Məhkəmə qərarları › İş №1(101)-530/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-530/2021

13.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-530/2021 13.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsi, ev 53-də qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmuş, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti ev 116, mənzil 57-də qeydiyyatda olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxil edilən 13,316 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən həmin narkotik vasitə heroini dörd ədəd bükümə qablaşdırıb 1.636 qram və 1,433 qram olmaqla iki bükümdə olan 3,069 qramım Təqsirləndirilən şəxs2, qalan 5.227 qram və 5,020 qram olmaqla iki bükümdə olan 10,247 qramını Təqsirləndirilən şəxs1 üzərində saxlamaqla Bakı şəhəri. Nərimanov rayonu. Xətai prospekti 39 ünvanında yerləşən “Golden Falcon” hotelinə daşımış, onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 may 2020-ci il tarixdə keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 22:30-da Bakı şəhəri, Nərimanov rayonu. Xətai prospekti 39 ünvanında yerləşən “Golden Falcon” hotelində saxlanılaraq Baş İdarəyə gətirilib 21 may 2020-ci il tarixdə saat 01:05-dən etibarən keçirilən şəxsi axtarış zamanı onların qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdıqları ayrılıqda təmiz çəkiləri 1.636 qram və 1,433 qram olmaqla ümumi təmiz çəkisi 3.069 qram narkotik vasitə heroin Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümdə, ayrılıqda təmiz çəkiləri 5,227 qram və 5,020 qram olmaqla ümümi təmiz çəkisi 10,247 qram narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd şəffaf sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” İ siyahısına daxil edilən 13,316 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən həmin narkotik vasitə heroini dörd ədəd bükümə qablaşdırıb 5,227 qram və 5,20 qram olmaqla iki bükümdə olan 10,247 qramını Təqsirləndirilən şəxs1, qalan 1,636 qram və 1,433 qram olmaqla iki bükümdə olan 3.069 qramını Təqsirləndirilən şəxs2 üzərində saxlamaqla Bakı şəhəri. Nərimanov rayonu. Xətai prospekti 39 ünvanında yerləşən “Goldcn Falcon” hotelinə daşımış, onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 may 2020-ci il tarixdə keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin gün saat 22:30-da Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39 ünvanında yerləşən “Golden Falcon” hotelində saxlanılaraq Baş İdarəyə gətirilib 21 may 2020-ci il tarixdə saat 01:05-dən etibarən keçirilən şəxsi axtarış zamanı onların qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdıqları ayrılıqda təmiz çəkiləri 5.227 qram və 5,20 qram olmaqla ümümi təmiz çəkisi 10,247 qram narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd şəffaf sellofan bükümdə, ayrılıqda təmiz çəkiləri 1,636 qram və 1,433 qram olmaqla ümumi təmiz çəkisi 3,069 qram narkotik vasitə heroin Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 20 may 2020-ci İl tarixdə axşam saatlarında tanışları Təqsirləndirilən şəxs2, Şahid6 və Şahid7 ilə birlikdə ünvan 4 ünvanında yerləşən “Golden Falcon” otelində dostları Elnur Məmmədovun ad gününü qeyd edərkən, saat 22.30 radələrində, otelin əməkdaşı onların olduğu otağa daxil olaraq otelə polis əməkaşlarının gəldiyini, həmin vaxt Bakı şəhərində tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı qaydalara riayət olunub-olunmamasını yoxlayacaqlarını bildirib, bir otaqda çox adam olduqlarına görə onlardan həmin otaqdan çıxaraq ayrı-ayrı otaqlarda az sayda oturmalarını xahiş etmiş, onlar otelin əməkdaşı ilə razılaşaraq otaqdan çıxmışlar, o və Elçin ayrı otaqda, onlarla otelə gəlmiş dostları isə ayrı-ayrı otaqlara keçmişlər, həmin vaxt polis əməkdaşları onun və Elçinin olduğu otağa daxil olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və üzərlərinə baxış keçirmişlər; baxış zamanı onun və Elçinin üzərindən narkotik vasitə və qanunsuz hər hansı başqa əşya aşkar edilməmişdir; bundan sonra polis əməkdaşları onu, Elçini və oteldə olan daha 6 nəfəri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar, orada polis əməkdaşlarının təzyiqi və təsiri ilə üzərində narkotik vasitə olduğunu etiraf etmiş və həmin etirafı edərkən videoçəkiliş aparılmış, polis əməkdaşları tərəfindən üzərindən guya nakrotik vasitə aşkar edilmiş və həmin narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki,uzun müddət narkotik vasitə heroindən istifadə etmiş, Təqsirləndirilən şəxs2, Şahid6 və X4 bir müddətdir tanıyırmış; həmin şəxslərlə dostluq münasibəti olmuş, 20 may 2020-ci İl tarixdə axşam saatlarında tanışları Təqsirləndirilən şəxs2, Şahid6 və Şahid7 ilə birlikdə ünvan 4 ünvanında yerləşən “Golden Falcon” otelində istirahət edən zaman, saat 22.30 radələrində, 4-5 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb özlərini təqdim etməklə xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, onlar həmin otelə istirahət etmək məqsədilə getmişlər, polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etmiş, o, Təqsirləndirilən şəxs2, Şahid6 və Şahid7 özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla onları tanış etmiş, o etiraf etmişdir ki, hər ikisinin də üzərində narkotik vasitə heroin vardır; polis əməkdaşları onları polis idarəsinə dəvət etmişlər, o, Elçin İsmayıov, Şahid6 və Şahid7 buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişlər, Baş İdarədə hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmuş, sonra onun və Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, ilk olaraq onun üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı o, əynindəki şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirib, əynindəki göy rəngli cins şalvarının sol yan cibində olan 2 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, təqdim etdiyi sellofan bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, həmin sellofan bükümlər onun iştirakı ilə açıldıqda bükümlərin içərisində narkotik vasitə heroin aşkar edilmiş, bundan başqa əynindəki şalvarının sağ arxa cibində olan bir ədəd “İphone 11 pro" markalı mobil telefonu, şalvarının sağ yan cibində olan 23 manat pulu və şalvarının sol yan cibində olan 1 ədəd özünə məxsus olan “Kapital Bank”a məxsus plastik kartı çıxarıb təqdim etmiş, sorğu zamanı üzərindən aşkar edilmiş 2 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini iki gün əvvəl Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Nəsimi" bazarı yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “İsa” adlı şəxsdən 50 manata öz istifadəsi üçün aldığını və üzərində saxlayıb daşıdığını bildirmiş, şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmet aşkar edilməmiş, üzərindən aşkar olunmuş 2 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərf möhürlənmiş və onun və digər iştirakçılar tərəfindən imzalanmış, üzərindən aşkar edilmiş 23 manat pul özünə qaytarılmış, üzərindən aşkar edilmiş 1 ədəd “İphone 11 pro" markalı mobil telefon və bir ədəd “Kapital Bank"a məxsus plastik kart əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxardığı 2 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, həmin bükümlər iştirakçıların yanında açıldıqda bükümlərin içərisində narkotik vasitə heroin aşkar edilmiş, bundan başqa Təqsirləndirilən şəxs2 əynindəki cins şalvarının sol yan cibində olan 1 ədəd “Xiaomi" markalı və 1 ədəd “Vertu" markalı mobil telefonları çıxarıb təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 2 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini iki gün əvvəl Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Bakı metropoliteninin “Azadlıq" stansiyasının yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Rüstəm" adlı şəxsdən 45 manata öz istifadəsi üçün aldığını və bu məqsədlə üzərində saxlayıb daşıdığını bildirmiş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 2 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış və möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış, axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd “Xiaomi" markalı və 1 ədəd “Vertu" markalı mobil telefonlar əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüş, daha sonra o, Təqsirləndirilən şəxs2la birlikdə ünvan 4 ünvanında yerləşən “Golden Falcon" otelində saxlanılaraq polis idarəsinə gətirilmiş Şahid6 və Şahid7 üzərinə baxış keçirilmiş, baxış zamanı həmin şəxslərin üzərindən hər-hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 20 may 2020-ci İl tarixdə axşam saatlarında tanışları Təqsirləndirilən şəxs1, Şahid6 və Şahid7 ilə birlikdə ünvan 4 ünvanında yerləşən “Golden Falcon” otelində dostları Elnur Məmmədovun ad gününü qeyd edərkən, saat 22.30 radələrində, otelin əməkdaşı onların olduğu otağa daxil olaraq otelə polis əməkaşlarının gəldiyini, həmin vaxt Bakı şəhərində tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı qaydalara riayət olunub-olunmamasını yoxlayacaqlarını bildirib, bir otaqda çox adam olduqlarına görə onlardan həmin otaqdan çıxaraq ayrı-ayrı otaqlarda az sayda oturmalarını xahiş etmiş, onlar otelin əməkdaşı ilə razılaşaraq otaqdan çıxmışlar, o və Elçin ayrı otaqda, onlarla otelə gəlmiş dostları isə ayrı-ayrı otaqlara keçmişlər, həmin vaxt polis əməkdaşları onun və Elçinin olduğu otağa daxil olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və üzərlərinə baxış keçirmişlər; baxış zamanı onun və Elnurun üzərindən narkotik vasitə və qanunsuz hər hansı başqa əşya aşkar edilməmişdir; bundan sonra polis əməkdaşları onu, Elnuru və oteldə olan daha 6 nəfəri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar, orada polis əməkdaşlarının təzyiqi və təsiri ilə üzərində narkotik vasitə olduğunu etiraf etmiş və həmin etirafı edərkən videoçəkiliş aparılmış, polis əməkdaşları tərəfindən üzərindən guya nakrotik vasitə aşkar edilmiş və həmin narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsində göstərmişdir ki, uzun müddətdir, narkotik vasitə heroin istifadə etmiş, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş, 20 may 2020-ci il tarixdə axşam saatlarında tanışların Təqsirləndirilən şəxs1, Şahid6 və Şahid7 ilə birlikdə ünvan 4 ünvanında yerləşən "Golden Falcon" otelində istirahət edən zaman saat 22:30 radələrində 4-5 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb özlərini təqdim etmişlər, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etmiş, o, Təqsirləndirilən şəxs1, Şahid6 və Şahid7 özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olmaqda şübhəli olduqlarını bildirib barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla onlrı tanış etmiş, o və Təqsirləndirilən şəxs1 yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib hər ikisinin də üzərində narkotik vasitənin olduğunu bildirmişlər, polis əməkdaşları onları polis idarəsinə dəvət etmiş, o, Təqsirləndirilən şəxs1, Şahid6 və Şahid7 buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmiş, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş, şübhəli şəxs qismində tutulmuşdur, ona hüquq və vəzifələri izah olunmuş, onun və Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, birinci olaraq Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən çıxardığı 2 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmiş, Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümlərin içində narkotik vasitə heroin olduğunu bildirmiş, həmin sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində narkotik vasitə heroin aşkar olunmuş, Təqsirləndirilən şəxs1 əynindəki şalvarının sağ arxa cibində olan bir ədəd “İphone 11 pro" markalı mobil telefonu, şalvarının sağ yan cibində olan 23 manat pulu və şalvarının sol yan cibində olan 1 ədəd “Kapital Bank"a məxsus plastik kartı çıxardıb təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini iki gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Nəsimi" bazarı yaxınlığında “İsa” adlı şəxsdən 50 manata öz isitfadəsi üçün aldığını və üzərində saxlayıb daşıdığını bildirmiş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 2 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 23 manat pul onun özünə qaytarılmış, aşkar edilmiş 1 ədəd “ İphone 11 pro" markalı mobil telefon və bir ədəd “Kapital Bank"-a məxsus plastik kart polis əməkdaşları tərəfindən götürülmüş, bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı o, əynində olan şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxardığı 2 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmiş, təqdim etdiyi sellofan bükümlərin içində narkotik vasitə heroin olduğunu bildirmiş, həmin bükümlər polis əməkdaşları tərəfindən iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində narkotik vasitə heroin aşkar edilmiş, bundan başqa o əynindəki cins şalvarının sol yan cibində olan 1 ədəd “Xİaomi” markalı və 1 ədəd “Vertu" markalı mobil telefonları çıxarıb təqdim etmiş, sorğu zamanı üzərindən aşkar edilmiş 2 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini tutulmamışdan iki gün qabaq Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Azadlıq" metrostansiyasının yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Rüstəm" adlı şəxsdən 45 manata öz istifadəsi üçün aldığını və bu məqsədlə üzərində saxlayıb daşıdığını bildirmiş, şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, üzərindən aşkar olunmuş 2 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülmüş, Təqsirləndirilən şəxs1la birlikdə ünvan 4 ünvanında yerləşən “Golden Falcon" otelində saxlanılaraq polis idarəsinə gətirilmiş Şahid6 və Şahid7 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Şahid6 və Şahid7 üzərindən hər-hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X5 məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşaraq həmin ifadələrini biri-birilərini və özlərini müdafiə xarakterli olduğunu hesab edir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal qruplaşmalarla mübarizə idarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, 20 may 2020-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx xxxxxxxx 1990-cı il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, ünvan 5 ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1991ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərlərində saxlamaları barədə məlumat daxil olmuş, alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 20 may 2020-ci il tarixli qərar çıxarılmış və əməliyyat qrupu yaradılmış, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 22:30 radələrində ünvan 4 ünvanında yerləşən “Golden Falcon” otelində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bənzər iki nəfər şəxs, yanlarında da başqa iki nəfər şəxs saxlanılmış, onlar həmin şəxslərə özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş, həmin şəxslər özlərini təqdim etdikdən sonra həmin şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmaları, yanlarındakı şəxslərin də Şahid6 və Şahid7 olmaları müəyyən edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaqda, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərlərində saxlmaqda şübhəli olmaları sonunculara bildirilmiş və üzərlərində keçiriləcək istintaq hərəkətləri üçün yanlarındakı Şahid6 və Şahid7la da birlikdə Baş İdarənin inzibati binasına dəvət edilmiş, Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, sonunculara hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarın cibində narkotik vasitə heroin olduğunu bildirmiş, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən çıxardığı 2 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmiş, Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan bükümlərin içində narkotik vasitə heroin olduğunu bildirmiş, həmin sellofan bükümlər iştirakçıların iştirakı ilə açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmiş, bundan başqa Təqsirləndirilən şəxs1 əynindəki şalvarının sağ arxa cibində olan bir ədəd “İphone 11 pro” markalı mobil telefonu, şalvarının sağ yan cibində olan 23 manat pulu və şalvarının sol yan cibində olan 1 ədəd “Kapital Bank”a məxsus plastik kartı çıxardıb təqdim etmiş, şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 2 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini iki gün əvvəl Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Nəsimi” bazarı yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “İsa” adlı şəxsdən 50 manata öz istifadəsi üçün aldığını və üzərində saxlayıb daşıdığını bildirmiş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 2 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, aşkar edilmiş 23 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs1 özünə qaytarılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd “İphone 11 pro” markalı mobil telefon və ona məxsus bir ədəd “Kapital Bank”a məxsus plastik kart iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan şalvarının cibində narkotik vasitə heroin olduğunu bildirmiş, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxardığı 2 ədəd şəffaf sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bükümlərin içində narkotik vasitə heroin olduğunu bildirmiş, Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bükümlər açıldıqda bükümlərin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddələr olması müşahidə edilmiş, bundan başqa Təqsirləndirilən şəxs2 əynindəki cins şalvarının sol yan cibində olan 1 ədəd “Xiaomi” markalı və 1 ədəd “Vertu” markalı mobil telefon çıxardıb təqdim etmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 2 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələri təxminən iki gün əvvəl Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Azadlıq” metrostansiyasının yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Rüstəm” adlı şəxsdən 45 manata öz istifadəsi üçün aldığını və bu məqsədlə üzərində saxlayıb daşıdığını bildirmiş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 2 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd “Xiaomi" markalı və 1 ədəd “Vertu" markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən və şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti - 39 ünvanında yerləşən “Golden Falcon" otelində saxlanılaraq Baş İdarəyə gətirilmiş Şahid6 və Şahid7 üzərinə baxış keçirilmiş, baxış zamanı Şahid6 əynindəki qısaqol gödəkçəsinin sağ yan cibində olan 1 ədəd “İphone 10" markalı və 1 ədəd “Nokia" markalı mobil telefonu çıxardıb təqdim etmiş, baxış zamanı Şahid6 və Şahid7 üzərindən hər-hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şahid2, Şahid3 Hafıs oğlu, Şahid4 və Şahid5 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir İşdə olan məhkəmə-kimyəvi ekspertiza üzrə 21 may 2020-ci il tarixli 6/863 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 02 ədəd bükümdə maddələr" yazısı olan zərfdəki 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 5,227 qram və 5,020 qram, ümumi təmiz çəkisi 10,247 qram tünd qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 2 ədəd bükümdə maddələr" yazısı olan zərfdəki 2 (iki) ədəd bükümdə, ayrı ayrılıqda təmiz çəkiləri 1,636 qram və 1,433 qram, ümumi təmiz çəkisi 3,069 qram tünd qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; vət. Təqsirləndirilən şəxs1 götürülmüş 2 (iki) ədəd bükümdəki heroinlər vət. Təqsirləndirilən şəxs2 götürülmüş 2 (iki) ədəd bükümdəki heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin"in İ siyahısına daxildir (Qeyd: 1. Təqsirləndirilən şəxs1: heroinin ümumi təmiz çəkisi: 10,247 qram, tədqiqata sərf edildi: ümumi 0,1 qram, qalıq 10,147 qram), 2. Təqsirləndirilən şəxs2: heroinin ümumi təmiz çəkisi: 3,069 qram, tədqiqata sərf edildi: ümumi 0,1 qram, qalıq 2,969 qram (1-ci cild iş vərəqi 70-75). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 5 oktyabr 2020-ci il tarixli 2732 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən suiistifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur; məcburi müalicəyə ehtiyacı vardır; məcburi müalicəyə əks göstərişi yoxdur; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, uzun müddətdir narkotik vasitə və psixotrop maddə istifadə etmişdir; əsasən narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etmişdir; həmçinin, arabir düşəndə narkotik vasitə olan marixuanadan siqaretə doldurugb çəkməklə, narkotik vasitə olan tiryəkdən daxilə qəbuletmə yolu ilə və güclü təsiredici dərman preparatı olan «lirika» həblərindən istifadə etmişdir (2-ci cild iş vərəqi 44-45). İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 26 oktyabr 2020-ci il tarixli 2972 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; məcburi müalicəyə əks göstərişi yoxdur; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, arabir, düşəndə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir (2-ci cild iş vərəqi 46-47). Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd zərfdə qablaşdırılan tədqiqata sərf edildikdən sonra qalıq qalan 10,147 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd zərfdə qablaşdırılan tədqiqata sərf edildikdən sonra qalıq qalan 2,969 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (2-ci cild iş vərəqi 41-43). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (050) ***-**-** mobil nömrəsi ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlardan görünür ki, 11 yanvar 2020-ci il tarixdə saat 04:42-də (077) ***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs1 isitfadəsində olmuş (050) ***-**-** saylı mobil nömrəyə “Qaqa gor imkan olsa darixirdim biraz goturde” məzmunlu mesaj, 11 yanvar 2020-ci il tarixdə saat 08:11-də (055) ***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs1 isitfadəsində olmuş (050) ***-**-** saylı mobil nömrəyə “Qaqaş qalıbsa mene bir balaça daş verersen” məzmunlu mesaj, 11 yanvar 2020-ci il tarixdə saat 08:11-də Təqsirləndirilən şəxs1 isitfadəsində olmuş (050) ***-**-** saylı mobil nömrədən (055) ***-**-** saylı mobil nömrəyə “Yox allah haqi yoxdu xeyalda mende yigiram elcine acmir" məzmunlu mesaj, 18 yanvar 2020-ci il tarixdə saat 00:57-də (077) ***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs1 isitfadəsində olmuş (050) ***-**-** saylı mobil nömrəyə “Qardasim genci qesnen ele deyib ona p isdedi vermedim bacimin cani men sene yalan demerem vaxdin olsa baba dayida oturmusux zaurnan İkimiziy sene pay verecem” məzmunlu mesaj, 18 yanvar 2020-ci il tarixdə saat 01:25-də (055) ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 isitfadəsində olmuş (050) ***-**-** saylı mobil nömrəyə “Qaqaş balaça daşln yoxdu" məzmunlu mesaj göndərilmişdir. Təqsirləndirilən şəxs1 isitifadəsində olmuş (050) 21 1-52-98 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055) ***-**-** saylı mobil nömrə arasında müxtəlif vaxtlarda danışıqların olması müəyyən edilmişdir (1-ci cild iş vərəqi 252- 253, 2-ci cild iş vərəqi 1). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055) ***-**-** mobil nömrəsi ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlardan görünür ki, 23 yanvar 2020-ci il tarixdə saat 05:11-də (077) 339- 11-14 saylı mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055) ***-**-** saylı mobil nömrə arasında “yaxşı falqa da ver də qaqana balaca" məzmunlu sms yazışması, 12 mart 2020ci il tarixdə saat 00:48-də (077) ***-**-** saylı mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055) ***-**-** saylı mobil nömrə arasında “Qaqa 10 manatliq olmaz ustunde bayaqki usaq verir basimi acardim biraz” məzmunlu sms yazışması, 22 aprel 2020- ci il tarixdə saat 23:59-da (050) ***-**-** saylı mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055) ***-**-** saylı mobil nömrə arasında “Qardawim indi X9 Daniw Gedim 2,3torpag X10.saba X19 X7,ozumunde X16 X21 X12 X8, saba X2 Çatar Arxeyin 01. qardawimsan X18, hemde X20 X13 Gedmeliyem, xeber Di” məzmunlu sms yazışması, 12 may 2020-ci il tarixdə saat 22:11-də (077) ***-**-** saylı mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055) ***-**-** saylı mobil nömrə arasında “Varyoxun sikim deyiram yoxumdu deyirsan mani alladirlar olsa sana 1 qram vermaynan na olacaqki bu qadar vermisam indi 1 qram versam na olacaqki” məzmunlu sms yazışması, 12 may 2020-ci il tarixdə saat 22:22-də (077) ***-**-** saylı mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055) ***-**-** saylı mobil nömrə arasında “Pul adi cakmiram 5 qram yuz manat” məzmunlu sms yazışması, 17 may 2020-ci il tarixdə saat 16:15-də (077) ***-**-** saylı mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055) ***-**-** saylı mobil nömrə arasında “Qoy galsin sana deyiram 1 qram” məzmunlu sms yazışması olmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055) ***-**-** saylı mobil nömrədən göndərilmiş mesaj mətnlərinə baxış zamanı müəyyən edilmişdir ki, 02 mart 2020-ci il tarixdə saat 10:02-də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055) ***-**-** saylı mobil nömrə ilə (077) ***-**-** saylı mobil nömrə arasında “Salam qardaşim necəsən əgər qalıbsa onnan mənədə çəkməklik ötürərsən” məzmunlu sms yazışması, 04 mart 2020-ci il tarixdə saat 21:18-də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055) ***-**-** saylı mobil nömrə ilə (077) ***-**-** saylı mobil nömrə arasında “Ayxanim neyniyirsən neyniyə bilərik qardaşim eliyəkda bərk agriyiram” məzmunlu sms yazışması, 12 mart 2020-ci il tairxdə saat 00:50-də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055) ***-**-** saylı mobil nömrə ilə (077) ***-**-** saylı mobil nömrə arasında “Gəl qaqa dağların yanındayam gör almırsa 30 m-a yan verim şelənin” məzmunlu sms yazışması, 19 aprel 2020-ci il tarixdə saat 16.06-da Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055) ***-**-** saylı mobil nömrə ilə (055) ***-**-** saylı mobil nömrə arasında “Elvin salam bu qara ciriq yasamaldaki məndən pul alib ki meti gotursun dedi gedirəm Elvindən goturum gəlim 3 saatdi yoxdu məni sariyub” məzmunlu sms yazışması, 11 may 2020-ci il tarixdə saat 06.41-də Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055) ***-**-** saylı mobil nömrə ilə (055) ***-**- ** saylı mobil nömrə arasında “Eldarim mənim boyuk qardaşim varsa mənə bir tikə kolada ver ürəyim ici” məzmunlu sms yazışması olmuşdur; Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055) ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 İsitifadəsində olmuş (050) 21 1-52-98 saylı mobil nömrə arasında müxtəlif vaxtlarda danışıqların olması müəyyən edilmişdir (2-ci cild iş vərəqi 2-29). İşdə olan DİN-in BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsi tərəfindən tərtib edilmiş “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 21 may 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 20 may 2020-ci il tarixdə saat 22.30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39 ünvanında yerləşən “Golden Falcon” otelində tanışları Şahid6 və Şahid7 ilə birlikdə saxlanılaraq Baş İdarənin inzibati binasına dəvət edilərək orada üzərilərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 2 ədəd bükümdə ümumi təmiz çəkisi 10,247 qram narkotik vasitə heroin. Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd bükümdə ümumi təmiz çəkisi 3.069 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür (1-ci cild iş vərəqi 41-44). İşdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitə heroinin mənbəyinin müəyyən olunması məqsədilə BMCMİ-nə ünvanlanmış 25 may 2020-ci il tarixli tapşırığa cavab olaraq verilmiş 05 iyun 2020-ci il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması və üzərilərindən aşkar edilən narkotik vasitələri də satış məqsədi ilə əldə edib üzərilərində gəzdirməsi aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdikləri narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etmələri istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (1-ci cild iş vərəqi 171). İşdə olan sübutların qiymtləndirilməsi haqqında 04 noyabr 2020-ci il tarixli qərardan görünür ki, cinayət işİ üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 1 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur (1-ci cild iş vərəqi 45, 2-ci cild iş vərəqi 61-76). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qərarına əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Kriminal qruplaşmalarla mübarizə idarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi polis polkovniki Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 20 may 2020-ci il tarixli qərar qanunidir (2-ci cild iş vərəqi 59-60). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş 25 sentyabr 2020ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat dövründə tutulduğu 2 gün müddət bir günə iki gün hesablanmaqla 4 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (1-ci cild iş vərəqi 241-242). Bakı şəhəri Probasiya Şöbəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 68.1.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdulaşdırılmasının iki günü bərabər tutulur. Beləliklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli hökmünə əsasən təyin edilmiş 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən 1 il 5 ay 28 gün azadlıqdan səhrum etmə cəzasına bərabərdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 25 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Nəsimi Rayon Məhkəməsinin 9 fevral 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 il 23 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə olduğu müddət nəzərə alınaraq azad edilmişdir (1-ci cild iş vərəqi 243-244). Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs1 məhkum olunduğu Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini 20 may 2020-ci il tarixdə yəni, sonuncu məhkumluğu üzrə cəzasını çəkib qurtardıqdan 5 il 3 ay 11 gün sonra törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 20 may 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 20 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 18-19). İşdə olan Nərimanov Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 150-155). İşdə olan şübhəli şəxsin tutulması haqqında 20 may 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 20 may 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cildiş vərəqi 33-34). İşdə olan Nərimanov Rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 144-149). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmələri, saxlamaları və daşımaları tam təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halların olmaması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı, narkotik vasitələr)» əsasən, heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satış məqsədilə əldə etdiyi və saxladığı 10,247 qram narkotik vasitə heroin külli miqdar təşkil edir; Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədilə əldə etdiyi və saxladığı 3,069 qram narkotik vasitə heroin külli miqdar təşkil edir; “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzaların onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3 maddələrinin sanksiyasında l müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 67.1 maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş, lakin hazırki iş üzrə barəsində həbs qətimkan tədbiri seçildiyinə görə icraya yönəlmədiyindən çəkilməmiş 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdulaşdırılmasının iki günü bərabər tutulmaqla 1 il 5 ay 28 gün azadlıqdan məhrum etmə qismində qismən toplamaqla qəti cəza - azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzalarını yüngülləşdirən halların olmaması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmələrinin başlanğıcı 20 may 2020-ci ildən hesablanmalıdır Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağıraşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının 20 may 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3 maddələrinin sanksiysında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-in 67.1 maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş lakin hazırki iş üzrə barəsində həbs qətimkan tədbiri seçildiyinə görə icraya yönəlməmiş çəkilməmiş 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdulaşdırılmasının iki günü bərabər tutulmaqla 1 il 5 ay 28 gün azadlıqdan məhrum etmə qismində qismən toplamaqla qəti cəza - azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza çəkməsinin başlanğıcının 20 may 2020-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. İşdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamalar üzrə 05 oktyabr 2020-ci il tarixli 2732 nömrəli və 26 oktyabr 2020-ci il tarixli 2972 nömrəli ekspert rəylərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur və barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilməklə onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İş üzrə maddi sübutlar - DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 10,147 qram narkotik vasitə heroin və 2,969 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertizaların 114 (yüz on dörd) manat dəyəri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı 20 may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya Nəsimi Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş və çəkilməmiş 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdulaşdırılmasının iki günü bərabər tutulmaqla 1 il 5 ay 28 gün azadlıqdan məhrum etmə kimi qismən toplanılaraq Təqsirləndirilən şəxs2 qəti olaraq 5 (beş) il 3 (üç) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğicı 20 may 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 10,147 qram narkotik vasitə heroin və 2,969 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın 114 (yüz on dörd) manat dəyəri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Siyavuş Hacıyev

hakimlər: Rahib Salmanov Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar