Məhkəmə qərarları › İş №1(101)-531/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-531/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-531/2022 11.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 08 avqust 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmişdir və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 19 iyun 2021-ci il tarixdə səhər saatlarında qardaşı X2 01 ədəd bükümdə təmiz çəkisi 7,616 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 2,191 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini alaraq əldə edib daşımaqla üzərində saxlamış, həmin psixotrop maddədən 0,163 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Şahid3 vermiş və 19 iyun 2021-ci il tarixdə saat 12:20 dəqiqədə Suraxanı RPİ-nin 30-cu PŞ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tərbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-nə gətirilərək üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan ağ rəngli kətan şalvarının sağ cibindən 01 ədəd bükümdə təmiz çəkisi 7,616 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 2,028 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o və qardaşıgil eyni həyətdə olmaqla müxtəlif evlərdə yaşamışlar. 19 iyun 2021-ci il tarixdə səhər saat 11 radələrində anası üçün çörək almaq məqsədilə çölə çıxmışdır. Bu vaxt cibində 5 manat pul və tibbi maska var imiş. Qapının qarşısında qonşuları İsmayılla salamlaşdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları yaşadığı evin həyətinə daxil olub qardaşını da tutmuşlar. Bundan sonra onu Suraxan rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinə aparmışlar. Orada cibinə narkotik vasitə yerləşdirilmiş və ona təzyiq olunmuşdur. Gecə saat 2-3 radələrində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş. Videoçəkiliş zamanı polis əməkdaşlarının ona dediyi məzmunda danışmışdır. Videoçəkiliş zamanı nə dediyini xatırlamır. O heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır və saxlanıldığı gün üzərində narkotik vasitə olmamışdır. O, yalnız bir dəfə, polis şöbəsində dindirilmiş, bundan başqa müstəntiq tərəfindən dindirilməmişdir. Polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi barədə heç bir quruma şikayət etməmişdir və barəsində həbs qətimkan tədbirinin seçilməsi zamanı məhkəməyə bu barədə bildirməmişdir. Polis əməkdaşları ona təzyiq göstərdiyi üçün videoçəkilişdə onların dediyi məzmunda danışmışdır. 3-4 aydır narkotik vasitədən istifadə edirmiş. Ailə üzvləri narkotik vasitə istifadə etdiyini bilməmişdir. Narkotik vasitəni pulsuz olaraq qardaşı Etibardan əldə etmişdir. Qardaşı da narkotik vasitədən istifadə edirmiş. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Saxlanıldığı gün üzərində narkotik vasitə yox imiş. Kakos və şüşədən hər ikisini çəkmək yolu ilə istifadə edirmiş. Narkotik vasitəni tək istifadə etmiş və başqa şəxslərə pay və yaxud digər formada verməmişdir. Qardaşının narkotik vasitəni kimdən əldə etdiyini bilmir. Qardaşım heç vaxt ona aparıb kiməsə verməsi üçün narkotik vasitə verməmişdir. Narkotik vasitədən istifadə etdiyinə görə peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsində cinayət-axtarış üzrə əməliyyat müvəkkili işləyir. 19 iyun 2021-ci il tarixdə ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə edib istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır və onunla birgə Şahid2 əməliyyat qrupunda iştirak etmişdir. Həmin gün Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında tərəflərindən saxlanılmış və onu Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinə aparmışlar. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən xatırlamadığı miqdarda narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitəni qardaşının ona verdiyini və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış polis şöbəsində keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı videoçəkilişdən istifadə olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqdan sonra üzərinə dərhal şəxsi axtarış keçirilməmişdir. Onu Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə aparmışlar və orada təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi barədə olmuşdur. Təqsirləndirilən şəxs qardaşı barədə isə narkotik vasitələrin satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı onun üzərində narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitəni qardaşından aldığını və şəxsi istifadəsi üçün nəzərdə tutduğunu bildirmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs onda narkotik vasitənin olmaması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 19.06.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan 21 iyun 2021-ci il tarixli “Şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 gün müddətində “başqa yerə getməmək haqqında iltizam ”qismində qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 5(010)-248/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 19 iyun 2021-ci il tarixli qərarı qanuni sayılmışdır. Cinayət işində olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 4(010)-289/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 22 iyun 2021-ci il tarixdən hesablanmaqla 03 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 4(010)-526/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay 29 gün həddində, yəni 21 dekabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 19 iyun 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolundan müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli kətan şalvarının sağ cibindən 02 ədəd şəffaf sellofan polietilendən ibarət bükümləri təqdim edərək, təqdim etdiyi bükümlərin içərisində şüşə və heroin kimi tanıdığı narkotik maddələr olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitələri ona 19 iyun 2021-ci il tarixdə qardaşı X6 pulsuz vermişdir. Bir qismini istifadə etmiş, qalıq hissəsini sonra istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümün içərisində toz digərində isə kristal halında narkotik vasitəyə bənzər naddələr olan ümumilikdə 02 ədəd şəffaf sellofan polietilendən ibarət bükümlər cinayət təqibi üçün sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün 194 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənəd aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilən zaman qeydə alınmış videogörüntülər 01 ədəd DVD diskə köçürülərək cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 01.10.2021-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman Sahib Bədəlovun əynində olan ağ rəngli kətan şalvarın sağ cibindən 02 ədəd şəffaf sellofan polietilendən ibarət bükümü çıxarıb təqdim etməsi, ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulması, bu zaman Sahib Bədəlovun həmin bükümlərin içərisində heroin və şüşə kimi tanıdığı narkotik maddələr olduğunu və həmin bükümün onun özünə məxsus olmasını, həmin narkotik maddələri 19 iyun 2021-ci il tarixdə qardaşı X4 ona pulsuz olaraq verdiyini, onun da həmin narkotik maddələrdən bir qismini istifadə etdiyini, qalanını isə sonra istifadə etməsi üçün üzərində saxladığını bildirməsi, həmin bükümlərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Sahib Bədəlovun üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarışın davam etdirilməsi və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2021-ci il tarixli, 6/2507 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “şübhəli şəxs: Təqsirləndirilən şəxs aşkar edilmiş...” yazısı olan zərfdə, 2 (iki) ədəd bükümdəki təmiz çəkisi 7,616 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir və təmiz çəkisi 2,028 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vətəndaş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin, X3 aşkar edilmiş heroinlə (21 iyun 2021-ci il tarixli 6/2510 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Təqsirləndirilən şəxs: heroinin təmiz çəkisi 7,616 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 7,516 qram. Metamfetaminin təmiz çəkisi 2,028 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 1,928 qram. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan ibtidai istintaqın 13.12.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinən Şahid3 özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, narkotik vasitəni Sahib adlı şəxsdən öz istifadəsi üçün almışdır. ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinən X7 ifadəsində narkotik vasitəni Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində Etibar adlı şəxsdən almışdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, X5 qeyd elədiyi Etibar adlı şəxs hazırki Təqsirləndirilən şəxs qardaşıdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin 02.10.2021ci il tarixli, 3737-li rəyindən görünür ki, müayinə zamani Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyaci vardir, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 22 iyun 2021-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanın yüngülləşdirən və ağırlaşdıran halları müəyyən müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərərək götürülmüş ümumi təmiz çəkisi qalıq 7,516 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi qalıq 1,928 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD Diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 iyun 2021-ci il tarixdən 21 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı hər günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla, həmin günlər təyin edilmiş cəza müddətindən çıxılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan 22 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərərk yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi qalıq 7,516 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi qalıq 1,928 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD Diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar