Məhkəmə qərarları › İş №1(101)-533/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-533/2021

17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-533/2021 17.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Azər İslah oğlu Paşayevdən və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 2002-ci il dekabrın 12-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində ev dustaqlığı qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə, yəni 2020-ci il avqustun 14də saat 17 radələrində ünvan 2 ünvanında yerləşən 16 saylı uşaq bağçasının arxa hissəsində yetkinlik yaşına çatmayan tanışı Şahid2 ilə Şahid3 adlı digər yetkinlik yaşına çatmayan şəxs arasında baş verən mübahisəyə müdaxilə edərkən sonuncunun yetkinlik yaşına çatmayan tanışı Zərərçəkmiş şəxs onun sifət nahiyəsinə yumruq zərbəsi vurması səbəbindən qisas almaq niyyəti ilə özündə olan soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən sonuncunun bel nahiyəsindən bir dəfə vurub Zərərçəkmiş şəxs belin sağ yarısının daxilə nüfuz edən və qalxan çənbər bağırsağı zədələyən bir ədəd deşilmişkəsilmiş yarası kimi nəticələnən insan həyatı üçün təhlükəli olan ağır zərərvurmaya aid xəsarət yetirmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci il avqustun 14-də saat 16 radələrində tanışı Şahid2 «WhatsApp» proqramı vasitəsi ilə zəng vurmaqla söhbəti düşdüyünü, onu gözlədiyini bildirdikdə o, sonuncunun yaşadığı evin yaxınlığındakı musiqi məktəbinin yanında Ruhəddin, X5 və digər tanışı Şahid5 ilə görüşəndə Ruhəddin tanışı Şahid3 «İnstagram» sosial şəbəkəsində onu təhqir edib Bakı şəhərinin Nəsimi rayonundakı «Memar Əcəmi» metrostansiyasının yaxınlığında üç nəfərlə danışığa çağırdığını söyləmişdir. Onlar həmin yerdə Əbdülhüseyn, Zərərçəkmiş şəxs və X7 adlı şəxslərlə görüşərək onun təklifi ilə Alı Mustafayev küçəsi, 6 ünvanındakı 16 saylı uşaq bağçasının arxa tərəfində olan ağaclıq sahəsinə getmişlər, orada söhbət əsnasında Ruhəddin «mən Günəşlə danışıramsa, sən mənə necə pis baxa bilərsən» Əbdülhüseyndən soruşduqda sonuncu «Günəş normal qız deyil, sən onunla münasibət saxlayırsansa, deməli sən də normal deyilsən» cavabını vermişdir. Onların söhbətinə müdaxilə edəndə Əbdülhüseyn onunla kobud davranmaqla nalayiq söyüşlərlə təhqir edib sinəsindən itələdiyindən o, oğlanın çənə nahiyəsinə bir dəfə yumruqla vurmuş, Əbdülhüseyn zərbənin təsirindən yerə yıxılmış, göstərilən zaman Rəsul onu təhqir edərək sifət nahiyəsindən bir dəfə yumruqla vurduğu üçün o, şalvarının bel nahiyəsindən bıçaq çıxarmaqla oğlanı vurmaq istədiyi vaxt Ruhəddin onun qarşısına keçmiş, buna görə ehtiyatsızlıqdan sonuncunu sol böyür nahiyəsindən yaralamış, sonradan bıçaqla Rəsulun bir dəfə bel nahiyəsinə zərbə endirib xəsarət yetirmiş, bundan sonra hadisə yerini tərk edərək evə getmişdir. Zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Əməlindən həddindən artıq peşmandır. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən 2003-cü il 28 dekabr təvəllüdlü Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə uyğun ifadə verməklə yanaşı göstərdi ki, Şahid3 və Şahid4 onun tanışlarıdır, Şahid2, X4, Təqsirləndirilən şəxs və Şahid5 əvvəllər tanımamış, aralarında düşmənçilik və ədavət olmamışdır. 2020-ci il avqustun 14-də saat 17 radələrində Əbdülhüseynin təklifi ilə görüşdükdə ünvan 2 ünvanındakı 16 saylı bağçanın arxa tərəfində olan ağaclıq sahəsində baş verən mübahisə nəticəsində Rəfael Əbdülhüseynə «tutaq ki, Ruhəddin o qıza ciddi yanaşır, sən nə demək istəyirsən?» soruşanda sonuncu Rəfaeli təhqir edib sinəsindən itələmiş, Rəfael də bu vaxt Əbdülhüseynə yumruqla bir dəfə burun və bir dəfə çənə nahiyələrinə, qarşına çıxan Ruhəddini sol böyür nahiyəsindən ehtiyatsızlıqdan bıçaqla vurmuş, kənarlaşmaq istəyərkən Rəfael bıçaqla onun kürək nahiyəsindən zərbə endirərək xəsarət yetirmişdir. Kənardan müşahidə olunmayan, dörd-beş dəqiqə davam edən dava bitəndən sonra İlqarın da yerdə uzandığını görmüşdür. O və başqaları heç kimə xəsarət yetirməmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmaqla sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilən X5 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə oxşar ifadə verib əlavə olaraq göstərdi ki, Şahid2 böyük qardaşıdır, hadisə zamanı sonuncu Rəsulun qarşısına keçdiyindən bıçaq zərbəsi ehtiyatsızlıqdan Ruhəddinin sol böyür nahiyəsinə dəymiş, daha sonra X9 Rəsulun böyür nahiyəsindən bir dəfə bıçaqla vurmaqla ağır xəsarət yetirmişdir. İş üzrə şahid qismində dindirilən yetkinlik yaşına çatmayan Şahid3 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə analoji ifadə verib bundan başqa göstərdi ki, Təqsirləndirilən şəxs Şahid2 qızı ciddi istəməsinin ona dəxli olmadığını söylədikdə o, Rəfaeli təhqir edərək sinəsindən itələmiş, sonuncu isə yumruqla bir dəfə onun burun, bir dəfə də çənə nahiyələrinə vurduğundan o, zərbənin təsirindən yerə yıxılmış, bir neçə dəqiqədən sonra özünə gəlməklə ayağa durub Rəsulun yerdə uzandığını görmüşdür. İş üzrə şahid qismində dindirilən yetkinlik yaşına çatmayan Şahid4 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək Şahid3 Təqsirləndirilən şəxs təhqir etməklə sinə nahiyəsindən itələdiyi üçün sonuncunun yumruqla Əbdülhüseynin bir dəfə burun və bir dəfə çənə nahiyələrinə vurduğunu, zərbələrin təsirindən oğlan yerə yıxılanda dava-dalaş baş verdiyini, X5 adlı şəxs onun yaxasından dartıb sifət nahiyəsindən yumruqla vurduğundan özünü itirərək yerə yıxıldığını və sonuncunun onu yerdə sürüməyə başladığını, bir neçə dəqiqədən sonra o, özünə gəlməklə ayağa durduqda yerdə uzanan Rəsulun böyür nahiyəsinin qanadığını görmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş yetkinlik yaşına çatmayan Şahid2 şahid qismində dindirələrkən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsini təsdiqləyərək dava vaxtı o, sonuncunun qarşısına keçdiyi üçün Təqsirləndirilən şəxs əlindəki bıçağın ehtiyatsızlıqdan onun sol böyür nahiyəsinə dəydiyini, sonuncuya qarşı heç bir şikayətinin və tələbinin olmadığını göstərmişdir (1-ci cild, iş vərəqi 159-162). Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş yetkinlik yaşına çatmayan Şahid5 şahid qismində dindirilərkən yetkinlik yaşına çatmayan Şahid2 ilə oxşar ifadə vermişdir (1-ci cild, iş vərəqi 167-170). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 15 avqust tarixli protokoldan görünür ki, X5 baxış keçirilən ünvan 2 ünvanındakı 16 saylı uşaq bağçasının arxa hissəsini göstərib Təqsirləndirilən şəxs Şahid3 və Zərərçəkmiş şəxs orada döyərək xəsarət yetirdiyini bildirmiş, baxış zamanı hadisə yerində qana bənzər ləkələr aşkarlanmış, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 9-11). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 15 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bıçağa baxış keçirilərkən bıçağın dəstəyinin 110 mm, orta hissəsinin eninin 38 mm, qalınlığının 15,2 mm, gümüşü rəngli metaldan hazırlanmış tiyəsinin uzunluğunun 87 mm, orta hissədən eninin 19 mm, qalınlığının 0,9 mm olmaqla dəstəyinin taxta materialdan hazırlanması müəyyən edilmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 29-30). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 15 avqust tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ünvan 2 ünvanındakı 16 saylı uşaq bağçasının arxa hissəsini göstərib hadisəni təfərrüatı ilə danışmış, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 44-47). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 15 avqust tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 16:45-də Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 64). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 16 avqust tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi ağ-qara zolaqlı qısaqol köynəyə baxış keçirilərkən köynəyin arxa hissəsinin sağ aşağı tərəfində bir ədəd düz xətt formalı zədənin olması müəyyən edilmişdir (1-ci cild, iş vərəqi 85). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 17 avqust tarixli qərarlarından görünür ki, əməli Azərbaycan Respublikasının CM-nin 221.3.-cü maddəsindən həmin Məcəllənin 126.1.-ci maddəsinə tövsif edilən Təqsirləndirilən şəxs qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 87 və 89-90). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 17 avqust tarixli protokoldan görünür ki, iş üzrə Şahid3 Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən birincisi ifadəsi təsdiqləmiş, ikincisi onun dedikləri ilə qismən razılaşaraq hadisə vaxtı Şahid3 iki dəfə deyil, bir dəfə yumruqla vurduğunu bildirmişdir (1-ci cild, iş vərəqi 101-102). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2020-ci il 17 avqust və 2020-ci il 09 oktyabr tarixli qərarlarının surətlərindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il avqustun 15-dən hesablanmaqla seçilən həbs qismində qətimkan tədbiri 2020-ci il oktyabrın 09-da ev dustaqlığı qismində qətimkan tədbiri ilə əvəz olunmuşdur (1-ci cild, iş vərəqi 108-111 və 193-198). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2020-ci il avqustun 25-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (1-ci cild, iş vərəqi 150). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X11» publik hüquqi şəxsinin sağlamlığa zərərvurmanın təyininə dair 2020-ci il 21 avqust tarixli 629 nömrəli ekspert rəyindən görünür ki, 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir (1-ci cild, iş vərəqi 172- 173). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının 2020-ci il 09 sentyabr tarixli 1770 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməməklə ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs hövsələsizlik, konfliktə meyillilik, emosionallıq kimi fərdi psixi xüsusiyyətlərə malikdir, onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 183-185). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının 2020-ci il 15 sentyabr tarixli 3/1023; 3/1024 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunan bir ədəd köynəyin arxa hissəsinin sağ aşağı tərəfindəki zədə öndən arxaya bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin tiyəsinin iti tərəfinin zərər çəkmiş şəxsə nisbətdə sağda olmaqla yetirilməsi tədqiqata tədim edilən bıçağın təsirindən yaranması mümkündür, ekspertiza tədqiqatının dəyəri 134 manatdır (1-ci cild, iş vərəqi 187-189). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə- Tibbi Ekspertiza və X11» publik hüquqi şəxsinin sağlamlığa zərər vurmanın təyininə dair 2020-ci il 01 oktyabr tarixli 726 nömrəli ekspert rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkarlanan belin sağ yarısının daxilə nüfuz edən və qalxan çənbər bağırsağı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən yaranmaqla dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aiddir, müddəti 2020-ci il avqustun 14-nə uyğundur (1-ci cild, iş vərəqi 191-192). İş materiallarındakı Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2020-ci il sentyabrın 03-də tərtib etdiyi 14-18/118 nömrəli xasiyyətnamədən, eyni tarixli və nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayan Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (1-ci cild, iş vərəqi 211-213). İş materiallarında olan 2003-cü il 04 mart tarixli AZ-İ seriyalı 153827 №-li doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2002-ci il dekabrın 12-də anadan olmuşdur, yəni ittiham olunduğu əməlin törədildiyi dövrdə yetkinlik yaşına çatmamışdır (1-ci cild, iş vərəqi 214). İş materiallarındakı notariat qaydasında təsdiq olunan 2020-ci il 09 oktyabr tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulan ziyan ödənildiyindən sonuncu ilə barışmışdır, Təqsirləndirilən şəxs qarşı heç bir iddiası və tələbi yoxdur (1-ci cild, iş vərəqi 215). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 27 oktyabr tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunan dörd ədəd bıçaqdan Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bıçağı tanıyaraq sonuncunun onu həmin bıçaqla vurduğunu bildirmişdir (1-ci cild, iş vərəqi 231). İş materiallarındakı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 15 noyabr tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Şahid3 ünvan 2 ünvanında yerləşən 16 saylı uşaq bağçasının arxa hissəsini göstərib Təqsirləndirilən şəxs yumruqla onun sifət nahiyəsinə vurmaqla xəsarət yetirdiyini bildirmiş, fotocədvəl protokola əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 13-15). İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 20 noyabr tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə yeni ittiham elan edilmiş, ehtiyatsızlıqdan sağlamlığa yüngül zərərvurma cinayət məsuliyyəti yaratmadığından sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci, habelə həmin Məcəllənin 29, 120-ci, 126.2.4.-cü, 221.2.1.-ci, 221.3.-cü və 228.4.-cü maddələri, Təqsirləndirilən şəxs, X5, Şahid5 və Şahid2 barəsində Azərbaycan Respublikasının CM-nin 221.2.1.-ci və 307-ci maddələri, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 170-ci maddəsi, Zərərçəkmiş şəxs, Şahid3 və Şahid4 barəsində Azərbaycan Respublikasının CM-nin 221-ci və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd olunmuş, Şahid3 ilə barışdığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.1.-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan bir ədəd köynək, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir ədəd bıçaq maddi sübut kimi tanınmaqla saxlanılmaq üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir (2-ci cild, iş vərəqi 16-25, 27-30 və 33-34). İş materiallarında olan hesabatdan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən 20 iş saatı müddətində həyata keçirilmişdir (2ci cild, iş vərəqi 48). Məhkəməyə təqdim olunan 2003-cü il 06 fevral tarixli İ-DN seriyalı 666775 №-li ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs üçaylıq olanda, yəni 2003-cü il fevralın 03-də onun atası X12 vəfat etmişdir. Məhkəməyə təqdim olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs notariat qaydasında təsdiqlənmiş 2021-ci il 17 may tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmaqla sonuncuya qarşı heç bir şikayəti, tələbi, iddiası yoxdur, ona vurulmuş zərər Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmış, özünün tam etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə iclasında elan edilib tədqiq edilən ibtidai araşdırmadakı şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs cinayət törədilərkən yetkinlik yaşına çatmamasının və zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla ilk məhkumluğunu, cavanlığını, müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8., 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs 2020-ci il avqustun 15-dən 2020-ci il oktyabrın 09-dək həbsdə, 2020-ci il oktyabrın 09-dan 2021-ci il iyunun 17-dək ev dustaqlığında saxlanıldığı 10 (on) ay 02 (iki) gün Azərbaycan Respublikasının CPM-nin 158.2.1.-ci maddəsinin tələblərinə müvafiq olaraq təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə eyni zamanda iş üzrə yuxarıda qeyd edilən halların məcmusunu nəzərə alaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq olunmasını, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəuyğun sayır. Azərbaycan Respublikasının CM-nin 70.6.-cı maddəsi əsasında, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları həyata keçirir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədıyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qismində qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 134 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan bir ədəd köynək və Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir ədəd bıçaq məhv edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 48 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X10 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 120 manat, Müdafiəçi vəkil işlədiyi «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 288 manat köçürülməlidir. Təqsirləndirilən şəxs tətbiq olunacaq sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, onun 2020-ci il avqustun 15-dən 2020-ci il oktyabrın 09-dək həbsdə, 2020-ci il oktyabrın 09-dan 2021-ci il iyunun 17-dək ev dustaqlığında saxlanıldığı 10 (on) ay 02 (iki) gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın və barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş ev dustaqlığı qismində qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilsin. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun. 134 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Rəfael Tofiq oğlu məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X10 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 120 manat, Müdafiəçi vəkil işlədiyi «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 288 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınıb saxlanılmaq üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan bir ədəd köynək və Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Azər Paşayev Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar