Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-536/2025 10.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən hakim X6, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “Fides” vəkil bürosunun vəkili X11, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1960-cı ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurub dələduzluq eitmişdir. Belə ki, o, özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə heç bir yerdə işləmədiyi halda tanışı Elçin Hidayətzadənin vasitəsilə 2018-ci ilin əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prosekti 149 ünvanında yerləşən «Neftçi Baza» deyilən ərazidə görüşüb tanış olduğı Zərərçəkmiş şəxs özünü işgüzar insan kimi göstərib Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində yaxın tanışları və geniş əlaqələri olduğunu deyib inandıraraq onun faktiki istifadəsində olan X3 adma sənədlə olmaqla Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yeni yaşayış massivində yerləşən 2 ha torpaq sahəsini pulunu hissəhissə ödəmək şərtilə ümumilikdə 170000 manat verdiyi halda onun adma rəsmiləşdirtdirəcəyinə dair həmin Dövlət Reyestr Xidmətindən Çıxarış alıb qeydiyyata aldıracağı barədə yalan vədlər verib aldadaraq inandırıb razılaşdıqdan sonra, 2018-ci il ərzində həmin torpaq sahəsini Zərərçəkmiş şəxs adma sənədləşdirtmək adı ilə dəqiq tarixlərini xatırlamadığı vaxtlarda ondan 2018- ci il ərzində hissə-hissə olmaqla, 2018-ci ilin iyun ayının 2-ci ongünlüyündə 99000 manatı əvvəl özü Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prosekti 149 ünvanında yerləşən «Neftçi Baza» deyilən ərazidə yerləşən yaşadığı evinin yaxınlığında almaqla, Azərbaycan manatına məzənnəsi ilə 68000 manat təşkil edən 40000 ABŞ dolları məbləğində pulu isə özü Türkiyə Respublikasında olduğu vaxtda oğlu, cinayətdən xəbərsiz Elmar Abdurahmanov vasitəsilə çatdırılmaqla və sonuncu dəfə 3000 manat məbləğində pulu isə 2018-ci ilin təqribən oktyabr-noyabr ayında Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yeni yaşayış massivində yerləşən 2 ha torpaq sahəsində olan zaman şəxsən özü almaqla ümumilikdə 170000 manat məbləğində külli miqdarda pulu Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs (X7) ümumilikdə 170000 manat məbləğində külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Zərərçəkmişdən aldığı pulları Qurban adlı şəxsə vermişdir və ittihamı qəbul edir. Belə ki, torpaq üçün əmlakdan çıxarış almaq məqsədi ilə zərərçəkmiş şəxsdən pul almışdır. Zərərçəkmiş şəxsdən hissə-hissə 170000 manat pul almışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır və ziyan tam ödənilmişdir. Törətdiyi əməldən peşmandır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, Ayaz Əsgərovu tanıyır. O, Ayazı təxminən 7 ildir ki, sonuncunun bacanağı Elçinin vasitəsi ilə tanımışdır. Ayazla münasibəti yaxşı olmuş, heç bir ədavəti eləcədə düşmənçiliyi olmamışdır. Ayaz Əsgərovun qohumu Elçinlə o, təxminən 15 ilin dostudur. Mahiyyəti üzrə bildirmişdir ki, 2018-ci ilin xatırlamadığı ayında Ayaz Əsgərovun bacanağı Elçin ona demişdir ki, Ayazın Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq massivində 2 hektar torpaq sahəsi var. Həmin torpaq sahəsini Ayaz 2014-cü il tarixdə 25500 ABŞ dollarına Fəxrəddin adlı şəxsdən natamam sənədlərlə almışdır. Həmin torpaq sahəsinə Ayaz Əsgərov Azərbaycan Respublikası Dövlət Reyestr xidmətinən çıxarış düzəltdirmək istəyir. Lakin tanışları yoxdur, bundan sonra ona təklif etmişdir ki, bu sənədləşməyə köməklik etsin. Bundan sonra Elçinə demişdir ki, bu işlə məşğul olan tanışı var onunla məsləhət görsün xəbər edəcək. Bundan sonra o, tanışı Qurban adlı şəxslə görüşmüş və məlum məsələni Qurbana danışmışdır. Qurban isə ona demişdir ki, həmin torpaq sahəsini sənədləşdirə bilər, lakin 170000 manat pul lazım olacaq. Oda bundan bir neçə gün sonra Ayaz Əsgərovla və Elçinlə Bakı şəhəri, Nərimanov rayonu Neftçibaza kimi tanınan ərazidə görüşmüş və onlara demişdir ki, Qurban adlı tanışı var həmin torpaq sahəsinə çıxarış sənədini 170000 manata ala bilərmiş. Bundan sonra Ayaz Əsgərov onunla razılaşmış və həmin ilin xatırlamadığı ayında və tarixində ilk öncə ona Bakı şəhəri, Nərimanov rayonu Neftçibaza kimi tanınan ərazidə, yəni yaşadığı evin yaxınlığında ona 99000 manat vermişdir. Oda həmin pulu Qurbana vermişdir ki, işə başlasın və sənədləri toplasın. Qeyd edmişdir ki, məlum hadisədən 6 il 6 ay müddəti keçdiyi üçün hansı tarixlərdə Ayaz Əsgərovun mənə hissəhissə nə qədər pul verdiyi yadında qalmamışdır. Bundan sonra həmin il o, Türkiyyə respublikasında olanda yenədə pul lazım olduğu üçün Ayazla əlaqə saxlamış və oğlu Elmarın vasitəsi ilə yenədə yaşadığı ünvanın yaxınlığında 68000 manatı almış, o, həmin puluda Qurbana ötürmüşdür, lakin bildirmişdir ki, o, bu işin görülməsi üçün Ayaz Əsgərovdan cəmi hissə-hissə olaraq 2018-ci ildə yaşadığı Bakı şəhəri Nərimanov Rayonu Neftçibaza kimi tanınan yerdə evinin yaxınlığında 170000 manat pulun almışdır. Bir daha qeyd etmişdir ki, həmin şəxsin yalnız adının Qurban olmasını bilir. Sonuncu dəfə isə təxmin etdiyi həmin ildə Buzovna qəsəbəsində olan zaman Ayazdan 3000 manat pul almışdır. Qurban əvvəllər vəkil kimi işləmiş, bildiyinə görə İçəri Şəhərdə yaşamışdır. Çünki o, pulları Qurbana aparıb İçəri Şəhərdə vermişdir. Qurban onun bildiyinə görə hazırda X4 getmişdir. Buna baxmayaraq o, Qurbanla əlaqə saxlamaq üçün axtarışına başlamışdır. Beləliklə o, Nicat adlı şəxsi tapmışdır. Həmin zaman məlum olmuşudr ki, Qurban Nicatdan da pul almış və getmişdir. Nicatdan Qurbanın ABŞ-da işlətdiyi mobil nömrəsini almış və nəhayət Qurbanla əlaqə saxlamışdır. Qurbanla danışanda Ayazın torpa sənədlərini soruşmuş və bu zaman Qurban yaxın zamanlarda Azərbaycana gələcəyini və məsələni həll edəcəyini demişdir. Beləliklə bu ilin təxminən fevral ayında Qurban ona votsapla çıxarış sənədi göndərmiş və demişdir ki, Ayazın torpağına aid sənətdir. Oda həmin sənədi Ayaz Əsgərova göndərmişdir. Sonradan isə məlum olmuşdur ki, həmin sənətdə saxta sənəddir. Xeyir, o, heç bir məbləğdə pulu Ayaz Əsgərova qaytarmamışdır. X8 pulu istəmiş, o, isə Ayaza hər dəfə bildirmişdir ki, bu ilin sonuna kimi pulu qaytaracaq. Həttda Ayazın təklifi o olmuş ki, pulu hissə-hissə qaytarar. Lakin Ayaz onunla razılaşmamışdır. Əlavə olaraq onuda qeyd etmişdir ki, Əmək və X14 nazirliyi tərəfindən ona 2-ci qrup əlililk təyin olunmuş və bununla bağlı hər ayı 220 manat olmaqla təqaüd alır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X12 (Zərərçəkmiş şəxs) ifadəsində bildirmişdir ki, torpaq üçün çıxarış almaq məqsədi ilə adam axtarmışdır. Yaxın qohumu vasitəsi ilə Elmanla tanış olmuşdur. Elmana çıxarış almaq məqsədi ilə 170000 manat pul vermişdir. Lakin Elman vaxtı uzadaraq bəhanələr gətirmiş və çıxarışı verməmişdir. Sonda isə ona saxta çıxarış vermişdir. Bu hadisədən sonra polisə şikayət etmişdir. Qurban adlı şəxsin adını isə heç vaxt eşitməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, dəymiş ziyan tam ödənilib, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxs X12 (Zərərçəkmiş şəxs) ifadəsində bildirmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olsada, milliyətcə Azərbaycanlıdır, Azərbaycan Respublikası Sabirabad rayonunda doğulmuş, təhsilini Bakı şəhərində azərbaycan dilində almışdır, azərbaycan dilində sərbəst danışmağı və yazmağı bacarır. Təqsirləndirilən şəxs tanıyır. Elmanla münasibəti yaxşı olmuş, heç bir ədavəti olmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, o, 2014-cü il tarixdə Rusiya Federasiyasında tanış olduğu X2 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq deyilən ərazidən 2 hektar torpaq sahəsini 255000 ABŞ dollarına almışdır. Həmin torpaq sahəsinə görə ona Kənd Təsərrüfatına aid sənəd verilmişdir. Beləliklə o, sözü gedən torpaq sahəsini sənədləşdirmək, yəni torpaq sahəsinə dair çıxarış almaq qərarına gəlmişdir və müvafiq sənədləri toplamışdır. Həmin ərəfələrdə, yəni 2018-ci il tarixdə tanış olduğu Təqsirləndirilən şəxs ona demişdir ki, tanışları var torpaq sahəsinə dair çıxarış ala bilər. Elman bildirmişdir ki, sənədi düzəldən şəxs Dövlət Departamentində işləyir, lakin həmin şəxsin şəxsiyyəti barədə ona məlumat verməmişdir. O, Elmanla razılaşmışdır və sənədləşmə üçün hansı məbləğdə pul lazım olmasını demişdir. Bu zaman Elman ona 170000 manat pul lazım olacağını demişdir. O, Elman ilə razılaşmışdır və torpaq sahəsinə çıxarış alınması üçün pulu verəcəyini demişdir. Beləliklə o, sözü gedən torpaq sahəsin sənədləşməsi üçün Təqsirləndirilən şəxs hissəhissə olaraq 170000 manat pul vermişdir. Beləki həmin pulun 99000 manatını Elmanın yaşadığı Nərimanov rayonu Neftçi baza deyilən ərazinin yaxınlığında yerləşən evinin yaxınlığında vermişdir. Daha sonra Elman Türkiyə Respublikasında olan zaman yenədə ondan pul istəmiş və oda əlində pulu olmadığı üçün məcbur olub idarə etdiyi Lexsus 570 markalı avtomobilini 2018-ci ilin xatırlamadığı ayında təcili 50000 ABŞ dollarına satmışdır və həmin pulun 40000 dollarını, yəni 68000 manatını yenədə aparıb Elmanın evinin yaxınlığında Elmana çatdırılması üçün onun oğlu Elmara vermişdir. Həmin pulun son 3000 manatını Buzovna qəsəbəsində həmin torpağın üzərində 2018-ci ilin təxminən oktyabr- noyabr ayında Təqsirləndirilən şəxs vermişdir. Pulları verən zaman o, hər dəfəsində tək olmuşdur. Lakin Elman ona verdiyi vədə əməl etməyərək onun pulunu etibarından sui istifadə edib ələ keçirmiş, sonradan isə həmin puldan hissə-hissə olmaqla bir hissə ona qaytarmışdır. Belə ki, o, Elmana sənədləşmə üçün cəmi 170000 manat pul vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq polis idarəsinə gətirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan izah edilmişdir. xx.xx.2024-cü il tarixli Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi - Əlilik haqqında arayışdan görünür ki,xx.xx.1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Stenokardiyanın digər formaları,ÜİX: Stab gərginlik stenokardiyası İİİ f.s Mitral qapağın digər xəstəlikləri,Mitral stenoz İİ dər Digər ürək və damar implantların və transplantatların olması,Diaqnoz: Kardioverter (İCD) imp.son/vəz (xx.xx.2020) Əvvəllər keçirilən miokard infarktı,İnfarktdan sonta kardioskleroz (xx.xx.2020) X16 çatışmamazlığı,ÜÇ-İV f.s İnsulindən asılı olmayan şəkərli diabet,Çoxsaylı ağırlaşmalarla,Şəkərli diabet İİ tip.(İnsulin tələbli) diaqnozu qoyularaq 5 il (xx.xx.2026-cı ilədək) müddətində İİ dərəcəli əlililik qrupu təyin olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə görə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - dələduzluq cinayətini ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə;
1. Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır.
2. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.
3. Bu Məcəllənin 177-183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin ifadələri və işdə olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X15rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxs 2-ci dərəcəli (qrup) əlildir. Cinayət işinin materiallarından və ifadələrdən görünür ki, zərərçəkmiş şəxs hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi - Əlilik haqqında arayışdan görünür ki,xx.xx.1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Stenokardiyanın digər formaları,ÜİX: Stab gərginlik stenokardiyası İİİ f.s Mitral qapağın digər xəstəlikləri,Mitral stenoz İİ dər Digər ürək və damar implantların və transplantatların olması,Diaqnoz: Kardioverter (İCD) imp.son/vəz (xx.xx.2020) Əvvəllər keçirilən miokard infarktı,İnfarktdan sonta kardioskleroz (xx.xx.2020) X16 çatışmamazlığı,ÜÇ-İV f.s İnsulindən asılı olmayan şəkərli diabet,Çoxsaylı ağırlaşmalarla,Şəkərli diabet İİ tip.(İnsulin tələbli) diaqnozu qoyularaq 5 il müddətində (xx.xx.2026-cı ilədək) İİ dərəcəli əlililik qrupu təyin olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, 65 yaşında olmasını, 2-ci dərəcəli (qrup) əlil olmasını, səhhətini, törətdiyi cinayət əməlinə görə peşmançılıq hissi keçirməsini, törətdiyi cinayət əməlini (təqsirini) etiraf etməsini, hazırkı cinayət işi üzrə vurulmuş ziyanın tam ödənilməsini, barışıq əldə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə görə cəzanı yüngülləşdirən hallar aşağıdakılardır. 59.1.1. hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi; 59.1.2. cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi; 59.1.3. cinayətin hamilə qadın tərəfindən törədilməsi; 59.1.4. cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.5. cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə törədilməsi; 59.1.6. cinayətin fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində törədilməsi; 59.1.7. cinayətin zəruri müdafiənin, ictimai təhlükəli əməl törətmiş şəxsin tutulmasının, son zərurətin, əsaslı riskin, əmrin və ya sərəncamın icra edilməsinin qanunla müəyyən edilmiş şərtlərini pozmaqla törədilməsi; 59.1.8. cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi; 59.1.9. cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi; 59.1.10. şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; 59.1.11. cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; 59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi. 59.2. Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 59.3. Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində qeyd olunan cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin cəzanı yüngülləşdirən halların məcmusunu, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, şəxs təqsirli bilindiyi CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasının mümkünlüyünə dair mövqeyini (qənaətini) onunla əsaslandırır ki, təqsirləndirilən şəxs 65 yaşında olmaqla əvvəllər məhkum olunmamışdır. Bununla yanaşı o, törətdiyi cinayət əməlinə görə peşmançılıq hissi keçirir, cinayət əməlini (təqsirini) etiraf edir və hazırkı cinayət işi (əməli) üzrə vurulmuş ziyanı tam ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hazırkı cinayət işi (əməli) üzrə təyin olunacaq cəzanı çəkmədən islah olunması mümkündür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə görə isə məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların məcmusunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini əsas götürərək, eləcə də Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq bu qənaətə gəlir və təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişiklik edilmiş və məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri (xx.xx.2024-cü il tarixədək) ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin (xx.xx.2024-cü il tarixədək) müddəti uzadılmışdır. xx.xx.2024-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Bundan başqa, Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş və qeyd olunan qərarın icrası ilə bağlı olaraq təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq həbs edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs (xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək və xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək) ibtidai araşdırma və məhkəmə baxışı zamanı 08 (səkkiz) ay 20 gün müddətində tutularaq ev dustaqlığında (həbsdə) olmuş və həbsdədir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək (ləğv edillərək), onun barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin (Müdafiəçi1) iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 saat (10x6) vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza 02 (iki) il sınaq müddəti müəyyən edilərək şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən (daimi) yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun (daimi) yaşadığı (qeydiyyatda olduğu) yer üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri ləğv edillərək (dəyişdirilərək) onun barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. (Hökmün icrası bu hissədə də, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı (3 saylı) İstintaq Təcridxanasına həvalə edilsin). Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcinin, mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi (10 saat-10x6) hüquqi yardıma görə Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.