Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-537/2022 25.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: X9, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı Şəhər 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Əlniyaz qızı, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakları ilə xx xxxx 1982-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Astara rayonu, Qum küçəsi, ev 62-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, “Akkord” binaları, ev 7, mənzil 99-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirərək təkrar dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək ucuz qiymətə qızıl-zinət əşyalarını alıb baha qiymətə satmaqla birgə qazanc əldə edəcəkləri adı ilə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs3 2020-ci ilin sentyabr ayından həmin ilin noyabr ayının əvvəllərinədək olan müddət ərzində ünvan 1 ünvanında yerləşən “Arzu” şadlıq evinin qarşısında hissə-hissə olmaqla 23000 manat, 09.11.2021-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindəki 7 saylı evin 99 saylı mənzildə 7000 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 30.000 manat pulu ələ keçirib, Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək müxtəlif lombardlarlardan qızıl-zinət əşyalarını ucuz qiymətə götürərək satıb birgə qazanc əldə edəcəkləri adı ilə Zərərçəkmiş şəxs2 19 noyabr 2020-ci ildə ünvan 2 ünvanında yerləşən “24 saat” adlı kafedə 18000 manat, 21 noyabr 2020-ci ildə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ev 7, 99 saylı mənzildə 8000 manat və 7500 ABŞ dolları(Azərbaycan manatının həmin dövrə olan məzənnəsinə əsasən 12750 manat), 24 noyabr 2020-ci ildə ünvan 3 ünvanında yerləşən “Arzu” şadlıq evinin yanında 5000 manat, 26 noyabr 2020-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 5, 144 saylı mənzildə 3500 manat, 28 noyabr 2020-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 5, 144 saylı mənzildə 12500 manat, 02 dekabr 202-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ev 7, 99 saylı mənzildə 10000 manat, 04 dekabr 2020-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60, ev 5, 144 saylı mənzildə 20000 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 89.750 manat pulu ələ keçirib, Zərərçəkmiş şəxs2 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Əlniyaz qızının etibarından sui-istifadə edərək müxtəlif lombardlara qoyduğu qızıl-zinət əşyalarını ucuz qiymətə oradan götürərək satıb birgə qazanc əldə edəcəkləri adı ilə yalan vəd verib aldadaraq, S.Şəmədovadan 2020-ci ilin dekabr ayında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivi, ev 216-da hissə-hissə olmaqla, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 48.000 manat pulu ələ keçirib, Zərərçəkmiş şəxs1 Əlniyaz qızına xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək sonuncudan satmaq üçün alacağı qızılların pulunu səhərisi günü ödəyəcəyi adı ilə y^lan vəd verib aldadaraq, E.Səfərlidən 2021-ci ilin mart ayının 4 ya da 5 tarixində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında yerləşən “Gənclik” qızıl univermağı mağazasında ümumi dəyəri 15000 manat olan 750 əyyarlı, ümumi çəkisi 176,5 qram, 3 ədəd qızıl qolbağı, 2 ədəd qızıl sepi, 1 cüt qızıl sırğanı və qızıl üzükdən ibarət 3 ədəd qızıl komplekti, 4 ədəd qızıl klonu ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 4-5 il olar ki, qızıl alğı-satqısı ilə məşğul olur. Qızıl alğı-satqısı ilə məşğul olduğu dövrdə Sabunçu RPİ-nin əməkdaşı Şahid7la tanış olaraq qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başlamışlar. Anarla qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı dövrdə taksi sürücüsü Zərərçəkmiş şəxs3 ilə tanış olmuş, Fariz onu getdiyi yerlərə aparıb gətirmiş və söhbət əsnasında əlində 2000 manat pulunun olduğunu deyərək nə iş görə biləcəyini soruşmuş, o, Farizə şərikli ucuz qiymətə lombarddan qızıl alıb-satmağı təklif etmiş, Fariz razılaşaraq birlikdə qızıl alğı-satqısını həyata keçirməyə başlamışlar. Əldə olunan gəliri Farizlə bərabər şəkildə bölmüşlər. 2000 manatdan bir müddət sonra Fariz 18000 manat pul gətirərək ona vermiş, həmin pulla lombardda ucuz qiymətə qızıl alıb satmışlar. Gəliri isə bərabər şəkildə bölmüşlər. Sonradan Farizdən pulu kimdən aldığını soruşmuş və həmin adamla görüşdürməyi istədikdə Fariz onu Cümşüd adlı şəxslə görüşdürmüşdür. Tanış olduğu gün Cümşüdlə birlikdə yaşadığı evə getmişlər, Farizin Cümşüddən heyvan alğı-satqısı ilə məşğul olmaq üçün pul istədiyini öyrənmişdir. Bundan sonra Cümşüdə bütün baş verənləri danışmış Cümşüd Farizdən pulu geri istəmişdir. O, özünə məxsus olan qızıl-zinət əşyalarını satıb Farizin Cümşüddən aldığı 18000 manat pulu geri qaytarmışdır. Farizin Cümşüddən aldığı pulu geri qaytardıqdan sonra Farizlə əlaqələrini kəsmişdir. Sonra Cümşüdlə münasibəti yaxın olmuş və Cümşüdə lombardda qızıllarının olduğunu, lombardın pulunu ödəyə bilmədiyini, lombardın pulunu ödəyərək qızılları oradan götürməyi və satışını həyata keçirməyi, əldə edilən qazancın yarı hissəsini Cümşüdə verməyi təklif etmiş, Cümşüd razılaşmış və təqribən iki ay ərzində ona hissə-hissə 29000 manat pul vermişdir. Həmin pulları lombarddan ucuz qiymətə qızıllar almış,lakin “Covid- 19” virusunun yayılması ilə əlaqədar qızılın qiyməti aşağı düşdüyündənüş və Cümşüdən aldığı pulları ziyan nəticəsində itirmiş, pulu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs2 baldızı Zərərçəkmiş şəxs1 Əlniyaz qızından da eyni qaydada lombardda olan qızıllarını çıxardaraq satmaq, əldə edəcəyi gəliri bərabər şəkildə bölməklə bağlı vəd verərək hissə-hissə 48000 manat pul almış, lakin “Covid-19” virusunun yayılması ilə əlaqədar qızılın qiyməti aşağı düşmüş və o, Zərərçəkmiş şəxs1 Əlniyaz qızından aldığı pulları ziyan nəticəsində itirmişdir. Bu səbəbdən Svetlanin pulunu da qaytara bilməmişdir. Şahid7 bir dəfə 9000 manat, bir dəfə isə 10000 manat borc pul götürmüş, götürdüyü pulun 9000 manatını Svetlanaya, 10000 manatını isə Cümşüdə vermişdir. Lakin sonradan pul tapa bilmədiyindən Svetlana və Cümşüdə pul ödəyə bilməmiş, Sabunçu RPİ-nə şikayət etmişlər. Zərərçəkmiş şəxs4 təqribən 2020-ci ilin sentyabr ayından tanıyır. Belə ki, həmin vaxt qızıl alğı-satqısı ilə məşğul olmuş, bu əsnada Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrostansiyasının yaxınlığında yerləşən “Gənclik" Univermağında qızıl alğı-satqısı ilə məşğul olan Fərhadla tanış olmuşdur. Fərhadla tanış olduqdan sonra mütəmadi olaraq Fərhaddan nağd şəkildə qızıl-zinət əşyalarını ucuz qiymətə alıb başqa şəxslərə sataraq pul qazanmışdır. Ancaq heç bir zaman Zərərçəkmiş şəxs4 qızıl- zinət əşyalarını nisyə almamış və ya Fərhada müştərisinin olmasını bildirərək qızıl götürməmişdir. Zərərçəkmiş şəxs4 ilə heç bir zaman münaqişəsi və ya düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs4 borcu yoxdur. Fərhaddan götürdüyü qızıl-zinət əşyalarının pullarını nağd şəkildə ödəmişdir. Əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Anarın Fərhaddan hansı qızılları almağından və ya onları kimə satmağından, qızılların qiymətindən məlumatı olmamışdır. Hər dəfə pul aldıqca Şahid7 iş gördüyünü bildirərək ondan pulları almışdır ki, tez bir zamanda geri qaytaracaq. Anara inandığı və münasibətə görə həmin pulların hamısını Anara vermişdir. Anar vaxtında pulları qaytarmadığı üçün o, Svetlanaya verdiyi vədləri yerinə yetirə bilməmişdir. İttiham olunduğu cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi cinayət işində olan dəlillərin aşağıdakı məcmusu ilə sübuta yetir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, X8 təqribən 2020-ci ilin avqust ayının sonunda tanımışdır. Onunla tanışlığı köhnə tanışı Zərərçəkmiş şəxs3 vasitəsi ilə olmuşdur. Belə ki, 2020-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs2 yanına gələrək əmisi oğlanları ilə birlikdə heyvan alveri etdiyini bildirmiş və birlikdə həmin işi görməyi ona təklif etmişdir. O, Farizin təklifi ilə razılaşmış və Farizdən ilkin olaraq nə qədər pul lazım olduğunu soruşmuşdur. Fariz ilkin olaraq 2000 manat pul lazım olduğunu bildirmişdir. O, evindən 2000 manat götürərək Farizə vermişdir. Bir neçə gün sonra Fariz yanına gəlmiş və aldıqları heyvanların çəki vermədiyini bildirərək ümumilikdə 40 manat xeyr qaldığını bildirmişdir. O, heç bir problemin olmadığını demiş və bundan sonra Fariz ona 2000 manat aldığı pulu, eyni zamanda gördüyü işdən əldə etdiyi 40 manat pulun 20 manatını vermişdir. Bu hadisədən iki gün sonra Zərərçəkmiş şəxs3 yenidən onlara gəlmiş və satlıq yaxşı heyvanların olduğunu bildirərək almaq üçün 10000 manat pul istəyərək bu dəfə yaxşı qazanc qalacağını demişdir. O da 10000 manat pulu Cümşüdə vermişdir. 10000 manatı verdikdən sonra 2020-ci ilin iyul ayının əvvəllər Zərərçəkmiş şəxs2 yenidən yanına gəlmiş və əlavə heyvan almaq üçün 10000 manat pul lazım olduğunu demişdir. O, Farizə 10000 manat verə bilməyəcəyini, yalnız 8000 manat verə biləcəyini bildirmişdir. Fariz isə bu dəfə əldə ediləcək qazancdan hərəsinə təqribən 200 manat qalacağını demişdir. O, etiraz etməmiş və 8000 manat pulu Farizə vermişdir. Bu hadisədən bir müddət sonra Farizdən işlərin nə yerdə olduğunu soruşmuş, Fariz pulun dövriyyədə olduğunu, işləri gördükdən sonra pulu qaytaracağını demişdir. 2020-ci ilin avqust ayının sonunda Mərdəkan qəsəbəsində yerləşən və tanışı Abbasa məxsus olan restoranda dostlarla söhbət etdikdən sonra evinə gəlmək istərkən Zərərçəkmiş şəxs3 onun mobil telefonuna zəng etmiş və harada olduğunu soruşmuşdur. O, Zərərçəkmiş şəxs3 Mərdəkan qəsəbəsində, Abbasın restoranında olduğumu, evə getməyə hazırlaşdığını bildirmişdir. Fariz isə yanında qonaqlarının olduğunu, yanına gəlmək istədiyini bildirmişdir. O, heç bir problemin olmadığını bildirərək onu gözlədiyini demiş, bir müddət sonra Fariz Abbas adlı tanışının restoranına gəlmişdir. Fariz restorana gəldikdən sonra avtomobilindən Təqsirləndirilən şəxs, digərinin adının isə Məlahət olduğunu bildiyi qadınlar düşmüşlər. Onlarla salamlaşdıqdan sonra restoranın otaqlarından birinə keçərək oturmuşlar. Orada çay və yemək sifariş vermişlər. Çay içdikləri zaman Farizdən xanımların kim olduğunu soruşmuş, Fariz İlahə adlı xanımın əvvəllər müştərisi olduğunu, münasibətlərinin yaxın olduğunu, Məlahətin isə onun qonşusu olduğunu bildirmişdir. Orada bir müddət oturaraq söhbət etdikdən sonra o, evə getmiş, Farizgilin isə hara getdiyini bilməmişdir. Bundan sonra arda-arda Fariz və Təqsirləndirilən şəxs Mərdəkan qəsəbəsində yerləşən, tanışı Abbasa məxsus restorana gəlmişlər və orada oturaraq çörək yemişlər. Fariz və İlahə həmin restorana gəldikləri günlərdən birində İlahə ondan hansı zonadan olduğunu soruşmuş, o, Ermənistanın Sisyan rayonunda olduğunu, həyat yoldaşının Sabirabad rayonundan olduğunu demiş, tanışlıq verdikləri zaman İlahənin bacısının həyat yoldaşının uzaq qohumu ilə ailəli olduğu müəyyən edilmişdir. Bu danışıqdan bir neçə gün sonra Farizlə birlikdə İlahəgilin evində çay içmişlər. Getməyə hazırlaşdıqları zaman İlahə ona işinin olduğunu deyərək gözləməyi xahiş etmiş, o da dayanaraq gözləmişdir. Fariz isə işinin olduğunu bildirərək getmişdir. Fariz getdikdən sonra İlahə dəftər gətirmiş və dəftəri açaraq adını göstərmişdir. Həmin dəftərdə adının qarşısında 10000 və 8000 manat qeyd edildiyini görmüşdür. İlahədən ona aid olan dəftərdə adının hansı qaydada yazıldığını soruşmuşdur. İlahə isə Farizlə birlikdə qızıl alqı-satqısı ilə məşğul olduğunu demişdir. O, İlahəgildən çıxdıqdan sonra Farizə zəng etmiş və nə üçün ona yalan danışaraq heyvan alqı-satqısı adı ilə pul aldığını soruşmuşdur. Bu zaman Fariz bir nəfər qadınla qızıl alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. O, Farizə bir nəfər qadının İlahə olduğunu, hər şeydən məlumatının olduğunu demiş və yalan danışdığı üçün pulu geri qaytarmasını tələb etmiş, Fariz də bir həftə sonra hissə-hissə ondan aldığı pulu tam şəkildə qaytarmışdır. Fariz pulu tam şəkildə qaytardıqdan sonra Farizlə söhbət əsnasında ondan aldığı pulu İlahə gördüyü işdən əldə etdiyi qazancdan qaytarıb-qaytarmadığını soruşmuş, Fariz bunun heç bir önəminin olmadığının demişdir. Bu hadisələrdən sonra İlahə həyat yoldaşı Kəmalə ilə əlaqə saxlamağa başlamış və bir gün onlar evə gələrək həyat yoldaşı ilə tanış olmuşlar. İlahə onların evində olduğu zaman Farizlə iş birliklərini sona çatdırmaq istədiyini, lakin avtomobili olan etibarlı bir şəxs lazım olduğunu, ondan lazım olan yerlərə aparmaq imkanının olub-olmamasını soruşmuş, o da benzini vuracağı halda heç bir problemin olmadığını bildirmiş, İlahə ilə razılaşmışlar. Bu danışıqdan sonra gündəlik olaraq İlahəni “Gənclik” metrostansiyasının yanında yerləşən lombardlara və qızıl dükanlara aparıb gətirmişdir. Hər dəfə apardığı zaman İlahənin üzərində dəyəri təqribən 17000 manat dəyərində qızıl dəstləri olumuş. İlahə həmin qızıl dəstlərini lombarda qoyaraq pul götürürmüş, daha sonra yenidən dükanlardan qızıllar almışdır. 2020-ci ilin təqribən sentyabr ayının sonlarında İlahəgilin evinə qonaq gedib İlahənin anası və bacısı ilə tanış olmuşlar. İlahəni mütəmadi olaraq aparıb-gətirdiyi dövrdə İlahəyə Anar adlı şəxsin zəng etdiyini görmüş və Anarın kimliyi barədə Farizdən soruşmuşdur. Fariz isə Anarın İlahə ilə qeyri-rəsmi yaşayan şəxs olduğunu, Sabunçu RPİ-nin MSY-nin rəisi işlədiyini, polis kapitanı olduğunu, qohumlarının general olduğunu bildirmişdir. 2020-ci ilin noyabr ayının 5-6-da İlahə ona zəng edib onu Mərdəkan qəsəbəsində yerləşən dənizkənarı obyektlərə aparmağı xahiş etmişdir. O da İlahəni götürərək Mərdəkan qəsəbəsində yerləşən “Qazilər” restoranına getmişlər. Orada olduğu zaman İlahənin əvvəllər həmin restorana gəldiyini, taksi sürücüsü ilə aralarında yaranmış münaqişəyə görə polis əməkdaşları tərəfindən tutulduğunu, İlahənin qeyri-rəsmi həyat yoldaşı Anarın onu polis idarəsindən çıxartdığını öyrənmişdir. 2020-ci ilin noyabr ayının 14-də İlahə onların evinə gəlib lombardda olan qızıllarının batma təhlükəsinin olduğunu demişdir. O, qızılların nə üçün batdığını soruşmuş, İlahə qızılları alaraq lombardlara qoyub pul götürdüyünü, lakin faizini ödəyə bilmədiyi üçün batacağını demişdir. İlahə qızılları lombarddan çıxartdıqdan sonra Türkiyə istehsalı olan qızılların 1 qramını 55 manatdan, İtalyan qızıllarının isə 1 qramını 60 manatdan ona verəcəyini bildirmişdir. O, qızılların qiyməti ilə maraqlanmış və ucuz olduğunu görmüşdür. Bu ərəfədə İlahənin anası onları evlərinə çağırmışdır. Onlar evə getmişlər və evdə anası İlahəyə pul verərək qızılları lombarddan götürməkdə kömək etməyi xahiş etmişdir. O, razılaşmış və 2020-ci ilin noyabr ayının 19-da İlahə onunla əlaqə saxlamışdır. İlahə ondan nə vaxt pul düzəldib ona verə biləcəyini soruşmuşdur. O isə İlahəyə 18000 manat pul düzəltdiyini demiş və İlahəyə Bakıxanov qəsəbəsində yerləşən “24 saat” adlı kafeyə gələrək oradan götürməyini bildirmişdir. O, işlərini gördükdən sonra kafeyə gəlmiş və orada işləyən Sevil adlı xanıma İlahənin ora gəlib-gəlmədiyini soruşmuşdur. Sevil isə İlahənin ora gəlmədiyini demiş və o, Sevilə işdən çağırılacağı halda ona pul verəcəyini, İlahənin gələrək ondan pulu götürəcəyini demişdir. Sevil pulun miqdarını soruşmuş, o, Sevilə 18000 manat pul olduğunu demişdir. Sevil çay gətirməyə getdiyi zaman İlahə kafeyə gəlmişdir. İlahə ilə salamlaşdıqdan sonra masada əyləşmişdir. Bu zaman Sevil çay gətirmiş və Sevil çay gətirdiyi zaman o, cibindən 18000 manatı çıxardaraq İlahəyə vermişdir. İlahə pulun miqdarını soruşmuş və o, İlahəyə pulun 18000 manat olduğunu demişdir. Bu sözdən sonra İlahə həmin pulu əlində olan qırmızı rəngli çantasına qoymuş, İlahə pulu çantasına qoyduğu zaman Sevil yemək yeyib-yeməyəcəklərini soruşmuşdur. İlahə isə tələsdiyini bildirərək yemək yeməyəcəyini demişdir. Bundan sonra Sevil otaqdan çıxmış və İlahə ona Anarla birlikdə Sumqayıt şəhərinə gedəcəyini demişdir. İlahə kafedən çıxaraq Anarla danışmış və Anara “Gloriya” Ticarət Mərkəzinin yanından götürməsini tapşırmışdır. Anardan “Gloriya” TM-nin harada olduğunu soruşmuş və İlahə Anara həmin ticarət mərkəzinin əvvəllər yaşadığı 5 mərtəbəli binanın baş tərəfindən yerləşdiyini demişdir. O, İlahədən ayrılmış və İlahə bir neçə metr getdikdən sonra Anarın avtomobilinə əyləşərək oradan getmişlər. Təqribən 3-4 saat keçdikdən sonra İlahə onun mobil telefonuna zəng etmiş və yaşadığı binanın yanına gəlməyi xahiş etmişdir. O, İlahə yaşadığı binanın yaxınlığına gəlmiş və oradan İlahəni götürmüşdür. İlahəni götürdükdən sonra İlahə avtomobili İcra Hakimiyyətinin arxa hissəsinə doğru idarə etməyi tapşırmışdır. O, avtomobili həmin ünvana sürmüş və orada binalardan birinin qarşısında İlahə avtomobili saxlamağı xahiş etmişdir. O, avtomobili saxlamış və İlahə avtomobildən düşərək bloka daxil olmuşdur. Bir saat sonra oradan çıxmış və lombardın pulunu ödədiyini bildirərək lombardla bir ay müddətinə 90000 (doxsan min) manat pulu ödəyərək qızılları çıxartmaqla bağlı razılıq əldə etdiyini demişdir. Oradan onların yaşadıqları evə gəlmişlər və İlahə bir neçə saat orada oturmuşdur. Onlarda oturduğu zaman İlahə həyat yoldaşına qızıllarının köhnə olduğunu, onları verərək yeni model qızıllar götürmək imkanının olduğunu bildirmişdir. Həyat yoldaşı isə İlahədən köhnələri verib yeniləri götürməkdə kömək etməyi xahiş etmişdir. İlahə isə heç bir problemin olmadığını, Gənclik metrostansiyasının yaxınlığında köhnələri verərək yenilən götürməkdə köməklik edəcəyini bildirmişdir. 20 noyabr 2020-ci il tarixində, saat 19:30 radələrində həyat yoldaşını işlədiyi və Bakı şəhəri, Yasamal rayonunda yerləşən gözəllik salonundan götürərək evlərinə qayıdarkən İlahə həyat yoldaşının mobil telefonuna zəng etmiş və harada olduqlarını soruşmuşdur. Həyat yoldaşı isə yolda olduqlarını demiş və bu zaman İlahə onlara gəlməyi, anasının da onlarda olduğunu bildirmişdir. İlahəgilin evinə gəlmişlər. İlahənin anası Anarın pula görə İlahə ilə yaxınlıq etdiyini, İlahənin bahalı hədiyyələri Anara verdiyini bildirərək narazılıq etmişdir. Həyat yoldaşı İlahəyə Anardan nə üçün əl çəkmədiyini soruşmuşdur. İlahə Anan sevdiyini, qeyri-rəsmi həyat yoldaşı olduğunu, polis əməkdaşı olduğu üçün bir çox işlərini həyata keçirdiyini, evinin 400 manat kirayə pulunu ödədiyini demişdir. 21 noyabr 2020-ci il tarixində yenidən həyat yoldaşını işlədiyi yerdən götürmüş və evlərinə gəlmişdir. Həyat yoldaşını götürdüyü zaman baldızı Elza da onlarla birlikdə onlara gəlmişdir. Həmin günü səhər yenidən 8000 manat və 7500 ABŞ dolları düzəltdiyi üçün yoldan İlahəyə zəng edib yaşadığı binanın həyətinə düşməsini və pulu götürməyi tapşırmışdır. İlahə evə qalxmağı xahiş etmiş, baldızının da onlarla olduğunu demişdir. Lakin İlahə təkid edərək onlara qalxmağı xahiş etmişdir. Onlar bundan sonra İlahənin yaşadığı evə qalxmışlar və orada çay içmişlər. Çay içdikləri zaman 8000 manat və 7500 ABŞ dolları məbləğində pulu İlahəyə vermişdir. 22 noyabr 2020-ci il tarixində, saat 12 radələrində İlahəni yaşadığı evdən götürmüş və yenidən Sabunçu rayon İcra Hakimiyyətinin arxa hissəsində yerləşən binaya getmişlər. Binanın qarşısında İlahə avtomobildən düşərək bloka daxil olmuşdur. Təqribən bir saat sonra geri qayıtmış və 8000 manatı, eyni zamanda 7500 ABŞ dolları həmin kişiyə verdiyini demişdir. Bu danışıqdan sonra o, İlahəni yaşadığı evə aparmışdır. Bundan bir neçə gün sonra dostu Bəhruzla söhbət etdiyi zaman Bəhruz avtomobil almaq istədiyini demişdir. Onlar Bəhruza avtomobil axtarmışlar və bu ərəfədə Bəhruz “Mercedes Benz” markalı avtomobil tapmışdır. Lakin avtomobil yaxşı vəziyyətdə olmadığı üçün Bəhruza həmin avtomobili almağın məsləhət olmadığını demişdir. Bəhruz bu barədə fikirləşəcəyini bildirmiş və o, Bəhruzdan əlində olan 5000 manat pulu bir həftəlik borca ona verməsini xahiş etmişdir. 24 noyabr 2020-ci il tarixində İlahə ilə görüşmüş və İlahə ilə birlikdə Bəhruzun yaşadığı “Arzu” şadlıq evinin yanında yerləşən binaya getmişdir. Binanın qarşısından Bəhruza zəng etmiş və aşağıda olduğunu, pulu gətirməsini bildirmişdir. Bəhruz aşağı düşmüş və Bəhruzla görüşdükdən sonra 5000 manat pulu ona vermişdir. Həmin pulu götürmüş və Bəhruzun yanında İlahəyə vermişdir. İlahə pulu saydıqdan sonra 5000 manat olduğunu bildirmişdir. Bundan sonra Bəhruzla sağollaşmış və oradan çıxmışlar. Oradan çıxdıqları zaman həyat yoldaşı ona zəng etmiş və İlahəni götürərək evə gəlməyi, birlikdə yemək yeməyi təklif etmişdir. O da İlahəni götürərək evlərinə getmişlər və onlarda oturaraq yemək yemişlər. 26 noyabr 2020-ci il tarixində, səhər saatlarında evdən çıxdığı zaman yaşadığı evin həyətində yerləşən ərzaq məhsullarının satışı dükanı işlədən Rəhimə 3500 manat borca pul lazım olduğunu demişdir. Rəhim isə axşam saatlarına qədər tapıb düzəldəcəyini, lakin 3 gün ərzində pulu qaytarmaq lazım olduğunu bildirmişdir. O, Rəhimə heç bir problemin olmadığını, 3 gün ərzində pulu qaytaracağını deyərək oradan getmişdir. Yolda olduğu zaman İlahə ona zəng etmiş və pul tapıb-tapmadığını soruşmuşdur. O, İlahəyə yaşadığı evin həyətində yerləşən dükandan axşam saatlarında 3500 manat borca pul götürəcəyini demişdir. Bu danışıqdan bir neçə saat sonra İlahə onlara gəlmişdir. İlahə axşama qədər oturmuş və axşam saatlarında pulun nə yerdə olduğunu soruşmuşdur. İlahəyə Rəhimin axşam saatlarında verəcəyini bildirmişdir. Bir müddət sonra İlahə ilə birlikdə yaşadıqları evdən çıxmışlar. Həyətdə Rəhimi çağırmış və Rəhim ona pulu vermişdir. Həmin pulu o, İlahəyə vermiş və saymasını xahiş etmişdir. İlahə pulu saydıqdan sonra 3500 manat olduğunu bildirmişdir. Bundan sonra İlahəyə həmin pulun üç gün ərzində qaytarılmalı olduğunu demişdir. İlahə isə heç bir problemin olmadığını bildirmiş və İlahəni yaşadığı evə aparmışdır. İlahəni evə apardıqları zaman Anar İlahəyə zəng etmiş, Anarla danışdıqdan sonra İlahə “Elit” Ticarət Mərkəzinin yanına onu aparmağı xahiş etmişdir. O, etiraz etməmiş və İlahəni “Elit” TM-nin arxa hissəsinə aparmışdır. X22 görüşmüş və görüşdüyü zaman Anara nəsə verdiyini görmüşdür. İlahə qayıdaraq avtomobilə əyləşdikdən sonra İlahəyə Anara nə verdiyini soruşmuş, İlahə isə 3500 manat pulu Anara verdiyini, bir neçə günə qaytaracağını bildirişdir. 27 noyabr 2020-ci il tarixində, səhər saatlarında evdə olduğu zaman İlahə ona zəng etmiş və pul tapıb-tapmadığını soruşmuşdur. O, İlahəyə isə pul tapmağa çalışdığını bildirmişdir. İlahə ilə telefonla danışdıqdan sonra həyat yoldaşı rəfiqəsi dərzi Nərgizin torpaq almaq üçün 20000 manat pul topladığını, lakin pulun 12500 manat pulun özündə olduğunu, qalan hissəsinin isə tanımadığı şəxsdə olduğunu bildirərək ondan 12500 manat pulu verməsini xahiş etdiyini demişdir. Daha sonra həyat yoldaşı Nərgizin 28 noyabr 2020-ci il tarixində evlərin pərdələrini düzəltmək üçün evə gələcəyini, gəldiyi zaman pulu da özü ilə gətirəcəyini bildirmişdir. O, bu barədə İlahəyə məlumat vermişdir. 28 noyabr 2020-ci il tarixində gündüz saatlarında Nərgiz onlara gəlmiş və həyat yoldaşı bu barədə ona məlumat verişdir. O, evə getdikdə bir neçə dəqiqə sonra İlahədə onlara gəlmişdir. İlahə gəldikdən sonra Nərgizdən pulu götürərək İlahəyə vermişdir. İlahə pulu saydıqdan sonra 12500 manat olduğunu demişdir. İlahə pulu sayaraq götürdükdən sonra tələsdiyini, Anarın onu gözlədiyini deyərək getmişdir. Həmin günün səhəri İlahə ona zəng etmiş və ümumilikdə 59850 manat pul verdiyini, 150 manat qoyduqda təqribən 60000 manat olduğunu bildirərək 30000 manat da tapdıqdan sonra qızılları çıxarda biləcəyini demişdir. O, 30000 manat tapmağa da çalışdığını bildirmişdir. 02 dekabr 2020-ci il tarixində, gündüz saatlarında dostu Sadiqə borca pul lazım olduğunu bildirmişdir. Sadiq isə heç bir problemin olmadığını bildirmiş və 2000 manat verəcə biləcəyini demişdir. O, Sadiqlə görüşərək həmin günü ondan 2000 manat pul götürmüş, eyni zamanda həmin günü həyat yoldaşının adını bilmədiyi rəfiqəsindən 8000 manat pul borca götürmüşlər. Ümumilikdə 10000 manat pulu götürərək İlahənin yaşadığı evə gəlmiş, İlahənin anasının və bacısının yanında 10000 manat pulu İlahəyə vermişdir. 04 dekabr 2020-ci il tarixində, gündüz saatlarında dostu Elxanla görüşmüş və Elxana verdiyi 7500 manat pulu verməsini xahiş etmişdir. Elxan heç bir problemin olmadığını bildirərək 7500 manat pulu ona vermişdir. Elxandan pulu götürdükdən sonra atasından 6000 ABŞ dolları, anasından isə 4300 manat pulu götürmüşdür. Oradan çıxmış və ABŞ dollarını manata çevirmiş, 10200 manat pul əldə etmişdir. Ümumilikdə 22000 manat pulu düzəltdikdən sonra dostu Sadiqlə danışmış və Sadiqdən aldığı 2000 manat pulu Sadiqə qaytarmışdır. Sadiqin pulunu qaytardıqdan sonra İlahəyə zəng etmiş və 20000 manatı düzəltdiyini demişdir. İlahə onlara gəlmiş, həyat yoldaşı qonşuluqda yaşayan Elvira adlı qadının paltar satdığını bildirmişdir. İlahənin xahişi ilə Elvira onlara gəlmiş və onlar oturub paltarlara baxmışlar. Paltarlara baxdıqları zaman İlahəyə zəng gəlmiş və İlahə Anarın gəldiyini, tələsdiyini bildirərək Elviradan paltarları onlarda qoyub getməsini xahiş edərək səhər gəlib baxacağını demişdir. Bundan sonra İlahə hazırlaşaraq qapıdan çıxmış və çıxdığı zaman o, 20000 manat pulu İlahəyə vermişdir. İlahə pulu götürdükdən sonra oradan çıxaraq getmiş, İlahə getdikdən sonra həyat yoldaşı İlahənin Anarla telefonla danışdığını, danışdığı zaman “götürdüm gəlirəm” sözünü işlətdiyini bildirmişdir. O, bu sözdən sonra narahat olmuş və İlahənin mobil telefonuna zəng edərək bu barədə İlahədən soruşmuşdur. İlahə isə bu zaman ona görüntülü zəng etmiş və pulları ona göstərərək səhər tezdən birlikdə gedərək lombardın pulunu ödəyəcəklərini, daha sonra lombardın qızılları çıxardaraq onlara verəcəyini bildirmişdir. O, pulları gördüyü üçün rahat olmuş və heç bir söz deməyərək danışığı yekunlaşdırmışdır. Həmin günün səhəri, saat 14:00 radələrində İlahənin yaşadığı evə getmiş və lombarda getməyi təklif etmişdir. Bu zaman İlahə gec gəldiyi üçün onu gözləməyərək səhər saatlarında lombarda gedərək pulu ödədiyini bildirmişdir. O, İlahənin dediklərinə inanmadığı üçün İlahəyə nə üçün gözləməməsi ilə bağlı irad bildirmiş və oradan çıxaraq yaşadığı evə gəlmişdir. Evə gəldikdən sonra həyat yoldaşına İlahənin gündüz saatlarında tək gedərək lombarda pul ödədiyini demişdir. Onun bu sözündən sonra həyat yoldaşı özünə məxsus olan qızılları sataraq yeni qızıllar alması üçün İlahəyə verdiyini, lakin İlahənin həmin qızılları götürdükdən sonra müxtəlif bəhanələr gətirərək qızılların pulunu və ya onların yerinə almalı olan qızılları gətirmədiyini bildirmişdir. Bundan sonra o, yenidən İlahə ilə əlaqə saxlamış və qızılları gətirməsini tələb etmişdir. Bu zaman İlahə qızılları iki gün ərzində lombarddan götürəcəklərini bildirmişdir. O, İlahəyə qızılları lombarddan götürdüyü zaman həyat yoldaşından aldığı qızılları da götürərək qaytarmasını tələb etmişdir. İlahəyə inamı qalmadığı üçün İlahədən qızıllar hansı lombarda qoyduğunu soruşmuş, İlahə isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "xxxx" ASC-nin filialının üzərində yerləşən lombarda qoyduğunu bildirmişdir. Bundan sonra o, həmin lombarda zəng etmiş və ora ilə danışdıqdan sonra qızıların şəkillərini göndərərək qızılların orada olubolmadığını soruşmuşdur. Lombardda danışdığı şəxs qızıllara baxdıqdan sonra Təqsirləndirilən şəxs adlı şəxsin qızılları lombarda qoyduğunu bildirmişdir. O, lombarda qızılların ona məxsus olduğunu, icazəsi olmadan lombarda qoyulduğunu deyərək qızıllar çıxarılacağı halda məlumat verməsini xahiş etmişdir. Onlar onunla razılaşmış və heç bir problemin olmadığını bildirmişdir. 06 dekabr 2020-ci il tarixində, axşam saatlarına qədər İlahədən xəbər gözləmişdir. Lakin, İlahədən xəbər çıxmadığı üçün həyat yoldaşı ilə birlikdə İlahənin yaşadığı evə getmişdir. Onlarda İlahədən qızılların çıxarılması məsələsinin nə yerdə olduğunu soruşmuşdur. İlahə isə onlara yalan danışdığını bildirmişdir. O, yalanın nədən ibarət olduğunu soruşduğu zaman İlahə qızılların pulunu lombarda tam ödəmədiyini, pulun 52000 manat hissəsini atasının əmisioğluna verdiyini, aralarında olan razılaşmaya görə 52000 manatı qaytardığı zaman üzərində 4000 manat verməli olduğunu bildirmişdir. O, atasının əmisioğlunun kim olduğunu soruşduğu zaman İlahə atasının əmisioğlunun qızıl və avtomobil ehtiyyat hissələrinə baxdığını, bu səbəbdən pulu həmin şəxsə verdiyini, qaytardığı zaman üzərində 4000 manat pul verəcəyini, bütün pulu bir həftə ərzində qaytaracağını demişdir. O, İlahəyə birlikdə gedərək həmin şəxsin harada qalmasını və kim olmasını göstərməsini tələb etmişdir. Bundan sonra İlahə onunla və həyat yoldaşı ilə birlikdə 80 nömrəli məktəbin yaxınlığında yerləşən binaya gəlmişlər. Binanın qarşısında İlahəyə birlikdə həmin şəxsin evinə qalxmağı tələb etmişdir. Lakin İlahə birlikdə qalxmağın onun üçün pis olduğunu demiş və tək qalxaraq həmin şəxslə danışaraq məlumat verəcəyini bildirmişdir. İlahə qalxdıqdan təqribən 15 dəqiqə sonra aşağı düşmüş və qohumu ilə danışdığını, qohumunun səhəri gün, saat 11 radələrində gələrək pulu götürməsini dediyini bildirmişdir. Bundan sonra həyat yoldaşı ilə birlikdə İlahəni evinə düşürtmüşlər və oradan çıxaraq evlərinə qayıtmışlar. Səhəri gün, saat 10:30 radələrində İlahənin yaşadığı binanın qarşısına gəlmiş və İlahəyə zəng edərək aşağı düşməyini demişdir. Bu zaman İlahə aşağı düşmüş və yenidən qohumu yaşadığı binanın qarşısına getmişlər. Orada İlahə avtomobildən düşərək binanın blokuna daxil olmuş, bir neçə dəqiqə sonra düşərək avtomobilə əyləşmiş və qohumunun qapını açmadığını demişdir. O isə İlahədən zəng etməsini tələb etmiş və İlahə kiməsə zəng etmiş, lakin telefona cavab verilməmişdir. Bundan bir neçə dəqiqə sonra İlahəyə zəng gəlmiş və bu zaman İlahə qohumunun zəng etdiyini bildirərək cavab vermişdir. İlahə telefonla danışdıqdan sonra qohumunun işinin çıxması səbəbindən getdiyini bildirərək axşam saatlarında əlaqə saxlayacağını demişdir. O, İlahəni apararaq evlərinə düşürtmüş və yolda olduqları zaman Anar İlahəyə zəng etmişdir. Anar ilahədən harada olduğunu soruşmuş, İlahə qohumunun evində olduğunu deyərək evə getdiyini bildirişdir. O, İlahəni yaşadığı evin yaxınlığında avtomobildən düşürüb getmişdir. Axşam saatlarına qədər gözləmişlər və axşam saatlarında yenidən həyat yoldaşı ilə İlahənin yaşadığı evə gəlmişlər. İlahəyə pulu qohumundan təcili olaraq pulu almasını, lombardın pulunu ödəməsini tələb etmişdir. Bu zaman İlahə Bəhruz adlı telefon işinə baxan şəxsə də 18000 manat verdiyini, Bəhruzdan pulu alaraq faizi ödəyəcəyini demişdir. Lakin onların İlahəyə inamları qalmadığı üçün İlahədən qohumuna zəng etməsini tələb etmişlər. İlahə onların təkidi ilə qohumuna zəng etmişdir. Zəng etdiyi zaman İlahədən səsgücləndiriciyə qoyaraq danışmasını tələb etmişh, İlahə telefonu səsgücləndiriciyə qoyaraq qohumu ilə danışmışdır. Qohumu isə işi çıxdığı üçün rayona getdiyini, dekabr ayının 15-i 25000 manatı, dekabr ayının 20-i 27000 manatı verəcəyini, üzərində verməli olduğu 4000 manatı isə sonra verəcəyini demişdir. İlahə isə qohumuna pulu tanışından aldığını, həmin pulun sahibininin mallarının gəldiyini, hömrükdən pulu çıxarmalı olduğunu bildirərək pulu dediyi vaxtda qaytarmasını xahiş etmişdir. Bundan sonra İlahənin qohumu pulu 20-i tam şəkildə qaytarmaq ehtimalının olduğunu bildirmişdir. Telefon danışığı zaman danışan şəxsin Qarabağ ləhcəsi ilə danışdığını görüb İlahədən qohumunun cənub zonasının ləhcəsi ilə danışmadığını bildirmişdir. Bu zaman İlahə qohumunun uzun müddətdir Bakı şəhərində yaşadığı üçün cənub zonasının ləhcəsi ilə danışmadığını demişdir. Həmçinin telefon danışığı zaman zəng edilən şəxsin sonunun “1133” olduğunu, adının yerinə isə ürək işarələrinin olduğunu bildirmiş, İlahədən qohumunun adının yerinə nə üçün ürək işarələri qoymasını soruşmuş, İlahə isə qohumunun ona çox kömək etdiyini deyərək bu səbəbdən onun adının yerinə ürək işarələri qoyduğunu bildirmişdir. 20 dekabr 2020-ci il tarixinədək tez-tez İlahə ilə əlaqə saxlayaraq pulun nə yerdə olduğunu soruşmuş, İlahə isə qohumu ilə əlaqə saxladığını 20 dekabr 2020-ci il tarixində pulu ödəyəcəyini bildirmişdir. 20 dekabr 2020-ci il tarixində İlahə ilə əlaqə saxlamış və qohumunun pulu nə vaxt qaytaracağını soruşmuşdur. Bu zaman İlahə onlara düzgün danışacağını demiş və ondan aldığı pulun 53500 manatını və 7000 ABŞ dolları hissəsini Anara verdiyini, lakin Anarın qaytarmadığını demişdir. Bundan sonra o, pulu nə vaxt qaytaracaqlarını soruşmuşdur. İlahə isə Anarın anasının əməliyyat olunduğunu, bu səbəbdən təqribən bir həftə gözləmələrini xahiş etmişdir. Onlar bir həftədə gözləmişlər və həftənin tamamında İlahə ilə əlaqə saxlamışdır. İlahə Anarın onu aldadaraq anasının əməliyyat olunduğunu dediyini, maraqlandığı zaman isə Anarın anasının əməliyyat olunmadığını öyrəndiyini bildirmişdir. Daha sonra İlahə Anarın vaxt istədiyini deyərək vaxt vermələrini xahiş etmişdir. 31 dekabr 2020ci il tarixində İlahə ona zəng etmiş və pulun 10000 manat hissəsinin düzəldiyini, Anarla birlikdə Qobustan rayonuna gedərək pulu götürəcəyini və qayıdaraq pulu verəcəyini bildirmişdir. Bu danışıqdan iki saat sonra İlahə zəng etmiş və 10000 manatın deyil, 5000 manatın düzəldiyini bildirmişdir. O, İlahəyə pulu düzəldərək qaytarmasını və həyat yoldaşının qızıllarını lombarddan çıxardaraq qaytarmasını tələb etmişdir. 01 yanvar 2021-ci il tarixində, saat 00:10 radələrində İlahə zəng etmiş və Qobustan rayonundan qayıtdığını, yalnız 2000 manat pul düzəldə bildiklərini, axşam saatlarında Anarın pul vermədiyini deyərək səhər saatlarında pulu gətirərək verəcəyini demişdir. Bundan sonra o, əsəbiləşərək həyat yoldaşı ilə birlikdə İlahənin yaşadığı evin qarşısına gəlmişdir. Oradan İlahəyə zəng etmiş və yaşadıqları evin qarşısında olduqlarını deyərək aşağı düşməsini tələb etmişlər. İlahə isə Anarın onlarda olduğunu, spirtli içki qəbul etdiyini, aşağı düşəcəyi halda problem yaradacağını demişdir. 02 yanvar 2021-ci il tarixində, gündüz saatlarında İlahə onların yaşadıqları evin qarşısına gəlmiş və 2000 manatı gətirərək pulu ona vermişdir. İlahə pulu ona verdikdən bir neçə gün sonra İlahə ilə Anarın Sabirabad rayonu, Mürsəlli kənində yaşayan qaynının yanına getdiklərini, İlahənin orada qaynını aldadaraq 1500 manat aldığını, 3-4 günə pulu qaytaracağını bildirdiyini öyrənmişdir. 04 yanvar 2021-ci il tarixində, gündüz saatlarında ona zəng etmiş və saat 13 radələrində onlara gəlməyini, birlikdə gedərək lombarddan qızılları çıxardacağını demişdir. O, saat 13 radələrində İlahənin yaşadığı evin qarşısına getmişdir. Oradan İlahəyə zəng edərək yaşadığı binanın qarşısında olduğumu demiş, İlahə isə baldızıgildə olduğunu bildirərək onu onlardan götürməyi xahiş etmişdir. O, İlahəni götürmək üçün baldızının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən fərdi evinə getmişdir. Oradan İlahəni götürmüş və İlahə avtomobili yaşadığı binanın həyətinə doğru idarə etməyi xahiş etmişdir. İlahə yaşadığı binanın qarşısına çatdıqdan sonra İlahə lombardla danışdığını və saat 16 radələrində gedərək qızılları götürəcəklərini demişdir. O, İlahə ilə razılaşmış və oradan çıxaraq yaşadıqları evə getmişdir. Saat 15:57-də İlahə onun mobil telefonuna cavab vermişdir. Telefona cavab verdiyi zaman İlahə tez gəlməyi, birlikdə lombarda getməli olduqlarını demişdir. O isə İlahəyə ondan xəbər gözlədiklərini deyərək dərhal İlahənin yaşadığı binanın qarşısına gəlmişdir. Oradan İlahəyə zəng etmiş və aşağıda olduğunu bildirmişdir. Bu zaman İlahə saat 17 radələrində getməli olduqlarını demiş, o, İlahəyə nə üçün yalan danışdığını demiş və bu zaman o, yuxarı qalxaraq qəbzləri hesablamağı xahiş etmişdir. O, avtomobili ;saxlayaraq İlahə yaşadığı mənzilə qalxmış, qapını döysə də, açan olmamış və blokun pəncərəsində dayanaraq siqaret çəkməyə başlamışdır. Bu zaman İlahənin sevgilisi kimi tanıdığı Anar adlı şəxs binanın qarşısında avtomobilini saxlayaraq yuxarı qalxmış, o, Anarın gəldiyini görüb həyat yoldaşına zəng etmiş və bacısı X3 götürərək İlahəgilin evinə gəlməsini xahiş etmişdir. Onlar nə baş verdiyini soruşduğu zaman Anarla İlahənin plan çəkərək ona problem yaradacaqlarını demişdir. Anar liftdən çıxaraq İlahəgilin qapısına yaxınlaşmış və qapını döymüşdür. İlahə qapını açdığı zaman Anar “haradadır?” sualını vermiş, İlahə isə “qapını döyərək getdi” sözünü işlətmişdir. Bundan sonra Anar blokun pəncərəsinə tərəf gələrək onu görmüş və aşağı düşmüşdür. Anar düşdükdən sonra o da aşağı düşüb avtomobilinə əyləşmək istəmişdir. Bu zaman Anar ona yaxınlaşıb vəsiqəsini göstərərək Sabunçu RPİ-nin əməkdaşı olduğunu və adam bıçaqladığı üçün onu həbs edəcəyini demişdir. Kimi bıçaqladığını soruşduqda Anar İlahəni bıçaqladığını demiş, Anarın bu sözündən sonra o, Anadan adam bıçaqladığı halda nə üçün bölmənin əməkdaşlarını çağırmadığını soruşmuşdur. Anar isə birlikdə bölməyə getməli olduqlarını bildirmiş və o, Anara etiraz etməyərək onunla bölməyə getməyə razılaşmışdır. Bu sözdən sonra Anardan kimin avtomobili ilə bölməyə gedəcəklərini soruşmuş, Anar onun avtomobililə birlikdə bölməyə getməyi təklif etmişdir. Anara nə əsasnan onu həbs etdiyini, adam bıçaqladığı halda nə üçün X21 çağırmadığını soruşmuşdur. Anar onun sualına cavab verməmiş və bölməyə getməyi təklif etmişdir. Anarla razılaşmamış və birlikdə yuxarı qalxaraq İlahəyə baxmağı tələb etmişdir. Anar İlahənin evinə qalxmaqdan yayınmaq istəsə də, o, tələb etmişdir. Anar onun təkidindən sonra razılaşmış və birlikdə yuxarı qalxmışdır. Anar qapını döymüş,o isə Anarın arxasında dayanmışdır. İlahə qapını açdıqdan sonra gülərüzlə Anardan “nə isə oldu” sualını vermiş, o, bu zaman Anarın arxasından çıxmış və İlahə onu gördükdən sonra dələduz olduğunu deyərək Anardan onu evdən çıxartmağını tələb etmişdir. O, bu zaman İlahəyə pulu alıb qaytarmayan şəxsin dələduz olduğunu demişdir. Bundan sonra Anardan İlahənin yataq otağında göy rəngli dəftər olduğunu, həmin dəftəri götürərək ona verməsini xahiş etmişdir. Anar onu çölə çıxartmış və birlikdə aşağı düşmüşlər. Aşağıda Anar ondan söhbət edərək işi həll etməyi təklif etmişdir. O, Anarla razılaşmamış və İlahənin pullarını alaraq onu aldatdığını bildirmişdir. Bu sözdən sonra Anar avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Anar getdiyi zaman mobil telefon nömrəsini istəmiş və Anar özünə məxsus olan 055 *** ** ** mobil telefon nömrəsini ona vermiş və oradan çıxaraq getmişdir. Anar getdikdən bir neçə dəqiqə sonra bacısı və həyat yoldaşı ora gəlmiş, bacısı ondan Anarın harada olduğunu soruşmuş və o, bacısına Anarın getdiyini bildirmişdir. Bundan sonra bacısı Anarın mobil telefon nömrəsini ondan istəmiş, o, Anarın mobil telefon nömrəsini bacısına dediyi zaman həyat yoldaşı nömrəni xatırlayıb-xatırlamadığını soruşmuşdur. O, nömrəni xatırlamadığı zaman həyat yoldaşı İlahənin qohumu kimi təqdim edərək telefonla danışdığı şəxsin telefon nömrəsinin həmin nömrə olduğunu bildirmişdir. 05 yanvar 2021 -ci il tarixində İlahə zəng edərək onlardan üzrxahlıq etmiş və tez bir zamanda pulu qaytaracağını bildirmişdir. Bu zaman İlahəyə pulları və həyat yoldaşının qızıllarını qaytarmasını tələb etmişdir. Onun bu sözündən sonra İlahə tez bir zamanda pulu qaytaracağını demişdir. 06 yanvar 2021-ci il tarixində, axşam saatlarında İlahə ona zəng edərək pulun 8000 manatının hazır olduğunu demiş, o, İlahəyə gətirərək ona verməsini bildirmiş və İlahə evdə olduğunu deyərək onlardan götürməyi xahiş etmişdir. Bundan sonra bacısı Elnurə, həyat yoldaşı və o, İlahənin yaşadığı evin qarşısına getmişlər. Oradan İlahəyə zəng etmiş və aşağı düşərək pulu verməsini bildirmişdir. İlahə onları evinə dəvət etsə də, o, razılaşmamış və İlahədən aşağı düşməsini xahiş etmişdir. İlahə aşağı düşmüş və 8000 manat pulu ona vermişdir. O, pulu saydıqdan sonra pulların nömrələrini dəftərə yazmış və oradan çıxaraq getmişlər. Bu hadisədən bir gün sonra, yəni 07 yanvar 2021-ci il tarixində İlahənin 4000 manat pul apararaq baldızına vermişdir. 11 yanvar 2021-ci il tarixində "xxxx" ASC- nin filialının üzərində olan lombarddan ona zəng gəlmiş və qızılları İlahənin çıxarmaq istədiyini bildirmişdir. O, dərhal lombarda getmiş və İlahə oradan çıxdığı zaman qızıllarını İlahədən almışdır. Bundan bir neçə gün sonra İlahənin baldızına əlavə 5000 manat da ödədiyini eşitmişdir. İlahənin hissə-hissə pul ödədiyini görüb şikayət etməmişdir. Lakin sonradan İlahənin pul ödəmədiyini görüb Sabunçu RPİ-nə ərizə ilə müraciət etmişdir. Hazırda pulunu tələb edir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs1 Əlniyaz qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayından tanıyır. İlahəni yeznəsi Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımışdır. Birinci dəfə Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayının 17-də atasının rəhmətə getməsi ilə bağlı sonuncu cümə axşamında görərək tanış olmuşdur. Tanış olduqdan sonra İlahə ilə söhbət əsnasında İlhahə qızıl işi ilə məşğul olduğunu, təqribən 700000 manat dəyərində qızıllarının lombardda olduğunu, istədiyi zaman ucuz qiymətə qızıllar təşkil edə biləcəyini bildirərək pulunun olub-olmamasını soruşmuşdur. O, pulunun olduğunu bildirmiş və lazım olacağı halda məlumat verəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan mobil telefon hömrəsini götürmüşdür. Atasının cümə axşamından təqribən 3-4 gün sonra Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng etdikdən sonra hal-əhval tutmuş və görüşmək istədiyini bildirmişdir. O, axşam işdən çıxdıqdan sonra İlahə ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən “Araz” marketin qarşısında görüşmüşlər. Oradan yaşadığı evə getmişlər və yaşadığı evdə söhbət etmişlər. Söhbət əsnasında İlahə lombardda təqribən 50000 manatlıq qızıllarının olduğunu, onları ödəyə bilmədiyi üçün batacağını deyərək ucuz 'qiymətə onları almağı ona təklif etmişdir. Daha sonra İlahə lombardda olan qızılları ilə bağlı bir neçə qəbz təqdim etmişdir. Qəbzləri təqdim etdiyi üçün o, İlahəyə inanmış və pulları hissə-hissə İlahəyə verə biləcəyini demişdir. Bu danışıqdan 2-3 gün sonra, yəni 2020-ci ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs ilə yenidən yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivi ev 216-da görüşmüşlər və İlahəyə 20000 manat pul vermişdir. Həmin günün səhəri 13000 manat pulu yenidən eyni ünvanda Təqsirləndirilən şəxs vermişdir. Bundan 3-4 gün sonra isə ona əlavə olaraq eyni ünvanda 15000 manat pul vermişdir. Sonuncu dəfə pullan verdikdən sonra İlahəyə oturaraq çay içməyi təklif etmiş, Ancaq İlahə çay içməyərək Sabunçu RPİ-də işləyən həyat yoldaşı Anann onu gözlədiyini demiş və onlardan çıxaraq getmişdir. Həmin günün səhəri Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və qızılları nə vaxt gətirərək təhvil verəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə dekabr ayının 31-dək qızılları gətirərək təhvil verəcəyini demişdir. 2020-ci ilin dekabr ayının 31-də Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış və qızılların nə yerdə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs isə qızılların götürülməsi işinin 04 yanvar 2021-ci il tarixində götürəcəyini demişdir. O, etiraz etməmiş və İlahə dediyi vaxta qədər gözləmişdir. 04 yanvar 2021-ci il tarixində yenidən Təqsirləndirilən şəxs İlə əlaqə saxlamış və qızılları götürüb-götürmədiyini soruşmuşdur. İlahə isə ona qızılları götürməyə getdiyini demişdir. Bu danışıqdan sonra bir neçə saat İlahəyə zəng etmiş və qızılları götürüb-götürməməsini soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs yeznəsi Cümşüdün guya onu bıçaqla vurduğunu bildirmişdir. Sonradan isə maraqlandıqda Cümşüdün İlahəni bıçaqlamadığı, yalandan şər ataraq aldığı pulları və ya qızılları qaytarmaqdan yayındığını öyrənmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 48000 manat pulu yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ev 216-da vermişdir. Pullardan 20000 manatı rəfiqəsi Esmiranın, səhəri gün Esmiranın yanında yenidən 13000 manat, 15000 manatı isə Nuranə adlı rəfiqəsinin yanında vermişdir. İlahə ona aldığı puldan 9000 manatı qaytarmış, 39000 manatı isə verməmişdir. Hazırda pulunu tələb edir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2020- ci ilin avqust ayının ortalarından tanımışdır. Belə ki, həmin vaxt özünə məxsus olan “Reno Megan” markalı, ** NH *** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Taksi fəaliyyəti ilə məşğul olduğu üçün bir neçə dəfə İlahə onun avtomobilinə əyləşərək müəyyən yerlərə getmişdir. Sonradan İlahə ilə münasibəti yaranmış və İlahə 2020-ci ilin sentyabr ayında ona birlikdə iş görməyi təklif etmişdir. İlahədən işin nə olduğunu soruşduğum zaman İlahə ucuz qiymətə qızıl alacağını, daha sonra onu baha qiymətə satacağını, əldə etdiyi qazancı isə aralarında böləcəyini bildirmişdir. O da bu barədə fikirləşərək cavab verəcəyini demişdir. Bir neçə gün sonra tanışı Cümşüd adlı şəxsdən 18000 manat və tanışlarından borca 5000 manat alaraq 2020-ci ilin sentyabr ayından noyabr ayının əvvəllərinədək hissə-hissə Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən “Arzu” şadlıq sarayının qarşısında ümumilikdə 23000 manat vermişdir. Bu hadisədən bir müddət sonra özünə məxsus olan “Reno Megan” markalı, ** NH *** dövlət nömrə nişanlı avtomobili 7000 manata sataraq həmin pulu da 09.11.2021 -ci ildə İlahəyə yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ev 7, 99 saylı mənzildə vermişdir. Həmin mənzil İlahənin kirayə yaşadığı mənzil olmuşdur. İlahə hər dəfə pulları götürdüyü zaman tez bir zaman həm verdiyi pulları, həm də əlavə qazanc verəcəyini demişdir. O da İlahəyə inanmışdır. Ümumilikdə 30000 manatı Təqsirləndirilən şəxs verdikdən sonra İlahə hər dəfə bir bəhanə ilə vaxtı uzadaraq tez bir zamanda işləri həll edəcəyini, ondan aldığı 30000 manatı, eyni zamanda əldə etdikləri qazancı verəcəyini vəd etmişdir. Pul verməyinin üzərindən xeyli müddət keçsə də, İlahə hər dəfə bir bəhanə ilə vaxtı uzatmışdır. Sonradan isə İlahənin tanışı Cümşüddən, onun baldızından xeyli miqdarda pullar aldığını, lakin vədinə əməl etməyərək pullan ələ keçirdiyini öyrənmişdir. Bundan sonra dəfələrlə İlahədən pulunu tələb etsə də, İlahə qeyri-rəsmi həyat yoldaşı, Sabunçu RPİ-də işləyən Anar adlı şəxsin vasitəsi ilə ona hədə-qorxu gəlməyə başlamışdır. Anar adlı şəxsin onunla üzbəüz görüşü, tanışlığı olmasa da və Anar ona konkret olaraq hədə-qorxu gəlməsə də, bu barədə İlahə ona Anarın adını çəkməklə guya hansısa rəhbərin qohumu olduğunu, başına oyun açacaqlarını bildirmişdir. Lakin, ona heç kim real olaraq hansısa hədə etməmişdir. O, Təqsirləndirilən şəxs pulunu ələ keçirdiyini başa düşdüyü üçün yaşadığı evi sataraq Cümşüddən və qohumlardan borca aldığı pulları qaytarmışdır. Sonradan isə Cümşüdün, baldızının İlahə barədə Sabunçu rayon Polis İdarəsinə şikayət etdiyini öyrənmiş və o da ərizə yazaraq Sabunçu RPİ-nə təqdim etmişdir. Bugünə qədər İlahə ondan aldığı 30000 manat pula görə heç bir qazanc verməmiş və ya pul qaytarmamışdır. Sadəcə taksi kimi İlahəni müxtəlif ünvanlara apardığından ümumilikdə ona zəhmət haqqı olaraq təxminən 300 manat pul vermişdir. Baş vermiş hadisə nəticəsində ona 30000 manat maddi ziyan dəyib. Hazırda pulunu tələb edir. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayından tanıyır. Təqsirləndirilən şəxs ilə tanış olduqdan sonra Anar adlı şəxslə tanış olmuşdur. Anarı Təqsirləndirilən şəxs həyat yoldaşı kimi tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs Anan həyat yoldaşı kimi onunla tanış edib, eyni zamanda onun Sabunçu RPİ-də işlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə tanış olduqdan sonra İlahə onun və atasının birlikdə işlətdikləri qızıl alqı-satqısı dükanına qızıllar gətirərək satmışdır. Bir neçə dəfə Təqsirləndirilən şəxs və həyat yoldaşı Anar dükanlarına gələrək qızıl satdıqdan sonra onlarla aralarında etibar yaranmışdır. Etibar yarandıqdan sonra İlahə onun işlətdiyi dükandan tez-tez qızıl zinət əşyalarını ucuz qiymətə götürərək aparmışdır. Onları satdıqdan sonra pulları ona ödəmişdir. 2021ci ilin mart ayının təqribən 4-5-də Təqsirləndirilən şəxs və həyat yoldaşı kimi tanıdığı Anar işlətdiyi dükana, yəni Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında yerləşən “Gənclik qızıl” univermağında yerləşən mağazasına gələrək ondan 750 əyyarlıq, ümumi çəkisi 176,5 qram, ümumi dəyəri 15000 (on beş min) manat olan 3 ədəd qızıl qolbaq, 2 ədəd qızıl boyunbağı(sep), bir cüt qızıl sırğa və üzükdən ibarət 3 ədəd komplekti, 4 ədəd qızıl klonu götürmüşdür. Həmin qızılları İlahə Anarın iştirakı ilə ondan almışdır. Təqsirləndirilən şəxs pulu nə vaxt ödəyəcəyini soruşmuş, İlahə götürdüyü qızılları satmaq üçün müştərisinin olduğunu, onları sataraq axşama qədər, olmadığı halda isə səhəri gün pulu ödəyəcəyini bildirmişdir. O, etiraz etməmiş və səhəri gün Təqsirləndirilən şəxs gəlmədiyini görüb İlahə ilə əlaqə saxlamışdır. İlahə isə bankda olduğunu, pul çıxartdığını, pulu götürərək gələcəyini bildirmişdir. O, yenidən gözləmiş və bir müddət sonra yenidən İlahə ilə əlaqə saxlamışdır. İlahə isə anasının və özünün “Covid 19” virusuna yoluxduğunu, bu səbəbdən evdən çıxa bilmədiyini, sağaldıqdan sonra pulu ödəyəcəyini demişdir. Yenidən İlahənin dediyi müddəti gözləmiş və yenidən İlahə ilə əlaqə saxlamışdır. Bu dəfə isə İlahə Göyçay rayonunda obyekt icarəyə götürdüyünü, orada işləri qaydasına qoyduqdan sonra gəlib pulu ödəyəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu aldatdığını görmüşdür. Dəfələrlə İlahə ilə əlaqə saxlasa da, İlahə hər dəfə bir bəhanə ilə vaxtı uzatmışdır. Sonradan isə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçildiyini müəyyən etmiş və barəsində şikayət etmək qərarına gəlmişdir. Bundan sonra Sabunçu rayon Polis İdarəsinə müraciət etmişdir. Ona bugünədək heç bir ödəniş etməmişdir. Hazırda pulunu tələb edir. Məhkəmədə dindirilmiş şahid Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 təqribən 4- 5 il bundan əvvəldən tanıyır. 2020-ci ilin noyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq borca iki günlük 3500 manat pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs2 dəfələrlə ona maddi yardım etməsi səbəbindən o, etiraz etməmiş və həmin məbləği düzəldib Cümşüdə verəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs2 ilə danışıqlarının səhəri günü Cümşüd işlətdiyi dükana yaxınlaşmışdır. Zərərçəkmiş şəxs2 yaxınlaşdığı zaman sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi qadının Cümşüdün yanında olduğunu görmüşdür. Zərərçəkmiş şəxs2 yaxınlaşdıqdan sonra o, 3500 manat pulu sayaraq Cümşüdə vermişdir. Zərərçəkmiş şəxs2 da həmin pulu sayaraq yanında olan İlahə adlı qadına vermişdir. Qadın pulu saydıqdan sonra düz olduğunu bildirmiş və üzərində olan əl çantasına qoymuşdur. Bundan sonra onlar oradan çıxaraq getmişdir. Bu hadisədən bir müddət sonra Zərərçəkmiş şəxs2 dediyi pulu qaytarmadığını görüb Cümşüdlə əlaqə saxlamış, bu zaman Zərərçəkmiş şəxs2 baş verənləri ona danışmış və Təqsirləndirilən şəxs birlikdə ucuz qiymətə qızıl almağı, daha sonra satmağı təklif etdiyini, bu məqsədlə İlahəyə xeyli miqdarda pul verdiyini, lakin İlahənin verdiyi sözə əməl etməyərək pullarını ələ keçirdiyini bildirmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 təqribən 20 il bundan əvvəldən tanıyır. Zərərçəkmiş şəxs2 işlədiyi “Arzu” şadlıq evin yanında yerləşən “24 saat” adlı kafedən tanıyır. X8 da həmin kafedən tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Fariz adlı tanışı ilə tez-tez ora yemək yeməyə gəlmişdir. 2020-ci ilin noyabr ayının təqribən 19-20-də Zərərçəkmiş şəxs2 işlədiyi kafeyə gəlmişdir. Zərərçəkmiş şəxs2 kafeyə gəldikdən sonra Təqsirləndirilən şəxs gəlib-gəlmədiyini soruşmuşdur. O isə Zərərçəkmiş şəxs2 İlahənin gəlmədiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 onunla söhbət etmiş və söhbət əsnasında İlahə ilə bir evli kimi olduqlarını, İlahənin ziyana düşdüyünü, bu məqsədlə birlikdə iş görəcəklərini demişdir. O, Zərərçəkmiş şəxs2 birlikdə nə iş görəcəklərini soruşduqda Cümşüd ucuz qiymətə qızıl alacaqlarını, daha sonra onu satacaqlarını, bu məqsədlə Təqsirləndirilən şəxs 18000 manat pul verəcəyini bildirmişdir. O, Cümşüddən xeyli miqdarda pulu nə cür İlahəyə verəcəyini soruşduqda Cümşüd İlahə ilə bir evli kimi olduqlarını, bu səbəbdən etibar etdiyini demişdir. Bu danışıqdan bir müddət sonra Təqsirləndirilən şəxs kafeyə gəlmişdir. İlahə kafeyə gəldikdən sonra Zərərçəkmiş şəxs2 cibindən 18000 manat pulu çıxardaraq İlahəyə vermişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs 18000 manat verdiyi zaman o, çay gətirərək masanın üzərinə qoyurmuş. İlahə Zərərçəkmiş şəxs2 pulun nə qədər olduğunu soruşmuş, Zərərçəkmiş şəxs2 isə pulun 18000 manat olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs pulu götürərək üzərində olan qırmızı rəngli çantaya pulu qoymuşdur. Daha sonra onlar çay içərək söhbət etmişlər və oradan çıxaraq getmişlər. Onlar çıxdıqları zaman Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs getdiyi yerə aparmağı təklif etmişdir. Lakin Təqsirləndirilən şəxs həyat yoldaşı Anarın “Gloria” Ticarət Mərkəzinin yaxınlığında gözlədiyini bildirərək oradan getmişdir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 təqribən 10 il bundan əvvəldən tanıyır Dəfələrlə bir-birilərinə maddi və mənəvi cəhətdən yardımlar etmişlər. 2020-ci ilin noyabr ayının təqribən 25- 27-də Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlamış və pula ehtiyacının olduğunu deyərək borca 5000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs2 pul istədiyi ərəfədə o, özünə avtomobil almaq üçün 5000 manat pul düzəltmişdir. Bu səbəbdən o, Cümşüdə etiraz etməmiş və avtomobilim üçün düzəltdiyi pulu verə biləcəyini demişdir. Həmin günün səhəri Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə gəlmişdir. O, həyətə düşdüyü zaman Zərərçəkmiş şəxs2 yanında sonradan adının Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Cümşüd düşərək ona yaxınlaşmış və o, Cümşüdlə görüşmüşdür. Görüşdükdən sonra pulun nə üçün lazım olduğunu soruşmuşdur. Cümşüd sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxslə birlikdə iş görəcəklərini, ucuz qiymətə qızıl alacaqlarını, sonradan onu baha qiymətə satacaqlarını demişdir. Bunu eşitdikdən sonra Zərərçəkmiş şəxs2 pulu vermək istəmədiyini demişdir. Lakin, Həsənov X7 uzaq qohumu olduğunu, cavabdehliyin onun daşıdığını bildirmişdir. Bundan sonra o, heç bir söz deməmiş və həmin pulu İlahə adlı qadına vermişdir. Həmin qadın pulu götürərək əl çantasına qoymuşdur. Pulu verdikdən sonra onlardan ayrılaraq çıxıb getmişdir. Bu hadisədən bir müddət sonra Zərərçəkmiş şəxs2 dediyi pulu qaytarmadığını görüb Cümşüdlə əlaqə saxlamışdır. Bu zaman Zərərçəkmiş şəxs2 baş verənləri ona danışmış və Təqsirləndirilən şəxs verdiyi sözə əməl etməyərək pullarını ələ keçirdiyini bildirmişdir. Məhkəmədə dindirilmiş Şahid4 Əlniyaz qızı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun yeznəsidir, bacısı X1 həyat yoldaşıdır. Təqsirləndirilən şəxs da bacısı Kəmalənin və bacısının həyat yoldaşı Cümşüdün vasitəsi ilə tanımışdır. İlahəni tanıdığı zaman İlahənin qızıl alqı-satqısı ilə məşğul olduğunu bilmişdir. 2020-ci ilin noyabr ayının təqribən 19-20-də bacısı Kəmalə ilə birlikdə işlədiyi gözəllik salonunda olduğum zaman yeznəsi Cümşüd onların yanına gəlmişdir. Cümşüd onları oradan götürmüş və onların yaşadığı evə aparmışdır. Yolda olduqları zaman Cümşüdün mobil telefonuna zəng gəlmişdir. Cümşüd telefonla danışdığı zaman İlahəyə pul verməli olduğunu bildirmiş və avtomobili İlahənin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Akkord” binalarına doğru getmişlər. Binanın qarşısında çatdıqları zaman Cümşüd İlahə ilə telefonla danışmış və onların da avtomobildə olduqlarını bildirmişdir. Bundan sonra İlahə Cümşüddən xahiş edərək onların da yuxarı qalxmalarını xahiş etmişdir. Onlar bundan sonra birlikdə İlahənin yaşadığı evə qalxmışlar. İlahə evlərində onlara çay vermş və İlahə çay verdiyi zaman Cümşüd cibindən müəyyən məbləğdə ABŞ dolları və Azərbaycan manatı çıxardaraq İlahəyə vermişdir. İlahə pulları götürdükdən sonra nə qədər olduğunu soruşmuşdur. Cümşüd isə 7500 ABŞ dolları və 8000 manat olduğunu demişdir. İlahə götürdüyü pulları özü ilə götürərək digər otağa keçmişdir. Bir neçə dəqiqə sonra qayıdaraq onların yanında oturmuş, onlar orada çay içərək söhbət etdikdən sonra oradan çıxaraq getmişlər. Bu hadisədən bir müddət sonra bacısı Kəmalə və yeznəsi Cümşüd baş verənləri ona danışmış və Təqsirləndirilən şəxs verdiyi sözə əməl etməyərək onların pullarını ələ keçirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 onun yanında Təqsirləndirilən şəxs 7500 ABŞ doliarı və 8000 manat pulu verib. Bundan başqa pullar verməsini görməmişdir. Məhkəmədə dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 Əlniyaz qızını təqribən 4-5 olarki tanıyır və onunla rəfiqə kimi yaxın münasibətləri vardır. 2020-ci ilin dekabr ayının sonlarında Svetlana xanımın yaşadığı evdə olduqları zaman Təqsirləndirilən şəxs onlara gəlmişdir. İlahə gəldikdən sonra Svetlana xanım İlahəyə pul vermiş və 20000 manat pul olduğunu bildirmişdir. İlahə pulu götürüb getdikdən sonra Svetlanadan nə üçün İlahəyə pul verdiyini soruşmuşdur. Svetlana İlahənin yaxın adam olduğunu, qohumluğu çatdığını, lombardda qızıllarının olduğunu və ucuz qiymətə həmin qızılları çıxardaraq verəcəyini demişdir. O, Svetlanaya ehtiyatlı olmasını bildirərək dələduzların çox olduğunu bildirmişdir. Həmin günü o, Svetlanagildə qalmış və səhər yuxudan oyandıqdan sonra Svetlanaya zəng gəlmişdir. Svetlana telefonla danışdıqdan sonra ondan kimin zəng etdiyini soruşmuşdur. Svetlana İlahənin zəng etdiyini bildirmişdir. O, nə üçün zəng etdiyini soruşduğu zaman Svetlana İlahənin yenidən 13000 manat pul lazım olduğunu dediyini bildirmişdir. O, Svetlanaya yenidən ehtiyyatlı olmasını bildirmiş və bu danışıqdan bir neçə dəqiqə sonra İlahə onlara gəlmişdir. İlahə gəldikdən sonra Svetlana İlahəyə 13000 manat pul vermişdir. Pulu verdikdən sonra Svetlana İlahədən evə keçərək çay içməyi xahiş etmişdir. Lakin İlahə həyat yoldaşının onu gözlədiyini, bu səbəbdən otura bilməyəcəyini bildirmiş və pulu götürərək tələsik şəkildə çıxaraq getmişdir. İlahə getdikdən sonra onlar da Svetlana ilə birlikdə evdən çıxmışlar. Bu zaman İlahənin ağ rəngli avtomobilə əyləşərək getdiyini görmüşlər. Bu hadisədən bir müddət sonra Svetlana ilə söhbət əsnasında İlahənin onu aldatdığını, verdiyi vədə əməl etmədiyini, ümumilikdə 48000 manat pulunu alaraq ələ keçirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 Əlniyaz qızı onun yanında Təqsirləndirilən şəxs 33000 manat pulu verib. Bundan başqa pullar verməsini görməmişdir. Sonradan isə Zərərçəkmiş şəxs1 Əlniyaz qızından Təqsirləndirilən şəxs ümumilikdə 48000 manat pul verməsini eşitmişdir. Məhkəmədə dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, X4 təqribən 5 il bundan əvvəl işlədiyi dərzidə tanımışdır. Kəmalə ilə tanış olduqdan sonra münasibətləri daha da yaxın olmuş və onlar ailəvi dostluq etməyə başlamışlar. Bu səbəbdən Kəmalənin həyat yoldaşı Zərərçəkmiş şəxs2 da tanımışdır. Bakı şəhərində daimi yaşamağa evi olmadığı üçün işləyərək pul yığaraq ev almağı planlaşdırırmış. Bununla bağlı Kəmaləyə də məlumat vermiş və ev tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin ərəfədə, 2020-ci ilin noyabr ayının təqribən 27-28-də Kəmalə onunla əlaqə saxlamış və rəfiqəsinin olduğunu, ucuz qiymətə lombardlardan qızıl çıxaracağını geyərək 12500 manat pul verməyini xahiş etmişdir. O, etiraz etməmiş və verə biləcəyini bildirmişdir. Həmin günün səhəri Kəmalənin yaşadığı evə getmişdir. Orada blduğu zaman sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi qadın pnlara gəlmişdir. Qadın gəldikdən sonra o, 12500 manatı sayaraq İlahə 'Məmmədovaya vermişdir. İlahə pulu götürdükdən sonra X18 pulun məbləğini bildirərək 12500 manat olduğunu demişdir. Bu sözdən sonra İlahə pulu gütürmüş və oradan çıxaraq getmişdir. Bu hadisədən bir müddət sonra Kəmalə ilə söhbət əsnasında İlahənin Kəmaləni aldatdığını, verdiyi vədə əməl etmədiyini və pullarını ələ keçirdiyini bilmişdir. X2 ondan istədiyi borc 12500 manat pulu özü şəxsən Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa İlahəyə pullar verilməsini görməmişdir. Məhkəmədə dindirilmiş şahid X5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 Əlniyaz qızını təqribən 2-3 olarki tanıyır və Svetlana ilə rəfiqə kimi yaxın münasibətləri vardır. Təqsirləndirilən şəxs isə bir neçə dəfə işlədiyi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar qəsəbəsində yerləşən gözəllik salonunda görmüşdür. İlahəni tanıdığı zaman qızıl alqı-satqısı ilə məşğul olduğunu bilmişdir. 2020-ci ilin dekabr ayının sonlarında Svetlana xanımın yaşadığı evdə olduqları zaman Təqsirləndirilən şəxs onlara gəlmişdir. İlahə gəldikdən sonra Svetlana xanım İlahəyə pul vermiş və 15000 manat pul olduğunu bildirmişdir. Svetlana pulu verdikdən sonra evə keçərək çay içməyi İlahədən xahiş etmiş, lakin İlahə həyat yoldaşının onu gözlədiyini, bu səbəbdən otura bilməyəcəyini bildirmiş və pulu götürərək tələsik şəkildə çıxaraq getmişdir. İlahə getdikdən sonra Svetlanadan nə üçün İlahəyə pul verdiyini soruşmuş, bu zaman Svetlana İlahənin lombarddan ucuz qiymətə qızıl alacağını demiş, bu hadisədən bir müddət sonra Svetlana ilə söhbət əsnasında İlahənin onu aldatdığını, verdiyi vədə əməl etmədiyini, ümumilikdə 48000 manat pulunu alaraq ələ keçirdiyini bildirmişdir. Məhkəmədə dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2019-cu il tarixindən tanıyır. Belə ki, həmin zaman Təqsirləndirilən şəxs Sabunçu RPİ- nin İŞ-də istintaq olunan cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Sabunçu RPİ-nin MSY-nə təhvil verilmişdir. Bir müddət sonra Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Təqsirləndirilən şəxs görmüşdür. İlahə onuna salamlaşdıqdan sonra azadlığa çıxdığını və qızıl, eyni zamanda paltar alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra bir neçə dəfə Təqsirləndirilən şəxs bir neçə dəfə ailə üzvlərinə qızıl-zinət əşyaları, özünə geyim alaraq pulunu ödəmişdir. Təqsirləndirilən şəxs ilə münasibəti yarandığı üçün İlahə bir neçə dəfə ondan borca pul istəmişdir. Həmin ərəfədə özünə məxsus olan “Hyundai Sonata” markalı avtomobili satdığı üçün İlahəyə 5000 manat borc pul vermişdir. Təqsirləndirilən şəxs isə aldığı pulu hər zaman qaytardığından İlahəyə qarşı etibarı yaranmışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs 20 dekabr 2020-ci il tarixində ondan 12000 manat borca pul istəmişdir ki, qısa müddətə geri qaytaracaqdır. İlahədən həmin pulu nə üçün istədiyini soruşduğu zaman İlahə satmaq üçün qızıl zinət əşyaları gəldiyini, onları alıbsataraq xeyr əldə edəcəyini bildirərək 12000 manat borca pul verməyini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs pulu nə zaman qaytaracağını soruşduğu zaman İlahə pulu 04 yanvar 2021-ci il tarixində qaytaracağını demişdir. O da İlahə ilə razılaşmış və həmin günü Təqsirləndirilən şəxs 12000 manat pulu vermişdir. 04 yanvar 2021-ci il tarixində, saat 15-16 radələrində Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng etmişdir. Telefona cavab verdiyi zaman İlahə onunla salamlaşmış və 12000 manat pulu hazırladığını bildirərək götürə biləcəyini demişdir. O, İlahə yaşadığı ünvana getmiş və həyətdən İlahənin mobil telefonuna zəng etmiş, lakin Təqsirləndirilən şəxs telefon zənginə cavab vermədiyi üçün İlahənin yaşadığı evə qalxmış, bu zaman İlahənin evinin qapısının açıq olduğunu və blokda olan eyvanda bir nəfər şəxsin dayandığını görmüşdür. Dərhal evə daxil olmuş və bu zaman Təqsirləndirilən şəxs yerdə uzandığını, ağladığını görmüşdür. İlahədən nə baş verdiyini soruşduğu zaman İlahə Cümşüd adından bir nəfər, saçları ağ, boyu balaca olan şəxsin onu bıçaqlayaraq getdiyini demişdir. O, İlahənin dediyi əlamətlərdə bir nəfər şəxsi eyvanda gördüyü üçün dərhal aşağı düşmüş və bu zaman İlahənin evinə qalxdığı zaman blokun eyvanında gördüyü şəxsin orada dayandığını görüb həmin şəxsə yaxınlaşmışdır. Həmin şəxsdən Cümşüd olub-olmadığını soruşmuşdur. Həmin şəxs adının Cümşüd olduğunu bildirmiş və bundan sonra o, Cümşüdə polis işçisi olduğunu bildirib İlahəni nəyə görə bıçaqla vurduğunu soruşmuşdur. Cümşüd adlı şəxs belə bir hadisənin olmadığını dediyi üçün o, Cümşüdə birlikdə İlahənin evinə qalxmağı xahiş etmişdir. Cümşüd onunla razılaşmış və onlar birlikdə yuxarı qalxmışlar. İlahənin evinə daxil olduğu zaman İlahənin divanda əyləşdiyini görüb təəcüblənmiş və əsəbi halda bu nə oyundur deyərək soruşmuş, İlahə İsə ona Cümşüdün vurduğunu bildirsə də, Cümşüd and içmişdir ki, belə bir hadisə olmayıbdır. O, İlahənin yalan danışdığını görüb Cümşüdün harasından vurduğunu İlahədən soruşmuş, İlahə isə cavab verməyərək bərk-bərk ağlamağa başlamışdır. Bu zaman Cümşüd İlahədən nə üçün başına oyun açdığını soruşmuşdur. O da həmin vaxtı İlahədən ondan aldığı borc pulun nə olduğunu, niyə qaytarmadığını soruşan zaman İlahə Cümşüdün üzünə qarşı ondan aldığı pulları Cümşüdə verdiyini demişdir. Bundan sonra Cümşüdlə birlikdə həyətə düşmüşlər və Cümşüddən İlahə ilə arasında olan məsələnin nədən ibarət olduğunu soruşmuşdur. Cümşüd isə İlahənin ona pul borclu olduğunu, lakin ala bilmədiyini demişdir. Bu zaman o da Cümşüdə İlahənin ona da pul verməli olduğunu demişdir. Onun bu sözündən sonra Cümşüd ondan mobil telefon nömrəsini istəmişdir. Ö, etiraz etməiş və istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsini Cümşüdə vermişdir. Təqribən bir saat sonra onun telefonuna zəng gəlmiş və telefona cavab verdiyi zaman zəng edən şəxsin qadın olduğunu görmüşdür. Zəng edən qadın onunla salamlaşdıqdan sonra özünü təqdim etmiş və Cümşüdün bacısı Elnurə olduğunu demişdir. Daha sonra Elnurə adlı qadın İlahənin yaşadığı binanın qarşısına gəlməyini xahiş etmişdir. O, heç bir problemin olmadığını bildirərək İlahənin yaşadığı binanın qarşısına gəlmişdir. Ora çatdıqdan sonra zəng edən Elnurə adlı qadınla Cümşüdün həyat yoldaşı kimi özünü təqdim edən qadın yüksək səslə danışaraq İlahənin pul borclu olduğunu, həmin pulu onunla birlikdə xərclədiyini deyərək pullarını qaytarmağını tələb etmişlər. O, onlara İlahənin ona da pul verməli olduğunu desə də, onlar onun sözlərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişlər. Onlar orada ona birlikdə İlahənin anasının evinə getməyi tələb etmişlər. O, onlarla razılaşaraq İlahənin anasının yaşadığı Abşeron rayonu, Xırdalan şəhərinə getmişlər. Orada İlahənin anası ilə görüşmüşlər və onların yanında İlahənin anasına sual verərək qızının ona pul borclu olmasından xəbərinin olub-olmamasını soruşmuşdur. İlahənin anası onların yanında qızının ona pul borclu olduğunu demişdir. Orada İlahənin anası ilə Cümşüdün həyat yoldaşı arasında sözlə mübahisə düşmüş və mübahisə yekunlaşdıqdan sonra yenidən Bakıxanov qəsəbəsinə gəlmişlər. Bakıxanov qəsəbəsinə çatdıqları zaman Cümşüd birlikdə İlahədən şikayət etməyi təklif etmişdir. O isə Cümşüdə İlahənin anasının ona borclu olduqları pulu qaytarmaqla bağlı söz verdiyini demişdir. Bu hadisədən bir neçə gün sonra Sveta adlı qadın onun mobil telefonuna zəng etmiş, zəng edən qadın özünü Cümşüdün baldızı kimi təqdim etmiş və İlahənin ona borclu olduğunu deyərək, birlikdə şikayət etməyəcəkləri halda ondan da şikayət edəcəyini demişdir. O isə Svetaya İlahədən şikayət etməyəcəyini deyərək telefonu söndürmüşdür. Bu hadisədən bir müddət sonra Svetanın və Cümşüdün ondan, eyni zamanda İlahədən şikayətlər etdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs Sveta və Cümşüd adlı şəxslərdən hansı məqsədlə pul almasını bilmir. Təqsirləndirilən şəxs ona bu barədə məlumat verməyib. Təqsirləndirilən şəxs Svetanın yaşadığı evə aparmışdır. Bir dəfə İlahədən yaşadığı evin qarşısından özü üçün idman dəsti almışdır. Həmin zaman İlahə ondan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivinə xalça aparmalı olduğunu bildirərək onu ora aparmağını xahiş etmişdir. O, etiraz etməmiş və İlahəni dediyi ünvana aparmışdır. X24 adlı qadının oğlu avtomobilə yaxınlaşmış və avtomobilin yük yerindən xalçanı götürərək aparmışdır. Həmin zaman Sveta adlı qadın 70-80 metr aralıda dayanmışdır. Bu hadisədən bir neçə gün sonra İlahə yenidən ondan xahiş etdiyi üçün Svetanın yaşadığı ünvana getmişlər və İlahə Sveta adlı qadına şuba aparmışdır. Zərərçəkmiş şəxs3 adlı şəxsi tanımır, Farizlə heç bir əlaqəsi və ya münasibəti olmayıb. Zərərçəkmiş şəxs4 adlı şəxsi tanıyır, belə ki, o, İlahə ilə birlikdə 2020-ci ilin sentyabr ayında özünə məxsus, yəni ailəsinə məxsus qızıl qolbağı satmaq üçün İlahə ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən qızıl alqı-satqısı dükanına getmiş və orada Fərhadla tanış olmuşdur. Həmin şəxsə özünə məxsus qızıl qolbağı satmışdır. Sonradan isə həmin şəxsin yanına İlahə ilə birlikdə getməmişdir. Zərərçəkmiş şəxs4 ifadəsində onun İlahə ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu. Atatürk prospekti 2A-da yerləşən qızıl alqı-satqısı dükanına 2021 -ci ilin mart ayında getdiyini, 15000 manat dəyərində qızıl götürdüyünü, lakin qızılı sataraq pulu ələ keçirdiyini bildirməsi ilə bağlı göstərmişdir ki, bu həqiqət deyil. Düzdür bir neçə dəfə İlahəni Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən qızıl alqı-satqısı dükanına aparmışdır. Belə ki, o, Ayna Sultanovda qaldığı üçün səhər növbədən çıxan zaman İlahə ona zəng vurub xahiş edirmiş ki, yolüstü İlahəni Nərimanov rayonu, Atatürk prospektində yerləşən qızıl alqı- satqısı dükanına aparıb düşürsün. O da İlahənin xahişinə əsasən İlahəni orada düşürdərək oradan çıxaraq getmişdir. İlahənin orada kiminlə görüşməsini, kimdən qızıl almasını dəqiq bilmir və görməmişdir. O, Təqsirləndirilən şəxs ilə birlikdə Sabirabad rayonuna getmişlər. Belə ki, İlahə həmin ərəfədə ona 12000 manatdan başqa 1300 manat da pul borclu olmuşdur. İlahədən pulunu İstədiyi zaman İlahə Sabirabad rayonunda yaşayan yeznəsi Həsənin bacısına 1500 manata qızıl satdığını, avtomobil olmadığı üçün qızılın pulunu götürə bilmədiyini deyərək birlikdə yeznəsi Həsənin evinə getməyi xahiş edərək, pulu götürüb borcunu qaytaracağını demişdir. O, İlahə ilə razılaşmış və İlahəni Sabirabad rayonuna aparmış və onu Sabirabad rayonu, Hüsürlü kəndində hansı yolun başında düşürmüşdür. İlahə özü onu orada düşürməyini istəmişdir. Qayıtdığı zaman İlahə ona olan 1300 manat borcunu geri qaytarmışdır. Zərərçəkmiş şəxs2 ifadəsində Təqsirləndirilən şəxs verdiyi pulları ona verdiyini, İlahənin bu işlərdə onunla əlbir olduğunu bildirməsi həqiqət deyil. Belə ki, o, ümumiyyətlə İlahə ilə Cümşüd arasında olan problemlərin nədən ibarət olmasını dəqiq bilmir. O, Cümşüdü və yoldaşını 04.01.2021-ci il tarixədək görməmişdir və tanımamışdır. Ümumiyələ həmin vaxtadək İlahənin Cümşüd, Sveta arasında olan pul məsələsindən məlumatı olmamışdır. Cümşüdlə İlahə arasında olan problemləri 04 yanvar 2021-ci il tarixində öyrənmişdir. Cümşüd ona birlikdə şikayət etməyi təklif etdikdən sonra o, Cümşüdlə razılaşmamışdır. Bu səbəbdən Cümşüd onun barəsində şər və böhtan xarakterli şikayətlər etməyə başlamışdır. Sonradan isə Cümşüdün İlahəyə aldığı pulları guya ona verməsini deməsini, pulu ondan almağı və aldığı pul hesabına İlahəyə maddi yardım etməyi təklif etməsi ilə bağlı ona məlumatlar daxil olmuşdur. Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında olan telefon danışıqlarının səs-yazısı var. Bunları ona İlahə təqdim edib və özündə saxlamışdır. Həmin səs-yazılarını Sabunçu RPİ-nin İstintaq Şöbəsində ifadə verən zaman təqdim etmişdir. İlahə əvvəli tutulsa da sonradan İlahə ilə görüşüb danışan zaman onunla bir neçə dəfə alış verişi olması, həmin vaxtı sözünün üstündə durması onda İlahəyə qarşı inam yaranmış, sonradan isə aralarında səmimiyyətinə görə münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs ifadələrində Svetadan aldığı 49000 manat, Zərərçəkmiş şəxs2 aldığı 89850 manat pulu mənə verməsini, İlahədən həmin pulu iş görmək adı ilə almasını, lakin vaxtında qaytarmadığı üçün həmin şəxslərin pulunu qaytara bilmədiyini, o, həmin puldan ümumilikdə 19000 manat qaytardığı üçün 10000 manatı Cümşüdə verdiyini, 9000 manatı isə Svetaya verdiyini bildirməsi tamamilə yalandır, İlahə ona heç vaxt hansısa məbləğdə pul verməmişdir, əksinə hər dəfə o, İlahəyə münasibətlərinə görə maddi yardım etmişdir. İlahə özü ondan borca pul almış və bugünədək də onun pulunu qaytarmamışdır. Hətta o, bununla bağlı İlahə ilə aralarında olan görüş zamanı 21.01.2021-ci ildə öz maşınında gizlincə video çəkiliş etmiş və həmin videoçəkiliş zamanı İlahə ona pul vermədiyini, əksinə onun kirayə puluna köməklik etdiyini, İlahəyə onun adını yazmağını, guya pulun onda olması ilə bağlı Cümşüd və digərlərinin tələb etdiyini, lakin olmayan bir şeyi heç vaxt deyə bilməyəcəyini bildirmişdir. Cinayət işinin 2-ci cildinin 50-ci vərəqində olan 24.04.2021-ci il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə aralarında olan sms yazışmalarının əks edildiyi sənədlərə baxış keçirilən zaman yazışmalarda Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs müxtəlif şəxslərdən borca alaraq ona verdiyi pulları qaytarması, Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina etməsi müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 63 və 95-ci vərəqlərində olan 01.05.2021-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 sonuncunun Təqsirləndirilən şəxs ilə aralarında olan sms yazışmalarını, 01 ədəd CD diskdə səs yazılarını götürmüşdür. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə aralarında olan sms yazışmalarının əks edildiyi sənədlərə baxış keçirilən zaman yazışmalarda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs müxtəlif şəxslərdən borca alaraq ona verdiyi pulları qaytarması, Təqsirləndirilən şəxs isə müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina etməsi, CD diskə baxış keçirilən zaman isə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə telefon danışıqlarının səs yazısı olduğu, telefon danışığı zamanı Təqsirləndirilən şəxs pulları Anara verdiyini, Anar pulu verdikdən sonra ona olan borcunu qaytaracağını bildirdiyi müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 199-248-ci vərəqlərində olan 16.08.2021-ci il tarixli "xxxx" MMC-dən əldə edilmiş texniki rabitə kanallarına dair məlumatları əks etdirən CD diskdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, həmçinin Şahid7 Kamil oğlunun istifadəsində olmuş ***-***-**-** mobil telefonlara daxil olan və çıxan zənglər, smslər, həmçinin anten dairəsinə dair məlumatlar olduğu, Təqsirləndirilən şəxs həm Zərərçəkmiş şəxs2, həm Zərərçəkmiş şəxs3, həm də Zərərçəkmiş şəxs4 smslər yazaraq pullarını tələb etdikləri, həmçinin Təqsirləndirilən şəxs X6 yazaraq kömək istədiyi, X13 məxsus ***-***-**-** mobil telefon nömrəsinə dair məlumatlarda iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilmədiyi müəyyən edilmişdir. Cinayət işinin 3-cü cildinin 90-92-ci vərəqlərində olan 01.11.2021-ci il tarixli təqdim etmə və götürmə haqqında protokola əsasən Şahid7 Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında aparılan telefon danışıqlarının səs yazısını özündə əks etdirən 01 ədəd CD disk götürülmüşdür. 01.11.2021-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokola əsasən Şahid7 təqdim etdiyi diskə baxış zamanı diskdə səs yazılarının olduğu, səs yazılarında bir nəfər qadının və bir nəfər kişinin danışdığı, danışıq zamanı kişinin qadına aldığı pulları izahat verərkən Anara verməsini deməsini, bundan sonra Anardan həmin pullan almağı, aldıqdan sonra onun işini həll etməyi təklif etdiyi müəyyən edilmişdir. Cinayət işinin 3-cü cildinin 175-176-cı vərəqlərində olan 14.12.2021-ci il tarixli əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokola əsasən Şahid7 Təqsirləndirilən şəxs ilə arasındakı danışığı əks etdirən videogörüntünün əks edildiyi CD diski könüllü olaraq təqdim etdiyi üçün tərəfimdən götürülmüş və təqdim edilən videogörüntüdəki danışıq əks edildiyi CD diskə baxış zamanı həmin diskdə 5 ədəd video fayl olduğu, həmin video danışıqda bir nəfər kişi, bir nəfər isə qadın arasında danışıq olduğu, baxış zamanı Şahid7 həmin danışan kişi səsi özünə, qadın səsinin isə Təqsirləndirilən şəxs məxsus olduğunu bildirdiyi, danışıq zamanı tərəflərin bir-birinə Anar və İlahə deyə müraciət etdiyi, İlahənin danışıq zamanı Anara pul vermədiyini, Cümşüd və digərlərinin İlahəyə Anarın adını yazmağını, guya pulun Anarda olması ilə bağlı Cümşüd və digərlərinin tələb etdiyini, lakin İlahə olmayan bir şeyi heç vaxt deyə bilməyəcəyini bildirdiyi müəyyən edilmişdir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci i tarixli, 7 №-li qərarında göstərilmişdir ki, dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərərçəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və maddi sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsi məhkəmədə tam sübuta yetirilmişdir, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 2-ci cildinin 141-ci vərəqində olan protokoldan və 177-179-cu vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 05 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan seçilmişdir. Cinayət işinin 3-cü cildinin 153-168-ci vərəqlərində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 12.10.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həbsdə və ev dustaqlığında olduğu günlər nəzərə alınaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 il 02 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəzası 02 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Cinayət işinin 2-ci cildinin 188-189-cu vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 30.12.2019-cu il tarixdə sınaq müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. CM-nin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxsin həmin hökm üzrə sınaq müddəti 30.12.2019-cu il tarixdə başa çatdığına və hazırk ittiham üzrə ilk əməllərini 2020-ci ilin sentyabr ayında törətdiyindən qeyd olunan hökm təqsirləndirilən şəxs üçün heç bir hüquqi nəticə yaratmır. Maddi ziyanı qismən ödəməsi CM-nin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, cinayət nəticəsində vurulmuş maddi ziyanı ödəməməsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 05 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Odur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 mülki iddia vermədiklərindən onlara vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və məhkəmə məsrəfi yoxdur, maddi sübut olan 2 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarını təyinatla Bakı şəhər 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmiş və müdafiəçi cinayət işinin materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirakı ilə əlaqədar 50 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat fəaliyyət göstərdiyi Bakı şəhər 12 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 05 iyul 2021-ci il tarixdən hesablansın. Maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 izah edilsin ki, vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqları var. Göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 300 (üç yüz) manat fəaliyyət göstərdiyi Bakı şəhər 12 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-537/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-537/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver