Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-529/2024 14.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X16 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Rəcəbova Nəzrin Səməndər qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru - X12, Müdafiəçilər – Bakı şəhəri 36 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 01 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, məhkumluğu olmayan, Ağstafa rayonu Qırılı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlayaraq satmış, habelə təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana əldə edib özündə saxlamış, 17 noyabr 2022-ci ildə yaşadığı Ağstafa rayonu, Qırılı kəndində 2 ədəd kibrit qutusunda təmiz çəkisi 9,810 qram olan narkotik vasitə - qurudulmuş marixuananı əvvəllər tanıdığı Şahid6 40 manat müqabilində satmış, 20 noyabr 2022-ci il tarixdə saat 16:00 radələrində Səbail RPİ-nin X8 və 9-cu PB-nin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid6 ünvan 2 ünvanın qarşısında narkotik vasitələrin dövriyyəsində şübhəli bilinərək saxlanılıb 9-cu PB-nin inzibati binasına dəvət edildikdən sonra orada üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs tərəfindən Şahid6 satılmış 01 ədəd qara sellofanda olan 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,802 və 5,008 qram olmaqla cəmi çəkisi 9,810 qram olan narkotik vasitə - qurudulmuş marixuana sonuncunun əynindəki tünd yaşıl rəngli gödəkçənin sol yan cibindən aşkar edilib götürülmüşdür. Bundan başqa, o, təkrarən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamış və Bakı şəhərində satışını həyata keçirtmək məqsədilə həmkəndlisi Şahid1 sonuncunun idarə etdiyi sərnişin avtobusu ilə meyvə qutusu göndərəcəyini xahiş edib, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı meyvə qutusunda gizlədib həmin avtobusda Bakı şəhərinə daşınmasına nail olduqdan sonra, Səbail RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 07 dekabr 2022-ci il tarixdə saat 22:40 radələrində Şahid1 idarə etdiyi “Mersedec-Sprinter” markalı **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Səbail rayon Bibiheybət qəsəbəsi, “Bibiheybət” məscidinin yanında saxlanılaraq həmin avtobusa baxış keçirilən zaman Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı və satışını həyata keçirtmək üçün daşınmasını təmin etdiyi, habelə Şahid6 satılmış narkotik vasitə marixuana ilə eyni tərkibli olan külli miqdarda 01 ədəd karton qutunun içərisində gizlədilmiş 09 (doqquz) ədəd kibrit qutusunda ayrı-ayrılıqda 1,56 qram, 1,87 qram, 4,98 qram, 3,08 qram, 2,11 qram, 2,29 qram, 4,12 qram, 4,71 qram, 5,73 qram və həmin karton qutuda 02 (iki) ədəd polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkisi 1600 qram, 1400 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 3030,54 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana avtomobilin salonunun ön tərəfindən aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, fəhlə işi görmək üçün Bakı şəhərinə gəlmişdir. Belə ki, o, Şahid6 qayınanasıgilin Əhmədlidə yerləşən evində kirayə qalmalı olmuş və Raminlə münasibətləri yaranmışdır. Ramin axşamlar evə gəlirmiş və onlar birgə narkotik vasitə istifadə edirlərmiş. Kənddə yabanı şəkildə bitən bitkilər çox olur və o da həmin bitkilərə qulluq etmişdir. Kollar böyüdükdən sonra tərkibində narkotik vasitənin az olduğunu bilmiş və onları qurudaraq 05 (beş) ədəd kibrit qutusuna yığmışdır. Bakıya gəldikdən sonra orada 1 gün qalmış və 2 günlük rayona qayıtmışdır. Bu zaman 01 (bir) ədəd kibrit qutusunu da özü ilə Bakıya gətirmiş və həmin qutunu təmənnasız Raminə vermişdir. Ramin də öz növbəsində onu 3cü mikrorayondan Lökbatana aparmışdır. O, Raminə marixuana lazım olduğu təqdirdə 120 (yüz iyirmi) manat müqabilində 04 (dörd) ədəd kibrit qutusu verə biləcəyini bildirmişdir. Üstündən 01 həftə müddət keçdikdən sonra Ramin ona zəng vurmuş və o 01 (bir) ədəd araq qutusuna 04 (dörd) kiloqram kartof, 04 (dörd) kiloqram xurma və 04 (dörd) ədəd kibrit qutusu marixuananı qoyaraq Şahid1 maşını ilə Bakıya göndərmişdir. Şahinin onun tərəfindən narkotik vasitə göndərməsindən xəbəri olmamışdır. O Raminə 120 (yüz iyirmi) manat məbləğində pulu ona “whatsapp” vasitəsilə göndərəcəyi karta ödəniş etməyini bildirsə də, Ramin kartın nömrəsini sms vasitəsilə göndərməsini istəmişdir. Ramin pulu karta köçürdükdən sonra Şahinin idarə etdiyi avtomobilin dövlət nömrə nişanını ona söyləmişdir. Təxminən 3-4 saatdan sonra Raminə zəng etmiş və malı göndərdiyini bildirmiş, o isə Şahinə zəng çatmadığını söyləmişdir. Ertəsi gün evdə olarkən ona zəng gələrək usta kimi iş təklif etmişlər. Sonradan bilmişdir ki, həmin şəxs Ağstafa rayon cinayət axtarış şöbəsinin rəisi Araz müəllimdir. O, boş olmadığını, Gəncədə iş götürdüyünü bildirmişdir. Ertəsi gün təxminən saat 12 radələrində Səbail rayon polis bölməsinin əməkdaşları evə gələrək onu idarəyə aparmışlar və bölmədə onu döymüşlər. Tutulmağının səbəbi kimi isə narkotik vasitə satmağını bildirmişlər. O narkotik vasitə göndərdiyini boynuna almışdır. Belə ki, polis əməkdaşları ona təzyiq edərək narkotik vasitəni həyətyanı sahəsində əkdiyini bildirməyini istəmişlər. 6-7 nəfər polis əməkdaşı onu yerə yıxaraq ürək nahiyəsindən tapdalamışlar. Bakı İstintaq təcridxanasında da döyülməyi ilə bağlı qeydiyyat aparılmışdır. Səbail rayon polis idarəsində olarkən vəkil onunla həmyerli olduğunu bildirmiş və polis idarəsində ona çay vermişlər. Sonradan ona məlum olmuşdur ki, həmin çayın tərkibində narkotik vasitə var. O yazıb-oxumağı bilmir. Həmin müdafiəçi ona sənədlərdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin yazıldığını bildirmişdir. O da narkotik vasitə istifadəçisi kimi rəsmiləşməyi üçün göstərilən sənədlərə imza etmişdir. Bundan sonra ona video görüntü göstərilmişdir. Orada 01 (bir) kiloqram 600 (altı yüz) qram və 01 (bir) kiloqram 400 (dörd yüz) qram olmaqla 02 (iki) ədəd sellofan torbalar və 05 (beş) ədəd kibrit qutusu olmuşdur. O isə polislərə bildirmişdir ki, onun göndərdiyi kibrit qutuları yapışkanla bağlı olmuşdur. Bildirmək istəyir ki, o ancaq 04 (dörd) ədəd kibrit qutusunda yabanı şəkildə bitən marixuana göndərmişdir, qalanı isə ona məxsus deyildir. Gecə saat 23-də aqronom Ağstafa rayon polis şöbəsinə gəlmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, məktəbi bitirdikdən sonra narkotik vasitə istifadə etməyə başlamışdır. Raminlə az müddətdir ki tanış olmuşlar. Bakıya ilk dəfə gələndə narkotik vasitə gətirməmişdir. Narkotik vasitələri Ramin tapıb gətirirmiş və onlar birgə istifadə edirmişlər. Raminin tutulmasından onun xəbəri olmamışdır. Belə ki, Ramin özü ona zəng edərək 04 (dörd) ədəd kibrit qutusunu göndərməsini istəmişdir. Ramin pulu ona məxsus olan “Beynəlxaq bank” kartına köçürmüşdür. 03 (üç) kiloqram marixuananın kimə məxsus olduğunu bilmir. Döyülməyi ilə bağlı Ağstafa rayon prokurorluğuna müraciət etmişdir. Ancaq sonradan onun nəticəsi ilə maraqlanmamışdır. Şahid6 narkotik vasitəni 80 (səksən) manat məbləğində aldığını bildirdikdə o Raminə onların ərazisində marixuananın 30-40 (otuz-qırx) manat olduğunu söyləmişdir. Belə ki, həmin yabanı bitki evdə olmuş və Raminə satmaq üçün belə demişdir. Araq qutusunu evlərinin yaxınlığında olan marketdən götürmüşdür. Belə ki, qutunu yapışkanla və yaşıl rəngli kəndirlə dörd tərəfdən bağlamışdır. Qutunu avtomobilin yük yerinə, yəni, baqaja qoymuşdur. Qutunun ümumi çəkisi təxminən 07-08 (yeddi-səkkiz) kiloqram olarmış. O, içərisində marixuana olan 04 (dörd) ədəd kibrit qutusunu tökülübdağılmaması və eyni zamanda bir yerdə qalması üçün yapışkanla bağlamışdır. Şahid1 gecə saat 01 radələrində Ağstafadan çıxmışdır. O, avtomobilə yükü Ağstafanın Qırılı kəndində yerləşdirmişdir. Şahin təxminən saat 06-07 radələrində Bakıya çatacağını ona bildirmişdir. Şahid1 idarə etdiyi mikroavtobusda heç kəs olmamışdır. Təxminən saat 07 radələrində Şahinə zəng vurmuşdur, lakin Şahinə zəng çatmamışdır. Bundan sonra Şahinin qardaşı ilə əlaqə saxlamışdır. Şahid6lə aralarındakı danışıqları və yazışmaları “whatsapp” vasitəsilə etmişlər. Raminlə gecə saat 04 və 05 radələrində əlaqə saxlamışdır. Daha sonra Ramin, müxtəlif bəhanələr gətirərək ona cavab verməmişdir. O, Raminin istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxlayırmış. Onun istifadəsində olan mobil nömrə isə ***-***-**-** saylı olmuşdur. Şahid6 2022-ci ilin oktyabr ayından tanımışdır. Şahid6lə Ağstafada görüşməmişdir. Raminə yabanı bitki olan marixuananı bircə dəfə Bakıda təmənnasız vermişdir. Raminin marixuananı 80 (səksən) manata aldığını biləndə o Raminə həmin narkotik vasitənin rayonda yabanı bitdiyini və eyni zamanda özündə olduğunu bildirmişdir. Ramin isə alıb göndərə biləcəyini soruşmuşdur. O da nə zaman lazım olsa maşınla göndərə biləcəyini bildirmişdir. Ramin ona 05 ədəd kibrit qutusu marixuana lazım olduğunu bildirmişdir. O isə Raminə 04 ədəd kibrit qutusu marixuananın olduğunu demişdir. Ramin hesab nömrəsini sms vasitəsilə göndərməyini istəmişdir. İsitfadəsində olan mobil nömrə ***-***-**-** saylı olmuşdur. Ramin pulu kartına 07 dekabr 2022-ci il tarixdə səhər saat 08:00 radələrində göndərmişdir. Onunla telefonda danışan şəxs Ramin özü olmuşdur. Onun bank kartı “Tam kart” olmuşdur. O göndərdiyi qutuların şəklini çəkib “whatsapp” vasitəsilə Raminin telefonuna göndərmişdir. Şahid6 120 (yüz iyirmi) manat pulu kartına köçürməyi ilə bağlı ona sms gəlmişdir. Lakin bununla bağlı olan qəbzi saxlamamışdır. Narkotik maddələr Şahid6 çatmalıymış. Şahid6 ona zəng edərək 04 (dörd) ədəd kibrit qutusunda marixuana göndərməyini istəmişdir. Bunun müqabilində "xxxx" ASC-yə məxsus “Tam” kartına 120 (yüz iyirmi) manat məbləğində pul yükləmişdir. O qutunu Şahid1 təxminən saat 01-ə işləmiş vermişdir. İlk dəfə idi ki, narkotik vasitə satırmış. Əvvəllər heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Şahid6 satdığı marixuana 0 (sıfır) tərkibli olmuşdur. Belə ki, onu istifadə etmişdir. Əlavə olaraq bildirmişdir ki, Şahid2 Ağstafa rayon polis şöbəsində olarkən onu vurmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ilkin ifadəsində göstərmişdir ki, Ağstafa rayonu Qırılı kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Ev təmiri işləri ilə məşğul olur. Narkotik vasitə aludəçisidir. Narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Həmin marixuanaları tanımadığı müxtəlif şəxslərdən almışdır. Başqa narkotik maddədən istifadə etməmişdir. Yaşadığı evin həyətyanı torpaq sahəsinin çölündə setkanın dibində yabanı halda 1 ədəd ağac çətənə kolu bitmişdir. O bunu görüb həmin ağacın dibinə su töküb qulluq etmişdir ki, yaxşı əmələ gəlsin. Fikirləşmişdir ki, özü istifadə edər. Bir dəfə ağacdan bir qədər yarpaq qırıb qurudub siqaret kimi çəkib istifadə etmişdir. Lakin o qədər də xoşuna gəlməmişdir. Bundan sonra daha həmin ağaca qulluq etməmişdir. O həmin ağacın yarpaqlarının yaxşılarını qırıb qurudaraq 5 (beş) ədəd kibrit qutularına yığıb ehtiyat üçün yaşadığı evdə saxlamışdır. 2022-ci ilin iyul ayının sonlarında işləmək üçün Bakı şəhərinə getmişdir. Gedəndə içərisinə marixuana yığdığı 1 kibrit qutusunu götürüb istifadə etmək üçün özü ilə Bakı şəhərinə aparmışdır. Qalan 4 qutunu isə evdə saxlamışdır. Bakı şəhərində işlədiyi ərəfədə Şahid6 ilə tanış olmuşdur. Belə ki, o Raminin qayınanasının evində kirayədə qalırmış. Ona sonradan məlum olmuşdur ki, Ramin də onun kimi narkotik vasitə aludəçisidir. Raminlə tanış olub bir neçə dəfə bir yerdə Bakı şəhərində narkotik vasitə olan marixuana çəkmişlər. O özü ilə gətirdiyi kibrit qutusunun bir hissəsini Raminlə bərabər çəkmişdir. Qalanını da Raminə hədiyyə etmişdir. Bunun müqabilində ondan pul almamışdır. Ramin də bir dəfə hardansa marixuana alıb gətirmiş və həmin marixuananı birlikdə çəkmişlər. Lakin kimdən aldığını ona deməmişdir. Bir dəfə o soruşanda Ramin bir qutunu 80 (səksən) manat pul müqabilində aldığını demişdir. O baha aldığını demişdir. Bu zaman Ramin ona ucuz haradan tapa biləcəyimi demişdir. O da evdə 4 ədəd kibrit qutusunda saxladığını nəzərə alıb Raminə qutusunun birini 30 manata ona təşkil edəcəyini demişdir. 2022-ci ilin noyabr ayında o Bakı şəhərindən yaşadığı Ağstafa rayonu Qırılı kəndinə qayıtmışdır. Kəndə qayıtdıqdan bir neçə gün sonra Ramin 077-510- 21-21 mobil nömrəsi ilə onun istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə zəng edib ona söz verdiyi marixuananı təşkil etməsini bildirmişdir. O Raminə yalnız 4 ədəd kibrit qutusu təşkil edə biləcəyini demişdir. Ramin də onunla razılaşmışdır. Ramin onun kart hesabına 120 manat pul göndərəcəyini bildirmişdir. O özünə məxsus "xxxx" tərəfindən verilmiş kartının nömrəsini Raminə demişdir. Ramin də onun kartının hesabına 120 manat pul göndərmişdir. O da 06 dekabr 2022-ci il tarixdə 4 ədəd kibrit qutusunda olan qurudulmuş vəziyyətdə marixuanaları həmkəndlisi Şahid1 “Mersedes-Sprinter” markalı mikroavtobusu ilə Bakı şəhərinə Raminə göndərmişdir. O üzərinə “Xan vodka” yazılmış 1 ədəd ağ rəngli karton yenşik bağlamasının içərisinə bir qədər xurma və kartof məhsulu yığıb altına içərisində marixuana olan 4 ədəd kibrit qutularını qoymuşdur. Həmin kibrit qutularının ağzını şəffaf skoçla bağlamışdır. Həmçinin karton yeşik bağlamasının ağzını da şəffaf skoçla və göy rəngli kəndirlə bağlamışdır. Həmin bağlamanı Şahinin mikroavtobusunun arxa yük yerinə qoymuşdur. Raminlə əlaqə saxladıqda sonuncu həmin bağlamanı Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən Bibiheybət məscidinin yaxınlığında götürəcəyini demişdir. O da həmkəndlisi Şahinə bağlamanı qeyd olunan yerdə götürəcəklərini bildirmişdir. Şahin bağlamanı Bakı şəhərinə aparmağa görə ondan pul almamışdır. Ramin bağlamanı Bakıda götürəndə 5 manat pul verəcəyinə söz vermişdir. Lakin ona sonradan məlum olmuşdur ki, Şahin mikroavtobusu Bakı şəhəri Bibiheybət məscidinin yaxınlığında saxladıqdan sonra Səbail rayon polis idarəsinin əməkdaşları Şahini tutmuşlar və onun göndərdiyi bağlamanın içərisindən külli miqdarda narkotik maddə marixuana aşkar edilmişdir. O bağlamanın içərisində xurma və kartof məhsullarının altına 4 ədəd kibrit qutusu marixuana qoymuşdur. Bağlamanın içərisində başqa heç nə olmamışdır. Ona sonradan məlum olmuşdur ki, həmin bağlamanın içərisində 9 ədəd kibrit qususunun içərisində müxtəlif çəkidə və 2 selofan torbada 1600 və 1400 kq çəkilərdə qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş 4 ədəd kibrit qutularında olan marixuanalar onundur. Qalan 5 ədəd kibrit qutularında olan marixuanalar onun deyil. Həmçinin selofan torbalarda olan marixuanaları da onun deyil. Onları bağlamaya o yerləşdirməmişdir. O həmin videogörüntüylə Səbail RPŞ-də müstəntiqin iş otağında baxmışdır. Baxanda görmüşdür ki, o göndərdiyi bağlamanın tamlığı pozulmuşdur. Bağlamanın üzərinə bağladığı göy rəngli ip sökülmüşdür. Bağlamanın üzəri yalnız skoçla bağlandığı görülmüşdür. Bununla da məlum olmuşdur ki, kimlərsə bağlamanı açıb 5 ədəd əlavə kibrit qutusu və 2 selofan marixuanaları bağlamanın içərisinə yerləşdirib təzədən şəffaf skoçla bağlamışdır. 09 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Səbail rayon polis idarəsinin əməkdaşları Ağstafa RPŞ-nin əməkdaşları ilə birlikdə gəlib evinə və həyətimə baxış keçirmişlər. Baxış zamanı o həyətindən çöldə setkanın dibində yabanı halda bitmiş 1 ədəd narkotik tərkibli çətənə ağacını göstərib həmin ağacın dibinə yalnız su töküb qulluq etdiyni bildirmişdir. Polis əməkdaşları həmin bir ədəd çətənə bitkisini kökündən qoparıb götürmüşlər. Daha sonra onun həyətyanı sahəsinə və evinə baxış keçirilmiş, lakin onun evindən və həyətyanı sahəsindən başqa heç bir narkotik tərkibli çətənə bitkisi, hər-hansı narkotik vasitə, qanunsuz əşya aşkar edilməmişdir. Həmin vaxt həyətyanı sahəsinə baxış zamanı aqronom- mütəxəssis iştirak etməmişdir. Bundan sonra o polis əməkdaşları ilə birlikdə öncə Ağstafa RPŞ-nə, oradan da Bakı şəhərinə Səbail RPİ-nə getmişdir. (Cild 2, iş vərəqə 151-153) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, o narkotik vasitəni Təqsirləndirilən şəxs almışdır və polislər tərəfindən tutulmuşdur. O tutularkən ifadə vermişdir. Həmin ifadəni də təsdiq edir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid6 bildirdi ki, o narkotik vasitə istifadə edirmiş. Ancaq hal-hazırda istifadə etmir. Niyaməddin qayınanasıgilin qonşuluğunda kirayə qalırmış. Niyaməddinlə tanışlıq münasibətləri də oradan yaranmışdır. Belə ki, o taksi fəaliyyəti ilə məşğul olurmuş və Niyaməddini dediyi yerlərə aparıbgətirirmiş. Onlar Niyaməddinlə birgə marixuana istifadə etmişlər. O, Agstafa rayonunda Niyaməddindən 40 (qırx) manat müqabilində 02 ədəd kibrit qutusu marixuana almışdır. Marixuananın Niyaməddinin özünə məxsus olduğunu və ya kimdənsə aldığını bilmir. O, marixuananı Ağstafadan almış və bir gün sonra Bakıda polislər tərəfindən tutulmuşdur. Marixuananı Niyaməddindən almağı ilə bağlı telefon yazışmaları aşkar olunmuşdur. Onun bank hesabına kimsə pul köçürməmiş, eyni zamanda, o da kiminsə bank hesabına pul köçürməmişdir. Onun adına “Tam kart” olmamışdır. O, 2022-ci ilin noyabr ayında polislər tərəfindən tutularkən istifadəsində olan mobil nömrə ***-***-**-** saylı olmuşdur. Niyaməddinlə həmin nömrə vasitəsilə əlaqə saxlamışdır. O, Ağstafa rayonuna yol maşını ilə getmişdir. Orada Niyaməddinlə “whatsapp” vasitəsilə əlaqə saxlayaraq yol qırağında görüşmüşdür. O, marixuananı Niyaməddindən alaraq geri qayıtmışdır. Niyaməddinlə tutulandan sonra onunla əlaqə saxlamamışdır. Niyaməddin ona bir neçə dəfə marixuana satmışdır. Lakin dəqiq tarixi xatırlamır. Niyaməddin ona Bakıda da marixuana satmışdır. O, marixuananı fərqli qiymətlərə satırmış. Niyaməddinlə onun Səbail rayon polis idarəsində üzləşdirməsi olmuşdur. Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, son beş ilə yaxındır ki, narkotik vasitə olan marixuana qəbul edir. Qəbul etdiyi marixuananı siqaret kimi çəkərək qəbul etmişdir. Narkotik vasitəni də tanımadığı şəxslərdən pulla almışdır. İlk vaxtlarda narkotik vasitəni tez-tez qəbul etmirdi, lakin son zamanlar narkotik vasitəni teztez qəbul etmişdir. Sonuncu dəfə aldığı narkotik vasitə olan marixuananı Ağstafa rayonunda Niyaməddin adı ilə tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən 40 manat pulun müqabilində şəxsi istifadəsi üçün 2 ədəd kibrit qutusunda qurudulmuş vəziyyətdə olan marixuana almışdır. Aldığı həmin marixuanadan bir dəfə çəkərək istifadə etdikdən sonra qalanın 1 ədəd qara rəngli sellofan paketdə özündə saxladı. 20 noyabr 2022-ci ildə saat 16 radələrində özündə olan həmin marixuananı əynində olan tünd yaşıl rəngli gödəkçənin sol yan cibinə qoyub “İçərişəhər” metrosunun yanında piyada hərəkət edən zaman iki nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrin təqdim edib polis əməkdaşları olduğunu deyərək 9-cu polis bölməsinə dəvət etdikdə onların şübhələndiklərini başa düşmüşdür. Birlikdə 9-cu polis bölməsinə getmiş və orada olan iş otaqlarının birində narkotik vasitə ilə bağlı şübhəli olduğunu deyərək dəvət etdikləri vəkilin iştirakı ilə üzərində şəxs axtarış aparılmasını deyib hüquq və vəzifələrini izah etmişdilər. Dövlət vəsaiti hesabına vəkil istədiyini bildirmişdi, ona görə də dövlət hesabına vəkil təyin edilmişdi. Həmin zaman vəkilin iştirakı ilə video kamera çəkilişindən istifadə edərək üzərində şəxsi axtarış aparılarkən əgər üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməyini dedikdə əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibindən özünə məxsus 1 ədəd mobil telefonumu və gödəkçənin sol yan cibində olan 1 ədəd qara rəngli sellofan paketdə saxladığı 2 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı çıxardıb masanın üzərinə qoymuşdu. Polislər masanın üzərinə qoyduğu paketin içərisində olan əşya barədə sual verdikdə həmin qara paketin içərisində iki ədəd kibrit qutusunun içərisində qurudulmuş narkotik vasitə marixuana olmasını və onu da Ağstafadan Niyaməddin adlı şəxsdən 40 manat pulun müqabilində şəxsi istifadəsi üçün aldığını demişdi. Bundan sonra masanın üzərində olan qara rəngli sellofan paketi açaraq baxdıqda həqiqətəndə də orada olan iki ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuana olması aşkar olundu. Bundan sonra üzərində polislər tərəfindən şəxsi axtarış aparılsa da, lakin hər hansı bir əşya aşkar edilməmişdi. Gödəkçənin sol yan cibində saxladığı və içərisindən marixuana olan 2 ədəd kibrit qutusunu da ağ rəngli kağız zərfə qoyaraq qablaşdırıldı, özü və orada olan vəkil və polislər tərəfindən imzalandı. Bu barədə protokol yazıldı və ucadan oxundu, həmin protokol düzgün tərtib edilməsini özü də daxil olmaqla orada olan vəkili və polislər tərəfindən imzalanmışdı. (Cild 1, iş vərəqə 219-221) Bundan başqa ibtidai istintaq zamanı iş üzrə əlavə ifadəsi alınmış Şahid6 ilkin ifadəsini təsdiq edərək əlavə ifadəsində bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş 2 ədəd kibrit qutusunda olan narkotik vasitə marixuananın cəminə 40 manat pul verib Ağstara rayonunda Niyaməddindən özü şəxsi istifadəsi üçün almışdır. Niyaməddin Ağstafa rayon polis şöbəsində bu barədə verdiyi ifadəsi Niyaməddin həmkəndlisinin avtobusu ilə narkotik vasitəni 120 manat pulun müqabilində göndərməsini onun özünü məsuliyyətdən yaxa qurtarması və yaxud da məsuliyyətini azaltması kimi bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ondan qəbul etmək üçün içərisində narkotik vasitə olan qurudulmuş marixuananın hər bir qutusunu 30 manata olmaq şərti ilə razılaşaraq onun adına olan “Tam-karta” 120 manat pul köçürməyi, bunun da müqabilində Niyaməddin həmkəndlisinin sərnişin daşıyan avtobusu ilə içərisində meyvə olan 01 ədəd karton qutuda narkotik vasitəni göndərən zaman yolda, yəni Bakı şəhəri Səbail rayonunda Bibiheybət məscidinin yanında polis əməkdaşları tərəfindən həmin avtobus saxlanaraq aşkar olunub götürülməsi hadisəsi ilə bağlı deyilənlərin hamısının yalan olması, Niyaməddindən 4 ədəd kibrit qutusunda narkotik vasitə marixuana almamış və bununla da bağlı onun adına olan hesab kartına 120 manat pul göndərməmişdir. Belə ki, Niyaməddindən bir dəfə 40 manata 2 ədəd kibrit qutusunun içərisində qurudulmuş marixuana olan narkotik vasitəni Ağstafa rayonunda almış, ondan sonra Niyaməddindən narkotik vasitə almamışdır. Əvvəllər istifadəsində olan mobil telefon nömrələri ilə əlaqə saxlasa da, lakin sonradan Niyaməddinlə heç bir əlaqə saxlamamışdı. Təqsirləndirilən şəxs həmkəndlisi Şahid1 istifadəsində olan sərnişin daşıyan avtobusla 1 ədəd karton qutuda göndərdiyi narkotik vasitə olan qurudulmuş marixuananın kimə və hansı səbəbə göndərməsi barədə məlumatı olmamışdır. (cild 2, iş vərəqə115-116) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxslə eyni kənddə yaşayır. Səhv etmirsə, 2022-ci ilin dekabr ayında Ağstafa rayonundan Bakıya gələn vaxt Niyaməddin əl edərək onu yolda saxlatmış və qutuda yük olduğunu bildirmişdir. Ondan həmin qutunu dediyi ünvana çatdırmağını xahiş etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, o 2017-ci ildən sərnişin daşıma ilə məşğuldur. O, “Sprinter” markalı avtomobil idarə edir. O həmin gün Bakı şəhərinə sərnişin gətirirmiş. Niyaməddin onunla birgə gəlməmişdir. Belə ki, Niyaməddin ona ancaq ağ rəngli araq qutusu vermişdir. Bakı şəhərinə çatmamışdan qabaq ona zəng gələrək yük göndərildiyini bildirmişlər. Qutuda üstdə xurma olmuşdur. Səbail rayon polis idarəsinin əməkdaşları tərəfindən həmin qutuya baxış keçirilmiş və altda “marixuana” aşkar edilmişdir. Niyaməddin qutunun içərisində meyvə olduğunu bildirmişdir. Onun qutunun içərisindəkilərdən xəbəri olmamışdır. Niyaməddinlə onun telefon danışığı olmamışdır. Belə ki, Niyaməddin, o kənddən keçərkən əl edərək onu saxlatmışdır. O, maşını “Bibiheybət” məscidinin yanında həmin qutunu vermək üçün saxlamış və həmin vaxt polislər ona yaxınlaşaraq Baş idarəyə aparmışlar. Qutuya onun yanında baxış keçirilmişdir. Oradan xurma, kartof, sellofanda ot, 09 (doqquz) ədəd kibrit qutusu aşkar edilmişdir. Niyaməddinlə onun arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Niyaməddin həmin vaxt narkotik vasitələrin özünə məxsus olduğunu və göndərdiyi şəxsə çatacağını bildirmişdir. O təxminən axşam saat 20 radələrində şübhəli şəxs qismində saxlanmışdır. Polislər tərəfindən saxlanıldığı vaxtla Baş idarədə videoçəkilişin keçirilməsi vaxtı arasında nə qədər müddət keçdiyini xatırlamır. O, polislər tərəfindən saxlanılmış və Baş idarəyə gətirilmişdir. Bu zaman maşının açarları onda olmuşdur. Polislər tərəfindən saxlanıldığı vaxt avtomobilə baxış keçirilməmişdir. Əvvəlcə idarəyə gətirilmiş, daha sonra videoçəkiliş vasitəsilə maşına baxış keçirilmişdir. Avtomobilə videoçəkiliş vasitəsilə keçirilən baxış istintaq hərəkətində onu tutan polis əməkdaşları, vəkil və o iştirak etmişdir. İçərisində narkotik vasitə olan qutu avtomobilin salonundan aşkar edilmişdir. Qutu baqajda olmuşdur. Qutunu sonradan o salona gətirmişdir. O Niyaməddinlə telefon əlaqəsi saxlamamışdır. Belə ki, tanımadığı şəxs ona cəmi 02 dəfə zəng vurmuş və o həmin şəxsə yükü götürmək üçün “Avtovağzala” gəlməsini bildirmişdir. Həmin şəxs “Bibiheybət” məscidinə gəlməyini xahiş etmişdir. Əvvəl razı olmasa da, sonradan qardaşıgilə gəlməli olduğu üçün həmin şəxslə razılaşmışdır. Ağstafadan Bakıya gedən yolda təxminən 6-7 saat vaxtı getmişdir. Ağstafadan təxminən saat 12-nin yarısı, 12-yə qalmış radələrində yola çıxmışdır. “Bibiheybət” məscidinin yanında polislər tərəfindən saxlanılarkən tək olmuşdur. Həmin vaxt avtomobilində sərnişin olmamışdır. Həmin ərəfələrdə istifadəsində olan mobil nömrə ***-***-**-** saylı olmuşdur. Niyaməddinin göndərdiyi bağlamada əlaqə nömrəsi yazılmamışdır. Qutuda bir sıra xurma, bir sıra da kartof olmuşdur. Bitki mənşəli narkotik vasitə adi sellofanın içərisində olmuşdur. Qutu elə də böyük ölçüdə olmamışdır. Aşkar olunmuş marixuananın çəkisini bilmir. Qutudan 02 (iki) ədəd sellofan və 09 (doqquz) ədəd kibrit qutusu aşkar edilmişdir. Adətən ona rayonlara çatdırmaq üçün yük verirlər. Bunun müqabilində o, 05 (beş) manat məbləğində pul alır. Niyaməddinlə həmkəndli olduğu üçün pul almamışdır. Niyaməddin ona “vizitka” vermişdir ki, yükü götürən adam onunla əlaqə saxlasın. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus «Mersedes Sprinter 312D» markalı **-VK-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu olmuşdur. Həmin mikroavtobusla Ağstafa rayonundan Bakı şəhərinə, Bakı şəhərindən Ağstafa rayonuna sərnişin daşıyıb ailəsini dolandırırmış. Təqsirləndirilən şəxs tanıyır. Niyaməddin onun həmkəndlisidir. Onunla əvvəllər heç bir münasibəti olmamışdır. Aralarında düşmənçilik, ədavət olmamışdır. 07 dekabr 2022-ci il tarixdə saat 12 radələrində «Mersedes Sprinter 312D» markalı **-VK-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu ilə Bakı şəhərinə yola düşdükdə yaşadığı Ağstafa rayonu Qırılı kəndində həmkəndlisi Təqsirləndirilən şəxs bir ədəd ağ rəngli karton yeşik bağlamasını ona verərək həmin bağlamanı Bakı şəhəri Bibiheybət məscidinin qarşısına çatdırmağını tapşırmış və oraya çatanda bağlamanı ondan götürəcəklərini bildirmişdir. Niyaməddin ona həmin bağlamanın içərisində xurma və kartof məhsulu olduğunu demişdir. O da Niyaməddinə inanmış və bağlamanı mikroavtobusun yük yerinə qoymuşdur. O Niyaməddinə mobil nömrəsi olan vizit kartını vermişdir. Həmkəndlisi olduğu üçün bunun müqabilində Niyaməddindən pul almamışdır. Bundan sonra o mikroavtobusu sürüb getmişdir. Saat təxminən 20 radələrində Bakı şəhəri Beynəlxalq avtovağzala çatmışdır. Sərnişinləri düşürdükdən sonra Niyaməddinin ona verdiyi bağlamanı çatdırmaq üçün Bibiheybət məscidinə tərəf getmişdir. 07 dekabr 2022-ci il tarixdə təxminən saat 21 radələrində Bakı şəhərinə Bibiheybət məscidinin qarşısına çatdıqda Səbail RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış və Səbail RPİ-nə dəvət olunmuşdur. Polis idarəsində ona narkotik vasitə daşımaqda şübhəli olduğu bildirilmişdir. O maddi vəziyyəti ilə əlaqədar hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkillə təmin olunmağını xahiş etmişdir. Bundan sonra ona vəkillərin siyahısı təqdim edilmişdir. O hüquqlarını müdafiə etməsi üçün vəkil X5 dəvət olunmasını istəmişdir. Bir qədər sonra həmin vəkil dəvət olunmuş və ona təqdim olunmuşdur. Bundan sonra o şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri ona izah edildikdən sonra vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər-hansı qanunsuz maddə, əşya aşkar edilmədi. O polis əməkdaşlarına Ağstafa rayonundan Bakı şəhərinə yola düşən vaxt yaşadığı Qırılı kəndində həmkəndlisi Niyaməddinin ona ağ rəngli karton yeşik bağlama verib Bakı şəhəri Bibiheybət məscidinin qarşısında həmin bağlamanı ondan götürəcələrini, bağlamanın içərisində xurma və katrof məhsulu olduğunu bildirdiyini, həmin bağlamanın hazırda idarə etdiyi mikroavtobusun yük yerində olduğunu demişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Bibiheybət məscidinin qarşısına getmişdir. Orada vəkilin və polis əməkdaşlarının iştiakları ilə video çəkilişlə mikroavtobusa baxış keçirilmişdir. Baxış zamanı mikroavtobusun yük yerindən Niyaməddinin ona verdiyi üzərində «Xan vodka» yazılmış ağ rəngli karton yeşik bağlaması aşkar edilmişdir. Bağlama açıldıqda içərisindən xurma və kartof məhsulları, onların alt hissəsindən isə ağ kağıza bükülmüş bükülü aşkar edilmişdir. Həmin bükülü açıldıqda içərisindən 9 ədəd kibrit qutusu aşkar edilmişdir. Kibrit qutusunun içərisinə isə kəskin iyli ot şəkilli qurudulmuş vəziyyətdə narkotik maddəyə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra karton yeşik bağlamasının içərisindən 2 ədəd selofan torba aşkar edilmişdir. Selofan torbalar açdıqda içərisindən yenə kəskin iyli ot şəkilli qurudulmuş vəziyyətdə narkotik maddəyə bənzər kütlələr aşkar edilmişdir. Aşkar edilmiş kütlələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq üzəri möhürlənib götürülmüşdür. Bundan başqa baxış zamanı mikroavtobusdan hər-hansı qanunsuz əşya, maddə aşkar edilməmişdir. Karton yeşik bağlamasından aşkar edilmiş kartof və xurma məhsulları ona qaytarılmışdır. Bu barədə protokol tərtib edilmişdir. O, müdafiəçi və iştirakçılar həmin protokola imza etmişlər. O əvvəlcədən Niyaməddinin ona verdiyi bağlamanın içərisində narkotik maddə olduğunu bilməmişdir. Niyaməddin ona bağlamanın içərisində yalnız xurma və kartof məhsulu olduğunu demişdir. O da Niyaməddinə inanıb həmin karton yeşik bağlamasını mikroavtobusunun yük yerində Bakı şəhərinə aparmışdır. Bunun müqabilində Niyaməddindən pul da almamışdır. Niyaməddin birinci dəfə idi ki, mikroavtobusunda aparması üçün ona bağlama vermişdir. Əvvəllər o mikroavtobusu ilə Niyaməddinin heç bir yükünü aparmamışdır. Həmkəndlisi olduğuna baxmayaraq o Niyaməddinin qanunsuz olaraq narkotik maddə əldə etməsini, saxlamasını, satmasını bilmirmiş. Əgər bilsə imiş, Niyaməddinin yükünü aparmazmış. (Cild 2, iş vərəqə 16-19) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN-in Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili Şahid5 ifadə verərək göstərmişdir ki, o Səbail rayon Polis İdarəsinin əməkdaşıdır. Ramil adlı şəxs saxlandıqda ondan aşkar olunmuş narkotik vasitə marixuananı Ağstafa rayon sakini Niyaməddin adlı şəxsdən aldığını bildirmişdir. Ramil əlavə olaraq həmin narkotik vasitəni 40 manata öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra tərəflərindən əməliyyat tədbirləri keçirilərək Təqsirləndirilən şəxs adlı şəxsin şəxsiyyəti müəyyən edilmiş və Ağstafa rayonuna gedilmişdir. Orada Niyaməddinin evinə baxış keçirilən zaman 02 ədəd 11 sm hündürlüyündə və 03 ədəd 80 sm hündürlüyündə çətənə aşkar olunmuşdur. Ramini təxminən dekabr ayının əvvəllərində saxlamışlar. Ramin narkotik vasitəni Niyaməddin adlı şəxsdən aldığını bildirmişdir. Onlar həmin məlumatı Ramindən öyrənmişdir. Belə ki, Ramin onlara bildirmişdir ki, rayondan avtobus gələcək və onun içərisində qutuda marixuana olacaq. Onlar Şahin adlı sürücünü saxlamışlar. Avtobusdan meyvə qutusu aşkar olunmuşdur. Həmin qutunun içərisindən kartof, xurma və marixuana çıxmışdır. Şahin qutuda marixuana olduğunu bilmədiyini demişdir. Həmin qutunu həmkəndlisi Niyaməddin adlı şəxsin göndərdiyini bildirmişdir. 9 kibrit qutusu marixuana olmuşdur. Şahin həmin qutunu kiminsə gəlib götürəcəyini demişdir. Bizə Niyaməddinin öz həyətində çətənə əkməsi ilə bağlı məlumat daxil olmuşdur. Həyətindən çətənə bitkisi aşkar olunmuşdur. Onlar tədbirdə 4 nəfər iştirak etmişlər. O qrupun rəhbəri olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir və təzyiq olmayıb. O həm Raminin, həm də Şahinin tutulmasında iştirak etmişdir. Əməliyyat qrupunun rəhbəri o olmamışdır. Əməliyyat qrupunun rəhbəri Çinar Quliyev olmuşdur. Ramin barəsində əməliyyat məlumatı Çinar Quliyevə daxil olmuşdur. Ramini saxlandığı vaxtı dəqiq xatırlamır. Təxminən noyabr ayının axırı və ya dekabr ayının əvvəlləri olmuşdur. O Raminin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsində iştirak etmişdir. Müdafiəçi ilə təmin olunmuşdur. Şahinin saxlanmasında o əməliyyat qrupunda olmuşdur. Əməliyyat qrupu Şahid2, Şahid3 və Şahid4 ibarət olmuşdur. Həmin əməliyyat qrupunun yaranması barədə əmrlə tanışdır. Şahini dekabr ayında saxlamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid DİN-in Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2011-ci ildən DİO-da, 2016-cı ildən də tutduğu vəzifədə xidmət edir. Hadisənin mahiyyəti üzrə qeyd edir ki, Şahid6 ilə əvvəldən tanışlıq münasibəti olmamışdır. Bu sıəbəbdən Raminlə onun arasında heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. 20 noyabr 2022-ci il tarixdə saat 16 radələrində Şahid6 ünvan 3 ünvanın qarşısında dayandığını görərək ona yaxınlaşdıqda cibindən nəsə çıxardıb atmasını hiss edib suallar verdikdə həmin şəxs suallara qeyri-adekvat cavablar vermişdir. Onu narkotik vasitələrin istifadəsində şübhəli olunması üçün həmin zaman 9-cu polis bölməsinə dəvət etmişlər. Onlar həmin bölmədə olan zaman xidməti otaqların birində Şahid6 üzərində şəxs axtarış və baxış keçirilməsi üçün dövlət hesabına müdafiəçi Səyyarə Əliyevanın iştirakı ilə video çəkilişlə şəxsi axtarış və götürmə hərəkəti keçirilmişdir. Həmin axtarışa başlayan zaman Ramin üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etmək təklif olunduqda o, bu təklifdən sonra əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qara rəngli X32 7 markalı mobil telefonu, həmin gödəkçənin sol cibindən isə 01 ədəd qara rəngli sellofanı çıxararaq masanın üzərinə qoymuşdur. Həmin zaman qara sellofanın içərisinə baxdıqda orada iki ədəd sökülmüş vəziyyətdə kibrit qutusu və yaşıl rəngli quru ot şəkilli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər vasitə olması aşkar edilmişdir. Hər iki kibrit qutusunu açıb baxdıqda onların içərisində eyni rəngli formalı narkotik vasitəyə bənzər yaşıl kütlə aşkar olunmuşdur. Sorğu zaman Ramil hər iki kibrit qutusunun cəminə 40 manat pul verib Ağstafa rayonundan Niyaməddin adlı şəxsdən özü şəxsi istifadə etməsi üçün aldığını bildirmişdir. Həmin zaman bu barədə protokol yazılmış, aşkar olunmuş kibrit qutuları 1 ədəd kağız zərfə qoyularaq üzərindən 166 saylı möhürlə möhürlənmişdir. Bu zaman yazılmış protokol iştirakçılara ucadan oxunmuş, orada olan iştirakçılar zərfin üzərindən və həmin protokolun düzgünlüyünü təsdiq etmək üçün imzalamışlar. (Cild 1, iş vərəqə 233-234) Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edildikdən sonra məhkəmədə verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, Şahid1 ilə bağlı əməliyyat tədbirində iştirak etməmişdir. Sadəcə digər əməliyyat qupunda olduğu üçün məlumatlıdır. Hadisədən uzun müddət keçdiyi üçün ola bilər ki, o, şəxsləri qarışdırmışdır. O Təqsirləndirilən şəxs saxlanmasında iştirak etməmişdir. Lakin həmin tədbirdən məlumatı olmuşdur. Şahid1 ilə bağlı hər hansı əməliyyat tədbirində olmamışdır. O yalnız Şahid6 saxlanmasında iştirak etmişdir. Digər tədbirlərdən necə məlumatlı olmağı məxfidir, o barədə məlumat verə bilməz. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN-in Səbail RPİ-nin 9-cu PBnin əməliyyat müvəkkili Şahid4 ifadə verərək göstərmişdir ki, Şahid6 narkotik vasitə ilə tutulmasından sonra Niyaməddin adlı şəxsin əməliyyat yolu ilə yerinin müəyyən edilməsi məqsədilə sonuncunun həmkəndlisi Şahin adlı şəxsin Ağstafa rayonundan Bakı şəhəri istiqamətində “Mersedes Sprinter” vasitəsilə hərəkət etməsi müəyyən olunmuşdur. 07 dekabr 2022-ci il tarixdə saat 21-22 radələrində həmin “Mersedes Sprinter” markalı avtobus Bakı şəhəri, Səbail rayonu Bibiheybət məscidinin yaxınlığında tərəflərindən saxlanılmış və avtobusun sürücüsü Səbail rayon Polis İdarəsinin inzibati binasına dəvət edilmişdir. Həmin şəxsin üzərinə baxış keçirilən zaman üzərindən qanunla qadağan olunan heç nə aşkar olunmamışdır. Şahid1lə sorğu zamanı müəyyən olunmuşdur ki, Niyaməddin adlı həmkəndlisi ona qutu verərək həmin qutunu Bakı şəhərinə çatdırmasını bildirmiş, lakin kimə və necə çatdıracağını qeyd etməmişdir. Şahinlə birlikdə həmin qutuya baxış keçirilən zaman qutudan 9 ədəd kibrit qutusunun içərisindən narkotik vasitə marixuanaya bənzər kütlə və iki ədəd şəffaf bağlama aşkar olunmuşdur. Əməliyyat qrupu Şahid2, Şahid3 ibarət olmuşdur. Şahid1 Bakı şəhəri, Səbail rayonu Bibiheybət məscidinin yaxınlığında günün axşam saatlarında saxlamışlar. 9 ədəd kibrit qutusu və iki ədəd şəffaf bağlama aşkar etmişlər. Təqsirləndirilən şəxs və Şahid1 qarşı tərəflərindən heç bir fiziki və psixoloji təsir və təzyiq olmamışdır. Məhkəməyə verdiyi ifadəsini təsdiq edir. Şahid1 saxlanılmasında iştirak etmişdir. Əməliyyat qrupunda o olmuşdur, qrupun rəhbərini hazırda xatırlamır. Şahid1 məxsus “Mersedes Sprinter” markalı avtobusa Bibiheybət məscidinin yaxınlığında baxış keçirilmişdir. Şahid1 Səbail rayon Polis İdarəsinə dəvət edilmişdir. Şahin idarəyə aparılarkən qoluna qandal vurulmamışdır. Avtobus İdarəyə aparılmamış və açarı Şahində olmuşdur. Şahid1 dövlət tərəfindən müdafiəçi təyin edilmişdir. Şahinin üzərindən heçnə aşkar olunmamışdır. Daha sonra maşına baxış keçirərkən Niyaməddinin ona bağlama verdiyini qeyd etmiş, lakin içərisində nə olduğunu bilmədiyini söyləmişdir. Avtomaşına baxış videoçəkilişlə aparılmışdır. Videoçəkilişin kimin tərəfindən çəkildiyini hazırda xatırlamır. Bu ifadəni müstəntiqə də vermişdir. Niyaməddinin saxlanmasında iştirak etmişdir. Əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvanı müəyyən olunmuşdur. Daha sonra Ağstafa rayonunda Niyamədinin evinə özünün iştirakı ilə baxış keçirilmiş, lakin evindən heçnə aşkar olunmamışdır. Lakin həyətyanı sahəsindən 3 ədəd çətənə bitkisi aşkar olunmuşdur. Aqranom həmin baxışda iştirak etmişdir. Şahid1 Ağstafa rayonundan Bakı şəhəri istiqamətində olarkən saxlanılmışdır. Avtobusda sərnişinlər olmuş, sonrasını hadisədən uzun müddət keçdiyindən xatırlamır. Ağstafa rayonuna Şahid2 və Şahid3 ilə birlikdə getmişdir. Ağstafa rayon Polis Şöbəsinin əməliyyatçıları protokolun tərtib olunmasında iştirak etmişlər. O Təqsirləndirilən şəxs Ağstafadakı əməliyyat tədbirində iştirak etmişdir. Onlar çox tədbirlərdə iştirak etdikləri üçün, ona elə gəlir ki, Şahid1 də tədbirində iştirak etmişdir. Hər gün əməliyyat tədbirləri olduğundan tədbirləri tam yadında saxlaya bilmir. Şahid DİN-in Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, bir neçə ildir ki, tutduğu vəzifədə xidmət edir. Hadisənin mahiyyəti üzrə qeyd edir ki, rəhbərlik tərəfindən verilmiş göstəriş əsasında Səbail RPİ-nin NMQ-nun əməkdaşları ilə birlikdə Ağstafa rayon Qırlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitənin alqı satqısı ilə məşğul olmasına dair keçirilmiş əməliyyat tədbirləri zamanı onun ifşa olunması üçün o da orada iştirak etmişdir. Belə ki, 09 dekabr 2022-ci ildə saat 17 radələrində o öz əməkdaşları ilə birlikdə onlarla bərabər Ağstafa rayon Polis şöbəsinin əməkdaşı və dəvət edilmiş aqranom Camalın iştirakı ilə birlikdə Niyaməddinin yaşadığı ünvana gedirlərmiş. Niyaməddinin iştirakı ilə istifadə edilmiş çəkilişlə sonuncunun evində və həyətyanı sahəsində axtarış və baxış keçirilməsi bildirilmiş, Niyaməddin buna öz könüllü razılı ilə ərizə yazaraq etirazı olmadığını qeyd etmişdir. Bundan sonra orada olan hər kəs həmin ünvanda axtarışda iştirak etmişdir. Belə ki, Niyamədinin axtarış aparılan evi Ağstafa rayonu Qırlı kəndi Təbriz Quliyev küçəsində yerləşir. Niyaməddinə yaşadığı evdə narkotik tərkibli bitki və ya sair əşyalar varsa onu təqdim etməyi təklif edildikdə sonuncu evində belə bir əşyalar olmadığını bildirmişdir. Sonra Niyaməddinin yaşadığı mənzildə axtarış aparılsa da qanunla qadağan heç bir əşya dəlil aşkar edilməmişdir. Daha sonra Niyaməddinə yaşadığı evin həyətində narkotik tərkibli bitki və ya sair əşyalar varsa onu təqdim etməyi təklif edildikdə sonuncu evin həyətində əkərək qulluq etdiyi qanunla qadağan edilmiş narkotik bitki olmasını bildirmiş və evin həyətində baxış və axtarış keçirildikdə evin qarşısında, yəni həyətindən setkanın kənarında 15 sm hündürlüyündə 2 ədəd və 80 sm 1 ədəd çətənə bitkisinə oxşar bitkilər, cəmi 3 ədəd bitki aşkar edilmişdir. Sorğu zamanı Niyaməddin həmin bitkiləri özü tərəfindən əkilməsini bildirib, bundan qabaq həmin bitkilərdən hazırladığı qurudulmuş marixuanadan Bakı şəhərinə göndərdiyini demişdir. Baxış zamanı iştirak etmiş aqranom (mütəxəssis) Camal Əsgərov narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilər olmasını və onlara aqrotexniki qulluq edilməsini bildirmişdir. Bundan sonra aqranomun iştirakı ilə aşkar edilmiş həmin 3 ədəd bitki kökündən çıxarılaraq qablaşdırılmış və üzərindən iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra bu barədə Ağstafa rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən protokol yazılmışdır. Yazılmış protokol iştirakçılara ucadan oxunmuş, orada olan iştirakçılar tərəfindən həmin protokolun düzgünlüyünü təsdiq etmək üçün imzalamışlar. (Cild 1, iş vərəqə 154-155) Şahid Babayev X22 istintaq zamanı vermiş olduğu ifadəsi elan edildikdən sonra məhkəmədə verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, əməliyyat tədbirindən xəbəri olduğu üçün ola bilər ki, qarışdırmışdır. Ağstafa rayonunda Təqsirləndirilən şəxs tədbirində dəqiq iştirak etmişdir, digər tədbiri isə səhv salmışdır. İş yoldaşlarının danışdıqları yadında qalıb, uzun müddət keçdiyi üçün qarışdırmışdır. Ağstafa rayonunda Təqsirləndirilən şəxs tədbirində iştirak etmiş və həmin tədbirlə bağlı verdiyi ifadəni təsdiq edir. Digər tədbiri isə səhv salmışdır.Belə ki, o həmin tədbirdə iştirak etməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN-in Səbail RPİ-nin NMB-nin rəisi Şahid2 ifadə verərək göstərmişdir ki, təxminən 2 il öncə Ağstafa rayonundan Bakı şəhərinə “Mersedes Sprinter” vasitə ilə narkotik vasitə gətirilməsi barədə məlumat daxil olmuşdur. Axşam təxminən saat 19-20 radələrində həmin maşını saxlamışlar. Sürücü aşkar olunmuş bağlamanı Ağstafadan gətirdiyini bildirmişdir. Müstəntiqi dəvət etmişlər və avtomobilə baxış və axtarış keçiriləndə meyvələrin altında külli miqdarda narkotik vasitələr aşkar edilmişdir. Sürücü bağlama ilə bağlı hər hansı məlumatının olmadığını, onu təhvil alan zaman açaraq içərisinə baxmadığını bildirmişdir. Həmin bağlamanı Ağstafa rayonu, Qırılı kəndində yaşayan tanışı Niyaməddindən aldığını bildirmişdir. Onlar da təxirə salınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər. Belə ki, Ağstafa rayonu Polis Şöbəsinin əməkdaşları ilə birgə Niyaməddinin yaşadığı evə baxış keçirmişlər. Bu zaman həyətdən 03 (üç) və ya 04 (dörd) ədəd marixuana ağacı aşkar edilmişdir. 2007-ci ildən polis orqanlarında xidmət edir. Əməliyyat tədbirində 3 və ya 4 nəfər iştirak edirmiş. Qrupdan Şahid3, 9-cu Polis Bölməsinin və Ağstafa rayon polis şöbəsinin əməkdaşları iştirak edirmiş. Qrupun rəhbəri o olmuşdur. Avtobusu Bibiheybət məscidini keçdikdən sonra saxlamışlar. Avtobusa müstəntiqin və ekspert-kriminalistin iştirakı ilə yerində baxış keçirilmişdir. Bağlama açıldıqdan sonra üstdə meyvələr olmuşdur. Altda isə kibrit qutusu olmuşdur. Ağstafaya gecə vaxtı getmişlər. Tərəflərindən Niyaməddinə və hər hansı digər şəxslərə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Əməliyyat qrupunun yaradılması haqqında əmr və qərarla tanışdır. Daxil olmuş məlumatın mənbəyi məxfi olduğu üçün deyə bilməz. Qərar təxminən 2 il öncə qəbul edilmişdir. Uzun müddət vaxt keçdiyi üçün həmin qərarda şübhəli şəxs kimi Şahin yoxsa Niyaməddinin adının yazıldığını xatırlamır. Niyaməddini Şahin tutulduqdan sonra tanımışlar. Şahinin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılıb aparılmadığını dəqiq xatırlamır. Şahinin idarəyə etdiyi avtobusu saxlamışlar və Şahindən nə aparıb-gətirdiyini soruşuduqda sonuncu daim olaraq Ağstafadan Bakıya yüklər aparıb gətirdiyini bildirmişdir. Onlar da hadisə yernə müsəntiqi dəvət etmişlər. Müstəntiqin kim olduğunu xatırlamır. Müstəntiq və ya təhqiqatçı gələnə kimi Şahini heç yerə aparmamışlar. Aşkar etdikləri bağlama avtobusun salon hissəsində olmuşdur. Şahid DİN-in Səbail RPİ-nin NMB-nin rəisi Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, bir neçə ildir ki, tutduğu vəzifədə xidmət edir. Hadisənin mahiyyəti üzrə qeyd edir ki, X13 narkotik vasitə olan qurudulmuş marixuana aşkar edildikdən sonra onun marixuananı aldığı Niyammədin adlı şəxsi kimliyin müəyyən edərək Niyaməddinin ifşa etməkdən ötrü keçirilmiş əməliyyat tədbirləri zamanı sonuncunun həmkəndlisi Şahid adlı şəxsin idarə etdiyi sərnişin daşıyan avtobusla Bakı şəhərinə hərəkətdə olması müəyyən edilmişdir. Bununla bağlı 07 dekabr 2022-ci ildə saat 21 radələrində Şahinin idarə etdiyi “Mersedes Sprinter” markalı ** VK *** nömrəli avtobus Ağstafa rayonundan Bakı şəhərinə gələn zaman Səbail rayonu Bibiheybət məscidinin yanında saxlanılaraq Səbail rayon Polis İdarəsinin inzibati binasına dəvət edilmişdir. Həmin zaman Şahinin üzərində şəxs axtarış və baxış keçirilməsi üçün dövlət hesabına olan müdafiəçi Mehman Əliyevin iştirakı ilə video çəkilişlə Şahinin üzərində şəxsi axtarış və götürmə hərəkəti keçirilmişdir. Həmin axtarışa başlayan zaman Şahinə üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etmək təklif olunduqda o, bu təklifi qəbul edərək üzərində qanunla qadağan edilmiş əşya və ya sair sənədlərin olmamasını bildirmişdir. Bundan sonra Şahinin üzərində şəxsi axtarış aparılmış, lakin iş üçün subut əhəmiyyət kəsb edən heç bir əşyayi dəlil aşkar olunmamışdır. Sorğu zaman iştirak edən Şahin bildirmişdir ki, bu gün saat 12 radələrində idarə etdiyi “Mersedes Sprinter” markalı ** VK *** nömrəli avtobus Ağstafa rayonundan Bakı şəhərinə gələn zaman yolda həmkəndli kimi tanıdığı Niyaməddin adlı şəxs saxladaraq ona üstündə kartof və xurma meyvəsi olan 1 ədəd ağzı skoçla bağlanmış karton qutu verib qutunu Bakı şəhərində Bibiheybət məscidinin qarşısına çatdırmasını xahiş etmiş və ora çatan kimi onunla telefon əlaqəsi saxlamasını, həmin qutunu ondan götürəcəklərini demişdir. Lakin kim tərəfindən götürüləcəyi barədə heç bir söz deməmişdir. Niyamddinlə həmkəndli olduğundan və həmin qutunun içərisində qanunla qadağan edilmiş əşya olmasından şübhələnmədiyinə görə Niyaməddinin onun maşınına qoyduğu qutunun içərisini açıb baxmamışdır. Hal-hazırda Niyaməddinin onun avtomobilinə qoyduğu qutunun orada olmasını demişdir. Şahinin üzərində şəxsi axtarış keçirilməsi barədə protokol yazılmış, protokol iştirakçılara ucadan oxunmuş, orada olan iştirakçılar həmin protokolun düzgünlüyünü təsdiq etmək üçün imzalamışlar. Bundan sonra vəkil Mehman Əliyevin iştirakı ilə videoçəkilişdən istifadə etməklə Şahinin Bibiheybət məscidinin yanında saxladığı “Mersedes Sprinter” markalı ** VK *** nömrəli avtobus kimi istifadə etdiyi avtomobilin içərisinə axtarış və baxış keçirilməsi üçün maşının yanına gəlinmiş, avtomobilin qapıları bağlı olmuş, Şahin tərfindən qapılar açılaraq maşının içərisinə baxış keçirildikdə avtomobildə olan 01 ədəd qutu aşkar edilmiş və həmin qutunun ona Niyaməddin verdiyi qutu olmasını bildirmiş, həmin qutu bağlanması üçün istifadə edilən skoç bağlantı kəsilərək qutunun ağzı açılmışdır. Qutuda üstdən xurma meyvəsi və kartof yığılması müəyyən edilmiş, həmin xurma meyvəsi və kartofun altına baxdıqda oradan 9 ədəd kibrit qutusuna içərisi yaşıl rəngli qurudulmuş otla doldurulmuş narkotik vasitə marixuanaya bənzər kütlər və iki ədəd şəffaf skoçla bağlanmış bağlama aşkar olunmuş, həmin kibritlər və 2 ədəd bağlamara açıb baxdıqda onların içərisindən qurudulmuş vəziyyətdə, narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Şahin həmuin qutunu avtomobilə Ağstafa rayonundan Bakıya gələn zaman Ağstafa rayonu Qırlı kəndində Niyamdəddin adlı həmkəndlisi tərəfindən verilməsini bildirmişdir. Lakin həmin qutunun içərisində olan həmin əşyalardan xəbəri olmamasını və Niyammədinin veşini birnci dəfə idi ki, aparmasını bildirmişdir. Bundan əvvəl Niyaməddinlə hər hansı bir münasibəti olmamışdır. Həmin qutudan aşkar edilmiş əşyalar iş üçün subut əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüş, bu barədə protokol yazılmış, protokol iştirakçılara ucadan oxunmuş, orada olan iştirakçılar tərəfindən həmin protokolun düzgünlüyünü təsdiq etmək üçün imzalamışlar. (Cild 1, iş vərəqə 151-153) Şahid Nuriyev X23 istintaq zamanı vermiş olduğu ifadəsi elan edildikdən sonra məhkəmədə verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hadisənin üstündən uzun müddət vaxt keçdiyi üçün bəzi halları xatırlamır. Şahinin üzərinə şəxsi axtarış və baxış keçirilib-keçirilmədiyini xatırlamır. Şahid3 və onun barəsində Ağstafa rayon prokurorluğu tərəfindən xidməti yoxlamanın aparılması bu işlə bağlıdır. Hadisə 2 il bundan öncə baş verdiyi üçün həmin vaxt istifadəsində olan mobil nömrəni xatırlamır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ifadə verərək göstərmişdir ki, hadisənin üstündən 1 il yarım və daha çox müddət keçdiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Tutulan şəxs narkotik vasitəni Ağstafa rayonu, Qırılı kəndində yaşayan şəxsdən götürdüyünü bildirmişdir. Həmin şəxsin evinin qarşısında da əkin olmuşdur. Ağstafada keçirilən əməliyyat tədbirinə bölmə rəisi Şahid2, səhv etmirsə, ya “Fərid”, ya “Əli” adlı şəxslə birgə əməliyyat tədbirinə getmişlər. O həm Səbail, həm də Ağstafa rayonunda keçirilən tədbirdə iştirak etmişdir. Avtomobildən marixuana aşkar edilmişdir. Narkotik vasitə qutularda olmuşdur. Ağstafada şəxs özü saxlanılmış və evinin qarşısında əkin aşkar edilmişdir. Tərəflərindən şəxslərə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Qeyd olunan tədbirlə bağlı əməliyat qrupunun yaradılması, kimlərin iştirakı, əməliyyat məlumatının haradan daxil olmasını xatırlamır. Əməlyyat-tədbirinin həyata keçirilməsi haqqında qərar və əmr var. Niyaməddini Ağstafada saxlamışlar. Şahinin üzərinə şəxsi axtarış və götürməni polis idarəsində keçirmişlər. Şahinin idarə etdiyi avtobusu polis idarəsinin həyətinə gətirdikləri, yoxsa “Bibiheybət” məscidinin yanında qaldığını hadisənin üstündən uzun müddət zaman keçdiyi üçün xatırlamır. Şahinin üzərindən şəxsi axtarış zamanı hər hansı qanunsuz əşya aşkar edilməmişdir. O avtobusa baxış istintaq hərəkətində iştirak etmişdir. Lakin bu barədə tərtib edilmiş protokola adının yazılıbyazılmadığını dəqiq bilmir. Avtobusda aşkar edilmiş narkotik vasitənin marixuana olması ekspert rəyi ilə onlara məlum olmuşdur. Qutunun içərisində marixuanadan başqa ya kartof, ya heyva olmuşdur. Niyaməddinin evində axtarış keçirib-keçirmədiklərini dəqiq xatırlamır. Niyaməddinin yerini müəyyən etmək üçün əməliyyat məlumatları əldə etməyə çalışmışlar. Niyaməddinin Gəncədə olması ilə bağlı yalan məlumat da olmuşdur. Lakin onu Ağstafa rayonu ərazisində tapmışlar. Niyaməddini evində yoxsa çöldə saxladıqlarını dəqiq xatırlamır. Niyaməddinin kultivasiya etdiyi bitkilərə baxışı Ağstafa rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirmişlər. Bitkilərə baxışda mütəxəssis də iştirak edimiş. Onun və Şahid2 barəsində xidməti-yoxlama keçirilmişdir. Xidməti-yoxlama bu işlə bağlı keçirilmişdir.Xidməti yoxlamanını başlama səbəbini və nəticəsini xatırlamır. Xidməti yoxlama nəticəsində onun və Şahid2 hərəkətlərində hər hansı pozuntu aşkar edilməmişdir. Hadisə baş verən vaxt istifadəsində olan mobil nömrə ***-***-**-** saylı olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, alınmış əməliyyat məlumatına əsasən, narkotik vasitələrin daşınmasında şübhəli bilinən xx.xx.1988-ci il təvəllüdlü, Qazax rayonunda anadan olmuş, Ağstafa rayonu, Qırılı kəndində qeydiyyatda olmaqla yaşayan Şahid1 özünün idarə etdiyi və sərnişin daşıdığı “Mercedes Sprinter” markalı **-VK-*** dövlət nömrə nişanlı avtomobil ilə sSəbail rayonu, 2-ci Bibiheybət ünvanında aşkarlanmış, xx.xx.2022-ci il tarixdə, saat təxmnən 21:00-da saxlanılaraq Səbail RPİ-nə gətirilmişdir. (Cild 1, iş vərəqə 3) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şahid1 idarə etdiyi “Mersedes-Sprinter” markalı, **-VK-*** dövlət nömrə nişanlı avtomobilə axtarış aparılarkən avtomobilin sərnişin salonundan üzərində “Xan Vodka” sözləri yazılmış ağ rəngli karton yeşik bağlamasının içərisindən ümumi çəkisi 3030,54 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqə 4) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Mersedes Sprinter markalı avtomobil ilə sərnişin daşıma ilə məşğul olan “Şahin” adlı şəxs, tanışı Təqsirləndirilən şəxs məxsus külli miqdarda narkotik vasitələrin Ağstafa rayonundan Bakı şəhərinə daşıması ilə məşğul olur. (Cild 1, iş vərəqə 5) xx.xx.2022-ci il tarixli, 56/22 saylı əməliyat qrupunun yaradılması haqqında əmrdən və həmin tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Şahid1 cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbiri keçirilməsi ilə bağlı DİN-in Səbail RPİ-də əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 7-9) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Şahid1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 20-24) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, baxış zamanı Şahid1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əıhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Şahid1 üzərinə və paltarına baxış keçirilən şəxs axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək maddə, əşya və sənədlər aşkar edilməmişdir. Baxış zamanı Şahid1 bildirmişdir ki, idarə etdiyi “Mersedes Sprinter” markalı, **-VK-*** dövlət nömrə nişanlı avtomobil ilə Ağstafa rayonundan Bakı şəhərinə sərnişin daşıması ilə məşğul olmasını, bu gün, yəni, xx.xx.2022-ci il tarixdə 12:00 radələrindən Ağstafa rayonundan Bakı şəhərinə yola düşdükdə tanıdığı və həmkəndlisi Ağstafa rayonu Qırılı kənd sakini Niyaməddin adlı şəxs bir ədəd karton yeşik bağlamasını ona verərək həmin bağlamanı Bakı şəhərində Bibiheybət məscidinin qarşısına çatdırmasını tapşırmış və oraya çatanda onunla əlaqə saxlamasını, oradan bağlamanı ondan götürəcəklərini bildirmişdir. Həmin bağlamanın içərisinə Niyaməddinin bildirməsinə görə xurma və kartof olmasını, lakin özünün bağlamanın içərisində nə olmasından məlumatı olmadığını qeyd etmişdir. xx.xx.2022-ci il tarixdə isə Bibiheybət məscidinin qarşçısında polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail polis idarəsinə dəvət olunaraq gətirilmişdir. Həmkəndlisi və tanıdığı Niyaməddin adlı şəxs tərəfindən ona verilmiş bağlama hal-hazırda idarə etdiyi “Mersedes Sprinter” markalı **-VK-*** dövlət nömrə nişanlı avtomobilin içərisində olmasını bildirmişdir. (Cild 1, iş vərəqə 34-35) “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və baxışın əks olunduğu DVD diskdən görünür ki, Şahid1 idarə etdiyi sərnişin daşıyan “Mersedec-Sprinter” markalı, **-VK-*** nömrəli avtomobilin salonunda olan 01 ədəd üzərində “Xan vodka” sözü yazılmış ağ rəngli karton yeşik aşkar olunur, həmin karton yeşik orada olan vəkil X15 və digər iştirakçəların yanında açılaraq baxıldıqda həmin yeşikdən 12 ədəd xurma, 20 ədəd kartof aşkar edilmişdir. Həmin mevyətəqəvəzin altından içərisində ağ rəngli kağız bükümünün içərisində 09 (doqquz) ədəd kibrit qutusu və kibrit qutusunun içərisində spesfik iyə malik maddə aşkar olunmuşdur. Bundan başqa həmin karton qutuda 02 (iki) ədəd sellofan torba və həmin sellofan torbaların içərisində spesfik iyə malik qurudulmuş ota bənzər, narkotik maddəyə oxşar predmet aşkar edilərək götürülmüşdür. Sürücü Şahid1 həmin əşyaları həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən Ağstafa rayonunda verildiyini, həmin yeşiyin içərisində meyvə olduğunu və onu Bakı şəhərində adını demədiyi bir nəfər şəxsin gəlib götürməsini dediyi müəyyən edilir. (Cild 1, iş vərəqə 37-39) Məhkəmə-bioloji ekspertizasının 08 dekabr 2022-ci il tarixli, 7/1386 saylı rəyindən görünür ki, şübhəli şəxs Şahid1 yazısıları və imzaları olan karton qutudan ağ rəngli kağıza bükümünün içərisində 09 (doqquz) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 1,56 qram, 1,87 qaram, 4,98 qram, 3,08 qaram, 2,11 qram, 2,29 qram, 4,12 qram, 4,71 qram, 5,73 qram və həmin karton qutuda 02 (iki) ədəd politlen torbalarda ayrıayrılıqda təmiz çəkisi 1600 qram, 1400 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 3030,54 qram olan narkotik vasitə -qurudulmuş marixuanadır. QEYD: Marixuananın ümumi çəkisi-3030,54 qram, tədqiqata istifadə olundu 0,65 qram, qalıq 3029,89 qram. (Cild 1, iş vərəqə 43-45) “Şübhəli şəxs barəsində qətimkan tədbiri seçilməsi, şübhəli şəxsin MSY-dən azad edilməsi haqqında” 09 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Şahid1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o Səbail RPİ-nin MSY-dən azad edilmişdir. (Cild 1, iş vərəqə 60-61) “Baxış keçirilməsi haqqında” 09 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayonu Qırılı kəndində yerləşən yaşadığı evinə və həmin evin həyətinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs evində narkotik vasitə varsa təqdim etməsi bildirilmiş, sonuncu evində narkotik vasitə olmadığını, evin qarşısına əlib qulluq etdiyi narkotik xassəli bitkilər olduğunu bildirmişdir. Evin içərisinə və həyətinə baxış keçirildikdən sonra evin qarşısına, yolun kənarına baxış keçirilən zaman bir ədəd 15 sm, bir ədəd 15 sm, bir ədəd 80 sm hündürlüyü olan ümumlikdə 03 ədəd çətənə bitkisinə oxşar bitkilər aşkar edilərək götürülmüşdür. Baxış zamanı aqronom bidirmişdir ki, həmin bitkilər əkilib becərilməsi qadağan olunmuş çətənə bitkiləridir və həmin bitkilərə aqrotexiki qaydada qulluq edilmişdir. Baxışla bağlı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqə 74-82) 09 dekabr 2022-ci il tarixli Mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ev ilə həyətyanı torpaq sahəsinə baxış keçirlərkən aşkar edilmiş narkotik xassəli çətənə bitkisinin kollarının becərilməsi üçün münbit şərait vardır, həmin bitkilərə aqrotexniki tədbirlərlə qulluq göstərilmişdir. (Cild 1, iş vərəqə 83) “Şübhəli şəxsin tutulması haqqında” 10 dekabr 2022-ci il tarixli protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 94) “Əməlin tövsif edilməsi haqqında” 11 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsindən Həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 103) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 11 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 114-115) Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan (hakim: A.Tağıyev) görünür ki, Təqsirləndirilən şəxs Abdurəhman oğlunun barəsində 08 aprel 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 dekabr 2022-ci il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 128-129) Ağstafa RİHB-nın Qırılı kənd İƏD üzrə nümayəndəliyinin verdiyi 14 dekabr 2022-ci il tarixli, 928/8 saylı arayış və xasiyyətnamədənm görünür ki, Nağıyev X3 rayonu Qırılı kəndində qeydiyyatdadır. Atası 1952-ci il təvəllüdlü X9, anası 1954-cü il təvəllüdlü X17, arvadı 1985-ci il təvəllüdlü X10, oğlu 2005-ci il təvəllüdlü X14 və qızı 2007-ci il təvəllüdlü X6 tərkibdə ailə üzvləri vardır. Yaşayış yeri üzrə müsbət xarakteriza olunmur. (Cild 1, iş vərəqə 130-131) Məhkəmə-bioloji ekspertizasının 13 dekabr 2022-ci il tarixli, 7/1402 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evin 3 ədəd bitki yazısı və imzaları olan bir ədəd politlen torbada sayı 03 ədəd quru vəziyyətdə ümumi çəkisi 30,0 qram olan bitkilər əkilib becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə(kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Şahid1 idarə etdiyi avtomobildən götürülmüş, Şahid6 götürülmüş marixuanalar və Təqsirləndirilən şəxs yaşadığı ünvandakı həyətyanı sahədən götürülmüş çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. QEYD: Çətənə bitkilərinin ümumi çəkisi-30,0 qram tədqiqata istifadə olundu, 0,15 qram, qalıq 29,85 qram. Marixuananın ümumi çəkisi- 3029,89 qram, ümumi çəkisi 9,710 qram, tədqiqata cəmi istifadə olundu 0,26 qram, qalıq 3029, 67 qram, 9,67 qram. (Cild 1, iş vərəqə 132-135) “Şübhəli şəxs statusuna xitam verilməsi və seçilmiş qətimkan tədbirinin ləğv edilməsi haqqında” 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılan Şahid1 şübhəli şəxs statusuna xitam verilmiş, 07 dekabr 2022-ci il tarixdə Şahid1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. (Cild 1, iş vərəqə 137-138) “Maddi sübut hesab etmək haqqında” 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiatından sonra qalmış 29,85 qram çətənə bitkisi, marixuana ümumi çəkisi 3029,67 qram və 9,67 qram olmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyi üçün iş üzrə maddi sübut hesab edilmiş və saxlanılmaları üçünm Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 148-149) “Cinayət təqibi üzrə icraatın birləşdirilməsi haqında” 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şahid6 barəsində Azərbayca Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi Təqsirləndirilən şəxs Abdurəhman oğlu barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinə biurləşdirilməklə cinayət təibi bir icraatda ********* nömrəsi adı altında aoarılmışdır. (Cild 1, iş vərəqə 161-163) “Şübhəli şəxsin tutulması haqqında” 20 noyabr 2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Şahid6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 178-179) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 20 noyabr 2022-ci il tarixli qərar və protokoldan, həmçinin Şəxsi axtarış və götürmə aparılmasını əks etdirən DVD diskdən görünür ki, Şahid6 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətionə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Şahid6 əynindəki tünd yaşıl rəngli gödəkçənin sağ cibindən 01 ədəd qara rəngli “X33 7” markalı mobil telefonu, həmin gödəkcənin sol cibindən isə 01 ədəd qara rəngli sellofanı çıxararaq masanın üzərinə qoymuşdur. Həmin sellofanın içərisinə baxan zaman orada sökülmüş vəziyyətdə 02 ədəd kibrit qutusu və yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması aşkar edilmişdir. 02 ədəd kibrit qutusuna baxış keçirən zaman onların da içərisində eyni rəngli və formalı maddə olduğu aşkar edilmişdir. Şahid6 üzərindənaşkar edilən sellofan barədə soruşulduqda bildirmişdir ki, həmin sellofanda oilan maddə narkotik vasitə marixuanadır. Həmin narkotik vasitəni Ağstafa rayonunda Niyaməddin adlı şəxsdən 40 manata almış və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirmişdir. (Cild 1, iş vərəqə 190-191) 220020414 nömrəli cinayət işi üztə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 21 noyabr 2022-ci il tarixli, 7/1335 saylı rəyindən görünür ki, Ramil Məşədiyev yazızı olan zərfdə olan 2 ədəd kibrit qutusundan hər birinin ayrılıqda təmiz çəkisi 4,802 qr və 5,005 qr olmaqla ümumi çəkisi 9,810 qram bitki mənşəli çətənə (cannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. QEYD: marixuananın ümumi çəkisi 9,810 qram, tədqiqata sərf edilən miqdar 0,1 qram, qalıq 9,710 qram. (Cild 1, iş vərəqə 202-204) “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 22 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Şahid6 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulna ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 210-211) “Təqsirləndirilən şəxs barəsində həbs qətimlan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında Səbail Rayon Prokurorunun 22 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Şahid6 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiq tərəfindən verilmiş vəsatət təmin edilməmiş və təqsirləndirilən şəxs Şahid6 dərhal həbsdən azad edilmişdir. (Cild 1, iş vərəqə 224- 225) “Qətimkan tədbirinin seçilməsi haqqında” 22 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Şahid6 barəsində “polisin nəzarəti ltına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 226-227) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 177 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Abdurəhman oğlunda kannabionidlərin qəbulu nəticəsində yarnan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 257-258) “Əməlin tövsif edilməsi haqqında” 04 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abdurəhman oğlunun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən Həmin Məcəllənin 234.4.3 və 237.1-ci maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 264-265) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilməklə ona həmin Məcəllənin 234.4.3 və 237.1ci maddələri ilə yenidən ittiham elan edilmiş və həmin maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 1, iş vərəqə 267-268) “Cinayət işi ayrılması və icraata qəbul edilməsi haqqında” 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işindən Şahid6 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Ayrılmış cinayət işinə ********* nömrəi verilməklə icraata qəbul edilmiş və istintaq davam etdirilmişdir. (Cild 1, iş vərəqə 277-280) Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan (hakim: Z.Rəsulov) görünür ki, X1 həbdə saxlanılma müddəti 03 (üç) ay, yəni 08 iyul 2023-cü il tarixədək uzadılmışdır. (Cild 2, iş vərəqə 50-54) Ağstafa Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in verdiyi 06 aprel 2023-cü il tarixli, PHŞ- 6-24/2-170/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Aburrəhmanoğlu Ağstafa rayon Mərkəzi Xəstəxanasında psixoloji kabinetdə qeydiyyatda yoxdur. (Cild 2, iş vərəqə 61) “Cinayət işinə hissəvi xitam verilməsi və aidiyyəti üzrə götürülməsi haqqında” 24 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin tərkibinin əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinə həmin hissədə hissəvi xitam verilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə ərazi aidiyyəti üzrə Bakı Şəhər BPİ-nin Səbail RPİ-nə göndərilmiş, aqronim-mütəxəssis Camal əsgərovun əməlinə hüquqi qiymət verilməsindən ötrü cinayət işindən material ayrılıb Ağstafa rayon prokurorluğuna göndərilmişdir. (Cild 2, iş vərəqə 95- 102) “DVD diskə baxış keçirilməsi haqqında” 11 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şahid6 istifadəsində olan 01 ədəd “X31 7” markalı mobil telefona baxış keçirilən zaman telefonun içərisndə ***-***-**-** nömrəsinin olması, bundan başqa həmin mobil telefonun yaddaş kartınna baxış zamanı orada müxtəlif kişi və qadın adlarının, onların mobil telefon nömrələrinin yazılması, bundan əlavə həmin mobil telefonun SMS bölməsinə daxil olub baxdıqda orada şəxsi olaraq ailə-məişətlə bağlı yazışmaların olması aşkar olundu. Həmçinin qeyd olunan mobil telefonun vatcapp ani yazışma bölməsinə daxil olub baxdıqda müxtəlif adda kişi və qadınların adlarının qeyd olunması və həmin şəxslərlə gündəlik ailə-məişət tələbatlarından və sair şəxsi maraqlardan irəli gələn yazışmaların olması müəyyən edilmişdir. Baxış zamanı Şahid6 istifadəsində olmuş mobil telefonda Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinin olması və yaxid da həmin şəxslər aralarında olan telefon danışıığı və sair ani mesajlaşma yazılarının olması aşkar edilmədi. Baxış zamanı iş üçün subut əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmamışdır. (Cild 2, iş vərəqə 117) “Əməlin tövsif edilməsi haqqında” 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən Həmin Məcəllənin 234.4.3 və 234.4.2-ci maddəsinə tövsif edilmişdir. (Cild 2, iş vərəqə 118-110) “Sübutların qiymətləndirilməsi və yeni məzmunda ittiham elan edilməsi haqqında” 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş və və barəsində seçilmiş «həbs» qətimkan tədbiri qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxs X2 əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.2 və 234.4.3-cü maddələrinə tövsif edilməsi nəzərə alınmış, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində CM-nin 237.1-ci maddəsinin tərkib əlaməti olmadığından həmin xüsuasat hissəvi xitam verilməsi barədə 24 may 2023-cü il tarixdə qəbul edilmiş qərar öz qüvvəsində saxlanılması nəzərə alınmış, Təqsirləndirilən şəxs və X19 ekspertiza tədqiqatından sonra qalmış 29,85 qram çətənə bitkisi, ümumi çəkisi 3029,67 qram və 9,67 qram olan qurudulmuş marixuananın maddi subut qismində tanınması və məhkəmə hökmünə qədər saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilməsi barədə qəbul edilmiş qərar, axtarış və götürmənin əks edildiyi diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, ********* nömrəli cinayət işindən, cinayət işinin ümumi sənədlərinin kserosurəti çıxarılmaqla, külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın mənbəyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılsın və təqsirləndirilən şəxs X2 yaşadığı ünvandan becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilməsi ilə bağlı əmələ hüquqi qiymət ayrılmış cinayət işində veriləcəyi nəzərə alınmış və ayrılmış cinayət işinə «230020309» nömrəsi verilməklə icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir. (Cild 1, iş vərəqə 122-135) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilməklə ona həmin maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 2, iş vərəqə 141-142) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abdurəhman oğlunun məhkumluğu yoxdur. 11 dekabr 2022-ci il tarixi “Üzləşdirmə” protokolundan görünür ki, Şahid6 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə istintaq hərəkəti zamanı Şahid6 ifadəsində göstrdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqə 105-107) 11 dekabr 2022-ci il tarixi “Üzləşdirmə” protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə istintaq hərəkəti zamanı Şahid1 ifadəsində göstərdikləri xüsuatları Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqə 108-110) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən Şahid1 avtomobilindən aşkar olunmuş narkotik vasitələrin yalnız 04 ədəd kibrit qutusunun ona məxsus olduğunu, digər 05 ədəd kibrit qutusunun və 02 (iki) ədəd sellofan torba və həmin sellofan torbaların içərisində narkotik maddəyə oxşar predmetin ona məxsus olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini və döyüldüyünü bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə məruz qalması, həmçinin polis əməkdaşları tərəfindən döyülüb-döyülməməsi ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-6028/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilən zaman ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmşdır. İlkin tibbi müayinə zamanı bədənində gözlə görünən xəsarət aşkarlanmamış, sol döş nahiyəsində yumşaq toxumların əziyi müəyyən edilmişdir. Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 47/2-23811 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-xx.xx.2022-ci il və xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə Səbail Rayon Polis İdarəsinin MSY-də saxlanılan zaman üz-baş və bədəni üzərində heç bir xəsarət aşkar edilməmiş, eləcə də xəsarət alması ilə bağlı müraciət etməmişdir. Ağstafa rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli 283XİD-23 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra zorakılığa məruz qalması ilə bağlı araşdırma aparılmış və hər hansı şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən toplanmış material üzrə 13 may 2023-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində Şahid1 avtomobilində aşkar olunmuş narkotik vasitələrdən yalnız 04 ədəd kibrit qutusunun ona məxsus olduğunu, digər 05 ədəd kibrit qutusunun və 02 (iki) ədəd sellofan torba və həmin sellofan torbaların içərisində narkotik maddəyə oxşar predmetin ona məxsus olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Ağstafa rayonundan Bakı şəhərinə göndərdiyi 01 ədəd üzərində “Xan vodka” sözü yazılmış ağ rəngli karton yeşiyi daşıyan «Mersedes Sprinter 312D» markalı **-VK-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Şahid1 həm ibtidai istintaq zamanı verdiyi ifadəsində, həm də məhkəmə iclasında verdiyi ifadəsində “Bibiheybət” məscidinin yanında polislər tərəfindən saxlanıldığını, Niyaməddinin göndərdiyi bağlamaya polislər tərəfindən baxış keçirildiyini, həmin bağlamanın içərisindən xurma və kartof məhsulları, onların alt hissəsindən isə ağ kağıza bükülmüş bükülü aşkar edildiyini, həmin bükülü açıldıqda içərisindən 9 ədəd kibrit qutusu aşkar edildiyini, kibrit qutusunun içərisində isə kəskin iyli ot şəkilli qurudulmuş vəziyyətdə narkotik maddəyə bənzər kütlə aşkar edildiyini, əlavə olaraq karton yeşik bağlamasının içərisindən 2 ədəd selofan torba aşkar edildiyini, selofan torbalar açdıqda içərisindən yenə kəskin iyli ot şəkilli qurudulmuş vəziyyətdə narkotik maddəyə bənzər kütlələr aşkar edildiyini bildirmişdir. Həmçinin bununla bağlı ibtidai istintaq zamanı Təqsirləndirilən şəxslə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, bu zaman Şahid1 yuxarıda qeyd edilən halları Niyamədin Nağıyevin üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 108-110) Bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsinə baxış keçirilməsini özündə əks etdirən DVD diskə baxış zamanı Şahid1 idarə etdiyi sərnişin daşıyan “Mersedec-Sprinter” markalı, **-VK-*** nömrəli avtomobilin salonunda olan 01 ədəd üzərində “Xan vodka” sözü yazılmış ağ rəngli karton yeşik aşkar olunur, həmin karton yeşik orada olan vəkil X15 və digər iştirakçəların yanında açılaraq baxıldıqda həmin yeşikdən 12 ədəd xurma, 20 ədəd kartof aşkar edilmişdir. Həmin mevyətəqəvəzin altından içərisində ağ rəngli kağız bükümünün içərisində 09 (doqquz) ədəd kibrit qutusu və kibrit qutusunun içərisində spesfik iyə malik maddə aşkar olunmuşdur. Bundan başqa həmin karton qutuda 02 (iki) ədəd sellofan torba və həmin sellofan torbaların içərisində spesfik iyə malik qurudulmuş ota bənzər, narkotik maddəyə oxşar predmet aşkar edilərək götürülmüşdür. Sürücü Şahid1 həmin əşyaları həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən Ağstafa rayonunda verildiyini, həmin yeşiyin içərisində meyvə olduğunu və onu Bakı şəhərində adını demədiyi bir nəfər şəxsin gəlib götürməsini dediyi müəyyən edilir. (cild 1, iş vərəqə 37-39) Bundan başqa məhkəmə qeyd edir ki, şahid qismində dindirilmiş Şahid6 həm ibtidai istintaq zamanı ifadəsində, həm də məhkəmə iclasında verdiyi ifadəsində sonuncu dəfə aldığı 2 ədəd kibrit qutusunda qurudulmuş vəziyyətdə narkotik vasitə olan marixuananı Ağstafa rayonunda Niyaməddin adı ilə tanıdığı şəxsdən 40 manat pulun müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin bununla bağlı ibtidai istintaq zamanı Təqsirləndirilən şəxslə Şahid6 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, bu zaman Şahid6 yuxarıda qeyd edilən halları Niyamədin Nağıyevin üzünə qarşı demişdir. (cild 1, iş vərəqə 105-107) Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə, təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, habelə Şahid1 avtomobilində aşkar olunmuş narkotik vasitələrdən yalnız 04 ədəd kibrit qutusunun ona məxsus olduğunu, digər 05 ədəd kibrit qutusunun və 02 (iki) ədəd sellofan torba və həmin sellofan torbaların içərisində narkotik maddəyə oxşar predmetin ona məxsus olmadığını bildirməsi barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə hesab edir ki, Şahid1 idarə etdiyi avtomobildən Təqsirləndirilən şəxs göndərdiyi ümumi təmiz çəkisi 01 ədəd karton qutunun içərisində gizlədilmiş 09 (doqquz) ədəd kibrit qutusunda ayrı-ayrılıqda 1,56 qram, 1,87 qaram, 4,98 qram, 3,08 qaram, 2,11 qram, 2,29 qram, 4,12 qram, 4,71 qram, 5,73 qram və həmin karton qutuda 02 (iki) ədəd politlen torbalarda ayrı-ayrılıqda təmiz çəkisi 1600 qram, 1400 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 3030,54 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi və Təqsirləndirilən şəxs Şahid6 02 ədəd kibrit qutusunda təmiz çəkisi 9,810 qram olan qurudulmuş marixuana olan narkotik vasitə satması işin mübahisəsiz hallarıdır. Məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs göndərdiyi, yəni, Şahid1 avtomobilindən aşkar edilən narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, Şahid6a narkotik vasitə satmasını və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri təkrarən satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə, Təqsirləndirilən şəxs Şahid6 narkotik vasitə satmasını, onun təkrarən satış məqsədi ilə göndərdiyi Şahid1 avtomobilindən aşkar edilən narkotik vasitələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, narkotik vasitələri təkrarən satış məqsədi ilə əldə etməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) nəfər yetkinlik yaşına çatmayan uşağının olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 10 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 153 (yüz əlli üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Səbail rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 29,85 qram çətənə bitkisi, marixuana ümumi çəkisi 3029,67 qram və 9,67 qram qurudulmuş marixuana məhv edilməli, axtarış və götürmənin əks edildiyi DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Səbail rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 29,85 qram çəkidə çətənə bitkisi, ümumi çəkisi 3029,67 qram və 9,67 qram qurudulmuş marixuana məhv edilsin, axtarış və götürmənin əks edildiyi DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 156 (bir yüz əlli altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova .
Məhkəmə qərarları › İş №1(101)-529/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-529/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver