Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-532/2024 06.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, “Presedent” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, o, 28 noyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 01 ədəd sellofan bükülünün içərisində təmiz çəkisi 11,311 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 29 noyabr 2022-ci il tarixdə saat 02:20 dəqiqədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, ev 177 ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükülünün içərisində təmiz çəkisi 11,311 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, 29 noyabr 2022-ci il tarixdə, saat 02:50 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, ev 177 ünvanın yaxınlığında Şahid1 ilə birlikdə olarkən 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq onları Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin inzibati binasına dəvət etmişlər. Bölmədə dəvət olunmuş müdafiəçilərin iştirakı ilə onun və Xəyyamın üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona və Xəyyama üzərlərində qanunla qadağan olunmuş əşya varsa onları təqdim etmələri təklif olunmuş, bu təklifdən sonra Xəyyam əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetamin kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur. Edilmiş təklifdən sonra o, ǝynində olan cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroin kütləsini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sağ yan cibindən 1 ədəd elektron tərəzi, şalvarın sol yan cibindən 10 manat pul və üzərində ***-***- **-** simkart nömrəsi olan 1 ədəd "Samsung" markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, elektron tərəzidən narkotikin çəkisini müəyyən etmək üçün istifadə etmiş, istifadə etdiyi ***- **-** mobil nömrə ilə narkotik vasitə satanlara zəng edərək narkotik vasitə istəmiş, özü narkotik vasitə satıcısı olmamış, öz istifadəsi üçün aldığı narkotik vasitələri heç kimə hədiyyə etməmiş, saxlanılarkən ona polis əməkdaşları tərəfindən psixi, fiziki təzyiq olunmamış və heç bir xəsarət almamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, daxil olmuş məlumat əsasında tərəflərindən tədbirlər keçirilmiş, Cahangirlə Xəyyamı birlikdə saxlayaraq Yasamal rayon 27-ci Polis şöbəsinə gətirmişlər. Orada Cahangirin üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Cahangir özünün narkotik vasitə istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını bildirmişdir. Baxmayaraq ki, polisə məlumat satış barədə daxil olmuş, amma satışla bağlı hər hansı fakt qeydə alınmamışdır. Narkotik vasitə müvafiq qaydada götürülüb çəkilmiş, qablaşdırılmış və DİN-nin 7 nömrəli möhürü ilə möhürlənmişdir. Daha sonra narkotik vasitə olub-olmadığını müəyyən etmək məqsədi ilə ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 təqsirləndirilən şəxsə qarşı hər hansı qanunsuz təsir olunmadığını, evində baxış keçirilmədiyini, şəxsin əlavə narkotik vasitə ilə “yüklənmədiyini” bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid4 və əməliyyat tədbirində iştirak etmiş sabiq polis əməkdaşı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdilər. Şahid4 ifadə verdikdən sonra dövlət ittihamçısının çarpaz suallarına cavab olaraq təqsirləndirilən şəxs şahidin onun üzərinə şəxsi axtarış keçirilərkən iştirak etmədiyini, üzərindən heç nə çıxmadığını, bölmədə polis əməkdaşlaının ona narkotik vasitələr təqdim etdiklərini, evində 1 qram yarım narkotik olduğunu, polislərin həmin narkotiki götürdüklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, gecə saat təxminən 11-12-də onların məhləsində olan “Grand market”dən çıxan zaman Cahangirlə rastlaşmış və Mustafa Subhi küçəsi ilə evə gedərkən arxadan iki maşın onlara yaxınlaşmış, maşından 6 nəfər polis əməkdaşı düşmüş, onlara “sakit olun” deyərək manışa mindirib aparmışlar. Sonra polislər Cahangirin evinə girmiş, daha sonra aşağı düşmüş, onları bir neçə saat şəhərdə fırladaraq gəzdirmişlər. Daha sonra onları 27-ci Polis bölməsinə aparmışlar. Təxminən yarım saat - 1 saat orda qalandan sonra yenidən onları bir neçə saat şəhərdə gəzdirmişlər və səhərə yaxın Baş İdarəyə aparmışlar. Onların üzərində heç nə olmamışdır. 27-ci Polis bölməsində Cahangirin və onun qabağına narkotik vasitə qoymuşlar ki, guya buəşyalar onların üzərilərindən çıxıb. Çəkiliş olduqdan sonra onları buraxacaqlarını söyləmişlər. Onlar da qəbul etmiş və çəkiliş zamanı narkotiki etiraf etmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 ona fiziki zorakılıq olunmadığını, amma sözlə təsir göstərildiyini, Cahangirin evindən narkotik vasitə çıxdığını dəqiq bilmədiyini, amma polislərin evə girib-çıxdıqlarını, evə daxil olduqdan sona onları bölməyə apardıqlarını bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, ev 177-də yaşayan Təqsirləndirilən şəxs və xx xxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şahid1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 14). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 15-16). - xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həmin gün həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindikləri üçün Təqsirləndirilən şəxs və Şahid1 29 noyabr 2022-ci il tarixdə saat 02:50 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, ev 177 ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 27-ci Polis şöbəsinə gətirilmişlər (cild 1, iş vərəqi 20). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində 1 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, daha sonra şəxsi axtarış davam etdirilərkən şalvarının yan cibindən bir ədəd elektron tərəzi, üzərində ***-***- **-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon aşkar edilmiş, kütlə və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, onlar və aşkar edilmiş telefon götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, onu bir gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində öz istifadəsi üçün tanımadığı şəxsdən 100 manata əldə etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 59- 61). - materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6807 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə və elektron tərəzi ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 11,311 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 1 (bir) ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 34-38). Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, ev 177 ünvanın yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq Yasamal rayon Polis İdarəsinin - diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, videogörüntülər olan bir ədəd “DVD” diskə baxış zamanı məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 04:40-da Yasamal rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin inzibati binasında xidməti iş otaqlarının birində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Anar Aslanov tərəfindən şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd elektron tərəzi, şalvarın sol yan cibindən 10 (on) manat pul və üzərində ***-***-**-** simkart nömrəsi olan 1 (bir) ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülür. Daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilir və heroinə bənzər kütlənin çəkisi 14,9 (on dörd tam onda doqquz) qram olduğu müəyyən edilir. Sonra aşkar olunmuş həmin kütlə və 1 (bir) ədəd elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılır, DİN-in 7 saylı möhürü ilə möhürlənir, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalanır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülür, 10 (on) manat pul isə sonuncuya qaytarılır (cild 1, iş vərəqi 162-163). - Yasamal Rayon Məhkəməsinin 5(004)-1238/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 tərərfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 192). - cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin MSY-də saxlanılarkən istintaqın gedişinə etiraz olaraq özünə xəsarət yetirməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılmış, toplanmış materiallarda hər hansı cinayət hadisəsi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir (cild 2, iş vərəqi 62-63). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 269 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 100-101). - kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 101 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs özündən uydurmağa meyllilik əlamətləri müşahidə edilmədi, lakin o, situasiyanı öz xeyrinə yönəldib danışa bilər. O, cinayət törədən zaman və cinayət törətdikdən sonra yüksək ruhi həyəcan vəziyyətində olmamışdır (cild 2, iş vərəqi 105-108). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin gün Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkti keçirilmiş, üzləşdirmə zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təqsirləndirilən şəxsin üzünə qarşı demiş, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, polis əməkdaşlarının onu saxlayaraq evinə daxil olaraq axtarış apardıqlarını, ona narkotik vasitə verərək evindən tapdıqlarını bildirdiklərini, çəkiliş zamanı narkotiki boynuna almasını, bundan sonra onu buraxacaqlarını bildirdiklərini, bundan sonra onun polislərə inanıb narkotiki boynuna almasını göstərmişdir (cild 3, iş vərəqi 18-26). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin gün Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkti keçirilmiş, üzləşdirmə zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təqsirləndirilən şəxsin üzünə qarşı demiş, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, polis əməkdaşlarının onu saxlayaraq evinə daxil olaraq axtarış apardıqlarını, ona narkotik vasitə verərək evindən tapdıqlarını bildirdiklərini, çəkiliş zamanı narkotiki boynuna almasını, bundan sonra onu buraxacaqlarını bildirdiklərini, bundan sonra onun polislərə inanıb narkotiki boynuna almasını göstərmişdir (cild 3, iş vərəqi 27-35). - xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin gün Şahid4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkti keçirilmiş, üzləşdirmə zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təqsirləndirilən şəxsin üzünə qarşı demiş, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində narkotik vasitə olmadığını, polis əməkdaşlarının onu saxlayaraq evinə daxil olaraq axtarış apardıqlarını, ona narkotik vasitə verərək evindən tapdıqlarını bildirdiklərini, çəkiliş zamanı narkotiki boynuna almasını, bundan sonra onu buraxacaqlarını bildirdiklərini, bundan sonra onun polislərə inanıb narkotiki boynuna almasını göstərmişdir (cild 3, iş vərəqi 36-44). - Yasamal rayon Polis İdarəsinin 27-cü Polis bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (cild 3, iş vərəqi 45). - CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə dair SMS yazışmaları, anten məlumatları və sair məlumatlar yazılmış 1 ədəd CD disk "xxxx" MMC-dən xx.xx.2023cü il tarixli, AZF/LGL- 6293/23 nömrəli məktuba əlavə edilməklə əldə edilmiş və həmin diskə baxış keçirilmişdir. SMS yazışmalarına baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin nömrədən müxtəlif nömrələrlə narkotikləri satmasına dair müxtəlif yazışmalar aparmışdır. Belə ki, onun yazışmaları aşağıdakılardır: xx-xx-2022 00:56:30 xx-xx-2022 00:56:30 1.1.**********81 1.1.**********23 gerdew 20deyge olar durmuwam kera sehere paykam var vezyet kritik olsa xeber ele evdeyem DELİVERED 05-11 -2022 00:56:30 1.1.**********81 1.1.994553303 323 gerdew 20deyge olar durmuwam kera sehere paykam var vezyet kritik olsa xeber ele evdeyem SUBMİTTED xx-xx-2022 15:22:47 xx-xx-2022 15:22:47 1.1.**********81 1.1.**********70 Coni can 15diy duz DELİVERED xx-xx-2022 20:19:09 xx-xx-2022 20:19:10 1.1.**********81 1.1.**********70 Rafail na lOm ko DELİVERED xx-xx-2022 20:21:05 1.1.**********81 1.1.**********70 keruxa dincelirem hemde paykam birde uwagin emaneti galib SUBMİTTED xx-xx-2022 15:31:14 1.1.**********81 1.1.**********70 Coni kera 1 lis a SUBMİTTED xx-xx-2022 20:21:33 xx-xx-2022 20:21:33 1.1.**********81 1.1.**********70 Coni butov İda duz Gagaw temiz yarim 25 dii DELİVERED xx-xx-2022 06:14:20 1.1.**********81 1.1.**********70 Gagaw temiz yarim 25 dii SUBMİTTED xx-xx-2022 05:13:53 1.1.**********81 1.1.**********70 Keruxa biln na a SUBMİTTED xx-xx-2022 05:13:56 1.1.**********81 1.1.**********70 alan olar. SUBMİTTED xx-xx-2022 14:11:18 xx-xx-2022 14:11:18 1.1.**********81 1.1.**********70 1 dana palavink DELİVERED xx-xx-2022 14:11:49 xx-xx-2022 14:12:39 1.1.**********81 1.1.**********70 1 dana palavink DELİVERED xx-xx-2022 21:31:06 1.1.**********81 1.1.**********70 Kera: yari kola SUBMİTTED xx-xx-2022 17:00:25 1.1.**********81 1.1.**********70 Coni yari duzalar SUBMİTTED xx-xx-2022 17:29:39 xx-xx-2022 17:29:39 1.1.**********81 1.1.**********09 Keraa degigdise saxliyim degig deyilse men iw gordiyim uwagi gozdetdirmiyim oturum ona DELİVERED xx-xx-2022 18:54:43 1.1.**********81 1.1.**********50 27,iki manat qalir m SUBMİTTED xx-xx-2022 14:01:42 xx-xx-2022 14:01:42 1.1.**********81 1.1.**********70 Coni alisa xoçe DELİVERED xx-xx-2022 14:29:56 1.1.**********81 1.1.**********70 Da xacuu SUBMİTTED xx-xx-2022 14:32:11 1.1.**********81 1.1.**********70 Packa? SUBMİTTED xx-xx-2022 14:32:11 xx-xx-2022 14:32:11 1.1.**********81 1.1.**********70 Packa? DELİVERED xx-xx-2022 14:32:40 xx-xx-2022 14:32:40 1.1.**********81 1.1.**********70 Packada negeder olur DELİVERED xx-xx-2022 14:33:34 1.1.**********81 1.1.**********70 14, SUBMİTTED xx-xx-2022 14:37:08 1.1.**********81 1.1.**********70 Lisdada, SUBMİTTED 2/5 xx-xx-2022 18:30:26 xx-xx-2022 18:30:26 1.1.**********81 1.1.**********70 Kera pul var yar DELİVERED xx-xx-2022 19:04:56 1.1.**********81 1.1.**********70 Coni kola yest? SUBMİTTED xx-xx-2022 21:46:57 1.1.**********81 1.1.**********44 Gagaw duzeldib goyiram gifaga SUBMİTTED xx-xx-2022 21:06:06 1.1.**********81 1.1.**********30 Keruxaa mene kartuvin kodni atdaa smsnen mamasanin bank puluni yolliyim kartuva birde sencunde yolliyim SUBMİTTED xx-xx-2022 11:33:32 1.1.**********81 1.1.**********70 Keruxa belka 5p SUBMİTTED xx-xx-2022 18:05:06 1.1.**********81 1.1.**********70 Kera xotybi İdan SUBMİTTED xx-xx-2022 18:11:08 1.1.**********81 1.1.**********70 Vratiska duzqoş SUBMİTTED xx-xx-2022 18:34:30 xx-xx-2022 18:34:30 1.1.**********81 1.1.**********70 Gel gagaw duzelderen DELİVERED xx-xx-2022 19:14:02 1.1.**********81 1.1.**********70 Gagaw sene sef duwub bir gram vermiwem SUBMİTTED xx-xx-2022 19:14:08 1.1.**********81 1.1.**********70 Halal xowun xx-xx-2022 19:46:41 xx-xx-2022 19:46:41 1.1.**********81 1.1.**********70 Gagaw bir gram mal verilib sene hecnediki diyitem halal xowun yoxsa diyerdkm getir gaytar DELİVERED xx-xx-2022 19:04:21 1.1.**********81 1.1.**********09 Gagaw bowdugdii SUBMİTTED xx-xx-2022 20:12:54 1.1.**********81 1.1.**********09 Gagaw bidene alindırim ozum xeber eliyirem SUBMİTTED (cild 3, iş vərəqi 46-64). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 11,311 qram narkotik vasitə heroin, bir ədəd elektron tərəzi, 1 ədəd “Samsung” markalı mobil telefon, “Azercell”, “Bakcell” və "xxxx" MMC-lərdən əldə edilmiş cəmi 3 ədəd CD disk, onun üzərinə aparılmış şəxsi axtarışın gedişatını əks etdirən bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, disklər cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 11,261 qram narkotik vasitə heroin, bir ədəd elektron tərəzi və ədəd “Samsung” markalı mobil telefon saxlanılması üçün Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir (cild 3, iş vərəqi 162-191, 205, 244). - cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 3, iş vərəqi 144-150). - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü İlqar Səlimov adlı uşağı vardır (cild 1, iş vərəqi 213). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmış və o, ittihamı mübahisələndirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə biri-birinə ziddiyyətli ifadələr vermişdir. Belə ki, o, sərbəst ifadə verərkən özünü verilmiş ittihamda qismən təqsirli bilərək üzərindən həqiqətən də narkotik vasitə heroin və elektron tərəzi aşkar aşkar olunduğunu, həmin narkotik vasitəni şəxsi istifadə üçün üzərində gəzdirdiyini, elektron tərəzidən narkotiki çəkmək üçün istifadə etdiyini, natkotik vasitə satmadığını və heç kimə vermədiyini bildirdi. Lakin Şahid4 ifadə verdikdən sonra dövlət ittihamçısının çarpaz suallarına cavab olaraq təqsirləndirilən şəxs onun üzərinə şəxsi axtarış keçirilərkən üzərindən heç nə çıxmadığını, bölmədə polis əməkdaşlaının ona narkotik vasitələr təqdim etdiklərini, evində 1 qram yarım narkotik olduğunu, polislərin həmin narkotiki götürdüklərini bildirdi. Məhkəmə təqsirləndirilən şəxsin sonrakı ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan cins şalvarın ciblərindən 1 ədəd bükümdə narkotik vasitə heroin və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə ilkin ifadələr verərkən üzərindən aşkar edilmiş kütlənin özünə məxsus olduğunu, onu bir gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində öz istifadəsi üçün tanımadığı şəxsdən 100 manata əldə etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ifadəsində özünü müdafiə məqsədilə məhkəmədə göstərdiyi xüsusatlar iş üzrə polis əməkdaşları olan şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, həmçinin cinayət işinin materiallarında olan digər sübutlarla tam təkzib olunmuşdur. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs məhkəmədə sonradan dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalması, yəni inandırılıb törətmədiyi cinayəti boynuna alması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirmiş əməliyyat işçiləri məhkəmədə ifadə verərkən onun narkotikin satışı ilə məşğul olması barədə konkret fakta malik olmadıqları barədə göstərsələr də, istintaq orqanının əldə etdiyi və iş materlallarında olan, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə müxtəlif şəxslərlə apardığı SMS yazışmalarından isə aydın görünür ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Məhkəmə qeyd edilən yazışmaları, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, ondan narkotiklərin çəkilməsində istifadə olunan avadanlığın – elektron tərəzinin aşkar edilməsini, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin yaxın tanışı Şahid1 polislərin onu və Təqsirləndirilən şəxs küçədə saxladıqdan sonra Cahangirin evinə girmələri, daha sonra aşağı düşüb onları bir neçə saat şəhərdə gəzdirmələri, daha sonra onları 27-ci Polis bölməsinə apararaq Cahangirin və onun qabağına narkotik vasitə qoyaraq həmin əşyaları boyunlarına götürmələrini, çəkiliş olduqdan sonra onları buraxacaqlarını söyləmələri, bundan sonra çəkiliş zamanı onun və Cahangirin narkotiki etiraf etmələri barədə məhkəmədə verdiyi ifadələrə tənqidi yanaşır və hesab edir ki, həmin şahid məhkəmə istintaqında belə məzmunlu ifadələr verməklə yaxın tanışlıq münasibətləri olan Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi güdmüş və onun cinayət məsuliyyətindən azad olunmasını istəmişdir. Bu səbəbdən məhkəmə həmin şahidin məhkəmədə vedikyi ifadələrini inandırıcı və ağlabatan hesab etmir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Pelnumunun tövsiyələrini nəzərə alaraq məhkəmə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə təqsirli bilinməli və o, ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 21 oktyabr 2022-ci ildə törətmiş olduğu əmələ görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 2, iş vərəqi 121-122, 194-200). Məhkəmənin sorğusuna Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasından verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2022ci il tarixdən Bakı İstintaq təcridxanasında saxlanılan, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Təqsirləndirilən şəxs cəza müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki ildən çox vaxt keçmədiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, Təqsirləndirilən şəxs hazırkı iş üzrə ittiham olunduğu cinayəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmamışdan daha əvvəl törətdiyinə görə məhkəmə hesab edir ki, onun əməlində cinayətlərin residivi mövcud deyildir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən ona təyin edilmiş 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin olunacaq cəza ilə tamamilə toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, habelə onun həmin cəzanı çəkdiyi nəzərə alınmaqla yekun cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 30 noyabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 noyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 31, 183-187; cild 2, iş vərəqi 88- 91; cild 3, iş vərəqi 93-97). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 29 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 11,261 qram narkotik vasitə heroin, bir ədəd elektron tərəzi məhv edilməli, 1 ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Digər maddi sübutlar – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk, “Azercell”, “Bakcell” və "xxxx" MMC-lərdən əldə edilmiş cəmi 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş cəza ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası tam toplanılmaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasını tam çəkdiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin cəza müddəti bu iş üzrə təyin edilmiş cəzadan çıxılsın, onun üzərində 6 (altı) il azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 29 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülərək Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 11,261 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin. - Təqsirləndirilən şəxs məxsus olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 1 ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. Digər maddi sübutlar – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD disk, “Azercell”, “Bakcell” və "xxxx" MMC-lərdən əldə edilmiş cəmi 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-532/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-532/2024
06.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver