Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-532/2021 15.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin açıq məhkəmə iclasında xx xxxx 1960-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 1 ünvanda yaşamış, xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, daşıyıb evində saxlamış, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir (əkmiş, yetişdirmiş, onların hissələrini toplamışdır). Belə ki, Təqsirləndirilən şəxs naməlum mənbədən və naməlum vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumilikdə 4756,870 qram ( 4 kq. 756, 870 qr) çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, daşıyıb yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, həmçinin qanunsuz olaraq tərkibində narkotik maddələr olan 18 (on səkkiz) ədəd külli miqdarda çətənə (kannabis) bitkilərini həmin evin həyətyanı sahəsindəki 6 ədəd plastik dibçək qablarında kultivasiya etmiş (əkib, yetişdirib, onların hissələrini toplamışdır), xx xxxxxx 2020-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin (bundan sonra: RPİ, NMB) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində saat 12:05-dən saat 12:30-dək keçirilmiş baxış zamanı həyətyanı sahəsində saxladığı həmin 6 ədəd plastik dibçək qablarında kultivasiya etdiyi (əkib, yetişdirib, hissələrini topladığı) 18 ədəd külli miqdarda yaş vəziyyətdə ümumi çəkisi 1.500 qram olan, aqrotexniki qaydada qulluq edilmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, evin yataq otağındakı stolun üstündə olan 2 ədəd dəmir qutunun içərisindən ayrı-ayrılıqda 3,110 qram və 3,760 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana, həmin otaqdakı paltar dolabının üst siyirtməsindən isə mavi rəngli sellofan torbada satış məqsədi ilə saxladığı külli miqdarda, yəni 4.750 qram (4 kq. 750 qr.) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini əldə edib saxlamaqla, daşımaqla və qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat təqribən 12 radələrində məhəllədən olan tanışı uşağı ilə evin qarşısında, özünün abadlaşdırdığı parkda oturub istirahəi etmişdir. Belə ki, həmin parka müxtəlif ağaclar, güllər əkmiş, təmizliyinə nəzarət etmişdir. Həmin vaxt polis əməkdaşlarının onun həyət qapısından həyətinə girdiklərini görmüş, onlardan kim olduqlarını, nə istədiklərini soruşmuşdur. Onlar polis əməkdaşları olduqlarını və koronavirusla əlaqədar olaraq Səxavəti axtardıqlarını demişlər. Səxavət adlı şəxslə o, eyni həyətdə yaşadıqlarından o, polislərə Səxavətin işdə olduğunu bildirmişdir. Lakin az sonra polislər ona çətənə kollarına görə gəldiklərini bildirmişlər. O, cəmi 6 ədəd çətənə kolu əkdiyini etiraf etmiş və onlara yerini göstərmişdir. 6 ədəd dibçəkdə olan çətənə bitkisi polis əməkdaşları tərəfindən videoçəkiliş altında götürülmüşdür. Bundan sonra polislər evə daxil olmuşlar. O, polislərin kibrit qutularının içərisini boşaltdıqlarını, yerinə tütün yığdıqlarını görmüşdür. Bundan sonra polislər paltar dolabını göstərib, ondan dolabı açmasını istəmişlər. Polislərə orada paltarlarının olduğunu demişdir. Polislər heç kimi yaxına buraxmayıb özləri axtarış aparmışlar. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, polislər yaşadığı evdə baxış keçirərkən 6 ədəd dipçəkdə əkdiyi çətənə bitkisini və həmin çətənə bitkisinin yarpaqlarından toplayıb qurudaraq öz istifadəsi üçün saxladığı 2 ədəd dəmir qutularda olan tütünlə qarışdırılmış qurudulmuş marixuananı aşkar edib götürsələr də, yataq otağındakı dolabdan götürdükləri 01 ədəd göy rəngli sellofan torbada heç bir narkotik vasitə olmamış, həmin sellofan torbada onun şəxsi paltarları olmuşdur. Evdən həmin sellofan torbada olan ona məxsus paltarları polislər özləri ilə Polis İdarəsinə aparmış, sonradan onun özünə geri qaytarmışlar. Təqsirləndirilən şəxs ifadəsinin sonunda göstərdi ki, onun həyətində dibçəklərdə cəmi 6 ədəd, təxminən 30-40 sm hündürlükdə çətənə kolları olmuş, şişirdilməklə 18 kol götürüldüyü qeyd edilmişdir. Bundan başqa onun evində nəlbəkidə ona məxsus təqribən bir qramdan qurudulmuş marixuana olmuş, bunu da şişirtməklə 4 kiloqramdan artıq yazılmışdır. Bundan başqa nəlbəkidə tum olmuşdur. Polislər onun evinə gələndə onların əllərində kənar heç nə görməmişdir. Evdə polislər tərəfindən videoçəkiliş aparılmış, protokolları özü imzalamışdır. Belə bir quraşdırma hadisəyə görə o, bələdiyyə işçisindən şübhələnmişdir. Belə ki, bələdiyyədən bir nəfər gəlib onun evinin qarşısındakı yeri istəmiş, orada nəsə tikinti-abadlıq işləri aparmalı olduqlarını bildirmişdir. O isə, həmin yer ona məxsus olmamasına baxmayaraq torpağı həmin şəxsə verməmişdir. Düşünür ki, həmin problemlər də bələdiyyə işçilərinin tapşırığı ilə yaranmışdır. Məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə baxışı zamanı verdiyi ifadə arasında ziddiyyətlər müəyyən edildiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 2020-ci ilin aprel ayından etibarən yaşadığı evin həyətində öz şəxsi istifadəsi üçün dibçəklərdə marixuana kimi tanıdığı narkotik tərkibli kollar əkib qulluq edərək becərmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 12 radələrində evdə olduğu zaman qapı döyülmüş və qapını açdıqda mülki geyimdə olan bir neçə nəfər şəxsi görmüşdür. Onlar özlərini polis əməkdaşları kimi təqdim etmiş və narkotik vasitələrin əkib becərilməsində və saxlanılmasında şübhəli olduğunu bildirib evə və həyətyanı sahəyə baxış keçirmək istədiklərini bildirmişlər. Buna etiraz etməmiş və könüllü olaraq polis əməkdaşlarına bu barədə yazılı ərizə vermişdir. Polis əməkdaşları yanlarında olan başqa bir mülki şəxsi ona təqdim edib, həmin şəxsin aqronom olmasını bildirmişlər. Aqranomun da baxışda iştirak etməsinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları evinə və həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış zamanı polislər videoçəkilişdən istifadə etmişlər. Keçirilmiş baxış zamanı həyətyanı sahədən 06 ədəd dibçəklərdə əkib becərdiyi ümumilikdə 18 ədəd çətənə kollarını (marixuana) aşkar etmiş, kolları bir-bir çıxardıb qablaşdıraraq möhürlə möhürləmişlər. Sonra polis əməkdaşları evində başqa narkotik vasitə olub-olmaması barədə soruşmuş və onlara yaşadığı evin yataq otağında masanın üzərində 2 ədəd dəmir qabların içərisində olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Həmin marixuananı əkib yetişdirdiyi çətənə kollarının yarpaqlarından yığıb toplayaraq qurudub hazırladığını və tütünlə qarışdırıb çəkmək istəməsini polislərə demişdir. Polislər başqa yerdə də narkotik vasitələr saxlayıbsaxlamadığını soruşduqda həmin yataq otağındakı paltar dolabında sellofan torbada narkotik vasitə qurudulmuş marixuana olmasını demişdir. Polislər dolabın üst gözlüyündən paltarların arasından göy rəngli sellofan torbanı götürüb stolun üstünə qoymuşlar. Bundan sonra sellofan torba açılmış və içərisində saxladığı narkotik vasitə qurudulmuş marixuana olmasını görmüşlər. Sellofan torbada təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuananı da əkib becərdiyi çətənə kollarının yarpaqlarını toplayıb qurutmaqla öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin narkotik vasitələr qablaşdırılaraq möhürlə möhürlənmişdir. Bu barədə müvafiq qaydada protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən, həmçinin onun da tərəfindən imzalanmışdır. Həmin narkotik vasitələr qablaşdırıldıqdan və protokol tərtib edildikdən sonra, polislər onu Suraxanı RPİ-nə aparmışlar. Polis idarəsində polis əməkdaşları üzərinə videoçəkilişlə baxış keçirilməsinin zəruri olmasını bildirmiş və buna etiraz etməmişdir. Sonra hüquq və vəzifələri izah olunmuş və polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. Cavabında üzərində heç bir qanunsuz əşyanın və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərinə baxış keçirmiş və heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir (iş vərəqə: 77-79). Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ünvan 2 ünvanda qeydiyyatda olaraq yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə kultivasiya etməsində və narkotik vasitələrin satışı ilə məşğul olması barədə xx xxxxxx 2020-ci il tarixdə Suraxanı RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə həmin tarixdə ondan, Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı X4 və TŞ-nin təhqiqatçısı, polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra həmin tarixdə tədbirin keçirilməsində iştirak etmək üçün çıxarılmış qərar əsasında Şahid4 mütəxəssis-aqranom kimi tərəfimizdən dəvət olunmuş, hüquq, həmçinin vəzifələri izah olunmuş və bu barədə protokol tərtib edilmişdir. Daha sonra onlar, yəni qrupun iştirakçıları Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Mütəxəssisaqranom Şahid4 da onlarla birlikdə həmin ünvana getmişdir. Saat 12 radələrində ora getdikdə qapını döymüşlər və qapını Təqsirləndirilən şəxs özü açmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmişlər. Ora gedən mütəxəssis-aqranom Şahid4 də təqdim etmişlər. Sonra narkotik vasitələrin əkib becərməsində və saxlanılmasında şübhəli olduğunu Təqsirləndirilən şəxs bildirib evə və həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və könüllü olaraq bu barədə ərizə yazıb vermişdir. Bundan əlavə ona «Xiaomi» markalı mobil telefon vasitəsi ilə videoçəkilişin aparılması da bildirilmişdir. Təqsirləndirilən şəxs buna da etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı həyətyanı sahədə 06 ədəd dibçəklərdə əkib becərdiyi 18 ədəd çətənə kolları aşkar edilmişdir. Həmin kollar birbir çıxardılaraq qablaşdırılıb möhürlə möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs evinə daxil olmuşlar və ondan evində başqa narkotik vasitələrin olub-olmamadığı soruşulmuşdur. Cavabında Təqsirləndirilən şəxs evində qurudulmuş marixuananın olduğunu bildirərək, yataq otağında masanın üzərində iki ədəd dəmir qutuların içərisində olan və həmin otaqda yerləşən dolabın içərisində olan bir ədəd göy rəngli sellofan torbada qurudulmuş narkotik vasitə marixuananı təqdim etmişdir. Təqdim etdiyi qurudulmuş narkotik vasitə marixuanaları əkib becərdiyi çətənə kollarının yarpaqlarını toplayıb qurutmaqla öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin narkotik vasitələr də qablaşdırılaraq möhürlə möhürlənmişdir. Bu barədə müvafiq qaydada protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən, həmçinin Təqsirləndirilən şəxs tərəfindən də imzalanmışdır. Həmin narkotik vasitələr qablaşdırıldıqdan və protokol tərtib edildikdən sonra, Təqsirləndirilən şəxs Suraxanı RPİyə aparılmışdır. Polis İdarəsində üzərinə «Xiaomi» markalı mobil telefonla videoçəkilişlə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. Bəhram Baxşıyev də buna etiraz etməmişdir. Sonra sonuncuya hüquq və vəzifələri izah olunmuş və xidməti otaqların birində videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Bəhram Baxşıyevin üzərində heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən, həmçinin Təqsirləndirilən şəxs tərəfindən də imzalanmışdır. Baxışların keçirilməsi zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs ətrafında keçirilən əməliyyat tədbirlərində birbaşa iştirak etmiş Bakı şəhəri Suraxanı RPİnin NMB-nin əməliyyat müvəkkili Şahid2 və TŞ-nin təhqiqatçısı Şahid3 məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ilə oxşar məzmunlu ifadələr verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Azərbaycan Milli Elmlər X1 baş aqranomu Şahid4 şahid ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid4 tədqiq edilən həmin ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Suraxanı RPİ-nin NMB-nə dəvət edilmişdir. Orada ona ünvan 2 ünvanda qeydiyyatda olaraq yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə kultivasiya etməsində və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatlarının olduğunu, məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyat qrupunun yaradılmasını və keçiriləcək tədbirdə mütəxəssis-aqranom kimi iştirak etməyinin zəruri olduğunu bildirmişlər. Həmin keçiriləcək tədbirdə iştirak etməyə razılıq vermiş, iştirak etməyinə dair xx xxxxxx 2020-ci il tarixdə qərar çıxarılmış və hüquqları, vəzifələri izah olunmuşdur. Daha sonra polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Saat 12 radələrində ora getdikdə qapını döymüşlər və qapını Təqsirləndirilən şəxs özü açmışdır. Polis əməkdaşları özlərini və onu təqdim etdikdən sonra, narkotik vasitələrin əkib becərilməsində və satış məqsədi ilə saxlanılmasında şübhəli olduğunu Təqsirləndirilən şəxs bildirib, evə və həyətyanı sahəyə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və könüllü olaraq bu barədə ərizə yazıb vermişdir. Bundan əlavə Təqsirləndirilən şəxs «Xiaomi» markalı mobil telefon vasitəsi ilə videoçəkilişin aparılması da bildirilmiş, sonuncu buna da etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı həyətyanı sahədə 06 ədəd dibçəklərdə əkib becərdiyi 18 ədəd çətənə kolları aşkar edilmişdir. Həmin kollara baxdıqda, kolların əkilərək becərilməsini və qulluq edilərək kultivasiya edilməsini görmüş, bu barədə polis əməkdaşlarına məlumat verərək çətənə kollarının narkotik vasitə, yəni marixuana olduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən kollar dibçəklərdən bir-bir çıxardılaraq qablaşdırılmış, möhürlə möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs evinə daxil olmuş və ondan evində başqa narkotik vasitələrin olub-olmamadığı soruşulmuşdur. Cavabında Təqsirləndirilən şəxs evində qurudulmuş marixuananın olduğunu bildirərək, yataq otağında masanın üzərində 2 ədəd dəmir qutuları göstərmişdir. Baxdıqda həmin dəmir siqaret qutularının içərisində tütünlə qarışdırılmış narkotik vasitə olan qurudulmuş marixuana olmasını görmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuananı dibçəklərdə əkdiyi çətənə kollarının yarpaqlarından toplayıb qurutduğunu bildirmişdir. Polislər həmin narkotik vasitə olan qurudulmuş marixuananı qablaşdırdıqdan sonra zərfin üzərini öz imzaları ilə təsdiq etmişlər. Bundan sonra polislər Təqsirləndirilən şəxs başqa yerdə narkotik vasitələr saxlayıb-saxlamadığını soruşduqda həmin yataq otağındakı paltar dolabının üst gözlüyündə, sellofan torbada da qurudulmuş marixuana saxlamasını bildirmişdir. Polislər həmin dolabın üst gözlüyündən paltarların arasından orta ölçüdə göy rəngli sellofan torbanı aşkar edib götürmüşlər. Həmin sellofan torbanı daha əvvəl içərisində qurudulmuş marixuana olan dəmir qutuların aşkar edildiyi stolun üstünə qoymuşlar. Polislər həmin sellofan torbanı açdıqda içərisində təxminən 4 kq çəkisi olan, spesifik iyli, bozumtul-yaşıl rəngli ot kütləsinin, yəni narkotik vasitə olan qurudulmuş marixuananın olmasını görmüşlər. Təqsirləndirilən şəxs özü də sellofan torbadan aşkar olunan ot kütləsinin qurudulmuş marixuana olduğunu və həmin qurudulmuş marixuananı əkib yetişdirdiyi çətənə kollarının yarpaqlarından toplayıb qurutmaqla əldə etdiyini və öz şəxsi istifadəsi üçün evində saxladığını təsdiq etmişdir. Bundan sonra polislər həmin göy rəngli sellofan torbanın ağzını bağlamış, üzərinə imzalarıyla təsdiq etdikləri kağız parçası yapışdırılmış və Təqsirləndirilən şəxs də üzərini imzalayıb təsdiq etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan həmin sellofan torba xüsusi möhürlə möhürlənmişdir. Baxış keçirilməsi barədə müvafiq qaydada protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən, həmçinin Təqsirləndirilən şəxs tərəfindən də imzalanmışdır (iş vərəqə: 123-125). Məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid3 arasında keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid3 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər(iş vərəqə: səh. 139-142; 143-146; 147-150; 151-154). Məhkəmə baxışı zamanı tədqiq olunan, həyətyanı sahəyə və mənzilə baxış keçirmə və götürmə haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan 6 ədəd dibçəkdə 18 (on səkkiz) ədəd yaş vəziyyətdə ümumi çəkisi 1500 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri, yataq otağındakı stolun üstündən 02 (iki) ədəd dəmir qutularda çəkisi 3,110 qram və 3,760 qram olan tütünlə qarışıq bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üçulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin yataq otağındakı dolabdan mavi rəngli sellofan torbada olan təmiz çəkisi 4750 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Həmin baxış protokolu tədbir iştirakçılarına və Təqsirləndirilən şəxs oxunmuş, heç bir etiraz olmadığından sonuncu və digər tədbir iştirakçıları tərəfindən imzaları ilə təsdiq edilmişdir (iş vərəqə: 17-18). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 7/488 saylı rəyindən görünür ki, «X3 mənzilindən götürülmüş bir ədəd mavi rəngli polietilen bağlamada təmiz çəkisi 4750 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. X3 yaşadığı evin həyətyanı sahəsindən götürülmüş bir ədəd qara rəngli polietilen torbadakı sayı 18 (on səkkiz) ədəd yaş vəziyyətdə ümumi çəkisi 1500 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. X3 mənzilindən götürülmüş cəhrayı rəngli polietilen bağlamadakı 02 (iki) ədəd dəmir qutularda olan tütünlə qarışıq kütlədə çəkisi 3,110 qram və 3,760 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üçulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır». «Bir ədəd «Havanas» adlı siqarın tərkibində çətənə (kannabis) hissəcikləri yoxdur». «Tədqiqata təqdim edilmiş həmin çəhrayı rəngli polietilen bağlamada 2(iki) ədəd sellofan bükümlərdə ümumi çəkisi 8,070 qram olan bitki toxumları çətənə (kannabis) bitkisinin toxumlarıdır, onların tərkibində narkotik aktivliyə malik komponentlər yoxdur və onlar narkotik vasitələrə aid deyildir» (iş vərəqə: 49-54). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə- narkoloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 2487 saylı rəyindən görünür ki, «Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotropmaddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş narkomanlıq xəstəliyinə düçar olmuş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Lakin onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür» (iş vərəqə: 113-114). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərinə və əşyalarına baxış keçirilməsi prosesini özündə əks etdirən bir ədəd DVD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədən 6 ədəd dibçəkdə əkilmiş 18 (on səkkiz) ədəd çətənə bitkilərinin və evdən qurudulmuş marixuana narkotik vasitəsinə bənzər bitki mənşəli kütlənin, çətənə (kannabis) bitkisi toxumlarının, 01 ədəd «Havanas» adlı siqarın aşakr edilərək götürüldüyü təsdiq olunur və DVD diskə yüklənmiş videogörüntülər şəxsi axtarış və götürmə aparılması barədə xx xxxx 2020-ci il tarixli protokola uyğundur(cinayət işinə əlavə edilmişdir). İbtidai istintiaq orqanının müvafiq qərarına əsasən Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədən və mənzildən aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 18 (on səkkiz) ədəd yaş vəziyyətdə ümumi çəkisi 1.500 qram təşkil edən çətənə bitkiləri, ümumi təmiz çəkisi 4.750 qram təşkil edən qurudulmuş marixuana, ümumi təmiz çəkisi 6,870 qram təşkil edən qurudulmuş marixuana, ümumi təmiz çəkisi 8,070 qram olan çətənə (kannabis) bitkisinin toxumları, 01 ədəd «Havanas» adlı siqar və baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülərin yerləşdirildiyi bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 18 (on səkkiz) ədəd yaş vəziyyətdə ümumi çəkisi 1499,64 qram təşkil edən çətənə bitkiləri, ümumi təmiz çəkisi 4749,9 qram təşkil edən qurudulmuş marixuana, ümumi təmiz çəkisi 6,870 qram təşkil edən qurudulmuş marixuana, ümumi təmiz çəkisi 8,070 qram olan çətənə (kannabis) bitkisinin toxumları, 01 ədəd «Havanas» adlı siqar Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin Maddi sübutların saxlanılması yerinə təhvil verilmiş, bir ədəd CD disk isə cinayət işinin materiallarına tikilmişdir (iş vərəqə: səh. 155-161). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Bundan başqa, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən İİİ siyahıda, yəni “qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 3-15 ədəd (6- 30 hissə), külli miqdar daxil olmaqla yuxarı həddi 16 ədəd (31 hissə) müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini hazırlayıb əldə etməklə, saxlamaqla, daşımaqla və qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) Azərbaycan Respublikasının CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ziddiyyətli ifadələrini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxx 2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 29,120.2.2 və 29,120.2.7-ci maddəsi ilə 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx xxx 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.5-ci maddəsinin tələbləri baxımından onun məhkumluğu xx xxx 2020-ci il tarixdə ödənilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə Təqsirləndirilən şəxs baxılan iş üzrə hadisənin baş verdiyi xx xxxxxx 2020-ci il tarixdə məhkumluğu olmamışdır (iş vərəqə: səh. 95-97). Azərbaycan Respublikası CM-nin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxxxx 2020-ci il tarixli, 2487 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmasının mümkünsüzlüyü qeyd edilmiş və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə, təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunması ilə bağlı məsələyə münasibət bildirərkən qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli, 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlər tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarının 3.7ci bəndinə əsasən 60 yaşından yuxarı olan kişilər barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq oluna bilməz. Bununla da Təqsirləndirilən şəxs məhkəmənin hökmü elan edildiyi tarixə yaşının 60-ı keçməsini nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmamalı, lakin ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədən və mənzildən götürülməklə Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 18 (on səkkiz) ədəd yaş vəziyyətdə ümumi çəkisi 1.499,64 qram təşkil edən çətənə bitkiləri, ümumi təmiz çəkisi 4749,9 qram təşkil edən qurudulmuş marixuana, ümumi təmiz çəkisi 6,870 qram təşkil edən qurudulmuş marixuana, ümumi təmiz çəkisi 8,070 qram olan çətənə (kannabis) bitkisinin toxumları, 01 ədəd «Havanas» adlı siqar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədə və mənzildə baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntülərin yerləşdirildiyi bir ədəd CD disk isə baxılan cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 69,82 (altmış doqquz manat, 82 qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları qismən toplama yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaş həddi nəzərə alınmaqla onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməsin. O, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - ekspertiza tədqiqatlarından sonra qalıq kimi Bakı şəhər Suraxanı rayon Polis İdarəsində maddi sübutların saxlanılması yerinə saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş cinayət işi üzrə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1499,64 qram olan 18 ədəd çətənə bitkisi, qalıq çəkisi 4749,9 qram olan qurudulmuş marixuana, qalıq çəkisi 6,870 qram olan qurudulmuş marixuana, ümumi çəkisi 8,070 qram olan çətənə (kannabis) bitkisinin toxumları və 01 ədəd «Havanas» adlı siqar məhv edilsin. - Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış və götürmə prosesinin videogörüntüləri yerləşdirilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 69,82 (altmış doqquz manat, 82 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-532/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-532/2021
15.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver