Məhkəmə qərarları › İş №1(101)-533/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-533/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-533/2025 28.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi iştirakı ilə, 3 iyun 1968-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası, Moskva Vilayəti, Ximki şəhəri, Zoya Kosmediyamskaya küçəsi, ev 6, mənzil 92 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etmiş, habelə bu cür məzmunlu materialları yaymışdır. Belə ki, o, vahid niyyətlə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 2019cu ilin yanvar ayından 13 aprel 2024-cü il tarixədək olan müddət ərzində dövlət əleyhinə açıq çağırışlar etmək, habelə bu cür materialları yaymaq məqsədi ilə özünə məxsus “İphone” və “FİUAWEİ nova 2i” markalı mobil telefon cihazlarında istifadə etdiyi, Rusiya Federasiyasının ərazisində fəaliyyət göstərən “Yota” telefon operatoruna məxsus “+*** *** ** **” mobil telefon nömrəsinin WhatsApp ani mesajlaşma mübadilə sistemi üzərindən həmin sosial şəbəkədə qeydiyyatdan keçmiş təxminən 200 nəfər şəxsə məxsus müxtəlif xarici telefon operatorlarına aid mobil telefon nömrələrinin də təmsil olunduğu "Azərbaycan Naminə Birlik" adlı WhatsApp ani mesajlaşma qrupunu yaradaraq, həmin qrupun yaradıcısı və inzibatçısı olmaqla, qrupda mütəmadi olaraq internet məkanı üzərindən “Di hazırlaşın! Artıq kütləvi aksiyalara başlayırıq”, “Aksiya mütləq keçiriləcək”, “hamınız dəvətlisiniz və hazırlaşın”, “İndidən bu çox vacib aksiyanın təbliğatını aparın və paylaşımlar edin”, “Dünya dəyişir, Azərbaycan da dəyişəcək! Qələbə bizimlədir", “Dövləti qaytaraq özünə, şərt deyil ki, yad elli işğal edə, fərqi yoxdur, adının, familyasının nə olduğunun fərqi yoxdur, Azərbaycan bu gün də işğaldadır, azad etməyin vaxtıdır”, “Mənim içimdən gələn sözlərdir bu, məsuliyyət hiss edin, hərə özündə məsuliyyət hiss etsin, elə mən üzümü tutub cəbhəçilərə deyirəm, məsuliyyət hiss edin, gəlin işləyək, yeri gəlsə bir-birimizi danlıyaq, amma işləmək lazımdır, təlimat budur, bu günkü təlimat”, “Bu günkü təlimat budur, təlimata da uymalıyıq, belə deyək, azadlıq istəyən bir xalq, xalqı səfil-səfil gəzən ölkə, fədakar bir insan mütəq şəkildə təlimata uymalıdır”, “Müvəqqəti olaraq hakimiyyəti oğurlayıblar, bilin Azərbaycan Respublikası, Azərbaycan Cümhuriyyəti oğurlanıb, bir dəfəlik qorxaqlarda, qorxmağın əcələ faydası yoxdur, qorxaqlarda ayağa durmalıdır”, “Xalqı qaldırmaq lazımdır ki, qorxmasın”, “Bu xalq, hər şeyi var onu etməyə, 2-cə gün ayağa qalxıb meydanı tutsa, anti-millilərin sonunu gətirsə, qutardı, getdi, ondan sonra bu millətə hər yerdə yaşıl işıqdır”, “Əsl arzum bu rejimdən xilas olmaqdır”, “Bunları çıxarıb yerinə normal, əsl azərbaycanlı, fərqi yoxdur, istər avar, istər talış, istər qeyri-millət olsun”, “İçimdən qisas hissi keçir ki, bunları didəsən”, “Başda elə birinci oturanları lomlayasan”, “Sistem dəyişməsə boş söhbətdir”, “Bunların izini itirməliyik”, “Bunlarla mübarizəmiz bunlar itənə qədərdir”, “Heç olmasa qeyrətə gəlib səsinizi çıxardın”, “Bu dəqiqə birlik vaxtıdır, istəyir cin olsun, mən onunla da birləşməyə hazıram, təki bu hakimiyyəti yox etsin”, “Kim olsa, onunla birləşib bu hakimiyyəti yıxmaq istəyirəm”, “Şərəfsizlə də müvəqqəti birləşib bu hakimiyyəti yıxaram”, “Sonu belə getsə, Azərbaycan dövləti yoxdur”, “Bunlar bizləri adam yerinə qoymur”, “Başqa millət olsaydı, bunlara terror edərdi”, “Üç ay bundan əvvəl “Armatur” inqilabı deyirdilər, amma bununla razı deyildim. Amma, deyəsən, adı çəkilən inqilabın artıq vaxtıdır”, “Ən son nöqtədə armaturlar işləyəcəkdir”, “Sizi aktiv olmağa çağırıram, işlərimiz həddən artıq çoxdur”, “Mən onları o vaxt çox qızışdırmışdım, deyəsən barıtı çox oldu”, “Dostlar, noyabrın ikisi mitinqə hazırlaşın, bu dəfə qələbə qaçılmazdır”, “Döyüşə yaşı otuz beşdən yuxarı olanları çağırıram”, “Savaş meydan bizimdir”, “Biz səbr etmişik, bu gün ayağa qalxmağımızın vaxtıdır”, “Mübarizəni davam etdirin”, “Mitinq təyin olunsun, hamımız gedək, getməyən şərəfsizdir”, “Heç vaxt boyun əyməyəcəyik”, “Hamısı yeziddir, ermənidir, düşməndir, evlərində erməni saxlayanlardır”, “Allahdan 100 min qoşun istəyirəm, “hüseynçilər”ə səslənirəm”, “Bunlarla başqa cür mübarizə aparmaq lazımdır”, “Son damla qanıma kimi bunların qarşısında olacağam”, “Bunların yer üzündən kökünü kəsmək istəyirəm” məzmunlu audio yazılar paylaşmaqla, eləcə də qeyri-məhdud sayda kənar şəxslərin sərbəst surətdə daxil olub tanış ola bildiyi feysbuk geniş internet sosial şəbəkəsindəki özünə məxsus “Elishan Kerimov” adlı profili üzərindən xx.xx.2024-cü il tarixdə “Hər zaman vətənin azadlığı uğrunda mübarizəyə qalxmaq lazımdır. Fərq etməz ki,işğalçı yadellidir, ya qeyrisi!!! Azad edək vətənimizi!!!” məzmunlu, xx.xx.2022-ci il tarixdə “Ayağa durmaq lazımdır!! İradə lazımdır, ay millət!!” məzmunlu məzmunlu ifadələr işlətməklə Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, qeyri-konstitusion metodlarla mövcud quruluşun dəyişdirilməsinə, qanuni yolla seçilmiş vəzifəli şəxslərin tanınmamasına və onlara qarşı itaətsizliyə yönəlmiş açıq çağırışlar etmiş, bu cür məzmunlu materialları kütləvi şəkildə yaymışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan ərazisində orta feodal dövrdən bəri yaranan bütün dövlətləri bəyənmişdir, onların hər biri Azərbaycan xalqının təşəkkül tapmasında böyük rol oynamışdır. Azərbaycan Xalq Cumhuriyyəti Azərbaycan dövlətçilik tarixində böyük rol oynamış dövlətdir. 1991-ci il 18 oktyabr tarixində yaranmış dövlət Azərbaycan xalqının müstəqil olması üçün böyük tarixi hadisə idi. Dünyada 5000 xalq yaşayır və onlardan yalnız 200-nün dövləti vardır. Həmin xalqlardan biri də Azərbaycan xalqıdır. Öz ömrünün 32 ilini Rusiyada yaşayan biri kimi Rusiyada hər yerdə Azərbaycana aid nəsə görən zaman qürurlanmış bir şəxs olmuşdur. “Azərbaycan Naminə Birlik” qrupu sadəcə olaraq Rusiyada yaşayan Azərbaycanlılara köməklik üçün qurulmuş bir təşkilatdır. Rusiyada yolda qalan tır şoferlərinə orada işləyən və pulunu ala bilməyən şəxslərə köməklik etmək üçün qurulmuş bir təşkilatdır. O heç kəsdən təlimat almamışdır. Bütün işlərini sərbəst olaraq görmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə sualları cavablandırarkən bildirmişdir ki, öz dövlətimi sevən isnsan olmuşdur. Ona qarşı irəli sürülmüş ittiham tam şəkildə yalan ittihamdır. WhatsApp mobil tətbiqində yaradılmış qrupda yazılmış həmin yazışmalar təhrif olunmuşdur. Azərbaycan dövlətinin zorla ələ keçirilməsi ilə bağlı heç bir çağırış etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Mahirə göndərdiyi 10.000 rubl 150 manat edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmədə elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 1993-cü ildə Gəncə şəhərində yerləşən X1 bitirdikdən sonra həmin ilin sonları 1994-cü ilin əvvəllərindən Rusiya Federasiyasının Saratov şəhərinə, daha sonra Kostrama şəhərinə gedib bir müddət həmin şəhərlərdə yaşadıqdan sonra Moskva şəhərinə köçmüş, 1995-ci ildən Moskva şəhərində yaşamışdır. 1968-ci ildə Azərbaycan Respublikasının Yevlax rayonunun Qaraməmmədli kəndində doğulmuş, lakin Azərbaycan Respublikasına aid şəxsiyyət vəsiqəsi almamışdır. Rusiya Federasiyasının ərazisinə SSR pasportu ilə gedərək Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmiş və hazırda həmin dövlətin vətəndaşıdır, ailəlidir və 2 övladı vardır. O, Rusiya Federasiyasının Moskva vilayətinin Ximki şəhərinin Zoya Kosmediyamskaya küçəsi, ev 6, mənzil 92-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və Ximki şəhərində yaşadığı ilk gündən etibarən taksi fəaliyyəti ilə məşğul olur. Arvadı Şahid1 Ximki şəhərində yerləşən baxçada müəllimə işlədiyi üçün “Sberbank”da əmək haqqı kartı mövcuddur. Qızı Leylanın 23, oğlu Ruslanın 20 yaşları vardır və onlar tələbədirlər. Rusiya Federasiyasında fəaliyyət göstərən “Yota” telefon operatoruna məxsus “+*** *** ** **” mobil nömrəsini işlədir, Rusiya Federasiyasında fəaliyyət göstərən “Yunikredit” bankında əmək haqqı kartı mövcuddur. Adına “Sberbank”da hesab kartı olsa da, həmin kartda 150.000 rubl, Azərbaycan manatı ilə təxminən 2700 manat borcu olduğu üçün istifadə etmir. X11 “Sberbank” əmək haqqı kartı mövcud olsa da, həmin kartı istifadə edir. 2019-cu ilin yay aylarında Moskva şəhərində yaşayan Azərbaycanlılar toplaşıb “Azərbaycanlıların Rusiyadakı ittifaqı” adlı təşkilat yaratmaq istədiyi üçün Moskva şəhərində iclas keçirmişlər. O da həmin iclasda iştirak edərkən bir nəfər Nəriman adlı Azərbaycanlı ilə tanış olmuş, sonuncu istifadəsində olan mobil telefon nömrəsini WhatsApp ani mesajlaşma mübadilə sistemindəki "Azərbaycana qayıdış" adlı qrupa mənim nömrəsini əlavə etmişdir. Həmin qrup qeyd olunan ilin yay ayında ləğv edilmişdir. Bundan sonra o qrupun adını dəyişib "Azərbaycan Naminə Birlik" qoymaqla inzibatçısı olmuşdur. Həmin qrupda ondan başqa Azad Kamalov, İlkin Vətənoğlu, Məzahir Məmmədov, Şahid5 da iştirak etməklə bərabər inzibatçı olmuşdur. Adları qeyd edilmiş şəxslərlə yaxın münasibəti olmuş və hakimiyyətin dəyişdirilməsi, AXCP-nin hakimiyyətə gəlməsi üçün müzakirələri olmuşdur. Şahid5 Rusiya Federasiyasının vətəndaşıdır, RF-nın Kirov şəhərində yaşayır, əslən Azərbaycanın Göyçay rayonundandır, AXCP-nin üzvü Fuad Əhmədlinin bacısının qaynatasıdır, təxminən 1 il müddətdir ki, tanıyır, atasının yas yerində iştirak etmişdir. Fuad 2022-2023-cü illərdə RF-da siqaret satarkən sonuncu ilə tanışlığı yaranmışdır. AXCP-ni dəstəkləyən şəxsdir. X20 Federasiyasının vətəndaşıdır, RF-nın Moskva şəhərində yaşayır, əslən Azərbaycanın Ucar rayonundandır, AXCP-nin üzvü deyil, lakin həmin partiyanın siyasi platformasını dəstəkləyir. İlkin Vətənoğlu- Rusiya Federasiyasının vətəndaşıdır, RF-nın Soçi şəhərində yaşayır, əslən Azərbaycanın Bakı şəhərindəndir. AXCP-nin üzvü deyil, lakin həmin partiyanın siyasi platformasını dəstəkləyir. Məzahir Məmmədov- Rusiya Federasiyasının vətəndaşıdır, RF-nın Zernaqrad şəhərində yaşayır, əslən Azərbaycanın Ucar rayonundandır. Musavat partiyasının üzvü olmasa da, həmin partiyanın siyasi platformasını dəstəkləyir. "Azərbaycan Naminə Birlik" qrupunu yaratdıqdan sonra müəyyən adamlar qrupdan çıxmış və müəyyən adamlar qrupa daxil olmuşlar. Hazırda həmin qrupda təmsil olunan şəxslərdən Pərviz Baloğlanov, Məzahir Məmmədov, İlkin Vətənoğlu, Şahid5 və Azad Kamalovu xatırlayır. WhatsApp ani mesajlaşma mübadilə sistemində "Azərbaycan Naminə Birlik" qrupunda, eləcə də “facebook.com” internet sosial şəbəkəsindəki özünə məxsus “Elishan Kerimov” adlı profilimdə dövlət hakimiyyəti əlehinə açıq çağırışlar etməyi barədə təlimatı Məmməd İbrahimdən almışdır. Məmməd İbrahim təlimatlarında ona “facebook.com” internet sosial şəbəkəsində aktiv iştirak etməyini tövsiyə etməklə yanaşı siyasi məhbusların ailə üzvlərinə maddi yardım göstərilməsi üçün Rusiya Federasiyasında yaşayan Azərbaycan milliyyətindən olan şəxslərdən pul toplamağı da tapşırmışdır. Məmməd İbrahim ona verdiyi təlimatda “Tiktok” sosial şəbəkəsində də aktiv olaraq paylaşım etməyini demiş olsa da, Rusiya Federasiyasının ərazisində “Tik-tok” sosial şəbəkəsi fəaliyyət göstərmədiyi üçün bu təlimatı icra edə bilməmişdir. O eləcə də ailə üzvləri nə Azərbaycan Respublikasında, nə də ki, Rusiya Federasiyasında fəaliyyət göstərən siyasi partiyaların üzvü olmamış, heç bir qeyri hökümət təşkilatlarının fəaliyyətində iştirak etməmişlər. Əbülfəz Elçibəyin hakimiyyət dövründə Milli İstiqlal partiyasının iclaslarında iştirak etmişdir. Təxminən 2-3 il müddətdir ki, AXCP-nin siyasi platformasını dəstəkləyir, lakin Azərbaycan Respublikasının vətəndaşı olmadığı üçün həmin partiyanın üzvü deyildir. xx.xx.2022-ci ildə Bakı şəhərində, Şəhidlər xiyabanında olarkən AXCP-nin üzvləri Fuad Qəhramanlı, Tofiq Yaqublu, Ruslan Əmirov, Mehman Kərimov, Seymur Həzi və digərləri ilə görüşmüşdür. Məqsədi Azərbaycan Respublikasına demokratiya gətirmək olmuş, başqa heç nə deyə bilmir. Paylaşımlarımda açıq çağırışlar etməkdə məqsədi xalqın ayağa qalxmasını, mitinqlər keçirməsini, zorla hakimiyyəti devirməsini və AXCP-nin hakimiyyətə gəlməsini təmin etmək olmuş və hazırda əməlindən peşmandır. Xalqın meydana çıxmasını, mitinq etməsini, hakimiyyətin geriyə addım atmasını nəzərdə tutmuşdur. 2023-cü ilin payız aylarında Məmməd İbrahim ona zəng edib Babək Həsənlinin xəstə olduğunu, onun müalicəsi üçün pul lazım olduğunu deyib sonuncu üçün pul toplamağını tapşırmışdır. O da WhatsApp üzərindən qrup üzvlərinə müraciət etmişdir. Qrup üzvlərinin göndərdiyi pullar X11 “Sverbank”dakı hesabında toplandıqdan sonra 19500 rubl pul Nərimanov rayon AXCP-nin sədri rəhmətlik Babək Həsənlinin müalicəsi məqsədi ilə təcili pul köçürmə (Zalotoy karona) proqramı vasitəsi ilə sonuncunun arvadının adına köçürülmüşdür. 2013-cü ildən “facebook.com” internet sosial şəbəkəsindəki özünə məxsus “Elishan Kerimov” adlı profili yalnız o istifadə edir. Təxminən 2-3 il müddətdir ki, aktiv formada qeyd olunan paylaşımları etmiş və AXCP-nin hakimiyyətə gəlməsinin tərəfdarı olmuşdur. İnsanların ayağa qalxmasını, mitinqlər etməsini, etirazlar etməsini, ayağa qalmasını vurğulamışdır. AXCP-nin sədr müavini Məmməd İbrahim AXCP-nin sədr müavini Məmməd İbrahim ona təlimat vermiş, onunla WhatsApp ani mesajlaşma mübadilə sistemi üzərindən əlaqə saxlamışdır. Bundan təxminən 2 ay sonra o, WhatsApp ani mesajlaşma mübadilə sistemi üzərindən onunla təkrar əlaqə saxlayıb siyasi məhbus ailələrinə pul toplamağını istəmiş, o da onun təlimatı əsasında RF-da yaşayan adlarını xatırlamadığı şəxslərdən topladığı təxminən 12-13000 rubl pulu təcili pul köçürmə (Zolotoy karona) proqramı vasitəsi ilə Məmməd İbrahimin adına göndərmişdir. Bildiyi qədər, Məmməd İbrahim də həmin pulu siyasi məhbusların ailə üzvlərinə vermişdir. 2024-cü ilin yanvar ayında Məmməd İbrahim AXCP-nin qurultayının təşkil edilməsi məqsədi ilə WhatsApp ani mesajlaşma mübadilə sistemi üzərindən ona zəng edib pul toplamağı barədə təlimat vermiş, onun verdiyi təlimatı qrupda paylaşmışdır. Lakin maddi sıxıntıları olduğu üçün qrup üzvləri arasında pul toplaya bilməmiş və Məmməd İbrahimin təlimatını icra edə bilməmişdir. 2019-cu ilin sonlarından etibarən Bakı şəhərində keçirilmiş etiraz aksiyalarına rayonlardan kütlənin cəlb edilməsi, həmçinin Bakı şəhərində digər təşkilatı işlər üçün müxtəlif şəxslər vasitəsilə maliyyə yardımı göstərmişdir. Sonraki dövrdə isə AXCP sədri Əli Kərimlinin tapşırığı əsasında onun müşaviri Məmməd İbrahim onunıa sosial şəbəkələr üzərindən əlaqə yaratmış və onun təlimatlarını çatdırmışdır. X22 Kərimlinin göstərişi ilə ayrı-ayrı kompaniyalar üçün maliyyə vəsaitləri lazım olduğunu qeyd etmiş, o da Rusiyada sahibkarlıqla məşğul olan dostlardan maliyyə toplayaraq müxtəlif üsullarla ona göndərmişdir. Aldığı təlimat əsasında whatsappda yaratdıqları “Azərbaycan Naminə Birlik” adlı qapalı qrupunun imkanlarından istifadə etməklə vəsaitlər toplanılmışdır. AXCP-nin bir çox üzvləri ona ayrı-ayrı vaxtlarda müraciət edərək yardım adı ilə pul vəsaitləri istəmiş və onlara müəyyən köməkliklər etmişlər. Bəzi hallarda isə Məmməd İbrahim ona zəng edərək pulu göndərəcəyi adamların adını vermiş, sonradan həmin cəbhəçilərlə özü əlaqə yaradaraq Əli Kərimlinin və Məmməd İbrahimin dostu olduğunu söyləmiş və razılığa əsasən onlara pul göndərmişdir. Ötən 5 il ərzində Məmməd İbrahim başda olmaqla Ruslan Əmirli, Elxan Əliyev, Faiq Əmirli, Nicat Abdullazadə, Emil Səlim və digərlərinə pullar köçürmüşdür. Məmməd İbrahimin təlimatı ilə pulu göndərəndən sonra Səadət Cahangirə təsdiq sms-ləri göndərmişdir. Məmməd İbrahimin ona partiyanın qurultayı üçün maliyyə yardımı göstərməyi xahiş etmiş və o da “Azərbaycan Naminə Birlik” qrupuna bu barədə elan yazmışdır. AXCP-nin sədri Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirov qrup üzvü Məzahir Məmmədovla WhatsApp ani mesajlaşma mübadilə sistemi üzərindən əlaqə saxlayıb maddi sıxıntılarını olduğunu bildirməklə pul göndərməsini istəmiş, Məzahir Məmmədov da onun vasitəsilə 2023-cü ilin mart-may aylarında cəmi 2500 rubl, Azərbaycan manatı ilə təxminən 45 manat pulu təcili pul köçürmə (Zolotoy karona) proqramı vasitəsi ilə Ruslan Əmirovun adına göndərmişdir. Bundan sonra Məmməd İbrahim WhatsApp ani mesajlaşma mübadilə sistemi üzərindən onunıa əlaqə saxlayıb göstəriş vermişdir ki, Ruslan Əmirova pul göndərməyi, eləcə də qrup üzvlərinə bununla bağlı təlimat versin. Tarixini dəqiq xatırlamır, lakin 2023-cü ilin sentyabr ayında Ruslan Əmirov WhatsApp ani mesajlaşma mübadilə sistemi üzərindən zəng edib hal-əhval etdikdən sonra Əli Kərimli ilə danışdırmaq istədiyini bildirmiş, o da danışmaq istədiyini bildirdikdən sonra sonuncu ilə danışmışdır. Aralarındakı söhbət zamanı o, ordakı iqtisadi vəziyyətin ağır olduğunu, müharibəyə getməmələrini, özlərini qorumağı, lazım olduqda Azərbaycana qayıtmaqlarını demişdir. Aralarında siyasi-ictimai mövzuda söhbət olmamışdır. Təxminən 2023-ci ilin yay aylarında AXCP-nin sədr müvari Məmməd İbrahim WhatsApp ani mesajlaşma mübadilə sistemi üzərindən ona zəng edib AXCP-nin Qərb üzrə kordinatoru Elxan Əliyevin xəstə olduğunu, həmin şəxsin müalicəsi üçün maddi yardım toplamaq lazım olduğunu demişdir. O, əlavə olaraq bildirdi ki, Əli Kərimlinin göstərişi ilə ona zəng edib pul toplamağı demişdir. Məmməd İbrahimin təlimatını qrupda paylaşmış və Elxan üçün maddi yardım toplamaq lazım olduğunu demişdir. Qrupda topladığı Azərbaycan manatı ilə 485 manat pulu təcili pul köçürmə (Zalotoy Karona) proqramı vasitəsi ilə adını hazırda xatırlamadığı Elxanın arvadının adına göndərmişdir. Təxminən 2022-ci ilin yay aylarında AXCP-nin Gənclər Komitəsinin sədri X9 WhatsApp ani mesajlaşma mübadilə sistemi üzərindən ona zəng edib toy etdiyi üçün ona kömək etmələrini xahiş etmişdir. O da qrupdan topladığı 12.000 rubl, Azərbaycan manatı ilə 220 manat pulu təcili pul köçürmə (Zalotoy Karona) proqramı vasitəsi ilə Emilin adına göndərmişdir. AXCP-nin üzvü Nicat Abulla onunla “Facebook.com” sosial şəbəkəsinin “Mesencer” bölməsi üzərindən əlaqə saxlayıb dərman pulunun olmadığını bildirməklə ondan 2000 rubl, Azərbaycan manatı ilə 36 manat pul istəmişdir. O da qrupdan topladığı Azərbaycan manatı ilə 36 manat pulu təcili pul köçürmə (Zolotoy karona) proqramı vasitəsi ilə Nicat Abdullanın adına göndərmişdir (cild 1, iş vərəqi 69-74, 81-88 və 107-117). Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş və tədqiq edilmiş şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əmisi oğludur. O, Rusiyadan gələn zaman həmişə onu qarşılamışdır. Elşən tutulan zaman qardaşı rayonda yaşadığı üçün vəkil ilə o müqavilə bağlamışdır. Elşən tutulduqdan sonra WhatsApp vasitəsilə ona zəng gəlmiş və Elşənin tutularaq prokurorluğa gətirildiyi bildirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Azərbaycan Xalq Cəbhəsi partiyasının Binəqədi şöbəsinin üzvüdür. Təqsirləndirilən şəxs dövlətə qarşı hər hansı bir total çağırışının şahidi olmamışdır. Şahid6 məhkəmədə ona verilən sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs Babək Həsənov tərəfindən Whatsapp qrupuna daxil edildikdən sonra tanımışdır. Təqsirləndirilən şəxs Whatsapp-da yaratdığı “Azərbaycan Naminə Birlik” platformasına üzv olmuşdur. Təqsirləndirilən şəxs sosial ədalətsizlik və iqtisadi çatışmazlıq ilə bağlı paylaşımları olurdu. Təqsirləndirilən şəxs xarici ölkədə fəaliyyət göstərirdi. Təqsirləndirilən şəxs əsasən şəhid ailələrinə, qazilərə və kasıb ailələrə kömək edirdi. Həmin ailələrə və şəxslərə kömək etmək üçün pul yığılırdı. Təqsirləndirilən şəxs dövlətə və dövləti devirməyə yönəlmiş çıxışlarını görməmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadəyə oxumadan imza çəkmişdir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, fərdi qayda da bərbər işləyir, hazırda AXCP-nin Binəqədi rayon şöbəsinin üzvü olmaqla, həmin partiyanın fəaliyyətində iştirak edir. “Facebook”, “Tik-tok” və “Whatsapp” sosial şəbəkələrinin aktiv istifadəçisi olmaqla AXCP üzvlərinin paylaşımlarını həmin sosial şəbəkələr üzərindən izləyir. “Facebook” sosial şəbəkəsində “Şahid6” adı ilə, “Tik-tok” sosial şəbəkəsində “@user**********578”, “Whatsap” sosial şəbəkəsində “mirzeyevg72” adı ilə qeydiyyatdan keçmişdir. Təqsirləndirilən şəxs WhatsApp ani mesajlaşma mübadilə sisteminin “Azərbaycan Naminə Birlik” adlı qrupu vasitəsi ilə tanımışdır. Onu həmin qrupa vəfat etmiş dostu Babək Həsənli dəvət etmişdir. Təqsirləndirilən şəxs Rusiya Federasiyasının ərazisində fəaliyyət göstərən telefon operatoruna məxsus “+7 999 839-68-42” mobil telefon nömrəsi vasitəsi ilə xx.xx.2019-cu il tarixdə WhatsApp ani mesajlaşma mübadilə sistemində “Azərbaycan Naminə Birlik” adlı qrupu yaratmış və həmin qrupa Azərbaycan, İran və Rusiya Respublikalarında yaşayan çoxsaylı şəxslərin mobil nömrələrini daxil etmişdir. Təqsirləndirilən şəxs izahına görə həmin qrupun yaradılmasında məqsəd azərbaycanlıları bir yerə toplamaq, kiminsə ehtiyyacı olduğu təqdirdə qrup üzvləri tərəfindən maddi yardım göstərmək, Qarabağ qazilərinə, imkansız şəhid ailələrinə kömək etmək və s. ibarət olmuşdur. O, 2020-ci ilin iyun ayında “Parlament” binasının qarşısında olmuş ixtişaşda iştirak etməyi ilə bağlı tutularkən Elşən Kərinmov və “Azərbaycan Naminə Birlik” adlı qrupun üzvləri tərəfindən onun ailə üzvlərinə 50 manat maddi yardım edilmişdir. WhatsApp ani mesajlaşma mübadilə sisteminin “Azərbaycan Naminə Birlik” adlı qrupunun hazırda üzvü deyil, lakin həmin qrupda təmsil olunduğu ərəfədə həmin qrupun 100 nəfərdən çox üzvü olmuşdur. Dövlət əleyhinə açıq çağırışlar etməklə bağlı partiya rəhbərliyi tərəfindən ona heç bir təlimat verilməmiş, başqa şəxsə də təlimat verilibverilməməsini bilmir. O, 2019-2020-ci illərdə həmin qrupda aktiv iştirak etmiş, sms və audioyazılar paylaşmışdır. İİ Qarabağ müharibəsində Azərbaycan Respublikası qalib gəldikdən sonra hakimiyyət əleyhinə açıq çağırışlar etməyi dayandırmışdır. Onun həmin məzmunda paylaşımlarının hamısı müharibədən əvvəlki dövrə aid olmuş, hazırda heç bir siyasi fəaliyyəti və siyasi çıxışları yoxdur Təqsirləndirilən şəxs WhatsApp ani mesajlaşma mübadilə sisteminin "Azərbaycan Naminə Birlik" qrupunda “ gör nə qədər acizik, biz, niyə biz qapılarda yatmalıyıq, orda-burda yatmalıyıq, türmələrdə, məmləkətimiz ola-ola, yiyə duraq məmləkətimizə, dövləti qaytaraq özünə, şərt deyil ki, yad elli işğal edə, fərqi yoxdur, adının, familyasının nə olduğunun fərqi yoxdur, Azərbaycan bu gün də işğaldadır, azad etməyin vaxtıdır.”, “Mənim içimdən gələn sözlərdir bu, məsuliyyət hiss edin, hərə özündə məsuliyyət hiss etsin, elə mən üzümü tutub cəbhəçilərə deyirəm, məsuliyyət hiss edin, gəlin işləyək, yeri gəlsə bir-birimizi danlıyaq, amma işləmək lazımdır, təlimat budur, bu günkü təlimat” və sair məzmunlu paylaşdığı audio yazılara "Azərbaycan Naminə Birlik" qrupunda qulaq asmış və məzmununu dərk etmişdir. WhatsApp ani mesajlaşma mübadilə sisteminin "Azərbaycan Naminə Birlik" adlı qrupunda “+7 *** *** ** **, Bu nömrəyə bağlıdır, Sberbank, Ruslan Kərimli adına hesabımız” paylaşımı Təqsirləndirilən şəxs məxsusdur. Elşən Kəromov və Rusiya Federasiyasında yaşayan digər Azərbaycanlı əsilli şəxslər maddi yardıma ehtiyacı olan AXCP üzvlərinə köməklik göstərilməsi məqsədi ilə pul toplayıb “Zolotoya Korona” təcili pul köçürmə sistemi vasitəsi ilə aidiyyəti şəxslərə göndərmişlər. O, yalnız WhatsApp ani mesajlaşma mübadilə sisteminin "Azərbaycan Naminə Birlik" qrupunda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, qeyri konstitusion metodlarla mövcud quruluşun dəyişdirilməsinə, qanunu yolla seçilmiş vəzifəli şəxslərin tanınmamasına və onlara qarşı itaətsizliyə yönəlmiş açıq çağırışlar etməsi, bu cür məzmunlu materialları kütləvi şəkildə yayması barədə paylaşımlarını görmüşdür. Təqdim edilmiş № 15465 (Biz də qalibiyyətin astanasındayıq, Qan töküləcəksə, qan tökülsün Elə bunlar ermənidirlər. Yeri gəlsə, yandırıb dağıtmalıyıq ki, çıxıb rədd olsunlar. Bəsdir! Bu təbliğatı mütləq gücləndirmək lazımdır Allah bu rejimə lənət etsin!), № 15467 (Polisdə olan deyir ki, millət qalxsa, əlimdəki dubinkanı da atıb sizin yanınıza keçirəm.Elxan bəy, çıxmaq üçün təbliğatı gücləndirmək lazımdır, iş yerimizə gün ərzində 20-30nəfər insan gəlirsə, onların 30-na çatdırırıq,), № 8436 (Şad olmağımızın məqsədi ən birinci problemimizin inqilabda həlli üçün), № 15467 (İnqilab birinci mərhələdir.Azərbaycanda bundan keçmək mümkün deyil ), № 15747 ( Fevralın 10-na qədər kütləni çoxaltmalıyıq Ona görə də qalxıb hərəkət etməliyik), № 15748 (Qardaş, bunları devirdikdən sonra meydandan əl çəkməli deyilik. Əl çəkən kimi Rusiya barmaq qoyacaqdır ), № 15389 ( Çıxıb haqlarını tələb etsinlər), № 15007 (Dedim ki, Əli bəy deyir ki, yüz min-iki yüz min insan meydana çıxsın və mən də nə desəniz, edəcəyəm Qardaşlar, təbliğatı genişləndirmək lazımdır. Ruhdan da düşmək lazım deyil Rejim məhv olmamış biz bu yoldan çəkilən deyilik Bizim hədəfimiz rejimdir) və digər audioyazılara qulaq asdıqdan sonra həmin audioyazıların ona məxsus olmasını, əməlindən peşman olmasını, audioyazılara qulaq asarkən utanc hissi keçirdiyini bildirmişdir. O, 2019- 2020-ci illərdə WhatsApp ani mesajlaşma proqramının “Azərbaycan Naminə Birlik” qrupunda aktiv iştirak etmiş və qeyd olunan audioyazıları həmin qrupda paylaşmışdır. İİ Qarabağ müharibəsində Azərbaycan Respublikası qalib gəldikdən sonra o, paylaşımlarını dayandırmışdır (cild 4, iş vərəqi 31-38). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Qazilərə və şəhid ailələrinə görə Whatsapp-da olan “Azərbaycan Naminə Birlik” platformasının üzvü olmuşdur. Ancaq sonradan ailəsi dağıldığı üçün və başı ailə məişət işlərinə qarışdığı üçün həmin platformaya üzv olsa belə orada fəal iştirak edə bilməmişdir. Təqsirləndirilən şəxs tanımır, Təqsirləndirilən şəxs dövlət əleyhinə çağırışlar etməmişdir. Şahid4 məhkəmədə ona verilən sualları cavablandırarkən bildirmişdir ki, “Azərbaycan Naminə Birlik” Whatsapp platformasına üzv olmuş ancaq orada fəal iştirak etməmişdir. Həmin platforma qazilərə və şəhid ailələrinə kömək etmək üçün qurulmuşdur. Həmin platformadan mesajlar gəlmiş, ancaq baxmamışdır. Təqsirləndirilən şəxs dövlətə və dövləti devirməyə yönəlmiş çıxışlarını görməmişdir. Müstəntiq tərəfindən iş ilə bağlı ona səs yazıları təqdim olunmuşdur. İbtidai istintaq zamanı yazılan ifadəni təsdiq edir. Platformaya təzə üzv olan zaman Təqsirləndirilən şəxs dövlət əleyhinə olan çağırışlarının şahidi olmuşdur. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, heç bir partiyanın üzvü deyil, hər hansı partiyanın fəaliyyətində iştirak etməmişdir. Tarixini dəqiq xatırlamır, lakin 2018-2019-cu il tarixlərdən etibarən AXCP-nin siyasi fəaliyyətini dəstəkləmişdir. “İnstaqram”, “Facebook”, “Tiktok” və “Whatsap” sosial şəbəkələrinin aktiv istifadəçisi olmaqla AXCP üzvlərinin paylaşımlarını həmin sosial şəbəkələr üzərindən izləyir. “Facebook” və “İnstaqram” sosial şəbəkələrində “Şahid4”, “Tik-tok” sosial şəbəkəsində “@famileliyev1980axcp” və votsap sosial şəbəkəsində “Familalilil 980” adlı profilləri istifadə edir. Təqsirləndirilən şəxs votsap ani mesajlaşma mübadilə sistemi üzərindən tanımışdır. Təqsirləndirilən şəxs Rusiya Federasiyasının ərazisində fəaliyyət göstərən telefon operatoruna məxsus “+7 999 839- 68- 42” mobil telefon nömrəsi vasitəsi ilə xx.xx.2019-cu il tarixdə votsap ani mesajlaşma mübadilə sistemində “Azərbaycan Naminə Birlik” adlı qrupu yaratmış və həmin qrupa Azərbaycan, İran və Rusiya Respublikalarında yaşayan çoxsaylı şəxslərin mobil nömrələrini daxil etmişdir. Tarixini dəqiq xatırlamır, 2-3 il müddət əvvəl Təqsirləndirilən şəxs votsap ani mesajlaşma mübadilə sistemi üzərindən ona məxsus 051 ***-**-** mobil telefon nömrəsinin votsap ani mesajlaşma mübadilə sisteminə zəng edib ona azərbaycanlılara maddi yardım edilməsi üçün votsap ani mesajlaşma mübadilə sisteminin “Azərbaycan Naminə Birlik” adlı qrupunun yaradıldığını və onun da həmin qrupa üzv olmağını demişdir. Votsap ani mesajlaşma mübadilə sistemində “Azərbaycan Naminə Birlik” adlı qrupun hazırda 96 nəfər üzvü vardır, o, həmin qrupa qoşulanda isə 200 nəfərə yaxın üzvü olmuşdur. Fləmin qrup üzvlərindən Təqsirləndirilən şəxs qiyabi tanıyır, başqa heç kimi tanımır. Təqsirləndirilən şəxs votsap ani mesajlaşma mübadilə sisteminin "Azərbaycan Naminə Birlik" qrupunda “ gör nə qədər acizik, biz, niyə biz qapılarda yatmalıyıq, orda-burda yatmalıyıq, türmələrdə, məmləkətimiz ola-ola, yiyə duraq məmləkətimizə, dövləti qaytaraq özünə, şərt deyil ki, yad elli işğal edə, fərqi yoxdur, adının, familyasının nə olduğunun fərqi yoxdur, Azərbaycan bu gün də işğaldadır, azad etməyin vaxtıdır.”, “Mənim içimdən gələn sözlərdir bu, məsuliyyət hiss edin, hərə özündə məsuliyyət hiss etsin, elə mən üzümü tutub cəbhəçilərə deyirəm, məsuliyyət hiss edin, gəlin işləyək, yeri gəlsə bir-birimizi danlıyaq, amma işləmək lazımdır, təlimat budur, bu günkü təlimat” və sair məzmunlu paylaşdığı audio yazılara "Azərbaycan Naminə Birlik" qrupunda qulaq asmış və məzmununu dərk etmiş, lakin Təqsirləndirilən şəxs həmin çağırışlarına heç bir cavab verməmiş və bəyənməmişdir. Votsap ani mesajlaşma mübadilə sisteminin "Azərbaycan Naminə Birlik" adlı qrupunda “+7 *** *** ** **, Bu nömrəyə bağlıdır, Sberbank, Ruslan Kərimli adına hesabımız” paylaşımı Təqsirləndirilən şəxs məxsusdur. Elşən Kəromov və Rusiya Federasiyasında yaşayan digər Azərbaycanlı əsilli şəxslər maddi yardıma ehtiyacı olan AXCP üzvlərinə köməklik göstərilməsi məqsədi ilə pul toplayıb “Zolotoya Korona” təcili pul köçürmə sistemi vasitəsi ilə aidiyyəti şəxslərə göndərmişlər. O, yalnız votsap ani mesajlaşma mübadilə sisteminin "Azərbaycan Naminə Birlik" qrupunda Təqsirləndirilən şəxs və digər Azərbaycanlıların paylaşımlarını və dövlət əlehinə açıq çağırışlarını görmüş və şahidi olmuş, lakin onun həmin şəxslərin dövlət əlehinə açıq çağırışlarında və siyasi fəaliyyətlərində heç bir iştirakı olmamışdır (cild 3, iş vərəqi 8-14). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 1993-cü ildə Rusiya Federasiyasının Kirov şəhərinə gedərək orada meyvə-tərəvəz biznesi ilə məşğul olmuş, 2006-cı ildə Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Təxminən 4-5 il əvvəl Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “Food City” bazarından satış üçün meyvə-tərəvəz alan zaman Təqsirləndirilən şəxsla tanış olmuşdur. Moskva şəhərində Təqsirləndirilən şəxsla görüşüb söhbətləşən zaman sonuncu ona azərbaycanlılara maddi yardım edilməsi üçün WhatsApp ani mesajlaşma tətbiqində “Azərbaycan Naminə Birlik” adlı qrup yaradıldığını və onun da həmin qrupa üzv olmağını demişdir. WhatsApp ani mesajlaşma sisteminin “Azərbaycan Naminə Birlik” adlı qrupunda Təqsirləndirilən şəxs pul köçürülməsi üçün kart şəkili paylaşmış və həmin karta köçürülən pul vəsaitinin Babək Həsənovun müalicəsi üçün xərclənəcəyini bildirmişdir. O da həmin kart hesabına 10.000 rubl pul vəsaiti köçürmüşdür. Bundan sonra təxminən 4-5 dəfə Təqsirləndirilən şəxs həmin qrupda bank kartı şəkilləri paylaşaraq həmin bank kartlarına köçürülən pul vəsaitlərinin Azərbaycan Respublikasında həbs edilmiş məhbuslara və onların ailə üzvlərinə verilməli pul vəsaitləri olmasını qeyd etmişdir. O da həmin məqsədlə Təqsirləndirilən şəxs qrupda paylaşdığı bank kartlarına mobil tətbiq vasitəsi ilə 1500-dən 4500 rubladək pul vəsaitləri köçürmüşdür. Təqsirləndirilən şəxs da öz növbəsində “Zolotoya Korona” təcili pul köçürmə sistemindən istifadə edərək Azərbaycan Respublikasında tanıdıqları məhkum ailələrinə və başqa şəxslərə göndərmişdir. “Azərbaycan Naminə Birlik” qrupun xatırladığına görə təxminən 60 nəfər üzvü olmuş, həmin qrup üzvlərindən Təqsirləndirilən şəxs, Məzahir Məmmədov, Azad Kamalov adlı-soyadlı şəxsləri tanıyır (cild 3, iş vərəqi 1-6). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, fərdi qayda da hörgü ustası işləyir, heç bir partiyanın üzvü deyil, hər hansı partiyanın fəaliyyətində iştirak etməmişdir. “Facebook”, “Tiktok” və “Whatsap” sosial şəbəkələrinin aktiv istifadəçisi olmaqla AXCP üzvlərinin paylaşımlarını həmin sosial şəbəkələr üzərindən izləyir. Təqsirləndirilən şəxs WhatsApp ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs Rusiya Federasiyasının ərazisində fəaliyyət göstərən telefon operatoruna məxsus “+7 999 839-68-42” mobil telefon nömrəsi vasitəsi ilə xx.xx.2019-cu il tarixdə WhatsApp ani mesajlaşma mübadilə sisteminin “Azərbaycan Naminə Birlik” adlı qrupunu yaratmış və həmin qrupa Azərbaycan, İran və Rusiya Respublikalarında yaşayan çoxsaylı şəxslərin mobil nömrələrini daxil etmişdir. Tarixini dəqiq xatırlamır, 3 il müddət əvvəl Təqsirləndirilən şəxs WhatsApp ani mesajlaşma mübadilə sistemi üzərindən ona məxsus 055 ***-**-** mobil telefon nömrəsinin WhatsApp ani mesajlaşma mübadilə sisteminə zəng edib ona azərbaycanlılara maddi yardım edilməsi üçün WhatsApp ani mesajlaşma mübadilə sisteminin “Azərbaycan Naminə Birlik” adlı qrupunun yaradıldığını və onun da həmin qrupa üzv olmağını demişdir. Təqsirləndirilən şəxs izahına görə həmin qrupun yaradılmasında məqsəd azərbaycanlıları bir yerə toplamaq, kiminsə ehtiyyacı olduğu təqdirdə qrup üzvləri tərəfindən maddi yardım göstərmək, Qarabağ qazilərinə, imkansız şəhid ailələrinə kömək etmək və s. ibarət olmuşdur. Təqsirləndirilən şəxs WhatsApp ani mesajlaşma mübadilə sisteminin "Azərbaycan Naminə Birlik" qrupunda “ gör nə qədər acizik, biz, niyə biz qapılarda yatmalıyıq, orda-burda yatmalıyıq, türmələrdə, məmləkətimiz ola-ola, yiyə duraq məmləkətimizə, dövləti qaytaraq özünə, şərt deyil ki, yad elli işğal edə, fərqi yoxdur, adının, familyasının nə olduğunun fərqi yoxdur, Azərbaycan bu gün də işğaldadır, azad etməyin vaxtıdır.”. “Mənim içimdən gələn sözlərdir bu, məsuliyyət hiss edin, hərə özündə məsuliyyət hiss etsin, elə mən üzümü tutub cəbhəçilərə deyirəm, məsuliyyət hiss edin, gəlin işləyək, yeri gəlsə bir-birimizi danlıyaq, amma işləmək lazımdır, təlimat budur, bu günkü təlimat” və sair məzmunlu paylaşdığı audio yazılara "Azərbaycan Naminə Birlik" qrupunda qulaq asmış və məzmununu dərk etmişdir. WhatsApp ani mesajlaşma mübadilə sisteminin "Azərbaycan Naminə Birlik" adlı qrupunda “+7 *** *** ** **, Bu nömrəyə bağlıdır, Sberbank, Ruslan Kərimli adına hesabımız,” paylaşımı Təqsirləndirilən şəxs məxsusdur. Elşən Kəromov və Rusiya Federasiyasında yaşayan digər Azərbaycanlı əsilli şəxslər maddi yardıma ehtiyacı olan AXCP üzvlərinə köməklik göstərilməsi məqsədi ilə pul toplayıb “Zolotoya Korona” təcili pul köçürmə sistemi vasitəsi ilə aidiyyəti şəxslərə göndərmişlər. WhatsApp ani mesajlaşma mübadilə sisteminin "Azərbaycan Naminə Birlik" adlı qrupunda “+7 *** *** ** **, Bu nömrəyə bağlıdır, Sberbank, Ruslan Kərimli adına hesabımız” paylaşımı Təqsirləndirilən şəxs məxsusdur. Elşən Kəromov və Rusiya Federasiyasında yaşayan digər Azərbaycanlı əsilli şəxslər maddi yardıma ehtiyacı olan AXCP üzvlərinə köməklik göstərilməsi məqsədi ilə pul toplayıb “Zolotoya Korona” təcili pul köçürmə sistemi vasitəsi ilə aidiyyəti şəxslərə göndərmişlər. O, yalnız WhatsApp ani mesajlaşma mübadilə sisteminin "Azərbaycan Naminə Birlik" qrupunda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, qeyri konstitusion metodlarla mövcud quruluşun dəyişdirilməsinə, qanunu yolla seçilmiş vəzifəli şəxslərin tanınmamasına və onlara qarşı itaətsizliyə yönəlmiş açıq çağırışlar etməsi, bu cür məzmunlu materialları kütləvi şəkildə yayması barədə paylaşımlarını görmüşdür.Dindirmə istintaq hərəkəti zamanı Şahid3 təqdim edilmiş № 6019 (Xeyr, heç cür biz rejimlə barışıb otura bilmərik. Son dəfə yenidən bütün güclərimizi toplayıb Allahın köməkliyi ilə işləməliyik. Başqa yolumuz yoxdur. Bu gün səhərdən əsəb məni boğur, göz yaşlarımı saxlaya bilmirəm. Amma bir şeyi də başa düşürəm ki, birinci öz üzərimizdə, sonra da xalqın üzərində işləməliyik. Biz qorxunu yüz faiz öz ürəyimizdən ata bilsək, digərlərini də inandırmağa çalışacağıq, bacaracağıq. Bir şeylər etməliyik. Xalqı oyatmaq üçün mütləq kağızlar, vərəqlər çıxmalıyıq Onun altına "bundan qurtuluş” sözlərini yazmalıyıq. Müəyyən reklam vərəqlərini çıxarmalıyıq. Min tiraj, iki min tiraj. Bir gecədə qrup üzvləri ilə dəstələr yaratmalıyıq. Yalnız bir gecədə bu şeyi etməliyik. Universitetlərin, məktəblərin, xəstəxanaların, müəssisələrin qarşısına yapışdırmalıyıq, imkan olduqca elə yerlərə yapışdırmalıyıq ki, o yerlərdə kamera olmasın, insanların üzü çəkilməsin. Başlarına papaq qoysunlar, əllərinə əlcək geyinsinlər ki, əl izlərini çıxara bilməsinlər. Biz bu şeyləri kameralardan uzaq vəziyyətdə etməliyik ki, kameralara bunları kimin etdiyi düşməsin ), № 6395 (Mən burada - Bakı şəhərindəyəm. Gedib rayonlarda da maraqlanıram. Xalqın nə istədiyini bilirsiniz? Xalq balta, yaba mitinqi, çevriliş istəyir. Xalq deyir ki, bizi çağırın gələk. Bir dəfəlik məhv edək. Xalqın nədən qorxduğunu bilirsiniz? Xalq ölməkdən qorxmur Xalq bir dəfəlik çevriliş istəyir. Bunu kim çağıracaqsa, onda bütün xalq ayağa qalxacaqdır. Allaha and olsun ki, siz onu görəcəksiniz) və digər özünə məxsus audioyazılara qulaq asdıqdan sonra həmin audioyazıların ona məxsus olmasını təsdiq edib əməlindən peşman olmasını bildirmişdir. O, 2019-2020-ci illərdə WhatsApp ani mesajlaşma proqramının “Azərbaycan Naminə Birlik” qrupunda aktiv iştirak etmiş, qeyd olunan audioyazıları həmin qrupda paylaşmışdır. Onun paylaşımlarının hamısı müharibədən əvvələ aid olmuşdur (cild 4, iş vərəqi 20-30). Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, əri Təqsirləndirilən şəxs Rusiya Federasiyasında fəaliyyət göstərən “Yota” telefon operatoruna məxsus “+7 *** *** ** **” mobil telefon nömrəsini, eləcə də oğlu Ruslan Kərimovun adına olan “Sberbank”a aid 2202 2067 8420 4534 (4081 7810 1401 0554 1067) bank kartını istifadə etmişdir. X21 və oğlu X16 Əliyevanın Rusiya Federasiyasında yaratdığı “AMOR” (Rusiyada Azərbaycan Gənclər Təşkilatı) təşkilatının aktiv üzvləri olmaqla, aktiv tələbə kimi həmin təşkilatın fəaliyyətində iştirak edirlər, Leyla xanım, deputat Xanoğlan Əliyev və digərləri tərəfindən dəfələrlə təltif edilmişlər. Onun, eləcə də oğlu Ruslan Kərimov və qızı X8 Kərimovun siyasi fəaliyyəti, görüşdüyü və danışdığı şəxslər barəsində heç bir məlumatları olmamışdır. Təqsirləndirilən şəxs dövlət əleyhinə açıq çıxışlarını onlardan gizlətmiş, evdə və onların olduğu yerlərdə bu xarakterli söhbətlər etməmişdir. Rusiya Federasiyasının ərazisində feysbuk və digər sosial şəbəkələr bağlı olduğu üçün Təqsirləndirilən şəxs fəaliyyətindən xəbəri olmamış və sonuncunu izləyə bilməmişlər. O, eləcə də oğlu Ruslan Kərimov və X21 heç bir partiyanın üzvü deyil, hər hansı partiyanın fəaliyyətində iştirak etməmişdir. Tarixini dəqiq xatırlamır, lakin Təqsirləndirilən şəxs həbs edilməmişdən 2-3 il əvvəl sonuncunun AXCP tərəfdarları Məzahir, Azad, İlkin və digərləri ilə telefon vasitəsi ilə danışdığını və həmin şəxslərlə görüşdüyünü bilib mübahisə edərək həmin şəxslərlə görüşməməsini, heç bir əlaqə saxlamamasını tələb etmişdir. Onların arasında olan mübahisə boşanma həddinə çatmış, lakin qohumları Şahid2 və digərləri onları barışdırmışdır. AXCP üzvü X17 Kərimovu “zibilə” salmış, sonuncu WhatsApp ani mesajlaşma mübadilə sistemində "Azərbaycan Naminə Birlik" qrupunda, eləcə də feysbuk internet sosial şəbəkəsindəki özünə məxsus “Elishan Kerimov” adlı profilində dövlət hakimiyyəti əleyhinə açıq çağırışlar etməyi barədə təlimatı Məmməd İbrahimdən almışdır. Tarixini dəqiq xatırlamır, lakin Təqsirləndirilən şəxs tutulduqdan sonra qohumu Tahirə ona WhatsApp ani mesajlaşma mübadilə sistemi üzərindən zəng edib hadisə barədə məlumatının olduğunu, qohumu X12 Kərimovla maraqlanacağını demişdir. O isə Tahirəyə heç kimin köməyinin lazım olmadığını bildirmişdir. Bundan başqa, Elşənin tanışı Azad Kamalov və arvadı Gülnar ona WhatsApp ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə zəng edib X18 Kərimliyinin yaxın adamı olduğunu, Təqsirləndirilən şəxs kömək edəcəyini, maddi yardım göstərəcəyini, sonuncu üçün vəkil tutacağını və qısa müddətdə sonuncunu buraxdıracağını demişdir. O isə həmin şəxslərə heç kimin köməkliyinin lazım olmadığını, elə X12 Kərimovu “zibilə” saldığını bildirmişdir. Tarixini dəqiq xatırlamır, lakin Məmməd İbrahimin WhatsApp ani mesajlaşma mübadilə sistemi üzərindən Təqsirləndirilən şəxs tapşırıq xarakterli mesaj göndərdiyini görmüş, lakin həmin mesajın məzmununu xatırlamır. WhatsApp ani mesajlaşma mübadilə sistemindəki "Azərbaycan Naminə Birlik" qrupun mövcudluğu və Təqsirləndirilən şəxs həmin qrupda iştirakı barədə məlumatı yoxdur (cild 2, iş vərəqi 1-9). Cinayət işinin materiallarında olan 17 aprel 2024-cü il tarixli “internet resurslarına baxış keçirilməsi haqqında” protokola əsasən 3 iyun 1968-ci il tarixdə keçmiş Azərbaycan SSR-də doğulmuş, RUS -73 / ******* seriyalı pasporta əsasən Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs Dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi faktı barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli 24/6-1334 qeydiyyat nömrəli məlumata əlavə edilmiş elektron daşıyıcıya və sonuncuya məxsus facebook geniş internet sosial şəbəkəsindəki “Elishan Kerimov” adlı profilinə baxış keçirərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xarici operatorlara məxsus mobil telefon nömrələri üzrə qeydiyyatdan keçmiş şəxslərin təmsil olunduğu WhatsApp ani mesajlaşma mübadilə sisteminin "Azərbaycan Naminə Birlik" qrupunun yaradıcısı və inzibatçısı olmaqla, həmin qrupda, eləcə də qeyri məhdud sayda kənar şəxslərin sərbəst surətdə daxil olub tanış ola bildiyi facebook internet sosial şəbəkəsindəki özünə məxsus “Elishan Kerimov” adlı profili üzərindən həmin sosial şəbəkədə təmsil olunan Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edib Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, qeyri konstitusion metodlarla mövcud quruluşun dəyişdirilməsinə, qanunu yolla seçilmiş vəzifəli şəxslərin tanınmamasına və onlara qarşı itaətsizliyə yönəlmiş açıq çağırışlar etmiş, bu cür məzmunlu materialları kütləvi şəkildə yaymışdır; belə ki, Təqsirləndirilən şəxs WhatsApp ani mesajlaşma mübadilə sisteminin "Azərbaycan Naminə Birlik" qrupunda 2019-cu ilin əvvəllərindən xx.xx.2024-cü il tarixədək olan müddətdə “ gör nə qədər acizik, biz, niyə biz qapılarda yatmalıyıq, orda-burda yatmalıyıq, türmələrdə, məmləkətimiz ola-ola, yiyə duraq məmləkətimizə, dövləti qaytaraq özünə, şərt deyil ki, yad elli işğal edə, fərqi yoxdur, adının, familyasının nə olduğunun fərqi yoxdur, Azərbaycan bu gün də işğaldadır, azad etməyin vaxtıdır.”, “Mənim içimdən gələn sözlərdir bu, məsuliyyət hiss edin, hərə özündə məsuliyyət hiss etsin, elə mən üzümü tutub cəbhəçilərə deyirəm, məsuliyyət hiss edin, gəlin işləyək, yeri gəlsə bir-birimizi danlıyaq, amma işləmək lazımdır, təlimat budur, bu günkü təlimat”, “Bu günkü təlimat budur, təlimata da uymalıyıq, belə deyək, azadlıq istəyən bir xalq, xalqı səfilsəfil gəzən ölkə, fədakar bir insan mütəq şəkildə təlimata uymalıdır, təlimat bir yerdən gəlir, sənin oradan xilasın var, ağıllı insanlar toplumu, səsimi hər tərəfə yaya bilərsiniz., yaxşı məmləkətdən heç kəs qaçıb 40 dərəcə marozda, şaxtada işləməyə razılaşır, qoy güneyli qardaşlarımızda bizim dərdimizi bilsinlər, biz səfil kimi gəzirik, güneylilər. Güneyli qardaşlarımız, biz səfil kimi məmləkətimizdən itkin düşmüşük, demək olar ki, səfil-səfil gəzirik, Avropanın qapıları, Rusiyanın qapıları o ola-ola biz qoyub gəlmişik, bizim insanlar arzu edir ki, Avropaya getsin, Kanadaya getsin, o soyuq yerlərə, Antarktidaya getməyə razıdır, amma bugünkü bu hakimiyyətlə çalışmağa razı deyil, bax bunu, mənim içimin harayını duyun, bax bu günkü vəziyyət budur”, “Bu məsələlərin hamısı dünyada görünür, Avropa görür bunu, insan haqlarının Respublikada olmaması, bizim dövlətdə olmaması, gətirib nəyə çıxardır, gətirib çıxardır ki, Qarabağı bizdən alıb verəcəklər ermənilərə, şəxsən ermənilər də bundan istifadə edir, bu kartdan istifadə edir, yoxdur, orda elə bir şey, insan hüququ yoxdur, o dövlətin tərkibində olmaq istəmirəm, buna görə də, şansları var ki, Dağlıq Qarabağın onların əlində olan hissəsini bizə verməsinlər da başqa heç kəsigünahkar tutmuyun, görmürsə, demək kordur lazım deyildir, hakimiyyəti oğurlayıblar, bilin Azərbaycan Respublikası, Azərbaycan Cümhuriyyəti oğurlanıb. Bir dəfəlik qorxaqlarda, qorxmağın əcələ faydası yoxdur, qorxaqlarda ayağa durmalıdır, bizim dünən bir mübahisəmiz oldu, mənə deyirlər ki, qorxursan, nəysə, deyirlər niyə cəbhənin liderini dəyişmirsiniz, 30 ildir qalıb, deyirəm bizi ifadə edir o, adam, biz heç kimdən qorxmuruq, deməli biz heç kimdən qorxmuruq, Əli Kərimlinin əlində inzibati resursları yoxdur, bizi qane etməsə, onu seçən deyilik, qarşıdan 24-ü qurultayımız gəlir, seçkidir, cəbhəçilər səs verəcək, bizi qane etmirsə, seçməyəcəyik, biz heç kimdən qorxmuruq, mən də heç kimdən qorxmuram, heç kimdən qorxmuram, şəxsən öz taleyimdən ötrü heç nədən qorxmuram, heç bir şeydən də qorxmuram, bir şeyə inanmışam ki, doğulan bir gün ölür, elə bir şey var ki, ya əzabla öldün, ya əziyyətlə öldün, ya da həmən öldün, fərq etməz mənim üçün, heç bir fərqi yoxdur mənim üçün, dözdüyüm qədər dözərəm, dözdüyüm qədər mübarizə apararam, yəni burda heç kim heç nədən qorxmazın, xalqı qaldırmaq lazımdır ki, qorxmasın, bizim Aydın bəy var, Aydın ...bir şeydən qorxuram, xalqın qorxaqlığından qorxuram, qorxmaq lazım deyil, qorxmamaq lazımdır, xalq qalxmalıdır, sözünü deməlidir, bir gün, iki gün, ömrünün 2-cə gününü sərf etsə, ömür boyu, keflə yaşayacaq, bu xalq, hər şeyi var onu etməyə, 2-ə gün ayağa qalxıb meydanı tutsa, anti-millilərin sonunu gətirsə, qutardı, getdi, ondan sonra bu millətə hər yerdə yaşıl işıqdır, elimini artırmalıdır, xalq, savadlı insan qorxaq olmur” məzmunlu audio yazı formatında açıq çağrışlar paylaşmışdır; bundan başqa, o, 2019-cu ilin əvvəllərindən 13 aprel 2024-cü il tarixədək olan müddətdə WhatsApp ani mesajlaşma mübadilə sisteminin "Azərbaycan Naminə Birlik" qrupunda “Müslüm bəy, 50.000 çıxın, 50.000, 49.000, 45.000 çıxın, axırı bir çıxın da, bir görək nağara bilirik, çıxın da, biz sizin arxanızca gələk, çıxın da, 45.000 çıxın, 40.000 çıxın, biz də qoşulacağıq, olacaq 55.000, bunu təşkil etsəniz, biz azad olarıq, sabahdan düşün qabağa, bu işi təşkil edin, Rusiya indi bilmirəm, ayın birinə, ikisinə demişdi, siz də günlərin birinə təyin edin, çıxağın ortaya, siz çıxın, dalınızca biz gələk” “Dostlar, müqavimət hərəkatının guya üzvləri olan insanlar o şiəliyin ilkin mərhələsində ki, Həsən Sabah çıxmışdır ortaya, müridlər yetişdirmişdir, onların dilini kəsmişdi, dillərini, danışa bilmirdilər ki, kimin kim olduğunu deməsinlər, başçılarının kim olduğunu deməsinlər və həmin müridlərə yeritmişdilər ki, 12-ci imam gələcək, bun insanları azad edəcək, siz ilk qurbanlarısınız, onlar da gedirdi, özlərini qurban verirdilər, indi Müslüm kimləri bu müqavimət hərəkatının ilk qaranquşu və son qaranquşu olaraq çıxacaqlar sıradan” “Mənim səhərimdə, gündüzümdə, axşamımda ancaq azadlıq ideasıdır, Azərbaycanımı azad görmək istəyirəm, Azərbaycan xalqının rahat yaşamasını görmək istəyirəm, mənim gecə, gündüz, fikirim-zikirim azadlıqdır, bu rejimdən xilas olmaqdır, Azərbaycana demokratiya gətirməkdir, ar olsun, qarın güdən insanlara” məzmunlu audio yazı formatında açıq çağırışlar paylaşmışdır; bundan başqa, Təqsirləndirilən şəxs təsis etdiyi WhatsApp ani mesajlaşma mübadilə sisteminin "Azərbaycan Naminə Birlik" qrupunda mütəmadi olaraq tanıdıqları məhbus ailələrinə yardım edilməsi adı altında cinayətkar qrupun üzvlərinin maliyyələşdirilməsi məqsədi ilə pul vəsaiti toplanılır. Qrupdakı vəsaitlər RF-də fəaliyyət göstərən "Sberbank”da olan hesaba köçürüldükdən sonra müxtəlif vasitələrlə Azərbaycan Respublikasında yaşayan özləri ilə həmfikir şəxslərin maliyyələşdirilməsinə yönəldilir; belə ki, WhatsApp ani mesajlaşma mübadilə sisteminin "Azərbaycan Naminə Birlik" qrupunda “+7 *** *** ** **, Bu nömrəyə bağlıdır, Sberbank, Ruslan Kərimli adına hesabımız,” və “İlkin Vətənoğlu +1000, Balaoğlanov Pərviz +1000 və sair, hal-hazırdakı balans 19500 rubl, Azərbaycan Naminə Birlik platformasının yardım fondu” paylaşımı edilmişdir (cild 1, iş vərəqi 4-34). Cinayət işinin materiallarında olan 18 aprel 2024-cü il tarixli “könüllü təqdim edilən əşyaların götürülməsi haqqında” protokola əsasən Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi “İphone” və “HUAWEİ nova 2i” markalı mobil telefon cihazları, eləcə də “8970102 699 *** **** 6, 4G+” və “021 798 7705, Yota” mobil kartları götürülmüş və mobil telefon cihazlarının yaddaşına, eləcə də WhatsApp ani mesajlaşma proqramlarına baxış keçirərkən dövlət əleyhinə yönələn açıq çağırışlar mövzusunda məlumatlara rast gəlinməmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs isə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələrkən qeyd olunan mobil telefon cihazlarının yaddaşında, eləcə də həmin telefon cihazlarının WhatsApp ani mesajlaşma proqramlarında olan dövlət əleyhinə yönələn açıq çağırışlar mövzusundakı məlumatları sildiyini bildirmişdir. Ona görə də “İphone” və “HUAWEİ nova 2i” markalı mobil telefon cihazları, eləcə də “8970102 699 *** **** 6, 4G+” və “021 798 7705, Yota” mobil kartları içərilərindəki informasiyaların bərpa edilməsi üçün Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi və Azərbaycan Respublikası DTX-ə təqdim edilmişdir (cild 1, iş vərəqi 75-77). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış xx.xx.2024-cü il tarixli, 4/579 nömrəli məhkəmə linqvistik-ekspertizasının rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş audio və foto paylaşımlarda olan çıxışlarda, həmçinin audio və foto paylaşımlarla nümayiş olunan yazılarda, habelə audio və fotopaylaşımların adlarında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və bu məzmunlu materialları yayma əlamətləri mövcuddur. Həmin açıq çağırışlar və bu məzmunlu materialların yayılması hakimiyyətə qarşı mübarizəyə, hazırki idarəçiliyin devirilməsinə yönəlmiş fikirlərdə, çoxsaylı söz və ifadələrdə ifadə olunmuşdur. Ekspertiza tədqiqatına təqdim edilmiş audio və foto paylaşımlarda olan çıxışlarda, həmçinin audio və foto paylaşımlarla nümayiş olunan yazılarda, habelə həmin paylaşımların adlarında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar və bu cür məzmunlu materialları yayma əlamətləri, həmin açıq çağırışlar və ya bu məzmunlu materiallar feysbuk sosial şəbəkəsində “Elishan Kerimov” adlı səhifədə və Təqsirləndirilən şəxs tərəfindən yaradılmış WhatsApp ani mesajlaşma proqramının “Azərbaycan Naminə Birlik” qrupu vasitəsi ilə icra olunmuşdur. Audio və foto paylaşımlarda olan çıxışlarda, həmçinin audio və fotopaylaşımlarla nümayiş olunan yazılarda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar və bu məzmunlu materialları yayma əlamətləri müəyyən olunmuşdur (cild 1¸ iş vərəqi 93-96). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış xx.xx.2024-cü il tarixli, 4/1075 nömrəli məhkəmə linqvistik-ekspertizasının rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş ekspertiza tədqiqatına təqdim edilmiş audio paylaşımlarda olan çıxışlarda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və bu məzmunlu materialları yayma əlamətləri müəyyən olunmuşdur. Dövlət əleyhinə yönələn açıq çağırışlar və bu cür məzmunlu materialları yayma əlamətləri Təqsirləndirilən şəxs və digər şəxslərin nitq materiallarında əks olunmuşdur (cild 4, iş vərəqi 42-48). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış xx.xx.2024-cü il tarixli, 4/579 nömrəli və xx.xx.2024-cü il tarixli, 4/1075 nömrəli məhkəmə linqvistik-ekspertizalarının rəylərinə əsasən Təqsirləndirilən şəxs tərəfindən dövlət əleyhinə açıq çağırışların əks olunduğu ifadələr bu məzmunludur: “Di hazırlaşın! Artıq kütləvi aksiyalara başlayırıq”, “Aksiya mütləq keçiriləcək”, “hamınız dəvətlisiniz və hazırlaşın”, “İndidən bu çox vacib aksiyanın təbliğatını aparın və paylaşımlar edin”, “Dünya dəyişir, Azərbaycan da dəyişəcək! Qələbə bizimlədir", “Dövləti qaytaraq özünə, şərt deyil ki, yad elli işğal edə, fərqi yoxdur, adının, familyasının nə olduğunun fərqi yoxdur, Azərbaycan bu gün də işğaldadır, azad etməyin vaxtıdır”, “Mənim içimdən gələn sözlərdir bu, məsuliyyət hiss edin, hərə özündə məsuliyyət hiss etsin, elə mən üzümü tutub cəbhəçilərə deyirəm, məsuliyyət hiss edin, gəlin işləyək, yeri gəlsə bir- birimizi danlıyaq, amma işləmək lazımdır, təlimat budur, bu günkü təlimat”, “Bu günkü təlimat budur, təlimata da uymalıyıq, belə deyək, azadlıq istəyən bir xalq, xalqı səfilsəfil gəzən ölkə, fədakar bir insan mütəq şəkildə təlimata uymalıdır”, “Müvəqqəti olaraq hakimiyyəti oğurlayıblar, bilin Azərbaycan Respublikası, Azərbaycan Cümhuriyyəti oğurlanıb, bir dəfəlik qorxaqlarda, qorxmağın əcələ faydası yoxdur, qorxaqlarda ayağa durmalıdır”, “Xalqı qaldırmaq lazımdır ki, qorxmasın”, “Bu xalq, hər şeyi var onu etməyə, 2-cə gün ayağa qalxıb meydanı tutsa, anti-millilərin sonunu gətirsə, qutardı, getdi, ondan sonra bu millətə hər yerdə yaşıl işıqdır”, “Əsl arzum bu rejimdən xilas olmaqdır”, “Bunları çıxarıb yerinə normal, əsl azərbaycanlı, fərqi yoxdur, istər avar, istər talış, istər qeyri-millət olsun”, “İçimdən qisas hissi keçir ki, bunları didəsən”, “Başda elə birinci oturanları lomlayasan”, “Sistem dəyişməsə boş söhbətdir”, “Bunların izini itirməliyik”, “Bunlarla mübarizəmiz bunlar itənə qədərdir”, “Heç olmasa qeyrətə gəlib səsinizi çıxardın”, “Bu dəqiqə birlik vaxtıdır, istəyir cin olsun, mən onunla da birləşməyə hazıram, təki bu hakimiyyəti yox etsin”, “Kim olsa, onunla birləşib bu hakimiyyəti yıxmaq istəyirəm", “Şərəfsizlə də müvəqqəti birləşib bu hakimiyyəti yıxaram”, “Sonu belə getsə, Azərbaycan dövləti yoxdur”, “Bunlar bizləri adam yerinə qoymur”, “Başqa millət olsaydı, bunlara terror edərdi”, “Üç ay bundan əvvəl “Armatur" inqilabı deyirdilər, amma bununla razı deyildim. Amma, deyəsən, adı çəkilən inqilabın artıq vaxtıdır”, “Ən son nöqtədə armaturlar işləyəcəkdir”, “Sizi aktiv olmağa çağırıram, işlərimiz həddən artıq çoxdur”, “Mən onları o vaxt çox qızışdırmışdım, deyəsən barıtı çox oldu”, “Dostlar, noyabrın ikisi mitinqə hazırlaşın, bu dəfə qələbə qaçılmazdır”, “Döyüşə yaşı otuz beşdən yuxarı olanları çağırıram”, “Savaş meydan bizimdir”, “Biz səbr etmişik, bu gün ayağa qalxmağımızın vaxtıdır”, “Mübarizəni davam etdirin”, “Mitinq təyin olunsun, hamımız gedək, getməyən şərəfsizdir”, “Heç vaxt boyun əyməyəcəyik”, “Hamısı yeziddir, ermənidir, düşməndir, evlərində erməni saxlayanlardır”, “Allahdan 100 min qoşun istəyirəm, “hüseynçilər”ə səslənirəm”, “Bunlarla başqa cür mübarizə aparmaq lazımdır”, “Son damla qanıma kimi bunların qarşısında olacağam”, “Bunların yer üzündən kökünü kəsmək istəyirəm” məzmunlu audio yazılar paylaşmaqla, eləcə də qeyri-məhdud sayda kənar şəxslərin sərbəst surətdə daxil olub tanış ola bildiyi feysbuk geniş internet sosial şəbəkəsindəki özünə məxsus “Elishan Kerimov” adlı profili üzərindən xx.xx.2024-cü il tarixdə “Hər zaman vətənin azadlığı uğrunda mübarizəyə qalxmaq lazımdır. Fərq etməz ki, işğalçı yadellidir, ya qeyrisi!!! Azad edək vətənimizi!!!” məzmunlu, xx.xx.2022-ci il tarixdə “Ayağa durmaq lazımdır!! İradə lazımdır, ay millət!!” (cild 1, iş vərəqi 93-96 və cild 4, iş vərəqi 40-48). Cinayət işinin materiallarında olan 29 aprel 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokola əsasən Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli 24/6-1443 qeydiyyat nömrəli məlumata əsasən Təqsirləndirilən şəxs yaratdığı "Azərbaycan Naminə Birlik” qapalı WhatsApp qrupunda xarici telefon operatorlarına məxsus +7 (988) 149 93 73, +7 (919) 500-00-88, 7(926) 337 10 20, +7 (985) 012-07-44, +7 (926) 324-60-51, +7 (912) 548-83-43, 7 (926) 727-16-86, +7 (902) 362-35-55, +7 (926) 392- 08-38, +7 (963) 924-55-24, +7 (913) 384-20-61, +7 (926) 272 47 24, +49 (176) 206 80410, +7 (911) 447 99 54, +7 (912) 111 28 11, +7 (963) 666 77 05, +7 (901) 255-25-25, +7 (925) 945- 76-50, +7 (903) 000-33-43, +7 (929) 646-10-00, +7 (916) 035-43-99, +7 (961) 920-87-73, Azərbaycan Respublikasının telefon operatorlarına məxsus 055 801-77-59, 070 630-23-27, 070 202-70-37, 051 910-90-19, 055 779-48-25, 051 408-31-62, 050 642- 49-11,070 952-02- 52, 050 358-02-72, 050 591-75-11,050 731-46-71,050 556-46-26, 055 336-83-73, 051 392- 90-30, 051 307-49-64, 051 814-66-66, 010 312-24-64, 070 850-15- 28, 050 566-20-30, 055 862-08-08, 050 ***-**-** və müəyyən edilməyən digər mobil telefon nömrələri vasitəsi ilə X5, Şahid5, X10, X2 və qeyrilərindən ibarət çoxsaylı şəxslərin təmsil olunması müəyyən edilmişdir (cild 1, iş vərəqi 145-149). Cinayət işinin materiallarında olan 30 may 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokola əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus “HUAWEİ nova 2i” markalı mobil telefon cihazının yaddaşının bərpası ilə əlaqədar Azərbaycan Respublikası DTX-dən xx.xx.2024-cü il tarixli, 24/6-1815 nömrəli məktubla daxil olmuş audio yazılara Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə baxış keçirərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən Təqsirləndirilən şəxs məxsus bu məzmunda qeyd edilmiş audioyazılar müəyyən edilmişdir: № 8314 audio yazının annotasiyası - Salam aleykum. Aylin qızım, parlamentin buraxılması deputatların oturduqları yerdən qovub çıxarmaq, yerinə də başqa iri buynuzluları yığmaq səlahiyyəti var Rus qoşunları Azərbaycana girib Azərbaycan sərhədlərini qoruyacaqdır. Rus qanunları, gömrük sistemi, Azərbaycan quberniya olacaqdır. Bizim “HeoHflepıaneq" də Bakı qubernatoru olacaqdır Azərbaycanı yenidən Rusiyaya təslim edəcəkdirlər. Uşaqlar, bu dəhşətdir! Siz bilirsiniz ki, nə qədər repressiya olacaqdır. Azərbaycanda 1-2 nəfər adam qalıb. Onları da repressiya edəcəkdirlər. Cəbhəni itirəcəklər, “Müsavatın aktivlərini itirəcəklər. Söz deyən kişilərin hamısını itirəcəkdirlər” № 15994 audio yazının annotasiyası - “Həmzə qardaş, ümidsiz olma. Razi qardaşımız düzgün deyir ki, qırıq bir dövlət başçısı tapıblar. Nə istəyirlərsə, ona etdirirlər. Bizim üstümüzə düşən bizim seçmədiyimiz, uğursuz, səriştəsiz hökumət başçısını; Hələ Azerbaycana bu qədər zəif hökumət gəlməmişdi. Bunları çıxarıb yerinə normal, əsl azərbaycanlı, fərqi yoxdur, istər avar, istər talış, istər qeyri-millət olsun. Qeyətli kişini, ya da 1 neçə kişini parlament respublikası edə bilsək, həm Qarabağı azad edərik, həm də gözəl dövlətimizi qura bilərik.” № 16155 audio yazının annotasiyası - “Belə şeyləri görəndə adamın qanı donur. Deyirsən ki, nə olar, olar. Söz tapıb deyə bilmirəm, “armatur inqilabını” bəyənmirəm, amma bunun deputat seçkisinə tüpürüm. Bunlarla heç bir alverə getmək olmaz. İçimdən qisas hissi keçir ki, bunları didəsən. Sənə yaşamağa qoymasalar, bunlar da yaşamağa imkan verməyəsən. Bu haqsızlıqlar adamı bezdirir. Başda elə birinci oturanları “lomlayasan”. Elmarı Yunis vurdu nə dəyişdi?! Sistem dəyişməsə, boş söhbətdir. Elmarların yerinə o qədər də Elmarlar tapılacaqdır” № 16156 audio yazının annotasiyası - “ Kimi qutuya atsan da, Məzahir istədəyini oradan çıxaracaqdır. Hadi Rəcəbli, mənim dostum Elman Nəsirli, Aqil Abbas çıxdı, X13 ilə görüşmək arzusu var. Barmaqlarımı onun çənəsinə fəda edərəm. O qədər şirin danışığı var ki, onu çox istəyirəm.” № 16196 audio yazının annotasiyası - “Rza bəy, sənlə ölmək mənə şərəfdir. Düz deyirsən. Bu məsələni həll etməliyik. Məsələ bir dəfəlik bağlanmalıdır. Bunların izini itirməliyik, bunlarla olan mübarizəmiz bunlar itənə qədərdir.” № AUD-20191021-WA0072 audio yazının annotasiyası - “Kənddə çox uşaqla danışmışam. Yeni kənddən çoxu deyir ki, gedək sadəcə gedən yoxdu deyə getmirlər. Deyirəm ki, niyə getmirsini? Birinci vətəni sevmək lazımdır. Çoxu da deyir ki, pulum yoxdur. Dedim ki, gələndə yol pulunuzu verəcəyəm. Çox adam aparacağam. Gör mən belə hərəkət edirəmsə, gör nə qədər elə adam var. Vallah, bir olsaq, bu xalqa heç kim heç nə edə bilməz, istər tank, istər təyyarə gətirsin.” № AUD-20191022-WA0231 audio yazının annotasiyası - “Elşən əmi, 2500 gəldi. Çox sağ ol. Bunu sabah bölüşdürəcəyəm.” № AUD- 20191119-WA0135 audio yazının annotasiyası - “ Bu dəqiqə birlik vaxtıdır. İstəyir cin olsun, mən onunla da birləşməyə hazıram. Təki bu hakimiyyəti yox etsin. Kim olsa, onunla birləşib bu hakimiyyəti yıxmaq istəyirəm. Şərəfsizlə də müvəqqəti birləşib bu hakimiyyəti yıxaram. Kömək edən hər kimdirsə, birləşmək olar.” № PTT-20191018-WA0141 audio yazının annotasiyası - “Əmi, çox sağ ol. Bacardığım qədər kömək edə bilirəm, uşaqları orada təşkilatlandırıram.” № PTT-20191018-WA0160 audio yazının annotasiyası - “Qurban deyirdi ki, ora tələdir, gedib qırılacağıq. Hələ 4 gün qalıb, Xalq cəbhəsi funkisonerləri deyərlər ki, bundan sonra nə olacaqdır. O nə dəstək idi?! Caamatı qorxutmaqdır. Dırnaq arası Qurban bəyimiz deyir ki, ora çıxıb istefa deyə qışqırın. Moskvada olan Fuad Abbasovu müdafiə etmək mitinqinə bizimkilər qarışmışdılar, Birini səfər çıxış etməyə imkan verdilər, ikinci dəfə isə tribuna da vermədilər, Qurbanın müdafiəsini ona görə bizim qardaşlar rədd etdilər.” № PTT- 20191018-WA0207 audio yazının annotasiyası - “Əmi, mənim kartımla onlara gedir. Onlara pulu mən paylayıram. Gedənlərin pulunu mən göndərirəm, istəyirsənsə, kartı sənə göndərim. Uşaqlar mənə pul göndərirlər. Ora-bura göndərirəm. Gəncədən Cavidin pulunu mən verdim. X14 pul göndərəcəyəm. O da oradan camaata versin. Gələnlərin gedənlərin Dünən Nəsimiyə göndərmişəm. Dünən iki nəfərə göndərdim. Kartı sənə göndərdim, sən də mənə göndər. Oradan Sadiqə getsin.” № PTT-20191018-WA0208 audio yazının annotasiyası - “Əmi, birbaşa adından pul göndərmə. Mən səhv edib öz adımdan Cavidə, Nəsimiyə pul göndərdim. Onu başqa yollarla vermək lazımdır. Burada Nicat var. X3 sədridir. Sabah onla görüşüm var. Mənə hamısını izah edəcək. Çünki onlar o yolla edirlər. O da mənim kartıma göndərdi, istəyirsənsə, kartı sənə göndərim.” № PTT-20191018-WA0231 audio yazının annotasiyası - “Fəal olub kömək edin. Bir olanda nəsə edə bilirik. Men yuxarı ilə də əlaqə saxlayıram. Mən Rusiyada yaşasam belə çiçəklənən Azərbaycanı görmək istəyirəm. Fəxrlə, qorxusuz girmək istəyirəm. Bu gün ora qaradır. Sözünüzü deyin, yazın. Fikrinizi bildirin.” № PTT-20191018- WA0239 audio yazının annotasiyası - “Məhəmməd əmi, Rövşən Maqamed oğlundan gəldi. 2500 manat gəldi. Onu göndərəcəyəm.” № PTT-20191019-WA0103 audio yazının annotasiyası - “Sənə qurban olum, Ramazan! Qeyrət vaxtıdır. Başına dönüm, Ramazan! Birbirinizdən muğayat olun! Qeyrətli kişi, sənin qeyrətinə qurban olum! Qeyrətli kişi, mən sənə borcluyam! Allah qoysa, borcumdan çıxacağam. Ramazan, adına qurban olum! Səni qucaqlayıb bağrıma basıram. Mənim mərd, qeyrətli qardaşım! Qeyrət damarı tutulmayan, qardaşım! Mənim aslan, şahin qardaşım! Savaşa girmisiniz. Savaşınız mübarək olsun!” № PTT-20191019-WA0116 audio yazının annotasiyası - “Məhəmməd əmi, deyəsən, sən və mən ortalıqda qalmışıq. Bakıdan bir səs yoxdur. Ortalıqda bir vuruşan qardaşlarımızdır, birdə biz ikimizik. Ay Məhəmməd əmi, nə oldu ki, bu millətin səsi batdı? Belə şeyləri xoşlamıram. Sizdən heç kim, heç nə istəmir. Səs verin!” № PTT-20191019-WA0148 audio yazının annotasiyası - “Məhəmməd əmi, məni bu söz dəhşət kövrəltdi. Bunlar da həyatlarını riskə atırlar. Çətin məsələdir. Oraya çıxmağa oğul istəyirəm. Əli Kərimlinin yanında durmaq böyük qəhrəmanlıqdır, nəinki, mübarizə aparmaq. Böyük işin altına giriblər. Əli bəy böyük bir yükün altına giribdir. Allah ona yar və yardımçı olsun!” № PTT-20191019-WA0305 audio yazının annotasiyası - “Adam var idi, amma bu gün dağıtdılar. Güclü press getdi. Əli bəyi də götürdülər və oyun qurtardı. Mühafizəsinin hamısını yığmışdılar, mühafizə yox idi. Yanında iki nəfər adam var idi. O da yüz faiz tutulmalı idi.” № PTT-20191019-WA0309 audio yazının annotasiyası - “Mən də başa düşmədim. Bir onu bilirəm ki, şərəfsizlər camaatı aldatdılar. Doqquzunda camaata qarşı yaxşı rəftar etdilər, amma bu dəfə milləti basdılar. Camaatı aldatdılar. Amma sən darıxma. Bunun səsi birinci gün çıxacaqdır” № PTT-20191019-WA0318 audio yazının annotasiyası - “Camaatı videoçəkiliş etməyə qoymayıblar. Səhv çəkiblər. Birində görürsən ki, aparıblar. Əvvəl buraxılmayıbdır. Əvvəldən çıxanda danışırdı. Sonra onu axırda götürüb apardılar, içəridə olub-olmadığı hələ bilinmir. Tofiq Yaqublunu götürdülər. Əlinin yanındakı Tofiq Yaqublu idi. O da içəridədir. Mənə elə gəlir ki, Əlini saxlaya bilməzlər. Onu heç iki saat tuta bilmir.” № PTT-20191019-WA0402 audio yazının annotasiyası - “Bakıda olan qardaşlardan xahiş edirəm. Bilirəm ki, yorulmusunuz, çox əziyyət çəkmisiniz. Yenə də durub Nəsimi rayon polis idarəsinə doğru hərəkət edin. Əli bəy oradadır.” № PTT-20191019- WA0463 “Nə tapşırıq gəlsə, ona görə hərəkət edək.” № PTT-20191020-WA0015 audio yazının annotasiyası - “Mən hələ də təəccüb içərisindəyəm. Mən humanist insanam. Əl qaldıranlar cavabını alacaqdırlar. Təkcə Əli bəyə əl qaldırmadılar. Eyni zamanda qocalara, cavanlara əl qaldırdılar. Əli bizim liderimizdir. İnşallah ona qaldırılan əllər quruyar! Hamısı kameraya düşübdür. Humanistlik olmayacaqdır. Bunlar elə bilirlər ki, Elçibəyin vaxtındakı kimi olacaqdır. Bağışlanılacaqdır. Heç kim bağışlanılmayacaq və heç nə yaddan çıxmayacaqdır.” № PTT-20191020-WA0019 audio yazının annotasiyası - “Elşən, meyvə, ağacdan yetişəndə düşər. Hər şey allahın izni ilədir. Bu şeylər bir neçə gün ərzində olacaqdır. Hadisələr baş verəcəkdir. Yəqin ki, bu hadisələr hələ yetişməyibdir, bu günlərdə yetişər.” № PTT-20191020- WA0173 audio yazının annotasiyası - “Getdikcə bunlar quduzlaşırlar. Son həddə çatıbdırlar. Əmi, bunların sonudur. Birinci gün camaat ortaya çıxacaqdır. Amerika, Avropa onu sıxışdıranda hamıya ləzzət edəcəkdir. Tülkü kimi yalandan qaçıbdır ki, mən evdə deyildim. Guya bunun xəbəri yoxdur. Əmrlər hamısı səndəndir. Mağara təfəkkürü ilə düşünür. Camaatın döyülməyi də yaxşı oldu. Avropa da bunu görəcəkdir. Elə bilir ki, Rusiya arxasında duracaqdır. Amma Rusiyanın özünün vəziyyəti yaxşı deyildir.” № PTT-20191021-WA0110 “Belə qiymətləndirmək olar ki, bunlar bizləri adam yerinə qoymurlar. Başqa millət olsaydı, bunlara terror edərdi. Üç ay bundan əvvəl “Armatur” inqilabı deyirdilər, amma bununla razı deyildim. Amma, deyəsən, adı çəkilən iqilabın artıq vaxtıdır.” № PTT-20191021-WA0121 audio yazının annotasiyası - “Gösterilən vəhşiliyə bizim hökumət cavab verməlidir. Mən bu polisləri başa düşə bilmirəm. Bu işdə bunların başlarından çox qeyri-yerləri əziyyət çəkəcəkdir. Bunlar başa düşə bilmirlər ki, xalq bunları bağışlayan deyil. Gəlin, bunlara reaksiya bildirək.” № PTT- 20191021-WA0125 audio yazının annotasiyası - “Belə şeyləri görəndə adam pis olur. Bu şərəfsizlərlə başqa cür necə danışmaq olar? Azərbaycanda yaşayan qeyrətli kişilərə medal vermək lazımdır ki, səbir edib orada yaşaya bilirlər. Azərbaycanda yaşayan hər bir insan qəhrəmandır ki, orada yaşaya bilir. Ayın on doqquzu insanlara necə rəftar olunubdur? Dəhşətə gəlirəm. Mübarizəni davam etdirmək lazımdır. Bunları təmizləmək lazımdır. Belə sifətlər yadda qalmalıdır. Sonra onlara demək lazımdır ki, səndən de qolu zorluları vardır.” № PTT-20191022-WA0040 “Xalqa Allahın yazığı gəlsin. Əli bəyi vurmadılar, bütün Azərbaycanı vurdular. Sənə bir söz deyim. Əli bəyi vuran adamı sən vurarsan? Deməli, o sillə sənə deyibdir. Vurmarsan, bilirəm ki, dişinlə didərsən. Men Əli bəyi görməmişəm. Heç qohumluğum da çatmır. Ondan istəyəcəyim bir şey də yoxdur. Amma onu vuran adamı didərəm. O, xalqın dədəsidir. Əli bəy uşaq pulundan ötrü qışqırır. Əli bəyin üç uşağı var, onlar da böyükdürlər” № PTT-20191022-WA0208 audio yazının annotasiyası - “ Burada təşkilatlanıb iş görmək olar. Mən bu baxımdan deyirəm. Mən bu uşaqlar ilə az da olsalar, həmin gün əlaqə yaratdım, koordinasiya etdim. Az da olsa, koordinasiya edə bildik. Yəni ki, nəysə əmələ gətirmək olar. Bu gün Əli bəy “Meydan Tv”-də canlı yayımda idi. Əli bəy ilə zəngləşmək istədik. Bir az da rəsmən Əli bəyi tanımaq istədim. Yəqin ki, o da məni tanımaq istəyərdi. İstəyərdim ki, daha sıx əlaqə saxlayaq. Onun müavinləri ilə əlaqədəyəm. İstəyərdim ki, müavinləri ilə deyil, özü ilə əlaqə yaradaq. O əlaqə də yaranacaq. Bu gün canlı yayımdadır. Vətən bizimdir. Geri çəkilmək lazım deyil. Yəni mənim sözlərimi götürüb təkrar-təkrar admin kimi yollasan, daha yaxşı olar. Amma bir şey vardır ki, aktiv insanlarımız yoxdur. Hamısı elə bil ki, ölübdür. Gecə işiniz qurtardısa, heç olmasa, bir kəlmə yazın ki, buradayam, sağ və salamatam. Sen deyənlə razıyam. Məni narahat edən bu məsələdir. Sizdən çörək və su istəyən yoxdur. Əksinə, köməyə ehtiyacı oian insanlara istəyirəm ki, yardım edim. Elə o gün inqilabdan əvvəl Ramazana dedim ki, istəyirsənsə, sənə dəstək verim, istəyirəm ki, hamıya köməklik edim. Bir o deyil ki, kiməsə buradan əlli-yüz dollar pul yollayasan. Əsas odur ki, bir yerdəyik, qrup şəklindəyik, millətin halına yanırıq. Onların özlərinə də yaxşı olar. Gələcəkdə hakimiyyət qurularsa, onlar xatırlanılacaqdır. Mən də istəyirəm ki, bizi yaxşı xatırlasınlar. Bu kəlməni deyəndə ağlamaq istəyirəm. Özümü güclə saxlayıram. O vaxtdan cebhəçiyəm, ədalət uğrunda vuruşmuşam. Elə o vaxtdan ədalət istəmişəm. Baxmayaraq ki, yaşlaşmışam, amma canım hələ suludur. Vuruşa da bilərəm. Canım dövlətə fəda olsun! Nə isə edə bilərəm. Canım suludur, qüvvəm var. Qolum avtomat tuta, əlim də yumruq vura bilir.’’ № PTT-20191023- WA0068 audio yazının annotasiyası - “Nə qədər zalım olsalar, o qədər də müqavimət artacaqdır. Firon da allahın əksinə gedirdi və özünü allah hesab edirdi. Çox zalımları Allah taxt-tacdan yerə saldı. Bu da nə qədər zülm etsə, o qədər müqavimət görəcəkdir. Narahat olmayın! Hər şeyin öz vaxtı vardır. Yetişməmiş meyvə ağacdan düşməz. Bir şeyi xatırladım ki, hər şey zaman və məkanına bağlıdır. Allahın izni olmadan ağacdan yarpaq düşə bilməz. Bizdə bir az gecikmələr oldu. Qonşularımız Gürcüstan, Ermənistana baxanda bizdə prosesler gecikdi. Gecikmənin də bir-iki səbəbi vardır. İnsanların siyasi savadsızlığının artıq olması, insanların öz talelərinə laqeyd olmaları bu vəziyyətə gətirib çıxartdı. İnsanlar fikirləşdilər ki, sərvətimiz var. Ümid etdilər ki, sabah hər şey yaxşı olacaqdır. Bu səbəblərdən məsələ ləngidi. Nə qədər polis dəyənəyinin arxasında gizlənsə də, bu yaxın günlərdə tarixin zibilliyinə atılacaqdır. Azərbaycan öz səadətinə, azadlığına qovuşacaqdır. Mən belə hesab edirəm ki, o gün uzaqda deyildir. “Armatur” inqilabının bu günlərdə olmasını zəruri hesab etmirəm, Müqavimət göstərəcəyik. Ən son nöqtədə Nəsimi qardaşımın dediyi kimi, armaturlar işləyəcəkdir. Hər şey bizim qələbəmiz üçündür. Biz bu qələbəni görəcəyik.’’ № PTT- 20191024-WA0102 audio yazının annotasiyası - “Nəzərinizə çatdırım ki, sabaha kimidir. Nəsimiyə nə köməklik olunacaqsa, sabaha qədər vaxtımız vardır. Kimin nəyə gücü çatırsa, yollasın. Sabah axırıncı günümüzdür. Sizi aktiv olmağa çağırıram. İşlərimiz həddin artıq çoxdur. Sonrakı işlərimiz plan üzrə gedəcəkdir.” № PTT-20191025-WA0114 audio yazının annotasiyası - “Sizə bildirişim vardır. Mən Bakı-Azərbaycan üzrə koordinator axtarışındayam. Xahiş edirəm ki, Azərbaycanda olan üzvlərimiz işarə versin ki, mən Bakıdayam.” № PTT- 20191025-WA0129 audio yazının annotasiyası - “Ayın on doqquzundan əvvəl ona əlli dollar məbləğində pul yollamışdım. Səhv etmirəmsə, ayın on yeddisi idi, yazıq özünü işə saldı. Mənə elə gəlir ki, döyülməsi keçibdir. Camaat yığışıb ona pul yığdı. Məndə də dörd min beş yüz-beş min civarında pul var. indi karta baxacağam. Camaat onun adına yollayıbdır. Sabah da özünə yollayaram. Deyəsən, o birisi qrupda da yığılıbdır. Deyəsən, polisin əlindən çıxmışdır. Mən onları o vaxt çox qızışdırmışdım. Deyəsən, barıtı çox oldu. Mitinqdən bir gün əvvəl Rza bəy ilə o, orada idi. Mən orada Rza bəyi də dəstəklədim. Dedim ki, Nəsimi, Rza Səfərsoy ilə danışdım. Rzaya döyüşçü olduğuna görə rəğbətim vardır. Dedim ki, Nəsimi, Rzanı qoruyun və çıxardın. Həqiqətən də, fikrim bu idi. Mən istəyirdim ki, Rza Əlinin yanında olsun. Mən eiə bilirdim ki, mitinq olacaq, amma dağıtmayacaqlar. Mən dedim ki, Rzanı qoruya-qoruya, gizlədə-gizlədə Əli bəyin yanına çıxardın. İstəyirdim ki, o, Əli bəyin yanında görsənsin. Bir olsunlar. Həmin gün mən onlarla tez-tez danışırdım. Deyirdim ki, Rza bəy fiqurdur, onu qoruyun. İçimdə Rzaya məhəbbətim vardır. Həm Qarabağda döyüşdüyünə görə, həm də bəyannamə yazdı ki, Əli bəyin yanındayam. Ona görə ondan xoşum gəldi. Nəsimin yanında idi.” № PTT-20191025-WA0133 audio yazının annotasiyası - “Həqiqətən də, bunların ikisini də qızışdırıb mitinqə yollamışdım, Yaxşı Səfərsoy özünü orada oda atmadı. Səfərsoya imkan olmadı, iki dəqiqədən bir yazırdım ki, Səfərsoy fiqurdur, liderimizdir, onu qoruyun. Dedim ki, onu gizlədə-gizlədə aparın, Həqiqətən də, Səfərsoyu çox şişirtmişdim. Səfərsoyu buna inandırmışdım. Mən Rza bəyi lider kimi görürəm. Ailədə bir az Təranə xanımın fərqli baxışı vardır. Hər halda, mübariz qadındır. Dəqiqliyi ile bilmirəm, heç bilmək də İstəmirəm. Belə deyək ki, cütlüyü bəyənirəm. Amma artıq fikirlərini bilmək istəmirəm. Məni bu cür qane edir. Onlara içimdə sevgi vardır. Rza bəyi görsəydim, bağrıma basardım.” № PTT-20191025- WA0345 audio yazının annotasiyası - “Dostlar, noyabrın ikisi mitinqə hazırlaşın! Hazırlaşın, qardaşlar, sizə qurban olum! Bu dəfə qələbə qaçılmazdır. Hamımız bir ağızdan “Milli Şura” ya dəstək verin. Azad Azərbaycan uğrunda mübarizəyə qalxırıq. Son qanımızı qoysaq da, dövlətimizi yenidən bərpa edəcəyik. Üçüncü dəfə Azərbaycan demokratik dövlətini bərpa edəcəyik. Döyüşə yaşı otuz beşdən yuxan olanları çağırıram. Savaş, meydan bizimdir. Allah haqqın tərəfindədir. Biz çox səbr etmişik. Bu gün ayağa qalxmağımızın vaxtıdır. Hamı iki noyabr yazsın.” № PTT-20191025-WA0372 audio yazının annotasiyası - “Çox şükür ki, o gün gəlib çatdı! Ailə rejiminin sonu iki noyabrda olmalıdır. Bu zibillər tarixə düşməlidirlər.” № PTT- 20191026-WA0313 audio yazının annotasiyası - “Bəli, menim oğlumun kartıdır. Ayın on doqquzu olan mitinqdə uşaqların get-gəlişlərinə xərcimiz çıxdı. Bunun Rusiyaya aidiyyəti vardır. Kimin imkanı varsa, beş yüz-min manat pul atsın. Bilirəm ki, ayın ikisi də uşaqlar deyəcəkdirlər ki, gelə bilmirik. Ona görə yenə pul lazım olacaqdır.” № PTT-20191027-WA0144 audio yazının annotasiyası - “Mən bu videoçarxı yenidən atdım. Çox gözəl videoçarxdır. Hazırlamaq olar. Kim bu işi bacarırsa, mənə desin. Bir dəqiqə yarımlıq videoçarxlar ataq və polislərimizə müraciət edək ki, siz də bu xalqın oğlusunuz, sizi də ana dünyaya gətiribdir. Müraciət edək və deyək ki, bu hakimiyyət dağılandan sonra siz harada gizlənəcəksiniz? Bizim suallarımıza cavab versinlər. Deyək ki, sən bu millətin oğlusan, qeyrətə gəl! Özündə kişilik tap, namusun olsun. Bu günə qədər etdikləriniz bağışlanılmayacaqdır. Kimsə bağışlasa, onu qınayaram, mən bağışlamaram. Camaatın hicablı bacısını, qızını tutub maşına tulladılar. Bu hökümət gedən günü boğazında zəncir səni sürüyəcəkdirlər. Bunu onlara başa salmaq lazımdır. Başa salmaq lazımdır ki, sənin qaçmağa nə təyyarən, nə də ki, imkanın vardır” № PTT-20191027-WA0158 audio yazının annotasiyası-“Buradakı insanlar hamısı mübariz insanlardırlar. Hamının öz növbəsi vardır. Əksəriyyətimiz bir- birimizi virtual tanıyırıq. Gəlin təhqirə yol verəməyək. Bizim göstərdiyimiz cəhdlər özümüz üçündür. Mən sizə söz verirəm ki, yeni hökumətin quruculuğunda, çiçəklənməsində sizin öz payınız olacaqdır. Gördüyünüz işlərin heç biri əvəzsiz qalmayacaqdır. Heç nə unudulmayacaqdır. Mübarizənizi davam etdirin. Hər şey gözəl olacaqdır” (cild 2, iş vərəqi 96-123). Cinayət işinin materiallarında olan 6 iyun 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokola əsasən Azərbaycan Respublikası DTX-dən xx.xx.2024-cü il tarixli 6/10-1013 nömrəli məktubla daxil olmuş “HUAWEİ nova 2i” və “İphone 8+" markalı mobil telefon cihazlarının yaddaşının bərpası ilə əlaqədar elektron daşıyıcıya baxış keçirdərkən Təqsirləndirilən şəxs məxsus içərisində dövlət əleyhinə yönəlmiş açıq çağırışların olması ehtimal edilən çoxsaylı audioyazılar aşkar edilmişdir (cild 2, iş vərəqi 161). Cinayət işinin materiallarında olan 3 iyul 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokola əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus “HUAWEİ nova 2i” markalı mobil telefon cihazının yaddaşının bərpası ilə əlaqədar Azərbaycan Respublikası DTX-dən xx.xx.2024-cü il tarixli 6/1183 nömrəli və xx.xx.2024-cü il tarixli 6/1242 nömrəli məktublarla daxil olmuş audio yazılara Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə baxış keçirərkən cinayət işi üzrə əhəmiyyət kəsb edən Təqsirləndirilən şəxs məxsus bu cür məzmunlu audioyazılar müəyyən edilmişdir: № 2714 audio yazının annotasiyası - “Banu, əziyyət çəkməliyik. Aylinə də dedim. Dedim ki, əziyyət çəkirsiniz, amma təmənnasız olmayacaqdır. Keçən dəfə Nəsimiyə də dedim. Nəsimi deyir ki, mənə heç nə lazım deyil. Deyir ki, bir bağ olsun, bağbanlıq edim. Dedim ki, ay bədbəxt, bu gün sən bağban da ola bilmirsən. Elə sənə bağbanlıq işini verəcəyik. Deməyəcək ki, Elmar Məmmədyarovun yerində otur Hər kəs bildiyi sahə üzrə işləyəcəkdir. Qarabağ qazilərinə güzəştlər olduğu kimi, inqilaba köməklik edənlərə də güzəştlər olunacaqdır. Əlbəttə ki, qanun çərçivəsində olacaqdır. Qanun çərçivəsində komandaya götürüləcəkdir.” № 2818 audio yazının annotasiyası - “Aslan, camaat artıq Bakıya yığışıb. Bunlar təxirə salmasalar, yaxşıdır. Cəmil Həsənli də çox şey bilir. Bizə komandanı gözləmək düşür. Hələ heç nə demə. Gözləyək və görək ki, nə deyirlər. Onda bu axşam açıqlama veriləcəkdir. İstəyirsənsə, mən zəng edib soruşum. Mən belə hesab edirəm ki, saat altıda biləcəyik. Saat səkkizə kimi söhbətin nə olduğunu biləcəyik.” № 3165 audio yazının annotasiyası - “Mən Qabilin qrupunda varam. Amma çıxış etmirəm Onu dəstəkləyirəm. Mənə gələn təlimata görə Qabili dəstəkləyirəm.” № 3572 audio yazının annotasiyası - “Dedim ki, Aylin, qorxma. Azərbaycan qadını haqqında mən həddindən artıq yüksək fikirdəyəm. Bizim qadınlar kişi qeyrətlidirlər.Mən millətimi çox sevirəm Prezident olmasaydı, bəlkə hörməti bundan çox olardı.”№ 7259 audio yazının annotasiyası- “ İran xalqı, İranda yaşayan xalq nə desə, biz də onlarla razılaşacağıq. Biz sadəcə olaraq qonşu dövlətlərdə gedən proseslərə səthi reaksiya verə bilərik. Azərbaycanın ərazi bütövlüyünün itirilməsi, daxildə gedən proseslər, hökumətin bizim başımıza gətirdiyi oyunlar bizə ancaq öz problemlərimiz ilə maraqlanmağa əsas verir. Gəlin öz daxili problemlərimizə fikir verək.” № 7269 audio yazının annotasiyası - “Amma xalq hərəkət etsə, biz xalqın yanındayıq. Demokratiya budur, Demokratiya o demək deyil ki, ayətullah öz bildiyini etsin. Bir də ki, özləri bilərlər, iranın topdağıtmaz qalası, iki min beş yüz illik dövlətçilik səriştəsi vardır, iran kimi dövlət var? Dünyada iran kimi qüdrətli dövlət yoxdur. Onlar bizsiz də həll edə bilərlər. Elə bizsiz də həll edəcəkdirlər. Təbliğat və təşkilatdan danışın ” № 9740 audio yazının annotasiyası - “Milli Şurada Azərbaycanda olan dindarlar lazımi qədər iştirak edirlər və başda Taleh Bağırzadə olmaqla X7 bizim içimizdədir Bizim qanı alınmamış işlərimiz vardır. Azərbaycan tam işğaldadır. Azərbaycanın iyirmi faiz torpağı yadellilər tərəfindən işğal olunduğuna baxmayaraq, səksən faizi də bizim əlimizdə deyil. Başımızda elə bil insanlar dayanıb ki, nə onların mədəniyyətini, nə də ki, yaşayış tərzlərini bizə uyğunlaşdıra bilirəm. Bu, biz deyilik. Gəlin özümüzə qayıdaq. Özümüz haqda fikirləşək Gedin təbliğat aparın, savadsız kütləni başa salın.” № 14712 audio yazının annotasiyası - “Bakıdakı qələbə Qarabağdakı qələbənin əvvəli idi. Bu millətin qeyrətli oğulları, qızları vardır. Bakıdakı qələbə bizi Qarabağa aparacaqdı. Həmin o bayraq, Xankəndində, Qarabağda sancılacaqdı. Qoymadılar, şərəfsizlər bizi satdılar.” № WA0276 audio yazının annotasiyası - “Məsələ rejimdən azad olmaqdır. İnsanların başına oyun açırlar, təhqir edirlər. Belə bir vəziyyətdəyik. Ona görə də təşkilatlanıb onların haqsızlıqlarına son qoymalıyıq. Hamınıza hörmətlə yanaşıram və hamınızın fikri mənim üçün önəmlidir.” № WA0098 audio yazının annotasiyası - “Sizə bir məlumat vermək istəyirəm. Bizə indi Nicat Abdulzadə qoşulacaqdır. Mən onu Moskva vaxtı ilə saat dördbeşdən sonra qrupa qoşacağam. Özü də bu barədə məlumatlıdır. Nicat Abduliazadə AXCPnin müavinlərindən biridir. Cəbhənin aktivlərindəndir. Suallarınızı verərsiniz. Sizdən xahişim budur ki, qeyri-obyektiv suallar verməyin. Mitinqlə bağlı suallar olsun. Suallar ziddiyyətli xarakter daşımasın. Hazırlaşın, aktiv olun. İki saat Nicat Abdullazadədən bəhrələnəcəyik.” № WA0070 audio yazının annotasiyası - “Ayın iyirmi doqquzu səfirliklərin qarşısında mitinq təşkil olunmalı idi. Bizə icazə vermədilər. Cəhd etdik, amma bizə başa saldılar ki, bu, Rusiyada baş tutulası məsələ deyil. Belə bir sual vermək istəyirəm. Əgər biz xarici döviətlərdəki səfirliklərin qarşısında çıxış etsək, hansı şüarları səsləndirə bilərik? Bu barədə fikir bildirməyinizi xahiş edirim. Azərbaycanlıların çoxluq təşkil etdiyi yerlərdə mitinqlər olacaqdır.” № WA0072 audio yazının annotasiyası - “Noyabr ayının ikisi üçün Moskvadan Rusiyaya mitinqə gedən uşaqlar qayıtmışdılar. Onlarla oturub söhbət etdik. Bir çox məsələlərə aydınlıq gətirmək istədik. Çox mübahisəli şərait yarandı. Bizə Moskvada mitinq keçirməyi məsləhət bilmədilər. Biz isə riski göz altına alıb Moskvada mitinq keçirmək istəyirik. Mən istəyirəm ki, şüarlar səsləndirilsin. Hansı şüarları məsləhət bilirsinizsə, qrupda qeyd edin.” (cild 3, iş vərəqi 77-93). Cinayət işinin materiallarında olan 13 avqust 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “İphone 8+” və “HUAWEİ nova 2i” markalı 2 ədəd mobil telefon cihazları, “8970102 699 *** **** 6, 4G+” və “021 798 7705, Yota” mobil kartları, 1 ədəd elektron daşıyıcı və 2 ədəd disk maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsinin maddi sübutların saxlanılma otağına təhvil verilmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və cinayət işinə əlavə edilmiş digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir (cild 4, iş vərəqi 76-114). Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əmələrini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Cinayət işinin materiallarında olan 17 aprel 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 61-62). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli tutulduğu gündən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 125-131). Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona təqsirlədirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 17 aprel 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməli, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsinin maddi sübutların saxlanılma otağında saxlanılan “İphone 8+” və “HUAWEİ nova 2i” markalı 2 ədəd mobil telefon cihazları və “8970102 699 *** **** 6, 4G+” və “021 798 7705, Yota” mobil kartları hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, 1 ədəd elektron daşıyıcı və 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 650 (altı yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 17 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsinin maddi sübutların saxlanılma otağında saxlanılan “İphone 8+” və “HUAWEİ nova 2i” markalı 2 ədəd mobil telefon cihazları və “8970102 699 *** **** 6, 4G+” və “021 798 7705, Yota” mobil kartları hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, 1 ədəd elektron daşıyıcı və 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 650 (altı yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar