Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-531/2024 14.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X3-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Alyans» Vəkil bürosunun vəkili Müdafiəçi2 və “Ekol” Vəkil bürosunun vəkili Müdafiəçi1 Xəqani qızının iştirakları ilə məhkəmədə, Təqsirləndirilən şəxs, xx xxxx 1975-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub həmin ünvanda da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilib hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq başqa mənbədən şəxsi istehlak miqdarından artıq külli miqdarda, yəni təmiz çəkisi 7,169 qram psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlayıb daşımış və o, 05 aprel 2023-cü il tarixdə saat 19:15-də o, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Müşviq postunun yaxınlığında saxlanılaraq Binəqədi RPİ- nin 40-cı PB-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində təmiz çəkisi 7,169 qram külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, o, ittihamda göstərilən tarixdə, yəni 05 aprel 2023-cü il tarixdə atasının yas mərasiminin ildönümü ilə bağlı İsmayıllı rayonuna gedib oradan özünə məxsus «Mersedes E-350 CD» markalı, Az**-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İsmayılıdan Bakıya qayıdarkən təxminən saat 17:00 radələrində Müşviq polis postunda Yol patrul xidmətinin əməkdaşları onun avtomobilini saxlamışlar. Orada özünü ona polis işçiləri kimi təqdim edən şəxslər onu 40-cı Polis bölməsinə apararaq orada ondan İrana nə səbəbə gedib gəldiyini soruşmuşlar. O da beyninə olan hipofizin adinoması xəstəliyindən müalicə aldığını, müalicə almaq məqsədi ilə də pandemiyadan əvvəl ildə iki dəfə İrana gedib gədiyini demişdir. O, qeyri-adi xəstəlikdən əziyyət çəkir. Buna görə də o, əvvəlcə müalicə almaq üçün Türkiyəyə getmişdir. Orada müalicə baha başa gəldiyindən, eyni müalicənin İranda ucuz olduğunu öyrənib ora getmişdir. Bu səbəbdən də o, bir neçə dəfə İrana gedib orada müalicə almışdır. Bunu təsdiq edən sənədləri də məhkəməyə təqdim edə bilər. O, polis əməkdaşları tərəfindən saxlanlıdığı tarixdə, yəni 05 aprel 2023-cü il tarixdə səhər saat 08:00 radələrində atasının vəfat etməsinin il dönümü ilə əlaqədar Bakıdan İsmayıllı rayonuna getmişdir. Həmin tarixdə o, Bakı şəhərdə olmamışdır. Papanin adı ilə tanınan yerə də getməmişdir. Özü narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmir. Onu polis postunda saxlayıb bölməyə aparan polis əməkdaşları özlərini BMCMİ-nin işçiləri kimi təqdim etdilər. Orada onun avtomobilinə baxış keçirildi. X7 bağlı suallar verildi. O da Azəri 2004-cü ildə Həcc ziyarətinə gedən zaman yolda tanıdığını və ara sıra əlaqə saxlayaraq ondan kərə yağı aldığını və işlədiyi "xxxx" MMC-nin işçilərinə yağ sifariş etdiyini, bu barədə vatçap yazışmaları da olduğunu demişdir. Bundan sonra polis əməkdaşı ona “ya üzərindən narkotik vasitə çıxacaq, 234.1-ci maddəni verəcəyik, ya da daha ağır maddə ilə Banditizmə aparacağıq” dedi. O da qorxusundan narkotiki, yəni polis əməkdaşları tərəfindən onun cibinə qoyulmuş metamfetamnin onun olmasını yalandan boynuna almışdır, lakin həmin metamfetaminin ona aidiyyatı olmamışdır. İlikin ifadədə onun sözlərindən yazılmayıb. Onun qarşısına hazır ifadə qoyulmuşdur və ona protokolu imza etməsə daha ağır maddə ilə tutulacağı barədə hədələyib onu məcburi imza etdirilmişlər. Əvvəlcə protokolu yazıb imza etdirmişlər, sonra da videoçəkilişlə üzərindən guya metamfetamin aşkar etmişlər. Həmin metamfetaminin ona aidiyyatı yoxdur. O, heç vaxt narkotik vasitə və psixotrop maddə qəbul etməmişdir. Məhkəmədən qanuni və ədalətli qərər qəbul edilməsini xahiş edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyib göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır, 05 aprel 2023-cü il tarixdə təxminən saat 17 radələrində öz şəxsi «Mersedes E-350 CD» markalı, **- GM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə «Müşfiq» postu istiqamətində gələn zaman yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt tək olmuş və saat 08 radələrində atasının il dönümü ilə əlaqədar İsmayıllı rayonuna getmiş, rayondan qayıdarkən yol patrul xidməti avtomobilinin mühərrəik örtüyünü (kapotu) açmasını istəmiş, sonra avtomobildən düşmüş və ağ rəngli markasını bilmədiyi avtomobil saxlamış və özlərini «Banditizimin işçiləri» kimi təqdim edib avtomobilinin arxa oturacağına əyləşməyi tələb etmiş, bir müddət gözlədikdən sonra onu 40-cı PB-nə aparmış, sonra rəis əvəzedicisi Elnur adlı polis avtomobilinə baxış keçirtmiş və Azər Səricanovla bağlı suallar vermiş, suallara cavab olaraq Azəri 2004-cü ildə Həcc ziyarətinə gedən zaman yolda tanıdığını və ara sıra əlaqə saxlayaraq ondan kərə yağı aldığını və rəhbəri olduğu "xxxx" MMC-nin işçilərinə yağ sifariş etdiyini bildirmiş, barədə vatçap yazışmaları da olduğunu demiş, həmin vaxt PB-də ona “ya üzərindən narkotik vasitə çıxacaq, 234.1-ci maddəni vercəyik, ya da daha ağır maddə ilə Banditizmə aparacağıq” deyilmiş, bu zaman qorxusundan razılıq vermiş, ona İranla bağlı suallar verildikdə beynində olan hipofizin adinoması xəstəliyindən müalicə məqsədi ilə ildə iki dəfə pandemiyadan əvvəl getdiyini bildirmişdir. Daha sonra o, göstərmişdir ki, qarşısına hazır şəkildə ifadə qoyularaq məcburi imza etdirilmiş və sonra videoçəkilişlə üzərindən narkotik maddə aşkar edilmiş, həmin narkotik vasitə ona məxsus olmamış, sonra şübhəli şəxs kimi tutulmuş və Yasamal RPİ-nin müvəqqəti saxlama yerinə aparılmış, heç vaxt narkotik vasitə və psixotrop maddə qəbul etməmişdir. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə təqsirləndirilən şəxs qismində ona təqdim olunan Təqsirləndirilən şəxsı xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlaması barədə məlumat daxil olmuşdu. 05 aprel 2023-cü il tarixdə daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması üçün onun rəhbərliyi ilə Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradıldı. Bu məqsədlə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs tutmaq üçün onun hərəkətlərini bir müddət müşahidə edildi. Bundan sonra saat 19:15-dəqiqə radələrində Bakı şəhəri, Binəqədi rayonu, Müşfiq postunun yaxınlığında olduğu zaman əlverişli şərait yarandığı üçün onlar Fuadı saxlayaraq və ona külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasına gətirmişlər. Bölmədə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildi. Axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs cibindən 01 ədəd şəffaf sellefona bükülmüş kütləni çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunaraq götürülmüş 01 ədəd bükümdəki kütlənin psixotrop maddə olan metamfetamin olmasını bildirdi. Fuadın üzərindən çıxan narkotik vasitənin miqdarını xatırlamır. Özü könüllü olaraq üzərindəki narkotik vasitəni təqdim etdi. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təzyiq olunmayıb. Özünün istifadəsində üç mobil nömrəsi var. Əməliyyat tədbirləri həyata keçirilərkən onlar iki nəfər olublar. Fuadın üstündən çıxan narkotik vasitənin növü ekspertizaya göndərildikdən sonra aşkara çıxarıldı. Onlara daxil olan məlumat Fuadın külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlaması barədə olmuşdur. Fuadın üzərinə həyata keçirilən şəxsi axtarış və baxış protokolunda tarix və saat dəqiq göstərildikdən sonra o, protokolu imzalamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış videoçəkilişlə həyata keçirilib.Həmin axtarış zamanı vəkilin iştirak edib-etmədiyini xatırlamır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini dedi. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, hazırda Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, polis mayoru rütbəsindədir. Xidmət etdiyi bölməyə etimad doğuran və qərəzsiz mənbədən xx xxxx 1975-ci ildə İsmayıllı rayonunda anadan olmuş, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlaması barədə məlumat daxil olmuş, 05 aprel 2023-cü il tarixdə daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən bölmə rəisinə raportla müraciət olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və özünün rəhbərliyi ilə Binəqədi RPİ-nin 40-cı PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış, 05 aprel 2023-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs tutmaq üçün onun hərəkətlərini bir müddət müşahidə etdikdən sonra saat 19:15-də Bakı şəhəri, Binəqədi rayonu, Müşfiq postunun yaxınlığında olduğu zaman əlverişli şərait yarandığı üçün onu saxlamış və ona külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, sonra hava şəraiti və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasına gətirmiş, polis bölməsində Təqsirləndirilən şəxs üzərində və paltarlarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitənin və psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş əşyanın, habelə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşyanın və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlər görülməsi məqsədilə bölmə rəisinə məruzə edərək Təqsirləndirilən şəxs bölmənin təhqiqatçısı, polis baş leytenantı Kamal Hüseynova təhvil vermişdir. Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Kamal Hüseynov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərinə şəxsi axtarış keçirilməsində vəkilinin iştirak etməməsini xahiş etmiş və onların iştirakı ilə vəkilin iştirakı olmadan Binəqədi RPİ-nin ekspert-kriminalisti, polis baş leytenantı X4 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellefona bükülmüş kütləni çıxarıb masanın üzərinə qoymuş, daha sonra təhqiqatçı tərəfindən onun üzərinə axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş heç bir predmet və ya əşya aşkar olunmamışdır. Aşkar olunaraq götürülmüş 01 ədəd büküm sübut əhəmiyyətli olduğu üçün təhqiqatçı tərəfindən götürülərək zərfə qoyuldu və qablaşdırılmış, şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunaraq götürülmüş 01 ədəd bükümdəki kütlənin psixotrop maddə olan metamfetamin olmasını və özünə məxsus olmasını, həmin psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün xx.xx.2023- cü il tarixdə günorta saatlarında Nəsimi rayonu «Papanin» adlanan yerdən tanımadığı şəxsdən 25 manata alaraq üzərində saxlayıb gəzdirməsini bildirmiş, sonra bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuş, şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüsü qeydə alınmış CD disk isə protokola əlavə edilmişdir. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə təqsirləndirilən şəxs qismində ona təqdim olunan Təqsirləndirilən şəxs o, xidməti vəzifələrinin icrası ilə əlaqədar tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlaması barədə məlumat daxil olmuşdu. 05 aprel 2023-cü il tarixdə daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması məqsədi ilə Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradıldı. Əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs tutmaq üçün onun hərəkətlərini bir müddət müşahidə etdikdən sonra saat 19:15-də Bakı şəhəri, Binəqədi rayonu, Müşfiq postunun yaxınlığında əlverişli şərait yarandığı üçün onu saxlayıb ona külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasına gətirmişlər. Bölmədə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildi. Onun şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs cibindən 01 ədəd şəffaf sellefona bükülmüş kütləni çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunaraq götürülmüş 01 ədəd bükümdəki kütlənin psixotrop maddə olan metamfetamin olmasını bildirdi. Fuadın üzərindən çıxan narkotik vasitənin miqdarını xatırlamır. Təqsirləndirilən şəxs heç bir fiziki və mənəvi təzyiq olunmayıb. Həmin zaman üzərində hansı mobil nömrənin olduğunu xatırlamır. Təqsirləndirilən şəxs tərəfimizdən bölməyə dəvət olunub, etiraz etmədən bizimlə gəlmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı ifadələrində gəöstərmişdir: “ Mənə verilən suallara cavab olaraq bildirirəm ki, hazırda Binəqədi RPİ-nin PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət göstərirəm, polis kapitanı rütbəsindəyəm. Ve qərəzsiz mənbədən 30 iyun Bundan başqa bildirirəm ki, etimad doğuran 1975-ci ildə İsmayıllı rayonunda anadan olmuş, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlaması barədə məlumat daxil olmuşdur. 05 aprel 2023-cü il tarixdə daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün 40-cı PB-nin baş əməliyyat müvəkilli Şahid1 tərəfindən bölmə rəisinə raportla müraciət olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edildi və Şahid1 rəhbərliyi ilə və mənim iştirakım ilə əməliyyat qrupu yaradıldı. 05 aprel 2023-cü il tarixdə tərəfimizdən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs tutmaq üçün onun hərəkətlərini bir müddət müşahidə etdikdən sonra saat 19:15-də Bakı şəhəri, Binəqədi rayonu, Müşfiq postunun yaxınlığında olduğu zaman əlverişli şərait yarandığı üçün onu saxladıq və ona külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdik, sonra hava şəraiti və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasına gətirdik. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində və paltarlarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitənin və psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş əşyanın, habelə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşyanın və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlər görülməsi məqsədilə bölmə rəisinə məruzə edib Təqsirləndirilən şəxs bölmənin təhqiqatçısı, polis baş leytenantı Kamal Hüseynova təhvil verdik. Bundan sonra Binəqədi RPİnin 40-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Kamal Hüseynov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etdi. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərinə şəxsi axtarış keçirilməsində vəkilinin iştirak etməməsini xahiş etdi və bizim iştirakımızla vəkilin İştirakı olmadan Binəqədi RPİ-nin ekspert-kriminalisti, polis baş leytenantı X4 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış keçirilməyə başlanıldı. Şəxsi axtarış verilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya kardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 0116 168 edəd şəffaf sellefona bükülmüş kütləni çıxarıb masanın üzərinə qoydu, daha soma təhqiqatçı tərəfindən onun üzərinə axtarış keçirildi, bu zaman Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş heç bir predmet və ya əşya aşkar olunmadı. Daha sonra aşkar olunaraq götürülmüş 01 ədəd büküm sübut əhəmiyyətli olduğu üçün təhqiqatçı tərəfindən götürülərək zərfə qoyuldu və qablaşdırıldı. Şübhəli şəxs Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunaraq götürülmüş 01 ədəd bükümdəki kütlənin psixotrop maddə olan metamfetamin olmasını və özünə məxsus olmasını, həmin psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə günorta saatlarında Nəsimi rayonu “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 25 manata alaraq üzərində saxlayıb gəzdirməsini bildirdi. Daha sonra bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq olundu, şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüsü qeydə alınmış CD disk isə protokola əlavə edildi”. Məkəmədə elan olunmuş cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı şahidlər Şahid1, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirən üzələşdirmə zamanı şahidlər “etibarlı və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlaması barədə məlumat daxil olmasını” təsdiq etmişlər. Məhkəmədə elan olunub araşdırılmış 05 aprel 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd sellefon bükülünü çıxarıb masanın üzərinə qoyub, bükümdəki kütlənin özünə məxsus psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün 05 aprel 2023-cü il tarixdə günorta saatlarında Nəsimi rayonu “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 25 manata alaraq üzərində saxlayıb gəzdirməsini bildirmişdir. Məhkəmədə elan olunub araşdırılmış 05 aprel 2023-cü il tarixdə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu bir ədəd kompakt (CD) diskə keçirilmiş baxış protokolundan görünür ki, Binəqədi RPİ-nin 40-cı PB-də xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində video çəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Videodan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd sellefona bükülünü çıxarıb masanın üzərinə qoyur və bükümdəki kütlənin özünə məxsus psixotrop maddə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün 05 aprel 2023cü il tarixdə günorta saatlarında Nəsimi rayonu “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 25 manata alaraq üzərində saxlayıb gəzdirməsini bildirir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 06 aprel 2023cü il tarixli, 6/1996 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN-nin zərflər üçün N:234” dairəvi möhür əksi olan, “Məlikli” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 7,169 qram olan ağ rəngli kristallik maddə küstar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Ekspertiza zamanı metamfetaminin 0,05 qram hissəsi eədqiqata sərf olunmuş, ekspertiza tədqitaından sonra 7,119 qram metamfetamin qalmışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilib götürülmüş təmiz çəkisi 7,169 qram metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədəqiqatından sonra qalıq qalmış 7,119 qram metamfetamin saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması prosesinin videogörüntüsünün əks olunduğu 01 ədəd kompakt disk (CD) iş üzrə sübut tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq orqanı istintaq zamanı əldə etdiyi yuxarıda sadalanan sübutlara istinad edib Təqsirləndirilən şəxs əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda psixotrop maddələri satış məqsədi ilə əldə etmək kimi qiymətləndirib, həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə, qeyd edir ki, ittihamın əsaslı olub-olmaması məsələsi «in abstrakto» qiymətləndirilə bilməz. İttihamın əsası kimi göstərlimiş sübutlar ittiham aktında təsvir edilən hərəkətləri cinayət qanunu ilə tövsif edilmiş maddələrin dispozisiyalarına uyğunluğunu və bu əməllərin təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq etməlidir. Təqsirləndirilən şəxs tərəfindən tördilməsi iddia olunan ictiami təhlükəli əməl qanuni yollarla əldə olunmuş sübutlara əsasən qiymətləndirilməlidir. Əks halda ittiham sübutlara deyil ehtimala əsaslanardı. Bu da cinayət hüququnun və prosessinin tələblərinə zidd olaraq şəxsin sübutsuz məhkum olunmasına və hüquqi dövlətdə hüquqi nihilizmin bərqərar olmasına gətirib çıxarardı. Məhkəmədə araşıdırılan ittiham aktından görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ilkin etirafedici ifadələrini ittihamı təsdiq edən sübut kimi ittiham aktında nəzərə almamış, həmin ifadədə onun üzərindən narkotik vasitə deyil, psixotrop maddə aşkar edildiyini nəzərə almamış, cinayətin predmetinin növü ilə əlaqədar olaraq yaranmış ziddiyyət aradan qaldırılmamış, lakin onun bu ifadəsini ittihamın əsası kimi qəbul edib, onun təqsirliliyini təsdiq edən digər sübutlar kimi onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının şahid qismində verdiyi ifadələrini, təqsirləndirilən şəxsin üzərindən psixotrop maddə aşkar olunmasını təsdiq edən axtarış protokolunu, həmin maddənin psixotrop maddə olmasını təsdiq edən ekspertiza rəyini, iş üzrə maddi subut kimi tanınmış psixotrop maddənin özünü, psixotrop maddənin aşkar olunmasını özündə əks etdirən kompakt diski nəzərə almışdır. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddənin 05 aprel 2023-cü il tarixdə Bakı şəhərində “Papanin” adlı yerdən alması barəsində ifadələrinin sonuncu tərəfindən inkar olunması nəzərə alınmamış, bunun səbəbi göstərilməmiş, onun etirafedici və inkaredici ifadələri Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin tələbərinə uyğun olaraq yoxlanılmamış, etirafedici ifadələrini təsdiq edən sübutlar olmadan bu ifadəni ittihamın əsası kimi qəbul etmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs ilkin ifadəsini ehtiva edib şahidlərin ifadələrinə və yuxarıda sadalanan hallara əsaslansa da həmin ifadələrdə və digər sübutlarda təqsirləndirilən şəxsə elan olunmuş ittihamda nəzərdə tutulan əməllərin təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edən sübutların olmamasını nəzərə almamışdır. Bu səbəbdən də cinayət əməlinin predmetini əldə olunması mənbəyi, halları, şəraiti, vaxtı, əldə olunmasının məqsədi əsaslı şübhələrlə müşahidə olundu. Bu şübhələr də məhkəmədə aradan qaldırılmadı. Məhkəmə qeyd edir ki, istinad olunan maddənin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası ola bilər. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ittihamda təqsirli bilməyib ifadələrində göstərdi ki, 05 aprel 2023-cü il tarixdə səşər saat 08:00 rədələrində Bakı şəhərindən İsmayıllı rayonuna getmişdir. Həmin tarixdə saat 17:15 dəqiqədə Bakı şəhərinə qayıdarkən polis əməkdaşları onu “Müşfiq” postunda saxlayıb Binəqədi RPİ-nin 40-cı PB-nə gətirmişlər. Orada onun üzərinə 7,169 qram psixotrop maddə qoyub video çəkilişlə axtarış aparıb həmin maddəni təqdim etməyə məcbur etmişlər. O da məcbur olub polis əməkdaşlarının dediyini etmişdir. O, narkotik vasitədən istifadə etmir. “Papanin”-də olmamışdır. Özünün beynində nadir rast gəlinən hormon çatışmazlığı xəstəliyi vardır. Uzun müddətdir xəstəlikdən əziyyət çəkir, xəstəliyi ilə əlaqədar əvvəlcə Türkiyədə müalicə olunmuş, Türkiyədə müalicə baha başa gəldiyi üçün müalicəsini İranda davam etdirmişdir. Bu məqsədlə də bir neçə dəfə İranda olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri onun məhkəmədəki ifadələri ilə müqayisəli təhlil olunub araşdırıldıqda müəyyən olundu ki, o, yalnız şübhəli şəxs qismində saxlanıldığı zaman ilkin ifadəsində şəxsi istehlak miqdarından artıq psixotrop maddə əldə etməsini, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərədə tutulan əməli törətməsini etiraf edib, ibtidai istintaqın sonrakı mərhələsində ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilməyib, ilkin etirafedici ifadəsini psixi təzyiqlər və hədə-qorxu altında verdiyini, saxlanıldığı tarixdə, yəni 05 aprel 2023-cü ildə mərhum atasının anım gününü yad etmək məqsədi ilə səhər saat 8:00 rədələrində Bakı şəhərindən İsmayıllı rayonuna gedib həmin tarixdə Bakı şəhərinə qayıdarkən saat 17:15 dəqiqədə “Müşfiq” postu adı ilə tanınan DYP postunda özlərini “banditzm” idarəsinin əməkdaşları kimi təqdim edən şəxslərin onun maşınını saxlayıb onu Binəqədi rayon Polis İdarəsinin 40-cı polis böməsinə aparıb orada əvvəlcə başqa hallarla əlaqədar sorğu-sual edib, sonradan onun qarşısına metamfetamin qoyub, ya həmin metamfetaminin ona aid olmasını etiraf edib Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə göndəriləcəyini, ya da onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərib daha ağır maddə ilə ittiham edib məhkəmyə göndərəcəkləri ilə hədələdikləri səbəbindən razılaşıb etirafedici ifadələr verib videoçəkilişlə axtarış aparılan zaman polis əməkdaşları tərəfindən ona verilmiş metamfetamini özününkü kimi təqdim etdiyini, həmin tarixdə Bakı şəhərində və “Papanin” adı ilə tanınan yerdə olmadığını narkotik vasitə və psixotrop maddə metamfetamin əldə etmədiyini, həmin maddə və vasitələrdən istifadə etmədiyini göstərmişdir. Məhkəmədə araşdırlan şahidlər Şahid1 və Şahid2 ifadələrindən görünür ki, onlar istər ibtidai istintaq zamanı, istərsə də məhkəmədəki ifadələrində xidmət etdikləri bölməyə etimad doğuran və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlaması barədə məlumat daxil olmasını, Təqsirləndirilən şəxs tutmaq üçün onun hərəkətlərini bir müddət müşahidə etdikdən sonra saat 19:15-də Bakı şəhəri, Binəqədi rayonu, “Müşfiq” postunun yaxınlığında onu saxlayıb Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasına gətirib orada Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellefona bükülmüş kütləni çıxarıb masanın üzərinə qoyub bükümdəki kütlənin psixotrop maddə metamfetamin olmasını və özünə məxsus olmasını, həmin psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün 05 oktyabr 2023- cü il tarixdə günorta saatlarında Nəsimi rayonu «Papanin» adlanan yerdən tanımadığı şəxsdən 25 manata alaraq üzərində saxlayıb gəzdirməsini bildirdiyini göstərib onlar bu ifadələrini təqsirləndirilən şəxslə üzləşdirmə zamanı da təsdiq etmişlər. Məhkəmə, şahidlər Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlaması haqqında məlumat daxil olması barəsindəki ifadələrini müzakirə edib həmin ifadələrin əməliyyat məlumatına istinad edildiyini, lakin bu ifadələrin istinad etdiyi məlumatların özündə belə Təqsirləndirilən şəxs narkotik vasitəlrin və psixotrop maddələrin satışı ilə məşğul olması, bununla əlaqədar onun başqa şəxslə cinayət əlaqəsinə girməsini təsdiq edən məlumat olmadığını nəzərə alır. Məhkəmə göstərilənləri nəzərə alıb əməliyyat məlumatı nəticəsində əldə olunmuş məlumatları sübut kimi istifadə olunmasını tənzimləyən Azərbaycan Respublikasının CPM- 137-ci maddəsinin tələbərinə əsasən qeyd edir ki, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununa uyğun əldə edildikdə və Azərbaycan Respublikasının CPM-nin tələblərinə uyğun təqdim olunduqda və yoxlanlıdıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Hazırkı iş üzrə belə hal müəyyən olunmadı. Məhkəmə həmin halı nəzərə alır. Məhkəmə göstərilənlərlə bərabər qeyd edir ki, istintaq orqanı təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən sübutlar kimi istinad etdiyi şahidlər Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs başqa şəxslərlə cinayət əlaqəsinə girərək narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması və ya belə fəaliyyətlə məşğul olması barəsində məlumat təqdim etməmişlər. Digər sübutlar, o cümlədən də, təqsirləndirilən şəxsin üzərindən psixotrop maddə aşkar olunmasını təsdiq edən axtarış protokolu, maddənin psixotrop maddə olmasını təsdiq edən ekspertiza rəyi, iş üzrə maddi subut kimi tanınmış psixotrop maddə, psixotrop maddənin aşkar olunmasını özündə əks etdirən kompakt disk Təqsirləndirilən şəxs ilkin etirafedici ifadəsində qeyd etdiyi psixotrop maddənin əldə olunmasının vaxtı, yeri, alınmasının halları, başqa şəxslə razılığa gəlməsi, psixotrop maddəni satış məqsədi ilə əldə olunmasını təsdiq edən sübut olmamışdır. Şahidlər Şahid1 və Şahid2 istər ibtidai istintaq zamanı, istərsə də məhkəmədəki ifadələrində xidmət etdikləri bölməyə etimad doğuran və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlaması barədə məlumat daxil olmasını, Təqsirləndirilən şəxs tutmaq üçün onun hərəkətlərini bir müddət müşahidə etdikdən sonra saat 19:15-də Bakı şəhəri, Binəqədi rayonu, Müşfiq postunun yaxınlığında onu saxlayıb Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasına gətirib orada Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellefona bükülmüş kütləni çıxarıb masanın üzərinə qoyub bükümdəki kütlənin psixotrop maddə metamfetamin olmasını və özünə məxsus olmasını, həmin psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün 05 oktyabr 2023- cü il tarixdə günorta saatlarında Nəsimi rayonu «Papanin» adlanan yerdən tanımadığı şəxsdən 25 manata alaraq üzərində saxlayıb gəzdirməsini bildirdiyini göstərdilər. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələri şahidlər Şahid1 və Şahid2 ifadələri, şəxsi axtarış və götürmə hərəkətinin gedişini əks etdirən videogörüntü, telefon danışıqlarına dair "xxxx" MMC-dən əldə olunmuş məlumatlar, müdafiə tərəfi tərəfindən məhkəməyə təqdim edilən Təqsirləndirilən şəxs xəstəliyi ilə bağlı sənədlər, habelə şəxsin ölkədən giriş-çıxışı ilə bağlı məlumatlarla müqayisəli təhlil edilib araşdırıldıqda Təqsirləndirilən şəxs 05 aprel 2023cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan yerdən şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olmasını təsdiq edən nə verbal, nə də maddi sübut müəyyən olunmadı, belə sübut məhkəməyə qədər araşdırmalar zamanı da olmamışdır. Çünki məhkəmə yuxarıda qeyd etdiyi kimi şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ibtidai istintaq zamanı ifadələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlaması barədə məlumat daxil olmasını göstərsələr də təqsirli şəxsə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin dizpozitiv əlamətlərini təsvir edən məlumat verməmişlər. Onlar məhkəmədə də həmin halı təsdiq etdirlər. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi hallara uyğun olaraq ona məxsus +99***-***-**-** telefon nömrəsinin 05 aprel 2023-cü il tarixdə dislokasiyasının saat 09:00 radələrində Qobustan rayonunda, saat 10:04 dəqiqədən 15:35 dəqiqə radələrinədək İsmayıllı rayonunun İsmayıllı kəndində olması, 05 aprel 2023-cü il tarixdə saat 17:15-də Bakı şəhəri, Sulutəpə qəsəbəsi, «Gomruk postu» kimi qeydiyyat alınmış ünvanda olması müəyyən olundu və həmin tarixdə Bakı şəhərinin “Papanin” adı ilə tanınan ərazisində olması təkzib olundu. Məhkəmədə araşdırılan Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil telefon nömrəsinin dislokasiyüasına dair anten yerdəyişməsi barəsindəki məlumatlardan görünür ki, o, 05 aprel 2023-cü il tarixdə saat 16:09-dəqiqədə İsmayıllı rayonundan Bakı şəhəri istiqamətinə hərəkətdə olmuş, sonuncu telefon danışığını saat 17:25-də Abşeron rayonu Müşviqabad qəsəbəsində “Müşviq postu”-nun yaxınlığında olmuş, bundan sonra telefon deaktiv vəziyyətə gətirilmiş və bu vəziyyətdə telefon saat 19:25-dək Sulutəpə qəsəbəsi, «Gomruk postu» kimi qeydiyyata alınmış ünvanda olmuşdur. Məhkəmə, göstərilən məlumatların tərəfsiz texniki vasitələrdən əldə olunduğunu nəzərə alıb Təqsirləndirilən şəxs saxlanıldığı vaxt kimi göstərdiyi 17:25 dəqiqənin işin faktiki hallarına uyğun olduğu qənaətinə gəlir və Təqsirləndirilən şəxs saxlanılması vaxtını 05 aprel saat 17:25 kimi nəzərə alınmasını və ittihamda “saat 19:15-də” ifadəsinin saat 17:25 dəqiqə kimi göstərilməsini əsaslı sayır. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs ittihamda göstərilən tarixdə, yəni 05 aprel 2023-cü il tarixdə səhər saat 08:00 radələrində Bakı şəhərindən İsmayıllı rayonuna gedib həmin tarixdə Bakı şəhərinə qayıtdıqda saat 17:25 dəqiqə radələrinə qədər Bakı şəhərindən kənarda olduğu halda həmin tarixdə günorta vaxtldarında Bakı şəhərində “Papanin” adı ilə tanınan yerdən psixotrop maddə əldə etməsinin istisna olunduğu qənaətinə gəlir. Məhkəmənin bu qənaəti təqsirləndirilən şəxs tərəfindən 7,169 qram psixotrop maddənin tanımadığı şəxsdən cəmi 25 (iyirmi baş) manata almasının inandırıcı olmaması baxımından da əsaslıdır. Çünki məhkəmə təcrübəsində metamfetaminin bir qramının belə dəyərinin 25 (iyirmi beş) manatdan kifayət qədər artıq olması müəyyən olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmədiyi barəsindəki ifadələrini, onun narkomaniyadan əziyyət çəkməməsini təsdiq edən məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alıb hesab edir ki, o, üzərindən aşkar olunmuş psixotrop maddələri şəxsi istehlak məqsədi ilə də əldə etməmiş, sadəcə olaraq başqa mənbədən naməlum şəraitdə əldə edərək üzərində saxlamaqla daşımışdır. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs tərəfindən inkar edilən halı təkzib etmədən, onun cinayət əlaqəsinə girməsi iddia olunan şəxsi müəyyənləşdirmədən təqsirləndirilən şəxsin əməlini qabaqcadan əlbir olan bir qrup şəxs kimi qiymətləndirməyin faktiki və hüquqi əsasları olmamışdır. Çünki ümümi anlamda cinayət prosessində təqsirləndirilən şəxsin başqa şəxslə cinayət əlaqəsinə girməsi ya ifadələrlə, ya da işin faktiki halları ilə müəyyən olunur. Birinci halda, qısa qeyd edilsə, təqsirləndirilən şəxsin başqa sübutlarla təsdiqini tapmış ifadələri, şahidlərin ifadələri, ikinci halda isə təqsirləndirilən şəxsin cinayət işinin predmetinin satışına, satış məqsədi ilə əldə olunmasına dair göndərdiyi telefon və digər yazılı ismarıclar, qanunla müəyyən olunmuş qaydada əldə olunmuş telefon danışıqları, həmin qaydada əldə edilmiş əməliyyat məlumatları, cinayət başında tutma və sair bu kimi hallar ola bilər. Hazırkı işdə nə Təqsirləndirilən şəxs cinayət əlaqəsinə girdiyini təsdiq edən ifadələr, nə də onun belə əlaqədə olmasını ehtiva edən işin faktiki halları müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri olmadığı qənəatinə gəlir. Çünki hüququn mənasına görə ittiham aydın və dəqiq olmaldır ki, təqsirləndirilən şəxs həmin ittihamda nəzərdə tutulan halları başa düşüb öz mövqeyini ifadə etmək imkanına malik olsun. Ümumi anlamda təqsirləndirilən şəxsin müdafiə hüququ dedikdə cinayət təqibi orqanı tərəfindən ittihamda nəzərdə tutulan əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsini təsdiq edən, qanunla müəyyən edilmiş qaydada əldə olunmuş sübutlar əsasında tərtib olunmuş təqsirləndirilən şəxsə qarşı irəli sürülümüş ittihamı ehtiva edir. Çünki təqsirləndirələn şəxsin müdafiə hüququ da ümümi anlamda müccərəd ittihamdan deyil, həmin itthamı təsdiqinə yönəlmiş ayrı-ayrı sübutların zərərsizləşdirib ümumi ittihamın təkzib olunmasına yönələn fəaliyyəti ehtiva edir. Məhkəmənin qənaətinə görə sübutsuz ittiham təqsirləndirilən şəxsi müdafiə hüququndan məhrum edir və o, nədən müdafiə olunmağı bilmir. Cinayət prosesi də qanunla müəyyən olunmuş qaydada əldə olunmuş sübutlarla müşahidə olunan təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ona aydın olan ittihamdan müdafiəni ehtiva edir. Əks halda ittiham ümumi anlamda «in abstrakto» olub təqib olunan şəxsi müdafiə hüququndan məhrum edib mücərədd ittihamdan müdafiə özlüyündə de-yure səmərsiz olaraq qalardı. Bu da təqsirləndirilən şəxsin “İnsan Hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvesiyasının 6-cı maddsində nəzərdə tutulan hüquqlarının pozulmasına səbəb orlardı. Məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutları araşdırdıqda Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi zamanı onun üzərindən metamfetamin aşkar olunmasını təsdiq edən protokolu və axtarışı özündə əks etdirən rəqəmsal video diski sübut kimi qiymətləndirmişdir. Məhkəmə, video çəkilişin şəxsi axtarış protokolunun əlavəsi olduğunu nəzərə alır. Məhkəmə, yuxarıda sadalanan sübutlar əsasında Təqsirləndirilən şəxs üzərindən 05 aprel 2023-cü il tarixdə 7,169 qram metamfetamin aşkar olunmasını qəbul edir. Çünki bunu təkzib edən sübut müəyyən olunmadı, lakin təqsirləndirilən şəxs tərəfindən həmin maddənin haradan və kimdən əldə edilməsi müəyyən olunmadı. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 7,169 qram metamfetaminin onun tərəfindən alınması tarixi kimi metamfetaminin aşkar edildiyi 05 aprel 2023-cü ili, əldə olunma yerini başqa mənbə kimi qiymətləndirir və onun əməllərinin Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə ibtidai istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 65 (altmış beş) manat xərclənməsi müəyyən olundu. Məhkəmə ekspertiza xərclərini təşkil edən həmin məbələğin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,119 qram olan psixotrop maddə metamfetaminin məhv edilməsini, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onunn ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 14 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi əvvəllər məhkum olunmaması, himayəsində azyaşlı uşağının olması müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs beynində olan nadir rast gəlinən hormon çatışmazlığı xəstəliyindən əziyyət çəkməsini, uzun müddət ərzində həmin xəstəlikdən Türkiyə və İran İslam Respublikasında müalicə almasını, həmin xəstəlikdən fasiləsiz müalicəyə ehtiyacı olmasını, onun məhkəmədə təqsirli bilindiyi əməl nəticəsində ağır nəticələri baş verməməsini, özünün narkomaniya xəstəliyindən əziyyət çəkməməsini, daimi iş yerinin olmasını ona təyin ediləcək cəzaya təsir edən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü müəyyən edərkən onun uzun müddət ərzində bu iş üzrə həbsdə saxlanıldığını, onun təqsirli bilindiyi əməlin xarakterini nəzərə alınıb ona qısa müddətli azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı sayıb, təyin olunmuş cəzanın həcmini müəyyən edərkən onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmaması ilə bərabər onun tərəfindən törədilməsi sübuta yetirilmiş əməlin törədilməsi hallarını xarakterizə edən işin müstəsna hallarını və təqsirləndirilən şəxsin ağır xəsətəlikdən əziyyət çəkməsini, şəxsiyyətini xarakterizə edən müstəsna halları onun təqsirli bilindiyi əməlin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi nəzərə alıb onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edib onun təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddindən daha aşağı həddə cəza təyin edilməsini əsaslı sayır. Çünki belə cəza məhkəmənin qənaətinə görə cəzanın məqsədinə xidmət etmiş olar. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edərkən təqsirləndirlən şəxsin şəxsiyyəti, əməlin xarakteri ilə bərabər, kreativ yanaşma hüququndan istifadə etməklə cəzanı fərdiləşdirərkən cəza təyinində qənaət prinsipinə əsaslanaraq, azadlıqdan məhrum etmə cəzası təyin ediləcək şəxsə qısa müddətli cəza təyin etməklə, böyük nəticəyə, yəni məhkumun cəmiyyətə reinteqrasiyasına nail olunmasını nəzərə alır. Əks halda həmin halların nəzərə alınmaması cəzada israfçılığa səbəb olub, islah olmağa yönümlü şəxsin şəxsiyyətinin, sonda isə davranışlarının pozulmasına səbəb olardı. Məhkəmənin bu qənəaəti, cəza təyin edilməsi haqqında Azərbaycan Resublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli qərarı baxımından da əsaslıdır. Həmin qərarın 2-ci bəndinin 5-ci abzasında məhkəmələrə cəza tətbiqi məsələsi müzakirə edilərəkən cəzanın növünü və miqdarını seçilməsinin mühüm rol oynadığı, cəzanın birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməli olmasının, onun şəxsi davranışlarının da nəzərə alınması tövsiyyə olunmuşdur. Məhkəmə də Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları və şəxsi davranışlarını nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbirinin seçilməsi və hazırki vaxtadək həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcının 05 aprel 2023-cü il tarixdən hesablanmalı olduğu qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası CMnin 62-ci maddəsini tətbiq olunmaqla ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 05 aprel 2023-cü il tarixdən hesablansın Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 65 (altımış beş) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,119 qram psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən bir ədəd rəqəmsal vidio disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-531/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-531/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver