Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-530/2024 17.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: Kərimova Mahirə Nəzər qızı və X2 ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasmda həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa “Sahil” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən mənfəət olaraq gəlir əldə etmək müqabilində “Sahil” adlı İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsə məxsus külli miqdarda psixotrop maddə metamfetaminin satışını həyata keçirəcəyi barədə razılığa gəlib aralarında aparılmış vəzifə bölgüsünə əsasən o qrup üzvü Təqsirləndirilən şəxs2 ilə birlikdə 02 mart 2023-cü il tarixdə “Sahil” adlı şəxsin tapşırığı ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda, ümumi təmiz çəkisi 1109,015 qram olan psixotrop maddə metamfetamini götürüb qanunsuz olaraq əldə edərək birlikdə yaşadıqları ünvan 4 ünvanına daşıyaraq həmin psixotrop maddələri digər şəxslərə çatdırmaq üçün müvafiq yerə qoymaq məqsədi ilə bükümlərə ayıraraq bir hissəsini üzərlərində, bir hissəsini qrup üzvü Təqsirləndirilən şəxs1 tərəfindən yaşadıqları mənzildə, bir hissəsini isə onun tərəfindən Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 114 ünvanında yerləşən kolluq ərazidə gizlədilərək saxlamış, onların psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o 02 mart 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 114 saylı binanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinə gətirilib idarədə üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd kağız bükümün içərisində, təmiz çəkisi 0,915 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra Nizami RPİ-nin əməkdaşları tərəfindən həmin tarixdə saat 22:20 radələrində onun iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 114 saylı binanın qarşısında yerləşən kolluq hissəyə baxış keçirilərkən oradan onun tərəfindən gizlədilmiş 01 ədəd dəmir qabın içərisində olan 01 ədəd polietilen bağlamada, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eynilik təşkil edən, təmiz çəkisi 97,704 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Nizami RPİ- nin NMB-nin əməkdaşları tərəfindən qrup üzvü Təqsirləndirilən şəxs2 03 mart 2023-cü il tarixdə saat 15:30 radələrində ünvan 7 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinə gətirilib idarədə üzərinə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə onun üzərindən və ünvan 8 ünvanın qarşısından aşkar olunan psixotrop maddə metamfetaminlə eynilik təşkil edən 01 ədəd sellofan bükümün içərisində, təmiz çəkisi 2,796 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, 06 mart 2023-cü il tarixdə saat 14:30 radələrində qrup üzvü Təqsirləndirilən şəxs2 iştirakı ilə yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvansiki küçəsi, ev 2, 55 saylı mənzilə baxış keçirilərkən mənzilin yataq otağında, üzərində “sport” sözü yazılan tünd göy rəngli çantanın içərisindən 01 ədəd sellofan bağlamanın içərisində, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə onun üzərindən, Nizami rayonu Q.Qarayev prospekti 114 saylı ünvanın qarşısından və qrup üzvü Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan psixotrop maddə metamfetaminlə eynilik təşkil edən, təmiz çəkisi 1007,6 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 külli miqdarda psixotrop maddəni əldə edib satmaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa “Sahil” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən mənfəət olaraq gəlir əldə etmək müqabilində “Sahil” adlı İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsə məxsus külli miqdarda psixotrop maddə metamfetaminin satışını həyata keçirəcəyi barədə razılığa gəlib aralarında aparılmış vəzifə bölgüsünə əsasən o qrup üzvü Təqsirləndirilən şəxs1 ilə birlikdə 02 mart 2023-cü il tarixdə “Sahil” adlı şəxsin tapşırığı ilə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən istintaqa şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda, ümumi təmiz çəkisi 1109,015 qram olan psixotrop maddə metamfetamini götürüb qanunsuz olaraq əldə edərək birlikdə yaşadıqları ünvan 4 ünvanına daşıyaraq həmin psixotrop maddələri digər şəxslərə çatdırmaq üçün müvafiq yerə qoymaq məqsədi ilə bükümlərə ayıraraq bir hissəsini üzərlərində, bir hissəsini yaşadıqları mənzildə, bir hissəsini isə qrup üzvü Təqsirləndirilən şəxs1 tərəfindən Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 114 ünvanında yerləşən kolluq ərazidə gizlədilərək saxlamış, onların psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qrup üzvü Təqsirləndirilən şəxs1 02 mart 2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 114 saylı binanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinə gətirilib idarədə üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd kağız bükümün içərisində, təmiz çəkisi 0,915 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra Nizami RPİ-nin əməkdaşları tərəfindən həmin tarixdə saat 22:20 radələrində qrup üzvü Təqsirləndirilən şəxs1 iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 114 saylı binanın qarşısında yerləşən kolluq hissəyə baxış keçirilərkən oradan sonuncu tərəfindən gizlədilmiş 01 ədəd dəmir qabın içərisində olan 01 ədəd polietilen bağlamada, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eynilik təşkil edən, təmiz çəkisi 97,704 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Nizami RPİnin NMB-nin əməkdaşları tərəfindən o, 03 mart 2023-cü il tarixdə saat 15:30 radələrində ünvan 7 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinə gətirilib idarədə üzərinə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs1 üzərindən və ünvan 8 ünvanın qarşısından aşkar olunan psixotrop maddə metamfetaminlə eynilik təşkil edən 01 ədəd sellofan bükümün içərisində, təmiz çəkisi 2,796 qram olan külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, 06 mart 2023-cü il tarixdə saat 14:30 radələrində onun iştirakı ilə yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvansiki küçəsi, ev 2, 55 saylı mənzilə baxış keçirilərkən mənzilin yataq otağında, üzərində “sport” sözü yazılan tünd göy rəngli çantanın içərisindən 01 ədəd sellofan bağlamanın içərisində, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə Təqsirləndirilən şəxs1 üzərindən, Nizami rayonu Q.Qarayev prospekti 114 saylı ünvanın qarşısından və onun üzərindən aşkar olunan psixotrop maddə metamfetaminlə eynilik təşkil edən, təmiz çəkisi 1007,6 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o İran vətəndaşı ilə danışdıqdan sonra Lökbatana gedərək psixotrop maddə metamfetamini götürmüşdür. Belə ki, 97 (doxsan yeddi) qram metamfetamini o, ayrı yerdə saxlamış, qalanı isə evdə olmuşdur. Daha sonra o, polislər tərəfindən saxlanılmışdır. Qardaşı Turalı da bu işə cəlb etmək üçün idarədə polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmışdır. Belə ki, onun bədəni üzərində olan xəsarətləri 3 saylı İstintaq Təcridxanasında da qeydə alınmışdır. Təqsirləndirilən şəxs1 suallara cavab olaraq bildirmişdir ki, 10 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadə edir. Narkotik maddənin bütün növlərindən istifadə etmişdir. Narkotik maddəni sonuncu dəfə İran vətəndaşından əldə etmişdir. O, həmin İran vətəndaşı ilə “whatsapp” vasitəsilə əlaqə saxlayırmış. Sonuncu dəfə o, 01 (bir) kiloqram metamfetamin almış, ancaq onun pulunu verməmişdir. İranlının verdiyi mal keyfiyyətsiz olduğu üçün onun pulunu ödəməyəcəkmiş. Məlum hadisənin baş verdiyi tarixi xatırlamır. O, Lökbatanda cəmi 1 dəfə olmuşdur. Qardaşı Tural narkotik vasitə istifadə etmir. Metamfetamini götürdükdən təxminən 1 ay sonra o, polis əməkdaşları tərəfindən tutulmuşdur. Onun 01 (bir) kiloqram metamfetamin götürməkdə məqsədi ancaq həmin psixotrop maddədən istifadə etmək olmuşdur. Metamfetaminin qara bazardakı qiymətini bilmir. Onda narkotik maddənin satışı ilə bağlı mesaj və ya zəng ola bilməz. Belə ki, o heç kəsə cavab verməmişdir. Daimi iş yeri yoxdur, ancaq arada işləyirmiş. Düşünür ki, qardaşı ilə eyni evdə yaşadıqları üçün polislər onun da adını çəkməsini və onun əleyhinə ifadə verməsini istəmişlər. Tural onun narkotik vasitə istifadə etdiyini bilirmiş. Onun gizlətdiyi 01 (bir) kiloqram metamfetamini qardaşı görməmişdir. Evdə və kolluqda narkotik maddə gizlətdiyini polis əməkdaşlarına o bildirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq olunması ilə bağlı heç yerə şikayət etməmiş, yalnız barəsində “həbs” qətimkan tədbiri seçilərkən məhkəmədə bu barədə bildirmişdir. Onun xəsarətləri ilə bağlı izahat almaq üçün gəlmişlər və o oxumadan imza etmişdir. Məlum hadisə baxş verən vaxt qardaşı Təqsirləndirilən şəxs2 onun yanında olmamışdır. Polis əməkdaşları onu Nizami rayonunun ərazisində küçədən tutmuşlar. Cinayət işində olan sənədlərdəki imzalar ona məxsusdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 03 mart 2023-cü il tarixdə ünvan 9 ünvanında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Daha sonra polislər onu Nizami rayon polis idarəsinə aparmışlar. Orada qardaşı Orxanla birgə narkotik vasitə götürdüyünü, eyni zamanda, narkotik vasitə istifadə etdiyini bildirmişlər. Bildirmək istəyir ki, baxmayaraq ki, Orxanla birgə yaşayır, lakin qardaşının narkotik vasitə istifadə etməsindən xəbəri olmamışdır. Qardaşından aşkar edilmiş maddələrlə onun üzərinə qoyulan maddələr eyni tərkiblidir. Orxan ona narkotik vasitə vermədiyini bildirir. O narkotik vasitə istifadə etməmişdir. Təqsirləndirilən şəxs2 suallara cavab olaraq bildirmişdir ki, o heç vaxt narkotik vasitə istifadə etməmişdir. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar edilməmişdir. Polislər 01 büküm narkotik vasitəni onun qarşısına qoyaraq videoçəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu bildirməsini istəmişlər. O da polislərin dediklərini etmişdir. 6-7 nəfər polis əməkdaşları onu yerə yıxaraq təpikləmişlər. 3 saylı istintaq təcridxanasına daxil olarkən bədən xəsarətləri aşkar edilmiş, lakin bununla bağlı heç yerə şikayət etməmişdir. Prokurorluqdan izahat almaq üçün gəlmişlər, ancaq sonra nəticəsi barədə məlumatı olmamışdır. Polislər əvvəlcə onun qardaşını tutmuşlar. İbtidai istintaq zamanı fiziki və psixi təzyiq altında olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri qəbul etmir. Hazırda verdiyi ifadəsi doğrudur. O yaşadığı mənzildə tutulmuşdur. Həmin vaxt yanında qardaşı olmamışdır. Orxanı 02 mart 2023-cü il tarixdə tutmuşlar. O hadisə yerini göstərməmiş, belə ki, oraya qardaşı Orxan getmişdir. Qardaşı Orxan əvvəllər narkotik vasitə istifadə etmiş, daha sonra 1 saylı Psixiatriya Xəstəxanasında müalicə almışdır. Daha sonra onun narkotik vasitələrdən istifadə etməyindən xəbəri olmamışdır. Polis əməkdaşları onun sol cibindən telefonla birgə metamfetamini çıxarmışlar. Polis əməkdaşları mənzilin qapısını qıraraq evə daxil olmuşlar. Tutulan vaxt onun əynində açıq rəngli cins şalvar, ağ rəngli köynək və boz rəngli pencək olmuşdur. Polis əməkdaşı Şahid2 ona xəsarət yetirmişdir. Bədən xəsarətlərini Nizami rayon polis idarəsində döyülməsi nəticəsində almışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi protokolunda ifadəni yazmağına səbəb polislər tərəfindən fiziki təzyiqlərə məruz qalması olmuşdur. Həmin ifadəni qorxaraq vermişdir. Cinayət işində olan sənədlərdəki imzalar ona məxsus deyil. Belə ki, ibtidai istintaq zamanı hər hansı sənədə imza etməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqın ilkin mərhələsində verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan və psixotrop maddə olan metamfetamindən istifadə edir. 01 mart 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən Neftçilər metrostansiyasmın yaxınlığında Fərid adlı şəxsdən 35 manat müqabilində psixotrop maddə olan metamfetamin almış və həmin metamfetamini az-az istifadə edərək üzərində saxlamışdır. Bundan başqa, bir müddət əvvəl “Sahil” adlı İran İslam Respublikasının vətəndaşı ilə sosial şəbəkə vasitəsilə tanış olmuşdur. Sahildən 1 dəfə psixotrop maddə olan metamfetamin almışdır. 02 mart 2023-cü il tarixdə səhər saatlarında Sahilin ona fotoşəklini göndərdiyi yerdən, yəni Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ərazidən narkotik vasitə olan qurudulmuş marixuana götürən zaman həmin narkotik vasitənin olduğu bağlamanın yanında başqa bir bağlama görüb bu barədə Sahilə məlumat vermişdir. Sahil ona həmin bağlamada metamfetamin olduğunu, aldığı marixuana müqabilində ondan heç bir ödəniş tələb etmədiyini, lakin buna görə metamfetamini hər hansı bir yerə qoymağı ondan xahiş etmişdir. O da etiraz etməmiş və hər iki bağlamam götürmüşdür. Həmin vaxt qardaşı Orxan da onunla olmuşdur. Bundan sonra o qardaşıyla Bakı şəhəri, Nizami rayonu Neftçilər metrosu yaxınlığında yerləşən parka getmişdir. Parkın yaxınlığında Orxan Sahilə çatası olan metamfetamini ona verməyini və həmin metamfetamini özünün bir yerdə qoyacağını, bu barədə Sahilə məlumat verəcəyini demişdir. O etiraz etməmiş və içərisində metamfetamin olan dəmir içki qabını Orxana vermişdir. Həmçinin, həmin metamfetamindən az miqdarda qardaşı Orxana vermişdir. Sonradan qardaşı Orxanın polis əməkdaşları tərəfindən tutulduğunu öyrənmişdir, 03 mart 2023-cü il rtarixdə təxminən saat 15:30 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, İ.Qasımov küçəsi 16 saylı binanın qarşısında dayandığı vaxt Nizami rayon Polis İdarəsinin əməkdaşları ona yaxınlaşmışlar, özlərini təqdim etmişlər və ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğumu, həmçinin onun qardaşı Təqsirləndirilən şəxs1 psixotrop maddə verdiyini bildirərək onu polis idarəsinə dəvət etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nə getmişdir. İdarənin inzibati binasının daxilində ona hüquq və vəzifələrini izah etmişlər və o ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Az bir vaxtdan sonra o dövlət hesabına müdafiəçi Polad Mehdiyev ilə təmin edilmişdir. Həmin vaxtı polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O etiraz etməmiş və üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verərək vəkilin iştirakı olmadan şəxsi axtarışın keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxtı o əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində metamfetamin olan 1 ədəd sellofan bükümü və şalvarının sol yan cibində olan “Samsunq” markalı mobil telefonunu təqdim etmişdir. Bundan sonra təqdim etdiyi bükümə baxış keçirilmişdir. Baxış zaman 1 ədəd büküm bağlama polis əməkdaşı tərəfindən açılmışdır. Bağlamanın içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Ondan həmin metamfetamini kimdən və haradan əldə etdiyini soruşduqda o həmin metamfetamini 01 mart 2023-cü il tarixdə Neftçilər metrostansiyasmm yaxınlığında Fərid adlı şəxsdən 35 manart müqabilində aldığını demişdir. Üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Video çəkiliş zamanı qardaşı Orxanın üzərindən və sonuncuya məxsus başqa bir yerdən metamfetamin aşkar olunduğunu, Orxanın dediyinə görə həmin metamfetamini sonuncuya onun verdiyi bildirilmiş və ona bu barədə suallar verilmişdir. O həmin metamfetamini Sahil adlı şəxsi vasitəsilə əldə etdiyini, Sahilin ondan həmin metamfetamini başqa bir yerdə qoymağı xahiş etdiyini, onun da razılaşdığını, daha sonra qardaşı Orxanın həmin metamfetamini ondan istəyərək özünün başqa bir yerdə qoyacağım dediyini, buna görə də o metamfetamini Orxana verdiyini, sonradan Orxan da ona qeyd olunan maddənin olduğu yerin şəklini çəkib Sahilə göndərdiyini demişdi. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və polis əməkdaşları həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Həmçinin, o bildirmişdir ki, o hazırda yaşadığı mənzilin özünə aid otağında psixotrop maddə olan metamfetamin saxlayır. Həmin metamfetamin barədə kimsəyə məlumat verməmiş, onun yerini yalnız özü bilir və təqdim edə bilər. Həmin metamfetamini Fərid adlı şəxsdən almış və bir hissəsini üzərində saxlamışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş metamfetamin Fəriddən aldığı metamfetaminin bir hissəsidir. Digər hissəsini isə yaşadığı mənzildə saxlayır. (cild 1, iş vərəqə 158-160) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN-nin Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o Daxili İşlər Nazirliyinin Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis leytenantı rütbəsini daşıyır. 02 mart 2023-cü il tarixdə Nizami RPİ-nin X1 əməliyyat aparatına “Orxan” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra həmin tarixdə saat 19-20 radələrində Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanılaraq Nizami RPİ-nə gətirilmişdir. Təhqiqatçının otağında onun üzərinə baxış keçirilərkən 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmiş, daha sonra Təqsirləndirilən şəxs1 dəmir qutunun içərisində əlavə narkotik vasitə olduğunu bildirərək Qara Qarayev prospekti 114 ünvanının qarşısında şəxsin göstərdiyi yerə baxış keçirilərkən qabın içərisində metamfetamin aşkar edilərək götürülmüşdür. Orxan həmin maddəni qardaşı Turalın ona yerləşdirməsi üçün verdiyini, bunun müqabilində isə ona şəxsi istifadəsi üçün əlavə narkotik vasitə verdiyini, lakin üzərindən çıxan metamfetaminin isə “Fərid” adlı şəxsdən aldığını bildirmişdir. Tədbirin davamı olaraq Təqsirləndirilən şəxs2 da ertəsi gün tərəflərindən saxlanılmışdır. Onun da həm üzərindən, həm də göstərdiyi digər yerdən külli miqdarda metamfetamin aşkar edilərək götürülmüşdür. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tərəflərindən Qara Qarayev prospekti 114 ünvanında saxlanılmışdır. Əməliyyat aparatın məlumatı olmuş və o da qrupda iştirak etmişdir. Axtarış və baxış istintaq hərəkətləri idarədə təhqiqatçının otağında həyata keçirilmişdir. Şəxsə qarşı tərəflərindən fiziki və psixi təsir və təzyiq olmamışdır. O Təqsirləndirilən şəxs2 tutulmasında iştirak etməmişdir. O Təqsirləndirilən şəxs1 tutulmasında və Təqsirləndirilən şəxs2 mənzilinə baxış istintaq hərəkətində iştirak etmişdir. Qanunsuz dövriyyə dedikdə narkotik vasitələrin satışı və daşıması nəzərdə tutulur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN-nin Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, o Daxili İşlər Nazirliyinin Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. Polis leytenantı rütbəsini daşıyır. Təqsirləndirilən şəxs2 evində narkotik maddənin olması ilə bağlı məlumat əsasında iş yoldaşı əməliyyat müvəkkili Şahid1, ekspert, Nizami RPİ-nin MSY-nin polis nəfəri və onun iştirakı ilə Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 2, mənzil 55 ünvanına gedərək mənzildə axtarış keçirmişlər. Bu zaman otaqların birində döşəklər yığılmış yerdə, karton qutunun içərisində qara rəngli çantanın içərisindən metamfetaminə bənzər maddəni Təqsirləndirilən şəxs2 könüllü şəkildə təqdim etmişdir. Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Orxan və Təqsirləndirilən şəxs2 qardaşlarının saxlanmasında iştirak etməmişdir. Yalnız Təqsirləndirilən şəxs2 məxsus mənzilə baxış keçirilməsində iştirak etmişdir. Psixotrop maddəni Təqsirləndirilən şəxs2 özü könüllü şəkildə təqdim etmişdir. Mənzilə axtarış zamanı Turalın atası da iştirak etmişdir. Təqsirləndirilən şəxs2 metamfetamini deyilən yerə qoyacağını bildirmişdir. Mənzilə axtarış və baxış keçirilən vaxt Təqsirləndirilən şəxs2 da iştirak etmişdir. Belə ki, psixotrop maddənin yerini Tural özü onlara göstərmişdir. Təqsirləndirilən şəxslərə qarşı tərəfindən heç bir fiziki zor tətbiq edilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN-nin Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis leytenantıdır. 03 mart 2023-cü il tarixdə Nizami RPİ-yə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. İdarənin baş təhqiqatçısı Emil Hacıyevin icraatında olan material üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş maddəni ona qardaşı Turalın verdiyini bildirmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid4 və ondan ibarət qrup təşkil edilmişdir. Onlar Nəsimi rayonu, İ.Qasımov küçəsində xarici görünüşcə Təqsirləndirilən şəxs2 oxşar şəxsə yaxınlaşaraq özlərini təqdim edərək şəxsiyyətini müəyyən etdikdən sonra həmin şəxsi Nizami RPİ-yə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs2 üzərində qanunsuz predmet olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. Bundan sonra Tural, cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü masa üzərinə qoyaraq içərisində metamfetamin olduğunu və 01 mart 2023-cü il tarixdə anket məlumatlarını bilmədiyi şəxsdən “Neftçilər” metro-stansiyasının yaxınlığında əldə etdiyini bildirmişdir. Eyni zamanda, Turala bildirilmişdir ki, qardaşı Təqsirləndirilən şəxs1 ondan aşkar olunmuş metamfetamini sonuncu Tural tərəfindən ona verildiyini demişdir. Tural həmin metamfetamini “Sahil” adlı şəxsin dediyi ünvana çatdırmaq üçün qardaşı Orxana verdiyini bildirmişdir. Şahid5 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Turala qarşı fiziki və ya psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs1 saxlanmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs2 mənzildən aparmamışlar. Belə ki, şəxsi yaşadığı ünvanın qarşısında saxlamışlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN-nin Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, o Daxili İşlər Nazirliyinin Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır,polis kapitanıdır. 03 mart 2023-cü il tarixdə Nizami RPİ-yə Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bundan sonra qrup təşkil edilmiş və məlumatın yoxlanılması üçün əməliyyat müvəkkili Şahid5la birgə Təqsirləndirilən şəxs2 Nəsimi rayonu ərazisində saxlamışlar və Nizami RPİ-yə dəvət etmişlər. İdarədə üzərinə vəkilin də iştirakı ilə şəxsi axtarış və baxış keçirilmişdir. Bu zaman üzərindən metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 psixotrop maddəni özü istifadə etdiyini bildirmişdir. Bu barədə protokol tərtib edilmişdir. Şahid4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Turalın mənzilinə baxış istintaq hərəkətində iştirak etməmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı mənzilin qarşısında saxlamışlar, ancaq ünvan dəqiq yadında deyil. Təqsirləndirilən şəxs2tərəflərindən saxlanılan vaxt üzərinə baxış və axtarış keçirilməmişdir. Tural metamfetamin istifadə etdiyini bildirmişdir. Şəxsə qarşı tərəflərindən fiziki zor tətbiq edilməmişdir. Tural saxlanılan vaxt əynində tünd rəngli şalvar olmuşdur. Köynəyinin rəngini isə xatırlamır. Ancaq səhv etmirsə, pencəyi olmamışdır. Bundan sonra “Samsung” markalı telefon da aşkar olunmuşdur. Narkotik vasitə səhv etmirsə Turalın sağ cibindən çıxmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN-nin Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o Daxili İşlər Nazirliyinin Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis kapitanıdır. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında qrup təşkil edilmiş və Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanılaraq idarəyə dəvət edilmişdir. Orada üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Bu zaman üzərindən 01 (bir) büküm narkotik vasitə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 məhəllədə ağacların arasında metamfetamin saxladığını bildirmişdir. Təhqiqatçı ilə birlikdə həmin yerə baxış keçirmək üçün getmişlər. Bu zaman dəmir qabın içərisində psixotrop maddə aşkar edilmişdir. Orxan narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılmışdır. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, tərəflərindən ilk öncə Təqsirləndirilən şəxs1 saxlanılmışdır. Təqsirləndirilən şəxs1 Qara Qarayev prospektində saxlamışlar. Lakin dəqiq ünvan yadında deyil. Orxan narkotik vasitəni Turala verdiyini, özünün isə narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. O Turalın şübhəli şəxs qismində saxlanılmasında iştirak etməmişdir. Orxanın üzərinə şəxsi axtarış və baxış təhqiqatçının otağında onun iştirakı ilə keçirilmişdir. Bu zaman üzərindən 01 (bir) ədəd büküm metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 tərəflərindən fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs1 onlara müqavimət göstərməmişdir. Üzərində gəzdirdiyi metamfetamini də təhqiqatçının otağında videoçəkiliş zamanı özü könüllü şəkildə təqdim etmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olmamışdır. Təqsirləndirilən şəxs2 barəsində əməliyyat məlumatı olmamışdır. Lakin sonradan işin gedişatı zamanı yaranmışdır. Turalın narkotik vasitələrin satışı ilə məşğul olub-olmadığını bilmir. Çünki Turalın saxlanılmasında o iştirak etməmişdir. Orxan və Təqsirləndirilən şəxs2 qarşı zor tətbiq etməmişdir. Təqsirləndirilən şəxs1 narkotik maddənin qardaşı Təqsirləndirilən şəxs2 tərəfindən ona verildiyini təhqiqatçının otağında bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, “Orxan” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (İ cild, i.v. 3) xx.xx.2023-cü il tarixli təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, “Orxan” adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə şəxsiyyətinin və yaşadığı ünvan müəyyən edilərək yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. (l cild i.v. 4-5) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 02 mart 2023-cü il tarixdə, təxminən 20:00 radələrində, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev 114 ünvanın qarşısında Təqsirləndirilən şəxs1 saxlanılaraq Nizami RPİ-nə gətirilmişdir. (İ cild i.v 9) xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 21:00-da CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (l cild i.v.10,21) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, 2 mart 2023-cü il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X9 tərəfindən Nizami RPİ-nin NMB-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılır, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunur. Həmin vaxtı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində metamfetamin olan 1 ədəd kağız bükümü və gödəkçəsinin sağ yan cibində olan “Huavey” markalı mobil telefonunu təqdim edir. Təqdim olunan bükümə baxış keçirilir. Baxış zaman 1 ədəd büküm bağlama təhqiqatçı tərəfindən açılır. Bağlamanın içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetamin aşkar olunur. Təqsirləndirilən şəxs1 həmin metamfetamini kimdən və haradan əldə etdiyini soruşduqda o həmin metamfetamini qardaşı Təqsirləndirilən şəxs2 ona verdiyini, həmçinin qardaşı Təqsirləndirilən şəxs2 ona dəmir qabın içərisində metamfetamin verdiyini, qeyd olunan metamfetamini də Q.Qarayev prospekti 114 saylı binanın qarşısında yerləşən kolluq sahədə gizlətdiyini deyir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş metamfetamin 01 ədəd zərfə qoyularaq qablaşdırılır və polis əməkdaşı tərəfindən götürülür. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon da götürülür. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir (l cild i.v. 32-33) xx.xx.2023-cü il tarixli “yaşayış binasının həyətinə baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, 2 mart 2023-cü il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X9 tərəfindən Nizami RPİ-nin NMB-nin digər əməkdaşlarının iştirakı ilə yaşayış binasının həyətinə baxış keçirilməsi və götürmə istintaq hərəkəti aparılır, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş psixotrop maddə plan metamfetamini saxladığı yeri göstərməsi bildirilir. Təqsirləndirilən şəxs1 Nizami rayonu, Q.Qarayev prospekti 114 saylı binanın qarşısında yerləşən yaşıllıqlardan ibarət kolluq sahənin içərisinə əli ilə müdaxilə edərək oradan 1 ədəd dəmir qab çıxararaq təqdim edir. Həmin qabı ona qardaşı Turalın verdiyini, qabın içərisində metamfetamin olduğunu deyir. Daha sonra həmin dəmir qaba baxış keçirilir, qabın içərisində selofan torba və həmin torbanın içərisində ağ rəngli, kristalşəkilli maddə aşkar olunur. Aşkar edilmiş içərisində metamfetamin olan 01 ədəd selofan bağlama zərfə qoyularaq qablaşdırılır və polis əməkdaşları tərəfindən götürülür. (l cild i.v. 37-38) Məhkəmə-kimyəvi ekspertizasının 3 mart 2023-cü il tarixli 6/1300 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 162”-li dairəvi möhür əksi, “ (imza) Təqsirləndirilən şəxs1 ” yazısı və imzalar zərfdəki 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,915 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 162”-li dairəvi möhür əksi, “Həyətdə aşkar edilmiş, (imza) Təqsirləndirilən şəxs1” yazısı və imzalar paketdəki 1 (bir) ədəd polietilen bükümdə təmiz çəkisi 97,704 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. Təqsirləndirilən şəxs1 üzərindən və gizlətdiyi ərazidən aşkar edilərək götürülmüş metamfetaminin ümumi təmiz çəkisi 98,619 qram təşkil edir və həmin metamfetamin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in İ siyahısına daxildir. QEYD: Metamfetaminin təmiz çəkiləri 0,915 qram və 97,704 qram, tədqiqata sərf edildi 0,05 qram və 02 qram, qalıq 0,865 qram və 97,504 qram. (İ cild i.v. 45-49) xx.xx.2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 2 mart 2023-cü il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X9 tərəfindən Nizami RPİ-nin NMB-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılır, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunur. Həmin vaxtı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sol yan cibindən içərisində metamfetamin olan 1 ədəd kağız bükümü və gödəkçəsinin sağ yan cibində olan “Huavey” markalı mobil telefonunu təqdim edir. Təqdim olunan bükümə baxış keçirilir. Baxış zaman 1 ədəd büküm bağlama təhqiqatçı tərəfindən açılır. Bağlamanın içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetamin aşkar olunur. Təqsirləndirilən şəxs1 həmin metamfetamini kimdən və haradan əldə etdiyini soruşduqda o həmin metamfetamini qardaşı Təqsirləndirilən şəxs2 ona verdiyini, həmçinin qardaşı Təqsirləndirilən şəxs2 ona dəmir qabın içərisində metamfetamin verdiyini, qeyd olunan metamfetamini də Q.Qarayev prospekti 114 saylı binanın qarşısında yerləşən kolluq sahədə gizlətdiyini deyir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş metamfetamin 01 ədəd zərfə qoyularaq qablaşdırılır və polis əməkdaşı tərəfindən götürülür. Bundan başqa Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon da götürülür. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. (İ cild i.v. 60) xx.xx.2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 2 mart 2023-cü il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X9 tərəfindən Nizami RPİ-nin NMB-nin digər əməkdaşlarının iştirakı ilə yaşayış binasının həyətinə baxış keçirilməsi və götürmə istintaq hərəkəti aparılır, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş psixotrop maddə plan metamfetamini saxladığı yeri göstərməsi bildirilir. Təqsirləndirilən şəxs1 Nizami rayonu, Q.Qarayev prospekti 114 saylı binanın qarşısında yerləşən yaşıllıqlardan ibarət kolluq sahənin içərisinə əli ilə müdaxilə edərək oradan 1 ədəd dəmir qab çıxararaq təqdim edir. Həmin qabı ona qardaşı Turalın verdiyini, qabın içərisində metamfetamin olduğunu deyir. Daha sonra həmin dəmir qaba baxış keçirilir, qabın içərisində selofan torba və həmin torbanın içərisində ağ rəngli, kristalşəkilli maddə aşkar olunur. Aşkar edilmiş içərisində metamfetamin olan 01 ədəd selofan bağlama zərfə qoyularaq qablaşdırılır və polis əməkdaşları tərəfindən götürülür. (İ cild i.v. 61) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (İ cild i.v. 63-64) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 82-86) xx.xx.2023-cü il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, “Tural” adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə şəxsiyyətinin və yaşadığı ünvan müəyyən edilərək yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. (İ cild i.v. 91-92) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri Nəsimi rayonu İmran Qasımov 16 küçəsinin qarşısında narkotik maddələrin və psixotrop təsirli dərmanların qanunsuz dövriyyəsində və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs2 saxlanılaraq Nizami RPİ-nə gətirilmişdir. (İ cild i.v. 96) xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 16:20-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild i.v. 97,107) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, 3 mart 2023-cü il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Mehrac Niftəliyev tərəfindən Nizami RPİ-nin NMB-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılır, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunur. Həmin vaxtı Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində metamfetamin olan 1 ədəd sellofan bükümü və həmin şalvarın sol yan cibində olan “Samsunq” markalı mobil telefonunu təqdim edir. Təqdim olunan bükümə baxış keçirilir. Baxış zaman 1 ədəd büküm bağlama təhqiqatçı tərəfindən açılır. Bağlamanın içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetamin aşkar olunur. Təqsirləndirilən şəxs2 həmin metamfetamini kimdən və haradan əldə etdiyini soruşduqda o həmin metamfetamini 35 manat pul müqabilində Neftçilər metrostansiyasının yaxınlığında Fərid adlı şəxsdən aldığını bildirir. Təqsirləndirilən şəxs2 bildirir ki, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Sahil adlı şəxsin bildirdiyi yerdən metamfetamin götürmüş, həmin metamfetamini qardaşı Təqsirləndirilən şəxs1 ondan alaraq başqa bir yerdə qoymuş və bununla bağlı olaraq qardaşı tutulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş metamfetamin 01 ədəd zərfə qoyularaq qablaşdırılır və təhqiqatçı tərəfindən götürülür. Həmçinin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon da götürülür. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. (İ cild i.v. 118-119) xx.xx.2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 3 mart 2023-cü il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Mehrac Niftəliyev tərəfindən Nizami RPİ-nin NMB-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılır, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunur. Həmin vaxtı Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində metamfetamin olan 1 ədəd sellofan bükümü və həmin şalvarın sol yan cibində olan “Samsunq” markalı mobil telefonunu təqdim edir. Təqdim olunan bükümə baxış keçirilir. Baxış zaman 1 ədəd büküm bağlama təhqiqatçı tərəfindən açılır. Bağlamanın içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetamin aşkar olunur. Təqsirləndirilən şəxs2 həmin metamfetamini kimdən və haradan əldə etdiyini soruşduqda o həmin metamfetamini 35 manat pul müqabilində Neftçilər metrostansiyasınm yaxınlığında Fərid adlı şəxsdən aldığını bildirir. Bundan Təqsirləndirilən şəxs2 bildirir ki, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Sahil adlı şəxsin bildirdiyi yerdən metamfetamin götürmüş, həmin metamfetamini qardaşı Təqsirləndirilən şəxs1 ondan alaraq başqa bir yerdə qoymuş və bununla bağlı olaraq qardaşı tutulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş metamfetamin 01 ədəd zərfə qoyularaq qablaşdırılır və təhqiqatçı tərəfindən götürülür. Həmçinin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon da götürülür. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilmir. (İ cild i.v. 139) Məhkəmə-kimyəvi ekspertizasının 4 mart 2023-cü il tarixli 6/1325 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 162”-li dairəvi möhür əksi, “saxlanılan şəxs: (imza) Təqsirləndirilən şəxs2 “yazısı və imzalar zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,796 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. QEYD: metamfetaminin təmz çəkisi 2,796 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 2,696 qram. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in İ siyahısına daxildir. (İ cild i.v. 126-130) Cinayət işinin və cinayət əməlinin tövsif edilməsi barədə 05 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsindən həmin məcəllənin 234.4.1, 234.4.3, 234.1-1-ci madələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.1, 234.4.3, 234.1-1-ci maddələrinə tövsif edilmişdir. (İ cild i.v. 145-146) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 05 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 234.1-1-ci maddələri ilə təqsirləndirilən şxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. (İ cild i.v. 148-150) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 168-171) xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, 6 mart 2023-cü il tarixdə Nizami RPİ-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə baxış keçirilir. Mənzildə 1 mətbəx otağı, 2 yataq otağı, 1 qonaq otağı və qonaq otağına bitişik hissədə anbar kimi istifadə olunan yer vardır. Mətbəx otağı mənzilə daxil olduqdan sonra solda, Təqsirləndirilən şəxs1 məxsus yataq otağı irəlidə, digər yataq otağı sağda, qonaq otağı isə irəlidə sağda yerləşir. Baxış zamanı Təqsirləndirilən şəxs1 mənzilin özünə aid yataq otağının sağ tərəfində, üzərinə döşəklər yığılmış yerin aşağısında, karton qutunun içərisindən kiçik ölçülü çantanı çıxartdı və həmin çantada psixotrop maddə metamfetaminin olduğunu deyir. Çantaya baxış zamanı onun tünd göy rəngli olduğu və üzərində “sport” yazısının olduğu görünür. Çantanı açdıqda içərisində sellofan bağlama görünür. Həmin sellofan bağlamanın içərisində də, başqa bir sellofan bağlama görünür. Qeyd olunan sellofan bağlamada isə psixotrop maddəyə bənzər maddə aşkar olunur. Təqsirləndirilən şəxs1 həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirərək onu Fərid adlı tanışının ona saxlamaq üçün verdiyini deyir. Baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən başqa hər hansı qanunla qadağan edilmiş alət, predmet və ya psixotrop maddə aşkar olunmur. Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilmiş 1 ədəd şəffaf sellofan bağlamadakı maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılır və DİN-nin 162 saylı möhürü ilə möhürlənir. (İ cild i.v. 179-180) Məhkəmə-kimyəvi ekspertizasının 7 mart 2023-cü il tarixli 6/1363 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs2 yaşadığı evdən...” sözləri olan 1 (bir) ədəd ağ rəngli 3 №-li kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 1007,6 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və üzərində “...Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs2...” sözləri olan 1 №-li paketdəki bir ədəd zərfi açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,696 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 2 №-li paketdəki üzərində “...Həyətdə aşkar edilmiş : (imza) Təqsirləndirilən şəxs1...” sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 97,504 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. 1 nömrəli paketdəki metamfetaminin təmiz çəkisi 2,696 qram, təqiqata sərf edildi 0,100 qram, qalıq 2,596 qram. 2 nömrəli paketdəki metamfetaminin ümumi təmiz çəkisi 98,369 qram, tədqiqata sərf edildi 0,200 qram, qalıq 98,169 qram. 3 nömrəli paketdəki metamfetaminin təmiz çəkisi 1007,6 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 1007,5 qram Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in İ siyahısına (Siyahıl) daxildir. (İ cild i.v. 211-216) xx.xx.2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 6 mart 2023-cü il tarixdə tərəfimdən Nizami RPİ-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə baxış keçirilir. Mənzildə 1 mətbəx otağı, 2 yataq otağı, 1 qonaq otağı və qonaq otağına bitişik hissədə anbar kimi istifadə olunan yer vardır. Mətbəx otağı mənzilə daxil olduqdan sonra solda, Təqsirləndirilən şəxs1 məxsus yataq otağı irəlidə, digər yataq otağı sağda, qonaq otağı isə irəlidə sağda yerləşir. Baxış zamanı Təqsirləndirilən şəxs1 mənzilin özünə aid yataq otağının sağ tərəfində, üzərinə döşəklər yığılmış yerin aşağısında, karton qutunun içərisindən kiçik ölçülü çantanı çıxartdı və həmin çantada psixotrop maddə metamfetaminin olduğunu deyir. Çantaya baxış zamanı onun tünd göy rəngli olduğu və üzərində “sport” yazısının olduğu görünür. Çantanı açdıqda içərisində sellofan bağlama görünür. Həmin sellofan bağlamanın içərisində də, başqa bir sellofan bağlama görünür. Qeyd olunan sellofan bağlamada isə psixotrop maddəyə bənzər maddə aşkar olunur. Təqsirləndirilən şəxs1 həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirərək onu Fərid adlı tanışının ona saxlamaq üçün verdiyini deyir. Baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən başqa hər hansı qanunla qadağan edilmiş alət, predmet və ya psixotrop maddə aşkar olunmur. Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar edilmiş 1 ədəd şəffaf sellofan bağlamadakı maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılır və DİN-nin 162 saylı möhürü ilə möhürlənir. (İ cild i.v. 219) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. (İ cild i.v. 221-222) xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı binanın həyətyanı sahəsində aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 98,169 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 2,596 qram olan psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 1007,5 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. (İ cild i.v. 223-224) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 tərəfindən qəbul edilmiş və Nizami RPİ-nin rəisi, polis polkovniki Ziya Əliyev tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarı qanuni hesab edilmişdir. (İ cild i.v. 230-231) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 verdiyi xx.xx.2023-cü il tarixli, 3924 saylı və həmin tarixli, 3923 saylı məktublardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxiv məlumatlarına görə yuxarıda göstərilən xəstəxanada müalicədə olmamışlar. (İ cild i.v. 233-234) "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş SMS tarixçələrindən görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən digər mobil nömrələrə “qardaşım sənə 1 list dərman, 03 zad kola, 05 daş yarım karobkafa ot verrəm, sən də tərəzini gətir”, “Anar tez yığ 2 kola var tecili cavab d 60a”, “Oku HARİKA noldu? Yerbeyer eliye bildin onu” kimi şübhəli mesaj mətnləri göndərilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə digər mobil nömrələrdən “Tural mənəm Anarnan gələn qaqaş gətirə bilsən 1 qr gətir elmlərə”, “2 qr alardım 60 manat var” kimi şübhəli mesaj mətnləri göndərilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə digər mobil nömrələrdən “patın varsa 4-5 tüstü gətir də”, qalanınəğd burda verəcəm də sen ptnı eləmə brat 10 uq çet verərsən indi verərəm gələndə 15” kimi şübhəli mesaj mətnləri göndərilmişdir. (İİ cild i.v. 9-64) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 12 may 2023-cü il tarixli 2850 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild i.v. 65-66) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 02 iyun 2023-cü il tarixli 3396 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild i.v. 67-68) Cinayət işinin və cinayət əməlinin tövsif edilməsi haqqında 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 234.1-1-ci maddələrindən həmin Məcəllənin 234.4.1, 234.4.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.1, 234.4.3-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.1-1, 234.4.1, 234.4.3cü maddələrindən həmin Məcəllənin 234.4.1, 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (İİ cild i.v. 81-82) Təqsirləndiriln şəxsə yenidən ittiham elan etmək haqqında 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur. (İİ cild i.v. 84-86) Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur. (İİ cild i.v. 98-100) xx.xx.2023-cü il tarixli əşyaların təhvil verilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Huavey” markalı, “P30” modelli mobil telefon Təqsirləndirilən şəxs1 ərizəsi əsasında onun atası X3 təhvil verilmişdir. (İİ cild i.v. 113) xx.xx.2023-cü il tarixli əşyaların təhvil verilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı, “S8” modelli mobil telefon Təqsirləndirilən şəxs2 ərizəsi əsasında onun atası X3 təhvil verilmişdir. (İİ cild i.v. 115) 15 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü madələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü madələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.2, 206.3.2, 206.4-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, X4 və Bayramova Zeynəb Bakılı qızı barəsində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə narkotik vasitə əldə etmələri faktı ilə bağlı iş materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə ayrıca icraatda cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı binanın həyətyanı sahəsində aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 98,169 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 2,596 qram olan psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 1007,5 qram olan psixotrop maddə metamfetamin və içərisində videogörüntülərin olduğu 04 ədəd DVD diskin 13 mart 2023-cü il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus mobil nömrələr ilə əlaqədar telefon ilə ötürülən məlumatların əksini tapdığı "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (İİ cild i.v. 116-137) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittiham irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəflərinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmişlər, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçiləri vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxslər məhkəmə iclaslarında dindirilərkən onlara qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini və döyüldüyünü, videoçəkiliş zamanı söylədikləri polislər tərəfdən əzbərlədilmiş cümlələr olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadıqlarını söyləmişdirlər. Həmçinin Təqsirləndirilən şəxs2 dindirilərkən üzərindən aşkar edilən psixotrop maddənin polislər tərəfindən üzərinə qoyulduğunu bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onunmüdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində göstərdikləri həmin xüsusatların araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli 20- 12/555 nömrəli və xx.xx.2023-cü il tarixli, 20-12/555 nömrəli məktublardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş və ilkin tibbi müayinədən keçirilərkən onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı sol çiyin, sol bilək, sağ çiyin nahiyəsində sıyrılmış yaralar, sağ və sol bud nahiyəsində bənövşəyi rəngli qançır izi aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2023cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərkən onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı sağ bazu, sağ və sol baldır nahiyəsində sıyrılmış qərtməkli yaralar aşkar edilmişdir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyriqanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılıb-aparılmaması barədə Bakı şəhəri Nizami Rayon Prokurorluğuna sorğu ünvanlamış, Nizami Rayon Prokurorluğu tərəfindən 27 sentyabr 2023-cü il tarixli, 472xid-23 saylı məktubla məhkəməyə göndərilmiş materiallar məhkəmə tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, Nizami Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş, məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, TS-22 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 sol və sağ çiyin, sol bilək nahiyələrinin yaraları, sağ və sol bud nahiyələrinin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və ümumlikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Prokurorluqda araşdırma zamanı Təqsirləndirilən şəxs1 Nizami Rayon Prokurorluğuna ərizə ilə müraciət edərək xəsarətləri ilə bağlı heç bir polis əməkdaşı tərəfindən ona qarşı zorkılıq edilmədiyindən araşırmanın dayandırılmasını xahiş etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 prokurorluqda izahat verərkən bildirmişdir ki, polis əməkdaşları onu tutan zaman qaçmağa cəhd etmiş, bu zaman polis əməkdaşları onu qol və ayaqlarından bərk tutaraq saxlamış, ona görə də bədənində qançır-xəsarət almışdır. Heç bir polis əməkdaşından şikayət və tələbi yoxdur. Beləliklə də, 13 aprel 2023cü il tarixli qərarla material üzrə cinayət hadisəsi müəyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Nizami Rayon Prokurorluğu tərəfindən 06 noyabr 2023-cü il tarixli, 1011C-23 saylı məktubla məhkəməyə göndərilmiş materiallar məhkəmə tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, Nizami Rayon Prokurorluğunun 25 oktyabr 2023-cü il tarixli qərarı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş, məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, TS-176 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 sağ bazu, sağ və sol baldır nahiyələrinin sıyrıqları olmuşdur. Həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, 03 mart 2023-cü il tarixdə alınmaqları mümkündür. Ümumlikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərinə əsasən həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inandırıcı deyil. Təqsirləndirilən şəxs2 bədən səthi üzərində olan xəsarət izləri sonuncu polis əməkdaşlarına etiraz edərək qaçmağa cəhd etdikdə polis əməkdaşları tərəfindən qollarından tutulub saxlanılarkən, həmçinin Təqsirləndirilən şəxs2 avtomobildə özünü aqressiv aparıb irəli-geri, sağa-sola hərəkət etməsinin qarşısını alarkən polis əməkdaşları tərəfindən arxa oturacaqda qollarından və ayaqlarından sıxılaraq tutulan zaman alması mümkün olmuş, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor və ya işgəncə verilməsi təsdiqini tapmamışdır. Beləliklə də, 06 noyabr 2023-cü il tarixli qərarla material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Nizami Rayon Polis İdarəsinin məhkəmənin sorğu məktubuna verdiyi xx.xx.2023-cü il tarixli, 52/2-42630/23 saylı məktub və ona əlavə edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 MSY-yə daxil olan zaman bədənlərində heç bir xəsarət aşkar olunmamışdır. Bundan başqa məhkəmənin 21 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bədəni üzərində aşkar olunan xəsarətlərin yaranma müddəti, lokalizasiyası, ağırlıq dərəcəsi, yetirilmə mexanizmi, şəraiti və alətinin müəyyən edilməsi üçün cinayət işi üzrə əlavə məhkəmə tibbi ekspertizası təyin edilmiş, məhkəmətibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, T23/2024 saylı rəyində göstərilmişdir ki, xx.xx.2023-cü ildə tibbi-sanitar hissədə müayinə olnarkən vətəndaşlar Təqsirləndirilən şəxs1 “sol və sağ çiyin, sol bilək nahiyəsində sıyrılmış qərtməkli yaralar, sağ və sol bud nahiyəsində bənövşəyi rəngli qançır və Təqsirləndirilən şəxs2 “sağ bazu, sağ və sol baldır bahiyələrində qərtməkli yaralar” aşkar edilməsi göstərilmişdir. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla istər birlikdə, istərsə də ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir, xəsarətlər öz xarakteri və yerləşmə nahiyələrinə görə istər zərərçəkmişlərin özü, istərsə də kənar şəxs tərəfindən yetirilə bilərdilər. Tibbi kitabçada xəsarətlər tam təsvir edilmədiyindən onların yetirilmə müddəti haqqında dəqiq fikir söyləmək mümkün olmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı cinayəti etiraf etmələri barədə ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Əvvəla, hadisənin baş verməsi ilə bağlı yuxarıda qeyd olunan hallar təqsirləndirilən şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarını tam olaraq təsdiq edir. O cümlədən, şəxsi axtarış və götürmələrin, yaşayış binasının həyətinə baxış keçirilməsi və götürmə aparılması, mənzilə baxış keçirilməsi və götürmə aparılmasının audio-video ilə aparılması, həmin prosesdə təqsirləndirilən şəxslərin cinayət əməllərini etiraf etmələri, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxslərin özlərinin şəxsi mobil telefonlarında apardığı əməliyyatlar və digər təkzibedilməz sübutlar onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarını təsdiq edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılarkən və şübhəli şəxs qismində ifadə verərkən onların hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçiləri yanlarında olmuş, lakin döyülmələri barədə, yəni aşkar olunan narkotik vasitələrin onların üzərində olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onların üzərinə qoyulmaları, döyülmələri nəticəsində məcburiyyət qarşısında etiraf etmələri ilə bağlı müdafiəçilərinə heç bir söz deməmişlər, etirazlarını bildirməmişlər. Digər tərəfdən, təqsirləndirilən şəxslər tərəfindən qeyd olunan xüsusatlar Bakı şəhəri Nizami rayon Prokurorluğunda araşdırılmış və həmin xüsusatlar (polis əməkdaşları tərəfindən döyülərək xəsarət almaları) öz təsdiqini tapmadığından xx.xx.2024-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərarlarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarlar məhkəmə istintaqı zamanı sorğu əsasında əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Müdafiə tərəflərindən qeyd edilən qərarlar mübahisələndirilməmiş və həmin qərarlar hazırda qüvvədədir. Bundan başqa, məhkəmə qeyd edir ki, şəxslərin üzərində hansısa zədə və ya xəsarətlərin olması heç də bütün hallarda onlara zor tətbiqini və işgəncə verilməsini ehtiva edə bilməz. Nəzərə alınmalıdır ki, saxlanılan şəxslər tutularkən, nəqliyyat vasitəsinə mindirilərkən, bir yerdən digər yerə daşınarkən, yəni, istənilən möhkəm səthə malik əşyalarla təmasda olarkən bədən səthinin müxtəlif nahiyələrində xırda xəsarətlərin, qançır və sıyrıqların yaranması istisna olunmur. Məhkəmə qəbul edir ki, xəsarətlərin aşkar edilməsi halında həmin xəsarətlərin təqsirləndirilən şəxslərin dediyi şəraitdə baş verməməsi, yəni cinayəti etiraf etməsi üçün döyülmələri nəticəsində yetirilməməsi halını sübut etmə yükü ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfindən təqdim edilən yuxarıda sadalanan sübutların məcmusu təqsirləndirilən şəxslərin qeyd edilən cinayəti törətmələrinə kifayət qədər əsaslar verdiyindən əlavə olaraq təqsirləndirilən şəxslərin cinayəti etiraf etmələri ilə bağlı onlara zor tətbiq olunması məntiqli görünmür. Bundan başqa, narkotik vasitənin aşkar edilməsi ilə bağlı aparılmış ilkin əməliyyat və istintaq tədbirləri cinayətin etiraf edilməsinə məcbur etmə ilə bağlı təqsirləndirilən şəxslərə zor göstərilməsini istisna edir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərdə sonradan aşkar edilmiş xəsarətlər cinayəti etiraf etmələri ilə bağlı onlara tətbiq olunan zorakılıq hərəkətləri olmaması sübuta yetirilmiş hesab edilməlidir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, həmin halın sübuta yetirilməsi hazırkı araşdırma predmeti üçün yekun hüquqi qərar qəbul etməyə kifayət edir. Bundan başqa məhkəmə qeyd edir ki, cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşları ifadələrində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış keçirilən zaman, yaşayış binasının həyətinə, həmçinin, evə baxış keçirilən zaman aşkar edilmiş psixotrop maddələri özlərinin könüllü şəkildə təqdim etdiklərini, həmçinin təqsirləndirilən şəxslərə qarşı tutulan zaman və ya tutulduqdan sonra fiziki və ya psixi zor tətbiq etmədiklərini, təqsirləndirilən şəxslərin tutulan zaman öz əməllərini etiraf etdiklərini bildirmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 barəsində olan şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Nizami rayonu, Q.Qarayev prospekti 114 saylı binanın qarşısında yerləşən yaşayış binasının həyətinə baxış keçirilməsi və götürmə aparılmasının qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, yaşayış binasının həyətinə baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “yaşayış binasının həyətinə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 barəsində olan şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsi və götürmə aparılmasının qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, yaşayış binasının həyətinə baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 cinayət işinin materilallarında olan imzaların heç birinin onun tərəfindən icra olunmadığını bildirərək cinayət işi üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda, məhkəmə tərəfindən iş üzrə tam və obyektiv araşdırmanın təmin edilməsi və cinayət işi üzrə sübutlara düzgün hüquqi qiymət verilməsinin təmin edilməsi üçün Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş vəsatət məhkəmə kollegiyası tərəfindən təmin edilmiş, cinayət işi üzrə xx.xx.2024-cü il tarixli qərarla məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, Məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 4/1360 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, 1(101)-530/2024 nömrəli cinayət işinin 1-ci cildinin 97-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərarda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 99-cu vərəqində olan xx.xx.2023-cü il tarixli ərizədə “İmza: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 101-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “vəkillərin siyahısının təqdim edilməsi barədə” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 105-ci vərəqində olan xx.xx.2023-cü il tarixli ərizədə “İmza: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 106-cı vərəqində olan xx.xx.2023-cü il tarixli “müdafiəçini şübhəli şəxsə təqdim edilməsi haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 107-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 108-109-cu vərəqlərində olan “Şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında” bildirişin 2-ci vərəqində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 110-111-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 112-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsə müdqafiəçi seçmək hüququnun izah edilməsi haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 113-cü vərəqində olan xx.xx.2023-cü il tarixli “etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 114-cü vərəqində olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 115-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” qərarda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imzanın; 117-ci vərəqində olan xx.xx.2023-cü il tarixli ərizədə “İmza: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 118-119-cu vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun 1-ci vərəqinin orta hissəsində “Təqsirləndirilən şəxs2” qrafasındakı imzanın, həmin vərəqin aşağı hissəsində soldan 1-ci imzanın və 2-ci vərəqində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza, 121-122-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli izahatın 1-ci vərəqindəki 2 ədəd imza və 2-ci vərəqin sonunda “Cavab:” qrafasındakı yazılar və “Tural Təqsirləndirilən şəxs2” yazıları və həmin yazıların orta hissəsindəki imza; 124-cü vərəqində olan xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 131-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 135-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 136-138-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin dindirilməsi” protokolun 1-ci vərəqində “İmza:” qrafalarındakı imzalar, 2-ci vərəqin yuxarı və aşağı imzalar, 3-cü vərəqində sonuncu “Cavab:” qrafasındakı yazılar və “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza, 140-cı vərəqində olan xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokolda “Təqsirləndirilən şəxs2” qrafalarındakı imzalar; 141-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında” protokolda “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 142-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 150-ci vərəqində olan xx.xx.2023-cü il tarixli qərarın elan edilməsi haqqında sənəddə “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 152-154-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında” bildirişdə “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 155-ci vərəqində olan xx.xx.2023-cü il tarixli bildirişdə “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 156-cı vərəqində olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətinin, təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” xx.xx.1950-ci il tarixli Avropa Konvensiyasında nəzərdə tutulan hüquq və vəzifələri haqqında bildirişlərin təqsirləndirilən şəxsə təqdim edilməsi haqqında” protokolda “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 157-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə etiraz etmə hüququnun izah edilməsi haqqında” protokolda “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 158-160-cı vərəqində olan xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi” protokolunun 1-ci vərəqində “İmza: Təqsirləndirilən şəxs2” qrafalarındakı imzalar, 2-ci vərəqin sonundakı imza, 3-cü vərəqində “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 164-cü vərəqində olan xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin həbsə alınması və həbsdə saxlamanılmasının qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olması haqqında” protokolda “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 172-173-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” qərarda “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 175-176-cı vərəqlərində olan xx.xx.2023-cü il tarixli ərizələrdəki yazılar və “İmza Təqsirləndirilən şəxs2” qrafalarındakı imzalar; 179-180-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokolun 1-ci vərəqində “5.” Rəqəmi qarşısındakı imza və 2-ci vərəqində “5. Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 183-184-cü və 201-202-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında” protokollarda “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2” qrafalarındakı imzalar; 217-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokolda “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 219-cu vərəqində olan xx.xx.2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokolda “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; İİ cildinin 79-80-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokollarda “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2” qrafalarındakı imzalar; 100-cü vərəqində olan xx.xx.2023-cü il tarixli qərarın elan olunması, ittihamın mahiyyətinin izah edilməsi və qərarın surətinin alınması barədə sənəddə “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 102-104-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında” bildirişdə “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 105-ci vərəqində olan xx.xx.2023-cü il tarixli bildirişdə “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 106-cı vərəqində olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətinin, təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” xx.xx.1950-ci il tarixli Avropa Konvensiyasında nəzərdə tutulan hüquq və vəzifələri haqqında bildirişlərin təqsirləndirilən şəxsə təqdim edilməsi haqqında” protokolda “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 107-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə etiraz hüququnun izah edilməsi haqqında” protokolda “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 108-111-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixlin “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokolun 1-ci vərəqində “İmza: Təqsirləndirilən şəxs2” qrafalarındakı imzalar və “Özümü təqsirli bilmirəm” yazıları və 4-cü vərəqində sonuncu “Cavab:” qrafasındakı əlyazmalar; 144-cü vərəqində olan xx.xx.2023-cü il tarixli “ibtidai istintaqın qurtarmasını təqsirləndirilən şəxsə elan etmək haqqında” protokolda “Təqsirləndirilən şəxs2 bildirdi ki, ...” yazılarından sonrakı əlyazmalar və “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza; 147-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında” protokolda “Təqsirləndirilən şəxs2 iş materialları və maddi sübutlar ilə tanış olduqdan sonra bildridi ki, ...” yazılarından sonrakı əlyazmalar və “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs2” qrafasındakı imza - BAYRAMLİ TURAL MANSUR oğlu tərəfindən icra olunmuşdur.
2. Ekspertizaya təqdim edilmiş, 1(101)-530/2024 nömrəli cinayət işinin 1-ci cildinin 139-cu vərəqində olan xx.xx.2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokolda “Təqsirləndirilən şəxs2” qrafalarındakı imzaların və İİ cildin 114-cü vərəqində olan xx.xx.2023-cü il tarixli ərizədə “İmza: Təqsirləndirilən şəxs2” qrafasındakı imzanın - Təqsirləndirilən şəxs2 tərəfindən icra olunub-olunamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslərin ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, yəni, Təqsirləndirilən şəxs1 psixotrop maddələri öz istifadəsi üçün saxlaması, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı məşğul olmaması, həmçinin tutulan zaman polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilərək döyülməsi, Təqsirləndirilən şəxs2 tutulan zaman üzərində narkorik vasitə və ya psixotrop maddə olmadığı, üzərindən aşkar olunmuş psixotrop maddənin polislər tərəfindən onun cibinə qoyulduğunu, tutulan zaman polislər tərəfindən fiziki zor tətbiq edilərək döyüldüyünü, polis əməkdaşlarının evin qapısını qıraraq evə daxil olduqları və onu evində tutmaları barədə məhkəmə iclaslarında verdikləri bu kimi ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Onların öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, “Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokol, “yaşayış binasının həyətinə baxış keçirilməsi haqqında” protokol ekspert rəyləri, "xxxx" MMC-dən daxil olmuş diskə baxış protokolu və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən cinayət əməllərini törətmələrinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxslərin əməlinə yekun hüquqi qiymət verərkən məhz onların ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxslərin həm üzərlərinə şəxsi axtarış keçirilməsi, eyni zamanda mənzilə baxış keçirilməsi, yaşayış binasının həyətinə baxış keçirilməsi, istintaqın ilkin mərhələsində eyniməzmunlu ifadə vermələrini və təqsirlərini etiraf etmələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin üzərlərindən, yaşayış binasının həyətindən və mənzilindən qeyd olunan narkotik vasitələrin aşkar edilməsi, həmçinin istifadələrində olmuş mobil nömrələr vasitəsi ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı smslərin çıxması işin mübahisəsiz hallarıdır. Aşkar olunmuş psixotrop maddələrin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən, mənzildən və yaşayış binasının həyətindən aşkar edilən psixotrop maddələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, onların üzərlərinə şəxsi axtarış, həmçinin mənzilə baxış keçirilməsi və yaşayış binasının həyətinə baxış keçirilməsi videogörüntülərini özündə əks etdirən diskdən göründüyü kimi aşkar edilən psixotrop maddələri qabaqcadan əlbir olduqları İran İslam Respublikası vətəndaşından əldə etmələri, həmin narkotik vasitələrin özləri tərəfindən pul verilərək alınması imkanlarının olmaması hallarını birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda psixotrop maddələri satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışlar. Habelə, cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən digər mobil nömrələrə “qardaşım sənə 1 list dərman, 03 zad kola, 05 daş yarım karobkafa ot verrəm, sən də tərəzini gətir”, “Anar tez yığ 2 kola var tecili cavab d 60a”, “Oku HARİKA noldu? Yerbeyer eliye bildin onu” kimi şübhəli mesaj mətnləri göndərilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə digər mobil nömrələrdən “Tural mənəm Anarnan gələn qaqaş gətirə bilsən 1 qr gətir elmlərə”, “2 qr alardım 60 manat var” kimi şübhəli mesaj mətnləri göndərilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə digər mobil nömrələrdən “patın varsa 4-5 tüstü gətir də”, qalanınəğd burda verəcəm də sen ptnı eləmə brat 10 uq çet verərsən indi verərəm gələndə 15” kimi şübhəli mesaj mətnləri göndərilmişdir. Eyni zamanda iş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş SMS məlumatlarından çıxarışdan da göründüyü kimi (cild 2, iş vərəqə 9-64) təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mobil nömrələrinə daxil olan və həmin mobil nömrələrdən müxtəlif şəxslərin mobil nömrələrinə göndərilmiş sms-lərin (mesajların) məzmunundan açıq-aşkar müəyyən olunur ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrələrə mesaj göndərərək sonunculardan jarqon terminlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddələri almaq istədiklərini bildirmişlər. Məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ümumilikdə aşkar edilən psixotrop maddələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, təqsirləndirilən şəxslərin istifadələrində olmuş mobil nömrələr vasitəsilə narkotik vasitələrin alış-verişini əks etdirən yazışmaların olmasına, əldə etdikləri psixotrop maddələri üzərlərində gəzdirmələrini, evdən və binanın həyətindən psixotrop maddələrin aşkar edilməsi və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda psixotrop maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onların həmin cinayət əməlini törətmələri və əməli törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq ağır cinayət törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycn Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq ağır cinayət törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycn Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini, onlardan aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini, cəzalarını yüngülləşdirən halı, cəzalarını ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, onlara Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə azadlıqları faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları ibtidai həbs müddəti onların cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 02 mart 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 03 mart 2023-cü il tarixdən, hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 309 (üç yüz doqquz) manat məbləğində, həmçinin, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı Təqsirləndirilən şəxs2 126 (bir yüz iyirmi altı) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Nizami Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı binanın həyətyanı sahəsində aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 98,169 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 2,596 qram olan psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 1007,5 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, üzərlərinə şəxsi axtarış və götürmə aparılması, evə baxış və götürmə aparılması və yaşayış binasının həyətinə baxış keçirilməsi və götürmə aparılması görüntülərini özündə əks etdirən 04 (iki) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidirlər. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən Azərbaycan Respublikasının Cinayət Prosesual Məcəlləsinin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı Şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 540 (beş yüz qırx) manat məbləğində, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı Şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 540 (beş yüz qırx) manat məbləğində pul köçürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Nizami Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən və yaşadığı binanın həyətyanı sahəsində aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 98,169 qram olan psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 2,596 qram olan psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 1007,5 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, təqsirləndirilən şəxslərin üzərlərinə şəxsi axtarış və götürmə, evə baxış və götürmə, yaşayış binasının həyətinə baxış keçirilməsi və götürmə aparılması görüntülərini özündə əks etdirən 04 (dörd) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 309 (üç yüz doqquz) manat məbləğində, həmçinin, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı Təqsirləndirilən şəxs2 126 (bir yüz iyirmi altı) manat ekspertiza xərcləri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 540 (beş yüz qırx) manat məbləğində, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı Şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 540 (beş yüz qırx) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən hakim Fəxri Məmmədov
Hakimlər Anar Sadıqov
Mahirə Kərimova