Məhkəmə qərarları › İş №1(101)-537/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-537/2020

01.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-537/2020 01.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəmləsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X6, müdafiəçi - “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və zərər çəkmiş şəxsin hüquqi varisi X1 iştirakı ilə, x xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası yaşayış massivi, 15 nömrəli fərdi evdə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 29,120.2.8-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını xüliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir: belə ki, x xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikahda olduğu arvadı Qanuni nümayəndə arasındı yaşadıqları Sabunçu rayonu, Daş karxanası yaşayış massivi, 15 nömrəli fərdi evdə baş vermiş münaqişə nəticəsində Qanuni nümayəndə evi tərk edərək atası Mirverdi Məmmədovun yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə getmiş, Təqsirləndirilən şəxs arvadı Qanuni nümayəndə yaşadığı evə qaytarmaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 12:30 radələrində həmin evə getmiş, lakin Qanuni nümayəndə yaşadıqları evə qayıtmaq istəmədiyini bildirmiş, evin yataq otağında aralarında baş vermiş mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə arvadının hamilə olduğunu əvvəlcədən bildiyi halda istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib üzərində gəzdirdiyi bıçağı şalvarının cibindən çıxardaraq arvadı Qanuni nümayəndə qəsdən öldürmək məqsədi ilə sonuncunun bədən səthinə əlindəki bıçaqla ardıcıl zərbələr vuraraq müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq göstərib xüsusi ağrılar yetirməklə, yəni xüsusi amansızlıqla əlamətlərinə görə ağ ciyərin zədələnməsinə və ikitərəfli pnevmohematoraksa (döş boşluğuna sərbəst havanın yığılması) səbəb olan döş qəfəsinin arxa səthinin daxilə nüfuz edən 3 ədəd, böyük piylik və nazik bağırsaq müsariqəsinin zədələnməsinə səbəb olan qarın boşluğunun daxilə nüfuz edən 1 ədəd olmaqla ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid 4 ədəd, alt çənə, boyun, döş qəfəsi və sağ bazu nahiyələrinin on üç ədəd kəsilmiş-deşilmiş, sağ əlin İİ barmağının bir ədəd kəsilmiş, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid yaraları, sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən döş qəfəsi nahiyəsinin qançırı, sol yanaq və döş qəfəsi nahiyələrinin sıyrıqları ilə nəticələnən ümumilikdə 18 ədəd xəsarət yetirərək onun səssiz halda döşəmənin üstündə uzandığını görüb öldüyünü zənn edərək hadisə yerini tərk etmiş, Qanuni nümayəndə hadisə yerinə gəlmiş atası Mirverdi Məmmədovun köməyi ilə vaxtında 3 saylı X4 çatdırılmış, orada ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas olduğundan iradəsindən asılı olmayan səbəblərə görə cinayət Təqsirləndirilən şəxs əməlini başa çatdıra bilməsədə, təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan Qanuni nümayəndə xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 29,120.2.8-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 29,120.2.8-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, x xxxxxx 2019-cu il tarixdə təxminən saat 09:10 radələrində arvadı Günayla yaşadığı evdə olarkən aralarında mübahisə olmuş, mübahisəyə səbəb Günayın ona və uşaqlara qarşı laqeyd münasibət göstərməsi olmuş, mübahisədən sonra, saat 11 radələrində, Günay övadlarını götürüb yaşadığı evin yaxınlığında yerləşən atası Mirverdinin evinə getmiş, xx xxxxxx 2019-cu il tarixdə saat 12:30 radələrində Günayı gətirmək üçün qayınatası Mirverdinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanası yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə getmiş, evin həyətinə daxil olduqda övladlarının həyətdə oynadığını görmüş, övladları ilə görüşüb evə daxil olmuş, dəhlizdə Günayı görmüş və sonuncudan yaşadığı evə qayıtmasını tələb etmiş, Günay evə qayıtmaq istəmədiyini bildirmiş, onunla söhbət edə-edə evin dəhlizindən içəri keçib yataq otağına daxil olmuş, Günayın evə qayıtmayacağını bildirməsi səbəbindən aralarında mübahisə yaranmış, mübahisə zamanı əsəbləşib şalvarının cibində gəzdirdiyi bıçağı çıxarıb Günayın bədəninə bir neçə dəfə bıçaq zərbəsi vurmuş, Günaya bıçaq vurduğu zərbələrinin sayı dəqiq yadında qalmamış, Günay otaqda döşəmənin üstünə yıxılmış və taqətsiz vəziyyətdə qalmış, o, əlində bıçaqla evin həyətinə çıxmış, Günayı vurduğu bıçağı evin həyətində atıb yaşadığı evə getmiş və orada paltarlarını dəyişmiş, hadisə baş verən zaman əynində olmuş paltarları evin həyətində yandırmış, həmin vaxt evdə tək olduğu üçün onu heç kəs görməmiş, həmin gün evdə qalmış, xx xxxxxx 2019-cu il tarixdə 14-cü polis bölməsinə gedib könüllü gəldiyini bildirmiş, qayınatası Mirverdinin evinə arvadı Günayı öldürmək məqsədi ilə deyil, sonuncu ilə barışıb evə qaytarmaq üçün getmiş, lakin Günay evə qayıtmayacağını bildirib onunla mübahisə etməyə başlamış, o da əsəbləşib Günaya bıçaq zərbələri vurmuş, məqsədi sonuncuya yalnız zərər yetirmək olmuş, hadisəni törətməzdən əvvəl Günayın hamilə olduğunu bildiyi üçün Günayı öldürmək istəməmiş, hadisə evin yataq otağında baş verdiyinə görə səs-küy yaranmamış, hadisənin baş verməsini ətrafda olan qonşular və ya başqa adamlar bilməmiş, hadisə yerinə heç kəs gəlməmişdir; Günaya vurduğu bıçaq zərbələrinin sayı yadında qalmamış, sonuncunun sinə və kürək nahiyyələrindən bıçaq zərbələri vurduğunu xatırlayır, bıçaqla vurduqdan sonra Günay döşəmənin üstünə yıxılmış, yerdə olarkən sonuncunu bıçaqla vurmuş, Günaya bıçaq zərbələri vurmağa ehtiyac olmadığını zənn edib çıxıb getmiş, Günaya bıçaq zərbələri vuran zaman sonuncunun huşunu itiriibitirmədiyinə fikir verməmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxin hüquqi varisi qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, x xxxxxx 2019-cu il tarixdə bacısı Günay övladları ilə birlikdə atası Mirverdi Məmmədovun yaşadığı Maştağa qəsəbəsi, Daş karxanası yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə gəlmiş və yaşadıqları evdə əri Xəyalla aralarında mübahisə yarandığını və buna görə Xəyaldan küsüb bir neçə günlük atası Mirvedi Məmmədovun evinə gəldiyini bildirmiş, xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində bacısı oğlu Ağaddin babasının mobil telefonuna zəng edib atası Xəyalın anası Günayı bıçaqla vurub xəsarət yetirdiyini bildirmiş, atası Mirverdi dərhal idarə etdiyi avtomobillə yaşdığı evə gəlib Günayı 3 saylı X4 aparmış, orada həkimlər Günaya tibbi yardım göstərmişlər, Günay bir neçə gün xəstəxanada müalicə olunmuş, Günay hadisə baş verən zaman hamilə olmuş və onun hamilə olması barədə ailə üzvlərinin, habelə bacısının əri Xəyalın məlumatı olmuş, hadisə nəticəsində Günayın hamiləliyinə zərər dəyməmiş, yəni onun hamiləliyi pozulmamış, Günayın sözlərindən ona məlum oluşdur ki, xx xxxxxx 2019-cu il tarixdə saat 12:30 radələrində Xəyal Günayın yanına gəlib: “Gəl qayıdaq evimizə”, - demiş, Günay evlərinə qayıtmaq istəmədiyini bildirmiş, aralarında yaranmış mübahisə zamanı Xəyal cibindən bıçaq çıxarıb Günayın sinə nahiyyəsindən iki-üç zərbə vurmuş, Günay zərbələrin təsirindən yerə yıxılmış, döşəmənin üzərində uzanmış vəziyyətdə olan zaman Xəyal Günayın kürək nahiyəsindən daha bir neçə dəfə bıçaq zərbələri vurmuş, Günay aldığı bıçaq zərbələrinin təsirindən huşunu itirmiş, Xəyal onun huşsuz vəziyyətə düşüb öldüyünü zənn edərək çıxıb getmiş, bir neçə saniyə sonra isə Günay gözünü açarkən oğlu Ağaddinin otağa daxil olduğunu görmüş, Günay oğluna ona zəng etməsini və hadisə barədə məlumat verməsini bildirmiş, Ağaddin də həmin vaxt telefonla zəng edərək ona məlumat vermişdir; eyni zamanda göstərmişdir ki, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, x xxxxxx 2019-cu il tarixdə qardaşı qızı Günayla sonuncunun əri Xəyal arasında yaşadıqları evdə mübahisə yarandığı üçün Günay küsüb övladları ilə birlikdə qardaşı Mirverdinin yaşadığı evə getmiş və orada qalmış, xx xxxxxx 2019-cu il tarixdə saat 14 radələrində şəhərdə işləri ilə məşğul olarkən mobil telefonuna qardaşı Mirverdi zəng etmiş və Xəyalın Günayı bıçaqlayıb xəsarət yetirdiyini, Günayı 3 saylı X4 apardığını bildirmiş, o, dərhal 3 saylı X4 getmiş, orada Xəyalla Günayın arasında mübahisə yarandıqdan sonra Xəyalın Günaya bıçaqla xəsarətlər yetirdiyini bilmiş, Günay xəstəxanada müalicə alıb özünə gəldikdən sonra onlara hadisə barədə məlumat vermiş, onlara xx xxxxxx 2019-cu il tarixdə saat 12:30 radələrində Xəyalın qardaşı Mirverdiyə məxsus evə gəldiyini həmin vaxt övladlarının evin həyətində oynadığını, özünün isə evdə olduğunu demiş, Xəyalın həyətdən səsinin gəldiyini eşitmiş, Xəyal evə girib Günayın olduğu yataq otağına daxil olub ona: “Gəl qayıdaq evimizə”, - demiş, Günay Xəyala etiraz etmiş və evlərinə qayıtmaq istəmədiyini bildirmiş, aralarında mübahisə zamanı Xəyal cibindən bıçaq çıxarıb Günayın sinə nahiyəsindən iki-üç zərbə vurmuş və Günay zərbələrin təsirindən yerə yıxılmış, Xəyal onun kürək nahiyəsinə bir neçə dəfə bıçaqla ardıcıl zərbələr vurmuş, Günay aldığı bıçaq zərbələrinin təsirindən huşunu itirmiş, bir neçə saniyə sonra gözünü açarkən oğlu Ağaddinin otağa daxil olduğunu görmüş, Günay oğluna babası Mirverdiyə zəng edərək hadisə barədə məlumat verməsini demiş, Ağaddin həmin vaxt telefonla zəng edərək babasına məlumat vermiş, Mirverdi hadisə barədə məlumat alan kimi evə gəlib Günayı götürmüş və 3 saylı X4 aparmışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmşidir ki, Təqsirləndirilən şəxs onun atası, Qanuni nümayəndə isə onun anasıdır, ailənin böyük övladıdır və özündən kiçik iki qardaş və bir bacısı vardır, atası Xəyalla anası Günay həmişə mehriban olmuş, onların arasında heç vaxt dava-dalaş olmamış, x xxxxxx 2019-cu il tarixdə evdə olarkən atası ilə anasının arasında mübahisə yaranmış, lakin dava-dalaş olmamış, mübahisədən sonra anası Günay Xəyaldan incidiyi üçün onları da götürüb babası Mirverdinin evinə aparmış, iki gün babası Mirverdinin evində qalmışlar, xx xxxxxx 2019-cu il tarixdə saat 12:30 radələrində bacı və qardaşları ilə birlikdə həyətdə oynamış, yorulduğu üçün evə qalxmış, evin içərisinə daxil olduqdan sonra yataq otağının qapısının açıq vəziyyətdə olduğunu və anası Günayın yataq otağında yerdə uzanmış vəziyyətdə üst-başının qan olduğunu görmüş, anası ona Xəyalın bıçaqla vurduğunu demiş, bunu eşidən kimi mobil telefonunu götürüb babası Mirverdiyə zəng etmiş, babası Mirverdi bir neçə dəqiqə sonra evə gəlmiş, onun anası Günayı xəstəxanaya aparmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İşdə olan məhkəmə-tibb ekspertizası üzrə xx xxxxxx 2019-cu il tarixli 1144 saylı ekspert rəyindən görünür ki, Qanuni nümayəndə ağciyərin zədələnməsinə və ikitərəfli pnevmohematoraksa (döş boşluğuna sərbəst havanın və qanın yığılması) səbəb olan döş qəfəsinin arxa səthinin daxilə nüfuz edən üç (3) ədəd, böyük piylik və nazik bağırsaq müsariqəsinin zədələnməsinə səbəb olan qanın boşluğunun daxilə nüfuz edən bir (1) ədəd, alt çənə, boyun, döş qəfəsi və sağ bazu nahiyələrinin on üç (13) ədəd deşilmiş-kəsilmiş yaraları, sağəlin İİ barmağının bir (1) ədəd kəsilmiş yarası, döş qəfəsi nahiyəsinin qançırı, sol yanaq və döş qəfəsi nahiyələrinin sıyrıqlan müəyyən edildi. Xəsarətlərdən deşilmiş-kəsilmiş və kəsilmiş yaralar deşici-kəsici alət (alətlər), təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçaqla və ona bənzər digər bıçaqla da yetirilə bilər, qançır və sıyrıqlar isə bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə ağciyərin zədələnməsinə və ikitərəfli pnevmohematoraksa (döş boşluğuna sərbəst havanın və qanın yığılması) səbəb olan döş qəfəsinin arxa səthinin daxilə nüfiız edən üç (3) ədəd, böyük piylik və nazik bağırsaq müsariqəsinin zədələnməsinə səbəb olan qarın boşluğunun daxilə nüfiız edən bir (1) ədəd deşilmiş-kəsilmiş yaralan ümumilikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya; alt çənə, boyun, döş qəfəsi vəsağ bazu nahiyələrinin on üç (13) ədəd deşilmiş-kəsilmiş yaraları, sağəlin İİ barmağının bir (1) ədəd kəsilmiş yarasıümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir; döş qəfəsi nahiyəsinin qançırı, sol yanaq və döş qəfəsi nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarıüçün dərəcələri təyin edilmir. Xəsarət yetirilən şəxslə hücum edən şəxş dinamikada olduqlarıüçün onların qarşılıqlı vəziyyətini təyin etmək həmçinin xəsarətlər qısa zaman çərçivəsində yetirildiyindən ardıcıllıq barədə fikir söyləmək mümkün deyildir (1-ci cild iş vərəqi 106-110). İşdə olan məhkəmə-tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertiza üzrə xx xxxxxxx 2019-cu il tarixli 473/2019-MTKŞ saylı ekspert rəyindən görünür ki, Qanuni nümayəndə məxsus donun ön sol nahiyəsində bir ədəd, donun ön sağ yuxarı səthində iki ədəd, donun arxa sağ nahiyəsində bir ədəd, donun arxa orta nahiyəsində iki ədəd, donun arxa orta yuxarı səthində yeddi ədəd və donun sağ qolun ön aşağı səthində bir ədəd aşkar edilmiş çox saylı deşilmişkəsilmiş zədələr (cəmi on dörd ədəd) ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən eskpertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi istisna olunmur; ekspertizaya təqdim edilmiş Qanuni nümayəndə məxsus don üzərində aşkar edilmiş deşilmişkəsilmiş zədələr müxtəlif şəraitdə yarana bilərdi; ekspertizaya təqdim edilmiş Qanuni nümayəndə məxsus don üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrə əsasən zədənin yetirildiyi anda bıçaqla zərərçəkmiş müxtəlif qarşılıqlı vəziyyətdə ola bilərdilər; ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağıdır və soyuq silah hesab edilmir (1-ci cild iş vərəqi 235-239). İşdə olan məhkəmə-tibbi bioloji ekspertiza üzrə xx xxxxxxx 2019-cu il tarixli 711/2019-MTBŞ saylı ekspert rəyindən görünür ki, Qanuni nümayəndə qan qrupu təqdim olunmuş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən - 0 (1); ekspertizaya maddi sübut qismində təqdim edilmiş bıçaq və Qanuni nümayəndə donu üzərində aşkar olunmuş qan ləkələrinin Qanuni nümayəndə məxsus olması inkar olunmur (1-ci cild iş vərəqi 240-244). İşdə olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertiza üzrə x xxxxxxx 2019-cu il tarixli 1943 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstələyin əlamətləri aşkar olunmur; onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir; cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb; həmin dövrdə o, öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır; onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür; yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır; Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.3-cü maddəsinin təsiri altına düşmür; Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur; Məhkəmə-psixoloji ekspertizası üzrə: belə nəticəyə gəlinir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur; emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik müşahidə edilir; kobudluq, inadkarlıq, eqosentrizm, tez özündən çıxmaq kimi xarakterik xüsusiyyətlərə malikdir; belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmışdır; həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri iləşərtləşmişdir; Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur; Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır (1-ci cild iş vərəqi 232-234). İşdə olan məhkəmə-narkoloji ekspertiza üzrə xx xxxxxxx 2019-cu il tarixli 2525 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs sidiyində THC (+) aşkar olundu; deməsinə görə təxminən 2007-ci ildən arabir, düşəndə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə edib, son zamanlar narkotik vasitələr qəbul etməsini inkar edir; öz narkoloji anamnezi haqqında tam məlumat vermir; narkotik vasitələrdən sui-istifadə etməsini gizlətməyə çalışır; Təqsirləndirilən şəxs arvadı Qanuni nümayəndə bıçaqla zərbə vuraraq qəsdən sağlamlığa ağır zərər vurduğuna görə cinayət məsuliyyətinə cəlb olunub; narkotik vasitələrə qarşı abstinensiya əlamətləri və patoloji meyl formalaşıb; hal-hazırda narkotik vasitələrin qəbulundan psixi və fiziki asılılıq vardır; psixi vəziyyəti: huşu aydın, bələdliliyi bütün növlərdə saxlanılıb; suallara düzgün cavab vermir; yalan danışmağa meyillidir; emosional iradi sferası dəyişkəndir; əhval-ruhiyyəsi aşağıdır; öz vəziyyətinə tənqidi münasibəti kifayət qədər deyildir; yuxarıda göstərilənlərə əsaslanaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur; narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır; ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 245-246). İşdə olan Qanuni nümayəndə meyitinin məhkəmə-tibb ekspertizası üzrə x xxxxxx 2019-cu il tarixli 94/MEŞ saylı ekspert rəyindən görünür ki, onun meyitində sağ bazu said nahiyyəsinin qançırları və sıyrıqları aşkar edilmişdir; qeyd olunan xəsarətlər küt əşyanın təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri ölümündən 1-2 gün əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir və ölümlə səbəbli əlaqələri yoxdur; Qanuni nümayəndə meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və psixotrop maddələr aşkar edilməmişdir; Qanuni nümayəndə ölümünün bilavasitə səbəbi eklampsiya ilə əlaqədar baş beyinə qansızma və baş beynin kəskin ödemi olmuşdur (2-ci cild iş vərəqi 1-6). İşdə olan komisyon məhkəmə-tibb ekspertizası xx xxxxxx 2020-ci il tarixli 66/KEŞ saylı ekspert rəyindən görünür: - Qanuni nümayəndə meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünün bilavasitə səbəbi “eklampsiya ilə əlaqədar baş beyinə qansızma və baş beynin kəskin ödemi”nin olduğu müəyyən edilmişdir ki, bununla da 1144 saylı rəydə göstərilən xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə olmamışdır; - 3 saylı X5 Qanuni nümayəndə adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, x xxxxxx 2019-cu il tarixdə xəstəxananın doğum şöbəsinə daxil olduqdan sonra aparılmış müvafiq müayinlər zamanı onda 37-38 həftəlik hamiləliyin olduğu müəyyən edilmişdir; bu baxımdan xx xxxxxx 2019-cu il tarixdə Qanuni nümayəndə yoldaşı Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarətlər yetirilən zaman o hamilə olmuşdur; - 3 saylı X5 Qanuni nümayəndə adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, x xxxxxx 2019-cu il tarixdə saat 05:15-də təcili tibbi yardımla çox ağır vəziyyətdə, qıcolma tutmaları ilə xəstəxananın doğum şöbəsinə daxil olduqdan sonra aparılmış müvafiq müayinələr əsasında ona “H5D4A0. 37-38 həftəlik hamiləlik, baş gəlişi, eklampsiya, komatoz vəziyyət, piylənmə” diaqnozu təyin edilmişdir; cərrahiyyə əməliyyatına göstəriş olduğu üçün doğuşun operativ müdaxilə üsulu ilə başa çatdırılmasına qərar verilmiş, həmin tarixdə saat 05:31-də hamilənin üzərində təcili “Laparotomiya. Pfannenşteyl kəsiyi. Uşaqlığın aşağı seqmentində Kesar kəsiyi” cərrahiyyə əməliyyatı icra edilmiş və çəkisi 2.900,0 qram, boyu 49 sm qadın cinsli, 1/3 balla uşaq xaric edilmişdir; əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir; İcra edilmiş cərrahiyyə əməliyyatından sonra xx xxxxxx 2019-cu il tarixdə saat 07:00-da konsilium aparılmış, xəstəyə nevropatoloqun, neyrocərrahın baxışı keçirilmiş və ona “komatoz vəziyyət: eklampsiyadan sonrakı vəziyyət; baş beyin-qan dövranının kəskin pozulması” diaqnozu təyin edilmişdir; Aparılmış müvafiq müayinələr zamanı xəstədə beyinin sağ yarımkürəsində 35 x 85 mm ölçüdə kəskin beyindaxili hematoma, 14,0 mm ölçüdə dislokasiyanın olduğu müəyyən edilmişdir; x xxxxxx 2019-cu il tarixdə neyrocərrahın təkrar baxışı keçirilmiş, xəstəyə “sağ beyin yarımkürəsində beyindaxili hematoma tipli hemorragik insult” diaqnozu təyin edilmiş və onda hemodinamiki göstəriciləri, nevroloji statusu nəzərə alaraq cərrahi müdaxiləyə ehtiyac olmadığı müəyyən edilmişdir; aparılan intensiv reanimasion tibbi yardımlara baxmayaraq xəstənin ümumi vəziyyətində müsbət dinamika əldə olunmamış və x xxxxxx 2019-cu il tarixdə saat 13:25-də xəstədə bioloji ölüm baş vermişdir; Qanuni nümayəndə meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünün bilavasitə səbəbi “eklampsiya ilə əlaqədar baş beyinə qansızma və baş beynin kəskin ödemi”nin olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır (2-ci cild iş vərəqi 14-25). İşdə olan DİN-in BƏSİİ-dən alınmış xx xxxxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir (1-ci cild iş vərəqi 173-174). İşdə olan şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə tutulmuşdur (1-ci cild iş vərəqi 32-33). İşdə olan Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 58- 59). İşdə olan Bakı şəhəri Sabunçu rayon İcra Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsinin x xxxx 2020-ci il tarixli 1019 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 5 azyaşlı uşağı vardır (3-cü cild iş vərəqi 66). İşdə olan Bakı şəhəri Sabunçu rayon İcra Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağəddin oğlu müsbət xarakterizə olunur (1-ci cild iş vərəqi 65). İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi X1 xx xxxxxxxx 2020-ci il tarixli ərzəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı iddiası, şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 29,120.2.2, 29,120.2.4 və 29,120.2.8-ci maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.4, 120.2.8-ci maddələrinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.4, 120.2.8-ci maddələri xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.5-ci maddəsinə əsasən qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 №-li qərarının 9-cu bəndinə əsasən CM-in Xüsusi hissəsinin müvafiq maddəsində ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu hallarda başa çatmamış cinayətə görə belə cəza növü təyin edilə bilməz, belə hallarda təqsirkara yalnız CM-nin 63.2 və 63.3-cü maddələrində göstərilən hədlər daxilində azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər; cinayətə hazırlığa və cinayətə cəhdə görə cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, bu zaman təyin olunası cəza müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər; bu səbəbdən də belə hallarda Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar CM-nin 63.2 və 63.3-cü maddələrilə müəyyən edilən qaydalara əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır; başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 5 azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 29,120.2.8-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 63.3 və 60-cı maddələrinin tələbləri nəzərə alınmaqla) cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinin tələblərini nəzərə almaqla həmin Məcəllənin 29,120.2.2, 29,120.2.4 və 29,120.2.8-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 63.3 və 60-cı maddələrinin tələbləri nəzərə alınmaqla), Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının xx xxxxxx 2019-cu il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bir ədəd bıçaq, habelə hadisə baş verən zaman zərərçəkmiş şəxs Qanuni nümayəndə əynində olmuş bir ədəd don məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 29,120.2.8-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Sabunçu rayon prokurorluğunun maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bir ədəd bıçaq, habelə hadisə baş verən zaman zərərçəkmiş şəxs Qanuni nümayəndə əynində olmuş bir ədəd don məhv edilsin. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar