Məhkəmə qərarları › İş №1(101)-530/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-530/2020

12.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-530/2020 12.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslərZərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 hüquqi varisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4, müdafiəçilər – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, həbs olunanadək “Mak Donalds” restoranında mühafizəçi işləmiş, əvvəllər məhkum olunmayan, Cəlilabad rayonu, Göytəpə şəhəri, F.Bayramov küçəsi, ev 56-da qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən yeni tikili binada kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə, xx xxxxxxxx 2000-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, həbs olunanadək “Bədən Tərbiyəsi və İdman Akademiyasının” 3-cü kurs tələbəsi olmuş, subay, əvvəllər məhkum olunmayan, Lerik rayonu, Zövnə kəndində qeydiyyatda olan, həbs olunanadək Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bağlar massivi ərazisində nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5 və 228.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, xx xxxx 2019-cu il tarixdə saat 10:30 radələrində mühafizəçi kimi işlədiyi Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Fəvvarələr” meydanında fəaliyyət göstərən “Mak Donalds” restoranında həmin restoranın müştərisi olan Zərərçəkmiş şəxs4 ilə mübahisəyə başlayıb ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış qaydalarını kobud surətdə pozaraq, toplaşmış cəmiyyət üzvlərinə açıqca hörmətsizlik ifadə edib onların gözü qarşısında heç bir əsaslı səbəb olmadan yumruqla Zərərçəkmiş şəxs4 sifət nahiyəsindən vuraraq ona qapalı kəllə beyin travması, baş beyinin yüngül əzilməsi, sağ təpə nahiyəsində və sağ alında əzilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirməklə ictimai yerdə ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını talamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 03:15 radələrində Zərərçəkmiş şəxs1 fiziki şəxs kimi işlətdiyi ünvan 1 ünvanında yerləşən yaşayış evinin qarşısında digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 faktiki olaraq işlədikləri ticarət köşkünə tanınmamaları üçün üzlərində maska və əllərində əlcəklə qanunsuz daxil olaraq sonuncuların həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi ilə hədələyib, üzərlərinə basqın edib silah qismində istifadə edilən bıçağı nümayiş etdirməklə saxlanc yeri sayılan ticarət köşkünün rəflərindən 800 manat nağd pulu və 1.000 manat dəyərində «Bakcell», «Azərfon» və «Azərcell» mobil operatorlarına aid danışıq konturlarını talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1.800 manat məbləğində ziyan vurmaqla quldurluq cinayətini törətmişdir. Eyni zamanda ittiham aktındangörünür ki,Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi soyuq silahhesab olunan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını üzərində gəzdirməklə xx xxxxxx 2019-cu il tarixdə saat 03:15 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını talamaq məqsədi ilə Zərərçəkmiş şəxs1 fiziki şəxs kimi işlətdiyi ünvan 1 ünvanında yerləşən yaşayış evinin qarşısında digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 faktiki olaraq işlədikləri ticarət köşkünə tanınmamaları üçün üzlərində maska və əllərində əlcəklə qanunsuz daxil olaraq sonuncuların həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi ilə hədələyib, üzərlərinə basqın edib silah qismində istifadə etdiyi bıçağı nümayiş etdirməklə saxlanc yeri sayılan ticarət köşkünün rəflərindən 800 manat nağd pulu və 1.000 manat dəyərində «Bakcell», «Azərfon» və «Azərcell» mobil operatorlarına aid danışıq konturlarını talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1.800 manat məbləğində ziyan vurmaqla quldurluq cinayətini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2019-cu ilin fevral ayından həmin ilin iyul ayınadək Bakı şəhəri, Səbail rayonu, “Fəvvarələr” meydanında fəaliyyət göstərən «Mak Donalds» restoranında mühafizəçi işləmişdir. O, xx xxxx 2019-cu il tarixdə «Mak Donalds» restoranında mühafizəçi qismində xidmət edərkən təxminən saat 10:30 radələrində həmin restorana əvvəllər onun tanımadığı bir nəfər cavan oğlan yanında bir nəfər cavan qızla gəlmiş və həmin şəxslər restoranın içərisində masaların birində oturmuşlar. Sonradan o, həmin oğlanın adının İbrahim olduğunu bilmişdir. İbrahim restorana daxil olduqdan sonra yanındakı qızla yüksək səslə danışdığından bunun səbəbini bilmək üçün o, İbrahimin əyləşdiyi masaya yaxınlaşmışdır. İbrahim onun masaya yaxınlaşdığını görüb kobud formada niyə özlərinə baxdığını ondan soruşmuşdur. O da İbrahimə restoranda olan şəxslərə ümumi nəzarətin həyata keçirilməsinin onun vəzifə səlahiyyətlərinə aid olduğunu demişdir. İbrahim yenə kobud formada ondan niyə baxdığını soruşmuşdur. O da İbrahimə sadəcə olaraq baxdığını demişdir. Bundan sonra İbrahim söhbət etmək üçün ondan çölə çıxmasını tələb etmiş və özü çölə çıxmışdır. Lakin o, İbrahimin sözü ilə çölə çıxmamışdır. İbrahim çölə çıxdıqdan sonra restoranın içərisinə daxil olaraq yenidən onu çölə çağırmışdır. O, məcbur olub çölə çıxmış və İbrahimi içəriyə çağırmışdır. Sonra İbrahim içəri girmişdir. İbrahim içəri girdikdən sonra yenidən onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. O da bu vaxt hisslərini cilovlaya bilməmiş və yumruqla İbrahimin sifət nahiyəsindən 1 (bir) dəfə zərbə vurmuşdur. Zərbənin təsirindən İbrahim yerə yıxılmış və huşunu itirmişdir. Bu vaxt İbrahimin yanında olan qız qışqırmağa başlamışdır. Onun növbə rəisi İbrahimin huşunu itirdidiyini görüb dərhal təcili yardıma zəng etmişdir. Sonradan hadisə yerinə həkimlər gəlmişlər və İbrahimə tibbi yardım göstərilməsi üçün sonuncunu xəstəxanaya aparmışlar. Bundan başqa, o, tutulmamışdan bir neçə ay əvvəl Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində yerləşən yeni tikili binada kirayədə yaşamışdır. O, kirayədə yaşadığı vaxt Bakı şəhəri, Sabunçu rayonu, M.Fətəliyev küçəsində yerləşən 35 saylı binanın qabağında fəaliyyət göstərən ticarət köşkündə satıcı işləmişdir. O, həmin köşkdə təxminən bir ildən çox satıcı işləmişdir. Sonradan o, işdən çıxmışdır. Bir müddət əvvəl o, Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alan Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Onların arasında dostluq münasibəti yaranmışdır. Onun Feyruzla yaxşı münasibəti yarandıqdan sonra Feyruz bir neçə dəfə onun kirayədə yaşadığı evə gəlib getmişdir. 2019cu ilin noyabr ayının sonlarında Feyruz onun kirayədə yaşadığı evdə olarkən onların arasında maddi çətinliklə bağlı söhbət olmuşdur. Bu vaxt onun əvvəllər işlədiyi köşkdən pul və danışıq konturlarının ələ keçirilməsi barədə onların arasında razılıq olmuşdur. O, həmin köşkdə uzun müddət işlədiyindən, köşkün içərisində pulların və danışıq konturlarının saxlanıldığı yeri bilmişdir. Razılığa əsasən o, Feyruzla birlikdə aptekdən iki ədəd rezin əlcək almış və üzlərinə taxmaq üçün qara parçadan maska hazırlamışlar. Onlar xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 03:00 radələrində Bakıxanov qəsəbəsinə taksi ilə getmişlər. Onlar köşkə çatdıqda, maskaları və əlcəkləri taxmışlar. Saat 04:00 rədələrində onlar köşkə yaxınlaşmışlar. Sonra o, qapını açaraq içəri daxil olmuşdur. Onun arxasınca Feyruz daxil olmuşdur. O, köşkdə pulların və danışıq konturlarının yerlərini bildiyindən içəri daxil olan kimi birbaşa pulları və danışıq konturlarını götürmüşdür. Həmin vaxt Feyruz içəridə yatan şəxsin yanında dayanmış və heç nə etməmişdir. Sonra digər satıcı ona yaxınlaşmış və o, həmin şəxsi itələmişdir. Onların köşkə daxil olması və pullarla danışıq konturlarını götürməkləri təxminən 30 saniyə çəkmişdir. O, pulları və danışıq konturlarını götürdükdən sonra Feyruzla birlikdə ani olaraq həmin köşkdən qaçıb getmişdir. Onlar köşkdən çıxdıqdan sonra onun yaşadığı evə getmişlər. Onlar evdə pulları və danışıq konturlarını saydıqda, cəmi 1.800 manat məbləğində pulu ələ keçirdiklərini bilmişlər və həmin pullarla danışıq konturlarını öz aralarında bərabər bölmüşlər. Növbəti gün o, “Gənclik” metro stansiyasının yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq onu Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs, həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 qeyd etdiklərinin nəzərə alınmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi üzrə barəsində bəraətin verilməsini, digər əməllərinin isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 228.4-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, cinayət hadisəsi baş verməzdən bir neçə ay öncə tələbə yoldaşlarının vasitəsi ilə əslən Cəlilabad rayonundan olan Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və onların arasında yaxşı münasibət yaranmışdır. Altan həmin vaxt Bakı şəhəri, Yasamal rayonunda “Bizim Market” adlı mağazanın yaxınlığında tanışları ilə birlikdə kirayədə yaşamışdır. Hadisədən bir müddət əvvəl Altan ona Bakı şəhəri, Sabunçu rayonunda yerləşən ticarət köşkündə satıcı işlədiyini və sonradan həmin ticarət köşkündən işdən çıxdığını bildirmişdir. Onun və Altanın həmin vaxtlar maddi çətinlikləri olmuşdur. Onlar maddi çətinlikdən çıxmaq üçün əvvəllər Altanın işlədiyi ticarət köşkündən nağd pul və danışıq konturlarını “aparmaq” barədə razılaşmışlar. Altan həmin köşkdə uzun müddət işlədiyindən köşkün içərisində pulların və danışıq konturlarının saxlanıldığı yerləri dəqiq bilmişdir. O və Altan tanınmamaq üçün maskadan və əlcəkdən istifadə etmişlər. Həmin gün onlar birlikdə aptekə gedib iki ədəd göy rəngdə əlcək və iki ədəd qara maska almışlar. Saat təxminən 03:00-04:00 radələrində o və Altan Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən «Aygün Siti» ticarət mərkəzinin yaxınlığına taksi ilə getmişlər. Sonra onlar parkın içi ilə piyada Altanın əvvəllər işlədiyi köşkə getmişlər. Onlar köşkdə bir nəfər satıcının olacağını düşünmüşlər. Lakin onlar köşkə yaxınlaşdıqda, köşkdə bir nəfərin başını masanın üzərinə qoyub yatdığını, digər satıcının isə mobil telefonla oynadığını görmüşlər. Sonra Altan qapını açaraq içəri daxil olmuş və telefonla oynayan satıcıya yaxınlaşaraq həmin şəxsə sakit qalmasını bildirmişdir. Bundan sonra Altan köşkdə olan pulları və danışıq konturlarını götürmüşdür. O isə yuxuya getmiş satıcının başı üstündə dayanaraq həmin şəxsə sakit qalmasını bildirmişdir. Lakin o, köşkdə heç kimə qarşı zor tətbiq etməmiş və heç kimi hədələməmişdir. Altan pulları və danışıq konturlarını götürdükdən sonra onlar qaçaraq köşkdən uzaqlaşmışlar. Onlar köşkdən qaçdıqdan sonra o, telefonu ilə taksi çağırmış və Altanla birlikdə Altanın kirayədə yaşadığı evə getmişdir. Evə çatdıqdan sonra onlar götürdükləri pulları saymışlar. Onların köşkdən götürdükləri nağd pul təxminən 700-800 manat, danışıq konturları isə təxminən 500 manat təşkil etmişdir. Danışıq konturları arasında, “Bakcell”, “Azercell” və “Nar” operatorlarına aid danışıq konturları olmuşdur. Onlar götürdükləri pulları və danışıq konturlarını öz aralarında bərabər bölmüşlər. O, həmin pulun yarısı ilə öz şəxsi borclarını ödəmişdir. Qalan yarısı isə polis əməkdaşları onu saxlayarkən onun üzərində olmuşdur. Polislər onu saxlayarkən onun üstündə təxminən 250 manat pul olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə o, “Gənclik” metro stansiyasının yaxınlığında yerləşən “Bravo” mağazasının yanında Altanı gözləyərkən polis əməkdaşları ona yaxınlaşmışlar və onu Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 228.4-cü maddələri ilə təqsirli bilsə də, son sözlə çıxış etdikdə, özünü Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə də təqsirli bilməyərək Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə barəsində bəraət verilməsini, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında araşdırılmış sübutlara, o cümlədən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, cinayət işinin materiallarında olan çoxlu sayda sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həqiqətən də onların hər birinə qarşı irəli sürülmüş ittihamla bağlı cinayət əməllərini qəsdən törətmişlər. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə aidiyyatının olmaması, Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə aidiyyatının olmaması ilə bağlı hissədə verdikləri ifadələrini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadələr kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda məhkəmə istintaqında verdikləri ifadələri mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında ibtidai istintaqda verdikləri ifadələrdən fərqli məzmunda ifadələr verərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşlər. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 35 saylı ünvanda yerləşən ticarət köşkünü işlədir. O, Bakı şəhərində daimi yaşamadığından onun işlətdiyi ticarət köşkünə qohumu Şahid3 qeyri-rəsmi olaraq nəzarət etmişdir. Həmin ticarət köşkü 24 saat ərzində fəaliyyət göstərmiş və gecə vaxtı iki işçi saat növbəsi ilə həmin köşkdə işləmişlər. xx xxxxxx 2019-cu il tarixdə saat 11:00 radələrində qohumu Şahid3 ona zəng vuraraq naməlum şəxslərin köşkə maska və əlcəklə saat 03:00-04:00 radələrində daxil olduqlarını və oradan 800 manat nağd pul və 1.000 manat dəyərində mobil operatorlara aid danışıq konturlarını talayaraq hadisə yerindən qaçdıqlarını bildirmişdir. Baş vermiş hadisə zamanı ona 1.800 manat məbləğində maddi ziyan vurulmuşdur. Zərərçəkmiş şəxs1 ifadəsində, həmçinin onu da göstərdi ki, təqsirləndirilən şəxslərin qohumları tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, hadisə baş verənə qədər təxminən 1 il 3 ay müddətində Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında, yəni Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsində yerləşən 35 saylı yaşayış binasının qarşısında fəaliyyət göstərən köşkdə gecə növbəsində satıcı işləmişdir. Eyni zamanda həmin dövrdə o, polisdə mülki qaydada mühafizəçi işləmişdir. Onun işlədiyi həmin ticarət köşkü 24 saat ərzində fəaliyyət göstərmiş və gecə vaxtı o, digər işçi ilə saat növbəsi ilə işləmişdir. xx xxxxxx 2019-cu il tarixdə o, Zərərçəkmiş şəxs2 ilə birlikdə həmin köşkdə gecə növbəsində olmuşdur. Həmin gün o, gündüz saatlarında mühafizəçi işlədiyi üçün gecə növbəsində yorğun olmuş və köşkün küncündə başını masaya qoyaraq yatmışdır. Zərərçəkmiş şəxs2 isə köşkün digər küncündə mobil telefona baxmışdır. Həmin gün təxminən saat 03:00 radələrində o, “guppultu” səsi eşitmişdir. Bundan sonra o, yuxudan səsə oyanmış və köşkə iki nəfər maskalı şəxsin girdiyini hiss etmişdir. Üzündə maska olan şəxs əlindəki bıçağı onun böyrünə dirəmişdir. Həmin vaxt o, yuxulu olduğundan qorxmuş və əynində olan köynəyin kapuşonunu başına çəkib sakit şəkildə başını masanın üstünə qoymuşdur. O, kapuşonu başına çəkdiyindən maskalı şəxslərin nə etdiklərini görməmişdir. Maskalı şəxslər getdikdən sonra o, köşkdən bayıra çıxmış və Nemətdən nəyin baş verdiyini soruşmuşdur. Nemət də ona köşkdə soyğunçuluğun edildiyini bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin təqsirləndirilən şəxslərlə barışdığını, onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında, yəni ünvan 1 ünvanında yerləşən yaşayış binasının qarşısında fəaliyyət göstərən kiosk ticarət köşkündə gecə növbəsində satıcı işləmişdir. xx xxxxxx 2019-cu il tarixdə o, Zərərçəkmiş şəxs3lə birlikdə həmin köşkdə gecə növbəsində olmuşdur. Zərərçəkmiş şəxs3 yorğun olduğundan başını masaya qoyaraq yatmışdır. Gecə təxminən saat 03:00-04:00 radələrində üzlərində maska olan iki nəfər şəxs birdən kioska daxil olmuş və kioskdan pul götürərək çıxıb getmişlər. Həmin vaxt o, qorxduğundan şok vəziyyətində olmuşdur. O, şokda olduğundan kioskda nəyin baş verdiyini xatırlamamışdır. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin təqsirləndirilən şəxslərlə barışdığını, onun təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxslərə aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı davam etdiyi müddət ərzində Zərərçəkmiş şəxs4 dəfələrlə məhkəmə iclasına dəvət edilmişdir. Lakin o, məhkəmə iclasına gəlməmişdir. Bundan başqa, məhkəmə istintaqında onun xx xxxxxx 2020-ci il tarixdə öldüyü müəyyən edilmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, xx xxxx 2019-cu il tarixdə saat 10:30 radələrində Aysel adlı qızla birlikdə yemək yemək üçün Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr meydanında yerləşən «Mak Donalds» restoranına gedərək masaların birində əyləşmişdir. O, Aysel ilə öz aralarında söhbət edərkən əvvəllər tanımadığı, adını sonradan Altan kimi bildiyi restoranın mühafizəçisinin ona və yanında olan Ayselə diqqətlə baxdığını görmüşdür. O, Altandan nə üçün ona belə diqqətlə baxmasını soruşduqda, Altan ona “Sən problemli adamsan” cavabını vermişdir. Bununla da onunla Altan arasında mübahisə baş vermiş və o, söhbət etmək üçün Altanı restorandan çölə çağırmışdır. O, Altanın gəlmədiyini görüb, yenidən restorana daxil olaraq Altanın olduğu yerə doğru getmiş və həmin vaxt Altan onun sifətinə yumruqla zərbə endirmişdir. Bundan sonra o, yerə yıxılmış və huşunu itirmişdir. Onunla Altan arasında olan mübahisə zamanı o, Altanın ünvanına söyüş söyməmişdir. Altan əsaslı səbəb olmadan onu vurmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə baş verən ərəfədə o, Zərərçəkmiş şəxs4la nişanlı olmuşdur. Zərərçəkmiş şəxs4 xasiyyətcə çox kobud şəxs olmuşdur. Ona görə də sonradan onların nişanı pozulmuşdur. xx xxxx 2019-cu il tarixdə o, Zərərçəkmiş şəxs4 ilə birlikdə Bakı şəhəri, Səbail rayonunda yerləşən “Mak Donalds” restoranına getmişdir. Onlar restoranda əyləşən zaman Zərərçəkmiş şəxs4 yüksək səslə onunla danışmağa başlamışdır. Bu vaxt həmin restoranda mühafizəçi işləyən Altan onlara yaxınlaşmış və nəsə problemin olub-olmadığını soruşmuşdur. İbrahim isə Altana kobud formada cavab vermiş və Altanı təhqir etmişdir. Bundan sonra İbrahimlə Altan arasında söz-söhbət olmuşdur. O, restoranda verdiyi sifarişi götürmək üçün kassaya getmiş və paketləri götürüb İbrahimin yanına getmişdir. O, paketi götürüb qayıdanda İbrahimin yerdə qanlı vəziyyətdə uzandığını görmüşdür. Sonra kimsə təcili tibbi yardıma zəng etmiş və ora gələn həkimlər İbrahimi xəstəxanaya aparmışlar. Hadisə baş verən vaxt İbrahim çox aqressiv olmuşdur. Ona görə nə xəstəxanada, nədə ki, sonradan o, İbrahimdən kimin sonuncunu vurduğunu soruşmamışdır. Onda olan məlumata görə İbrahim xx xxxxxx 2020-ci il tarixdə ölmüşdür. Lakin o, İbrahimin hansı səbəbdən öldüyünü bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr meydanında yerləşən “Mak Donalds” restoranında baş vermiş hadisə barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurmuş və baş vermiş hadisə barədə məlumat vermişdir. Həmin gün səhər saatlarında o, səhər yeməyi yemək üçün “Mak Donalds" restoranına getmiş və masaların birinin arxasında tək oturduğu zaman birdən qışqırıq səsi eşitmişdir. Bundan sonra o, restoranın çıxışına doğru yaxınlaşmış və restoranın içərisində bir nəfər cavan oğlanın yerdə uzanıqlı, sifətinin isə qan içində olduğunu görmüşdür. O, yaralı şəxsi görən kimi 102 xidmətinə zəng vurmuş və baş vermiş hadisə barədə məlumat vermişdir. Sonradan o, restoranın mühafizəçisinin həmin şəxsi yumruqla vurduğunu eşitmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən və qohumu Zərərçəkmiş şəxs1 işlətdiyi ticarət köşklərinə qeyri-rəsmi olaraq nəzarət edir. Onun nəzarət etdiyi köşklərdən biri də Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin binasının yaxınlığında, yəni ünvan 1 ünvanında yerləşən yaşayış binasının qarşısında yerləşir. Həmin ticarət köşkləri 24 saat ərzində fəaliyyət göstərir və gecə vaxtı iki işçi saat növbəsi ilə həmin köşklərdə işləyir. xx xxxxxx 2019-cu il tarixdə gecə saat 03:30 radələrində köşkün işçisi Zərərçəkmiş şəxs2 ona zəng vuraraq həmin gün naməlum şəxslərin maska və əlcəklə köşkə daxil olaraq oradan 1.800 manat dəyərində pul və mobil operatorlara məxsus danışıq konturlarını talayaraq hadisə yerindən qaçdıqlarını bildirmişdir. O, səhər saatlarında həmin ticarət köşkünə getmiş və baş vermiş hadisə ilə bağlı köşkü işlədən qohumu Zərərçəkmiş şəxs1 məlumat vermişdir. Sonra da o, baş vermiş hadisə barədə polisə məlumat vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş ölən zərərçəkmiş şəxsin ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Elmi-Təcrübi və Tədris Birliyinin 31 nömrəli canlı şəxsin ekspertizası rəyindən (cild 1, iş vərəqə 174-176) görünür ki, Zərərçəkmiş şəxs4 qapalı kəllə beyin travması, baş beyinin yüngül əzilməsi, sağ təpə nahiyəsində və sağ alında əzilmiş yaralar olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində və tibbi sənəddə göstərilən xx xxxx 2019-cu il tarixdə baş nahiyəsinə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aidirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 6-9) görünür ki, cinayət hadisəsi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, 35 saylı ünvanda yerləşən ticarət köşkündə baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 27) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 28) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 46) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 47) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 58-62) görünür ki, Təqsirləndirilən şəxs1 ticarət köşkündə törətmiş olduğu cinayəti, eləcə də cinayət vaxtı istifadə etdikləri əlcək və maskaları yaşadığı evdə gizlətdiyi yerləri əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 64-66) görünür ki, Təqsirləndirilən şəxs2 ticarət köşkündə törətdiyi cinayətin mexanizmini və üsulunu əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 72-73) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı ittiham elan olunmuş və o, həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 91-92) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı ittiham elan olunmuş və o, həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 117-119) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 120-122) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (cild 1, iş vərəqə 141) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (cild 1, iş vərəqə 140) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30504 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 235-236) görünür ki, tədqiqata təqdim olunmuş bıçaq - zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, bıçağın üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş ********** nömrəli fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 249) görünür ki, Zərərçəkmiş şəxs1 vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 252-261) görünür ki, Təqsirləndirilən şəxs1 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 221.1, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs2 əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 181.2.1, 181.2.3, 181.2.5 və 228.4-cü maddələrinə tövsif edilməsi, cinayət əməli nətəcisəində talanamış “Bakcell”, “Azerfon” və “Azercell” mobil operatorlarına aid danışıq konturlarının, cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd bıçağın, 2 (iki) ədəd rezin əlcəyin və 2 (iki) ədəd maskanın maddi sübut qismində tanınması və saxlanılması üçün Bakı şəhəri Sabunçu rayon rayon Polis İdarəsinin saxlanc kamerasına verilməsi, ticarət köşkündə və “Mak Donalds” restoranında baş vermiş cinayət hadisələrini özündə əks etdirən 2 (iki) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 273- 274) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 286- 287) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5 və 228.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 79) görünür ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal rayon prokurorluğundan daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, 140 saylı ekspertiza rəyindən (cild 2, iş vərəqə 117-120) görünür ki, Zərərçəkmiş şəxs4 ölümünə səbəb narkotik maddə olan tiryək qrupuna aid alkoloidlə zəhərlənmə olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Bakı şəhəri Yasamal rayon prokurorluğunun cavab məktubundan (cild 2, iş vərəqə 115) görünür ki, Zərərçəkmiş şəxs4 xx xxxxxx 2020-ci il tarixdə gecə saat 02:00 radələrində ölmüş, onun ölümünə səbəb narkotik maddə olan tiryək qrupuna aid alkoloidlə zəhərlənmə olmuş və onun ölümü ilə bağlı prokurorluq orqanında araşdırma aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 125) görünür ki, Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Bakı şəhəri Yasamal rayon prokurorluğunun qərarından (cild 2, iş vərəqə 160-163) görünür ki, Zərərçəkmiş şəxs4 narkotik maddə olan tiryək qrupuna aid alkoloidlə zəhərlənmə nəticəsində ölməsi faktında cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli ərizədən (cild 2, iş vərəqə 164) görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş videogörüntüdən (ticarət köşkünün içərisində çəkilmiş görüntü) görünür ki, üzlərində maska olan 2 (iki) şəxs ticarət köşkünə anidən daxil olur, həmin vaxt yatmış Zərərçəkmiş şəxs3 yuxudan ayılır və onun arxasına üzündə maska olan şəxslərdən biri əlində bıçaqla yaxınlaşır və həmin bıçaqla Zərərçəkmiş şəxs3 qarşı müxtəlif hərəkətlər edir. Bundan başqa, üzündə maska olan digər şəxs ticarət köşkündə satıcı işləyən və maskalı şəxslər daxil olarkən telefona baxan Zərərçəkmiş şəxs2 yaxınlaşaraq, ona zor tətbiq edir, daha sonra pulların və danışıq kartlarının olduğu siyirməni açaraq oradan hansısa əşyaları çantasına qoyaraq köşkdən qaçır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş videogörüntüdən (“Mak Donalds” restoranının içərisində çəkilmiş görüntü) görünür ki, Zərərçəkmiş şəxs4 Şahid2 ilə restorana daxil olur, sonra onlar masaların birinin arxasında əyləşirlər və danışırlar, sonra Təqsirləndirilən şəxs1 onlara yaxınlaşır və onlar mübahisə etməyə başlayırlar, daha sonra Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs1 çölə dəvət edir, lakin sonuncu restorandan çölə çıxmır, daha sonra Zərərçəkmiş şəxs4 restoranın içərisinə yenidən daxil olur və Təqsirləndirilən şəxs1 nəsə deyir və bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 1 (bir) dəfə yumruqla zərbə vurur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X8 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslər açıq məhkəmə iclaslarında onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşlar. Təqsirləndirilən şəxslərin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində onların hər birinə imkan yaradılmış, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri ayrı-ayrılıqda həmin sübutlara dair öz etirazlarını bildirmişlər, məhkəmə istintaqında təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı və həmin sübutları mübahisələndirmişlər, eləcə də müxtəlif növlü vəsatətlər vermişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5 və 228.4-cü maddələri ilə irəli sürülmüş ittihamlar məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlardan görünür ki, xuliqanlıq cinayət əməli törədilənədək, yəni xx xxxx 2019-cu il tarixədək Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Səbail rayonunda yerləşən Fəvvarələr meydanında fəaliyyət göstərən “Mak Donalds” restoranında mühafizəçi işləmişdir. O, xx xxxx 2019-cu il tarixdə səhər vaxtı xidmətdə olarkən həmin restorana müştəri kimi Zərərçəkmiş şəxs4 Şahid2 ilə birlikdə gəlmişdir. Həmin gün təxminən saat 10:30 radələrində Zərərçəkmiş şəxs4 restoranda mühafizəçi işləyən Təqsirləndirilən şəxs1 ilə mübahisə etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında verdiyi ifadəsində mübahisənin yaranmasının səbəbi kimi Zərərçəkmiş şəxs4 ona qarşı aqressivlik edərək söyməsini və ağır formada təhqir etməsini göstərmişdir. Zərərçəkmiş şəxs4 məhkəmə istintaqında dindirilənədək öldüyündən, ondan baş vermiş mübahisənin səbəbini aydınlaşdırmaq mümkün olmamışdır. Lakin Zərərçəkmiş şəxs4 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsindən görünür ki, onların arasında mübahisəyə səbəb Təqsirləndirilən şəxs1 ona qarşı kobudluq etməsi olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş və hadisə vaxtı Zərərçəkmiş şəxs4 yanında olmuş Şahid2 öz ifadəsində həmin gün onun nişanlısı olan Zərərçəkmiş şəxs4 aqressiv olmasını, sonuncunun Təqsirləndirilən şəxs1 qarşı kobudluq edərək söyüb təhqir etməsini göstərmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında araşdırılmış videogörüntüdən (“Mak Donalds” restoranının içərisində baş vermiş hadisəni əks etdirən görüntü) məlum olur ki, mübahisəyə səbəb məhz Zərərçəkmiş şəxs4 qanunsuz və əxlaqsız hərəkətləri olmuşdur. Məhz zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə xidmətdə olduğu vaxt ona baxmasını neqativ hal kimi qəbul etmiş və buna aqressiv şəkildə münasibət bildirmişdir. Həmçinin, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə mübahisəsini həll etmək üçün sonuncunu çölə çağırmış, təqsirləndirilən şəxs çölə çıxmadıqda isə içəri daxil olaraq yenidən təqsirləndirilən şəxslə mübahisə etməyə başlamışdır. Qeyd edilənlərdən sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 1 (bir) dəfə yumruqla zərbə endirmişdir. Nəticədə də Zərərçəkmiş şəxs4 sağlamlığına yüngül xəsarət yetirilmişdir. Bununla da Təqsirləndirilən şəxs1 ictimai yerdə ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xulaqanlıq hərəkətləri etmiş, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətini törətmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətini törətməsinə səbəb Zərərçəkmiş şəxs4 ona qarşı kobud şəkildə sərgilədiyi əxlaqsız və qanunsuz hərəkətləri olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını talamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 03:15 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi və ünvan 1 ünvanında yerləşən yaşayış evinin qarşısında fəaliyyət göstərən ticarət köşkünə basqın etmələri barədə əvvəlcədən razılığa gəlmişlər. Təqsirləndirilən şəxslərin arasında əldə edilmiş razılığa əsasən onlar tanınmamaları üçün üzlərinə maska, əllərinə əlcək taxmışlar, eləcə də soyuq silah hesab olunan bıçaqla silahlanaraq həmin ticarət köşkünə basqın etmişlər. Onlar ticarət köşkünə qəflətən basqın edərkən soyuq silah hesab olunan bıçaq Təqsirləndirilən şəxs2 əlində olmuşdur. Ticarət köşkünə basqın edilən zaman cinayətin aləti kimi yalnız 1 (bir) ədəd bıçaq olmuş və həmin bıçaq Təqsirləndirilən şəxs2 olmuşdur. Ticarət köşkündə cinayət əməli törədilən zaman başqa bıçaq olmamış, həmçinin Təqsirləndirilən şəxs1 orada bıçaqdan istifadə etməmişdir. Basqın zamanı Təqsirləndirilən şəxs1 bıçaq olmasa da, o, ticarət köşkündə cinayət əməli törədilməzdən əvvəl və həmin cinayət əməli törədilərkən Təqsirləndirilən şəxs2 cinayətin aləti qismində çıxış edən bıçağın olmasından xəbərdar olmuş və bu məsələ onların arasında razılaşdırılmış məsələlərdən birini təşkil etmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 03:15 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ticarət köşkünə basqın edərək həmin vaxt həmin köşkdə satıcı kimi işləyən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri ilə sonuncuları hədələmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən basqın nəticəsində köşkdən 800 manat məbləğində nağd pul və 1.000 manat dəyərində «Bakcell», «Azərfon» və «Azərcell» mobil operatorlarına aid danışıq konturlarını (kartlarını) talamışlar. Bununla da onlar ticarət köşkünün sahibinə, yəni Zərərçəkmiş şəxs1 cəmi 1.800 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişlər. xx xxxxxx 2019-cu il tarixdə törədilən quldurluq cinayəti, yəni silahlı basqın nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanınmamaları üçün əvvəlcədən əldə etdikləri maskadan, iz buraxmamaq üçün rezin əlcəklərdən istifadə etmələri, eləcə də cinayətin aləti kimi soyuq silah hesab olunan bıçaqdan istifadə etmələri cinayət işinin mübahisəsiz hallarıdır. Quldurluq cinayəti nəticəsində təqsirləndirilən şəxslər tərəfindən 800 manat məbləğində nağd pulun və 1.000 manat dəyərində «Bakcell», «Azərfon» və «Azərcell» mobil operatorlarına aid danışıq konturlarının (kartlarının) talanması da cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Belə ki, Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında ifadə verərək ona 1.800 manat məbləğində vurulmuş maddi ziyanın təqsirləndirilən şəxslərin qohumları tərəfindən ödənildiyini bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Təqsirləndirilən şəxslər isə ayrı-ayrılıqda vurulmuş maddi ziyanın 1.800 manat təşkil etməsini və məhz həmin məbləğdə ziyanın öz qohumları tərəfindən ödənilməsini mübahisələndirməmişlər. Başqa sözlə, təqsirləndirilən şəxslər törətdikləri cinayət nəticəsində Zərərçəkmiş şəxs1 həqiqətən də 1.800 manat məbləğində maddi ziyanın vurulmasını qəbul edərək etiraf etmişlər. Bundan başqa, məhkəmə istintaqında tədqiq edilmiş və hadisə vaxtı ticarət köşkünün içərisində quraşdırılmış kamera vasitəsi ilə çəkilmiş videogörüntüdən açıq aşkar görünür ki, cinayət hadisəsi baş verən gün ticarət köşkünə üzlərində maska olan iki şəxs basqın etmişdir. Basqın anında ticarət köşkündə işləyən Zərərçəkmiş şəxs2 öz mobil telefonuna baxırmış, digər Zərərçəkmiş şəxs3 isə başını masanın üzərinə qoyaraq yatmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir bir qrup şəxs halında ticarət köşkünə basqın edərək quldurluq cinayətini törətmələrini təsdiq edən hallardan biri də ondan ibarətdir ki, onlar tanınmamaları üçün üzlərinə maska, iz buraxmamaq üçün əllərinə əlcək taxaraq məhz gecə saatlarında, ətrafda heç kəsin olmadığı vaxt gözlənilmədən və anidən köşkə daxil olmuşlar, daxil olan kimi onlardan biri Zərərçəkmiş şəxs2 zorakılıq etmiş, digəri isə əlindəki bıçağı Zərərçəkmiş şəxs3 nümayiş etdirərək sonuncuya qarşı həmin bıçaqla fəal hərəkətlər etmişdir. Basqın zamanı Zərərçəkmiş şəxs3 qəflətən yuxudan oyanmış və içəridə maskalı şəxsləri görmüşdür. Bu vaxt maskalı şəxslərdən biri onun arxasına keçmiş və əlində bıçaqla ona qarşı müxtəlif hərəkətlər etmişdir. Videogörüntüdən Zərərçəkmiş şəxs3 əlində bıçağı nümayiş etdirən və bıçağı ona qarşı hərəkət etdirən şəxsin kimliyi müəyyən edilmir. Lakin məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 bıçağı nümayiş etdirən və ona qarşı bıçağı müxtəlif şəkildə hərəkət etdirən şəxsin Təqsirləndirilən şəxs2 olduğu qəti şəkildə müəyyən edilmişdir. Eyni zamanda həmin videogörüntüdən görünür ki, üzündə maska olan digər şəxs Zərərçəkmiş şəxs2 yaxınlaşaraq ona zor tətbiq etmiş, əl-qol atmış və sair zoraki hərəkətlər edərək sonuncunu qorxutmuşdur. Bundan başqa, həmin maskalı şəxs köşkdə olan siyirməyə yaxınlaşaraq oradan hansısa əşyaları götürmüşdür. Zərərçəkmiş şəxs2 yaxınlaşan və ona zor tətbiq edən şəxsin kimliyi görüntüdə müəyyən edilməsə də, məhkəmə istintaqında həmin maskalı şəxsin məhz Təqsirləndirilən şəxs1 olduğu qəti şəkildə müəyyən edilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Basqın zamanı, Təqsirləndirilən şəxs2 əlində bıçaq olmasına heç bir şübhə yoxdur. Təqsirləndirilən şəxs2 qeyd edilən hissədə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, videogörüntüdə onun əlində bıçağın olması tam şəkildə öz təsdiqini tapmışdır. xx xxxxxx 2019-cu il tarixdə ticarət köşkündə quldurluq cinayət əməlinin soyuq silah hesab olunan bıçaqdan istifadə edilməklə törədilməsinə dəlalət edən digər hal da ondan ibarətdir ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən tutularkən onun üzərindən həmin soyuq silah hesab edilən bıçaq aşkarlanmışdır. Məhkəmə istintaqında dindirilmiş və quldurluq cinayəti nəticəsində basqına məruz qalmış zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ibtidai istintaq dövründə verdikləri ifadələrdən fərqli məzmunda ifadələr verərək ticarət köşkünə basqın edən şəxslərin əlində bıçağın olmadığını bildirmişlər. Məhkəmə qeyd edilən zərərçəkmiş şəxslərin məhkəmə istintaqında bu hissədə verdikləri ifadələrinə tənqidi yanaşır və hesab edir ki, həmin zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslərlə barışdıqlarından və təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri olmadığından, ibtidai istintaq dövründə verdikləri ifadələrdən fərqli məzmunda ifadə verməklə təqsirləndirilən şəxslərin məsuliyyətini yüngülləşdirmək istəmişlər. Bu səbəbdən də məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 bu hissədə (ticarət köşkünə basqın edən şəxslərin əlində bıçağın olmaması) məhkəmə istintaqında verdikləri ifadələri cinayət işinin materiallarına uyğun olmayan ifadə kimi qəbul edir və qiymətləndirir. Cinayət hüququ nəzəriyyəsinə görə quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2005-ci il tarixli, 01 saylı qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 11-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn,şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Eyni zamanda göstərilən qərarın 15-ci bəndində göstərilir ki, qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2005-ci il tarixli, 01 saylı qərarının 23-cü bəndində, həmçinin göstərilir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Sözügedən qərarın 25-ci bəndində göstərilir ki, ilah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa (məsələn: silah maketi, oyuncaq xəncəl), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Cinayət Məcəlləsinin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində, Təqsirləndirilən şəxs2 əməllərində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin bütün tərkib əlamətləri var və bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs1 əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 əməllərini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5 və 228.4-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmişlər və həmin cinayət hadisələri həqiqətən baş vermişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərini qəsdən törətmişlər. Həmin cinayət əməlləri ayrı-ayrılıqda başa çatmış cinayətlərdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların ayrı-ayrılıqda cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5 və 228.4-cü maddələri üzrə sanksiya həddində ədalətli şəkildə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, onların cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda ilk dəfə cinayət törətmələrini, onların cavan olmalarını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərlə ayrı-ayrılıqda barışdıqlarını, onların təqsirləndirilən şəxslərə qarşı şikayət və tələblərinin olmadıqlarını, Təqsirləndirilən şəxs2 ağır xəstəliyə tutulmasını, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 qarşı törətdiyi cinayəti (Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə nisbətdə) məhz zərərçəkmiş şəxsin əxlaqsız və qanunsuz hərəkətlərinin təsiri altında törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8-ci maddə) və təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə), eləcə də təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar olmadıqda, təqsirləndirilən şəxsə təyin ediləcək cəza onun təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmçinin, yuxarıda göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin əməllərində cinayətlərin məcmusu var və ona görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla onun təqsirli bilindiyi həmin Məcəllənin 221.1, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla onun təqsirli bilindiyi həmin Məcəllənin 181.2.1, 181.2.3, 181.2.5 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin edilmiş cəzalar qismən toplanmaqla onların hər birinə ayrı-ayrılıqda qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək qəti azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməlidir. Qanunun bu tələbi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və onlara təyin ediləcək qəti cəzanın əvvəli onların hər birinin tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan “Bakcell”, “Azerfon” və “Azercell” mobil operatorlarına aid danışıq konturları (kartları) Zərərçəkmiş şəxs1 qaytarılmalı, cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd soyuq silah hesab edilən bıçaq, 2 (iki) ədəd rezin əlcək və 2 (iki) ədəd maska məhv edilməli, ticarət köşkündə və “Mak Donalds” restoranında baş vermiş cinayət hadisələrini özündə əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş cəmi 240 (iki yüz qırx) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfini təşkil edən 240 (iki yüz qırx) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi üzrə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri üzrə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1qəti olaraq 8 (səkkiz)il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və təyin edilmiş qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri üzrə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi üzrə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və təyin edilmiş qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan “Bakcell”, “Azerfon” və “Azercell” mobil operatorlarına aid danışıq konturları (kartları) Zərərçəkmiş şəxs1 qaytarılsın, cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd soyuq silah hesab edilən bıçaq, 2 (iki) ədəd rezin əlcək və 2 (iki) ədəd maska məhv edilsin. Ticarət köşkündə və “Mak Donalds” restoranında baş vermiş cinayət hadisələrini özündə əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 240 (iki yüz qırx) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar