Məhkəmə qərarları › İş №1(101)-533/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-533/2024

12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-533/2024 12.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X2 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, X1 və Rəcəbova Nəzrin Səməndər qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X3 və Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında internet vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xx.xx.2023-cü il tarixdə saat 10 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən Azərbaycan Dəmir Yolları QSC-nin Biləcəri stansiyasına məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsindən keçən “dəmir yolu xətti"-nin kənarında torpaq sahədə sonuncu tərəfindən gizlədilmiş, satış məqsədi ilə qanunsuz olaraq 3,629 qram külli miqdarda narkotik vasitə-heroini və 8,332 qarm psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 18:30-da Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., 31/26-cı məhəllədə saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanda yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmiş və həmin günü saat 20:30-da üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan göy rəngli gödəkçəsininin sol iç cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,629 qram külli miqdarda narkotik vasitə-heroin və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 8,332 qram külli miqdarda psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 02 mart 2023-sü ildə onu Binəqədi RPİ-nin 4-cü PB-nin əməkdaşları saxlamış və ona Zəngəzur restoranının yaxınlığında maşın oğurladığını bildirmişlər. Polis əməkdaşları ona hal-hazırda xatırlamadığı tarixdə oğurluq olduğunu, həmin şəxslərdən ikisinin tutulduğunu, onun isə qaçdığı üçün tutula bilmədiyini, eyni zamanda avtomobili oğurladıqdan sonra satdığını və buna görə onda 60.000 (altmış min) manat məbləğində pul olduğunu bildirmişlər. O isə polis əməkdaşlarına həmin dövrdə həbsxanada olduğunu bildirmişdir. Daha sonra qeyd olunan məsələ araşdırılmış və onun dedikləri öz təsdiqini tapmışdır. Bundan sonra polislər ona qarşı irəli sürülmüş ittihamdan oğurluq əməlini çıxmışlar. Onlar 02 (iki) büküm narkotik vasitə, dubinka və butulka gətirərək onun qarşısına qoymuşlar və ona üçündən birini seçməli olduğunu bildirmişlər. O polis əməkdaşları tərəfindən döyülməmiş, polis əməkdaşları ona cəmi 2-3 şillə vurmuşlar. Daha sonra polislər onun əlayağını yapışqanla bağlamışlar və o, qarşısına qoyulan sənədləri imza etməyə məcbur olmuşdur. Bundan sonra onu müstəntiqin yanına gətirmişlər. Müstəntiq ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğunu bildirmiş və o bütün sənədlərə imza etmişdir. Polislər onu aldadaraq məhkəmə tərəfindən 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını bildirmişlər. O, əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunacağını bilməmişdir. Onun narkotik vasitələrin dövriyyəsi ilə heç bir əlaqəsi yoxdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, əvvəllər cəmi 4 dəfə psixotrop maddə metamfetamindən istifadə etmişdir. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkotik vasitəni tanımadığı şəxsdən almışdır. Əvvəllər narkotik vasitə əldə etmək üçün “whatsapp” sosial şəbəkəsindən istifadə etmişdir. İş materiallarında olan mesajlar ona məxsus deyildir. Belə ki, o, yazıb-oxumağı bilmir, ancaq səsli mesaj göndərir. Onun qanından analiz götürülməmişdir. Polis əməkdaşları ona cəmi 2-3 şillə vurmuşlar, bununla bağlı xəsarət almamışdır. Narkotik vasitəni üzərinə qoyan və onu tutan 2 nəfər şəxs şahidlər siyahısında olan şəxslərdir.Narkotik vasitəni boynuna götürməyi təklif edən şəxslər sahə inspektoru Bəhruz və müstəntiq Rövşən Cavadov adlı şəxslər olmuşlar. Polis əməkdaşlarının ona olan qərəzli münasibətin səbəbini bilmir. Sonuncu dəfə psixotrop maddəni tutulmamışdan əvvəl istifadə etmişdir. Belə ki, o, 1 aydan çox müddət idi ki, metamfetamindən istifadə etməmişdir. Tutulmamışdan əvvəl usta kimi fəaliyyət göstərmişdir. İş materiallarında olan mobil telefona baxış keçirilməsi barədə protokolda qeyd olunan “Əkbər” adlı şəxs heç vaxt narkotik vasitənin qoyulduğu yer barədə ona istiqamət verməmiş və o, həmin narkotik vasitəyə görə heç vaxt online ödənişlər etməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, özünü həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilir, narkotik vasitələrin satışı ilə məşğul olmur. Əldə etdiyi narkotik vasitəni öz istifadəsi üçün almış və üzərində saxlamışdır. Belə ki, yuxarıda qeyd edilən ünvanda atası, anası, arvadı və iki azyaşlı övladı ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmuşdur. Həbsdən çıxdıqdan sonra müxtəlif yerlərdə fəhlə kimi işləmişdir. Narkotik vasitə istifadəçisidir. Həmin narkotik vasitələri əvvəllər üzlə tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxslərdən alaraq istifadə etmişdir. Lakin, son zamanlar aldığı narkotik vasitəni onlayn olaraq əldə etmişdir. Belə ki, 2022-ci ilin ortalarında internet vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı Əkbər adlı şəxslə tanış olmuş, onun üzünü görməmişdir. Əkbər adlı həmin şəxsin +**********63 saylı mobil nömrənin votsap proqramı ilə özünə məxsus ***-***-**-** və ***-***-**-** mobil nömrələrin votsapı vasitəsi ilə əlaqə saxlamışdır. Həmin şəxslə votsap vasitəsi ilə əlaqə saxlayaraq sonuncunun verdiyi kart hesabına müxtəlif ödəniş terminalları vasitəsi ilə pul göndərmişdir. Bundan sonra həmin şəxs narkotik vasitəni hansı ünvanlara qoyduğunu qeyd etmiş və o, həmin ünvandan özünə lazım olan narkotik vasitəni götürərək istifadə etmişdir. Sonuncu dəfə Əkbər adlı həmin şəxslə 02 mart 2023-cü il tarixdə saat 09:30 radələrində əlaqə saxlamış və sonuncu ona kart hesab nömrəsi vermişdir. O, həmin hesab nömrəsinə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən “eManat” ödəmə terminalı vasitəsi ilə 100 manat pul göndərmiş və həmin şəxs ona bir büküm heroin və bir büküm metamfetamini Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsindən keçən “dəmir yolu xətti"-nin kənarında torpaq sahəyə qoyduğunu bildirmişdir. Həmin günü saat 10 radələrində həmin ünvanda olmuş və oradan bir ədəd şəffaf sellofan bükümdə heroini və bir ədəd şəffaf sellofan bükümdə metamfetamini götürərək əynində olan göy rəngli gödəkçənin sol iç cibinə qoyaraq oradan uzaqlaşmışdır. Həmin bükümləri öz istifadəsi üçün əldə etmişdir. 02 mart 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., 31/26-cı məhəllədə küçə ilə piyada getdiyi zaman mülki geyimdə olan şəxslər yaxınlaşaraq 4-cü Polis Şöbəsinin polis əməkdaşları olduqlarını qeyd edərək onu həmin Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında şəxsi axtarış keçirilərkən ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və maddə olmasının, vardırsa təqdim etməyi təklif olunduqda o, əynindəki göy rəngli gödəkçənin sol iç cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdə heroini və bir ədəd şəffaf sellofan bükümdə metamfetamini çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir qadağan olunmuş əşya olmadığını bildirmiş, metafetamin və heroin zərfə qoyularaq imzalanmaqla möhürlənmişdir. (Cild 1, iş vərəqi 79-82) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, o Daxili İşlər Nazirliyinin Binəqədi RPİ-nin 4-cü PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır, polis kapitanı rütbəsini daşıyır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin daşıması, gəzdirməsi və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat yoxlanılması məqsədilə rəhbərliyə məruzə edilmiş və polis leytenantı Şahid2 və ondan ibarət əməliyat qrupu yaradılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə Binəqədi rayonu, 32/26-cı məhəllədə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək onu Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə dəvət etmişlər. Orada üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs 01 büküm narkotik vasitə heroini və 01 büküm psixotrop maddə metafetamini təqdim etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etdiyini bildirməsini xatırlamır. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən onlara qarşı müqavimət göstərməmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təsir, təzyiq və ya hədə-qorxu olmamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə videoçəkiliş vasitəsilə keçirilmişdir. Dövlət hesabına təyin edilmiş müdafiəçinin videoçəkilişdə iştirak edibetmədiyini xatırlamır. Videoçəkilişi ekspert-kriminalist həyata keçirmişdir. Həmin istintaq hərəkətində ekspert-kriminalist, təhqiqatçı, iş yoldaşı Şahid2 və o iştirak etmişdir. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələrin daşıması, gəzdirməsi və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla məruzə edilmişdir. Məlumat əsasında əməliyyat qrupu təşkil edilmiş və bundan sonra Təqsirləndirilən şəxs olduğu yer Bakı şəhəri Binəqədi rayonu, 7-ci mkr, 31/26-cı məhəllədə olan zaman müəyyən edilmişdir. 02 mart 2023-cü il tarixdə saat 18:30-da Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşlarının keçindiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq həmin şəxsə özlərini təqdim edərək Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları olduqlarını bildirmiş və həmin şəxsə özünü təqdim etməsini bildirilmişdir. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu qeyd etikdən sonra həmin şəxsə üzərində narkotik vasitələrin saxlanması və dövriyyəsi ilə məşğul olması şübhəsi olmasını qeyd edərək sonuncunu Binəqədi RPİnin 4-cü PŞ-nə dəvət etmişlər. Həmin şəxs Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmişdir. Polis idarəsinə gətirildikdən sonra həmin günü saat 20:30-da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən o, əynində olan göy rəngli gödəkçəsininin sol iç cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,629 qram külli miqdarda narkotik vasitə-heroin və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 8,332 qram külli miqdarda psixotrop maddəmetamfetamini çıxararaq masanın üzərinə qoymuş, bundan sonra həmin aşkar edilərək götürülmüş narkotik vasitələr zərfə qoyularaq möhürlənmişdir. (Cild 1, iş vərəqi 116-117) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN-nin Abşeron RPİ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək onunla eyni əməliyyat qrupunda olduqlarını bildirmiş və Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması, gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Binəqədi RPİ 4-cü PŞ-də əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 4-5) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 18:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon 31/26-cı məhəllə ünvanında saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-nə gətirilmişdir. (Cild 1, iş vərəqə 7) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 20-21) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı vaxt sonuncu əynindəki olan göy rəngli gödəkçəsinin sol iç cibindən şəffaf sellofanda olan 02 ədəd bükümü təqdim edərək, həmin sellofanların içərisində 01 ədəd bükümün narkotik vasitə heroin, digərinin isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri tanımadığı İİR vətəndaşının qoyduğu yerdən götürdüyünü, həmin şəxs ilə vatsap ani mesajlaşma şəbəkəsi vasitəsilə danışdığını, pulu onun göndərdiyi karta atdığını, lakin halhazırda mobil telefonunda yazışmaların qalmadığını, üzərindən çıxan narkotik vasitənin və psixotrop maddənin şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. (Cild 1, iş vərəqə 29, 33-34) xx.xx.2023-cü il tarixli yaşayış sahəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 6 ünvanına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Asus” markalı mobil telefon aşar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqə 44) Məhkəmə-kimyəvi ekspertizasının 03 mart 2023-cü il tarixli 6/1306 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 3,629 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi - 8,332 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Cild 1, iş vərəqə 45-50) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 68-69) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(001)-196/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 92-94) Mobil telefona baxış keçirilməsi haqqında 23 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Asus” markalı mobil telefonun fotoşəkil yerinə, yaddaş kartına baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Asus”markalı mobil telefonun nömrə yaddaş yerində ***-***-**-** və ***- ***-**-** mobil nömrələr vardır. Həmin nömrələrin votsap səhifələri mövcuddur. Həmin votsap səslərinə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** mobil nömrələrin votsap bölümləri ilə +**********63 saylı mobil nömrənin votsap bölümü ilə əlaqə saxlamış və həmin nömrə ilə İran İslam Respublikasının vətəndaşı Əkbər adlı şəxsin +**********63 saylı mobil nömrənin votsap bölümünə səslər göndərmişdir. Həmin səslərdə Əkbər adlı şəxs narkotik vasitənin qoyulduğu yeri Təqsirləndirilən şəxs istiqamət vermişdir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə görə onlayn ödənişlər də etmişdir. (Cild 1, iş vərəqə 118) "xxxx" MMC-dən əldə edilmiş diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, diskdə SMS_Tarixcesi_**********2649_773041793, SMS_Tarixcesi ********************793 və Zenglerin_Detallasmasi **********1149 773041793_4 adlı 3 ədəd fayl yerləşdirilmişdir. SMS_Tarixcesi **********2649 ********* adlı fayla baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir yazışma müəyyən edilməmişdir. SMS_Tarixcesi ********************793 adlı fayla baxış keçirilərkən müəyyən edildi ki, həmin faylda “Eshidirsen meni acmamaqla ozuve ziyan veririsen qardashivin nomresİn7 atdilar mene ki cerez o sene cixim ozun bil. Pul oturub karta yukle menim telefonum susmur”, “Qaqa men gelirem siz terefe goturum pulu”, “qaqa bu ne di budu yaxsi? teli ac soz direm caamat necese saat saxlatmiwam buna gore bunan ne geder istesen tewkil ederem sene caamat temani getirib pulu”, “teli ac meni kimnense sef salma seni tapmaq menimcun iki vur ikidi camat olur xeste mali veribsen axsam gelecem pulu goturmeye”, “Ay kisi qadindi ac soz diyirem noc qorxursan ac evive gelerem davay ac” məzmunlu yazışmalar var. Zenglerin_Detallasmasi ********************793_4 adlı fayla baxış keçirilərkən **********93 mobil telefon nömrəsinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki anten dairəsində dəfələrlə istifadə edilməsi müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 135) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsi ilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 (iki) il müddətinə azadlıqdan məhkum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021ci il tarixli amnistiya qərarına əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 (altı) ay azadılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs cəza müddətinin sona çatması səbəbindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 07 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (Cild 1, iş vərəqə 140-142) Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 15 aprel 2023-cü il tarixli 2230 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 170-171) Ambulator məhkəmə-psixiatrik ekspertizasının 01 may 2023-cü il tarixli, 1198 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 172-173) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 14 fevral 2023-cü il tarixli 5/71 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 6.0” əməliyyat sistemi ilə təchiz olunmuş “Asus” markalı “Asus_X008D” modelli “**********6883, **********76891” İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir.Təqdim edilmiş “Asus” markalı “Asus_X008D” modelli mobil smartfonun yaddaşına baxış keçirilən zaman yaddaşında “Whatsapp”, “Whatsapp Business” proqram təminatları müəyyən olunsa da, tədqiqat zamanı (offline-internetə qoşulmadan) həmin proqram təminatında qeydiyyatdan keçmiş aktiv istifadəçi profili aşkar olunmadı. Təqdim edilmiş “Asus” markalı “Asus_X008D” modelli mobil smartfonun yaddaşında “7.68.0.809 versiyalı UFED 4PC” adlı proqram təminatı vasitəsilə aparılmış bərpa nəticəsində yaddaşından əldə edilmiş “Whatsapp Business” proqram təminatında və digər sosial şəbəkələrdə aparılmış silinmiş məlumat mübadilələri (yazışmalar, foto və audit fayllar) müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report- Hesabat) hesabat “Ekspertiza 5-71” adlı qovluqda bir ədəd “DVD-R” tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə şahidlərin ifadələri, “Şəxsi axtarış aparılması və götürmə haqqında” protokollar və ona əlavə edilmiş CD disklər, ekspert rəyləri, maddi sübut və işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 176-184) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 22 iyul 2023-cü il tarixədək uzadılmışdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən özünü təqsirli bilməyərək ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə heç bir əlaqəsi olmadığını, polis əməkdaşlarının onun əl-ayağını yapışkanla bağladıqları üçün qarşısına qoyulan sənədlərə qol çəkməyə məcbur qaldığını, eyni zamanda polis əməkdaşları tərəfindən ona 2-3 şillə vurulduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini ilk məhkəmə iclaslarında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ibtidai istintaq zamanı etirafedici ifadə verməsinin səbəbini polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-6029/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirilən zaman ilkin tibbi müayinədən keçirilmiş və müayinə zamanı bədənində xəsarət aşkarlanmamışdır.Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddətdə xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin MSYdən təcridxanaya gətirilərkən qarının ön divarında və hər iki said nahiyəsində bir neçə ədəd üzəri qərtməkli kəsilmiş yara xəsarəti müşahidə olunmuşdur. O, istintaqa etiraz olaraq özü-özünə xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qeyd olunan xəsarət ilə bağlı ona verilən suallara cavab olaraq həmin yaraların istintaqa etiraz olaraq özü-özünə xəsarət yetirdiyini və bunun nəticəsində yarandığını bir daha təsdiq etmişdir. Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-46-2-xx/xx/2023 nömrəli məktubundan və ona əlavə edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs MSY-ə gətirilən zaman bədəninin müxtəlif yerlərində təzə yaralar aşkar edilmişdir. Deməsinə görə tutulmazdan əvvəl olmuşdur. Binəqədi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli 443-C/23 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğunda araşdırma aparılmış və Təqsirləndirilən şəxs qarşı istər saxlanılan zaman, istərsə də polis bölməsində hər hansı polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq edilməməsi müəyyən edilmiş, bu səbəbdən də xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə heç bir əlaqəsi olmadığını, polis əməkdaşlarının onun əl-ayağını yapışqanla bağladıqları üçün qarşısına qoyulan sənədlərə qol çəkməyə məcbur qaldığını bildirmişdir. Şahidlər Şahid2 və Şahid1 isə ifadələrində Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra heç bir psixi və fiziki zorakılıq edilmədiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə aşkar olunmuş narkotik vasitələrlə bağlı qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan heroinin və metamfetaminin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan dəfələrlə çoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, habelə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, sms yazışmalarına və səs yazılarına baxış keçirilərkən narkotik vasitələrin alış-verişini əks etdirən yazışmaların və səslərin olması, "xxxx" MMC-dən alınmış 01 ədəd CD diskə baxış protokolu və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini də əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, həm istintaq dövründə eyniməzmunlu etirafedici ifadə verməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi külli miqdarda – 3,629 qram narkotik vasitə heroin və 8,332 qram psixotrop maddə metamfetamin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, onun ibtidai istintaq zamanı verdiyi ifadədə narkotik vasitəni qabaqcadan razılaşdığı İran İslam Respublikasının vətəndaşından almasını göstərməsi, əldə etdiyi narkotik vasitəni üzərində gəzdirməsi kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs məxsus Asus” markalı mobil telefonun votsap bölməsinə baxış zamanı İran İslam Respublikasının vətəndaşı Əkbər adlı şəxsin +**********63 saylı mobil nömrənin votsap bölmünə səslər göndərməsi, həmin səslərdə Əkbər adlı şəxs narkotik vasitənin qoyulduğu yeri Təqsirləndirilən şəxs istiqamət verməsi, Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə görə onlayn ödənişlər də etməsi müəyyən edilmişdir. Həmçinin, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş “CD” diskdə olan məlumatlara baxış keçirilən zaman diskdə SMS_Tarixcesi_**********2649_773041793, SMS_Tarixcesi ********************793 və Zenglerin_Detallasmasi **********1149 773041793_4 adlı 3 ədəd fayl yerləşdirilmişdir. SMS_Tarixcesi **********2649 ********* adlı fayla baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir yazışma müəyyən edilməmişdir. SMS_Tarixcesi ********************793 adlı fayla baxış keçirilərkən həmin faylda “Eshidirsen meni acmamaqla ozuve ziyan veririsen qardashivin nomresİn7 atdilar mene ki cerez o sene cixim ozun bil. Pul oturub karta yukle menim telefonum susmur”, “Qaqa men gelirem siz terefe goturum pulu”, “qaqa bu ne di budu yaxsi? teli ac soz direm caamat necese saat saxlatmiwam buna gore bunan ne geder istesen tewkil ederem sene caamat temani getirib pulu”, “teli ac meni kimnense sef salma seni tapmaq menimcun iki vur ikidi camat olur xeste mali veribsen axsam gelecem pulu goturmeye”, “Ay kisi qadindi ac soz diyirem noc qorxursan ac evive gelerem davay ac” məzmunlu yazışmalar olduğu müəyyən edilmişdir. Zenglerin_Detallasmasi ********************793_4 adlı fayla baxış keçirilərkən **********93 mobil telefon nömrəsinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı şəhəri, Binəqədi rayonu ərazisindəki anten dairəsində dəfələrlə istifadə edilməsi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə metamfetaminin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələri qabaqcadan əlbir olduğu İran İslam Respublikası vətəndaşından almasına dair üzərindən aşkar olunmuş mobil telefona və istifadəsində olmuş mobil nömrə vasitəsilə apardığı sms yazışmalarına və səs yazılarına baxış keçirilərkən narkotik vasitələrin alış-verişini əks etdirən yazışmaların və səslərin olmasına, əldə etdiyi külli miqdarda narkotik vasitəni üzərində gəzdirməsinə, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: ""Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 2 (iki) azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınların cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4cü madddəsilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 ( iki) il müddətinə azadlıqdan məhkum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021ci il tarixli amnistiya qərarına əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 (altı) ay azadılmışdır. xx.xx.2022-ci il tarixdə isə, Təqsirləndirilən şəxs cəza müddətinin sona çatması səbəbindən azad edilmişdir. Daha sonra Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 07 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı Şəhər Probasiya idarəsinin 30 oktyabr 2023-cü il tarixli 7686/21-1/17 nömrəli məktubu ilə müəyyən olunmuşdur ki, Hacıqabul Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 07 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 ay 16 gün hissəsi icra olunmuş, 01 il 05 ay 22 gün hissəsi çəkilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxsdir. İş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli cinayətlərin residivi yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, Təqsirləndirilən şəxs Hacıqabul Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə birləşdirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs Hacıqabul Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 02 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 155 (yüz əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 3,429 qram qalmış narkotik vasitə heroin və 8,032 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk və "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, «Asus markalı» markalı mobil telefon Təqsirləndirilən şəxs və ya yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə hesab edir ki, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 ( üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Hacıqabul Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 3,429 qram qalmış narkotik vasitə heroin və 8,032 qram psixotrop maddə metamfetamin məhv edilsin, “Asus markalı” mobil telefon Təqsirləndirilən şəxs və ya yaxın qohumlarına qaytarılsın, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk və "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 155 (yüz əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar