Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-534/2025 09.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Leqal Servis” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, ali təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 6,401 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 15 may 2024-cü il tarixdə, saat 14:10-da ünvan 2 ünvanının qarşısında saxlanılıb ünvan 3 34cü PŞ-nin inzibati binasına gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə zamanı əynində olan böz rəngli cins şalvarın sol yan cibindən külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 6,401 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Nəsimi rayonunda yerləşən Qış parkında Fərid adlı şəxsi görmüşdür. Fərid ondan kondisioner almaq üçün Əhmədliyə getməyi xahiş etmişdir. O, xx.xx.2024 tarixdə, səhər saat 10:00 radələrində Fəridlə getməyinə razılıq vermiş və öz telefonundan ona məxsus olan «Bolt» taksi proqramından taksi sifariş etmişdir. Fərid ona Əhmədlidə yerləşən məktəbin yanında saxlamağını və kondisioneri daşımaq üçün kömək etməyini xahiş etmişdir. O, Əhmədlidə yerləşən sahə inspektorunun vətəndaş qəbul otağının qabağında avtomobili saxlatdırmış və Fəridi gözləməyə başlamışdır. Biraz gözlədikdən sonra Fəridi səslənməyə başlamışdır. Fərid ona 5-10 dəqiqəyə kondisioneri aşağı düşürəcəklərini bildirmişdir. O, sonuncunu 10 dəqiqə də gözləmiş və gəlmədiyini görüb taksiyə geri dönmüşdür. Elə həmin an polis əməkdaşları onu saxlamışlar və ondan narkotik vasitənin harda olduğunu soruşmağa başlamışlar. O, polis əməkdaşlarının nədən danışdıqlarını anlamamışdır. Polis əməkdaşları onu özlərinə məxsus avtomobilə mindirərək üzərində şəxsi axtarış həyata keçirmişlər. Lakin axtarış nəticəsində üzərində heç bir şey aşkar olunmamışdır. Polis əməkdaşları ondan narkotik vasitələrin harda olduğunu soruşmuşlar. O, isə polis əməkdaşlarına bu barədə məlumatının olmadığını bildirmişdir. Ətrafda bir müddət axtarış keçirdikdən sonra polis əməkdaşları onu Xətai RPİ-nin 34-cü PŞ-yə aparmışlar. Ona şəffaf sellofana bükülmüş maddənin tiryək olduğunu deyərək təqdim edilən sənədlərə imza atmağını bildirmişlər. Polis əməkdaşları tiryəkə görə ona həbs qətimkan tədbiri tətbiq olunmayacağını bildirmişlər. O, valideynlərinin şöbəyə gətirilməsini və sonuncularla məsləhətləşmək istədiyini bildirmişdir. Polis əməkdaşları ona narahat olmamağını və təqdim edilən sənədlərə imza atmağını bildirmişdir. Polis əməkdaşları valideynlərinin onu evə aparmaq üçün gələcəklərini bildirmişlər. O, polis əməkdaşlarına inanaraq ona təqdim etdikləri sənədləri imzalamışdır. O, suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları ona sellofana bükülmüş maddənin tiryək olduğunu və onu buraxacaqlarını bildirmişlər. Daha sonra onu Xətai RPİnin MSY-nə aparmışlar. Təhqiqatçı tərəfindən aparılan video çəkiliş zamanı o, başını yuxarı tutaraq həmin maddənin ona məxsus olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən aparılan videoçəkilişdən öncə ittiham aktında qeyd olunan narkotik vasitəni onun cibinə yerləşdirmişlər. Videoçəkiliş zamanı həmin maddə onun sol cibindən aşkarlanmışdır. Təhqiqatçı tərəfindən aparılan videoçəkilişdən öncə ona narkotik maddəni sol cibindən özünün çıxarıb təqdim etməli olduğunu bildirmişlər. O, şəffaf sellofana bükülmüş tiryək kimi təqdim edilən maddənin heroin olduğunu bilməmişdir. Polis əməkdaşları onu sərbəst buraxacaqlarını bildirdiyi üçün o, dediklərini qəbul etmişdir. O, narkotik vasitə olan marixuana və heroin istifadə etmişdir. O, narkotik vasitə heroini isidərək yaranmış tüstünü nəfəs yolu ilə çəkərək istifadə edir. O, istifadə etdiyi narkotik vasitələri Nizami rayonu “Kubinka” adlanan yerdən əldə etmişdir. O, işdən əldə etdiyi pulların bir qismini ailəsinə, digər qismini isə narkotik vasitələrə xərcləmişdir. Onun telefonunda olan SMS mətndə bir adama 10 manat təklif edib heroin almaq istədiyi olub, amma o, kiməsə satış məqsədilə narkotik vasitə satmamışdır. İstintaq aparılarkən ona heç bir zorakılıq tətbiq olunmamışdır. Xətai RPİ-nin 34-cü PŞ-də olarkən ona təqdim edilən sənədləri imzalamaq üçün polis əməkdaşları tərəfindən təhdid olunmuşdur. Fərid onu narkotik vasitələrin bədəndə yaratdığı ağrılardan xilas edəcəyini bildirmişdir. Onlar Fəridlə birgə Əhmədliyə kondisioner almaq üçün getmişlər. xx.xx.2024-cü il tarixində o, narkotik vasitədən asılı vəziyyətdə olmuş və narkotik vasitə qəbul etmək istəmişdir. Fərid onun halının pis olduğunu görüb onu bu vəziyyətdən çıxaracağını bildirmişdir. Saxlanıldığı gün Fərid onu ağrılardan xilas etmək üçün ona narkotik maddə verəcəyini söz vermişdir. Fəridin ona verəcəyi narkotik vasitəni hardan əldə etməsi ilə bağlı heç bir məlumatı yoxdur. xx.xx.2024-cü il tarixində polis əməkdaşları onu saxladıqları vaxt avtomobildə üzərində şəxsi axtarış həyata keçirtmişlər. Polis əməkdaşları ona istifadəsi üçün narkotik vasitə müqabilində təqdim olunan sənədləri imzalamağını bildirmişlər. Polis əməkdaşları ona istifadə etməyi üçün narkotik vasitə heroin vermişlər. Polis əməkdaşı Şahid1 ona üzərinə yerləşdirdikləri narkotik vasitəni aparılan video çəkiliş zamanı sol cibindən çıxararaq özünə məxsus olduğunu söyləməyini bildirmişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, 1-ci dəfə ona verilən sənədləri bilmədiyindən imzalamış, amma sonradan təqdim olunan sənədləri imzalamamışdır. Onu saxlayan polis əməkdaşları arasında Şahid2 olmamışdır. Şahid2 üzərində şəxsi axtarış aparılan video çəkilişdə olmuşdur. Onu saxlayan polis əməkdaşları içərisində Şahid1 olmuşdur. Şahid2 tərəfindən ona heç bir fiziki və psixoloji zor tətbiq olunmamışdır. Şahid1 onu sənədlərə imza etmədiyi təqdirdə təhdidlər göstərmişdir. Fərid adlı şəxs polis əməkdaşlarının onu saxlamaqlarını görməmiş, həmin vaxt artıq Fərid orada olmamışdır. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur. ***-***-**-** saylı mobil nömrəyə yazdığı «biraz mal qoren kimi stoikavuz qacır ee ......” SMS mətnlərində mal deyəndə narkotik vasitə nəzərdə tutmuşdur. Həmin SMS mətndə sözünü ünvanladığı şəxs narkotik vasitə təsiri altında olanda adam görən kimi özlərini itirmələrini və salam verməməklərini nəzərdə tutmuşdur. ***-***-**-** saylı mobil nömrə arvadına məxsusdur. SMS mətnlərini arvadına yazmışdır. ***-***-**-** saylı mobil nömrəyə yazdığı «qaqas 15 diy kola lazımdi» SMS mətnində kola dedikdə narkotik vasitə heroin istəmişdir. ***-***-**-** saylı mobil nömrəyə yazdığı «......... sene ne olub 2 baw sei lola fanta lazimdi jersey» SMS mətnlərində 2 baw sey dedikdə narkotik vasitə marixuana, lola dedikdə yəni kola, narkotik vasitə heroin, fanta dedikdə isə narkotik vasitə metamfetamin nəzərdə tutmuşdur. ***-***-**-** saylı mobil nömrəyə yazdığı «sen ol mene biraz dasda cıxardson sene 2 manatda verecem sen ol bilesen kisi kimi soz» SMS mətnlərində das dedikdə narkotik vasitə heroin nəzərdə tutmuş və ona das verdiyi təqdirdə 2 manat verəcəyini söz vermişdir. ***-***-**-** saylı mobil nömrəyə yazdığı «Famil ya puli qaitar qaqas yada mali catir halanoqlu qozdyue meni deyir qirey heyeterine qoimuram ya Mali ver ya puli burdayam tez biraz deyesen meni dolamisan» SMS mətnlərində Famil adlı şəxs kompüter satışı ilə məşğul olan şəxsdir. SMS mətndə mal deyəndə kompüter nəzərdə tutmuşdur. Famil onlardan pul alıb, pulun qarşılığında 2 ədəd kompüter xalası oğluna verməli idi. O da Familə kompüteri vermədiyi təqdirdə pulu qaytarmağını istəmişdir. Famil onun tanışı olduğu üçün bu məsələləri o, sonuncu ilə danışmışdır. Onun adına olan mobil nömrəyə gələn bank kartlarının rəqəmləri yəqin ki kimlərdənki narkotik vasitə istəmişdir, həmin şəxslər istədiyi narkotik vasitənin ödənişi üçün ona atmışlar. ***-***-**-** saylı mobil nömrədən daxil olan SMS mətni dostuna məxsusdur. Qeyd olunan mobil nömrəyə dostu onun telefonu ilə SMS yazmışdır. Dostunun yazdığı şəxsi o da tanıyırdı. Qeyd olunan nömrənində sahibi dostunun yazdığına cavab yazmışdır. Məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, narkotik vasitələrdən özü üçün istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 13:30 radələrində Bakı şəhəri, Nizami rayonu, «Neftçilər» metro-stansiyasının yaxınlığında tanımadığı şəxsdən şəffaf selofana bükülmüş «tiryək» kimi bildiyi, əslində isə heroin olan narkotik vasitəni bir büküm 30 manata öz şəxsi istifadəsi üçün alıb əynindəki boz rəngli cins şalvarının sol yan cibinə qoymuşdur. Həmin tarixdə təxminən saat 14:10 radələrində Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi ev 13-ün qarşısında olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, onu 34-cü PŞ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına müqavimət göstərməmiş və onu tutub polis şöbəsinə gətirmişlər. 34-cü PŞ-də olan zaman polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilərkən ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. Bu zaman o, əynindəki boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf selofan kəsiyinə bükülmüş tünd qəhvəyi rəngli kütlə şəkilli olan maddəni çıxardaraq masaya qoymuşdur. Daha sonra həmin maddə açılaraq tərəziyə qoyulmuş və çəkisi müəyyən edildikdən sonra özünün, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə zərfə qoyularaq, imzalanmış və qablaşdırılmışdır. O, həmin narkotik vasitəni alanda satan şəxsə ona tiryək verməsini demiş, həmin şəxs də ona üzərindən aşkar edilib götürülmüş narkotik vasitəni vermiş, həmin narkotik vasitəni tiryək adı ilə almış, onun heroin olmasını bilməmişdir. O, əvvəllər də heroini özü qəbul etmişdir. O, heç vaxt narkotik vasitərin satışı ilə məşğul olmamışdır. Özü narkotik vasitə qəbul etdiyi üçün şəxsi ehtiyacı üçün əldə etmişdir. Əldə etdiyi narkotik vasitəni heç kimə satmamış və heç kəsə pay olaraq verməmişdir. Polis əməkdaşları onu saxlayan zaman və polis bölməsinə dəvət edilərkən polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Narkotik vasitə olan tiryəki 15 may 2024-cü il tarixdə, saat 13:30 radələrində Bakı şəhəri, metronun Neftçilər stansiyasının yaxınlığında tanımadığı şəxsdən 30 manata almışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-yə Xətai rayonunda təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı və istifadəsi barədə məlumat daxil olmuşdur. O, Xətai RPİ-nin 34-cü PŞin əməkdaşı Şahid2la birlikdə məlumatda qeyd olunan yerə, Sarayev 13 ünvanına getmişlər. Məlumatda qeyd olunan yerdə məlumatda zahiri əlamətləri göstərilən şəxsə oxşar şəxsi görmüş və sonuncuya yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra xx.xx.2024-cü il tarixdə, saat 14:00 radələrində Təqsirləndirilən şəxs Xətai RPİ-nin 34-cü PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir tabesizlik, narazılıq bildirmədən onlarla PŞ-yə getmişdir. Xətai RPİ-nin 34-cü PŞ-də saxladıqları şəxi müdafiəçi ilə təmin etmişlər. 34-cü PŞ-də müdafiəçinin iştirakı ilə video çəkilişlə saxladıqları şəxsin üzərində şəxsi axtarış keçirtmişlər. Video çəkiliş zamanı saxladıqları şəxs özünü təqdim etmiş və narkotik vasitələrin istifadə etməsini səmimi etiraf etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan çəkisi 6 qram olan narkotik vasitəni təqdim etmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs video çəkiliş zamanı narkotik vasitələrdən istifadə etdiyini, yaxın tanışları istədikləri vaxt sonunculara verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olan məlumat ona aid olmuşdur. Daxil olan məlumatda təqsirləndirilən şəxsin narkotik vasitələrdən istifadə etməsi və satışı qeyd olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Daxil olmuş məlumatda saxladıqları şəxsin şəxsiyyəti tam məlum deyildir, amma adı məlum olmuşdur. Daxil olmuş məlumatda saxladıqları şəxsin olacağı yer və zahiri görünüşü məlum olmuşdur. Saxladıqları şəxsin şəxsi məlumatlarını 34-cü PŞ-də tam bilmişlər və rəisə saxladıqları şəxslə bağlı raportla müraciət etdikləri vaxt raportda saxladıqları şəxsin məlumatlarını tam qeyd etmişlər. Təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitələrin mənbəyi ilə bağlı əməliyyat axtarış tədbirləri davam etdirilir, amma heç bir müsbət nəticə əldə olunmamışdır. Fərid adlı şəxsi tanımır. Təqsirləndirilən şəxsi Fərid adlı şəxsin vasitəçiliyi ilə saxlamamışlar. Baş əməliyyat müvəkkili olduğu üçün təqsirləndirilən şəxsi saxladıqları yerdə üzərinə baxış keçirtməmişlər. Təqsirləndirilən şəxs narkotik vasitənin ancaq üzərində olduğunu dediyinə görə sonuncunun yaşadığı evə baxış keçirtməyə ehtiyac görməmişlər. Əməliyyat axtarış tədbirlərinin qanuniliyinin yaxlanılması üçün məhkəməyə müraciət etmişlər. Təqsirləndirilən şəxsi saxladıqları vaxt üzərinə baxış keçirtməmişlər və 34-cü PŞ-yə gətirdikləri vaxt sonuncunun cibinə heç bir narkotik vasitə qoymamışlar. Təqsirləndirilən şəxsi saxladıqları vaxt yanında heç bir köməkçi olmamışdır. O, təqsirləndirilən şəxsə 34-cü PŞ-də cibinə qoymaq üçün heç bir narkotik vasitə verməmişdir. Onun tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onlar Təqsirləndirilən şəxs ünvan 2 ünvanında saxlayaraq Xətai RPİ-nin 34-cü PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə etmək məqsədilə Xətai RPİ-nin 34-cü PŞ-yə vəkil dəvət etmişlər. Daha sonra onlar təhqiqatçı tərəfindən aparılan video çəkilişdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirmişlər. Təqsirləndirilən şəxs üzərindən sellofana bükülmüş narkotik vasitə aşkarlanmışdır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar Təqsirləndirilən şəxs 15 may 2024-cü il tarixdə, günorta saat 13:00-14:00 radələrində saxlamışlar. Onlar Təqsirləndirilən şəxs ünvan 2 ünvanında, Bakı kinoteatrla üzbəüz olan ərazidə saxlamışlar. Xətai RPİ-nin 34-cü PŞ-yə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitənin saxlanılması və istifadəsi barədə məlumat daxil olmuşdur. Onlar Təqsirləndirilən şəxs saxlayarkən 2 nəfər polis əməkdaşı olmuşlar. Onlar Təqsirləndirilən şəxs saxlayarkən sonuncu tərəfindən heç bir etiraz və narazılıq olmamışdır. Onlar Təqsirləndirilən şəxs saxlayanda yanında heç kim olmamışdır. Onlar Təqsirləndirilən şəxs saxladıqdan dərhal sonra Xətai RPİ-nin 34-cü PŞyə aparmışlar. Təhqiqatçı tərəfindən aparılan video çəkilişdə Təqsirləndirilən şəxs vəkili də iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik maddəni istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Xətai RPİ-nin 34-cü PŞ-yə Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitənin saxlanılması və istifadəsi barədə məlumat daxil olmuşdur. Onlara Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə satışı ilə məşğul olduğu barədə məlumat daxil olmamışdır. Onlara daxil olan əməliyyat məlumatında Təqsirləndirilən şəxs ad, soyadı məlum olmuşdur. Əməliyyat qrupunun digər üzvü Təqsirləndirilən şəxs xarici görünüşü ilə bağlı məlumatlı olmuşdur. Onlar Xətai RPİ-nin 34-cü PŞ-yə daxil olan əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs mənzilində axtarış həyata keçirilməsi məsələsinin qərarda olub-olmamasını xatırlamır. Təqsirləndirilən şəxs yaşayış evində baxış keçirilməməsinin səbəbi ona məlum deyil. O, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi Fərid adlı şəxsi tanımır. Onlar Təqsirləndirilən şəxs saxlayarkən üzərində baxış keçirməmişlər, çünki Təqsirləndirilən şəxs üzərində baxış təhqiqatçı və vəkilin yanında həyata keçirilməlidir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində daşıması bildirilmişdir. (l cild i.v. 4) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Xətai RPİ-nin 34-cü PŞ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (l cild i.v. 6-7) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:40-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə, saat 14:10-da saxlanılaraq Xətai RPİ-nin 34-cü PŞ-yə gətirilmişdir. (l cild i.v. 19) xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 01 bükümdə şəffaf rəngli sellofon torbaya bükülmüş tünd qara rəngli, kütlə şəkilli, spesifik qoxuya malik narkotik vasitəyə bənzər tiryək adlandırdığı maddəni, çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, əynində olan boz rəngli cins şalvarının sol yan cibindən çıxan, 01 ədəd şəffaf rəngli sellofon torbaya bükülmüş, tünd qara rəngli, kütlə şəkilli, spesifik qoxuya malik maddə “tiryək” adlanan narkotik vasitədir. Götürülmüş kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və bir bükümdə olan şəffaf rəngli sellofon torbaya bükülmüş, kütlənin çəkisi 6.93 qram müəyyən olunmuşdur. (l cild i.v. 30-32, 53-54) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/2752 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №152” dairəvi möhür əksləri olan, “1) Təqsirləndirilən şəxs “imza” ”və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 6,401 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İ cild i.v. 39-43) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 55-56) xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, “Samsung A51” markalı mobil telefonun “Whatsapp” tətbiqinə daxil olduqda orada əhəmiyyət kəsb edən danışıqlar və ya məlumatlar aşkar edilməmiş, mobil telefonun “Kontakt”lar, SMS, “Galereya” və digər tətbiqlərində də əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmamışdır. (İ cild i.v. 72) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-387/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 82-86) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 93) xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan, ona əlavə edilmiş diskdən, çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə daxil olan və çıxan məlumatlarla bağlı "xxxx" MMC-dən alınmış bir ədəd CD diskə baxış keçirildikdə xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “biraz mal qoren kimi stoikavuz qacır ee ....” məzmununda, xx.xx.2024-cü il tarixdə 051-525- 47-87 saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “sen indi adboi vermeinen ne demei istiyirsen pul verecem sene valla qaldir ya yaz mene istemirsense meni yaz rad olum reablitatsiyaya valla” məzmununda, xx.xx.2024-cü il tarixdə 051- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qaqaw 15 diy kola lazimdi” məzmununda, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “.... sene ne olub 2 baw wei lola fanta lazimdi jerwei” məzmununda, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə "sen ol mene biraz dawda cixardson sene 2 manatda verecem sen ol bilesen kiwi kimi soz” məzmununda, xx.xx.2024-cü il tarixdə ***- ***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı moil nömrəyə “Famil.ya puli qaitar qaqaw yada mali catir halanoqlu qozduyue meni deyir qirey heyeterine qoimuram ya Mali ver ya puli burdayam tez biraz deyesen meni dolamisan” məzmununda, eləcə də, xx.xx.2024-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “5411-2498- 0181-0230 leo bank” bank kartı rəqəmləri və nəhayət 15 may 2024-cü il tarixdə ***-***-**- ** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “5411- 2498-0181-0230 leo bank” bank kartı rəqəmləri göndərilməsi müəyyən edilmişdir. (İ cild, i.v. 115-121) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X5 Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 4082 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v.139-140) Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 7 saylı mənzil-komunal istismar sahəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İ cild, i.v. 146) xx.xx.2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs üzərinə səxsi axtarış və götürmə aparılması prosesinin video görüntüsünün əks olunduğu 01 ədəd DVD disk və "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, təmiz çəkisi 6,401 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 6,201 qram narkotik vasitə heroin saxlanılması üçün Xətai RPİ-nin saxlancına təhvil verilmişdir. (İ cild i.v. 161-168) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (İ cild i.v. 174-175) Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməyə, saxlamağa və daşımağa görə CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs üzərindən aşkar edilən külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. Lakin hazırkı iş üzrə istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi ilə bağlı hər hansı sübut müəyyən edilməmiş, qeyd edilmiş narkotik vasitənin hazırlanması üçün avadanlığın olması da iş materialları ilə sübuta yetirilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, narkotik vasitə bir bağlamada aşkar edilmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, “Samsung A51” markalı mobil telefonun “Whatsapp” tətbiqinə daxil olduqda orada əhəmiyyət kəsb edən danışıqlar və ya məlumatlar aşkar edilməmiş, mobil telefonun “Kontakt”lar, SMS, “Galereya” və digər tətbiqlərində də əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmamışdır. Həmçinin, "xxxx" MMC-dən alınmış bir ədəd CD diskdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “biraz mal qoren kimi stoikavuz qacır ee ....” məzmununda, ***-***-**-** saylı mobil nömrəyə “sen indi adboi vermeinen ne demei istiyirsen pul verecem sene valla qaldir ya yaz mene istemirsense meni yaz rad olum reablitatsiyaya valla” məzmununda, ***-***-**-** saylı mobil nömrəyə “qaqaw 15 diy kola lazimdi” məzmununda, ***-***-**-** saylı mobil nömrəyə “.... sene ne olub 2 baw wei lola fanta lazimdi jerwei” məzmununda, ***-***-**-** saylı mobil nömrəyə "sen ol mene biraz dawda cixardson sene 2 manatda verecem sen ol bilesen kiwi kimi soz” məzmununda, ***-***-**-** saylı mobil nömrəyə “Famil.ya puli qaitar qaqaw yada mali catir halanoqlu qozduyue meni deyir qirey heyeterine qoimuram ya Mali ver ya puli burdayam tez biraz deyesen meni dolamisan” məzmununda SMS mətnləri göndərməsi Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlamasını, daşımasını təsdiq etmir. Belə ki, həmin SMS mətnləri Təqsirləndirilən şəxs öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı həmin sənəd tədqiq olunarkən verilən suallara cavab olaraq bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrə ona məxsusdur. ***-***-**-** saylı mobil nömrəyə yazdığı «biraz mal qoren kimi stoikavuz qacır ee ......” SMS mətnlərində mal deyəndə narkotik vasitə nəzərdə tutmuşdur. Həmin SMS mətndə sözünü ünvanladığı şəxs narkotik vasitə təsiri altında olanda adam görən kimi özlərini itirmələrini və salam verməməklərini nəzərdə tutmuşdur. ***-***-**-** saylı mobil nömrə arvadına məxsusdur. SMS mətnlərini arvadına yazmışdır. ***-***-**-** saylı mobil nömrəyə yazdığı «qaqas 15 diy kola lazımdi» SMS mətnində kola dedikdə narkotik vasitə heroin istəmişdir. ***-***-**-** saylı mobil nömrəyə yazdığı «......... sene ne olub 2 baw sei lola fanta lazimdi jersey» SMS mətnlərində 2 baw sey dedikdə narkotik vasitə marixuana, lola dedikdə yəni kola, narkotik vasitə heroin, fanta dedikdə isə narkotik vasitə metamfetamin nəzərdə tutmuşdur. ***-***-**-** saylı mobil nömrəyə yazdığı «sen ol mene biraz dasda cıxardson sene 2 manatda verecem sen ol bilesen kisi kimi soz» SMS mətnlərində das dedikdə narkotik vasitə heroin nəzərdə tutmuş və ona das verdiyi təqdirdə 2 manat verəcəyini söz vermişdir. ***-***-**-** saylı mobil nömrəyə yazdığı «Famil ya puli qaitar qaqas yada mali catir halanoqlu qozdyue meni deyir qirey heyeterine qoimuram ya Mali ver ya puli burdayam tez biraz deyesen meni dolamisan» SMS mətnlərində Famil adlı şəxs kompüter satışı ilə məşğul olan şəxsdir. SMS mətndə mal deyəndə kompüter nəzərdə tutmuşdur. Famil onlardan pul alıb, pulun qarşılığında 2 ədəd kompüter xalası oğluna verməli idi. O da Familə kompüteri vermədiyi təqdirdə pulu qaytarmağını istəmişdir. Famil onun tanışı olduğu üçün bu məsələləri o, sonuncu ilə danışmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai araşdırma zamanı toplanmaqla mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 6,401 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin satış olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik maddənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, polis əməkdaşları videoçəkilişdən öncə ittiham aktında qeyd olunan narkotik vasitəni onun cibinə yerləşdirmələri və s. ilə bağlı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik maddə olan heroini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan külli miqdarda narkotik maddə olan heroini əldə etməsinə dair ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:40-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə, saat 14:10-da saxlanılaraq Xətai RPİ-nin 34-cü PŞ-yə gətirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-387/2024 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 89 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Xətai RPİ-nin saxlancına təhvil verilmiş qalıq qalmış 6,201 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə səxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu 01 ədəd DVD disk və "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Xətai RPİ-nin saxlancına təhvil verilmiş qalıq qalmış 6,201 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə səxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu 01 ədəd DVD disk və "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 89 (səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-534/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-534/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver