Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-531/2021 04.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X6 Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X5, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakı ilə 23 avqust 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi qaydada taksi sürücüsü işləmiş, Bakı şəhəri, Nərimanov rayonu, Daş karxanası, ev 139A-da qeydiyyatda olmaqla yaşamış, 03 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 16 may 2019-cu il tarixdə Zərərçəkmiş şəxs sonuncunun atası Şahid1 məxsus «X11» markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili sonda ona qalması və mülkiyyətinə keçməsi şərti ilə ayda 1.000 manat ödəyərək etibarnamə əsasında şifahi razılıq üzrə 15 ay müddətinə icarəyə götürərək avtomobillə faktiki sahiblik etmiş, 2020-ci ilin mart ayının sonu aprel ayının əvvəlində razılığın şərtlərini icra edə bilmədiyindən avtomobili Zərərçəkmiş şəxs qaytardıqdan təxminən 25 gün sonra sonuncudan avtomobili gündəlik 15 manat ödəməklə bir ay müddətində icarəyə götürüb istifadə etdikdən sonra avtomobili geri qaytaran zaman yol hərəkəti qaydalarını pozduğuna görə yazılmış 340 manat cərimələri, eləcə də avtomobillə aid nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini geri qaytarması barədə Zərərçəkmiş şəxs qanuni tələblərini icra etməkdən yayınması ilə əlaqədar, 3 avqust 2020-ci il tarixdə gün ərzində müxtəlif saatlarda Zərərçəkmiş şəxsla danışdıqdan sonra sonuncunun onu «Whatsapp» sosial şəbəkəsindən söyüşlə təhqir etməsini cüzi səbəb kimi bəhanə edərək Zərərçəkmiş şəxs öldürmək qərarına gəlib, bu cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə 3 avqust 2020-ci il tarixdə saat 17:30-da sonuncuya ünvan 1 ünvanında yerləşən «Bazarstore» supermarketinin arxa hissəsində yerləşən boş meydançada görüş təyin etdikdən sonra yaşadığı ünvan 2 ünvanından bir ədəd məişət təyinatlı qatlanan cib bıçağını götürüb görüş təyin etdiyi ünvana gedərək Zərərçəkmiş şəxs gözləməyə başlamış, saat 18:15-də sonuncunun gəldiyini görüb öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədi ilə ətrafda toplaşmış çoxsaylı adamlara məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq normalarına saymamazlıq göstərməklə Zərərçəkmiş şəxs ucadan söyüşlə təhqir edərək əlində tutduğu silah qismində istifadə edilən bıçaqla sonuncunun üstünə hücüm edərək xuliqanlıq etmiş, həmin vaxt Zərərçəkmiş şəxs xuliqanlıq niyyətilə qəsdən öldürmək məqsədilə əlində tutduğu silah qismində istifadə etdiyi bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərəbələr vurmaqla dərəcəsi təyin edilməyən sol gözaltı və sağ dirsək nahiyələrinin sıyrıqları, sağlamlığa yüngül zərər vurmaya aid başın sol ənsə, sağ gözaltı, sol körpücüküstü nahiyələrinin, sol qoltuqaltı bükşün, sol bazunun, döş qəfəsinin sağ və sol bayır səthlərinin, sol kürək nahiyəsinin, qarının sol yarısının ön səthinin, cəmi 9 (doqquz) ədəd deşilmiş-kəsilmiş yaraları, ölümünə səbəb olan, sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sol yarısının ön səthinin V qabırğanı kəsərək plevra boşluğuna nüfuz edən ürəyin sol mədəciyini zədələyən kəskin qanitirmə və hemopnevmotoraksla müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası olan bədən xəsarətləri yetirərək silah qismində istifadə edilən əşyadan istifadə edərək xuliqanlıq hərəkətləri etmiş, həmçinin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uşaqlıqdan tanımışdır. 2019-cu ilin aprel ayında Rəşadla məhəllədə söhbət edərkən sonuncu taksi fəaliyyəti ilə məşğul olmaq istədiyini bildirmişdir. Rəşada əlindən gələn köməkliyi etmiş, sonuncunu taksi şirkətlərində qeydiyyatdan keçirtmiş və iş qaydasını izah etmişdir. Bundan sonra Rəşad özünə «Renault Megane» markalı avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Həmin vaxt o da, «Opel Vectra» markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Beləliklə onların yaxın münasibətləri yaranmışdır. Bir müddət sonra onun avtomobilinin mühərrik hissəsində problem yaranmış və o, işləyə bilməmişdir. 19 may 2019-cu il tarixdə Rəşad 11.500 manata «Renault Megane» markalı, başqa bir **-RT-*** dövlət qeydiyyat nişanlı avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olması üçün ona vermişdir. Aralarında olan razılaşmaya əsasən hər ay Rəşada 1.000 manat pul ödəməli və 15 aydan sonra avtomobil onun adına keçirilməli olmuşdur. Bir müddət hər ay vaxtında ödənişləri etmişdir. Rəşadgil daha bir neçə avtomobil alıb aylıq icarəyə vermişdir. 2019-cu ilin iyul ayında o, qəzaya düşmüş və Rəşadın verdiyi avtomobilə zərər dəymişdir. Avtomobilin təmiri üçün Rəşadın atasından cəmi 100 manat almış, qalan pulu isə sığortadan almış və öz şəxsi hesabından ödəmişdir. Bundan sonra da, eyni qayda ilə Rəşada hər ay 1.000 manat ödəniş etmişdir. 2019-cu ilin dekabr-2020-ci ilin yanvar aylarında yaxşı işləyə bilmədiyindən ödəniş edə bilməmişdir. Həmin vaxt Rəşadla atası əvvəlki ödənilmiş pulların icarə haqqı kimi hesablandığını və yenidən 15 aylıq yeni qrafik tərtib etdiklərini bildirmişlər. O, buna razı olmasa da, verdiyi pulların batmaması üçün etiraz etməmişdir. 2020-ci ilin aprel ayınadək bu söhbətlər getmişdir. Həmin vaxtdan etibarən tətbiq olunmuş karantin rejimi ilə əlaqədar işlər zəifləmiş və o, aylıq pulu ödəyə bilməmişdir. Rəşada və atasına hər ay 500 manat ödəniş etməyi təklif etsə də, sonuncular razılaşmamışlar. Odur ki, məcbur olub avtomobili Rəşada geri qaytarmış və ödədiyi pulları geri tələb etməmişdir. 2020-ci ilin may ayında şifahi razılıq əsasında o, gündəlik 15 manat vermək şərti ilə yenidən avtomobili götürüb işlətmişdir. Bir neçə gün işləyib ödəniş etmişdir. Sonradan iş zəiflədiyinə görə icarə pulunu düzəldə bilməmişdir. Odur ki, avtomobili yenidən geri qaytarmışdır. Bundan sonra Rəşad bir neçə dəfə ona avtomobili yenidən götürüb işlətməyi təklif etsə də o, razı olmamışdır. Avtomobili Rəşada qaytararkən aralarında heç bir haqq-hesab və borc olmadığını hesab etmişdir. Onun cərimələri ödəməyə pulu olmamışdır. Avtomobilə görə aylıq 800-1.000 manat pul ödədiyindən Rəşadın cərimələri həmin puldan çıxmalı olduğunu düşünmüşdür. Avtomobilə görə uzun müddət pul ödəmiş, avtomobilin digər şəxslərə verilməməsi üçün nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini yalandan qaytardığını demişdir. Həmin sənəd isə Edqar və Səid adlı şəxslərdə olmuşdur. 30 iyul 2020-ci il tarixdə Rəşad ona zəng edib, avtomobilin 300 manat cəriməsi olduğunu bildirib, ondan pulu ödəməsini tələb etmişdir. Rəşada avtomobilə hər ay 1.000 manat pul ödədiyini deyib, cəriməni ödəməkdən imtina etmişdir. 2 avqust 2020-ci il tarixdə Rəşadla görüşmüşdür. Həmin vaxt məhəllə uşaqları Elçin, Xanalı və Emin də orada olmuşdur. Rəşad onunla avtomobil barədə söhbət etməmiş, bir az deyib-güldükdən sonra sağollaşıb evinə getmişdir. 3 avqust 2020-ci il tarixdə günorta saatlarında Rəşad «Whatsapp» proqramı vasitəsilə ona səsli mesaj göndərib təhqiramiz ifadələr işlədib, hədə-qorxu gəlmişdir. Həmin vaxt yuxuda olmuşdur. Saat 17:28-də Rəşad ona zəng etmiş və o, yuxudan oyanmışdır. Sonuncu harada olduğunu soruşub, görüşə dəvət etmişdir. Yolda gedərkən Rəşadın ona göndərdiyi səsli mesajlara qulaq asmış və sonuncunun təhqirlərindən çox əsəbiləşmişdir. Odur ki, Rəşada səsli mesaj ataraq «Eşşək meydanı» adlanan ünvan 3 ünvanda yerləşən «Bazarstore» supermarketinin arxasına gəlməsini bildirmişdir. Bundan sonra evə qayıdıb mətbəxdən bıçaq götürüb cibinə qoyub, qeyd etdiyi ünvana getmişdir. Bir neçə dəqiqə gözlədikdən sonra Rəşadın sağ əlində taxta parçası ilə gəldiyini görmüşdür. Sonuncu ona yaxınlaşıb: «gəl görüm ə bura»-deyib təhqir etmişdir. O da cibindəki bıçağı çıxarıb: «gəl gör, var-yoxu necə eliyirlər»-deyərək sonuncunun üzərinə getmişdir. Rəşad əlində tutduğu taxtanı onun üzərinə fırlatmışdır. Taxta ona dəyməsə də, ikinci dəfə taxta ilə onun sağ ayağının baldırından vurmuşdur. Taxta ona dəydikdən sonra, sol əli ilə Rəşadın sağ biləyindən tutub, sağ əlində olan bıçaqla Rəşadın bədəninin müxtəlif nahiyələrindən vurmağa başlamışdır. Təxminən 5-6 zərbə vurduqdan sonra yoldan keçən tanımadığı şəxlər yaxınlaşıb onları ayırmışlar. Həmin vaxt Rəşad ayaqüstə dayanmış, o da Rəşadın üzünə: «gördün, var-yoxu necə edirlər»-deyərək çıxıb getmişdir. Sonuncunu vurarkən bıçağın tiyəsi qırılıb yerə düşmüş, dəstəyi isə əlində qalmışdır. Sonradan Ramana qəsəbəsi «Gülçülük» adlanan yerdə bıçağın tiyəsini tullamışdır. Hadisə zamanı əynində olan qara rəngli kofta cırılmış və üzərində qan ləkələri olmuşdur. 3-4 gün əvvəl baxçanın həyətində idman edərkən göy rəngli, üzərində «Spot» yazısı yazılmış koftanı idman alətlərinin üzərindən tapıb besetkaya qoymuş, hadisədən sonra həmin koftanı götürüb geyinmişdir. Əynindən çıxardığı koftanı isə zibilliyə tulamışdır. Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, yalnız söyüş söydüyünə görə onu cəzalandırmaq istəmişdir. Bu səbəbdən də, özünü CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmuşdur. Birgə nikahdan 4 uşaqları vardır. Sonuncu övladı atasının ölümündən sonra dünyaya gəlmişdir. 2019-cu ildə Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 6-cı döndə M.Aslanov küçəsi, ev 149-da yaşamağa başlamışlar. Mərhum əri özünə məxsus «Toyota Prius» avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, boş vaxtlarında isə atasına məxsus və özünün böyüdüyü ünvan 4 ünvanının yaxınlığında dayanmışdır. Rəşad Təqsirləndirilən şəxs təxminən 8-10 il bundan əvvəl tanımışdır. 2019-cu ilin yaz aylarında Rəşad atası ilə söhbət edərkən dolanışığının ağır olmasını deyib, əlavə gəlir əldə etmək üçün avtomobil alıb icarəyə veməyi təklif etmiş və atası Rəşadla razılaşmışdır. Bir müddət sonra Rəşad, qaynatası Aydın və İmaməli birlikdə gedib avtomobilə baxıb bəyənmiş və qaynatası avtomobili 11.500 manata almışdır. Müvafiq sənədləşmə aparıldıqdan sonra 2019-cu ilin may ayında Rəşad həmin avtomobili İmaməliyə vermişdir. Razılaşmaya əsasən İmaməli avtomobili idarə etməklə 15 ay ərzində ayda 1.000 manat olmaqla ödəniş etməli və müddət başa çatandan sonra avtomobil sonuncuda qalmalı olmuşdur. X4 adına etibarnamə vermiş və sonuncu maşını götürüb idarə etməyə başlamışdır. İmaməli ilk ayda tam ödəniş etsə də, sonradan problemlər yaranmış, növbəti aylarda 500, 600, 700 manat pul ödəmişdir. Buna görə aralarında bir neçə dəfə narazılıq olsa da, Rəşadın xahişi ilə maşın İmaməlidə qalmışdır. 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlində İmaməli ödənişi vaxtında verə bilmədiyindən qayınatası Aydın və əri Rəşad İmaməli ilə danışaraq, yeni şərtlər əsasında razılaşmışdır. Belə ki, İmaməli onlara yenidən ayda 1.000 manat olmaqla 15 ay ödəniş etməli və bundan sonra maşın ona verilməli olmuş, həmin vaxta kimi ödədiyi pullar isə icarə haqqı kimi hesablanmışdır. İmaməlinin təklifi hamını razı saldığından onlar buna etiraz etməmişlər. Bundan sonra İmaməli avtomobili bir aydan artıq idarə etmiş, lakin ödəniş etməmişdir. 2020-ci ilin mart ayında qaynatası Aydın və əri Rəşad İmaməlidən maşını geri almışlar. Həmin vaxt qaynatası Aydın İmaməliyə maşını istifadə etdiyinə görə pulu tam vermədiyini deyib, 800 manat yenidən borclu qaldığını demişdir. İmaməli hazırda pulu olmadığını, qısa müddət ərzində pulu düzəldib verəcəyini demişdir. 2020-ci ilin aprel ayının sonunda İmaməli yenidən Rəşaddan maşını verməsini xahiş etmişdir. Belə ki, İmaməli gündəlik olaraq maşını 15 manata icarəyə götürmüş və Rəşad buna etiraz etməmişdir. Lakin İmaməli bir aya yaxın maşını sürsə də, yenidən ödənişləri vaxtında etmədiyindən Rəşad maşını geri almışdır. Maşını geri alarkən İmaməli tərəfindən çox pis istimar olunduğundan bərbad halda olmuşdur. 2020-ci ili may ayında Rəşad maşını ustaya aparmaq istəmiş, lakin maşının qeydiyyat şəhadətnaməsini axtarsalar da, tapa bilməmişlər. Onlar bir neçə dəfə İmaməli ilə əlaqə saxlayıb sənədi gətirməsini demiş, İmaməli hər dəfə həmin sənədi onun qaynatasına verdiyini təkrar etmişdir. Buna görə qaynatası Aydın və Rəşadın İmaməli ilə mübahisələri düşmüş, karantindən sonra sonuncu ilə görüşüb bu məsələni aydınlaşmağı qərara almışlar. 2020-ci ilin iyun ayında evdə söhbət zamanı, İmaməli tərəfindən avtomobil idarə edilərkən 340 manata yaxın cərimə yazıldığını eşitmişdir. Rəşad İmaməli ilə əlaqə saxlayıb bu barədə demiş, bununla bağlı aralarında sözlə mübahisə yaranmış və İmaməli pulu olan kimi cəriməni və qalıq borcunu ödəyəcəyini bildirmişdir. X9 maşına görə əlavə pul ödədiyini və heç bir borcunun olmadığını demişdir. Rəşad maşını başqa adama icarəyə vermək istədiyini bildirərək, maşının sənədini gətirməsini və yalnız cəriməni ödəməsini desə də, İmaməli sənədi qaytardığını bildirmiş, cəriməni isə müxtəlif bəhanələr, gah artıq pul verdiyini, gah da pulunun olmadığını deyərək ödəməkdən yayınmışdır. 3 avqust 2020-ci il tarixdə saat 19 radələrində Rəşada zəng etsə də, sonuncuya zəng çatmamışdır. Saat 20 radələrində Rəşadın İmaməli tərəfindən bıçaqla vurulduğunu və öldüyünü bilmişdir. Təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, bibisi oğlu X3 ilə birlikdə fərdi qaydada avtomobilləri alıb müxtəlif şəxslərə icarəyə verməklə pul qazanırlar. Çox vaxt onlar Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin yaxınlığındakı çayxanada otururlar. 2019-cu ilin aprel ayında orada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Söhbət əsnasında sonuncu onlara maşın icarəyə götürmək istədiyi barədə danışmışdır. Həmin vaxt bibisi oğlu Səid İmaməliyə «Opel Vectra» markalı avtomobil göstərmiş və İmaməli avtomobili bəyənib götürmüşdür. Şifahi razılığa görə İmaməli ilkin olaraq 700 manat ödəmiş və bundan sonra 12 ay ərzində aylıq 350 manat ödəməyi boynuna götürmüşdür. Onlar da 12 ayın sonunda avtomobili İmaməliyə verəcəklərini bildirmişlər. Bundan sonra Səid İmaməlinin adına etibarnamə vermiş və sonuncu maşını götürüb idarə etməyə başlamışdır. 2019-cu ilin may ayının sonunda ödəniş vaxtı İmaməli telefon zənglərinə cavab verməmişdir. 2019-cu ilin iyun ayının əvvəlində onlar çətinliklə İmaməlini tapmışlar. Sonuncu maşının mühərrikinin xarab olduğunu və maşını artıq idarə etmədiyini, avtomobili Bakı şəhəri Nərimanov rayonunda «Saf» alış-veriş mərkəzinin yanında qoyduğunu bildirmişdir. Odur ki, Səid ilə birlikdə gedib maşını götürüb usta yanına aparmışlar. Maşının müxtəlif yerləri, o cümlədən də mühərriki xarab olmuşdur. Bundan sonra onlar avtomobili təmir etdirib başqa adama satmışlar. Səid ilə birlikdə avtomobilin təmir etdirməsi ilə bağlı İmaməli ilə danışmağa çalışsalar da, sonuncu zənglərə cavab verməmişdir. İmaməli avtomobili idarə edərkən 274 manatlıq cərimə yazılmışdır. Sonradan İmaməli ilə əlaqə saxladıqda sonuncu, pulunun olmadığını, pulu olan kimi cərimələrin pulunu gətirib verəcəyini demişdir. 2019-cu ilin avqust-sentyabr aylarında Səid təsadüfən İmaməlini küçədə görüb, ondan hansı səbəbdən onları aldatdığını, cərimələrin pulunu ödəmədiyini soruşmuşdur. İmaməli pulunun olmadığını, başqa maşın icarəyə götürüb sürdüyünü deyib həmin avtomobilin qeydiyyat şəhadətnaməsini girov qoymuş, cərimənin pulunu verdikdən sonra sənədi geri götürəcəyini demişdir. Səid İmaməlinin təklifi ilə razılaşıb avtomobilin texniki pasportunu götürmüşdür. Təxminən bir ilə yaxın həmin sənəd onda qalsa da, İmaməli texniki pasportu geri istəməmiş və cərimə pulunu da ödəməmişdir. 2020-ci ilin avqust ayında çayxanada olarkən tanımadığı iki nəfər ondan İmaməlinin girov qoyduğu sənəd barəsində maraqlanmışdır. Həmin şəxslərə özünü təqdim etmiş və baş verənləri onlara danışmışdır. Bir neçə gün sonra həmin şəxslərdən biri Elçin ona 274 manat pul verdikdən sonra o, sənədi sonuncuya vermişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 3 avqust 2020-ci il tarixdə saat 8:00 radələrində tibb bacısı Aynurə Baxışova ilə birlikdə növbəyə başlamış və həmin gün növbədə olmuşdur. Saat 18:18-də Zərərçəkmiş şəxs bölmənin qarşısına gəlib ünvan 5 ünvanın qarşısında tanışı tərəfindən bıçaqlandığını bildirmişdir. Dərhal daxil olmuş məlumatı qeydə alındıqdan sonra o, və tibbi bacısı bölmənin qarşısına çıxıb Zərərçəkmiş şəxs ilkin yardım göstərib köməklik etməyə başlamışlar. Yaraları aniseptiklə işləyib, sonra xəstəni təcili-tibbi maşınına mindirmişlər. Xəstəni Bakı şəhər 3 saylı Kliniki Xəstəxanaya aparıb təhvil vermişlər. Zərərçəkmiş şəxs çoxsaylı bıçaq xəsarətləri olmuşdur. Sonuncu onlara taksi sürücüsü işlədiyini, tanışı tərəfindən bıçaqlandığını bildirmiş, lakin həmin şəxsin adını deməmişdir. Zərərçəkmiş şəxs əsəbi halda həmin adamla özünün məşğul olacağını təkrar etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 20 ildir ki, tanıyır. Rəşad qonşu məhəllədə böyümüşdür. Aralarında dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs da təxminən 10-15 ildir ki tanıyır. Son illər İmaməli ilə oturub durmuşdur. 2019-cu ilin yaz aylarında İmaməli Rəşaddan ona bir maşın verməsini xahiş etmişdir. Rəşad daima dostlarına maşın verərək icarə qaydasında işləməklərinə şərait yaratmışdır. Bundan sonra Rəşad, İmaməli və Rəşadın atası Aydın birlikdə gedib bir «Renault Megane» markalı avtomobil alıb İmaməliyə vermişdir. Razılaşmaya əsasən İmaməli ayda 1.000 manat olmaqla 15 ay ərzində onlara ödəniş etməli və sonda maşın İmaməliyə verilməli olmuşdur. Bundan sonra Aydın İmaməlinin adına etibarnamə vermiş və sonuncu maşını idarə etməyə başlamışdır. İmaməli maşını götürdükdən sonra ilk ayda ödəniş etsə də, sonradan ödənişlərdə problemlər yaranmışdır. İmaməlinin Rəşada 800 manata yaxın borcu qalmışdır. İmaməli icarə pulunu verə bilmədiyindən 2020-ci ilin əvvəlində Rəşad maşını ondan almışdır. Bir müddət sonra İmaməli Rəşaddan maşını günü 15 manata icarəyə götürmüş, lakin icarə pulunu vaxtında vermədiyindən Rəşad yenidən maşını geri almışdır. Bu minvalla İmaməlinin Rəşada təxminən 1.100 manata yaxın borcu yaranmışdır. Qaytarıldıqdan sonra texniki pasport maşında olmamışdır. Rəşad onların yanında dəfələrlə İmaməliyə maşının icarə pulundan qalan borcunu, idarə edərkən yazılmış cərimələri ödəməsini və maşının texniki pasportunu qaytarmasını demişdir. İmaməli isə maşına görə borcunun olmadığını, maşın geri qaytardığından pulu tam ödənilmiş hesab olunduğunu və cərimələrin də həmin icarə pulundan çıxılmasını, texniki pasportu isə maşınla birlikdə qaytardığını bildirmişdir. Bir neçə dəfə onların bu mövzuda söhbətlərinin şahidi olmuşdur. Dost olduqlarından onlar heç vaxt bir-birinə qarşı kobudluq etməmişlər. 3 avqust 2020-ci ildə İmaməlinin Rəşadı bıçaqla vurduğunu və sonuncunun xəstəxanaya aparıldığını eşitmişdir. Dərhal xəstəxanaya getmiş və Rəşadın öldüyünü eşitmişdir. Yas mərasimini başa çatdıqdan sonra tanışı Qəzənfərlə birlikdə Rəşadın maşınının texniki pasportunu axtarmağa başlamış və Edqar adlı şəxsi tapmışdır. Sonuncu bildirmişdir ki, İmaməli əvvəl ona məxsus maşını idarə edərkən 274 cəriməsi toplanmış, lakin cəriməni ödəmədiyindən Rəşadın maşınının texniki pasportunu girov qoymuşdur. Bundan sonra o, Rəşadın atası Aydın ilə əlaqə saxlamış, sonuncu ona 274 manat pul vermiş və o, avtomobilin texniki pasportunu Edqardan alıb Şahid1 vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 3 avqust 2020-ci il tarixdə saat 18:30 radələrində Bakı şəhəri Ağa Nemətulla küçəsi ilə gedərkən «Bazarstore» mağazasının arxa hissəsində «Eşşək» meydanı adlanan yerdə iki nəfərin bir-birini söyərək dava etdiklərini görmüşdür. Yaxınlaşarkən dava edənlərin taksi sürücüləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs olduqlarını görmüşdür. İmaməli əlindəki bıçaqla Rəşada xəsarət yetirmişdir. Qorxduğuna görə onlara yaxınlaşmamışdır. Həmin vaxt küçədə olan tanımadığı başqa şəxslər Rəşad və İmaməliyə yaxınlaşıb onları ayırmağa başlamışlar. Rəşad qanı axa-axa bir tərəfə, İmaməli isə başqa tərəfə qaçmışdır. Həmin vaxt Rəşadın Sadıqovun əlində taxta parçası olmamış və İmaməlini vurmasını görməmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, mərhum Zərərçəkmiş şəxs onun oğludur. Oğlu ilə birlikdə avtomobil alıb İmaməliyə icarəyə vermişdir. Sonuncunun avtomobili ilk dəfə icarəyə götürdüyünə görə onlara 800 manat, ikinci dəfə icarəyə götürdüyünə görə 150 manat, cərimələrə görə isə 340 manat borcu yaranmış və İmaməli avtomobilin texniki pasportunu onlara qaytarmamışdır. İmaməli 274 manat borcu olduğuna görə avtomobilin texniki pasportunu Edqar adlı şəxsə girov kimi vermişdir. İmaməlidən pullarını tələb etsələr də sonunucu, avtomobili geri aldıqlarına görə heç bir pul verməyəcəyini bildirmişdir. Bundan sonra o və oğlu Rəşad İmaməlidən yalnız cərimələri ödəməsini və avtomobilin texniki pasportunu qaytarmasını tələb etmişlər. İmaməli isə yalandan sənədi qaytardığını bildirmişdir. 3 avqust 2020-ci il tarixdə İmaməli Rəşada bıçaqla xəsarət yetirmiş və Rəşad aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. Məhkəmə-tibb ekspertizasının 20 avqust 2020-ci il tarixli 84 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: döş qəfəsinin sol yarısının ön səthinin V qabırğanı kəsərək plevra boşluğuna nüfuz edən ürəyin sol mədəciyini zədələyən kəsin qanitirmə və hemopnevmotoraksla müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, başın sol ənsə, sağ gözaltı, sol körpücüküstü nahiyələrinin, sol qoltuqaltı büküşün, sol bazunun, döş qəfəsinin sağ və sol bayır səthlərinin, sol kürək nahiyəsinin, qarının sol yarısının ön səthinin (cəmi 9 ədəd) deşilmiş-kəsilmiş yaraları, sol gözaltı və sağ dirsək nahiyələrinin sıyrıqları. Qeyd olunan xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir, ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də o tip digər bıçaqla da yetirilə bilərdi, ölümlə bilavasitə əlaqəlidir. Sıyrıqlar isə küt əşyanın (əşyaların) təsirindən törənib, ölümlə səbəbli əlaqələri yoxdur. Əmələ gəlmə müddətləri qərarda göstərilən 3 avqust 2020-ci il tarixə uyğun gəlir. Dərəcələrinə görə döş qəfəsinin sol yarısının V qabırğanı hissəvi kəsərək plevra boşluğuna nüfuz edən və ürəyin sol mədəciyini zədələyən deşilmiş-kəsilmiş yara ölümə səbəb olduğundan sağlamlığa ağır zərər vurmaya, digər kəsilmiş-deşilmiş yaralar canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sıyrıqlar isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin sol yarısının ön səthinin daxilə nüfuz edən və ürəyin sol mədəciyinin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölüm 3 avqust 2020-ci il tarixdə saat 22:45-də 3 saylı şəhər klinik xəstəxanasında baş vermişdir, hansı ki, meyitin meyitxanada məhkəmə-tibbi müayinəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin qarşılıqlı mübarizə zamanı da əmələ gəlmələri inkar olunmur. Zərərçəkmiş şəxs yuxarıda göstərilən xəsarətləri aldıqdan sonra dəqiqələrlə ölçülən qısa zaman ərzində sərbəst hərəkətlər etmək iqtidarında ola bilərdi. Xəsarətlər qısa zaman kəsiyində baş verdiyindən xəsarətlərin yetirilmə ardıcıllığı barədə fikir yürütmək mümkün olmadı. Zərərçəkmiş şəxs arxa keçəcəyində və ətrafında hər hansı bir xəsarət və eləcə də arxadan cinsi əlaqədə olma əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs xəsarət alarkən müxtəlif vəziyyətlərdə ola bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertizasının 5 avqust 2020-ci il tarixli 521 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış oğluğu xəsarətlər-sağ əlin ll-İİİ barmaqlarının arxa səthinin səthi kəsilmiş yaraları, sağ əlin İ barmağının iç səthinin və sağ baldırın qançırları, sağ milbilək oynağının sıyrığı. Qeyd olunan xəsarətlərdən səthi kəsilmiş yaralar iti kənarlı əşyanın (ola bilsin bıçağın) təsirindən, digər xəsarətlər (qançırlar və sıyrıqlar) isə küt əşyanın (əşyaların) təsirindən törənib. Müddəti qərarda göstərilən 3 avqust 2020-ci il tarixə uyğun gəlir. Müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, eləcə də qarşılıqlı mübarizə zamanı əmələ gəlmə bilmələri mümkündür. Dərəcələrinə görə ümumilikdə və eləcə də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəli təyin edilmir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 16 oktyabr 2020-ci il tarixli 2071 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmur. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının 15 oktyabr 2020-ci il tarixli 2859 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniyadan və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülmür. Məhkəmə-bioloji ekspertizasının 17 sentyabr 2020-ci il tarixli 635/2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu - O alfa, beta/İ/. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən onun qan qrupu-B/İİİ/. Ekspertizaya təqdim olunmuş 1 ədəd bıçaq tiyəsi üzərində, hadisə yerindən 3 ədəd pambıq tamponlara götürülmüş ləkələrdə, Təqsirləndirilən şəxs məxsus jilet, şalvar və ayaqqabının sağ tayı, Zərərçəkmiş şəxs məxsus şalvar, köynək üzərində insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «H» antigeni, Zərərçəkmiş şəxs məxsus köynək üzərində həmçinin alfa və beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfa, beta/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunan Təqsirləndirilən şəxs məxsus ayaqqabının sol tayı, qısaqol mayka və Zərərçəkmiş şəxs məxsus 1 cüt yay avaqqab (basanoşka) üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Məhkəmə-kriminalistik ekspertizasının 10 sentyabr 2020-ci il tarixli 418/2020-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sağ-aşağı nahiyəsində bir ədəd, köynəyin arxa hissəsinin sol-orta nahiyəsində bir ədəd, köynəyin sol qolunun bayır hissəsində bir ədəd, köynəyin sol qolunun arxa hissəsində iki ədəd, köynəyin ön hissəsinin sol qoltuqaltı nahiyəsində üç ədəd və köynəyin ön hissəsinin sağ qoltuqaltı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələ iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs xəsarət aldığı anda bıçaqla müxtəlif qarşılıqlı yerləşmə vəziyyətlərində ola bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələri törədən alətin daxil olma səviyyəsində eni 2.1 sm-ə qədər olmuşdur. Ekspertizaya yalnız bıçaq tiyəsi təqdim edildiyinə görə, bu tiyə müqayisəli müayinə üçün eksperimentə yararsız hesab edilir. Ona görə də Zərərçəkmiş şəxs köynəyi üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin təqdim edilmiş bıçaq tiyəsi ilə yetirilib-yetirilməməsi haqqında suala cavab vermək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsinin sağ nahiyəsində bir ədəd, köynəyin ön hissəsinin sağaşağı nahiyəsində bir ədəd, köynəyin ön-sol nahiyəsində dörd ədəd və köynəyin arxa hissəsinin yuxarı-orta nahiyəsində çoxsaylı məhdud cırılmalar aşkar olundu. Bu cırılmalar küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyələrinin gərilib-dartılması nəticəsində yaranmışlar. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar və bir cüt yay ayaqqabısı üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların məhkəmə tibbi-bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar: a) köynəyin demək olar ki, bütün səthi boyu fasilələrlə yerləşən qeyri-müəyyən formalı, kənarları və konturları qeyri-düz olan qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) və az dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilyarlıq faktoru üzrə səthə hopmuşlar, b) şalvarın hər iki ayağının ön hissəsində fasilələrlə yerləşən qan ləkələri yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir cüt ayaqqabı, şalvar, köynək və gödəkçə üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarların məhkəmə tibbi-bioloji tədqiqatı zamanı üzərində aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmini aşağıdakı kimi qiymətləndirmək olar; a) jiletin ön-sol nahiyəsində, İİİ düyməyə yaxın 1,5x2,3 sm. ölçüdə qan ləkəsi yaxma xarakterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir, b) şalvarın sağ yan cibinin aşağı hissəsində iki ədəd yanaşı yerləşən 0,5x0,5 sm. ölçüdə qeyri-düz dairəvi formalı və ayaqqabının sağ tayının ön-üst hissəsində bir ədəd nöqtəvari formalı qan ləkələri qan mənbəyindən səthə əsasən hündürlükdən düşən damcılar nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş predmet zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli cib bıçağının tiyəsidir və soyuq silah hesab olunmur. İşin 2-ci cildinin 53-55-ci vərəqlərindəki Bakı şəhər Təcili və X1 alınmış 16 noyabr 2020-ci il tarixli 444 nömrəli məktubdan görünür ki, 3 avqust 2020-ci il tarixdə saat 18:18də Zərərçəkmiş şəxs Bakı şəhər TTYS-nın 1 saylı bölməsinə müraciət etmiş, bölmənin həkimi Şahid3 və tibbi bacısı Şahid4 tərəfindən müayinə olunaraq «bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları» diaqnozu qoyulmuş, bundan sonra müvafiq yardım göstərilərək Bakı şəhər 3 saylı şəhər Kliniki Xəstəxanasına aparılmışdır. İşin 1-ci cildinin 127-130-cu vərəqlərindəki «xxxx» MMC-dən BKC/LGL-17830/19 nömrəli, 9 sentyabr 2020-ci il tarixli məktubla daxil olmuş ***-***-**-** mobil nömrəsi ilə aparılan telefon danışıqlarına dair məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə 2 avqust 2020-ci il tarixdə saat 12:28:54-də zəng olunaraq 39 saniyə, 3 avqust 2020-ci il tarixdə saat 17:29:15-də zəng olunaraq 39 saniyə, saat 17:54:43-də olunaraq 9 saniyə və 18:07:38-də zəng olunaraq 15 saniyə müddətində danışıqlar olmuşdur. İşin 1-ci cildinin 192-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı «Galaxy J2 Prime» modelli mobil telefona baxış keçirilən zaman müəyyən edilmişdir ki, «xxxx» şirkətinin ***-***-**-** saylı mobil telefon nömrəsi vardır. Həmin telefonda Zərərçəkmiş şəxs «Sipa» adlı ilə qeyd edilmiş və sonuncuya məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi qeydə alınmışdır. Telefona baxış keçirilən zaman müəyyən edildi ki, 3 avqust 2020-ci il tarixli Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs səsli mesaj göndərərək görüşə dəvət etdiyini və sonuncunu söydüyünü, Təqsirləndirilən şəxs isə bir müddət sonra qarşılıqlı Zərərçəkmiş şəxs söyüşlə təhqir etdiyini və onu görüşə dəvət etdiyi müəyyən edilmişdir. İşin 1-ci cildinin 64-65-ci vərəqlərindəki protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus «Samsung» markalı «Galaxy J6+» modelli mobil telefona keçirilmiş baxış zamanı «xxxx» şirkətinin ***-***-**-** nömrəsi olduğu, telefonda Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** saylı mobil telefon nömrəsi «İmoş» adlı ilə qeyd edildiyi müəyyən edilmişdir. 1 avqust 2020-ci il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs «Sen yene atdin ozluyunde men», «Gesden yiqmadim seni» məzmunlu mesajları yazmış, Təqsirləndirilən şəxs isə, cavabında «Ramanidayam» yazmışdır. 2 avqust 2020-ci il tarixli yazışmalarda «Zərərçəkmiş şəxs (saat 12:28): İmos, Zərərçəkmiş şəxs (saat 12:30): İmos sene pisdiyim deyib?, Təqsirləndirilən şəxs ( saat 12:30): Menim deyib resad, Zərərçəkmiş şəxs (saat 12:30): Ondan sonra dedin gelecemde onu bildim, Təqsirləndirilən şəxs ( saat 12:30): Axdam montinde olacam, Zərərçəkmiş şəxs (saat 12:30): Ondan sonra biz sanismisig, Təqsirləndirilən şəxs ( saat 12:31): Rahat danışarıq, Zərərçəkmiş şəxs (saat 12:31) : İmos bugun bayeam gurtarin sabax men bilirem ne edecem, Təqsirləndirilən şəxs ( saat 12:32): Gelecem danışarıq gelmesemd nece raatdi elede edersen, Zərərçəkmiş şəxs (saat 12:32): Saat necede gozduyum seni, Təqsirləndirilən şəxs (saat 12:32): 8dan sonra gelecem uzaqi 9a kimi, Zərərçəkmiş şəxs (saat 12:33): Yaxsin e deyirem» mesajları əks olunmuşdur. Hadisənin baş verdiyi 3 avqust 2020-ci il tarixli yazışmalarda «Zərərçəkmiş şəxs (saat 14:51): Ay petux hardasan, Təqsirləndirilən şəxs (saat 17:52) səsli mesaj: Ay Rəşad bu nə danışıqdı danışırsan mənlə? Petuxda varsan, mənliksiz də varsan, şərəfsiz də varsan peysər də varsan, hardasan əə sən, kimin ağzını sikirsən? mənim?, hardasan ə sən?, gəl görək kim kimin ağzını sikir, yerivi de görüm gəl gəl görüşək, gəl eşşək meydanına gəlirəm ora, Allah ya sənə verəcək yada mənə gəl., Təqsirləndirilən şəxs (saat 17:53) səsli mesaj: 10 dəqiqəyə eşşək meydanındayam ol orda, orda ol gəlirəm mən də ora., Təqsirləndirilən şəxs (saat 17:53): Tek gel, Zərərçəkmiş şəxs (saat 18:02) səsli mesaj: Ə tək gəlirəm də, dədəmi anamı gətirəsi deiləmki yanımda.» mesajlarının olduğu müəyyən edilmişdir. İşin 1-ci cildinin 120-124-cü vərəqlərindəki protokollardan görünür ki, ünvan 1 ünvanında yerləşən «Bazarstore» supermarketində quraşdırılmış müşahidə kameralarında qeydə alınmış görüntülərə baxış keçirilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs 3 avqust 2020-ci il tarixdə saat 18:15-də ünvan 3 ünvanında yerləşən «Bazarstore» supermarketinin arxasına gəlmiş və orada Zərərçəkmiş şəxs gözləmişdir. Saat 18:18-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs binaların arasından gəldiyini görüb ona tərəf iti addımlarla getmiş və Zərərçəkmiş şəxs yaxınlaşan kimi cibində saxladığı bıçağı çıxararaq Zərərçəkmiş şəxs bədənini müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirmiş, həmin vaxt Zərərçəkmiş şəxs əlində taxta parçası olmamış, təxminən bir dəqiqəyə yaxın əlbəyaxa dava edib çoxsaylı bıçaq xəsarətləri yetirdikdən sonra onlara yaxınlaşan şəxslərin onları ayırması ilə Zərərçəkmiş şəxs gəldiyi binalar tərəfə, Təqsirləndirilən şəxs isə Ağa Neymətulla küçəsi istiqamətində getmişlər. İşin 2-ci cildinin 28-30-cu vərəqlərindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirilyinin Baş X13 İdarəsindən alınmış 016-98986-1220 nömrəli 27 oktyabr 2020-ci il tarixli məktubdan və məktuba əlavə edilmiş arayışdan görünür ki, «X11» markalı **-RT-*** dövlət nömrə nişanlı avtomobil 16 may 2019-cu il tarixdə Şahid1 tərəfindən alınmış və həmin tarixdə Şahid1 tərəfindən Təqsirləndirilən şəxs adına etibarnamə yazılmışdır. İşin 2-ci cildinin 61-76-cı vərəqələrindəki Sübutların qiymətləndirilməsi haqqında 17 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd jilet, bir ədəd şalvar, bir cüt ayaqqabı, qısaqol mayka (futbolka), Şahid1 Rəşad oğluna məxsus bir ədəd şalvar, bir ədəd köynək, bir cüt ayaqqabı (basanoşka), Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı «Galaxy J2 Prime» modelli mobil telefon, Zərərçəkmiş şəxs məxsus «Samsung» markalı «Galaxy J6+» modelli mobil telefon, hadisə yerində aşkar olunmuş 1 ədəd bıçaq tiyəsi və 3 ədəd pambıq tampon vasitəsi ilə götürülmüş qan ləkələri maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Nərimanov rayon prokurorluğunun maddi sübutların saxlama yerinə verilmişdir. İşin 1-ci cildinin 27-28-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 4 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 157-158-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edə biləcək hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə deyil, söyüş söydüyünə görə cəzalandırmaq məqsədi ilə bıçaqla zərbələr endirdiyini bildirdi. Onun həmin hissədə ifadəsi məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin faktiki halları ilə təkzib edildiyindən məhkəmə, həmin hissədə ifadəsinə tənqidi yanaşır, yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaratdığından və həmin tərkiblə tam əhatə olunduğundan, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı «Qəsdən adamöldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 6-cı bəndindəki izahı da nəzərə alır. Həmin izaha görə «qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Məhkəmə yuxarıda qeyd olunan Plenum Qərarının 6-cı bəndindəki izaha uyğun olaraq təqsirkarın niyyətinin nəyə yönəlməsi məsələsini həll edərkən, işin bütün hallarını, o cümlədən cinayətin üsulunu, alətini, yetirilən bədən xəsarətlərinin sayını, xarakterini və lokalizasiyasını, konkret olaraq həyat üçün mühüm orqanlara xəsarətlər yetirilməsini, həmçinin təqsirləndirilən şəxsin hadisədən sonrakı hərəkətlərini-zərərçəkmiş şəxsə xəsarətlər yetirdikdən sonra ona kömək göstərmədiyini nəzərə alaraq nəticəyə gəlir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi məhz xuliqanlıq niyyəti ilə qəsdən öldürmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 120.2.2 və 221.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 04 avqust 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə məsrəfləri və mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Nərimanov rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd jilet, bir ədəd şalvar, bir cüt ayaqqabı, qısaqol mayka (futbolka), Şahid1 Rəşad oğluna məxsus bir ədəd şalvar, bir ədəd köynək, bir cüt ayaqqabı (basanoşka), hadisə yerində aşkar olunmuş 1 ədəd bıçaq tiyəsi və 3 ədəd pambıq tampon vasitəsi ilə götürülmüş qan ləkələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı «Galaxy J2 Prime» modelli mobil telefon onun qohumlarına, Zərərçəkmiş şəxs məxsus «Samsung» markalı «Galaxy J6+» modelli mobil telefon isə onun hüquqi varisinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. Ona CM-nin 120.2.2-ci maddəsi ilə 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 4 avqust 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Nərimanov rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd jilet, bir ədəd şalvar, bir cüt ayaqqabı, qısaqol mayka (futbolka), Şahid1 Rəşad oğluna məxsus bir ədəd şalvar, bir ədəd köynək, bir cüt ayaqqabı (basanoşka), hadisə yerində aşkar olunmuş 1 ədəd bıçaq tiyəsi və 3 ədəd pambıq tampon vasitəsi ilə götürülmüş qan ləkələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı «Galaxy J2 Prime» modelli mobil telefon onun qohumlarına, Zərərçəkmiş şəxs məxsus «Samsung» markalı «Galaxy J6+» modelli mobil telefon isə onun hüquqi varisinə qaytarılsın. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim M.M.Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-531/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-531/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver