud deyildir. İbtidai istintaq orqanının həmin əlaməti ittihama ehtimal əsasında daxil etdiyi halda isə bu yolverilməzdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitənin – qurudulmuş marixuanının hazırlanmasını konkret ünvanda həyata keçirmişlər və həmin narkotik vasitənin sonradan harasa daşınması barədə heç bir məlumat belə mövcud deyildir. Qurudulmuş marixuanının hazırlanması prosesində və ya hazırlandıqdan sonra eyni ünvanda – ünvan 5taqdan ibarət tikilinin içərisində hər hansı qaba yığılaraq qoyulması, otağın qapısının qarşısında qurudulub sonra otağın içərisinə keçirilməsi ilə bağlı hərəkətlər qanunun nəzərdə tutduğu mənada yerinin dəyişdirilməsi olmadığından narkotik vasitənin daşınması kimi qiymətləndirilə bilməz. Otağın bir neçə metrliyində olan istixanadan çətənə bitkilərinin Təqsirləndirilən şəxs2 tərəfindən çıxarılaraq otağın qarşısına gətirilməsi hərəkətinin də daşınma olmadığını nəzərdə saxlamaqla bərabər məhkəmə qeyd edir ki, cinayət qanununda tərkibində narkotik maddələr olan çətənə bitkilərinin daşınması ilə bağlı ayrıca tövsifedici əlamət mövcud deyildir. Təqsirləndirilən şəxs2 çətənə bitkilərini istixanadan çıxardıb eyni həyətdə bir neçə metr aralıda yerləşən otağın qarşısına aparması onun törətdiyi və məhkəmədə sübuta yetirilən ictimai-təhlükəli əməlinin obyektiv cəhətinə daxil olan hərəkətilə tam əhatə olunur. Ona görə də məhkəmə hər üç təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamlardan narkotik vasitənin daşınması ilə bağlı müddəanın xaric edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin sübutların yoxlanılması və qiymətləndirilməsindən bəhs edən müddəalarının tələbləri baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, cinayət-prosessual qanunvericiliyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir (maddə 145.3). Hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir (maddə 145.2). Bundan əlavə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2). Məhkəmə, hər üç təqsirləndirilən şəxslərə qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamlar üzrə yuxarıda şərh olunan nəticələrə gələrkən sadalanan sübutlarla yanaşı aşağıdakılara da istinad edir: Belə ki, “Layıcov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Prosesin bütünlükdə ədalətli olubolmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunubolunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünün şübhə altına alınıbalınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyəti olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, həmin məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.3-cü və 42.2.3-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 kultivasiya əməlini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1-ci və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə aidiyyətləri olması sübuta yetirilmədiyindən ittihamın qeyd olunan hissəsində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin həmin maddələri ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində onlara ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar onlara cinayət təqibi orqanlarının qeyd olunan epizod üzrə qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətlərdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələrinin, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamalarını, yaşayış yer üzrə müsbət xasiyyətlənmələrini, Təqsirləndirilən şəxs1 himayəsində tək böyütdüyü 16 yanvar 2007-ci təvəllüdlü iki qız uşağının olmasını, Təqsirləndirilən şəxs2 özünü tam təqsirli bilərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barəsində seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 01 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, lakin onların azadlığı faktiki 30 iyun 2021-ci il tarixdən, saat 16:10-dan məhdudlaşdırılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli qərarları ilə onların barəsində həbs qətimkan tədbirləri seçilmiş, həbs etmənin əvvəlinin 30 iyun 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 20, 38, 56, 200-208). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 28769,4 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, 9239,95 qram narkotik vasitə olan qurudulmamış marixuana və 7380 ədəd narkotik tərkibli çətənə bitkiləri məhv edilməli, habelə 02 ədəd 16 kalibrli 60313 №-li, 65165 №-li TOZ-B modelli qoşa lüləli ov tüfənglər, 08 ədəd 16 kalibrli ov patronları, 05 ədəd güllə və 05 ədəd konteyner aidiyyəti üzrə həll edilməsi üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə təhvil verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs2 məxsus yaşayış sahəsinə baxış və götürmə aparılmasının görüntülərini özündə əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 36 (otuz altı) manat 46 (qırx altı) qəpik, Təqsirləndirilən şəxs3 15 (on beş) manat və Təqsirləndirilən şəxs1 15 (on beş) manat olmaqla cəmi 66 (altmış altı) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 101,224). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi müvafiq olaraq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 və Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24.12.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 350-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 30 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 30 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1-ci və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ilə bağlı hissədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyəti olmadığından ona bəraət verilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs1 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 30 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.1-ci və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ilə bağlı hissədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyəti olmadığından ona bəraət verilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs3 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın və məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 28769,4 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana, 9239,95 qram narkotik vasitə olan qurudulmamış marixuana və 7380 ədəd narkotik tərkibli çətənə bitkiləri məhv edilsin; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, 02 ədəd 16 kalibrli 60313 №-li, 65165 №-li TOZ-B modelli qoşa lüləli ov tüfəngi, 08 ədəd 16 kalibrli ov patronları, 05 ədəd güllə və 05 ədəd konteyner Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə təhvil verilsin; - Təqsirləndirilən şəxs2 məxsus yaşayış sahəsinə baxış və götürmə aparılmasının görüntülərini özündə əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 36 (otuz altı) manat 46 (qırx altı) qəpik, Təqsirləndirilən şəxs1 15 (on beş) manat və Təqsirləndirilən şəxs3 15 (on beş) manat olmaqla cəmi 66 (altmış altı) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi2 və Müdafiəçi3 hər biri üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-529/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-529/2022
11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver