Məhkəmə qərarları › İş №1(101)-534/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-534/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-534/2023 19.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əkbərov Məhəmməd Hüseyn oğlunun sədrliyi ilə, Hakimlər Qəniyev Faiq Əsəd oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynova Firuzə Eldar qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1967-ci il tarixdə Qazax rayonu, Poylu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Y/M, 11-ci döngə, ev 3-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki o, vahid niyyətlə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını, qulluq mövqeyindən istifdə etməklə ələ keçirib dələduzluq etmiş, xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Yasamal rayonu, Tblisi prospekti, məhəllə 1038, ev 32 A, mənzil 57-də yerləşən ofisdə tanışı Şahid4 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Bakı şəhərində daşınmaz əmlak almaq istəyən real alıcı və “Olympus şirkətlər qrupu”nun şərikləri olmaqla kifayət qədər maliyyə imkanlarına malik şəxslər olmalarını bildiyi üçün özgə əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə ********** (VÖEN) nömrə ilə qeydiyyata alınmaqla, hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu X44 küçəsi, ev 7B, mənzil 75 olan, nizamnaməsində istehlak kooperativi olması, binanın tikilməsi, həmin binada mövcud olan yaşayış və qeyri yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılması, binanın tikintisi başa çatdıqdan və binada mövcud olan bütün yaşayış və qeyri yaşayış sahələrinə mülkiyyət hüququ müvafiq qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra 6 ay ərzində ləğv edilməsi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi kimi şərtləri qeyd edilən "xxxx" MTK-nın faktiki sahibi kimi öz qulluq mövqeyindən istifadə edərək cəmiyyətdə kifayət qədər nüfuzunun olması görüntüsü yaratmaqla, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 etibarını qazandıqdan sonra, sonunculara hər hansı öhdəliyi yerinə yetirmək məqsədi olmadan özgə əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə “X45 Azərbaycan” QSC-də girovda olan tanışı X18 mülkiyyətində olan, "xxxx" MTK-ya rəsmi olaraq heç bir aidiyyəti olmayan ünvan 2 ünvanında yerləşən hər hansı sərəncam hüququ olmadığı, 1,0987 ha torpaq sahəsini 4.000.000 manata sata biləcəyini təklif etmiş, eləcə də aralarında yaranmış etibarı daha da möhkəmələndirmək və özünə inandırmaq üçün qeyd olunan ərazidə tikinti aparmaq üçün müvafiq dövlət orqanlarından icazənin olduğunu, torpaq sahəsinin müvafiq yerquruluşu xəritəsinin (situasiya planı) hazırlandığını və kateqoriyasının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi üçün aidiyyatı dövlət qurumlarının rəylərinin, yüksəkmərtəbəli yaşayış evlərinin layihələndirilməsi üçün tələb olunan texniki şərtlərinin alındığını bildirmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun təklifi ilə razılaşdıqdan sonra, hazırladığı cinayətkar plana, yəni üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək deyil, əmlakı ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdə Yasamal rayonu, Tblisi prospekti, məhəllə 1038, ev 32 A, mənzil 57-də yerləşən ofisdə Zərərçəkmiş şəxs1 ilkin olaraq nağd formada 20.000 manat, daha sonra xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanında fəaliyyət göstərən 14 saylı notariat ofisində Əli Qarayev, Şahid5 və Zərərçəkmiş şəxs2 tanışı Şahid2 arasında bağlanmış həmin tarixli beh müqaviləsi üzrə Zərərçəkmiş şəxs2 80.000 manat, xx.xx.2021-ci il tarixdə nizamnamə kapitalı 500 manat təşkil edən MTK-nın təsis payının guya 40 faiz hissəsini 200 manata Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yaxın adamlarının adına rəsmiləşdirmək adı ilə Zərərçəkmiş şəxs2 əlavə 100.000 manat, ümumilikdə 200.000 manat pulu aldıqdan sonra, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ona inandığı üçün sonunculardan eyni adla yenə də pul ələ keçirə bilməyin mümkün olduğunu düşünüb, vahid niyyətlə bu dəfə daha inandırıcı olması üçün qeyd olunan ünvanda yerləşən ofisində görüşərkən torpaq sahəsinin kateqoriyasının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyası olması səbəbindən orada yaşayış məqsədilə tikintinin aparılmasına icazənin olmamasını əsas gətirib, Azərbaycan Respublikası İqtisadiyyat Nazirlyində işləyən tanışı olan yüksək vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xeyrinə, yəni həmin torpaq sahəsinin təyinatının dəyişdirərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirə biləcək imkana malik olduğunu və bunun üçün həmin hərəkətə görə vəzifəli şəxsə çatdırılması adı ilə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 170.000 manat pul vəsaitinin verilməsinin zəruriliyini bildirmiş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 170.000 manat pulun çox olduğunu, 100.000 manat pul vəsaiti verə biləcəklərini bildirdikdə onlarla sonuncu məbləğlə razılaşaraq özünü etibarlı, işgüzar şəxs kimi təqdim etməklə özünə daha da inandırmaq məqsədilə 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs2 nümayiş etdirilməsi məqsədi ilə 050 ***-**-** mobil telefon nömrəsini dəstəkləyən, öz istifadəsində olan “WhatsApp”ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə tanışı Şahid4 050 ***-**-** mobil telefon nömrəsini dəstəkləyən “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsinə “Axşamın xeyr, ... imza etdi, tak şto, səhər nömrəni biləcəyik, xahiş edirəm hadisələri tezləşdir, 10 saylı qərara görə, onlar 7-12 gün ərzində cavab verməlidirlər, mənə yox, Əli Qarayevə” məzmunlu mesaj göndərmiş, Zərərçəkmiş şəxs2 həmin sms mətini ilə tanış olduqdan sonra inanıb 2021-ci ilin avqust ayının sonlarında tanışı Şahid3 vasitəsi ilə göndərdiyi 100.000 manat pulu Yasamal rayonu, Tblisi prospekti, məhəllə 1038, ev 32 A, mənzil 57-də yerləşən ofisdə almaqla vahid niyyətlə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə, qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 külli miqdar təşkil edən ümumilikdə 300.000 manat məbləğində pulunu-əmlakını ələ keçirib dələduzluq etmiş, xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 100.000 manat məbləğində pul vəsaitini rüşvət qismində verməyə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təhrik etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadələrində göstərmişdir ki, 25 il müddətində "xxxx" QSC-də işləmiş, hazırda "xxxx" MMC-nin təsisçisidir. X19, X32, X20, X21, X12 və X4 təsisçiləri olan "xxxx" MTK-da Qurban Vəliyevin adına rəsimləşdirilmiş 40 faiz nizamnamə payı ona məxsus olmuşdur. MTK-nın hüquqi ünvanı Bakı şəhəri, X44 küçəsi, ev 7B, mənzil 75 olmaqla, ********** VÖEN-lə fəaliyyət göstərir. Bundan başqa, 2015-ci ildə dostu Əli Qarayev və Nofəl Hacıyevlə şərikli ünvan 6 ünvanında yerləşən 1.0987 ha torpaq sahəsini içərisində olan tikili ilə birlikdə ayrı-ayrı şəxslərdən ümumilikdə 3.000.000 manata satın almışdır. X23 həmin torpaq sahəsini “X45 Azərbaycan” QSC-ə girov qoyub ümumilikdə 2.235.000 manat kredit götürməsi məlum olmuşdur. Bundan sonra torpaq sahəsini yüklü vəziyyətdə başqa şəxslərə satmaq qərarına gəldikləri üçün Bakı şəhərində fəaliyyət göstərən müxtəlif maklerlərə və dostlarına məlumat vermişlər. Tarixini dəqiq xatırlamır, lakin 2021-ci ilin may ayında keçmiş Nəqliyyat Nazirliyinin yaxınlığında “Neptun” marketin arxa tərəfində yerləşən ofisdə olarkən bir nəfər mobil nömrəsinə zəng edib adının Şahid4 olduğunu bildirmiş və Sabunçu rayonu ərazisində yerləşən yuxarıda qeyd etdiyi torpaq sahəsi ilə bağlı onunla görüşmək istədiyini bildirmişdir. O da ünvanı Şahid4 izah etdikdən sonra sonuncu Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid3la birlikdə onun olduğu yerə gəlmişlər. Şahid4 şərikləri Şahid5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1lə birlikdə ünvan 6 ünvanında yerləşən 1.0987 ha torpaq sahəsini və "xxxx" MTK-nı almaq istədiyini bildirmişdir. O, torpaq sahəsinin yüklü olduğunu bildirib torpaq sahəsinin təyinatını dəyişməyi üzərinə götürmüşdür. Onların arasında olan razılaşmaya əsasən ünvan 6 ünvanında yerləşən 1.0987 ha torpaq sahəsini və "xxxx" MTK-nı 4.000.000 manata satmışdır. Həmin gün, kimin verdiyini xatırlamır, lakin ona 20.000 manat ilkin pul verilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Şahid2, Şahid5 və Əli Qarayev arasında Bakı şəhəri 14 saylı notariat ofisində beh müqaviləsi bağlanmış və nəticədə 100.000 manat Zərərçəkmiş şəxs2 tərəfindən "xxxx" ASC-dəki bank hesabına köçürülmüşdür. Həmin 100.000 manatın içərisində ona ilkin olaraq verilmiş 20.000 manat da olmuşdur. Belə ki, beh müqaviləsi bağlanarkən o, 20.000 manat pulu Zərərçəkmiş şəxs2gilin özlərinə geri qaytarmışdır. Həmin gün bankdan 100.000 manat pul onun tərəfindən götürülmüşdür. Belə ki, xx.xx.2021-ci il tarixdə təsisçilər Kənan Məmmədov, Əli Qarayev, Qurban Vəliyev, Rövşən Hacıyev, Anar Bədəlov və Elnarə Bədəlovanın, alıcılar- Şahid4, Şahid2, Şahid1 və Şahid5 iştirakları ilə 14 saylı notariat ofisində firmanın nizamnamə payının alqı-satqısına dair müqavilə bağlanmışdır. X27 15 faiz nizamnamə payından 10 faiz hissəsini Şahid2, 5 faiz hissəsini Şahid1, Əli Qarayev 15 faiz nizamnamə payından 5 faiz hissəsini Şahid2 və 10 faiz hissəsini Şahid4, Rövşən Hacıyev 15 faiz nizamnamə payından 5 faiz hissəsini Şahid2 və 10 faiz hissəsini Şahid5, Qurban Vəliyev 40 faiz nizamnamə payından 25 faiz hissəsini Şamxal Dadaşova və 15 faiz hissəsini Şahid5 satmışdır. Faktiki olaraq, həmin alqı-satqının ümumi dəyəri 4.000.000 manat olmuşdur. Həmin alqı-satqıdan təxminən 1 ay sonra Şahid4 ona "xxxx" ASC-dəki hesabdan 100.000 manat götürməsini bildirmişdir. O da etibarnamə əsasında 100.000 manat pulu ikinci dəfə xx.xx.2021-ci il tarixdə bankdan təhvil götürmüşdür. Həmin prossesdən sonra o, Zərərçəkmiş şəxs1gildən ümumilikdə 200.000 manat götürmüşdür. Həmin il yay ayının sonlarında, ona təcili pul lazım olduğu üçün Şahid4 zəng edib satdığı torpaq sahəsinə görə veriləcək puldan 100.000 manat hissəsini tez verməsini bildirmiş, təxminən 3-5 gün sonra Elvin ona 100.000 manat pul vermişdir. O, qeyd olunan torpaq sahəsinin alq-satqısına görə ümumilikdə 300.000 manat pul almışdır. Onun tərəfindən heç kimə rüşvət verilməmişdir. O, qeyd olunan torpaq sahəsinin sənədlərini torpaq sahəsinin təyinatının dəyişdilməsi məqsədi ilə Nazirlər Kabinetinə təqdim etmiş, lakin torpaq sahəsi yüklü olduğu üçün imtina edilmişdir. Torpaq sahəsinin yüklü olması, yəni bankda girov olmasını onun fikirincə Şahid4, Zərərçəkmiş şəxs2 və Şahid5 bilmişdir. O, Zərərçəkmiş şəxs2 və Şahid5 ilə birlikdə “X45 Azərbaycan” QSC-ə getmiş və torpaq sahəsi ilə bağlı təxminən 2000-3000 manat rəsmi rüsumlar ödənilmişdir. Lakin hər hansı vəzifəli şəxslərə rüşvət qismində pul və digər şeylər verilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayiş etdirməsi üçün “WhatsApp” sosial internet proqramı vasitəsi ilə Şahid4 “WhatsApp” sosial internet proqramına “Axşamın xeyr, ............. imza etdi, tak şto, səhər nömrəni biləcəyik, xahiş edirəm hadisələri tezləşdir, 10 saylı qərara görə, onlar 7-12 gün ərzində cavab verməlidirlər, mənə yox, Əli Qarayevə” məzmunlu səs yazısı göndərməsini təsdiq edib bildirmişdir ki, həmin il yay ayının sonlarında, ona təcili pul lazım olduğu üçün Şahid4 zəng edib satdığı torpaq sahəsinə görə veriləcək puldan 100.000 manatının tez zamanda verməsini bildirmiş, təxminən 3-5 gün sonra sonuncu ona 100.000 manat pul vermişdir. O qeyd olunan torpaq sahəsinin alq-satqısına görə ümumilikdə 300.000 manat pul almış, lakin onun tərəfindən heç kimə rüşvət verilməmişdir. Onun tərəfindən qeyd olunan torpaq sahəsinin sənədləri torpaq sahəsinin təyinatının dəyişdilməsi məqsədi ilə Nazirlər Kabinetinə təqdim edilmiş, lakin torpaq sahəsi yüklü olduğu üçün imtina edilmişdir. Torpaq sahəsinin yüklü olması, yəni bankda girov qoyulmasını fikirincə Şahid4, Zərərçəkmiş şəxs2 və Şahid5 bilmişlər. Əli Qarayev torpaq sahəsinin sahibi olaraq Baş Nazirə müraciət etdikdən sonra o, Nazirlər kabinetinin dəftərxanasına zəng edib müraciətin nəticəsi ilə maraqlanmış, dəftərxanadan həmin məktubun icra üçün İqtisadiyyat Nazirliyinə göndərildiyi ona bildirilmişdir. Bu prossesdən sonra o da Şahid4 səs yazısı göndərib vaxtlarının az olduğunu, ipotekanın qısa müddətdə bağlanılmasını və torpaq sahəsinin yüklükdən azad edilməsini bildirmişdir. O, hər hansı vəzifəli şəxsə verilməsi üçün heç kimdən rüşvət istəməmişdir. Nazirlər Kabineti torpaq sahəsinin yüklü olması əsası ilə müraciətdən imtina etmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və onun tərəfindən "xxxx" MTK-nın nizamnamə payının alınması məqsədi ilə Təqsirləndirilən şəxs 300.000 manat pul verilmişdir. Tarixini dəqiq xatırlamır, lakin 2021-ci ilin may ayında Şahid4 və Zərərçəkmiş şəxs1lə birlikdə Nəsimi rayonu, M.Qasımov küçəsində yerləşən “Olympus Şirkətlər qrupu”nun ofisində görüşərkən Şahid4 onlara Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 1.10 ha torpaq sahəsini "xxxx" firması ilə birlikdə Təqsirləndirilən şəxs 4.000.000 manat pula satın almağı və torpaq sahəsinin təyinatını qeyri yaşayış sahəsindən yaşayış sahəsinə keçirdərək baha qiymətə, yəni 7.000.000 manata satmaqla gəlir əldə etməyi təklif etmişdir. xx.xx.2021-ci il tarixdə Yasamal rayonu, Tblisi prospekti, məhəllə 1038, ev 32 A, mənzil 57-də yerləşən ofisdə tanışı Şahid4 vasitəsi ilə Təqsirləndirilən şəxs tanımış, sonuncu "xxxx" MTK-nın faktiki sahibi kimi özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs “X45 Azərbaycan” QSC-də girovda olan "xxxx" MTK-ya rəsmi olaraq heç bir aidiyyəti olmayan ünvan 2 ünvanında yerləşən hər hansı sərəncam hüququ olmayan, 1,0987 ha torpaq sahəsini həmin MTK-a ilə birlikdə 4.000.000 manata sata biləcəyini təklif etmiş, eləcə də aralarında yaranmış etibarı daha da möhkəmələndirmək və özünə inandırmaq üçün qeyd olunan ərazidə tikinti aparmaq üçün müvafiq dövlət orqanlarından icazənin olduğunu, torpaq sahəsinin müvafiq yerquruluşu xəritəsinin (situasiya planı) hazırlandığını və kateqoriyasının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi üçün adiyyatı dövlət qurumlarının rəylərinin, yüksəkmərtəbəli yaşayış evlərinin layihələndirilməsi üçün tələb olunan texniki şərtlərinin alındığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə Yasamal rayonu, Tblisi prospekti, məhəllə 1038, ev 32 A, mənzil 57-də yerləşən ofisdə Zərərçəkmiş şəxs1 onun yanında ilkin olaraq nağd formada 20.000 manat pul vermişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu, Moskva prospekti 58/1 ünvanında fəaliyyət göstərən 14 saylı notariat ofisində Əli Qarayev, Şahid5 və Şahid2 arasında bağlanmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldığı 20.000 manat pulu onlara vermiş, o da həmin pulun üzərinə əlavə pul qoymaqla, ümumilikdə 100.000 manat pulu Şahid2 vermiş, sonuncu da "xxxx" ASC-dəki bank hesabına köçürmüş, Təqsirləndirilən şəxs da həmin pulu oradan götürmüşdür. xx.xx.2021-ci il tarixdə tanışları Şahid2 və Şahid1 iştirakı Bakı şəhəri 14 saylı notariat ofisində firmanın nizamnamə payının alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Kənan Məmmədov şirkətin nizamnamə payının 15 faiz hissəsindən 10 faizini Şahid1, 5 faiz hissəsini Şahid2 satmış. Əli Qarayev də 15 faiz nizamnamə payından 5 faizini Şahid2, X21 15 faiz nizamnamə payının 5 fazi hissəsini Şahid2 satmışdır. Adını xatırlamadığı təsisçi də özünə məxsus 15 faiz nizamnamə payını Şahid2 satmışdır. Həmin alqı-satqıdan sonra Təqsirləndirilən şəxs ondan əlavə 100.000 manat, ümumilikdə 200.000 manat pulu almışdır. O, qeyd olunan ünvanda yerləşən ofisində görüşərkən torpaq sahəsinin kateqoriyasının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyası olması səbəbindən orada yaşayış məqsədilə tikintinin aparılmasına icazənin olmamasını əsas gətirib, həmin torpaq sahəsinin təyinatının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəhbərliyinə 170.000 manat pul vəsaitini vermək lazım olmasını demişdir. O, Zərərçəkmiş şəxs1 ilə birlikdə 170.000 manat pulun çox olduğunu, 100.000 manat pul vəsaiti verə biləcəyini bildirdikdə Təqsirləndirilən şəxs onlar ilə razılaşmışdır. 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs 050 ***-**-** mobil telefon nömrəsinin “WhatsApp” ani mesajlaşma mübadilə sistemindən Şahid4 050 ***-**-** mobil telefon nömrəsinin “WhatsApp” ani mesajlaşma mübadilə sisteminə “Axşamın xeyr, ... imza etdi, tak şto, səhər nömrəni biləcəyik, xahiş edirəm hadisələri tezləşdir, 10 saylı qərara görə, onlar 7-12 gün ərzində cavab verməlidirlər, mənə yox, Əli Qarayevə” məzmunlu mesaj göndərmişdir. O da həmin sms mətini ilə tanış olduqdan sonra inanıb 2021-ci ilin avqust ayının sonlarında tanışı Şahid3 vasitəsi ilə Təqsirləndirilən şəxs çatdırması üçün 100.000 manat pulu göndərmişdir. Şahid3 da həmin pulu Yasamal rayonu, Tblisi prospekti, məhəllə 1038, ev 32 A, mənzil 57-də yerləşən ofisinə aparıb Təqsirləndirilən şəxs vermişdir. Sonradan onlar torpaq sahəsinin bankda yüklü olduğu üçün təyinatının dəyişdirilməsinin mümkün olmamasını bildikdə, pullarını geri tələb etmiş, lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirib onun pulunu verməmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadələrində göstərmişdir ki, tarixini dəqiq xatırlamır, lakin 2021-ci ilin may ayında o, Şahid4 və Zərərçəkmiş şəxs2lə Nəsimi rayonu, M.Qasımov küçəsində yerləşən “Olympus Şirkətlər qrupu”nun ofisində görüşərkən Şahid4 ona və Zərərçəkmiş şəxs2 Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 1.10 ha torpaq sahəsini "xxxx" MTK ilə birlikdə Təqsirləndirilən şəxs adlı şəxsdən 4.000.000 manat pula satın almağı və torpaq sahəsinin təyinatını qeyri yaşayış sahəsindən yaşayış sahəsinə keçirdərək baha qiymətə, yəni 7.000.000 manata satmaqla gəlir əldə etməyi təklif etmişdir. xx.xx.2021-ci il tarixdə Şahid4 Zərərçəkmiş şəxs2 və onu Yasamal rayonu, Tblisi prospekti, məhəllə 1038, ev 32 A, mənzil 57-də yerləşən ofisində Təqsirləndirilən şəxsla görüşdürüb "xxxx" firmasının sahibi kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs “X45 Azərbaycan” QSC-də girovda olan tanışı X18 mülkiyyətində olan, "xxxx" MTK-ya rəsmi olaraq heç bir aidiyyatı olmayan ünvan 2 ünvanında yerləşən hər hansı sərəncam hüququ olmayan, 1,0987 ha torpaq sahəsini həmin MTK-a ilə birlikdə 4.000.000 manata sata biləcəyini təklif etmiş, eləcə də aralarında yaranmış etibarı daha da möhkəmələndirmək və özünə inandırmaq üçün qeyd olunan ərazidə tikinti aparmaq üçün müvafiq dövlət orqanlarından icazənin olduğunu, torpaq sahəsinin müvafiq yerquruluşu xəritəsinin (situasiya planı) hazırlandığını və kateqoriyasının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi üçün adiyyatı dövlət qurumlarının rəylərinin, yüksəkmərtəbəli yaşayış evlərinin layihələndirilməsi üçün tələb olunan texniki şərtlərinin alındığını bildirmişdir. Şahid4 təklifi ilə həmin şəxslərin yanında ilkin olaraq 20.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra, xx.xx.2021-ci il tarixdə qayını Şahid2 və Şahid5 arasında Bakı şəhəri 14 saylı notariat ofisində beh müqaviləsi bağlanmış, Təqsirləndirilən şəxs ondan aldığı 20.000 manat pulu onlara vermiş, Zərərçəkmiş şəxs2 də həmin pulun üzərinə əlavə pul qoymaqla, ümumilikdə 100.000 manat pulu Şahid2 vermiş, sonuncu da "xxxx" ASC-dəki bank hesabına köçürmüşdür. xx.xx.2021-ci il tarixdə onun xahişi əsasında qaynı Şahid2 və işçisi Şahid1 iştirakı Bakı şəhəri 14 saylı notariat ofisində firmanın nizamnamə payının alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Kənan Məmmədov şirkətin nizamnamə payının 15 faiz hissəsindən 10 faizini Şahid1, 5 faiz hissəsini Şahid2 satmış. Əli Qarayev də 15 faiz nizamnamə payından 5 faizini Şahid2, X21 15 faiz nizamnamə payının 5 fazi hissəsini Şahid2 satmışdır. Adını xatırlamadığı təsisçi də özünə məxsus 15 faiz nizamnamə payını Şahid2 satmışdır. Şahid5 "xxxx" MTK-nin nizamnamə payının müəyyən hissəsinə sahib olmaqla şərik olmalı, qeyd olunan ünvanda yerləşən torpaq sahəsini bankın girovluğundan çıxarmalı, bununla bağlı banka qarantiya məktubu verməli idi. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 tərəfindən Şahid2 verilmiş 100.000 manat pul sonuncu tərəfindən "xxxx" ASC-dəki bank hesabına köçürülmüşdür. 2021-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və onunla görüşərkən İqtisadiyyat Nazirliyinin rəhbərliyinə rüşvət qismində verəcəyi 170.000 manat pulun qarşılığında torpaq sahəsinin təyinatını qeyri yaşayış sahəsindən yaşayış sahəsinə keçirdəcəyini bildirib əlavə pul vermələrini istəmişdir. Həmin vaxt o, pulunun olmadığını, Zərərçəkmiş şəxs2 isə 100.000 manat verə biləcəyini dedikdən sonra Təqsirləndirilən şəxs onlar ilə razılaşmışdır. Bundan sonra 2021-ci ilin avqust ayının sonlarında Şahid4 “WhatsApp” sosial internet proqramı vasitəsi ilə onun “WhatsApp” sosial internet proqramına Təqsirləndirilən şəxs səs yazını göndərmiş və məsələnin qaydasında olduğunu bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2lə birlikdə Təqsirləndirilən şəxs səs yazısına qulaq asdıqdan sonra sonuncuya inanmışlar. Təqsirləndirilən şəxs “WhatsApp” sosial internet proqramı vasitəsi ilə Şahid4 “WhatsApp” sosial internet proqramına göndərdiyi səs yazısı “Axşamın xeyr, ........... imza etdi, tak şto, səhər nömrəni biləcəyik, xahiş edirəm hadisələri tezləşdir, 10 saylı qərara görə, onlar 7-12 gün ərzində cavab verməlidirlər, mənə yox, Əli Qarayevə” məzmunlu olmuşdur. Bundan sonra 2021-ci ilin avqust ayının sonlarında onun razılığı əsasında Zərərçəkmiş şəxs2 Şahid3 vasitəsi ilə Təqsirləndirilən şəxs 100.000 manat pul göndərmişdir. Bununla da Zərərçəkmiş şəxs2 və onun tərəfindən Təqsirləndirilən şəxs ümumilikdə 300.000 manat pul verilmişdir. Sonradan torpaq sahəsinin bankda yüklü olduğu üçün təyinatının dəyişdirilməsinin mümkün olmamasını bilib Təqsirləndirilən şəxs pullarını tələb etmişlər, lakin sonuncu onların pulunu verməyib hər şeyin yaxşı olacağını, guya torpaq sahəsinin yüklülükdən azad edilməsində Şahid5 köməklik edəcəyini, əks halda torpaq sahəsini başqa şəxsə satıb onların pullarını geri qaytaracağını, hazırda pulunun olmadığını bildirməklə müxtəlif bəhanələr gətirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələrində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq edib əlavə olaraq göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 xahişi əsasında Şahid2 və onun iştirakı ilə 14 saylı notariat ofisində firmanın nizamnamə payının alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Kənan Məmmədov 15 faiz paydan 10 faizini ona, 5 faiz hissəsini Şahid2 satmışdır. Əli Qarayev də 15 faiz nizamnamə payından 5 faizini Şahid2, X21 15 faiz nizamnamə payının 5 fazi hissəsini Şahid2 satmışdır. Bundan başqa, adını xatırlamadığı təsisçi də özünə məxsus 15 faiz nizamnamə payını Şahid2 satmışdır. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 tərəfindən Şahid2 100.000 manat pul verilmiş, sonuncu da həmin pulu "xxxx" ASC-dəki bank hesabına köçürmüş, Təqsirləndirilən şəxs da həmin pulu bank hesabından götürmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 20.000 manat və xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 80.000 manat, ümumilikdə 100.000 manat pul almışdır. 2021-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə görüşərkən İqtisadiyyat Nazirliyinin rəhbərliyinə rüşvət qismində verəcəyi 170.000 manat pulun qarşılığında torpaq sahəsinin təyinatını qeyri yaşayış sahəsindən yaşayış sahəsinə keçirdəcəyini bildirmiş və əlavə pul ödəmələrini istəmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həmin məbləğlə razılaşmayıb 100.000 manat verə biləcəklərini demiş, bundan sonra Təqsirləndirilən şəxs həmin məbləğlə razılaşmışdır. Bundan sonra 2021-ci ilin avqust ayının sonlarında Şahid4 “WhatsApp” sosial internet proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 “WhatsApp” sosial internet proqramına Təqsirləndirilən şəxs səs yazısını göndərmiş və məsələnin qaydasında olduğunu bildirmişdir. Şahid4 həmin səs yazısını kopya edərək Zərərçəkmiş şəxs1 “WhatsApp” sosial internet proqramına göndərmişdir. Bundan sonra 2021-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs2 Şahid3 vasitəsi ilə Təqsirləndirilən şəxs 100.000 manat pul göndərmişdir. Bununla da Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs ümumilikdə 300.000 manat pul verilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələrində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq edib əlavə olaraq göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 xahişi əsasında Şahid1 və onun iştirakı ilə 14 saylı notariat ofisində firmanın nizamnamə payının alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Kənan Məmmədov 15 faiz paydan 10 faizini Şahid1, 5 faiz hissəsini ona satmışdır. Əli Qarayev də 15 faiz nizamnamə payından 5 faizini ona, X21 15 faiz nizamnamə payının 5 fazi hissəsini ona satmışdır. Adını xatırlamadığı təsisçi də özünə məxsus 15 faiz nizamnamə payını ona satmışdır. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 tərəfindən ona verilmiş 100.000 manat pulu "xxxx" ASC-dəki bank hesabına köçürmüş, Təqsirləndirilən şəxs həmin məbləğdə pul vəsaitini bank hesabından götürmüşdür. Bundan başqa, Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2021-ci il tarixdə ona verilmiş 100.000 manat pulu "xxxx" ASC-dəki bank hesabına köçürmüş, Təqsirləndirilən şəxs həmin məbləğdə pul vəsaitini bank hesabından götürmüşdür. 2021-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə görüşərkən İqtisadiyyat Nazirlyinin rəhbərliyinə rüşvət qismində verəcəyi 170.000 manat pulun qarşılığında torpaq sahəsinin təyinatını qeyri yaşayış sahəsindən yaşayış sahəsinə keçirdəcəyini bildirmiş və onlardan əlavə pul ödəməyini istəmiş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 də həmin məbləğlə razılaşmayıb 100.000 manat pul verə biləcəklərini demişlər, Təqsirləndirilən şəxs da 100.000 manat almaqla razılaşmışdır. Bundan sonra 2021-ci ilin avqust ayının sonlarında Şahid4 “WhatsApp” sosial internet proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 “WhatsApp” sosial internet proqramına Təqsirləndirilən şəxs səs yazını göndərmiş və məsələnin qaydasında olduğunu bildirmişdir. Şahid4 həmin səs yazısını kopya edərək Zərərçəkmiş şəxs1 “WhatsApp” sosial internet proqramına göndərmişdir. Bundan sonra 2021-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs2 Şahid3 vasitəsi ilə Təqsirləndirilən şəxs 100.000 manat pul göndərmişdir. Bununla da Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs ümumilikdə 300.000 manat pul verilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələrində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq edib əlavə olaraq göstərmişdir ki, 2021-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs “WhatsApp” sosial internet proqramı vasitəsi ilə Şahid4 “WhatsApp” sosial internet proqramına göndərdiyi səs yazısı “Axşamın xeyr, ........... imza etdi, tak şto, səhər nömrəni biləcəyik, xahiş edirəm hadisələri tezləşdir, 10 saylı qərara görə, onlar 7-12 gün ərzində cavab verməlidirlər, mənə yox, Əli Qarayevə” məzmunlu olmuşdur. Şahid4 həmin səs yazısını kopya edərək Zərərçəkmiş şəxs1 “WhatsApp” sosial internet proqramına göndərmişdir. Bundan sonra 2021-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs2 ona ofisində 100.000 manat pul verib həmin pulu Təqsirləndirilən şəxs verməyini demiş, o da sonuncunun ofisinə gedərək 100.000 manat pulu sonuncunun adını bilmədiyi işçisinə vermiş və Zərərçəkmiş şəxs2 göndərdiyini bildirmişdir. Sonradan Təqsirləndirilən şəxsla telefon vasitəsi ilə əlaqə saxlayarkən sonuncu pulu işçidən götürdüyünü təsdiq etmişdir. Bununla da Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs ümumilikdə 300.000 manat pul verilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş dindirilmiş Şahid4 Mirsədr oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bir birilərini onun vasitəsilə tanımışdır. Tarixini dəqiq xatırlamır, lakin 2020-ci ilin may ayında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə görüşərkən onlara təklif etmişdir ki, Təqsirləndirilən şəxs məxsus torpaq sahəsini 4.000.000 manata alıb torpağın təyinatını dəyişdirməklə 7.000.000 manata satıb gəlir əldə edə bilərlər. Vüsal və Mahir torpağın bankda girovda olmasını, həmçinin Əli Qarayevə məxsus olmasını həmin söhbət zamanı bildilər. Onlar onun etdiyi təkliflə razılaşdılar.Daha sonra hamısı birlikdə Təqsirləndirilən şəxs məxsus ofisə getmişlər. Sonradan Zərərçəkmiş şəxs1 ona MTK-nın alınması üçün lazım olan pulu Zərərçəkmiş şəxs2 aldığını demişdir. Zərərçəkmiş şəxs1 ilkin olaraq 20.000 manat pul vəsaitini beh olaraq Təqsirləndirilən şəxs vermişdir. 25 may 2021-ci il tarixdə beh müqaviləsi bağlanılarkən Zərərçəkmiş şəxs1 100.000 manat pul vəsaitini "xxxx" ASC-dəki bank hesabına köçürmüşdür. Təqsirləndirilən şəxs əvvəl Zərərçəkmiş şəxs1 beh olaraq aldığı 20.000 manat pulu geri Zərərçəkmiş şəxs1 qaytarmışdır. Tarixini dəqiq xatırlamır, lakin Zərərçəkmiş şəxs1 qayını Şahid2, Şahid5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və o 14 saylı notariat ofisində görüşmüşlər. MTK-nın nizamnamə payının 100 faiz hissəsinin 40 faizini Şahid2 adına, 50 faiz hissəsi Şahid5 adına, 10 faiz hissəsi isə onun adıma sənədləşdirilmişdir. Alqı-satqı müqaviləsinə görə rəsmi rüsum ödənilmişdir. Həmin gün 100.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs2 yenə depozit hesaba yerləşdirmiş Təqsirləndirilən şəxs depozitdən həmin məbləği çıxarış etmişdir. Alqı satqı zamanı beh müqaviləsi bağlanarkən Əli Qarayev özü də iştirak etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tanışı Əli Qarayev və Şahid2 arasında olan torpaq sahəsinin alqı-satqı müqaviləsi üzrə ilkin olaraq 200.000 manat pul 14 saylı notariat ofisində verilmişdir. 2021-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng edərək şəxsi ehtiyac məqsədi ilə 100.000 manat məbləğində pula ehtiyacı olduğunu, həmin məbləğdə pulun Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 alıb ona çatdırmağımı xahiş etmişdir. MTK-nın sərəncamında olan 1.10 hektar torpaq sahəsi "xxxx" QSC-də girovda idi, bu faktı Zərərçəkmiş şəxs1 və digərləri bilirdi. "xxxx" QSC-dən torpaq sahəsinin girovdan çıxarılması ilə bağlı sənədin alınmasını Şahid5, torpaq sahəsinin təyinatının dəyişdirilməsi öhdəliyini isə Təqsirləndirilən şəxs öz öhdəsinə götürmüşdür. Lakin Şahid5 torpaq sahəsinin girovdan çıxarılmasına nail ola bilmədi və bu səbəbdən də alqı satqı baş tutmadı. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Şahid4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Yasamal rayonu, Tblisi prospekti, məhəllə 1038, ev 32 A, mənzil 57-də yerləşən ofisində Təqsirləndirilən şəxsla görüşdük, həmin söhbət zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 torpağın bankda girovda olmasını, həmçinin torpaq sahəsinin məhz Əli Qarayevə məxsus olmasını bilmişdilər. Zərərçəkmiş şəxs1 Şahid4 təklifi ilə həmin şəxslərin yanında ilkin olaraq 20.000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə Əli Qarayev, Şahid2 və onun arasında 14 saylı notariat ofisində beh müqaviləsi bağlamış və nəticədə 100.000 manat pul Zərərçəkmiş şəxs2 tərəfindən "xxxx" ASC-dəki bank hesabına köçürülmüş, həmin pul onun hesabından Təqsirləndirilən şəxs bank hesabına köçürülmüşdür. Belə ki, xx.xx.2021-ci il tarixdə Şahid2 və Şahid1 iştirakı 14 saylı notariat ofisində bağlanmış firmanın nizamnamə payının alqı-satqısı müqaviləsinə əsasən Kənan Məmmədov 15 faiz nizamnamə payından 10 faiz hissəsini Şahid2, 5 faiz hissəsini Şahid1, Əli Qarayev də 15 faiz nizamnamə payından 5 faiz hissəsini Şahid2, Rövşən Hacıyev 15 faiz nizamnamə payından 5 faiz hissəsini Şahid2 satmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 tərəfindən 180.000 manat pul Təqsirləndirilən şəxs verilmişdir. 14 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanmış, onun tərəfindən şirkətin nizamnamə payının 40 faizi alınmışdır. "xxxx" QSC-dən torpaq sahəsinin girovdan çıxarılması ilə bağlı sənədin alınmasını o, torpaq sahəsinin təyinatının dəyişdirilməsi öhdəliyini isə Təqsirləndirilən şəxs öz öhdəsinə götürmüşdür. Lakin o torpaq sahəsinin girovdan çıxarılmasını həyata keçirə bilməmişdir, bu səbəbdən də torpağın təyinatının dəyişdirilməsi mümkün olmamışdır. Həmçinin Şahid5 prosses iştirakçılarının suallarını cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 alınan 100.000 məbləğində pulun məhz Təqsirləndirilən şəxs şəxsi ehtiyacları ödəmək məqsədi ilə alındığını bilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X13 və X3 Dadaşovun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq edib əlavə göstərmişdir ki, tarixini dəqiq xatırlamır, lakin 2020-ci ilin may ayında Şahid4 təklifi ilə atası Şahid5 "xxxx" MTK-nın nizamnamə payının 40 faiz hissəsini satın almışdır. xx.xx.2021-ci il tarixdə 14 saylı notariat ofisində bağlanmış MTK-nın nizamnamə payının alqı-satqısı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli təsis payının alqı-satqısı müqaviləsinə əsasən X19 nizamnamə kapitalının 15 faiz payından 10 faiz hissəsini Şahid1, 5 faiz hissəsini Şahid2, Əli Qarayev 15 faiz nizamnamə payından 5 faiz hissəsini Şahid2, 10 faiz hissəsini Şahid4, X21 15 faiz nizamnamə payının 5 faiz hissəsini Şahid2, 10 faiz hissəsini Şahid5, X22 40 faiz nizamnamə payından 25 faiz hissəsini ona, 15 faiz hissəsini Şahid5 satmışdır. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, iş üzrə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəib edilərək ona həmin maddələrlə ittiham elan edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən sonuncu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyib əlavə olaraq göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Yasamal rayonu, Tblisi prospekti, məhəllə 1038, ev 32 A, mənzil 57-də yerləşən ofisdə Təqsirləndirilən şəxs “X45 Azərbaycan” QSC-də girov qoyulmuş "xxxx" MTK-ya rəsmi olaraq heç bir aidiyyatı olmayan ünvan 2 ünvanında yerləşən 1,0987 ha torpaq sahəsini həmin MTK ilə birlikdə 4.000.000 manata sata biləcəyini təklif etmiş, onun yanında ilkin olaraq Zərərçəkmiş şəxs1 nağd formada 20.000 manat pul almışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə 14 saylı notariat ofisində Əli Qarayev, Şahid5 və Şahid2 arasında bağlanmış həmin tarixli beh müqaviləsi üzrə Təqsirləndirilən şəxs ondan 80.000 manat, ümumilikdə 100.000 manat pul almışdır. xx.xx.2021-ci il tarixdə MTK-nın təsis payının 40 faiz hissəsi onun yaxın adamlarının adına rəsmiləşdirdikdən sonra Təqsirləndirilən şəxs ondan əlavə 100.000 manat, ümumilikdə 200.000 manat pulu almışdır. O, ilkin dövrdə torpaq sahəsinin MTK-a aidiyyatı olmadığını və bankda yüklü olmasını bilməmişdir. Təqsirləndirilən şəxs onlara həmin torpaq sahəsinin təyinatının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəhbərliyinə 170.000 manat pul vəsaitini vermək lazım olmasını demişdir. O, Zərərçəkmiş şəxs1 ilə birlikdə 170.000 manat pulun çox olduğunu, 100.000 manat pul vəsaiti verə biləcəyini bildirdikdə Təqsirləndirilən şəxs onlar ilə razılaşmışdır. 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs 050 ***-**-** mobil telefon nömrəsinin “WhatsApp” ani mesajlaşma mübadilə sistemindən Şahid4 050 ***-**-** mobil telefon nömrəsinin “WhatsApp” ani mesajlaşma mübadilə sisteminə mesaj göndərmiş, o da həmin sms mətini ilə tanış olduqdan sonra inanıb 2021-ci ilin avqust ayının sonlarında tanışı Şahid3 vasitəsi ilə Təqsirləndirilən şəxs çatdırması üçün 100.000 manat pulu göndərmişdir. Şahid3 da həmin pulu Yasamal rayonu, Tblisi prospekti, məhəllə 1038, ev 32 A, mənzil 57-də yerləşən ofisinə aparıb Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs da göstərilən xüsusatlar üzrə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ümumilikdə 300.000 manat aldığını, torpaq sahəsinin təyinatını dəyişmək barədə qarşı tərəfindən qarşısında öhdəlik götürdüyünü, lakin özündən asılı olmayan səbəblərə görə öhdəliyini icra edə bilmədiyini, yuxarıda qeyd edilmiş məzmundə səs yazısı göndərdiyini təsdiq etməklə törətdiyi cinayəti qismən etiraf etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən sonuncu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deyib əlavə olaraq bildirmişdir ki, xx.xx.2021ci il tarixdə Yasamal rayonu, Tblisi prospekti, məhəllə 1038, ev 32 A, mənzil 57-də yerləşən ofisdə Təqsirləndirilən şəxs “X45 Azərbaycan” QSC-də girovda qoyulmuş "xxxx" MTK-ya rəsmi olaraq heç bir aidiyyəti olmayan ünvan 2 ünvanında yerləşən 1,0987 ha torpaq sahəsini həmin MTK ilə birlikdə 4.000.000 manata sata biləcəyini təklif etmiş, o da ilkin olaraq nağd formada 20.000 manat pul vermişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə 14 saylı notariat ofisində Əli Qarayev, Şahid5 və Şahid2 arasında bağlanmış həmin tarixli beh müqaviləsi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 80.000 manat pul almışdır. xx.xx.2021-ci il tarixdə MTK-nın təsis payının 40 faiz hissəsi onların yaxın adamlarının adına rəsmiləşdirdikdən sonra Təqsirləndirilən şəxs onların etibarından suiistifadə etməklə Zərərçəkmiş şəxs2 əlavə 100.000 manat, ümumilikdə 200.000 manat pul almışdır. Onlar ilkin dövrdə torpaq sahəsinin MTK-a aidiyyatının olmadığını, eləcə də həmin torpaq sahəsinin bankda yüklü olmasını bilməmişlər. Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin təyinatının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəhbərliyinə 170.000 manat pul vəsaitini vermək lazım olmasını demişdir. O, Zərərçəkmiş şəxs2lə birlikdə 170.000 manat pulun çox olduğunu, 100.000 manat pul vəsaiti verə biləcəklərini bildirdikdə Təqsirləndirilən şəxs onlar ilə razılaşmışdır. 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxs 050 ***-**-** mobil telefon nömrəsinin “WhatsApp” ani mesajlaşma mübadilə sistemindən Şahid4 050 ***-**-** mobil telefon nömrəsinin “WhatsApp” ani mesajlaşma mübadilə sisteminə mesaj göndərmiş, o da Zərərçəkmiş şəxs2lə birlikdə həmin sms mətini ilə tanış olduqdan sonra 2021-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs2 tanışı Şahid3 vasitəsi ilə Təqsirləndirilən şəxs çatdırması üçün 100.000 manat pulu göndərmişdir. Şahid3 da həmin pulu Yasamal rayonu, Tblisi prospekti, məhəllə 1038, ev 32 A, mənzil 57-də yerləşən ofisinə aparıb Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs da göstərilən xüsusatlar üzrə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ümumilikdə 300.000 manat aldığını, torpaq sahəsinin təyinatını dəyişmək barədə qarşı tərəfindən qarşısında öhdəlik götürdüyünü, lakin özündən asılı olmayan səbəblərə görə öhdəliyini icra edə bilmədiyini, yuxarıda qeyd edilmiş məzmundə səs yazısı göndərdiyini təsdiq etməklə törətdiyi cinayəti qismən etiraf etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 və Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı sonuncular ifadələrində göstərdikləri xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişlər. Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı ərazi idarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********36 nömrəli məktuba əsasən Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində göstərilən torpaq sahələrinin (11231.0 m2) sərhədlərinin çox hissəsi metal lövhə hasarla əhatə olunmuş, bir hissəsi isə qonşu qeyri-yaşayış obyektlərinin mişar daş hasarıdır. Ərazidə istismara yararsız tikili mövcuddur. Ərazinin yaxınlığından və üzərindən elektrik xətti keçir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli baxış protokoluna əsasən baxış zamanı "xxxx" MTK-nın sərəncamında olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi 10A ünvanında yerləşən təxminən 1.14 hektar ölçüdə olan mübahisəli torpaq sahəsinin dəmir materialdan olan listlərlə hasara alınması müəyyən edilmişdir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs məxsus əmlakların müəyyən olunması və qiymətləndirilməsinə dair mütəxəssis rəyinə əsasən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi 10A ünvanında yerləşən torpaq sahəsinin 2021 və 2022-ci illər üçün orta bazar dəyəri 1.977.660 manat təşkil edir. Cinayət işinin materiallarından görünür ki, "xxxx" MTK-nın 2014-cü il tarixli nizamnaməsində istehlak kooperativi olması, binanın tikilməsi, həmin binada mövcud olan yaşayış və qeyri yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılması, binanın tikintisi başa çatdıqdan və binada mövcud olan bütün yaşayış və qeyri yaşayış sahələrinə mülkiyyət hüququ müvafiq qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra 6 ay ərzində ləğv edilməsi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi kimi müddəalar göstərilmişdir. Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli **********511700 nömrəli çıxarışına əsasən "xxxx" MTK-a xx.xx.2014-cü il tarixdə ********** (VÖEN) nömrə ilə qeydiyyata alınmış və hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu X44 küçəsi, ev 7B, mənzil 75-dir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2014-cü il tarixli AN-İ№ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən X6 rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi 10A ünvanında yerləşən ümumi sahəsi 786.5 m2 ölçüdə qeyri yaşayış sahəsini və mülkiyyətində olan torpaq sahəsini (əmlak kompleksi kimi müəssisəni) X24 125.000 manat pula satmışdır. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2014-cü il tarixli AN-İ№ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi 10A ünvanında yerləşən ümumi sahəsi 791.5 m2 ölçüdə qeyri yaşayış binasını və mülkiyyətində olan torpaq sahəsini X24 67.530 manat pula satmışdır. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2014-cü il tarixli AN-İ№ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi 10A ünvanında yerləşən ümumi sahəsi 174.2 m2 ölçüdə olan qeyri yaşayış binasını və mülkiyyətində olan torpaq sahəsini X24 200.000 manat pula satmışdır. Cinayət işinin materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi 10A ünvanında yerləşən 1.0987 ha torpaq sahəsi (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyası) və 2033 m2 ölçüdə əmlak kompleksi X18 xüsusi mülkiyyətindədir Cinayət işinin materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi 10A ünvanında yerləşən 1.0987 ha torpaq sahəsi (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyası) və 2033 m2 ölçüdə əmlak kompleksi X18 xüsusi mülkiyyətindədir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli təsis payının alqısatqısı müqaviləsinə əsasən Kənan Məmmədov nizamnamə kapitalının 15 faiz payından 10 faiz hissəsini Şahid1, 5 faiz hissəsini Şahid2, Əli Qarayev 15 faiz nizamnamə payından 5 faiz hissəsini Şahid2, 10 faiz hissəsini Şahid4, Rövşən Hacıyev 15 faiz nizamnamə payının 5 faiz hissəsini Şahid2, 10 faiz hissəsini Şahid5, Qurban Vəliyev 40 faiz nizamnamə payından 25 faiz hissəsini Şamxal Dadaşova, 15 faiz hissəsini Şahid5 satmışdır. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli təsis payının alqısatqısı müqaviləsinə əsasən X8 faiz hissəsini nizamnamə kapitalının 7.5 faiz payını, X10 nizamnamə kapitalının 7.5 faiz payını, Şahid2 satmışdır. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli Beh müqaviləsində Şahid5 və Karman Əhmədov xx.xx.2021-ci il müddətində rəsimləşdiriləcək alqı-satqı müqaviləsi üçün verəcəyi 4.000.000 manat pul məbləğindən xx.xx.2021-ci il tarixdə 100.000 manat pul məbləğini Əli Qarayevə beh verməsi qeyd edilmişdir. Bundan başqa, alıcılar 100.000 manat pulu 6 gün müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cinayət işinin materiallarından görünür ki, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrinin arayışına əsasən Hüquqi sahibi Əli Qarayev olan ********** nömrəli çıxarışlı daşınmaz əmlak xx.xx.2014-cü il tarixdən “X45 Azərbaycan” QSC-də ipoteka yüklüyündədir Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli elektron daşıyıcıya baxış keçirilməsi haqqında protokola əsasən Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi diskin içərisində “Axşamın xeyr, ... imza etdi, tak şto, səhər nömrəni biləcəyik, xahiş edirəm hadisələri tezləşdir, 10 saylı qərara görə, onlar 7-12 gün ərzində cavab verməlidirlər, mənə yox, Əli Qarayevə” məzmunlu audioyazının olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 həmin səs-yazının Təqsirləndirilən şəxs məxsus olmasını, 2021-ci ilin avqust ayının sonlarında ona və Zərərçəkmiş şəxs2 nümayiş etdirilməsi üçün Şahid4 mobil telefon nömrəsinin “Whatsapp” sosial şəbəkəsinə göndərməsini, sonuncunun da həmin səs-yazısını kopya edərək onun “Whatsapp” sosial şəbəkəsinə göndərməsini bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, “X45 Azərbaycan” QSC-nin xx.xx.2021-ci il tarixli 00263 nömrəli məktubuna əsasən "xxxx" MTK (borcalan) və Əli Qarayev (ipoteka qoyan) arasında bağlanmış xx.xx.2014-cü il, xx.xx.2015-ci il və xx.xx.2017-ci il tarixli ipoteka və sonrakı ipoteka müqavilələrinə üzrə Əli Qarayevə məxsus Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi 10A ünvanında yerləşən 1.0987 ha torpaq sahəsi, 2033 m2 ümumi sahəsi, 2315.3 m2 tikintialtı sahəsi olan əmlak kompleksi ipoteka ilə yüklü edilmiş, yüklüyün bankın xeyrinə saxlanılması şərti ilə Şahid2 və Şahid5 arasında beh müqaviləsinin bağlanılmasına etiraz edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemindən çıxarışa əsasən xx.xx.2021-ci il tarixdə X40 rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi 10A ünvanında yerləşən 1.0987 ha torpaq sahəsi, 2033 m2 sahəsi olan əmlak kompleksi üzərində hüquqları Təqsirləndirilən şəxs etibar etmişdir. Cinayət işinin materiallarından görünür ki, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qəbzinə əsasən Şahid5 1543 nömrəli məktuba əsasən qeyd olunan bankın notarius Elmar Əliyevə məxsus olan AZ38MUGA**********00001AZM38 nömrəli hesabına 50.000 manat pul köçürmüşdür. Cinayət işinin materiallarından görünür ki, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qəbzinə əsasən Şahid2 1543 nömrəli məktuba əsasən qeyd olunan bankın notarius Elmar Əliyevə məxsus olan AZ38MUGA**********00001AZM38 nömrəli hesabına 50.000 manat pul köçürmüşdür. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri 14 saylı notariat ofisindən daxil olmuş xx.xx.2021-ci il tarixli 1543 nömrəli məktuba əsasən Şahid2 və Şahid5 notariat qaydasında təsdiq ediləcək beh müqaviləsi üzrə ödənilməli olan hər birinə məxsus 50.000 manat, ümumilikdə 100.000 manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra həmin məktub əsasında Təqsirləndirilən şəxs verilməsi üçün "xxxx" ASC-də olan AZ38MUGA**********00001AZM38 nömrəli hesaba qəbul olunması xahiş edilmişdir Cinayət işinin materiallarından görünür ki, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qəbzinə əsasən Şahid5 2984 nömrəli məktuba əsasən qeyd olunan bankın notarius Elmar Əliyevə məxsus olan AZ38MUGA**********00001AZM38 nömrəli hesabına 50.000 manat pul köçürmüşdür. Cinayət işinin materiallarından görünür ki, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qəbzinə əsasən Şahid2 2984 nömrəli məktuba əsasən qeyd olunan bankın notarius Elmar Əliyevə məxsus olan AZ38MUGA**********00001AZM38 nömrəli hesabına 50.000 manat pul köçürmüşdür. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri 14 saylı notariat ofisindən daxil olmuş xx.xx.2021-ci il tarixli 2984 nömrəli məktuba əsasən Şahid2 və Şahid5 notariat qaydasında təsdiq ediləcək beh müqaviləsi üzrə ödənilməli olan hər birinə məxsus 50.000 manat, ümumilikdə 100.000 manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra həmin məktub əsasında Təqsirləndirilən şəxs verilməsi üçün "xxxx" ASC-də olan AZ38MUGA**********00001AZM38 nömrəli hesaba qəbul olunması xahiş edilmişdir. Cinayət işinin materiallarından görünür ki, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 593527 nömrəli çekinə əsasən Təqsirləndirilən şəxs həmin bankın AZ38MUGA**********00001AZM38 nömrəli hesabından 100.000 manat pulu götürmüşdür. Cinayət işinin materiallarından görünür ki, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 582679 nömrəli çekinə əsasən Təqsirləndirilən şəxs həmin bankın AZ38MUGA**********00001AZM38 nömrəli hesabından 100.000 manat pulu götürmüşdür. Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 06 sentyabr 2022-ci il tarixli, **********32 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2021-ci il tarixli 14/Q 826 nömrəli məktubu ilə 1,0987 hektar torpaq sahəsinin hündürmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi barədə "xxxx" Mənzil Tikinti Kooperativinin həmtəsisçisi X18 müraciəti baxılması üçün Xidmətə göndərilmişdir. Qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydalarına uyğun olaraq İqtisadiyyat Nazirliyinin xx.xx.2021-ci il tarixli, İN-X/O-8299/2021 nömrəli məktubu ilə zəruri sənədlər Sərəncam layihəsi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edilmişdir. Torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsinə dair təqdim edilmiş Sərəncam layihəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 28770 nömrəli dərkənarı ilə sənədlərdəki çatışmazlığı araşdırıb mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülməsi məqsədilə geri qaytarılmışdır. Xidmətin 4 noyabr 2021-ci il tarixli **********21 nömrəli məktubu ilə vətəndaş X1 dəyişdirilməsi nəzərdə tutulan 1,0987 hektar torpaq sahəsində yerləşən, **********67-12301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş əmlak kompleksinin ipoteka yüklülüyü ilə bağlı "X45 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin razılığının təqdim edilməsi barədə məlumat verilmişdir. Eyni zamanda, məsələyə münasibət bildirilməsi üçün "X45 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il tarixli **********06 nömrəli məktub ünvanlanmışdır. Sözügedən əmlak kompleksinin ipoteka yüklülüyü ilə bağlı "X45 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin razılığı təqdim edilmədiyi üçün müraciətlə əlaqədar işin icraatı dayandırılmışdır. Cinayət işinin materiallarından görünür ki, həmin məktuba əlavə edilmiş Əli Qarayevə məxsus vəsatətdən müəyyən edilir ki, sonuncu xx.xx.2021-ci il tarixdə mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər digər təyinatlı torpaqlar kateqoriyasına aid 1,0987 hektar torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət etmişdir. Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 04 noyabr 2021-ci il tarixli, **********21 nömrəli məktubundan müəyyən edilir ki, ünvan 2 ünvanında xüsusi mülkiyyətində olan 1,0987 hektar torpaq sahesinin hündürmərtebəli yaşayış binalarının tikintisi məqsədilə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi iiə əlaqədar sənədlərdəki çatışmazlığı araşdırıb mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin dərkənarına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Qeyd olunan məqsəd üçün torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsinə dair təqdim edilmiş Sərəncam layihəsi Azerbaycan Respublikası Nazirlər Kabinetinin dərkənarı ilə sənədlərdəki çatışmazlığı araşdırıb mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülməsi məqsədilə geri qaytarılmışdır. Nəzərdə tutulan torpaq sahəsində yerləşən, 005Ö13016887-12301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş əmlak kompleksinin ipoteka yüklülüyü ilə bağlı "X45 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin razılığı təqdim edildikdən sonra məsələyə mövcud qanunvericiliyin tələblərinə uyğun münasibət bildiriləcəkdir. Cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetindən daxil olmuş xx.xx.2022-ci il tarixli 14/586 nömrəli məktuba əsasən X32 mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 1,0987 hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırmış, sözügedən ərazidə torpaq mülkiyyətçisinin həmtəsisçisi olduğu "xxxx" MTK tərəfindən hündürmərtəbəli yaşayış binalarının tikintisi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tərtib edilmiş yerquruluşu planına əsasən qeyd edilən torpaq sahəsinin “X45 Azərbaycan” QSC-nin xeyrinə yüklü edildiyini nəzərə alaraq, həmin torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı qəbul edilməmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülməsi məqsədilə xx.xx.2021-ci il tarixli dərkənarla aidiyyəti üzrə müvafiq tapşırıq verilmişdir. Torpaq sahəsinin kateqoriyasının və ya məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli "xxxx" ASC-nin BPM**********01 nömrəli mədaxil qəbzinə əsasən Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyandan 40040 manat pul vəsaiti **********3286052215 nömrəli bank hesabına köçürülmüşdür. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilərək cinayət işinin materiallarına əlavə edilmiş və tədqiq edilmiş xx.xx.2023-cü il tarixli razılaşma sənədindən görünür ki, o, Təqsirləndirilən şəxs verdiyi 280 000 (iki yüz səksən min) manat pul vəsaitini şahidlər Şahid4 və Şahid3 şahidliyi ilə geri almışdır və təqsirləndirilən şəxsə qarşı gələcəkdə hər hansı bir iddia və tələbi olmayacaqdır. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilərək cinayət işinin materiallarına əlavə edilmiş və tədqiq edilmiş xx.xx.2023-cü il tarixli razılaşma sənədindən görünür ki, o, Təqsirləndirilən şəxs verdiyi 20 000 (iyirmi min) manat pul vəsaitini şahidlər Şahid4 və Şahid3 şahidliyi ilə geri almışdır və təqsirləndirilən şəxsə qarşı gələcəkdə hər hansı bir iddia və tələbi olmayacaqdır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən görünür ki, idarənin informasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadələrində özünü təqsirli bilmədiyindən inadla müdafiə mövqeyində dayanmaqla özünü müdafiə xarakterli olaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etmədiyini, hər hansı vəzifəli şəxsə vermək adı ilə sonuncuların əmlakını ələ keçirmədiyini, aralarında yaranmış mübahisənin mülki xatakterli olduğunu, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilkin olaraq aldığı 200.000 manatın beh müqaviləsinin predmeti olmasını, aldığı digər 100.000 manatın isə qarşı tərəfdən alınacaq 4.000.000 manatın hissəsi olduğunu, üzərinə götürdüyü öhdəliyin iradəsindən asılı olmayan səbəblərə görə icra edilmədiyini, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldığı pulu xərclədiyi üçün geri qaytarmaq imkanının olmadığını bildirməsi cinayət işi üzrə toplanmış möhtəbər sübutların məcmusu ilə tam təkzib olunmuşdur. Belə ki, cinayət işi üzrə tədqiq olunmuş sübutların məcmusundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərdən 300.000 manat pul vəsaiti ünvan 2 ünvanında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 1,0987 hektar torpaq sahəsinin və "xxxx" MTK-nın təsis paylarının alqısatqısı ilə əlaqədar alınmış, hansı ki, həmin torpaq sahəsi 2015-ci ildən “X45 Azərbaycan” QSC-də kredit yüklülüyündə olmuş və "xxxx" MTK-a heç bir aidiyyatı olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə birbaşa İqtisadiyyat Nazirinə tez bir zamanda verilməsi adı ilə zərərçəkmiş şəxsləri aldadıb, guya Nazirlər Kabinetinə məktub ünvanlaması üçün həmin pulun ondan tələb olunduğu bildirməklə külli miqdarda pul vəsaitini istəmişdir. O, Nazirlər Kabinetinin hansı qərarı qəbul edəcəyini bilmədiyi halda, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bununla bağlı, yəni qeyd olunan torpaq sahəsinin təyinatının dəyişdirilməsi barədə qərar qəbul ediləcəyi haqqında əminlik hissi yaratmış, eləcə də özünü etibarlı, işgüzar şəxs kimi təqdim etməklə özünə daha da inandırmaq məqsədilə 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs2 nümayiş etdirilməsi məqsədi ilə 050 ***-**-** mobil telefon nömrəsini dəstəkləyən, öz istifadəsində olan “WhatsApp”ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə tanışı Şahid4 050 ***-**-** mobil telefon nömrəsini dəstəkləyən “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsinə “Axşamın xeyr, ... imza etdi, tak şto, səhər nömrəni biləcəyik, xahiş edirəm hadisələri tezləşdir, 10 saylı qərara görə, onlar 7-12 gün ərzində cavab verməlidirlər, mənə yox, Əli Qarayevə” məzmunlu mesaj göndərmiş, lakin istintaq zamanı isə bunun səbəbini izah edə bilməmişdir. O, səs yazısı ilə bağlı özünü müdafiə xarakterli olaraq guya torpaq sahəsinin mülkiyyətçisi Əli Qarayev tərəfindən Baş Nazirə müraciət etdikdən sonra Nazirlər Kabinetinin dəftərxanasına zəng edib müraciətin nəticəsi ilə maraqlandığını, dəftərxanadan həmin məktubun icra üçün İqtisadiyyat Nazirliyinə göndərildiyini, bundan sonra Şahid4 qeyd olunan səs yazısını göndərib vaxtlarının az olduğunu, ipotekanın qısa müddətdə bağlanılmasını və torpaq sahəsinin yüklükdən azad edilməsini bildirdiyini qeyd etməklə gətirdiyi alibi kifayət qədər məntiqsiz görünür və inandırıcı ola bilməz. Cinayət işinin materiallarından görünür ki, faktiki olaraq "xxxx" MTK Təqsirləndirilən şəxs məxsus olmuş, lakin MTK-nın nizamnamə payları X19, X32, X21 və X11 adlarına faiz nisbəti ilə sənədləşdirilmişdir. Adları qeyd edilmiş şəxslərin MTK-nın nizamnamə paylarının alqı-satqısı zamanı iştirakları formal xarakter daşımışdır. Bakı şəhəri 14 saylı notariat ofisində yuxarıda adları qeyd edilmiş şəxslərin nizamnamə paylarını satması Təqsirləndirilən şəxs istəyi üzrə və nəzarəti altında edilmiş, alqı-satqı nəticəsində onlara hər hansı məbləğdə pul və digər şeylər verilməmişdir. Bununla belə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, E.Mehdiyev küçəsi 10A ünvanında yerləşən 1.0987 ha torpaq sahəsi, 2033 m2 ümumi sahəsi, 2315.3 m2 tikintialtı sahəsi olan əmlak kompleksi Əli Qarayevin formal mülkiyyətində olmuş, faktiki olaraq Təqsirləndirilən şəxs məxsus olmuşdur. Müqavilənin bağlanmasında X43 Rəsulovun göstərişi əsasında iştirak etmişdir. Cinayət təqibi zamanı Zərərçəkmiş şəxs2 və digərləri ifadələrində "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə həmin bankın AZ38MUGA**********00001AZM38 nömrəli hesabına hər dəfə 50.000 manat olmaqla, 4 dəfə pul köçürdüklərini, Təqsirləndirilən şəxs həmin hesabdan ümumilikdə 200.000 manat pul götürdüyünü, sonuncu dəfə 2021-ci ilin avqust ayının sonunda İqtisadiyyat Nazirinə torpaq sahəsinin təyinatının dəyişdirilməsi məqsədi ilə rüşvət vermək adı ilə Təqsirləndirilən şəxs 100.000 manat pul verdiklərini təsdiq etmişlər. Zərərçəkmiş şəxs2 2021-ci ilin avqust ayının sonunda Təqsirləndirilən şəxs çatacaq 100.000 manat pulu Şahid3 vasitəsi ilə göndərdiyini qeyd etmiş, sonuncu da ifadəsində həmin faktı təsdiq etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs “X45 Azərbaycan” QSC-də girov yüklüyündə olan, ünvan 2 ünvanında yerləşən 1,0987 hektar torpaq sahəsinin onun tərəfindən satılmış MTK-a hər hansı aidiyyatının olmadığını dəqiq bilmiş, eləcə də həmin şirkətin dəyəri isə şirkətin yaradılması üçün ödənilmiş rüsumla, yəni faktiki olaraq 100 manatla məhdudlaşmışdır. Belə olan halda, o, aldatma yolu ilə, eləcə də aralarında yaranmış etibardan suiistifadə etməklə, nizamnamə kapitalı cüzi rəqəm təşkil edən MTK-ya qeyd olunan ərazidə tikinti aparmaq üçün müvafiq dövlət orqanlarından icazənin verildiyini, torpaq sahəsinin müvafiq yerquruluşu xəritəsinin (situasiya planı) hazırlandığını və kateqoriyasının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi üçün aidiyyatı dövlət qurumlarının rəylərinin, yüksəkmərtəbəli yaşayış evlərinin layihələndirilməsi üçün tələb olunan texniki şərtlərinin alındığını bildirməklə və sair müxtəlif şirnikləndirici vədlər verməklə, o cümlədən, qeyd olunan torpaq sahəsinin həmin dövr üçün real bazar dəyəri 1.977.660 manat olduğu halda, məqsədyönlü şəkildə həqiqəti gizlədib zərərçəkmiş şəxslərə şişirdilmiş qiymət, yəni 4.000.000 manat təklif etməklə, MTK-nın mülkiyyətində və istifadəsində daşınmaz əmlakın olmaması və torpaq sahəsinin külli miqdarda kredit qarşılığında girovda olmasının gizlətməklə, zərərçəkmiş şəxslərə məxsus 300.000 manat pulun ələ keçirilməsi dələduzluq cinayətinin bütün dispozitiv əlamətlərini özündə cəmləşdirir və təqsirkarın həmin pul vəsaitini öz şəxsi etiyacları üçün alıb xərcələdiyi, gələcəkdə torpaq sahəsinin probleminin həll edilməsinin onun iradəsindən kənar olaraq mümkün olmadığı, aldığı pulu rüşvət qismində xərclədiyi barədə bəhanələrini əvvəlcədən özündə planlaşdırmasını sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə istintaqı zamanı sübut edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən formalaşmış tamah niyyəti ilə, özgə əmlakını ələ keçirmək üçün öz cinayətkar niyyətini pərdələmək və ona qarşı inam yaratmaq məqsədi ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ümumilikdə 200.000 manat pulu xx.xx.2021-ci il tarixli uydurma beh müqaviləsi əsasında almaqda məqsədi həmin pulların əvəzsiz olaraq ələ keçirilməsi olmuşdur. Göründüyü kimi, həmin müqavilə gələcəkdə mübahisə predmeti olacağı halda münasibətlərə mülki hüquqi don geyindirmək və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşımış, onun əsl cinayətkar niyyətini pərdələmək məqsədi güdmüşdür. Beləliklə, cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə özünü müdafiə xarakterli olaraq göstərdikləri yuxarıda sadalanmış dindirmə və sair istintaq hərəkətləri, eləcə də digər toplanılmış sübutlarla qarşılıqlı təhlil edilib yoxlanıldığından həqiqətə uyğun olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs vahid niyyətlə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını, qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq etməsi, xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə qeyrisini təhrik etməsi cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayətlərin məcmusu qaydasında azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsində deyilir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ittiham olunduğu əməllər qulluq mövqeyindən istifadə etməklə ilə əlaqədar olduğundan təqsirləndirilən şəxs barəsində CMnin 46.2-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəza növü əlavə cəza kimi təyin edilməli və Cinayət Məcəlləsinin 66.4-cü maddəsinin tələbinə əsasən təyin edilmiş əlavə cəza əsas cəzaya birləşdirilməlidir. Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq və Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya əlavə cəzanı birləşdirmək yolu ilə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təqsirləndirilən şəxs tərəfindən real olaraq çəkilməsi törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyinə, habelə cinayətin törədilməsindən sonrakı davranışlarına uyğun olmamaqla CM-də nəzərdə tutulmuş ədalət və humanizm prinsiplərinə ziddir. Buna görə də məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı hesab edir ki, hər bir təqsirləndirilən şəxsə münasibətdə yüngülləşdirici hallar nəzərə alınmaqla, habelə əməllərində cəzanı ağırlaşdıran halların olmaması, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsin özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər. Beləliklə, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxsin barəsində CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onun şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onun üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarında dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin əvəzinin ödənilməsi məqsədi ilə "xxxx" ASC-nin depozit hesabına köçürülmüş 40.040 (qırx min qırx) manat pul vəsaiti təqsirləndirilən şəxsin özünə geri qaytarılmalıdır. Belə ki, təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC-nin depozit hesabına köçürülmüş 40.040 (qırx min qırx) manat pul vəsaiti məhz dəymiş zərərin əvəzinin zərərçəkmiş şəxslərə ödənilməsinin qarantı məqədi daşımışdır. Lakin təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişi zamanı həmin pul vəsaitindən istifadə etməyərək müstəqil şəkildə zərərçəkmiş şəxslərə dəymiş zərərinin əvəzini ödəmişdir və bununla bağlı iş materiallarına yuxarıda təsvir edilmiş məzmunda ərizələr əlavə edilmişdir. Cinayət işi üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddədə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutuma hüququndan məhrum edilməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 32.4, 312.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 01 (bir) il müddədə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutuma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab olunsun və ona 01 (bir) il müddətə sınaq müddəti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hökmün icrasını həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin əvəzinin ödənilməsi məqsədi ilə "xxxx" ASC-nin depozit hesabına köçürülmüş 40.040 (qırx min qırx) manat pul vəsaiti Təqsirləndirilən şəxs özünə geri qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar