Məhkəmə qərarları › İş №1(101)-531/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-531/2020

01.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-531/2020 01.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BakıAğır Cinayətlər Məhkəməsi: sədrlik edən hakim: Xankişiyev Mirzə Aslan oğlu, hakimlər: Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, Müdafiəçi1 və zərərçəkmiş şəxslər X7 və Zərərçəkmiş şəxs2 iştiraklarıilə xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda AR Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4 və 126.1cimaddələriilətəqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 08 radələrində yaşadığı ünvan 1 ünvanında olarkən, 1933-cü il təvəllüdlü atası Şahid2 Abdulrəhim oğlunun ona, guya anası Şahid1 və bacısı Aygün Bədəlova tərəfindən incidilməsi, qayğı göstərilməməsi barədə dediyi sözlərə inandığından ailədaxili münasibətlərin pozulması zəminində anası Şahid1, bacısı Aygün Bədəlova ilə mübahisə etmiş, yaranmış mübahisəyə qardaşı Zərərçəkmiş şəxs2 qoşularaq oııa öz iradlarını bildirib, həyətdən çıxaraq təklikdə söhbət etməyi təklif edib dalınca gəlməsini deyib özü də qapıya tərəf getdikdə, Təqsirləndirilən şəxs da onunla getmiş və birlikdə küçəyə çıxdıqdan sonra Zərərçəkmiş şəxs2 ona acıqlanaraq bacısıgil ilə mübahisə etdiyini irad tutub, artıq hərəkətləri ilə onları bezdirdiyini deyərək yaşadıqları Fuad Aynulov küçəsi ilə piyada aşağı tərəfə getməyə başladıqda, o, özünə məxsus idarə etdiyi Kia-Sorento markalı, 10- 11 E830 dövlət qeşdiyyal nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs2 dalınca getmiş, həmin küçədə 88 metr aralı məsafədə, yolun sol tərəfində yerləşən və üzərində "12“ rəqəmi yazılmış yaşayış olmayan həyət qapısının yanına çatdıqda, şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə ilə əlaqədar qisas almaq məqsədi ilə orada piyada halda gedən qardaşı Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin qabaq sol yan tərəfi ilə qəsdən vurub divara sıxaraq sonuncuya sağ qasıq sümüyünün ikili, sağ oturaq sümüyünün və oma sümüyünün qapalı sınıqlara sidik kanalının (uretranın) zədələnməsi kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, bundan sonra. Təqsirləndirilən şəxs, idarə etdiyi avtomobillə geri, yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətinə qayıtmış, bu zaman həyətdə olan bacısı X7 onun və atası Şahid2 ünvanına nalayiq söyüşlər söydükdə o, Aygün Bədəlovanın anasını müdafiə edərək onu və atasını təhqir etməsindən hiddətlənərək qisas almaq məqsədi ilə sonuncunu qəsdən öldürmək məqsədi ilə yaxınlıqda pilləkənin üstündə olan, zavod üsulu ilə hazırlanmış təsərüfat təyinatlı, soyuq silah hesab edilməyən vintaçanı və çəkicin işçi metal hissəsini götürüb həmin vaxt qaçaraq evə girən və giriş qapısını bağlamaqla içəri girməsinə mane olmağa çalışan bacısı Aygün Bədəlovanın dalınca gedib qapını itələyib açaraq içəri girərək əlindəki viniaçanla, Aygün Bədəlovanın bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 11 dəfə, daha sonra isə çəkicin işlək hissəsi ilə baş nahiyəsinə 5 dəfə vuraraq Aygün Bədəlovuya sağ gözaltı nahiyənin hematoması kimi sağlamlığa zərər vurmadıqlarına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri, sol bazunun 1 ədəd, sağ və sol saidin 3 ədəd deşilmiş yaraları, ənsə nahiyəsinin 3 ədəd, sağ qulaq seyvanının 1 ədəd əzilmiş saralan kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa yuncul dərəcəli zərərvurmaya aid, iki tərəfi pnevmohenatoraksla müşayiət olunan döş qəfəsinin arxa səthinin daxilə (döş boşluğuna) nüfuz edən 7 ədəd deşilmiş yaraları kimi həyal üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirib otaqdan çıxmış, Aygün Bədəlova ailə üzvləri tərəfindən vaxtında Bakı şəhəri, Sabunçu rayonu 3 saylı X1 çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə sonuncunu qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək Aygün Bədəlovanı qəsdən öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, sürücüdür, həmin günü rayondan gəlmiş, çox yorğun olduğundan yatmaq istəmişdir. Müstəntiq də bundan istifadə edib ona hər şeyə imza etdirmişdir. Onun qardaşı ilə aralarında ümumiyyətlə heç bir münaqişə olmamışdır. Hadisə günü evə gələndə görmüşdür ki, atasına yaxşı baxa bilmirlər, anasıda xəstə, o da 2 ci qrup əlildir, bacısını gətirmək istəmişdir ki, atasına baxsın. Əsəbi halda maşınla həyətdən çıxanda qardaşını görmüşdür ki, qardaşı Elxanı vura bilər, maşını divara vurmuş, maşın bu günə kimi də oradadır əzilmiş vəziyyətdə. O, bacısını deyil özünü vurmaq istəişdir, həmin vaxt vintaçan bacısına dəymiş, o bacısını vurmaq istəməmiş, təsadüf nəticəsində bacısı xəsarət almışdır. O, bacısını öldürmək istəməmişdir. Bütün bunlar hamısı istintaqın şər və böhtanlarıdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Aygün Bədəlovanın ifadəsi, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7ifadəsində göstərmişdir ki,xx xxxxxxx 2019-cu il tarixdə, səhər saat 08 radələrində anası Sədaqət və atası Şura həyətdə olarkən qardaşı İlham həyətə gəlmiş, bunu görən atası yaxınlaşaraq İlhama nəsə demiş, atası həmişə olduğu kimi, yenə də onlardan İlhama şikayət etmişdir. İlham anasının üzərinə gəlib niyə atasına baxmamasını deyib üzərnə hücum etmişdir. O bununla əlaqədar İlhamla mübahisə etməyə başlamış, həmin vaxt evdə olan bacısı Leyla, daha sonra isə evdə yatan qardaşı Elxan da səsə oyanıb yanlarına gəlmiş, Elxan İlhama acıqlanaraq nə istədiyini soruşub çölə çıxmışdır. Təxminən 4-5 dəqiqə sonra İlham hirslə həyətdən evə gələn zaman onu sakitləşdirməyə çalışanda İlhamın əlində vintaçanla onun bədəninin müxtəlif nahiyələrinə vurub otaqdan çıxmışdır. Aldığı xəsarətlərə görə halsızlaşsa da, çətinliklə ayağa qalxıb digər otağa keçərək orada oturmuşdur. Bir qədər sonra qonşu Rəhimə otağa gəlmiş və köməklik edərək onu çölə çıxarmışdır. Rəhimə köməklik edərək onu yaxınlıqda yaşayan qardaşı Vüqarın evinə aparmış, vəziyyəti getgedə ağırlaşdığından az vaxt sonra təcili yardım həkimləri gəlib onu xəstəxanaya aparmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2ifadəsində göstərmişdir ki, müstəntiq onun ifadəsinə yalan və böhtan yazmış, onu qardaşı vurmamışdır. O, hadisə günü küçəyə çıxmış xalasıgilin evinin yanında küçədə bir Prado maşını olmuş, onu vurub getmişdir. Bu hadisəni orada 3 nəfər şəxsdə görmüşdür. Bundan başqa o, heç nə bilmir. Qardaşı onu maşınla vurmamış, bütün bunlar müstəntiqin uydurmasıdır. Onun aldığı xəsarətə görə qardaşına yalan bir ittiham vermişlər. O, heç vaxt qardaşının onu maşınla vurması barədə izahat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, İlham onun qardaşıdır, ayrı yaşayır. Hadisə günü saat 9 da evdə mübahisə düşdüyünə görə ona zəng gəlmiş. Evə gələndə qardaşı demişdir ki, maşın gəlib üzərinə, qaz turbasının üzərinə tullanmış və yıxılmışdır. Xəsarət aldığını görüb onu həkimə aparmışlar. Orada müəyyən olunmuşdur ki, ombasında çat var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisə günü o, evdə olmuş, ona zəng gəlmiş, telefonda demişlər ki, evdə hadisə baş verib. O, evə gəlmiş və görmüşdür ki, Atası İlhama demişdir ki, ona yaxşı baxmırlar, İlham da atasının sözlərindən əsəbləşib digər ailə üzvləri ilə mübahisə etmişdir. Mübahisə zamanı Aygün araya girmiş və onları aralaşdırarkən həmin vaxt Aygün xəsarət almışdır. Lakin, qardaşı Elxana İlham xəsarət yetirməmiş, Elxanın sözünə görə küçədə gedəndə bir maşın sürətlə gəlib özünü qaz turbasının üstünə atmış, orada turbaya dəyib yerə yıxılmış və xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Niftulla qızı Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Mən Təqsirləndirilən şəxs qonuşusuyam, hadisə günü səhər o, işə gedərkən səs gəldiyini eşitmiş və İlhamgilə yaxınlaşdıqda Aygünün xəsarət aldığını görmüşdür. O, işə tələsdiyinə görə, təcili tibbi yardıma zəng edib Aygünü təcili tibbi yardıma təhvil vermiş və sonra işə getmişdir. Sonra hadisədən onun heç bir məlumatı olmamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Abulrəhim oğlu ifadəsində göstərmişdir ki, Şahid1 arvadı, Təqsirləndirilən şəxs isə oğludur. xx.xx.2019-cu il tarixdə səhər saatlarında həyətdə olarkən, oğlu İlhamla bacısı Aygün, anası Sədaqət arasında nəyə görəsə mübahisə yaranmış, mübahisə səsinə içəri otaqda yatan oğlu Elxan da gəlmiş, özü isə onların nəyə görə mübahisə etdiklərini, nə danışdıqlarını bilməmiş, pilləkəndəki divanda uzanıb yatmışdır. Bir müddət sonra, İlhamın bacısı Aygünü və Elxanı vurduğunu eşitmiş, lakin, İlhamın onları necə, harada vurduğunu və hansı səbəbə görə vurduğunu bilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cıı il tarixli, 1243 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlər - sağ qasıq sümüyünün ikili, sağ oturaq sümüyünün və oma sümüyünün qapalı sınıqları, sidik kanalının (uretranm) zədələnməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri 3 saylı X2 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 11. 10.2019-cu il tarixə və şəraitə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa ACİR dərəcəli zərərv urmaya aiddirlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 12.11.20 19-cu il larixli, 1242 nömrəli rəyindən göriınür ki, X3 bədənində aşkar edilmiş xəsarətlər iki tərətli pnevmohemaloraksla müşayiət olunan döş qəfəsinin arxa səthinin daxilə (döş boşluğuna) nüfuz edən 7 ədəd, sol bazunun 1 ədəd, sağ və sol saidin 3 ədəd deşilmiş yaralan deşici təsirə malik alət (ola bilsin vintaçan): ənsə nahiyəsinin 3 ədəd, sağ qulaq seyvanının 1 ədəd əzilmiş yaraları, sağ gözaltı nahiyənin hematoması küt əşya (əşyalar) təsirindən törənmiş, torənmə müddətləri onun 3 saylı X2 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 10.10.201 9-cu il tarixə və şəraitə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən iki tərəfli pnevmohematoraksla müşayiət olunan döş qəfəsinin arxa səthinin daxilə (döş boşluğuna) nüfuz edən 7 ədəd deşilmiş yaraları həyat üçün təhlükəli olan sağlamlığa ACİR dərəcəli zərərvıırmaya, sol bazunun 1 ədəd, sağ və sol saidin 3 ədəd deşilmiş yaraları, ənsə nahiyəsinin 3 ədəd, sağ qulaq seyvanının 1 ədəd əzilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə istər birlikdə, istərsədə ayrı- ayrılıqda sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Sağ gözaltı nahiyənin yaralanması isə sağlamlığa zərərvıırmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. A.Şahid2nın bədəni üzərində olan xəsarətlər ekspertizaya təqdim edilmiş vinaçanla və çəkicin dəmir hissəsi ilə yetirilməsi mümkündür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi-kriminalistik və məhkəməkriminalistik ekspertizasının xx.xx.2019-cu il tarixli, 564-MTKŞ\2019 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş X4 məxsus donun arxa hissəsinin yuxarı-orta nahiyəsində on iki ədəd deşilmiş zədələr aşkar edildi. Bu zədələr hər-hansı bir iti ucu olan deşici tipli alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin bir alətlə, həmçinin ekspertizaya təqdim edilmiş vintaçanla yetirilməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş X4 məxsus donun üzərində aşkar edilmiş deşilmiş zədələrin ölçülərinə əsaslanaraq demək olar ki, onları yetirən alətin (alətlərin) daxil olma səviyyəsində eni 0.6- 0.9 sm. olmuşdur. X3 bədənində olan xəsarətlərin yara kanalının uzunluğu haqqında məlumat olmadığından onları yetirən alətin (alətlərin) uzunluğu haqqında fikir söyləmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş X4 məxsus donun sağ yan tikişinin üzərində bir ədəd məhdud sökülmə aşkar olundu. Bu sökülmə küt yaranma mexanizmə malikdir, donun müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus şalvarın üzərində hər-hansi bir əhəmiyyət kəsb edən zədə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş X4 məxsus donun arxa hissəsinin yuxarı-orta nahiyəsində aşkar edilmiş on bir ədəd deşilmiş zədə onun bədəninin döş qəfəsinin arxa səthinin arxa səthində 7ədəd, sol bazuda 1ədəd., sağ və sol saiddə olan 3 ədəd deşilmiş yaralar ilə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs2 oglunun bədənində aşkar edilmiş xəsarətlər-sağ qasıq sümüyünün ikili, sağ oturaq sümüyünü və oma sümüyünün qapalı sınıqları ona məxsus olan şalvarda öz əksini tapmamışdır. Bu da sınıqların qapalı olaması ilə izah oluna bilər. Xəsarət alan zaman X7, Zərərçəkmiş şəxs2 və onlara qəsd edən müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin ön hissəsinin sol-yuxarı nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyəsinin hər-hansı bir əşyaya ilişibdartılması nəticəsində yaranmışdır. Ekspertiya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar edilmədi. Ekspertizaya təqdim olunmuş predmet zavod üsulu ilə hazırlanmış təsərrüfat- məişət təyinatlı vintaçandır və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim olunmuş çəkicin işçi metal hissəsi zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı vintaçandır və soyuq silah hesab edilmir. Vintaçanın və çəkicin işçi metal hissəsinin üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-trasoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 27572\27699 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd predmet kustar üsulla hazırlanmış, təsərrüfat - məişət təyinatlı alətdir (vintaçandır). soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bir ədəd predmet kustar üsulla hazırlanmış, təsərrüfat- məişət təyinatlı çəkicin işlək hissəsidir, soyuq silalı hesab edilmir. Təqdim edilmiş predmetlərin üzərində təyinatını dəyişdirən əlavə düzəlişlər aparılmamışdır. Tədqiqata təqdim edilmiş Kia-Sorento markalı, 10-14 1-850 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq bamperində. qabaq sol qanadda, su səpəndə) olan zədələr, izlər öz formasına, marfoloji quruluşuna, xarakterinə və s. əlamətlərinə görə hər hansı bərk əşyanın, predmetin, o cümlədən insanın vurulması nəticəsində yaranmağa xarakterikdir. Tədqiqata təqdim edilmiş paltarlardan A.Şahid2ya məxsus koftanın üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri və ölçüsü verilmişdir. Həmin zədələrdən koftanın üzərində olan "a.b" zədələri ucu deşici xassəyə malik olan bir predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə təqdim edilmiş vintaçan da aiddir. Koftanın ön hissəsində olan zədələr öndən arxaya, arxa hissəsində olan zədələr isə arxadan önə doğru istiqamətlənməsi ehtimal olıınıır. Təqdim edilmiş A.Şahid2ya məxsus koftanın üzərində olan "c" zədəsi fiziki qüvvənin təsirindən yarana bilən cırılma, sökülmə zədəsidir. A.Şahid2nın bədəni üzərində olan xəsarətlərlə ona məxsus koftanın üzərində olan zədələr uyğunluq təşkil edir və üst-üstə düşürlər. Şahid2 məxsus şalvarın üzərində hər-hansı bir zədə aşkar edilmədiyindən onun bədəni üzərində olan xəsarətlərlə müqayisəli tədqiqat aparılmadı. Təqdim edilmiş Şahid1 məxsus şalvarın üzərində hər-hansı bir mexaniki zədə aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Azarbaycan Respublikası Səhiyyə Naziriliyi 1 nömralı Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2019-cu il tarixli, 7337 saylı məktubdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına gora xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.2006-xx.xx.2006-cı il, xx.xx.2008 - xx.xx.2008-ci il və xx.xx.2012 - xx.xx.2012-ci il tarixlərdə Azarbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmuş, sonuncu dəfə xx.xx.2013-cü il tarixdə hamin xəstəxanaya qəbul olunub. xx.xx.2013 - cü il tarixdə həkim Məsləhət Komissiyasına təqdim olunmaqla həmin tarixdə xəstəxanadan evə yazılmışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədən zamandan sonrakı dövrlərdə atılaqlı olub-olmamasını, eləcə də onun psixi vəziyyəti ilə bağlı digər xüsusdan aydınlaşdırmaq məqsədilə iş üzrə xx.xx.2019-cu il tarixdə kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizası təyin olunmuş. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə psixiatrik ekspertiza mərkəzindən daxil olmuş xx.xx.2019-cu il tarixli, 2305 nömrəli rəydən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixi statusu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya xəstəxanasnın arxivindən əldə edilmiş məlumata görə o, "şizofrniyo paranoid forma" diaqnozu ilə göstərilən xəstəxananın X6 Stasionarında xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi məcburi müalicədə olmaqla sonralar həmçinin həmin xəstəxanada stasionar müalicədə olmasını nəzərə alaraq, həmçinin fərdi-psixi xüsusiyyətlərini, psixi-emosional vəziyyətini, fizioloji affekl halında olub-olmamasını və digər halları müəyyənləşdirmək, ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq üçün daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman və sonrakı dövrlərdə onun anlaqlı olub-olmamasını, eləcə də psixi vəziyyəti ilə bağlı digər xüsusatları aydınlaşdırmaq məqsədilə iş üzrə xx xxxxxx 2019-cu il tarixdə kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizası təyin edilmiş və 17.01,2020-ci il tarixli, 06 saylı rəyindən müəyyən edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs "şəxsiyyətin emosional davamlı pozuntusu" formasında psixi patologiya (xəstəliklərin beynəlxalq təsnifatının l0-cu baxışında kodu F 60.3) müəyyən edilir. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri (impulsiv və asosial hərəkətlərə meyilliyi, əsəbiliyi, əhval-ruhiyyəsinin dəyişkəniliyi, emosional kontrolun çatışmamzlığı və s.) sübut edir. 13 yaşında dəmir boru ilə başından vurulması nəticəsində kəllə-beyin travması alması, evi yandırıb özünü öldürmək istəməsi, psixiatr tərəfindən müalicə olunması, danışarkən əhval-ruhiyəsinin enməsi, emosional dayanıqsızlığı, qıcığa qarşı həssas olması, əsəbliliyi, aparılmış eksperimental- psixoloji müayinə zamanı impulsivlik, konfliktə meyillik, qıcığa qarşı tez reaksiya vermək, neqativ amillərə qarşı dözümsüzlük, hövsələsizlik kimi fərdipsixi xüsusiyyətlərin müəyyən edilməsi, eksperimental-psixoloji müayinə zamanı instruksiyanı gec mənimsəməsi, kifayət qədər produktiv yerinə yetirməməsi, proqnozlaşdırma qabiliyyəti nisbətən zəif çıxış etməsi, diqqətinin dayanıqsız olması, abstrakt anlayışların dərk edilməsi nisbətən zəif çıxış etməsi və s. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətdiyi zaman, yəni, qardaşı Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomaşınla, bacısı Aygün Bədəlovanı isə vintaçanla və çəkicin dəmir hissəsi ilə vurarkən və ona qədər hər hansı xroniki psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs müəyyən edilmiş psixi patologiya cinayət əməlini törədən zaman natamam kompensasiya vəziyyətində olduğundan həmin dövrdə onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə Təqsirləndirilən şəxs əməli AR CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür və o, törətdiyi əməl barəsində anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri AR CM-nin 21.1 -ci maddəsinin təsiri altına düşmür. Hal-hazırda yoxlanılan şəxs Təqsirləndirilən şəxs şəxsiyyətin emosional davamsız pozuntusu kompensasiya vəziyyətindədir. Təqsirləndirilən şəxs hal hazırda öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən və ifadəsi yerində yoxlanılarkən sərbəst ifadə vermək iqtidarındadır, Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs impulsivlik, konfliktə meyllilik, qıcığa qarşı tez reaksiya vermək, neqativ amillərə qarşı dözümsüzlük, hövsələsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməllərini törədərkən, psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik, impulsivlik yaranmış, həmin halın yaranması onda müəyyən edilən şəxsiyyət pozuntusu ilə şərtləşmişdir, Emosional halından aslı olaraq təqsiriəndinlən şəxs Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən öz hərəkətlərini idarə etməsinə və tənzimləməsinə nəzarəti zəifləmişdir. Təqsirləndirilən şəxs intelektual imkanları normaya uyğundur, əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən edilmədi, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekl halında) olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 ifadələrinə hüquqi qiymət verərək belə hesab edir ki, həm zərərçəkmiş həm də təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduqları ifadələrindən fərqli ifadələr verməklə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən avtomaşınla vurmasını inkar etməkdə yalnız Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər. Məhkəmə bu hissədə onların ifadələrinə tənqidiy yanaşır və inandırıcı hesab etmir. Məhkəmə istintaqı zamanı kifayt qədər toplanmış sübutlarla ibtidai istintaqın gəldiyi nəticələr Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsinə münasibətdə öz təsdiqini tapmamışdır. Belə ki, istintaq orqanı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomaşınla ağır bədən xəsarəti yetirdikdən sonra həyətə qayıdan zaman, həyətdə olan bacısı X7 onun və atası Şahid2 ünvanına nalayiq söyüşlər söydükdə o, Aygün Bədəlovanın anasını müdafiə edərək onu və atasını təhqir etməsindən hiddətlənərək qisas almaq məqsədi ilə sonuncunu qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün yaxınlıqda pilləkənin üstündə olan, zavod üsulu ilə hazırlanmış təsərüfat təyinatlı, soyuq silah hesab edilməyən vintaçanı və çəkicin işçi metal hissəsini götürüb həmin vaxt qaçaraq evə girən və giriş qapısını bağlamaqla içəri girməsinə mane olmağa çalışan bacısı Aygün Bədəlovanın dalınca gedib itələşib qapını açaraq içəri girmiş və bacısına xüsusi ağrılar, çoxlu miqdarda xəsarətlər yetirdiyini dərk edərək, habelə, bacısının yalvarışlarına məhəl qoymayaraq müstəsna qəddarlıq nümayiş etdirərək xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə əlindəki viniaçanla, Aygün Bədəlovanın bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 11 dəfə zərbələr endirməklə sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər yetirib, Aygün Bədəlovanın öldüyünü güman edərək otaqdan çıxmış, bununla belə, Aygün Bədəlova ailə üzvlərinin yardımı ilə vaxtında Bakı şəhəri, Sabunçu rayonu 3 saylı X1 çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə sonuncunu xüsusi amansızlıqla qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs ittiham verərkən onun bacısına xüsusi ağrılar, çoxlu miqdarda xəsarətlər yetirdiyini dərk edərək, habelə, bacısının yalvarışlarına məhəl qoymayaraq müstəsna qəddarlıq nümayiş etdirərək xüsusi amansızlıqla cinayət törətməsini göstərmişdir. Lakin, kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 17.01,2020-ci il tarixli, 06 saylı rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətdiyi zaman, yəni, qardaşı Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomaşınla, bacısı Aygün Bədəlovanı isə vintaçanla və çəkicin dəmir hissəsi ilə vurarkən natamam kompensasiya vəziyyətində olduğundan həmin dövrdə onu öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarından məhrum etmişdir. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticə stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının gəldiyi nəticə ilə tərs mütənasiblik daşıyır. Bu isə o deməkdir ki, Təqsirləndirilən şəxs cinayət törədərkən bacısına xüsusi ağrılar, çoxlu miqdarda xəsarətlər yetirdiyini düşünməmiş,bu barədə arzu etməmiş, əvvəlcədən bacısına hər hansı bir ağrı yetirmək niyyəti belə olmamışdır. Ekspentin təsdiq etdiyi kimi, hətta, xəsarətlər yetirdiyini belə dərk etməmişdir. O, yalnız bacısının onu və atasını söydüyünə görə güclü əsəb nəticəsində yaranmış psixoloji təzyiq altında bacısını cəzalandırmaq və susdurmaq istəmişdir. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Lakin, istintaq orqanı nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs bacısı Aygün Bədəlovaya xəsarətlər yetirərkən hadisə yerində ailə üzvlərindən və ya kənar şəxslərdən heç kim olmamışdır. Bundan əlavə həm ibtidai istintaq, həm də, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, X10 Bədəlovu və atasını təhqir edərək anasını müdafiə etmişdir. Bu da yuxarıda göstərilmiş İlham Bəldəlovun psixi xəstəliyi ilə bağlı onda qıcıq və aqresiya yaratması mümkündür. Həmçinin istintaq orqanı nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs bacısı Aygün Bədəlovanı vintaçanla vurub çoxsaylı xəsarətlər yetirərkən bütün xəsarətləri arxa kürək nahiyəsindən cəld və ardıcıl vuraraq, ona çox qısa zaman fasiləsində yetirərək otaqdan çıxmışdır. Zərərçəkmiş şəxs Aygün Bədəlova məhkəmədə verdiyi ifadəsində də göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs otaqdan çıxdıqdan sonra o, bədənində ağrı hiss etmişdir. Odur ki, yetirilmiş xəsarətlərin sayının çox olması xüsusi amansızlıq kimi qiymətləndirilə bilməz. Yuxarıda göstərilən müqayisəli sübutlar bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs cinayət törədərkən bilərəkdən xüsusi amansızlıq və ya qəddarlıq nümayiş etdirməsi mümkün deyildir. Onagörədəməhkəməhesabedirki, Təqsirləndirilən şəxsbacısı X4 xəsarət yetirməsi faktı xüsusi amansızlıq kimi qiymətləndirilə bilməz. Onunəməliyalnızbaş vermiş hadisəyə görə AzərbaycanRespublikasıCinayət Məcəlləsinin 29,120.1cimaddəsinintəsirialtınadüşür. Azərbaycan RespublikasıCPM-nin 351.2 və 351.3.4-cü maddəsinəəsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəməittiham hökmüçıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinəəsasən, cinayət təqibiüzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsiüçün mötəbər və yekun nəticəyə gəlməyəimkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinəəsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşıirəli sürülmüş və ya məhkəməyə verilmişittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşıirəli sürülmüşittihamdan ayrı-ayrı bəndləriçıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1997-ciil tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilirki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrəəsaslana bilməz. İttiham hökmüişüzrə baş vermiş bütün xüsusatlar tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görəittihamın sübut olunması barədə aradan qaldırılmasımümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinəəsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrəəsaslana bilməz vəişə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. BuhaldaTəqsirləndirilən şəxsAzərbaycanRespublikasıCinayət Məcəlləsinin 29,120.2.4-cümaddəsiiləelanolunmuşittiham, həminmaddədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-cimaddəsinətövsifedilməlidir. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 126.1-cimaddəsiilətövsif edilməli və o, həmin maddələrilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halar müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, cinayətin X8 Bədəlovu və atasını nalayiq söyüşlərlə təhqir etməsi nəticəsində baş verməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Azərbaycan Respublikasının Cinayət Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, Cinayət Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.8-ci maddəsinə əsasən cinayətin baş verməsinə səbəb zərərçəkmiş şəxs X8 Bədəlova və atasına qarşı nalayiq ifadələr işlətməsi, yəni zərərçəkmişin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş hallarda mövcuddur, belə ki, Təqsirləndirilən şəxs zərərçəkmişlərlə barışıq əldə etməsi onların Təqsirləndirilən şəxs qarşı şikayətlərinin və tələblərinin olmaması nəticəsində cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırılması kimi nəzərə alınır. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzaın ağırlaşdıran hallar müəyyən edilmədi. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CinayətMəcəlləsinin 60.1, 63.3-cü maddələrinə əsasən təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəməhesabedirki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan RespublikasıCinayətMəcəlləsinin 56.1.3-cümaddəsinəəsasəntəyinedilmiş cəzaciddirejimli cəzaçəkməmüəssisəsindəçəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur, odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu, yəni xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Xəzər rayon prokurorluğunda saxlanılan bir ədəd vintaçan, bir ədəd çəkicin işçi metal hissəsi, döşəmədəki xalçanın üzərində yerdən aşkar olunmuş qanabənzər ləkələrdən, eləcə də, Təqsirləndirilən şəxs məxsus Kia-Sorento markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadı üzərində aşkar olunmuş qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş nümunələr, baxış zamanı Fuad Aynulov küçəsində işıq dirəyinin dibində yerdə otlar arasında aşkar olunaraq götürülmüş Kia- Sorento markalı, **-FH-*** dövlət qeydıyyat nişanlı avtomobilə məxsus qabaq buferinin sol ön hissəsində faralara su vurulması üçün nəzərdə tutulan hissə, evdəki divanın üzərindən götürülmüş 02 ədəd üzlüklər, hadisə zamanı Aygün Bədəlovanın əynində olmuş 01 (bir) ədəd qolsuz mayka, hadisə baş verən zaman Zərərçəkmiş şəxs2 əynində olmuş şalvar, Təqsirləndirilən şəxs hadisə baş verən zaman əynində olmuş köynək və şalvar məhv edilməlidir. İş üzrə maddi sübut olan və Xəzər RPİ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus Kia-Sorento markalı, 10 FH-850 dövlət qeydiyyat nişanlı avtomobil anası Şahid1 Niftulla qızına qaytarılmalıdır. İş üzrə məhkəmə xərcləri 260 manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəməistintaqızamanı “İnsanhüquqlarınıvəəsasazadlıqlarınınmüdafiəsihaqqında” Konvensiyanın 6-cımaddəsinin 3-cühissəsinincbəndinə, AzərbaycanRespublikasıCPM-nin 19-cumaddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cümaddələrinintələblərinəzərəalınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ciil tarixli, 31 nömrəli qərarına 3.05.2018-ciil tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 180 (yüz səksən) manat pulödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin29,120.1 və 126.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və onaAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin29,120.1-cimaddəsi ilə 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinəazadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin126.1-cimaddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyinedilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Xəzər rayon prokurorluğunda saxlanılan bir ədəd vintaçan, bir ədəd çəkicin işçi metal hissəsi, qanabənzər ləkələrdən pambığa hopdurulmaqla götürülmüş nümunələr, Kia- Sorento markalı, **-FH-*** dövlət qeydıyyat nişanlı avtomobilə məxsus qabaq buferinin sol ön hissəsində faralara su vurulması üçün nəzərdə tutulan hissə, 02 ədəd üzlüklər, 01 (bir) ədəd qolsuz mayka, iki ədəd şalvar, bir ədəd köynək məhv edilsin. İş üzrə maddi sübut olan və Xəzər RPİ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus Kia-Sorento markalı, 10 FH-850 dövlət qeydiyyat nişanlı avtomobil anası Şahid1 Niftulla qızına qaytarılsın. İş üzrə məhkəmə xərcləri 260 manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Müdafiəçi1, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 12 saylı vəkil bürosunun hesabına 180 (yüz səksən) manat pulödənilsin. Hökmdən, elan olunduğu andan Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar