Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-536/2018 12.11.2018 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu X2 və X3 ibarət tərkibdə Məhkəmə iclas katibləri - X14 və X9, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, Zərərçəkmiş hüquqi şəxs- "xxxx" ASC-nin nümayəndəsi- Azərbaycan Respublikası Vəkillər kollegiyası fərdi fəaliyyət göstərən vəkil Nümayəndə Əbdüləli oğlu Müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər kollegiyası fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 və Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1985-ci ildə Yardımlı rayonunun Qabaqdibi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" ASC-nin «Yasamal filialı»nın əməliyyat şöbəsinin fiziki şəxslərlə iş üzrə məsləhətçi vəzifəsində işləmiş, Yardımlı rayonunun Qabaqdibi kəndində qeydiyyata olmaqla, ünvan 1 ünvanda yaşayan, əvvəllər məhkum olunmamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi fəaliyyətlə məşğul olan, ünvan 2 ünvanda qeydiyyatda olmaqla, ünvan 3nvanda yaşayan, əvvəllər məhkum olunmamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 öz tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək - bir qrup şəxs halında, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgəyə məxsus külli miqdarda əmlakı mənimsəmə yolu ilə talamış, habelə Təqsirləndirilən şəxs2 iştirakı ilə tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edilməsi ilə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 10 iyun 2013-cü ildən "xxxx" ASC-nin «Yasamal filialı»nın əməliyyat şöbəsinin fiziki şəxslərlə iş üzrə məsləhətçisi vəzifəsində işləməklə, faktiki olaraq əməliyyatçı-mütəxəssis vəzifəsi üzrə səlahiyyətləri icra edən məsul şəxs kimi, Bakı şəhər sakini Şahid2 ilə qeyd olunan bankın arasında bağlanmış 19 dekabr 2014-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında RM 579 saylı müqaviləyə əsasən 5 (beş) il müddətinə olmaqla illik 17 faiz dərəcəsi ilə, faiz məbləğlərinin əmanət müddətinin sonunda ödənilməsi şərti ilə "xxxx" ASC-nin Yasamal filialına əmanətə qoyduğu 80000 (səksən min) ABŞ dolları məbləğində pul vəsaitini talama məqsədilə, yaxın münasibətləri olduğu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşamaqla əlbir olub cinayət əlaqəsinə girərək, Şahid2 bu barədə məlumatı olmadığı və Təqsirləndirilən şəxs2 etibarnamə vermədiyi halda, "xxxx" ASC-nin «Yasamal» filialı üzrə 13.01.2015-ci il tarixli FJB**********423 nömrəli məxaric orderinin məzmununa, guya ki, müştəri Şahid2 tərəfindən həmin məbləğdə əmənətin Təqsirləndirilən şəxs2 qaytarılması barədə etibarnamənin mövcud olması barədə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil edib, həmin rəsmi sənəddə nəzarətçi Şahid3 imzasını icra etməklə saxtalaşdırıb onu Təqsirləndirilən şəxs2 vermiş, öz növbəsində Təqsirləndirilən şəxs2 13 yanvar 2015-ci il tarixdə qeyd olunan saxta məxaric orderi əsasında Bakı şəhəri, Yasamal rayonu İnşaatçilar prospekti 14 ünvanda yerləşən «Yasamal filialı»nın xəzinəsindən Şahid2 adına olan hesabdaki 80000 (səksən min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 62752 (altmış iki min yeddi yüz əlli iki) manat pul vəsaiti xəzinədən götürdükdən sonra isə razılaşmalarına əsasən həmin məbləği Təqsirləndirilən şəxs1 öz aralarında bölüb özlərinin şəxsi ehtiyaclarına xərcləmişlər. Bununla da Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə edib ona etibar olunmuş özgəyə məxsus qeyd edilən külli miqdarda əmlakı Təqsirləndirilən şəxs2lə birlikdə- bir qrup şəxs halında mənimsəməklə talamış, tamah niyyəti ilə vəzifə saxtakarlığı etmiş və öz növbəsində Təqsirləndirilən şəxs2 vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə etibar olunmuş özgəyə məxsus qeyd edilən külli miqdarda əmlakı bir qrup şəxs halında mənimsəmə yolu ilə talama və tamah niyyəti ilə vəzifə saxtakarlığı cinayətlərinin törədilməsində bilavasitə iştirak etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələrilə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Yardımlı rayonunun Qabaqdibi kəndində qeydiyyata olsa da, həmin iş üzrə həbs olunduğu vaxta qədər öz ailə üzvüləri ilə birlikdə Abşeron rayonunun Hökməli qəsəbəsində yaşamışdır. Onun özü ali təhsilli olmaqla 2010-cu ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin riyaziyyat fakültəsinin qiyabi şöbəsini bitirmişdir. Təhsil aldığı dövrdə, yəni 2008-ci ildən ünvan 6 ünvanda yerləşən ərzaq mağazasında menecer vəzifəsində işləmişdir. 10 iyun 2013-cü il tarixdə o, bağlanmış Əmək müqaviləsi əsasında "xxxx" ASC-nin Yasamal filialının əməliyyat şöbəsinin fiziki şəxslərlə iş üzrə mütəxəssisi vəzifəsinə təyin olunmuş, bundan təxminən bir il sonra isə həmin şöbənin aparıcı mütəxəssisi vəsifəsinə təyin edilmişdir. İş üzrə digər Təqsirləndirilən şəxs2lə o, 2008-ci ildə, yəni Bakı şəhəri, Ağa Nemətulla küçəsində yerləşən marketdə menecer vəzifəsində işləyən dövrdə tanış olmuşdur. Anar o zaman həmin mağazanın yaxınlığında yaşadığı və mağazanın müştərisi olduğuna görə onunla münasibətləri yaranmış və onlar dostluq etməyə başlamışlar. Lakin, son nəticədə Anar onun inamından istifadə edərək onu aldatmış və ona təzyiq göstərərək işlədiyi bank filialından onun adına 80000 ABŞ dolları pul çıxarılmasına nail olmuşdur. Buna isə o, Anara borcu olduğu və sonuncu ona hədə-qorxu gəldiyinə görə razılıq vermişdir. Belə ki, 2013-cü ilin yanvar ayında o, Anarla sonuncuya məxsus olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 7.5 sot torpaq sahəsini və orada olan birmərtəbəli yaşayış evini pulunu hissə-hissə ödəmək şərti ilə 25000 manata etibarnamə əsasında alması barədə danışıb razılaşmışdır. Həmin evə görə Anar ona etibarnamə vermiş, o isə 2013-cü ilin yanvar ayında ilkin olaraq Anara 8000 manat vermiş, 2013-cü ilin aprel ayında özünə etdiyi toydan yığılan 7500 manat pulu isə həmin evə görə Anara vermişdir. 2013-cü ilin iyun ayında o, həmin bank filialında işə düzəldikdən sonra Anar ondan qalan borcunu ödəməsini tələb edərək, ona təzyiqlər etməyə başlamışdır. Həmin vaxtdan etibarən Anar ona hədə-qorxu gəlməyə başlamış, borcunu tezliklə qaytarmayacağı halda ona satdığı evlə bağlı verdiyi etibarnaməni ləğv edəcəyini bildirmişdir. Bundan sonra o, təxminən 2013-cü ilin oktyabr ayında 10000 manat kredit götürmüş və həmin puldan 5000 manat pulu Anara vermiş və Anara evə görə təxminən 5000 manat borclu qalmışdır. Lakin, Anar evi ona ucuz qiymətə satdığını bildirərək, qalan 5000 manatdan da əlavə pul ödəməli olmasını demişdir. 2014-cü ilin dekabr ayında Anar ona öz xəstəliyi ilə bağlı təcili olaraq pul lazım olmasını demiş və borcunu ödəməsini tələb etmişdir. Onun özünün maddi çətinlikləri olduğuna görə Anara qalan borcunu ödəmək imkanı olmamışdır. Bu barədə ona dedikdə, Anar yenə ona təzyiq göstərməyə başlamışdır. Onu da bildirmək istəyir ki, həmin bankda işlədiyi dövrdə Anar onun işinin xüsusiyyətləri ilə maraqlanmış, o cümlədən bankda əmanət qoyuluşu və çıxarılışı ilə bağlı bank qaydalarını ondan soruşmuş, o isə o zaman Anara inandığına görə bu barədə ona məlumat vermişdir. 2014-cü ilin sonlarında o, Anara olan borcu ilə bağlı ona əlavə vaxt verməsini xahiş etdikdə, Anar ona hədə-qorxu qəlməkdə davam edərək, cinayətkar aləmdə özünün çoxlu dostları və tanışları olduğunu, bu kimi adamların vasitəsi ilə onun ailəsinə və onun özünə xələl gətirəcəyini bildirmiş və ondan lazım olan sənədləri saxta yolla düzəldib bankdan onun üçün pul çıxarmasını tələb etmişdir. O, əvvəlcə buna etiraz etsə də, Anardan çəkindiyinə görə onun təklifini qəbul etmişdir. Həmin dövrdə, yəni 2014-cü ilin dekabr ayında onun özünün uzaq tanışı olan Şahid2 işlədiyi həmin bank filialına beş il müddətinə olmaqla illik 17 faiz hesablanmaqla, lakin faiz məbləğlərinin əmanət müddətinin sonunda ödənilməsi şərti ilə 60000 və 80000 ABŞ dolları məbləğində iki ədəd əmanət qoymuşdur. Öz iş fəaliyyəti ilə bağlı pulun depozit hesaba qoyulması ilə bağlı mədaxil orderlərini o zaman onun özü tərtib etdiyinə görə bu barədə onun məlumatı olmuşdur. Bundan sonrakı dövrdə aralarında olan söhbət zamanı Anar bu barədə bilmiş və ondan təkidlə tələb etmişdir ki, mövcud olmayan etibarnamə əsasında və məxaric orderində nəzarətçinin imzasını saxtalaşdırmaqla Şahid2 adına olan 80000 ABŞ dolları pulu onun adına çıxartsın. O, əvvəlcə Anarın təklifi ilə razılaşmamış, lakin Anar yenə ona hədə-qorxu gələrək onun özünə və ailəsinə qarşı dostları vasitəsilə zor tətbiq edəcəyini bildirdiyinə görə onunla razılaşmışdır. Bundan bir neçə gün sonra, danışdıqları kimi 13 yanvar 2015-ci il tarixdə Təqsirləndirilən şəxs2 onun işlədiyi «Yasamal» filialına gələrək onun masasına yaxınlaşmış və onun özü əməliyyatçımütəxəssis olduğuna görə Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsindəki məlumatları və həmçinin Anarın ona dediyi, əslində isə mövcud olmayan, guya ki, Şahid2 Anara həmin əmanətin alınması üçün etibarnamə verdiyini, həmçinin həmin sənədin nömrəsini bank sistemində pulun alınması üçün məxaric orderinə yazıb daxil etmişdir. Sonra isə həmin məxaric orderini əməliyyatçı kimi öz adından imzalamış, sonra isə nəzarətçinin yerinə, yəni filialın baş mühasibin müavini Şahid3 əvəzinə də sonuncunun imzasına oxşar imza edərək, həmin sənədi Anara təqdim etmişdir. Bundan sonra Anar həmin sənədlə filialın zalında olan xəzinə pəncərəsinə, yəni kassaya yaxınlaşaraq həmin məxaric orderi əsasında 80000 ABŞ dolları, yəni həmin tarixə olan məzənnə üzrə 62500 manat pulu alaraq oradan çıxıb getmişdir. Onu da bildirmək istəyir ki, o zaman Anarla öz aralarında bu barədə danışıb razılaşarkən Anar həmin pulu bir ay müddətində ona qaytaracağını vəd etmişdir. Lakin, həmin vaxt keçdikdən sonra o, Anardan pulu geri tələb etmişdir ki, yenidən həmin adamın adına depozitə qoysun, lakin Anar hər dəfə müxtəlif bəhanələr gətirərək vaxt uzatmış və son nəticədə ona hədə-qorxu gələrək həmin pulu ona qaytarmayacağını bildirmişdir. Dəqiq tarix yadında deyil, lakin həmin ərəfələrdə Anar Rusiyaya gedib-gəlmiş və hər dəfə ona maddi imkanı olmadığını bildirmiş, ondan pulu tələb etdikdə isə, yenə ona hədə-qorxu gəlmişdir. Bununla bağlı Anarla onun arasında olan danışıqlar üç ilə yaxın vaxt çəkmişdir. Lakin, 2017-ci ilin oktyabr ayının sonlarında "xxxx" ASC-nin rəhbərliyi tərəfindən yeni şərtlərlə bağlı depozit hesabları olan müştərilərlə əlaqə saxlanılan zaman müştəri Şahid2 adına iki əmanət hesabı olmalı olduğu halda, sonuncunun adına yalnız 60000 ABŞ dolları məbləğində olan depozit hesabı olduğu aşkar edilmişdir. Şahid2 depozitə qoyduğu ikinci əmanəti, yəni 80000 ABŞ dolları məbləğində pulu almadığını bildirdiyi və sənədlər yoxlanılan zaman isə həmin depozit hesabdakı pulun qanunsuz verilməsi ilə bağlı məxaric orderinin onun tərəfindən tərtib olunduğu müəyyən olunmuşdur. O zaman bununla bağlı "xxxx" ASC-nin rəhbərliyi tərəfindən araşdırma aparılmış və o, hər şeyi etiraf edərək, həmin məbləğdə pulu qanunsuz yolla öz tanışı Təqsirləndirilən şəxs2 verdiyini, sonuncunun isə pulu qaytarmadığını bildirmiş və bu barədə yazılı izahat da vermişdir. O zaman, yəni 2017-ci ilin noyabr ayının əvvəllərində bank işçilərinin dəvəti ilə Təqsirləndirilən şəxs2 öz atası ilə birlikdə «Yasamal» filialına gəlmişlər. Orada həmin filialın müdiri Şahid1, müdir müavini Şahid4, baş mühasib Şahid5 və onun özünün yanında Anar həmin pulu özü aldığını, həmçinin ona təzyiqlər göstərdiyini də etiraf etmişdir. Həmin söhbət vaxtı Təqsirləndirilən şəxs2 götürdüyü puldan 50000 ABŞ dolları pulu elə həmin gün banka qaytaracağını, qalan pulu isə bir neçə gün ərzində ödəyəcəyini bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs2 hər-hansı məbləğdə pulu banka qaytarmamışdır. Onun özünün maddi imkanı olmadığına görə banka dəymiş ziyanı aradan qaldıra bilməmişdir. Həmin hadisə ilə bağlı 2017-ci ilin noyabr ayında onun özü işdən azad edilmişdir. Sonra iş üzrə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində onların barəsində istintaq aparılan zaman 13 mart 2018-ci il tarixdə həbs olunmuş və buna görə də banka vurulmuş maddi ziyanın ödənilməsi üçün heç bir tədbir görə bilməmişdir. Onunla Təqsirləndirilən şəxs2 arasında həmin pulu ələ keçirmək barədə heç bir razılaşma olmamışdır. Həmin 80000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 62500 manat pulu Təqsirləndirilən şəxs2 özünə götürmüş və həmin puldan hər-hansı məbləğdə pulu ona verməmişdir. Buna görə də o, özünü "xxxx" ASC-yə məxsus 80000 ABŞ dolları məbləğində pulu mənimsəməkdə təqsirli hesab etmir. "xxxx" ASC-nin «Yasamal» filialına işə qəbul olunan zaman onunla «Əmək müqaviləsi» bağlanmış və həmçinin əməliyyat şöbəsinin fiziki şəxslərlə iş üzrə məsləhətçi, həmçinin əməliyyatçımütəxəssisi kimi müvafiq bank təlimatları ilə tanış edilmişdir. Onun həmin bank filialında əməliyyat şöbəsinin fiziki şəxslərlə iş üzrə məsləhətçi, həmçinin əməliyyatçı-mütəxəssisi kimi onun hüquq və vəzifələri fiziki şəxslərə əməliyyat xidmətləri göstərilməsi, kredit ödənişlərinin qəbul edilməsi, mədaxil-məxaric əməliyyatlarının həyata keçirilməsi, bank hesablarının açılması, müştərilərdən əmanətlərin qəbulu, verilməsi və bütün bunlarla bağlı müvafiq sənədlərin tərtib və təsdiq edilərək filialın rəhbərliyinə təqdim etmək və digər vəzifələri yerinə yetirməkdən ibarət olmuşdur. Həmin bank filialının rəhbərliyinin rəsmi razılığı və imzası olmadan onun hər-hansı bir müştəriyə əmanətin verilməsi və sairə ödənişlərin edilməsi üçün məxaric orderi tərtib və imzası ilə təsdiq edərək filialın xəzinə şöbəsinə göstəriş vermək səlahiyyəti olmamışdır. Hər-hansı bir müştəri əmanətin çıxarılması və digər xidmətlərin göstərilməsi ilə bağlı bank filialına gəldikdə xidmətlərin göstərilməsi sahələri üzrə növbəlik kartını qeydiyyat aparatından özü götürür, sonra isə orada olan tabloda onun müraciət nömrəsi üzrə hansı nömrəli pəncərəyə yaxınlaşıb müraciət etməsi göstərilir və müştəri müvafiq əməliyyatçının pəncərəsinə yaxınlaşır. Sonra isə müştəri keçirilməli olan əməliyyatla və o cümlədən hesabında olan pulun çıxarılması üçün öz şəxsiyyət vəsiqəsini, həmçinin öz hesabı ilə bağlı təsdiqedici sənədləri əmliyyatçıya təqdim edir. Əməliyyatçı isə həmin müştərinin şəxsiyyətini aydınlaşdırdıqdan sonra kompüterdə bank sistemi üzrə keçiriləcək əməliyyatın əsaslı olub-olmamasını yoxlayır, sonra isə pulun verilməsi ilə bağlı üç nüsxədən ibarət məxaric orderini tərtib edərək nəzarət şöbəsinə təqdim edir. Həmin məxaric orderləri nəzarətçi və ya baş mühasib, yaxud filialın müdir müavini tərəfindən yoxlanılıb imzalandıqdan sonra həmin sənədlər xəzinə şöbəsinə təqdim olunur. Xəzinə şöbəsində olan tabloda müştərinin növbəçilik qeydiyyat nömrəsi yazıldıqdan sonra müştəri həmin pəncərəyə yaxınlaşır və kassir sənədləri bir daha yoxladıqdan sonra məxaric orderində göstərilən məbləğdə pulu kassadan müştəriyə verir və sonuncu bununla bağlı məxaric orderinin hər üç nüsxəsində imza edir. Məxaric orderinin bir nüsxəsi müştəriyə təqdim edilir, qalan nüsxəsi isə yenə nəzarət şöbəsinə təqdim olunur. Əgər pul vəsaiti birbaşa əmanətçinin özü tərəfindən deyil, etibarnamə əsasında başqa şəxs tərəfindən alınırsa, pulun verilməsi eyni qaydada həyata keçirilir. Lakin, belə bir əməliyyat keçirilən zaman əməliyyatçı həmin şəxsin şəxsiyyət vəsiqəsindəki və etibarnamədə olan məlumatların düzgünlüyünü yoxlamalı, həmin etibarnamənin əslini və ya onun surətini götürməlidir. Belə olan halda əməliyyatçı məxaric orderində həmin etibarnamənin nömrəsini və pulu alan şəxsin şəxsiyyəti barədə məlumatları həmin məxaric orderində yazıb göstərir. Sonra isə yuxarıda qeyd etdiyi kimi əməliyyatçı həmin sənədləri nəzarət şöbəsinə təqdim edir. Hadisə günü, 13 yanvar 2015ci il tarixdə müştəri Şahid2 uzunmüddətli əmanət kimi depozitə qoyduğu 80000 ABŞ dolları məbləğində pulu öz tanışı Təqsirləndirilən şəxs2 tərəfindən alınması üçün sənədləşmə işlərini, yəni xəzinə məxaric orderlərini şəxsən onun özü tərtib və əməliyyatçı kimi öz imzası ilə təsdiq etmişdir. O zaman Təqsirləndirilən şəxs2 növbəçilik qaydasında əməliyyatçı kimi onun özü oturduğu pənəcərəyə yaxınlaşmış və sənədləşmə işlərini şəxsən onun özü aparmışdır. Hər şeyi tam dəiqliyi ilə xatırlamır, lakin həmin tarixdə əməliyyatçı kimi onun özü işdə olmuşdur. Təqsirləndirilən şəxs2 ona pulu etibarnamə əsasında çıxarmaq lazım olduğunu bildirdiyinə görə o, kassa məxaric orderində Şahid2 Təqsirləndirilən şəxs2 etibarnamə verdiyini yazıb göstərmişdir. Təqsirləndirilən şəxs2 adına tərtib etdiyi həmin xəzinə məxaric orderini o, yoxalınılıb təsdiq edilməsi üçün filalın nəzarət şöbəsinə təqdim etməmişdir. Yuxarıda göstərdiyi kimi, nəzarətçi kimi baş mühasibin müavini Şahid3 imzasını özü oxşadıb həmin məxaric orderində onun yerinə də özü imza etmişdir. Bank filialı əməliyyatçının pulun alınması üçün tərtib etdiyi xəzinə məxaric orderini birbaşa müştəriyə vermək hüququ yoxdur. Xəzinə şöbəsinin əməkdaşının, yəni kassirin pulun verilməsi üçün belə bir sənədi müştəridən qəbul etmək səlahiyyəti yoxdur. Təqsirləndirilən şəxs2 adına tərtib etdiyi həmin məxaric orderini səhv etmirsə o zaman onun özü doğru sənəd kimi xəzinə şöbəsinə təqdim etmişdir, sonra isə Anar həmin pənəcərəyə növbəlik üzrə yaxınlaşaraq pulu nağd qaydada almışdır. Bu kimi hərəkətləri ilə o, bank filialının əməliyyatçı-mütəxəssisi kimi öz səlahiyyətlərini qanunauyğun şəkildə icra etmədiyini, rəsmi sənədləri saxtalaşdırdığını, depozit hesaba qoyulmuş külli miqdarda pul vəsaitinin əmanətçinin bu barədə məlumatı olmadan başqa şəxs, yəni öz tanışı Təqsirləndirilən şəxs2 tərəfindən qanunsuz yolla alınmasını təmin etdiyini başa düşmüşdür. Bununla bağlı o, özünü qismən təqsirli hesab edir. Belə ki, o bunu məcburiyyət qarşısında qalaraq, yəni Təqsirləndirilən şəxs2 ona hədə-qorxu gəldiyinə görə etmişdir. "xxxx" ASC-nin «Yasamal» filialında əmanətçi Şahid2 adına olan depozit hesabındakı 80000 ABŞ dolları pulu onun özü tərtib etdiyi sənəd, yəni saxtalaşdırdığı məxaric orderi əsasında tanışı Təqsirləndirilən şəxs2 tərəfindən alınmasını təmin etdiyini yalnız onun özü və Təqsirləndirilən şəxs2 bilmişdir. "xxxx" ASC-nin və həmçinin «Yasamal» filialının rəhbərliyin, yaxud hər-hansı bir əməkdaşının bu barədə məlumatı olmamışdır. Əmanətçi Şahid2 adına “X7” ASC-nin «Yasamal» filialında olan depozit hesabında ayrı-ayrılıqda 80000 ABŞ dolları və həmçinin 60000 ABŞ dolları məbləğlərində pul olması barədə Təqsirləndirilən şəxs2 məlumatı olmuşdur. 2014-cü ilin sonlarında Təqsirləndirilən şəxs2 ondan təkidlə tələb etmişdir ki, saxta sənədlər tərtib etmək yolu ilə Şahid2 adına «Yasamal» filialındakı depozit hesabda olan 80000 ABŞ dolları pulu çıxarıb ona versin. Təqsirləndirilən şəxs2 ondan mütəmadi olaraq ona olan borcunu və həmçinin əlavə pul verməsini ona hədə-qorxu gələrək tələb etdiyinə görə o, çıxılmaz vəziyyətdə qalmışdır. Anar ona demişdir ki, Mirşahinin adına pulu etibarnamə əsasında çıxarmaq lazımdır. O, hər dəfə Anara bildirmişdir ki, bunu etmək mümkün deyil, çünki etibarnamənin mövcudluğunu filialın rəhbər işçilərindən biri nəzarətçi kimi yoxlamalı və pulun verilməsinin qanuni olmasını öz imzası ilə təsdiq etməlidir. Anar isə ondan nə yolla olursa olsun, nəzarətçinin imzasının da saxtalaşdıraraq pulu onun adına çıxarılmasını ondan tələb etmişdir. Buna görə də o, məcburiyyət qarşısında qalaraq son nəticədə, yəni 13 yanvar 2015-ci il tarixdə guya ki, Şahid2 həmin pulun etibarnamə əsasında Təqsirləndirilən şəxs2 etibar etdiyini məxaric orderində yazıb göstərmiş və həmin sənəd əsasında 80000 ABŞ dolları pulu xəzinədən Anar özü şəxsən almışdır. Təqsirləndirilən şəxs2 həmin puldan ona hər-hansı bir məbləğdə pul verməmişdir. Buna görə də o, Anarla əlbir olaraq həmin pulu mənimsəməkdə özünü təqsirli hesab etmir. Onda olan məlumata görə Təqsirləndirilən şəxs2 "xxxx" ASC-də və həmçinin həmin bankın «Yasamal» filialında heç bir qohumu, yaxud yaxın tanışı işləmir. Əmanətçi Şahid2 «Yasamal» filialında depozit hesabları olmaqla onun hesabında ayrı-ayrılıqda 80000 ABŞ dolları və həmçinin 60000 ABŞ dolları pul olması barədə Təqsirləndirilən şəxs2 haradan məlumat əldə etdiyi ona məlum deyil. "xxxx" ASC-də və həmçinin həmin bankın «Yasamal» filialında vahid kompüter sistemi mövcuddur və kənar şəxslərin həmin bank sistemində aparılan əməliyyatlar və o cümlədən vətəndaşların adlarına nə kimi əmanətlərin mövcud olması, pulun məbləği və pulun hansı hesabda saxlanıldığı barədə məlumatları əldə etmək imkanı yoxdur. Həmin məlumatlar bank sirri sayılır və onların yayılmasına yol verilmir. Əmanətçi Şahid2 özü tanısa da, onunla yaxın münasibətləri olmamışdır. Şahid2 19 dekabr 2014-cü il tarixdə «Yasamal» filialında uzunmüddətli depozit hesablara ayrı-ayrılqda 80000 ABŞ dolları və həmçinin 60000 ABŞ dolları məbləğində pul qoymuş və bununla bağlı əməliyyatçı kimi kassa mədaxil qəbzlərini o zaman onun özü tərtib etmiş və həmin məlumatları bank sisteminə daxil etmişdir. Əmanətçi Şahid2 «Yasamal» filialında depozit hesabında 80000 ABŞ dolları pul olmasını aralarında olan söhbətlər zamanı onun özü Anara dediyini istisna etmir. Lakin, həmin pulu götürməyi Anar özü ona təklif etmişdir. Öz adına depozit hesabda saxlanılan 80000 ABŞ dolları pulun Anarın adına çıxarılmasından o zaman əmanətçi Şahid2 və həmçinin digər bank işçilərinin heç bir məlumatı olmamışdır. Yuxarıda göstərdiyi kimi, bu barədə yalnız təxminən iki il sonra, yəni 2017-ci ilin noyabr ayında depozit əmanətləri ilə bağlı bank rəhbərliyi tərəfindən müştərilərlə əlaqə saxlanılan zaman məlum olmuşdur. Azərbaycan Beynəlxalq Bankı” ASC-nin «Yasamal» filialında işlədiyi dövrdə onun özü hər-hansı bir başqa qanun pozuntusuna yol verməmişdir. Yuxarıda göstərdiyi kimi, tanışı Təqsirləndirilən şəxs2 o zaman ona hədə-qorxu gəldiyinə görə başqa adamın adına depozit hesabda olan pulun ona verilməsini təmin etmişdir. Onun tanışı Təqsirləndirilən şəxs2lə heç bir iş birliyi olmamış və belə bir niyyətləri də olmamışdır. Təqsirləndirilən şəxs2 məxsus olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 7.5 sot torpaq sahəsində yerləşən yaşayış evini o, Anara Vəliyevdən 2013-cü ilin yanvar ayında 25000 manata danışıb razılaşıb almışdır. Həmin evlə bağlı onların arasında alqı-satqı müqaviləsi bağlanmamış, Anar həmin evi ona baş etibarnamə əsasında satmışdır. Həmin evin dəyərini o, Anara hissə-hissə ödəməli olması barədə danışıb razılaşmışlar. Həmin evi aldıqdan sonra o, hissə-hissə olmaqla 2013-cü il ərzində Anara cəmi 20500 manat pul vermişdir. 2015-ci ilin yanvar ayının əvvələrinə olan vəziyyətə onun Təqsirləndirilən şəxs2 cəmi 4500 manat pul borcu olmuşdur, lakin maddi imkanı olmadığına görə həmin pulu Anara qaytarmaq imkanı olmamışdır. 2014-cü ilin dekabr ayının sonlarında Anar ona təzyiq göstərərək, həmçinin hədə-qorxu gələrək ona olan borcunu qaytarmasını və həmçinin əlavə pul verməsini tələb etmiş, o isə imkanı olmadığını ona bildirmişdir. Təqsirləndirilən şəxs2 2015-ci ilin yanvar ayının 13-də əmanətçi Şahid2 adına «Yasamal» filialında depozit hesabda olan 80000 ABŞ dolları pulu manat məzənnəsi ilə aldıqdan bir neçə gün sonra borc kimi ona 7000 manat pul vermiş, sonrakı dövrdə də ona hissə-hissə olmaqla əlavə pullar vermiş və onun Anara əlavə olaraq 12000 manat borcu yaranmışdır. Evə görə əvəlki borcu da nəzərə almaqla onun Anara təxminən 20000 manat borcu yaranmışdır. 2015-ci ilin yanvar ayının əvvəllərinə olan vəziyyətə onun Təqsirləndirilən şəxs2 cəmi 4500 manat borcu olduğu halda, sonuncuya əmanətçi Şahid2 adına «Yasamal» filialında depozit hesabda olan 80000 ABŞ dolları pulu, yəni manat məzənnəsi məzənnəsi ilə 62752 manat pulu qanunsuz yolla verilməsini təmin etməklə, onun həmin pulun bir hisssəsini Təqsirləndirilən şəxs2lə öz aralarında bölüşmək və həmçinin gəlir əldə etmək üçün Təqsirləndirilən şəxs2 biznes işində sonuncuya maddi köməklik etmək niyyəti olmamışdır. Anar o zaman götürdüyü 80000 ABŞ dolları pulu yaxın bir-iki ay ərzində ona qaytaracağına söz verdiyi və həmçinin ona hədə-qorxu gəldiyinə görə o, həmin pulun Anar tərəfindən alınmasına köməklik etmişdir. Son nəticədə Anar onu aldadaraq həmin pulu ona qaytarmamış və o, bir neçə il ərzində çıxılmaz vəziyyətdə qalmışdır. Əmanətçi Şahid2 adına «Yasamal» filialında depozit hesabda olan 80000 ABŞ dolları pulun Təqsirləndirilən şəxs2 tərəfindən saxta məxaric orderi əsasında alınmasını təmin etdiyi, həmin qanunsuz hərəkətləri Təqsirləndirilən şəxs2 ona qarşı hədə-qorxu gəldiyinə görə etdiyi barədə o, "xxxx" ASC-nin hər-hansı bir əməkdaşına, yaxud o zaman işlədiyi «Yasamal» filialının əməkdaşlarına və həmçinin hər-hansı bir hüquq-mühafizə orqanına bildirməmişdir. 2014- 2017-ci illər ərzində onun özünün istifadəsində ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-** və hal-hazırda xatırlamadığı digər mobil telefon nömrələri olmuş, Təqsirləndirilən şəxs2lə və digər şəxslərlə həmin mobil telefon nömrələrindən istifadə etməklə telefon əlaqəsi saxlamışdır. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 1-ci cildinin 14-15-ci vərəqlərində olmaqla onun adından azərbaycan dilində latın əlifbası ilə "xxxx" ASC-nin Təhlükəsizlik departamentinə yazılmış 06 noyabr 2017-ci il tarixli izahatı o zaman şəxsən onun özü yazmış və öz imzası ilə təsdiq etmişdir. Həmin izahatın mətnində hadisə ilə bağlı yazıb göstərdiklərini, yəni 2014-cü ilin dekabr ayında dostu Təqsirləndirilən şəxs2 ona müraciət edərək xəstə olduğunu və əməliyyat olunması üçün ona pul lazım olmasını ona bildirdiyi, Anarın maddi vəziyyəti çətin olduğuna görə ona bir ay müddətinə qaytarmaq şərti ilə ona köməklik edəcəyini söz verdiyi, Təqsirləndirilən şəxs2 ona saxta yolla lazım olan sənədləri düzəldib bankdan pul çıxarmasını ondan xahiş etdiyi və buna razılıq verdiyi, Təqsirləndirilən şəxs2lə danışıb sonuncunun adına müvafiq etibarnaməyə əsasən məxaric orderi yazılacağı və xəzinədən pulu Anar özü götürəcəyi barədə öz aralarında razılaşdıqları, hadisə günü Təqsirləndirilən şəxs2 "xxxx" ASC-nin «Yasamal» filialına gələrək onun əyləşdiyi masaya yaxınlaşdığı, öz növbəsində o, həmin bank filialında depozit hesabı olan Şahid2 məlumatı olmadan sonuncunun adından mövcud olmayan etibarnaməyə istinadən Təqsirləndirilən şəxs2 şəxsiyyəti barədə məlumatları bank sisteminə yazıb daxil etdiyi, bununla bağlı tərtib etdiyi məxaric orderində baş mühasibin müavini Şahid3 imzasına oxşar imza edərək həmin saxta sənədi Təqsirləndirilən şəxs2 təqdim etdiyi, sonunucunun isə həmin sənədlə xəzinəyə yaxınlaşaraq məxaric orderində onun yazıb göstərdiyi məbləği, yəni 80000 ABŞ dolları məbləğində vəsaiti, yəni həmin dövrün məzənnəsi ilə 62500 manat məbləğində pulu aldığı barədə yazıb göstərdiklərini təsdiq edir. Təqsirləndirilən şəxs2 pul borcu olmaqla sonuncunun qalan borcunun ödənilməsi ilə bağlı ona təzyiqlər etdiyi, əks halda ona satdığı evə görə verdiyi etibarnaməni ləğv edəcəyini ona bildirdiyi, ona hədə-qorxu gələrək özünün dostları və tanışları vasitəsilə ailəsinə və onun özünə xələl gətirəcəyini bildirərək bankdan pul çıxarması üçün ona təzyiqlər göstərdiyi və məhz bu kimi səbəblərə görə işlədiyi bank filialında Şahid2 adına depozit hesabda olan 60000 və 80000 ABŞ dolları məbləğlərində olan iki ədəd əmanətdən birini, yəni 80000 ABŞ dolları məbləğində pulu saxta sənədlər tərtib etməklə Təqsirləndirilən şəxs2 tərəfindən alınmasını təmin etdiyini öz ilkin izahatında göstərməməyinin səbəbini onunla izah edir ki, o zaman Təqsirləndirilən şəxs2 köməkliyi ilə banka vurulmuş maddi ziyanı aradan qaldıracağını zənn etdiyinə görə bu barədə bildirməmişdir. Lakin, iş üzrə istintaq zamanı bütün bunları bildirmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 1-ci cildinin 167-ci vərəqində olmaqla "xxxx" ASC-nin «Yasamal» filialı üzrə 13.01.2015-ci il tarixli FJB**********423 nömrəli məxaric orderi həmin tarixdə şəxsən onun özü tərəfindən tərtib edilərək bank sisteminə daxil edilmişdir. Həmin məxaric orderində o, müştəri Şahid2 adına depozit hesaba qoyulmuş USD 80000 ABŞ dolları məbləğində pul vəsaitinin guya ki, sonuncu tərəfindən AN №135050 saylı etibarnaməyə əsasən Təqsirləndirilən şəxs2 qaytarılmasını etibar etdiyini yazıb göstərmiş, sənədi tərtib etmiş şəxs, yəni icraçı kimi həmin sənədi imzalamış və həmçinin həmin sənəddə “bank işçisinin imzası” qrafasında əməliyyatın həyata keçirilməsinə razılıq barədə nəzarətçinin, yəni filialın baş mühasibinin müavini Şahid3 imzasına oxşar imza etmişdir. Həmin sənəd əsasında isə Təqsirləndirilən şəxs2 həmin məbləğdə pulu dərhal filialın xəzinəsindən almış və bu barədə həmin sənəddə imza etmişdir. Bir daha bildirir ki, ondan aldığı evə görə o zaman Təqsirləndirilən şəxs2 borcu olduğu, həmçinin sonuncu ona hədə-qorxu gələrək həmin borcunu və əlavə pul tələb etdiyinə görə o, məcburiyyət qarşısında qalaraq müştəri Şahid2 adına depozit hesaba qoyulmuş 80000 ABŞ dolları məbləğində pulun Təqsirləndirilən şəxs2 tərəfindən alınmasını təmin etmişdir. Lakin, həmin pulu Təqsirləndirilən şəxs2 özü mənimsəmişdir. Buna görə də o, özünü CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilmir. O, özünü yalnız o hissədə təqsirli hesab edir ki, əmanətçi Şahid2 həmin pulun Təqsirləndirilən şəxs2 tərəfindən alınması üçün heç bir etibarnamə vermədiyi halda və belə bir sənəd mövcud olmadığı halda, Təqsirləndirilən şəxs2 tələbi ilə onun adına saxta xəzinə məxaric oredri tərtib edərək belə bir etibarnamənin olmasını həmin sənəddə yazıb göstərmiş, bu barədə məlumatları bank sisteminə daxil edərək həmin sənəddə nəzarətçinin imzasını saxtalaşdırıb həmin 80000 ABŞ dolları pulun Təqsirləndirilən şəxs2 tərəfindən alınmasına köməklik etmişdir. Buna görə o, özünü yalnız CM-nin 313-cü maddəsi ilə təqsirli bilir. Həmin əməli törətdiyinə görə peşmançılıq çəkir. Özünün və ailə üzvülərinin müxtəlif xəstəliklərdən əziyyət çəkdikləri və həmçinin himayəsində üç azyaşlı övladlarının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan ədalətli cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələrilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, öz ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 158 ünvanda yaşayır. Onun özü ali təhsilli olmaqla orta məktəbi Bakı şəhəri Nərimanov rayonu ərazisində bitirmişdir. 2010-cu ildə isə X17 Universitetinin hüquq fakultəsini bitirmiş, lakin öz ixtisası üzrə işləməmişdir. Onun özü biznes fəaliyyəti ilə məşğul olmaqla əsasən Rusiya Federasiyasında müxtəlif avtomobillər üçün ehtiyat hissələrinin alqı-satqısı və həmçinin avtomobillər üçün ehtiyat hissələrinin Bakı şəhərinə gətirilərək onların satışı ilə də məşğul olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs1la o, təxminən 2008-ci ildə tanış olmuşdur. Belə ki, həmin dövrdə o, öz ailə üzvüləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yaşamış və orada yaxınlıqda Ağa Neymətulla küçəsində yerləşən ərzaq mağazasında işləyən Təqsirləndirilən şəxs1la tanış olmuş və onunla yaxın dostluq münasibətləri yaranmışdır. O zaman Rüfətlə tanış olan zaman sonuncunun Yardımlı rayonundan olmaqla Bakı şəhərində kirayə qaldığı və ali təhsil aldığını ona bildirmişdir. Aralarında dostluq münasibətləri yarandığı və arada bir-birləri ilə əlaqə saxladıqlarına görə, 2013-cü ilin əvvəllərində Rüfət ona ailə həyatı qurmaq istədiyini, lakin maddi imkanı olmadığına görə ev almaq imkanı olmadığını ona bildirmişdir. O isə yaxın bir dost kimi ona özünə məxsus olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 7,5 sot torpaq sahəsində olan birmərtəbəli yaşayış evinin ödənişləri hissə-hissə olmaqla 25000 manata alqı-satqısını öz aralarında razılaşmış və həmin evi o, etibarnamə əsasında Rüfətə satmışdır. Həmin evi Rüfətə satan zaman Rüfət ilkin olaraq ona cəmi 8000 manat pul vermiş, bundan bir neçə ay sonra isə 2013-cü ilin ortalarında ona 7500 manat pul vermişdir. Sonrakı dövrdə Rüfət müxtəlif kiçik məbləğlərdə olmaqla hissə-hissə ona ödənişlər etmiş, 2014-cü ilin sonlarına ona təxminən 4000 manatdan bir qədər artıq məbləğdə ona borclu qalmışdır. Həmin ərəfələrdə onun özü öz biznes işi ilə bağlı Rusiya Federasiyasına və digər ölkələrə gedibgəlmişdir. Rüfət onun biznes işi ilə məşğul olmasını bildiyinə görə aralarında olan söhbətlər zamanı maddi imkanının zəif olmasını və bir iş qurub pul qazanmaq istədiyini ona demişdir. Dəqiq tarix yadında deyil, o zaman Rüfətlə aralarında olan söhbətlər zamanı X13 Yasamal filialında məsləhətçi işlədiyini, lakin aldığı maaşın yüksək olmadığını və bu səbəbdən ona olan borcunu qaytarmaq imkanı olmadığını bildirmişdir. Bundan xeyli müddət sonra, yəni 2014-cü ilin sonlarında onun özünün səhhətində olan problemlərlə bağlı özünə pul lazım olmuş və bununla bağlı Rüfətə müraciət edərək ona olan borcunu qaytarmasını xahiş etdikdə, Rüfət yenə ona vaxt verməsini xahiş etmişdir. O zaman aralarında olan söhbət zamanı o da Rüfətə öz işlərinin zəif getdiyini, Rusiya Federasiyasında geniş biznes işi qurmaq istədiyini, lakin bunun üçün lazım olan məbləğdə pul vəsaitinin olmadığını bildirmişdir. Bu kimi mövzuda onların arasında bir neçə dəfə söhbət olmuş və 2014-cü ilin dekabr ayının sonu, yaxud 2015-ci ilin yanvar ayının əvvəllərində Rüfətlə yenə də görüşüb həmin mövzuda söhbət edən zaman, Rüfət ona öz əmisinin dostu olan Şahid2 adlı şəxsin özünün işlədiyi «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Yasamal” filialına beş il müddətinə 60000 ABŞ dolları və həmçinin 80000 ABŞ dolları məbləğində əmanət qoyduğunu bildirmişdir. O, Rüfətdən həmin depozit məbləğinin bir hissəsini çıxarıb üç-dörd ay ərzində yerinə qoymağın mümkün olub-olmamasını soruşmuş, Rüfət isə bunun mümkün olduğunu ona bildirmişdir. O isə Rüfətə ona verəcəyi pulun müqabilində ona özünə şərik edəcəyini və gəlirləri yarı böləcəklərini demişdir. Beləliklə, belə razılaşmışlar ki, Rüfət həmin depozit hesabdan 80000 ABŞ dolları pulu çıxarıb ona verəcək, onun özü isə öz biznes işini qısa vaxt ərzində qurub uzağı üç-dörd ay ərzində həmin məbləği banka qoymaq üçün Rüfətə qaytaracaq və həmçinin əldə etdiyi gəlirdən onun da payını verəcəkdir. Onu da bildirmək istəyir ki, onun özünün bank fəaliyyəti ilə bağlı səriştəsi olmadığına görə Rüfət ona lazımi sənədləşmə işlərini özü aparacağını, həmin pulun etibarnamə əsasında ona verilməsini sənədləşdirəcəyini, onun özünün isə lazım olan vaxtda öz şəxsiyyət vəsiqəsini götürüb pulların alınması ilə bağlı növbəlilik qaydasında onun oturduğu pəncərəyə yaxınlaşmalı olmasını ona demişdir. O zaman Rüfət onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla onunla tez-tez telefon əlaqəsi saxlamış və dəqiq xatırlayır ki, 2015-ci ilin yanvar ayının 13-də səhər saatlarında o, Rüfətin işlədiyi Yasamal filialına getmişdir. Orada növbəlilik qaydasında adi bir müştəri kimi Rüfətin oturduğu masaya yaxınlaşıb öz şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. Rüfət orada olan kompüterdə məxaric orderi tərtib edərək imzalamış, lakin həmin sənədi ona verməmişdir. Rüfət ona bir qədər gözləməsini, onun növbəsi çatanda həmin filialın içində ümumi zalda yerləşən kassaya yaxınlaşmasını və həmin pulu şəxsən özü almalı olmasını ona demişdir. Bundan sonra o, bir qədər zalda oturub gözləmiş, sonra isə növbəçilik üzrə xəzinə pəncərəsinə yaxıqlaşmış və orada olan bir işçi onun səndərini yoxladıqdan sonra 80000 ABŞ dolları pulun ona verilməsi barədə tərtib edilmiş məxaric orderində və həmin orderin surətində ona imza etdirdikdən sonra həmin məxaric orderinin bir nüsxəsini və həmçinin 80000 ABŞ dolları pulu, manat məzənnəsinə çevirib həmin günün məzənnəsinə uyğun, təxminən 62700 manat pulu ona vermiş və bundan sonra o, danışdıqları kimi bir daha Rüfətə yaxınlaşmayaraq həmin filialdan çıxıb getmişdir. Bunun növbəti günü Rüfətlə zəngləşib görüşmüş və Rüfət ona bu barədə heç kəsə deməməsini və danışdıqları kimi pulu uzağı üç aydan sonra ona qaytarmasını xahiş etmişdir. Lakin, bundan təxminən iki-üç həftə sonra Rüfətlə növbəti dəfə telefon əlaqəsi saxlayan zaman Rüfətlə atasının problemləri olduğunu və ona pul lazım olduğunu ona bildirmişdir. Buna görə də o, Rüfətin özünün razılığı ilə biznes işi qurmaq üçün bankdan götürdüyü həmin puldan 7000 manat pulu Rüfətə vermişdir. Lakin, bundan sonra Rüfət yenə ona müraciət edərək həmin puldan ona verməsini xahiş etmiş və o hissə-hissə olmaqla əlavə olaraq 5000 manat pulu da Rüfətə vermişdir. Beləliklə, həmin puldan cəmi 12000 manat pulu o, şəxsən Rüfətin özünə vermişdir. Onu da bildirmək istəyir ki, o, həmin pulu bankdan aldıqdan bir müddətdən sonra ABŞ dollarının manata olan məzənnəsi kəskin olaraq qalxmış, lakin öz biznes işini Rusiyada qurmaq üçün onun özünə ABŞ dolları lazım olduğuna görə onun özü xeyli məbləğdə ziyana düşmüşdür. Buna görə də o, öz biznes işini lazımi qaydada qura bilməmiş və biznes işi qurmaq üçün bankdan götürdüyü pula vəd etdyi vaxtda, yəni üç-dörd ay ərzində Rüfətə qaytara bilməmişdir. Sonrakı dövrdə o, öz biznes işini qurmaq üçün öz yaxın qohum və tanışlarından borc pul alaraq dəfələrlə Rusiya Federasiyasına və başqa ölkələrə gedib-gəlmiş və son nəticədə müflis vəziyyətə düşmüşdür. Məhz bu səbəblərə görə həmin bankdan götürdüyü pulları qaytara bilməmişdir. 2017-ci ilin noyabr ayında Rüfət ona zəng vuraraq, onların həmin pulu götürdükləri barədə «Azərbaycan Beynəlxalq Bankı” ASC-nin və həmçinin Yasamal filialı rəhbərlərinin məlumat aldıqlarını və pulun qaytarılmasını tələb etdiklərini ona bildirmişdir. Buna görə də o, Rüfətlə həmin bank filialına gedərək hər şeyi etiraf etmiş və hadisənin necə baş verdiyini bildirmişdir. Onu da bildirmək istəyir ki, həmin pulun mənimsənilməsi ilə bağlı Rüfətlə onun arasında heç bir razılaşma olmamışdır. Həmin pulu o, öz biznes işini qurub sonra qaytarmaq niyyəti ilə götürmüş, lakin işləri alınmadığına görə həmin pulu qaytara bilməmişdir. Ona da bildirmək istəyir ki, hal-hazırda onun yaxın qohumları həmin banka vurulmuş maddi ziyanı aradan qaldırmağa çalışırlar. Ona verilmiş ittihamla bağlı o, özünü Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə qismən təqsirli hesab edir. Lakin, özünü Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirli hesab etmir. Belə ki, onun pulun alınması ilə bağlı səndləşmə işlərinin aparılmasına heç bir aidiyyəti olmamışdır. Sadəcə olaraq hazır sənədlərə qol çəkərək həmin pulu almışdır. Törətdiyi həmin əmələ görə peşmandır. Şahid2 adlı şəxsi onun özü tanımır və həmin şəxslə heç bir ünsiyyəti olmamışdır. Şahid2 adlı şəxsin "xxxx" ASC-də depozit hesablarda 60000 ABŞ və 80000 ABŞ dolları məbləğlərində əmanəti olması barədə onun özünün heç bir məlumatı olmamışdır. Bu barədə ona Rüfət özü demişdir. Yuxarıda qeyd etdiyi kimi 2014-cü ilin dekabr ayının sonlarında Rüfətlə növbəti dəfə birgə iş qurmaq barədə söhbət edərkən o, Rüfətə biznes işini qurmaq üçün xeyli məbləğdə pul lazım olmasını demişdir. Rüfət isə işlədiyi bank filialında Mirşahin adlı şəxsin adına depozitdə pul vəsaitlərinin olmasını, lakin bankdan pul çıxarmaq məsələsinin çətin olmasını ona demişdir. O isə Rüfətdən həmin pulun qısa müddətə, yəni 3-4 ay müddətinə götürüb istifadə etmək, sonra isə əmanəti yerinə qoymaq barədə soruşduqda, Rüfət həmin adamın sənədlərini özü yazdığına görə bunun mümkün olmasını demişdir. Bundan sonra Rüfət özü sənədləşmə işlərini düzəltmiş, onun özü isə həmin bankın filialına gedərək həmin 80000 ABŞ dolları pulu manat məzənnəsi ilə xəzinədən almışdır. Lakin, həmin pulu bankdan götürdükdən qısa müddət sonra ABŞ dollarının manata olan məzənnəsi artmışdır. Buna görə o, xeyli məbləğdə ziyana düşmüş və öz biznes işlərini qura bilməmişdir. Yuxarıda göstərdiyi kimi, Rüfətin köməkliyi ilə həmin bankdan aldığı puldan 12000 manat pulu Rüfət özü götürmüşdür və sonrakı dövrdə həmin pulu ona qaytarmamışdır. Ona ev görə borclu qaldığı pulu isə hissəhissə olmaqla yalnız 2017-ci ildə ödəmişdir. Təqsirləndirilən şəxs1la onun münasibətləri həmişə yaxşı olmuş və onlar dostluq etmişlər. Şahid2 adlı şəxsin, yaxud hər-hansı bir başqa adamın həmin bank filialında olan əmanətini çıxarıb ona verməsini o, heç vaxt Rüfətdən tələb etməmiş və bununla bağlı onun özünə, yaxud ailə üzvülərinə hədə-qorxu gəlməmişdir. Həmin pulu onlar birgə iş qurmaq məqsədi ilə götürmüşlər. Onun özünün "xxxx" ASC-də və yaxud həmin bankın «Yasamal» filialında heç bir qohumu, yaxud tanışı işləmir. Rüfətin həmin bank filialında mütəxəssis kimi işləməsi ona təxminən 2013-cü ilin ortalarında məlum olmuşdur. Lakin o, əvvəllər Rüfətin iş yerinə gedib-gəlməmiş və onun işinin mahiyyətini bilməmişdir. Depozit hesaba qoyulmuş əmanətin çıxarılması üçün nə kimi bank qaydaları mövcud olduğu ona məlum deyil. Həmin pulu istifadə etmək üçün çıxarmaq barədə razılaşdıqdan sonra, Rüfət bütün sənədləşmə işlərini özü aparacağını və onun vəzifəsinin isə guya ki, onu tanımayan adi bir müştəri kimi onun oturduğu pəncərəyə yaxınlaşmasını və adi qaydada kassadan pulu almalı olmasını demişdir. Sənədləşmə işini necə aparmasını və o cümlədən həmin əmanəti ona guya ki etibarnamə əsasında verildiyini sənədləşdirməyi o heç vaxt Rüfətə deməmişdir. Çünki onun özünün bank sənədləşməsi işlərindən başı çıxmır. 2014-2017-ci illər ərzində onun özünün istifadəsində ***-***-**-**, ***-***-**-** və hazırda xatırlamadığı mobil telefon nömrələri olmuş və həmin telefonlardan istifadə etməklə Rüfətin istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrəli telefonlarla onunla əlaqə saxlamış və həmçinin SMS yazışmaları aparmışlar. Onun özü Azərbaycan Respublikasından kənarda, yəni Rusiyada olanda 7***-***-**-** telefon nömrəsindən istifadə etməklə Rüfətlə telefon əlaqəsi saxlamışdır. Bir daha bildirir ki, Şahid2 adlı şəxsin adına banka hesaba qoyulmuş 80000 ABŞ dolları məbləğində pulun çıxarılaraq mənimisənilməsi barədə onunla Rüfət Vəliyevin arasında heç bir razılaşma olmamışdır. Həmin pulu onlar biznes işi üçün müvəqqəti istifadə edib sonra yerinə qoymaq üçün götürmüşlər. Lakin, manat devalvasiyaya uğradığı, həmçinin biznes işi alınmadığına görə həmin pulu qaytara bilməmişlər. Törətdiyi əmələ görə peşmandır. Cavan olmasını nəzərə alaraq barəsində ədalətli cəza təyin olunmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülmüş ittiham üzrə qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları onların özlərinin işin faktiki hallarına uyğun qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, sənədlər, ekspertiza rəyi, maddi sübut və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər kollegiyası fərdi fəaliyyət göstərən vəkil Nümayəndə Əbdüləli oğlu öz çıxışında göstərmişdir ki, "xxxx" ASC hüquqi şəxs olmaqla Respublika ərazisində bank fəaliyyətini həyata keçirən qurumdur və vergi ödəyicisidir. "xxxx" ASC Bakı şəhərində və regionlarda fəaliyyət göstərən filiallar şəbəkəsinə malikdir və o cümlədən Bakı şəhəri «Yasamal filialı» da həmin cəmiyyətə məxsusdur. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və həmin şəxslərlə heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs1 10 iyun 2013-cü il tarixdə onunla bağlanmış Əmək müqaviləsi əsasında "xxxx" ASC-nin «Yasamal filialı»nın əməliyyat şöbəsinin fiziki şəxslərlə iş üzrə məsləhətçisi vəzifəsinə təyin edilmiş, bir müddət sonra isə əməliyyatçı-mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Lakin, öz işində yol verdiyi kobud qanun pozuntusuna görə Təqsirləndirilən şəxs1 14 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Digər təqsirləndirilən şəxs Anar Qorxmaz oğlununun isə "xxxx" ASC-nə və o cümlədən «Yasamal filialı»na heç bir aidiyyəti olmamışdır. Hadisə ilə bağlı bildirmək istəyir ki, 2017-ci ilin oktyabr ayının sonlarında "xxxx" ASC-dən müvafiq müştərilərə zəng vurularaq depozit məhsullarının tətbiqi ilə bağlı yeni şərtlərlə sərfəli müqavilə bağlamaq mümkün olması bildirildiyi zaman, həmin bankın «Yasamal filialı»nın müştərisi olan Şahid2 adına sonuncunun həmin bank filialında müqavilə əsasında iki depozit hesaba əmanət qoyduğunu bildirdiyi halda, onun adına 60000 ABŞ dolları məbləğinə bir depozit hesabı mövcud olması müəyyən edilmişdir. Bununlda bağlı həmin bank filialının rəhbərliyi tərəfindən ilkin araşdırma aparılarq müəyyən edilmişdir ki, müştəri Şahid2 19 dekabr 2014-cü il tarixdə "xxxx" ASC-nin Yasamal filialı ilə illik 17 faiz dərəcəsi ilə 60000 ABŞ dolları və həmçinin 80000 ABŞ dolları məbləğlərində olmaqla iki ədəd, beş il müddətinə illik faizlərin əmanət müddətinin sonunda ödənilməsi şərtləri ilə əmanət müqavilələri bağlayaraq, həmin məbləğlərdə pulları həmin bank filialında depozitə qoymuşdur. Lakin, müəyyən olunmuşdur ki, Şahid2 həmin bank filialında əmanətə qoyduğu 80000 ABŞ dolları məbləğində pul vəsaiti, sonuncunun adından Təqsirləndirilən şəxs2 adına saxta yolla hazırlanmış etibarnamə və saxta məxaric orderinə əsasən Təqsirləndirilən şəxs2 tərəfindən 13 yanvar 2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 62752 manat olmaqla xəzinədən alınmış və öz aralarında olan razılaşmalarına əsasən həmin məbləği Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 öz aralarında bölüb mənimsəmişlər. Bununla bağlı müvafiq sənədlər istintaq orqanına təqdim edilmiş və iş üzrə aparılmış istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz hərəkətləri nəticəsində "xxxx" ASC-nə cəmi 80000 ABŞ dolları məbləğində maddi ziyan vurulduğu təsdiq olunmuşdur. Onu da bildirmək istəyir ki, vətəndaş Şahid2 dəymiş maddi ziyan isə "xxxx" ASC-ti tərəfindən tam ödənilmişdir. Həmin iş üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 "xxxx" ASC-nə vurulmuş maddi ziyanı aradan qaldırıcaqlarına söz versələr də, son nəticədə vurulmuş maddi ziyanın aradan qaldırılması üçün heç bir tədbir görməmiş və həmin ziyan ödənilməmiş qalmışdır. Bununla bağlı bildirmək istəyir ki, hüquqlarını təmsil etdiyi "xxxx" ASC-nin hazırki iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir iddia tələbi yoxdur. Həmin şəxslərin qeyd edilən cinayət əməli nəticəsində "xxxx" ASC-nə vurulmuş maddi ziyan və həmçinin əldən çıxmış fayda ilə bağlı bank tərəfindən həmin şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında müavfiq iddia tələbi irəli sürüləcəkdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ədalətli cəza təyin edilməsi məsələsini məhkəmənin səlahiyyətinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, əlində toplanmış pul vəsaitini bankda depozit hesaba qoymaq istədiyindən depozit faizləri və digər şərtlərlə maraqlanmaq məqsədilə 19.12.2014-cü il tarixdə "xxxx" ASC-nin Yasamal filialına getmişdir. Filialda növbəlilik əsasında əməliyyatçıya yaxınlaşmış və söhbət zamanı məlum olmuşdur ki, həmin əməliyyatçı özünün tələbə yoldaşı Bağır Bağırovun qardaşı oğlu Təqsirləndirilən şəxs1dur. Rüfətlə bankda bağlanan depozit müqavilələri, faiz dərəcələri və digər şərtlər barədə soruşduqda, Rüfət əmin etmişdir ki, bank etibarlı bankdır, depozitin illik faizi də yüksəkdir. Bu səbəbdən həmin gün, yəni 19.12.2014-cü ildə "xxxx" ASC-nin Yasamal filialında illik 17 faiz dərəcəsi ilə, ümumi məbləğ 140.000 ABŞ dolları olmaqla, 60.000 və 80.000 ABŞ dolları məbləğində 2 ədəd 5 illik faizlərin əmanət müddətinin sonunda ödənilməsi şərti ilə əmanət müqavilələri bağlayaraq, pulları həmin bankda depozitə qoyuşdur. Bundan sonra da bir neçə dəfə Rüfətə zəng vuraraq adına olan depozit hesabları barədə maraqlanmış, Rüfət isə heç bir problemin olmadığını, hər şey qaydasında olduğunu deyərək, onu arxayın etmişdir. Təxminən 2017-ci ilin oktyabr ayının sonlarında "xxxx" ASC-dən zəng vurularaq depozit məhsullarının tətbiqi ilə bağlı yeni şərtlərlə əlaqədar bildirildikdə, yalnız 60.000 ABŞ dollarlıq əmanətimlə bağlı soruşulmuşdur. Özü həmin filialda 60000 və 80000 ABŞ dolları məbləğində 2 ədəd əmanətimin olduğunu bildirdikdə məlum olmuşdur ki, 80000 ABŞ dollarlıq əmanəti bankda mövcud deyil, həmin vəsait güya onun verdiyi etibarnamə əsasında Təqsirləndirilən şəxs2 adlı şəxs tərəfindən götürülmüşdür. Bundan sonra özü Rüfətə zəng vurub depozit kimi banka yerləşdirdiyi pul vəsaitləri ilə maraqlandıqda, Rüfət həmin 80.000 ABŞ dollarlıq depozit məbləği barədə məlumatı olduğunu, heç bir problemin olmadığını, həmin pul vəsaitinin özündə olduğunu bildirmişdir. Daha sonra Rüfətlə görüşdükdə Rüfət ilkin olaraq dostu Təqsirləndirilən şəxs2lə iş görmək istidiklərini, bunun üçün onun adına olan depozit hesabından pulu saxta sənəd əsasında götürdüklərini, sonradan həmin pulu ona qaytarmağı planlaşdırdıqlarını bildirmiş, sonradan isə həmin pulu dostu Təqsirləndirilən şəxs2 səhhəti lə əlaqədar, sonuncu ilə birlikdə bankdan saxta sənəd əsasında götürdüklərini bildirmiş, vəsaiti bir neçə ay ərzində qaytarılması üçün vaxt istəmişdir. Bundan sonra özü Rüfət və Anarla da söhbət etmiş, Anar da Rüfətin dediklərini təsdiq edərək, pulların qaytarılması üçün vaxt istəmişdir. Daha sonra bank tərəfindən müəyyən araşdırma aparılmış və materiallar hüquq-mühafizə orqanına göndərilmişdir. Şahid2 həmçinin ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 əvəllər tanımamış, əmanətilə bağlı nə Təqsirləndirilən şəxs2, nə də ki başqa şəxsə etibarnamə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 31.07.2015-ci ildə “Azərbaycan Beynəlxalq Bankı ASC-nin Yasamal rayon filialının müdiri vəzəfəsinin müvəqqəti icracısı kimi fəaliyyət göstərmiş, 09.08.2015-ci ildən isə həmin vəzifəyə təyin edilmişdir. "xxxx" ASC-nin depozit məhsullarının tətbiqi ilə bağlı depozit sahiblərinə, o cümlədən bankın müştərisi Şahid2 məlumat verilən zaman məlum olmuşdur ki, vətəndaşın Bankda 60.000 və 80.000 ABŞ dolları olmaqla, iki əmanət hesabının mövcud olmasına baxmayaraq, 80.000 ABŞ dolları məbləğində olan depozit hesabındaki pul vəsaiti müştəriyə məlum olmayan səbəbdən, 13.01.2015-ci il tarixdə Bankın əməliyyat sistemində etibarnaməyə əsasən çıxarılmışdır. Bundan sonra həmin müştəri filiala dəvət olunaraq onunla söhbət olunmuş və məlum olmuşdur ki, əslində belə bir etibarnamə mövcud olmamış, müştəri əmanəti ilə bağlı heç kimə etibarnamə verməmiş, qoyduğu 80.000 ABŞ dolları depozit məbləğini götürməmiş və həmin vəsaitin çıxarılması barədə müştərinin məlumatı olmamışdır. Həmin məsələ araşdırılan zaman filialın əməliyyatçımütəxəssisi Təqsirləndirilən şəxs1 müraciət edərək etiraf etmişdir ki, özü mövcud olmayan etibarnamə əsasında, həmin dövrdə filialın nəzarətçisi vəzifəsində işləyən Şahid3 əvəzinə imzanı saxtalaşdırmaqla, habelə bankın avtomatlaşdırılmış əməliyyat sistemində etibarnamənin mövcud olması barədə qeyd əlavə etməklə, dostu Təqsirləndirilən şəxs2 adına saxta kassa məxaric orderi tərtib etmiş və sonuncunun filialın kassasından Şahid2 hesabında olan 80.000 ABŞ dolları məbləğində əmanətin çıxarılmasına şərait yaratmışdır. Rüfətdən həmin işi nə məqsədlə etdiyini, buna görə özünə nə qədər pul çatdığını soruşduqda, Rüfət bildirmişdir ki, dostu Anarla birlikdə iş birliyi qurmaq istəmişlər, əlavə pul əldə etmək üçün bu əməli etmişlər, pullar isə hazırda Anardadır. Rüfətlə söhbət etməsinin sabahısı gün Anarı da filiala dəvət etmişdir. Anarla filialın müdir müavini, baş mühasib, Rüfət və Anarın atasının iştirakı ilə söhbət zamanı, Anar bildirmişdir ki, həmin pul vəsaiti özündədi və həmin pulun 50.000 manatını həmin gün, qalan məbləği ilə qısa zamanda qaytaracaq. Buna baxmayaraq, bankın müvafiq idarəsi tərəfindən sənədlər toplanaraq hüquq mühafizə orqanına göndərilmişdir. Şahid2 məxsus vəsait isə qaytarılmamışdır. Təqsirləndirilən şəxs1 filialda faktiki olaraq işə düzəldiyi vaxtdan əməliyyatçı-mütəxəssis vəzəfəsini icra edib, sözü gedən hadisə ilə bağlı Təqsirləndirilən şəxs1 ilkin olaraq özü gəlib filialın müştərisi Şahid2 hesabında olan 80.000 ABŞ dolları məbləğində vəsaiti dostu Anar tərəfindən götürülməsinə şərait yaratdığını bildirmişdir. Rüfətlə söhbət edərkən sonuncu ilkin olaraq həmin vəsaitin götürülməsini Anarla iş birliyi quraraq əlavə qəlir əldə etmək istəməsi ilə əsaslandırmışdır. Anarın xəstəliyi və ya sonuncunun ona hədə-qorxu gəlməsi ilə bağlı heç nə deməmiş, həmin vəsaitin isə Anarda olduğunu bildirmişdir. Əlavə olaraq göstərmişdir ki, Şahid2 vurulmuş ziyanın "xxxx" ASC tərəfindən ödənilməsi istiqamətində bankın rəhbərliyi tərəfindən, eləcə də “Yasamal rayon filialı” tərəfindən işlər görülmüş və təxminən bir neçə gün qabaq Şahid2 dəymiş ziyan bank tərəfindən tam olaraq ödənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" ASC-nin Yasamal filialının nəzarət şöbəsinin baş mütəxəssisi işləyən Şahid3 digər şahid “Azərbaycan Beynəlxalq Bankı ASC-nin Yasamal rayon filialının müdiri Şahid1lə eyniməzmunlu ifadə verərək bildirmişdir ki, "xxxx" ASC Yasamal filialının müştərisi Şahid2 adına tərtib edilmiş 13.01.2015-ci il tarixli məxaric orderində nəzarətçi qrafasında olan imza onun imzasına oxşadılsa da, onun tərəfindən icra edilməmiş və həmin məxaric əməliyyatından məlumatı olmamışdır. Sözü gedən məsələ bankda araşdırılarkən filialda əməliyyat mütəxəssisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 həmin imzanı saxtalaşdırdığını etiraf edərək, dostu Təqsirləndirilən şəxs2 köməklik göstərilməsi üçün, nəzarətçi qrafasında imzasını saxtalaşdırmaqla, həmin əməli törətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 filialda faktiki olaraq işə düzəldiyi vaxtdan əməliyyatçı-mütəxəssis vəzifəsini icra etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" ASC-nin Yasamal filialının müdirinin müavini-Əməliyyat şöbəsini müdiri Şahid4 da digər şahid “Azərbaycan Beynəlxalq Bankı ASC-nin Yasamal rayon filialının müdiri Şahid1lə eyniməzmunlu ifadə verərək göstərmişdir ki, "xxxx" ASC Yasamal filialının müştərisi Şahid2 adına olan depozit hesabından saxta sənəd əsasında 80.000 ABŞ dollarının çıxarılması ilə əlaqədar bankda araşdırma aparılarkən Təqsirləndirilən şəxs1 saxta məxaric orderini tərtib edərək, nəzarətçi Şahid3 imzasını özü saxtalaşdırdığını etiraf etmiş, Təqsirləndirilən şəxs2 isə həmin vəsaitin özündə olduğunu, özünün qızılı olduğunu, həmin qızılı satıb pulu qaytaracağını bildirdiyini, bunun üçün ona vaxt verilməsini xahiş etdiyini lakin, filialdan götürülmüş pulun hara sərf olunması barədə heçnə demədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" ASC-nin Yasamal filialının baş mühasibi Şahid5 da eyniməzmunlu ifadə verərək bildirmişdir ki, Şahid2 80.000 ABŞ dolları məbləğində olan depozit hesabındaki pul vəsaiti müştəriyə məlum olmayan səbəbdən etibarnaməyə əsasən çıxarıldığı müəyyən olunduqdan sonra aparılmış araşdırma və müştərinin özü ilə nəticəsində, müştərinin əmanəti ilə bağlı heç kimə etibarnamə vermədiyi, qoyduğu 80.000 ABŞ dolları depozit məbləğini götürmədiyi və həmin vəsaitin çıxarılması barədə müştərinin məlumatı olmadığı müəyyən olunmuşdur. Həmin məsələ ilə bağlı filial daxilində aparılmış araşdırmadan əməlin filialda əməliyyatçımütəxəssis vəzifəsini icra edən Təqsirləndirilən şəxs1 tərəfindən törədildiyi müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 onlara ilkin olaraq dostu Təqsirləndirilən şəxs2 xəstəliyi ilə əlaqədar sonuncuya köməklik göstərilməsi üçün həmin əməli törətdiyini bildirmiş, lakin sonradan Təqsirləndirilən şəxs2 filialın müdirinin otağında həmin vəsaiti qızıl alıb-satmaq üçün götürüldüyünü demişdir. Sonrakı danışıqlar zamanı isə Rüfət onlara Anarın ona hədə-qorxu gəldiyinə görə həmin əməli törətdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsindən görünür ki, 1992-ci ildən "xxxx" ASC-nin müxtəlif filiallarında, 2012-ci ildən isə həmin bankın Yasamal filialında aparıcı mütəxəssisxəzinədar vəzifəsində çalışır. Filialın əməkdaşı Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş saxtakarlıq barədə məlumatı olmamışdır. Belə ki, filialda məxaric əməliyyatı zamanı müştəri ilkin olaraq əməliyyatçıya yaxınlaşır və əməliyyatçı sənədləri yoxladıqdan sonra, yəni həmin şəxsin məxaric əməliyyatı aparmasına hüququ olmasını aydınlaşdırdıqdan sonra müvafiq məxaric sənədi tərtib edərək imzalayır, sonradan həmin sənədlər bir daha nəzaritçi tərəfindən yoxlandıqdan sonra sonuncu tərəfindən düzgünlüyü təsdiq edildikdə imzalanır, bundan sonra əməliyyatçı müştəri ilə birlikdə xəzinəyə yaxınlaşır və məxaric sənədini xəzinədara təqdim edir. Xəzinədar sənəddə olan imzaların özündə olan imza nümunələri ilə düzgünlüyünü yoxlayır və vəsaiti alan şəxsin şəxsiyyətini bir daha yoxladıqdan sonra məxaric sənədində göstərilən müvafiq məbləği müştəriyə verir. 13.01.2015-ci il tarixli məxaric oredrində xəzinədar qrafasında olan imza özünə məxsusdur, həmin vəsaiti orderdə adı göstərilən Təqsirləndirilən şəxs2 təqdim etmişdir. Belə ki, həmin məxaric orderi Təqsirləndirilən şəxs1 tərəfindən ona təqdim edildikdən sonra özü orderdə olan imzaları yoxlayıb və orderdə göstərilən vəsaiti sənəddə adı göstərilmiş Təqsirləndirilən şəxs2 adlı şəxsə, sonuncunun şəxsiyyəti müəyyən edildikdən sonra təqdim etmişdir. Sonradan, yəni bu məsələ bankda araşdırılan zaman məlumatı olmuşdur ki, həmin məxaric orderində nəzarətçi qrafasında Şahid3 imzası saxtalaşdırılmışdır. Lakin, qeyd olunan vəsait məxaric edilən zaman həmin məxaric sənədi əməliyyatçı- Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edildiyinə görə və “nəzarətçi” qrafasında olan imza baş mühasibin müavini Şahid3 imzasına oxşadığına görə, həmin imzanın saxtalaşdırıldığını bilməmişdir. (cild 02, i.v. 24); Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə, həmçinin tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, işdə olan 21 noyabr 2016-cı il tarixli «Cinayət işinin başlanması haqqında», 22 noyabr 2016-cı il tarixli «Cinayət işinin icraata qəbul edilməsi haqqında» qərarlardan görünür ki, həmin ********* nömrəli cinayət işi "xxxx" ASC-nin «Yasamal» filialının Əməliyyat şöbəsinin aparıcı mütəxəssisi Təqsirləndirilən şəxs1 qanunsuz hərəkətlərə yol verərək, həmin bankın müştərisi Şahid2 tərəfindən 19 dekabr 2014-cü il tarixli müqaviləyə əsasən beş illik, faizlərin əmanət müddətinin sonunda ödənilməsi şərtləri ilə əmanətə qoyduğu 80000 ABŞ dolları məbləğində pul vəsaitinin mənimsənildiyi barədə "xxxx" ASCnin müraciəti ilə əlaqədar toplanmış material üzrə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəisi tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 313-cü maddələri ilə başlanılmış, 22 noyabr 2017-ci il tarixdə cinayət işi həmin idarənin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi N.Məcidov tərəfindən icraata qəbul edilərək iş üzrə ibtidai istintaq aparılmışdır. (cild 1, iş vər. 1, 5). Azərbaycan Respublikası DİN «Sərhəd keçmə haqqında məlumat»lardan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 08.08.2007-ci il tarixdən mütəmadi olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası, Gürcüstan Respublikası, İran İR və Türkiyə Respublikasına gedib-gəlmiş və o cümlədən, 04.06.2014-cü il tarixdə «Biləsuvar» sərhəd keçid məntəqəsindən keçməklə İran İR-na gedərək həmin tarixdə ölkəyə qayıtmış, 03.12.2015-ci il tarixdə X12 Hava limanından İstanbul şəhərinə gedərək, 05.12.2015-ci il tarixdə həmin hava limanında ölkəyə qayıtmış, 28.12.2015-ci il tarixdə X12 Hava limanından Moskva şəhərinə gedərək, 01.01.2016-cı il tarixdə həmin hava limanında ölkəyə qayıtmış, sonrakı dövrdə də mütəmadi olaraq həmin ölkələrə gedib gəlməklə, 18.10.2017-ci il tarixdə X12 Hava limanından Moskva şəhərinə gedərək, 20.10.2017-ci il tarixdə «Samur» sərhədkeçmə məntəqəsindən keçməklə Azərbaycan Respublikasına qayıtmış, 07.11.2017-ci il tarixdə «Şirvanovka» sərhədkeçmə məntəqəsindən keçməklə Rf-na gedərək öləkəyə qayıtmışdır. (cild 1, iş vər. 24-27). İş materiallarına əlavə edilmiş 10 iyun 2013-cü il tarixli «Əmək müqaviləsi»nin surətindən görünür ki, həmin müqavilə «işəgötürən tərəf»- "xxxx" ASC-nin «Yasamal filialı»nın müdiri X4 ilə, «işçi»- Təqsirləndirilən şəxs1 arasında sonuncunun 10 iyun 2013cü il tarixdən "xxxx" ASC-nin «Yasamal filialı»nın Əməliyyat şöbəsinin fiziki şəxslərlə iş üzrə məsləhətçisi vəzifəsinə qəbul edilməsi haqqında bağlanmışdır. (cild 1, iş vər. 33-38). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06.12.2017-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. (cild 1, iş vər. 69). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06.12.2017-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. (cild 1, iş vər. 70). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakı Dövlət Reyestri Xidmətinin 20 fevral 2017-ci il tarixli **********90 saylı məktubu, həmçinin 20 dekabr 2017-ci il tarixli «Xəidməti məktub»dan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 adına daşınmaz əmlak müəyyən edilməmişdir. (cild 1, iş vər. 119, 121). "xxxx" ASC-nin «Yasamal» filialı üzrə 13.01.2015-ci il tarixli FJB**********423 nömrəli məxaric orderindən görünür ki, həmin sənəd Şahid2 adına depozit hesaba qoyulmuş USD 80000 ABŞ dolları məbləğində pul vəsaitinin AN №135050 saylı etibarnaməyə əsasən Təqsirləndirilən şəxs2 qaytarılması barədə tərtib edilmişdir. Həmin sənəddə «müştərinin imzası» qrafasında açıq göy rəngli qələmlə bir ədəd imza, «Bank işçisinin imzası» qrafasında isə açıq göy rəngli qələmlə üç ədəd imza edilmiş, həmçinin həmin sənəd "xxxx" ASC-nin «Yasamal» filialı Xəzinə №2» girdə möhür əksi ilə təsdiq edilmişdir. (cild 1, iş vər. 167). "xxxx" ASC-nin «Yasamal» filialı üzrə 19.12.2014-cü il tarixli FJB**********740 nömrəli mədaxil oredri 13.01.2015-ci il tarixli FJB**********423 nömrəli mədaxil elan orderindən görünür ki, həmin sənəd Şahid2 tərəfindən cəmi USD 140000 ABŞ dolları məbləğində pul vəsaitinin depozit hesaba qoyulması barədə tərtib edilmişdir. Həmin sənəddə «müştərinin imzası» qrafasında açıq göy rəngli qələmlə bir ədəd imza, «Bank işçisinin imzası» qrafasında isə açıq göy rəngli qələmlə iki ədəd imza edilmiş, həmçinin həmin sənəd "xxxx" ASC-nin «Yasamal» filialı Xəzinə №2» girdə möhür əksi ilə təsdiq edilmişdir. (cild 1, iş vər. 168). İş materiallarına əlavə edilməklə "xxxx" ASC-nin «Yasamal filialı» üzrə tərtib edilmiş,- 13 aprel 2016-cı il tarixli «Kredit sifari» (fiziki şəxslər üçün); «13 aprel 2016-cı il tarixli 1- 13.04.2016-SM0030 №li Kredit müqaviləsinə Əlavə №1, Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli» və həmçinin «13 aprel 2016-cı il tarixli 1-13.04.2016-SM0030 №li Kredit müqaviləsi»nin surətlərindən görünür ki, həmin tarixdə «Borcalan» tərəf,- Yardımlı rayonu Qabaqdiki kənd sakini Təqsirləndirilən şəxs1 ilə müvafiq etibarnamə əsasında fəaliyyət göstərən «Borcverən»- tərəf kimi "xxxx" ASC-nin «Yasamal filialı»nın müdiri Şahid1 arasında «borcalan»-Təqsirləndirilən şəxs1 36 ay müddətinə, kredit müddəti 19 aprel 2019-cu il tarixdə bitməklə, illik 21 faiz dərəcəsi ilə, aylıq ödəniş məbləği 376,80 (üç yüz yetmiş altı manat, səksən qəpik) manat təşkil, ilk ödəni 13.05.2016-cı il tarixdə, sonuncu ödənişin 13.04.2019-cu il tarixdə müəyyən olunması şərti ilə cəmi 10000 AZN (on min) manat məbləğində kredit vəsaiti ayrılmışdır. (cild 1, iş vər. 237-238, 239, 240-243). "xxxx" ASC-nin «Yasamal filialı» üzrə 10 iyun 2013-cü il tarixli «Kadrlar haqqında» № 063 saylı əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 13 iyun 2013-cü il tarixdən həmin bank filialına Əməliyyat şöbəsinin fiziki şəxslərlə iş üzrə məsləhətçi vəzifəsinə təyin edilmişdir. (cild 1, iş vər. 273). "xxxx" ASC-nin İdarə heyəti sədrinin 14 noyabr 2017-ci tarixli № 696 k saylı əmrin surətindən görünür ki, işində yol verdiyi kobud qanun pozuntuları ilə əlaqədar Təqsirləndirilən şəxs1 həmin Azərbaycan Respüublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin «c» bəndi və 70-ci maddəsinin «c» bəndinə əsasən «Yasamal filialı»nın Əməliyyat şöbəsinin aparıcı mütəxəssisi vəzifəsindən azad edilmiş və onunla bağlanmış Əmək müqaviləsinə xitam verilmişdir. (cild 1, iş vər. 274). Məhkəmə baxışı zamanı tədqiq edilməklə, iş üzrə ibtidai istintaq zamanı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.12.2017-ci il tarixli iş № 5(006)-1625/2017 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-**, həmçinin Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon nömrələri üzrə 2014-2015-ci illər ərzində daxil olan və çıxan zənglər, SMS yazışmaları və həmçinin bu kimi telefon əlaqələri saxlamış abunəçilərin şəxsiyyəti barədə məlumatlar olmaqla "xxxx" MMC-dən istintaqa təqdim olunmuş bir ədəd SD diskdə olan məlumatlar, həmçinin iş materiallarına əlavə edilməklə həmin məlumatlardan çıxarışlardan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 digər abunəçilər ilə yanaşı, 2014-2015-ci illər ərzində, o cümlədən hadisənin baş verdiyi 2015-ci ilin yanvar ayında həmin telefon nömrələrindən istifadə etməklə bir-birləri ilə sistematik olaraq telefon əlaqələri saxlayaraq telefon danışıqları aparmış, bir-birlərinə SMS məktubları göndərmiş, Təqsirləndirilən şəxs2 həmçinin həmin telefon nömrəsindən istifadə etməklə Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsi ilə də onunla qarşılıqlı telefon əlaqələri saxlamış və həmçinin bir-birlərinə SMS məktubları göndərmişlər. Bununla yanaşı, iş üzrə ibtidai istintaq zamanı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.12.2017-ci il tarixli iş № 5(004)-1361/2017 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon nömrəsi üzrə 2014- 2015-ci illər ərzində daxil olan və çıxan zənglər, SMS yazışmaları mətnləri və həmçinin telefon əlaqələri saxlamış abunəçilərin şəxsiyyəti barədə məlumatlar olmaqla "xxxx" MMCdən istintaqa təqdim olunmuş bir ədəd SD diskdə olan məlumatlar, həmin məlumatlara «Baxış keçirilməsi haqqında 23 yanvar 2018-ci il tarixli protokol, həmçinin iş materiallarına əlavə edilməklə həmin məlumatlar və SMS yazışmaları mətnlərindən çıxarışlardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 ***-***-**-** nömrəli mobil telefon nömrəsi ilə də digər abunəçilər ilə yanaşı ilə yanaşı, 2014-2015-ci illər ərzində Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon nömrəsi və digər telefon nömrələri, həmçinin Təqsirləndirilən şəxs2 2015-ci ilin sonlarında Azərbaycan Respublikasının hüdudlarından kənarda istifadə etdiyi Rusiya Federasiyasının mobil operatoruna məxsus +**********2 mobil telefon nömrəsi ilə də onunla mütəmadi olaraq qarşılıqlı telefon əlaqəsi saxlayaraq danışıqlar aparmış və həmçinin bir-birlərinə həm mətnsiz, həm mətnli SMS məktubları göndərmişlər. Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon nömrəsi üzrə Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** və **********2 mobil telefon nömrələri üzrə 2015-ci ildə o cümlədən aşağıda qeyd edilən yazılı mətnli SMS məktubları-yazışmaları aparılmışdır: -25/07/2015, 22:08:36, **********71, **********54, Catdin eve; 11/08/2015,18:26:11, **********71, **********54, İki saat olar yoldadilar; 11/08/2015,18:27:20, **********71, **********54, Sag ol; 23/08/2015, 01:32:25, **********1, **********54, Sabah evdeyem evde nese problem var; 11/10/2015, 06:34:40, **********54, **********71, Yatirsan brat?; 11/10/2015,07:12:20, **********54, **********71, Qaqa, eve indi girdim, yatacam. Allah sahitdi dehset yorgunam, yatiram. Senin borcuvu qaytarmaga imkan tapdim. Seher 12de meni oyad, gorushm var. Yatmaliyam ola biler ki, yol suresi oldum.; 17/10/2015, 07:13:04, **********54, **********71, Brat, oyananda xeber ele. Men yasamaldayam.; 19/10/2015, 06:06:21, **********54, **********71, Qaqam, sabahin xeyir. İshlerim yaxsi terefe gedir. Zehmetinden kech,meni gunorta 12 oyad. Yatmaliyam.; 26/10/2015, 03:58:28, **********54, **********71, Qaqa, oynan raziliqa geldik. Eve indi geldim. Yorgunam. Meni 12 zehmet olmasa oyad.; 28/10/2015, 06:42:46, **********54, **********71, Brat, salamatciliqdi, gunorta yiqacam seni.; 29/10/2015, 08:42:15, **********54, **********71, Ugur olsun qaqa, ALLAHi zikr eliye eliye gir yanina, esasida uvereni ol. Xosh xeber gozluyuram 05/11/2015, 03:59:51, **********54, **********71, Sabahin xeyir qardash. Qadan alaram, ishe chatanda, meni de oyad.; 09/11/2015, 03:54:13, **********54, **********71, Sabah obedte bir stakan chay qonaq eliyersen qaqashivi; 10/11/2015, 08:07:38, **********54, **********71, Qaqa,bu gun dayioqlu qalacaq neneynen axshama qeder. Cox gumanki,geceni men qalmali olacam. Eve telesmesen axsham oturub baliqdana yiyerik.; 10/11/2015, 08:11:04, **********71, **********54, Allah sefa versin 10/11/2015, 08:11:55, **********54, **********71, Saol qaqa; 17/11/2015, 07:28:28, **********54, **********71, Ay brat narahatam yiq meni. Gece sonlu idi indi goturmursen. Salamatciliqdi sizde?; 24/11/2015, 03:22:40, **********54, **********71, Qaqash rayonda masin var, satib yaxsi xeyir goturmek olar. Qatara bilet goturdum. Seher 08.30 metronun yaninda olacam, telefonumu getir, shekillerini cekib gonderesiyam klienta masina baxandan sora. Metroya girende yiq meni mutleq.; 24/11/2015, 09:05:43, **********54, **********71, Qaqam, qaqasivi uzurlu hesab ele. Bu mesele senlik deyil. Bu mesuliyyet menim boynumdadi, ne lazimdida eliycem, hara lazimdi gedecem. Ama senin borcuvu ver; 24/11/2015, 09:05:48, **********54, **********71, ecem. Sen eseblesme, ishde de rahat otur, bashka hecne fikirleshme. Salamat. Telefondayam men; 04/12/2015, 00:15:04, **********54, **********71, Qaqa, chatdim; 13/12/2015, 21:09:28, **********54, **********71, Qardash, imkan olanda yiq da meni 070-nen.; 29/12/2015, 02:51:10, **********2, **********71, Salam qardash. Nomre ozumundu. Burda shukur salamatciliqdi. Bakida sene danisdiqim insan barede el chekmirdi menden. Dediyim adam qarsiladi.. Yiqanda buna yiq, yaxshisi yaz. İshleri hell eliyiram. Menle cixan adam, getdi o biri ticareti elemeye. senin 613 nomrevi bilirler, buda, bakixanda. Allaha emanet; 29/12/2015, 11:57:55, **********2, **********71, Brat sene dunen yazdiqim chatib?; 29/12/2015, 12:02:53, **********71, **********2, He ne oldu?; 29/12/2015, 12:50:26, **********2, **********71, Emanetleri gondaracam men. Lazim olani gotur, qalani evdakilara otur. Ama bu umumi veziyetdan nece cixacaqimi bilmiram. Yaxsi deyil burda veziyyet.. bu sms sil, saxlama.; 29/12/2015, 16:52:53, **********2, **********71, Qaqa, sms tam chatib oxumusansa, bir nokteden, cavadan gondar xeberim olsun; 29/12/2015, 19:19:16, **********71, **********2, Men nece edim borcu isteyir Verseydin vaxtinda vererdim usd da qalxib astadkani isteyir Deyir vaxtinda deyishseydim qabaq idim nese?; 29/12/2015,19:22:23, **********71, **********2, Kimnense borc tapib gondersen canim qurtarardi; 29/12/2015, 19:39:14, **********2, **********71, Seher meni qarsilayan adam gelir yanima. Gelib goturmalidi. Men onlarin baq evindayam, ozu ise erkezdedi..xeber getirmelidi. Ozumda oturmusham burda, urayim ,fikrim zikrim bakidadi. Bele ozge salamatciliqdi? Bu dediyim axir gunler meni narahat eliyan adamnan narahat idim. O boyda derdin icinda bu da yapis: 29/12/2015, 19:50:28, **********71, **********2, Borcunu isteyirde qaytarmaq lazimdi ona gore; 29/12/2015, 19:55:31, **********71, **********2, Amma birinci sene gore goturduyumu borcu qaytaraq sonrasina Allah komek olsun; 29/12/2015, 20:58:38, **********2, **********71, Seni tam basha dusdum; 31/12/2015, 17:48:37, **********2, **********71, Qaqam, Allah sene can saqliqi versin. Senin olan cuppulunu saxlasin birde o biri cuppulunu dunyaya saqlam getirsin. Hemeshe ailevin yaninda olasan. Allah salamatciliq versin bize. Amin; 31/12/2015, 18:12:10, **********71, **********2, Cox sag ol Allah razi olsun qardashimsan gozleyirem; 31/12/2015, 18:21:17, **********2, **********71, Qaqam, bir deqiqelik da olsa yadimnan cixmirsan..ne lazimdi,onu da eliyecem.». Yuxarıda qeyd edilməklə Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon nömrəsinə gələn və çıxan SMS yazışmalarının mətnləri də hadisənin baş verdiyi dövrdə və sonrakı dövrdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında münasibətlərin yaxşı olması, sonuncunun Təqsirləndirilən şəxs1 təzyiq və ya hədə-qorxu gəlməsini təsdiq edə biləcək hər-hansı məzmunlu SMS yazışmaları olmamaqla, onların öz işlərini həll etmələri, əmanətlərin göndərilməsi, götürülmüş borcun qaytarılması və s. barədə həmçinin qarşılıqlı yazışmalar apardıqları, onların arasında hər-hansı bir ziddiyətli münasibətlər olmadığı, təqsirləndirilən şəxs Rüfət Vəliyevin yuxarıda qeyd edilən cinayət əməlini məhz Təqsirləndirilən şəxs2 ona qarşı etdiyi hədə-qorxu nəticəsində törətdiyi barədə öz ifadəsində göstərdiklərinin əsassız olmasını təsdiq edir. (cild 1 iş vər. 105, 106, cild 2, iş vər. 2-3, 5-6, 7-9, 1-3, 7-9). İş materiallarına əlavə edilməklə "xxxx" ASC-nin «Yasamal filialı» üzrə 19 dekabr 2014-cü il tarixli «Klassik əmanət (depozit) hesabı haqqında» № RM 580 saylı və həmçinin 19 dekabr 2014-cü il tarixli «Klassik əmanət (depozit) hesabı haqqında» № RM 579 saylı müqavilələrdən görünür ki., həmin müqavilələr, müvafiq lisenziya əsasında fəaliyyət göstərən «Bank»- tərəf kimi həmin bank filialının müdiri X4 ilə, «Əmanətçi» tərəf,- Bakı şəhər sakini Şahid2 arasında sonuncunun beş il müddətinə olmaqla, 60 ay müddətinə, müqavilələr 20 dekabr 2014-cü il tarixdə qüvvəyə minməklə, 20 dekabr 2019cu il tarixədək qüvvədə olmaqla, illik 17 faiz dərəcəsi ilə, faiz məbləğlərinin əmanət müddətinin sonunda ödənilməsi şərti ilə 60000 (altmış min) USD- ABŞ dolları və həmçinin müvaıiq olaraq 80000 (səksən min) USD- ABŞ dolları məbləğində pul vəsaitlərinin həmin banka müddətli depozitə qoyulması haqqında bağlanmışdır. (cild 2, iş vər. 13-14, 15-16). «Baxış keçirilməsi haqqında, 14 fevral 2018-ci il tarixli protokol və həmin protokola əlavə olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankın “https://www.cbar.az/other/aznrates” rəsmi internet saytınan olan çıxarışlardan görünür ki, hadisənin baş verdiyi 13 yanvar 2015-ci il tarixə Azərbaycan manatının AZN-nin USD ABŞ dolları nisbətində orta məzənnəsi 1 ABŞ dolları- 0.7844 manat təşkil etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz yolla ələ keçirdikləri 80000 (səksən min) USD ABŞ dolları pulun həmin tarixə olan məzənnə üzrə 62752 (altmış iki min yeddi yüz əlli iki) AZN manat - (0,7844X80.000) təşkil etdiyi müəyyən edilir. (cild 2, iş vər. 88, 89-90). Abşeron rayonu Hökməli qəsəbə İƏDÜ nümayəndəliyi tərəfindən verimliş 22.02.2018-ci il tarixli xasiyyətnamə, arayış və həmçinin Doğum Haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 həyat yoldaşı və uhaqları ilə birlikdə Hökməli qəsəbəsi,n.ünvan 8 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs1 himayəsində 25 iyun 2014-cü il təvəllüdlü, 16 yanvar 2016-cı il təvəllüdlü və 17 fevral 2018-ci il təvəllüdlü üç azyaşlı övladı vardır. (cild 2, iş vər. 95, 96-100). İs üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 21.02.2018-ci il tarixli 3101 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 13.01.2015-ci il tarixli "xxxx" ASCnin «Yasamal» filialı üzrə 13.01.2015-ci il tarixli FJB**********423 nömrəli məxaric orderi həmin tarixdə şəxsən onun öz məxaric orderində “müştərinin imzası” qrafasında olan imza Təqsirləndirilən şəxs2 tərəfindən, “bank işçisinin imzası” qrafasında soldan 1-ci imza Təqsirləndirilən şəxs1 tərəfindən , “bank işçisinin imzası” qrafasında soldan 2-ci imza Şahid3 imzasına oxşatmaqla Təqsirləndirilən şəxs1 tərəfindən, “bank işçisinin imzası” qrafasında soldan 3-cü imza Şahid6 tərəfindən icra olunmuşdur. (cild 2, iş vər. 103-105). İş üzrə “Sübutların qiymətləndirilməsi haqqında” 13 mart 2018-ci il tarixli qərardan görünür ki, iş üzrə "xxxx" ASC-nin «Yasamal» filialının əməkdaşları Şahid6, Şahid4, Şahid3 və X1 barəsində cinayət təqibinin başlanılması rədd olunmuş, "xxxx" ASC-nin «Yasamal filialı» üzrə 19.12.2014-cü il tarixli RM579 nömrəli Klassik əmanət (depozit) hesabı haqqında müqavilə, 19.12.2014-cü il tarixli FJB**********740 nömrəli xəzinə mədaxil orderi və 13.01.2015-ci il tarixli FJB**********423 nömrəli xəzinə məxaric orderi maddi sübut kimi iş materiallarında saxlanılmışdır. (cild 2, iş vər. 132-146). İş üzrə 13 mart 2018-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 13.03.2018-ci il tarixli iş qərarı ilə həbsetmənin əvvəli 13 mart 2018-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 2, iş vər. 151-152, 201-202). İş üzrə 13 mart 2018-ci il tarixli qərarla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 13.03.2018-ci il tarixli iş qərarı ilə həbsetmənin əvvəli 13 mart 2018-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 2, iş vər. 171-172, 203-204). Bakı şəhəri "xxxx" MTK-vi tərəfindən verimliş 27.03.2018-ci il tarixli xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 9 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 2, iş vər. 225, 226). Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs1 öz yaxın tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları, onların özlərinin işin faktiki hallarına uyğun qismən etirafedici ifadədəri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllrində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülmüş ittihamla bağlı "xxxx" ASC-yə məxsus həmin pul vəsaitini mənimsəmək niyyətləri olmadığı, saxta sənəd tərtib edilməklə "xxxx" ASC-nin «Yasamal filialı»ndan başqa şəxsin adına depozit hesaba qoyulmuş 80000 ABŞ dolları məbləğində pulu sonradan həmin hesaba geri qoymaq niyyətində olduqları, lakin sonradan manatın devalvasiyaya uğraması, öz işlərinin alınmaması ilə əlaqədar olaraq həmin pul vəsaitini geri qaytara bilmədikləri, Təqsirləndirilən şəxs1 həmin pul vəsaitinin öz tanışı Təqsirləndirilən şəxs2 ona qarşı hədəqorxu gələrək, həmin pul vəsaitini saxta sənədlər tərtib edilməklə çıxarıb tam ona verdiyi, həminm pulun əksər hissəsinin Təqsirləndirilən şəxs2 tərəfindən ələ keçirildiyi, sonradan ona qaytarlmadığı hissədə məhkəmə baxışı zamanı verdikləri ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onların bu kimi ifadələri öz məsuliyyətlərini yüngülləşdirmək və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onların yuxarıda qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayət əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs şalında törətməkdə təqsirli olmaları iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusi ilə tam təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülmüş ittihamla bağlı "xxxx" ASC-yə məxsus həmin pul vəsaitini mənimsəmək niyyətləri olmadığı, saxta sənəd tərtib edilməklə "xxxx" ASC-nin «Yasamal filialı»ndan başqa şəxsin adına depozit hesaba qoyulmuş 80000 ABŞ dolları məbləğində pulu sonradan həmin hesaba geri qoymaq niyyətində olduqları, Təqsirləndirilən şəxs1 həmin pul vəsaitinin öz tanışı Təqsirləndirilən şəxs2 verilməsini sonuncunun ona qarşı təzyiq göstərərək hədə-qorxu gəldiyinə görə təmin etdiyi, həmin pul vəsaitinin mənimsənilməsi üçün Təqsirləndirilən şəxs2lə cinayət ələaqəsinə girmədiyi və pulun Təqsirləndirilən şəxs2 tərəfindən ələ keçirildiyi hissədə məhkəmə baxışı zamanı verdikləri ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onların bu kimi ifadələri öz məsuliyyətlərini yüngülləşdirmək və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onların yuxarıda qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayət əməllərini qabaqcadan əlbir olan bir qrup şəxs şalında törətməkdə təqsirli olmaları iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusi ilə tam təsdiq olunmuşdur. “Azərbaycan Respublikasının Cinayət Məcələsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.61.7-ci bəndinə əsasən isə AR CM-in 177-ci maddəsinin “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilmişdir. «Qeyd: 1. Bu Məcələnin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcələnin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddəərində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. 2. Bu Məcələnin 177-182-ci, 185-187-ci və 189-1-ci maddəərində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. 3. Bu Məcələnin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddəəri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcələnin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcələnin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur.» Beləliklə, 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununa əsasən əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə (külli miqdarda ziyan vurmaqla) tövsif edilməsi üçün vurulmuş ziyanın məbləğinin əlli min manatdan artıq olması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə (xeyli miqdarda ziyan vurmaqla) tövsif edilməsi üçün vurulmuş ziyanın məbləğinin beş min manatdan yuxarı olması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə tövsif edilməsi üçün isə vurulmuş ziyanın məgləğinin 500 manatdan yuxarı olması nəzərdə tutulmuşdur. Həmin iş üzrə aparılmış ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 öz tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgəyə məxsus külli miqdarda əmlakı mənimsəmə yolu ilə talamaqla Azərbaycan Beynəlxalq Bankı” ASC-nə 80000 (səksən min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 62752 (altmış iki min yeddi yüz əlli iki) manat məbləğində maddi ziyan vurmuş olduqları, həmçinin tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edilməsi ilə vəzifə saxtakarlığı törətmiş olduğu, öz növbəsində Təqsirləndirilən şəxs2 vəzifəli şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə etibar olunmuş özgəyə məxsus qeyd edilən külli miqdarda əmlakı bir qrup şəxs halında mənimsəmə yolu ilə talama və tamah niyyəti ilə vəzifə saxtakarlığı cinayətlərinin törədilməsində bilavasitə iştirak etmiş olduğu tam təsdiq olunmuşdur. Bununla bağlı məhkəmə iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaqla Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə düzgün tövsif edilmiş, mənimsəmə cinayət əməlinin törədilməsində birgə icracıçlar kimi iştirak etməklə Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, bununla yanaşı sonuncunun vəzifə saxtakarılğı cinayət əməlinin törədilməsi ilə bağlı əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə tövsif edilsə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 özünün vəzifəli şəxs olmamaqla, həmin iş üzrə məhz vəzifəli şəxs tərəfindən həmçinin tamah niyyəti ilə vəzifə saxtakarlığı cinayətlərinin törədilməsində köməkçi kimi iştirak etmiş olduğu müəyyən olunmuş və bununla bağlı həmin hissədə onun əməli Azərbaycan Respublikası CM-nin 32.5,313-cü maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 179.3.2 və 313-cü maddələri ilə, digər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 179.3.2 və 32.5,313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri törətməkdə təqsirli olmaları təsdiq olunur. Həmin iş üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd edilən cinayət əməllərini 2014-ci ilin dekabr ayından 2016-cı ilin yanvar ayı da daxil olmaqla olan dövr ərzində törətmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mənimsəmə və vəzifə saxtakarlığı cinayətlərini törətdikləri zaman qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin redaksiyasında 179.3.2-ci maddənin sansksiyasında yeddi ildən on iki ilədək azadlıqdan məhrumetmə cəzası, CM-nin 313-cü maddənin sanksiyasında isə min beş yüz manatdan üç min manatadək cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyası dəyişdirilərək, beş ildən on ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, 20 oktyabr 2017-ci il tarixli qanunla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyası yüngülləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin maddənin müddəaları nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 həmçinin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli, həmçinin Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 32.5,313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli əməllər böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə görə isə, əməlin cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olunmuş hazırkı ittiham üzrə həmçinin böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müdddəti, yəni iki il keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlb etmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Lakin, cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən belə bir qərarın qəbul edilməsinə razılıqla əlaqədar müraciət daxil olmamışdır. Həmçinin hazırki cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin dayandırılması halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halların olması, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi müəyyən edildikdə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi, həmçin Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 32.5,313-cü maddəsi ilə ittiham üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin etməməklə ittiham hökmü çıxarılmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə cəza təyin olunarkən 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyasında edilmiş dəyişikliklər nəzərə alınmalı və həmin maddənin sanksiyası həddində onlara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ağır cinayət əməli törətməkdə təqsirli bilindikləri nəzərə alınaraq təyin olunan cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, onların həbsdə saxlandığı müddət yekun cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Bununla əlaqədar məhkəmə, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq, onların müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququnun saxlanılmasını qeyrimümkün hesab edir və onlara təqsirli bilinməklə cəza təyin edilməli olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmasa da, onların barəsində müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd edildiyi kimi, həmin iş üzrə aparılmış ibtidai və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgəyə məxsus külli miqdarda əmlakı mənimsəmə yolu ilə talamaqla Azərbaycan Beynəlxalq Bankı” ASC-nə 80000 (səksən min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 62752 (altmış iki min yeddi yüz əlli iki) manat məbləğində maddi ziyan vurmuş olduqları müəyyən edilmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxs,- "xxxx" ASC-ti, yaxud onun nümayəndəsi hazırki cinayət işi üzrə həmin ASC-nə vurulmuş maddi ziyanla bağlı heç bir iddia tələbi irəli sürməmişlər. Odur ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nə hazırki cinayət işi üzrə vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı müvafiq qaydada məhkəməyə müraciət etmək hüquqları olması izah olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 64-cü maddələrinə müvafiq olaraq onların törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cinayət əməlini qismən etiraf edib peşman olmasını, himayəsində üç azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cinayət əməlini qismən etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Maddi sübutlar: "xxxx" ASC-nin «Yasamal filialı» üzrə Şahid2 ilə bağlanmış 19.12.2014-cü il tarixli RM579 nömrəli Klassik əmanət (depozit) hesabı haqqında müqavilə və 19.12.2014-cü il tarixli FJB**********740 nömrəli xəzinə mədaxil orderinin surəti, Şahid2 depozit hesabında olan 80000 (səksən min) USD ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 62752 (altmış iki min yeddi yüz əlli iki) manat pul vəsaitinin Təqsirləndirilən şəxs2 verilməsi ilə bağlı qanunsuz yolla tərtib edilmiş 13.01.2015-ci il tarixli FJB**********423 nömrəli xəzinə məxaric orderi, Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-**, Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon nömrələri üzrə 2014- 2015-ci illər ərzində telefon əlaqələri, abunəçilərin şəxsiyyəti barədə məlumatlar olmaqla "xxxx" MMC-dən istintaqa təqdim olunmuş bir ədəd «CD» disk və həmin məlumatlardan çıxarışlar, Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon nömrəsi üzrə 2014-2015-ci illər ərzində telefon əlaqələri, SMS yazışmaları mətnləri, abunəçilərin şəxsiyyəti barədə məlumatlar olmaqla "xxxx" MMC-dən istintaqa təqdim olunmuş bir ədəd CD disk və həmin məlumatlardan çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci cəmi 132 (yüz otuz iki) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-354 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 13 mart 2018-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 32.5,313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 13 mart 2018-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin müddəalarına əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına daxil olan müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 32.5,313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müdddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,313-cü maddəsi ilə cəza təyin edilməsin. Maddi sübutlar: "xxxx" ASC-nin «Yasamal filialı» üzrə Şahid2 ilə bağlanmış 19.12.2014-cü il tarixli RM579 nömrəli Klassik əmanət (depozit) hesabı haqqında müqavilə və 19.12.2014-cü il tarixli FJB**********740 nömrəli xəzinə mədaxil orderinin surəti, Şahid2 depozit hesabında olan 80000 (səksən min) USD ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 62752 (altmış iki min yeddi yüz əlli iki) manat pul vəsaitinin Təqsirləndirilən şəxs2 verilməsi ilə bağlı qanunsuz yolla tərtib edilmiş 13.01.2015-ci il tarixli FJB**********423 nömrəli xəzinə məxaric orderi, Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-**, Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon nömrələri üzrə 2014- 2015-ci illər ərzində telefon əlaqələri, abunəçilərin şəxsiyyəti barədə məlumatlar olmaqla "xxxx" MMC-dən istintaqa təqdim olunmuş bir ədəd «SD» disk və həmin məlumatlardan çıxarışlar, Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon nömrəsi üzrə 2014-2015-ci illər ərzində telefon əlaqələri, SMS yazışmaları mətnləri, abunəçilərin şəxsiyyəti barədə məlumatlar olmaqla "xxxx" MMC-dən istintaqa təqdim olunmuş bir ədəd «SD» disk və həmin məlumatlardan çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nə izah olunsun ki, hazırki cinayət işi üzrə həmin ASC-nə vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı müvafiq qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Hökmdən elan olunduğu, məhkumlara isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-536/2018
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-536/2018
12.11.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver