Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-530/2025 23.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 38 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, xx xxxxxx 2003-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını, yəni pul vəsaitini hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda 24 mart 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində “hmmqehbe” adlı saxta hesab açaraq Şahid2 məxsus “İnstagram” hesabının profilində olmuş fotoşəkili götürərək özü yaratdığı “hmmqehbe” adlı saxta hesabın profil şəkilinə yerləşdirmiş, həmin saxta hesabı görən Şahid2 bacısının əri Zərərçəkmiş şəxs1 ona müraciət edərək, fotoşəkillərinin hesabdan silinməsini xahiş etdikdə, eyni ünvanda həmin tarixdə özünü Zərərçəkmiş şəxs1 Roman adı ilə haker kimi təqdim edərək fotoşəkilləri sosial şəbəkələrdə əxlaqsız formada paylaşaraq Şahid2 barəsində rüsvayedici məlumatları yaymaqla sonuncunu əxlaqsız qadın kimi qələmə verəcəyi ilə rüsvay edəcəyini bildirib hədə-qorxu gələrək bunu etməmək müqabilində Zərərçəkmiş şəxs1 50 manat tələb etmiş, sonuncu rüsvay olacağından ehtiyat etdiyi üçün onunla razılaşaraq 24 mart 2023-cü ildə saat 19:55-də ismayıllı Mərkəzi Rayon Xəstəxanasının yaxınlığında, İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yerləşən “Al Market”də yerləşdirilmiş “MilliÖn” ödəmə terminalı vasitəsilə onun adına olan ***-***-**-** GSM nömrəsinin “M10” hesabına köçürdüyü 50 manat pulu ələ keçirmiş, cinayətkar niyyətini davam etdirərək Zərərçəkmiş şəxs1lə yenidən əlaqə saxlayıb Şahid2 adına başqa bir hesabın da olduğunu, həmin hesabın silinməsi üçün 100 (yüz) manat hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs1 yenə də rüsvay olacağından ehtiyat etdiyi üçün onunla razılaşaraq 24 mart 2023-cü ildə saat 20:48-də ismayıllı Mərkəzi Rayon Xəstəxanasının yaxınlığında İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində yerləşən “Al Market”də yerləşdirilmiş “MilliÖn” ödəmə terminalı vasitəsilə onun istifadəsində və adına olan ***-***-**-** GSM nömrəsinin “M10” hesabına köçürdüyü 100 manat pulu ələ keçirməklə, ümumilikdə isə Zərərçəkmiş şəxs1 150 manat pulunu hədə-qorxu ilə tələb edərək ələ keçirmiş, cinayətkar niyyətini davam etdirib eyni ünvandan Zərərçəkmiş şəxs1lə bir daha əlaqə saxlayaraq Şahid2 fotoşəkli olan bir neçə hesabın da olduğunu və həmin fotoşəkilləri əxlaqsız formada sosial şəbəkələrdə paylaşacağını bildirib ondan 100 (yüz) manat pul hədə-qorxu ilə tələb etmişdir. Bundan əlavə, o, təkrarən zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını, yəni pul vəsaitini hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda və vaxtda Zərərçəkmiş şəxs2 adına “İnstagram” sosial şəbəkəsində saxta profil açaraq əxlaqsız sözlər yazdıqdan sonra onunla əlaqə saxlayan Zərərçəkmiş şəxs2 onun adı ilə sosial şəbəkədə çılpaq fotoşəkillərinin paylaşılması, saxta hesabın sosial şəbəkədən silinməsi və həmin sosial şəbəkənin rəhbərliyinə məktub ünvanlamaq adı altında həqiqətə uyğun olmayan məlumat verərək, bunun üçün də Zərərçəkmiş şəxs2 özünə məxsus çılpaq fotoşəkillərin sosial şəbəkədə tapılaraq silinməsini təşkil etmək məqsədilə ona göndərməsini bildirdikdən sonra sonuncu özünün çılpaq fotoşəkillərini ona göndərmiş, Zərərçəkmiş şəxs2 çılpaq fotoşəkillərini əldə etdikdən sonra eyni ünvanda onu sosial şəbəkələrdə və qohumlarının yanında rüsvay edəcəyi ilə hədə-qorxu gələrək ondan pul tələb etmiş, sonuncu rüsvay olacağından ehtiyat etdiyi üçün onunla razılaşaraq 03 sentyabr 2023-cü il saat 18:06-da ünvan 3 ünvanında yerləşdirilmiş “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə onun istifadəsində və adına olan ***-***-**-** GSM nömrəsinin «M10» hesabına köçürdüyü 395 manat pulu, 09 sentyabr 2023-cü il tarixdə saat 21:41-də Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası küçəsi nömrəsiz fərdi yaşayış evindən Zərərçəkmiş şəxs2 əmisi Qanuni nümayəndə istifadəsində və adına olan ***-***-**-** GSM nömrəsindən onun istifadəsində və adına olan ***-***-**-** GSM nömrəsinin «M10» hesabına onun tələbi ilə köçürülmüş 300 manat pulu, ümumilikdə isə Zərərçəkmiş şəxs2 695 manat pulunu hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa, o, təkrarən zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını, yəni pul vəsaitini hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda 14 oktyabr 2023-cü il tarixdə sosial şəbəkədə özünün yaratdığı İnstagram hesabından Zərərçəkmiş şəxs3 məxsus «.abbashOvfa» İnstagram səhifəsinə mesaj yazaraq güya sonuncunun onu təhqir etdiyini bildirmiş, Zərərçəkmiş şəxs3 da hesabın onun adına açılmış saxta hesab olmasını qeyd etdikdən sonra özünə məxsus «naradi999» adlı hesabından Zərərçəkmiş şəxs3 yazaraq haker tanışının olduğunu, 15 dəqiqə içərisində səhifəni sındırıb adından saxta hesab açan şəxsi müəyyən edə biləcəyini qeyd etmiş, sonuncu hakerin əlaqə telefonunu istədikdə, o, istifadəsində olan ***-***-**-** nömrəsini ona göndərmiş, sonuncu özünün 051-534-22- 84 GSM nömrəsindən onun ***-***-**-** GSM nömrəsi ilə “Whatsapp” mesajlaşma proqramı vastiəsilə əlaqə saxladıqda özünü «Famil» kimi təqdim edərək problemi həll edə biləcəyini, bunun üçün Zərərçəkmiş şəxs3 70 manat hədə-qorxu ilə tələb etmiş, sonuncu rüsvay olacağından ehtiyat etdiyi üçün onunla razılaşaraq 14 oktyabr 2023-cü il saat 22:05- də Abşeron rayonu Xırladan şəhəri, Heydər Əliyev prospektində yerləşən «Rahat» marketdə yerləşdirilmiş “Milliön” elektron ödəmə sistemi vasitəsilə onun istifadəsində və adına olan ***-***-**-** GSM nömrəsinin «M10» hesabına köçürdüyü 70 manat pulu ələ keçirmiş, sonra həmin saxta profildə fotoşəkli silərək, cinayətkar niyyətini davam etdirib X10 hesabının parolunu onun səhifəsinin güya qorunması adı ilə sonuncudan əldə etmiş, Zərərçəkmiş şəxs3 əlavə pul ələ keçirmək üçün onun adına 13 ədəd «tiktok» hesabı, 5 ədəd İnstagram hesabı və 2 ədəd teleqram kanalı bağladığını bildirərək bunun qarşılığında sonuncudan eyni ünvanda 350 manat pul hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs3 maddi imkanı olmadığından 350 manatı ödəyə bilmədiyini bildirdikdə o, «_ _.abbash0vfa» İnstagram səhifəsinə daxil olub İnstagram hesabının hekayələr bölməsində Zərərçəkmiş şəxs3 fotoşəklini paylaşaraq üzərinə barəsində təhqiredici sözlər yazmış, sonuncu rüsvay olacağından ehtiyat etdiyi üçün onunla razılaşaraq 14 oktyabr 2023-cü il tarixdə saat 23:59-da Abşeron rayonu Xırladan şəhəri, Heydər Əliyev prospektində yerləşən «Rahat» marketdə yerləşdirilmiş “Milliön” elektron ödəmə sistemi vasitəsilə onun istifadəsində və adma olan ***-***-**-** GSM nömrəsinin «M10» hesabına köçürdüyü 350 manat pulu ələ keçirməklə, ümumilikdə isə Zərərçəkmiş şəxs3 420 manat pulunu hədə-qorxu ilə tələb edərəkələ keçirmiş, eyni zamanda sonuncudan «.abbashOvfa» İnstagram səhifəsini özünə qaytarmaq üçün əlavə olaraq 200 manat pul hədə-qorxu ilə tələb etmişdir. Bundan əlavə, o, təkrarən zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını, yəni pul vəsaitini hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda 16 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 adına “İnstagram” sosial şəbəkəsində “aysikmm” adlı saxta profil hesabında sonuncunun özünün “lamiyaevaa” adlı “İnstagram” səhifəsinin profilindən götürdüyü fotoşəklini paylaşaraq üzərində söyüşlər yazmış, sonra “lamiyaevaa” adlı İnstagram profilinə SMS yazaraq güya onun fotoşəkili olan digər profildən ona nalayiq sözlər yazıldığını bildirməklə bərabər ona yazışmaların fotosurətini göndərmiş, danışıq zamanı Zərərçəkmiş şəxs4 ona köməklik etmək istədiyini və proqramçı kimi tanıdığı şəxsin nömrəsini verə biləcəyini deyərək özünün ***-***-**-** GSM nömrəsini verdikdən sonra sonuncu həmin nömrə ilə əlaqə saxladıqda, saxta hesabın silinməsi üçün ondan eyni ünvanda 70 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs4 rüsvay olacağından ehtiyat etdiyi üçün onunla razılaşaraq 16 oktyabr 2023-cü il saat 18:04-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Neftçilər küçəsi 1 ünvanında yerləşən “Araz” marketdə yerləşdirilmiş “Milliön” elektron ödəmə sistemi vasitəsilə onun istifadəsində və adma olan ***-***-**-** GSM nömrəsinin «M10» hesabına köçürdüyü 70 manat pulu ələ keçirmiş, daha sonra cinayətkar niyyətini davam etdirib Zərərçəkmiş şəxs4 İnstagram səhifəsinin parolunu əldə etdikdən sonra ondan “lamiyaevaa” profilə daxil olaraq orada özünə məxsus elektron poçt ünvanını dəyişərək onun ona verdiyi “Elektron ünvan ” elektron poçt ünvanını qeyd etməsini tələb etmiş, “İnstagram” profiliin parolunu əldə etdikdən sonra Zərərçəkmiş şəxs4 ünvanına əxlaqsız söyüşlərdən istifadə edərək profilin geri qaytarılması üçün eyni ünvanda hədə-qorxu yolu ilə ondan 370 manat pul tələb etmiş, sonuncu rüsvay olacağından ehtiyat etdiyi üçün onunla razılaşaraq 16 oktyabr 2023-cü il saat 19:44-də ünvan 4 ünvanda yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi Tədqiqat və Pediatriya İnstitutunun inzibati binasından Zərərçəkmiş şəxs4 tanışı Şahid3 məxsus **********062636 nömrəli LEO bank (Unibank) kart hesabından onun istifadəsində və adına olan ***-***-**-** GSM nömrəsinin «M10» hesabına köçürülmüş 377 manat 40 qəpik pulu ələ keçirmiş, daha sonra cinayətkar niyyətini davam etdirib eyni ünvanda Lamiyə Qocayevəm təhqir edərək 100 manat göndərməsini hədə-qorxu yolu ilə tələb etmiş, əks halda onun “İnstagram” heabında olan fotoşəkillərini paylaşaraq üzərində əxlaqsız sözlər yazıb onu rüsvay edəcəyini bildirmiş, sonuncu rüsvay olacağından ehtiyat etdiyi üçün onunla razılaşaraq 16 oktyabr 2023-cü il saat 20:54-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Neftçilər küçəsi 1 ünvanında yerləşən “Araz” marketdə yerləşdirilmiş “Milliön” elektron ödəmə sistemi vasitəsilə onun istifadəsində və adına olan ***-***-**-** GSM nömrəsinin «M10» hesabına köçürdüyü 100 manat pulu ələ keçirməklə, ümumilikdə isə Zərərçəkmiş şəxs4 547 manat 40 qəpik pulunu hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa, o, təkrarən zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını, yəni pul vəsaitini hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda Zərərçəkmiş şəxs5 onun adından “telegram” sosial şəbəkəsində saxta profil yaradılması və çılpaq fotoşəkillərinin paylaşılması barədə həqiqətə uyğun olmayan məlumat verərək, bacısı Zərərçəkmiş şəxs4 İnstagram profilinin geri qaytarılması və onun özünün çılpaq fotoşəkillərinin “Telegram” sosial şəbəkəsindən silinməsi və həmin sosial şəbəkənin rəhbərliyinə məktub ünvanlamaq adı altında həqiqətə uyğun olmayan məlumat verərək, bunun üçün də Zərərçəkmiş şəxs5 özünə məxsus çılpaq fotoşəkillərin sosial şəbəkədə tapılaraq silinməsini təşkil etmək məqsədilə ona göndərməsini bildirdikdən sonra sonuncu özünün çılpaq fotoşəkillərini ona göndərmiş, Zərərçəkmiş şəxs5 çılpaq fotoşəkillərini əldə etdikdən sonra onları sosial şəbəkələrdə və qohumlarının yanında rüsvay edəcəyi ilə hədə- qorxu gələrək Zərərçəkmiş şəxs5 pul tələb etmiş, sonuncu rüsvay olacağından ehtiyat etdiyi üçün onunla razılaşaraq 17 oktyabr 2023-cü il saat 21:04-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Neftçilər küçəsi 1 ünvanında yerləşən “Araz” marketdə yerləşdirilmiş “Milliön” elektron ödəmə sistemi vasitəsilə onun istifadəsində və adına olan ***-***-**-** GSM nömrəsinin «M10» hesabına köçürdüyü 470 manat pulunu hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan əlavə, o, təkrarən zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını, yəni pul vəsaitini hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda 27 oktyabr 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində öz istifadəsi üçün “naradi999” adlı saxta hesab yaratmış, qarşısına çıxan “ilkane.osmanova” adlı hesabdan Zərərçəkmiş şəxs6 profil şəklini götürüb “tuqehbe” adlı saxta hesab yaradaraq həmin hesabın profilinə Zərərçəkmiş şəxs6 fotoşəklini yerləşdirmiş, “tuqehbe” hesabından öz istifadəsində olan “naradı'999” hesabına təhqiramiz ifadələr yazaraq Zərərçəkmiş şəxs6 məxsus “İnstagram” hesabının linkini göndərmiş, məqsədinə nail olmaq üçün “naradi999” hesabından Zərərçəkmiş şəxs6 “ilkane.osmanova” adlı “İnstagram” hesabına mesaj yazaraq profilində onun şəkli olan hesabdan ona təhqiramiz ifadələr yazıldığını, onun hesabının göndərildiyini bildirmiş, sonuncu etiraz edərək bundan məlumatı olmadığını və bu məsələni nə cür həll edə biləcəyini soruşmuş, o, ona tanış haker dostunun olmasını bildirərək Zərərçəkmiş şəxs6 özünə məxsus və istifadəsində olan ***-***-**-** GSM nömrəsini vermiş, bir qədər sonra Zərərçəkmiş şəxs6 həmin nömrə ilə əlaqə saxladıqda özünü Roman kimi təqdim edərək haker olduğunu, saxta hesabda olan profil şəklini silməsi müqabilində 70 manat hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs6 rüsvay olacağından ehtiyat etdiyi üçün onunla razılaşmış, həmçinin Zərərçəkmiş şəxs6 elektron poçtunun ünvanı və şifrəsini almış, sonuncunun fotoşəkli olan və özü yaratdığı “tuqehbe” hesabına daxil olaraq orada profilə qoyduğu şəkli silmiş, bundan sonra 27 oktyabr 2023-cü il saat 23:17-də Zərərçəkmiş şəxs6 yaşadığı İsmayıllı rayonu Hapıt kəndində yerləşən evində olan zaman özünün LEO bank 409858******2464 (Unibank) kart hesabından onun istifadəsində və adına olan ***-***-**-** GSM nömrəsinin “M10” hesabına köçürdüyü 70 manat pulu ələ keçirmiş, cinayətkar niyyətini davam etdirib Zərərçəkmiş şəxs6 ilə yenidən əlaqə saxlayaraq sildiyi səhifələr kimi bir neçə səhifənin də olduğunu, həmin səhifələrin də silinməli olduğunu və bunun müqabilində ondan eyni ünvanda hədə-qorxu ilə 350 manat pul tələb etmiş, sonuncu pulunun olmadığını, qalan səhifələri silmək lazım olmadığını bildirdikdə, onu təhqir edərək İnstagram hesabının onda olduğunu 1 saata 350 manat pulu göndərmədiyi halda, İnstagramdakı fotoşəkillərini paylaşıb altına “görüşürəm” sözünü yazıb onu rüsvay edəcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs6 rüsvay olacağından ehtiyat etdiyi üçün onunla razılaşaraq 28 oktyabr 2023-cü il saat 00:51-də yaşadığı ismayıllı rayonu Hapıt kəndində yerləşən evində olan zaman özünün LEO bank 409858******2464 (Unibank) kart hesabından onun istifadəsində və adına olan ***-***-**-** GSM nömrəsinin “M10” hesabına köçürdüyü 318 manat pulu ələ keçirməklə, ümumilikdə isə Zərərçəkmiş şəxs6 388 manat pulunu hədə-qorxu ilə tələb edərək ələ keçirmiş, bir müddət sonra qeyd olunan fotoşəkillərin silinməsi ilə bağlı Zərərçəkmiş şəxs6 onunla əlaqə saxladıqda, razılaşdıqları 350 manatdan 32 manat əskik göndərdiyini bildirib onu təkrar təhqir edərək 400 manat əlavə pul göndərməyini hədə-qorxu ilə tələb etmişdir. Bundan əlavə, o, təkrarən zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını, yəni pul vəsaitini hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 400 manat pul tələb etməsi ilə əlaqədar 28 oktyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs6 işlədiyi İsmayıllı şəhəri, ünvan 5 ünvanında yerləşən “Bolluq store” mağazasında xəzinədar işləyən Zərərçəkmiş şəxs8 onunla əlaqə saxlayaraq nə baş verdiyi soruşduqda, o, Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda Zərərçəkmiş şəxs8 özünü Roman kimi təqdim edərək haker olduğunu, Zərərçəkmiş şəxs6 fotoşəkillərinin silinməsi xidməti müqabilində sonuncunun onun pulunu vermədiyini bildirdikdə Zərərçəkmiş şəxs8 məsələni müsbət həll edəcəyini demiş, Zərərçəkmiş şəxs8 pulu göndərmədiyini görüb eyni ünvanda sonuncunun “whatsapp” sosial şəbəkəsindəki profilində olan fotoşəklini götürərək Zərərçəkmiş şəxs6 ələ keçirdiyi ona məxsus İnstagram hesabında paylaşaraq altına “müdircik” kimi sözlər yazmış, onun və Zərərçəkmiş şəxs6 fotoşəkillərinin silinməsi üçün ona 400 manat pulu göndərməyini, əks halda onun və Zərərçəkmiş şəxs6 fotoşəkillərini saytlarda yayacağı, onları rüsvay edəcəyi ilə hədə-qorxu gəlmiş, Zərərçəkmiş şəxs8 rüsvay olacağından ehtiyat etdiyi üçün onunla razılaşaraq 02 noyabr 2023-cü il saat 21:51-də İsmayıllı şəhəri, N.ünvan 5 ünvanında yerləşən "Bolluq store"də yerləşdirilmiş “Milliön” ödəniş terminalı vasitəsilə onun istifadəsində və adına olan ***-***-**-** GSM nömrəsinin “M10” hesabına köçürdüyü 400 manat pulunu hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa, o, təkrarən zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını, yəni pul vəsaitini hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Bakı şəhərində istintaqla müəyyən edilməyən ünvanda 18 noyabr 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində Zərərçəkmiş şəxs9 “İnstagram” səhifəsinə oxşar “nurochkaOö” adlı saxta hesab açaraq həmin hesabdan saxta şəxslərin ünvanına Zərərçəkmiş şəxs9 adından yazışma vasitəsilə nalayiq xoşagəlməz əxlaqsız ifadələr yazmış, Zərərçəkmiş şəxs9 bu İnstagram səhifəsinin onun adından açılan saxta İnstagram səhifəsi olduğunu bildirdikdə, o, özünü Roman adı ilə proqramçı kimi təqdim edərək ona köməklik edə biləcəyini, saxta səhifənin yayılmasının qarşısını almaqla kim tərəfindən açıldığını müəyyən edəcəyini deməklə bu işi görmək üçün ondan 70 manat hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs9 rüsvay olacağından ehtiyat etdiyi üçün onunla razılaşaraq 18 noyabr 2023-cü il saat 12:29-da Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 92a saylı binanın birinci mərtəbəsində yerləşən “Zeytun” marketdə yerləşdirilmiş “Milliön” ödəniş terminalı vasitəsilə onun istifadəsində və adına olan ***-***- **-** GSM nömrəsinin “M10” hesabına köçürdüyü 70 manat pulu ələ keçirmiş, bundan sonra cinayətkar niyyətini davam etdirib Zərərçəkmiş şəxs9 ilə yenidən əlaqə saxlayaraq onun adına “Tik Tok” sosial şəbəkəsində də saxta səhifələr açıldığını həmin səhifələrin silinməsi üçün 400 manat pul hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs9 rüsvay olacağından ehtiyat etdiyi üçün onunla razılaşaraq 18 noyabr 2023-cü il saat 13:29-da yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 92a, mənzil 67-də olan zaman özünün ***-***-**-** GSM nömrəsinin “M10” hesabından onun istifadəsində və adına olan ***-***-**-** GSM nömrəsinin “M10” hesabına köçürdüyü 400 manat pulu ələ keçirmiş, daha sonra cinayətkar niyyətini davam etdirib Zərərçəkmiş şəxs9 gördüyü işin dəyərinin əslində 800 manat olduğunu bildirərək, sonuncudan əlavə 400 manat da hədəqorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs9 rüsvay olacağından ehtiyat etdiyi üçün onunla razılaşaraq 18 noyabr 2023-cü il saat 18:55-də yaşadığı Bakı şəhəri, Yasamal rayonu H.B.Zərdabi prospekti 92a, mənzil 67-də olan zaman özünün ***-***-**-** GSM nömrəsinin “M 10” hesabından onun istifadəsində və adına olan ***-***-**-** GSM nömrəsinin “M10” hesabına köçürdüyü 400 manat pulu ələ keçirmiş, bundan sonra cinayətkar niyyətini davam etdirib Zərərçəkmiş şəxs9 özünün “İnstagram” səhifəsinin parolunu ona verdiyindən onun səhifəsində olan fotoşəkilləri atasına göstərəcəyi ilə hədə-qorxu gələrək ondan 650 manat hədə-qorxu ilə tələb etmiş, sonuncu rüsvay olacağından ehtiyat etdiyi üçün onunla razılaşaraq 19 noyabr 2023-cü il saat 00:02-də yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 92a, mənzil 67-də olan zaman özünün ***-***-**-** GSM nömrəsinin “M10” hesabından onun istifadəsində və adına olan ***-***-**-** GSM nömrəsinin “M10” hesabına köçürdüyü 400 manat pulu ələ keçirmiş, həmin tarixdə saat 00:19-da həmin ünvandan Zərərçəkmiş şəxs9 özünün ***-***-**-** GSM nömrəsindən onun istifadəsində və adına olan ***-***-**-** GSM nömrəsinin “M10” hesabına köçürdüyü 250 manat pulu ələ keçirməklə, ümumilikdə isə Zərərçəkmiş şəxs9 1.520 manat pulunu hədə-qorxu ilə tələb edərək ələ keçirmiş, daha sonra eyni ünvandan onunla yenidən əlaqə saxlayaraq qeyd olunan fotoşəkilləri paylaşacağı ilə hədələyərək ondan əlavə 1.000 manat pul hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 182.2.2-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə özünü təqsirli bilmir. “İnstagram” sosial şəbəkəsində olan bir hesabın silinməsi ilə bağlı ona müraciət olunub və həmin hesabı sildiyinə görə ona müraciət edən şəxsdən pul almışdır. Daxili İşlər Nazirliyində müstəntiq ona pul aldığı şəxsə qarşı hədə-qorxu tədbiq etdiyini demişdir. DİN-nin BMCMİ-də törətdiyi cinayət əməlinə görə onu azalıqdan məhrum etmə cəzasının gözlədiyini demişlər. Orada o müstəntiqə ifadə verdikdən sonra ondan yazılı ifadəsini imzalamasını tələb etmişlər. O ifadəni imzalamaqdan imtina etdikdə müstəntiq ona çəkəcəyi imzanın bir əhəmiyyət daşımayacağını, əsas araşdırmanın məhkəmə istintaqı zamanı keçiriləcəyini bildirmiş və yenidən ondan ifadəsini imzalamağı tələb etmişdir. O, müstəntiqin sözlərinə inanaraq ifadəsini imzalamışdır. Bundan əlavə o Şahid2 adlı şəxsi tanımamışdır. Sadəcə olaraq Şahid2 idarəyə hədə-qorxu vasitəsilə telefon oğurluğu ilə bağlı müraciət etdiyi barədə məlumatı olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs4 ilə bağlı sadəcə bir məsələdən məlumatı olmuşdur. Zərərçəkmiş şəxs4 Zabrat qəsəbəsində ona məlum olmayan bir hadisəsi olmuş və sonradan onun idarəyə olan müraciətinin Təqsirləndirilən şəxs barəsində olduğunu demişlər. Zərərçəkmiş şəxs4 onun yanında hadisənin Təqsirləndirilən şəxs aidiyyəti olmadığını demiş və hətta o, Zərərçəkmiş şəxs4 səsini özünə məxsus telefonuna yazmışdır. Sadəcə olaraq idarədə telefon açılmamış və nəticədə məsələ yarıda qalmışdır. Həmçinin Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs8 ilə bağlı epizodlar həmin məsələ ilə oxşar olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 ilə bağlı epizod üzrə özünü təqsirli bilir. Xanım qəbzin silinməsi ilə bağlı ona müraciət etmiş və o da yalandan vəd verərək onu aldatmışdır. Zərərçəkmiş şəxs9 ilə bağlı epizod üzrə həmçinin özünü təqsirli bilir. Xanım hesabın silinməsi ilə bağlı müraciət etmiş və o da yalandan vəd verərək Zərərçəkmiş şəxs9 aldatmışdır. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, Şahid2 adlı şəxsi tanımır. “İnstagram” sosial şəbəkəsində fərqli adlardan istifadə edərək qeydiyyatdan keçmişdir. “Hakker” adından istifadə etmişdir. Həmçinin “Roman” adı ilə sosial şəbəkədə qeydiyyatdan keçmişdir.***-***-**-** nömrəsindən istifadə etmişdir.Zərərçəkmiş şəxslərin hər biri onu “Bərpa.az” saytından tanımışlar. Bu hadisə ilə bağlı həç kəslə əlbirliyi olmamışdır. Göstərdiyi xidmət qarşılığında ona verilən pulun məbləğini özü müəyyənləşdirmişdir. “Bərpa.az” saytı səhifələrin bağlanması və ya bərpa olunması məqsədi ilə yaradılmışdır. Bu məsələlərə təlabat olduğundan həmin sayt yaranmışdır. Zərərçəkmiş şəxs3 adlı şəxsi tanımır. Zərərçəkmiş şəxs3 adlı şəxsin ona zəng etdiyini və ya müraciət etdiyini xatırlamır. ***-***-**-** nömrəsindən əvəllər istifadə etmişdir. Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 adlı şəxslərdən sosial şəbəkədə olan səhifələrin bağlanması ilə bağlı pul almışdır. Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 həmçinin səhifənin bağlanması ilə bağlı pul almışdır. Onun istifadəsində 3 nömrə olmuşdur. “İnstagram” sosial şəbəkəsində həmin nömrələri paylaşmışdır. Ən çox istifadə etdiyi nömrə ***-***-**-** olmuşdur. Kompüter mühəndisliyi üzrə hər hansı bir ali təhsili yoxdur. Sosial şəbəkələrdə hesabların silinməsini və bərpa olunmasını özü öyrənmişdir. Bu fəaliyyətlə artıq 3 ildir ki, məşğuldur. O, zərərçəkmiş şəxslərdən heç kəsi aldatmamışdır. “İnstagram” sosial şəbəkəsində hesab yaradaraq heç kəsin şəkillərini paylaşmamışdır. Zərərçəkmiş şəxslərlə göstərdiyi xidmətdən kənar hər hansı münasibəti olmamışdır. Zərərçəkmiş şəxs3 adlı şəxsi tanımır. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona elan edilmiş ittihamda özünü təqsirli bilir və verilmiş ittihamla bağlı göstərir ki, maddi durumu aşağı olduğundan və şəxsi ehtiyaclarını təmin etməkdən ötrü pula ehtiyacı var imiş. Bu məqsədlə müxtəlif yollar axtarmağa başlamışdır. Sosial şəbəkələrdə ölkə üzrə insanların profillərində qoyduğu fotoşəkilləri götürüb başqa saxta hesab açaraq orada paylaşıb pul alındığı barədə bir sıra paylaşımlar görmüşdür.O, da tamah güc gəldiyi üçün eyni yola əl ataraq pul qazanmaq istəmişdir. 2023-cü ilin mart ayında, dəqiq tarixini xatırlamadığı günündə, ola bilsin xx.xx.2023-cü ildə “İnstagram” sosial şəbəkəsində olan zaman qarşısına adını xatılamadığı hesab çıxmışdır. O, həmin hesabın profil şəklini götürüb daha sonra “hmmqehbe” adlı saxta hesab yaradaraq həmin hesabın profilinə şəkil qoymuşdur. Bir qədər sonra xatırlamadığı “İnstagram” hesabından həmin hesaba mesaj gəldiyini görmüşdür. Həmin şəxs mesajında “Gültəkin, bu nədi paylaşmısan" deyə yazmışdı.O, isə həmin şəxsin Gültəkin deyilən xanımın qohumu olmasını düşünüb problem yaranmaması üçün adının Roman olduğunu, özünün “hakker” olduğunu bildirib hesabın saxta olmasını və şəkillərin silinməsi üçün ona müraciət edildiyini bildirmişdir. Həmin şəxs ondan mobil nömrəsini istəmişdir.O, isə ona həmin zaman istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Həmin şəxslə əlaqə saxladıqda adının Vasif oduğunu Gültəkinin onun baldızı olduğunu demiş və danışıq zamanı Vasif adlı şəxsdən Gültəkinin şəkillərinin silinməsi üçün 50 manat pul tələb etmişdir.Vasif adlı şəxs də onunla razılaşmışdır.Ondan pulu necə göndərəcəyini soruşduqda o, pulu istifadəsində olan və onun adına olan ***-***- **-** saylı mobil nömrənin “M10” hesabına göndərməsini tapşırmışdır. Bundan sonra Vasif adlı şəxs 50 manat pulu ona məxsus 070- ***-**-** saylı mobil nömrənin “M10” hesabına göndərmişdir. Bir neçə saat sonra həmin şəxsə təkrar zəng edərək Gültəkin adlı xanımın adına açılmış başqa hesabların olduğunu, onların da bağlanılmasının lazım olduğunu bildirib ondan 100 manat tələb etmişdir.Vasif adlı şəxs onunla razılaşmışdır. Bundan sonra həmin şəxs 100 manat pulu ona məxsus 070-692- 90-90 saylı mobil nömrənin “M10” hesabına göndərmişdir. Bir qədər sonra həmin şəxsə təkrar zəng edərək ondan 100 manat da pul istəmiş, o vermədikdə isə, Gültəkin adlı xanımın şəkillərini paylaşaraq biabır edəcəyini bildirmişdir. Lakin Vasif pulu göndərməkdən imtina etmiş və nömrəsini bloka atmışdır. Bundan sonra, “Telegram” sosial şəbəkəsində qatıldığı qruplardan birində ölkə üzrə sosial şəbəkələrdə insanların profillərində qoyduğu fotoşəkilləri götürüb başqa saxta hesab açaraq orada paylaşıb pul alındığı barədə bir sıra paylaşımlar görmüşdür.O, da tamah güc gəldiyi üçün eyni yola əl ataraq pul qazanmaq istəmişdir. Bu məqsədlə o, “İnstagram” sosial şəbəkəsində öz istifadəsi üçün “naradi999” adlı saxta hesab yaratmışdır. xx.xx.2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində olan zaman qarşısına “ilkane.osmanova” adlı hesab çıxmışdır.O, həmin hesabın profil şəklini götürüb daha sonra “tuqehbe” adlı saxta hesab yaradaraq həmin hesabın profilinə İlkanə adlı qızın şəklini qoymuşdur. Bundan sonra “tuqehbe” hesabından öz istifadəsində olan “naradi999” hesabına təhqiramiz ifadələr yazaraq daha sonra İlkanə adlı qızın əsl “İnstagram” hesabının linkini göndərmişdir. Daha sonra məqsədinə nail olmaq üçün “naradi999” hesabından İlkanə adlı qızın “ilkane.osmanova” adlı “İnstagram” hesabına mesaj yazaraq profilində onun şəkli olan hesabdan ona təhqiramiz ifadələr yazıldığını, onun hesabının göndərildiyini bildirmişdir, İlkanə etiraz edərək bundan məlumatı olmadığını bildirmiş və bu məsələni nə cür həll edə biləcəyini soruşmuşdur. Belə olduqda o, ona tanış “hakker” dostunun olmasını bildirib, İlkanəyə özünə məxsus və istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini verərək adının Roman olmasını bildirmişdir. Bir qədər sonra İlkanə ona zəng etmişdir. O, özünü Roman kimi təqdim edərək hakker olduğunu bildirmişdir, İlkanə ona baş verənləri danışıb ondan kömək istəmişdir. O, isə ona həmin saxta hesabda olan profil şəklini silə biləcəyini bildirib əvəzində 70 manat pul alacağını bildirmişdir, İlkanə razılaşmış, lakin pulu o, şəkli siləndən sonra göndərəcəyini bildirmişdir.O, da razılaşmışdır. Bundan sonra İlkanədən gmail hesabının adını və şifrəsini istəmişdir. O isə ona ad və şifrəni bildirmişdir. Daha sonra gmail vasitəsi ilə İlkanənin əsl hesabını ələ keçirib, həmçinin İlkanənin şəkli olan və özü yaratdığı “tuqehbe” hesabına daxil olaraq orada profilə qoyduğu şəkli silmişdir. Bundan sonra İlkanəyə xəbər edərək şəkli sildiyini və pulu göndərməsini tələb etmişdir. İlkanə razılaşdıqdan sonra pulu necə göndərəcəyini soruşmuşdur. O, ondan LEO bank kartının 16 rəqəmini, CV kodu və son istifadə tarixini soruşmuşdur. O isə ona istədiyi məlumatları vermişdir. Bundan sonra özünə məxsus “M10” hesabına daxil olaraq həmin kart məlumatlarını daxil edib 70 manat pulun onun “M10” hesabıma köçürülməsini həyata keçirmiş və İlkanəyə gələn linkə daxil olaraq təsdiq etməsini tapşırmışdır, İlkanə də dediyi kimi etdikdən sonra pul onun səhv etmirsə 055- ***- **-** nömrəli telefonunun hesabına yüklənmişdir. Bir neçə saat sonra İlkanəyə təkrar zəng edərək onun adına açılmış başqa hesabların olduğunu, onların da bağlanılmasının lazım olduğunu bildirib ondan xanım olmasına görə hörmət etdiyini bildirib 350 manat tələb etmişdir. İlkanə isə pulunun olmadığını bildirmişdir. Belə olduqda o, ona “İnstagram” hesabının onda olduğunu, orada olan şəkilləri paylaşaraq onu biabır edəcəyini bildirmişdir. İlkanə isə razılaşmışdır. Bir müddət sonra İlkanə onunla əlaqə saxlayaraq pulun kartda olduğunu, lakin 318 manat olduğunu bildirmişdir. Bundan sonra o, “M10” hesabına daxil olaraq həmin kart məlumatlarını daxil edib 318 manat pulun onun “M10” hesabıma köçürülməsini həyata keçirmiş və İlkanəyə gələn linkə daxil olaraq təsdiq etməsini tapşırmışdır, İlkanə də dediyi kimi etdikdən sonra səhv etmirsə onun ***-***-**-** nömrəli telefonunun hesabına 318 manat pul onun hesabına yüklənmişdir. Bir müddət sonra İlkanəyə təkrar yazaraq bir sıra işlərin də qaldığını bildirib ondan 400 manat da pul istəmişdir. İlkanə verəcəyini bilirsə də, pulu verməmişdir.O, də onun “İnstagram” hesabında şəkillərini paylaşaraq “qehbe, cirix” kimi sözlər yazmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində “ilkane.osmanova” adlı hesabda olduğu zaman bir nəfər həmin hesaba yazaraq niyə elə paylaşımlar etdiyini soruşmuşdur. O, isə İlkanə olmadığını, hakker olduğunu, İlkanənin ona iş gördürərək pulunu vermədiyini bildirmişdir. Belə olanda özünü Zəhra kimi təqdim edən, əsl adını sonradan bildiyi Zərərçəkmiş şəxs7 ona, borcu olduğu bir nəfər səhv etmirsə adı Elvin olan şəxsdən pulu ona göndərməsinə dair çeklərin olmasını bildirib onları silməyini istəmişdir.Sunayın dediyinə görə Elvin iş adamıdır, Sunay ondan külli miqdarda hissəhissə olmaqla pul alıb, ona görə də telefonuna daxil olmağını Elvinin gələcəkdə ona pul verməsini sübut edə bilməməsi üçün həmin çekləri silməyini ondan xahiş etmişdir.O, isə ondan bu işin qarşılığında 2000 manat pul istəmişdir. Sunay isə etiraz etməyərək razılaşmışdır.Ondan pulu necə göndərəcəyini soruşmuş, o, isə özünün adına olan LEO BANKA məxsus 4098-5844- 9202-7626 saylı kart hesabını ona bildirmişdir. Bundan sonra Sunay ona məxsus 4098-5844- 9202-7626 saylı kart hesabına xx.xx.2023-cü ildə 2000 manat pul göndərmişdir. Sunayın pulu göndərdiyini görüb ondan təkrar pul ala biləcəyini düşünərək bir neçə saat sonra Sunaya təkrar zəng edərək işi həll edəcəyini, lakin həll etməkdən ötrü əlavə 2000 manat pulun da lazım olduğunu bildirmişdir.Sunay 30 oktyabr 2023-cü ildə ona məxsus 4098-5844- 9202-7626 saylı kart hesabına 500 manat pul göndərmiş, o, isə qalan 1500 manatı da göndərməsini tələb etmişdir. Sunay da həmin günü ona məxsus 4098-5844-9202-7626 saylı kart hesabına 1450 manat pul göndərmişdir. Lakin o, vədinə əməl etməyərək onun ondan istədiyi işi görməmişdir. Zərərçəkmiş şəxs7 ona işini görmədiyini, kart hesabını və yazışmaların şəkillərini özündə saxladığını bildirdikdə isə onu təhqir edərək başına oyun açacağını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs6 400 manat pul tələb edən zaman 2023-cü ilin oktyabr ayın axırlarında özünü İlkanənin müdiri kimi təqdim etmiş Tünzalə adlı şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onunla əlaqə saxlamış, nə baş verdiyi soruşmuş, o, isə adının Roman olduğunu, hakker olduğunu, İlkanənin ona iş gördürərək pulunu vermədiyini bildirmişdir. Bu zaman Tünzalə ona özü məsələni həll edəcəyini bildirmişdir. Lakin bir müddət keçsə də pulu göndərmədiyi üçün o, Tünzalənin “WhatsApp” sosial şəbəkəsindəki profilində olan şəklini götürərək İlkanənin ələ keçirdiyi İnstagram hesabında storidə paylaşaraq altına “müdircik” kimi sözlər yazmışdır. Tünzalə onunla əlaqə saxlayaraq niyə belə etdiyini, şəkilləri silməyini istədikdə isə ona onun və İlkanənin şəkilləri paylaşıb ikisini də biabır etməməyi və paylaşdığı şəkilləri də silməyi üçün Tünzalədən 400 manat pul istəmişdir. Tünzalə ondan pulu necə göndərəcəyini soruşmuşdur.O, isə ona pulu istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “M10” hesabına göndərməsini tapşırmışdır. Bir qədər sonra xx.xx.2023-cü ildə Tünzalə ona məxsus ***-***-**-** saylı mobil nömrənin “M 10” hesabına 400 manat pul göndərmişdir. Bundan əlavə 2023-cü ilin oktyabr ayında sosial şəbəkədə xatırlamadığı özünün yaratdığım İnstagram hesabından “_.abbash0vfa» İnstagram səhifəsinə SMS-də yəni mesajda yazmışdır ki, güya o, onu söyüb. Sonradan adının Aysel olduğunu bildiyi şəxs isə ona bildirmişdir ki, o, heç kəsi söyməmişdir. Həmin Aysel adlı şəxsə, güya onun onu söyməyinə dair sms mətninin foto şəklini göndərmişdir. Aysel adlı şəxs də ona bildirmişdir ki, bu onun hesabı deyil onun adına açılmış saxta hesabdır. Bundan sonra Aysel adlı şəxsə «naradi999» adlı İnstagram hesabından Ayselin adına açdığı «.abbashOvfa» “İnstagram” səhifəsinə təkrar sms göndərmişdir ki, güya o, onu söymüşdür. O, da ona təkrarən demişdir ki, o, onu söyməmiş, onun adına açılmış saxta İnstagram hesabıdır. Sonra o, «naradi999» adlı İnstagram hesabından Aysel adlı şəxsə sms göndərmişdir ki, “xanım sizə köməklik edə bilərəm, haker tanışım var, 15 dəqiqə içərisində səhifəni sındırıb sizin adınızdan saxta hesab açan şəxsi müəyyən edə və həmin şəxsin məlumatlarını, ünvanını sizə təqdim edə bilər”. Aysel adlı şəxs ondan sms vasitəsilə İnstagram səhifəsindən həmin hakerin əlaqə telefonunu istəmiş, o, da istifadəsində olan ***-***-**-** nömrəsini ona göndərib demişdir ki, bu hakerin nömrəsidir, siz özünüz onunla yalnız vatsap vasitəsilə əlaqə saxlayın. Aysel də özünün ***-***-**-** nömrəsindən həmin ***-***- **-** nömrəsini vatsap proqramı vastiəsilə onu yığmış, danışıq vaxtı özünü «Famil» kimi təqdim etmiş, Ayselə demişdir ki, onun adına açılmış saxta İnstagram səhifəsini 15 dəqiqə ərzində sındıra bilər, bunun üçün də onun ***-***-**-** nömrəmə «M10» proqramı vasitəsilə 70 manat ödəməlidir.Aysel də onunla razılaşmışdır. 14 oktyabr 2023-cü il tarixdə Aysel «M10» proqramı yolu ilə onun istifadəsində olan və onun adına olan ***-***-**-** nömrəsinə 70 manat pul ödəmişdir.Aysel 70 manatı ödədikdən sonra həmin saxta profildə onun qoyulmuş foto şəklini silmişdir.Belə ki, Ayseldən onun İnstagram hesabının parolunu onun səhifəsini qorunma altına almaq adı ilə istəmişdir.O, da ona inanıb İnstagram səhifəsinin parolunu vermişdir.Bundan sonra o, Ayseldən əlavə pul əldə etmək üçün ona vatsap vasitəsilə zəng edərək demişdir ki, onun adına 13 ədəd «tiktok» hesabı, 5 ədəd İnstagram hesabı və 2 ədəd teleqram kanalı bağlamışdır.Və bunun qarşılığında ona 350 manat pul ödəməlidir. Aysel də demişdir ki, imkanı yoxdur, 350 manatı ödəyə bilmir. Onda o, «.abbashOvfa» İnstagram səhifəsinə daxil olub İnstagram hesabının hekayələr bölməsində Ayselin foto şəklini paylaşaraq üzərinə onun barəsində təhqiredici sözlər yazaraq «bunu tanıyın iş gördürüb pulunu verməyib».Daha sonra məcburiyyət qarşısında qalıb ona 350 manat verməyə razılıq vermişdir.Yenə də 14 oktyabr 2023-cü il tarixdə «M10» proqramı yolu ilə ***-***-**-** nömrəmə 350 manat pulu ödəmişdir, bundan sonra o, Ayseldən əlavə olaraq 200 manat pul istəmiş, lakin Aysel ona 200 manat pulu verməmişdir. Bildirir ki, sosial şəbəkədə təsadüfən sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs2 adına “İnstagram” sosial şəbəkəsində saxta profil açılıb və profildə əxlaqsız sözlər yazmışdır. 2023-cü ilin avqust ayında ***-***-**-** nömrəsinə özünü Əbdulrəhman kimi təqdim edən şəxs ona zəng edərək hakker olduğunu deyib problem olduğunu demiş, o, da problemin nə olduğunu soruşanda demişdir ki, yaxınının adına İnstagramda saxta səhifə açıblar onu bağlamaq lazımdır.Ona Əbdulrəhman saxta səhifəsinin adını demiş lakin hazırda həmin səhifənin adını xatırlamır.O, səhifəyə baxan kimi görmüşdür ki, qız şəklidir, ona demişdir ki, qızın özü onunla əlaqə saxlasın.Bir qədər sonra vatsap vasitəsilə Əbdulrəhman konfrans yaratmış, konfransa Rəhman, adını bilmədiyi Rövşanənin sevgilisi olan oğlan qoşulmuşdur. Söhbət zamanı onlar ondan saxta profili silməyin nə qədər xərci olduğunu soruşmuşlar, o, da ilk əvvəl 300 manat istəmişdir.Bu zaman Rövşanənin özü də konfransa qoşulub demişdir ki, axşam o, özü onunla əlaqə saxlayacaq. Bir az sonra Rövşanənin adını bilmədiyi sevgilisi olan oğlan onu yığıb demişdir ki, sən Rövşənə ilə əlaqə saxlama, pulu sənə Əbdulrəhman verəcək və onun nömrəsini bloka atmışdır.O, Rövşanənin saxta səhifəsini bağlamışdır. Bir-iki saat sonra Rəhman onu yığıb demişdir ki, pul mənlik deyil pulu Rövşənanənin sevgilisindən al və onun nömrəsini bloka atmışdır. Təxminən iki saatdan sonra ***-***-**-** nömrəmə özünü Rövşanənin qohumu kimi tədim edən adını bilmədiyi oğlan zəng edib demişdir ki, sənə pul verilməyəcək əlini puldan üz. Bir iki gündən sonra özünü Rövşanənin əmisi kimi təqdim edən adını bilmədiyi şəxs zəng edərək demişdir ki, pulu o, ödəyəcək hər şeyi sil, mənə də göndər. Beləliklə razılaşmışlar ki, 695 manata o, Rövşanənin şəkillərini silir. Ona görə də ona M10 praqramı vasitəsilə səhv etmirsə 2023-cü ilin sentyabr ayının 03-də ***- ***-**-** nömrəsinə 395 manat sonra da xx.xx.2023-cü ildə 300 manat göndərmişlər. O, da verdiyi vədə əməl edib Rövşanənin şəkillərini silmişdir. Onu da əlavə edir ki, Rövşanəni adma saxta profili o, açmamışdır.Rövşanənin adına saxta profili təxmin etdiyimə görə Rövşanənin adını bilmədiyi sevgilisi yaradıb. Bildirirəm ki, Rövşanə özünün çılpaq şəkillərini mənə özü göndərmişdir. Çılpaq şəkilləri yaymamışdır. Bildirir ki, X1 və Rövşanənin sevgilisini əvvələr tanımırmış. X3 və X4 şikayəti ilə bağlı bildirir ki, 2023-cü ilin oktyabr ayında Lamiyə adlı şəxsin “lamiyaevaa” adlı İnstagram profilinə yazmışdır. Ona yalandan bildirmişdir ki, güya onun şəkili olan digər profildən ona söyüşlər yazılıb və bunun səbəbini soruşmuşdur. Bununla bərabər ona yazışmaların “screen” kopiyasını göndərmişdir. O, onun adına “aysikmm” saxta profil yaratmışdır və üzərində söyüşlər yazmışdır. Yaradılmış saxta profildə olan şəkili Lamiyənin öz “İnstagram” səhifəsindən götürmüşdür. Danışıq zamanı bildirmişdir ki, ona kömək etmək istəyir. Yalandan demişdir ki, ona proqramçı kimi tanıdığı şəxsin nömrəsini versin ki, onunla danışsın ki, yaradılmış saxta profillərin silinməsinə köməklik etsin. Bundan sonra Lamiyə və Səbinə bacıları onun ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamışlar. O, köməklik üçün 70 manat ödəniş etməyi istəmişdir. Lamiyə onunla razılaşaraq onun tələbi ilə 16 oktyabr 2023-cü ildə 70 manat pulu onun ***- ***-**-** saylı mobil nömrəsinin “M 10” hesabına göndərmişdir. Daha sonra Lamiyəyə demişdir ki, ona məxsus “lamiyaevaa” profilə daxil olaraq orada özünə məxsus “mail” ünvanı dəyişərək onun ona verdiyi “Elektron ünvan ” mail ünvanını qeyd etsin. Sonra o, Lamiyənin “İnstagram” profiliin parolunu əldə etdikdən sonra ünvanına əxlaqsız söyüşlərdən istifadə edərək profilin geri qaytarılması üçün 370 manat pul istəmişdir. Lamiyə ona öz foto şəkillərini də göndərmişdir. “M 10” hesabına tələb etdiyi 377 manat 40 qəpik pul vəsaitini ***-***-**-** mobil nömrənin M10 hesabına köçürülmüşdür. O, yenidən Lamiyədən 100 manat pul göndərməyini istəmiş, əks halda o, onun İnstagramda olan şəkillərini paylaşaraq üzərində əxlaqsız sözlər yazıb onu rüsvay edəcəyini bildirmişdir. Bundan sonra Lamiyənin bacısı Səbinə Qocayevə onunla əlaqə saxlamış, o, ona yalandan demişdir ki, “telegram” sosial şəbəkəsində saxta profil yaradıb çılpaq şəkillərini paylaşacaq. Belə ki, o, Səbinə və Lamiyə bacılarına çılpaq şəkillərinin onda olmasını deyəndə onlar özləri ona lüt və hər pozada olan foto şəkillərini göndərib soruşmuşlar ki, səndə olan bu şəkillərdir yoxsa başqa şəkillərdir. O, Səbinədən ona məxsus çılpaq şəkillərin telegramdan silinməsi üçün 100 manat pul istəmişdir. 16 oktyabr 2023-cü il tarixdə ***-***-**-** mobil nömrəmin M10 hesabına 100 manatı göndərmişdir. Əlavə olaraq onlardan 470 manat pul istəmişdir və xx.xx.2023-cü ildə onun ***-***-**-** mobil nömrəsinin M10 hesabına göndərmişlər. Zərərçəkmiş şəxs9 şikayəti ilə bağlı bildirir ki, onun adına 2023-cü ilin noyabr ayında onun adına “nurochka05” adlı İnstagram saxta İnstagram səhifəsindən Nuriyyə yazaraq güya onun ünvanına nalayiq söyüşlər söydüyünü demişdir.O, da ona belə bir bu İnstagram səhifəsinin olmadığını onun adından açılan saxta İnstagram səhifəsi olduğunu söyləmişdir.O, ona özünü Roman kimi təqdim edərək ***-***-**-** mobil nömrəsini ona göndərərək bildirmişdir ki, proqramistdir, ona köməklik edə bilər, saxta səhifəsinin yayılmasının qarşısını almaqla kim tərəfindən edildiyini də müəyyən edə bilər.Bu işi görmək üçün ondan 70 manat pul istəmiş, o, da razılaşmışdır. 18 noyabr 2023-cü il tarixdə 70 manatı M10 proqramı vasitəsilə onun ***-***-**-** nömrəmə göndərmişdir.Sonra yalandan demişdir ki, onun adına Tik Tokda da saxta səhifələr açılıb həmin səhifələrin silinməsi üçün 400 manat istəmişdir.Nuriyyə də onunla razılaşıb xx.xx.2023-cü ildə onun ***-***-**-** nömrəsinin M10 hesabına 400 manatı göndərmişdir.Bundan sonra o, Nuriyyə ilə əlaqə saxlayıb ona demişdir ki, iş əslində 800 manatdır, ona görə ona əlavə 400 manat da verməlidir.Nuriyyə də razılaşıb 18..11.2023-cü ildə 400 manatı onun ***-***-**-** nömrəmin M10 hesabına göndərmişdir.Bundan sonra o, Nuriyyədən 650 manat pul istəmişdir.O, da onunla razılaşıb xx.xx.2023-cü ildə ***-***-**-** nömrəsinin M10 hesabına 400 manat və 250 manat göndərmişdir. Bildirir ki, maddi durumu aşağı olduğundan və şəxsi ehtiyaclarını təmin etməkdən ötrü pula ehtiyacı var imiş, bu məqsədlə müxtəlif yollar axtarmağa başlamışdır. Bu məqsədlə də yuxarıda qeyd etdiyi şəxslərdən pul tələb edərək pullarını ələ keçirmişdir. O, həmin hadisələri tək halda törətmiş, ona heç kim köməklik etməmiş və yanında kimsə olmamış, həmçinin ondan kimsə şübhə belə etməmiş, təkbaşına törətmişdir. O, həmin əməlləri gizli törətmiş, bundan kiminsə xəbəri olmamış, o, da heç kimə bildirməmiş, heç kim də ona köməklik etməmiş və bu barədə də kimsənin məlumatı olmamışdır. O, bundan başqa heç kəsə qarşı eyni xarakterli əməllər törətməmişdir (cild 3, iş vərəqi 32-38). Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 24 mart 2023-cü il tarixdə, “İnstagram” sosial şəbəkəsində olan zaman profilində baldızı Şahid2 şəklinin olduğu yeni yaradılmış hesab “təklif edilənlər” bölməsində qarşısına çıxmışdır. Həmin hesabın yeni olmasını gördükdən sonra və Gültəkinin özünün başqa hesabı olduğu üçün maraqlı gəldiyindən hesaba daxil olmuşdur. Həmin zaman hesabın adının “hmmqehbe” olduğunu gördükdən sonra dərhal həmin səhifəyə mesaj yazaraq kim olduğunu soruşmuşdur. Cavab verən şəxs adının Roman olduğunu, özünün “hakker” olduğunu bildirmişdir. Bundan başqa Roman adlı şəxs hesabın onun tərəfindən yaradılmadığını, hesabı kimin yaratdığını bilmədiyini bildirmişdir. O həmin şəxsdən əlaqə nömrəsi istəmişdir.O, ona ***-***-**-** saylı mobil nömrə göndərmişdir. Onunla əlaqə saxlayan zaman o, ona həmin şəklin silinməsindən ötrü 50 manat pul tələb etmişdir.Onunla razılaşmışdır. Bundan sonra həmin şəxs, sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs onunla əlaqə saxladığı ***-***-**-** saylı mobil nömrənin “M10” hesabına pulu göndərməyi tapşırmışdır. O da 24 mart 2023-cü ildə saat 19:55-də İsmayıllı rayon Mərkəzi Xəstəxanasının yaxınlığında İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsində yerləşən “Al Marketdə quraşdırılmış 11017 nömrəli “MilliÖn” ödəmə terminalından Təqsirləndirilən şəxs ona bildirdiyi ***-***-**-** mobil nömrənin “M 10” hesabına 50 (əlli) manat pul göndərmişdir. Həmin ödəniş qəbzini ismayıllı rayon Polis Şöbəsinə təqdim etmişdir. Daha sonra isə həqiqətən həmin şəkilin profildən silindiyini görmüşdür. Bir müddət sonra Təqsirləndirilən şəxs onunla təkrar əlaqə saxlayaraq başqa bir hesabın da olduğunu, həmin hesabın silinməsi üçün də 100 (yüz) manat istədiyini bildirib və pulu eyni hesaba göndərməyi tələb etmişdir. Bundan sonra o, təkrarən 24 mart 2023-cü ildə saat 20:48-də ismayıllı rayon Mərkəzi Xəstəxanasının yaxınlığında ismayıllı şəhəri Ə.Ələkbərzadə küçəsində yerləşən “Al Marketdə quraşdırılmış 11017 nömrəli “MilliÖn” ödəmə terminalından Təqsirləndirilən şəxs ona bildirdiyi ***-***-**-** mobil nömrənin “M 10” hesabına 100 (yüz) manat pul göndərmişdir.Həmin ödəniş qəbzini ismayıllı rayon Polis Şöbəsinə təqdim etmişdir.Daha sonra Təqsirləndirilən şəxs onunla təkrar əlaqə saxlayaraq Gültəkinin şəkli olan bir neçə hesabın da olduğunu bildirib ondan 100 (yüz) manat da tələb etmişdir. O isə ona artıq pulunun olmadığını bildirmişdir. Belə olan halda isə, Təqsirləndirilən şəxs onu təhqir edərək “gözlə, indi o qancığın şəklini hər yerdə yayacam, hər yerdə onu biabır edəcəm, ya 100 manat ver, ya da məndən incimə” deyərək telefonu söndürmüşdür. Bundan sonra baş verənlərlə bağlı polisə müraciət etmişdir. Roman kimi tanıdığı, şəxsiyyəti ona araşdırma zamanı məlum olan, Təqsirləndirilən şəxs baldızı Şahid2 şəklini sosial şəbəkələrdə yayaraq şəkli silmək üçün pul almış və daha sonra da onu pozğun biri kimi qələmə verəcəyi ilə hədə qorxu gələrək ondan pul tələb etmişdir. Təqsirləndirilən şəxs ondan 50 manat və 100 manat olmaqla ümumilikdə 150 (yüz əlli) manat pul almışdır. Zərərçəkmiş şəxs1 cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, Yaşar adlı şəxs onun baldızının şəkillərindən istifadə edərək “İnstagram” sosial şəbəkəsində hesablar açmış və həmin hesabları silmək üçün ondan pul istəmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 23 avqust 2023-cü il tarixdə o, ailəsi ilə birlikdə istirahət etmək məqsədi ilə Lənkəran rayonuna getmişdir. Rayonda o, bir ağacın kənarında mobil telefon vasitəsi ilə özünün şəklini çəkmişdir. Təxminən 24-25 avqust rayondan Bakıya qayıdandan sonra ona bir nəfər tanıdığı şəxs tərəfindən, “WhatsApp” sosial şəbəkəsi üzərindən bir bildiriş göndərilmişdir. Həmin bildirişdə onun adına “İnstagram” sosial şəbəkəsi üzərindən bir əxlaqsız hesab yaradıldığı, həmçinin həmin hesabın profil şəklində onun rayonda çəkdirdiyi şəklin olduğu yazılmışdır. Həmçinin o qeyd etmişdir ki, həmin hesabın profilinə qoyulan şəkil tərəfindən yanlız “WhatsApp” sosial şəbəkəsində paylaşılmışdır. Bir qədər sonra təqsirləndirilən şəxs qohumunun sosial şəbəkəsi vasitəsi ilə ona yazmış, həmin hesabın silinməsi ilə bağlı bir nəfər xakkeri tanıdığını bildirmiş və onun nömrəsini ona vermişdir. Həmin şəxslə əlaqə saxladıqda o bir neçə dəfə bu hallarla rastlaşdığını bildirmiş, ilk başda ondan pul tələb etməmişdir. Ancaq kompüter vasitəsi ilə şəxsiyyətinin təsdiqlənməsi üçün ondan bir ədəd şəkil istəmişdir. Bir qədər sonra artıq telefon danışığı zamanı onu ailəsi ilə hədələməyə başlamış və pul tələb etmişdir. Həmçinin bildrimişdir ki, tələb olunan pul vəsaiti onun kartına köçürülmədiyi təqdirdə o, həmin hesabı və bir sıra şəkilləri ailəsinə göstərərək onu rüsvay edəcəkdir. Sonra həmin şəxs onun “İnstagram” hesabının parolunu tələb etmişdir.O ona hesabının parolunu dedikdən sonra hesabın parolu avtomatik olaraq yenilənmiş və onun hesaba girişi məhdudlaşdırılmışdır. Daha sonra həmin şəxs onunla əlaqə saxlayaraq hesabın silindiyini bildirmiş və görülən işlərin müqabilində ondan pul tələb etmişdir. O həmin şəxsə tələb olunan məbləğin üzərində olmadığını bildirmiş və ondan ona məxsus olan “İnstagram” hesabının geri qaytarılmasını tələb etmişdir. Həmin şəxs onu bloka atmışdır. Hadisədən bir həftə sonra həmin şəxs onun qardaşı ilə əlaqə saxlayaraq ondan pul tələb etmiş və pulun karta köçürülməyəcəyi təqdirdə onun şəkillərini paylaşaraq onu rüsvay edəcəyini bildirmişdir. Həmin şəxs onlardan ümumilikdə 600 AZN məbləğində pul vəsaiti tələb etmişdir. Axırıncı dəfə onun kartına əmisi Qanuni nümayəndə pul vəsaiti göndərmişdir. Bir müddət sonra onları bu hadisə ilə bağlı Lənkəran RPİ-nə çağırmışlar. İdarədə polis əməkdaşları onlara həmin şəxsi müəyyən edə bilməyəcəklərini demişlər. Bundan başqa polis əməkdaşları onlara baş verənlərlə bağlı bir şikayət yazmaqlarını bildirmişlər. Sonra onları Daxili İşlər Nazirliyinin Kibercinayətkarlığa Qarşı Mübarizə İdarəsinə dəvət etmişlər. Orada bütün baş verənlər barədə ifadə vermişdir. Zərərçəkmiş şəxs2 cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, ümumilikdə Yaşar adlı şəxsin kartına tərəflərindən 600 AZN məbləğində pul vəsaiti köçürülmüşdür. Yaşar adlı şəxslə arasında ancaq telefon danışıqları olmuşdur. Aralarında yazışma olmuşdur. Ancaq Yaşar adlı şəxs onu ailəsi ilə hədələdiyindən o, həmin nömrəni sındırmış və tullamışdır. İbtidai istintaqda vediyi ifadəni təsdiq edir. Yaşar adlı şəxs barədə şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsində “lamiyaevaa” adlı səhifədən istifadə edirmiş. Şəbəkədə tanımadığı şəxs tərəfindən ona bir neçə bildirişin ünvanlandığını görmüşdür. Bildirişdə qadın qismində bir şəxs güya onun həmin sosial şəbəkədə “aysikmm” adlı səhifə vasitəsi ilə ona təhqiredici sözlər yazdığını və sonra onu bloka atdığını bildirmişdir və bu əməli hansı səbəbdən etdiyini ondan soruşmuşdur. O həmin şəxsə bunu etmədiyini bildirdikdə, şəxs onu anlayaraq bir proqramçı ustasının ***-***-**-** saylı nömrəsini vermişdir və bu problemi aradan qaldırmaq üçün ona müraciət etməyini məsləhət görmüşdür. O, həmin nömrəyə zəng etmiş, telefonda danışan şəxsə məsələni izah etmiş və şəxs problemin aradan qaldırılması üçün ondan 70 AZN məbləğində pul istəmişdir. O “Araz Market”-də “Milliön” vasitəsi ilə həmin şəxsin kartına 70 AZN məbləğində pul köçürmüşdür. Məbləği ödədikdən sonra evə qayıdan zaman telefonla əlaqə saxladığı şəxs onla əlaqə saxlayaraq ona məxsus olan “mail” ünvanını dəyişərək onun ona verdiyi “Elektron ünvan ” adlı bir “mail” ünvanını qeyd etməyini bildirmişdir. Həmçinin şəxs ona “mail” ünvanını dəyişdirdikdən sonra həmin hesabdan çıxış etməyini və onun onunla əlaqə saxlayanadək hesaba girməməyni bildirmişdir. O, onun dediklərini etmişdir. Bir qədər sonra həmin şəxs ona zəng edərək hesabının oğurlandığını bildirib və hesabın bərpa edilməsi üçün ondan 370 AZN məbləğində pul tələb etmişdir. O, həmin şəxsə, yəni Təqsirləndirilən şəxs o dediyi məbləğdə pulunun olmadığı səbəbindən ödəniş edə bilməyəcəyini bildirdikdə o, onu bir neçə dəfə təhqir edərək telefonu söndürmüşdür. O dostları ilə əlaqə saxlayaraq onlara məsələni izah etmiş və ona pul məsələsində köməklik göstərmələrini onlardan xahiş etmişdir. Dostlarının köməyi ilə həmin məbləğdə pul, yəni 370 AZN Təqsirləndirilən şəxs hesabına köçürülmüşdür. Ancaq Təqsirləndirilən şəxs hesabı bərpa etməmiş və yenidən ondan pul tələb etmişdir. Pulu olmadığı səbəbindən o, ağlayaraq Təqsirləndirilən şəxs hesabını ona qaytarmasını xahiş etmiş, ancaq o, yenidən onu təhqir edərək telefonu söndürmüşdür. Telefondakı söhbəti yanında olan bacısı Zərərçəkmiş şəxs5 eşitmiş və özünə məxsus mobil telefonla ona zəng etmişdir. Onlar telefonda danışan zaman Təqsirləndirilən şəxs teleqramda bacısının rüsvayedici şəkillərinin olduğunu bildirmişdir. Bacısı həmin şəkillərin ona göndərilməsini Təqsirləndirilən şəxs tələb etmişdir. Təqsirləndirilən şəxs şəkillərin uyğun olub-olmamasını aydınlaşdırmaq məqsədi ilə bacısından onun bir neçə şəkillərini sonuncuya gödərməsini bildirmişdir. Bacısı onun dediklərini etmiş, ancaq şəkillər göndəriləndən sonra Təqsirləndirilən şəxs telefonu söndürmüş və ard-arda zəng etməklərinə baxmayaraq onların zənglərinə cavab verməmişdir. Növbəti gün Təqsirləndirilən şəxs bacısının rüsvayedici şəkillərini ona göndərərək onu təhqir etmiş və ondan 470 AZN məbləğində pul tələb etmişdir. Onun tərəfindən ona göndərilən şəkillərin yayılmasından qorxduğu üçün o, məcburiyyət qarşısında qalaraq həmin məbləğdə pulu Təqsirləndirilən şəxs ödəmişdir. Zərərçəkmiş şəxs4 cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, 470 AZN məbləğdə pulu Təqsirləndirilən şəxs hesabına ödədikdən sonra bununla bağlı polis orqanlarına şikayət etmişlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, bacısının “İnstagram” sosial şəbəkəsində işlətdiyi profil hesabına bir qadın tərəfindən bildirişlər göndərilmişdir. Bildirişlərdə güya bacısının həmin sosial şəbəkədə başqa bir “aysikmm” adlı profil hesabından sonuncuya təhqir sözləri yazdığı və sonra onu bloka atdığı yazılmışdır. Bacısı həmin şəxsə sözügedən hesabın ona məxsus olmadığını demişdir. Sonra həmin şəxs bacısına bir ustanın ***-***-**-** saylı nömrəsini vermişdir və bu problemi aradan qaldırmaq üçün ona müraciət etməsini məsləhət görmüşdür. Bacısı telefonla həmin nömrəyə zəng etdikdən sonra və telefonda danışan şəxsə məsələni izah etdikdən sonra telefonda danışan şəxs məsələnin aradan qaldırılması üçün bacısından 70 AZN məbləğində pul istəmişdir. Bacısı “Milliön” vasitəsi ilə istənilən məbləği ödədikdən bir qədər sonra bacısına həmin nömrədən bir daha zəng gəlmişdir. Telefon danışığı zamanı şəxs bacısına məxsus olan hesabın oğurlandığını və hesabın bərpa olunması üçün 370 AZN məbləğində pul tələb etdiyini bildirmişdir. Bacısı həmin məbləğdə pulu ödəyə bilmədiyi səbəbindən o, bacısına məxsus hesabda bacısının şəkillərini paylaşaraq şəkillərin üstündə təhqiramiz ifadələr yazmışdır. Bacısı dostlarının köməyi ilə 370 AZN məbləğində pulu ödədikdən sonra həmin şəxs onlardan yenidən 100 AZN məbləğində pul tələb etmişdir. Bacısı həmin məbləğdə pulu ödəyə bilməyəcəyini bildirdikdə o, telefonu söndürmüş və bacısına məxsus telefon nömrəsini bloka atmışdır. O, özünə məxsus mobil telefon vasitəsi ilə həmin nömrəyə zəng etmiş və telefon danışığı zamanı telefonda onunla danışan şəxs, yəni Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsində onun rüsvayedici şəkillərinin olduğunu ona bildirmişdir. O Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsindən istifadə etmədiyini dedikdə o, rüsvayedici şəkillərin “Teleqram” şəbəkəsindən əldə etdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs şəkilləri ona göndərməsini tələb etdikdə o, şəkillərin ona aid olub-olmamasını aydınlaşdırmaq məqsədilə onun şəkillərini sonuncuya atmağını bildirmişdir. O, ilk başda üstündə geyim olan şəkli ona atmış, ancaq o, razılaşmamışdır. Sonra o, ona iç geyimdə şəkil atmış, o yenidən razılaşmamışdır. Artıq o ona çılpaq şəklində olan şəkillərini atanda o razılaşmış və ona xəbər edəcəyini bildirmişdir. Bir qədər sonra o, bacısının hesabını sonuncuya geri qaytarmışdır. Sonra o bacısına zəng edərək ondan əldə etdiyi şəkilləri yayacağını və onu rüsvay edəcəyini bildirmiş və bunun qarşılığında yenidən onlardan pul tələb etmişdir. Həmçinin o qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onlardan tələb etdiyi məbləğlərdə pulları ödəmək üçün o evdə olan bütün qızıl zinət əşyalarını satmışdır. Zərərçəkmiş şəxs5 cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Bir şəxs xanım profili ilə onlara yazmışdır. Ancaq ekranın arxasında xanımın və ya kişinin olduğu onlara məlum olmamışdır. Ona vurulan ziyan 470 manatdır. İlk başda onlar həmin nömrəyə zəng edərək “usta” ilə əlaqə saxlamışlar. Təqsirləndirilən şəxsla onların, yəni onun və bacısının arasında telefon danışıqları olmuşdur. İbtidai istinaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsində onun şəkli ilə adına saxta profil yaranmışdır. Həmin profil vasitəsi ilə naməlum şəxs müəyyən şəxslərə nalayiq ifadələr yazmışdır. Bununla bağlı ona bir xanım yazmış və hansı səbəbdən onun barəsində nalayiq ifadələr yazdığını ondan soruşmuşdur. O, həmin hesabın ona məxsus olmadığını və nalayiq ifadələrin tərəfindən yazılmadığını bildirdikdə həmin şəxs ona bir tanış hakerin olduğunu və bu məsələni həll edə biləcəyini deyərək həmin şəxsin mobil nömrəsini ona göndərmişdir. O, həmin mobil nömrəyə zəng etmişdir. Telefon danışığı zamanı şəxs həmin hesabın silinməsi müqabilində 50 AZN məbləğində ödəniş etməli olduğunu ona bildirmişdir. O ödənişi etdikdən bir qədər sonra həmin şəxs onunla əlaqə saxlayaraq onun barəsində digər sosial şəbəkələrdə “İnstagram” sosial şəbəkəsində olan profilə oxşar profillər açıldığını və həmin profillərin silinməsi üçün 350 AZN məbləğində ödəniş etməli olduğunu bildirmişdir. O, həmin şəxsə əlavə profillərin silinməsinə ehtiyac olmadığını bildirmiş və yanlız onun ona göstərdiyi hesabın silinməli olduğunu bildirmişdir. Dediklərini eşitdikdən sonra şəxs telefon danışığı zamanı onu təhqir etməyə başlamışdır. Sonra həmin şəxs onun adına açılan əxlaqsız hesabı ailə üzvlərinə göstərmiş və onu rüsvay etmişdir. Bundan başqa həmin şəxs bir neçə şəklini paylaşaraq şəkillərin üzərinə əxlaqsız və təhqiredici sözlər yazmışdır. Həmin şəxsə tərəfindən ümumilikdə 800 AZN məbləğində pul vəsaiti göndərilmişdir. Zərərçəkmiş şəxs6 cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, ibtidai istinaq zamanı verdiyi ifadəni təsdiq edir. “İnstagram” sosial şəbəkəsi üzərindən onun adına əxlaqsız hesab açılmışdır. Köçürmələr edilən bank kartı ona məxsusdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 onların işcisidir. Bir gün İlkanə xanım ona yaxınlaşmış və bir probleminin olduğunu bildirmişdir. Dediyinə görə bir nəfər onun “İnstagram” profil hesabına onun fotoşəkli ilə səhifə yaradılması barədə yazdığını, həmin səhifəyə nalayiq ifadə yazdığını, səhifənin silinməsinin qarşılığında ondan bir qədər pul tələb etdiyini, ancaq həmin şəxsin ondan istədiyi pul vəsaitini ona göndərdikdə o, yenidən müəyyən qədər pul vəsaiti tələb etməyə davam etdiyini bildirmişdir. İlkanə xanım sosial şəbəkədə ona yazan şəxsin kartına təxminən 800 AZN məbləğində pul vəsaiti göndərmişdir, ancaq həmin şəxs İlkanə xanımdan yenidən pul tələb etmişdir. İlkanə xanımda tələb olunan məbləğdə pul vəsaiti olmadığından o, ondan ona köməklik göstərməyini xahiş etmişdir. O, İlkanə xanımdan həmin şəxsin mobil telefonunu götürmüş, onun telefon nömrəsini özünə məxsus mobil telefonunun kontaktlarında qeyd etmiş və həmin şəxsə “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə zəng etmişdir. Telefon danışığı zamanı o, həmin naməlum şəxsə İlkanə xanımın direktoru olduğunu bildirmiş və onunla İlkanə xanıma məxsus səhifənin silinməsi üçün tələb olunan pulu ödəyəcəyini, ancaq göndərilmiş pul vəsaiti qarşılığında səhifənin dərhal silinəcəyini barədə razılığa gəlmişdir. Həmin günü axşamı onun iş yoldaşları ona sosial şəbəkələr vasitəsi ilə onun barəsində “İnstagram” sosial şəbəkəsində bir hesab açıldığını və həmin hesabın altında nalayiq ifadələr yazıldığını bildirmişlər. O, dərhal yenidən həmin şəxslə əlaqə saxlayaraq bu əməli hansı səbəbə görə etdiyini soruşmuşdur. Həmin şəxs ondan müəyyən pul vəsaiti tələb etmiş və tələb edilən pul vəsaiti göndərilmədikdə həmin səhifənin silinməyəcəyini bildirmişdir. O onun tələb etdiyi məbləğdə pul vəsaitinin olmadığını ona dedikdə o, yanında olan şəxslərə səslənərək “Tünzalə bolluğun şəklini “Teleqram” sosial şəbəkəsində paylaşan və şəklin altından nalayiq ifadələr yazın” ifadəsini işlətdi. Hadisə təxminən gecə saat 00:00-00:30 radələrində baş vermişdir. O, həmin şəxsdən şəklini heç bir yerə atmamağını xahiş etmiş və tələb olunan məbləği ona göndərəcəyinə söz vermişdir. Həmin gecə o, işlədiyi marketə yaxınlaşaraq razılaşdığı şəxsin kartına 400 AZN məbləğində pul vəsaiti göndərmişdir. Növbəti gün artıq naməlum şəxs tərəfindən yaradılmış hesab və şəkillər silinmişdir. Ancaq bir müddət sonra həmin şəxs yenidən onu şəkilləri ilə hədələdiyindən məcburiyyət qarşısında qalaraq bu barədə İsmayıllı RPİ-yə məlumat vermişlər. Zərərçəkmiş şəxs8 cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, o, həmin şəxslə ilk başda Zərərçəkmiş şəxs6 köməklik göstərmək məqsədi ilə əlaqə saxlamışdır. Xatırladığı qədər Yaşar adlı şəxslə ancaq telefon zəngləri ilə danışmış, “WhatsApp” sosial şəbəkəsində aralarında yazışma olmamışdır. Ancaq həmin şəxs onlara zəng edirmiş. Onlar həmin şəxsə zəng edən zaman o, telefon zənglərini açmamışdır. Ona məxsus olan telefon yeniləndiyindən aralarında yazışmaların olub-olmaması barədə halhazırda bir sübutu yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsində onun şəkli ilə adına saxta profil yaranmışdır. Həmin profil vasitəsi ilə naməlum şəxs müəyyən şəxslərə nalayiq ifadələr yazırmış. Bununla bağlı ona bir şəxs yazmış və hansı səbəbdən onun barəsində nalayiq ifadələr yazdığını ondan soruşmuşdur. O, həmin hesabın ona məxsus olmadığını və nalayiq ifadələrin tərəfindən yazılmadığını bildirdikdə həmin şəxs ona bir tanış hakerin olduğunu və bu məsələni həll edə biləcəyini deyərək həmin şəxsin mobil nömrəsini ona göndərmişdir. O, həmin mobil nömrəyə zəng etmişdir. Telefon danışığı zamanı naməlum şəxs özünü Roman adlı şəxs qismində tanıtmış və həmin hesabın silinməsi müqabilində 70 AZN məbləğində ödəniş etmək olduğunu ona bildirmişdir. O, ödənişi etdikdən bir qədər sonra həmin şəxs onunla əlaqə saxlayaraq onun barəsində digər sosial şəbəkələrdə “İnstagram” sosial şəbəkəsində olan profilə oxşar profillər açıldığını və həmin profillərin silinməsi üçün 400 AZN məbləğində ödəniş etməli olduğunu bildirmişdir. O, ödənişi etdikdən bir müddət sonra həmin şəxs yenidən onunla əlaqə saxlayaraq ondan 400 AZN məbləğində pul vəsaiti tələb etmişdir. Nəticədə ümumilikdə o, həmin şəxsin kartına 1520 AZN məbləğində pul vəsaiti gödərmişdir. O, həmin şəxslə ancaq “WhatsApp” sosial şəbəkəsi üzərindən zəng edərək əlaqə saxlamışdır. Zərərçəkmiş şəxs9 cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, naməlum şəxs tərəfindən “İnstagram” sosial şəbəkəsi üzərindən onun adına bir profil açılmış və profildə onun şəkli qoyulmuşdur. “İnstagram” sosial şəbəkəsi üzərindən üç nəfər özlərini qız qismində təqdim edərək güya onun onlara nalayiq ifadələr işlətdiyini bildirmişlər. O, həmin hesabın ona məxsus olmadığını bildirdikdə onlar ona bir şəxsin mobil nömrəsini vermiş və həmin şəxsin bu məsələni həll edə biləcəyini bildirmişlər. Sonradan həmin profillərin Yaşar adlı şəxsə aid olduğu ona məlum olmuşdur. Yaşar adlı şəxslə yanlız “WhatsApp” sosial şəbəkəsi üzərindən zəng edərək əlaqə saxlamışdır. Tələb olunan pul vəsaitini ödəmədiyi təqdirdə həmin şəkilləri paylaşmağa davam edəcəyini və bu barədə atasına məlumat verəcəyini bildirmişdir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin 2-ci kurs tələbəsidir. 14 oktyabr 2023-cü il tarixdə istifadə etdiyi özünə məxsus «_ _.abbash0vfa» İnstagram səhifəsinə xatırlamadığı İnstagram hesabından sms, yəni mesaj gəlmişdir. SMS-də yəni mesajda yazılmışdır ki, güya o, həmin şəxsi söymüşdür. O, isə ona bildirmişdir ki, o, heç kəsi söyməmişdir. Həmin şəxs onun söydüyünü bir daha deyəndə o, ona güya onun onu söyməyinə dair sms mətninin foto şəklini göndərmişdir. O, da həmin sms-in məzmuna baxıb görmüşdür ki, həmin səhifə onun səhifəsi deyil, onun adıma açılmış saxta İnstagram hesabıdır. Həmin saxta hesabının adını xatırlamır. O, həmin şəxsə bildirmişdir ki, bu onun hesabı deyil onun adına açılmış saxta hesabdır. Həm onun adına açılmış saxta hesabın, o cümlədən də ona yazılan hesabın adını xatırlamır. O, həmin şəxsə hesabın və yazışmanın ona aid olmadığını deyəndən sonra o, ona «naradi999» adlı İnstagram hesabından onun «_ _.abbash0vfa» İnstagram səhifəsinə sms gəlmişdir ki, güya o, həmin şəxsi söymüşdür. O, isə həmin tanımadığı şəxsə bildirmişdir ki, o, heç kəsi söyməmiş, onun adına açılmış saxta İnstagram hesabıdır.«naradi999» adlı İnstagram hesabından bundan sonra ona sms gəlmişdir ki, “xanım sizə köməklik edə bilərəm, haker tanışım var, 15 dəqiqə içərisində səhifəni sındırıb sizin adınızdan saxta hesab açan şəxsi müəyyən edə və həmin şəxsin məlumatlarını, ünvanını sizə təqdim edə bilər”.0, ondan sms vasitəsilə İnstagram səhifəsindən həmin hakerin əlaqə telefonunu istəmişdir. Bundan sonra həmin şəxs ***-***- **-** nömrəsini ona göndərib demişdir ki, bu hakerin nömrəsidir, özünüz onunla yalnız vatsap vasitəsilə əlaqə saxlayın. O da özünün ***-***-**-** nömrəmdən həmin ***-***-**-** nömrəsini vatsap proqramı vastiəsilə yığmış, danışıq vaxtı özünü «Famil» kimi təqdim edən şəxs ona demişdir ki, adına açılmış saxta İnstagram səhifəsini 15 dəqiqə ərzində sındıra bilər, bunun üçün onun ***-***-**-** nömrəmə «M10» proqramı vasitəsilə 70 manat ödəməlidir. O, da razılaşmışdır.O, 14 oktyabr 2023-cü il tarixdə saat 22:05-də Abşeron rayonu Xırladan şəhəri, Heydər Əliyev prospektində yerləşən «Rahat» marketdə Milliön elektron ödəmə sistemi vasitəsilə «M10» proqramı yolu ilə ***-***-**-** nömrəsinə 70 manat pul ödəmişdir. Həmin qəbzin surətini ifadəsini əlavə edir.Qəbzin surətindən görünür ki, «m10» hesabın artırılması, ödəniş +**********71 telefon nömrəsinə edilmiş, ödənişin məbləği 70 AZN-dir, əməliyyatın nömrəsi: **********, PW8-**********-dir, ödəniş “Milliön” elektron ödəmə sistemi vasitəsilə həyata keçirilir, terminalın nömrəsi 52196-dır, ödəniş 14 oktyabr 2023-cü il tarixdə saat 22:05:19-da Abşeron rayonu Xırladan şəhəri, Heydər Əliyev prospektində yerləşən «Rahat» marketdən həyata keçirilmişdir. O, vatsap proqramı vasitəsilə həmin şəxsə zəng edib 70 manatı ödəməyinə dair qəbzi göndərmişdir.Hazırda vatsap yazışması onda silindiyindən onu təqdim edə bilmir. O, 70 manatı ödədikdən sonra həmin saxta profildə onun qoyulmuş foto şəkli silinmişdir. Hansı ki, həmin foto şəkil onun öz profilində var imiş, foto şəkil də həmin profildən götürülmüşdür.O, həmin şəxslə telefon vasitəsilə danışan zaman onun özünə məxsus «_ _.abbash0vfa» İnstagram səhifəmin parolunu istəmiş, demişdir ki, onun səhifənin qorunma altına salacaq. O, da ona inanıb İnstagram səhifəsinin parolunu vermiş və ona demişdir ki, öz səhifənə 1 saat ərzində girmə. O, İnstagram səhifəsinin parolunu verəndən sonra görmüşdür ki, «_ _.abbash0vfa» İnstagram səhifəmdə olan elektron poçtu (həmin poçtu xatırlamır) başqa elektron poçtla dəyişdirilmişdir.Həmin poçtu da xatırlamır. Daha sonra həmin şəxs ona vatsap vasitəsilə zəng edərək demişdir ki, onun adına 13 ədəd «tiktok» hesabı, 5 ədəd İnstagram hesabı və 2 ədəd teleqram kanalı bağlamışdır. Və bunun qarşılığında o, ona 350 manat pul ödəməlidir. O, isə demişdir ki, imkanı yoxdur, ona 350 manatı ödəyə bilmir. Onda həmin şəxs onun «_ _.abbash0vfa» İnstagram səhifəmə daxil olub İnstagram hesabının hekayələr bölməsində onun foto şəklimi paylaşaraq üzərinə onun barəsində təhqiredici söz olan hazırda xatırlamadığı söz yazaraq «bunu tanıyın iş gördürüb pulunu verməyib». Daha sonra o, həmin şəxsin bu hərəkətləri qarşısında məcburiyyət qarşısında qalıb ona 350 manat verməyə razılıq vermişdir. Yenə də 14 oktyabr 2023-cü il tarixdə saat 23:59-da Abşeron rayonu Xırladan şəhəri, Heydər Əliyev prospektində yerləşən «Rahat» marketdə Milliön elektron ödəmə sistemi vasitəsilə «M10» proqramı yolu ilə ***-***-**-** nömrəsinə 350 manat pulu ödəmişdir. Həmin qəbzin surətini ifadəsinə əlavə edir. Qəbzin surətindən görünür ki, «m10» hesabın artırılması, ödəniş +**********71 telefon nömrəsinə edilmiş, ödənişin məbləği 350 AZN dir, əməliyyatın nömrəsi: **********, PW8-**********-dir, ödəniş Milliön elektron ödəmə sistemi vasitəsilə həyata keçirilir, terminalın nömrəsi 52196-dır, ödəniş 14 oktyabr 2023-cü il tarixdə saat 23:59:22-də Abşeron rayonu Xırladan şəhəri, Heydər Əliyev prospektində yerləşən «Rahat» marketdən həyata keçirilmişdir. Mən vatsap proqramı vasitəsilə həmin şəxsə zəng edib 350 manatı ödəməyinə dair qəbzi göndərmişdir. Lakin bu ödənişi də etdikdən sonra həmin şəxs onun «_ _.abbash0vfa» İnstagram səhifəsini özünə qaytarmamış və ondan əlavə olaraq 200 manat pul istəmişdir. Artıq o, ona pul verməmişdir. 15 oktyabr 2023-cü il tarixdə Abşeron rayon Polis idarəsinə gedərək həmin şəxsdən şikayət ərizəsi yazmışdır. Ümumilikdə tanımadığı şəxsin +**********71 telefon nömrəsinə 420 manat ödəniş etmişdir.Ona dəymiş ziyanın məbləği 420 manatdır (cild 2, iş vərəqi 49-51). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, maddi durumu aşağı olduğundan rayon sakini kimi tanıdığı və şəxsi tanışlığı olan Şahid4 hissəhissə 2023-cü ilin mart avqust ayları ərzində 30.000 (otuz min) manat borc almışdır. Elvin ona verdiyi borcu nağd şəkildə və Milliön elektron ödəmə sisteminin terminalları vasitəsi ilə ona məxsus Leobank kart hesabına göndərmişdir. Maddi durumum yetərli olmadığı üçün Elvinin borcunu qaytara bilməmişdir. Elvin də ondan borcunu bütöv şəkildə geri istəmiş, demişdir ki, onda ona borc verməyinə dair qəbzlər var. O, da qorxmuşdur ki, Elvinin ona borc verməyi barədə atası eşidib bilər. Elvindən borc aldığını atası Fəzailin eşidəcəyindən qorxduğu üçün Elvinin telefonunda olan onun bank kartına göndərdiyi qəbzləri telefonun yaddaşından sildirmək üçün yollar axtarmağa başlamışdır. Çünki atasının onun Elvindən borc almasını bilməsi atası tərəfindən ona qarşı çox pis qarşılanacaqdı. Belə ki, Elvinin telefonun yaddaşında həmin qəbzlərin olmasını bilirmiş. Həmin ərəfədə 2023-cü ilin oktyabr ayında “İnstagram” sosial şəbəkəsində olan zaman tanışı Zərərçəkmiş şəxs6 səhifəsində paylaşdığı şəklinin altında əxlaqsız sözlər yazıldığını görüb ona yazıb nə olduğunu soruşmuşdur. Həmin zaman ona yazan şəxs İlkanə olmadığını, haker olduğunu, adının Roman olduğunu, İlkanənin ona iş gördürüb qarşılığında pulunu vermədiyini, buna görə də belə etdiyini bildirmişdir. O, onun belə etdiklərini gördükdən sonra onun haker olduğuna inanıb ona da kömək edə biləcəyini düşünmüşdür. Buna görə də özünü Roman kimi təqdim edən, şəxsiyyəti ona araşdırma zamanı məlum olan Təqsirləndirilən şəxs müraciət edərək bir nəfərdən borc aldığını, həmin pulu aldığına dair çeklər olduğunu, hazırda həmin çeklərin ona borc verən şəxsi telefonunun yaddaşından sildirmək istədiyini bildirmişdir. O, razılaşmış, lakin bu işin həlli üçün 2.000 manat pul istəmişdir. O, etiraz etməmiş və razılaşmışdır. 29 oktyabr 2023-cü il tarixdə saat 21:18 radələrində həmin vaxtı müvəqqəti olaraq yaşadığı İsmayıllı şəhəri Ərəstun Mahmudov küçəsi ev 14, mənzil 5-də olan zaman özünün 5522-0993-4166-0413 Azərbaycan Beynəlxalq bankına məxsus kart hesabından 2000 (iki min) manat Təqsirləndirilən şəxs ona bildirdiyi onun Leo Bank 4098- 5844-9202-7626 saylı kart hesabına köçürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ona narahat olmamağı, həll edəcəyini lakin işin ona 4000 manata başa gəldiyini bildirib, ondan təkrar 2000 manat pul istəmişdir. O, da razılaşmışdır. 30 oktyabr 2023-cü il tarixdə saat 05:02 radələrində həmin vaxtı müvəqqəti olaraq yaşadığım İsmayıllı şəhəri Ərəstun Mahmudov küçəsi ev 14, mənzil 5-də olan zaman özümün 5522-0993-4166-0413 Azərbaycan Beynəlxalq Bankına məxsus kart hesabından 500 (beş yüz) manat Təqsirləndirilən şəxs ona bildirdiyi onun Leo Bank 4098-5844-9202-7626 saylı kart hesabına köçürmüşdür. Bundan sonra 30 oktyabr 2023-cü il tarixdə saat 11:55 radələrində həmin vaxtı müvəqqəti olaraq yaşadığı İsmayıllı şəhəri Ərəstun Mahmudov küçəsi ev 14, mənzil 5-də olan zaman özünün 5522-0993-4166-0413 Azərbaycan Beynəlxalq bankına məxsus kart hesabından 1464 manat 30 qəpik (bir min dörd yüz altmış dörd manat otuz qəpik) pulu Təqsirləndirilən şəxs ona bildirdiyi onun Leo Bank 4098-5844-9202-7626 saylı kart hesabına köçürmüşdür. Köçürmə 1450 manat olmuş, 14 manat 30 qəpik isə ondan xidmət haqqı olaraq tutulmuşdur. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs vədinə əməl etməyərək ona söz verdiyi işləri etməmişdir. Bu barədə özünə bildirdikdə isə onu təhqir etməyə başlamışdır. Bildirir ki, Təqsirləndirilən şəxs ondan 2000 manat, 500 manat və 1450 manat olmaqla ümumilikdə 3950 manat pul almışdır, xidmət haqqı olaraq da o, banka 1450 manat pulu Yaşara göndərəndə bank tərəfindən ondan 14 manat 30 qəpik xidmət haqqı tutulmuşdur. Bununla da Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində ona dəymiş ziyan 3964 (üç min doqquz yüz altmış dörd) manat 30 (otuz) qəpik olmuşdur. Şikayət və tələbi Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsindən və ona vurulmuş maddi ziyanın ödənilməsindən ibarətdir (cild 2, iş vərəqi 290-292). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsindən görünür ki, o, iş üzrə Zərərçəkmiş şəxs2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında tədqiq edilərək sübut kimi qəbl edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, iş üzrə Zərərçəkmiş şəxs1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir (cild 2, iş vərəqi 247-249). Məhkəmə istintaqında tədqiq edilərək sübut kimi qəbl edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, iş üzrə Zərərçəkmiş şəxs4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir (cild 2, iş vərəqi 151-153). Məhkəmə istintaqında tədqiq edilərək sübut kimi qəbl edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, iş üzrə Zərərçəkmiş şəxs7 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir (cild 2, iş vərəqi 293-295). Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin AZF/LGL-8234/23 nömrəli xx.xx.2023-cü il tarixli məktubuna əlavədən görünür ki, ***-***-**-** GSM nömrəsi Təqsirləndirilən şəxs adınadır (cild 1, iş vərəqi 58-60). Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin BKC/LGL-17103/23 nömrəli xx.xx.2023-cü il tarixli məktubuna əlavədən görünür ki, ***-***-**-** və ***-***-**-** GSM nömrələri Təqsirləndirilən şəxs adınadır (cild 1, iş vərəqi 231-232). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs6 tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli saat 23:17 radələrinə və xx.xx.2023-cü il tarixli saat 00:51 radələrinə dair qəbzlərin surətindən görünür ki, M10 üzrə 70 manat və 318 manat köçürülmüşdür (cild 1, iş vərəqi 11-12). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş İsmayıllı rayonu, Ə.Ələkbərzadə küçəsində yerləşən “Al” marketdə quraşdırılmış "xxxx" MMC-nin Million elektron ödəmə sisteminə aid qəbzlərin surətindən görünür ki, ***-***-**-** GSM nömrəsinə xx.xx.2023-cü il saat 19:55 radələrində 50 manat və xx.xx.2023-cü il saat 20:48 radələrində 100 manat köçürülmüşdür (cild 1, iş vərəqi 45-46). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs7 tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli saat 21:18 radələrinə, xx.xx.2023-cü il saat 05:02 və xx.xx.2023-cü il saat 11:55 radələrinə dair qəbzlərin surətindən görünür ki, 5522********0413 nömrəli kartdan 4098********7626 nömrəli kartdan 2000, 500, 1450 manat köçürülmüşdür (cild 1, iş vərəqi 80-82). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs7 tərəfindən təqdim olunmuş Azərbaycan Beynəlxalq Bakına məxsus Zərərçəkmiş şəxs7 aid çıxarışdan görünür ki, xx.xx.2023-cü ildə 2000 manat, 1464 manat 30 qəpik və 500 manat köçürülmüşdür (cild 2, iş vərəqi 206). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs8 tərəfindən təqdim olunmuş İsmayıllı rayonu, N.Nərimanov küçəsində yerləşən Bolluq storedə quraşdırılmış PashaPay MMC-nin Million elektron ödəmə sisteminə aid qəbzin surətindən görünür ki, ***-***-**-** GSM nömrəsinə xx.xx.2023-cü il saat 21:51 radələrində 400 manat köçürülmüşdür (cild 1, iş vərəqi 95). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş ünvan 6 ünvanda quraşdırılmış "xxxx" MMC-nin Million elektron ödəmə sisteminə aid qəbzin surətindən görünür ki, ***-***-**-** GSM nömrəsinə 3.09.2023-cü il saat 18:06 radələrində 395 manat köçürülmüşdür (cild 1, iş vərəqi 253). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş qəbzin surətindən görünür ki, M10 pul köçürmə sistemi vasitəsilə ***-***-**-** GSM nömrəsindən ***-***-**-** GSM nömrəsinə xx.xx.2023-cü il saat 21:41 radələrində 300 manat köçürülmüşdür (cild 1, iş vərəqi 253). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs4 tərəfindən təqdim olunmuş ünvan 7 ünvanda quraşdırılmış "xxxx" MMC-nin Million elektron ödəmə sisteminə aid qəbzin surətindən görünür ki, ***-***-**-** GSM nömrəsinə xx.xx.2023-cü il saat 18:04 radələrində 70 manat köçürülmüşdür (cild 1, iş vərəqi 260). Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs X6 tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il saat 19:44 radələrinə dair qəbzin surətindən görünür ki, M10 üzrə 377 manat 40 qəpik köçürülmüşdür (cild 1, iş vərəqi 261). Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs X7 tərəfindən təqdim olunmuş ünvan 7 ünvanda quraşdırılmış "xxxx" MMC-nin Million elektron ödəmə sisteminə aid qəbzin surətindən görünür ki, ***-***-**-** GSM nömrəsinə xx.xx.2023-cü il saat 21:04 radələrində 470 manat köçürülmüşdür (cild 1, iş vərəqi 283). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən təqdim olunmuş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Rahat marketdə quraşdırılmış "xxxx" MMC-nin Million elektron ödəmə sisteminə aid qəbzin surətindən görünür ki, ***-***-**-** GSM nömrəsinə xx.xx.2023-cü il saat 22:05 radələrində 70 manat köçürülmüşdür (cild 2, iş vərəqi 52). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən təqdim olunmuş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən Rahat marketdə quraşdırılmış "xxxx" MMC-nin Million elektron ödəmə sisteminə aid qəbzin surətindən görünür ki, ***-***-**-** GSM nömrəsinə xx.xx.2023-cü il saat 23:59 radələrində 350 manat köçürülmüşdür (cild 2, iş vərəqi 53). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs9 tərəfindən təqdim olunmuş qəbzin surətindən görünür ki, M10 pul köçürmə sistemi vasitəsilə ***-***-**-** GSM nömrəsindən ***-***-**-** GSM nömrəsinə xx.xx.2023-cü il saat 13:29 radələrində 400 manat, saat 18:55 radələrində 400 manat, xx.xx.2023-cü il saat 00:02 radələrində 400 manat, xx.xx.2023-cü il saat 00:19 radələrində 250 manat köçürülmüşdür (cild 2, işvərəqi 147-150). Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən istintaqa təqdim edilmiş bir ədəd diskə 1 iyun 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il saat 19:55-də terminaldan ***-***-**-** GSM nömrəsinə 50 manat, xx.xx.2023-cü il saat 20:48-də 100 manat, xx.xx.2023-cü il saat 18:06-da terminaldan ***- ***-**-** GSM nömrəsinə 395 manat, xx.xx.2023-cü il saat 21:41-də ***-***-**-** GSM nömrəsindən ***-***-**-** GSM nömrəsinə 300 manat, xx.xx.2023-cü il saat 22:05-də terminaldan ***-***-**-** GSM nömrəsinə 70 manat, həmin tarixdə saat 23:59-da 350 manat, xx.xx.2023-cü il saat 18:04-də terminaldan ***-***-**-** GSM nömrəsinə 70 manat, həmin tarixdə saat 19:44-də 409858******2636 (Unibank) kart hesabından ***-***-**-** GSM nömrəsinə 370 manat, xx.xx.2023-cü il saat 20:54-də terminaldan ***-***-**-** GSM nömrəsinə 100 manat, xx.xx.2023-cü il saat 21:04-də terminaldan ***-***-**-** GSM nömrəsinə 470 manat, 29xx.xx.2023-cü il saat 23:17-də 409858******2464 (Unibank) kart hesabından ***-***-**-** GSM nömrəsinə 70 manat, xx.xx.2023-cü il saat 00:51-də 409858******2464 (Unibank) kart hesabından ***-***-**-** GSM nömrəsinə 318 manat, xx.xx.2023-cü il saat 21:51-də terminaldan ***-***-**-** GSM nömrəsinə 400 manat, xx.xx.2023-cü il saat 12:29-da terminaldan ***-***-**-** GSM nömrəsinə 70 manat, xx.xx.2023-cü il saat 13:29-da ***-***-**-** GSM nömrəsindən ***-***-**-** GSM nömrəsinə 400 manat, xx.xx.2023-cü il saat 18:55-də ***-***-**-** GSM nömrəsindən ***-***-**-** GSM nömrəsinə 400 manat, xx.xx.2023-cü il saat 00:02-də ***-***-**-** GSM nömrəsindən ***- ***-**-** GSM nömrəsinə 400 manat, xx.xx.2023-cü il saat 00:19-da ***-***-**-** GSM nömrəsindən ***-***-**-** GSM nömrəsinə 250 manat mədaxil edilmişdir (cild 2, iş vərəqi 211). Cinayət işinin materiallarında olan "xxxx" ASC-dən istintaqa təqdim edilmiş bir ədəd diskə 4 iyul 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid3 məxsus kart hesabından xx.xx.2023-cü il saat 19:44-də 370 manat M10 hesabına, Zərərçəkmiş şəxs6 məxsus kart hesabından xx.xx.2023-cü il saat 23:17-də 70 manat, xx.xx.2023-cü il saat 00:51-də 318 manat M10 hesabına məxaric edilmişdir. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC-yə məxsus hesabdan xx.xx.2023-cü il saat 21:18-də 2000 manat, xx.xx.2023-cü il saat 05:02-də 500 manat, xx.xx.2023-cü il saat 11:55-də 1450 manat Təqsirləndirilən şəxs məxsus kart hesabına mədaxil edilmişdir (cild 2, iş vərəqi 254). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 204). Cinayət işinin materiallarında olan “tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 116-117). Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 noyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 197-200). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənildiyindən şikayəti yoxdur (cild 4). Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs X5 təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı iddia və tələbi yoxdur (cild 4). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur (cild 4). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur, onunla barışmışdır (cild 4). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs5 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur, onunla barışmışdır (cild 4). Cinayət işinin materiallarında olan teleqram və poçt qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs6 Müşfiq qızına 318 manat geri qaytarılmışdır (cild 4). Cinayət işinin materiallarında olan teleqram və poçt qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs8 400 manat geri qaytarılmışdır (cild 4). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs9 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncu tərəfindən ona dəymiş ziyan ödənildiyindən şikayət və tələbi yoxdur (cild 4). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs7 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti yoxdur (cild 4). Cinayət işinin materiallarına əlavə edilmiş qəzbdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X2 hesabına 1.000 (min) manat pul vəsaiti ödənilmişdir (cild 4). Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-in 40.3 və 43.1.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs müxtəlif xəstəliklərdən əziyyət çəkir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, qanunun qeyd edilən müddəasına əsasən Təqsirləndirilən şəxs müxtəlif xəstəlliklərdən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən başqa hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin 25 noyabr 2023-cü il tarixdən hesablansın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Eldar İsmayılov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-530/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-530/2025
23.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver