Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-536/2022 10.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X10 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxxxxx 1978-ci il tarixdə Ermənsitan Respublikası Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nizami rayonu, R.Teymurov küçəsi ev 58də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə etməklə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 3,178 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda, yəni təmiz çəkisi 2055 qram olan qəhvəyi tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlayaraq daşımış, 13 sentyabr 2021-ci il tarixdə saat 00:50 radələrində DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına aparılmış, orada həmin tarixdə saat 02:10-dan başlayaraq üzərində keçirilmiş şəxsi axtarış zamanı təmiz çəkisi 3,178 qram olan psixotrop maddə metamfetamin bir ədəd bükümdə olmaqla onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibinin üst hissəsində olan kiçik cibindən, təmiz çəkisi 2055 qram olan narkotik vasitə heroin isə bir ədəd qara rəngli sellofan bağlamada olmaqla onun sol əlində saxladığı yaşıl rəngli sellofan torbadan aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, əvvəllər Bakı şəhəri, Nərimanov rayonunda yerləşən özünə məxsus mebel sexində mebel düzəldib satırmış. Karantin rejimi ilə əlaqədar həmin işlər bir müddət dayanmış, 2021-ci ilin may ayından başlayaraq işlərini davam etdirirmiş. 13 sentyabr 2021-ci il tarixdə gecə saat 24 radələrində dostu Vüqarın xahişi ilə, Rəsul adlı İran vətəndaşını bir nəfərlə maşın bazarının yanından Musabəyov heykəlinin yanına aparıb, oradan da avtovağzala düşürdəcəkmiş. Musabəyov heykəlinin yanında həmin iki nəfər ona maşını saxlamasını, onlara zəng gələcəyini və bir nəfəri də götürəcəklərini bildirmişlər. O, maşını kənara çəkib, maşından düşmüş. Elə bu vaxt onlar maşını sürüb qaçmışlar. Əməliyyatçılar da gəlib onu tutmuşlar. ********** onun mobil telefonunun nömrəsidir. ********** mobil nömrə isə 8-ci kilometrdə mebel mağazası işlədən şəxsin nömrəsidir. Həmin şəxslə aralarında narkotik vasitələrin satışı ilə bağlı söhbətləri olmamış, aralarında söhbətlər müxtəlif növ mebellərin satışı ilə bağlıdır. Onun heç kimlə narkotik vasitələrin satışı ilə bağlı söhbəti olmamışdır. Vüqar adlı şəxsə mətbəx mebeli, moyka satmışdır. Mesajlarda söhbət gedən “Ağ,qara” mebelin rəngi olmuşdur. “1.yarım” sözü isə metrə yarım deməkdir, “Xruşovka” tipində tikilmiş binaların mətbəxi üçün nəzərdə tutulmuş mətbəx mebelidir. Sexdə mərmər sözü işlənmir, tökmə daş deyilirmiş. Tumbaları o 35 manata hazırlayıb mağazalara verir, mağazalar da 50 manata satırlar. Onun yazdığı SMS-lər hamısı mətbəx mebeli ilə bağlı olmuşdur. İran vətəndaşı Rəsulu Vüqar adlı şəxsin yaxını kimi tanımışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, əvvəllər Bakı şəhəri, Nərimanov rayonunda yerləşən özünə məxsus mebel sexində mebel düzəldib satıbmış. Karantin rejimi ilə əlaqədar həmin işlərini dayandırmışdır. 2021-ci ilin may ayından başlayaraq işlərini davam etdirmişdir. Yevlax rayonuda yaşayan Vüqar adlı şəxsi iki ildir ki, tanıyır. Vüqarın Bakı Ağır Cinayətlər məhkəməsində barəsində cinayət işi olub və o həmin işdə ona əlindən gələn köməkliyi etmək üçün tez-tez görüşürmüş. Həmin ərəfələrdə Vüqar tez-tez İran İslam Respublikası vətəndaşı Rəsul adlı şəxslə telefonda danışıb. Vüqar bəzən onunla söhbət zamanı Rəsul adlı şəxs barəsində danışaraq dost olduqlarını bildirib. Elə olub ki, Vüqar onu telefonda da olsa Rəsulla tanış edib və bundan sonra o hərdən telefonda “Whatsapp” vasitəsilə Rəsulla danışırmış. Həmin vaxtlar 2021-ci ilin iyun ayı olarmış. Rəsul onunla tez-tez əlaqə saxlayaraq Vüqarın barəsində olan işin nəticəsini soruşub. Söhbət zamanı Rəsul ondan hal-əhval tutduqda maddi vəziyyətinin aşağı olmasını, bu səbəblərdən də kefinin olmadığını deyirmiş. Rəsul da ona kefinin olmadığı üçün müxtəlif narkotik vasitə və psixotrop maddələrdən istifadənin yaxşı nəticə verəcəyini və kefinin düzələcəyini deyirmiş. Təxminən 2021-ci ilin iyun ayında Rəsulla danışarkən, Rəsul ona bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonunda hazırda xatırlamadığı yerdə bir kibrit qutusunda qurudulmuş marixuana və bir ədəd bükümdə metamfetanin qoydurmuşdur, gedib götürüb istifadə etsin. O da Rəsulun dediyi yerə gedib dediyi kimi olduğunu görüb və narkotik vasitə marixuananı, eləcə də, psixitrop maddə metamfetamini, yəni el arasında “şüşə” adlanan maddəni götürmüşdür. Həmin maddələrdən 4-5 gündən bir istifadə edirmiş. Təxminən 15 gün əvvəl Rəsulla danışarkən Rəsula bildirib ki, ona verdiyi marixuana və metanfetamin qurtarmaq üzrədir. O da bildirib ki, gedib Bakı şəhəri, Ziya Bünyadov prospektinin Balaxanı yoluna dönən hissəsində yol nişanının altında bir ədəd bükümdə psixotrop maddə metamfetamin var. O da dərhal həmin yerə gedib Rəsulun dediyi maddəni götürüb. Düşünürmüş ki, həmin maddəni özündə olan marixuana və metamfetamin qutardıqdan sonra çəkməklə qəbul edər. 12 sentyabr 2021-ci il tarixdə o həmin metamfetamini bir ədəd bükümdə əynində olan cins şalvarının sağ cibinin üstündə olan kiçik ölçülü cibə qoyub ki, qəbul edər. Həmin gün saat 23 radələrində Rəsulla “Whatsapp” vasitəsilə danışan zaman Rəsul, ondan nə səbəbə görə bikef olduğunu soruşduqda o, Rəsula pulunun olmadığını və ailəsinin ehtiyaclarını ödəyə bilmədiyini deyib. Rəsul da ona əgər razı olsa yer deyə biləcəyini, həmin yerdə bir ədəd bağlama olduğunu və bağlamanın da içərisində narkotik vasitə olduğunu bildirərək həmin narkotik vasitəni dediyi yerdən götürüb istədiyi şəxslərə vercəyi halda, ona 2000 manat pul verəcəyini demişdir. Onun da pula ehtiyacı olduğu üçün Rəsulla razılaşıb. Bundan sonra Rəsul bildirib ki, Yasamal rayonunda yerləşən maşın bazarının giriş qapısının qarşısına gedib orada dayanan iki nəfər şəxsi götürüb dediyi ünvana aparsın. O da idarə etdiyi “Toyota Prado” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə maşın bazarının yanına gedib və bazarın giriş qapısının qarşısında avtomobili saxlayıb. Orada dayanan iki nəfər şəxs ona yaxınlaşıb Rəsulun dediyi adam olubolmadığımı soruşublar. O da Rəsulun dediyi adam olduğunu bildirdikdən sonra onlar avtomobilə əyləşiblər. Bundan sonra o Rəsulla danışıb və Rəsul ona bildirib ki, Yasamal rayonunda yerləşən Musabəyov heykəlinin yanında, İstanbul restoranının arxasında bir yerdə sellofan torbada narkotik vasitə heroin var, torbanı götürüb həmin iki nəfər şəxsə versin və onları Bakı şəhərində yerləşən 20 Yanvar metrostansiyasının yanına düşürsün, bundan sonra həmin şəxslər ona 2000 manat pul verəcəklər. O da Rəsulun dediyi yerə gedib. Rəsul iki nəfər şəxslərdən birinin mobil telefonuna şəkil göndəribmiş və onlarla birlikdə şəkildə olan həmin yerə yaxınlaşıb. O Rəsulun dediyi həmin yerə yaxınlaşdıqda binanın blokunda bir ədəd yaşıl rəngli sellofan torbanın yerə qoyulmuş vəziyyətdə olduğunu, torbanın içərisinə baxdıqda orada qara rəngli sellofan torbaya bükülmüş vəziyyətdə bir kütlə olduğunu görüb. Bu zaman yanındakı şəxslər qaçıb həmin yerdən uzaqlaşıblar və o həyəcanlandığına görə qaçmaq istəyərkən müvazinətini itirib yerə yıxılıb. Bundan sonra ayağa qalxıb hərəkət etmək istədikdə 2 nəfər mülki geyimli tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim ediblər və onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət ediblər. O da onlarla birlikdə əlindəki sellofan torba ilə DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinə gəlib. Bundan sonra, o şübhəli şəxs kimi tutulub, hüquqlarınınn müdafiəsi üçün vəkil dəvət edilib. Üzərinə keçirilən şəxsi axtarış zamanı o şalvarının cibində olan mobil telefonu və bir ədəd bükümdə olan metamfetamini, həmçinin əlində olan sellofan torbadakı narkotik vasitəni polis əməkdaşlarına təqdim edib. Bundan sonra təqdim etdikləri kütlələr polis əməkdaşları tərəfindən götürülüb. Üzərindən başqa bir əşya yaxud predmet aşkar edilməyib. O saxlanıldıqda, tutulduqda, üzərinə şəxsi axtarış və götürmə keçirildikdə polis əməkdaşları ona qarşı zor tətbiq etməyib. İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Rəsul adlı şəxs ona narkotik vasitə və psixotrop maddələrin yerini deyib, o da götürüb qəbul edib. Bundan başqa heç kimdən narkotik vasitə və psixotrop maddə almayıb. İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Rəsul adlı şəxsin heç üzünü görməyib, onun barəsində hər hansı bir məlumatı da yoxdur. Rəsulun “Whatsapp” nömrəsi +**********34-dür. Tanışı Vüqarın soyadı və ata adını bilmir, hazırda o, həbsdədir, əslən Yevlax rayonundandır. Onun Rəsul adlı şəxsin sifarişi ilə narkotik vasitə götürüb digər şəxslərə verəcəyindən yaxud da istifadə etməyindən məlumatı və ya bunun üçün hər hansı bir köməkliyi olmayıb. İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Rəsul adlı şəxsin onunla görüşdürdüyü iki nəfər şəxsləri birinci dəfə idi ki, görürmüş, həmin şəxslərin adlarını, yaşadıqları yerləri, telefon nömrələrini və digər anket məlumatlarını bilmir. Bundan başqa, bildirir ki, “Toyota Prado” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili tanışı, Rent Car işlədən Rəşad adlı şəxsə məxsusdur. 12 sentyabr 2021-ci il tarixdə o həmin avtomobili kirayə olaraq götürüb, yol vərəqi əsasında idarə edirmiş. O yuxarıda qeyd etdiyi psixotrop maddə olan metamfetamin və narkotik vasitədən istifadə edə bilməyib. Belə ki, ifadənin əvvəlində göstərdiyi kimi Rəsulun dediyi yerə yaxınlaşıb binanın blokunda yerə qoyulmuş vəziyyətdə olan bir ədəd yaşıl rəngli sellofan torbanı götürmək istəyən zaman yanındakı şəxslər qaçıb həmin yerdən uzaqlaşıblar və o həyəcanlandığına görə qaçmaq istəyərkən müvazinətini itirib yerə yıxılıb. Bundan sonra 2 nəfər mülki geyimli tanımadığı şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onu DİN-in Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət ediblər. O, yıxılan zaman sağ qolunun dirsək nahiyəsindən xəsarət alıb, həmin xəsarəti özünün ehtiyyatsızlığından aldığına görə məhkəmə tibbi ekspertizasından keçmək istəmir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadələri oxumadan imzaladığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 12 sentyabr 2021-ci il tarixdə əlaqəsində olan mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin satışı məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində olması ilə bağlı məlumat daxil olmuş, məlumatın yoxlanılması məqsədi ilə o, rəhbərliyə bu barədə rəsmi məlumat verib əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul etmişdir. Müvafiq qərara əsasən rəhbərlik tərəfindən qrupun rəhbəri o təyin olunmaqla idarənin digər əməkdaşı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılmışdır. Onlar 13 sentyabr 2021-ci il tarixdə saat 00:50 radələrində Təqsirləndirilən şəxs olduğu yerə, yəni Yasamal rayonu, M.Seydiov küçəsi 21 ünvanına getmiş, həmin yerin yaxınlığında Təqsirləndirilən şəxs hərəkət etdiyini görüb dərhal ona yaxınlaşıb özlərini təqdim etmişlər. Rüfətə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyini bildirib BNMİ-yə dəvət etmişlər. Orada onların və idarənin təhqiqatçısı Vüsal Həsənquliyevin və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan olunmuş əşyaları təqdim etməsi təklif olunmuş, Rüfət əynində tünd göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu, sağ üst hissədə yerləşən kiçik cibindən 1 ədəd sellofan büküm və sol əlində saxladığı 1 ədəd yaşıl rəngli torbanı təqdim etmişdir. Təqdim olunmuş əşyalar müvafiq qaydada videoçəkilişlə götürülmüş və qablaşdırılmışdır. Ekspert rəyindən sonra müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələr metamfetamin və heroindir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində Şahid1un ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi X9 oğlunun 17 sentyab 2021ci il tarixli 5(04)-788/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 12 sentyabr 2021-ci il tarixli qərarı qanuni sayılmışdır. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 13.09.2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Səbail rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 14 sentyabr 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 13 sentyabr 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 13 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs üzərində axtarış aparılmazdan qabaq ondan paltarlarında əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitə, yaxud iş üçün sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin verilməsi təklif olunmuş və bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu və həmin cibin yuxarısında olan kiçik cibindən bir ədəd büküm və əlində saxladığı sellefona torbanı çıxarıb masanın üzərinə qoymuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2021-ci il tarixli 6/4020 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində: “şübhəli Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” yazısı olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,178 qram ağ rəngli kristallardan ibarət maddə küstləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: “şübhəli şəxs Təqsirləndirilən şəxs əlindəki sellofon torbadan aşkar olunmuş” yazısı və imzalar olan bağlamadakı təmiz çəkisi 2055qram(2 kq 55qr) qəhvəyi tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 01.11.2021-ci iil tarixli 2559 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, şahid ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı pisixi xəstəlik əlamətləri aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsi Ambulator X1 13.12.2021-ci il tarixli 5068 saylı rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Əliyev X3 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan zəng və smslərin qeyd olunduğu Bakcel MMC-nin 21697 saylı mətubu ilə təqdim olunmuş diskə baxış keçirlmişdir. Baxış protokolundan aşağıdakılar göstərilmişdir: ***-***-**-** saylı mobil nömrənin SMS məzmunu olan fayldan iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı hallar müəyyən edilmişdir. 07-2021-ci il tarixdə saat 16:55:41-də **********49 saylı mobil nömrədən **********60 saylı mobil nömrəyə “5 dene birinnen 1yarıda das lazımdı elden cıxması” smsinin, 06-07-2021-ci il tarixdə saat 12:33:34-də **********49 saylı mobil nömrədən **********60 saylı mobil nömrəyə “Mene bir soz de 3 dort dene lazımdı.Bax eyer gelebilmesen mene de gededen goturum verim bu elimden cıxmasın” smsinin 30-07-2021-ci il tarixdə saat 21:33:57-də **********49 saylı mobil nömrədən **********60 saylı mobil nömrəyə “30 Azn atdı” smsinin 06-08-2021-ci il tarixdə saat 19:35:51-də **********49 saylı mobil nömrədən **********60 saylı mobil nömrəyə “Qaqa 3 dene var agdan”smsinin gəldiyi aşkar olundu. Cinayət işinin materiallarında olan 13.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində DİN-in BNMİ-də üzərində şəxsi axtarış və götürmə aparılması barədə video görüntünün əks olunduğu video-diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, diskin içərisində 01 ədəd videofayl vardır. Həmin fayl açıldıqda görünür ki, otaqda təhqiqatçı Vüsal Həsənquliyev, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətini digər işitrakçılar BNMİ-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 və müdafiəçi Elgin Abdullayevin iştirakı ilə aparır. Həmin videoda V.Həsənquliyev Təqsirləndirilən şəxs hüquq vəzifələrini izah etdikdən sonra ona üzərinə olan qanunla qadağan edilmiş hər hansısa əşya və yaxud predmetinin olub-olmamasını, olduğu təqdirdə tədqim etməsini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu və həmin cibin yuxarısında olan kiçik cibindən bir ədəd büküm və əlində saxladığı sellefona torbanı çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs bildirir ki, həmin maddələri Rəsul adlı İran vətəndaşından almışdır. Əlində olan sellofana torbada olan narkotik vasitə olan heroini Rəsulun ona əvvəlcədən bildirdiyi yerdən götürdüyünü, həmin narkotiki lazımı şəxslərə verdikdən sonra qarşılığında Rəsul adlı şəxsdən 2000 manat pul alacağını, polis əməkdaşlarından qaçmaq istədikdə yerə yıxıldığı üçün dirsəyinin sıyrıldığını bildirir. Həmin psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin müvafiq ekspertizanın təyin edilməsi məqsədi ilə təhqiqatçı tərəfindən zərfə qoyulub qablaşdırılır, özü və digər şəxslər tərəfindən imzalanır. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən evə müstəntiq Fərid Soltanlı tərəfindən axtarış və götürmə istintaq hərəkətləri aparılmış, lakin həmin evdən iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı predmet aşkar olunmamışdır. Həmin evin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməməlidir. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Səbail RPİ-də məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3,178 metamfetamin və 2055 qram heroinin tədqiqat zamanı sərf olunduqdan sonra qalan 3,078 qram metamfetamin və 2054,8 qram heroin hökm qüvvəsini aldıqdan sonra məhv edilməli, bir ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs etibar etdiyi şəxsə qaytarılmalı, madii sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Baksell MMC-dən götürülmüş Təqsirləndirilən şəxs telefon danışıqlarını və smslərini özündə əks etdirən 01(bir) ədəd disk, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməni əks etdirən 01(bir) ədəd disk, cəmi 02 (iki) ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 13 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114,00 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 13 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunmasın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Səbail RPİ-də məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 3,178 metamfetamin və 2055 qram heroinin tədqiqat zamanı sərf olunduqdan sonra qalan 3,078 qram metamfetamin və 2054,8 qram heroin hökm qüvvəsini aldıqdan sonra məhv edilsin, bir ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs etibar etdiyi şəxsə qaytarılsın, madii sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Baksell MMC-dən götürülmüş Təqsirləndirilən şəxs telefon danışıqlarını və smslərini özündə əks etdirən 01(bir) ədəd disk, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməni əks etdirən 01(bir) ədəd disk, cəmi 02 (iki) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 114,00 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-536/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-536/2022
10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver