Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-535/2022 10.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X17 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və X4, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 3 yanvar 1986-cı ildə Naxçıvan MR-nın, Şərur rayonu, Həmzəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməmiş, əvvəllər məhkum olunmuş (Binəqədi rayon məhkəməsinin 12 mart 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş), məhkumluğu ödənilmiş, Bakı şəhəri, ünvan 2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən adam öldürməyə cəhd etmiş, yəni digər şəxsi həyatdan qəsdən məhrum etməyə cəhd etmişdir. Belə ki, o, rəsmi nikah münasibətlərində olduğu arvadı Zərərçəkmiş şəxs, azyaşlı uşaqları - 2018-ci il təvəllüdlü oğlu X9 və 2020-ci il təvəllüdlü qızı X10 ilə birlikdə Rusiya Federasiyasına köçüb orada yaşamaq barədə qayınatası Şahid2 təklifi ilə razılaşaraq sonuncu tərəfindən özünə və onlara Rusiya Federasiyasına uçmaq üçün 13.09.2021-ci il tarixə saat 3:10-a təyyarəyə biletlər alındıqdan sonra 12.09.2021-ci il tarixdə saat 22 radələrində yaşadıqları ünvan 1 ünvanının yaxınlığında yerləşən “Heydər Əliyev” Məscidinin ərazisində gəzişmələrini Təhminəyə təklif etmiş və hər ikisi birlikdə Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi, Zeytunluq adlanan əraziyə gəlib orada çömbələn vəziyyətində dayanıb gələcək həyatları barədə söhbət edərkən Zərərçəkmiş şəxs özünün uşaqlarla birlikdə Rusiya Federasiyasına getmək istədiyini, onun onlarla birlikdə Rusiya Federasiyasına getməsinə isə razı olmadığını, ondan, ümumiyyətlə, ayrılmaq istədiyini bir daha bildirdikdə, o buna görə həmçinin Zərərçəkmiş şəxs başqa kişi ilə görüşməsini, həyatında başqa insanın olmasını və ona xəyanət etməsini ehtimal edərək həmin səbəbdən də sonuncunun onunla son vaxtlarda çox soyuq davranmasını, ər-arvad münasibətlərinin pisləşməsini düşünərək qəzəblənmiş, qısqanclıq və ailə münasibətlərinin pozulması zəminində onu qəsdən öldürmək qərarına gələrək həmin məqsədlə əvvəlcə hər iki əli ilə Zərərçəkmiş şəxs boğmağa çalışaraq boğaz nahiyəsini sıxıb ona boyun nahiyəsinin, boyun kökünün qançırından ibarət sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, huşunu itirərək yerə yıxılmış Təhminənin qısa müddətdən sonra özünə gəlib ayağa qalxdığını gördükdə o, cinayətkar qəsdini başa çatdırmaq üçün özü ilə gəzdirdiyi soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını çıxararaq həmin bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə, həmçinin Zərərçəkmiş şəxs qollarını qabağa verib özünü müdafiə etməyə çalışdığına görə sonuncunun əl-qol nahiyələrinə də zərbələr vuraraq ona sol süd vəzisinin və döş qəfəsinin ön səthinin hər iki plevra boşluğuna nüfuz edərək pnevmohematoraksla müşayiət olunan 2 ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət olmaqla dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan ağır dərəcəli, hər biri ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aid olan sol bazu nahiyəsinin və sol mil-bilək oynağı nahiyəsinin kəsilmiş yaraları və hər biri ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməyən döş qəfəsinin sağ və sol yarısının ön səthinin, sol mil-bilək oynağı nahiyəsinin, sağ əlin birinci barmağın səthi kəsilmiş yaraları xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs yerə yıxıldığından onu ölmüş hesab edib hadisə yerinin yaxınlığında yerləşən “Heydər Əliyev” Məscidinin mərasim evinin mühafizə postunda xidmətdə olan DİN-in Baş Mühafizə İdarəsinin Binəqədi rayon Mühafizə İdarəsinin əməkdaşına yaxınlaşıb arvadını öldürdüyünü bildirərək təslim olmuş, Zərərçəkmiş şəxs isə hadisə yerinə gələn polis əməkdaşları tərəfindən vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan onun tərəfindən Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum edilməsinə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2017-ci ildə ailə həyatı qurmuş, 2018-ci ildə isə rəsmi olaraq nikah münasibətinə daxil olmuşdur. Təhminə həmçinin xalası qızıdır, bacısı Əfsanə də qardaşı Əli ilə evlidir. Təhminə heç vaxt işləməmiş, evdar qadın olmuşdur. Zərərçəkmiş şəxs ilə evliliklərinin ilk illərində xoşbəxt olmuş, qarşılıqlı biribirlərinə hörmətiləri olmuşdur. 2019-cu ildə o, Təhminə və övladı Abdulla Rusiya Federasiyasına qayınatası Əlinin yaşadığı evə köçüb təxminən 3 ay orada yaşamışlar. Ora köçməkdə məqsədləri onun orada işləmək istəməyi ilə bağlı olmuşdur. Lakin Rusiya Federasiyasında yaşamağa icazə üçün lazım olan sənədləri tam şəkildə toplaya bilmədiklərindən Azərbaycan Respublikasına qayıtmışlar. Sonra təxminən 1 il işsiz qalmışdır. Yenidən bir müddət taksi sürücüsü işləmişdir. 31 may 2021-ci il tarixdə qayınatası Əli atasının il dönümünə görə Azərbaycana gəldikdə sonuncunun təklifi ilə ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçüb orda işləyib yaşamaq qərarına gəlmişdir. Lakin ilk vaxtlardan Təhminə onlarla köçməyinə qarşı olmuş, səbəbini izah etmədən onlarla getməyini istəməmişdir. Baş vermiş hadisəyə qədər də bir neçə dəfə bu barədə aralarında danışıqlar olmuşdur. Təhminə ona əvvəlcə uşaqların atası ilə getməsini, bir müddət sonra onun da onların arxasınca gəlməyini bildirmişdir. Lakin Təhminə onlarla Rusiya Federasiyasına hansı səbəbdən getməyini istəməməsini açıqlamamışdır. 2021-ci ilin sentyabr ayının əvvəllərində qayınatası Şahid2 Rusiya Federasiyasına özünə, ona, Təhminəyə və övladlarına 13 sentyabr 2021-ci il tarixinə saat 03:10-a avia biletlər almış, lakin Təhminə ona yad münasibət göstərib soyuq rəftar etməyə davam etmişdir. Ümumiyyətlə, Təhminənin onunla münasibətində soyuqluq yaranması 2 il bundan əvvəldən başlamışdır. Sözləri bir-birlərinə xoş gəlməmiş, ailə- məişət zəmnində sözlü mübahisələri olmuşdur. 12 sentyabr 2021-ci il tarixdə səhər saatlarında Təhminə, o, qayınatası Əli, övladları ilə birlikdə təyyarəyə uçuşa buraxılmaq üçün Neftçilər xəstəxanasına gedib orada “Covid-19" testi vermişlər. Bundan sonra həmin gün saat 16 radələrində qayınatası ilə xəstəxanaya gedib testin nəticələrini götürmüş və testin nəticələri hamıda neqativ olmuş, yəni uçuşa buraxılmışlar. Bundan sonra o öz yaşadığı evə, qayınatası da Abşeron rayonu, Xırdalan şəhərində yaşayan qızı Əfsanənin evinə getmişdir. 12 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində Təhminəyə çıxıb Binəqədi rayonu ərazisində yerləşən “Heydər Əliyev” məscidinin ərazisində gəzməyi təklif etmişdir. Yaşadığı evlə həmin məscid yaxın məsafədə yerləşmişdir. Onlar uşaqları evdə qoyub çölə çıxmışlar. Həmin gün evdə hər hansı mübahisələri olmamışdır. Lakin Təhminə həmişəki kimi həmin gün də ona yad münasibət göstərib soyuq rəftar etmiş, onlarla getməyini istəmədiyini hiss etdirmişdir. “Heydər Əliyev” məscidinə gedən istiqamətdə Zeytunluq massivində Zərərçəkmiş şəxs ilə çömbəlib söhbət edərkən sonuncu onlarla Rusiya Federasiyasına getməyini istəmədiyini, həmçinin ondan ayrılmaq istədiyini bildirmişdir. Uçuşa az qalmış Təhminənin hələ də bu fikirdə olması ona pis təsir etmiş və qəzəblənmişdir. Təhminənin soyuq rəftarının səbəbini başa düşməyə başlamış, onu istəmədiyini bilmiş, həmçinin Təhminə konkret olaraq deməsə də həyatında başqa birisinin olduğunu anlamışdır. Bütün bunlardan qəzəblənərək onu öldürmək məqsədi ilə əvvəlcə boynunu əlləri ilə boğmağa başlamışdır. Təhminənin huşu gedərək yerə yıxılmış, lakin qısa müddət sonra ayağa qalxıb təpiklə ayağına vurmuşdur. Həmin vaxt üzərində daşıdığı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədən nahiyəsinə, yəni sinəsinə bir neçə dəfə zərbələr endirmişdir. Zərbələrin dəqiq sayını xatırlamır. Təhminə qollarını qabağa verib müdafiə olunan vaxt bıçaq zərbələri onun qoluna, əlinə də dəymişdir. Bundan sonra Təhminədən səs gəlmədiyini görüb öldüyünü fikirləşib onu orada qoyub polisə təslim olmaq məqsədi ilə yola çıxmışdır. Həmin vaxt ərazidə, məscidin yanında yolda xidmətdə olan polis əməkdaşlarını gördükdə onlara yaxınlaşıb arvadını öldürdüyünü billdirərək Təhminəyə xəsarət yetirərkən istifadə etdiyi, üzərində qan izləri olan bıçağı onlara vermişdir. Polis əməkdaşlarının idarə etməsində olan xidməti avtomobilə əyləşmiş və onları hadisə baş verən yerə aparmışdır. Bundan sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlmişdir. Zərərçəkmiş şəxs onlarla Rusiya Fedarisiyasına getməyini istəmədiyindən onun başqa yad adamla münasibətindən şübhələnmiş və ondan ayrılmaq istədiyinə görə də onu öldürmək istəmişdir. Hadisə günü üzərində mətbəx bıçağı olmuşdur. Hadisə “Heydər Əliyev” Məscidinin yaxınlığında baş vermişdir. Təhminənin öldüyünü düşünüb ondan uzaqlaşmışdır. Zərərçəkmiş şəxslə barışmış, törətdiyi cinayət əlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2017-ci ildə isə xalası oğlu Təqsirləndirilən şəxs ilə evlənmişdir. Evləndikdən sonra da həmin evdə, yəni qayınatası X2 məxsus Bakı şəhəri, ünvan 2-də yaşamağa davam etmişlər. Onların birgə nikahdan 2 övladı - 2018-ci il təvəllüdlü X9 və 2020-ci il təvəllüdlü X10 olmuşdur. Təqsirləndirilən şəxsla biri-birlərini sevib evlənmişlər, onunla evlənmək üçün qaçmışdır. Daha sonra ailələr arasında barışıq olmuş və onlar evlənmişlər. Xaliqlə nikah münasibətində olduğu müddətdə ona və övladlarına yaxşı münasibət göstərmiş, onların qayğısına qalmışdır. Onların Rusiya Federasiyasına köçüb orada yaşamaq məqsədləri olmuşdur. 31 may 2021-ci il tarixdə atası Əli mərhum babasının il dönümünə görə Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxt atasının təklifi ilə qərara almışlar ki, atası Rusiya Federasiyasına qayıdanda onunla birlikdə getsinlər. Atası özünə, ona, Xaliqə və hər iki övladına 13 sentyabr 2021-ci il tarixdə gecə saat 03:35-ə avia biletlər almışdır. 12 sentyabr 2021-ci il tarixdə səhər saatlarında atası, o, Xaliq və övladları ilə birlikdə təyyarəyə uçuşa buraxılmaq üçün Mərkəzi Neftçilər xəstəxanasına gedib orada "Covid-19” testi verib evə qayıtmışlar. Xaliqlə atası həmin gün saat 16 radələrində xəstəxanaya gedib testin nəticələrini götürmüşlər. Testin nəticələri hamıda neqativ olmuş, yəni uçuşa buraxılımışlar. Həmin gün, təxminən 17-18 radələrində Xaliq evə gəldikdə o həmin vaxt çantaya özünün və övladlarının əşyalarını yığmaqla məşğul olmuşdur. Xaliq də öz əşyalarını çantaya yığmışdır. Həmin gün onların aralarında hər hansı mübahisə və ya dava-dalaş olmamışdır. Təxminən saat 22 radələrində gəzmək üçün küçəyə çıxmışlar ki, bir az havalarını dəyişib geri qayıtsınlar. Həmin vaxt oğlu yatmış, qızını isə qayınanasına vermişdir. Bundan sonra evdən çıxıb gəzə-gəzə piyada “Heydər Əliyev” məscidinə gedən istiqamətdə Zeytunluq massivinə gəlib çatmışlar. Gəzişmə zamanı o, Xaliqi xeyli danlayaraq onun psixi vəziyyətinin normal olmadığını, ciddi müalicəyə ehtiyacı olduğunu demişdir. Xaliq isə müalicəyə ehtiyacı olmadığını bildirmişdir. O, Rusiya Federasiyasının Moskva şəhərinə getməkdən onu çəkindirməyə çalışıb vətəndə qalıb müalicə olmağı, sağaldıqdan sonra yanlarına gəlməyi təklif etmişdir. Xaliq isə ”mən dəli deyiləm, müalicə olmağa ehtiyacım yoxdur” deyəndə Xaliqin bu sözləri onu əsəbiləşdirmiş və “sən dəlilinin yekəsisən, başın xarabdır” deyərək onun üstünə qışqırmışdır. Bu zaman Xaliq ondan əsəbi şəkildə susmağını tələb etmişdir. O isə həmin kobud sözləri təkrarlamışdır. Bu zaman Xaliq boğazından hər iki əli ilə tutaraq səsini kəsməyə çalışmış, nəfəsinin çatmadığını gördükdə isə boğazını buraxmışdır. Sakitləşmədiyini görən Xaliq üzərində gəzdirdiyi bıçaqla ona bir neçə dəfə xəsarət yetirmişdir. Xaliq bıçaq zərbələrini sinə və qol nahiyəsinə endirmişdir. Hadisənin şokundan bıçaq zərbələrinin sayını dəqiq xatırlamır. Xaliqi qorxutmaq məqsədi ilə özünü yerə yıxaraq gözlərini yumub nəfəsini tutmuşdur. Hərəkətisiz qalmaqla özünü ölülüyə vurmuşdur. Bıçaq zərbələrinin şiddətli ağrılarını əvvəlcə çox hiss etmədiyindən yerdə rahat uzanıb ölü roluna girə bilmişdir. Bu zaman Xaliq əvvəlcə onu sirkələyərək özünə gətirməyə cəhd etmiş, sonra isə “uşaqlarım anasız qaldı” deyərək ağlamağa başlamışdır. Bir qədər sonra Xaliq öldüyünü zənn edib ondan uzaqlaşmışdır. Xaliqi artıq görə bilməyəcəyi qədər uzaqlaşdığını hiss etdikdən sonra ayağa qalxmaq istədikdə artıq ayağa qalxmağa gücünün olmadığını hiss etmişdir. Bundan sonra ətrafda polis işçilərini gördükdə onlardan təcili yardım çağırmalarını xahiş etmişdir. Bundan sonra onu xəstəxanaya aparmışlar. Əri Hesab edir ki, Xaliq onu öldürmək istəməmişdir. Xaliq hazırda da əridir, iki azyaşlı övladının atasıdır. Müalicəsi ilə bağlı bütün xərclər Xaliqin yaxın qohumları tərəfindən ödənilmişdir. Xəstəxanaya getməyə ona polis əməkdaşları kömək etmişlər. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xeyli müddət narkotik vasitədən istifadə etmişdir. Cəzaçəkmə müəsissəsindən çıxdıqdan sonra onun hərəkətləri, davranışları dəyişmişdir. Belə ki, Xaliq bir müddət heç bir əsas olmadan tez-tez ailədə onunla, Təhminə ilə mübahisə yaratmış, hətta bir neçə dəfə nəvələrini, Təhminəni və onu evdən qovmuşdur. Onlar Xaliqin müalicə olunması üçün xəstəxanalara müayinəyə aparmaq istəsələr də, Xaliq qəti etiraz etdiyi üçün onu nə müayinə, nə də müalicə etdirə bilməmişlər. 31 may 2021-ci il tarixdə Təhminənin atası Əli Rusiya Federasiyasından Azərbaycana gəldikdə sonuncu Xaliqi və ailəsini özü ilə qayıdanda aparacağını bildirmişdir. Xaliq əvvəl razılıq verməsə də, sonradan fikrini dəyişmiş və onlarla gedəcəyini bildirmişdir. Əli Xaliqin orada müalicə olunmasını, işləməsini istəmişdir. Əli 13 sentyabr 2021-ci il tarixə gecə reysinə onlara avia biletlər almışdır. 12 sentyabr 2021ci il tarixdə səhər saatlarında onlar, yəni Təhminə, Xaliq, Əli və nəvələri birlikdə təyyarəyə uçuşa buraxılmaq üçün Neftçilər xəstəxanasına gedib orada “Covid-19” testi vermişlər. Testin nəticələri hamıda neqativ olmuşdur. Axşam saatlarına kimi Təhminə və Xaliq evdə biri-birlərinə kömək edib çamadanlarına əşyaları yerləşdirməkə məşğul olmuşlar. Həmin gün Təhminə və Xaliqin arasında hər hansı mübahisə və ya dava-dalaş olmamışdır. Təxminən saat 22 radələrində Təhminə ilə Xaliq gəzmək üçün küçəyə çıxmışlar. Nəvələrini isə onunla əri İbrahimxəlilin yanında qoymuşlar. Qısa müddət sonra Əli evə gəldikdə ona Xaliqlə Təhminənin gəzməyə getdiklərini, qısa müddət sonra qayıdacaqlarını bildirmişdir. Lakin saat 12 radələrinə qədər onları gözləsələr də, qayıtmamışlar. Daha sonra oğlu Əli gəlib onları axtarmağa başlamışdır. Bir qədər sonra polis əməkdaşları Əliyə zəng edərək hadisə barədə məlumat vermişlər. Belə ki, polis əməkdaşlarının deməsinə görə Xaliq Təhminəni bıçaqlamışdır. Xaliqin Təhminəni hansı səbəbə bıçaqlamasını bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2019-cu ildən daxili işlər orqanalarında, 2020-ci il tarixdən etibarən isə DİN-in Binəqədi rayon Mühafizə idarəsinin polis nəfəri vəzifəsində işləyir. Xidmət etdiyi post “Heydər Əliyev” Məscididir. Xidməti vəzifəsi “Heydər Əliyev” Məscidinə aid olan mərasim evinin təhlükəsizliyini təmin etməkdən ibarətdir. 12 sentyabr 2021-ci il tarixdə saat 9:00-dan xidmətdə olmuşdur. Həmin gün saat 22:40 radələrində xidmət apardığı postda olarkən əvvəllər tanımadığı, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs adlı şəxs yaxınlaşaraq məscidin yaxınlığında Bağpark küçəsi, Zeytunluq massivində arvadını bıçaqlayaraq öldürdüyünü bildirmişdir. Həmin vaxt məsciddə postda xidmətdə olan Binəqədi rayon Mühafizə idarəsinin polis nəfəri, polis serjantı Sahil də oraya gəlmişdir. Təqsirləndirilən şəxs Sahilə də arvadını bıçaqla qətlə yetirdiyini bildirmişdir. O, dərhal bu barədə istifadəsində olan 055 212 51 11 saylı mobil nömrədən Binəqədi rayon Mühafizə idarəsinin bölüyün İİ tağım komandiri, polis leytenantı Şahid7 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək məlumat vermiş və daha sonra xidmət etdiyi postun yerləşdiyi C.Cabbarlı küçəsində xidməti avtomobillə hərəkətdə olan Binəqədi rayon Mühafizə idarəsinin tutucu qrupuna yaxınlaşaraq Təqsirləndirilən şəxs göstərib həmin şəxsin arvadını bıçaqla qətlə yetirdiyini bildirmişdir. Tutucu qrupun adlarını bilmədiyi əməkdaşları Xaliqi xidməti avtomobilə əyləşdirib hadisə yerinə getmişlər, o isə öz postunda xidmətini davam etdirmişdir. Sonradan tutucu qrupun əməkdaşları ilə söhbət edərkən öyrənmişdir ki, Xaliq həqiqətən də Zeytunluq massivində arvadını bıçaqlamış, tutucu qrupun əməkdaşları hadisə yerinə gedərkən həmin xanımın sağ olmasını görüb TTTYS-na məlumat verərək onu xəstəxanaya yerləşdirilməsini təşkil etmişlər və Təqsirləndirilən şəxs barəsində tədbir görülməsi üçün onu Binəqədi RPİ-nin 4-cü PB-nə təhvil vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid4, Şahid5 və Şahid6 ibtidai araşdırma orqanına verdiyi ifadələrindən görünür ki, onlar Şahid3 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqə 77-81, cild 2, iş vərəqə 25-27 və 30-32). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, təxminən 10 il bundan əvvəl qızı Əfsanə Hüseynova baldızı Şahid1 oğlu X3 ilə evlənmişdir. Bundan təxminən 3-4 il sonra qızı Zərərçəkmiş şəxs da Əli Hüseynovun qardaşı Təqsirləndirilən şəxs ilə evlənmişdir. Belə ki, onun hər iki qızı eyni ailənin övladları, habelə qohumu, baldızı Şahid1 övladları ilə evlənmişlər. Zərərçəkmiş şəxs evləndikdən sonra Təqsirləndirilən şəxsla qayınatası X2 məxsus Bakı şəhəri, ünvan 2-də İbrahimxəlil Hüseynov və Şahid1 ilə yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs xeyli müddətdir ki, narkotik vasitədən istifadə etmişdir. Bu səbəbdən heç bir əsas olmadan tez-tez ailədə mübahisə yaratmış, dəfələrlə qızını və nəvələrini evdən qovmuşdur. Lakin qızı Təhminə onun bu çətinliklərinə səbrlə dözmüşdür. 31 may 2021-ci il tarixdə o, mərhum atasının il dönümünə görə Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxt qərara almışdır ki, Rusiya Federasiyasına qayıdanda qızını, yeznəsi Xaliqi və nəvələrini də özü ilə aparsın. Onun bunu etməkdə məqsədi həm Xaliqi müalicə etdirmək, həm də onların ailəsinin rifah halının yaxşılaşmasına kömək etmək olmuşdur. Onun qərarı ilə ilk əvvəl qızı Təhminə razılaşsa da Xaliq imtina etmiş, lakin sonradan o da gəlməyə razılıq vermişdir. O da də özünə, qızı Təhminəyə, Xaliqə və hər iki nəvəsinə 13 sentyabr 2021-ci il tarixdə gecə saat 03:10-a avia biletlər almışdır. 12 sentyabr 2021-ci il tarixdə səhər saatlarında onlar, yəni Təhminə, Xaliq və o, nəvələri ilə birlikdə təyyarəyə uçuşa buraxılmaq üçün Neftçilər xəstəxanasına gedib orada “Covid-19” testi vermişlər. Bundan sonra Xaliqlə ikisi həmin gün saat 16 radələrində xəstəxanaya gedib testin nəticələrini götürmüşlər. Testin nəticələri hamıda neqativ olmuş, yəni onlar uçuşa buraxılmışlar. Bundan sonra Xaliq öz evinə, o da Abşeron rayonu Xırdalan şəhərində yaşayan qızı Əfsanənin evinə getmişdir. O, Xaliqin hərəkətlərində qeyri-adi heç nə görməmiş, onun getməyə hazır olduğunu görmüşdür. Təxminən saat 22 radələrində qudası İbrahimxəlilin evinə getmişdir ki, qızının ailəsini də götürüb hava limanına getsinlər. O, evə daxil olanda baldızı X8 həyətdə gəzmək üçün getdiklərini, birazdan qayıdacaqlarını bildirmişdir. Təxminən saat 12 radələrinə qədər onları gözləsələr də qayıtmamışlar, nə qızı, nə də Xaliq mobil nömrədən istifadə etmədiyi üçün onlarla əlaqə də saxlaya bilməmişlər. Bir qədər sonra yeznəsi Əli gəlmiş və onlar birlikdə onları axtarmağa başlamış, daha sonra polis əməkdaşları Əliyə zəng edərək hadisə barədə məlumat vermişlər. Belə ki, polis əməkdaşlarının deməsinə görə bilmişdir ki, Xaliq qızını bıçaqlamışdır. Xaliqin Təhminəni hansı səbəbə bıçaqlamasını bilməmişdir (cild 1, iş vərəqə 73-76). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massividir. Zeytunluq massivi daş və setka hasarla əhatələnmişdir. Massivə giriş tərəfdən avtomaşınların hərəkəti üçün nəzərdə tutulan asfalt yol keçir, həmin yolun sağ tərəfində, yəni massivlə paraleldə birmərtəbəli və çoxmərtəbəli fərdi yaşayış evləri vardır. Massivə giriş bir taylı əyilmiş vəziyyətdə olan dəmir darvazadandır. Darvazadan daxil olduqda düz istiqamətdə səthi torpaq olan yol keçir, həmin yolun sağ və sol tərəfində cərgələrlə xeyli sayda müxtəlif boylarda zeytun ağacları vardır. Massivə giriş darvazasından 87 metr məsafədə, sağ tərəfdən 12-ci cərgədə 1-ci ağacın yanında yerdə bir-birindən 47 sm aralıda qanabənzər ləkələr vardır. Həmin qanabənzər ləkələr 1 və 2 rəqəmləri ilə nömrələnmişdir. Yerin səthi torpaqdandır, üzəri ot örtüyü ilə qapalıdır, otlar quru haldadır. Hadisə yerində ölçü işləri aparılarkən müəyyən edilmişdir ki, 12-ci cərgədə 1-ci ağacdan 1 rəqəmi ilə nömrələnmiş qanabənzər ləkəyədək məsafə 114 sm, 2 rəqəmi ilə nömrələnmiş qanabənzər ləkəyədək məsafə isə 87 sm-dir. Baxış zamanı hadisə yerindən 1 və 2 nömrəsi ilə nömrələnmiş qanabənzər ləkələr müvafiq qaydada götürülərək qablaşdırılmış və Binəqədi rayon prokurorluğunun “Zərflər üçün” möhürü ilə möhürlənmişdir (cild 1, iş vərəqə 4-12). Cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, 14 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində Təhminə ilə yaşıdığı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən evindən çıxıb Heydər Əliyev məscidinin ərazisində gəzməyə getmiş, Zeytunluq massivində Təhminə ilə çömbəlib söhbət edərkən sonuncu ondan ayrılmaq istədiyini, Rusiya Federasiyasına onlarla getməməsini bildirmiş, Təhminənin həyatında başqa birisinin olmasını zənn edərək bunlardan qəzəblənib onu öldürmək məqsədi ilə əlləri ilə boğmağa başlamış, sonuncu huşu gedərək yerə yıxılmış, qısa müddət sonra ayağa qalxıb təpiklə onun ayağına vurarkən həmin vaxt üzərində daşıdığı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədən nahiyəsinə bir neçə dəfə zərbələr endirmiş, bundan sonra Təhminədən səs gəlmədiyini görüb onun ölməsini zənn edib orada qoyub polisə təslim olmaq məqsədi ilə yola çıxmış, həmin vaxt ərazidə, məscidin yanında yolda xidmətdə olan polis əməkdaşlarını görüb onlara yaxınlaşıb arvadını öldürdüyünü, təslim olmaq istədiyini bildirmiş və bu barədə protokol tərtib edilmişdir (cild 1, iş vərəqə 121-126). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin 1508 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sol süd vəzisinin və döş qəfəsinin ön səthinin hər iki plevra boşluğuna nüfuz edərək pnevmohematoraksla müşayiət olunan 2 ədəd deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (alətin), sol bazu nahiyəsinin və sol mil-bilək oynağı nahiyəsinin kəsilmiş yaraları, döş qəfəsinin sağ və sol yarısının ön səthlərinin, sol mil-bilək oynağı nahiyəsinin, sağ əlin birinci barmağın səthi kəsilmiş yaraları isə kəsici əşyanın, boyun nahiyəsinin, boyun kökünün, sağ bud nahiyəsinin, sol baldır nahiyəsinin sıyrıqları, sol bazu nahiyəsinin qançırı isə bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Respublika Klinik Xəstəxanasına müraciət etdiyi 13 sentyabr 2021 -ci il saat 00:42-dən bir qədər əvvəl əmələ gəlmişdirlər. Onlardan sol süd vəzisinin və döş qəfəsinin ön səthinin hər iki plevra boşluğuna nüfuz edərək pnevmohematoraksla müşayiət olunan 2 ədəd deşilmiş-kəsilmiş yaraları dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan ağır dərəcəli, sol bazu nahiyəsinin və sol mil-bilək oynağı nahiyəsinin kəsilmiş yaraları dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, döş qəfəsinin sağ və sol yarısının ön səthlərinin, sol mil-bilək oynağı nahiyəsinin, sağ əlin İ barmağın səthi kəsilmiş yaraları, boyun nahiyəsinin, boyun kökünün, sağ bud nahiyəsinin, sol baldır nahiyəsinin sıyrıqları, sol bazu nahiyəsinin qançırı isə hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sol süd vəzisinin10 döş qəfəsinin ön səthinin deşilmiş-kəsilmiş yaraları, sol bazu nahiyəsinin və sol mil- bilək oynağı nahiyəsinin kəsilmiş yaraları, döş qəfəsinin sağ və sol yarısının ön səthlərinin, sol mil-bilək oynağı nahiyəsinin, sağ əlin İ barmağının səthi kəsilmiş yaraları bıçağın tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilərdilər. Digər xəsarətlər isə insan bədəninin hissələri (əl barmaqlarının dırnaqları, yumruq, təpik və s.) ilə endirilmiş zərbələr nəticəsində əmələ gələ bilərdilər. Boyun nahiyəsində və boyun kökündə aşkar olunmuş sıyrıqları əllə boğulma zamanı əl barmaqlarının dırnaqlarının təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin lokalizasiyalarını nəzərə alaraq demək olar ki, ona xəsarət yetirən şəxs onunla müxtəlif vəziyyətlərdə ola bilərdi (üzbəüz, yan tərəfdən və s.). Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş deşilmiş-kəsilmiş, kəsilmiş və səthi kəsilmiş yaraların ekspertizaya təqdim olunmuş maddi sübutla (bıçaq) yetirilməsi istisna olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş bıçaq xəsarətlərinin yara kanalları barədə tibbi sənəddə hər hansı bir qeydiyyat aparılmadığından, həmin xəsarətlərin hansı istiqamətdən yetirilmələri barədə fikir söyləmək mümkün deyildir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və rənglərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qısa zaman çərçivəsində yetirildiyindən onların hansı ardıcıllıqla baş verməsini təyin etmək mümkün deyildir (cild 1, iş vərəqə 195-197). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin 561- MTKŞ/2021 №-li rəyində göstərilmişdir ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol köynəyin və qolsuz maykanın hər birinin ön səthinin sol yarısında bir ədəd və sol yan nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsi inkar olunmmamışdır. Zərərçəkmiş şəxs məxsus şalvarın üzərində zədə aşkar edilməmişdir. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilməmişdir (cild 1, iş vərəqə 183- 187). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin 705/2021- MTBŞ saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək, şalvar, mayka, bıçaq və bitki qalıqları üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, həmçinin əksər ləkələrdə beta aqqlyutinini də alnmışdır. Beləliklə, bu qan ləkələri A-beta/ll/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqə 189-192). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 2758 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidannda olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazııda yüngül dərəcəli depressiv pozuntu qeyd olunur. X.l.Hüseynovda qeyd edilən yüngül dərəcəli depressiv pozuntu törətdiyi əməldən sonrakı dövrdə yaranmışdır. Təqsirləndirilən şəxs qeyd olunan yüngül dərəcəli depressiv pozuntu onu öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarından məhrum etmir. Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin taktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs inadkarlıq, şübhəlilik, özünə qarşı hörmət tələb etmək, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində gərginlik, hirslilik, qəzəb kimi hallar yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (affekt) olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (cild 2, iş vərəqə 78-80). Cinayət işinin materiallarında olan məhkumluq haqqında arayışdan və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Hüseynov X1 rayon məhkəməsinin 12 mart 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (cild 2, iş vərəqə 36-38 və 45-61). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, könüllü gəlib təqsirini boynuna alma heç bir məcburiyyət olmadan təqsirkar şəxsin könüllü olaraq öz-özünü istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına təqdim etməsini, törədilmiş və ya hazırlanan cinayət və ya həmin cinayətdə iştirak etməsi barədə bu orqanlara dürüst məlumat verməsini ehtiva edir. Könüllü gəlib təqsirini boynuna alma şəxsin istintaq, təhqiqat və ya digər dövlət orqanına müəyyən təsir və təzyiq tədbirlərinin nəticəsində deyil, könüllü gəlməsindən və törədilmiş və ya hazırlanan cinayət, yaxud da onda iştirakı barədə düzgün məlumat verməsindən ibarət olmalıdır. Könüllülük özüözlüyündə şəxsin öz hərəkətlərinə şüurlu şəkildə yanaşması ilə bağlı olduğundan, bu zaman onun iradəsinə zidd hər hansı formada məcburi xarakter daşıyan hərəkətlər yolverilməzdir. Bu isə cinayət prosesini həyata keçirən orqanın üzərinə könüllülüyün məcburi olmamasının hərtərəfli araşdırılması vəzifəsini qoyur. Hər bir halda “könüllülük” məsələsi ciddi araşdırılmalı və könüllü gəlib təqsirini boynuna alma halının mövcud olub-olmaması məsələsinə baxarkən məhkəmələr təqsirkarın bu barədə istintaq və ya təhqiqat orqanına ərizə və ya hər hansı formada məlumat verməsinin könüllü olduğunu yoxlamalıdırlar. Könüllü gəlib təqsirini boynuna alma haqqında ərizə yazılı və ya şifahi ola bilər. Şifahi ərizə zamanı CPM-in 204.2-ci maddəsində göstərilmiş qaydada ayrıca protokol tərtib edilməlidir. Protokol və yazılı ərizə, ərizəni verən və onu qəbul edən şəxs tərəfindən imzalanmalıdır. Eyni zamanda, bu qaydaya riayət edilməməsi nəticəsində könüllü gəlib təqsirini boynuna alan şəxsin haqqında rəsmiləşdirmənin aparılmaması aşkar edildikdə, könüllü gəlib təqsirini boynuna almanın mövcud olub-olmaması faktı cinayət prosesini həyata keçirən orqanlar tərəfindən icraatlarında olan cinayət işində və ya cinayət təqibi ilə bağlı digər materiallarda olan sübutlar əsasında araşdırılıb müəyyən edilməlidir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs və şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra polis əməkdaşlarına könüllü olaraq təslim olmuş və polis əməkdaşlarına hadisə yerini əyani şəkildə göstərmişdir. Məhkəmə həmin halı könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı vardır (cild 2, iş vərəqə 21). Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 3). Məhkəmə təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna aldığından və Zərərçəkmiş şəxs ilə barışdığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələbinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının həddi ilə bağlı məsələni müzakirə edərkən “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında göstərilən bir sıra tövsiyələri də nəzərə almışdır. Belə ki, adı çəkilən Plenum Qərarının 9-cu bəndində göstərilmişdir ki, cəzalar Cinayət Məcəlləsinin 63.2 və 63.3-cü maddələri ilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Başa çatmamış cinayətə görə Cinayət Məcəlləsinin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddi 14 (on dörd) il olduğundan həmin cinayəti törətməyə cəhdə görə azadlıqdan məhrum etmə cəzasının müddəti Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən 14 (on) ilin dörddə üçündən, yəni 10 (on) il 6 (altı) aydan artıq ola bilməz. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının son həddi 10 (on) il 6 (altı) ayın dörddə üçündən, yəni 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 39). Cinayət işinin materiallarında olan Binəqədi rayon məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 sentyabr 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 103-108). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “xüsusilə ağır cinayətlər” sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyinə görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 13 sentyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxslərə xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübutlar: -Binəqədi rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd köynək, 1 ədəd şalvar, Zərərçəkmiş şəxs məxsus 1 ədəd köynək, 1 ədəd mayka, 1 ədəd şalvar və cinayətin aləti olan bıçaq məhv edilməlidir. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 13 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Binəqədi rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd köynək, 1 ədəd şalvar, Zərərçəkmiş şəxs məxsus 1 ədəd köynək, 1 ədəd mayka, 1 ədəd şalvar və cinayətin aləti olan bıçaq məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-535/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-535/2022
10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver