Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-536/2024 22.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X7 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və nümayəndəsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Zərərçəkmiş şəxs3 və nümayəndəsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Şirvan şəhəri “Şirvan Regional” Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1976-cı ildə Ucar rayonunda anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan,ünvan 1 ünvanda yaşamış, barəsində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25 mart 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə xeyli miqdarda saxta pul əldə etmiş və təkrar satmışdır. Belə ki, Məmmədova X3 Murad Mehman oğlu ilə satış məqsədilə saxta pul əldə etmə və satma barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, ölkə xaricində olan Murad Əbdürrəhimovdan saxta pulları əldə edərək Azərbaycan Respublikasının ərazisində sonuncunun dediyi şəxslərə satmaq üçün pulların saxta olmasından məlumatı olmayan tanışı X6 ilə 21 fevral 2023-cü il tarixdə Türkiyə Respublikasına gedərək orada Murad Əbdürrəhimovdan ümumilikdə, 40.000 ABŞ dolları məbləğində saxta, ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən, eyni nominallı həqiqi pul əskinaslarından aşkar şəkildə fərqlənməyən xarici valyutanı satış məqsədilə əldə edərək Azərbaycan Respublikasına gətirmiş, bundan başqa 26 fevral 2023-cü il tarixdə pulların saxta olmasından məlumatı olmayan tanışı Şahid11 ilə Türkiyə Respublikasına gedərək orada Murad Əbdürrəhimovdan ümumilikdə, 30.000 ABŞ dolları məbləğində saxta, ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən, eyni nominallı həqiqi pul əskinaslarından aşkar şəkildə fərqlənməyən xarici valyutanı satış məqsədilə təkrarən əldə edərək Azərbaycan Respublikasına gətirmiş, bundan başqa ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən, eyni nominallı həqiqi pul əskinaslarından aşkar şəkildə fərqlənməyən 54.300 saxta ABŞ dolları məbləğində olmaqla, xarici valyutanı satış məqsədilə təkrarən əldə edərək Azərbaycan Respublikasına gətirmiş, bundan sonra cinayətkar fəaliyyətin davamı olaraq Murad Əbdürrəhimov ilə aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə əsasən, sonuncunun tapşırığı ilə əldə etdiyi ofset çap üsulu ilə hazırlanmış və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etməyən, eyni nominallı həqiqi pul əskinaslarından aşkar şəkildə fərqlənməyən cəmi 124.300 saxta ABŞ dolları nominallı pul əskinaslarından 27 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Pətək” adlı marketin qarşısında Murad Əbdürrəhimovla arasında olan pul borcu qarşılığında Zərərçəkmiş şəxs4 34.000 manat dəyərində saxta 20.000 ABŞ dolları, 09 mart 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində “Park” adlı kafedə Murad Əbdürrəhimovla arasında olan pul borcu qarşılığında Zərərçəkmiş şəxs2 23.120 manat dəyərində saxta 13.600 ABŞ dolları, 12 mart 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində 1 nömrəli tam orta məktəbin qarşısında Murad Əbdürrəhimovla arasında olan pul borcu qarşılığında Zərərçəkmiş şəxs1 çatdırması üçün Şahid2 37.740 manat dəyərində saxta 22.200 ABŞ dolları və 19 mart 2023-cü il tarixdə ünvan 3 ünvanında Murad Əbdürrəhimovla arasında olan pul borcu qarşılığında Zərərçəkmiş şəxs3 çatdırması üçün Şahid1 116.450 manat dəyərində xeyli miqdarda saxta 68.500 ABŞ dolları nominallı pul əskinaslarını təkrarən satmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Murad adlı şəxs bacısı vasitəsilə ona iş təklif etmişdir. İşin məzmunu Azərbaycan Respublikası ərazisinə pul daşınması ilə bağlı olmuşdur. Murada pulu nə üçün kart vasitəsilə göndərmədiyini soruşan zaman sonuncu Rusiya Ukrayna müharibəsilə əlaqədar Rusiyadan Azərbaycana pul göndərmək mümkün olmadığını bildirmişdir. Rusiyada olan bibisi qızı ilə həmin məsələni dəqiqləşdirərkən sonuncu Rusiya ərazisindən xarici dövlətlərə pul göndərilməsində çətinliklər olduğunu təsdiq etmişdir. Bundan sonra Muradla əlaqə saxlamışdır. Murad ona sərhəddən 10 000 dollar keçirmək üçün icazənin olduğunu, ona görə də iki nəfər gələrək 20 000 dollar pul keçirə biləcəkləri barədə məlumat vermişdir. İkinci şəxs kimi Səlim adlı şəxsə müraciət etmişdir. Səlimə Türkiyədən Azərbaycana dollar keçirmək lazım olduğunu və bunun üçün onlara ödəniş ediləcəyini bildirmişdir. Səlim dedikləri ilə razılaşdıqdan sonra özünün və Səlimin vəsiqəsini Murad adlı şəxsə göndərmişdir. Bir müddət sonra Səlim biletlərini almışdır. Murad onları Türkiyədə, hava limanında qarşılamış, hərəsinə 10 000 dollar yox, 15 000 dollar pul vermişdir. Murada 10 000 dollar üçün Türkiyəyə gəldiyini bildirdikdə Murad ona bir nəfərin də gəlməli olduğunu, lakin, gəlməməsini göstərməklə hərəsinə 5 000 dollar artıq pul düşdüyünü, narahat olmamasını, sərhəddən pul keçirilməsinin cinayət əməli olmamasını bildirmişdir. Bir dəfə də Azərbaycan ərazisinə pul keçirilən zaman onlarla gələn qızın ölkə ərazisinə buraxılmaması məsələsi ilə əlaqədar Murad həmin qızın Covid pasportunun saxta olduğu üçün geri qaytarıldığını qeyd etmişdir. Evə çatandan sonra Murad ona pulların növbəti hərəkəti barədə xəbər edəcəyini bildirmişdir. Daha sonra Səlim ona bu işlə məşğul olmayacağını bildirdikdə Şəfaqət adlı yaxın tanışına məlumat vermişdir. Şəfaqət onunla razılaşdıqdan sonra sənədlərini Murada göndərmişlər. Murad biletlərini aldıqdan sonra Türkiyəyə getmişlər. Geri qayıtmaq üçün bilet olmadığına görə Murad onları öz yaşadığı ünvana aparmış və bir gün orada qalacaqlarını bildirmişdir. Murad pulları aparatla sayıb ayırdıqdan sonra həmin pulların içindən 1 000 dollar Səlimə və Şəfaqətə verməyini bildirmişdir. Səhər Azərbaycan ərazisinə qayıtdıqdan sonra Murad onlara yenə pul gətirmək lazım olduğunu demiş, Murada gələ bilməyəcəyini dedikdə Murad Şəfaqəti göndərməsini xahiş etmiş və Şəfaqət Əfruz adlı xanımla Muradın yanında getmişlər. Şəfaqəti Əfruz adlı şəxslə hava limanından yola salmışdır. Murad ona əvvəllər pul paylayan şəxsin adının Könül olduğu üçün onun da pulları şəxslərə verən zaman özünü Könül kimi təqdim etməsini tapşırmışdır. Pulları əldə edən zaman onların saxta olmasından şübhələnməmişdir. Murad ona imanlı və namaz qılan şəxs olduğuna görə güvənmişdir. Murada nə üçün pulları özünün gətirmədiyini soruşan zaman Murad qardaşı ilə böyük biznesinin olduğu barədə məlumat vermişdir. İki dəfə üçün 50 000 dolları Şəfaqət və Əfruz isə bir dəfə üçün 20 000 dollar xaricdən pul keçirmişdir. İbtidai istintaq dövründə müdafiəçisi Müdafiəçi İdarədən gedən zaman Səlimi əli qandallı oraya gətirmişlər. Səlimdən pulların saxta olduğunu soruşan zaman Səlim yox cavabı verdikdə onu şillə ilə vurmağa başlamışlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, İlham adında dayısı ona göndərməli olduğu pulu Azad adlı şəxs vasitəsilə Səadətdən almalı imiş. Dayısı İlhamın internet vasitəsilə pulu Səadətin Rusiyada olan tanışının hesabına göndərdikdən sonra Səadət pulu 20 Yanvar ərazisində ona verilməsi barədə razılıq olmuşdur. İlham təqsirləndirilən şəxsi tanımasa da bildiyi qədəri ilə Azad Səadəti tanımışdır. Səadət və Azad biri birini sadəcə ölkə ərazisində pul alış-verişi ilə bağlı tanımışdır. Pullar Səadət tərəfindən Azərbaycan Respublikası ərazisində onlara verilərkən İlham tərəfindən Rusiyada onun tanışının hesabına köçürülməli olmuşdur. Səadətin həmin işdə marağının nədən ibarət olduğunu bilməmişdir. Səadət pulları çantasından çıxararaq ona təqdim edərkən pulların saxta olduğunu anlamış və Səadətə pulların saxta olduğunu demişdir. Bu barədə həmçinin İlhama məlumat vermişdir. Lakin təqsirləndirilən şəxs Rusiyada yaşayan tanışının hesabına pul keçməyənə qədər pulları onlara verməyəcəyini bildirdikdən sonra İlham ona pulları götürməsini, saxta olduğu təqdirdə qaytarmasını tapşırmışdır. Lakin gecə saat 9 olduğu üçün həmin şəxslərlə pulun yoxlanışına gedə bilməmişdir. Pulları apararkən həmin pullardan 5-6 əskinasın seriya nömrəsinin şəklini çəkmişdir. Pulların saxta olduğunu dəqiqləşdirdikdən sonra qaytarmaq istəmişdir. Lakin pulun saxta olduğu anlaşıldıqdan sonra təqsirləndirilən şəxs tapılmamışdır. Həmin pulların saxta olduğunu “Moskva” univermağındakı pul aparatlarında yoxladıqdan sonra tam əmin olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, qardaşı Azərbaycandan ev almaq məqsədilə Bakıya 68 500 dollar pul göndərmək istəmişdir. Qardaşı ona bir nömrə verərək həmin nömrə ilə əlaqə saxlayaraq 68 500 dollar məbləğində pul vəsaitini götürməsini xahiş etmişdir. Sonuncu həmin şəxsə zəng edərək onun Rasim adlı şəxs olduğunu öyrənmişdir. Günorta saatlarında isə həmin şəxsə zəng etsə də o telefona cavab verməmişdir. Rasimlə əlaqə saxlamaq mümkün olmadığından Könül adlı xanımın nömrəsi ona verilmiş, həmin xanıma Bakını yaxşı tanımadığı üçün mobil nömrəsini Murad adlı qohumuna verəcəyini bildirmiş və pulları Murada verməsini tapşırmışdır. Murad pulları Könülün evindən götürdükdən iki saat keçdikdən sonra “Dəniz Mall” qarşısında pulları ona vermişdir. Pulun üzərində olan göy lentin qopduğunu, təxminən 10 ədəd pul əskinasının saxta olduğunu müşahidə etmişdir. Moskvadakı qardaşına zəng edərək pulun üzərindəki lentin qopduğunu bildimişdir. Pulu onlara verən şəxsin nömrəsi ilə əlaqə saxlamaq cəhdi baş tutmamış, yaşadığı evə getsə də ona qapı açan olmamışdır. Bu barədə polisə şikayət etmiş, Polis Şöbəsindən ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bu işin araşdırıldığı və özünün növbəti zərərçəkmiş şəxs olduğu bildirilmişdir. Polis Bölməsində onlara iki-üç ədəd xanım şəkli göstərilmiş, həmin şəkillərdən təqsirləndirilən şəxsi tanımışdır. Səadət idarədə olarkən ona özünü Könül kimi təqdim etdiyini bildirmişdir.Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini idarədə etiraf etsə də səbəblərini izah edə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, Moskvada yaşayarkən onunla işləyən Yadigar adlı şəxs Azərbaycanda pul lazım olub-olmadığını soruşan zaman cavabında onun yaxınlarına borcu olduğu üçün pul lazım olduğunu bildirmişdir. Yadigarın dostu olan Hüseyin adlı şəxs Azərbaycandan ona zəng etmişdir. Hüseyn və X17 vasitəsilə əlaqə saxlamışdır. Yəni, Yadigar onu Hüseynlə, Hüseyn isə Samirin vasitəsilə Səadətlə əlaqə yaratmışdır. Səadətin göndərdiyi kart hesabına 22.200 dollar pulu göndərikdən sonra sonuncu razılaşdırdıqları pul vəsaitini Azərbaycanda onun qardaşı oğlu olan Şahid2 vermişdir. Həmin kart hesabı Rusiya Federasiyasının banklarına aid bank hesab kartı olmuşdur. “Whatshapp” vasitəsilə ona kart göndərilməsi barədə sübutu da vardır. Məhəmmədə Bakıda qeyd edilən pulu götürməsini xahiş etmişdir. Məhəmməd pulu götürmək üçün getdikdə Səadət, Hüseyn və Samir adlı şəxs də orada olmuşdur. Məhəmməd pulu götürdükdə heç nədən şübhələnməmişdir. Onu aldadan xanımın Səadət olmasını müvafiq orqanlara şikayət etdikdən sonra bilmişdir. Qardaşı oğlu Məhəmməd özü də həmin xanımın Səadət olmasını təsdiq etmişdir. Sonradan Yadigarla bu məsələ barədə danışmış, Yadigar Hüseynlə əsgər yoldaşı olduğunu qeyd etmişdir. Sonradan qardaşı oğlu ona bildirmişdir ki, Səadət Hüseyn və Samirə vasitəçi olduqları üçün 1000 dollar pul vermişdir. Elə Hüseyn və Samir qardaşı oğluna zəng edib pulların saxta olması barədə məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verərək göstərmişdir ki, qardaşı Moskvada bazarda işləyir. Fərid adlı şəxsin təklifinə əsasən Azərbaycana pul göndərmək qərarına gəlmişdir. Qardaşına bank hesab kartı göndərilmişdir.Pulun bir hissəsi hesab kartına göndərildikdən sonra həmin kart bloka düşdüyündən, razılaşdırılmış məbləğin qalan hissəsi əlbəəl ondan alınmışdır. Səadətlə iki dəfə görüşmüş, o, birinci dəfə “Toyota Pirius”, ikinci dəfə isi “Mercedes” markalı taksi ilə görüşə gəlmişdir. Pulların alınması ona görə iki görüşə həyata keçirilmişdir ki, ilk dəfə Səadətin göstərdiyi karta pulun bir hissəsi yükləndikdən sonra həmin kart bloka düşmüş, növbəti pullar ona görə Səadətin Rusiyada olan tanışına əlbəəl verilmişdir. Səadətdən ilk dəfə 22 fevral 2023-cü il tarixində X12 yaxınlığında 14000 dollar məbləğində, ikinci dəfə 27 fevral 2023-cü il tarixdə Sabunçu rayonu Ramana qəsəbəsində 20000 dollar almışdır. Pul qarşı tərəfin kartına atıldıqdan və əlbəəl verildikdən sonra Səadət pulları ona vermişdir. Pulu evə gətirdikdən sonra saxta olduğunu anlamışdır. İlk dəfə 14000 ABŞ dolları götürdükdə 50 dollarların saxta olduğunu hiss etmişdir. Qardaşına pulların saxta olma ehtimalı olduğunu dedikdə qardaşı vasitəçilik edən şəxsin bazarda onunla işlədiyini və aldanma ehtimalının olmadığını bildirmiş, lakin pulu götürdükdən sonra Səadətə və digər şəxslərə zəng çatmamışdır. Görüşdən əvvəl Səadət ona öz vəsiqəsini deyil, Tünzalə adlı şəxsin şəxsiyyət vəsiqəsini göndərmişdir. Şikayət edildikdən sonra Tünzalə xanım saxlanılmış, müstəntiqə həmin şəxsin görüşdüyü şəxs, yəni sonradan adını bildiyi Səadət olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadə verərək göstərmişdir ki, ibtidai istintaq dövründə müstəntiq onun qarşısına ifadə qoymuş və həmin ifadəni imzalamağını ondan tələb etmişdir. Həmin ifadəni oxumadan imzalamışdır. Gürcüstandan ölkəyə qayıdan zaman hava limanında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış, gecə saat 3-dən növbəti gün axşam saat 7-dək orada saxlanılmışdır. Sənan adlı polis əməkdaşı tərəfindən dindirilmişdir. Sənan adlı polis əməkdaşı Səadət adlı şəxsin şəklini göstərən zaman onu tanımadığını bildirmişdir. Onun adını polis əməkdaşlarına Əfruz və Şabikə vermişdir. Pulların daşınmasında iştirak etməmiş, Murad adlı şəxsi tanımamışdır. Əfruz və Şabikə adlı şəxslərlə Türkiyədə bir yerdə olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid9 Bədrixan qızının ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Ramin ona zəng edərək demişdir ki, o Bakıya təcili pul göndərməlidir. Ramin özünü ona biznesmen kimi təqdim etmişdir. Demişdir ki, Bakı şəhərində binalar tikir. Ona demişdir ki, işləri ilə əlaqədar Bakıya gedə bilmir. O da düşünmüşdür ki, onsuz da martın 14-ü qızının ad günüdür, Bakıya getməlidir. Ramin də ona demişdir ki, gediş-gəliş biletini də özü alacaq. O da düşünmüşdür ki, həm bileti havayıdan olacaq, həm də asan yolla 500 dollar pul qazanacaq. Belə ki, onunla razılaşmış və 05 mart 2023-cü il tarixdə Ramin onu Muradla görüşdürmüşdür və Murad ona 15.000 dollar vermişdir. Ona demişdir ki, 10.000 dolları açıq şəkildə keçirsin, amma 5.000 dolları çamadan əşyalarının arasında gizlin keçirsin. O da razılaşmışdır. Bakıda hava limanında onu saxlamışlar və demişdirlər ki, Azərbaycanda müvəqqəti qalma müddəti keçdiyi üçün 80 manat cəriməsi vardır, onu ödəməlidir. Həmin vaxt onun 200 dolları var imiş. Onu hava limanının içərisində valyuta dəyişmə məntəqəsində manata dəyişmişdir. Sonra da əlacsız qalıb Muradın ona verdiyi pulun da üstündən götürüb cəriməsini ödəmək qərarına gəlmişdir. Düşünmüşdür ki, onsuz da Murad ona 500 dollar verəcəyini söz vermişdir, ona görə də sonra onunla əvəzləşdirəcəyinə qərar vermişdir. Lakin həmin pulu orada dəyişməmişdilər, demişlər ki pulları bankomat qəbul etmir. O da bir nəfər tanışından xahiş etmişdir ki, ona pul göndərsin ki, o, cəriməsini ödəsin və çıxsın. Xalası oğlu orada bir nəfərdən xahiş etmişdir ki, ona kart nömrəsini versin və onun kartına göndərmişdir və o da cəriməsini ödəmişdir. Daha sonra o, həmin pulları Bakıda Muradın dediyi yerə aparmışdır. O “Sovetski" deyilən əraziyə getmiş və orada Gəncə Təndirə daxil olmuş və pulun hamısını orada bir cavan oğlana vermişdir. O, özünə nömrə alıb Raminə zəng edib demişdir ki, onların verdiyi pulun üstündən 100 dollar götürüb xırdalamaq istəmişdir, amma qəbul edilməmişdir ki, bu pul saxtadır. Amma Ramin demişdir ki, bu mümkün deyil, pullar tərtəmiz pullardır. Daha sonra Muradın kartına 850 manat pul göndərmişdir. 14 mart tarixdə o, yenidən Türkiyəyə qayıtmışdır. Türkiyəyə gedəndə burada tanış olduğu Əfruz və Şabikə ilə birlikdə getmişdir. Çünki onlar da Türkiyəyə gəzməyə getmək istəyirmişlər. Onlar birlikdə getmişlər və orada gəzmişdilər. Daha sonra onlar İstanbulda dalaşmışdır. Əfruz və Şabikə Azərbaycana özləri tək qayırmışdırlar. O, İstanbulda qalmışdır. Bir müddət sonra Ramin ona zəng edərək təcili yanına çağırmışdır. O, Ramin və Muradla görüşmüş və ona demişdirlər ki, Əfruzu saxlayıblar. Çünki onların apardığı pullar saxta imiş. Ona deyilmişdir ki, o onlar deməmiş Bakıya getməyəcək. Hətta onu hədələmişdirlər ki, onlardan xəbərsiz Bakıya getsə, onu məhv edəcəklərmiş. Lakin o, Muradgillə dalaşmış və yanlarından ayrılmışdır. Türkiyədə qeyd etdiyi kursu bitmişdir və diplomunu aldıqdan sonra Bakıya qayıtmışdır. Şahid ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasındakı ziddiyyətləri onunla izah etmişdir ki, cinayət işi materiallarında olan imzalar ona məxsus olmuş, qorxduğu üçün həmin ifadəni imzalamışdır. Miqrant olduğu üçün hər 3 aydan bir ölkə ərazisinə giriş-çıxış etmişdir. Sənan hər dəfə ölkəyə girib-çıxdıqda saxta pul gətirməsini ona bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, əmisi Seymur ona zəng edərək Yasamal rayonundakı pulu götürməsini tapşırmışdır. Hüseyn adlı şəxslə əlaqə saxladıqdan sonra həmin ərazinin yerləşdiyi məkanı ona atmışdır. Qeyd edilən yerdə Səadət, Hüseyn və Samir adlı şəxs birlikdə maşında əyləşmişlər. Özü də həmin maşına əyləşmişdir. Rusiya ərazisində pullar Səadətin tanışı olan şəxsin hesabına köçdükdən sonra pulları sayaraq özü ilə aparmışdır. Pulların saxta olduğunu hadisənin səhəri günü Moskvada əmisinə təklifi verən şəxs pulların saxta olduğunu bildirdikdən sonra bilmişdir. Rusiya ərazisindəki şəxslə danışıqları Samir və Səadət aparmışdır. Səadət pulun verilməsi tələbi barədə zəng gəldikdən sonra pulları ona vermişdir. Hüseyn və Samir əmisinə bu təklifi edən şəxslə, Səadət isə Rusiyadakı tanışı ilə əlaqə yaratmışdır. Pullardan anlayışı olmadığı üçün pulun saxta olduğunu anlamamışdır. Səadət Rasimi bacısı oğlu kimi təqdim etmişdir. Pulların saxta olduğunu bildikdən sonra yalnız əmisilə danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Şahid9 adlı tanışı ilə Türkiyəyə gedərək oradan dollar valyutası ilə pul gətirmiş, həmin vaxt pulların saxta olduğunu bilməmişdir. Səadət saxlanıldıqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində pulların saxta olduğundan xəbərdar olmuşdur. Murad adlı şəxs Səadətin nömrəsini ona göndərmiş və pulları dediyi xanıma verməsini xahiş etmişdir. Murad adlı şəxsi Şahid9 tanımış, Sevinclə birlikdə gedib Muraddan pul götürmüşdür. Pulları gətirməyə görə ona pul verilmişdir. Pulun niyə karta atılmadığını soruşduqda ona pulu karta göndərərkən daha çox faiz çıxılacağı bildirilmişdir. Üzərində 10 000-15 000 dollar pul gətirmiş, 15 000 dollar gətirilərkən bəyan edilməmişdir. Əvvəlcədən Türkiyədən pul gətirmək fikirləri olmamışdır. Oteldən çıxan gün onlara ölkə ərazisinə pul çatdırılmalı olduğunu bildirilmişdir. Pulun Bakıda kimə verilməsi ona deyilməmiş, evə çatdıqdan sonra Murad tərəfində Şabikəyə iki nəfər oğlanın gələcəyini və onlardan da pulu götürəcəyi bildirilmişdir. Pullar hamısını birləşdirilib bir xanıma verilməli olmuşdur. Pulların məbləğini bilməmişdir. Pullar hicablı xanıma verilmişdir. Xanımla telefonda danışarkən pulu ona verəcəyi barədə sual verdikdə o pulun ona verilməli olduğunu bildirmişdir. Murada onlara çatmalı olan pulu dəstədən götürmək istədiyini bildirsə də sonuncu pul dəstəsini pozmamaqlarını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadə verərək göstərmişdir ki, Əfruz və Sevinclə birlikdə İstanbul şəhərinə gəzinti məqsədilə getmiş. Murad adlı şəxs Sevincin tanışı olmuşdur. Sevinclə aralarında mübahisə düşdüyü üçün Sevinc başqa yerə getmiş, onlar Muradın yanında qalmışlar. Bakıya qayıtdığı gün Murad onlara pulları Bakıya aparmalarını xahiş etmiş, həmin pulların bank vasitəsilə göndərildiyi zaman çox rüsum tutulduğunu bildirmişdir. Murad onlara 10 000 dollar pul vermişdir. Bakıda Əfruz xanımın evinə getmiş, pulların dəstəsinin üzərində nə olduğunu xatırlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadə verərək göstərmişdir ki, hadisədən bir müddət əvvəl Səadətdən borc pul istəmişdir. Bir müddət sonra qanunsuz olmadığını qeyd etməklə Səadət ona iş təklifi edərək Türkiyəyə getməsini, oradan Azərbaycan Respublikası ərazisinə pul gətirilməli olmasını bildirmişdir. Türkiyədə Murad adlı şəxslə görüşmüşdür. Muradı bir dəfə də Əfruzla Rusiyaya gedərkən orada görmüşdür. Türkiyədən və Rusiyadan ayrı-ayrılıqda 10 000 dollar pul gətirmişdir. Türkiyə və Rusiyaya gedib-gəlmək xərclərini Səadət çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki,Türkiyəyə bir dəfə pul gətirmək üçün getmişdir. Pulu nəyə görə gətirdiyini bilməmişdir. Türkiyəyə Səadətlə getmiş, hərəsi 15 000 dollar pul gətirmişdir. Türkiyədə Səadətin tanışı Murad adlı şəxslə görüşmüşdür. Murada pulların kart vasitəsilə niyə göndərilmədiyini sual verdikdə o pulları kart vasitəsilə göndərmək olmadığını bildirmişdir. Pulların saxta olduğunu bilməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Yasamal rayonu, Nəriman Nərimanov prospektində “Gəncə” təndirdə satıcı işləyirmiş. Orada işlədiyi müddətdə Təqsirləndirilən şəxs tanımışdır. Səadət həmin obyekti sahibindən icarəyə götürmüşdür. Belə ki, bir müddətdən sonra Səadətlə aralarında yaxınlıq yaranmışdır. Belə ki, orada işləyən işçilərlə özlərinə iş yerinin yanında kirayə ev tutmuşdurlar. Bir müddət sonra bütün işşilər evdən ayrılmış və o, Səadətlə tək yaşamışdır. Bir müddət sonra aralarında nikahdankənar qeyri-rəsmi yaxın münasibət yaranmağa başlamışdır. Belə ki, 2023-cü ilin fevral ayının ortalarında Səadət gəlib ona demişdir ki, Türkiyədə bir nəfər tanışı var, ondan ABŞ dollarlarını təhvil alıb Bakıya gətirəcəkmiş. Ona demişdir ki, bir adama qanunla 10.000 dollardan çox pulu ölkəyə gətirməyə icazə vermirlərmiş, ona görə ikisi gedirmiş hərəsi qanunla 10.000 dolları gətirsinlər, yerdə qalan 20.000 dolları isə paltarlarının arasında keçirsinlər. Ona demişdir ki, bu işdən ona 300 dollar, yəni 500 manat pul verəcəkmiş. O da Səadətlə razılaşmış və 22 fevral 2023-cü il tarixdə Səadətlə ikisi təyyarə ilə Türkiyə Respublikasının İstanbul hava limanına getmişdirlər. Orada onları bir nəfər qarşılamış və özünü Murad kimi təqdim etmişdir. Səadət də həmin adamı əvvəlcədən görməmişdir. Səadət həmin adamla telefonla danışa-danışa bir-birinin yerini başa salmış və Murad adlı şəxs gəlib onları tapmışdır. Belə ki, onlar hava limanının ərazisini tərk etmədən içəridə kafedə oturmuşdurlar və Səadətlə Murad söhbət etməyə başlamışdırlar. O, oradan siqaret çəkmək üçün kənarlaşmış və qayıdanda görmüşdür ki, o gəldiyinə görə söhbəti dəyişmişdirlər. Murad o gələndən sonra demişdir ki, dolları keçirmək bir nəfər üçün qanunidir, digərini isə demişdir ki, paltarlarının arasında keçirərlər. Onlar da razılaşmış və Səadətlə ikisi hərəsi 20.000 dollar olmaqla, ümumilikdə 40.000 ABŞ dollarını Azərbaycana keçirmişdirlər. Həmçinin onlardan başqa orada Qazaxıstanlı başqa bir qadın da var imiş. Murad ona da 20.000 dollar vermişdir. Lakın həmin qadını hava limanında sənədlərində problem olduğu üçün saxlamışlar və o, Türkiyədə qalmışdır. Belə ki, Bakıya gələndən sonra o, həmin pulları Səadətə vermiş və işə getmişdir, pullar Səadətdə qalmışdır. Axşam ikisi də evə gəlmişdir. Səadət ona demişdir ki, pulların bir hissəsi onun çantasındadır. Bir neçə gün sonra Səadət razılaşdıqları kimi ona 500 manat pul vermişdir. Bir neçə gün sonra Səadət ona demişdir ki, yenə Türkiyəyə gedib Murad adlı şəxsdən pul götürmək lazımdır. Bu səfər o, Səadətlə razılaşmamış və bu işdən qorxduğunu demişdir. O, razılaşmadığı üçün Səadət demişdir ki, onda bu dəfə qohumu Şəfaqət, onun qızı Rəhimə və digər tanışı Əsmər adlı qadınlarla Türkiyəyə gedib Azərbaycana pul gətirəcəkmiş. Belə ki, Səadət 26 fevral 2023-cü il tarixdə yenə Türkiyəyə getmiş və yenə özü ilə pul gətirmişdir. Amma o, bu səfər nə qədər pul gətirdiyini bilməmişdir. Çünki həmin səfər getməyə razılıq vermədiyi üçün aralarında soyuqluq yaranmışdır. Belə ki, Səadət pulları çox vaxt öz çantasında saxlayırmış və demək olar ki, bütün günü telefonda Muradla danışırmış. Son 1 ay imiş ki, o heç işə də gəlmirmiş, ancaq günün bütün vaxtları ayrı-ayrı adamlarla görüşürmüş. Belə ki, 27 fevral 2023-cü ildə Səadət mənə hər şeyi açıb demişdir ki, onların gətirdikləri pullar saxtadır. O da bunu eşidəndən soma onunla dalaşmışdır. Səadət demişdir ki, pula ehtiyacı olduğu üçün bu işə razılıq vermişdir. Ona dediyinə görə çoxlu borcları var imiş, ona görə də borclarını bağlamaq üçün saxta pulların Azərbaycanda dövriyyəsi ilə məşğul olurmuş. Səadət ona demişdir ki, bir neçə dəfə də pulları lazım olan adamlara çatdırdıqdan sonra bu işlə bir daha məşğul olrnayacaqmış. Lakin 19 mart 2023-cü il tarixdə Səadət yenə ona yazmışdır ki, Murad ona yenə 69.000 dollar pul göndərib, həmin pulu bir adam var, onunla görüşüb ona çatdırmalıdır. Səadət ona demişdir ki, pulu bir adama çatdırandan sonra Yasamalda kirayə tutduğu yeni evə gedəcək. Səadət bilirmiş ki, Murad adlı şəxsdən alıb ölkəyə gətirdiyi və ayrı-ayrı adamlara çatdırdığı dollarlar saxtadır. Bununla bağlı ona sonradan məlumat vermiş və buna görə aralarında mübahisə də yaranmış və ona görə o özünə ayrıca ev kirayələmişdir. Öz aralarında söhbət edərkən Səadət deyirmiş ki, pula ehtiyacı olduğu üçün saxta pulların daşınmasını həyata keçirirmiş. O, dəfələrlə Səadətə demişdir ki, bu işlərlə məşğul olmasın, halal pulunu qazansın, o isə deyirmiş ki, bir neçə reys də pulları adamlara çatdırandan sonra bu işdən uzaqlaşacaqmış. Şahid ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrindəki arasındakı ziddiyyətləri onunla izah etmişdir ki, ibtidai istintaq dövründəki ifadəsini oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Şahin adlı şəxs Rusiya ərazisindən ona zəng edərək Bakıda 40 000 dollar pulunun olduğunu onun Rusiyaya göndərilməsi üçün köməklik etməsini xahiş etmişdir. Şahinə nömrəsini haradan tapdığını soruşduqda o bir yerdə Bakıda dəfələrlə kafedə çay içdiklərini bildirmişdir. Şahin ondan Rusiyada bir şəxs tapmasını xahiş etmiş, ona Rusiyada rus rublu verilməsini, qarşılığında Bakıdakı həyat yoldaşının ona dollar verəcəyini bildirmişdir. Bu anda yanında olan dostu X18 adlı tanışının olduğunu və Bakıya pul göndərmək istədiyini bildirmişdir. X19 telefon vasitəsilə əlaqələndirmiş və onlar öz aralarında razılığa gəlmişlər. Şahin ona arvadının hicablı olduğunu, 40 000 dollar pulu olduğunu demişdir. İlhamın tanışı və Şahinin yoldaşı kimi qələmə verdiyi şəxs 20 Yanvarda kafedə oturub pulları dəyişdirmişlər. İlhamın tanışına səhv etmirsə 14 000 ya da 15 000 dollar pul verilmişdir. Orada olan şəxslər pulları dəyişdirdikdən sonra uzaqlaşmışdır. Səhər Telman ona zəng edərək pulun saxta olduğunu söyləmişdir. Onunla danışan şəxs 3 gün ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, dostu Samirə Rusiya ərazisindən zəng gəlmiş və pul dəyişilməsi təklif edilmişdir. Rusiyada yaşayan Yadigar adlı dostuna zəng edərək valyuta mübadiləsi edə bilən tanışı olubolmadığını soruşmuşdur. Yadigar bu barədə Seymur adlı şəxsə bildirmiş, Seymur isə bu barədə razılıq vermişdir. Pulu götürmək üçün Seymur adlı şəxsin qohumu gəlmişdir. Samirin vasitəçiliyi ilə Səadət və Seymur adlı şəxsin qohumu görüşmüşlər. Samirlə avtomobildən düşdükdən sonra Seymur adlı şəxsin qohumu və Səadət pulların dəyişməsini həyata keçirmişlər. Həmin puldan Seymurun qohumu ona və Samirə 400 dollar pul vermişdir. Həmin pulu Kapital Bankın valyuta dəyişmə məntəqəsində dəyişərkən həmin məntəqədəki avadanlıq pulu qəbul etməmişdir. Bundan sonra yaxın tanışına zəng edərək pulun saxta olub-olmamasını necə müəyyən etmək olduğunu sual vermişdir. O, pulun üzərində olan qızılı sarı lent olan hissəni yaş dəsmalla silməyini bildirmiş və əgər həmin hissə pozularsa pulların saxta olduğunu onun nəzərinə çatdırmışdır. Bundan sonra o, Seymur adlı şəxsin qohumuna zəng edib ona verdiyi pulların saxta olduğunu bildirmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 19 mart 2023-cü il tarixdə qohumu Zərərçəkmiş şəxs3 ona zəng edib demişdir ki, qardaşı tərəfindən Rusiyada 68.500 ABŞ dolları məbləğində pul göndərilib və ondan xahiş etmişdir ki, onun deyəcəyi adamla görüşüb həmin pulu götürüb ona versin. Elçin ona demişdir ki, onun nömrəsini bir nəfər qadına verəcəklərmiş və qadın özü onunla əlaqə saxlayıb görüş təyin edəcəkmiş. Belə ki, 19 mart 2023-cü il tarixdə axşam saatiarında ona ***-***-**-** mobil telefon nömrəsindən zəng gəlmiş və özünü Könül kimi təqdim edən şəxs ona demişdir ki, X1 arxasında yerləşən yeni tikili binanın 8-ci mərtəbəsində 35 nömrəli mənzilə getsin və pulları ondan götürsün. O da qardaşının dediyi ünvana getmiş və hicablı orta yaşlı bir qadın onu qarşılamışdır. Həmin xanım orta yaşlı və hicablı imiş. O özünü Könül adı ilə təqdim etmişdir, lakin Baş İdarədə ona məlum olmuşdur ki, həmin xanımın əsl adı Təqsirləndirilən şəxsdır. Həmin qadın ona 68500 dollar pul vermişdir və o da həmin pulu qohumu Zərərçəkmiş şəxs3 çatdırmışdır. Daha sonra onlar müəyyən etmişdirlər ki, pullar saxta imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək bildirmişdir ki, Moskvadan ona zəng gəlmiş, zəngdə telefonla danışan şəxs onun nömrəsini Mayıl adlı şəxsdən aldığını bildirmişdir. Onun vasitəsilə Yasamal rayonunda 1 nömrəli məktəbin yanında Səadət və pulu götürəcək şəxsin qardaşı oğlu avtomobildə görüşmüşlər. Onlar pulları bir-birinə təhvil verdikdən 2-3 gün sonra pulların saxta olduğu anlaşılmışdır. Səadətin bu işdə funksiyası pulları gətirib dəyişmək olmuşdur. Pulların haradan əldə edildiyindən xəbərdar olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadə verərək bildirmişdir ki, Murad adlı şəxs onun tanışı olmuşdur. X13 getmiş, bu ərəfələrdə ona lazer avadanlığı lazım olmuşdur. Murada bu barədə məlumat verdikdə o, həmin aparatdan tapa biləcəyi barədə məlumat vermişdir. Muradla telefonda görüntülü danışan zaman Murad evdə bacısını görmüş, həmin vaxt bacısı hicablı olmuşdur. Murad ona bacısının onunla işləyibişləməyəcəyi barədə sual vermiş, bacısı ilə Muradı əlaqələndirdikdən sonra onlarla maraqlanmamışdır. Hadisələrdən sonra Muraddan nə üçün belə bir hadisəni törətməsi barədə soruşan zaman o onun da pulların saxta olmasında xəbərinin olmadığını bildirmişdir. Murada bacısının buraxılması üçün təslim olmasını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafedici ifadələrini iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. 16 mart 2023-cü il tarixli “Könüllü təqdim edilməsi haqqında protokoldan” görünür ki, Şahid2 Ramiz oğlu 91 ədəd 100 ABŞ dolları 258 ədəd 50 ABŞ dolları pul vəsaitlərini könüllü olaraq təqdim etmişdir ( cild 1, iş vərəqi 9). 17 mart 2023-cü il tarixli “ Könüllü təqdim edilməsi haqqında protokoldan” görünür ki, X21 Hacıyevdən qəbul etdiyi pul əskinaslarını könüllü təqdim etmişdir ( cild 1, iş vərəqi 21). 22 mart 2023-cü il tarixli “Könüllü təqdim edilməsi haqqında protokoldan” görünür ki, Zərərçəkmiş şəxs2 136 ədəd 100 ABŞ dolları nominallı pul əskinaslarını könüllü təqdim etmişdir ( cild 1, iş vərəqi 69). 23 mart 2023-cü il tarixli “Könüllü təqdim edilən əşyanı götürmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ekspertizaya təqdim edilməsindən ötrü 401 ədəd 100 ABŞ dolları və 568 ədəd 50 ABŞ dolları nominallı pul əskinaslarını könüllü şəkildə təqdim etmişdir ( cild 1, iş vərəqi 115). 17 mart 2023-cü il tarixli sənədlərin texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid2 götürülmüş 91 ədəd 100 ABŞ dolları və 258 ədəd 50 ABŞ dolları nominallı pul əskinaslarına oxşar obyeklər ofset çap üsulu ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etmir, həmçinin eyni nominallı həqiqi pul əskinaslarından aşkar surətdə fərqlənmirlər ( cild 1, iş vərəqi 24-26). 25 mart 2023-cü il tarixli sənədlərin texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X9 təqdim etdiyi 02 ədəd 50 ABŞ dolları, X8 təqdim etdiyi 02 ədəd 50 ABŞ dolları, Zərərçəkmiş şəxs2 təqdim etdiyi 136 ədəd 100 ABŞ dolları və Zərərçəkmiş şəxs3 təqdim etdiyi 401 ədəd 100 ABŞ dolları və 568 ədəd 50 ABŞ dolları nominallı pul əskinaslarına oxşar obyeklər ofset çap üsulu ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etmir, həmçinin eyni nominallı həqiqi pul əskinaslarından aşkar surətdə fərqlənmirlər və onların hazırlanma üsulları ƏN MEM-in xx.xx.2023-cü ii tarixli 5/395 nömrəli rəyinin nəticə hissəsində göstərilən obyektlərin hazırlanma üsıniarı ilə eynidir ( cild 1, iş vərəqi 163-167). 30 may 2023-cü il tarixli sənədlərin texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs4 götürülmüş 100 ədəd 100 ABŞ dolları və 200 ədəd 50 ABŞ dolları nominallı pul əskinaslarına oxşar obyeklər ofset çap üsulu ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etmir, həmçinin eyni nominallı həqiqi pul əskinaslarından aşkar surətdə fərqlənirlər ( cild 1, iş vərəqi 35-37). 24 mart 2023-cü il tarixli “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar xx xxxxxx 1996-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı ünvan 4 ünvanda yaşayan əvvəllər şahid qismində dindirilmiş Şahid1 cinayət işi üzrə tanınmalı olan Təqsirləndirilən şəxs fotoşəkillər üzrə tanınmaya təqdim edilmişdir. Tanınmalı olan Təqsirləndirilən şəxs fotoşəkili tanınmada istifadə edilən masa üzərinə düzülmüş oxşar 3 nəfər şəxsin fotoşəkillərinin arasında 1-ci yerə qoyulmuşdur. Bundan sonra Şahid1 ifadəsində "Könül” adı ilə təqdim etdiyi və Bakı şəhəri, Xətai rayonu ərazisində X1 arxasındakı çoxmərtəbəli binanın 8-ci mərtəbəsindəki 35 nömrəli mənzildə ondan 68 500 ABŞ dollar məbləğində pulu qəbul etdiyi qadının fotoşəklini təqdim olunan şəxslərin fotoşəkilləri arasından tanıması təklif olunmuşdur. Tanıyan şəxs Şahid1 təqdim edilən şəxslərin fotoşəkillərini nəzərdən keçirib bildirmişdir ki, 19 mart 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində X1 arxasındakı binanın 8-ci mərtəbəsində ona 68.500 ABŞ dolları pul verən qadın fotocədvəldə 1-ci sırada təqdim edilmiş qadındır. O, həmin qadını başının formasından, burnunun quruluşundan, gözlərinin və üz cizgilərinin əlamətlərindən tanımışdır (cild 1, iş vərəqi 131-133). 25 mart 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokolda” görünür ki, Şahid5 Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir ki, Səadət ona demişdir ki, pulların saxta olmasından şübhələnir. Amma nə zaman deməsi konkret olaraq yadında deyildir. Həmçinin Səadət ona deyəndə ki, pulların saxta olmasından şübhələnir, o da Səadətə demişdir ki, özünü riskə atmasın. Səadət də demişdir ki, daha bu işlə məşğul olmayacaqmış. Təqsirləndirilən şəxs Şahid5 üzünə qarşı söyləmişdir ki, o, Səlimlə arasında olan məsələdən sonra Muradla əlaqə saxlamış, Murad onu tam əmin etmişdir ki, pullarda problem yoxdur. Həmçinin özü də iynə ilə yoxlayanda görmüşdür ki, pullar həqiqi pula oxşuyur. Həmçinin Murad ona demişdir ki, sonuncu dəfə də onun dediyi adama pulu çatdırsın, daha sonra birlikdə işləməyəcəklər. O da sonuncu dəfə 68.500 ABŞ dollarını Muradın dediyi adama vermişdir ( cild 1, iş vərəqi 186-188). 31 may 2023-cü il tarixli “Şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, əvvəllər zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 cinayət işi üzrə tanınmalı olan Təqsirləndirilən şəxs fotoşəkillər üzrə tanınmaya təqdim edilmişdir. Tanınmalı olan Təqsirləndirilən şəxs fotoşəkili tanınmada istifadə edilən masa üzərinə düzülmüş oxşar 3 nəfər şəxsin fotoşəkillərinin arasında 1-ci yerə qoyulmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs4 Cümşud oğluna ifadəsində "Könül” adı ilə göstərdiyi hicablı qadının fotoşəklini təqdim olunan şəxslərin fotoşəkilləri arasından tanıması təklif olunmuşdur. Tanıyan şəxs Zərərçəkmiş şəxs4 təqdim edilən şəxslərin fotoşəkillərini nəzərdən keçirib bildirmişdir ki 22 və 27 fevral 2023-cü il tarixlərində onunla görüşərək ona 20.000 ABŞ dolları verən və özünü “Könül” adı ilə təqdim etmiş şəxs fotocədvəldəki birinci sırada olan şəxsdir, yəni, Təqsirləndirilən şəxsdır (cild 2, iş vərəqi 53-55). 26 may 2023-cü il tarixli “könüllü təqdim edilən əşyanı götürmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ekspertizaya təqdim edilməsindən ötrü 100 ədəd 100 ABŞ dolları və 200 ədəd 50 ABŞ dolları nominallı pul əskinaslarım könüllü şəkildə təqdim etmişdir ( cild 2, iş vərəqi 28). 30 may 2023-cü il tarixli Sənədlərin texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs4 götürülmüş 100 ədəd 100 ABŞ dolları və 200 ədəd 50 ABŞ dolları nominallı pul əskinaslarına oxşar obyeklər ofset çap üsulu ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etmir, həmçinin eyni nominallı həqiqi pul əskinaslarından aşkar surətdə fərqlənir ( cild 3, iş vərəqi 33-37). 20 iyun 2023-cü il tarixli “üzləşdirmə haqqında protokoldan” görünür ki, cinayət işi Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs ilə arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində dediklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. Təqsirləndirilən şəxs isə onun dediklərini inkar etmişdir ( cild 2, iş vərəqi 102-105). “Sübutların qiymətləndirilməsi haqqında” 17 iyun 2023-cü il tarixli qərardan görünür ki, Şahid2 ona Təqsirləndirilən şəxs tərəfindən verilən saxta 91 ədəd 100 ABŞ dolları və 258 ədəd 50 ABŞ dolları nominallı, X9 verdiyi 02 ədəd 50 ABŞ dolları, X8 verdiyi 02 ədəd 50 ABŞ dolları, Zərərçəkmiş şəxs2 ona Təqsirləndirilən şəxs tərəfindən verilən saxta 136 ədəd 100 ABŞ dolları, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 401 ədəd 100 ABŞ dolları və 568 ədəd 50 ABŞ dolları və Zərərçəkmiş şəxs4 təqdim etdiyi 100 ədəd 100 ABŞ dolları və 200 ədəd 50 ABŞ dolları nominallı pul əskinasları və Təqsirləndirilən şəxs videogörüntülərinin əks olunduğu təhlükəsizlik kameralarından əldə edilmiş görüntülərin saxlandığı 01 ədəd “DVD” disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verilməsi nəzərə alınmışdır ( cild 2, iş vərəqi 58-84). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma əməlinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsində, eyni əməllərin xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 204.2-ci maddəsində nəzərdə tutulur. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir, başa çatmış cinayətdir. Həmin əməllər Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.2-ci maddəsində nəzərdə tutulan əməl ağır cinayətdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.2ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında təqdim edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xəstəliyindən əziyyət çəkən oğlu vardır. Təqsirləndirilən şəxs ilk dəfə məhkum edilməsini, himayəsində xəstə oğlu olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlini təkrar törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə məhkum edilməsi, himayəsində xəstə oğlu olması kimi barəsində yüngülləşdirici, habelə əməlin onun tərəfindən təkrarən və bir qrup şəxs halında törədilməsi kimi cəzasını ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.2-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 23 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 101), Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 25 mart 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 23 mart 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 200-205). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və ya digər əmlak, həmin əmlakın tam və ya qismən çevrildiyi digər əmlak və ya onun hissəsi, həmin əmlak dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus başqa əmlakın müəyyən edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilsə də göstərilən tədbirlər müsbət nəticə verməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış cinayət işi materiallarına əlavə edilmiş Şahid2 ona Təqsirləndirilən şəxs tərəfindən verilən saxta 91 ədəd 100 ABŞ dolları və 258 ədəd 50 ABŞ dolları nominallı, X9 verdiyi 02 ədəd 50 ABŞ dolları, X8 verdiyi 02 ədəd 50 ABŞ dolları, Zərərçəkmiş şəxs2 ona Təqsirləndirilən şəxs tərəfindən verilən saxta 136 ədəd 100 ABŞ dolları, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 401 ədəd 100 ABŞ dolları və 568 ədəd 50 ABŞ dolları və Zərərçəkmiş şəxs4 təqdim etdiyi 100 ədəd 100 ABŞ dolları və 200 ədəd 50 ABŞ dolları nominallı pul əskinasları məhv edilməli, Təqsirləndirilən şəxs videogörüntülərinin əks olunduğu təhlükəsizlik kameralarından əldə edilmiş görüntülərin saxlandığı 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə maddə 346.1.17 və 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 210 (iki yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 23,162, cild 2, iş vərəqi 34). İş materiallarından görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 tərəfindən mülki iddia ərizələri təqdim edilmişdir. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş iddia ərizəsində Təqsirləndirilən şəxs cinayət nəticəsində ona vurulmuş ziyana görə cavabdeh tərəfindən ödəniləcək günədək Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına nisbətə olan məzənnə ilə 68.500 ABŞ dollları məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 408 manatın və vəkil xidməti haqqı kimi ödənilmiş 120 manat pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş iddia ərizəsində Təqsirləndirilən şəxs bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində mülki iddiaçı olaraq ona vurulmuş maddi ziyana görə 37.740 manat, o cümlədən 204 manat dövlət rüsumunun və 10.000 manat mənəvi zərərin ümumi olaraq 47.444 (qırx yeddi min dörd yüz qırx dörd) manat pul məbləğinin Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasına və mülki iddianın tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia ərizəsi cavabdeh tərəfindən ödəniləcək günədək Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının Azərbaycan manatına nisbətə olan məzənnə ilə 68.500 ABŞ dollları məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 408 manatın təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsi hissəsində, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia ərizəsi isə 37.740 manat, o cümlədən 204 manat dövlət rüsumunun təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, Zərərçəkmiş şəxs3 vəkil xidmət haqqı kimi ödənilmiş 120 manat pulun da təqsirləndirilən şəxsdən tutulmasını xahiş etsə də həmin məbləğdə pulun vəkilə ödənilməsini təsdiq edən sənədləri iddia ərizəsinə əlavə etməmiş, Zərərçəkmiş şəxs1 isə vurulmuş mənəvi zərərin nədən ibarət olmasını öz ərizəsində əsaslandırmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.2-ci maddəsi ilə 7(yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 37,944(otuz yeddi min doqquz yüz qırx dörd) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 68500 (altmış səkkiz min beş yüz) ABŞ dolları (ödəniş günü məzənnəsi ilə) və 408 (dörd yüz) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs3 ödənilsin. İş üzrə maddi sübutlar; -Şahid2 ona Təqsirləndirilən şəxs tərəfindən verilən saxta 91 ədəd 100 ABŞ dolları və 258 ədəd 50 ABŞ dolları nominallı, X9 verdiyi 02 ədəd 50 ABŞ dolları, X8 verdiyi 02 ədəd 50 ABŞ dolları, Zərərçəkmiş şəxs2 ona Təqsirləndirilən şəxs tərəfindən verilən saxta 136 ədəd 100 ABŞ dolları, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 401 ədəd 100 ABŞ dolları və 568 ədəd 50 ABŞ dolları və Zərərçəkmiş şəxs4 təqdim etdiyi 100 ədəd 100 ABŞ dolları və 200 ədəd 50 ABŞ dolları nominallı pul əskinasları məhv edilsin ; Təqsirləndirilən şəxs videogörüntülərinin əks olunduğu təhlükəsizlik kameralarından əldə edilmiş görüntülərin saxlandığı 01 ədəd “DVD” disk cinayət işi üzrə maddi sübut kimi cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 210 ( iki yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-536/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-536/2024
22.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver