Məhkəmə qərarları › İş №1(101)-533/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-533/2020

14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-533/2020 14.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X6 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili X3, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Qasımova X7 Günay Aydın qızı və zərərçəkmiş şəxslərin nümayəndəsi Nümayəndə iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxxxx 1963-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144- 1.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmasına baxmayaraq qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən şəxsləri hədə-qorxu məcburetmə vasitəsi ilə, aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək iki və daha artıq şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə şəxsiyyəti istintaqla araşdırılan digər şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən digər şəxs və Təqsirləndirilən şəxs 2016-cı ilin dekabr ayının əvvəllərində ünvan 2 mənzil 9 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs1 Türkiyə Respublikasının Merzifon şəhərində turizm şirkətində iş təşkil edəcəklərini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra xx xxxxxx 2017-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Merzifon şəhərinə getmiş, X4 Əhmədovanı qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə şəxsiyyəti istintaqla araşdırılan digər şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən digər şəxs və Təqsirləndirilən şəxs 2016-cı ilin dekabr ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, X8 küçəsi, ev 4, mənzil 9 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs6 Türkiyə Respublikasının Merzifon şəhərində turizm şirkətində iş təşkil edəcəklərini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs6 razılığını bildirdikdən sonra xx xxxxxx 2017-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Merzifon şəhərinə getmiş, X9 Qasımovanı qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təkrarən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilib barəsində 02 (iki) il sınaq müddəti təyin edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən və ya üzərindən götürülmədən yenidən qəsdən 2017-ci ilin sentyabr ayının əvvəllərində Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq Türkiyə Respublikasının Merzifon şəhərində iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra xx xxxxxxxx 2017-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Merzifon şəhərinə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra xx xxxxxxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilib barəsində 02 (iki) il sınaq müddəti təyin edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən və ya üzərindən götürülmədən yenidən qəsdən xx xxxxxxxx 2017-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Merzifon şəhərinə getmiş Zərərçəkmiş şəxs7 zor tətbiq etməklə köməksiz vəziyyətə salaraq zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs7 razılığını bildirdikdən sonra Təqsirləndirilən şəxs xx xxxxxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişdir. Eləcə də, Təqsirləndirilən şəxs təkrarən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144- 1.2.5-ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilib barəsində 02 (iki) il sınaq müddəti təyin edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən və ya üzərindən götürülmədən yenidən qəsdən xx xxxxxxx 2017-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş tanışı Zərərçəkmiş şəxs4 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq Türkiyə Respublikasının Merzifon şəhərində iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs4 razılığını bildirdikdən sonra Merzifon şəhərinə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra xx xxxxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təkrarən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilib barəsində 02 (iki) il sınaq müddəti təyin edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən və ya üzərindən götürülmədən yenidən qəsdən 2017-ci ilin noyabr ayının əvvəllərində ünvan 4 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs4 əvvəllər Türkiyə Respublikasının Merzifon şəhərində fahişəliklə məşğul olduğunu internet şəbəkəsi vasitəsilə yayaraq onu rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsi ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs4 bu hədəni real qəbul edərək razılığını bildirdikdən sonra xx xxxxxx 2017-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Merzifon şəhərinə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra xx xxxxxx 2017-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilib barəsində 02 (iki) il sınaq müddəti təyin edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən və ya üzərindən götürülmədən yenidən qəsdən xx xxxxxx 2017-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının Konya şəhərinə getmiş Zərərçəkmiş şəxs8 Türkiyə Respublikasının Merzifon şəhərində iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs8 razılığını bildirdikdən sonra Merzifon şəhərinə getmiş, Təqsirləndirilən şəxs onu qarşıladıqdan sonra 2017-ci ilin dekabr ayının ortalarından 2018-ci il yanvar ayınadək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təkrarən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilib barəsində 02 (iki) il sınaq müddəti təyin edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən və ya üzərindən götürülmədən yenidən qəsdən 2017-ci ilin dekabr ayında ünvan 5 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs5 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq Türkiyə Respublikasının Merzifon şəhərində iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs5 razılığını bildirdikdən sonra xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Merzifon şəhərinə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilib barəsində 02 (iki) il sınaq müddəti təyin edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən və ya üzərindən götürülmədən yenidən qəsdən 2018-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 39da kirayədə yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən əlaqə saxlayaraq Türkiyə Respublikasının Merzifon şəhərində iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılığını bildirdikdən sonra xx xxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Merzifon şəhərinə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təkrarən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilib barəsində 02 (iki) il sınaq müddəti təyin edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən və ya üzərindən götürülmədən yenidən qəsdən 2018-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 39-da kirayədə yaşayan tanışı Zərərçəkmiş şəxs2 əvvəllər Türkiyə Respublikasının Merzifon şəhərində fahişəliklə məşğul olduğunu yayaraq onu rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsi ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 bu hədəni real qəbul edərək razılığını bildirdikdən sonra xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Merzifon şəhərinə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təkrarən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilib barəsində 02 (iki) il sınaq müddəti təyin edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən və ya üzərindən götürülmədən yenidən qəsdən 2018-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 39-da kirayədə yaşayan tanışı Zərərçəkmiş şəxs2 əvvəllər Türkiyə Respublikasının Merzifon şəhərində fahişəliklə məşğul olduğunu yayaraq onu rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsi ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 bu hədəni real qəbul edərək razılığını bildirdikdən sonra xx xxxxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Merzifon şəhərinə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişdir. Eləcə də, Təqsirləndirilən şəxs təkrarən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144- 1.2.5-ci maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilib barəsində 02 (iki) il sınaq müddəti təyin edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən və ya üzərindən götürülmədən yenidən qəsdən 2018-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 39-da kirayədə yaşayan tanışı Zərərçəkmiş şəxs2 əvvəllər Türkiyə Respublikasının Merzifon şəhərində fahişəliklə məşğul olduğunu yayaraq onu rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsi ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 bu hədəni real qəbul edərək razılığını bildirdikdən sonra xx xxxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Merzifon şəhərinə getmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşılayıb kirayə yaşadığı mənzildə yerləşdirdikdən sonra xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək həmin şəhərdə yerləşən istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə təkrarən iki və daha artıq şəxs barəsində insan alveri cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünün təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun barəsində olan 2017-ci ildə başlanılan cinayət işi yalan və böhtanlar üzərində qurulan ittihamdan ibarət olmuşdur. 40 ildir ki, ailə qurduğu həyat yoldaşı, ikisi qız, biri oğlan olan üç övladı vardır. O, ömrü boyu namusla yaşamış, heç zaman əxlaqsız bir hərəkəti olmamışdır. O ilk dəfə Türkiyəyə bundan 5 il əvvəl həyat yoldaşı ilə getmiş, Türkiyəyə getmə səbəbi "xxxxxxx" ASC onu aldadaraq zülm çəkərək aldıqları evi xəbərləri olmadan ipotekaya yönəltmələri olmuşdur. Bununla bağlı müxtəlif dövlət orqanlarına müvafiq tədbir görmələri üçün müraciətlər etmiş, sonda bütün olanlardan bezərək, intihar etməyə cəhd etmişdir. Qeyd etdiyi proseslər ictimailəşdikdən sonra Azərbaycan Respublikasının 1-ci vitseprezidenti Mehriban Əliyeva onu qəbul edərək evini ipotekadan çıxartmışdır. Lakin onun 35000 manat məbləğində olan borcunun üzərinə bank tərəfindən 13000 manat məbləğində pul faiz olaraq əlavə edilmişdi. Həmin vaxtdan etibarən ailə olaraq çox maddi çətinliklər çəkmişlər. O və həyat yoldaşı bu çətinliklərdən və borclardan yaxa qurtarmaq üçün bir qohumları vasitəsilə işləmək üçün Türkiyəyə yollanmışlar. Türkiyənin Merzifon şəhərində Mustafa adlı şəxsin təsərrüfatında işə başlamışdır. O həmin təsərrüfatda aşbaz, əri isə orada olan qəssabların tabeliyində işləmişlər. O əri ilə birlikdə həmin təsərrüfatda 1 il işləmişlər. Onlar həmin təsərrüfatdan ayrılandan sonra həyat yoldaşı infarkt keçirtmişdir. Onlar Türkiyədə siğortasız işləmişlər, əri infarkt keçirdikdən sonra Mustafa bəy onların çox yaxşı ailə olduqlarını, lakin onları daha siğortasız işlədə bilməyəcəyini demişdir. Onlar orada Mustafa bəyin onlara təşkil etdiyi həyət evində qalırmışlar. Bundan sonra əri və o Azərbaycana qayıtmışlar. Onlar yenə də borcun içində imişlər, vəziyyətləri maddi cəhətdən cox pis olmuşdur. Türkiyədə olan qohumlarından biri ona Merzifon şəhərində yeni hotelin açıldığını, onun orada aşbaz və ya xadiməçi işləyə biləcəyini demişdir. O yenidən Türkiyəyə qayıtmış və «Güngör» hoteldə xadiməçi işləməyə başlamışdır. Sonra həmin hotelə azərbaycanlı, rus və s. millətdən olan qızlar fahişəliklə məşğul olmaq üçün gəlməyə başlamışlar. O həmin qızların da otaqlarını təmizləmişdir. Həmin hotelə tez-tez polis əməkdaşları gəlib gedirmişlər. Polislər hotelə daxil olanda o, hotelin içindəki kafedə işlədiyindən həmin azərbaycanlı qızları, həmçinin əvvəlki cinayət işində zərərçəkmiş şəxs olan Şahid1 məişət ərzaqları olan torbaların arxasında gizlədirmiş ki, polis onları tutmasın. O, ilk cinayət işində də buna görə özünü qismən təqsirli bilmişdir ki, Aygünə kömək edərək onu gizlətmişdir. Belə hal bir neçə dəfə təkrarlandıqdan sonra hotelin müdiri onu yanına çağıraraq, qızları polislərdən gizlətdiyini eşitdiyini, siğortasız işlədiyini, belə davam edərsə, onu işdən qovacağını bildirmişdir. O daha sonra Aygünə bildirmişdir ki, hotelin müdiri onun qızları gizlətdiyini bilib və onlara yaxın durmağa icazə vermir. Aygün isə buna əsəbləşərək, cavabında Azərbaycana gedəndə onu insan alverində ittiham edərək şikayət edib tutduracağını demişdir. O, Azərbaycana qayıtdıqdan sonra polislər ona zəng edərək, X13 Mübarizə Baş İdarəsinə çağırmışlar. O, X13 Mübarizə Baş İdarəsinə getmiş, ağlayaraq, polis əməkdaşlarına yalvararaq, böhtana qurban getdiyini bildirmişdir. Həmin idarədə müstəntiq olan Eldar müəllim ona 4-5 qızın əleyhinə ifadə verdiklərini demiş və bildirmişdir ki, artıq cinayət işi açılıb, cinayət işini məhkəməyə göndərəcəklər və ona həbslə bağlı olmayan cəza veriləcək və o yenidən Türkiyəyə öz işinin dalınca gedə biləcəkdir. Sonra 2017-ci ildə 1 ay müddətində barəsində olan cinayət işini Bakı Ağır Cinayətlər məhkəməsinə göndərmişlər. Birinci cinayət işi üzrə o, şərti məhkum olunduqdan sonra elə hökm çıxan gün onu X13 Mübarizə Baş İdarəsinə çağırmışlar. Həmin idarədə işləyən Samir müəllim onu yanına çağıraraq ölkədən çıxışına qoyulmuş qadağanı götürdüklərini bildirərək yenidən Türkiyəyə gedə biləcəyini demişdir. Samir müəllim ona Türkiyədə hoteldə fahişəliklə məşğul olan qadınların barəsində ona məlumatlar verməli olduğunu demiş, o isə razılaşmamışdır. O həmin gün sərhədi keçərək yenidən Türkiyəyə, Merzifon şəhərinə getmişdir. O əvvəllər işlədiyi «Güngör» hotelinə gedəndə oranın artıq polislər tərəfindən bağlandığını bilmişdir. O həmin hoteldə qeydiyyat şöbəsində işləyən, əvvəldən tanıdığı Öndər adlı şəxsə yaxınlaşmış. Öndər ona hotelin satıldığını, artıq işləmədiyini, orada yalnız təmizlik işlərinin aparıldığını demişdir. Öndər ona qonşuluğunda yaşlı bir adamın olduğunu, əgər istəsə ona qulluq edərək, pul qazana biləcəyinii demişdir. Həmin şəxs 67 yaşlı asma-bronxit xəstəliyi olan Hüseyin Alkın adlı şəxs imiş. Həmin şəxs ona gəlininin və nəvələrinin xaricdə yaşadığını demişdir. Həmin adamın evi 2 otaq və mətbəxdən ibarət olmuşdur. O ona öz vəziyyətini danışmış. Öndər ona həmin yaşlı adamın evində işləməyi üçün "oturma izni" nin, yəni Türkiyədə işləmək üçün rəsmi icazənin olmasını bildirmişdir. Bunun üçün Türkiyədə türk vətəndaşı ilə nikaha girmək lazım gəlmişdir. Həmin yaşlı kişi onu yanına çağıraraq bir qızı kimi ona yardım etmək üçün onunla nikah müqaviləsi bağlaya biləcəyini demiş, o da əri Rəfailə zəng edərək məsələni olduğu kimi ona danışmışdır. O, çarəsizlikdən razılaşmalı olmuşdur. O, siğorta olunmaq xatirinə həmin şəxslə formal olaraq nikah müqaviləsi bağlamışdır. Öndərin onun hər iki cinayət işində adı keçən qızlarla münasibəti olmuş, həmin qızları bildiyi qədər Öndər fahişəliyə cəlb edirmiş. O isə həmin qızlardan yalnız Günayı tanımışdır. O, Günayı ilk cinayət işindən tanımış, Günay ona 2 nəfər qonağının olmasını, onların 6 yaşlı uşağına baxıb pul qazana biləcəyini demişdir. O həmin uşağa 2 ay müddətində baxaraq 200 ABŞ dollarına yaxın pul qazanmışdır. 2 aydan sonra həmin insanlar çıxıb getmişlər. O, həftədə 2 dəfə Öndərin yaşadığı evə yemək bişirmək və təmizlik aparmaq üçün getmişdir. O bir dəfə Öndərin evinə gedəndə cinayət işində adları keçən qızları orada görmüş, həmin qızlardan Həmidə adlı qız və onun yanında Aysu adlı qız da var imiş. Onlara məsləhət verərək, fahişəliyin yaxşı yol olmadığını demişdir. Həmidə ona 2 uşağı olduğunu, ərindən qaçıb bura gəldiyini demişdir. Aysu isə xəstə olduğuna görə onun iynə, dərman ehtiyaclarını o qarşılamışdır. O heç zaman həmin cinayət işində adları keçən zərərçəkmiş şəxsləri fahişəliyə cəlb etməmişdir O həmin qızların bir neçəsini ümumiyyətlə tanımamışdır. Onun barəsində olan əvvəlki cinayət işi üzrə hökmə əsasən onun Azərbaycan Respublikasını tərk etmək hüququnun olmamasını bilməmişdir. İlk cinayət işində olan hökmün təqsirləndirilən şəxs tərəfindən alınmasına dair qəbzdə və başqa yerə getməmək haqqında iltizamda olan imzalar ona məxsus deyildir. Ona məhkəmədə cinayət işinmə baxan hakimlər tərəfindən Azərbaycan Respublikasını tərk etmək hüququnun olmaması izah edilməmişdir. Onun barəsində hökmün Abşeron rayon İcra şöbəsinə göndərilməsindən, orada axtarılmasından xəbəri olmamışdır. Ümumiyyətlə o heç vaxt Abşeron rayonunda yaşamamışdır. Hökmun icra üçün ora göndərilməsinin səbəbini bilmir. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2018-ci ilin əvvəllərində Türkiyədən bibisi qızı Xəyalənin toy mərasimindən gələrkən Təqsirləndirilən şəxs qızı Aytənlə tanış olmuş, Aytən ona demişdir ki, ansının yanıda işləmək üçün iş vardır. Belə ki, özü əvvələr Bakıda restaranlarda ofisant-xidmətçi kimi işləmiş, Aytən ona Türkiyədə restoranlarda daha çox əmək haqqı verdiklərini bildirmişdir. O da Sevincin nömrəsini almış və onunla telefonla danışmışdır. Daha sonra pasport alaraq əslən Gəncə şəhərindən olan Həmidə adlı qızla Türkiyəyə Sevincin yanına getmişdir. Pulu olmadığı üçün Türkiyədə Sevinc onları qarşılamış və evinə aparmışdır. Sevinc onu və digər qızları kişilərlə görüşdürərək onlarla pulun müqabilində cinsi əlaqəyə, fahişəliyə məcbur etmişdir. O Azərbaycana qayıdandan sonra Sevinc ona zəng edərək yenidən Türkiyəyə qayıtmasını tələb etmiş. Gəlməsə əlində olan rusvayedici video və şəkilləri yayacağını, Azərbaycanda yaşayan Zaur adlı oğlunun ona təsir edəcəyini bildirərək onu yenidən Türkiyəyə qayıtmaca məcbur etmişdir. İkinci dəfə ora Sevincin qızı ilə də getmiş və Sevinc yenidən onu fahişəliyə məcbur etmişdir. Sevinc ona hər hansı video və ya şəkil göstərməmiş, amma ona onda video olduğunu bildirmişdir. Əvəllər fahişəliklə məşğul olmamış, müştəriləri Sevinc tapmış və onlardan pulu da özü götürmüşdür. O hazırda Sevinclə barışmadığını, ondan şikayətçi olmasını bildirmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2017-ci ilin yay aylarında Əfsanə adlı qızla “Yeni Gecə” adlı kafedə tanış olmuşdur. Sevinci də Əfsanəyə görə tanımışdır. Əfsanə ilə olan zaman Sevinc ona zəng etmiş və demişdi ki, Türkiyə Respublikasında işləmək üçün iş var. Həmin vaxt işin fahişəliklə məşğul olaraq pul qazanmaq olduğunu bilmiş və Əfsanəyə Sevincin yanına gedib işləmək istədiyini bildirmişdir. X11 nömrəsini ona vermiş, Sevinclə danışmış və xx xxxxxx 2018-ci il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Merzifon şəhərinə getmişdir. Avtovağzalda Sevinc onu qarşılamış və yaşadığı mənzilə aparmışdır. 1 ay müddətində Sevinc onu taksi avtomobili ilə müxtəlif hotellərə apararaq müxtəlif kişilərlə görüşdürmüşdür. Bir ay tamam olandan sonra Sevinc onu Azərbaycana yola salmışdır. Sonralar da Sevincin təkidi ilə 2-3 dəfə də Türkiyəyə getmiş və Sevincin yanında fahişəliklə məşğul olmuşdur. Sevincin yanınıa gedəndə fahişəliklə məşğul olacağını bilmiş, lakin bu qədər kişilərlə görüşəcəyini bilməmişdir. Cinsi əlaqədə olmağı üçün kişi müştəriləri Sevinc tapmış, pulu da özü almışdır. O, Sevincə kişilərlə görüşməyə etiraz edəndə üstünə qışqırmışdır. O, Təqsirləndirilən şəxs şikayətçi olmasını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismnidə ifadə vermiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2017-ci ildə Aygün adlı qızla tanış olmuş və bir-birilərindən telefon nömrələrini götürmüşlər. O, İstanbula, Aygün isə bildirdiyinə görə Merzifon şəhərinə gedirmiş. Bir neçə gün sonra Aygünlə “whatsapp” proqramı ilə danışanda ona bildirmişdir ki, Merzifon şəhərində işləməyə iş vardır. Sonra Sevinc ona zəng edib demişdir ki, nömrəsini Aygün ona vermişdir və ona Merzifon şəhərinə onun yanına işləməyə gəlməsini demişdir. O, Sevincə gəlməyə yol pulunun olmadığını bildirmiş, Sevinc ona Ruslan adlı avtobus sürücüsünün telefon nömrəsini vermişdir. O, Ruslanla danışıb İstinbulda Aksaray deyilən yerdə onunla görüşmüş və Ruslan onu Merzifon şəhərinə aparmışdır. Onu Sevinc qarşılamışdır. Sevinc ona hansı işdə işləyəcəyini deməmişdir. Evə gedəndə evdə çox qızların olmasını görmüş, Aygın ona yol pulusunu Sevinc verdiyi üçün ona borcu olduğunu bildirmiş və qalaraq fahişəliklə məşğul olacağını bildirmişdir. O da məcbur qalıb razılaşaraq, 2 ay Sevincin yanında fahişəliklə məşğul olmuş, müştərilərdən pulları Sevinc alıb özündə saxlamışdır. Sevinc müştərilərlə görüşmək üçün onları bəzən otellərə, bəzən də özünün kirayə tutduğu evə göndərmişdir. O, Sevincin yanından Türkiyədən Azərbaycana gələndə Sevinc onun yenə təkrar Türkiyəyə gəlməsini tələb etmiş, o əvvəlki pullarını istəyəndə Sevinc pulu olmadığını gəlib özünə fahişəlik edərək pul qazanmasını demişdir. Sevinc onun Türkiyəyə getməyəcəyi təqdirdə onu şantaj etməklə hədələmişdir. Belə ki onda onun kişi müştəlilərlə görüşən zaman çəkilmiş intim görüntülərin olmasını bildirmişdir. Sevinc Azərbaycana gələndə onları da özü ilə gətirmiş, Azərbaycanda olanda Sevincdən pulunu istəyəndə müxtəlif bəhanələr edib pulunu verməmişdir. Sonra Sevincin həbs olunduğunu biləndə polisə gedib şikayət etmişdir. Hazırda Sevincə qarşı 2000 manat pul tələbinin olmasını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Sevda adlı qadının vasitəsilə tanımışdır. X10 restoran işndə işləməsini və ona restoranda işləməyə iş tapmasına kömək edə biləcəyini bildirmişdir. 2017ci ilin yay aylarında Sevinclə “whatsapp” proqramı ilə danışdıqda Sevinc gözləməsini, özünün xəbər edəcəyini bildirmişdir. 2017-ci ilin sentyabr ayında Sevinc ona 100 manat pul göndərmiş və ona avtovağzalda Alper adlı şəxsin yanına getməsini, Alperin onu Merzifon şəhərinə yola salacağını demişdir. 2017-ci ilin sentyabr ayında Alper onu Merzifon şəhərinə yola salmışdır. Həmin şəhərin avtovağzalında onu Sevinc qarşılamış, onun pasprotunu alaraq fahişəliklə məşğul olacağını bildirmişdir. Sevinc onun dediyini etməyəcəyi təqdirdə onu ölümlə hədələmiş, nəticədə o da məcbur olaraq onun dediyi ilə razılaşaraq fahişəliklə məcğul olmuşdur. Müştəriləri ona görüşmək üçün Sevinc tapmış və pulu özü almışdır. Elə günlər olmuşdur ki, o hətta 6-7 kişi ilə görüşərək cinsi əlaqədə olmuşdur. Sevincin qaldığı ev apartment tipli ev olmuş, mənzil 2 otaqlı olmaqla 5-ci mərtəbədə yerləşmişdir. Ondan başqa qızlar da həmin evdə qalaraq fahişəliklə məşğul olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Sevinci tanışı Şahid2 vasitəsi ilə tanımışdır. Belə ki, o özünə pasport almış və 1 həftəlik gəzmək üçün Türkiyəyə getmək istəmişdir. Türkiyəyə gedəndə fahişəliklə məğul olacağını da bilmiş və özü könüllü getmişdir. Pulu olmadığı üçün Sevda ona demişdir ki, Sevinclə danışaraq ondan yol pulu alsın. O da Sevinclə danışıb Merzifon şəhərinə getmişdir. Sevinc onu qarşılayaraq yol pulunu vermişdir. Sonra onun yanında fahilşləiklə məşğul olaraq Sevincə olan borcunu da ödəmişdir. Müştəriləri Sevinc tapmış və pulu da Sevinc almışdır. Gün ərzində 3-4 kişi ilə görüşmüşdür. Sevinc onu müştərilərlə görüşməyə məcbur etməmiş, o özü Türkiyəyə gedəndə fahişəliklə məşğul olacağını bilmişdir. Orada 3-4 gün qaldıqdan sonra isə Azərbaycana qayıtmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2017-ci ilin noyabr ayının sonlarında Şahid1 ilə birlikdə Türkiyə Respublikasına getmək barədə razılaşmışlar. xx xxxxxx 2017-ci il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Konya şəhərinə getmişlər. O, Aygünlə kafelərin birində olarkən Aygün “whatsapp” vasitəsilə Təqsirləndirilən şəxs ilə danışmış, sonra Aygün yemək götürmək üçün masadan qalxmış və o, telefonu masanın üzərindən götürərərək Sevinclə danışmağa başlamışdır. Sevinc Merzifon şəhərində yaşadığını, orada turizm şirkətinin sahibi olduğunu, istədiyi halda yanına gedib işləyə biləcəyini, xeyli maaş alacağını ona bildirmişdir. Bir neçə gün sonra Sevinc onunla “whatsapp”la əlaqə saxlamış, qısa müddətdə yanına gəlməyi, onun üçün işin hazır olduğunu bildirmiş, bir neçə gün sonra o, Konyadan Merzifona getmişdir. Merzifon avtovağzalında Sevinc onu qarşılayaraq yaşadığı evə aparmışdır. O, Sevincin evində bir neçə nəfər açıq-saçıq geyimli qadınları görmüş, Sevinc bildirmişdir ki, onlar şirkətdə işləyən qadınlardır, bir ünvanda yaşayırlar. Bir neçə saat istirahət etdikdən sonra Sevinc ona kişilərlə cinsi əlaqədə olacağını bildirmiş, o razılaşmasa da Sevinc ona görə Aygünə pul verdiyini və onun həmin pulu işləyərək geri qaytarmalı olduğunu bildirmişdir. Sevinc pasportunu cıracağı və Türkiyədə polisə fahişəliklə məşğul olduğunu bildirib onu tutduracağı ilə hədələmiş, o da məcbur qalıb Sevincin dedikləri ilə razılaşmışdır. İki aya yaxın istismar edilmiş, həmin müddətdə Sevinc onu gün ərzində 3-4 nəfər kişi müştərilərinə təqdim etmişdir. Sevincin ona görə cinsi əlaqədə olduğu müştərilərindən nə qədər pul almasından məlumatı olmamışdır. 2018-ci ilin yanvar ayında Sevinc bildirmişdir ki, artıq ona ehtiyacı yoxdur. Oradan çıxaraq Konyaya getmiş, xx xxxx 2018-ci il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycana gəlmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2016-cı ilin ortalarında ad günü şənliyində Şəfəq adlı qadınla tanış olmuşdur. 2016-cı ilin dekabr ayının əvvəllərində yaşadığı evdə Şəfəqlə “whatsapp”la danışarkən Şəfəq ona bildirmişdir ki, Türkiyənin Merzifon şəhərində turizm şirkətində iş var, orada Sevgi adlı qadın Azərbaycandan işə götürməyə qadınlar axtarır. Aylıq 2000 ABŞ dolları maaşa iş yerləri vardır. O, Şəfəqdən xahiş etmişdir ki, onun üçün həmin işi təşkil etsin. Şəfəq də bildirmişdir ki, bu barədə Sevgiyə deyəcək, lazım olsa Sevgi özü onunla əlaqə saxlayacaqdır. Bir neçə gün sonra Türkiyə mobil nömrəsindən “whatsapp”ına Təqsirləndirilən şəxs zəng edərək Şəfəqlə onun barəsində danışdığını, istədiyi halda ona iş təşkil edə biləcəyini bildirmişdir. Sevincə razılığını bildirmiş, 2017-ci ilin yanvar ayının əvvəllərində Şəfəq onunla əlaqə saxlayıb Sevincin gözlədiyini, onunla birlikdə Günel adlı qadının da gedəcəyini demişdir. xx xxxxxx 2017-ci il tarixdə səhər saatlarında o, Bakı Beynəlxalq Avtovağzalına getmiş. Orada Günel və Şəfəqlə görüşmüşdür. Şəfəq onları yola salmış, həmin gün axşam saatlarında dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Merzifon şəhərinə getmişlər. Avtovağzalda onları Sevinc qarşılamış və yol taksilərindən birinə əyləşib Sevincin yaşadığı mənzilə getmişlər. Sevinc onların pasportarını əllərindən almışdır. Sevincin yaşadığı ev iki mərtəbəli mənzilə daxil olduqda orada üç-dörd nəfər qadınları görmüşdür. Növbəti gün səhər saatlarında Sevinc otağa daxil olaraq onları işə aparacaqlarını demişdir. İşin mahiyyətinin nə olduğunu soruşduqda, Sevinc onlara Merzifonda qadınları fahişəliyə cəlb etdiyini, həmin ərazidə hamını tanıdığını, dediklərini etməli olduqlarını, müqavimət göstərsələr yaxın müştəriləri vasitəsilə onları döydürəcəyini bildirmişdir. Həmin gündən başlayaraq Sevinc onu və Güneli, eləcə də evində olan digər qadınları hotellərə, restoranlara taksi avtomobili ilə apararaq, müştərilərinə təqdim edib cinsi əlaqədə olmaqlarını təşkil etmişdir. Gün ərzində onları 9-10 nəfər müştəri ilə görüşdürüb cinsi istismar etmişdir. Dördbeş gün sonra Günel xəstələnmiş, Sevinc bundan əsəbləşib müştərilərin yanına xəstə ola-ola getməməsi üçün hara istəyirsə, getməsini demişdir. Günel onunla qayıtmaq istədiyini bildirdikdə, Sevinc ona heç bir yana getməyəcəyini, istədiyi vaxt onu yola salacağını Günelə bildirmişdir. Sevinc onu əvvəlki qaydada 2017-ci ilin fevral ayının əvvəllərinədək istismar etməyə davam etmişdir. Daha sonra Sevinc ona gedə biləcəyini, bir daha barəsində eşitmək istəmədiyini, əgər şikayət etsə, şəkillərini, müştəri ilə görüşə gedərkən çəkilmiş videogörüntülərini internetdə yayacağı ilə hədələmişdir. xx xxxxxx 2017-ci il tarixdə Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycana gəlmişdir. Sevincin yanında istismar etdiyi qadınlar çox olmuşdur Lakin həmin şəxslərlə, ümumiyyətlə, heç Günellə əlaqə saxlamağına Sevinc imkan verməmişdir. Buna görə də Sevincin istismar etdiyi digər qadınlar barəsində məlumatı olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 2009-cu ildən 2017-ci ilin əvvəllərinədək Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Leyla” gözəllik salonunda saç və dırnaq ustası işləmişdir. 2016-cı ilin sonlarından həmin salona Şəfəq adlı qadın gəlib-getməyə başlamışdır. O, Şəfəqi müştəri kimi tanımış, sonralar onların yaxın münasibət yaranmışdır. Şəfəq onunla söhbət edərkən əziyyətlə pul qazandığını və ona yazığının gəldiyini bildirmişdir. Bir neçə dəfə Şəfəq ona təklif etmişdir ki, onu Türkiyəyə tanışlarının yanına işləmək üçün göndərsin. 2016-cı ilin dekabr ayının sonlarında Şəfəq yeni il şənliyində iştirak etmək üçün onun işlədiyi salona gəlmiş, onunla söhbət edərkən bildirmişdir ki, onun üçün Türkiyənin Merzifon şəhərində yaxşı iş tapmışdır. Şəfəq ona həmin şəhərə gələn turistləri qarşılamaq üçün şirkət olduğunu, onun da şirkətdə işləyəcəyini, aylıq 2000 ABŞ dollarına yaxın pul qazanacağını demişdir. Şəfəqin bu sözlərindən sonra ondan iş barəsində ciddi maraqlanmağa başlamışdır. O, Şəfəqə bildirmişdir ki, əgər belə bir iş varsa Türkiyəyə getməyə razıdır. Şəfəq də Türkiyənin Merzifon şəhərində Sevgi adlı qadın olduğunu, həmin qadının onu qarşılayıb işlə təmin edəcəyini bildirmişdir. Şəfəq ondan başqa Nuriyyə adlı qadına da həmin işə düzəltməyi söz vermiş və Nuriyyə 2017-ci ilin yanvar ayında Sevginin yanına gedəcəkmiş. O, Şəfəqə razılığını verərək Sevgi ilə danışmasını və onu Sevginin yanına göndərməsini bildirmişdir. 2017-ci ilin yanvar ayının əvvəllərində Şəfəq onun işlədiyi salona gələrək, onun işinin alındığını, özünə bilet alıb Nuriyyə ilə birlikdə Sevginin yanına getməyini bildirmişdir. Şəfəq ona Sevginin istifadəsində olan “WhatsApp” nömrəsini vermişdir. O da Sevgiyə zəng etmiş və danışmış, sonradan onun əsl adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Sevinc onunla danışarkən Şəfəqin dediklərini təsdiqləmiş, onun üçün iş yeri olduğunu, Nuriyyə ilə birlikdə onun yanına getməyi, onları özü qarşılayıb iş təşkil edəcəyini demişdir. Bundan sonra o, Şəfəqin verdiyi Nuriyyənin nömrəsinə zəng etmişdir. Nuriyyə xx xxxxxx 2017-ci il tarixdə avtobusla Sevincin yanına gedəcəyini bildirmişdir. Həmin tarixdə səhər saatlarında Şəfəqin müşayiəti ilə o və Nuriyyə Türkiyəyə gedən avtobusa minmişlər və həmin gün dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Türkiyənin Merzifon şəhərinə getmişlər. Avtovağzalda onu və Nuriyyəni Sevinc özü qarşılamış və onlar Sevincin yaşadığı mənzilə getmişlər. Mənzilə daxil olduqda orada onlardan başqa əlavə dörd nəfər açıq-saçıq paltarlar geyinmiş qadınlar da olmuşdur. Növbəti gün səhər saatlarında Sevinc onların qaldığı otağa daxil olmuş və paltarlarını dəyişməyi, onu və digər qızları hotelə fahişəliklə məşğul olmaq üçün aparacağını bildirmişdir. O, Sevincə etiraz etdikdə sonuncu onun üstünə qışqırmış, orada qaydaları onun müəyyən etdiyini demişdir. Sevinc bildirmişdir ki, onun dediyini etməli və icazəsiz heç bir yerə getməməlidir. Sevinc uzun müddət Merzifonda yaşadığını, hamını tanıdığını, qadınları fahişəliyə cəlb etdiyini, əgər müqavimət göstərsələr onları döydürəcəyini bildirmişdir. Sevincin hədələri ona real gəlmiş, çünki həmin evdə digər qadınlar da Sevincdən çox qorxurmuşlar. Həmin gündən başlayaraq Sevinc onu və Nuriyyəni, eləcə də evində olan digər qadınları hotellərə, restoranlara avtomobillə aparmış, onları kişi müştərilərə cinsi əlaqədə olmaq üçün təqdim etmişdir. Gün ərzində Sevinc onu 7-8 kişi müştəri ilə görüşdürüb cinsi əlaqədə olmağını təşkil etmişdir. Sevinc çox xəsis insan olmuş, müştəridən aldığı puldan onlara çox az miqdarını vermişdir. 4-5 gün sonra onun səhhətində nasazlıq olmuş və xəstələnmişdir. Bir müddət sonra Sevinc onun az işlədiyini görüb hara istəyirəsə, gedə biləcəyini bildirmişdir. Nuriyyə ilə gəldiyi üçün qayıtmaq istədiyini bildirsə də, Sevinc Nuriyyəni buraxmayacağını demişdir. O da məcbur olub təkbaşına xx xxxxxx 2017-ci il tarixdə Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycana gəlmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs insan alveri cinayəti ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındıqdan sonra həmin iş üzrə məhkəmədə zərərçəkmiş şəxs qismində çıxış etmiş, həmin cinayət işi üzrə məhkəmə prosesi gedərkən Sevincin ona pul borcu olmuşdur. Həmin borc Sevinc onu Türkiyədə fahişəliyə cəlb edərkən yaranmışdı. Məhkəmə prosesində Sevinc şikayətini geri götürərsə pulunu dərhal qaytaracağını demişdir. Lakin Sevinc onun pulunu qaytarmamışdır. 2017ci ilin sentyabr ayında Sevinclə əlaqə saxlamış, Sevincə bildirmişdir ki, pulunu qaytarsın, əks halda barəsində şikayət edəcəkdir. O, cavabında qeyd etmişdir ki, Türkiyənin Merzifon şəhərindədir, pulu hazırdır, istədiyi zaman gəlib pulunu ala bilər. xx xxxxxxx 2017-ci il tarixdə səhər saatlarında avtobusla yola çıxmış. Həmin gün dövlət sərhədini keçmiş, pasport yoxlanışına dayanarkən Zərərçəkmiş şəxs4 ilə tanış olmuşdur. Onunla söhbət edərkən o, Türkiyənin İstanbul şəhərinə istirahət etməyə və gəzməyə getdiyini bildirmişdir. Həmidədən hansı işlə məşğul olduğunu soruşanda, Bakı şəhərində Yeni Yasamalda gözəllik salonunda dırnaq ustası işlədiyini demişdir. Həmidəyə özünə iş axtardığını, ona köməklik etməsini bildirmişdir. Həmidə telefon nömrəsini götürməyini, Bakıya qayıtdıqdan sonra zəngləşib görüşməklərini və ona kömək edəcəyini bildirmişdir. Bundan sonra Həmidədən ayrılmış və Merzifon şəhərinə getmişdir. Merzifonda Sevinc onu qarşıladıqdan sonra yaşadığı evə aparmış, evində bir neçə nəfər cavan qadınları görmüş, Sevincdən hansı işlə məşğul olduğunu soruşduqda bildirmişdir ki, işimə qarışma. Sevincdən pulunu istədikdə o 700 X5 dolları verərərək artıq pulu olmadığını, borcun qalanını hissə-hissə verəcəyini bildirmişdir. Sevinc ondan Azərbaycandan tanıdığı fahişəliklə məşğul olan qadınlar olub-olmadığını soruşmuş, o, Sevincə təhqiramiz cavab verərək hələ də ağıllanmadığını bildirmişdir. Sevinc bundan hiddətlənib onu sillə ilə vuraraq telefonunu götümüş və üzr istəməsə telefonunu qaytarmayacağını bildirmişdir. Sevinc onun telefonunu açmış və baxmağa başlamış, bir müddət sonra telefonunu qaytarmışdır. Bundan sonra o, Konya şəhərinə, qohumlarının yanına getmişdir. Zərərçəkmiş şəxs8 yaşadığı Zabrat qəsəbəsi, İstixana kombinatından tanıyır. 2017-ci ilin dekabr ayının əvvəllərində Səbinə ilə birlikdə Konya şəhərinə getmək barədə razılaşmış. xx xxxxxx 2017-ci il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Konya şəhərinə getmişlər. Konyada restoranlardan birində oturub yemək yeyərkən Sevinclə görüntülü əlaqə saxlamış, bu zaman Səbinə də yanında olmuşdur. Ona Sevinc barəsində baş verənləri, yəni Sevincin onu Merzifonda istismar etməsini utandığı üçün bildirməmişdir. Sevinc də öz növbəsində Səbinəni görmüş və onunla maraqlanmışdır. Sevinc pulunu qaytaracağını, yalnız Səbinə ilə tanış olmaq istədiyini qeyd etmişdir. Sevinclə Səbinəni o tanış etməmiş, o, yemək götürmək üçün masadan qalxdıqdan sonra Səbinə onun telefonunu götürmüş və Sevinclə danışaraq bir-birilərinə nömrələrini vermişlər. Qayıtdıqdan sonra Səbinə telefonunu qaytarmış və ona Sevincin onu yanına dəvət etdiyini bildirmişdir. O, Səbinəyə etiraz etmiş və getməməsini məsləhət görmüş, lakin Sevincin insan alveri ilə məşğul olmasını deməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2017-ci ildə Nuranə adlı qadın vasitəsilə tanımış, o, Sevincin Türkiyədə istifadə etdiyi mobil telefon nömrəsini ona vermişdir. Sevinclə danışan zaman sonuncu ona Merzifonda yaşadığını, istədiyi halda yanına gedə biləcəyii bildirmişdir. Bilet alaraq xx xxxxxx 2017-ci il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyənin Merzifon şəhərinə getmişdir. Sevinc onu qarşıladıqdan sonra evinə aparmış, evdə 3-4 nəfər fahişəliklə məşğul olan qadınları görmüşdür. Bir həftə Sevincin evində qalmaqla sərbəst fahişəliklə məşğul olduqdan sonra xx xxxxxx 2017-ci il tarixdə Azərbaycana qayıtmışdır. Həmin ərəfələr Zərərçəkmiş şəxs3 ilə rəfiqəlik edirmiş, sonradan bilmişdir ki, Aysu ondan xəbərsiz Sevincin yanına getmişdir. Zərərçəkmiş şəxs7 ilə Bakı şəhərində tanış olaraq onunla rəfiqəlik etmiş, 2017-ci ilin sentyabr ayında Günay bildirmişdir ki, Türkiyəyə gəzməyə getmək istəyir. O da həmin ərəfələr Merzifon şəhərinə fahişəliklə məşğul olmağa getməyə hazırlaşırmış. Günaya istəsə onunla Türkiyəyə gedə biləcəyini demişdir. xx xxxxxxxx 2017-ci il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Merzifon şəhərinə, Sevincin yanına getmişdir. Sevincin yanına çatdıqdan sonra o əvvəlki qaydada fahişəliklə məşğul olmağa başlamış. Günay orada 2-3 gün qalmış, sonradan tək Azərbaycana qayıtmışdır. O isə 2017-ci ilin oktyabr ayının ortalarına kimi Sevincin yanında qalıb fahişəliklə məşğul olmuşdur. xx xxxxxxx 2017-ci il tarixdə dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Azərbaycana gəlmiş, bundan sonra xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək Sevincin yanına, Merzifon şəhərinə fahişəliklə məşğul olmaq üçün gedib-gəlmiş, sonuncu dəfə Sevincin yanında olanda onunla mübahisə etmişdir. Mübahisənin səbəbi Sevincin onu fahişəliyə cəlb etmək istəməsi olmuşdur. Sevincdən qorxaraq ondan xəbərsiz evdən qaçmışdır. xx xxxxxx 2017-ci il tarixdə Azərbaycana gəldikdən sonra bir daha Sevincin yanına getməmişdir. Sevincin nəzarəti altında bir çox qadınlar fahişəliklə məşğul olmuş, lakin həmin qadınların hər biri özlərinə ləqəb götürmüşdü, öz həqiqi adlarından istifadə etməmişdirlər. Məhkəmədə təqsirləndirlən şəxsin, zərərçəkmişlərin və şahidlərin ifadələri ilə yanaşı aşağıdakı sübutlar da tədqiq olunmuşdur. İş üzrə tərtib edilmiş baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli 03 səhifədən ibarət protokolun məzmunundan görünür ki, Zərərçəkmiş şəxs1 xx xxxxxx 2017-ci il tarixdə saat 17:59 dəqiqədə «C00069615» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxx 2017-ci il tarixdə saat 01:42 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs6 xx xxxxxx 2017-ci il tarixdə saat 17:59 dəqiqədə «C00179852» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxx 2017-ci il tarixdə saat 23:00 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs3 xx xxxxxxxx 2017-ci il tarixdə saat 16:39 dəqiqədə «C01709722» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxx 2018-ci il tarixdə saat 04:07 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs7 xx xxxxxxxx 2017-ci il tarixdə saat 21:22 dəqiqədə «C01334765» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxxx 2017-ci il tarixdə saat 21:42 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs4 xx xxxxxxx 2017-ci il tarixdə saat 18:44 dəqiqədə «C01271604» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxxx 2017-ci il tarixdə saat 20:37 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs4 xx xxxxxx 2017-ci il tarixdə saat 18:05 dəqiqədə «C01271604» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxx 2018-ci il tarixdə saat 04:06 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs8 xx xxxxxx 2017-ci il tarixdə saat 18:49 dəqiqədə «C01349417» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxx 2018ci il tarixdə saat 23:40 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs5 xx xxxxxx 2018-ci il tarixdə saat 17:33 dəqiqədə «C01994998» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxx 2018-ci il tarixdə saat 00:20 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 xx xxxx 2018-ci il tarixdə saat 18:23 dəqiqədə «C00553513» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxx 2018-ci il tarixdə saat 01:42 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 xx xxxxxx 2018-ci il tarixdə saat 16:47 dəqiqədə «C00553513» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxx 2018-ci il tarixdə saat 22:46 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 xx xxxxxxxx 2018-ci il tarixdə saat 16:57 dəqiqədə «C00553513» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxxx 2018-ci il tarixdə saat 16:36 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanında yerləşən nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 xx xxxxxxx 2018-ci il tarixdə saat 16:45 dəqiqədə «C00553513» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxx 2018-ci il tarixdə saat 21:17 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Şahid1 xx xxxxxxx 2017-ci il tarixdə saat 18:44 dəqiqədə «C00889137» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxx 2017-ci il tarixdə saat 18:43 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Şahid1 xx xxxxxx 2017-ci il tarixdə saat 18:51 dəqiqədə «C00889137» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxx 2018-ci il tarixdə saat 02:32 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Şahid2 xx xxxxxx 2017-ci il tarixdə saat 17:32 dəqiqədə «C01023932» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxx 2017-ci il tarixdə saat 01:46 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Şahid2 xx xxxxxxxx 2017-ci il tarixdə saat 21:21 dəqiqədə «C01023932» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxxx 2017-ci il tarixdə saat 01:46 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Şahid2 xx xxxxxx 2017-ci il tarixdə saat 06:35 dəqiqədə «C01023932» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxxxx 2017-ci il tarixdə saat 19:26 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx xxxxxx 2017-ci il tarixdə saat 20:59 dəqiqədə «C00443905» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxxx 2018-ci il tarixdə saat 04:07 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx xxxx 2018-ci il tarixdə saat 19:27 dəqiqədə «C00443905» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə Respublikanı tərk etmiş, xx xxx 2019-cu il tarixdə saat 20:08 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçməklə ölkəyə daxil olmuşdur. Cinayət işi materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1137/2017 nömrəli xx xxxxxx 2017-ci il tarixli hökmünün nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş və o yekun olaraq yeddi il on bir ay iyirmi səkkiz gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CPM-in 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində iki il müddətinə sınaq müddəti təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Sumqayıt şəhəri Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 663 nömrəli məktubunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 1(101)-1137/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikası CMnin 70-ci maddəsi ilə 02 (iki) il sınaq müddəti şərti hesab edilmiş və məhkum xx xxxxxxxx 2019-cu il tarixdə Abşeron rayon İcra vö Probasiya Şöbəsində qeydiyyatdan çıxarılmışdır. DİN-in X13 Mübarizə Baş İdarəsindən daxil olmuş xx xxxxxx 2019-cu il tarixli 017-4550- 1219 nömrəli məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs xx xxxxxx 1963-cü ildə Gəncə şəhərində doğulmuş Təqsirləndirilən şəxsdır. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(005)-186/2020 nömrəli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN X13 Mübarizə Baş İdarəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs ölkədən çıxışına xx xxxx 2017-ci il tarixdə qadağa qoyulmuş, İdarənin sabiq rəisi Neydər Neydərov tərəfindən xx xxxxxx 2017-ci il tarixdə, yəni Təqsirləndirilən şəxs barəsində hökm çıxan gün həmin məhdudiyyət hökmün qanuni qüvvəsini almadan götürülmüşdür. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri cinsi istismara məruz qoymaması, onları fahişəliyə cəlb etməməsi kimi ifadələri zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri və işdə olan digər sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-in 61-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətin təhlükəli residividir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələblərinə əsasən təhlükəli residivə görə cəzanın müddəti CM-nin Xüsusi hissəsini müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.3-cü və 67.4-cü maddələrinə əsasən hökmlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi beş ildən çox ola bilməz. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1137/2017 nömrəli xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə ləğv edilməli, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən təyin ediləcək cəzaya əvvəlki hökmlə təyin edilmiş yeddi il on bir ay iyirmi səkkiz gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirmək yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza-çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan- xx xxxxxx 2020ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə xüsusi müsadirəsi tətbiq oluna bilməz. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərə yuxarıda göstərilən hüquqları izah edilməlidir. İbtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X1 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-1.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1137/2017 nömrəli xx xxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-in 67-ci maddəsinə əsasən təyin edilmiş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1137/2017 nömrəli xx xxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməklə o, qəti olaraq 9 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı vaxtdan- xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Zərərçəkmiş şəxslərə mülki iddiasının mulki icraat qaydasında verilməsi izah edilsin. İbtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkil bürosunun vəkili X1 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar