Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-537/2023 07.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 və Dövlət ittihamçısı, Müdafiəçisi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, faktiki ünvan 2 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 5,153 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 08 avqust 2022-ci il tarixdə saat 23:00 radələrində Suraxanı RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsində özünü şübhəli aparması səbəbindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilərək orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətlərini həyata keçirən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,299 qram, 0,284 qram, 0,390 qram, 0,314 qram, 0,288 qram və 3,578 qram olmaqla, ümumi təmiz çəkisi 5,153 qram qəhvəyi rəngli maddələr, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar usulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o məhəllədə durmuşdur və həmin vaxt Post Patrulun əməkdaşları ona yaxınlaşmışdır. Sonra üstündə olanı onlara göstərmişdir. Üzərində olan narkotik vasitəni onlayn yolla əldə etmişdir. Narkotik vasitə əldə etdiyi şəxsin adını bilmir. Həmin adamla telefon vasitəsilə tanış olmuşdur. Həmin adamla telefon nömrəsi vasitəsilə tanış olmamışdır, onlayn yolla, sosial şəbəkədə tanış olmuşdur. Hansı sosial şəbəkədə tanış olduğu tam yadında deyil. O Facebook sosial şəbəkəsindən istifadə edirmiş. Narkotik vasitə isifadəçisidir, təzə başlamışdır, 1 ilə yaxın imiş. O, ancaq kakos çəkirmiş. Bir həftədən, on gündən bir narkotik vasitə alırmış. Hər dəfə üstündə olan qədər, 5 qram alırmış. 5 qram ona 10 gün bəs edirmiş. Çet formasında atmışdılar. Çetin nə olduğunu bilmir, belə 1 klokda, bükümdə içində 6 ədəd də var imiş, 1 büküm də var imiş. Doza həddini aşma çəkənlərdə o qədər də olmurmuş. Belə çəkirmişlər. 5 qram almışdır. Üstündən götürüb falqada da çəkirmiş. Qiymətlər cürbəcür olurmuş, qramı 10 manata, 15 manata da olurmuş. Axırıncı dəfə qramına 20 manat vermişdir. Köçürməni onlayn yolla etmişdir. O, özü Leobank kartından istifadə edirmiş. Aparatla yoxsa kart vasitəsilə köçürmə etdiyi yadında deyil. Hesab nömrəsini demişdir, kağıza yazmışdır. Tutulan vaxt öz nömrəsindən istifaə etmişdir, silmişdir. Nömrəni təzə almışdır, yadından çıxıb. Nömrəsi valideyninin adına imiş. Ona narkotik vasitə satan şəxslə sayt vasitəsilə əlaqə saxlamışdır. Başqa narkotik vasitədən istifadə etmirmiş. Heç vaxt kiməsə narkotik vasitə pay verməmişdir, pul qarşılığında da verməmişdir. Heç kəsə də tövsiyyə etmir. Evdə müalicə alırmış, artıq azaltmışdır. Müalicə aldığı üçün ətrafından uzaqlaşmışdır. Sistem köçürdürmüşlər. Bir ilə yaxın imiş ki, narkotik vasitədən istifadə edirmiş. Bir dəfəyə atmaq çətin olmuşdur, günü-gündən azaldırmış, bir qız övladı var, valideyninin tövsiyyəsini nəzərə alıb günü-gündən azaldırmış. Valideynləri hiss edirmiş və “Sən əvvəlki kimi deyilsən” deyirmişlər. Ona təzyiq olunmayıb. İzahatını özü könüllü vermişdir, təqsirini boynuna alır. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölməsinin polis nəfəri işləyir. 2022-ci ilin avqust ayında digər əməkdaşları Şahid2lə birgə Əmircan qəsbəsində xidmətdə olarkən saat 23 radələrində bir nəfər şəxsin qaranlıq küçədə əlində sellofan torba olması onların diqqətini çəkmişdir. Həmin şəxsi saxlayıb 31-ci Polis bölməsinə aparmışlar. Orada onun şəxsiyyətinin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Onun üzərinə videoçəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. O, üzərində olan narkotik vasitəni təqdim etmiş və həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan şəxsdən onlayn yolla aldığını bildirmişdir. Tərəflərindən bu şəxsə təzyiq göstərilməyib. Bu şəxs üzərində aşkar edilən narkotik vasitəni tanımadığı İran İslam Respublikasının vətəndaşı olan şəxsdən onlayn yolla aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan 08 avqust 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 09 avqust 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının arxa sol cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, 4098 5844 5824 4892 nömrəli Leobanka məxsus bank kartını, əynindəki göy rəngli cins şalvarının arxa sağ cibindən üzərində ***-***-**-** saylı nömrə olan “Samsung” markalı sabil telefonu, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli elektron tərəzi və 06 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf selofana bükülmüş bükümləri təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 06 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf selofana bükülmüş bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, narkotik vasitəni İran vətəndaşından onlayn üsulla öz şəxsi istifadəsi üçüm 100 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş maddi sübutlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün 195 saylı möhürü ilə möhürlənərək götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Şəxsi axtarış zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənəd aşkar edilməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə fizikikimyəvi ekspertizasının 09 avqust 2022-ci il tarixli 6/4242 №-li rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №195” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 6 (altı) ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,299 qram, 0,284 qram, 0,390 qram, 0,314 qram, 0,288 qram və 3,578 qram olmaqla, ümumi təmiz çəkisi 5,153 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş 6 (altı) ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim edilmiş 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-5,153 qram, tədqiqata sərf edildi-0,300 qram, qalıq-4,853 qram. (ekspertiza tədqiqatın dəyəri 65 (altmış) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 10 avqust 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman çəkilmiş videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir və əvvəlcə Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunması, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın arxa sol cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, 4098 5844 5824 4892 nömrəli «Leobank»a məxsus bank kartı, şalvarın arxa sağ cibindən üzərində ***-***-**-** nömrə olan «Samsung» markalı mobil telefon, şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli elektron tərəzi və 06 ədəd bükümdə içərisində qəhvəyi rəngli maddə olan 01 ədəd şəffaf sellofan bükümü çıxardıb təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, bu narkotik vasitə heroini İran vətəndaşından 100 manata onlayn üsulla əldə edərək şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirməsi müəyyən olunmuş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)-471/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 08 avqust 2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan DİN-in BƏSİİ-dən təqdim olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən və Sabunçu rayon məhkəməsinin 1(008)-390/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə qəti olaraq 2 (iki) il 11 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işində olan Bakı Probasiya İdarəsinin 133356-21-1\3-2294-9 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinini xx.xx.2022-ci il tarixli 1(008)-390/2022 saylı hökmü üzrə məhkum Təqsirləndirilən şəxs cəzasının 2 il 11 ay 4 gün hissəsi çəkilməmiş qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş şəxs kimi qəbul etsə də, onu residiv kimi qəbul etmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 13 oktyabr 2022-ci il tarixli 6027 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 08 avqust 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 65 (altmış) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,853 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD- R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (altmış) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhər Sabunçu rayon məhkəməsinin 1(008)-390/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 11 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) il 11 (bir) ay 4 (dörd) gün hissəsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-cü maddəsinə əsasən iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, həmin müddət 1(bir) il 5 (beş) ay 17(on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 08 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (altmış) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,853 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-537/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-537/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver