Məhkəmə qərarları › İş №1(101)-530/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-530/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-530/2022 12.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi Zahir oğlunun iştirakları ilə, xx xxxxxx 1982-cı ildə Bakı şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, evli, əvəllər məhkum olunmuş, orta təhsilli, Ağdam rayonu Muğanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, külli miqdarda psixotrop maddə metamfetamini, narkotik vasitə tiryəki və narkotik vasitə metadon dərman tabletini əldə edib yaşadığı ünvan 1 ünvanında saxlamış, 26.10.2021-ci il tarixdə onunla eyni ünvanda yaşayan arvadı Şahid4 DİN-nin 102 xidmətinə zəng vurub narkotik vasitə aludəçisi olan əri Təqsirləndirilən şəxs onun döyməsini bildirməsi faktı ilə əlaqədar Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat qrupunun üzvləri qeyd edilən ünvanda olarkən həmin gün saat 10:30-da Şahid4 əri Təqsirləndirilən şəxs məxsus olduğunu bildirib video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs, 10 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Qaradağ RPİ-nin 11-ci PB- nin əməkdaşlarına təqdim etdiyi içərisində 02 ədəd qara rəngli selofana bükülmüş tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda 9,713 qram və 18,123 qram, ümumi təmiz çəkisi 27,836 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd qara rəngli selofana bükülmüş təmiz çəkisi 6,026 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd ağ rəngli selofana bükülmüş təmiz çəkisi 5,535 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd şəffaf polietilen paketdə 01 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş dərman tabletinin tərkibində təsiredici maddəsi 0,04 qram narkotik vasitə metadon olan göy rəngli parça pul kisəsi polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. O, bir neçə ildir ki, narkotik vasitə heroindən istifadə edirdi. 26 oktyabr 2021-ci il gecə saatlarında həyat yoldaşı Şahid4 ilə narkotik vasitələrdən istifadə etməyi səbəbilə aralarında mübahisə yaranmışdır. Aralarında olan narazılığa görə yoldaşı Azərbaycan Repsublikasının Daxili İşlər Nazirliyinin “102” Xidmətinə müraciət etmişdir. Gecə saatlarında polis əməkdaşları gələrək onu Polis Bölməsinə aparmışlar. Daha sonra Qaradağ rayon polis İdarəsinin müvəqqəti saxlama yerində saxlamışlar. Müxtəlif cür işgəncələrə məruz qalsada heç bir sənədə imza etməmişdir. Tutulduqdan iki gün sonra onu yaşadığı evdə video çəkiliş vasitəsilə evə baxış istintaq hərəkəti aparmışlar. Daha sonra barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 24 noyabr 2022-ci ildə isə məhkəmədə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. O, bildirmək istəyir ki, narkotik vasitələrdən istifadə edən zaman “kakos” adlanan heroin adlı narkotik vasitəni tüstüsünü çəkərək qəbul edirmiş. Son zamanlarda isə narkotik vasitələrin istifadəsindən uzaqlaşmaq üçün psixotrop maddə hesab edilən dərmanlardan istifadə edirmiş. Hadisə baş verən gün üzərində bir ədəd “M40” adlanan metadon həbi olmuşdur. İttihamda nəzərdə tutulan heç bir narkotik vasitə və psixotrop maddə onun deyildir. Orada yazılan tiryək, heroin və digər maddələr polis əməkdaşları tərəfindən onun evinə yerləşdirilmişdir. Son zamanlar “travmal” adlanan güclü təsiredici dərmandan istifadə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən DİO-da, 2021-ci ildən Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. İşin mahiyyəti üzrə bildirir ki, 26.10.2021-ci il tarixdə gecə saatlarında xidmətdə olduğu zaman Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi. İ.Mehdiyev küçəsində yaşyan Şahid4 DİN- nin 102 xidmətinə zəng edib narkotik aludəçisi olan əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirdiyi üçün onun ev telefonuna zəng edildikdə Şahid4 bildirmişdir ki, ailə vəziyyəti ilə əlaqədar indi deyil, 26.10.2021-ci il tarixdə sat 08:00-dan sonra onların ünvanına yaxınlaşsınlar. Buna görə də o, 26.10.2021-ci il tarixdə saat 08:30-da Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis kapitanı Şahid2 və Qaradağ RPİ-nin 11-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Şahid3 ilə qeyd edilən ünvana yaxınlaşmışlar. Şahid4 yaşadığı ünvanda şikayət ərizəsi və izahat yazaraq bildirmişdir ki, əri Təqsirləndirilən şəxs onu yaşadığı evdə mütamadi olaraq döyür, incidir, səbəb isə Soltanın narkotik vasitə aludəçisi olmasıdır. Həmçinin Şahid4 yaşadıqları evdə əri Valeh İsmayılova məxsus narkotik vasitə olduğunu həmin narkotik vasitəni təqdim etmək istədiyini bildirmişdir. Şahid4 əri Təqsirləndirilən şəxs məxsus göy rəngli parça pul kisəsini təqdim etmişdir. 03 ədəd qara rəngli selofana bükülmüş büküm, 01 ədəd ağ rəngli selofana bükülmüş büküm, 01 ədəd kiçik sellofan torbada 01 ədəd dərman tabletkası aşkar edilmişdir. 02 ədəd qara rəngli selofana bükülmüş bükümlər açıldıqda içərisindən psixotrop maddə olan metamfetaminə oxşar ağ rəngli kristal kütlələr aşkar edilmişdir. Digər qara rəngli selofana bükülmüş büküm açılanda içərisindən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sellofana bükülmüş bükümlər açıldıqda müxtəlif növdə olan narkotik vasitələr aşkar edilmişdir. El arasında “kakos” adlanan, heroin tərkibli narkotik vasitə, “patı” adlanan psixotrop maddə, 01 ədəd psixotrop maddə hesab edilən metadon həbi və tiryək adlanan narkotik vasitə aşkar edilmişdir. Uzun müddət keçdiyindən narkotik vasitələrin çəkilərini tam xatırlamır. Narkotik vasitələrin onun olmadığını sadəcə 01 ədəd psixotrop maddə sayılan “M40” həbi və çox az miqdarda tiryəkin onun olduğunu və onlardan öz istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, mahiyyəti üzrə bildirmək istəyir ki, 14 il bundan əvvəl Təqsirləndirilən şəxs ərə getmiş, iki azyaşlı övladları vardır. Onlar ünvan 1 ünvanında yaşayırlar. İşin mahiyyəti üzrə bildirir ki, bir neçə ay bundan əvvəl hiss etmişdir ki, Soltan narkotik vasitə qəbul edir. Çünki, bəzi hallarda Soltan özündə olmurmuş. Son iki ayda isə Soltan açıq aşkar narkotik vasitədən istifadə etməsini ona demişdir. Soltan demək olar ki, həftədə iki-üç dəfə onunla evdə mübahisə edib onu döyürmüş. Lakin onu vurmağı barədə bədənində hər hansı bir xəsarət yaranmamışdır. O, hiss edirmiş ki, narkotik vasitənin vaxtı, yəni “lomkası” gələndə Soltan acıqlı olur və onunla mübahisə yaratmağa çalışırmış. Lakin sonuncu dəfə əri Təqsirləndirilən şəxs 26.10.2021-ci il tarixdə gecə vaxtı yaşadıqları evdə olarkən o, Soltana demiş ki, onların azyaşlı övladları vardır, narkotik vasitə istifadə etməsin. O, polisə zəng etməmişdən bir gün öncə pul kisəsinin içində narkotik vasitələri tapmışdır. Həmin gecə DİN-nin 102 xidmətinə zəng etdikdən sonra polis əməkdaşları gecə yaşadığları evə gəlib həyat yoldaşını aparmışlar. Bildirmək istəyir ki, gecə polis əməkdaşları gəldikdə onlara Təqsirləndirilən şəxs pul kisəsində olan narkotik vasitə və bir ədəd metadon həbini polis əməkdaşlarına təqdim etmişdir. Evlərində axtarış isə Soltanı apardıqdan 3 gün sonra olmuşdur. Bildirmək istəyir ki, sadəcə məqsədi Təqsirləndirilən şəxs narkotik vasitələrdən uzaqlaşdırmaq olub və sadəcə ailə uşaqlarını düşünüb DİN-nin “102” xidmətinə zəng etmişdir. Həyat yoldaşı narkotik vasitələrdən istifadə etdiyi otağa uşaqlarının daxil olmasına icazə verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2010-cu ildən DİO-da, 2020-ci ildən Qaradağ RPİ-nin 11-ci PB-də təhqiqatçı vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 26.10.2021-ci il tarixdə gecə saatlarında xidmətdə olduğu zaman Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi. İ.Mehdiyev küçəsində yaşayan Şahid4 DİN- nin 102 xidmətinə zəng edib narkotik aludəçisi olan əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildrimişdir. Daha sonra həmin ünvan onların Polis Bölməsinin ərazisinə aid olduğu üçün daxil olmuş şikayət onlara yönləndirilmişdir. Şikayət edən şəxsin ev telefonuna zəng edildikdə Şahid4 bildirmişdir ki, ailə vəziyyəti ilə əlaqədar indi deyil, 26.10.2021-ci il tarixdə saat 08:00-dan sonra onların ünvanına yaxınlaşsınlar. Buna görə də o, 26.10.2021-ci il tarixdə saat 08:30-da Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis kapitanı Şahid2 və Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Vüsal Əıizadə ilə qeyd edilən ünvana yaxınlaşmışlar. Şahid4 yaşadığı ünvanda şikayət ərizəsi yazaraq bildirmişdir ki, əri Təqsirləndirilən şəxs onu yaşadığı evdə mütəmadi olaraq döyür, incidir, səbəb isə Soltanın narkotik vasitə aludəçisi olmasıdır. Həmin ünvanda olan Lalə xanımın anası və bacısı bu faktları təsdiq etmişlər. Həmçinin Şahid4 yaşadıqları evdə əri Təqsirləndirilən şəxs məxsus narkotik vasitə olduğunu həmin narkotik vasitəni təqdim etmək istədiyini bildirmişdir. Bu səbəbdən dərhal həmin ünvana vəkil dəvət olunmuşdur. Şahid4 əri Təqsirləndirilən şəxs məxsus göy rəngli parça pul kisəsini təqdim etmiş. 03 ədəd qara rəngli selofana bükülmüş büküm, 01 ədəd ağ rəngli selofana bükülmüş büküm, 01 ədəd kiçik sellofan torbada 01 ədəd dərman tabletkası aşkar edilmişdir. 02 ədəd qara rəngli selofana bükülmüş bükümlər açıldıqda içərisindən psixotrop maddə olan metamfetaminə oxşar ağ rəngli kristal kütlələr aşkar edilmişdir. Digər qara rəngli selofana bükülmüş büküm açılanda içərisindən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sellofana bükülmüş bükümlər açıldıqda müxtəlif növdə olan narkotik vasitələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş əşyalar barəsində sorğu-sual edildikdə narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Aşkar edilmiş tiryək, heroin adlanan narkotik vasitələr və “M40” metadon həbi və methamfetamin maddəsi qablaşdıraraq götürülmüşdür. Hadisədən uzun müddət vaxt keçdiyindən aşkar edilmiş narkotik vasitələrin çəkilərini tam xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, bir müddət öncə səhhəti ilə bağlı olaraq ağır əməliyyat keçirdiyi üçün xatirində bu hadisə ilə bağlı çox az epizod qalmışdır. Gecə saatlarında xidmətdə olduğu zaman Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi. İ.Mehdiyev küçəsində yaşayan Şahid4 DİN- nin 102 xidmətinə zəng edib narkotik aludəçisi olan əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Lalə xanımın ev telefonuna zəng edildikdə Şahid4 bildirmişdir ki, ailə vəziyyəti ilə əlaqədar indi deyil, səhər saatlarında onların ünvanına yaxınlaşaq. Onlar 26.10.2021-ci il tarixdə saat 08:30-da qeyd edilən ünvana yaxınlaşmışlar. Şahid4 yaşadığı ünvanda şikayət ərizəsi və izahat yazaraq bildirmişdir ki, əri Təqsirləndirilən şəxs onu yaşadığı evdə mütamadi olaraq fiziki zorakılıq tətbiq edib, incidirmiş, səbəb isə Soltanın narkotik vasitə istifadə etməsi olmuşdur. Həmçinin Şahid4 yaşadıqları evdə əri Təqsirləndirilən şəxs məxsus narkotik vasitə olduğunu, həmin narkotik vasitəni təqdim etmək istədiyini bildirmişdir. Səhv etmirsə, “methadon” həbi və methamfetamin adlanan psixotrop maddə aşkar edilmişdir. Aşkar edilmiş maddələrin çəkilərini xatırlamır. O, əməliyyat olunan zaman anesteziya verildiyi üçün bir çox məqamları xatırlamır. İş materiallarındakı 26.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulub Qaradağ Rayon Polis İdarəsinin MSY-nə təqdim edilmişdir. (cild 1, iş vərəqə 23) İş materiallarındakı 28.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. (cild 1, iş vərəqə 47) İş materiallarındakı 24.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmiş, həmin tarixdə də barəsində 3 ay 4 gün müddətinə, yəni 28.02.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 86, 110-113) İş materiallarındakı 26.10.2021-ci il tarixli maddi sübutun götürülməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında saat 10:30-da Şahid4 əri Təqsirləndirilən şəxs məxsus göy rəngli parça pul kisəsini polis əməkdaşlarına təqdim edir. Baxış zamanı video çəkilşdən istifadə edilir və videoçəkiliş telefon vasitəsilə aparılır. Təqsirləndirilən şəxs bildirir ki, həmin pul kisəsinin içərisində narkotik vasitələr patı, mastika və heroindir, həmin maddələri 3 ay bundan əvvəl tanımadığı İran vətəndaşından Bakı şəhərində 40 manata almışdır. Baxış zamanı Şahid4 təqdim etdiyi göy rəngli parça pul kisəsindən 03 ədəd qara rəngli selofana bükülmüş büküm, 01 ədəd ağ rəngli selofana bükülmüş büküm, 01 ədəd kiçik sellofan torbada 01 ədəd dərman peraparatı aşkar edilir. 02 ədəd qara rəngli selofana bükülmüş bükümlər açıldıqda içərisindən psixotrop maddə olan metamfetaminə oxşar ağ rəngli kristal kütlələr, digər qara rəngli selofana bükülmüş büküm açılanda içərisindən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, ağ rəngli selofana bükülmüş büküm açıldıqda qara rəngli narkotik vasitə tiryəkə bənzər maddə, 01 ədəd kiçik sellofan torbadan isə 01 ədəd qəhvəyi rəngli dərman peraparatı aşkar edilir. Aşkar edilib götürülmüş bükümlər yenidən göy rəngli pul kisəsinin içərisinə, həmin pul kisəsi də zərfə qoyularaq qablaşdırılıb iştirakçılar tərəfindən imzalanıb götürülür. (cild 1, iş vərəqə 12-13) İş üzrə məhkəmə-kimyəvi ekspertizası təyin edilib rəy alınmışdır. Məhkəmə- kimyəvi ekspertizasının 27.10.2021-ci il tarixli 6/4762 nömrəli rəyindən görünür ki;

1. Tədqiqata təqdim edilmiş üzərində AR Dİn “ Zərflər üçün №223” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi...” və s. yazılar olan zərfdə 01 ədəd göy rəngli pul kisəsinə yerləşdirilmiş 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,713 qram, 18,123 qram, ümumi təmiz çəkiləri 27,836 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 02 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. 01 ədəd bükümdə təmiz çəkisi 6,026 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. 01 ədəd bükümdə təmiz çəkisi 5,535 qram tünd qəhvəyi rəngli maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. 01 ədəd şəffaf polietilen paketdə 01 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhməyimtil- boz rəngli dərman tabletinin tərkibində 0,04 qram təsiredici maddə-metadon müəyyən edildi. (cild 1, iş vərəqə 40-45) İş üzrə məhkəmə-narkoloji ekspertizası təyin edilib rəy alınmışdır. Məhkəmə- narkoloji ekspertizasının 23.11.2021-ci il tarixli 4624 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin, Kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müailəcəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 141-142) İş materiallarındakı 26.10.2021-ci il tarixli protokolla götürülmüş 02 ədəd qara rəngli selofana bükülmüş tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda 9,713 qram və 18,123 qram, ümumi təmiz çəkisi 27,836 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 ədəd qara rəngli selofana bükülmüş təmiz çəkisi 6,026 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd ağ rəngli selofana bükülmüş təmiz çəkisi 5,535 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd şəffaf polietilen paketdəki 01 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş tərkibində 0,04 qram təsiredici maddə metadon dərman tableti maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 27,746 qram psixotrop maddə olan metamfetamin, 5, 976 qram narkotik vasitə heroin, 5,435 qram narkotik vasitə tiryək, 05 ədəd təsiredici maddə metadon dərman tableti saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (cild 1, iş vərəqə 105-106) Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop və narkotik maddələri əldə edib saxlamaqla daşıması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal himayəsində üç azyaşlı övladının olmasıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut 02 ədəd qara rəngli selofana bükülmüş tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda 9,713 qram və 18,123 qram, ümumi təmiz çəkisi 27,836 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 ədəd qara rəngli selofana bükülmüş təmiz çəkisi 6,026 qram olan kustarüsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd ağ rəngli selofana bükülmüş təmiz çəkisi 5,535 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd səffaf polietilen paketdəki 01 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş tərkibində 0,04 qram təsiredici maddə metadon dərman tableti maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 27,746 qram psixotrop maddə olan metamfetamin, 5,976 qram narkotik vasitə heroin 5,435 qram narkotik vasitə tiryək, 05 ədəd təsiredici maddə metadon dərman tableti məhv edilməlidir. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 109 manat (yüz doqquz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhər “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat miqdarında pul ödənilməlidir. Cinayət işi üzrə İbtidai İstintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X5 306 (üç yüz altı) manat pul miqdarlnda pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut 02 ədəd qara rəngli selofana bükülmüş tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda 9,713 qram və 18,123 qram, ümumi təmiz çəkisi 27,836 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 01 ədəd qara rəngli selofana bükülmüş təmiz çəkisi 6,026 qram olan kustarüsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd ağ rəngli selofana bükülmüş təmiz çəkisi 5,535 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd səffaf polietilen paketdəki 01 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş tərkibində 0,04 qram təsiredici maddə metadon dərman tableti maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 27,746 qram psixotrop maddə olan metamfetamin, 5,976 qram narkotik vasitə heroin 5,435 qram narkotik vasitə tiryək, 05 ədəd təsiredici maddə metadon dərman tableti məhv edilsin. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 109 manat (yüz doqquz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhər “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat miqdarında pul ödənilsin. Cinayət işi üzrə İbtidai İstintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X5 306 (üç yüz altı) manat pul miqdarlnda pul ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Fikrət Qəribov

Hakimlər: Telman Hüseynov

Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar