Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-533/2023 04.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2009 və 2014-cü il təvəllüdlü uşaqları olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Əlincə küçəsi, ev 3A, mənzil 3-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, R.Qədimov küçəsi, ev 9-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 7,096 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisindəki Balaxanı parkının qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdə saat 17.45-də qeyd olunan ünvanda saxlanılaraq ünvan 1ş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə həmin gün saat 19:46-da şəxsi axtarış və götürmə keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindəki siqaret qutusunun içərisindən iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,578 qram və 3,518 qram olmaqla ümumilikdə külli miqdarda 7,096 qram çəkidə kustar üsulla hazırlanmış əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Evlidir, himayəsində 2 azyaşlı uşağı vardır. Tutulmamışdan 5-6 ay əvvəldən narkotik vasitə olan heroindən istifadə etməyə başlamış, həmin narkotiki Balaxanı qəsəbəsindən ayrı-ayrı şəxslərdən əldə etmiş və çəkməklə istifadə edirdi. xx.xx.2022-ci il tarixdə günorta vaxtı Zabrat qəsəbəsində parkın yanında icarəyə götürdüyü və taksi kimi istifadə etdiyi maşını təmizləyən zaman ona 3 nəfər mülki geyimli şəxslər yaxınlaşaraq özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmiş, onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından şübhələndiklərini bildirərək özünün idarə etdiyi maşına mindirərək döyə-döyə idarəyə aparıb ona 2 ədəd sellofan bükümdə olan narkotiki üzərinə qoymasını və baxış keçirən zaman həmin bükümləri özünə məxsus bükümlər kimi təqdim etməyi tələb etmişlər. Əks halda evindən bir kq narkotik çıxaracaqlarını demişlər. O da onlara etiraz etməmiş, iki ədəd bükümü cibinə qoymuşdur. Bundan sonra onu təhqiqatçının xidməti otağına aparıb təqdim etmişlər. Sonuncu vəkil dəvət edərək ona hüquqlarını izah etmiş və üzərinə baxış keçirərək əynində olan cins şalvarın sol yan cibindən bir ədəd siqaret qutusunu və qutunun içərisində olan 2 ədəd sellofan bükümü, şalvarının digər cibində olan “Samsunq” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Polislərin dediyi kimi həmin narkotiki 2 gün əvvəl Sabunçu rayonu ərazisində yerdən tapdığını bildirmişdir. Baxışda vəkil də iştirak etmişdir, lakin qorxudan ona başına gələnləri bildirməmişdir. Bundan sonra idarənin həyətinə gətirilmiş “Gelliy” markalı **-VC-*** qeydiyyat nişanlı avtomaşına baxış keçirmiş, lakin qanunsuz heç bir əşya və predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır, onunla heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Belə ki, ona əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğuldur. Məlumatla əlaqədar əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş, ondan, həmkarları Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs yeri müəyyən edilərək onu Balaxanı qəsəbəsi, Balaxanı parkının qarşısında öz avtomobilinin yanında saxlayaraq üzərinə və avtomaşına baxış keçirilməsinə şərait olmadığı üçün avtomobili ilə birlikdə Baş İdarəyə gətirib təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçıya təhvil verilənədək Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə baxış keçirməmiş, ona qarşı heç bir fiziki zor və psixoloji təzyiq etməmişlər. Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə sonuncunun müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, üzərində olan əşyaları Təqsirləndirilən şəxs təhqiqatçının təklifi ilə könüllü olaraq şalvarının sol yan cibindən bir ədəd siqaret qutusunu və qutunun içində olan iki ədəd büküm təqdim edərək masanın üzərinə qoyub bu bükümlərdə heroin olduğunu bildirmiş, həmin heroini şəxsi istifadəsi üçün əldə etdiyini demişdir. Bundan savayı Təqsirləndirilən şəxs üzərində olan mobil telefonu və pulu da təqdim etmişdir. Təqsirləndirilən şəxs heroin bükümlərini Balaxanı qəsəbəsində yerdən tapdığını bildirmişdir. Elnurun yaşadığı ünvana baxış keçirməmişlər. Elnuru 08 sentyabr 2022-ci il tarixdə saat 17:45-də Balaxanı parkının qarşısında saxlamışlar, Balaxanı parkının yanından Baş İdarəyə gələnədək yollarda tıxac olduğu üçün müəyyən vaxt keçmişdir, bu səbəbdən Təqsirləndirilən şəxs saxlanıldığı vaxtla üzərinə baxış keçirilənədək müəyyən müddət yaranmışdır, başqa bir səbəb yoxdur. Bir daha göstərir ki, Təqsirləndirilən şəxs qarşı istər onun, istərsə də digər əməkdaşlar tərəfindən heç bir fiziki zor tətbiq edilməmiş, üzərinə qanunsuz heç bir əşya qoyulmamışdır. Şahid1 ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, o, həqiqətən Balaxanı parkının yanında, öz maşınının yanında olduğu zaman Şahid1 göstərdiyi tarixdə, yəni 08 sentyabr 2022-ci il tarixdə saxlamışlar, onu maşina polislər başını əyərək əyləşdirmişlər, maşında Şahid1 onun sifətindən vurmuş, digər əməkdaşlar onu vurmamışlar. Onun üzərində heç bir qanunsuz əşya aşkar edilməmişdir, onları cibinə bu polislər özləri qoymuşlar. Şahid1 onu sifətindən vursa da heç bir iz qalmamış, o vurulması ilə bağlı heç bir dövlət orqanına şikayət etməmiş, sanksiyaya aparıldıqda barəsində həbs qətimkan tədbiri seçən hakimə bu barədə bir söz deməmiş, istintaq təcridxanasında tibbi müayinədən keçirildikdə bədənində heç bir xəsarət olmamış və o özü də həkimə heç bir şikayət etməmiş, həmçinin müstəntiqə də döyülməsi barədə şikayət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yalnız keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır, onunla heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Belə ki, həmkarı Şahid1 daxil olmuş əməliyyat məlumatından müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Balaxanı qəsəbəsində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğuldur. Əməliyyat qrupunun üzvü olmaqla o da tədbirdə iştirak etmiş və 08 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Balaxanı qəsəbəsi, Balaxanı parkının yanında Təqsirləndirilən şəxs öz avtomobilinin yanında saxlayaraq onu və ona məxsus avtomobili Baş İdarəyə gətirib təhqiqatçıya təhvil vermişlər. İstər saxlanılan zaman, istərsə də idarəyə apardıqları zaman o və həmkarları Təqsirləndirilən şəxs qarşı fiziki zor və psixoloji təzyiq tətbiq etməmişlər, sonuncunun üzərinə və avtomaşınına baxış keçirməmişlər. Yalnız təhqiqatçının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə və avtomaşınına baxışda iştirak etmiş, üzərində, şalvarının cibində olan iki ədəd bükümü, mobil telefonunu və pulu Təqsirləndirilən şəxs özü təqdim etmişdir. Təqsirləndirilən şəxs özü təhqiqatçıya təqdim etdiyi iki bükümün içərisində heroin olduğunu bildirmiş, onları Balaxanı qəsəbəsində tapdığını demişdir. Avtomaşında isə heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə həqiqi ifadə vermir, narkotik vasitə onun özünə məxsus olmuş və o həmin vasitəni özü könüllü olaraq təhqiqatçıya təqdim etmişdir. Məhkəmə iclasında qismində şahid dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 ifadə göstərmişdir ki, həmkarı Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmaqla ora rəhbər kimi Şahid1, qrupun üzvləri isə o və həmkarı Şahid3 təyin edilmişlər. Tədbirin keçirilməsi məqsədilə Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Balaxanı qəsəbəsi R.Qədimov küçəsi müşahidəyə götürülmüş və xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Balaxanı parkının ətrafında saxlanılaraq BMCMİ-yə gətirilmiş və idarənin təhqiqatçısı, polis baş leytenantı Babək Haqverdiyevə təqdim edilmişdir. Sonuncu müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlayaraq onların və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişdir. Təhqiqatçının təklifinə əsasən Təqsirləndirilən şəxs özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd siqaret qutusunu və qutunun içində 2 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümlərdə narkotik vasitə olan heroin olduğunu, onu iki gün əvvəl yerdən tapdığını bildirmişdir. Bundan savayı Təqsirləndirilən şəxs cibində olan bir ədəd mobil telefonu da təhqiqatçıya təqdim etmişdir. Təqsirləndirilən şəxs qarşı istər saxlanılan zaman, istərsə də idarəyə gətirilən zaman heç bir fiziki zor və təzyiq olmamış, onun üzərinə heç kəs qanunsuz əşya qoymamışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadə həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsilə nəzərdə tutulan əməli qismən öz ifadəsi və şahid ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisinə ünvanlanan 09.xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr ilə əldə edərək saxlaması və daşıması barədə daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «əməliyyat-axtarış tədbirlərintin həyata keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 sentyabr 2022-ci il tarixdə, saat 17:45 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisindəki Balaxanı parkının qarşısında idarə etdiyi “GELLY” markalı, **-VC-*** dövlət nömrə nişanlı avtomobilin yanında saxlanılmış, saxlanılarkən yerində üzərinə şəxsi axtarış aparılmasına, eləcə də idarə etdiyi avtomobilə baxış keçirilməsinə şərait olmadığına görə avtomobillə birlikdə Baş İdarəyə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindəki siqaret qutusunun içərisindən iki ədəd sellofan bükümü, əynində olan şalvarının sağ cibindən “Samsung” markalı mobil telefonu, 100 manat pulu, şalvarının sağ arxa cibindən avtomobil açarını təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan heroini Bakı şəhəri, Sabunçu rayonu ərazisində iki gün əvvəl yerdən tapdığını, şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. E.Abasovun üzərində aşkar edilmiş 01 ədəd avtomobil açarı və 100 manat pul özünə geri qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “baxış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “GELLY” markalı, **-VC-*** dövlət nömrə nişanlı avtomobilə baxış zamanı qanunsuz hər hansı bir əşya və predlmet aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuş və müdafiəçinin iştirakı ilə 09 sentyabr 2022-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, 5-6 il əvvəl marixuana, sonra isə heroin istifadə etimiş, xx.xx.2022-ci il tarixdə günorta Zabrat qəsəbəsində yerdən iki büküm tapıb onların içində heroin olduğunu bilib cibinə qoymuşdur ki, istifadə etsin. xx.xx.2022-ci il saat 17:45-də Sabunçu rayonu Balaxanı parkın qarşısında öz maşının yanında saxlanılmış və BMCMİ-nə aparılmış, orada müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş və o cibində saxladığı siqaret qutusunun içinə qoyduğu 2 büküm heroini təqdim etmişdir, maşında isə heç nə aşkar olunmamış, ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki zor və psixi təzyiq olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 senyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı fiziki və ya psixoloji təzyiq olmsı ilə bağlı şikayət etməmiş, müdafiəçinin iştirakı ilə təqstirləndirilən şəxs qismində verdiyi xx.xx.2022-ci il tarixli ifadəsində şübhəli şəxs qismində verdiyi ifadəsini tam təsdiqləyərək tapdığı 2 büküm heroini şəxsi istifadəsi məqsədi ilə üzərində saxlamış və daşımış, xx.xx.2022-ci il tarixdə saxlanıldığı zaman ona qarşı polislər tərəfindən heç bir fiziki zor və psixoloji təzyiq olmamasını göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 09 sentyabr 2022-ci il tarixli, 6/4951 saylı rəylərindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən....” sözləri yazılmış paketdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,578 qram və 3,518 qram olmaqla ümumilikdə 7,096 qram xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibnlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 6285 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) əşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Müayinə zamanı Təqsirləndirilən şəxs 4-5 aydır ki, narkotik vasitə heroini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən daxil olmuş CD diksə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etmiş, həmin nömmrədən müxtəlif telefon nömrələri arasında həm telefon danışıqları, həm də SMS yazışmaları olmuş, lakin iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “möbil telefon aparatına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefonun yaddaşında və menyu hissəsində iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefon anası X4 qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış ƏN-İ №454514 saylı etibarnamənin surətindən müəyyən olunur ki, “GELLY” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qəbzdən müəyyən olunur ki, “GELLY” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi X5 məsul saxlanışa verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Psixiatrik Xəstəxanası” X12 10876 saylı, xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicə olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat idarəsinin rəisinə ünvanlanmış 02.12.2-22-ci il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitə heroinin satış məqsəsilə əldə etməsi və mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 08 sentyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qanuni və əsaslı hesab edilmişdir. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq qalmış 6,996 qram narkotik vasitə heroin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk isə cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, Abbasov X6 Qarnizon Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixi hökmü ilə Azərbaycan Respublikası CM-in 243, 244-cü maddəsinin «b» bəndi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2000-ci il tarixli qərarı ilə xx.xx.2000-ci il tarxli hökm dəyişdirilərək CM-nin 41-ci maddəsi tətbiq edilməklə cəzası 03 il şərti hesab edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinərək,1il 06 ay islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qeyd olunan məhkumluqları ödənilmiş və həmin məhkumluqlar ödənildiyi üçün CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticəni ləğv edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə etməyə, saxlamağa və üzərində daşımağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs saxlandığı andan narkotik vasitəni şəxsi istehlakı üçün əldə etdiyini etraf etmişdir. İbtidai araşdırmanın sonrakı bütün müddəti ərzində də Təqsirləndirilən şəxs narkotik vasitəni ardıcıl olaraq özünün şəxsi istehlakı üçün əldə etdiyini bildirməsinə baxmayaraq qeyd olunan ifadənin də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədildiyini təsdiq etməsi ilə bağlı əsassız qənaətə gəlinmişdir. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlillər kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı onun üzərində tapılmış narkotik vasitəninmaddi sübutun mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, narkotik vasitəni qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını etiraf etmiş, həm də bu etirafları zamanı ardıcıl olaraq əldə etməsinin məqsədinin yalnız şəxsi istehlak olduğunu, ona qarşı heç bir fiziki zor və ya psixoloji təzyiqin olmamasını bildirmişdir. Məhkəmə tapşırığı əsasında Təqsirləndirilən şəxs qarşı fiziki zor və ya psixoloji təzyiq olunması ilə əlaqədar Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma ilə Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərin törədilməsi təsdiqini tapmamış və prokurorluğun 01 may 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə ona qarşı fiziki zor və psixoloji təzyiq olması barədə ifadəsi öz təsdiqini tapmamış, barəsində prokurorluq araşdırılması zamanı keçirilmiş məhkəmə – tibbi ekspertizası ilə bədən səthində heç bir xəsarət izi aşkar olunmamışdır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs ona qarşı saxlanıldğı zaman döyülməsi və psixoloji təzyiq olunması barədə verdiyi ifadəsinin bu hissəsini əsassız və həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Təqsirləndirilən şəxs 7,096 qram heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması onun özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, şəxsi axtarış və götürmə barədə protokol, şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən verilmiş əməliyyat tapşırığına verilən cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitəni əldə etmə, saxlama və daşımasının təsdiq edən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut, hətta yanakı dəlil yoxdur. Şahid qismində dindirilmiş polis əməkdaşları məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, o cümlədən onun üstündən tapılmış narkotik vasitəni satış məqsədilə əldə etməsi barədə ifadə verməmişlər. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı halda narkotik vasitənin külli miqdarda və həm də iki bükümdə olması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdarda və iki bükümdə olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanılması müddətləri məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini 08 sentyabr 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 6,996 qram narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disklər cinayət cinayət işi materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 6,996 qram narkotik maddə heroin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş DVD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-533/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-533/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver