Məhkəmə qərarları › İş №1(101)-534/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-534/2020

28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-534/2020 28.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X20 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Zərdab şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş (Nərimanov rayon məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və x xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş) məhkumluğu ödənilməmiş, ünvan 1 B-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş, həmçinin silah qismində istifadə olunan əşya tətbiq etməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən digər şəxsə qarşı müqavimət göstərməsi ilə müşayiət olunan qərəzəli xuliqanlıq etmiş və ictimai borcunu yerinə yetirən şəxsə xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi, 38 saylı evin qarşısında Zərərçəkmiş şəxs3 onun arxasınca danışmasını səbəb gətirərək bunu bəhanə edib başqa əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs3 ilə mübahisə yaradaraq həmin mübahisə zamanı hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək gücünü nümayiş etdirib xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs3 şillə və yumruq zərbələri ilə qəsdən sifət nahiyəsindən vuraraq ona burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən qapalı sınığı, burnun qançır və sıyrıqları, sağ gicgah, hər iki gözün ətrafının yumşaq toxumalarının, sağ budun qançırları, alt dodağın iç səthinin sol yarısının səthi əzilmiş yarası və qançırı ilə nəticələnən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bundan başqa, o, xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində qohumu İlkin İbrahimovun ünvan 2 ünvanında yerləşən “Üzeyir” şadlıq sarayında təşkil edilmiş toy mərasimində iştirak edib sərxoş halda olarkən restoranın foyesində dayanmış əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 restoranın arxa hissəsindəki pilləkənlərin üzərinə çağıraraq ictimai yerdə əsaslı səbəb olmadan mübahisə yaradaraq əvvəlcədən üzərində olan silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən bıçaqla sonuncuya zor tətbiq edəcəyi ilə hədələyib ünvanına nalayiq söyüşlər işlədərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub xuliqanlıq edən zaman xuliqanlığın qarşısını almaq istəyən Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə bıçaqla 1 dəfə sol əlindən vuraraq sonuncuya sol əlin İİİ-İV barmaqlarının əldarağı-falanqa oynaqlarında hərəkət məhdudluğu və arteriyanın zədələnməsi ilə müşayiət olunan sol əlin dəlib-keçən deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər yetirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığına qəsdən az ağır zərər yetirdikdən sonra öz xuliqanlıq hərəkətlərini davam etdirərək həmin vaxt ictimai borcunu yerinə yetirərək ictimai təhlükəli əməlinin qarşısını almaq məqsədi ilə bıçağı ondan almağa çalışan Zərərçəkmiş şəxs1 qarın nahiyəsindən xuliqanlıq niyyəti ilə bıçaqla 1 dəfə qəsdən vuraraq sonuncuya qarın nahiyəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarasından ibarət olmaqla yetirildiyi anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4, 127.2.3 və 221.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 qonşusu olmuş, Zərərçəkmiş şəxs3 bibisi Rəhibə Əliyevaya məxsus ev ilə üzbəüz yerləşən evdə kirayə yaşamışdır. O, Bakı şəhəri, Nərimanov rayonu, S.Ələsgərov küçəsi, 16 B saylı ünvanında yaşamışdır. Zərərçəkmiş şəxs3 ilə aralarında bir neçə dəfə mübahisə olmuşdur. Ona dəfələrlə yaşadığı evin qarşısında dayanmamağını və dostlarına da məhəllədə toplaşmamalarını bildirmişdir. Zərərçəkmiş şəxs3 bir neçə dəfə yaşadığı həyətdən çıxıb onunla birlikdə məhəllədə dayanan tanışlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Həmçinin Səmiyyə dostlarına qeyd olunan ərazidə avtomobil saxlamamağı bildirmişdir. Aralarında həmin məsələ ilə əlaqədar dəfələrlə mübahisə olmuşdur. Zərərçəkmiş şəxs3 bibisi Rəhibənin həyətinə kirayə yaşadığı üçün və qonşular arasında narazılıq yarandığından bibisinə bir neçə dəfə Səmiyyəni həmin həyətdən çıxarmasını demişdir. Bibisi isə Rusiya Federasıyasında yaşadığı üçün Səmiyyənin hərəkətlərini görməmişdir. Zərərçəkmiş şəxs3 həmin ünvanda münasibətdə olduğu kişilərlə rahat şəkildə görüşmək üçün onun orada dayanmağına etiraz etmişdir. Sonuncu dəfə bibisi Azərbaycana qayıdan zaman Səmiyyənin kirayə qaldığı ünvana gəlib sonuncu ilə görüşmüşdür. Söhbət zamanı Səmiyyə bibisinə onu və tanışlarını şikayət edərək onun yaşadığı qapının qarşısında daima toplaşıb nalayiq ifadələr işlətdiklərini bildirmişdir. xx xxxx 2019-cu il tarixdə bibisi Səmiyyə ilə danışan zaman Səmiyyə yenidən onların barədə şikayət etmişdir. Həmin vaxt dostu Zöhrab Abdullayev yaşadığı məhəllədən keçən zaman bibisi Rəhibə Əliyeva ilə qarşılaşmış və R.Əliyeva dostuna çox pis şəkildə öz iradını bildirərək bir daha qeyd olunan ünvanda durmamalarını demişdir. Bundan sonra Zöhrab onunla telefon əlaqəsi qurub bibisinin nə üçün və nə haqla ona bu sözləri deməsini soruşmuşdur. O isə Zöhraba narahat olmamağını və bu məsələyə özü iş saatı bitdikdən sonra aydınlıq gətirəcəyini bildirmişdir. Həmin gün, yəni xx xxxx 2019-cu il tarixdə saat 18 radələrində yaşadığı məhəlləyə gəlib bibisi ilə qarşılaşmışdır. Bibisindən Səmiyyənin harada olması barədə məlumat almışdır. O isə nə üçün Səmiyyəni maraqlandığını soruşduqda bibisindən Zöhraba kim tərəfindən məhəllədə durmamalarının deyilməsini soruşmuşdur. Bibisi həmin sözləri Zöhraba özünün dediyini bildirmişdir. Bu sözdən sonra bibisinə 2-3 gündur ki, Bakı şəhərinə gəlməsini və onların orada dayanmalarını haradan bilməsini soruşmuşdur. Bibisi Səmiyyənin bu sözləri ona deməsini bildirmişdir. Bundan sonra yaşadığı evə daxil olmuş və bir qədər keçdikdən sonra yenidən məhəlləyə çıxmışdır. Məhəllədə olan zaman qarşı tərəfdən Zərərçəkmiş şəxs3 əlində paketlərlə gəlməsinin şahidi olmuşdur. Ona yaxınlaşıb nə üçün mübahisə yaratdığını, ona sonuncu xəbərdarlığını etmiş olduğunu bildirmişdir. O isə ona yaxşı etdiyini və qarşısından çəkilməyini tələb etmişdir. Onun bu sözündən qəzəblənib sağ əli ilə Səmiyyəyə bir şillə vurmuşdur. Səmiyyə aşağıya əyildikdən sonra ikinci şilləni də onun sifət nahiyəsindən vurmuşdur. Bundan sonra Səmiyyə sonuncu zərbənin təsirindən dərhal yerə yıxılmış və o, oradan cəld şəkildə uzaqlaşmışdır. Həmin gün əmisi oğlu İlkin əslən Kürdəmir rayonundan olan Aygün adlı qızla ailə həyatı qurmuşdur. O da həmin toy məclisində iştirak etmişdir. Toyda iştirak edib təxminən 300-400 qram spirtli içki olan araq içmişdir. Araq içməyinə baxmayaraq həmin vaxt sərxoş olmamış və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təxminən saat 22 radələrində restoranın içində stol arxasında əyləşmişdir. Həmin vaxt atası Mahir mikrofanda danışmışdır. Həmin vaxt adının sonradan Telman olduğunu bildiyi gəlinin dayısı onu restoranın çölünə çağırmışdır. Sonra onlar birlikdə restoranın zalından foyeyə, oradan da arxa həyətə çıxan qapıdan çıxıb pilləkənin üstündə dayanmışdır. Həmin vaxt Telmanla üzbəz dayanmışdır. Telman ona əl-qol atdığı üçün aralarında mübahisə yaranmışdır. Həmin vaxt Telmanın əlində bıçaq olmasını görmüşdür. Telmanın əlində bıçaq olmasını, həmçinin onun yanında olan şəxslərlə birlikdə onu döyəcəklərini zənn edib Telmandan bıçağı alıb onun qarın nahiyəsinə vurmuşdur. Lakin həyəcanlı olduğu üçün bıçağın konkret olaraq Telmanın hansı nahiyəsindən dəyməsini xatırlamır. Bundan sonra bir neçə nəfər onu döyməyə başlamışdır. Telmana bıçaq zərbəsi endirdiyi zaman həmin bıçaq Seymurun əlinə də dəymişdir. Hadisə zamanı Telmanın yanında olan Seymur da xəsarət almışdır. Telman adlı şəxsi onu təhqir etdiyi üçün bıçaqla vurmuşdur. Hadisə şadlıq sarayının arxasında baş vermişdir. Onlardan başqa hadisə yerində heç kəs olmamışdır. Əmisi oğlu Telmanın qardaşı qızı ilə evlənmişdir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4, 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, övladları ilə birlikdə X7 məxsus ünvan 4 saylı ünvanda xx xxxx 2018-ci il tarixdən kirayə qalır. Həmin ünvanda kirayədə qalan zaman orada ev yiyəsi və qonşular ilə heç bir problemi olmamışdır. 2019-cu ilin fevral ayının əvvəllərində ev yiyəsi Rəhibə Əliyevanın qardaşı oğlu Təqsirləndirilən şəxs həbsdən azad edilərək kirayədə qaldığı ev ilə üzbəüz yerləşən atasına məxsus evdə qalmağa başlamışdır. Elton və yanındakı şəxslər yaşadığı evin pəncərəsinin altına yığışaraq nalayiq ifadələr işlədərək gecə saatlarında uca səslə mübahisə edərək onu narahat etmişlər. Eltonun dostu Zöhrab da yaşadıqları məhəllədə qalmasa da, daimi olaraq onun yaşadığı pəncərinin altında durmuşdur. Dəfələrlə onların hər ikisinə evdə azyaşlı övladlarının olmasını deyib həmin ərazidə nalayiq ifadələr işlətməmələrini və ümumiyyətlə orada dayanmamalarını xahiş etmişdir. Lakin nə Elton, nə Zöhrab, nə də ki, onların yanında olan adlarını bilmədiyi şəxslər sözlərinə məhəl qoymaraq kirayədə qalmağını əsas gətirərək həmin məhəllənin onlara aid olmasını və istədikləri cür davranacaqlarını bildirmişlər. Onlara söz deməyin mənasız olduğunu görüb bu barədə ev yiyəsi Rəhibə Əliyevaya məlumat vermişdir. Ev yiyəsi Rusiyada yaşadığından sonuncu ilə telefon əlaqəsi qurub qardaşı oğlunun ona həmin evdə yaşamağa imkan vermədiyini, daima pəncərənin altında səs-küy salaraq nalayiq ifadələr işlətməsini demişdir. Ev yiyəsi Rəhibə Əliyeva bu barədə polisə müraciət etməyini ona bildirsə də, Elton barəsində rəsmi müraciət etmək istəməmişdir. Artıq onların hərəkətlərinə dözməyib 2019-cu ilin may ayının sonlarında təkrarən ev yiyəsi Rəhibə xanım ilə əlaqə saxlayıb Eltonun hərəkətlərinin qarşısı alınmayacağı təqdirdə evdən çıxacağını demişdir. O isə səbrli olmağını və bir neçə gün ərzində özünün Azərbaycana gələcəyini bildirib bu məsələni birdəfəlik həll edəcəyini demişdir. O da onun sözlərinə görə daha Elton və onun yanındakı şəxslərə hər hansı bir söz deməmişdir. 2019-cu ilin iyun ayının sonlarında Rəhibə Əliyeva ölkəyə gəlmişdir. Bir həftə keçdikdən sonra, yəni 2019-cu ilin iyul ayının əvvəllərində yaşadığı ünvana gəlmişdir. Rəhibə Əliyeva ona heç nədən narahat olmamağını, Eltonu və ətrafında olan şəxsləri şəxsən görüb bir daha pəncərənin altında durmamalarını tələb edəcəyini bildirmişdir. xx xxxx 2019-cu il tarixdə Rəhibə Əliyeva yenidən yaşadığı evə gəlib özünə məxsus bir neçə əşyaları götürmək istədiyini demişdir. Rəhibə Əliyeva bir qədər evdə oturduqdan sonra ona övladının adgününün olması ilə əlaqədar bazara gedib lazımi məhsullar alacağını bildirmişdir. O isə gedib-gələnədək evdə gözləyəcəyini bildirmişdir. Onlar həyətdə olan zaman küçədən Zöhrabın səsini eşitmişlər. Onun səsini eşidən Rəhibə Əliyeva küçəyə çıxıb Zöhraba da pəncərənin altında dayanmamaları barədə tapşırıqlarını verəcəyini bildirmişdir. R.Əliyeva küçəyə çıxıb onunla nəsə danışıb yenidən içəriyə keçmişdir. Ona Zöhraba tapşırıq verdiyini və bir daha həmin ərazidə durmayacaqlarını bildirmişdir. 10 dəqiqə keçdikdən sonra “Keşlə” bazarına getmişdir. Yarım saat ərzində bazarlıq edib evə qayıdan zaman yaşadığı evin qapısına çatana yaxın Eltonun orada olmasını görmüşdür. Elton ani olaraq qabağını kəsib bibisinə onun barəsində nə şikayət etməyini soruşmuşdur. O isə Eltondan qabağından çəkilməyini tələb etmişdir. Elton təkrar olaraq eyni sualı soruşmuşdur. Onun Eltona cavab vermədiyini görüb sonuncu ani olaraq sifət nahiyəsindən yumruqla 2 dəfə zərbə vurmuşdur. Həmin zərbələrdən sonra burnundan qan açılmış və huşunu itirərək yerə yıxılmışdır. Ayıldıqda isə məhəllədə yaşayan şəxslərin və ev yiyəsi Rəhibə Əliyevanın başının üzərində olmasını görmüşdür. Təcili tibbi yardım və DİN-nin “102” xidmətinə müraciət etmişdir. Bu zaman yenidən Eltonun səsini məhəllədə eşitmişdir. Elton camaatın toplaşmasına baxmayaraq onu nalayiq ifadələrlə təhqir etmişdir. Ondan üzr istəmək əvəzinə məhəllədə yaşayan şəxslərə də məhəl qoymaraq yaşadığı həyətin hasarından tullanaraq evə daxil olmaq istəmişdir. O isə qapını bağladığı üçün sonuncu içəriyə girə bilməyərək yenidən həyətdən çıxmışdır. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, 9-cu mikrorayonda qardaşı qızının toyu idi. Toyda iştirak edib təxminən 200 qram spirtli içki olan araq içmişdir. Saat 22 radələrində yanında bacısı oğlu Seymur restoranın foyesində divanda bəyin atası Şahir ilə söhbət etmişdir. Həmin vaxt əslən Zərdab rayonundan olan tanışı Surət ona restoranın daxilinə keçib araq içmək təklif etdiyi üçün əyləşdiyi divandan durub ona yaxınlaşmışdır. Surətə “birazdan araq içərik” demişdir. Sonra ayaqüstə Surətlə söhbət edərkən foyedən arxa həyətə açılan qapının ağzında adının sonradan Elton olduğunu bildiyi saqqalı oğlanın onu onların istiqamətdə barmaq işarəsi edərək özünə tərəf çağırmasını görmüşdür. Həmin oğlanın Surəti çağırmasını düşünüb ona “səni çağırır” demişdir. Lakin Surət arxaya tərəf dönüb baxdıqdan sonra “onu tanıyıram fikir vermə” demişdir. Bundan sonra istiqamətini dəyişmişdir. Bir qədər sonra həmin oğlan onlara yaxınlaşmış və ona “səni çağırmıram?” demişdir. O, “sən məni tanıyırsan?, görürsən ki, söhbət edirəm” demişdir. Ona “kiminlə söhbət edirsən?” demişdir. Həmin şəxsə Surətlə söhbət etdiyini demişdir. Bu zaman Elton qolundan tutub onu çölə çağıraraq “gəl sənə söz deyirəm” demişdir. Ona “yad adam deyiləm qohumam, qan-qaraçılıq lazım deyil” demişdir. Restoranın içində onun söyüş söyməsini və münaqişənin artmasının qarşısını almaq üçün onunla birlikdə foyedən restoranın arxa həyətinə çıxan tərəfə çıxmışdır. Ona çöldə “qohumuq, niyə qan-qaraçılıq salırsan toya” demişdir. Elton isə ona söyüşlə cavab verib ətrafında olan oğlanlarla deyib gülmüşdür. Sonra isə Elton sol əli ilə sağ tərəfindən tutmuş, sağ əlində isə açılıb-bağlanan bıçaq saxlamışdır. O, Eltona “ay qaqaş bıçağı yığışdır, biz qohumuq axı, ayıbdır” demişdir. Həmin vaxt Seymur onların yanına gəlmişdir. Seymur ona “dayı nə olub, nə məsələdir” demişdir. Seymura Eltonun əlində bıçaq olmasını çatdırmaq üçün ona cavab verməmiş və Eltonla danışığını davam edərək onu sakitləşdirməyə çalışmışdır. Elton isə dediklərinə gülüb söyüşlə cavab vermişdir. Sonra ona “qaqaş köynəyidə cırdın burax gedim köynəyi dəyişim” demiş və dönüb getmək istəmişdir. Həmin vaxt isə Elton əlindəki bıçağı Seymura tərəf ataraq “xirtdəyivə soxaram sənin” demişdir. Seymur əli ilə ona atılan bıçağın qarşısını alarkən isə bıçaq onun əlinə dəymişdir. Sonra Eltondan bıçağı almaq istəyərkən Elton həmin bıçaqla sol böyründən vurmuşdur. Sonra onun qolundan tutub bıçağı çıxartmış və bıçağı ondan almaq üçün onun sol qolunu dişləmişdir. Sonra bıçağı aldıqdan sonra şalvarının arxa cibinə qoymuşdur. Seymurla restorana girmək istəsək də, foyeyə girən qapı bağlı olmuşdur. Seymurla qapını basıb açmışlar. Həmin vaxt Mahir və onun yanında olan 4-5 nəfər tanımadığı şəxs onlarla üzbəüz çıxmışdır. O, bıçaqla vurulduğu nahiyəni açıb Mahirə göstərərək “şərəfsizin gör neynədi” demişdir. Bu zaman Mahir ona “yaxşı eləyib vurubdur” demişdir. Mahir və yanındakılar üstünə gəlib ona yumruq atmışlar. O da Eltondan aldığı bıçaqla Mahirin sağ qolundan bir dəfə vuraraq ona “biz də adam vura bilirik” demişdir. Sonra isə həmin şəxslər onları vura-vura pilləkandan aşağı atmışlar. Bundan sonra bir nəfər özünü restoranın mühafizəçisi kimi təqdim edən şəxslə Seymur onu oradan aparmış və restoranın qarşısında gözləmişlər. Orada təcili tibbi yardıma zəng olunmuşdur. Lakin təcili tibbi yardım gecikdiyi üçün polis əməkdaşları taksi çağıraraq onu taksi ilə “Semaşko” xəstəxanasına aparmışlar. Elton ona və bacısı oğlu Seymura bıçaqla xəsarət yetirmişdir. Elton hadisə zamanı onu təhqir etmişdir. Eltonun atası Mahir və yanındakı adamlar onu və Seymuru döymüşlər. Eltonun atası Mahirə bıçaqla xəsarət yetirmişdir. Eltonun ona nəyə görə bıçaqla xəsarət yetirməsini bilmir. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə xalası qızı Aygünün “Üzeyir” şadlıq sarayında toy mərasimi olmuşdur. O da həmin toy mərasimində iştirak etmişdir. Toyda iştirak etdikdən bir qədər sonra təxminən saat 22 radələrində dayısı ilə restoranın foyesində söhbət etmişdir. Bu zaman adının sonradan Elton olduğunu bildiyi oğlan dayısına “arxaya çölə çıxaq” demişdir. O, onların yanına getməmişdir. Bir neçə saniyə sonra çöldə mübahisə olmasından narahat olub onların yanına getmişdir. Həmin vaxt Elton tərəfdən tanımadığı bir neçə nəfər dayısı Telmanla Eltonun yanına gəlmişlər. Onlar “dava etməyin” demişlər. Həmin vaxt dayısı “hamımız qohum-əqrabayıq, nə də ki, mən elə adam deyiləm” demişdir. Oğlan evi tərəfdən olan adamlar aralaşan kimi Elton dayısına “vobşe sən nə deyirsən” demişdir. Dayısı ona baxaraq başını yellədib artıq problem olmasından narahatlığını bildirmişdir. Eltonun sərxoş olduğunu görüb onu sakitləşdirmək üçün sol əlini onun sinəsinə qoyub “qanqaraçılıq lazım deyil, toya gəlmişik yeyib-içək, kefimizi tutaq” demişdir. Bu zaman qəflətən Elton əlində olan bıçaqla onun sol əlinə vurmuşdur. Bıçaq onun əlinə dəyən kimi əlini deşmiş və qan axmağa başlamışdır. Bu zaman dayısı Eltondan bıçağı almaq istədikdə sonuncu bıçaqla dayısının sol böyründən bir dəfə vurmuşdur. Həmin vaxt dayısı arxaya çəkilmiş və ona “Seymur, məni vurdu” demişdir. Dayısı Telman qışqırıb “bura gəl” deyərək Eltonun üstünə qaçmış, lakin Elton pilləkanla aşağı qaçarkan ayağı ilişib yıxılmış və pilləkanın kənarında olan daş tumbaların üstünə düşmüşdür. Sonra dayısı onun arxasınca gəlib aşağıda Eltondan bıçağı almağa çalışmışdır. Həmin vaxt qarşı tərəfin qohum-əqrabaları da gəlmişlər. Dayısı Eltonun əlindən tutaraq bıçağı almaq istəsə də, o, bıçağı verməmiş və əlini yuxarı-aşağı hərəkət etmişdir. O da bıçağı almaq və onları aralamaq üçün yaxınlaşmaq istədikdə Eltonun əli onun sağ qoluna və sol çiyninə dəymişdir. Sonra dayısı bıçağı alıb cibinə qoymuş və ona “sübut məndədir, götürdüm” demişdir. Sonra Eltonu buraxıb yola çıxan pilləkana tərəf getmişdir. Sonra isə təcili tibbi yardıma zəng edərək Bakı Klinik Tibbi mərkəzə getmişlər. Hadisə zamanı bıçaq Eltonun əlində olmuşdur. Elton hadisə zamanı içkili olmuşdur. Hadisə zamanı səs-küy yaranmışdır. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, oğlu İlkin əslən Kürdəmir rayonundan Ağgül adlı qızla nişanlanmışdır. 2019-cu ilin avqust ayının 10-da Kürdəmir rayonunda onların qız toyu təşkil edilmiş, xx xxxxxx 2019-cu il tarixdə isə Bakı şəhəri, 9-cu mikrorayonda “Üzeyir” şadlıq evində oğlan toyu təşkil edilmişdir. Toyda Elton onun tərəfdən, Telman və Seymur isə qız evi tərəfdən çağırılmışdır. Toy saat 18 radələrində başlamışdır. Təxminən saat 22 radələrində çöldən səs-küy gəlməsini və camaatın restorandan çölə çıxmasını görmüşdür. O da həmin vaxt çölə çıxmışdır. Restoranın həyətinə düşəndə Eltonun qan içində yerə uzanmasını və Telmanın əlində bıçaq olmasını görmüşdür. Telmandan bıçağı istəsə də, sonuncu bıçağı ona verməmişdir. Təcili tibbi yardıma zəng etmək üçün foyeyə qalxmışdır. Təcili tibbi yardıma zəng vurub yenidən hadisə yerinə qayıdan zaman Telman pilləkənlə qalxıb foyeyə girəndə Telman foyenin girişində böyük qardaşı Mahir ilə rastlaşmışdır. Telman Mahirə “ala bu da sənin payın deyib” əlindəki bıçaqla sonuncunun sağ qolundan bir dəfə vurmuşdur. Sonra Mahirin qolunu sarğı ilə bağlamışlar. Təcili tibbi yardım maşını gəldikdən sonra isə Eltonu maşına qoyub “Semaşko” xəstəxanasına aparmışlar. Mübahisənin yaranma səbəbini bilmir. Baş vermiş hadisəyə görə toy yarıda qalmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Şahid6 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 Ağababa oğlu ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə qardaşı oğlunun 9-cu mikrorayonda yerləşən “Üzeyir” şadlıq sarayında toy mərasimi olmuşdur. Toyda iştirak edib bir qədər spirtli içki olan araq içmişdir. Lakin sərxoş vəziyyətdə olmamışdır. Toyun gedişində təxminən saat 22 radələrində ona söz verildiyi üçün mikrafonla çıxış etmişdir. Həmin vaxt oğlu Eltonun adının sonradan Telman olduğunu bildiyi gəlinin dayısı ilə restorandan çölə çıxmasını görmüşdür. O, Eltona “hara gedirsən, mənə söz veriblər, rəqs edəcəyik” demişdir. Həmin vaxt Elton ona “Telmanın sözü var, söhbət edib qayıdacam” demişdir. Sonra toyda çıxış etdikdən sonra qohumları ilə birlikdə rəqs etməyə başlamışdır. Həmin vaxt yadında qalmayan bir kişi “çöldə qırğındır, çıx çölə” demişdir. Restorandan çölə çıxmışdır ki, dava edənləri ayırsın. Restoranın zalından foyeyə çıxmışdır. Foyedən də restoranın arxa həyətinə çıxmaq istəyərkən həyət qapısına çatmamış Telman onunla üzbəüz çıxmışdır. Telman onu görən kimi “al bu da sənin payın” demiş və əlində olan bıçaqla bir dəfə onun sağ qolundan vurmuşdur. Telman onu vurduqdan sonra restoranın içərisinə getmişdir. Telmanın onu vurmasına əhəmiyyət verməyib həyətə çıxmışdır ki, dava edən şəxsləri görsün. Foyedən çöl pilləkənin baş tərəfinə çıxanda həyətdə aşağıda Eltonun qan içində taqətsiz halda özünü müdafiə etməsi üçün pilləkənin qırılmış daş tumbasının xırda daşlarına əl-qol atmasını, həmçininin onunla üzbəüz adının Seymur olduğunu bildiyi şəxsin Eltona yumruq və təpik vurmasını görmüşdür. Həmçinin həmin vaxt balacaboy bir oğlanın arxadan daş tumba parçası ilə Eltonun başının arxa tərəfindən vurmasını görmüşdür. Həmin vaxt qışqıraraq “dayanın” demiş və Eltonun yanına çatıb onun sifətindəki qanı kəsmək üçün əynində olan köynəyi cırıb üzünə tutmuşdur. Həmin vaxt toyu olan İlkin pilləkəni düşə-düşə Seymur və onunla olan balacaboy oğlanın üstünə qışqıraraq “çıxın gedin də, nə istəyirsiz” dedi. Ondan sonra isə Seymurla həmin balacaboy oğlan hərəsi bir tərəfə qaçmışdır. Sonra kimsə zəng etdiyi üçün təcili tibbi yardım maşını gəlmişdir. Təcili tibbi yardım maşını ilə oğlu Eltonu Bakı X15 gətirmişlər. Baş vermiş hadisəyə görə toy yarıda qalmışdır. Mübahisənin hansı səbəbə görə yaranmasını bilmir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, 9-cu mikrorayonda baldızı Ağgül ilə Zərdab rayonundan olan İlkinin toy məclisi təşkil edilmişdir. O da həmin toya dəvətli olduğu üçün ailəsi ilə birlikdə toyda iştirak etmişdir. Toyda olan zaman təxminən saat 22 radələrində restorandan camaatın çölə çıxmasını görmüşdür. O da həmin vaxt çöldə dava olmasını düşünərək restorandan çölə çıxmışdır. Foyeyə çıxanda Telmanın arxa həyətdən gəlməsini və köynəyini qaldıraraq “görmürsüz məni bıçaqla vurdu” demişdir. Həqiqətən də, Telmanın sol böyründən qan axmışdır. Bu zaman Seymur da foyeyə daxil olmuşdur. Onun da sol əlindən qan axmışdır. Bundan sonra Telman yenidən arxa həyətə çıxmışdır. Onun arxasınca Seymur da getmişdir. O da onların arxasınca getmişdir ki, dava olsa aralasın. Bu zaman Elton həyətdən pilləkənlə qalxmışdır. Həmin vaxt Telman Eltona “bura gəl” demiş və onun üstünə getmişdir. Telmanın qolundan tutub saxlamaq istəsə də, həm ona gücü çatmadığı üçün, həm də tanımadığı adamların çoxalmasını görüb onun qolunu buraxmışdır. Həmin vaxt arvadı hamilə olduğu üçün restorana sonuncunun yanına getmişdir. Valideynləri və arvadı ondan nə olmasını soruşduqda Telmanla Eltonun restoranın həyətində dalaşmalarını demişdir. Sonra evə getmək üçün restorandan çölə çıxmışlar. Həmin vaxt restorandan çölə çıxanda Teymurla Seymurun dayanmasını görmüşdür. Onlara yaxınlaşanda Telman yerə yıxılmışdır. X10 taksiyə qoyub xəstəxanaya aparmışdır. O da ailə üzvləri ilə birlikdə rayona qayıtmışdır. Davanın kim tərəfindən və hansı səbəbdən başlanmasından, həmçinin bıçağın kimdə olmasından məlumatı olmamışdır (cild 2, iş vərəqə 128-130). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə qohumu Zahirin oğlunun toy mərasimi olmuşdur. O da “Üzeyir” şadlıq sarayında təşkil edilmiş toy məclisinə dəvət olunmuşdur. Toy ərəfəsində uzun müddətdir ki, görmədiyi Telman adlı tanışı onu görüb öz masasına dəvət etmişdir. Onun əyləşdiyi masaya gedib birlikdə masa arxasında əyləşib 2 rumka spirtli içki olan araq içmişdir. Bundan sonra onu dayısı uşaqları öz masalarına çağırdığı üçün onların əyləşdiyi masaya getmişdir. Sonra isə təxminən saat 22 radələrində rəqs etmişdir. Həmin vaxt musiqinin kəsilməsini və zalda iştirak edənlərin çölə qaçmasını görmüşdür. Bu zaman çöldə Telman və Elton arasında dava olmasını bilmişdir. Lakin davanın hansı səbəbdən baş verməsini bilmir və davanın şahidi olmamışdır. T.Allahverdiyevin ifadəsində göstərdikləri yalandır. Davanın kim tərəfindən və hansı səbəbdən başlamasından məlumatı olmamışdır (cild 2, iş vərəqə 98- 100). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində mülki işçi kimi dəmirçi işləyir. Zərərçəkmiş şəxs1 qaynı, Zərərçəkmiş şəxs2 Hidayət oğlu isə baldızı oğludur, onlarla münasibəti daim yaxşı olmuş, aralarında heç bir münaqişə və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. El adəti ilə qızı Ağgülü əslən Zərdab rayonundan olan İlkin ilə nişanlamışdır. 2019-cu ilin avqust ayının 10-da Kürdəmir rayonunda qız toyu olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə isə Bakı şəhəri, 9-cu mikrorayonda “Üzeyir” şadlıq sarayında oğlan toyu təşkil edilmişdir. O da həmin toyda ailə üzvləri ilə birlikdə iştirak etmişdir. Toyda el adətinə uyğun olaraq yaxın qohumları - bacısı oğlu X12, əmisi oğlu X3 və Zərərçəkmiş şəxs1 iştirak etmişlər. Toyda iştirak etdikdən sonra təxminən saat 22 radələrində evdəkilərə “uzun yol gedəcəyik, toydan çıxaq” demişdir. Lakin qadınlar “tort gəlsin, sonra gedərik” demişlər. Bir qədər sonra məclisə tort gəlmişdir. Həmin vaxt restoranda olan adamlar restorandan çölə qaçmağa başlamışlar. O da restorandan çölə çıxmışdır. Restoranın foyesində qudası Şahir onunla üzbəüz çıxmışdır. Onun üstünün qan olmasını görüb nə baş verdiyini soruşmuşdur. Şahir ona “toyu yasa döndərdilər” demişdir. Həmin vaxt kənardan kiminsə “Telmanı bıçaqlayıblar” deməsini eşitmişdir. Həmin vaxt adamların foyedən restoranın arxa qapısına çıxmasını görmüş və onların arxasınca həyətə çıxmışdır. Həmin vaxt pilləkəndən aşağıda həyətdə saqqalı oğlanın uzanmasını görmüşdür. Onun yanında 3- 4 nəfər tanımadığı şəxslər durmuşdur. Onlardan biri “gəlməyin, hər şey yaxşıdır” deyərək qışqırmışdır. Sonra foyeyə girib oradan da restoranın əsas giriş qapısından magistral yol tərəfə çıxmışdır. Çölə çıxanda Seymur ilə Telmanın tumbanın yanında durduqlarını və üstbaşlarını qan olmasını görmüşdür. Onlardan nə baş verdiyini soruşmuşdur. Telman ona saqqallı oğlanın onu bıçaqla vurmasını demişdir. Sonra isə Seymur DİN-nin “102” xidmətinə zəng edib məlumat verməsini bildirmişdir. Az sonra isə polis əməkdaşları hadisə yerinə gəlmişlər. Sonra təcili tibbi yardım maşını gec gəldiyi üçün taksi ilə Telmanla Seymuru Bakı X15 gətirmişlər. Şahid1 kürəkənidir. Həmin toyda Nurlan da iştirak etmişdir. Baş vermiş davanın başlama səbəbindən məlumatı olmamışdır. Həmçinin dava zamanı kimin kimə hansı nahiyədən xəsarət yetirməsini görməmişdir (cild 1, iş vərəqə 58-61). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid5 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, xx xxxxxx 2019-cu il tarixdə qohumu Şahid6 oğlu İlkinin 9-cu mikrorayonda yerləşən “Üzeyir” şadlıq evindəki toy məclisinə dəvətli olmuşdur. Təxminən saat 22 radələrində kofe içmək məqsədilə restoranın foyesinə çıxmışdır. Həmin vaxt foyedən arxa həyətə çıxan qapı tərəfdə iki nəfərin bir-biri ilə yaxa-yaxaya dartışmasını görmüşdür. Onları ayırmaq üçün onlara tərəf getmişdir. Onlara çatanda həmin şəxslərin qohumu Elton və adının sonradan Telman olduğunu bildiyi şəxs olduğunu görmüşdür. Onlar bir-birinə yumruq və təpik vurmuşlar. Sonra onlar bir-birinin belinə girib yıxmaq istəmişlər. Onlar pilləkəndən aşağı yıxılanda isə o, Eltonu, Zahir isə Telmanı tutub ayağa qaldırmışlar. Həmin vaxt Telman üstən aşağı Eltonun kürək nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Həmin zərbədən sonra Elton pilləkəndən həyətə tərəf qaçmış və pilləkəndə yıxılıb daş tumbalara dəymişdir. Elton daş tumbalara dəydikdən sonra isə tumbaların 3-4 dənəsi qırılmışdır. X16 yumruqla vurmasını zənn etmişdir. Sonradan Telmanın əlində bıçaq olmasını görmüşdür. Davaya görə adamlar restorandan çölə çıxmışlar. Həmin vaxt Telman əlində bıçaq foyeyə girmişdir. Az sonra isə Mahir foyedən çölə çıxmışdır. Mahir pilləkənin üstündən həyətdə dayanan Eltona “sənə görə məni vurdular” demişdir. Sonra isə Mahirin sağ qolundan qan axmasını görmüşdür. Cibindən dəsmal çıxardıb Mahirin qolundan axan qanın qarşısını almaq üçün qolunu cib dəsmalı ilə bağlamışdır. Sonra Telman foyedən çölə çıxıb pilləkənlə həyətə Eltona tərəf düşmüşdür. Onlar yenidən bir-biri ilə dalaşmağa başlamışlar. Elton Telmanı yerə yıxmış və onun üstündə qalmışdır. Telmanın yumruqla aşağıdan yuxarı Eltonu bıçaqla vurmasını görmüşdür. Onların yanına çatanda isə Telmanın əlində bıçaq olmasını görmüşdür. Onlara yaxınlaşmağa çəkinmiş və Eltonun ayağından tutub kənara çəkmişdir. Həmin vaxt Eltonun üzündən və başından qan gəlmişdir. Bu zaman Mahir dava olan yerə tərəf gəlmişdir. Mahir onların üstünə qışqırmış və hal-hazırda xatırlamadığı birinə bir dəfə yumruq vurmuşdur. Sonra Telman və onun yanında olan iki nəfər qaçıb getmişlər. Sonra təcili tibbi yardıma zəng edilmiş və təcili tibbi yardım avtomaşını ilə Elton Bakı X15 gətirilmişdir. Davanın başlama səbəbini və ilkin olaraq kimin kimi vurmasından məlumatsız olmuşdur. Telmanın yanında olan şəxsləri tanımır, Eltonun yanında bir nəfər cavan oğlan da olmuşdur ki, onun əynində qara şalvar, ağ köynək olmuş, üzündə seyrək saqqalı vardır. Həmin oğlanın pilləkənin üstündə və həyətdə dava zaman Eltonu yumruq və təpiklə vurmasını görmüşdür. Digər oğlanın isə dava etməsini görməmişdir (cild 1, iş vərəqə 102-105). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid7 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, 2018-ci ildən icarə müqaviləsi əsasında 9-cu mikrorayonda yerləşən “Üzeyir” şadlıq sarayını işlədir. xx xxxxxx 2019-cu il tarixdə şadlıq sarayında toy mərasimi təşkil edilmişdir. Təxminən saat 22 radələrində biri 25-30 yaşlarında qarayanız üzü saqqallı, digəri isə 40-45 yaşlarında hündürboy kişinin zalla foyenin qapısının qarşısında mübahisə etmələrini və arxa həyətə tərəf çıxmalarını görmüşdür. Lakin zalda olan ofisiantlara ziyan gəlməmək üçün onları zaldan çölə buraxmamışdır. Özü də onlara nəzarətçi qalmışdır. Toy zamanı təxminən 10-12 nəfər ofisiant işləmişdir. Həmin ofisiantlar gündəlik xidmət müqaviləsi əsasında işləmişlər. Həmin ofisiantların anket məlumatlarını və mobil nömrələrini bilmir (cild 1, iş vərəqə 180- 182). Cinayət işinin materiallarından görünür ki, üzləşdirmədə dindirmə zamanıZərərçəkmiş şəxs1 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etmişdir (cild 1, iş vərəqə 168- 171). Cinayət işinin materiallarından görünür ki, üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində qeyd olunanları Şahid2 üzünə qarşı deməklə təsdiq etmişdir (cild 2, iş vərəqə 103-105). Cinayət işinin materiallarından görünür ki, üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini təsdiq etmişdir (cild 2, iş vərəqə 9-13). Cinayət işinin materiallarından görünür ki, üzləşdirmədə dindirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini təstiq etmişdir (cild 1, iş vərəqə 131-134). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin x xxxxxxxx 2019-cu il tarixli 1538 saylı rəyindən görünür ki, müayinə zamanı Şahid8 Ağababa oğlunda sağ bazu nahiyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən, sağ bazu oynağı nahiyəsinin sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün KTM-ə müraciət etdiyi xx xxxxxx 2019-cu il tarixdə saat 23:45-dən bir qədər əvvəl əmələ gəlmiş, qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2019-cu il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə deşilmiş-kəsilmiş yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sıyrıqlar isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin olunmamışdır. M.A.İbrahimovun bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni sağ bazu nahiyəsinin deşilmiş-kəsilmiş yarası bıçağın (ola bilsin ekspertizaya təqdim olunmuş bıçağın) tiyəsinin deşici-kəsici təsirindən, sağ bazu oynağı nahiyəsinin sıyrıqları isə insan bədəninin hissələrinin (əl barmaqlarının dırnaqları və s.) təsirindən əmələ gələ bilərdi. M.A.İbrahimovun bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatmaz nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (cild 1, iş vərəqə 165-166). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin x xxxxxxxx 2019-cu il tarixli 1533 saylı rəyindən görünür ki, S.H.Hüseynovun bədənində aşkar olunmuş xəsarətlər - sol əlin İİİ-İV barmaqlarının əldarağı-falanqa oynaqlarında hərəkət məhdudluğu və arteriyanın zədələnməsi ilə müşayiət olunan sol əlin dəlib-keçən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən, sağ said nahiyəsinin sıyrığı isə bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün KTM-ə müraciət etdiyi xx xxxxxx 2019-cu il saat 23:40-dan bir qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2019-cu il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə deşilmişkəsilmiş yara sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, sıyrıq isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmamışdır. S.H.Hüseynovun bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni sol əlin deşilmiş-kəsilmiş yarası bıçağın (ola bilsin ekspertizaya təqdim olunmuş bıçağın) tiyəsinin deşici-kəsici təsirindən, sağ said nahiyəsinin sıyrığı isə insan bədəninin (əl və s.) təsirindən əmələ gələ bilərdi. S.H.Hüseynovun bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (cild 1, iş vərəqə 187). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin x xxxxxxxx 2019-cu il tarixli 1562 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs1 qarın nahiyəsinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, alın nahiyəsinin, sol kürək nahiyəsinin və sol əlin sıyrıqları kimi xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlərdən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən, digərləri isə bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün KTM-ə müraciət etdiyi tarixdə yəni, xx xxxxxx 2019-cu il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, sıyrıqlar isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin olunmamışdır (cild 1, iş vərəqə 190- 191). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin x xxxxxxxx 2019-cu il tarixli 1563 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın sağ təpə nahiyəsinin 1 ədəd kəsilmiş yarası, sağ qaş nahiyəsinin 2 ədəd, sağ gözaltı nahiyəsinin 1 ədəd, sağ bazu nahiyəsinin 1 ədəd, sol çiyin qurşağı nahiyəsinin 1 ədəd kəsilmiş yaraları kəsici əşyanın (alətin), sağ kürək nahiyəsinin 2 ədəd, döş qəfəsinin sağ yarısının arxa səthinin 1 ədəd, bel nahiyəsinin 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları deşici-kəsici əşyanın (alətin), burun belinin səthi kəsilmiş yarası iti kənarlı əşyanın (alətin), sağ said nahiyəsinin qançırlı sıyrıqları isə bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün KTM-ə gətirildiyi xx xxxxxx 2019-cu il saat 23:10-dan bir qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2019-cu il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlərdən kəsilmiş və deşilmiş-kəsilmiş yaralar dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, səthi kəsilmiş yara və qançırlı sıyrıqlar isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməmişdir (cild 1, iş vərəqə 196-198). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin xx xxxx 2019-cu il tarixli 614 №-li məhkəmə-tibbi ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Zərərçəkmiş şəxs3 burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün yerini dəyişən qapalı sınığı, burunun qançır və sıyrıqları, sağ gicgah, hər iki gözün ətrafının yumşaq toxumalarının, sağ budun, qançırları, alt dodağın iç səthinin sol yarısının səthi əzilmiş yarası kimi xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən xx xxxx 2019-cu il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir (cild 1, iş vərəqə 242-243). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin xx xxxxxxxx 2019-cu il tarixli 640/2019-MTBŞ №-li məhkəmə-bioloji ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu Abeta(İİ)-dir. Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu Abeta(İİ)-dir. Şahid8 Ağababa oğlunun ABO sistemi üzrə qan qrupu Abeta(İİ)-dir. X4 ABO sistemi üzrə qan qrupu AB(İV)-dir. Bundan başqa həmin rəydə qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd qısaqol köynək və şalvar, E.M.Ağababalıya məxsus şalvar və uzunqol köynək, 1 ədəd qatlanan bıçaq üzərində insan qanı ləkələri aşkar edilmişdir. Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd qısaqol köynək və şalvar üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” antigeni alınmışdır, “B” antigeni və aqqlyutininlər isə alınmamışdır. Bu qan ləkələri Abeta(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və ya M.A.İbrahimova (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olmuşdursa) məxsus ola bilər. Bu ləkələrdə E.M.Ağababalının qanının olması inkar olunmamışdır. E.M.Ağababalıya məxsus şalvar və uzunqol köynək, 1 ədəd qatlanan bıçaq üzərində olan ləkələrdə qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə A və B antigenləri alınmışdır. Bu qan ləkələri ABO sistemi üzrə AB(İV) qruplu şəxsə, o cümlədən, E.M.Ağababalıya (əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olmuşdursa) məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin, o cümlədən, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və ya M.A.İbrahimovun da (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olmuşdursa) qarışmış qanının olması mümkündür (cild 1, iş vərəqə 197-202). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin xx xxxxxxxx 2019-cu il tarixli 432-MTKŞ №-li məhkəmə-kriminalistik ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş X8 məxsus köynəyin arxa səthinin sol yuxarı nahiyəsində 1 ədəd, arxa səthində sağda 4 ədəd, sağ qolunun arxa səthində 1 ədəd və sol qolunun arxa səthində 1 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr küpü, kafi olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçaq ilə törənməsi inkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş X8 məxsus şalvarın sol ayaq hissəsinin ön səthində 4 ədəd və sol arxa səthində 2 ədəd məhdud cırılma xarakterli zədələr aşkar olunmuşdur. Bu cırılmalar küt yaranma mexanizminə malik olub ola bilsin ki, şalvarın müvafiq nahiyələrinin hər hansı bir predmetə (predmetlərə) ilişib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş X8 məxsus köynəyin ön yuxarı orta hissəsində tikilmiş bir düymənin (ən aşağıdakı düymə) öz yerində olmaması aşkar olunmuşdur. Bu düymənin öz yerində olmaması köynəyin yaxasına küt qüvvə tətbiq etməklə (dartmaqla) qopub düşməsi ilə izah oluna bilər. Bundan başqa həmin rəydə qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sol aşağı nahiyəsində 1 ədəd deşilmiş-kəsilmiş zədə aşkar olunmuşdur. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdi və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçaq ilə törənməsi inkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus şalvarın sol ayağ hissəsinin ön səthində 1 ədəd məhdud cırılma xarakterli zədə aşkar olunmuşdur. Bu cırılma küt yaranma mexanizminə malik olub ola bilsin ki, şalvarın müvafiq nahiyəsinin hər hansı bir predmetə ilişib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön yuxarı orta hissəsində tikilmiş bir düymənin (ən aşağıdakı düymə) öz yerində olmaması aşkar olunmuşdur. Bu düymənin öz yerində olmaması köynəyin yaxasına küt qüvvə tətbiq etməklə (dartmaqla) qopub düşməsi ilə izah oluna bilər. Zərərçəkmiş şəxs1 məxsus köynəyin sağ qolunun arxa səthində ortada 1 ədəd cırılma xarakterli zədə vardır. Bu zədə küt yaranma mexanizminə malik olub ola bilsin ki, köynəyin müvafiq nahiyəsinin dartılması nəticəsində əmələ gəlmişdir (cild 2, iş vərəqə 45-49). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 24483/24484 №-li məhkəmə-trasoloji ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici ucu batıcı xassəyə malik olan turist bıçağıdır, bıçaq istifadəyə yararlıdır, onun üzərində hər hansı bir əlavə və dəyişiklik edilməmiş və soyuq silah hesab olunmamışdır. Tədqiqata təqdim edilmiş 2 ədəd köynəyin və 1 ədəd boz rəngli şalvarın üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilmişdir. 2 ədəd köynəyin və 1 ədəd boz rəngli şalvarın üzərində olan zədələr öz formasına, quruluşuna və s. ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nətcəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən, təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Təqdim edilmiş göy rəngli şalvarın üzərində hər hansı bir trasoloji zədə aşkar edilməmişdir (cild 2, iş vərəqə 51-53). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli 24485 №-li məhkəmə-lifli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 və X4 geyim paltarlarının üzərlərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1№-li cədvəlində göstərilmişdir. Həmin kənar lif mikrohissəciklərinin arasında Zərərçəkmiş şəxs1 şalvarının üzərindən tapılmış boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Elton Ağababalının şalvarının tərkib liflərinə uyğun gəlir, Elton Ağababalının şalvarının üzərindən tapılmış tünd göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs1 şalvarının tərkib liflərinə uyğun gəlir (cild 2, iş vərəqə 92-96). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 2067 №-li məhkəmə-psixiatrik ekspert rəyində göstərilmişdir ki, X5 halhazırda hər hansı xroniki psixi xəstəlik müəyyən edilməmişdir. Onda emosional davamsız şəxsiyyət pozuntusu, anamnezində kəllə-beyin travması aşkar olunmuşdur. Bunu anamnestik məlumatlar və hazırki psixiatrik müayinənin nəticələri, anamnezində uşaqlıqda hündürlükdən yıxılaraq başından travma alması, bundan sonra onda yeniyetmə dövründən başlayaraq əsəbilik, hövsələsizlik meydana gəlməsi, əsəbi gərginlik keçirdiyi zaman kəsmələrlə özünə xəsarətlər yetirməsi, hərbi çağırış zamanı Bakı şəhər 2 saylı X1 psixiatrik müayinədən keçdikdən sonra hərbi xidmətdən azad edilməsi, Bakı şəhər 8 nömrəli şəhər poliklinikasında “Emosional davranış tipli şəxsiyyət pozuntusu (anamnezində kəllə-beyin travması) diaqnozu ilə psixiatrik qeydiyyatda olması, hazırki müayinə zamanı əhvaliruhiyyəsinin dəyişkənliyi, emosional qeyri-sabitliyi və s. təsdiq edir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 125-126). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 verilmiş tələbnamədən və Nərimanov rayon məhkəməsinin xx xxx 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və x xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 98; 272-275). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi mövcud olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4, 127.2.3 və 221.3-cü maddələrinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4, 127.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbləri yoxdur (cild 3). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4, 127.2.3 və 221.3-cü maddələrinə tövsif etməklə yanaşı, onun həmin maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan Binəqədi rayon məhkəməsinin x xxxxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli x xxxxxxxx 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 161-163). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü və 15.4-cü maddələrinin tələbinə əsasən “az ağır” və “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi mövcud olduğundan görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni x xxxxxxxx 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 214 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan cinayətin törədilməsində istifadə edilən bıçaq, geyim paltarları və qan nümunələri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4, 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı x xxxxxxxx 2019-cu il tarixdən hesablansın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 214 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan cinayətin törədilməsində istifadə edilən bıçaq, geyim paltarları və qan nümunələri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar