Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-534/2021 24.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1993-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Sabirabad şəhəri, Ə.Nadirov küçəsi ev 61-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ev 2-də kirayə yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Bozlu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində fərdi evdə yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Müşfiq oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən, şəxsiyyəti istintaqla müəyyən edilməsi mümkün olmayan «Aşkan» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışım həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb istintaqla müəyyən edilməsi mümkün olmayan mobil telefonun «Whatsapp» internet sosial şəbəkə vasitəsi ilə yazışaraq, Təqsirləndirilən şəxs2 «pay poiııt» elektron pul köçürmə vasitəsi ilə 200 manat məbləğində vəsaiti «Aşkan» adlı şəxsin dediyi istintaqa məlum olmayan hesaba köçürərək, sonuncunun onlara Müşfiqabad- Sumqayıt yolunda Sumqayıt şəhəri istiqamətində yerləşən yol nişanının yaxınlığında külli miqdarda, yəni ümumi təmiz çəkisi 11,541 qram narkotik vasitə heroin və təmiz çəkisi 1,211 qram psixotrop maddə metamfetaminin gizlədildiyi barədə məlumat verməsindən sonra, o, satış məqsədilə həmin külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini oradan götürüb əldə etməklə Sumqayıt-Müşfiqabad avtomobil yolu ilə hərəkət edərək idarə etdiyi «Vaz-2121» markalı **-VC-*** dövlət nömrə nişanlı avtomobilin salonunda saxlamaqla daşımış, 18.02.2020-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu ərazisində Müşfiqabad-Ceyranbatan avtomobil yolunun kənarında Azərbaycan Respublikası DİN-nin X10 Alayının 12-ci patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş və idarənin inzibati binasının ərazisində həmin avtomobilə baxış keçirilən zaman avtomobilin salonundan 02 ədəd sellofan bükümdə külli miqdar təşkil edən ayrı- ayrılıqda təmiz çəkiləri 2,958 qram, 8,510 qram, 01 ədəd gümüşü rəngli folqa kəsikləri bükümündə təmiz çəkisi 0,073 qram olmaqla, ümumi təmiz çəkisi 11,541 qram olan qəhvəyi rəng maddə Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına» (Siyahı İ) daxil olan vasitə heroin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,496 qram, 0,715 qram, ümumi təmiz çəkisi 1,211 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına» (Siyahı İ) daxil olan metamfetamin və səthində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülümüşdür. Təqsirləndirilən şəxs2 Müşfiq oğlu, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən, şəxsiyyəti istintaqla müəyyən edilməsi mümkün olmayan «Aşkan» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb istintaqla müəyyən edilməsi mümkün olmayan mobil telefonun «Whatsapp» internet sosial şəbəkə vasitəsi ilə yazışaraq, o, «pay point» elektron pul köçürmə vasitəsi ilə 200 manat məbləğində vəsaiti «Aşkan» adlı şəxsin dediyi istintaqa məlum olmayan hesaba köçürərək, sonuncunun onlara Müşfiqabad- Sumqayıt yolunda Sumqayıt şəhəri istiqamətində yerləşən yol nişanının yaxınlığında külli miqdarda, yəni ümumi təmiz çəkisi 11,541 qram narkotik vasitə heroin və təmiz çəkisi 1,211 qram psixotrop maddə metamfetaminin gizlədildiyi barədə məlumat verməsindən sonra, Təqsirləndirilən şəxs1 satış məqsədilə həmin külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini oradan götürüb əldə etməklə Sumqayıt-Müşfiqabad avtomobil yolu ilə hərəkət edərək idarə etdiyi «Vaz-2121» markalı **-VC-*** dövlət nömrə nişanlı avtomobilin salonunda saxlamaqla daşımış, 18.02.2020-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu ərazisində Müşfiqabad-Ceyranbatan avtomobil yolunun kənarında Azərbaycan Respublikası DİN-nin X10 Alayının 12-ci patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş və idarənin inzibati binasının ərazisində həmin avtomobilə baxış keçirilən zaman avtomobilin salonundan 02 ədəd sellofan bükümdə külli miqdar təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 2,958 qram, 8,510 qram, 01 ədəd gümüşü rəngli folqa kəsikləri bükümündə təmiz çəkisi 0,073 qram olmaqla, ümumi təmiz çəkisi 11,541 qram olan qəhvəyi rəng maddə Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-iıı siyahısına» (Siyahı İ) daxil olan vasitə heroin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,496 qram, 0,715 qram, ümumi təmiz çəkisi 1,211 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddolər»-in siyahısına» (Siyahı İ) daxil olan metamfetamin və səthində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülümüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, tanışı X12 Respublikasında tanışı olduğunu və oradan ucuz qiymətə narkotik vasitə sifariş edə bildiyini öyrəndikdə, ona özü üçün 10 qram heroin sifariş verməsini xahiş etmişdir. Həmin zaman Oruc ona iranlı tanışı ilə danışdığını 10 qram heroin və 01 qram da metamfetamin sifariş etdiyini, lakin üzərində pulu olmadığını demişdir. O, üzərində 180 manat pul olduğunu Oruca deyəndə sonuncu ona borca pul götürməsi üçün onu Sabunçu bazar yolu deyilən yerə aparmağını xahiş etmişdir. O, həmin gün təxminən saat 23 radələrində idarə etdiyi avtomobillə Feyruz və Orucu Sabunçu bazarı yolu deyilən yerə gətirmişdir. Orada Oruc avtomobildən düşüb təxminən 20-30 metr kənarlaşıb tanımadığı şəxsdən 20 manat pul götürüb yenidən avtomobilə qayıtmışdır. Bundan sonra Orucun mobil telefonuna sosial şəbəkədən mesaj gəlmiş, Oruc həmin mesajın İran vətəndaşının hesab nömrəsi olduğunu və pulu həmin hesaba ödəyəcəklərini demişdir. Daha sonra 17 fevral 2020-ci il tarixdə saat 23 radələrində onun idarə etdiyi “Niva” markalı **-VC-*** dövlət nömrə nişanlı avtomobillə Oruc və Feyruz ilə birlikdə Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində yol kənarında yerləşən “Rahat” market mağazasının qarşısındakı “milli ön” aparatından Oruc həmin hesab nömrəsinə 200 manat pul göndərmişdir. Həmin ödəmənin qəbzini götürdükdən sonra, telefonla çəkib həmin İran vətəndaşına göndərmişlər. Təxminən 15 dəqiqə sonra Orucun mobil telefonuna sifariş etdikləri narkotik vasitəni haradan götürəcəkləri ünvanı, yəni Müşviqabad-Sumqayıt yolunu bildirmişlər. Bundan sonra hər üçü onun avtomobili ilə həmin yerə gəlmişlər. Bu vaxt həmin avtomobil yolunda Sumqayıt istiqamətində radarı keçdikdən sonra yol nişanının altından Oruc iki ədəd sellofan bükümdə narkotik vasitə heroini və bir ədəd sellofan bükümdə metamfetamini götürüb avtomobilə əyləşmişdir. Həmin vaxt Feyruz onlara narkotik çəkməsini xahiş etmiş, o da, avtomobilini yolun kənarında saxlamışdır. Onlar avtomobildə falqa kağızında heroin qəbul edərkən, özlərini şübhəli apardıqları üçün, həmin ərazidə xidmət aparan polis əməkdaşları onları Abşeron RPİ-nə gətirmişlər. İdarədə xidməti otaqların birində ona şübhəli kimi hüquq və vəzifələri izah edildikdən sonra, üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə olduğu təqdirdə təqdim edilməsi təklif olunmuşdur. O, isə üzərində qadağan olunmuş bir əşya olmadığını, lakin avtomobilində heroin və metamfetamin olduğunu demişdir. Bundan sonra polis əməkdaşları, müdafiəçilərin, Təqsirləndirilən şəxs2 və video çəkilişlə avtomobilə baxış keçirilərkən özü avtomobilin sürücü oturacağının yan tərəfində qoyduğu bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroini təqdim etmiş, daha sonra sağ tərəfdən qabaq oturacağın altından bir ədəd falqa kağızında çəkmək üçün qoyduqları heroini təqdim etmiş, bundan sonra polis əməkdaşları avtomobilə baxış keçirərkən onun oturacağının altından bir ədəd elektron tərəzini, iki ədəd sellofan bükümdə narkotik vasitə olan heroin və metamfetamini aşkar edərək götürülmüşdür. O, həmin vaxt narkotik vasitə olan 10 qram heroin, psixatrop maddə olan metamfetaminin, tərəzinin özünə məxsus olduğunu desə də, əslində həmin narkotik vasitə olan heroindən 10 qramı ona məxsus olsa da, metamfetamin, 2 qram heroin və tərəzi Oruca məxsus olmuşdur. Onlar narkotik vasitə çəkmək istəyərkən, polis əməkdaşları avtomobildən onu düşürdərək, avtomobilin yanında üzərlərinə baxış keçirmişlər, Oruc və Feyruzu polis maşınına mindirmişlər, o, bir nəfər polis əməkdaşı ilə onun idarə etdiyi avtomobilinə əyləşib polis idarəsinə getmişlər. O, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş, satış məqsədi olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hərdənbir psixatrop maddədən istifadə etmişdir. iki ay öncə internetdə instaqram sosial şəbəkəsində İran vətəndaşı olan «Aşkan» adlı şəxslə tanış olmuşdur. «Aşkan» ona narkotik vasitə göndərə biləcəyini və həmin narkotik vasitəni azərbaycanda satıb pul qazanmasını təklif edirmiş, lakin o, həmin şəxsin təklifini qəbul etməmişdir. 17 fevral 2020ci il tarixdə o, telefonda Aşkanla danışan zaman, yanında olan tanışı Təqsirləndirilən şəxs1 ondan iranlıdan özü üçün narkotik vasitə göndərməsini bildirmişdir. O, Aşkana bu barədə dedikdə, Aşkan narkotik göndərməsi üçün «paypoint» vasitəsi ilə 250 manat pul göndərmək lazım olduğunu bildirmiş, lakin Samirin o, qədər pulu olmadığı üçün, həmin gün Sabunçu rayonu, Zabrat qəsəbəsində “Rahat” marketin qarşısından “milli ön” terminalı ilə Aşkamıı göndərdiyi hesaba 200 manat pul göndərmişdir. Aşkan «vatsap»-la ona mesaj yazıb narkotik vasitəni Sumqayıt- Müşviqabad yolunda yol nişanının yanına qoyulduğunu bildirmişdir. 17 fevral 2020-ci il tarixdən 18 fevral 2020-ci il tarixə keçən gecə Samir və qohumu Feyruzla, Samirin idarə etdiyi “Niva” markalı **-VC-*** dövlət nömrə nişanlı avtomobillə Müşviqabad qəsəbəsinə gəlib Müşviqabad-Sumqayıt yoluna çıxıb yol nişanının yanında Samir narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürmüşdür. Onlar avtomobilə əyləşib narkotik vasitəni yoxlayan zaman, polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək, Abşeron RPİ-nə dəvət etmişlər. Onlar Abşeron RPİ-nə gəldikdən sonra xidməti otaqların birində müdafiəçi və video çəkilişlə ona şübhəli şəxs kimi hüquq və vəzifələrim izah olunduqdan sonra üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə olub-olmadığı soruşulmuşdur. Bundan sonra onun üzərindən qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Daha sonra müdafiəçilərin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə Samirin «Niva» markalı **-VC-*** dövlət nöııırə nişanlı avtomobilinə baxış keçirilmiş və baxış zamanı sürücünün oturacağının altından və yandan ümumilikdə 2 bükümdə narkotik vasitə olan heroin, bir bükümdə psixatrop maddə metamfetam aşkar edilmişdir. Elektron tərəzi və qabaq sağ oturacağın altından gümüşü falqada heroin, aşkar edilərək götürülərək ekspertiza üçün qablaşdırılmışdır. Bu haqda polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. X13 Respublikası vətəndaşından narkotik vasitə və psixotrop maddənin Təqsirləndirilən şəxs1 köməklik etməsində məqsədi, Samirin aldığı narkotik vasitədən istifadə etməsi olmuşdur. O, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş, satış məqsədi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, X10 Alayının 12-ci Patrul bölüyünün polis nəfəri vəzifəsində işləyir. 18.02.2020-ci il tarixdə təxminən saat 04 radələrində 9699 çağırışlı avtopatrulla həmkarları Şahid2 və Mirhadı Seyidov ilə xidmət apararkən, Abşeron rayonu, Müşviqabad qəsəbəsindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ilə arxa yol istiqamətində hərəkət edən zaman, yolun kənarında qabaq dövlət qeydiyyat nömrəsi olmayan «Niva» markalı avtomobilin dayandığını görüb həmin avtomobilə yaxınlaşaraq, özlərini təqdim edib sürücüdən və avtomobildə olan digər iki nəfər sərnişinlərdən şəxsiyyətlərini təsdiq edən sənədlərini soruşmuşlar. Həmin şəxslər üzərilərində sənədlərin olmadıqlarını bildirmişlər və həmin vaxt avtomobilin qabaq sərnişin oturacağında oturan şəxsin, oturacağının altına nəsə qoyduğunu gördükdən sonra şübhələnərək, həmin şəxsləri Abşeron RPİ-nə dəvət etmişlər. Abşeron RPİ-də həmin şəxslərin xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 Müşfiq oğlu, 14.04.1986-cı il təvəllüdlü X1 və xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 olduqları müəyyən olunmuşdur. Abşeron RPİ-də xidməti otaqların birində müdafiəçilərin və video çəkilişlə saxlanılanlarm üzərilərinə şəxsi axtarış və baxış keçirilmiş, lakin həmin şəxslərin üzərindən dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra Abşeron RPİ-nin inzibati binasının ərazisində video çəkilişlə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Müşfiq oğlunun onların və müdafiəçilərin iştirakları «Niva» markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı sürücü oturacağının altından 01 ədəd, qabaq sərnişin oturacağının altından 01 ədəd bükümlərdə narkotik maddələrə bənzər kütlələr və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu haqda Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən protokol tərtib olunmuş, həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş X10 Alayının 12-ci Patrul bölüyünün polis nəfərləri Şahid2 və Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadələrində Şahid3 ifadələrinə oxşar məzmunlu ifadələr verərək həmin xüsusatları bird aha təsdiq etmişlər. Cinayət işinin 1-ci cildinin 23-25-ci vərəqələrində olan baxış və götürmə barədə protokoldan görünür ki, Abşeron RPİ-nin inzibati binasının ərazisində «VAZ-2121» markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən 01 ədəd sellofan bükümdə, həmin oturacağın altında 01 ədəd elektron tərəzi və sərnişin oturacağının altında bir ədəd gümüşü rəngli folqa kəsikləri bükümündə kütlələr aşkar olunaraq götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 153-156-cı vərəqlərində olan üzləşdirmə protokolundan görünür ki, ifadələr arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı onlar ifadələrində göstərdiklərini bir daha bir-birinin üzlərinə qarşı demişlər. Cinayət işinin 1-ci cildinin 53-58-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasına əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 18.02.2020-ci il tarixli, 4197 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs1 idarə etdiyi...» sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,496 qr., 0,715 qr., ümumi təmiz çəkisi 1,211 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,958 qr., 8,510 qr., bir ədəd gümüşü rəngli folqa kəsikləri bükümündə təmiz çəkisi 0,073 qram olmaqla, ümumi təmiz çəkisi 11,541 qram olan qəhvəyi rəng maddə eyni tərkibli narkotik vasitə - heroindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. Heroin Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 1-ci cildinin 178-179-cu vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 04.03.2020-ci il tarixli 600 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Tiryək alkaloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticəsində X3 xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Cinayət işinin 1-ci cildinin 180-181-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 11.03.2020-ci il tarixli 688 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddə olan Metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində X3 xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Cinayət işinin 1-ci cildinin 169-170-ci vərəqlərində olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası sərhədlərini keçib-keçməməsinə dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə sorğu göndərilmiş və həmin sorğuya cavab olaraq, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının dövlət sərhədini keçməsi müəyyən edilməmişdir. Cinayət işinin 2-ci cildinin ….. vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi «Vaz 2121» markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilindən aşkar edilərək götürülmüş tədqiqatlara sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalıq qalan 1,111 qram çəkidə metamfetamin, qalıq qalan 11,451 qram heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 61-ci vərəqində olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 hadisə vaxtı idarə etdiyi «Vaz 2121» markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil, cinayət işinin materiallarına əlavə olunmuş etibarnamə əsasında qəbzlə X2 qaytarılmışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli iş üzrə şahid ifadələri, 04 ədəd «DVD» disklərdə video görüntülər, ekspert rəyləri, maddi sübut, şəxsi axtarış, baxış və götürmə, ifadənin yerində yerində yoxlanması, həmçinin digər sübut kimi istifadə edilə bilən istintaq hərəkətlərinin protokolları və sair iş materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi özünü müdafiə xarakterli kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Müşfiq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək onlara həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 15 və 104-105-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 18 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 38 və 112-113-cü vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Müşfiq oğlu 18 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 157-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 158-159, 172-177-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16.07.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1- ci maddəsi ilə təsirli bilinib 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 il 06 ay islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin 20.05.2016-cı il tarixli qərarına əsasən Probasiya şöbəsinin qeydiyyatından çıxarılmışdır. CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Müşfiq oğlunun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 Müşfiq oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Müşfiq oğlunun cəza çəkməsinin başlanğıcı 18 fevral 2020-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Müşfiq oğluna narkomaniyadan məcburi müalicə təyin olunmalı və onlar ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidirlər. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Müşfiq oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun və onlar ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs1 83,65 AZN (səksən üç manat altmış beş qəpik), Təqsirləndirilən şəxs2 Müşfiq oğlundan 84 AZN (səksən dörd manat) tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut – Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş qalıq qalan 1,111 qram çəkidə metamfetamin, qalıq qalan 11,451 qram heroin və 01 ədəd elektron tərəzi məhv edilsin, məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə, X6 üçün 240 AZN (iki yüz qırx manat) fəaliyyət göstərdiyi Xırdalan şəhər Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 18 fevral 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Müşfiq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 18 fevral 2020-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Müşfiq oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun və onlar ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs1 83,65 AZN (səksən üç manat altmış beş qəpik), Təqsirləndirilən şəxs2 Müşfiq oğlundan 84 AZN (səksən dörd manat) tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut – Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş qalıq qalan 1,111 qram çəkidə metamfetamin, qalıq qalan 11,451 qram heroin və 01 ədəd elektron tərəzi məhv edilsin, məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 üçün 300 AZN (üç yüz manat) fəaliyyət göstərdiyi Bakı şəhər 2 saylı Vəkil Bürosunun nəfinə, X6 üçün 240 AZN (iki yüz qırx manat) fəaliyyət göstərdiyi Xırdalan şəhər Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Müşfiq oğluna verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov