Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-532/2025 31.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X11 ibarət tərkibdə, məhkəmə iclasının katibi X15, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli, AR-İİİ 479724 nömrəli etibarnamə üzrə nümayəndəsi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Sərkər oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1948-ci il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivi, 6395 saylı fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhəri Sabunçu rayonu X7 və Ərazi İdarəetmə şöbəsinin rəisi vəzifəsində işləyən zaman səlahiyyəti olmadığı halda öz qulluq mövqeyindən sui-istifadə edərək xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlarında 12 sot torpaq sahəsini özəlləşdirəcəyinə və satacağına dair yalan vədlər verib inandırmaqla Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi 4B ünvanında yerləşən Kürdəxanı Bələdiyyəsinin inzibati binasında Zərərçəkmiş şəxs1 62000 manat pulunu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhəri Sabunçu rayonu X7 və Ərazi İdarəetmə şöbəsinin rəisi vəzifəsində işləyən zaman səlahiyyəti olmadığı halda öz qulluq mövqeyindən sui-istifadə edərək xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlarında 12 sot torpaq sahəsini özəlləşdirəcəyinə və satacağına dair yalan vədlər verib inandırmaqla Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi 4B ünvanında yerləşən Kürdəxanı Bələdiyyəsinin inzibati binasında Zərərçəkmiş şəxs4 59000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs4 Vidadi oğluna külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhəri Sabunçu rayonu X7 və Ərazi İdarəetmə şöbəsinin rəisi vəzifəsində işləyən zaman səlahiyyəti olmadığı halda öz qulluq mövqeyindən sui-istifadə edərək xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Kürdəxanı qəsəbəsi, Ləhiş bağlarında yerləşən torpaq sahəsinə bağ orderi verəcəyinə dair yalan vədlər verib inandırmaqla Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi 4B ünvanında yerləşən Kürdəxanı Bələdiyyəsinin inzibati binasında Zərərçəkmiş şəxs2 2000 manat pulunu ələ keçirərək maddi ziyan vurmaqla Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etmişdir. Bundan savayı, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhəri Sabunçu rayonu X7 və Ərazi İdarəetmə şöbəsinin rəisi vəzifəsində işləyən zaman səlahiyyəti olmadığı halda öz qulluq mövqeyindən sui-istifadə edərək xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlarında 36 sot torpaq sahəsini özəlləşdirərək satacağı barədə yalan vədlər verib inandırmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Yasamal rayonu, Musabəyov parkında Zərərçəkmiş şəxs3 57600 manat və həmin torpaq sahəsinə order verəcəyi adı ilə Zərərçəkmiş şəxs5 6000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs3 külli miqdarda olan 57600 manat, digər Zərərçəkmiş şəxs5 6000 manat olmaqla xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Yasamal Rayon Polis İdarəsi tərəfindən 26 oktyabr 2023-cü il tarixdə barəsində axtarış elan olunduğuna görə 02 noyabr 2023-cü il tarixdə saat 19:00 radələrində arvadı ilə birgə yaşadıqları Ləhiş bağları 6395 saylı bağ sahəsinə gedərkən polis əməkdaşları tərəfindən saxlanılıb həmin polis idarəsinə aparılmış, orada ona bir neçə vətəndaşa qarşı dələduzluq edərək həmin şəxslərin külli miqdarda pullarını mənimsədiyi bildirilmişdir. O, axtarış qərarına qəti şəkildə etiraz edərək sentyabr ayının 25-i öz ərizəsi əsasında X7 və ərazi idarəetmə şöbəsinin rəisi vəzifəsindən azad olunduqdan sonra noyabr ayının 1-nə qədər iş günləri bələdiyyəyə gedərək xidməti otağında olan ərazilərin xəritələrini və digər sənədləri şöbənin işçisi Elşən Əliyevə izah edərək təhvil verməklə məşğul olduğunu izah etmişdir. Yəni axtarışa verildiyi müddətdə (26 oktyabr - 02 noyabr) polis tərəfindən bələdiyyəyə yaxud yaşadığı və qeydiyyatda olduğu Mirəli Seyidov 14, mənzil 2 ünvanına, qaynananası yaşayan evə polis yaxud bildiriş gəlməmişdir. O, polis əməkdaşları tərəfindən idarə etdiyi, həyat yoldaşına məxsus **-VA-*** dövlət nömrə nişanlı avtomobil ilə Yasamal Rayon Polis İdarəsinə gətirilmişdir. Zərərçəkmiş şəxslər onun barəsində 16 avqust 2023-cü il tarixdə Yasamal Rayon Polis İdarəsinə ərizə ilə şikayət etsələr də, o, 26 oktyabr 2023-cü il tarixdə axtarışa verilmişdir. 03 noyabr 2023-cü il tarixdə X36 onu şübhəli şəxs qismində saxlamışdır. O, arvadı tərəfindən tutulan müdafiəçisi Müdafiəçi gəlməsindən sonra istintaqın aparılmasını xahiş etsə də, X36 əhəmiyyət verməyib istintaqa başlamışdır. Müstəntiqin verdiyi suallara cavab olaraq o, təxminən 2023-cü ilin əvvəllərində tanımadığı bir nəfər şəxsin işlədiyi Kürdəxanı bələdiyyəsindəki xidməti otağına gələrək, özünü Qarabağ müharibəsi qazisi Zərərçəkmiş şəxs4 kimi təqdim etdiyini, ordan-burdan danışdıqdan sonra Ləhiş massivində 3-4 bağ sahəsinin nömrələrini yazaraq ona verib araşdırdığını, həmin bağ sahələrinin 20-30 ildən bəri istifadəsiz qaldığını deyib bağ sahiblərinin ünvanlarını ondan istədiyini, həmin şəxsləri tapıb torpaqları özəlləşdirdikdən sonra satmağı nəzərdə tutduğunu demişdir. Zərərçəkmiş şəxs4 hər sənəd üçün şirinlik verəcəyini, dolanışığının çətin olduğunu, ailəsinin mövcudluğunu, qazi kimi yardımçı olmasını xahiş etmişdir. O, Zərərçəkmiş şəxs4 dediklərinin araşdırılacağına söz vermiş və sonuncuya 2-3 gün sonra gəlməsini söyləmişdir. Zərərçəkmiş şəxs4 otaqdan çıxdıqda stolun üstünə 30 manat pul qoymuş, 3-4 gün sonra Zərərçəkmiş şəxs4 yenidən gəlib əlində olan 1 kiloqram balı təklif etdikdə o, etiraz edərək şəkər xəstəsi olduğunu söyləmiş, lakin sonuncu təmiz bal olduğuna görə narahat olmamasını söyləmişdir. O, Zərərçəkmiş şəxs4 verdiyi bağ nömrələrindən yalnız 1 bağ sahəsinin, yəni 5593 nömrəli bağın sahibi X16 ünvanını təqdim etmiş, 4-5 gün sonra Zərərçəkmiş şəxs4 onun təkrar yanına gələrkən özü ilə Zərərçəkmiş şəxs1 gətirib yaxın tanışı olduğunu bildirmiş və 5578 nömrəli bağ sahəsinin sahibinin koordinatlarının verilməsini ondan xahiş etmişlər. O, yenə də araşdırıb 3-4 gün keçdikdən sonra 5578 nömrəli bağ sahəsinin X10 ayrılmasına dair olan ünvan və məlumatları Zərərçəkmiş şəxs1 vermişdir. Bundan başqa, 01 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 3-4 dəfə zəng vurub ona balıq hədiyyə edəcəyini xahiş etdiyindən, o, Yasamal rayonunda yerləşən Musabəyov parkında görüşmüş, yanında əlində balıq olan Samir adlı şəxs də olmuş, o, həmin yerdə Zərərçəkmiş şəxs5 və Cümşüd adlı şəxsi görməmişdir. Həmin şəxslər ona iki orderə görə ümumilikdə 4000 manat pul vermiş, həmin şəxslər orderləri qaytarsalar da, pullarını istəməmişlər. Avtomobilində aşkar olunmuş orderlər Bağlar İdarəsinin 2007-ci ilin may ayında bağlanmasından sonra müəyyən səbəblərə görə vətəndaşlar tərəfindən kooperativ sədrlərinə qaytarılmış və həmin ilin may ayının 22-dək ayrı-ayrı vətəndaşlara verilmiş bağ sahələrinə aid olmuşdur. Sözügedən orderlər üzrə sahələr mübahisəli olduğundan, mübahisəsiz sahələrlə əvəz olunması xahiş edilmişdir. Çoxlu sayda bağ orderləri aktlaşdırılaraq ona verilmiş və sonrakı illərdə də bəzi hallarda o, yerləri göstərib orderləri vermişdir. O, bağda 10-15 ədəd vətəndaşların adlarına yazılmış orderlərin bir nüsxəsinin onda olduğunu bildirdiyindən, müstəntiq və iki əməliyyatçı ilə birgə onu maşına mindirib yaşadığı bağa aparılmış, o, özündə olan açarla darvazanı açan zaman, iki it qəfildən darvazaya hücum etmiş, bunu görən müstəntiq tezliklə qapını örtmüşdür. Bundan sonra müstəntiqin otağına qayıtmış, otağa daxil olduqdan sonra 4 nəfər şəxs hay-küylə yaxınlaşıb, hər biri ayrı-ayrılıqda 59000, 59000, 57600 və 2000 manat pul verdiklərini iddia etmişlər. Həmin şəxslərdən ikisi, yəni Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 Kürdəxanı bələdiyyəsində onun yanında olmaqla, o, 5593 və 5578 saylı bağ sahələrinin ünvanlarını sonunculara təqdim etmiş, hər biri isə buna qarşılıq olaraq 2000 manat ona “şirinlik” vermişlər. Samir adlı şəxsi yalnız balıq gətirərkən görmüş, Zərərçəkmiş şəxs2 adlı şəxsi isə ümumiyyətlə tanımamışdır. O, deyilənləri imtina etdiyindən, şikayətçilər əsəbiləşib hədə-qorxu ilə qışqırmağa başlamışlar. Nəticədə, 03 noyabr 2023-cü il tarixdə sutkalıq növbədə olan polis əməkdaşları otağa daxil olub, şikayətçiləri otaqdan çıxarmışlar. Bundan sonra 04 noyabr 2023-cü il tarixdə polis əməkdaşları saat 17:00 radələrində onu əvvəlcə Yasamal Rayon Prokurorluğuna, daha sonra isə Yasamal Rayon Məhkəməsinə aparmış, məhkəmənin giriş qapısında Rauf, Samir və Vaqifdən başqa, tanımadığı 2-3 nəfər hərbi geyimdə olan şəxslər də məhkəməyə daxil olmaq istəsələr də, həmin şəxslərin girişinə icazə verilməmişdir. İçəri girdikdən sonra həmin şəxslər qapını təpikləyib, səs-küy salmağa başlamışlar və hətta şüşələrin sındırılmasına qədər olan vəziyyət yaranmışdır. Onu gətirən polis əməkdaşı tezliklə qolundan tutub, 2-ci mərtəbəyə çıxararaq zalın qarşısında əyləşdirmiş, məhkəmə zalına daxil olarkən artıq zalda 5-6 nəfər hərbi geyimdə olan, özlərini qazi kimi təqdim edən şəxslər olmuşlar. O, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 başqa digər şəxsləri tanımamışdır. Məhkəmə iclasında şikayətçilər yenə də hay-küylə onun barəsində həbs qətimkan tədbirinin seçilməsini yekdilliklə tələb etmiş, hansı ki, həmin şəxslərin təqdim etdiyi 4000 manat pulu vəkili Müdafiəçi tərəfindən qaytarılması təklif edildikdə, bəlkə də şikayətçilər hakimin ev dustaqlığı şəraitində istintaqın aparılması barədə qərar çıxarılmasından şübhələnərək narahat olmuşlar. Nəhayət, onun barəsində həbs qətimkan tədbiri seçildikdən sonra şikayətçilər hamısı ayağa qalxıb qərarı alqışlayaraq hakimə “çox sağ olun” demişlər. Onun axtarışa verilərək həbs edilməsi təşkil olunmuş bir ssenaridir. 04 noyabr 2023-cü il tarixdən 20 noyabr 2023-cü il tarixədək X36 tərəfindən heç bir istintaq hərəkəti aparılmaması səbəbindən, onun xahişi ilə vəkili Müdafiəçi müstəntiqin digər müstəntiq ilə əvəz olunması barədə ərizə ilə Yasamal rayon prokurorluğuna müraciət etmiş, lakin nəticə əldə edilməmişdir. Bundan sonra, X36 onu xx.xx.2024-cü il tarixdə iş otağına dəvət edib ailə üzvlərinə xəbər verməsini və 70000 manat pul göndərməsini ondan istəmiş, həmin gün bu işi yoluna qoyacağını, ya da cinayət işini Ağır Cinayətlər Məhkəməsinə göndərəcəyini bildirmişdir. Onun evində 70 manat belə pulu olmamışdır. Növbəti gün müstəntiq onu öz maşınında, vəkili Müdafiəçi qarşısında otağı əllə göstərdiyi vəziyyətdə şəklini çəkmişdir. Həmçinin, həmin şəkillər parkda da çəkilmişdir. Fotoşəkillərin aşağı hissəsində müstəntiq yazmışdır ki, o, pulları həmin otaqda almışdır. Ev dustaqlığına buraxıldıqdan sonra isə X36 onu Yasamal Rayon Polis İdarəsinə dəvət etmiş və şəklin altında imza atmağı təklif etmişdir. Lakin o və vəkili buna etiraz etmişlər. Daha sonra müstəntiq həmin sözləri dəyişdikdən sonra o və vəkili imzalamışlar. İttiham aktında qeyd edilmişdir ki, o, Zərərçəkmiş şəxs1 15 mart 2023-cü il tarixdə, Zərərçəkmiş şəxs4 isə 25 may 2023-cü il tarixdə hər biri guya 59000 manat pul müqabilində Ləhiş bağlarında 12 sot torpağın özəlləşdirilməsinə söz vermiş və daha sonra isə o, bu vədləri yerinə yetirməmiş, həmin şəxslər pullarını geri istədikdə isə o, sözügedən şəxsləri aldadıb Şəki rayonuna qaçmışdır. Əslində o, heç yerə qaçmamış, 2023-cü ilin mart-sentyabr aylarında bələdiyyədə rəsmi iş yerində olmuşdur. Şikayətçilərin iddialarına görə, o, 59000 manat pulu Kürdəxanı qəsəbəsi, Kürdəxanı Bələdiyyəsinin inzibati binasında almış və həmin şəxslərin yanında Cümşüd və Orxan adlı şəxslər də olmuşdur. Əgər şikayətçilər ona külli miqdarda pul verdiklərini iddia edirlərsə, nəyə görə pullarını tələb edərkən, xx.xx.2023-cü il tarixdə olduğu kimi bələdiyyəyə gələrək polis idarəsində qışqırıq salmadıqları, Sabunçu rayon polis idarəsinə ərizə ilə müraciət etmədikləri sual doğurur. 14 noyabr 2024-cü il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs4 yalan məzmunda ifadə verib Sabunçu rayon polis idarəsinə şikayət etdiklərini və oradan Yasamal rayon polis idarəsinə müraciət etmələrinin izah edildiyi bildirmiş, halbuki guya külli miqdarda pul verdikləri Kürdəxanı Bələdiyyəsi və Ləhiş bağları, sözügedən 5578 və 5593 saylı bağ sahələri Sabunçu rayonunda yerləşir. Həmçinin o və arvadı uzun illərdir ki, Kürdəxanı qəsəbəsi Ləhiş bağlarında qeydiyyatsız yaşayırlar və həmin ərazi də Sabunçu rayonuna aiddir. Həmçinin, şikayətçilərin heç biri də Yasamal rayonunda yaşamır. Zərərçəkmiş şəxs4 təkidlə onu balıq bəhanəsi ilə Musabəyov parkına çağırmış və guya balıqla bərabər, Samir və Ramil Quluyevlərin 57600 və 6000 manat vermələri təşkil olunmuşdur. Bu, istintaqın Yasamal rayonu tərəfindən yalançı axtarış təşkil edilməsi və onun həbs edilməsi məqsədilə həyata keçirilmişdir. Həmin müddətdə artıq bağ nömrəsi verilməsi mümkün olmadığı üçün 1600 manata 36 sot torpaq uydurulmuşdur. X2 miqdarda pul iddiaları ilə axtarış adı altında həbs edilməsinə çoxlu sübutlar təqdim etmişdir. İttiham aktında qeyd olunduğu kimi, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 ifadəsi yerində yoxlanılmış və sonuncu Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlarında yerləşən torpaq sahəsini göstərərək, həmin sahəyə görə Yasamal rayonu, Musabəyov parkında pul verdiyini əyani şəkildə təsvir etmişdir. Bundan başqa, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 ifadəsi yerində yoxlanılmış və sonuncu Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlarında yerləşən torpaq sahəsini göstərmiş və qeyd olunan sahəyə görə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində pul verdiyini əyani şəkildə təsvir etmişdir. X36, həm onun, həm də vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 torpaq sahələrinə baxış keçirmək məqsədilə dəvət edilməsini təmin etməmişdir. O, həmçinin bildirmişdir ki, əgər bu baxış keçirilmiş olsaydı, 48 saat ərzində həqiqət ortaya çıxar və məsələnin aydınlaşması mümkün olardı. İttiham aktında göstərilən məbləğlərlə səs yazısında olan məbləğ arasında ziddiyyət mövcuddur. Digər Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi fotoşəkillərə baxış keçirən zaman müəyyən edilmişdir ki, 4 ədəd fotoşəkil Sabunçu rayonu, Ləhiş bağlarında yerləşən torpaq sahəsində çəkilmişdir. Fotoşəkillərdə o, Zərərçəkmiş şəxs3 və Vaqif görünür. Zərərçəkmiş şəxs3 əlində ölçü metrəsi olduğu qeyd edilmiş, fotoşəkillərin günorta vaxtı çəkildiyi müəyyən olunmuşdur. O, bildirmişdir ki, həmin şəkillər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 ilə birgə təxminən 2023-cü ilin may ayında, sonuncuların xahişi ilə özəlləşdirmək istədikləri Vaqif Hüseynova məxsus 5593 saylı bağ sahəsinin döngə nöqtələrinin dəqiqliyini yoxlamaq məqsədilə çəkilmiş, orada heç bir ölçü işləri aparılmamışdır. Onun 5593 saylı bağ sahəsinin ölçülməsindən məlumatı olmamışdır. Fotoşəkillərin necə çəkilməsini o bilməmişdir. Zərərçəkmiş şəxs3 36 sot torpağın guya ölçülüb verilməsi ilə bağlı təqdim etdiyi şəkillər sonuncunun sübut təqdim etmə cəhdi kimi qiymətləndirilməlidir. X36 tərəfindən təqdim olunan səs yazısı və Zərərçəkmiş şəxs3 fotoşəkillərində külli miqdarda pulların verilməsini sübut edən hər hansı hal yoxdur. O, 2000 manatı qaytarmağı desə də, şikayətçilərdən heç biri bələdiyyəyə gəlməmiş, 2023-cü ilin iyul ayının sonunda Zərərçəkmiş şəxs4 ona zəng edib balıq bəhanəsi ilə görüşməyi təklif etmişdir. O, balıq məsələsinin yalnız bəhanə olduğunu və məqsədlərinin 4000 manatı geri almaq olduğunu başa düşmüşdür. Bu səbəbdən, o, 31 iyul 2023-cü il tarixdə, saat 10:00 ilə saat 15:00 arasında "xxxx" ASC-dən 4000 manat kredit götürmüş və evdə olan qızıl əşyaları bir yerə toplamışdır. X18 2023-cü ilin aprel ayında ürəyinə aparat qoydurduğuna görə, sonuncuda hərəkət məhdudiyyəti yarandığından, o, arvadını hər yerə öz maşını ilə aparmışdır. 31 iyul 2023-cü il tarixdə arvadını banka aparıb gətirdikdən sonra, növbəti gün, yəni 01 avqust 2023-cü ildə arvadını Yasamal rayonuna sonuncunu anasına baş çəkmək üçün aparmış, Yasamal rayonuna çatdıqdan sonra Zərərçəkmiş şəxs4 zəng edib orada olduğunu bildirdikdə, Zərərçəkmiş şəxs4 ona təxminən 14:00 radələrində Musabəyov parkında görüşməyi təklif etmişdir. Parka getdikdə orada Zərərçəkmiş şəxs4 və əlində kulok olan Zərərçəkmiş şəxs3 onu gözlədiyini görmüş, Zərərçəkmiş şəxs4 ona yeni farel balığı gətirdiyini demiş, Samir isə balıq olan kuloku (sellofan torbanı) ona təqdim etmişdir. Arvadı həmin vaxt 4000 manatı ona vermiş, Rauf isə bir az başının qarışıq olduğunu deyərək, 1-2 istifadə olunmayan bağ sahəsini tapdığını və daha sonra gələcəyini qeyd etmişdir. İttiham aktına görə Zərərçəkmiş şəxs4 onunla danışıq zamanı 2-3 bağ nömrəsi verdiyini bildirmiş və həmin bağ nömrələrinin kimə məxsus olduğunu öyrənməsi üçün o, 2-3 gün vaxt istəmişdir. Bu vaxt Rauf ona 1000 manat pul vermişdir. Həmçinin, ittiham aktının 5-ci səhifəsinin 6-cı abzasında qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 həmin torpaq sahibləri ilə danışaraq ona həmin torpaq sahəsinə görə order vermiş, o, pulu şirinlik kimi almış, təxminən 10 gün sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 onun yanına gəlib, həmin bağ nömrəsinin sahibini tapdıqlarını və torpaq sahəsinə görə 10000 manat verdiklərini bildirmiş, Zərərçəkmiş şəxs1 ona həmin orderə görə 2000 manat şirinlik verəcəyini demiş və həmin orderlə rahatlıqla torpaq sahəsini özəlləşdirə biləcəyini söyləmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 onun işlədiyi Kürdəxanı Bələdiyyəsindəki iş otağına gedərək, onunla birlikdə avtomobillə əraziyə çıxmış, o, guya Zərərçəkmiş şəxs1 müxtəlif boş torpaq sahələrini göstərmiş, bəyəndiyi torpaq sahəsini seçməsi üçün təklif etmiş, göstərdiyi torpaq sahələri səbəbindən ona təşəkkür əlaməti kimi şirinlik olaraq 1000 manat pul verilmişdir. İttiham aktında qeyd olunanlara görə, X36 tərəfindən aparılmış istintaq nəticəsində müəyyən edilmişdir ki, o, öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Bakı şəhəri Sabunçu rayonu X7 və Ərazi İdarəetmə şöbəsinin rəisi vəzifəsində çalışarkən, 15 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlarında yerləşən 12 sot torpaq sahəsini özəlləşdirəcəyini və satacağını vəd edərək sonuncunu aldatmış, və Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi 4B ünvanında yerləşən Kürdəxanı Bələdiyyəsinin inzibati binasında Zərərçəkmiş şəxs1 62000 manat pul almış, daha sonra 13 mart 2023-cü il tarixdə X9 qəsəbəsi, Ləhiş bağlarında yerləşən 12 sot torpaq sahəsinin özəlləşdirilməsi üçün etibarnamə vermişdir. Təxminən 2 gün sonra, Zərərçəkmiş şəxs1 ona X7 sahəsinin çıxarışını almaq və həmin torpaq sahəsini qanuni formada öz adına rəsmiləşdirmək məqsədilə 59000 manat ödəniş, bu vaxt orada onun yanında Orxan və Rauf da olmuşdur. Növbəti gün, Zərərçəkmiş şəxs1 ona əlavə olaraq 2000 manat pul vermişdir. Daha sonra onun idarəetdiyi “**-VA-***” dövlət nömrə nişanlı “Volvo” markalı avtomobilin yanında görüşdükdə, o, Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsi üçün order vermişdir. Bu zaman onun yanında Rauf da olmuşdur. Zərərçəkmiş şəxs1 Cəmilə Cavanşirovadan baş etibarnamə almış, növbəti addım kimi Dövlət Arxivinin Bakı filialına müraciət edərək, torpağın X8 adına olması barədə arayış almış, daha sonra həmin torpaq sahəsinə çıxarış və texniki pasport almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinə müraciət etmiş və bu idarə həmin yerə mühəndis göndərərək ölçü işləri aparmışdır. Bu cinayət işi üzrə müəyyən maraqlı suallar ortaya çıxır. Belə ki, Zərərçəkmiş şəxs1 Cəmilə Cavanşirova ilə 10000 manat müqabilində anlaşaraq “etibarnamə” almış, sonra isə həmin torpaq sahəsi ilə əlaqədar olaraq Dövlət Arxivinin Bakı filialına müraciət etmiş, həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsindən çıxarış və texniki pasport almışdır. Bununla yanaşı, Zərərçəkmiş şəxs1 Dövlət Komitəsindən göndərilən mühəndisləri torpaq sahəsinə qəbul etmiş və ölçü işlərini aparmalarına şərait yaratmışdır. Beləliklə, Zərərçəkmiş şəxs1 bütün bu əməliyyatları özü həyata keçirdiyi halda, ona nə üçün 59000 manat ödəməsi sual yaradır. Əgər bütün bu əməliyyatlar Zərərçəkmiş şəxs1 tərəfindən həyata keçirilibsə, onda həmin məbləğin verilməsinin hansı məqsəd güddüyü aydın deyil. Bu məsələnin araşdırılması və ödənilən məbləğin məqsədi barədə daha ətraflı məlumatın əldə olunması vacibdir. Növbəti şikayətçi Zərərçəkmiş şəxs2 barədə qeyd etmişdir ki, sonuncu ilə ilk dəfə Yasamal Rayon Polis İdarəsində üzləşmişdir. Guya, Zərərçəkmiş şəxs2 ona 2000 manat verərək, bu məbləğin müqabilində sonuncunun ata-baba yerinin olub-olmaması məsələsi qeyri-müəyyəndir. Üstəlik, bağ nömrəsi, Baksovet qərarı və digər qanuni sənədləri olmayan bir torpaq sahəsinin orderi ola bilməz. Digər tərəfdən, o, Zərərçəkmiş şəxs5 ilk dəfə 23 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında görmüşdür. Zərərçəkmiş şəxs5 istər 03 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Sevil Qulieva və Zərərçəkmiş şəxs3lə üzləşdirilən zaman, istərsə də, 01 avqust 2023-cü il tarixdə Musabəyov parkında Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 “balıq vermə” komediyasında olmamışdır. O, həmçinin adları bəzi epizodlarda hallanan Orxan və Cümşüdü bugünədək tanımamış, şahid kimi heç vaxt Kürdəxanı Bələdiyyəsində görməmişdir. O, Zərərçəkmiş şəxs3 ittiham aktında əks olunan ifadəsinə münasibət bildirərək qeyd etmişdir ki, o, 18 iyul 2023-cü il tarixdən 30 avqust 2023-cü il tarixədək növbəti əmək məzuniyyətində olmuş və 31 iyul 2023-cü il tarixdə arvadı ilə birgə saat 11:00-dan saat 15:00-a qədər bankda olmuşlar. Bu səbəbdən də, 31 iyul 2023-cü il tarixdə saat 12:00-da Zərərçəkmiş şəxs3 qeyd etdiyi kimi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Cümşüdlə bərabər Ləhiş bağ massivinə gedib 36 sot torpaq sahəsini onlara göstərməyi hadisəsinin tamamilə yalandır. Bundan əlavə, Ləhiş bağ massivində 1 sot belə olsa sahibsiz torpaq yoxdur, həm də sotu 1600 manata olan qiymətdə torpaq mövcud deyildir. Bundan başqa, 02 avqust 2023-cü il tarixdə saat 11:30 radələrində Ləhiş ərazisində yenə də Vaqif Hamidov, Rauf və Cümşüdün iştirakı ilə 36 sot torpağı ölçüb Zərərçəkmiş şəxs3 verməsi məsələsi yalandır. O, həmin gün, yəni 02 avqust 2023-cü il tarixində əvvəlcədən söz verdiyi Kürdəxanı kənd sakinləri İmran və Şükür adlı şəxslərlə təxminən saat 11:00 radələrində görüşərək Ləhiş bağ ərazisinə getmiş, sonuncuların ata-baba torpaqlarına hər hansısa sənədin verilib-verilməməsini araşdırmışdır. Samir Quliyev 36 sot torpağın guya ölçülüb verilməsini sübut etmək üçün istintaqa fotoşəkillər təqdim etmişdir. Müstəntiq o, həbs olunduqdan cinayət işi məhkəməyə göndərilənədək heç bir istintaq hərəkəti aparılmamışdır. Hər hansısa torpağın satışı onun səlahiyyətinə aid olmamışdır. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o, 2010-cu ildən 2023-cü ildədək torpaq şöbəsinin rəisi vəzifəsində fəaliyyət göstərmiş, onun vəzifəsi vətəndaşlar tərəfindən daxil olan ərizələrin yerində yoxlanılması, onların şikayətlərinə aydınlıq gətirilməsi, şikayətlərin və ya torpaq mübahisələrinin nədən ibarət olmasının aydınlaşdırılması, həmçinin vəkillər tərəfindən daxil olan sorğuların cavablandırılması, məhkəmələrdə bələdiyyənin nümayəndəsi qismində çıxış edərək bələdiyyəni müdafiə etmək olmuşdur. O, heç bir vətəndaşa torpaq sahəsi ayırmamış və ya bununla bağlı saxta order təqdim etməmiş, o sadəcə olaraq dövlət tərəfindən verilən rəsmi, onların öz adlarına olan orderləri sahiblərinə təqdim etmişdir. 2005-ci ildə kooperativlər ləğv olunan zaman sədrləri əllərində olan orderləri gətirib bələdiyyəyə təqdim etmiş, o da həmin orderlərin sahiblərini çağıraraq sonunculara təqdim etmişdir. O, Zərərçəkmiş şəxs1 ilk dəfə 2023-cü ilin mart ayında yanına gələn zaman tanımış, əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs1 vətəndaşlara aid olan torpaq sahələrinin koordinatlarının onda olmasını öyrəndiyindən onun yanına gəlmiş, o, Zərərçəkmiş şəxs1 otağında qəbul etmiş, Zərərçəkmiş şəxs1 özünü ona Qarabağ qazisi kimi tanıtdığına görə o da hörmət əlaməti olaraq sonuncunu otağında qəbul etmişdir. Zərərçəkmiş şəxs1 ona təxminən 20-30 ildir ki, vətəndaşların Ləhiş Bağ massivində yerləşən torpaq sahələrinə dair orderlərini gəlib götürmədiklərini söyləmiş, ona verəcəyi nömrə ilə həmin torpaq sahələrinin koordinatlarının harada olmasının aydınlaşdırmağı təklif etmişdir. O, 5578 nömrəli bağ-torpaq sahəsinin koordinatlarını Zərərçəkmiş şəxs1 vermiş, Zərərçəkmiş şəxs1 ondan maddi vəziyyətinin yaxşı olmaması səbəbindən pul qazanmaq üçün köməklik etməsini xahiş etmişdir. Onun köməklik etməkdən başqa bir niyyəti olmamış, onun məqsədi sadəcə kömək etmək olmuş, bunun qarşılığında Zərərçəkmiş şəxs1 ona şirinlik verəcəyini demişdir. Zərərçəkmiş şəxs1 onun yanına Zərərçəkmiş şəxs4 gətirmiş, Zərərçəkmiş şəxs4 onun yanına gələnə kimi tanımamışdır. Ondan başqa Ləhiş bağlarında yerləşən bağ-torpaq sahələrinin koordinatlarını və sahiblərini bilən, tanıyan ikinci bir şəxs olmamış, həmin bağların verilməsi onun iştirakı ilə həyata keçirilmişdir. Zərərçəkmiş şəxs4 onun yanına gəlməkdə məqsədi 5578 və 5593 nömrəli bağ-torpaq sahələrinin sahiblərinin koordinatlarını ona verməsi olmuş, o, bələdiyyədə vəzifə sahibi olmuş, işlərin belə olacağını bilməmiş, onun heç bir dələduzluq niyyəti olmamışdır. Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 ona etibarnamə göstərərək 5578 və 5593 nömrəli bağ-torpaq sahələrinin sahibləri ilə danışaraq beh verdiklərini bildirmişlər. Zərərçəkmiş şəxs1 ona 1000 manat şirinlik kimi pul vermiş, Zərərçəkmiş şəxs1 məqsədi ucuz qiymətə bağ alaraq həmin bağı baha qiymətə satıb pul qazanmaq olmuş, Zərərçəkmiş şəxs1 verdiyi pulu şirinlik kimi qəbul etmiş, Zərərçəkmiş şəxs1 verdiyi pulu qəti olaraq rüşvət kimi qəbul etməmiş, 1000 manat pulun müqabilində Bakı Şəhəri İcraiyyə Komitəsinin həmin torpaq sahəsi ilə bağlı verdiyi qərarı və vətəndaşa aid olan orderi Zərərçəkmiş şəxs1 vermiş, o, ilk olaraq vətəndaşa aid olan qərarın nömrəsini, sonra orderi Zərərçəkmiş şəxs1 vermiş, sonuncu şəxsən torpağın özəlləşdirilməsi üçün müvafiq orqana müraciət etmişdir. Zərərçəkmiş şəxs4la əvvəllər münasibəti olmamış, Zərərçəkmiş şəxs4 bağ-torpaq sahəsinin ünvanını və sahibinin nömrəsini vermiş, Zərərçəkmiş şəxs4 gedib Arif Rüstəmovla danışmış, o, həmin şəxslərə kömək etmişdir. Rauf və Vaqif, həmçinin Vaqifin oğlu Yaqub onun yanına gəlmiş, Yaqub yanına gələrək Vaqifin oğlu olduğunu, atasına verdiyi koordinatları özünə də verməyini ona söyləyərək bağlarına yiyə durmaq istədiyini demişdir. O Yaquba 2 gün sonra gəlməsini demiş, səhəri gün Raufla Vaqif yanına gəlib Yaquba nömrələri verməməsini ondan istəmişdir. 1700 manat və 300 manat olmaqla ümumilikdə 2000 manat pul vermiş, 57000 manat pul ona verilməmiş, şirinliyin müqabilində vətəndaşa aid olan koordinatları, qərarın nömrəsini və orderi vermişdir. Bələdiyyənin bu işə heç bir aidiyyəti olmamış, aralarında 59000 manat barədə söhbət olmamış, Zərərçəkmiş şəxs2 ilk dəfə üzləşdirmə vaxtı görmüş, Zərərçəkmiş şəxs2 ilə arasında heç bir sənəd və yaxud koordinatla bağlı söhbət olmamış, Zərərçəkmiş şəxs3 tanımamış, Zərərçəkmiş şəxs3 ilk dəfə balıq verəndə görmüş, 01 avqust 2023-cü il tarixdə Musabəyov parkında Raufla birlikdə Samir də gəlmiş, balıq sellofanı Samirin əlində olmuş, Rauf balığı ona hədiyyə olaraq gətirmişdir. 1988-ci ildən 2007-ci ilədək Ləhiş bağ-torpaq sahələri vətəndaşlara ayıralaraq verilmiş, verilən torpaqlar dövlət torpaqları olmuş, bələdiyyə torpaqları olmamış, boş sahələr olmuş, vətəndaşlar alandan sonra özləri hasarlamış, torpaq şöbəsi mövcud olmuş, həmin şöbənin də rəisi o olmuş, 2007-ci ilədək həmin torpaqların koordinatlarını o müəyyən etmiş, kooperativlər ləğv olunduqdan sonra sədrlər orderləri bələdiyyəyə təhvil vermiş, o da həmin orderləri sahiblərinə təqdim etmişdir. O, bələdiyyə vasitəsilə bağ-torpaq sahəsi verməmiş, order vasitəsilə torpaq əldə etmək mümkün olmuş, onun rolu torpağın sahibinin ünvanını və adını həmin şəxslərə vermək olmuş, onun torpaq rəsmiləşdirmək, torpaq vermək kimi səlahiyyəti olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə Zərərçəkmiş şəxs5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. O, Tərtər rayonunda yaşamaqla orada kafe işlətmişdir. O, Vətən uğrunda gedən döyüşlərdə iştirak edərək “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Ağdam rayonundan işğaldan azad edilməsinə dair” medallar ilə təltif edilmişdir. Dəqiq xatırlamadığı tarixdə qardaşı Zərərçəkmiş şəxs3 ona torpaq aldığını, həmin torpağın rəsmiləşdirilməsi prosesinin qaldığını deyib onun da pul qoyaraq həmin torpağı rəsmiləşdirmələrini təklif etdiyindən, o, 6000 manat pulla Bakı şəhərinə gəlmiş və o, qardaşı Samir və Zərərçəkmiş şəxs4 Yasamal rayonunda yerləşən “Asan Xidmət”-in qarşısında görüşmüşlər. Bu vaxt özünü onlara “Hacı” kimi tanıdan Təqsirləndirilən şəxs yaxınlaşmış, o, pulu Təqsirləndirilən şəxs təhvil verdikdən sonra yaşadığı rayona qayıtmışdır. Bir qədər müddət keçdikdən sonra işin gedişatı ilə bağlı qardaşı Samirdən soruşduqda aldadıldıqlarını və “Hacı” ləqəbli şəxsdən heç bir xəbər olmadığını bilmişdir. Zərərçəkmiş şəxs5 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs onlara pul qarşılığında torpağa order verəcəyinə dair söz vermiş, onları aldadaraq bir vaxtlar bələdiyyə sədri vəzifəsində işlədiyi demiş, ona vurulmuş ziyan 6000 manat olmuş, onun pulu geri qaytarılmamışdır. O, dəqiq tarixi xatırlamasa da, hadisə təxminən 2023-cü ilin avqust ayında baş vermiş, o, pulu şəxsən Təqsirləndirilən şəxs təqdim etmiş, Təqsirləndirilən şəxs pulu sarı sellofana qoymuşdur. Pul Təqsirləndirilən şəxs 16 hektar torpaq sahəsinə order verilməsi üçün ödənilmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. Təxminən 2023-cü ilin yanvar ayının sonlarında o, Zərərçəkmiş şəxs1 ilə birgə özünü “Hacı” kimi təqdim edən Təqsirləndirilən şəxs Kürdəxanı Bələdiyyəsində yerləşən xidməti otağına getmişlər. Təqsirləndirilən şəxs onlara “yaxşı” ərazidən ucuz qiymətə torpaq sahəsi verə biləcəyini söylədiyindən, birlikdə Nardaran qəsəbəsində yerləşən Ləhiş bağ massivinə getmişlər. “Hacı” ona həqiqətən də düz, əlverişli torpaq sahəsi göstərmiş, həmin torpaq sahəsi Nardaranda köhnə məscidin yaxınlığında yerləşmişdir. Təqsirləndirilən şəxs ona torpağın 1 kv.m-ni 2000 manata verəcəyini desə də, sonradan onlar 1500 manata razılaşmışlar. Təqsirləndirilən şəxs “Asan Xidmət”-in arxasındakı binada yaşadığını desə də, sonradan sonuncunun Musabəyov parkının yaxınlığında yaşadığı məlum olmuşdur. Bundan sonra o və Zərərçəkmiş şəxs4 “Asan Xidmət” Mərkəzinin yaxınlığına gəlmiş, həmin vaxt Zərərçəkmiş şəxs4 əlində sarı rəngli sellofan və həmin sellofanın içərisində Təqsirləndirilən şəxs üçün gətirilmiş balıq olmuşdur. O, Təqsirləndirilən şəxs həmin torpaq üçün 57600 manat, qardaşı Zərərçəkmiş şəxs5 isə 6000 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulları qara sellofana büküb sarı sellofandakı balıqların üzərinə qoymuş və ona növbəti gün torpağı ölçmək üçün gedəcəklərini demişdir. Növbəti gün “metrə” (məsafə ölçən) vasitəsilə gedib sözügedən torpağı ölçmüş, Məmməd orderi onlara vermək üçün əlaqə saxlamalı olduqlarını dediyindən, o, dəfələrlə zəng etməsinə baxmayaraq Təqsirləndirilən şəxs zəngləri açmamışdır. Daha sonra o, bələdiyyəyə getdikdə, Təqsirləndirilən şəxs orada tapa bilməmiş, bələdiyyənin inzibati binasında Təqsirləndirilən şəxs inzibati otağından sağ tərəfdəki otaqda əyləşən xanımdan sonuncunun harada olduğunu soruşduqda, həmin xanımın cavablarından Təqsirləndirilən şəxs qaçdığını başa düşmüşdür. Zərərçəkmiş şəxs3 həmçinin bildirmişdir ki, 57600 manat ona, 6000 manat isə qardaşına ziyan dəymişdir. İbtidai istintaqda Təqsirləndirilən şəxs borcları geri qaytaracağını etiraf etsə də, sonradan vəkilinin sözü ilə inkar etməyə başlamışdır. O, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etmiş, imzalar ona məxsus olmuşdur. Məhkəmədə Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. O, fərdi sahibkar kimi fəaliyyət göstərmişdir. 2023-cü ilin yanvar ayının sonlarında onun dostunun oğlu olan Zərərçəkmiş şəxs4 ucuz torpaqların satıldığını və həmin torpaqları X7 bölməsinin müdiri olan “Hacı” ləqəbli şəxsin, yəni Təqsirləndirilən şəxs satdığını söyləmişdir. Zərərçəkmiş şəxs4 ona torpaqların Nardaran qəsəbəsi, Ləhiş bağ massivində yerləşən ərazidəki torpaqlar olduğunu, sonradan həmin torpaqları baha qiymətə “Seabreeze”-ə satmağın da mümkün olacağını dediyindən, o, Raufla birlikdə Kürdəxanı bələdiyyəsinə “Hacı” ləqəbli şəxsin yanına getmiş, o, həmin gün “Hacı” ləqəbli şəxsin, yəni Təqsirləndirilən şəxs cibinə 1000 manat pul da qoymuşdur ki, əlverişli yerdən torpaq sahələrini onlara versin. Rauf, o və “Hacı” ləqəbli şəxs, yəni Təqsirləndirilən şəxs birlikdə Nardarana getmişlər. Orada Təqsirləndirilən şəxs onlara 60000 manat dəyərində olan torpaq sahəsini göstərib əlavə olaraq 2000-3000 manat arası pulun da torpağın orderinə görə verəcəklərini demişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin sahibinin bəstəkar Əfsər Cahangirov olduğunu söyləyərək sonuncudan icazə almalı olduğunu söylədiyindən, o, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığına həmin şəxslə danışmaq üçün getmiş, lakin ona bəstəkar Əfsər Cahangirovun vəfat etdiyi, arvadı və qızının Musabəyov parkı deyilən ərazinin yaxınlığında yaşadığını bildirmişlər. O, həmin ünvana getdikdə bəstəkar Əfsər Cahangirovun arvadının da vəfat etdiyini, qızının isə Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində yaşadığını öyrənmişdir. O, mənzil-kommunal istismar sahəsinə gedib bəstəkar Əfsər Cahangirovun qızının Alatavada yaşadığı ünvanı öyrəndikdən sonra qızı Cəmilə adlı şəxsi tapmışdır. Cəmilə adlı şəxs ona atasının vəfatından sonra sözügedən torpağı öz adına rəsmiləşdirə bilmədiyi demiş, o, 40000 manat qarşılığında Cəmilə adlı şəxslə razılaşmış, ilkin olaraq 10000 manat pulu sonuncuya vermiş, qalan 30000 manat pulu isə torpağa çıxarışı öz adına aldıqdan sonra Cəmilə adlı xanıma verməyi nəzərdə tutmuşdur. Təxminən mart ayında Zərərçəkmiş şəxs4, Şahid2 və o, birgə Kürdəxanı bələdiyyəsinə gedib Təqsirləndirilən şəxs 59000 manat pul vermiş, birisi gün isə “Kənd Soveti”-nin yanında Təqsirləndirilən şəxs avtomobilində order üçün 2000 manat pulu Zərərçəkmiş şəxs4la birlikdə Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra o, bütün sənədləri toplayıb Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə torpağa çıxarış əldə etmək məqsədilə getmiş, bir neçə gün sonra yerli müayinə məqsədilə reyestrin nümayəndələri onunla birgə Nardarana gedib torpağı ölçmüş, koordinatları müəyyən etmişlər. Araşdırmanın nəticəsində reyestr xidmətinin nümayəndələri ona torpağın mülkiyyətçisi bəstəkar Əfsər Cahangirov vəfat etdikdən sonra sonuncunun adına olan çıxarışın ləğv edildiyini, müqavilə əsasında torpaq sahəsinin başqa şəxsin adına rəsmiləşdirildiyini demişlər. O, Zərərçəkmiş şəxs4la birgə Təqsirləndirilən şəxs iş yerinə getmiş, Təqsirləndirilən şəxs ona narahat olmamasını, daha yaxşı torpaq sahəsi verəcəyini söyləmişdir. O, Təqsirləndirilən şəxs şübhələnməyə başlamış, Raufla birlikdə Kürdəxanı bələdiyyəsindən çıxdıqdan sonra orada yerləşən restorana yemək yeməyə getmiş, orada söhbət açılmış və oradakı şəxslər “Hacı” ləqəbli şəxsin, yəni Təqsirləndirilən şəxs dələduz olduğunu və sonuncunun arvadını da məhz bu torpaq məsələsinə görə öldürdüklərini, uşaqlarının da qaçaraq İsveçə getdiklərini söyləmişlər. O da polis orqanına gedib “Hacı” ləqəbli şəxsdən, yəni Təqsirləndirilən şəxs şikayət etmişdir. O, təqsirləndirilən şəxsdən 62000 manat pul tələb edir. Zərərçəkmiş şəxs1 həmçinin bildirmişdir ki, “Hacı” ləqəbli şəxs, yəni Təqsirləndirilən şəxs ona verilmiş pulu geri qaytarmamış, ona torpaq sahəsi verməmişdir. O, Təqsirləndirilən şəxs otağından çıxarkən sonuncunun mobil telefonda kiməsə pulu aldığını deməsini eşitmiş, bu səbəbdən də, Təqsirləndirilən şəxs başqa şəxslərlə əlbir olduğunu düşünür. Bələdiyyənin sədri Təqsirləndirilən şəxs məhz bu söz-söhbətlərə görə işdən çıxarmış, bağ nömrələrini onlara Təqsirləndirilən şəxs təqdim etmiş, 5578 saylı bağ-torpaq sahəsinə dair orderi “kənd soveti”-nin yanında öz maşınında “Hacı” ləqəbli şəxs, yəni Təqsirləndirilən şəxs onlara 2000 manat pulun qarşılığında vermişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq etmiş, imzalar ona məxsus olmuşdur. Məhkəmədə Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. O, Bakıxanov qəsəbəsində yerləşən kafedə ofisiant kimi işləmiş, mərhum qardaşının Ləhiş bağlarında bağ sahəsi olsa da, sənədi olmamışdır. Bir gün Zərərçəkmiş şəxs4 kafeyə gəlib torpağa order verən şəxs olduğunu dedikdə, o, həmin torpaq sahəsini sənədləşdirmək məqsədilə Təqsirləndirilən şəxs müraciət etmiş, Təqsirləndirilən şəxs də aldadıb ondan pul alsa da, torpağa order verməmişdir. Zərərçəkmiş şəxs2 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 vasitəsilə tanımış, Təqsirləndirilən şəxslə Kürdəxanı bələdiyyəsində sonuncunun xidməti otağında görüşmüş, pulu ilk görüşəndə verməmiş, görüşdən 1 həftə sonra təxminən 04 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs 2000 manat pul vermiş, pulu ödədikdən təxminən 1 həftə keçdikdən sonra aldadıldığını bilmişdir. Torpağın sənədi olmamış, bələdiyyə torpağı olmuşdur. O, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiqləmiş, imzalar ona məxsus olmuşdur. O, şikayətçidir, pulunu geri istəyir. Məhkəmədə Zərərçəkmiş şəxs4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. O, Kürdəxanı ərazisində olan torpağını müəyyən səbəblərdən satmışdır. Daha sonra atasının dostu olan Zərərçəkmiş şəxs1 ona bahalı torpaqları ucuz qiymətə satan bir şəxs olduğunu dediyindən, Zərərçəkmiş şəxs1la birgə Kürdəxanı bələdiyyəsinin inzibati binasına üzərində “Torpaq şöbəsinin müdiri” yazılmış inzibati otağa getmişlər. Həmin inzibati otaq “Hacı” ləqəbli şəxsə, yəni Təqsirləndirilən şəxs məxsus olmuş, həmin şəxs o və Zərərçəkmiş şəxs1 torpağı almaq üçün 100000-120000 manat arası xərcləri çıxsa belə, həmin torpağı 240000-250000 manata sata biləcəklərini demişdir. Həmin gün Zərərçəkmiş şəxs1 1000 manat pulu “Hacı” ləqəbli şəxsə, yəni Təqsirləndirilən şəxs vermişdir ki, “yaxşı” yerdən torpaq sahəsi versin. O, Zərərçəkmiş şəxs1 və “Hacı” ləqəbli şəxs həmin gün Nardaran ərazisinə torpağa baxmaq üçün getmişlər. Təqsirləndirilən şəxs o və Zərərçəkmiş şəxs1 sahəsi 12 hektar olan torpaq sahəsi göstərib həmin torpaq sahəsini 60000 manata verəcəyini söyləmiş, lakin torpağın sahibindən də əlavə olaraq etibarnamə almaq üçün əlavə haqq verməli, həmçinin torpağa orderə görə də 2000-3000 manat aralığında pul verməli olduqlarını demiş və onlar razılaşmışlar. O, Vaqiflə birgə sonuncunun aldığı torpağın sahibindən gedib etibarnamə aldıqdan sonra “Hacı” ləqəbli şəxsin otağına gələrək sonuncuya 59000 manat pul vermişlər. “Hacı” ləqəbli şəxs orderi nə zaman gəlib götürəcəklərini deyəcəyini söyləmiş, üzərindən bir neçə gün keçdikdən sonra “Hacı” ləqəbli şəxs zəng edib orderin hazır olduğunu, lakin bələdiyyənin sədri işə maraqlı olduğundan orderi verməyəcəyini demişdir. O, Orxan, Vaqif və “Hacı” ləqəbli şəxs “Kənd soveti”-nin yanında sonuncunun avtomobilində 2000 manat qarşılığında orderi almışlar. Bu hadisədən sonra o da özünə torpaq almaq qərarına gəlmiş və “Hacı” ləqəbli şəxslə danışmışdır ki, ona da yaxşı torpaq sahəsi versin. Təqribən 2023-cü ilin mart ayında “SeaBreeze” ərazisində əlverişli yerdə yerləşən sahədən “Hacı” ləqəbli şəxs ona torpaq göstərmiş və qiymətinin 60000 manat olduğunu və ona 59000 manata verəcəyini demişdir. “Hacı” ləqəbli şəxs torpağın sahibi Vaqif adlı şəxsdən etibarnamə almalı olduğunu dedikdən sonra o, Vaqiflə birgə sonuncunun oğlu ilə görüşmüş, həmin şəxslərlə 53000 manata razılaşmış və 3000 manatı əvvəlcədən həmin şəxslərə vermişdir. Razılaşmaya əsasən 50000 manatı da torpağa çıxarış əldə etdikdən sonra verəcəyini nəzərdə tutmuşdur. Bundan sonra “Hacı” ləqəbli şəxs ona saxta order gətirib vermiş, artıq atamın dostu Zərərçəkmiş şəxs1 torpağına reyestrin nümayəndələri tərəfindən aparılmış baxışa cavab olaraq onların aldadıldıqları məlum olduğuna görə bilmişdir ki, onun da torpağına çıxarış verilməyəcək. Dərhal aldığı torpağın sahibi olan Vaqifgildən 3000 manatını almış, neçə dəfələrlə “Hacı” adlı şəxsi axtarsa da, tapa bilməmişdir. “Hacı” ləqəbli şəxs ondan işlə bağlı 57000 manat pul almışdır. Zərərçəkmiş şəxs4 həmçinin bildirmişdir ki, “Hacı” ləqəbli şəxs ona pulunu geri qaytarmamış və torpaq sahəsi verməmişdir. Cümşüd onun ailəvi dostu olmuş, sonuncunu uzun müddətdən bəri tanımış, həmin şəxs də özünə torpaq almaq istəmişdir. Sevil xanım 2000 manat pulu “Hacı” ləqəbli şəxsə pul verərkən o da orada olmuşdur. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş, imzalar ona məxsus olmuşdur. Ona ümumilikdə 59000 manat ziyan vurulmuş, həmin məbləği təqsirləndirilən şəxsdən tələb etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. O, bəzi pullar verilən zaman orada olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs1 2023-cü ilin mart ayında təxminən 59000 manat pulu onun yanında Təqsirləndirilən şəxs iş otağında vermişdir. Pulu aldıqdan sonra Təqsirləndirilən şəxs qapını bağlayıb pulu saymış və daha sonra kiməsə zəng etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs4 da 2023-cü ilin may ayında Təqsirləndirilən şəxs 57000 manat pul verərkən orada olmuşdur. Həmin gündən təxminən 2-3 gün sonra Zərərçəkmiş şəxs4 yenə 1000 dollar pulu Təqsirləndirilən şəxs vermişdir. Eşitdiyinə görə Təqsirləndirilən şəxs pul qarşılığında order verəcəyini öhdəsinə götürmüşdür. Şahid2 həmçinin bildirmişdir ki, otaqda pul verilən vaxt Zərərçəkmiş şəxs1, o və Zərərçəkmiş şəxs4 olmuş, Zərərçəkmiş şəxs1 ona pulu 16 hektar torpağa görə verdiyi söyləmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 torpaq verəcəyini demiş, o Zərərçəkmiş şəxs1la illərlə dost olmuş, həmin torpağı onlara Təqsirləndirilən şəxs göstərmiş, torpaq sahəsi Ləhiş bağlarında dənizə tərəf ərazidə yerləşmiş, Zərərçəkmiş şəxs4 torpağı Zərərçəkmiş şəxs1 torpağından biraz aralıda olmuşdur. Təqsirləndirilən şəxs həmin torpaq sahələrinə baxmağa getmiş, bütün pul vermə anlarında o, yanlarında olmuşdur. O, Sumqayıtda yaşamış, harada yaşamağından asılı olmayaraq Zərərçəkmiş şəxs1 yanında olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. O, Təqsirləndirilən şəxs ilk dəfə may ayında Kürdəxanı Bələdiyyəsində görmüş, Rauf, Vaqif, Orxan və o, Kürdəxanıya Təqsirləndirilən şəxs otağına getmiş, Zərərçəkmiş şəxs1 özünə torpaq almaq istəmiş və bu səbəbdən Kürdəxanı Bələdiyyəsinə getmişdir. Zərərçəkmiş şəxs4 onların yanında Təqsirləndirilən şəxs 57000 manat pul vermiş, Təqsirləndirilən şəxs hamının yanında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 2 ay müddətə dəniz qırağında torpaq verəcəyini söyləmişdir. Üzərindən bir qədər müddət keçdikdən sonra Samirin atası ona zəng edərək Samirin torpaq almaq istədiyini və onun da böyük əmisi kimi yanında olmağını xahiş etmişdir. Dəqiq xatırlamadığı tarixdə Samir və qardaşı Raminlə birlikdə Musabəyov parkına getmişlər. Zərərçəkmiş şəxs4, daha sonra isə “Hacı” ləqəbli şəxs gəlmiş, Zərərçəkmiş şəxs4 hətta Təqsirləndirilən şəxs balıq da gətirmişdir. Zərərçəkmiş şəxs3 57600 manat pulu, Zərərçəkmiş şəxs5 isə 6000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs onlara narahat olmamasını, məsələni həll edəcəyini söyləmiş, sonradan məsələnin nə yerdə olduğunu soruşduqda Təqsirləndirilən şəxs torpaq vermədiyini, pulları geri qaytarmadığını və zənglərə də cavab vermədiyini eşitmişdir. Şahid1 həmçinin bildirmişdir ki, o, “Hacı” ləqəbli şəxsin yanında olanda torpaq almaq istəsə də, qiymətdə razılaşmamışdır. Bakı şəhəri, Yasamal rayonunda pul verilərkən orada olmuş, həmin vaxt ***-***-**-** saylı mobil nömrəni istifadə etmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs arvadı olmaqla aralarında ədavət və düşmənçilik olmamışdır. 31 iyul 2023-cü il tarixdə əri Təqsirləndirilən şəxs borcu olduğundan kredit götürməli olduğunu söylədiyinə görə oğlunun əri və o, evdə olan bütün qızıllarını götürüb qohumu Zəhra Əşrəfova ilə birgə "xxxx" ASC-yə getmişlər. Qızılları qiymətləndirmək üçün “Moskva” Univermağından zərgər gəlməli olduğundan "xxxx" ASC-də həmin gün saat 15 radələrinədək gözləmişlər. Zərgər gəldikdən sonra qızılları qiymətləndirib evə gəlmişlər. "xxxx" ASC-də olarkən Təqsirləndirilən şəxs çöldə onları gözləmiş, Təqsirləndirilən şəxs onlarla birlikdə banka daxil olmuş, lakin sonradan çıxmışdır. Təqsirləndirilən şəxs onlarla təxminən 10 dəqiqə bankda qalmış, həmin gün hansı saat aralığında bankda olduqlarını xatırlamamışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qohumu olmaqla aralarında ədavət və düşmənçilik olmamışdır. 30 iyul 2023-cü il tarixdə baldızı Sevda ona zəng edərək növbəti gün, yəni 31 iyul 2023-cü tarixdə saat 11 radələrində onu gəlib evdən götürərək "xxxx" ASC-yə gedəcəklərini söyləmiş və həmin tarixdə Təqsirləndirilən şəxs və Sevda Ağakişiyeva gəlib onu şəxsi maşınları ilə evdən götürdükdən sonra banka gedib saat 14 radələrinədək orada olmuşlar. Zərgəri gözlədiklərindən bankda yubanmışlar. Təqsirləndirilən şəxs onları bankın yaxınlığında gözləmiş, o, 05 avqust 2023-cü il tarixdə harada olduğunu xatırlamamış, krediti Sevda xanım götürmüş, hazırki məsələ ilə əlaqədar məhkəməyə gəlməmişdən əvvəl evdə Sevda xanımla danışmış, 31 iyul 2023-cü tarixdə bankda olmaları ilə bağlı Sevda xanımla müzakirə etmişlər. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X37 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımaqla aralarında ədavət və düşmənçilik olmamışdır. O, Kürdəxanı ərazisinin sakini olmuş, əvvəllər Daxili İşlər Nazirliyinin çevik polis alayında polis əməkdaşı kimi fəaliyyət göstərmişdir. Hazırda pensiyadadır. O, Təqsirləndirilən şəxs bələdiyyədə işlədiyi dövrdən tanımış, 02 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxslə bir yerdə olmuş, Kürdəxanı bələdiyyəsinə saat 11 radələrində gələrək “Hacı” ləqəbli şəxsi götürüb “dədə-baba” yurduna aparmış, onun torpaq məsələsi olduğundan həmin məsələni həll etmək üçün “Hacı” ləqəbli şəxsin köməyinə ehtiyacı olmuşdur. 02 avqust 2023-cü il tarixdə günorta namazını bir yerdə qılmış və daha sonra oturub birlikdə çörək yeyib, qonşularla söhbət etmiş, daha sonra gecə vaxtı evlərinə getmişlər. 05 sentyabr 2023-cü il tarixdə bağda tikinti işləri getdiyinə görə bağda olmuş, 02 avqust 2023-cü il tarixdə saat 10 radələrindən saat 18 radələrinədək Təqsirləndirilən şəxslə birgə olmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə elan edilməklə tədqiq edilmiş ifadələrlə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Zərərçəkmiş şəxs1 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ünvanladığı xx.xx.2023-ci il tarixli, 965 nömrəli şikayət ərizəsindən görünür ki, o, həmin ərizəsində “Hacı Mamed” adlı şəxsin aldadaraq onun 62000 manat pulunu ələ keçirdiyini bildirmişdir. (Cild 1, iş vərəqi 8-10) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri 19 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 343 nömrəli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X38 1 saylı Bakı şəhər Ərazi İdarəsindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivi ünvanında yerləşən sahəsi 0,12 ha olan torpaq sahəsinə dair xx.xx.2005-ci il tarixdə vəfat etmiş xx.xx.1930-cu il təvəllüdlü X8 adına çıxarış və texniki pasport verilməsi xahiş olunmuşdur. (Cild 1, iş vərəqi 11) xx.xx.2023-cü il tarixli, AR-İİ 950399 nömrəli etibarnamənin kserosurətindən görünür ki, X1 Vaqif Arif oğluna Azərbaycan Respublikası Bakı şəhər X21 İcraiyyə Komitəsi Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin verdiyi arayışa əsasən (Cİ-4543-1989) ayrılmış torpaq sahəsinin sənədləşdirilməsi, özəlləşdirilməsi ilə əlaqədar bütün dövlət, qeyri-dövlət orqanlarında, notariat ofislərində, Asan Xidmət Mərkəzlərində, AR ƏMDKY DƏDRX Əİ-də, İH-də, Arxivlərdə, Qeydiyyat idarələrində və s. digər qurumlarda təmsil etmək, nümayəndəsi olmaq, lazımi sənədləşdirmə, bütün vərəsəlik əməliyyatlarını, rəsmiləşdirməyi, mirası qəbul etməyi, şəhadətnamə, çıxarış texniki pasport almağı, sənəd imzalamaq, ərizə vermək, istənilən sənədlərinin alınması, təhvil verilməsini və s. bütün tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməyi etibar etmişdir. (Cild 1, iş vərəqi 12) xx.xx.2023-cü il tarixli, ƏN-İ 932747 nömrəli etibarnamənin kserosurətindən görünür ki, X1 Vaqif Arif oğluna Bağlar təsərrüfatının inkişafı və X22 bağlar sahəsindəki 160 № kooperativin verdiyi 6 № Orderə əsasın Ləhiş bağlar sahasində 160 № BTK nəzdində 012 ha torpaq sahəsi olan 5578 №-li bağı sənədləşdirməyi, vərəsəlik əməliyyatlarını rəsmiləşdirməyi, özəlləşdirməyi, tikinti işləri aparmağı, bütün dövlət orqanlarında, o cümlədən AR ƏMDKY DƏDRX Əİ-də, İHB-DƏ, Bələdiyyə orqanlarında, vergidə, məhkəmə və hüquq orqanlarında, DT və XK-də, banklarda, notariat ofislərində onu təmsil edərək torpaq və üstünda tikilən tikilinin vahid çıxarış forma 1, forma arayışlarını t/pasport və kadastr planı almağı, iddia ərizələrini imzalamağı, sənədləşdirdikdən sonra sərəncam verməyi, satmağı, pulunu almağı, pulu depozit vasitəsi ilə qoymağı, almağı, bağışlamağı, ipoteka, girov qoymağı, məhkəmələrdə iştirak edilməsi üçün etibarnamə verməyi, vəkillə müqavilə bağlamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi, imza etməyi və digər hərəkətlər etməyi etibar etmişdir. (Cild 1, iş vərəqi 13) Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 15 mart 2023-cü il tarixli, 3- 48-2F/2-H-01782/2023 nömrəli məktubundan görünür ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhəri İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 1/44 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı Zərərçəkmiş şəxs1 təqdim olunmuşdur. (Cild 1, iş vərəqi 14) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X38 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-14617/**********4617 nömrəli məktubunun kserosurətindən görünür ki, X4 etibarnamə üzrə nümayəndəsi Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivində yerləşən 5578 saylı sahədəki torpaq sahəsinin əksər hissəsi eyni bağ nömrəsi ilə müqavilə əsasında digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, qalan hissələrə isə digər fiziki şəxsin müraciətləri mövcuddur. Həmçinin, təqdim olunan orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. İdarənin arxivində Ləhiş bağ sahəsində 160 nömrəli BTK nəzdində 5578 nömrəli bağa dair verilmiş sənədlərin ləğv olunması barədə məlumat mövcuddur. Həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. (Cild 1, iş vərəqi 17-18) xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin kserosurətindən görünür ki, X8 adından 50 manat məbləğində pul AZ17CTRE******************** saylı xəzinə hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin kserosurətindən görünür ki, X8 adından 75 manat məbləğində pul AZ17CTRE******************** saylı xəzinə hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixli, 10947542 nömrəli mədaxil qəbzinin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs1 3 manat məbləğində pulu AZ17CTRE******************** saylı xəzinə hesabına ödəmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli ********** nömrəli təsdiqetmə bildirişinin kserosurətindən görünür ki, X8 adından həmin idarəyə ərizə ilə müraciət edilmişdir. (Cild 1, iş vərəqi 20; 21; 23; 24) Zərərçəkmiş şəxs3 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ünvanladığı xx.xx.2023-ci il tarixli, 966 nömrəli ərizəsindən görünür ki, o, həmin ərizəsində “Hacı Mamed” adlı şəxsin aldadaraq onun 57600 manat pulunu ələ keçirdiyini bildirmişdir. (Cild 1, iş vərəqi 26-27) Zərərçəkmiş şəxs5 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ünvanladığı xx.xx.2023-ci il tarixli, 967 nömrəli ərizəsindən görünür ki, o, həmin ərizəsində “Hacı Mamed” adlı şəxsin aldadaraq onun 6000 manat pulunu ələ keçirdiyini bildirmişdir. (Cild 1, iş vərəqi 28) Zərərçəkmiş şəxs2 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ünvanladığı xx.xx.2023-ci il tarixli, 968 nömrəli ərizəsindən görünür ki, o, həmin ərizəsində “Hacı Mamed” adlı şəxsin aldadaraq onun 2000 manat pulunu ələ keçirdiyini bildirmişdir. (Cild 1, iş vərəqi 29) Zərərçəkmiş şəxs4 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ünvanladığı xx.xx.2023-ci il tarixli, 964 nömrəli ərizəsindən görünür ki, o, həmin ərizəsində “Hacı Mamed” adlı şəxsin aldadaraq onun 59000 manat pulunu ələ keçirdiyini bildirmişdir. (Cild 1, iş vərəqi 30-31) Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialının 18 may 2023-cü il tarixli, 3-48-2F/2-D-03357/2023 nömrəli məktubundan görünür ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhəri İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı Zərərçəkmiş şəxs4 təqdim olunmuşdur. (Cild 1, iş vərəqi 32) xx.xx.2023-cü il tarixli, AR-İİ 707942 nömrəli etibarnamənin kserosurətindən görünür ki, X3 Rauf İbrahim oğluna Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları ərazində yerləşən 0,12 ha torpaq sahəsinin sənədləşdirilməsi, özəlləşdirilməsi ilə əlaqədar bütün dövlət, qeyri-dövlət orqanlarında, notariat ofislərində, Asan Xidmət Mərkəzlərində, AR ƏMDKY DƏDRX Əİ-də, İH-də, Arxivlərdə, Qeydiyyat idarələrində və s. digər qurumlarda təmsil etmək, nümayəndəsi olmaq, lazımi sənədləşdirmə, bütün vərəsəlik əməliyyatlarını, rəsmiləşdirməyi, mirası qəbul etməyi, şəhadətnamə, çıxarış texniki pasport almağı, sənəd imzalamaq, ərizə vermək, istənilən sənədlərinin alınması, təhvil verilməsini və s. bütün tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməyi etibar etmişdir. (Cild 1, iş vərəqi 35) xx.xx.2023-cü il tarixli, AR-İİ 020562 nömrəli etibarnamənin kserosurətindən görünür ki, X3 Rauf İbrahim oğluna istifadəsində olan X19 və X22 bağlar sahəsindəki 188 saylı kooperativin verdiyi 1 saylı orderə 5593 saylı sahə ünvanda yerləşən 0.12 ha-dan ibarət olan torpaq sahəsini özəlləşdirməyi, sərəncam verməyi, müvafiq idarə və təşkilatlara müraciət etməyi, razılığı almağı, tikinti işləri aparmağı, sənədlərə imza etməyi, sənədləri DƏDRİXİ-nə təqdim etməyi, DƏDRİXİ-dən ÇİXARİŞİ almağı, 1 saylı formada arayış almağı, RİH-də, ƏMDK-də, ƏXM-da Bələdiyyədə, Vergi orqanlarında, FHN-də, ASAN komunalda, Asan Xidmətdə, Arxiv idarəsində səlahiyyətli nümayəndəsi olmağı, həmçinin "xxxx" ASC-də, Azəriqaz İB-də, Azərsu ASC-də ASAN Kommunalda, Aztelekomda təmsil etməyi, adından müraciət etməyi, layihə çizgi çəkdirməyi, lazımi sənəd və arayışları almağı, imzalamağı, kommunal xətlərin çəkilməsi və rəsmiləşdirməsi ilə əlaqədar səlahiyyətli nümayəndəsi olmağı, adından ərizə yazmağı, müavilə bağlamağı, sənədləri almağı, aldığına dair imza etməyi, sayğac quraşdırılması ilə bağlı əməliyyatlar aparmağı, internet xəttinin ç\əkilməsi və sayğacların digər şəxslərin adına və ya öz adına keçirilməsi ilə bağlı səlahiyyətli nümayəndəsi olmağı KOD almağı, əvəzindən lazımi sənədləri toplamağı, imzalamağı, plastik kartları aidiyyəti banklardan almağı, səlahiyyətli nümayəndəsi olmağı, texniki şərt və digər sənədləri almağı, aldığında dair imza etməyi, müqavilə bağlamağı, kommunal borcları ödəməyi, notarial qaydada tərtib olunmuş ərizə və müqavilələri rəsmiləşdirməyi əmlaka sərəncam verməyi, əmlakı satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, girovdan azad etməyi, adından ərizə yazmağı, imza etməyi, bank əməliyyatlarını aparmağı buna dair müqavilələri imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olaraq bütün hərəkətləri yerinə yetirməyi etibar etmişdir. (Cild 1, iş vərəqi 36) İ-63401 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2021-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. (Cild 1, iş vərəqi 51) İ-1216 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli 2353 nömrəli sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. (Cild 1, iş vərəqi 52) İ-939 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2371 nömrəli sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. (Cild 1, iş vərəqi 52) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 58) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 70) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 81) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs4 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 92) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs5 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 104) xx.xx.2023-cü il tarixli “Axtarışda olan şəxsin saxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00 radələrində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 42-ci dalanın qarşısında saxlanılaraq Yasamal RPİ-yə gətirilmiş və qərarın icrası ilə əlaqədar Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. (Cild 1, iş vərəqi 121) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 129-131) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “YV1CM**********38” ban nömrəli **-VA-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, baxış keçirilən avtomobil universal tipli qara metal rəngli olmaqla avtomobildə zədə izləri olmamış, avtomobilin salonunda iş üzrə əhəmiyyət kəsb edən heç nə aşkarlanmamış, avtomobilin baqajından 01 ədəd qara rəngli çanta aşkar edilmişdir. Həmin çantanın içərisində 01 ədəd içərisinə rəqəmlər yazılmış kitab, möhürlü və möhürsüz və adlar yazılan bağ orderləri, etibarnamələr və onların kserosurətləri aşkar olunaraq götürülmüşdür. (Cild 1, iş vərəqi 141-143) xx.xx.2023-cü il tarixli “Sənədə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs məxsus **-VA-*** dövlət nömrə nişanlı avtomobildən aşkar edilmiş order sənədlərinə və 01 ədəd dəftərə baxış keçirilmiş, baxış zamanı order sənədinin kiril əlifbası ilə üzərində yazı, imza və möhür olan və möhür olmayan sənədlər olması, həmin sənədə baxış zamanı üzərində “Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının imkişafı və istismarı birliyi” yazısı, daha sonra əl yazısı çap formada kiril əlifbası ilə “bağlar sahəsindəki” “№-li kooperativ 1 №-li ORDER” yazısı olması müşahidə edilmiş, möhürün üzərində “Azərbaycan SSR Bakı şəhəri X21 icraiyyə Komitəsi, Bakı Təsərrüfatının inkişafı və istismarı birliyi” sözlərinin yazılmış olması, sonda isə “Tip FKBT ZA. 3361 TİR. 10000” sözlərinin yazıldığı, 01 ədəd dəftərə baxış keçirilən zaman həmin dəftərin içərisində əl yazısı ilə rəqəmlərin yazıldığı müəyyən edilmişdir. (Cild 1, iş vərəqi 153) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzləşdirilmişdir. (Cild 1, iş vərəqi 154-158) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs3 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzləşdirilmişdir. (Cild 1, iş vərəqi 159-162) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs4 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzləşdirilmişdir. (Cild 1, iş vərəqi 163-167) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzləşdirilmişdir. (Cild 1, iş vərəqi 168-170) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 173-174) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-871/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 24 fevral 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(004)-156/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay müddətinə, yəni 24 aprel 2024-cü il tarixədək uzadılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(103)-201/2024 saylı qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-156/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqi 202-207, Cild 2, iş vərəqi 75-81, 88-93) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs arvadı X12 zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi məqsədilə verdiyi 5000 manat pul Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin məsul saxlancına götürülmüşdür. (Cild 1, iş vərəqi 209) xx.xx.2023-cü il tarixli Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin 22 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. (Cild 1, iş vərəqi 225) xx.xx.2023-cü il tarixli Kürdəxanı Bələdiyyəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin bələdiyyədə işlədiyi müddətdə müsbət xarakterizə olunmuşdur. (Cild 1, iş vərəqi 226) xx.xx.2022-ci il tarixli, 1219 nömrəli “Epikriz”-dən görünür ki, Təqsirləndirilən şəxs prostat adenoması diaqnozu ilə transvezikal prostatektomiya əməliyyatı üçün "xxxx" Hospital MMC-yə qəbul edilmiş, preoperativ analizlər götürülmüş, Təqsirləndirilən şəxs şikayətlərini, anamnezini, keçirilən müayinələrin nəticələrini, aldığı müalicənin effektsizliyini nəzərə alaraq xəstəyə xx.xx.2022-ci il tarixdə transvezikal prostatektomiya əməliyyatı icra olunmuşdur. Postperativ dönəmdə fəsad izlənməyən və vital göstəriciləri stabil olan xəstə, xx.xx.2022-ci il tarixdə qənaətbəxş vəziyyətdə və Foley kateter şəklində evə göndərilmişdir. Təqsirləndirilən şəxs 1 həftə sonra Foley kateter çıxarılması, 10 gün sonra tikişlərin sökülməsi planlaşdırılmışdır. (Cild 1, iş vərəqi 237) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ünvan 5 ünvanında yerləşən Kürdəxanı Bələdiyəsinin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs həmin yerdə işlədiyini bildirmiş, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 4000 manat pulu Kürdəxanı qəsəbəsi ərazi dairəsi üzrə icra nümayəndəliyinin binasının yaxınlığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs sonuncu dəfə Zərərçəkmiş şəxs4la və Zərərçəkmiş şəxs3lə Yasamal rayonu ərazisində yerləşən Musabəyov parkında görüşdüyünü bildirmiş, Təqsirləndirilən şəxs Musabəyov parkında yerləşən ərazini göstərərək orada Zərərçəkmiş şəxs4 ona sadəcə balıq verdiyini, heç bir pul vermədiyini deyərək hadisə yerini əyani şəkildə göstərmişdir. (Cild 2, iş vərəqi 7-9) xx.xx.2024-cü il tarixli “Əşyanın götürülməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 01 ədəd sənəd cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqi 25-26) xx.xx.2024-cü il tarixli “Sənədə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 təqdim etdiyi sənədə baxış keçirilmiş, həmin sənədin üzərində kiril əlifbası ilə yazı, imza və möhür olan sənəd olması, üzərində “Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi” yazısı, daha sonra əl yazısı ilə “Ləhiş” yenidən çap formada kiril əlifbası ilə “bağlar sahəsindəki” əl yazısı “160”, daha sonra çap formada “№-li kooperativ 06 №-li ORDER” yazısı olması müşahidə edilmişdir. Daha sonra çap və əl yazı ilə yazılmış kağız üzərində “Verilir vətəndaş X10 ondan ötür ki, Bakı şəhər icraiyyə komitəsinin 27 mart 1990-cı il tarixli 1/44 №-li qərarına əsasən ona Ləhiş bağlar sahəsində 160 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 5578 №-li bağ ayrılıb. 160 №-li BTK-nın sədri” imza, daha sonra isə solmuş formada möhür olması müşahidə edilmişdir. Möhürün üzərində “Azərbaycan SSR Bakı şəhəri X21 icraiyyə Komitəsi, Bakı Təsərrüfatının inkişafı və istismarı birliyi” sözləri yazılmışdır. Sonda isə “Tip FKBT za. 3361 tir. 10000” sözləri yazılmışdır. (Cild 2, iş vərəqi 29) xx.xx.2024-cü il tarixli “Əşyanın götürülməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 01 ədəd sənəd və 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqi 30-31) xx.xx.2024-cü il tarixli “Sənədə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs4 təqdim etdiyi sənədə baxış keçirilmiş, həmin sənədin üzərində kiril əlifbası ilə yazı, imza və möhür olan sənəd olması, üzərində “Azərbaycan SSR Bakı şəhər İcraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi” yazısı, daha sonra əl yazısı ilə “Ləhiş” yenidən çap formada kiril əlifbası ilə bağlar sahəsindəki əl yazısı “188”, daha sonra çap formada "№-li kooperativ 1 №-li ORDER" yazısı olması müşahidə edilmişdir. Daha sonra çap və əl yazı ilə yazılmış kağız üzərində “Verilir vətəndaş X20 ondan ötür ki, Bakı şəhər icraiyyə komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 №-li qərarına əsasən ona Ləhiş bağlar sahəsində 188 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 5593 №-li bağ ayrılıb. 188 №-li BTK-nın sədri” imza, daha sonra üzə solmuş formada möhür olması müşahidə edilmişdir. Möhürün üzərində “Azərbaycan SSR Bakı şəhəri X21 icraiyyə Komitəsi, Bakı Təsərrüfatının inkişafı və istismarı birliyi” sözləri yazılmışdır. Sonda isə “Tip FKBT za. 3361 tir. 10000” sözləri yazılmışdır. (Cild 2, iş vərəqi 34) xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı 01 ədəd DVD diskə baxış keçirilmiş, həmin diskə daxil olduqda ilkin olaraq “Whatsapp Audio 01” yazısına daxil olunduqda Zərərçəkmiş şəxs4la Təqsirləndirilən şəxs arasında aşağıdakı məzmunda səs yazılarının olması müəyyən edilmişdir: Zərərçəkmiş şəxs4- Hacı düş, hələ burda sökülən dirəyin yanına dayanmışıq. Təqsirləndirilən şəxs- neyin yanında? Zərərçəkmiş şəxs4- bu dirək var idiye bayraq sökdülere Təqsirləndirilən şəxs- hele ordaydımda indi Zərərçəkmiş şəxs4- hələ parkın içindəyik düş aşağı görəcəksən bizi Təqsirləndirilən şəxs- hə düşürəm mən indi aşağı. Digər “WhatsApp Audio 02” ses yazısına daxil olduqda Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 arasında aşağıdakı səs yazılarının olması müəyyən edilmişdir: Təqsirləndirilən şəxs- bilirsən necədi, məsələn kimnənsə iş görürəm sən soruşanda demirəm, senen iş görəndə o sruşsun ona heçnə demirəm. Zərərçəkmiş şəxs1- yo onsuz bizə o lazım deyil. Sizə müraciət elədik yəni bilinki nədi. Zərərçəkmiş şəxs4 -başa düşdük biz. Yəniki Vaqif kişi gəlib mədə deyəndə çox adam varda, o demirki Əhməddə məşğuldu onan. Təqsirləndirilən şəxs- hər işin öz dərdi. Bunuda mən verəm uzaq bağş səhər çatdıracam.O, mane ne deyəcək məndə telefonla zəng edib sənə deyəcəm. Zərərçəkmiş şəxs1-kakraz o birisi gün olacaqda. Təqsirləndirilən şəxs -sənin adıvı bilirsən kimnən tez-tez səhv salıram. See Brezin müavini. Onan sənin adın eynidi. Zərərçəkmiş şəxs4 -hə eşitmişəm. Təqsirləndirilən şəxs -he eynidi. Zərərçəkmiş şəxs4 -bir, iki, üç, dört, beş, aldtı, yetdi, səkkiz, doqquz, on. Təqsirləndirilən şəxs -on yeddi. Zərərçəkmiş şəxs4 -he on yeddi. Təqsirləndirilən şəxs -on dene deyil, min yeddi yüz. Zərərçəkmiş şəxs4 -300 manatda çatmalıdır. Gələ Təqsirləndirilən şəxs -sən gələ bunu saxla inşallah See Breeze sənə pul verəndə bağlayarsan. Zərərçəkmiş şəxs1 See Breez pul verir Hacı? Təqsirləndirilən şəxs -hə o qədər adam pul alıbki. Zərərçəkmiş şəxs1 -bizim torpaq onlar tərəfdədi. Təqsirləndirilən şəxs -onlar xeyir götürürlər. Sənə beş manat verirlər orda 9 manat götürürlər. Özüdə onlar özəlləşəndən sonra size pul verirlər. Çünki, sənin sənədin ora daxil olmalıdı, qeydiyyatdan keçməlidir, buxalteriay onu buraxmalıdır. Zərərçəkmiş şəxs4 -Hacı bu müqavilələr ki, vara mən keçnədəfədə soruşdum sizdən, bu müqavilə çox guman yoxdu sizin yadınıza gəlmir. Təqsirləndirilən şəxs -müqavilələr mənim yadıma gələnidə var gəlmiyənidə var. (Cild 2, iş vərəqi 36) xx.xx.2024-cü il tarixli “Əşyanın götürülməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş 04 ədəd fotoşəkil cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqi 37-38) xx.xx.2024-cü il tarixli “Fotoşəkillərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs3 təqdim etdiyi 04 ədəd fotoşəklə baxış keçirilmiş, həmin fotoşəkillərin avtomobildən çəkilməsi, şəkildə olan şəxslərin Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 olması, fotoşəkillərin günorta vaxtı, Sabunçu rayonu, Ləhiş bağlarında yerləşən torpaq sahəsində çəkilməsi, Zərərçəkmiş şəxs3 əlində ölçən metrə olması müəyyən edilmişdir. (Cild 2, iş vərəqi 44) xx.xx.2023-cü il tarixli 137 nömrəli Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli, 37 saylı əmrlə xx.xx.2023-cü il tarixdə Kürdəxanı Bələdiyyəsində tutduğu vəzifəsindən azad edilmişdir. (Cild 2, iş vərəqi 53) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin xx.xx.2024-cü il tarixli, col-2617 nömrəli məktubunun kserosurətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsinin sədri A.Ə.Məsimov Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəis müavini Elmin Həsənova yazıb bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmiş, şikayətçilərin qeyd etdiyi torpaq sahəsi Kürdəxanı Bələdiyyəsinin mülkiyyətində olmamışdır. (Cild 2, iş vərəqi 56) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X38 xx.xx.2024-cü il tarixli, 123 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli CM-in 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (Cild 2, iş vərəqə 58-61) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 2, iş vərəqi 82-83) xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 Sabunçu rayonu, Ləhiş bağlarında yerləşən torpaq sahəsini göstərib həmin torpaq sahəsinin özünə məxsus olmasını, həmin torpaq sahəsinə görə sənədlərinin olmadığını, Təqsirləndirilən şəxs müvafiq torpaq sahəsinə order almaq üçün 2000 manat pul verdiyini bildirmişdir. (Cild 2, iş vərəqi 100- 102) xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs Quluyev X27 rayonu, Ləhiş bağlarında yerləşən torpaq sahəsini göstərib həmin torpaq sahəsinə görə Təqsirləndirilən şəxs 57600 manat, müvafiq torpaq sahəsinə order almaq üçün 6000 manat pul verdiyini bildirmişdir. (Cild 2, iş vərəqi 103-105) xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs Həmidov X34 rayonu, Ləhiş bağlarında yerləşən torpaq sahəsini göstərib həmin torpaq sahəsinə görə Təqsirləndirilən şəxs 62000 manat pul verdiyini bildirmişdir. (Cild 2, iş vərəqi 106-108) xx.xx.2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs Dadaşov X28 rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlarında yerləşən torpaq sahəsini göstərib həmin torpaq sahəsinə görə Təqsirləndirilən şəxs 57000 manat pul verdiyini bildirmişdir. (Cild 2, iş vərəqi 109-111) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X38 xx.xx.2024-cü il tarixli, 3-21- 3-02/2-3904/2024 nömrəli məktubundan görünür ki, həmin publik hüquqi şəxsin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. (Cild 2, iş vərəqi 112) xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 5573 saylı məktuba əlavə edilmiş CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus **********99 saylı mobil nömrənin SMS yazışmalarına, həmçinin daxil olan və çıxan nömrələrə baxdıqda iş üçün əhəmiyyət kəsib edən yazılar və digər məlumatlar aşkar edilməmiş, Antenna bölümünə daxil olduqda Təqsirləndirilən şəxs məxsus **********99 saylı mobil nömrə xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanda olmaqla saat 13:49-da və saat 13:52-də Zərərçəkmiş şəxs4 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlaması müəyyən edilmişdir. (Cild 2, iş vərəqi 138) Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 81 nömrəli məktubunun kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə X7 və Ərazi İdarəetmə şöbəsinin mütəxəssisi, xx.xx.2016-cı ildən isə Torpaq və Ərazi İdarəetmə şöbəsinin rəisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs bələdiyyədə fəaliyyəti və vəzifə öhdəlikləri Kürdəxanı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrinin qeyri-qanuni olaraq zəbt olunması, qanunsuz tikinti işləri ilə bağlı nəzarət və mühafizəsini həyata keçirməkdən ibarət olmuşdur. Torpağın satışı, torpaq üzrə çıxarışların verilməsi və ya alınması ilə əlaqədar sənədlərin verilməsi bələdiyyənin və Təqsirləndirilən şəxs səlahiyyətində olmamışdır. (Cild 2, iş vərəqi 148) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X23” X38 xx.xx.2024-cü il tarixli, 282/KEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onun “Hipertoniya xəstəliyi İİ dərəcə. Şəkərli diabet İİ tip, insulin tələbsiz. Aşağı ətrafların xroniki çatışmamazlığı” xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hazırki sağlamlıq durumu ilə əlaqədar onunla istintaq hərəkətlərinin aparılması mümkündür. (Cild 2, iş vərəqi 149-154) xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 2, iş vərəqi 158-159) xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilməsi qərara alınmış, Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 01 ədəd DVD disk və order sənədi, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 01 ədəd order sənədi, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş 04 ədəd fotoşəkil və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs idarə etdiyi **-VA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən götürülmüş 23 ədəd order sənədləri və 01 ədəd dəftərin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi qərara alınmış, ekspert rəyləri sübut növü kimi qiymətləndirilmişdir. (Cild 2, iş vərəqi 162-172) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan olunmuşdur. (Cild 2, iş vərəqi 176-178) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkibi həmin Məcəllənin 178.1-178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə yaranır. Həmin əməl ağır cinayət hesab edilməklə, maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə, həmin Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Ali Məhkəmə Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. Həmin Plenum qərarının 31-ci bəndindən görünür ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. Ali Məhkəmə Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 23-cü bəndinə əsasən, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-in 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-in 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-in 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müdafiə tərəfinin mövqeyi araşdırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, şahidlər Şahid1 və Şahid2 tanımadığını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 ittiham aktında göstərildiyi miqdarda pulu ələ keçirmədiyini, xx.xx.2023-cü il tarixdə arvadı ilə birgə "xxxx" ASC-də olduğundan, xx.xx.2023-cü il tarixdə isə İmran Şükürovla bir yerdə olduğundan zərərçəkmiş şəxslərin ifadələrində göstərdikləri kimi hər hansı torpaq ərazisinə baxışda iştirak etmədiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin, habelə şahidlərin ittihamda göstərilən tarixlərə uyğun mobil telefon nömrələrinin anten dairələrinə dair məlumatlar mobil operatorlardan ələ keçirilmişdir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, mobil operatorlardan daxil olmuş məlumatda hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşə bilməməsi, o cümədən müxtəlif şanların əhatə dairəsinin kəsişə bilməsi, bundan başqa, telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olmanın dəyişə bilməsi qeyd olunmuşdur. Bu səbəbdən, məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin, habelə şahidlərin mobil telefonlarına dair anten məlumatlarını mötəbər hesab etmir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs inkar etsə də, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 2000 manat pulu, Zərərçəkmiş şəxs5 6000 manat pulu, Zərərçəkmiş şəxs1 62000 manat pulu, Zərərçəkmiş şəxs4 59000 manat pulu və Zərərçəkmiş şəxs3 isə 57600 manat pulu Təqsirləndirilən şəxs verdiklərini məhkəmə iclasında bildirmiş, habelə həmin şəxslər ibtidai istintaq dövründə üzləşdirilən zaman oxşar məzmunda ifadə verməklə təqsirləndirilən şəxsi ifşa etmişlər. Bundan əlavə, təqsirləndirilən şəxs şahidlər Şahid1 və Şahid2 heç vaxt görmədiyini iddia etsə də, məhkəmə araşdırması zamanı şahidlər Şahid1 və Şahid2 təqsirləndirilən şəxsin iştirakı ilə dindirilən zaman ibtidai istintaq dövründə verdikləri ifadələrinə oxşar məzmunda ifadə vermiş və həmin ifadələrində müvafiq zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə pul verdikləri dövrdə həmin prosesin şahidi olduqlarını bildirmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində zərərçəkmiş şəxslərin mövqeyini mübahisələndirib xx.xx.2023-cü il tarixdə arvadı X12 və qohumu X24 ilə birgə "xxxx" ASC-yə getdiklərini bildirmiş, müdafiə tərəfindən təqdim edilmiş əlavə şahidlər Sevda Ağakişiyeva və Zəhra Əşrəfova məhkəmədə dindirilərkən təqsirləndirilən şəxsin dediklərinə oxşar məzmunda ifadə vermişlər. Məhkəmə qeyd etməyi zəruri bilir ki, müdafiə tərəfinin təqdim etdiyi həmin əlavə şahidlər ifadələrində sözügedən tarixdə Təqsirləndirilən şəxs 10 dəqiqəlik bankın inzibati binasında olduğunu, sonradan isə Təqsirləndirilən şəxs inzibati binadan çıxdığını və çöldə onları gözlədiyini, bank əməliyyatının isə həmin gün saat 15 radələrinədək davam etdiyini söyləmişlər. Göründüyü kimi, müdafiə tərəfinin təqdim etdiyi əlavə şahidlər Təqsirləndirilən şəxs 31 iyul 2023-cü il tarixdə saat 12 radələrində konkret olaraq harada olması barədə dəqiq məlumat verə bilməmiş, yalnız çöldə olduğunu deməklə kifayətlənmişlər. Məhkəmə müdafiə tərəfinin təqdim etdiyi əlavə şahidlərdən X5 təqsirləndirilən şəxsin arvadı, X14 isə qohumu olmasını nəzərə almaqla, onların məhkəmə iclasında verdikləri ifadələrini Təqsirləndirilən şəxs xeyrinə, mənafeyini qorumaq məqsədilə verilmiş ifadə kimi qəbul edir və mötəbər sübut kimi hesab etmir. Bundan savayı, müdafiə tərəfinin təqdim etdiyi digər əlavə şahid, yəni X37 məhkəmədə verdiyi ifadəsində 02 avqust 2023-cü il tarixdə saat 11 radələrindən həmin gün saat 18 radələrinədək Təqsirləndirilən şəxs ilə bir yerdə olduqlarını bildirsə də, Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi fotoşəkillərin tarixlərindən görünür ki, həmin fotoşəkillər məhz xx.xx.2023-cü il tarixdə saat 11:15-ə aiddir və nə qədər də təqsirləndirilən şəxs inkar etsə də, Zərərçəkmiş şəxs3 sağ əlində ərazini ölçmək üçün istifadə edilən məsafəölçən vardır. Beləliklə, məhkəmə müdafiə tərəfinin təqdim etdiyi əlavə şahidlərdən X25 təqsirləndirilən şəxsin tanışı olmasını nəzərə almaqla, onun məhkəmə iclasında verdiyi ifadəsini Təqsirləndirilən şəxs xeyrinə, mənafeyini qorumaq məqsədilə verilmiş ifadə kimi qəbul edir və mötəbər sübut kimi hesab etmir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, digər istintaq hərəkəti protokollarını, əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə edərək və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 62000 manat pulunu, zərərçəkmiş Zərərçəkmiş şəxs4 59000 manat pulunu, Zərərçəkmiş şəxs2 2000 manat pulunu, Zərərçəkmiş şəxs5 6000 manat pulunu və Zərərçəkmiş şəxs3 57600 manat pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri aldadaraq həmin şəxslərin etibarını qazanmış və nəticədə əmlak sahibi, yəni pulu olan həmin şəxslər öz əmlaklarını, yəni pullarını könüllü surətdə Təqsirləndirilən şəxs vermişdir. Əmlakı, yəni pulu əldə edərkən Təqsirləndirilən şəxs niyyəti hər hansı öhdəliyin yerinə yetirilməsi deyil, həmin əmlakları şəxsi ehtiyaclarına sərf etmək olmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törədərkən həqiqətə uyğun olmayan məlumatlar təqdim etmiş, hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, əvəzsiz olaraq öz xeyrinə zərərçəkmiş şəxsin əmlaklarını ələ keçirmiş, həmin pul və digər əşyalara sərbəst şəkildə sərəncam vermişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, şahidlər Şahid1 və Şahid2 tanımaması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 ittiham aktında göstərildiyi miqdarda pul ələ keçirmədiyi, xx.xx.2023-cü il tarixdə arvadı ilə birgə "xxxx" ASC-də olduğundan, zərərçəkmiş şəxslərin ifadələrində göstərdikləri kimi hər hansı torpaq ərazisinə baxışda iştirak etmədiyini bildirməsi və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmiş, onun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Dələduzluq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.14-cü maddələrinə əsasən ibtidai istintaq dövründə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq qismən ödəməsi və azaldılmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı davranışını, səhhətinin vəziyyətini, yaşını, müsbət xarakterizə edilməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini qeyd edir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı çəkmək üçün cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarxidə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri xx.xx.2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə həbsdə və ev dustaqlığında saxlanılmışdır. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 05 (beş) ay 22 (iyirmi iki) gün müddət bir günə bir gün hesabı ilə cəmi 05 (beş) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 31 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, həbs olunmalı və üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci yoxdur. İş üzrə maddi sübut olan, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi **-VA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən götürülmüş 23 ədəd order sənədləri və 01 ədəd dəftər, Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 01 ədəd DVD disk və order sənədi, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 01 ədəd order sənədi, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş 04 ədəd fotoşəkillər və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs arvadı X5 təqdim etdiyi, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində məsul saxlancda saxlanılan 5000 manat pul zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 vurulmuş ziyanın ödənilməsinə yönəldilməlidir. Məhkəmə, Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 05 (beş) ay 22 (iyirmi iki) gün müddət bir günə bir gün hesabı ilə cəmi 05 (beş) ay 22 (iyirmi iki) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 31 iyul 2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi **-VA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən götürülmüş 23 ədəd order sənədləri və 01 ədəd dəftər, Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş 01 ədəd DVD disk və order sənədi, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 01 ədəd order sənədi, Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş 04 ədəd fotoşəkillər və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində məsul saxlancda saxlanılan 5000 (beş min) manat pul zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 vurulmuş ziyanın ödənilməsinə yönəldilsin. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın, məhkəmə xərcinin və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(101)-532/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-532/2025
31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver