Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-536/2021 15.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 2002-ci il tarixdə Şamaxı rayonunun Qaravəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 mənzil 43A ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kərpiczavod adlanan yerin yaxınlığında tanışı Zərərçəkmiş şəxs sonuncunun nalayiq ifadələr işlətməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağı ilə bir neçə dəfə vuraraq sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının yan divarının sol döş boşluğuna nüfuz edən 1 ədəd, mədənin seroz qişasının zədələnməsinə və daxili qanaxmaya səbəb olan qarının ön divarının qarın boşluğuna nüfüz edən 2 ədəd kəsilmiş-deşilmiş yaraları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid döş qəfəsinin sol yarısının ön və arxa səthlərinin döş boşluğuna nüfuz etməyən 2 ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, qonşuluğunda yaşayan Tofiqlə hadisədən təxminən 7-8 ay əvvəl mübahisələri düşmüş və mübahisə zamanı Tofiq onun paltarından tutub itələyərkən gödəkcəsi cırılmışdır. Mübahisə sakitləşəndən sonra o cırılmış gödəkcəsinin əvəzində ona ya gödəkcə alıb verməsini, ya da əvəzində pulunu ödəməsini tələb etmişdir. Təxminən 40 manat dəyərində olan həmin gödəkcəsi ilə bağlı tələbini Tofiq qəbul etmiş və imkan olan kimi yaxın vaxtlarda gödəkcə alıb verəcəyini vəd etmişdir. Amma aradan xeyli vaxt keçsə də Tofiq vədinə əməl etməmiş və sonuncunun qardaşı Kamran da məsələdən xəbərdar olmuşdur. Ona görə də Kamranın özündən də dəfələrlə gödəkcə alıb vermələrini, ya da pulunu ödəmələrini həm tələb, həm də xahiş etmişdir. Amma bu şəxslər hər dəfə bir bəhanə ilə gödəkcə məsələsini qeyri-müəyyən vaxtda həll edəcəklərini vəd edərək məsələni uzatmışlar. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında təsadüfən Tofiqi məhəllədə görüb ona yaxınlaşmış və yenidən gödəkcəsini tələb etmişdir. Tofiq isə yenə ona səbrli olmağını deyib geci-tezi gödəkcəni qaytaracağını bildirmişdir. Onların bu söhbəti zamanı Tofiqin qardaşı Kamran də gəlib çıxmış və yaxınlşaraq nə baş verdiyini soruşmuşdur. O, Kamrana da gödəkcə ilə bağlı məsələni xatırlatmış və tələbini bildirmişdir. Kamran da etinasız bir şəkildə ona hal-hazırda yay fəsli olduğunu, havaların isti keçdiyini, ona görə də gödəkcəni payız aylarında alıb verəcəklərini deyib evlərinə doğru getmişdir. Bundan az sonra, yəni elə həmin gün axşam saat 22 radələrində o, Tofiq və Kamranın yaşadığı evə getmiş, qapılarını döyərək söhbət etmək və gödəkcə ilə bağlı konkret bir qərara gəlmək üçün Tofiqi çölə çağırmışdır. Tofiq və Kamran hər ikisi çölə çıxmış, onu gördükdə Kamran Tofiqə mağazaya getməsini tapşırmış və onunla özünün söhbət edəcəyini demişdir. Kamran ona söhbət emək üçün yaşadığı evdən bir az kənara çəkilmələrini təklif etmişdir. O, Kamranla söhbət zamanı onun sözünə aşkar şəkildə məhəl qoymayıb hələ də gödəkcəsini qaytarmadığını irad şəklində bildirmiş, bunun cavabında isə gözləmədiyi halda Kamran onun ünvanına nalayiq ifadələr işlətmişdir. Kamrana düzgün danışmadığını deyib söyüş işlətməməsini tələb etmişdir. Amma Kamran yenə kobud şəkildə onu təhqir etmiş, sonra da çevrilib yaşadığı evə tərəf addımlamışdır. Elə həmin anda Kamranın onun ünvanına dediyi nalayiq ifadələrə dözməyərək, bir neçə gün əvvəl yerdən taparaq əynindəki şalvarının arxa sağ cibinə qoyduğu bıçağı çıxardıb Kamranın kürəyindən bıçaqla zərbə endirib kənara çəkilmişdir. Bundan sonra Kamran ona tərəf dönmüş və üzərinə gələrək onu vurmaq istəmişdir. Kamran fiziki cəhətdən ondan çox güclü olduğundan əlbəyaxa olacaqları halda öhdəsindən gələ bilməyəcəyini başa düşdüyü üçün qorxutmaq məqsədilə Kamrana yenidən bıçaqla zərbələr endirmişdir. Neçə zərbə vurduğunu dəqiq xatırlamır. Bu zərbələrdən sonra Kamran artıq yerində dayanaraq onun üstünə gəlməmişdir. Özü isə dərhal qaçıb oradan uzaqlaşaraq evlərinə getmişdir. Etdiyi hərəkətdən dərhal da peşman olmuş və 15-ci Polis Bölməsinə gedib könüllü təslim olmaq qərarına gəlmişdir. Amma həmin bölmənin inzibati binasının başqa yerə köçürüldüyünü xatırlayıb yeni ünvanı da bilmədiyindən elə evlərində oturub gözləmiş və bir qədər sonra polis əməkdaşları evə gəlib çıxmışlar. Törətdiyi əməli polis əməkdaşlarına etiraf edib baş verənləri ətraflı şəkildə danışmışdır. Polis əməkdaşları onu Sabunçu rayon Polis idarəsinin İstintaq Şöbəsinə aparmış və o da hadisə törədərkən istifadə etdiyi bıçağı könüllü olaraq istintaqa təhvil vermişdir. Törətdiyi əməldən çox peşmandır. Hadisədən sonra Kamranla barışmış və sonuncu onu bağışlamışdır. Böyük səhvə yol verdiyini, özünü və ailəsini ciddi problemə saldığını başa düşmüşdür. Ailəsi Kamranın müalicəsi üçün lazım olan köməkliyi etmiş və maddi yardım da göstərmişdir. Zərərçəkmiş şəxsin hal-hazırda ona qarşı heç bir tələb və şikayəti yoxdur. Ona görə də bütün bu halların nəzərə alınıb ona mümkün olan qədər yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, onunla eyni məhəllədə yaşayan Təqsirləndirilən şəxsla həmişə normal münasibətləri olmuşdur. Məlum hadisədən təxminən 7-8 ay əvvəl Nurəli ilə onun qardaşı Tofiq arasında mübahisə baş vermiş və mübahisə zamanı Tofiq Nurəlini itələyərkən sonuncunun gödəkcəsi cırılmışdır. Bundan sonra Nurəli hər dəfə qardaşı və ya onu gördükdə onlardan cırılmış gödəkcənin əvəzində ya təzə gödəkcə alınıb verilməsini, ya da pulunun ödənilməsini istəmişdir. Gödəkcənin təxmini qiyməti isə 40-50 manat olmuşdur. Onlar da hər dəfə Nurəliyə gödəkcə alıb verəcəklərini vəd etmişlər. Amma maddi imkanları olmadığından həmin müddətdə gödəkcəni ala bilməmişlər. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında yaşadığı evə gələrkən məhəllədə qardaşı Tofiqlə Nurəlinin söhbətləşdiyini görmüş, yaxınlaşıb nə baş verdiyini soruşduqda, qardaşı Nurəlinin yenidən öz gödəkcəsini tələb etdiyini bildirmişdir. O, Nurəliyə hal-hazırda yay olduğunu, belə isti havada onsuz da gödəkcəyə ehtiyac olmadığını, ona görə də gödəkcəni payız aylarında alıb verəcəklərini deyib qardaşı ilə birlikdə evlərinə getmişlər. Onlar evə daxil olduqdan təxminən 15 dəqiqə sonra, yəni saat 22 radələrində Nurəli yaşadıqları evin qapısını döyərək onları çölə çağırmışdır. O, həmin vaxt qardaşı Tofiqə pul verərək onu mağazaya göndərmiş, özü isə çölə çıxıb Nurəli ilə söhbət etmək üçün yaşadığı evdən bir qədər kənara çəkilmişlər. Nurəli yenidən cırılmış gödəkcəsinin pulunu tələb etdikdə o, gödəkcəni verəcəyini bildirərək Nurəlinin ünvanına bir az sərt ifadələr işlətmişdir. Əvvəlcədən belə niyyətdə olmasa da Nurəlinin israrını, gecə vaxtı gəlib dirəndiyini görüb ağzından söyüşlər çıxarmışdır. Nurəli ondan danışığına fikir verməsini tələb etmişdir. O isə Nurəliyə gödəkcəyə görə onu bezdirməməsini kobud şəkildə ifadə edərək arxasını Nurəliyə tərəf çevirmiş və yaşadığı evə getmək istəmişdir. Elə həmin anda kürəyinin sol hissəsinə iti əşyanın sancıldığını hiss edərək arxaya çevrildikdə Nurəlinin əlində bıçaq dayandığını görmüşdür. Onu bıçaqla vurduğunu başa düşüb üzərinə gedərək Nurəlini vurmaq istədikdə, Nurəli əlindəki bıçaqla onun qarın nahiyəsindən də yenidən zərbə endirmişdir. Bu zərbələrinə də baxmayaraq o, yenidən Nurəlinin üzərinə getmişdir. Bunun qarşılığında Nurəli yenidən bıçaqla onun çiyin nahiyəsindən zərbə endirmiş və artıq bu zərbədən sonra qorxub yerində dayanmışdır. Onun dayandığını görən Nurəli elə həmin anda qaçaraq oradan uzaqlaşmışdır. Ətrafda heç kim olmamış, əyilib yerə oturmuş, az sonra qardaşı gələrək onu əvvəlcə evə aparıb əynindəki köynəyi çıxarıb başqa bir köynək geyindirmiş, sonra da xəstəxanaya çatdırmışdır. Hazırda Nurəlini bağışlamış və onunla barışmışdır, müalicəsi ilə bağlı Nurəlinin ailəsi tərəfindən ona lazımi maddi yardım da göstərilmişdir. Ona görə də Nurəliyə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Hadisənin baş verməsində söyüş söyməsi səbəbindən özünü də müəyyən qədər günahkar hesab edir. Ona görə də məhkəmədən yekun qərar qəbul edilərkən bütün bu halların və onun mövqeyinin nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır və bir evdə yaşayırlar. Təqsirləndirilən şəxs isə onlarla eyni məhəllədə yaşayır. Məhəllə adamı kimi Nurəlini çoxdan tanıyır və münasibətləri həmişə normal olmuşdur. Məlum hadisədən təxminən 7-8 ay əvvəl yaşadığı evə gedərkən Nurəli ilə eyni avtobusdan düşəndə aralarında söz mübahisəsi yaranmış və o, Nurəlini itələyərkən sonuncunun gödəkcəsi cırılmışdır. Həmin vaxtdan başlayaraq Nurəli tez-tez ondan və ya qardaşı Kamrandan cırılmış gödəkcəsinin pulunu, ya da əvəzində yenisinin alınıb verilməsini istəmişdir. Amma maddi imkanları olmadığından bunu edə bilməmiş, hər dəfə də mütləq bunu edəcəklərini vəd etmişlər. xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında yaşadığı evə gələrkən məhəllədə Nurəli ilə rastlaşıb görüşmüş və söhbət əsnasında Nurəli yenə də cırılmış gödəkcəsinin pulunu tələb etmişdir. Bu zaman qardaşı Kamran da yaxınlaşıb nə baş verdiyini soruşduqda, o, Nurəlinin yenə də həmişəki kimi öz gödəkcəsini, ya da pulunu tələb etdiyini bildirmişdir. Kamran Nurəliyə hal-hazırda yay fəsli olduğunu və gödəkcəni payız aylarında alıb verəcəyini bildirmiş, sonra da birlikdə yaşadıqları evə getmişlər. Evə çatdıqdan təxminən 15 dəqiqə sonra - saat 22 radələrində Nurəli yaşadıqları evin qapısını döyərək onları çölə çağırmışdır. Həmin vaxt qardaşı ona pul verərək mağazaya getməyini xahiş etmiş, özü isə Nurəli ilə söhbət etmək üçün yaşadıqları evdən kənara çəkilmişdir. O, qardaşından pulu götürərək mağazaya getmişdir. Təxminən 15 dəqiqə sonra mağazadan qayıtdıqda Nurəli ilə qardaşının söhbətlərinin nə yerdə olduğunu öyrənmək üçün onların getdiyi tərəfə addımlamış, həmin vaxt qardaşının səsini eşidərək ətrafa diqqət etdikdə Kamranın yerdə əyilmiş vəziyyətdə oturduğunu görmüşdür. Nə baş verdiyini soruşduqda, Kamran ona Nurəli tərəfindən bıçaqlandığını bildirmişdir. O, qardaşını dərhal yaşadıqları evə aparıb köynəyini dəyişmiş, sonra da onu Sabunçu qəsəbəsində yerləşən 3 saylı şəhər klinik xəstəxanasına çatdırmışdır. Hazırda Nurəli ilə barışmışlar, aralarında heç bir narazılıq, küsülülük yoxdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. Təqdim etmə və götürməyə dair protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə bir ədəd dəstəyi qara rəngli bıçağı könüllü olaraq ibtidai istintaq orqanına təqdim etmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 10-11). İbtidai istintaq zamanı ifadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs cinayət hadisəsinin faktiki baş vermə hallarını və yerini əyani olaraq ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 79-80). Məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tairxli 1324 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığıması) səbəb olan döş qəfəsinin sol yarısının yan divarının sol döş boşluğuna nüfuz edən 1 ədəd, ön və arxa səthlərinin döş boşluğuna nüfuz etməyən 2 ədəd (cəmi 3 ədəd), mədənin seroz qişasının zədələnməsinə və daxili qanaxmaya səbəb olan qarının ön divarının qarın boşluğuna nüfuz edən 2 ədəd (ümumilikdə 5 ədəd) deşilmiş-kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici əşya (alət), ola bilsin bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və şəxsin qeyd etdiyi xx xxxxxx 2020-ci il tarixə və şəraitə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna sərbəst qanın və havanın yığıması) səbəb olan döş qəfəsinin sol yarısının yan divarının sol döş boşluğuna nüfuz edən 1 ədəd, mədənin seroz qişasının zədələnməsinə və daxili qanaxmaya səbəb olan qarının ön divarının qarın boşluğuna nüfüz edən 2 ədəd - cəmi 3 ədəd - deşilmiş-kəsilmiş yaraları ümumilikdə və hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, döş qəfəsinin sol yarısının ön və arxa səthlərinin döş boşluğuna nüfuz etməyən 2 ədəd deşilmiş-kəsilmiş yaraları isə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 1, iş vərəqə 85-88). Ambulator məhkəmə psixiatrik ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 1887 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 94-96). Məhkəmə ballistik ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 3/1107 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir (cild 1, iş vərəqə 91-93). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 89). Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli, habelə notariat qaydasında təsdiq edilmiş xx xxxxxx 2021-ci il tarixli ərizələrində ona dəymiş maddi ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs qarşı heç bir tələb, şikayət və iddiasının olmadığını göstərmişdir (cild 1, iş vərəqə 93). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə sonradan barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin xx xxxxxx 2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir (cild 1, iş vərəqə 13, 37, 66-68). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan 1 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağı məhv edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı sərf edilmiş real vaxt nəzərə alınmaqla X2 vəkil işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 30 iş saatı həcminə görə 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan 1 (bir) ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağı məhv edilsin. Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına X3 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-536/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-536/2021
15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver