Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-534/2022 31.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1974-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı və 1 (bir) yektinlik yaşına çatmayan uşağı olan, işləməyən, üzərində məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, İ.Qayıbov küçəsi, ev 76-da qeydiyyatda olan, həbs olunanadək ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 2021-ci ilin may ayında özünə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi bağlar massivində yerləşən bağ evinin həyətyanı sahəsində qanunsuz olaraq kultivasiya etdiyi 2 (iki) ədəd çətənə kolundan kustar üsulla qanunsuz olaraq satış məqsədi ilə 4257,347 qram təmiz çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana hazırlayıb yaşadığı evdə saxlamış, 14 sentyabr 2021-ci il tarixdə həmin narkotik vasitənin 97,347 qram çəkidə olan hissəsini eyni məqsədlə üzərində daşıyarkən saat 17:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi bağlar massivində saxlanılaraq həmin idarəyə gətirilmiş, orada onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın arxa sağ yan cibindən 1 (bir) ədəd polietilen bağlamada 97,347 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan sonra həmin gün saat 21:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı bağ evinə baxış keçirilərkən evin yataq otağındakı sandığın içindən 4160.0 qram təmiz çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd üzərində cüzi miqdarda narkotik vasitə marixuananın hissəcikləri olan elektron tərəzi, bağ evinin həyətyanı sahəsindən 2 (iki) ədəd ümumi çəkisi 630.0 qram olan əkilib-becərilməsi qadağan olunmuş, yaş vəziyyətdə narkotik təbiətli çətənə (kannabis) bitkiləri və torpaq nümunəsinin tərkibindən çəkisi 0,235 qram əkilib-becərilməsi qadağan olmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, heç vaxt heç kəsə narkotik vasitə satmamışdır. O, heç kəsi zəhərləməmişdir. O, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində qeydiyyatda olsa da, həbs olunanadək ailəsi ilə birlikdə Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 66, mənzil 32-də yaşamışdır. Eyni zamanda onun Türkan qəsəbəsində bağlar massivi kimi tanınan yerdə bağ evi olmuşdur. O, 1-ci Qarabağ müharibəsində iştirak etmişdir. Ondan başqa onun iki qardaşı da 1-ci Qarabağ müharibəsində iştirak etmişdir. Hətta onun bir qardaşı ağır şəkildə yaralanaraq əlil olmuş və hazırda prezident təqaüdçüsüdür. Onun qardaşı oğlu və bacısı oğlu da 2-ci Qarabağ müharibəsində iştirak edərək fəxri fərmanlarla təltif olunmuşlar. O, müharibəni görən şəxs heç kəsə narkotik vasitə satmamışdır. O, müharibədə iştirak etdiyi zaman 3 (üç) dəfə kontuziya almışdır. Bundan sonra onun bədənində güclü ağrılar başlamışdır. O, ağrılarını və əsəblərini sakiləşdimək üçün hərdən qurudumuş marixuana qəbul etmişdir. O, marixuana qəbul etdiyi zaman ağırları azalmış və biraz da olsun rahatlaşmışdır. O, marixuananı əvvəllər müxtəlif şəxslərdən və müxtəlif qiymətlərə almışdır. Son zamanlar isə onun maddi vəziyyəti pis olduğundan o, marixuana almağa pul tapmamışdır. Ona görə də o, narkotik vasitəyə olan tələbatını ödəmək məqsədi ilə tutulmamışdan təxminən 3-4 ay əvvəl çəkdiyi marixuananın içindən 2 (iki) ədəd çətənə tumunu götürüb həmin tumları öz bağ evinin həyətyanı sahəsində əkmişdir. 2 (iki) tumdan 2 (iki) ədəd çətənə kolu əmələ gəlmişdir. O, 2 (iki) kolu məhz öz istifadəsi üçün yetişdirmişdir. 14 sentyabr 2021-ci il tarixdə o, Mərdəkan qəsəbəsindəki evinin qarşısında piyada gedərkən mülki geyimdə bir neçə şəxs ona yaxınlaşmışlar. Həmin şəxslər Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını ona bildirmişlər. Həmin mülki geyimli polis əməkdaşları ona bildirmişlər ki, onun bağ evinin həyətyanı sahəsində çətənə kolları əkib-becərməsi barədə polis əməkdaşlarına məlumat daxil olmuşdur. Bunun üçün polislər həmin sahəyə baxmaq istədiklərini ona demişlər. O da polis əməkdaşlarına etiraz etməyərək razılaşmışdır. Sonra o, polis əməkdaşları ilə birlikdə Türkan qəsəbəsindəki bağ evinə getmişlər. O, polis əməkdaşlarına həyətdə 2 (iki) ədəd çətənə kolunu əkib-becərdiyini etiraf edərək həmin kolları göstərmişdir. Sonra polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada polislər ona 1 (bir) ədəd qara rəngli sellofan torbada qurudulmuş marixuana verib demişlər ki, “Səni narkotik vasitə satıcısı kimi sənədləşdirmək istəmirik. Sən biz dediyimizi etsən və lazımi sənədləri imzalasan, biz səni narkotik vasitə istifadəçisi kimi rəsmiləşdirəcəyik. Əgər bizimlə razı olmasan, onda sənin maddən ağır olacaq”. Bundan sonra polislərdən biri ona demişdir ki, “Sənə sellofan torbada qurudulmuş marixuana verəcəyik, videoçəkiliş zamanı vəkilin də iştirakı ilə sən çətənə kollarını əkib-becərdiyini, hazırladığın marixuananın bir hissəsini bağ evində saxladığını, üstündəki marixuananın evindəki marixuananın bir hissəsi olduğunu bildirməlisən”. O da polis əməkdaşlarına inanmış və polislərin verdiyi marixuanan əynində olan şalvarının arxa sağ yan cibinə qoyaraq saxlamışdır. Sonra onun üzərinə videoçəkilişlə axtarış aparılan zaman o, həmin narkotik vasitəni çıxarıb özünə məxsus olduğunu, bağ evində çətə kollarını əkdiyini, həmin kolları öz istifadəsi üçün əkdiyini bildirmişdir. Sonra guya onun üzərindən aşkar edilmiş narkotik vasitələr qablaşdıdırılmışdır. Sonra o, polis əməkdaşları ilə birlikdə bağ evinə getmiş və orada həyətyanı sahəyə, eləcə də evə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. O, orada da əkdiyi 2 (iki) ədəd çətənə kolunun yerini polis əməkdaşlarına bildirmişdir. Bu zaman yataq otağındakı sandığın içindən onun doğrayıb qurutduğu çətənə kollarının hissələri, habelə guya 1 (bir) ədəd də tərəzi aşkar edilmişdir. Halbuki onda heç vaxt tərəzi olmamışdır. Çünki o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Lakin o, yenə də polislərin dediklərini etməli imiş, çünki onlar şərtləşmişdilər ki, “polislər onu narkotik istifadəçisi kimi sənədləşdirəcəklər”. Buna görə də o, həmin tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Əsl həqiqət isə belə olmuşdur ki, polis əməkdaşları onun bağ evinə gəldikdən sonra onun əkdiyi 2 (iki) ədəd çətənə kolunu həyətdən toplayaraq onun yaşadığı evdə otağa qoymuşlar. Bundan başqa, polislər ona aid olmayan tərəzini də gətirib onun evinə qoymuşlar. O, bütün etirafedici ifadələri polislərin təzyiqi altında vermişdir. Polislər onu aldatmışlar ki, “Səni narkotik vasitə istifadəçisi kimi rəsmiləşdirəcəyik”. O da polislərə inanaraq polislərin dediyi məzmunda ifadə vermişdir. Lakin onun barəsində olan iş məhkəməyə gəlməmişdən əvvəl ona aydın olmuşdur ki, müstəntiq onun işini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə rəsmiləşdirərək məhkəməyə göndərəcək. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Xələfəli adlı şəxsin Bakı şəhəri, Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onun işlədiyi İdarəyə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə 14 sentyabr 2021-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və bu məqsədlə əməliyyat qurupu yaradılmışdır. Həmin əməliyyat qrupuna o və digər polis əməkdaşı Şahid1 daxil edilmişdir. Bundan sonra onlar həmin gün Xələfəli adlı şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Onlar 14 sentyabr 2021-ci il tarixdə, təxminən saat 17:00 radələrində Bakı şəhəri, Xəzər rayonu Türkan qəsəbəsi, bağlar massivi adlanan ərazidə olarkən bir nəfər şəxsin piyada hərəkət etdiyini görmüşlər. Həmin şəxsin əlamətləri əməliyyat məlumatında göstərilmiş Xələfəli adlı şəxsin əlamətlərinə uyğun gəlmişdir. Bundan sonra onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Bundna sonra onlar həmin şəxsdən kim olmasını soruşmuşlar. Sonra həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar Xələfəlini əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərarla tanış etmişlər və Xələfəliyə qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını bildirib sonuncunu Baş idarəyə dəvət etmişlər. İdarədə Xələfəliyə üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi bildirilmiş və buna görə Xələfəlinin hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilməzdən əvvəl Xələfəliyə hüquq və vəzifələri izah edilmiş və təklif olunmuşdur ki, üzərində qeyriqanuni əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sağ yan cibindən 1 (bir) ədəd bükümü çıxararaq onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm qablaşdırılaraq götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş marixuananın özünə məxsus olmasını, həmin marixuananı bağ evinin həyətində dipçəkdə əkib-yetişdirdiyini, özünə məxsus bağ evində də narkotik vasitə olduğunu və həmin vasitələri onlara təqdim edə biləcəyini demişdir. Sonra Təqsirləndirilən şəxs bağ evinə baxış keçirilməsi barədə qərar qəbul edilmiş və aqronom-mütəxəssis dəvət edilmişdir. Qərar qəbul edildikdən sonra onlar Təqsirləndirilən şəxs, sonuncunun hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkil və aqronom-mütəxəssislə birlikdə Xələfəlinin bağ evinə getmişlər. Onlar Xələfəlinin bağ evinə çatdıqda, təxminən saat 20:30 olmuşdur. Orada Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Xələfəliyə məxsus bağ evində videoçəkilişlə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşmışdır. Sonra Təqsirləndirilən şəxs evinə girişdən sol tərəfdə yerləşən həyətyanı sahədə çətənə kolları əkdiyini və həmin çətənə kollarını təqdim edəcəyini bildirmişdir. Bundan sonra onlar birlikdə evin bağ sahəsinə daxil olmuşlar və Xələfəli orada olan 2 (iki) ədəd çətənə kolunu təqdim etmişdir. Sonra onlar aqronom-mütəxəssisin iştirakı ilə həmin çətənə kollarını oradan götürmüşlər. Bundan sonra Təqsirləndirilən şəxs evinin giriş hissəsindən sol tərəfdə yerləşən yataq otağında da narkotik vasitə qurudulmuş marixuananın olduğunu və həmin kütləni də təqdim edəcəyini onlara demişdir. Sonra onlar birlikdə həmin otağa daxil olmuşlar və Xələfəli otağın sol tərəfində yerləşən taxta sandıqçanı onlara təqdim etmiş və həmin sandıqçanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Onlar Xələfəlinin təqdim etdiyi sandıqçaya baxış keçirmişlər. Onlar sandıqçaya baxış keçirərkən həmin vaxt sandıqçanın içərisindən 1 (bir) ədəd elektron tərəzi və yaşıl rəngli narkotik vasitə olan marixuanaya oxşar ot kütləsi aşkar edilmişdir. Sonra aşkar edilmiş əşyalar qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Protokol tərtib edildikdən sonra orada iştirak edən bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verməklə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 19) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 20) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2021-ci il tarixli qərardan (cild 1, iş vərəqə 28) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 29-30) görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sağ yan cibindən 1 (bir) ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş və həmin bükümün içərisində narkotik vasitə qurudulmuş marixuananın olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2021-ci il tarixli evə baxış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 32) görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivində yerləşən nömrəsiz yaşayış evinə və həmin evin həyətyanı sahəsinə baxış keçirilməsi və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2021-ci il tarixli evə baxış keçirilməsi və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 38-40) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivində yerləşən nömrəsiz yaşayış evində girişdən sol tərəfdə yerləşən həyətyanı sahədə 2 (iki) ədəd çətənə kolunu təqdim etmişdir. Həmin çətənə kolları aqronommütəxəssisin iştirakı ilə götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs evin giriş hissəsindən sol tərəfdə yerləşən taxta konstruksiyalı sandıqçanı polis əməkdaşlarına təqdim edərək həmin sandıqçanın içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin sandıqçaya baxış keçirilən zaman içərisindən 1 (bir) ədəd elektron tərəzi və açıq yaşıl rəngli spesifik iyə malik olan 4,160 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/934 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 52-53) görünür ki, tədqiqata təqdim olunmuş və üzərində “Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki üzəri skoçla bağlanmış 1 (bir) ədəd qara rəngli polietilen paketdə təmiz çəkisi - 97,347 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə və 1 (bir) ədəd elektron tərəzi” yazılar və imzalar olan ağ rəngli sintetik torbada təmiz çəkisi - 4160,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin torbada olan 1 (bir) ədəd elektron tərəzinin üzərində cüzi miqdarda narkotik vasitə marixuananın hissəcikləri vardır. Cüzi miqdar olduğu üçün müqayisəli tədqiqat aparmaq və çəkisini müəyyən etmək mümkün olmamışdır. Təqdim olunmuş kağız paketdə və ağ rəngli sintetik torbada olan marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 2 (iki) ədəd çətənə koluna bənzər bitkilər və götürülmüş torpaq nümunəsi" yazılar və imzalar olan ağ rəngli sintetik torbada yaş vəziyyətdə, ümumi sayı - 2 (iki) ədəd, ümumi çəksi 630,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş həmin torbada olan torpaq nümunəsinin tərkibində çəkisi - 0,235 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 2 (iki) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Təqdim olunmuş marixuanalarla, çətənə (kannabis) bitkiləri və torpağın tərkibində olan çətənə (kannabis) bitkisinin hissəcikləri tərkiblərinə görə eynidirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 67) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-377/2021 saylı qərarından (cild 1, iş vərəqə 88-89) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 5(003)-347/2021 saylı qərarından (cild 1, iş vərəqə 105) görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 14 sentyabr 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X27 Şəxsi Ambulator X2 4995 saylı rəyindən (cild 1, iş vərəqə 112-113) görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılır sindromu, yəni narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 121-131) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda ittihamın elan edilməsi, X15 elan olunmuş ittihamın məzmununda 2 (iki) ədəd yaş vəziyyətdə olan çətənə kolu qeyd olunsa da, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittihamın elan edilməməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 97,297 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın, yaşadığı evdən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4159,95 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananın, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 629,9 qram və 0,205 qram təşkil edən narkotik vasitə marixunanın hissəciklərinin və 1 (bir) ədəd elektron tərəzinin maddi sübut kimi tanınması və saxlanılması üçün Xəzər rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsini və yaşadığı evdə axtarışın keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 dekabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 134- 15) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunlu ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 119-120) görünür ki, Təqsirləndirilən şəxs üzərində ödənilməmiş məhkumluğu yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş hərbi biletin surətindən (cild 1, iş vərəqə 186-189) görünür ki, Təqsirləndirilən şəxs 1-ci Qarabağ Müharibəsində iştirak etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 190) görünür ki, Təqsirləndirilən şəxs ilə X11 arasında 05 iyun 2001-ci il tarixdə nikah bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 192) görünür ki, 31 yanvar 2005-ci il tarixdə Təqsirləndirilən şəxs övladı X6 anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 193) görünür ki, 27 fevral 2012-ci il tarixdə Təqsirləndirilən şəxs övladı X7 anadan olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 dekabr 2015-ci il tarixli tibbi arayışın surətindən (cild 1, iş vərəqə 194) görünür ki, Təqsirləndirilən şəxs azyaşlı övladı X3 iki tərəfli çox ağır dərəcəli “Sensonevral tip eşitmə azlığı” (anadangəlmə eşitmənin itməsi, lal-kar) diaqnozu qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının arayışından (cild 1, iş vərəqə 195) görünür ki, X3 “Eşitmənin neyrosensor tipli itirilməsi, anadangəlmə nitq pozulması” (anadangəlmə lal-karlıq, eşitmə funksiyasının olmaması) diaqnozu qoyulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş vəsiqənin surətindən (cild 1, iş vərəqə 196) görünür ki, Təqsirləndirilən şəxs qardaşı X17 İİ qrup Qarabağ əlilidir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş hərbi biletin surətindən (cild 1, iş vərəqə 197-210) görünür ki, Təqsirləndirilən şəxs qardaşı X17 1-ci Qarabağ Müharibəsində iştirak etmiş və 14 fevral 1994-cü ildə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə iştirak edərkən bədəninin müxtəlif hissələrindən yaralanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 211) görünür ki, Təqsirləndirilən şəxs X10 doğma qardaşıdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komissiyasının arayışından (cild 1, iş vərəqə 213) görünür ki, X12 fəqərə sütununun və onurğa beyininin D3-D6 fəqərələrarası səviyyəsində olan silah yarası, yad cismin xaric edilməsi, aşağı ətrafın paraperezi diaqnozu qoyulmuşdur. Həmçinin ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik verilmiş və o, tam əmək qabiliyyətsiz hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş hərbi biletin surətindən (cild 1, iş vərəqə 215-225) görünür ki, X22 1-ci Qarabağ Müharibəsində iştirak etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş veteran vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 226) görünür ki, X22 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və ona müharibə veteranı olması barədə vəsiqə verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş hərbi biletin surətindən (cild 1, iş vərəqə 229-239) görünür ki, Təqsirləndirilən şəxs qardaşı oğlu X13 44 günlük Vətən Müharibəsi zamanı Cəbrayıl və Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş təşəkkür məktubundan (cild 1, iş vərəqə 242) görünür ki, X1 Müharibəsi zamanı fədakarlıq göstərdiyinə görə təltif olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Fəxri Fərmandan (cild 1, iş vərəqə 243) görünür ki, X1 Müharibəsi zamanı döyüş tapşırığının layiqincə yerinə yetirilməsində fəal iştirak etdiyinə görə fəxri fərmanla təltif olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi vəsiqənin surətindən (cild 1, iş vərəqə 244) görünür ki, Təqsirləndirilən şəxs bacısı oğlu X8 zabit kimi 44 günlük Vətən Müharibəsində iştirak etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş hərbi biletin surətindən (cild 1, iş vərəqə 246-251) görünür ki, X8 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Suqovuşan və Talış istiqamətində) gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X14 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 9-cu bəndinə əsasən - təmiz halda 500 qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özünə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Bağlar massivində yerləşən bağ evinin həyətyanı sahəsində qanunsuz olaraq 2 (iki) ədəd çətənə kolunu əkib-yetişdirmiş və həmin kollar yetişdikdən sonra qurudaraq hazır vəziyyətə gətirmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs əkib-yetişdirdiyi 2 (iki) ədəd çətənə kolu hesabına qanunsuz olaraq narkotik vasitə hazırlamışdır. Təqsirləndirilən şəxs 2 (iki) ədəd çətənə kolunu qanunsuz olaraq hazırladıqdan sonra, yəni 14 sentyabr 2021-ci il tarixdə hazırladığı narkotik vasitənin bir hissəsini üzərində daşıyarkən həmin gün təxminən saat 17.00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirində saxlanılaraq Baş İdarəyə aparılmışdır. Orada Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və bu vaxt onun əynində olan şalvarın arxa sağ yan cibindən 1 (bir) ədəd polietilen bağlamada 97,347 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 21:00 radələrində Təqsirləndirilən şəxs məxsus bağ evinə və evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış keçirilərkən evin yataq otağındakı sandığın içərisindən 4160,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd üzərində cüzi miqdarda narkotik vasitə marixuananın hissəcikləri olan elektron tərəzi, bağ evinin həyətyanı sahəsindən 2 (iki) ədəd ümumi çəkisi 630,0 qram olan yaş vəziyyətdə narkotik təbiətli çətənə (kannabis) bitkiləri və torpaq nümunəsinin tərkibindən çəkisi 0,235 qram əkilib-becərilməsi qadağan olmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəcikləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan olunmuş ittihamla razılaşmayaraq, 14 sentyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulduğu vaxt üzərində narkotik vasitənin olmadığını, habelə tutulduqdan sonra birbaşa olaraq ona məxsus bağ evinə aparıldığını, orada polis əməkdaşlarına əkdiyi 2 (iki) ədəd çətənə kolunu təqdim etdiyini, sonra Baş İdarəyə aparılaraq orada polis əməkdaşlarının təkidi ilə ona məxsus olmayan narkotik vasitənin özünə məxsus olmasını etiraf etdiyini, bundan sonra özünə məxsus bağ evinə polis əməkdaşları ilə getdiyini, bağ evində olarkən polis əməkdaşları tərəfindən onun əkib-becərdiyi çətənə kollarının yığılıb evə qoyulduğunu, məhz bundan sonra guya evdən külli miqdarda narkotik vasitələrin və elektron tərəzinin aşkar olunduğunu, həmin vaxt ona məxsus bağ evində qurudulmuş marixuananın və elektron tərəzinin olmadığını iddia etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ona məxsus bağ evinin həyətyanı sahəsində 2 (iki) ədəd çətənə kolunu əkib-becərdiyini etiraf etsə də, faktiki olaraq tutularkən üzərində narkotik vasitənin olduğunu, habelə bağ evində külli miqdarda qurudulmuş marixuana və elektron tərəzinin olduduğunu inkar etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında bu hissədə verdiyi ifadəsini yalan ifadə kimi qiymətləndirir və belə hesab edir ki, təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamı mübahisələndirməklə və yalan ifadə verməklə səmimi olmamış, əsl həqiqəti gizlətməklə cinayət məsuliyyətindən yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək istəmişdir. Belə ki, məhkəmə istintaqında sərbəst şəkildə ifadə vermiş polis əməkdaşları 14 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun əynində olan şalvarın arxa sağ yan cibindən 1 (bir) ədəd polietilen bağlamada 97,347 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın, Təqsirləndirilən şəxs məxsus bağ evinə və evin həyətyanı sahəsinə baxış keçirilərkən evin yataq otağındakı sandığın içərisindən 4160,0 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananın, 1 (bir) ədəd elektron tərəzinin, bağ evinin həyətyanı sahəsindən 2 (iki) ədəd ümumi çəkisi 630,0 qram olan yaş vəziyyətdə narkotik təbiətli çətənə (kannabis) bitkilərinin və torpaq nümunəsinin tərkibindən çəkisi 0,235 qram çəkidə əkilib-becərilməsi qadağan olmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəciklərinin aşkar edilərək götürülməsini təsdiq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs ona məxsus bağ evinin həyətyanı sahəsində 2 (iki) ədəd çətənə kolunu əkməsi aqronom-mütəxəssis tərəfindən verilmiş rəylə də təsdiq olunmuşdur. Bütün yuxarıda sadalanan hallar onu təsdiq edir ki, Təqsirləndirilən şəxs ona məxsus bağ sahəsində 2 (iki) ədəd çətənə kolunu əkib-becərmiş və həmin kollar yətişdikdən sonra qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana hazırlamışdır. Qeyd edilən hallar mötəbər, obyektiv və təqzibedilməz sübutlarla tam şəkildə təsdiq olunduğundan məhkəmə bu halları cinayət işinin mübahisəsiz halları kimi qəbul edərək qiymətləndirir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs 2 (iki) ədəd çətənə kolunu qanunsuz olaraq əkib-becərərkən, habelə həmin kollar yetişdikdən sonra həmin çətənə kolları hesabına narkotik vasitə qurudulmuş marixuana hazırlayarkən, həmin narkotik vasitənin bir hissəsini üzərində daşıyarkən, qalan hissəsini və elektron tərəzini bağ evində saxlayarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Göstərilən məsələlər üzrə məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından əməliyyat orqanına Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olması məlum olsa da, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitə qurudulmuş marixuananın qanunsuz olaraq alqı-satqısı ilə məşğul olması, narkotik vasitələrin istehlakçıları ilə narkotik vasitılər barəsində sövdələşməsi, razılaşması, narkotik vasitələrin qanunsuz şəkildə realizə edilməsi istiqamətində fəal hərəkətlər etməsi, başqa sözlə, onun narkotik vasitə qurudulmuş marixuananın satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs onun üzərindən və ona məxsus olan bağ evindən, eləcə də bağ evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanaları, o cümlədən digər narkotik vasitə və psixotrop maddələri kiməsə satması halını təsdiq edə biləcək heç bir sübut mövcud deyil. Məhkəmə istintaqında da Təqsirləndirilən şəxs hansısa şəxsə narkotik vasitə və psixotrop maddələr satması, bu istiqamətdə kiminləsə sövdələşməsi və sair hərəkətlər etməsi təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən və ona məxsus bağ evindən aşkarlanmış narkotik vasitə qurudulmuş marixuananın ölkəmizdə dövriyyəsi qadağan edilmiş digər narkotik vasitələrə nisbətdə daha az təsir edən narkotik vasitəyə aid olmasına baxmayaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün 4 (dörd) kiloqramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuananı tədarük etməsi inandırıcı deyil. Eyni zamanda onun bağ evindən elektron tərəzinin də aşkar edilməsi ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məzh satış məqsədi ilə bağ evinin həyətində 2 (iki) ədəd çətənə kolunu əkib-becərərək, daha sonra həmin kolların lazımi hissələrini qurudaraq qanunsuz şəkildə narkotik vasitə qurudulmuş marixuana hazırlamış, bir hissəsini üzərində daşımış, qalan hissəsini isə bağ evində saxlamaqla gizlətmişdir. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 1 (bir) azyaşlı və 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, azyaşlı uşağının anadangəlmə ağır xəstə olmasını və mütəmadi şəkildə müalicəyə ehtiyacının olmasını, onun özünün və iki qardaşı Ceyhun Rəhmanovun və Səlim Rəhmanovun İ Qarabağ Müharibəsində iştirak edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmələrini, qardaşı Ceyhun Rəhmanovun İİ qrup Qarabağ əlili olmasını, habelə onun qardaşı Səlim Rəhmanovun oğlu X4 da Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, yəni 44 günlük Vətən Müharibəsində iştirak etməsini, onun bacısı oğlu Muradəli Ramazanovun da zabit kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, yəni 44 günlük Vətən Müharibəsində iştirak etməsini, sonuncuların döyüşlərdə fəal iştirak etmələrinə görə təltif olunmalarını, eləcə də onun ailədə yeganə qazanc gətirən şəxs olmasını, törətdiyi əməldən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsin əməlindəki cəzanı yüngülləşdirən bütün halların məcmusunu, əlqərəz, onun evli olmaqla, himayəsində 1 (bir) azyaşlı və 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, azyaşlı uşağının anadangəlmə ağır xəstə olmasını və bu səbəbdən də mütəmadi şəkildə müalicəyə ehtiyacının olmasını, onun özünün və iki qardaşının İ Qarabağ Müharibəsində iştirak edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmələrini, qardaşı Ceyhun Rəhmanovun İİ qrup Qarabağ əlili olmasını, habelə onun qardaşı Səlim Rəhmanovun oğlu X4 da Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, yəni 44 günlük Vətən Müharibəsində iştirak etməsini, onun bacısı oğlu Muradəli Ramazanovun da zabit kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, yəni 44 günlük Vətən Müharibəsində iştirak etməsini, eləcə də onun ailədə yeganə qazanv gətirən şəxs olmasını və törətdiyi əməldən səmişi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə müstəsna hallar kimi qəbul etdiyi halların arasından təqsirləndirilən şəxsin özünün, iki qardaşının, onun qardaşı oğlunun və bacısı oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini xüsusilə vurğulamağı zəruri hesab edir. Belə ki, bir ailənin 5 (beş) üzvünün müxtəlif zamanlarda (İ və İİ Qarabağ Müharibəsində) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi həmin şəxslərin dövlətimizə və vətənimizə olan mənəvi bağlılığı, sədaqəti və vətənpərvərliyi ilə birbaşa əlaqəlidir. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, hazırki həssas zamanda (44 günlük Vətən Müharibəsindən sonraki dövr) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Təqsirləndirilən şəxs və onun iki qardaşının İ Qarabağ Müharibəsində iştirak etmələri, onun qardaşının birinin İ Qarabağ əlili olması, habelə onun qardaşının oğlu və bacısının oğlunun, başqa sözlə, bir ailədən 3 (üç) nəfərin İ Qarabağ Müharibəsində, 2 (iki) nəfərin isə İİ Qarabağ Müharibəsində iştirak etmələri mütləq qaydada Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul edilməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən halların Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən müstəsna hallar kimi qəbul edilməsi onun məsuliyyətdən azad edilməsi kimi deyil, əksinə dövlət tərəfindən Təqsirləndirilən şəxs göstərilən mərhəmət və ədalət kimi qəbul edilməlidir. Beləliklə məhkəmə qeyd edilən müstəsna halları məcmu halda nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza, yəni azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına nisbətdə ona daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun üzərində daha çox məhrumiyyətlər yaradacaq. Bu isə ona və onun ailəsinə (uşaqları və arvadına), ələlxüsus onun ağır xəstə olan azyaşlı uşağına, ümumilikdə isə onun ailə münasibətlərinə mənfi təsir göstərəcək. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası onu islah etməyə kifayət edəcək. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Buna isə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə nail olmaq olar. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və həmin maddənin tələbləri nəzərə alınmaqla ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Bundan başqa, Təqsirləndirilən şəxs 14 sentyabr 2021-ci il tarixdən 31 yanvar 2022ci il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 17 (on yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablamaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına daxil edilməklə həmin cəzadan çıxılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni ünvan 1 ünvanında çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 07:00dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, eləcə də Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəydən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkəcəyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 97,297 qram və 4159,95 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 629,9 qram və 0,205 qram təşkil edən narkotik vasitə marixunanın hissəcikləri və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə axtarışın keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 66 (altmış altı) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 66 (altmış altı) manat 46 (qırx altı) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə onun təqsirli bilindiyi maddə üzrə 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 sentyabr 2021-ci il tarixdən 31 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 17 (on yeddi) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 9 (doqquz) ay 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını gecə saat 23:00-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 97,297 qram və 4159,95 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 629,9 qram və 0,205 qram təşkil edən narkotik vasitə marixunanın hissəcikləri və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evdə axtarış keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 66 (altmış altı) manat 46 (qırx altı) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-534/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-534/2022
31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver