Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-535/2025 10.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, tərcüməçilər- X8, X3, X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X10, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi X9, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə2, müdafiəçi – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, baş mühasib vəzifəsində işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi və ya CM) 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 179.3.2-ci, 32.3,308.2-ci, 308.2-ci, 313-cü, 320.1-ci və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, hüquqi şəxsin mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq sui-istifadə etməsini təşkil edərək həmin cinayətin törədilməsinə şəxsən rəhbərlik etmiş, öz qulluq mövqeyindən istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəməklə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs dostluq münasibətində olduğu X16 oğlu ilə birlikdə sonuncunun təsisçisi və direktoru olduğu vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) **********, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 3166, mənzil 151 olan “X18” Məhdud Məsuliyyətli Cəmiyyətini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində 16 aprel 2019-cu il tarixdə qeydiyyatdan keçirməklə yaradılmasına nail olub fəaliyyətə başladıqdan sonra, X16 oğlu ilə aralarında olan şifahi razılıq əsasında müştərilərə mühasibatlıq, vergi və digər maliyyə xarakterli xidmətlərin göstərilməsi işlərini hər hansı əmək və ya xidmət müqaviləsi bağlamadan qeyri-rəsmi qaydada şəxsən icra etməsi ilə əlaqədar, əvvəldən tanıdıqları vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) **********, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsi, ev 16, mənzil 3 olan Zərərçəkmiş şəxs2 təsisçisi və direktoru Nümayəndə2 ilə X16 oğlu arasında bağlanmış 14 sentyabr 2019-cu il tarixli, M- 01/19 saylı “Mühasibat, vergi və kadr xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən qeyd olunan xidmətləri həyata keçirməyə başladıqdan sonra qanunsuz yolla maddi sərvət qazanmaq və varlanmaq məqsədilə Zərərçəkmiş şəxs2 bank hesabında mövcud olan pul vəsaitlərini ələ keçirmək barədə X16 oğlu ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayət əlaqəsinə girərək Nümayəndə2 tərəfindən özünə məxsus olmaqla qeyd olunan müqaviləyə uyğun olaraq mühasibat xidmətlərini həyata keçirmək üçün onlara etibar edilərək təhvil verilmiş 050- ***-**-** nömrəli "xxxx" SİM-kartından istifadə etməklə törətmək niyyətində olduqları əməllərin cinayət xarakterini və hüquqaziddliyini, bu əməllərin törədilməsi ilə zərərçəkmiş şəxsin sahibkar kimi işgüzar nüfuzuna və maliyyə dayanıqlığına mühüm zərər, eləcə də maddi ziyan vuracağına səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək Zərərçəkmiş şəxs2 "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan «AZ39PAHA40060AZNHC**********» nömrəli cari hesabından qrup üzvü X16 oğluna məxsus “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan «AZ26PAHA40060AZNHC**********» nömrəli cari hesabına yaşadığı ünvan 6 və Bakı şəhərində istintaqla müəyyən edilməyən digər ünvanlarda istintaqa məlum olmayan texniki vasitələrdən istifadə edərək qrup üzvü X16 oğlu ilə birlikdə bankın informasiya resurslarına xidmətlərin göstərilməsi ilə bağlı avans ödənişi adı altında bilə-bilə yalan məlumatlar daxil etməklə 7 yanvar 2020-ci il tarixdə 300,00 manat, 27 fevral 2020-ci il tarixdə 300,00 manat, 13 mart 2020-ci il tarixdə 300,00 manat, 31 mart 2020-ci il tarixdə 300,00 manat, 31 may 2020-ci il tarixdə 600,00 manat, 1 iyul 2020-ci il tarixdə 300,00 manat, 5 avqust 2020-ci il tarixdə 300,00 manat, 10 avqust 2020-ci il tarixdə 300,00 manat, 18 avqust 2020-ci il tarixdə 300,00 manat, 24 avqust 2020-ci il tarixdə 300,00 manat, 31 avqust 2020-ci il tarixdə 3000,00 manat, 3 sentyabr 2020-ci il tarixdə 300,00 manat, 9 sentyabr 2020-ci il tarixdə 150,00 manat, 11 sentyabr 2020-ci il tarixdə 150,00 manat, 18 sentyabr 2020-ci il tarixdə 300,00 manat, 5 oktyabr 2020-ci il tarixdə 450,00 manat, 7 oktyabr 2020ci il tarixdə 2000,00 manat, 9 oktyabr 2020-ci il tarixdə 300,00 manat, 3 noyabr 2020-ci il tarixdə 1000,00 manat, 3 noyabr 2020-ci il tarixdə 300,00 manat, 5 noyabr 2020-ci il tarixdə 610,00 manat, 10 noyabr 2020-ci il tarixdə 150,00 manat, 18 noyabr 2020-ci il tarixdə 2350,00 manat, 19 noyabr 2020-ci il tarixdə 700,00 manat, 23 noyabr 2020-ci il tarixdə 6200,00 manat, 10 dekabr 2020-ci il tarixdə 400,00 manat, 22 dekabr 2020-ci il tarixdə 400,00 manat, 8 yanvar 2021-ci il tarixdə 300,00 manat, 11 yanvar 2021-ci il tarixdə 200,00 manat, 21 yanvar 2021-ci il tarixdə 300,00 manat, 25 yanvar 2021-ci il tarixdə 300,00 manat, 27 yanvar 2021-ci il tarixdə 300,00 manat, 29 yanvar 2021-ci il tarixdə 600,00 manat, 5 fevral 2021-ci il tarixdə 300,00 manat, 11 fevral 2021-ci il tarixdə 300,00 manat, 18 fevral 2021-ci il tarixdə 300,00 manat, 22 fevral 2021-ci il tarixdə 150,00 manat, 24 fevral 2021-ci il tarixdə 862,00 manat, 4 mart 2021-ci il tarixdə 1150,00 manat, 17 mart 2021-ci il tarixdə 3690,00 manat, 5 aprel 2021-ci il tarixdə 600,00 manat, 26 may 2021-ci il tarixdə 3300,00 manat, 31 may 2021-ci il tarixdə 780,00 manat, 11 iyun 2021-ci il tarixdə 150,00 manat, 16 iyun 2021-ci il tarixdə 300,00 manat, 18 iyun 2021-ci il tarixdə 240,00 manat, 12 iyul 2021-ci il tarixdə 1000,00 manat, 14 iyul 2021-ci il tarixdə 500,00 manat, 15 iyul 2021-ci il tarixdə 240,00 manat, 2 avqust 2021-ci il tarixdə 600,00 manat, 3 avqust 2021-ci il tarixdə 300,00 manat, 6 avqust 2021-ci il tarixdə 500,00 manat, 16 avqust 2021-ci il tarixdə 150,00 manat, 17 avqust 2021-ci il tarixdə 150,00 manat, 18 avqust 2021-ci il tarixdə 150,00 manat, 19 avqust 2021-ci il tarixdə 300,00 manat, 22 sentyabr 2021-ci il tarixdə 550,00 manat, 29 oktyabr 2021-ci il tarixdə 800,00 manat, 2 noyabr 2021-ci il tarixdə 800,00 manat, 4 noyabr 2021-ci il tarixdə 4900,00 manat, 17 noyabr 2021-ci il tarixdə 600,00 manat olmaqla, cəmi 47722,00 manat məbləğində pul köçürüb, həmin məbləğin 28 yanvar 2020-ci il tarixli, EBAF seriyalı, 538258 nömrəli 300,00 manat məbləğində, 26 fevral 2020-ci il tarixli, EBAG seriyalı, 877460 nömrəli 300,00 manat məbləğində, 31 mart 2020-ci il tarixli, EBAİ seriyalı, 228922 nömrəli 300,00 manat məbləğində, 4 may 2020-ci il tarixli, EBAJ seriyalı, 491217 nömrəli 300,00 manat məbləğində, 31 may 2020-ci il tarixli, EBAK seriyalı, 511045 nömrəli 300,00 manat məbləğində, 29 iyun 2020-ci il tarixli, EBAL seriyalı, 718049 nömrəli 300,00 manat məbləğində, 4 avqust 2020-ci il tarixli, EBAN seriyalı, 167124 nömrəli 300,00 manat məbləğində, 4 sentyabr 2020-ci il tarixli, EBAP seriyalı, 590107 nömrəli 340,00 manat məbləğində, 4 sentyabr 2020-ci il tarixli, EBAP seriyalı, 590150 nömrəli 3272,72 manat məbləğində, 31 dekabr 2020-ci il tarixli, EBAV seriyalı, 671108 nömrəli 99910,42 manat məbləğində tərtib edilmiş malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalara uyğun olaraq cəmi 15623,14 manat məbləğində hissəsini əsaslı olaraq xidmət haqqı kimi ödəyərək və 27 iyul 2020-ci il tarixdə 300,00 manat, 4 noyabr 2020-ci il tarixdə 2000,00 manat, 5 noyabr 2020-ci il tarixdə 600,00 manat, 30 sentyabr 2021-ci il tarixdə 440,00 manat olmaqla, cəmi 3340,00 manat məbləğində hissəsini isə həmin Cəmiyyətin cari hesabına qeyd edilən dövrdə geri qaytararaq, Zərərçəkmiş şəxs2 cari bank hesabından “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin cari bank hesabına qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdiyi X16 oğlu ilə birlikdə bankın informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməklə qanunsuz və əsassız olaraq köçürdüyü Zərərçəkmiş şəxs2nə məxsus ümumilikdə 28758,86 manat (47722,00 - 15623,14 - 3340,00 = 28758,86) məbləğində pulu “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin göstərilən cari bank hesabından qrup üzvü Şükür-X11 adına "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan «AZ10PAHA41010AZNFK**********» nömrəli əmək haqqı üzrə kart hesabına köçürməklə, qrup tərkibində xüsusi fəallıq göstərərək qabaqcadan əlbir olan bir qrup şəxs halında əvəzsiz olaraq ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək faktiki olaraq qarşılıqlı şifahi razılaşma əsasında ona həvalə edilməklə tərəfindən həyata keçirilən mühasibatlıq fəaliyyətindən irəli gələn qulluq mövqeyindən istifadə etməklə 7 yanvar 2020ci il tarixdən 23 noyabr 2021-ci il tarixə qədər olan dövr ərzində Zərərçəkmiş şəxs2nə məxsus olmaqla onlara etibar edilmiş 28758,86 manat məbləğində pul vəsaitlərini X16 oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda ziyan vurmaqla mənimsəməklə talamışdır. Bundan əlavə, o, təkrarən, qanunsuz yolla maddi sərvət qazanmaq və varlanmaq məqsədilə Zərərçəkmiş şəxs2 adından sənədləri saxtalaşdıraraq kommersiya bankından kredit götürərək həmin vəsaitləri ələ keçirmək barədə X16 oğlu ilə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək əvvəldən tanıdıqları vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) **********, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Qızıl Şərq küçəsi, ev 16, mənzil 3 olan Zərərçəkmiş şəxs2 təsisçisi və direktoru Nümayəndə2 ilə X16 oğlu arasında bağlanmış 14 sentyabr 2019-cu il tarixli, M-01/19 saylı “Mühasibat, vergi və kadr xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə uyğun olaraq mühasibat xidmətlərini həyata keçirmək məqsədilə Nümayəndə2 tərəfindən özünə məxsus olmaqla onlara etibar edilərək təhvil verilmiş 050-536-63- 02 nömrəli "xxxx" SİM-kartından istifadə edərək 23 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində istintaqa məlum olmayan ünvanda qrup üzvü X16 oğlu ilə birlikdə kredit götürülməsi üçün 23 noyabr 2021-ci il tarixli, DG**********017 nömrəli zaminlik müqaviləsini Nümayəndə2 əvəzinə imza edib hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmaqla və bilə-bilə həmin saxta sənədlə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 23 noyabr 2021-ci il tarixdə Nümayəndə2 xəbərsiz və ona heç bir məlumat vermədən kredit verilməsi ilə bağlı məzmununa bilə-bilə tamah niyyətilə yalan məlumatlar daxil edilmiş 23 noyabr 2021-ci il tarixli, DC00173935-02 nömrəli kredit müqaviləsi üzrə elektron müraciət edərək istifadə edib həmin Cəmiyyətin adına "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 46.474,00 manat məbləğində kredit götürülməsinə nail olub, həmin məbləğin 23 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan «AZ39PAHA40060AZNHC**********» nömrəli cari hesabına köçürülməsini təmin etdikdən sonra, törətmək niyyətində olduqları əməllərin cinayət xarakterini və hüquqazidliyini, bu əməlin törədilməsi ilə zərərçəkmiş şəxsin sahibkar kimi işgüzar nüfuzuna mühüm zərər, eləcə də maddi ziyan vuracağına səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək Zərərçəkmiş şəxs2 "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan «AZ39PAHA40060AZNHC**********» nömrəli cari hesabından qrup üzvü X16 oğluna məxsus “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan «AZ26PAHA40060AZNHC**********» nömrəli cari hesabına yaşadığı ünvan 6 və Bakı şəhərində istintaqla müəyyən edilməyən digər ünvanlarda istintaqa məlum olmayan texniki vasitələrdən istifadə edərək qrup üzvü X16 oğlu ilə birlikdə təkrarən bankın informasiya resurslarına xidmətlərin göstərilməsi ilə bağlı avans ödənişi adı altında bilə-bilə yalan məlumatlar daxil etməklə 23 noyabr 2021-ci il tarixdə 1800,00 manat, 24 noyabr 2021-ci il tarixdə 4900,00 manat, 25 noyabr 2021-ci il tarixdə 4900,00 manat, 29 noyabr 2021-ci il tarixdə 4900,00 manat, 6 dekabr 2021-ci il tarixdə 4900,00 manat, 7 dekabr 2021-ci il tarixdə 4900,00 manat, 21 dekabr 2021-ci il tarixdə 4950,00 manat, 24 dekabr 2021-ci il tarixdə 2550,00 manat, 5 yanvar 2022-ci il tarixdə 1050,00 manat, 6 yanvar 2022-ci il tarixdə 1500,00 manat, 10 yanvar 2022-ci il tarixdə 1500,00 manat, 5 noyabr 2022-ci il tarixdə 5640,00 manat olmaqla, cəmi 43490,00 manat məbləğində pul köçürüb, həmin məbləğin 14 noyabr 2022-ci il tarixli, EBCJ seriyalı, 149422 nömrəli 5640,00 manat məbləğində malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturaya uyğun olaraq cəmi 5640,00 manat məbləğində hissəsini əsaslı olaraq xidmət haqqı kimi ödəyərək və 2 dekabr 2021-ci il tarixdə 2538,00 manat məbləğində hissəsini isə həmin Cəmiyyətin cari hesabına qeyd edilən dövrdə geri qaytararaq, Zərərçəkmiş şəxs2 cari bank hesabından “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin cari bank hesabına qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdiyi X16 oğlu ilə birlikdə təkrarən bankın informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməklə qanunsuz və əsassız olaraq köçürdüyü "xxxx" Açıq Səhmdar Cəmiyyətindən kredit götürülmüş ümumilikdə 35312,00 manat (43490,00 - 5640,00 - 2538,00 = 35312,00) məbləğində pulu “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin göstərilən cari bank hesabından qrup üzvü Şükür-X11 adına "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan «AZ10PAHA41010AZNFK**********» nömrəli əmək haqqı üzrə kart hesabına köçürməklə, qrup tərkibində xüsusi fəallıq göstərərək qabaqcadan əlbir olan bir qrup şəxs halında əvəzsiz olaraq ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırdıqdan sonra bilə-bilə həmin saxta sənəddən qanunsuz olaraq istifadə etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında faktiki olaraq qarşılıqlı şifahi razılaşma əsasında ona həvalə edilməklə tərəfindən həyata keçirilən mühasibatlıq fəaliyyətindən irəli gələn qulluq mövqeyindən istifadə etməklə 23 noyabr 2021-ci tarixdən 1 yanvar 2023-cü il tarixə qədər olan dövr ərzində Zərərçəkmiş şəxs2 adına "xxxx" Açıq Səhmdar Cəmiyyətindən kredit qismində götürülmüş 35312,00 manat məbləğində, yəni xeyli miqdarda pul vəsaitlərini X16 oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə edərək və aldatma yolu ilə təkrarən dələduzluq etməklə ələ keçirərək talamış, həmçinin, qeyd olunan tarixlərdə Bakı şəhərində qabaqcadan əlbir olduğu qrup tərkibində birləşdiyi Şükür-X11 “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə vəsaitlərinin dövriyyəsi və sair sahələr üzrə zəruri təşkilati-sərəncamverici funksiyalara malik direktoru kimi vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası üzrə özü və qrup üzvü kimi onun üçün qanunsuz üstünlük əldə olunması məqsədilə 14 sentyabr 2019-cu il tarixli, M-01/19 saylı müqaviləyə əsasən mühasibat, vergi və kadr xidmətləri göstərdiyi Zərərçəkmiş şəxs2nə məzmununa yalan məlumatlar daxil edilmiş saxta rəsmi sənəd və informasiyalar əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 23 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə köçürülmüş 46474,00 manat kreditin 35312,00 manat hissəsinin özünün və direktoru olduğu hüquqi şəxsin bank hesablarından istifadə olunmaqla talan edilməsi nəticəsində Zərərçəkmiş şəxs2 bank qarşısında kredit öhdəliyinin yaranması ilə əlaqədar həmin hüquqi şəxsi kifayət qədər dövriyyə kapitalından məhrum etməklə onun rəqabətə davamlılığı və maliyyə dayanıqlığını sarsıdaraq qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq sui-istifadə etməsini təşkil edərək həmin cinayətin törədilməsinə şəxsən rəhbərlik etmişdir. Bundan başqa, o, təkrarən, hüquqi şəxs yaratmadan ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) əsasında fiziki şəxs qismində sahibkarlıq fəaliyyətini həyata keçirən X20 ilə aralarında rəsmi bağlanmış 1 avqust 2023-cü il tarixli əmək müqaviləsinə əsasən baş mühasib vəzifəsində işləməklə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 noyabr 2005-ci il tarixli, 24-2 saylı Qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X5”na uyğun olaraq inzibati-təsərrüfat funksiyalarını yerinə yetirməli olan tam maddi-məsul vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə fiziki və hüquqi şəxslərin hüquq və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, öz qulluq mövqeyindən istifadə edib qanunsuz yolla maddi sərvət qazanmaq və varlanmaq üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətindən X10 adına kredit götürərək həmin məbləği ələ keçirmək məqsədilə mühasibat işlərinin görülməsi üçün X20 tərəfindən özünə məxsus olmaqla ona etibar edilərək təhvil verilmiş ***-***-**-** nömrəli "xxxx" SİM-kartından istifadə edərək 7 avqust 2023-cü il tarixdə yaşadığı ünvan 6 ünvanında istintaqa məlum olmayan texniki vasitələrdən istifadə edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə Ramil Musaevdən xəbərsiz və ona heç bir məlumat vermədən təkrarən kredit verilməsi ilə bağlı məzmununa bilə- bilə tamah niyyətilə yalan məlumatlar daxil edilmiş 7 avqust 2023-cü il tarixli, DC00309209-04 saylı kredit müqaviləsi üzrə elektron qaydada müraciət edib törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqazidliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişə maddi ziyan vuracağına səbəb olacaq ictimai-təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, vəzifə saxtakarlığı ilə X10 adına "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 24270,00 manat məbləğində kreditin götürülməsinə nail olub, həmin məbləğin 7 avqust 2023-cü il tarixdə X10 "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan «AZ51PAHA41040AZNSC**********» nömrəli bank hesabına köçürülməsini təmin etdikdən sonra, 8 avqust 2023-cü il tarixdə işlədiyi Zərərçəkmiş şəxs1 faktiki olaraq fəaliyyət göstərdiyi ünvan 8a yerləşən inzibati binasında istintaqa məlum olmayan texniki vasitələrdən istifadə edərək Zərərçəkmiş şəxs1nə əvvəl törətdiyi hüquqa zidd əməl nəticəsində vurduğu zərəri ödəmək üçün aralarında heç bir əqd bağlanmadığı halda reklam xidmətləri göstərilməsi, icarə xidmətinin ödənilməsi və vəsaitin geri qaytarılması adı altında bankın informasiya resurslarına biləbilə yalan məlumatları daxil edərək tamah niyyətilə təkrarən vəzifə saxtakarlığı edib Ramil Musaevə məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan «AZ51PAHA41040AZNSC**********» nömrəli bank hesabından Zərərçəkmiş şəxs1 "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan «AZ58PAHA40060AZNHC**********» nömrəli cari hesabına 5620,00 manat və 3500,00 manat olmaqla, cəmi 9120,00 manat köçürməklə, həmçinin, mühasibatlıq xidmətlərinin göstərilməsi üzrə iş fəaliyyəti ilə bağlı tanıdığı və onun qəsdindən məlumatsız olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan «AZ94RBTA********************» nömrəli cari hesabına 14635,00 manat, daha sonra həmin cari hesabdan Zərərçəkmiş şəxs1 "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan «AZ71RBTA********************» nömrəli cari hesabına 14500,00 manat köçürməklə, ümumilikdə X10 adına "xxxx" Açıq Səhmdar Cəmiyyətindən kredit götürülmüş 23755,00 manat pulu bakın informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edib təkrar vəzifə saxtakarlığı törədib texniki vasitələr tətbiq edərək öz qulluq mövqeyindən istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə təkrar dələduzluq etməklə ələ keçirmiş, yəni etibardan sui-istifadə edərək və aldatma yolu ilə xeyli miqdarda özgə əmlakını təkrar talamış, həmçinin, qeyd olunan tarixlərdə Bakı şəhərində fiziki şəxs olaraq sahibkarlıq fəaliyyətini həyata keçirən X20 ilə aralarında bağlanmış 1 avqust 2023cü il tarixli əmək müqaviləsinə əsasən baş mühasib qismində maliyyə vəsaitlərinin dövriyyəsi üzrə zəruri təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası üzrə özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Ramil Musaevə informasiya resurslarına daxil edilmiş bilə-bilə yalan məlumatlar əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 7 avqust 2023-cü il tarixli, DC00309209-04 saylı kredit müqaviləsi üzrə köçürülmüş 24270,00 manat kreditin 23755,00 manat hissəsinin talan edilməsi nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Ramil Musaevin bank qarşısında kredit öhdəliyinin yaranması ilə əlaqədar həmin fiziki şəxsi kifayət qədər dövriyyə kapitalından məhrum etməklə onun rəqabətə davamlılığı və maliyyə dayanıqlığını sarsıdaraq qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan əlavə, o, təkrarən hüquqi ünvanı ünvan 7, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 4 ünvanında fəaliyyət göstərən VÖEN-i ********** olan Zərərçəkmiş şəxs1 direktoru Nümayəndə1 ilə rəsmi bağladığı 7 fevral 2022-ci il tarixli əmək müqaviləsinə əsasən Zərərçəkmiş şəxs1ndə baş mühasib vəzifəsində işləyən və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 noyabr 2005-ci il tarixli, 24-2 saylı Qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X5”na uyğun olaraq inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən tam maddi-məsul vəzifəli şəxs kimi Nümayəndə1 adına rəsmiləşdirilmiş 7 fevral 2022-ci il tarixli, 07/02-22 nömrəli əmrlə bank əməliyyatları, vergi və mühasibatlıq uçotunun aparılmasının təmin edilməsi üçün ona təhkim edilmiş sonuncuya məxsus ***- ***-**-** nömrəli "xxxx" SİM-kartından istifadə edərək törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişə maddi ziyan vuracağına səbəb olacaq ictimai-təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək təkrarən öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs1 bank hesabında mövcud olan pul vəsaitlərini ələ keçirməklə qanunsuz yolla maddi sərvət qazanmaq və varlanmaq məqsədilə Zərərçəkmiş şəxs1 faktiki olaraq fəaliyyət göstərdiyi ünvan 8a yerləşən inzibati binasında istintaqa məlum olmayan texniki vasitələrdən istifadə edərək 1 yanvar 2023-cü il tarixdən 26 sentyabr 2023-cü il tarixə qədər olan dövr ərzində Zərərçəkmiş şəxs1 "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan «AZ58PAHA40060AZNHC**********» nömrəli cari hesabından özünün həmin bankdakı «AZ35PAHA41010AZNFK**********» nömrəli əmək haqqı üzrə kart hesabına şirkətin və bankın informasiya resurslarına köçürmələri əmək haqqı təyinatı kimi qeyd edib bilə-bilə yalan məlumatlar daxil edib təkrarən vəzifə saxtakarlığı törətməklə 6 yanvar 2023-cü il tarixdə 435,00 manat, 9 yanvar 2023-cü il tarixdə 685,00 manat, 19 yanvar 2023-cü il tarixdə 1800,00 manat, 27 yanvar 2023-cü il tarixdə 3635,00 manat, 9 fevral 2023-cü il tarixdə 200,00 manat, 15 fevral 2023-cü il tarixdə 15,00 manat, 16 fevral 2023-cü il tarixdə 220,00 manat, 17 fevral 2023-cü il tarixdə 219,00 manat, 24 fevral 2023-cü il tarixdə 219,00 manat, 6 mart 2023-cü il tarixdə 100,00 manat, 13 mart 2023-cü il tarixdə 395,00 manat, 17 mart 2023-cü il tarixdə 245,00 manat, 31 mart 2023-cü il tarixdə 2970,00 manat, 7 aprel 2023-cü il tarixdə 415,00 manat, 17 aprel 2023-cü il tarixdə 249,00 manat, 19 aprel 2023-cü il tarixdə 764,00 manat, 20 aprel 2023-cü il tarixdə 378,00 manat, 25 aprel 2023-cü il tarixdə 985,00 manat, 2 may 2023-cü il tarixdə 379,00 manat, 4 may 2023-cü il tarixdə 462,00 manat, 8 may 2023-cü il tarixdə 773,90 manat, 12 may 2023-cü il tarixdə 38,00 manat, 15 may 2023-cü il tarixdə 154,00 manat, 17 may 2023-cü il tarixdə 692,00 manat, 19 may 2023-cü il tarixdə 540,00 manat, 22 may 2023-cü il tarixdə 2,00 manat, 26 may 2023-cü il tarixdə 595,00 manat, 30 may 2023-cü il tarixdə 714,00 manat, 6 iyun 2023-cü il tarixdə 20,00 manat, 7 iyun 2023-cü il tarixdə 1780,00 manat, 12 iyun 2023-cü il tarixdə 377,00 manat, 13 iyun 2023-cü il tarixdə 679,00 manat, 16 iyun 2023-cü il tarixdə 378,00 manat, 19 iyun 2023-cü il tarixdə 377,00 manat, 21 iyun 2023-cü il tarixdə 408,00 manat, 22 iyun 2023-cü il tarixdə 180,00 manat, 23 iyun 2023-cü il tarixdə 1780,00 manat, 24 iyun 2023-cü il tarixdə 383,00 manat, 3 iyul 2023-cü il tarixdə 378,00 manat, 6 iyul 2023-cü il tarixdə 467,00 manat, 7 iyul 2023-cü il tarixdə 862,00 manat, 10 iyul 2023cü il tarixdə 403,00 manat, 11 iyul 2023-cü il tarixdə 711,00 manat, 14 iyul 2023-cü il tarixdə 596,00 manat, 17 iyul 2023-cü il tarixdə 712,00 manat, 19 iyul 2023-cü il tarixdə 910,00 manat, 20 iyul 2023-cü il tarixdə 915,00 manat, 21 iyul 2023-cü il tarixdə 2172,00 manat, 24 iyul 2023-cü il tarixdə 2780,00 manat, 26 iyul 2023-cü il tarixdə 995,00 manat, 28 iyul 2023-cü il tarixdə 1615,00 manat, 1 avqust 2023-cü il tarixdə 6498,00 manat, 2 avqust 2023-cü il tarixdə 3095,00 manat, 4 avqust 2023-cü il tarixdə 499,00 manat, 7 avqust 2023-cü il tarixdə 645,00 manat, 8 avqust 2023-cü il tarixdə 4801,00 manat, 11 avqust 2023-cü il tarixdə 212,00 manat, 14 avqust 2023-cü il tarixdə 2,50 manat, 15 avqust 2023-cü il tarixdə 694,00 manat, 21 avqust 2023-cü il tarixdə 98,00 manat, 23 avqust 2023-cü il tarixdə 497,00 manat, 30 avqust 2023-cü il tarixdə 325,00 manat, 31 avqust 2023-cü il tarixdə 7,00 manat, 6 sentyabr 2023-cü il tarixdə 195,00 manat, 8 sentyabr 2023-cü il tarixdə 665,00 manat, 11 sentyabr 2023-cü il tarixdə 4,00 manat, 12 sentyabr 2023-cü il tarixdə 1880,00 manat, 14 sentyabr 2023-cü il tarixdə 2975,00 manat, 15 sentyabr 2023-cü il tarixdə 687,00 manat, 18 sentyabr 2023-cü il tarixdə 700,00 manat, 19 sentyabr 2023-cü il tarixdə 518,00 manat, 20 sentyabr 2023-cü il tarixdə 615,00 manat, 21 sentyabr 2023-cü il tarixdə 490,00 manat, 22 sentyabr 2023-cü il tarixdə 6,85 manat olmaqla, cəmi 64266,25 manat məbləğində pul vəsaitlərini, həmçinin, qeyd edilən dövrdə eyni vəzifə saxtakarlığı mexanizmi ilə Zərərçəkmiş şəxs1 "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan «AZ97AİİB400600E**********111» nömrəli cari hesabından özünün həmin bankdakı «********************» nömrəli əmək haqqı üzrə kart hesabına köçürmələri əmək haqqı təyinatı kimi qeyd edib 27 mart 2023-cü il tarixdə 291,00 manat, 31 mart 2023-cü il tarixdə 2975,00 manat, 10 aprel 2023-cü il tarixdə 100,00 manat, 12 aprel 2023cü il tarixdə 340,00 manat, 14 aprel 2023-cü il tarixdə 240,00 manat, 9 avqust 2023-cü il tarixdə 5150,00 manat, 22 avqust 2023-cü il tarixdə 105,00 manat, 28 avqust 2023-cü il tarixdə 105,00 manat, 29 avqust 2023-cü il tarixdə 329,00 manat, 19 sentyabr 2023-cü il tarixdə 2,00 manat olmaqla, cəmi 9637,00 manat, ümumilikdə isə 73903,25 manat (64266,25 + 9637,00 = 73903,25) məbləğində pul vəsaitlərini köçürüb, qeyd olunan həmin məbləğin əmək müqaviləsinə uyğun olaraq 4063,50 manat məbləğində hissəsinin rəsmi əmək haqqı kimi köçürülməsi nəzərə alınaraq, şirkətin və bankın informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edib təkrarən vəzifə saxtakarlığı törətməklə qanunsuz və əsassız olaraq köçürdüyü qalan Zərərçəkmiş şəxs1nə məxsus ümumilikdə 69839,75 manat (73903,25 - 4063,50 = 69839,75) məbləğində pulu həmin Cəmiyyətin faktiki olaraq fəaliyyət göstərdiyi ünvan 8a yerləşən inzibati binasında istintaqa məlum olmayan texniki vasitələrdən istifadə edərək qeyd olunan özünə məxsus əmək haqqı üzrə kart hesablarına köçürməklə ələ keçirib həmin plastik bank kartlarından ya birbaşa istifadə edərək, ya istintaqa məlum olmayan bankomatlarda nağdlaşdıraraq, ya da elektron qaydada istintaqa məlum olmayan digər plastik bank kartlarına köçürüb özünün şəxsi ehtiyaclarına sərf etməklə, vəzifəli şəxs kimi tamah niyyətilə şirkətin və bankın informasiya resurslarına biləbilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı törədib, 4 Drive Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmaqla ona etibar edilmiş 69839,75 manat məbləğində pul vəsaitlərini öz qulluq mövqeyindən istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə külli miqdarda ziyan vurmaqla təkrarən mənimsəməklə talamışdır. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3cü, 178.2.4-cü, 179.3.2-ci, 32.3,308.2-ci, 308.2-ci, 313-cü, 320.1-ci və 320.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “X18” şirkəti 2019-cü il tarixdə mühasibatlıq uçotunun həyata keçirilməsi məqsədilə yaradılmış, şirkətin təsisçisi kimi rəsmi qaydada Kamran Şükür-zadənin adı qeyd olunsa da, bütün işlər onun tərəfindən aparılmışdır. Yəni, Kamran Şükür-zadənin heç bir işin gedişatından məlumatı olmamış, 2022-ci il tarixədək o, şirkətdə rəsmi müqaviləsi olmadan fəaliyyət göstərsə də, 2022-ci ilin may ayından şirkətin rəsmi direktoru olaraq fəaliyyət göstərməyə başlamışdır. Şirkət yaradıldıqdan sonra Zərərçəkmiş şəxs2 MMC ilə “X18” şirkəti arasında bağlanmış xidmət müqaviləsinə əsasən onların şirkəti Zərərçəkmiş şəxs2 MMC-yə mühasibatlıq sahəsində xidmət göstərməli olmuşdur. 2020-ci ilin iyul ayınadək qanun çərçivəsində qaimə faktura və hesab faktura əsasında göstərdikləri xidmətə müvafiq olaraq xidmət haqqı almışlar. Lakin, 2020-ci ilin iyul ayından sonra əsassız olaraq “X18” şirkətinin "xxxx" ASC-dəki bank hesabına Zərərçəkmiş şəxs2 MMC-nin "xxxx" ASCdəki hesabından pul köçürməyə başlamışdır. Qanuni şəkildə Zərərçəkmiş şəxs2 MMC-dən əldə edilmiş gəlirlərin hamısını Kamran Şükür-zadəyə təhvil vermiş, lakin qanunsuz şəkildə köçürmə etdiyi pulların hamısını özü əldə etmiş və bundan Kamran Şükür-zadənin məlumatı olmamışdır. 2022-ci ilin yanvar ayınadək bu şəkildə davam etmiş, 23 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 MMC-nin adına “online” (onlayn) şəkildə kredit götürmüşdür. 2020-ci ilin iyul ayından 2022-ci ilin yanvar ayınadək Zərərçəkmiş şəxs2 MMC-dən təxminən 63000 manat götürmüş, lakin götürdüyü bu məbləğdən təxminən 25000 manatını qaytarmışdır. Onun hazırda Zərərçəkmiş şəxs2 MMC-yə təxminən 38000 manat borcu qalmışdır. O, "xxxx" MMC-də rəsmi olaraq mühasibatçı olaraq fəaliyyət göstərmiş, 2022-ci ilin fevral ayından 2023-cü ilin sentyabr ayınadək "xxxx" MMC-dən təxminən 69830 manatdan çox pul götürmüş və 507 manat da köçürmə haqqına görə komissiya tutulmuşdur. "xxxx" MMC-yə olan borcunu ödəmək məqsədi ilə Ramil Musaevin adına "xxxx" ASC-dən “online” (onlayn) şəkildə 24270 manat kredit götürmüşdür. Beləliklə, 2023-cü ilin sentyabr ayında bütün bu "xxxx" MMC və Ramil Musaevlə bağlı həyata keçirdiyi əməliyyatlar aşkar edilmiş, bununla əlaqədar olaraq barəsində nəzarət tədbirləri həyata keçirilərək Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində ifadə vermiş, daha sonra isə Nərimanov rayon prokurorluğunda etdiyi əməllərlə bağlı ifadə vermişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, əldə etdiyi pulları öz ehtiyaclarını ödəmək məqsədilə istifadə etmiş, dəymiş zərərdən Zərərçəkmiş şəxs2 MMC-yə 25338 manat ödəmişdir. O, hazırda əmək fəaliyyəti ilə məşğul olmur, bütün zərəri ödəmək istəyir, lakin iş tapmır. O, 2022-ci ilin may ayınadək “X18” şirkətində qeyri-rəsmi şəkildə fəaliyyət göstərmiş, lakin şirkət yaranan andan "xxxx", möhür və s. onda olmuşdur. O, 2022-ci ilin may ayından etibarən həmin şirkətin direktoru kimi işləmiş, avans ödənişləri şəklində əldə etdiyi pulları “X18” şirkətinin hesabına, oradan da öz əmək haqqı kartına köçürmüşdür. "xxxx" MMC yük daşıma fəaliyyəti ilə məşğul olmuş, o, rəsmi işçi olmadığından əmək haqqı kartı Kamran Şükür-zadənin adına olmuş, o, göstərilən pulları həmin bank karta köçürmüşdür. Kamran Şükür-zadədə olan bank kartı şirkətə məxsus kart olmuş, heç kim ondan şübhələnmədiyinə görə o, həmin şirkətə direktor təyin edilmiş, Kamran Şükürzadənin heç nədən məlumatı olmamışdır. Bütün etdiklərindən Kamran Şükür-zadənin 2022-ci ilin may ayında məlumatı olmuş, Kamran Şükür-zadə onun barəsində xüsusi bir intizam tədbiri görməmiş, sadəcə olaraq vasitəçilik edərək zərərçəkmiş şəxslərə zərərin ödəniləcəyini söyləmiş, Kamran Şükür-zadə ilə heç bir əlbirliyi olmamış, onun köçürmə etdiyi bank kartı Kamran Şükür-zadənin adına olmuş, o, Kamran Şükür-zadənin fiziki imzasını saxtalaşdırmış, hər şeyi tək başına etmiş, əlbir olduğu heç kim olmamışdır. Yalan məlumatlardan istifadə edərək rəhbərliyə yalan məlumatlar vermiş, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş, imzalar ona məxsus olmuşdur. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, tələbəlik illərində mütaliə edərək vergi qanunvericiliyini, mühasibat uçotunun təşkili və aparılmasını öyrənmişdir. Universiteti bitirdikdən sonra fərdi qaydada müxtəlif şirkətlərə və fiziki şəxslərə vergi, kadr və mühasibat uçotu ilə bağlı xidmətlər göstərməyə, bu yolla pul qazanaraq ailəsinin və özünün maddi xərclərini qarşılamağa başlamışdır. X16 oğlu onun sinif yoldaşıdır, Kamran Şükür-zadəni artıq iyirmi beş ildir ki, tanıyır. Uşaqlıqdan sonuncu ilə möhkəm dostluq münasibətləri olmuş, aralarında heç vaxt ədavət və ya düşmənçilik, yaxud mübahisə və ya münaqişə olmamışdır. 16 aprel 2019-cu il tarixdə Kamran Şükürzadə ilə birlikdə fiziki və ya hüquqi şəxs olan müştərilərə vergi, kadr və mühasibat uçotu ilə bağlı xidmətlər göstərən “X18” Məhdud Məsuliyyətli Cəmiyyətini (VÖEN: **********) yaratmışlar. Faktiki olaraq şirkəti birlikdə yaratsalar da, həmin vaxt bütün rəsmi sənədləri Kamran Şükür-zadənin adına tərtib etmişlər. Belə ki, Kamran Şükür-zadə 2022-ci ilin may ayına kimi şirkətin direktoru - qanuni təmsilçisi və tək təsisçisi olmaqla nizamnamə kapitalında payı 100 faiz olmuşdur. O isə 2022-ci ilin may ayına kimi müqavilə bağlamadan, o cümlədən, heç bir rəsmi sənədləşmə aparmadan şirkətin işlərini icra etmişdir. 4 may 2022-ci il tarixdə rəsmi olaraq Kamran Şükür-zadənin yerinə şirkətin direktoru olmuş, iyun ayında isə təsisçilərdən biri olmaqla nizamnamə kapitalında Kamran Şükür-zadə ilə paylarının hərəsinə 50% olmaqla yarıya bölmüşlər. Nizamnaməyə uyğun olaraq hazırda direktor kimi şirkətin qanuni təmsilçisidir. Yaratdıqları vaxtdan şirkətin müştərilərə göstərilən vergi, kadr və mühasibat uçotu xidmətləri ilə bağlı bütün işlərini o, həyata keçirmişdir. Kamran Şükür-zadə şirkətlə bağlı bütün işləri ona həvalə etmiş və faktiki olaraq özü şəxsən heç bir funksiya icra etməmişdir. Çünki, Kamran Şükür-zadənin vergi, kadr və mühasibat uçotu ilə bağlı işlərdən heç bir anlayışı olmamışdır. Şirkətin əldə etdikləri qanuni mənfəətini həmişə Kamran Şükür-zadə ilə yarıya bölmüşlər. 9 sentyabr 2019-cu il tarixdə Kamran Şükür-zadənin uşaqlıq dostu Nümayəndə2 yük daşıma ilə bağlı kommersiya fəaliyyəti həyata keçirən Zərərçəkmiş şəxs2 təsis etmişdir. Ruslanı oxuduğu məktəbdən tanımış, lakin sonuncu ilə heç bir əlaqəsi, aralarında əvvəllər heç vaxt ədavət və ya düşmənçilik, yaxud mübahisə və ya münaqişə olmamışdır. Kamran Şükür-zadə Ruslana birlikdə işləməyi təklif etmişdir. Ruslan da Kamranla razılaşaraq 14 sentyabr 2019-cu il tarixdə “Mühasibat, vergi və kadr xidmətlərinin göstərilməsi haqqında” M-01/19 saylı xidmət müqaviləsi bağlamışlar. Ruslanın adından Zərərçəkmiş şəxs2 ilə Kamran Şükür-zadənin adından “X18” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış həmin xidmət müqaviləsinə əsasən, Ruslanın şirkətinə vergilər, kadr və mühasibat uçotu ilə bağlı xidmətlər göstərilməli, o da bunun əvəzində şirkətinə xidmət haqqı ödəməli idi. Müqaviləyə edilmiş əlavəyə uyğun olaraq, Ruslan, vergi-mühasibat uçotuna görə 300 manat, kadr işlərinə görə isə 100 manat olmaqla, cəmi 400 manat aylıq sabit xidmət haqqı ödəməli idi. Bundan əlavə, qarşılıqlı razılıq əsasında görülmüş əlavə xidmətlərə (məsələn, 1C proqram təminatının alınması, biznes planın tərtib edilməsi və s.) görə də Ruslan əlavə xidmət haqqı ödəməli idi. Müqavilə bağlandıqdan bir neçə gün sonra işlə əlaqədar olaraq Kamran Şükür-zadə onu Ruslanla yaxından tanış etmişdir. Kamran Şükür-zadə Ruslana şirkəti birlikdə yaratdıqlarını, çox etibarlı və savadlı adam olduğuna görə şirkətin bütün işlərini ona həvalə etdiyini və şərik işlədiklərini bildirib onu “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin həm direktoru, həm qanuni təmsilçisi, həm də baş mühasibi vəzifələrini həyata keçirən şəxs kimi təqdim etmişdir. Həmçinin, Kamran Şükür-zadə Ruslana onun şirkətinin vergi, kadr və mühasibat uçotu işlərini də onun aparacağını demişdir. Ruslan uşaqlıqdan tanış olduqlarına görə Kamran Şükür-zadə ilə ona etibar etdiyini və inandığını deyib onlarla birlikdə işləməyə başlamışdır. Vergi, kadr və mühasibat uçotu xidmətlərini göstərmək üçün "xxxx" və "xxxx" Açıq Səhmdar Cəmiyyətlərinin, eləcə də, digər bankların internet bankçılıq, X14 (e-gov.az), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi (e-taxes.gov.az), Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vahid Sosial Reyestri (esosial.gov.az) və dövlət qurumları tərəfindən təqdim edilən digər elektron xidmətlərdən istifadə etmək zəruridir. Belə ki, qeyd etdiyi elektron xidmətlərdən "xxxx" adlanan elektron imza vasitəsilə istifadə edilir. "xxxx" və "xxxx" Açıq Səhmdar Cəmiyyətlərinin, eləcə də, digər bankların internet bankçılıq və dövlət qurumları tərəfindən təqdim edilən elektron xidmətlərdən istifadə etmək üçün internetdə müvafiq veb-səhifələrdə "xxxx" nömrəsi və istifadəçi İD yazılaraq daxil olunur. Bu zaman "xxxx" nömrəsinə birdəfəlik yoxlama kodu göndərilir. Həmin yoxlama kodunun eyniliyini təsdiq etdikdən sonra "xxxx" SİMkartının arxa tərəfində qeyd olunan PİN1 kodu yazılaraq daxil olunur. Bu yolla internetdə yuxarıda qeyd etdiyi müvafiq veb-səhifələrdən birinə daxil olduqdan sonra "xxxx"dan istifadə edərək "xxxx" SİM kartının arxa tərəfində qeyd olunan PİN2 kodu vasitəsilə müxtəlif çoxsaylı əməliyyatar həyata keçirmək - sənədləri imzalamaq və təsdiqləmək, vergiləri ödəmək, Dövlət Sosial Müdafiə Fonduna köçürmələr etmək, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını ödəmək, elektron qaimə-fakturalar tərtib etmək, əmək müqavilələrinə dair bildirişlərin elektron qeydiyyatını aparmaq, internet bankçılıq xidmətlərindən istifadə etmək və sair mümkündür. "xxxx" və "xxxx" Açıq Səhmdar Cəmiyyətlərinin, eləcə də, digər bankların internet bankçılıq elektron xidmətində "xxxx" dan istifadə edərək Azərbaycan Respublikası daxilində yerli və ölkə hüdudlarından kənara xarici valyuta ilə beynəlxalq ödənişlər və pul köçürmələri həyata keçirmək, konvertasiya, yəni xarici valyutanın alınması və satılması əməliyyatlarını aparmaq, istənilən müddət üçün hesab üzrə çıxarışlar və hesabda olan qalıq məbləğ barədə məlumatlar əldə etmək, ödəniş tapşırıqlarını icra etmək, işçilərin əmək haqlarını ödəmək, internet üzərindən onlayn qaydada müraciət edərək kredit götürmək və sair bank əməliyyatlarını həyata keçirmək mümkündür. Bu məqsədlə Ruslan 2019-cu ilin sentyabr ayında ***-***-**-** nömrəli "xxxx" SİM kartı əldə edib sertifikat alaraq həmin nömrədə öz adına "xxxx" xidmətini aktivləşdirmişdir. Zərərçəkmiş şəxs2 bank xidmətlərinin göstərilməsi ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlamış və şirkətin hesabı (hesabın nömrəsi: AZ39PAHA40060AZNHC**********) həmin bankda idi. “X18” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işlədiyi dövrdə, yəni 14 sentyabr 2019-cu il tarixdən 01 yanvar 2023-cü il tarixə kimi Zərərçəkmiş şəxs2 yalnız "xxxx" Açıq Səhmdar Cəmiyyətində qeyd etdiyi bir ədəd bank hesabı olmuş, digər banklarda hesabı olmamışdır. Müqavilə bağlandıqdan bir müddət sonra Ruslan, Kamran Şükür-zadə və o, Bakı şəhərində Nizami metrostansiyasının yaxınlığında görüşmüşlər. Həmin görüşdə X29-zadənin iştirakı ilə yuxarıda qeyd etdiyi xidmətlərin göstərilməsi üçün özünə məxsus ***-***-**-** nömrəli "xxxx" SİMkartını və bütün zəruri sənədləri ona təhvil vermişdir. Ümumiyyətlə, Zərərçəkmiş şəxs2 internet bankçılıq və digər bütün elektron hesablarına bağlı olan Ruslana məxsus ***-***-**-** nömrəli "xxxx" SİM kartı, istifadəçi adı, eləcə də, digər bütün şifrə və kodlar 2019-cu ilin sentyabr ayından 2022-ci ilin yanvar ayının ortalarına kimi onda olmuş, bağlanmış xidmət müqaviləsinə uyğun olaraq şirkətə vergilər, kadr və mühasibat uçotu ilə bağlı xidmətlər göstərilməsi üçün ona etibar edilmiş və onun tərəfindən istifadə edilmişdir. Bundan başqa, 7 yanvar 2020-ci il tarixdə X29-zadənin adına etibarnamə də vermişdir. Həmin etibarnaməyə görə, Zərərçəkmiş şəxs2 hüquqları ilə əlaqədar bütün dövlət qurumlarında və idarələrində nümayəndə qismində çıxış etmək, sənədləri təhvil alıbvermək, şirkətin adından imzalamaq, şifrə, parol, kod üçün müraciət etmək və onları təhvil götürmək, şirkətin hüquqlarının müdafiəsini tam səlahiyyətlə təmsil etmək Kamran Şükürzadəyə həvalə edilmişdir. “X18” Məhdud Məsuliyyətli Cəmiyyəti də bank xidmətlərinin göstərilməsi ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlamış və şirkətin hesabı (hesabın nömrəsi: AZ26PAHA40060AZNHC**********) həmin bankdadır. Faktiki olaraq bütün işləri o, həyata keçirdiyinə görə, Kamran Şükür-zadə yaratdıqları gündən şirkətin internet bankçılıq və digər bütün elektron hesablarına bağlı olan özünə məxsus ***-***-**-** nömrəli "xxxx" SİM kartını və bütün zəruri sənədləri etibar edərək ona təhvil vermişdir. “X18” Məhdud Məsuliyyətli Cəmiyyətində biri şirkətin biznes hesabı, digəri şirkətin direktoru kimi Kamran Şükür-zadənin əmək haqqı hesabı olmaqla, iki ədəd "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid plastik bank kartı olmuşdur. Şirkətin biznes kartı (hesabın nömrəsi: AZ15PAHA40060AZNHK**********) yalnız Kamran Şükür-zadədə olmuş, heç vaxt onda olmamış və o, həmin karta heç vaxt ələ keçirmək məqsədilə pul köçürməmişdir. X31zadə özünə məxsus əmək haqqı kartını (hesabın nömrəsi: AZ10PAHA41010AZNFK**********) şirkəti yaradanda ona vermiş, həmin vaxtdan Kamran Şükür-zadənin əmək haqqı kartı onda olmuş və yalnız onun tərəfindən istifadə edilmişdir. 2020-ci ilin avqust ayında Şahid2 ilə nişanlanmışdır. Aytən ondan daima pul tələb etmiş, onu tez-tez gəzməyə, bahalı yerlərə və restoranlara aparmağı, ona çoxlu bahalı hədiyyələr və əşyalar almağı istəmişdir. Aytəni çox sevdiyinə görə ondan ayrılmaq istəməmişdir. Buna görə də, onun hər dediyi ilə razılaşmış, özünü varlı göstərmək istəmiş və hər ehtiyacını qarşılaya biləcək şəxs olduğunu ona sübut etməyə çalışmışdır. Nişan mərasimindən əvvəl, təxminən 2020-ci ilin iyul ayında o, "xxxx" Açıq Səhmdar Cəmiyyətində öz adına kart hesabı (hesabın nömrəsi: AZ61AZEN********************) açmış, həmin hesaba bağlı olan plastik bank kartını Aytənə vermiş və qazancının bir hissəsini həmin karta köçürəcəyini, həmin pulları ürəyi istədiyi kimi xərcləyə biləcəyini ona demişdir. Həmin "xxxx" bank kartı hesabı açdığı vaxtdan ayrıldıqları vaxta kimi Aytəndə olmuş, daha sonra isə heç vaxt istifadə edilməmişdir. Nişanlandıqdan sonra Aytənin tələblərini ödəmək və öz şəxsi ehtiyaclarına xərcləmək üçün Zərərçəkmiş şəxs2 pullarını ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə, 2020-ci ilin iyul-avqust ayından etibarən Zərərçəkmiş şəxs2 bank hesabından “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına artıq məbləğlər köçürməyə, oradan da həmin pulları Kamran Şükür-zadənin adına olan əmək haqqı kartına köçürərək qanunsuz və əsassız olaraq ələ keçirməyə başlamışdır. Zərərçəkmiş şəxs2nə məxsus ələ keçirdiyi pulları isə Kamran Şükür-zadənin adına olan plastik əmək haqqı kartından ya birbaşa istifadə edərək, ya bankomatlarda nağd şəkildə çıxararaq, ya da elektron qaydada mobil tətbiq üzərindən “Card-to-Card” adlanan əməliyyatla və ya nağdlaşdırdığı pulu ödəmə terminalları vasitəsilə Aytənə verdiyi "xxxx" plastik bank kartına mədaxil edərək öz şəxsi ehtiyaclarını qarşılamış, Aytənə xərcləmişdir. 3 iyul 2021-ci il tarixdə Aytənlə rəsmi nikaha daxil olaraq evlənmişdir. Evləndikdən sonra Aytən daha çox şey tələb etdiyinə görə o, daha çox pul ələ keçirməyə davam etmişdir. 23 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki internet bankçılıq kabinetində Ruslana məxsus ***-***-**-** nömrəli "xxxx" SİMkartından istifadə edərək internet üzərindən onlayn qaydada şirkətin hesabına 46474,00 manat məbləğində biznes krediti götürmüşdür. Onlayn kredit olduğuna görə fiziki olaraq banka getmək zərurəti olmamış, buna görə də kredit götürmək üçün tələb olunan Ruslanın adına zaminlik müqaviləsini onun yerinə imzalayıb surətini elektron qaydada banka göndərmişdir. Kredit götürməkdə əsas məqsədi Zərərçəkmiş şəxs2 hesabında ələ keçirdiyi vəsaitlərin bir qisminin yerini doldurmaq, həm də daha çox pul ələ keçirmək olmuşdur. Ümumilikdə, yuxarıda qeyd etdiyi yolla o, 2020-ci ilin iyul- avqust ayından 2022-ci ilin yanvar ayının ortalarına kimi Zərərçəkmiş şəxs2 təxminən 64000,00 manat pulunu ələ keçirib öz şəxsi ehtiyaclarına xərcləmişdir. 2022-ci ilin yanvar ayının ortalarında Ruslan Zərərçəkmiş şəxs2 hesabında ondan xəbərsiz kredit götürməyi barədə xəbər tutmuşdur. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tanımadığı işçisi Ruslana zəng edib kredit barədə məlumat vermiş, zaminlik müqaviləsinin əslini banka təqdim etməyi ondan istəmiş, Ruslan da birbaşa banka gedərək bu barədə məlumat almışdır. Zərərçəkmiş şəxs2nə məxsus pulları ələ keçirməyi barədə Kamran Şükür-zadənin də həmin vaxt məlumatı olmuş, buna qədər isə onun bu barədə heç bir məlumatı olmamışdır. Ruslan xəbər tutana kimi o, Zərərçəkmiş şəxs2nə məxsus pulları ələ keçirməyini Kamran Şükür-zadədən də gizlətmiş, bu barədə ona heç bir məlumat verməmişdir. Bundan sonra Ruslan, onun dostu Şahid1, Kamran Şükür-zadə və o, dördü birlikdə Bakı şəhəri, Yasamal rayonunda “Lider TV” deyilən binanın yaxınlığında görüşmüşlər. Ruslanla Əmir şirkətin hesabından əsassız və qanunsuz köçürmələr aparıldığını, heç bir məlumat vermədən kredit götürüldüyünü aşkar etdiklərini, şirkətin hesabında çatışmazlıq yarandığını bildirmiş, onlardan açıqlama istəyərək pulları geri qaytarmağı tələb etmişlər. Görüş zamanı o, ailəvi problemlərinin və maddi çətinliyinin olduğunu bildirib onlara törətdiyi bütün əməlləri etiraf etmiş, həm Ruslanla Əmirə, həm də Kamran Şükür-zadəyə bütün pulları qısa müddətdə geri ödəyəcəyinə söz vermişdir. Kamran Şükür-zadə də həm dost kimi, həm şirkətin direktoru olduğuna görə köməklik göstərəcəyini, pulları geri qaytaracaqlarını bildirmişdir. Buna görə də, onun barəsində hüquq-mühafizə orqanlarına şikayət etməmişlər. Bundan əlavə, 7 fevral 2022-ci il tarixdə o, avtomobil nəqliyyatı xidmətlərini həyata keçirməklə kommersiya fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1ndə baş mühasib kimi işə başlamışdır. İşə qəbul olanda onunla şirkətin direktoru Nümayəndə1 arasında 7 fevral 2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmin gün Kamran Rza¬zadə öz adına olan şirkətin hesablarına bağlı olan ***-***-**-** nömrəli "xxxx" SİMkartını ona etibar edərək təhvil vermiş və bunu əmrlə rəsmiləşdirmişdir. Əmək müqaviləsi bağladığları gündən Nümayəndə1 baş mühasib kimi şirkətin bütün bank hesablarını və maliyyə-təsərrüfat fəaliyyətini ona etibar etmişdir. Şirkətin maliyyə-təsərrüfat fəaliyyəti ilə birbaşa əlaqəli olduğuna görə ***-***-**-** nömrəli "xxxx" SİM kartı 7 fevral 2022-ci il tarixdən, yəni şirkətdə baş mühasib vəzifəsində işə başladığı gündən 2023-cü ilin sentyabr ayının sonlarına qədər istifadə üçün onda olmuşdur. İşlədiyi dövrdə şirkətdə bütün vergi və bank əməliyyatlarını, işçilərin əmək haqlarının köçürülməsini, əmək və məşğulluq altsistemində (ƏMAS-da) əmək müqavilələrinin elektron qeydiyyatının aparılmasını, Dövlət Sosial Müdafiə Fonduna köçürmələr edilməsini, işsizlikdən sığorta və icbari tibbi sığorta ilə bağlı ödənişlər aparılmasını, bir sözlə, "xxxx"dan istifadə etməklə həyata keçirilən bütün əməliyyatları şəxsən özü icra etmişdir. Şirkətin bank hesablarına bağlı olan Nümayəndə1 adına olan ***-***-**-** nömrəli "xxxx" SİMkartı da hər zaman onda olmuş, "xxxx" nömrəsi və kodları barədə məlumatlar yalnız ona məlum olmuşdur. Şirkətin bir ədəd "xxxx" Açıq Səhmdar Cəmiyyətində (hesabın nömrəsi: AZ58PAHA40060AZNHC**********), bir ədəd "xxxx" Açıq Səhmdar Cəmiyyətində (hesabın nömrəsi: AZ97AİİB400600E**********111) və bir ədəd "xxxx" Açıq Səhmdar Cəmiyyətində (hesabın nömrəsi: AZ71RBTA********************) olmaqla, üç ədəd bank hesabı vardır, başqa bank hesabı olmamışdır. Buna uyğun olaraq o da öz adına həm "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (hesabın nömrəsi: AZ35PAHA41010AZNFK**********), həm də "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (hesabın nömrəsi: ********************) aid iki ədəd əmək haqqı kartı əldə etmişdir. Əmək müqaviləsinə görə onun rəsmi maaşı 500 manat olmuşdur. Dövlət Sosial Müdafiə Fonduna, işsizlikdən və icbari tibbi sığortaya görə onun maaşından aylıq cəmi 48,50 manat haqq tutularaq yekun olaraq hər ay 451,50 manat ona ödənilməli idi. Lakin maaşı az olduğuna görə borclarını ödəyə bilməmişdir. Şirkətdə işçilərə, eləcə də özünə əmək haqlarının köçürülməsini şəxsən özü həyata keçirdiyi üçün o, şəxsi ehtiyaclarına xərcləmək və borclarını qaytarmaq üçün 2023-cü ilin yanvar ayından şirkətə məxsus pulları ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə özünə aid olan əmək haqqı kartına əmək haqqı təyinatı ilə Zərərçəkmiş şəxs1 "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki hesabından 27 mart 2023-cü il tarixdə 291,00 manat, 31 mart 2023-cü il tarixdə 2.975,00 manat, 10 aprel 2023-cü il tarixdə 100,00 manat, 12 aprel 2023-cü il tarixdə 340,00 manat və 14 aprel 2023-cü il tarixdə 240,00 manat, 9 avqust 2023-cü il tarixdə 5.150,00 manat, 22 avqust 2023-cü il tarixdə 105,00 manat, 28 avqust 2023-cü il tarixdə 105,00 manat və 29 avqust 2023-cü il tarixdə 329,00 manat, 19 sentyabr 2023-cü il tarixdə 2,00 manat olmaqla, cəmi 9637,00 manat pul köçürmüşdür. Zərərçəkmiş şəxs1 "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki hesabından isə öz adına olan əmək haqqı kartına 2023-cü ilin yanvar ayı ərzində cəmi 6555,00 manat, fevral ayı ərzində cəmi 873,00 manat, mart ayı ərzində cəmi 3710,00 manat, aprel ayı ərzində cəmi 3170,00 manat, may ayı ərzində cəmi 3970,90 manat, iyun ayı ərzində cəmi 6362,00 manat, iyul ayı ərzində cəmi 13516,00 manat, avqust ayı ərzində cəmi 17373,50 manat və sentyabr ayı ərzində cəmi 8735,85 manat olmaqla, ümumilikdə 64266,25 manat pul köçürmüşdür. Bu yolla Zərərçəkmiş şəxs1 ona etibar edilmiş pullarını ələ keçirmiş, əmək haqqı kartlarından istifadə edərək həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmiş və borclarını bağlamağa çalışmışdır. 2023-cü ilin yanvarsentyabr ayları ərzində ona cəmi 4063,50 manat əmək haqqı ödənilməli, buna görə də banklar tərəfindən şirkətdən cəmi 32,51 manat xidmət haqqı tutulmalı idi. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində öz adına olan əmək haqqı kartlarına artıq köçürmələr etməklə Zərərçəkmiş şəxs1 ona etibar edilmiş cəmi 69839,75 manat pulunu qanunsuz və əsassız olaraq ələ keçirmiş, yəni mənimsəmişdir. Həmin qanunsuz vəsaitlərin köçürülməsinə görə banklar tərəfindən şirkətdən cəmi 507,32 manat artıq xidmət haqqı tutulmuşdur. Bundan başqa, X20 fərdi qaydada sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs olmuş, o, tikinti şirkətləri ilə müqavilə bağlamış və təmir-tikinti xidmətləri göstərilməsi ilə bağlı onlardan ödəniş almışdır. Ramillə 1 avqust 2023-cü il tarixdə mühasib vəzifəsində əmək müqaviləsi bağlamışdır. Əmək müqaviləsinə uyğun olaraq onun bütün vergi və mühasibat işlərini həyata keçirmiş, yuxarıda qeyd etdiyi bütün xidmətləri ona da göstərmişdir. Buna görə də, Ramil özünə məxsus ***-***-**-** nömrəli "xxxx" Simkartını və bütün zəruri sənədləri hazırda xatırlamadığı tarixdə ona etibar edərək təhvil vermişdir. Ramilin "xxxx" Açıq Səhmdar Cəmiyyətində bir ədəd hesabı var idi (hesabın nömrəsi: AZ51PAHA41040AZNSC**********) və ***-***-**-** nömrəli "xxxx" Simkartı da həmin hesaba bağlı olmuşdur. Borclarının və çatışmazlığının bir hissəsini ödəmək üçün Ramilə heç bir məlumat vermədən gizli şəkildə onun adına bankdan kredit götürmək və kreditin məbləğini ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə Ramilə məxsus olan ***-***-**-** nömrəli "xxxx" Simkartından istifadə edərək 7 avqust 2023-cü il tarixdə onun adına "xxxx" Açıq Səhmdar Cəmiyyətindən internet bankçılıq üzərindən müraciət edərək onlayn qaydada 24.270 manat məbləğində kredit götürmüşdür. Daha sonra internet bankçılıq üzərindən 8 avqust 2023-cü il tarixdə Ramilə məxsus hesabdan həmin kreditin 14635,00 manatını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki hesabına (hesabın nömrəsi: AZ94RBTA**********0), 5620,00 manat və 3500,00 manat olmaqla, cəmi 9120,00 manatını isə Zərərçəkmiş şəxs1 "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki hesabına köçürməklə ələ keçirmişdir. Daha sonra isə Ramildən ələ keçirdiyi pulun 14500,00 manatını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabından Zərərçəkmiş şəxs1 "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki hesabına köçürmüşdür. Bu yolla o, mühasib işlədiyi Zərərçəkmiş şəxs1nə 23620,00 (5620,00+3500,00+14500,00=23620,00) manat geri qaytarmışdır. Ramilin adına götürdüyü kreditin 485,40 və 30,73 manatı isə bank rüsumlarına xərclənmişdir. 2023-cü ilin sentyabr ayının ortalarında, dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs1 direktoru Nümayəndə1 ona şirkətə məxsus avtomobilləri təmir etmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 5000 manat pul köçürməyi tapşırmışdır. Şirkətin bank hesabında olan bütün pulları ələ keçirib şəxsi ehtiyaclarına sərf etdiyinə görə şirkətin bank hesabında pul olmamışdır. Törətdiyi əməllərin üstünün açılmaması üçün əvvəlcə kompüterdə saxta ödəniş tapşırığı hazırlamış və Nümayəndə1 19 sentyabr 2023-cü il tarixli, BD1 nömrəli həmin saxta ödəniş tapşırığım göndərərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə guya "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki hesabdan 4960,60 manat pul köçürdüyünü göstərmişdir. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları pulun köçmədiyini, belə bir ödəniş tapşırığının yazılmadığını Nümayəndə1 bildirdikdən sonra o, şirkətin pullarını mənimsədiyini, onu aldatdığını başa düşmüşdür. Həmin gündən sonra o, işə getməmişdir. Əvvəlcə, Nümayəndə1, daha sonra isə X22 Rzayev onun barəsində Bakı şəhəri Nərimanov rayon polis idarəsinə şikayət etmişlər. Ruslana məxsus ***-***-**-** nömrəli "xxxx" SİMkartından istifadə edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin internet bankçılıq xidməti üzərindən Zərərçəkmiş şəxs2 bank hesabından “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına avans ödənişi adı ilə 7 yanvar 2020-ci il tarixdə 300,00 manat, 27 fevral 2020-ci il tarixdə 300,00 manat, 13 mart 2020-ci il tarixdə 300,00 manat, 31 mart 2020-ci il tarixdə 300,00 manat, 31 may 2020-ci il tarixdə 600,00 manat, 1 iyul 2020-ci il tarixdə 300,00 manat, 5 avqust 2020-ci il tarixdə 300,00 manat, 10 avqust 2020-ci il tarixdə 300,00 manat, 18 avqust 2020-ci il tarixdə 300,00 manat, 24 avqust 2020-ci il tarixdə 300,00 manat, 31 avqust 2020-ci il tarixdə 3.000,00 manat, 3 sentyabr 2020-ci il tarixdə 300,00 manat, 9 sentyabr 2020-ci il tarixdə 150,00 manat, 11 sentyabr 2020-ci il tarixdə 150,00 manat, 18 sentyabr 2020-ci il tarixdə 300,00 manat, 5 oktyabr 2020-ci il tarixdə 450,00 manat, 7 oktyabr 2020-ci il tarixdə 2000,00 manat, 9 oktyabr 2020-ci il tarixdə 300,00 manat, 3 noyabr 2020-ci il tarixdə 1300,00 manat, 5 noyabr 2020ci il tarixdə 610,00 manat, 10 noyabr 2020-ci il tarixdə 150,00 manat, 18 noyabr 2020-ci il tarixdə 2350,00 manat, 19 noyabr 2020-ci il tarixdə 700,00 manat, 23 noyabr 2020-ci il tarixdə 6200,00 manat, 10 dekabr 2020-ci il tarixdə 400,00 manat, 22 dekabr 2020-ci il tarixdə 400,00 manat, 8 yanvar 2021-ci il tarixdə 300,00 manat, 11 yanvar 2021-ci il tarixdə 200,00 manat, 21 yanvar 2021-ci il tarixdə 300,00 manat, 25 yanvar 2021-ci il tarixdə 300,00 manat, 27 yanvar 2021-ci il tarixdə 300,00 manat, 29 yanvar 2021-ci il tarixdə 600,00 manat, 5 fevral 2021-ci il tarixdə 300,00 manat, 11 fevral 2021-ci il tarixdə 300,00 manat, 18 fevral 2021-ci il tarixdə 300,00 manat, 22 fevral 2021-ci il tarixdə 150,00 manat, 24 fevral 2021-ci il tarixdə 862,00 manat, 4 mart 2021-ci il tarixdə 1.150,00 manat, 17 mart 2021-ci il tarixdə 3.690,00 manat, 5 aprel 2021-ci il tarixdə 600,00 manat, 26 may 2021-ci il tarixdə 3.300,00 manat, 31 may 2021-ci il tarixdə 780,00 manat, 11 iyun 2021-ci il tarixdə 150,00 manat, 16 iyun 2021-ci il tarixdə 300,00 manat, 18 iyun 2021-ci il tarixdə 240,00 manat, 12 iyul 2021-ci il tarixdə 1000,00 manat, 14 iyul 2021-ci il tarixdə 500,00 manat, 15 iyul 2021-ci il tarixdə 240,00 manat, 2 avqust 2021-ci il tarixdə 600,00 manat, 3 avqust 2021-ci il tarixdə 300,00 manat, 6 avqust 2021-ci il tarixdə 500,00 manat, 16 avqust 2021-ci il tarixdə 150,00 manat, 17 avqust 2021-ci il tarixdə 150,00 manat, 18 avqust 2021-ci il tarixdə 150,00 manat, 19 avqust 2021-ci il tarixdə 300,00 manat, 22 sentyabr 2021-ci il tarixdə 550,00 manat, 29 oktyabr 2021-ci il tarixdə 800,00 manat, 2 noyabr 2021-ci il tarixdə 800,00 manat, 4 noyabr 2021-ci il tarixdə 4900,00 manat, 17 noyabr 2021-ci il tarixdə 600,00 manat, 23 noyabr 2021-ci il tarixdə 1800,00 manat, 24 noyabr 2021-ci il tarixdə 4900,00 manat, 25 noyabr 2021-ci il tarixdə 4900,00 manat, 29 noyabr 2021-ci il tarixdə 4900,00 manat, 6 dekabr 2021-ci il tarixdə 4900,00 manat, 7 dekabr 2021-ci il tarixdə 4900,00 manat, 21 dekabr 2021-ci il tarixdə 4950,00 manat, 24 dekabr 2021-ci il tarixdə 2550,00 manat, 5 yanvar 2022-ci il tarixdə 1050,00 manat, 6 yanvar 2022-ci il tarixdə 1500,00 manat, 10 yanvar 2022-ci il tarixdə 1500,00 manat, 5 noyabr 2022-ci il tarixdə 5640,00 manat olmaqla, cəmi 91212,00 manat məbləğində pul köçürmüşdür. İşlədikləri dövrdə o, görülmüş xidmət və ödənişləri rəsmiləşdirmiş, bu barədə elektron qaimə-fakturalar tərtib edərək Ruslanın şirkətinə təqdim etmişdir. Belə ki, malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə 28 yanvar 2020-ci il tarixli, EBAF seriyalı, 538258 nömrəli 300,00 manat məbləğində, 26 fevral 2020-ci il tarixli, EBAG seriyalı, 877460 nömrəli 300,00 manat məbləğində, 31 mart 2020-ci il tarixli, EBAİ seriyalı, 228922 nömrəli 300,00 manat məbləğində, 4 may 2020-ci il tarixli, EBAJ seriyalı, 491217 nömrəli 300,00 manat məbləğində, 31 may 2020-ci il tarixli, EBAK seriyalı, 511045 nömrəli 300,00 manat məbləğində, 29 iyun 2020-ci il tarixli, EBAL seriyalı, 718049 nömrəli 300,00 manat məbləğində, 04 avqust 2020-ci il tarixli, EBAN seriyalı, 167124 nömrəli 300,00 manat məbləğində, 04 sentyabr 2020-ci il tarixli, EBAP seriyalı, 590107 nömrəli 340,00 manat məbləğində, 04 sentyabr 2020-ci il tarixli, EBAP seriyalı, 590150 nömrəli 3272,72 manat məbləğində, 31 dekabr 2020-ci il tarixli, EBAV seriyalı, 671108 nömrəli 99910,42 manat məbləğində, 14 noyabr 2022-ci il tarixli, EBCJ seriyalı, 149422 nömrəli 5640,00 manat məbləğində, cəmi 21263,14 manat məbləğində elektron qaimə-fakturalar tərəfindən tərtib edilmiş, Zərərçəkmiş şəxs2nə göndərilmişdir. Həmin elektron qaimə-fakturalar tam qanunidir, bu barədə heç bir problem yoxdur. “X18" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabından Zərərçəkmiş şəxs2 bank hesabına 7 iyul 2020-ci il tarixdə 300,00 manat, 4 noyabr 2020-ci il tarixdə 2000,00 manat, 5 noyabr 2020-ci il tarixdə 600,00 manat olmaqla, 2020-ci ildə cəmi 2900,00 manat, 30 sentyabr 2021-ci il tarixdə 440,00 manat, 2 dekabr 2021-ci il tarixdə 2538,00 manat olmaqla, 2021-ci ildə cəmi 2978,00 manat, ümumilikdə 5878,00 manat məbləğində pulu isə geri qaytarmışdır. Zərərçəkmiş şəxs2nə məxsus olan pulları “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin cari bank hesabından Kamran Şükür-zadə adına olan əmək haqqı kartı hesabına müxtəlif tarixlərdə hissə-hissə köçürərək ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək xərcləmişdir. Konkret olaraq hansı tarixlərdə hansı məbləğləri Kamran Şükür-zadə adına olan əmək haqqı kartı hesabına köçürdüyünü isə xatırlamır və bunu göstərə bilmir. Bu yolla o, Zərərçəkmiş şəxs2nə məxsus ümumi köçürülmüş məbləğin 64070,86 (91212,00-21263,14-5878,00=64070,86) manatını əsassız və qanunsuz olaraq mühasibat xidmətlərinin göstərilməsi ilə bağlı avans kimi əvvəlcə “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin cari bank hesabına, oradan da Kamran Şükür-zadə adına olan əmək haqqı kartı hesabına köçürərək mənimsəmişdir. 64070,86 manat onun Zərərçəkmiş şəxs2ndən ələ keçirdiyi məbləğdir. Onun götürdüyünü kreditə görə Ruslan cəmi 8694,42 manat faiz borcu ödəmiş, əlavə olaraq kreditin 929,48 manatı bank rüsumu tutulmuşdur. Şirkətlərin hər ikisinin hesabı "xxxx" Açıq Səhmdar Cəmiyyətində olduğu üçün köçürmələrə görə heç bir xidmət haqqı tutulmamışdır. Zərərçəkmiş şəxs2 bank hesabından “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına xidmət haqqı ödənişləri olan 30 sentyabr 2019-cu il tarixdə 400,00 manat, 11 oktyabr 2019-cu il tarixdə 724,20 manat, 31 oktyabr 2019-cu il tarixdə 400,00 manat, 26 noyabr 2019-cu il tarixdə 400,00 manat, 29 dekabr 2019-cu il tarixdə 300,00 manat olmaqla, cəmi 2224,20 manat pul köçürülmüş, “X18” Məhdud Məsuliyyətli Cəmiyyətindən şirkətə “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” 30 sentyabr 2019-cu il tarixli, EBAA seriyalı, 508041 nömrəli 1200,00 manat məbləğində, 11 oktyabr 2019-cu il tarixli, EBAB seriyalı, 068771 nömrəli 724,20 manat məbləğində, 29 dekabr 2019-cu il tarixli, EBAE seriyalı, 569635 nömrəli 300,00 manat məbləğində, cəmi 2.224,20 manat dəyərində elektron qaimə-fakturalar onlara göndərilmişdir. O, 2019-cu ildə Zərərçəkmiş şəxs2ndən heç bir pul mənimsəməmişdir. “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabından Zərərçəkmiş şəxs2 bank hesabına 18 yanvar 2022-ci il tarixdə 2300,00 manat, 23 fevral 2022-ci il tarixdə 2285,00 manat, 28 mart 2022-ci il tarixdə 2300,00 manat, 22 aprel 2022-ci il tarixdə 1460,00 manat, 20 may 2022-ci il tarixdə 1300,00 manat, 24 may 2022-ci il tarixdə 1000,00 manat, 28 iyun 2022-ci il tarixdə 1900,00 manat, 7 iyul 2022-ci il tarixdə 400,00 manat, 19 iyul 2022-ci il tarixdə 2300,00 manat, 23 sentyabr 2022-ci il tarixdə 775,00 manat, 29 sentyabr 2022-ci il tarixdə 760,00 manat, 30 sentyabr 2022-ci il tarixdə 765,00 manat, 11 noyabr 2022-ci il tarixdə 500,00 manat olmaqla, cəmi 20330,00 manat pul vəsaitini geri ödəmişdir. Bundan başqa, 31 mart 2023-cü il tarixdə nağd olaraq Ruslana əlbəəl 5000,00 manat ödəniş etmişdir. Hazırda Zərərçəkmiş şəxs2nə 38740,86 (64070,86-20330,00-5000=38740,86) manat pul qaytarmalıdır. Ramil Musaevə isə heç bir ödəniş etməmişdir. Zərərçəkmiş şəxs1nə isə Ramil Musaevdən ələ keçirərək 23620,00 (5620,00+3500,00+14500,00=23620,00) manat geri qaytarmışdır. Buna görə də, Zərərçəkmiş şəxs1nə hazırda 46219,75 (69839,75-5620,00-3500,00- 14500,00=46219,75) manat pul geri qaytarmalıdır. O, Zərərçəkmiş şəxs2nə məxsus pul vəsaitlərini ələ keçirmək üçün qanunsuz bank əməliyyatlarını 2020-ci ilin yanvar ayından 2022-ci ilin yanvar ayına qədər olan dövr ərzində yaşadığı ünvan 6 ünvanında, həm də Bakı şəhərində xatırlamadığı müxtəlif ünvanlarda həyata keçirmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən kredit götürmək üçün zaminlik müqaviləsini isə Ruslanın əvəzinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində xatırlamadığı ünvanda imzalayaraq elektron qaydada banka göndərmiş və kredit götürülməsini təmin etmişdir. Zərərçəkmiş şəxs1 Bakı şəhəri, ünvan 11 ünvanda yerləşən ofisində işləmiş, şirkətdən pul vəsaitlərini də elə həmin ünvanda ələ keçirmişdir. Bundan başqa, Ramil Musaevin adına kredit götürmək üçün 07 avqust 2023-cü il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə yaşadığı ünvan 6 ünvanında elektron müraciət etmiş, növbəti gün isə işlədiyi Zərərçəkmiş şəxs1 ofisində, yəni ünvan 8a həmin kreditin məbləğini elektron köçürmələr aparmaqla ələ keçirmişdir. Sonuncu dəfə o, ünvan 8a yerləşən ofisdə qanunsuz bank əməliyyatı icra edərək Zərərçəkmiş şəxs1ndən pul vəsaiti ələ keçirmişdir. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X10 pul vəsaitlərini mənimsəməsi barədə özündə heç bir qeydiyyat aparmamışdır. Bank çıxarışlarından həmin köçürmələr aydın görünür. Özü istəmədiyi üçün Zərərçəkmiş şəxs1ndə aparılmış 23 noyabr 2023-cü il tarixli və Zərərçəkmiş şəxs2ndə aparılmış 15 fevral 2024-cü il tarixli auditlərdə iştirak etməmişdir. “X18” Məhdud Məsuliyyətli Cəmiyyətində Kamran Şükürzadənin əmək haqqı rəsmi olaraq 300 manat olmuşdur. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X10 pullarını mənimsəməsi barədə Aytənin, Kamran Şükür-zadənin və ya digər şəxslərin heç bir məlumatı olmamış, bu barədə o, heç kimə məlumat verməmişdir. Aytənlə 2022-ci ilin yanvar ayında ayrılmış, 08 avqust 2022-ci il tarixdə isə rəsmi olaraq boşanmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Nümayəndə2 Oktay oğlu arasında olan 23 noyabr 2021-ci il tarixli, DG**********017 nömrəli zaminlik müqaviləsi ona təqdim edilmiş və o, həmin müqavilə ilə tam tanış olmuşdur. Həmin müqavilənin birinci və ikinci səhifələrində aşağı sağ küncdəki imza və “Nümayəndə2 Oktay oğlu” yazıları, üçüncü səhifəsində “Zamin” qrafasındakı imza və “Nümayəndə2 Oktay oğlu” yazısı birbaşa onun tərəfindən şəxsən icra edilmişdir. O, kredit götürmək üçün həmin zaminlik müqaviləsini Nümayəndə2 məlumatı olmadan onun yerinə imzalamış və banka təqdim etmişdir. Özünün istifadəsində ***-***-**-** və ***-***-**-** saylı, Kamran Şükür-zadənin isə istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri olmuşdur. Kamran Şükür-zadənin istifadəsində olmuş qeyd etdiyi mobil telefon nömrələri onun adına deyildir. Bundan başqa, onun istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi Kamran Şükürzadənin adına olan "xxxx" SİMkartı idi. Kamran Şükür-zadənin başqa mobil telefon nömrəsini bilmir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid3 Zərərçəkmiş şəxs1 direktoru Nümayəndə1 dostudur. Nümayəndə1 məsləhəti ilə Əli mühasibatlıq işlərinin görülməsi üçün onunla hazırda xatırlamadığı tarixdə xidmət müqaviləsi imzalamışdır. Aralarındakı xidmət müqaviləsinə görə o, Əlinin şirkətində mühasibat işləri ilə bağlı xidmətlər göstərmişdir. Buna görə də, Əli şirkətin internet bankçılıq və digər elektron hesablarına bağlı öz adına olan ***-***-**-** nömrəli “"xxxx" SİMkartını ona vermişdir. Şübhəli olmaması üçün 2023-cü ilin avqust ayında Ramil Musaevdən ələ keçirdiyi kreditin 14635,00 manatını əvvəlcə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki hesabına, oradan da 14500,00 manatı Zərərçəkmiş şəxs1 hesabına köçürmüşdür. Bununla da, Ramil Musaevdən ələ keçirdiyi vəsaitlə Zərərçəkmiş şəxs1ndə olan çatışmazlığının bir hissəsini geri ödəmişdir. X23 Rza¬zadənin və Əlinin heç bir əlaqəsi və tanışlığı yoxdur, onlar arasında heç bir müqavilə bağlanmamışdır. Nümayəndə2 adına olan ***-***-**-** nömrəli "xxxx" SİMkartı və digər sənədləri 2022-ci ilin yanvar ayında onun özünə geri qaytarmışdır. Zərərçəkmiş şəxs1 və X20 ilə bağladığı əmək müqavilələrini, Şahid3la bağladığı xidmət müqaviləsini, “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid bütün sənədləri, Nümayəndə1 adına olan ***-***-**- ** nömrəli, X10 adına olan ***-***-**-** nömrəli, Kamran Şükür-zadənin adına olan ***-***- **-** nömrəli və Əlinin adına olan ***-***-**-** nömrəli "xxxx" SİM kartlarını özü ilə götürüb 2023-cü ilin sentyabr ayının ortalarında Quba-Şabran yolunda hazırda xatırlamadığı yerdə əsəbiləşərək məhv etmişdir. Onlarda heç bir sənəd qalmamışdır. Nümayəndə1 adına olan ***-***-**-** nömrəli, Ramilin adına olan ***-***-**-** nömrəli, Kamran Şükür-zadənin adına olan ***-***-**-** nömrəli, Ruslanın adına olan ***-***-**-** nömrəli və Əlinin adına olan ***- ***-**-** nömrəli "xxxx" SİM kartlarının PİN1 və PİN2 kodlarını hazırda xatırlamır. Onu göstərdiyi məzmunda ifadə verməyə heç kim və heç bir hal məcbur etməmiş, qorxutmamış və təsir göstərməmişdir. O, həqiqətləri danışır, çünki səhv etdiyini və cinayət törətdiyini başa düşür. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə zərərçəkmiş şəxs X20 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, inşaat işi ilə məşğul olmaqla “Mida” Yaşayış Kompleksinin binalarının tikintisində öz briqadası ilə çalışarkən, hesab əməliyyatlarının idarə olunması üçün mühasibatçı kimi fəaliyyət göstərən işçi axtaran zaman Kamran Şükür-zadənin vasitəsi ilə Təqsirləndirilən şəxslə tanış olmuş və sonuncunu öz şirkətinə mühasibatçı kimi işə qəbul etmişdir. O, 2023-cü ilin avqust ayınadək Təqsirləndirilən şəxslə birlikdə çalışmış, 2023-cü ilin oktyabr ayında "xxxx" ASCnin əməkdaşları ona zəng edib borcunu ödəməyi tələb etdikdə, həmin şəxslərə kredit götürmədiyini söyləsə də, ona 24270 manat məbləğində borcunun olduğu bildirilmişdir. O, "xxxx" ASC-nin problemli kreditlər şöbəsinə yaxınlaşmış və həqiqətən də onun adına 24270 manat məbləğində kreditin mövcud olmasını öyrənmişdir. O, dərhal Nərimanov Rayon Polis İdarəsinə müraciət etmiş və bununla əlaqədar cinayət işi başlanılmışdır. Araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, həmin krediti mühasibat işi ilə məşğul olan işçisi Təqsirləndirilən şəxs onun adına götürmüşdür. O, həmin kreditin 2700 manat məbləğində pulunu şəxsi vəsaiti hesabına ödəmiş, lakin sonradan gücü çatmadığına görə qalan hissəni ödəyə bilməmişdir. Krediti ödəməyə başlamağının səbəbi öz imicini qorumaqdan ibarət olmuşdur. O, uzun illər "xxxx" ASC ilə birgə fəaliyyət göstərmiş, həmçinin Təqsirləndirilən şəxs ona bu əməli maddi cəhətdən ağır vəziyyətdə olduğuna görə törətdiyini söylədiyindən, o da insanlıq naminə krediti ödəməyə başlamışdır. X2 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxslə üzbəüz görüşdükdən sonra sonuncunu işə qəbul etmiş, Təqsirləndirilən şəxs çalışdığı şirkətlə onun mühasibatlıq işlərini görməsi məqsədilə müqavilə bağlamış, onun adına olan "xxxx" Təqsirləndirilən şəxs olmuş, hesab əməliyyatlarını Təqsirləndirilən şəxs idarə etdiyinə görə elektron imzası Təqsirləndirilən şəxs təqdim etmişdir. O, "xxxx"-nı fiziki cəhətdən və həmin imzanın şifrəsini (parolunu) Təqsirləndirilən şəxs vermişdir. O, həmçinin Təqsirləndirilən şəxs adından bəzi sənədləri imzalaması üçün səlahiyyət də vermiş, Təqsirləndirilən şəxs ona vurduğu maddi zərər 24270 manat olmuşdur. Təqsirləndirilən şəxs ona vurduğu zərərdən heç bir məbləğ geri qaytarmamış, Təqsirləndirilən şəxs məcbur qaldığı üçün onun adına kredit götürdüyünü ona demişdir. Fiziki şəxs kimi fəaliyyət göstərdiyinə görə kredit fiziki şəxslər üçün nəzərdə tutulan formada Təqsirləndirilən şəxs tərəfindən götürülmüş, Təqsirləndirilən şəxs çalışdığı şirkətin adı “X18” olmuş, O, heç bir sənədi şəxsən imzalamamışdır. "xxxx"-nı istifadə etdiyi mobil nömrə ***-***-**-** saylı mobil nömrə olmuş, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş, həmin ifadədəki imzalar ona məxsus olmuşdur. Zərərçəkmiş şəxs X20 dindirilərkən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Ramil Musaevin söylədikləri doğrudur. Ramil Musaevə məxsus "xxxx" onda olmuş, o, Ramil Musaevin adından kredit götürərək digər borclarını ödəmiş, dəymiş zərəri ödəmək niyyətində olmuş, "xxxx" olduğu halda fiziki imzaya ehtiyac olmadığından Ramil Musaevə heç bir sənədi imzalatdırmamış, Ramil Musaevə məxsus "xxxx"-nın olduğu mobil nömrə ***-***-**-** saylı mobil nömrə olmuşdur. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2019-cu ildə Zərərçəkmiş şəxs2 MMC təsis edilərkən o da həmin şirkətin təsisçilərindən biri olmuşdur. O, Kamran Şükür-zadəni uzun müddətdən tanımış, sonuncu ilə eyni məktəbdə oxumuşdur. Həmin şirkət təsis edildikdən sonra Kamran Şükür-zadə mühasibatlıq və vergi uçotu fəaliyyəti ilə bağlı dəstək göstərilməsi məqsədilə təklif etmiş, təklifə görə Kamran Şükür-zadənin təsis etdiyi “X18” şirkəti Zərərçəkmiş şəxs2 MMC-yə mühasibatlıq və vergi uçotu sahəsində dəstək göstərməsi müqabilində onların şirkətinin aylıq xidmət haqqı ödəməsi nəzərdə tutulmuşdur. Zərərçəkmiş şəxs2 MMC beynəlxalq logistika fəaliyyəti ilə məşğul olan iri bir şirkət olduğundan şirkətin aylıq bazasına nə qədər pul vəsaitinin daxil olduğunu və çıxdığını müşayiət etmək mümkün olmuşdur. Zərərçəkmiş şəxs2 MMC yaradıldıqdan sonra “X18” MMC-yə və Kamran Şükür-zadəyə etibarnamə verilmiş, burada məqsəd həmin şəxslərin Zərərçəkmiş şəxs2 MMC-ni müxtəlif dövlət orqanlarında, müxtəlif yerlərdə təmsil etmək olmuş, Kamran Şükür-zadə onları Təqsirləndirilən şəxs ilə tanış edərək əməkdaş olduqlarını və bütün proseslərin Təqsirləndirilən şəxs vasitəsilə həyata keçiriləcəyini və Təqsirləndirilən şəxs atdığı bütün addımlardan məlumatının olacağını söyləmişdir. 2021-ci il tarixdə "xxxx" ASC-dən ona zəng gəlmiş və ona şirkətin balansında kredit borcunun olduğunu söyləmişlər. Bunu bildikdən sonra tərəfindən araşdırma aparılmağa başlanmış və araşdırmanın nəticəsində həqiqətən də şirkətin adına pul vəsaitlərinin götürüldüyü və həmin pul vəsaitlərinin “X18” şirkətinin hesabına vaxtaşırı köçürüldüyü müəyyən edilmişdir. Əlavə araşdırmalar nəticəsində o, 2020-ci ildən mütəmadi olaraq avans adı altında “X18” şirkətinin balansına Zərərçəkmiş şəxs2 MMCdən pul vəsaitlərinin köçürüldüyünü müşahidə etmiş, bunu aşkara çıxardıqdan sonra həmtəsisçisi Şahid1, Kamran Şükür-zadə, Təqsirləndirilən şəxs və o görüşüb həmin şəxslərdən xahiş etmişlər ki, qısa zaman kəsiyində bütün pullarını qaytarsınlar. X32-zadə bunun üçün əlindən gələn hər şeyi edəcəyinə dair söz vermiş, lakin 2022-ci ildən onlara heç bir pul vəsaiti qaytarılmamışdır. Bir müddət sonra onlara Kamran Şükür-zadənin ölkəni tərk etməsi və Təqsirləndirilən şəxs barəsində isə prokurorluq orqanları tərəfindən araşdırma başlanılması məlum olmuşdur. Kamran Şükür-zadə və Təqsirləndirilən şəxs öz vəzifəsini düzgün şəkildə icra etmədiklərinə görə Zərərçəkmiş şəxs2 MMC vergi orqanları tərəfindən cərimələnmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə2 həmçinin bildirmişdir ki, audit hesabatına əsasən Zərərçəkmiş şəxs2 MMC şirkətinə 90000 manatdan yuxarı ziyan dəymiş, həmin məbləğdən 56000 manat ödənilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş, həmin ifadədəki imzalar ona məxsus olmuşdur. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, nəqliyyat şirkəti olan "xxxx" MMC-nin rəhbəri və təsisçisi olmuş, Təqsirləndirilən şəxs məsləhət əsasında mühasibatçı kimi işə qəbul etmiş və şirkətin "xxxx"-ları Təqsirləndirilən şəxs olmuşdur. İşə qəbul olunduqdan 1 il müddətində Təqsirləndirilən şəxs fəaliyyətində heç bir qüsur olmamış, lakin sonradan problemlər yaranmağa başlamışdır. Məsələn, 30000 manat ödəniş olunmalı halda, Təqsirləndirilən şəxs 26000 manat ödəniş edərək onlara 30000 manat ödəniş etdiyini bildirmiş, son olaraq Təqsirləndirilən şəxs şirkətin balansına külli miqdarda pul yerləşdirməli olsa da, bunu etməmiş, dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq Təqsirləndirilən şəxs hər dəfəsində ona yalan söyləyərək ödəyəcəyini demişdir. Sonuncu xəbərdarlığında o, növbəti günədək pulu balansa yerləşdirmədiyi təqdirdə, Təqsirləndirilən şəxs işdən azad edəcəyini söyləmiş, bu sözdən sonra Təqsirləndirilən şəxs bir daha şirkətə gəlməyərək qaçmağa başlamışdır. Bu səbəbdən, o da müvafiq orqanlara Təqsirləndirilən şəxs saxlanılması və pulunun geri qaytarılması üçün müraciətlər etmişdir. Təqsirləndirilən şəxs ona 100000 manatdan çox zərər vurmuş, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməsini xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə2 həmçinin bildirmişdir ki, şirkət daxili audit həyata keçirildikdən sonra Təqsirləndirilən şəxs törətdiyi qanunsuz hərəkətlər aşkara çıxarılmış, onun Təqsirləndirilən şəxs qarşı inam və etibarı yarandığı üçün bütün "xxxx"-ları sonuncuya təhvil vermiş, hazıradək 1 manat belə olsa, ödəniş ödənilməmiş, ona hazıradək dəymiş zərər çox olmuşdur. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə2 dindirilərkən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, X1 doğrudur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər onun əri olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Törədilmiş cinayətlə onun heç bir əlaqəsi olmamış, onun heç bir məsələdən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona 2-3 iş yerində işlədiyini və bu səbəbdən gəlirinin kifayət qədər olduğunu söyləmişdir. Evləndikdən 6 ay sonra Təqsirləndirilən şəxs evə bikef gəlmiş, sonuncudan bunun səbəbini soruşduqda Təqsirləndirilən şəxs 3000-4000 manat borcunun olduğunu söyləmişdir. O, Təqsirləndirilən şəxs mobil telefonunu sataraq borcunu ödəməyi təklif etsə də, sonuncu həmin təklifi qəbul etməmişdir. Hadisədən 1-2 həftə keçdikdən sonra Təqsirləndirilən şəxs dostları Kamran və Murad yaşadığı evə gəlib evdəki bütün qiymətli əşyaları, o cümlədən onun qızıl-zinət əşyalarını götürmüş, həmin gün o, baş verən hadisələrdən məlumatlanmışdır. Lakin həmin günədək pulun mənbəyinin Təqsirləndirilən şəxs çalışdığı iş yerindən əldə olunan aylıq vəzifə maaşı olduğunu hesab etmişdir. O, Kamrandan nə səbəbə evdəki əşyaları götürdüklərini soruşduqda, sonuncu ona Təqsirləndirilən şəxs həmin şəxslərə 60000- 70000 manat borcunun olduğunu söyləmişdir. Məhz elə həmin gün o, Təqsirləndirilən şəxs ayrılaraq atasının evinə qayıtmış, daha sonra 2024-cü ilin avqust ayında rəsmi şəkildə boşanmışlar. Şahid2 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs mühasibatçı kimi fəaliyyət göstərmiş, lakin o, Təqsirləndirilən şəxs harada işlədiyini bilməmişdir. “Covid 19” pandemiyasına görə karantin dövlərində, yəni o, Təqsirləndirilən şəxslə nişanlı olarkən o, işləmədiyinə görə Təqsirləndirilən şəxs öz adına bank kart hesabı açıb həmin kartı istifadə məqsədilə ona vermiş, həmin karta onlar nişanlı olduqlarından xonçaya alınmalı olan əşyalar üçün tez-tez pullar göndərmiş, o, Təqsirləndirilən şəxs hər hansı qanunsuz bir fəaliyyət etdiyindən şübələnməmiş, Təqsirləndirilən şəxs ona 3-4 yerdə əmək fəaliyyəti ilə məşğul olduğunu, qazancının yaxşı olmasını demiş, Təqsirləndirilən şəxs ona Bakı şəhərindən kənarda yerləşən şirkətdə rəsmi fəaliyyət göstərdiyini və işlərinin bir çoxunu kompüter vasitəsilə evdən idarə etdiyini demiş, o, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. O, Təqsirləndirilən şəxs borcun yaranma səbəbini soruşsa da, sonuncu ona cavab verməmiş, evlilik dönəmində kirayədə yaşamış, ev və avtomobilləri olmamış, xarici ölkəyə səfərlərinin maliyyələşdirməsini Təqsirləndirilən şəxs qarşılamış, hansı məbləğdə xərc çəkdiyini o bilməmişdir. Şahid2 dindirilərkən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid2 söylədikləri doğru olmuş, pulun mənbəyi "xxxx" MMC olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. 2019-cu il tarixdə Kamran Şükür-zadə ilə mühasibatlıq və vergi sahəsində xidmət göstərilməsi üçün xidmət müqaviləsi bağlamış, bununla əlaqədar olaraq, o, Zərərçəkmiş şəxs2 şirkətinin rəhbəri Nümayəndə2 xidmət göstərilməli olmuş, həmin dövlərdə o, şirkətin təsisçisi kimi fəaliyyət göstərməmiş, hətta həmin dövrlərdə qeyri-rəsmi işçi kimi şirkətdə fəaliyyət göstərmişdir. 2022-ci ilin noyabr və ya dekabr aylarında onlara məlum olmuşdur ki, şirkətin adına kredit götürülmüşdür. Aparılan araşdırmalardan sonra müəyyən edilmişdir ki, həmin kredit Təqsirləndirilən şəxs tərəfindən götürülmüşdür. Yəni, Təqsirləndirilən şəxs qeyri-qanuni şəkildə direktorun adına olan imzanı saxtalaşdıraraq banka təqdim edib kredit əldə etmişdir. Zərərçəkmiş şəxs2 şirkəti tərəfindən daxili audit həyata keçirildikdə şirkətdə xeyli miqdarda mənimsəmənin baş verdiyi aşkarlanmış, auditin hesablamasına görə 69000 manata qədər pul şirkətdən mənimsənilmiş, lakin bankdan götürülən kredit isə faizsiz şəkildə 49000 manat təşkil etmiş, belə olan halda Təqsirləndirilən şəxslə danışıqlar aparmağa çalışmış, lakin heç bir nəticə əldə edə bilməmişdir. Hətta daha sonra eşitmişdir ki, müqavilə bağladığı Kamran Şükür-zadə ölkəni tərk etmişdir. Şahid1 həmçinin bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 şirkətinin təsisçisi olmuş, danışarkən Təqsirləndirilən şəxs ehtiyacları olduğuna görə belə bir əməl törətdiyini və borcu tezliklə bağlayacağını bildirmiş, Təqsirləndirilən şəxs onlara demişdir ki, krediti “X18” şirkətinin adına götürmüş və bütün vəsait şirkətin balansında olmuşdur. Kamran Şükürzadə onlara Təqsirləndirilən şəxs yalan dediyini demiş, şirkətinin balansında pul olmadığını bildirmişdir. Şahid1 dindirilərkən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid1 söylədikləri doğrudur, bütün pullar ona çatmış və hadisədən Kamran Şükürzadənin heç bir məlumatı olmamışdır. Məhkəmədə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həm təsisçisi, həm də qanuni təmsilçisi, yəni direktoru olmuş, həmin şirkət müştərilərə reklam xidmətləri göstərmişdir. Zərərçəkmiş şəxs1 direktoru Nümayəndə1 onun dostu olmuş, Təqsirləndirilən şəxs Nümayəndə1 işçisi, yəni Zərərçəkmiş şəxs1 mühasibi kimi tanımışdır. Mühasibatlıq işlərinin görülməsinə ehtiyac yarandığı üçün Nümayəndə1 məsləhəti ilə Yavərlə razılaşaraq xidmət müqaviləsi bağlamışdır. Həmin xidmət müqaviləsinə görə, Yavər şirkətə vergi və mühasibat uçotu ilə bağlı işlər görməli olmuş, buna görə də, şirkətin bütün sənədlərini, bank hesabını, eləcə də öz adına olan şirkətin internet bankçılıq və digər elektron hesablarına bağlı ***-***-**-** nömrəli "xxxx" simkartını Yavərə etibar etmiş və ona təhvil vermişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətində olmaqla yalnız bir ədəd bank hesabı olmuşdur (hesabın nömrəsi: AZ94RBTA********************). 2023-cü ilin sentyabr ayının ortalarında o, X33-zadənin şirkətindən külli miqdarda pul mənimsədiyini öyrənmişdir. Bundan sonra, Yavərlə əlaqə saxlaya bilməmiş və onu görməmişdir. Buna görə də, dərhal müraciət edərək öz adına olan ***-***-**-** nömrəli "xxxx" simkartının dublikatını əldə etmiş, o, Yavərlə mühasibat işlərinin görülməsi barədə xidmət müqaviləsi bağlamışdır. Həmin müqavilənin tarixini xatırlamamış, Yavər bağladıqları xidmət müqaviləsinin onda qalan nüsxəsini, eləcə də, ona məxsus ***-***-**-** nömrəli "xxxx" simkartını şirkətin ofisindən götürüb özü ilə aparmışdır. Həmin müqavilə Yavərdə olmuşdur. O, Ramil Musaevi tanımamış və onun kim olduğunu bilməmişdir. Həmin tarixdə Yavərin Ramil adlı şəxsin hesabından şirkətin hesabına 14635,00 manat pul köçürməsi barədə heç bir məlumatı olmamış, Yavər bu barədə ona heç bir şey deməmişdir. Sonradan, təxminən 2023-cü ilin sentyabr ayında aşkar etmişdir ki, Yavər Ramil adlı şəxsin bank hesabından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına 14635,00 manat pul köçürmüş, daha sonra isə həmin məbləği "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabından Zərərçəkmiş şəxs1 bank hesabına köçürmüşdür. Yavərin həmin pul vəsaitlərini hara xərcləməsini konkret olaraq bilməmiş, Yavərin həmin pulla Zərərçəkmiş şəxs1ndə mənimsədiyi çatışmazlığı ödədiyini düşünmüşdür. Ödəmələrdə müəyyən gecikmələr olsa da, ona məxsus "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabında heç bir çatışmazlıq aşkar edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə elan edilməklə tədqiq edilmiş ifadələrlə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Nümayəndə1 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-ci il tarixli, 3005 nömrəli ərizədən görünür ki, "xxxx" nəqliyyat şirkətinin mühasibi işləyən Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində şirkətin DSMF və vergi ödənişlərini müxtəlif yollarla ödəməyərək şirkətin borclarının yaranmasına səbəb olmuşdur. (Cild 1, iş vərəqi 8) xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Nümayəndə1 ünvan 13 ünvanında yerləşən hadisə yerini göstərərək "xxxx" nəqliyyat şirkətinin mühasibi işləyən Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində şirkətin DSMF və vergi ödənişlərini müxtəlif yollarla ödəməyərək şirkətin borclarının yaranmasına səbəb olduğunu bildirmişdir. (Cild 1, iş vərəqi 10-11) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 17) X10 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, 07 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun "xxxx"-sından istifadə edərək "xxxx" ASC-dən fiziki şəxs kimi 24270 manat kredit götürərək həmin pulları başqa şirkətlərin hesablarına köçürməklə ələ keçirmişdir. (Cild 1, iş vərəqi 23) xx.xx.2023-cü il tarixli Auditor hesabından görünür ki, 01 yanvar 2023-cü il tarixdən 26 sentyabr 2023-cü il tarixədək olan dövr ərzində fəaliyyəti zamanı "xxxx" MMC-də baş mühasib vəzifəsində işləyən Təqsirləndirilən şəxs həmin cəmiyyətin rəhbərliyinin ona olan etibarından sui-istifadə edərək, internet bankinq vasitəsi ilə, "xxxx"-dan istifadə etməklə cəmiyyət tərəfindən hesablanmış və ona çatası əmək haqqı məbləğindən əlavə olaraq 70269,75 manat məbləğində pul vəsaitini cəmiyyətin bank hesablarından qanunsuz olaraq özünün "xxxx" ASC və "xxxx" ASC-də olan əmək haqqı üzrə plastik kart hesablarına köçürmüşdür. Qeyd olunan köçürmələr zamanı "xxxx" MMC-yə əlavə olaraq bank xidmət haqqı qismində 510,40 manat məbləğində ziyan vurulmuşdur. Auditor yoxlamasının nəticəsində müəyyən edilmiş, Təqsirləndirilən şəxs tərəfindən qeyri-qanuni yolla "xxxx" MMC-nin bank hesablarından özünün əmək haqqı üzrə plastik kart hesablarına köçürülmüş 70269,75 manat və həmin köçürmələrə görə bank tərəfindən tutulmuş xidmət haqqı 510,40 manat, ümumilikdə 70780,15 (Yetmiş min yeddi yüz səksən manat on beş qəpik) manat məbləğində "xxxx" MMC-nin təsisçisinə məxsus pul vəsaiti Təqsirləndirilən şəxs tələb olunmalıdır. Audit yoxlaması zamanı müəyyən olunmuş faktlara hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. (Cild 1, iş vərəqi 29-33) xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə "xxxx" MMC tərəfindən baş mühasib kimi işə götürülmüşdür. (Cild 1, iş vərəqi 41) "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci ildən etibarən cəmiyyətin Asan imza nömrəsi Təqsirləndirilən şəxs olmuşdur. (Cild 1, iş vərəqi 43) "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 07/02-22 saylı əmrindən görünür ki, həmin müəssisədə “baş mühasib” vəzifəsinə təyin olunan Təqsirləndirilən şəxs bütün bank əməliyyatları, vergi və mühasibat uçotunun aparılmasının təmin edilməsi məqsədilə Asan imza nömrəsindən tam istifadə səlahiyyəti verilmiş, Asan imza nömrəsi fiziki və funksionallıq baxımından yalnız Təqsirləndirilən şəxs öhdəliyində sayılmışdır. (Cild 1, iş vərəqi 44) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.02024-cü il tarixli, 9/9239 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi, "xxxx" MMC-nin direktoru Nümayəndə1 07/02-22 saylı əmri (müəssisənin “Baş mühasib” vəzifəsinə təyin olunan Təqsirləndirilən şəxs bütün bank əməliyyatları, vergi və mühasibat uçotunun aparılmasının təmin edilməsi məqsədi ilə Asan imza nömrəsindən tam istifadə səlahiyyətinin verilməsi və Asan imza nömrəsi fiziki və funksionallıq baxımından yalnız onun öhdəliyində sayılması) və "xxxx" MMC-nin işçilərinin əmək haqlarının ödənilməsinə dair cədvəl məlumatları nəzərə alındıqda, baş mühasib Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 9 ay müddətinə 4063,50 manat məbləğində əmək haqqı ödənilməli olduğu halda həmin MMC-nin "xxxx" ASC-də olan cari və ssuda hesablarından çıxarış məlumatlarına, "xxxx" ASC-də olan cari hesabından çıxarış məlumatlarına, ödəniş tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs kart hesabına 73458,25 manat məbləğində əmək haqqı ödənişi aparmaqla 69394,75 manat məbləğində artıq əmək haqqı ödənişinin olması müəyyən edilir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 9 ay müddətinə ödənilməli 4063,50 manat məbləğində əmək haqqı kart hesabına köçürülməsinə görə bank tərəfindən "xxxx" MMCdən 32,51 manat xidmət haqqı tutulmalı idi. Lakin ödənilmiş əmək haqqı məbləği 73458,25 manat məbləğində olduğu üçün həmin əmək haqqına görə 536,27 manat xidmət haqqı tutulmuş və nəticədə MMC-dən 503,76 manat məbləğində artıq xidmət haqqı tutulmuşdur. (Cild 1, iş vərəqi 178-182) xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, "xxxx" MMC (hüquqi ünvanı: AZ1001, ünvan 15 şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 4; VÖEN: **********) həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 197-198) xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında” qərardan görünür ki, həmin tarixdə Nümayəndə1 "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. (Cild 1, iş vərəqi 204-205) xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, X20 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 2, iş vərəqi 113-114) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********911800 nömrəli məktubundan görünür ki, dövlət reyestrində Təqsirləndirilən şəxs (VOEN **********) və Şükür-X11 (VÕEN **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olmaları, Təqsirləndirilən şəxs “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÕEN **********) və Şükür- X11 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) rəhbəri olmaları və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud olmuşdur. (Cild 3, iş vərəqi 18-19) xx.xx.2024-cü il tarixli “Disklərin baxışının aparılması haqqında” protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş 22 aprel 2024-cü il tarixli, 2024/111/10471 nömrəli məktuba əlavə edilmiş iki ədəd disk ağ rəngli kağız zərfə yerləşdirilmiş, qara rəngli qələmlə birinci diskin üzərində “22 aprel 2024-cü il, 2024/111/10471” və “Hesablardan çıxarışlar”, ikinci diskin üzərində “22 aprel 2024-cü il, 2024/111/10471” və “Görüntülər” yazıları yazılmış, üzərində “Hesablardan çıxarışlar” yazılmış diskə baxış zamanı həmin diskdə “2024-6085” adlı bir ədəd qovluq olmuş, həmin qovluqda “Təqsirləndirilən şəxs” və “ŞÜKÜR-ZADƏ KAMRAN” adlı iki ədəd qovluq olmuş, “Təqsirləndirilən şəxs” adlı qovluqda Təqsirləndirilən şəxs adına "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesablardan çıxarışları əks etdirən “********************.rtf”, “********************.rtf”, “********************.rtf”, “********************. rtf”, “********************.rtf”, “********************.rtf”, “********************.rtf”, “********************.rtf”, “********************.rtf”, “********************.rtf” adlı fayllar olmuş, “ŞÜKÜR-ZADƏ KAMRAN” adlı qovluqda Şükür-X11 "xxxx" Açıq Səhmdar Cəmiyyətində adına olan hesablardan çıxarışları əks etdirən “********************.rtf”, “********************.rtf”, “********************.rtf” adlı fayllar olmuş, həmin diskdə cinayət işi üzrə əhəmiyyət kəsb edən digər hər hansı məlumat müəyyən edilməmiş, üzərində “Görüntülər” yazılmış ikinci diskin baxışı zamanı həmin diskdə “Baki sh Nerimanov ray Prokurorlugu BR4342564 2024-6085” adlı bir ədəd qovluq olmuş, həmin qovluqda “X34” adlı bir ədəd qovluq olmaqla qeyd olunan qovluqda Təqsirləndirilən şəxs 416973*******0131 nömrəli bank kartından 09 mart 2023-cü il, 10 mart 2023-cü il, 11 mart 2023-cü il, 19 mart 2023-cü il, 20 mart 2023-cü il, 08 aprel 2023-cü il, 13 aprel 2023-cü il, 06 may 2023-cü il, 01 iyun 2023-cü il, 20 iyun 2023-cü il, 30 iyun 2023-cü il, 01 iyul 2023cü il, 16 iyul 2023-cü il, 18 iyul 2023-cü il, 03 avqust 2023-cü il və 04 avqust 2023-cü il tarixlərdə, 510307******4858 nömrəli bank kartından 27 mart 2023-cü il, 31 mart 2023-cü il, 10 aprel 2023-cü il, 15 aprel 2023-cü il, 23 aprel 2023-cü il, 28 aprel 2023-cü il, 29 aprel 2023-cü il, 18 may 2023-cü il 19 may 2023-cü il 27 may 2023-cü il, 29 may 2023-cü il, 10 iyun 2023-cü il, 15 iyun 2023-cu il, 09 iyul 2023-cü il, 05 avqust 2023-cü il və 09 avqust 2023-cü il tarixlərdə, ********** nömrəli bank kartından 09 avqust 2023-cü il, 10 avqust 2023-cü il, 12 avqust 2023-cü il, 15 avqust 2023-cu il, 24 avqust 2023-cü il, 29 avqust 2023-cü il, 12 sentyabr 2023-cü il, 14 sentyabr 2023-cü il, 16 sentyabr 2023-cü il, 17 sentyabr 2023-cü il və 22 sentyabr 2023-cü il tarixlərdə müxtəlif bankomatlarda pul nağdlaşdırmasını əks etdirən görüntülər olması müəyyən edilmiş, həmin diskdə cinayət işi üzrə əhəmiyyət kəsb edən digər hər hansı məlumat müəyyən edilməmişdir. (Cild 3, iş vərəqi 120-121) Bakı şəhəri İcra Hakimiyyətinin 68 saylı Mənzil-kommunal İstismarı Sahəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. (Cild 4, iş vərəqi 14) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 xx.xx.2024-cü il tarixli, 1058 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən ziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Situativlik, eqosentrizm, laqeydlik kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olmayaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilmiş əməlləri törədərkən psixi-emosional vəziyyətində iş üçün kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. (Cild 1, iş vərəqi 148-151) xx.xx.2024-cü il tarixli “Disklərin baxışının aparılması haqqında” protokoldan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daxil olmuş 24 may 2024-cü il tarixli, 2024/111/14113 nömrəli məktuba əlavə edilmiş iki ədəd disk ağ rəngli kağız zərfə yerləşdirilmişdir. Qara rəngli qələmlə birinci diskin üzərində “24 may 2024-cü il”, “2024/111/14113” və “Hesablardan çıxarışlar”, ikinci diskin üzərində “24 may 2024 cü il”, “2024/111/14113” və “Görüntülər” yazıları yazılmış, üzərində “Hesablardan çıxarışlar” yazılmış birinci diskin baxışı aparılmış, həmin diskdə “2024-9153 NƏRİMANOV RAYON PROKURORLUĞU Təqsirləndirilən şəxs” adlı bir ədəd qovluq olmuş, həmin qovluqda "xxxx" Açıq Səhmdar Cəmiyyətində Təqsirləndirilən şəxs adına olan hesablardan çıxarışları əks etdirən “********************.rtf”, “********************.rtf”, “********************.rtf”, “********************.rtf”, “********************.rtf”, “********************.rtf”, “********************.rtf”, “********************.rtf”, “********************.rtf” adlı, Şükür-X11 adına olan hesablardan çıxarışları əks etdirən “********************.rtf”, “********************.rtf”, “********************.rtf” adlı, Şahid2 adına olan hesablardan çıxarışları əks etdirən “410100F**********299.rtf”, “410100F**********299.rtf”, “410200G**********142.rtf”, “********************.rtf”, “********************.rtf”, “410100F**********299.rtf”, “410100G**********299.rtf”, “********************.rtf”, “********************.rtf”, “********************.rtf”, “410100F**********299.rtf”, “410120F**********299.rtf”, “********************.rtf”, “********************.rtf” adlı faylların olması müəyyən edilmiş, həmin diskdə cinayət işi üzrə əhəmiyyət kəsb edən digər hər hansı məlumat müəyyən edilməmişdir. Üzərində “Görüntülər” yazılmış ikinci diskin baxışı aparılmış, həmin diskdə “Nerimanov prokurorluq BR4442273 2024-9153” adlı bir ədəd qovluq olmuş, həmin qovluqda “X34” və “X24” adlı iki ədəd qovluq olmuş, “X34” adlı qovluqda Təqsirləndirilən şəxs 416973******0131 nömrəli bank kartından 09 mart 2023-cü il, 10 mart 2023-cü il, 11 mart 2023-cü il, 19 mart 2023-cü il, 20 mart 2023-cü il, 08 aprel 2023-cü il, 13 aprel 2023cü il, 06 may 2023-cü il, 01 iyun 2023-cü il, 20 iyun 2023-cü il, 30 iyun 2023-cü il 01 iyul 2023-cü il, 16 iyul 2023-cü il, 18 iyul 2023-cü il, 03 avqust 2023-cü il va 04 avqust 2023-cü il tarixlərdə, 510307******4858 nömrəli bank kartından 27 mart 2023-cü il, 31 mart 2023-cü il, 10 aprel 2023-cü il, 12 aprel 2023-cü il, 13 aprel 2023-cü il, 15 aprel 2023-cü il, 23 aprel 2023-cü il, 28 aprel 2023-cü il, 29 aprel 2023-cü il, 18 may 2023-cu il, 19 may 2023-cü il, 27 may 2023-cü il, 29 may 2023-cü il, 10 iyun 2023-cü il, 15 iyun 2023-cü il, 09 iyul 2023cü il, 05 avqust 2023-cü il və 09 avqust 2023-cu il tarixlərdə, 510307******9323 nömrəli bank kartından 09 avqust 2023-cü il, 10 avqust 2023-cü il, 12 avqust 2023-cü il, 15 avqust 2023-cü il, 24 avqust 2023-cü il, 29 avqust 2023-cu il, 12 sentyabr 2023-cü il, 14 sentyabr 2023-cü il, 16 sentyabr 2023-cü il, 17 sentyabr 2023-cü il ve 22 sentyabr 2023-cü il tarixlərdə müxtəlif bankomatlarda pul nağdlaşdırmasını əks etdirən görüntülər olmuş, “X24” adlı qovluqda Şahid2 416973******2495 nömrəli bank kartından 14 sentyabr 2023cü il, 21 sentyabr 2023-cü il, 09 noyabr 2023-cü il, 13 noyabr 2023-cü il, 15 noyabr 2023cü il, 06 dekabr 2023-cü il, 17 dekabr 2023-cü il, 08 yanvar 2024-cü il və 23 aprel 2024-cü il tarixlərdə müxtəlif bankomatlarda pul nağdlaşdırmasını əks etdirən görüntülərin olması müəyyən edilmiş, həmin diskdə cinayət işi üzrə əhəmiyyət kəsb edən digər hər hansı məlumat müəyyən edilməmişdir. (Cild 4, iş vərəqi 157-158) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertizası Mərkəzi” X21 xx.xx.2024-cü il, 9/2306 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi, "xxxx" MMC-nin direktoru Nümayəndə1 07/02-22 saylı əmri (müəssisənin "Baş Mühasib vəzifəsinə təyin olunan Təqsirləndirilən şəxs bütün bank əməliyyatları, Vergi və mühasibat uçotunun aparılmasının təmin edilməsi məqsədi ilə Asan imza nömrəsindən tam istifadə səlahiyyətinin verilməsi və Asan imza nömrəsi fiziki və funksionallıq baxımından yalnız onun öhdəliyində sayılması) və "xxxx" MMC-nin işçilərinin əmək haqqlarının ödənilməsinə dair cədvəl məlumatları nəzərə alındıqda, baş mühasib Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (sualda göstərilən tarixlər), yəni 9 ay müddətinə 4063,50 manat məbləğində əmək haqqı ödənilməli olduğu halda həmin MMC-nin "xxxx" ASC-də olan cari və ssuda hesablarından çıxarış məlumatlarına, "xxxx" ASC-də olan cari hesabından çıxarış məlumatlarına, ödəniş tapşırıqlarına əsasən Təqsirləndirilən şəxs kart hesabına 73458,25 manat məbləğində əmək haqqı ödənişi aparmaqla 69394,75 manat məbləğində artıq əmək haqqı ödənişinin köçürülməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (sualda göstərilən tarixlər), yəni 9 ay müddətinə ödənilməli 4063,50 manat məbləğində əmək haqqının kart hesabına köçürülməsinə görə bank tərəfindən "xxxx" MMC-dən 32,51 manat xidmət haqqı tutulmalı olmuş, lakin ödənilmiş əmək haqqı məbləği 73458,25 manat məbləğində olduğu üçün həmin əmək haqqına görə 536,27 manat xidmət haqqı tutulmuş və nəticədə MMC-dən 503,76 manat məbləğində artıq xidmət haqqı tutulmuşdur. Zərərçəkmiş şəxs2 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli, M-01/19 saylı mühasibat, vergi və kadr xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə təqdim edilmiş Zərərçəkmiş şəxs2 MMC-nin və "xxxx" MMC-nin "xxxx" ASC-də olan cari hesablarından çıxarış məlumatlarına və göstərilmiş xidmətin elektron qaimələrinə əsasən xx.xx.2020-ci il tarixdən (etibarnamənin tarixi) xx.xx.2023-cü il tarixədək (sualda göstərilən tarix) 43740,86 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs2 MMC-dən “X18” MMC-yə artıq köçürülməsi müəyyən edilmiş, o cümlədən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Zərərçəkmiş şəxs2 MMC-dən "xxxx" MMC-yə köçürülən məbləğ 91212,00 manat, elektron qaimələrinə əsasən göstərilmiş xidmət 21263,14 manat, “X18” MMC-dən Zərərçəkmiş şəxs2 MMC-yə geri qaytarılan məbləğ 26208,00 manat (91212,00-21263,14- 26.208,00=43740,86), Zərərçəkmiş şəxs2 MMC-dən “X18” MMC-yə artıq köçürülmüş məbləğ 43740,86 manat olmuşdur. Zərərçəkmiş şəxs1ndə Təqsirləndirilən şəxs kart hesabına artıq əmək haqqı ödənişlərinin aprılmasına görə və Zərərçəkmiş şəxs2 bank hesabından “X18” Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına artıq köçürmələrin aparılmasına görə kimlərin maddi məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata istintaq orqanı tərəfindən qiymət verilməli olması müəyyən edilmişdir. (Cild 4, iş vərəqi 164-176) xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 (hüquqi ünvanı: AZ1065, ünvan 17: AZ1065, ünvan 18zi, İİ korpus, 16-cı mərtəbə; VÖEN: **********) ********* nömrəli cinayət işi üzrə həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 4, iş vərəqi 209-210) xx.xx.2024-cü il tarixli “Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin tanınması haqqında” qərardan görünür ki, Nümayəndə2 həmin tarixdə Zərərçəkmiş şəxs2 nümayəndəsi qismində tanınmışdır. (Cild 4, iş vərəqi 214-215) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/910 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" ASC ilə Nümayəndə2 arasında olan 23 noyabr 2021-ci il tarixli DG**********017 nömrəli zaminlik müqaviləsinin birinci və ikinci vərəqlərinin aşağı sağ künclərindəki imzalar və “Nümayəndə2” əlyazmaları, üçüncü vərəqində sağ tərəfindəki “(imza)” qrafasındakı imza və “Nümayəndə2 Oktay oğlu” əlyazmaları - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. (Cild 5, iş vərəqi 187-190) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hazırki cinayət işindən Şükür-X11 barəsində Zərərçəkmiş şəxs2nə məxsus pul vəsaitlərinin ələ keçirilməsi xüsusatı üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 179.2.1-ci, 179.2.3-cü, 179.2.4-cü, 308.2-ci və 313-cü maddələri ilə cinayət işinin ayrıca icraata ayrılması qərara alınmış, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər istintaq sənədlər sübut kimi qiymətləndirilib cinayət işinə əlavə edilmişdir. (Cild 6, iş vərəqi 1-81) xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 179.3.2-cü, 32,3, 308.2-ci, 308.2-ci, 313-cü, 320.1-ci və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (Cild 6, iş vərəqi 86-94) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 179.3.2-ci, 32.3,308.2-ci, 308.2-ci, 313-cü, 320.1-ci və 320.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü maddələrinə əsasən, CM-in 178.1-ci maddəsində qeyd olunmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət tərkibi yaradır. Həmin əməl az ağır cinayət hesab edilməklə, maddənin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə, həmin Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Ali Məhkəmə Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Cinayət Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talandıqda cinayət məsuliyyətini yaradır. Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət tərkibini yaradır. Həmin əməl ağır cinayət hesab edilməklə, maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Sözügedən Plenum qərarının 21-ci bəndinə əsasən, məhkəmələrə izah edilmişdir ki, dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-nin 179cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxış edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). CM-in 32.3-cü maddəsindən görünür ki, cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən, vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda cinayət məsuliyyətini yaradır. Cinayət Məcəlləsinin 308.2-ci maddəsinə əsasən isə, həmin Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə cinayət tərkibi yaranmış hesab olunur. Həmin əməl az ağır cinayət hesab edilməklə, maddənin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinə əsasən həmin Məcəllənin 33-cü (korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər) fəslinin maddələrində “vəzifəli şəxs” dedikdə hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri, beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, arbitrajların xarici və ya yerli arbitrləri, xarici və ya yerli andlı iclasçılar başa düşülür. Qulluq mənafeyi əleyhinə olan cinayətlər yalnız şəxsin vəzifə səlahiyyətlərindən suiistifadə etməsi yolu ilə törədilə bilər. Məhz bu baxımdan vəzifə səlahiyyətlərindən suiistifadə cinayətlərinin tərkibinin açıqlanması böyük əhəmiyyət kəsb edir. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyekti dövlət, yerli özünüidarə orqanlarının, kommersiya və qeyri-kommersiya təşkilatlarının normal fəaliyyətidir. Əlavə obyekt qismində fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi və əməllə nəticə arasında səbəbli əlaqənin olması kimi zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur. CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən suiistifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyrikommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-in 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin subyekti yalnız vəzifəli şəxs ola bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sözügedən Plenum qərarının nəticəvi hissəsindən görünür ki, Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə, qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar. Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə görə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma cinayət məsuliyyəti yaratmaqla, maddənin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə tutulmuşdur. Cinayət Məcəlləsinin 320.2-ci maddəsi isə həmin Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayət tərkibini yaratmaqla, maddənin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 320.1-ci və 320.2-ci maddələrində göstərilən əməllər böyük ictimai təhlükə törətməyən əməllərdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2019-cu il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Cinayətin predmetini isə hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənədlər, dövlət təltifləri, möhürlər, ştamplar və blanklar təşkil edir. Bu əməlin predmetini təşkil edən rəsmi sənədin anlayışının və əlamətlərinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, sənədlərin idarəetmədəki əhəmiyyəti, sənəd dövriyyəsi sahəsinin genişlənməsi, yeni növ sənədlərin, o cümlədən elektron sənədin əmələ gəlməsi, cinayət qanununda rəsmi sənəd anlayışının və əlamətlərinin açıqlanmaması cinayətin tövsifində müəyyən çətinliklər yaradır. Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Beləliklə, rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, digər istintaq hərəkəti protokollarını, əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X20, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə2, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, şahidlər Şahid2 və Şahid1 dindirilmişlər. İttiham tərəfinin digər şahidi, yəni Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, onun iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclasları bir neçə dəfə təxirə salınmışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə məhkəməyə müraciət edib Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi razı olduğunu, həmin şəxsin məhkəmə iclasında iştirakına zərurət olmadığını bildirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 337.2-ci maddəsinə əsasən, müdafiə tərəfi cinayət işini başlamış şəxs tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş və ya təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, qanuni nümayəndəsinin, habelə mülki cavabdehin və ya onun nümayəndəsinin vəsatəti əsasında məhkəməyə təqdim edilmiş, lakin məhkəmədə hələ ki baxılmamış sübutların tədqiq edilməsindən imtina etmək hüququndan istifadə etdiyindən və belə imtina hər bir halda məhkəmə tərəfindən qəbul olunmalı olduğundan, Şahid3 məhkəmə iclasında dindirilməsindən imtinası məhkəmə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 10-cu bəndinə əsasən, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Sözügedən Plenum qərarının 12-ci bəndinə əsasən, şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-in 327, 329-cu maddələri ilə yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacibdir. Məhkəmə qeyd edir ki, Şahid3 məhkəmə iclasında iştirakının təmin olunması məqsədilə kifayət qədər səy göstərməsinə baxmayaq həmin şəxsin məhkəmə iclasında iştirakı təmin edilə bilməmişdir. İttihamın yalnız və həlledici şəkildə məhkəmədə dindirilməyən Şahid3 verməsi üçün kifayət edən sübutların mövcudluğu nəzərə alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin şahidi dindirmək imkanından məhrum olunmasından irəli gələn müdafiə tərəfinin üzləşdiyi çətinliklərinin kompensasiya edilməsi üçün məhkəmənin tarazlaşdırıcı tədbirlər görmüş və Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəmə iclasında sərbəst şəkildə öz iradə ifadəsini söyləyib Şahid3 məhkəmə iclasına gəlməsinə zərurət olmadığını və həmin şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə razılaşdığını bildirmişdir. Odur ki, məhkəmə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini məhkəmə iclasında elan etmiş və digər sübutlarla birgə tədqiq etmişdir. Məhkəmə bir halı qeyd etməyi zəruri bilir ki, təqsirləndirilən şəxs ona verilmiş ittihamda X16 oğlu ilə hər hansı əlbirliyinin olmadığını desə də, bu, cinayət işinin materialları, digər sübutlar və işin faktiki halları ilə təkzib edildiyindən, təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli verdiyi ifadəsi kimi qəbul olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyindən, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi digər sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təsdiq edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 179.3.2-ci, 32.3,308.2-ci, 308.2-ci, 313-cü, 320.1-ci və 320.2-ci maddələri ilə tövsif edilmiş, onun ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 179.3.2-ci, 32.3,308.2-ci, 308.2-ci, 313-cü, 320.1-ci və 320.2-ci maddələri ilə olan cinayət əmələrini törətməsini tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 179.3.2-ci, 32.3,308.2-ci, 308.2-ci, 313-cü, 320.1-ci və 320.2-ci maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 179.3.2-ci, 32.3,308.2-ci, 308.2-ci, 313-cü, 320.1-ci və 320.2-ci maddələri ilə təqsirli bilinməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət Məcəlləsinin 75.2-ci maddəsinin tələbinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında cinayət-prosessual hərəkətlərin aparılması, cinayət-prosessual qərarların qəbul və icra edilməsi həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayətprosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir. Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinin tələbinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələbinə əsasən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, CPM-in 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə qeyd edir ki, CM-in 320.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan, həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törədildiyi andan 2 il keçdikdə təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Təqsirləndirilən şəxs irəli sürülmüş CM-in 320.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulmuş ittiham üzrə 2 ildən artıq müddət keçdiyindən, o, törətdiyi əməlda təqsirli bilinməsinə baxmayaraq, cəza təyin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 179.3.2-ci, 32.3,308.2-ci, 308.2-ci, 313-cü, 320.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 179.3.2-ci, 32.3,308.2-ci, 308.2-ci və 313-cü maddələri ilə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” xx.xx.2013-cü il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarlarındakı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Dələduzluq cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli və “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində qeyd olunmuş halları nəzərə alıb Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsini də həll etmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.14-cü maddələrinə əsasən təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq dövründə cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq qismən ödəməsi və azaldılmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı davranışını, müsbət xarakterizə edilməsini, əvvəllər məhkum olunmamasını, səmimi peşmanlığını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini qeyd edir. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 179.3.2-ci, 32.3,308.2-ci, 308.2-ci və 313-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 179.3.2-ci, 32.3,308.2-ci, 308.2-ci, 313-cü, 320.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.1-ci və 320.2ci maddələri ilə cəza təyin edilməməli, təqsirli bilindiyi digər maddələrə görə isə ona Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinin tələblərinə uyğun şəkildə qəti cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmamış, o, həbsdə olmamışdır. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı çəkmək üçün cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlər kimi təsnif edilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 10 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, həbs olunmalı və üzərinə həbs qoyulmuş əmlak yoxdur. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 482 (dörd yüz səksən iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiaya dair məhkəmənin mövqeyi: Belə ki, Zərərçəkmiş şəxs3 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək vurulmuş maddi ziyanın əvəzi olaraq ümumilikdə 25108,54 (iyirmi beş min yüz səkkiz manat, əlli dörd qəpik) manat və ödənilmiş 166 (bir yüz altmış altı) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə baxış iclasında zərərçəkmiş şəxs tərəfindən təqdim edilən mülki iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsini müzakirə edərək icraata qəbul etmiş, müvafiq mülki iddiaya münasibətdə Zərərçəkmiş şəxs3 mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə müvafiq mülki iddiaya münasibətdə mülki cavabdeh qismində tanınmışlar. Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Cinayət-Prosessual Məcəlləsinin 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 185 və 354-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməli, hökmdə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, və ya iddianın rədd edilməsi, yaxud iddianın baxılmamış saxlanması barədə qərarlardan birini qəbul etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, müvafiq mülki iddia cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun, vaxtında yazılı formada verilmiş, cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilmiş, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq Plenum qərarına əsasən, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxs və mülki Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilməli, maddi zərərin əvəzi kimi 24270 (iyirmi dörd min iki yüz yetmiş) manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 166 (bir yüz altmış altı) manat olmaqla, cəmi 24436 (iyirmi dörd min dörd yüz otuz altı) manatməbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı X12 ödənilməlidir. Mülki iddia qalan hissədə baxılmamış saxlanılmalı, mülki iddiaçı X12 mülki qaydada iddia vermək hüququ izah edilməlidir. Məhkəmə, Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 482 (dörd yüz səksən iki) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 179.3.2-ci, 32.3,308.2-ci, 308.2-ci, 313-cü, 320.1-ci və 320.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.3,308.2-ci və 308.2-ci maddələri ilə 01 (bir) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında mühasibatlıq sahəsi üzrə fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 01 (bir) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında mühasibatlıq sahəsi üzrə fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında mühasibatlıq sahəsi üzrə fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1-ci və 320.2ci maddələri ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 iyul 2025-ci il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 482 (dörd yüz səksən iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı X10 mülki iddiası qismən təmin olunsun. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 24270 (iyirmi dörd min iki yüz yetmiş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 166 (bir yüz altmış altı) manat olmaqla, ümumilikdə 24436 (iyirmi dörd min dörd yüz otuz altı) manat pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı X12 ödənilsin. Mülki iddia qalan hissədə baxılmamış saxlanılsın. Mülki iddiaçı X12 mülki qaydada iddia vermək hüququ izah edilsin. İş üzrə maddi sübut, həbs olunmalı və xüsusi müsadirə edilməli olan əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(101)-535/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-535/2025
10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver