Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-536/2023 11.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Səbinə Adil qızının sədrliyi, Hakimlər: Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Müdafiəçi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsin hüquqi varisi X5 iştirakları ilə, xx xxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 8-ci Mədən küçəsi, ev 53/1-də qeydiyyatda olub, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtarov küçəsi nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlayıb daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 3,004 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Muxtarov küçəsinədək daşımış, xx.xx.2022-ci il tarixdə saat 18:00-da özünü həmin ünvanda şübhəli apardığı üçün Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq gətirildiyi Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən içərisinə təmiz çəkisi 3,004 qram olan külli miqdarda narkotik vasitə kustar üsulla hazırlanmış heroin qablaşdırılmış bir ədəd şəffaf sellofan büküm aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 1(101)-2097/2022 saylı “Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında” qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkəməyə verilmiş və iş 10 yanvar 2022-ci il tarixə saat 10.30-a məhkəmə baxışına təyin edilməklə, sonrakı tarixlərdə məhkəmə istintaqı aparılmaqla məhkəmə baxışları keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-17/36/2-487/2023 saylı məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasından təcili etapla “İşemik insult. Sol tərəfli hemiparez?” diaqnozu ilə müəssisənin İntensiv Terapiya şöbəsinə daxil olmuşdur. (həbs müddətinin əvvəli:xx.xx.2022) Aparılan müalicə tədbirləri nəticəsində həbs edilmiş şəxs Şıxəliyev X1 müsbət dinamika müşahidə edilməmiş, daha da ağırlaşmış, xx.xx.2023-cü il tarixdə təxminən saat 19.00 radələrində müəssisənin İntensiv terapiya şöbəsində “Baş beyin qan dövranının kəskin pozulması. Koma” diaqnozu ilə ölmüşdür. Ölüm faktı ilə bağlı Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılır. Cinayət işinin materiallarına əlavə edilmiş 30 mart 2023-cü il tarixli AZ-İİ № 334965 saylı “ölüm haqqında” şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2023-cü ildə qanaxma və ya infarkt olduğu dəqiqləşdirilməyən insult səbəbi ilə ölümüşdür. Bakı şəhəri Nizami rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 mart 2023-cü il tarixli 246-C-23 saylı qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs ölməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılmış və toplanmış material üzrə cinayət hadisəsinin olmaması səbəbindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan həmçinin görünür ki, araşdırma materialı üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 64 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ölümünə səbəb baş beynin (sağ yan mədəcik və ətraf beyin toxuması) hemorragik insult (qeyri-travmatik qansızması) olmuşdur. Ölüm xx.xx.2023-cü il tarixdə saat 19.00-da ƏN PXnin MM-də baş vermişdir, bu da meyitdə gedən ilkin dəyişikliklərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən - şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə xitam verilməlidir (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə). CPM-nin 106-1.1-ci maddəsinə əsasən - ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən - cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olubolmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. CPM-nin 106-1.4-cü maddəsinə əsasən - ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən Təqsirləndirilən şəxs ölməsi barədə məlumat 15 mart 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yaxın qohumu olan anası X6 rəsmi qaydada 17 mart 2023-cü il tarixdə təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş verilmiş, habelə həmin bildirişlə ona təqsirləndirilən şəxsin hüquqi varisi qismində çıxış etməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etməsi təklif olunmuş, məhkəməyə müraciət etmədiyi halda isə qeyd olunan məsələnin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.4-cü maddəsinə əsasən həll olunacağı izah olunmuş, elə həmin tarixdə də qeyd olunan bildiriş Minayə Şıxəliyevaya bilavasitə təqdim edilmişdir. Təqsirləndirilən şəxs anası X9 Bakı Ağır Cinayətlər Məhkəməsinə ərizə təqdim edərək mərhum oğlu Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmasını xahiş etmiş və məhkəmənin qərarına əsasən o, Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmışdır. Təqsirləndirilən şəxsin yaxın qohumlarının müəyyən edilməsi istiqamətində məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış və cinayət işinin materiallarına əlavə edilmiş 16 iyul 2016-cı il tarixli AZ-İ 244405 saylı “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən onunla X7 arasındakı nikahın pozulduğu, həmçinin xx.xx.2007-ci il tarixli AZ-İ 892152 saylı “Doğum haqqında” şəhadətnamənin surətindən isə Təqsirləndirilən şəxs yeganə övladı olan oğlu X2 yetkinlik yaşına çatmadığı müəyyən edildiyindən Təqsirləndirilən şəxs anası X9 onun hüquqi varisi qismində tanınmışdır. Təqsirləndirilən şəxsin hüquqi varisi X9 məhkəməyə ərizə təqdim edərək, oğlu Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə tərəflərin fikirlərini dinləyib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 02 mart 2023-cü il tarixdə öldüyündən, onun hüquqi varisi X9 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməli, qətimkan tədbirinin tətbiq edilməsi üçün zərurət aradan qalxdığından barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-1-ci maddəsinə əsasən - məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. CPM-nin 175.5-ci maddəsinə əsasən - müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut – Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,954 qram narkotik vasitə heroin hazırkı qərar qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs öldüyündən iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatları ilə əlaqədar 55 (əlli beş) manat məhkəmə xərci Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabından ödənilməlidir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 34 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 204 (iki yüz dörd) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia verilmədiyi və xüsusi müsadirə edilməli əmlakın olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43.3-1, 106-1.1, 106-1.3, 106-1, 281, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra öldüyündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən onun barəsindəki cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs ölümü ilə qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdığından barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut - Sabunçu RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,954 qram narkotik vasitə heroin hazırkı qərar qüvvəyə mindikdən sonra təhvil verilsin. Təqsirləndirilən şəxs öldüyündən iş üzrə keçirilmiş məhkəmə-ekspertizası tədqiqatı ilə əlaqədar 55 (əlli beş) manat məhkəmə xərci Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabından ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 204 (iki yüz dörd) manat məbləğində pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbinə Məmmədzadə Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-536/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-536/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver