Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-537/2024 02.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X9 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və üzərində ödənilməmiş məhkumluğu olan, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 08 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən 1,19 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda 3,149 qram çəkidə psixotrop maddə metamfetamin əldə etmiş, gələcəkdə satışını həyata keçirməsi üçün ayrı-ayrı hissələrə böldüyü 09 ədəd kağız bükümdə ümumilikdə 1,19 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 03 ədəd sellofan bükümdə ümumilikdə 3,149 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini idarə etdiyi “Toyota Prius” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobildə gizlətməklə saxlayıb daşımış, onun külli miqdarda psixotrop maddələrin və narkotik vasitələrin qarunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “Qızılqum” çimərliyində saxlanılıb Baxı şəhəri, ünvan 2 ünvanında yerləşən Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirildikdən sonra onun idarə etdiyi “Toyota Prius” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun iştirakı ilə baxış keçirilərkən avtomobilin salonundan satış məqsədilə qanunsuz olaraq əldə edib gizlədərək saxladığı 09 ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,1 qram, 0,11 qram, 0,08 qram, 0,11 qram, 0,17 qram, 0,23 qram, 0,11 qram, 0,11 qram, 0,17 qram olmaqla, ümumilikdə 1,19 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda, yəni 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,830 qram, 0,059 qram, 0,250 qram olmaqla, ümumilikdə 3,149 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, polis əməkdaşları tərəfindən Bakı şəhəri, Pirşağı qəsəbəsində yerləşən “Qızılqum” çimərliyinin yaxınlığında saxlanılmışdır. O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən həyat yoldaşı X6 da onun yanında olmuşdur. O, saxlanıldığı zaman onun avtomobilində 01 qram çəkidə narkotik vasitə marixuana olmuşdur. Saxlanıldığı zaman həmin 01 qram marixuanadan başqa onda heç bir istifadəsi və dövriyyəsi qadağan olunmuş əşya olmamışdır. Daha sonra o, polis əməkdaşları tərəfindən Bakı Şəhər Baş Polis İdarəsinə aparılmışdır. Bakı Şəhər Baş Polis İdarəsində olarkən o, həmin idarənin əməkdaşlarına onda 03 qram metamfetamin olmadığını, üzərində yalnız 01 qram marixuananın olduğunu bildirmişdir. Bakı Şəhər Baş Polis İdarəsində videoçəkiliş zamanı o, 01 qram miqdarında marixuanadan əlavə polis əməkdaşlarının təkidi ilə 03 qram metamfetaminin də ona məxsus olduğunu bildirmişdir. Bakı Şəhər Baş Polis İdarəsində polis əməkdaşları 03 qram metamfetaminin ona məxsus olduğunu boynuna götürməyəcəyi təqdirdə daha ağır çəkidə narkotik vasitəni boynuna qoyacaqları ilə onu hədələmişlər. O da məcbur qalıb 03 qram metamfetaminin ona məxsus olması ilə razılaşmışdır. Əvvəlcə onu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni narkotik vasitə istifadəçisi kimi rəsmiləşdirmişlər. O da buna görə təqdim edilmiş sənədlərə qol çəkmişdir. Daha sonra isə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əlavə olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə də məsuliyyətə cəlb edilməsi barədə ona məlumat vermişlər. Sonra isə onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə rəsmiləşdirmişlər. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları onun saxlanıldığı X5 gələrək ittiham olunduğu əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə dəyişəcəklərini ona demişlər. O, Bakı Şəhər Baş Polis İdarəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki təzyiq edilməmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 6 aydır ki, narkotik vasitələrdən istifadə edir, narkotik vasitələri şəxsi istifadəsi üçün alırmış, hərdən özü üçün narkotik vasitə aldıqda, başqa şəxslər üçün də narkotik vasitə almış, ibtidai istintaq zamanı verdiyi ifadələrdə göstərilən telefon danışıqları həm narkotik vasitələrin əldə edilməsi, həm də həmin vasitələrin başqa şəxslərə satılması ilə bağlı olmuş, bəzən narkotik vasitələrin satışı ilə məşğul olmuş, heç vaxt külli miqdarda narkotik vasitə almamış, külli miqdarda narkotik vasitələrin satışını həyata keçirməmiş, X5, daha sonra isə istintaq təcridxanasına aparılarkən ağzında şişlər olmuş, lakin həmin şişlər infeksiya ilə əlaqədar əmələ gəlmiş, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmamış və döyülməmiş, saxlanılarkən üzərində 01 qram marixuana olsa da, həmin vaxt onun üzərində 03 qram metamfetamin olmamış, metamfetaminin üzərində olmasını psixoloji təzyiq nəticəsində etiraf etmiş, psixoloji təzyiq onun daha ağır çəkidə narkotik vasitələrlə əlaqədar məsuliyyətə cəlb edilməsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edib və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi, saxlanılarkən üzərində 01 qram narkotik vasitə qurudulmuş marixuananın olması, habelə saxlanılarkən üzərində külli miqdarda psixotrop maddə metamfetaminin olmaması, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra psixoloji təzyiqə məruz qalaraq ona məxsus olmayan külli miqdarda psixotrop maddə metamfetaminin ona məxsus olmasını etiraf etməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi, işin faktiki halları və cinayət işinin materiallarında olan mötəbər sübutlarla təkzib edilən, eləcə də yalan ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin bu hissədə məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, məhkəmə istintaqında ətraflı və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs öz müdafiəsi ilə əlaqədar iddia etdiyi halların həqiqət olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan azad olmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatı əsasında Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə raportla müraciət edilmiş və bundan sonra əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlar xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən dəniz kənarında Təqsirləndirilən şəxs saxlayaraq Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitə olmadığını, lakin idarə etdiyi “Toyota Prius” markalı avtomobildə narkotik vasitə və psixotrop maddə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs avtomobilinə keçirilən baxış zamanı Elçin Səgərov avtomobilin saxlanc yerində olan narkotik vasitə və psixotrop maddəni könüllü surətdə təqdim etmişdir. Həmin narkotik vasitələr Təqsirləndirilən şəxs avtomobilinin saxlanc yerindəki qutunun içərisində olmuşdur. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman sonuncunun yanında 01 nəfər qadın da olmuşdur. Lakin həmin qadının üzərində narkotik vasitə olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, onun işlədiyi idarənin əməkdaşı Şahid1 “Elçin” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında raportla rəhbərliyə məruzə edildikdən sonra əməliyyat tədbirlərinin keçirilməsi ilə əlaqədar əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna o, digər polis əməkdaşları Şahid1 və Şahid2 daxil olmuşdur. Qrupun rəhbəri Şahid1 olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında “Elçin” adlı şəxsin Pirşağı qəsəbəsində yerləşən dənizkənarında olduğu bildirilmişdir. Sonra onlar həmin yerə gedərək orada Elçinə yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Onlar Elçini xx.xx.2023-cü ildə saxlamışlar. Bakı Şəhər Baş Polis İdarəsində olarkən Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı avtomobilində narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin olduğunu etiraf etmişdir. Sonra təhqiqatçı, müdafiəçi və polis əməkdaşlarının iştirakı və videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı avtomobilin saxlanc yerindən 03 (üç) büküm metamfetaminə bənzər maddə, 09 bükümdə marixuanaya bənzər maddəni çıxararaq polis əməkdaşlarına təqdim etmiş və həmin narkotik vasitələrin özünə aid olduğunu bildirmişdir. Aşkar edilmiş narkotik vasitələr istintaq hərəkətinin keçirilməsində iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Saxlanılan zaman və Bakı Şəhər Baş Polis İdarəsində olan zaman Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə digər şahidlər Şahid1 və Şahid3 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 9) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddələr və narkotik vasitələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda psixotrop maddələr və narkotik vasitələri əldə edərək üzərində və idarə etdiyi “Toyota Prius” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşıması, idarə etdiyi avtomobillə Bakı şəhəri ərazisində satışını təşkil etməsi barədə əməliyyat orqanına məlumat daixl olmuşdur. xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 11-12) görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 28-29) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 30) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 39-40) görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı o, əynində olan şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və 01 ədəd avtomobil açarını, sağ yan cibindən 01 “Kent” markalı siqaret qutusu, 01 ədəd alışqan, 01 manatlıq əskinası çıxararaq təqdim etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **- EY-*** dövlət qeydiyyat nişanlı avtomobildə 09 ədəd bükümdə narkotik vasitə qurudlmuş marixuana və 03 ədəd bükümdə psixotrop maddə metamfetamin saxladığını bildirib həmin vatomobilə baxış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qadağan edilmiş başqa predmet aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli ərizədən (cild 1, iş vərəqə 43) görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etməmişdir. xx.xx.2023-cü il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 45-46) görünür ki, həmin gün Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və həmin vaxt avtomobilin ön oturacaqların arasında yerləşən saxlanc yerinin alt hissəsindən üzərində “Samsung Original charger” yazıları olan dörtkünc formalı zəncirbəndlə bağlanmış qab aşkar edilmişdir. Həmin qab açıldıqda, qabın içərisindən 0,13 qram, 0,37 qram və 2,96 qram, ümumi təmiz çəkisi 3,52 qram psixotrop maddə metamfetaminə oxşar kütlə, bundan başqa, 02 ədəd qara rəngli, 07 ədəd gümüşü rəngli kağıza bükülmüş 0,27 qram, 0,26 qram, 0,31 qram, 0,20 qram, 0,61 qram, 0,31 qram, 0,24 qram, 0,29 qram və 0,46 qram, ümumi təmiz çəkisi 2,95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1833 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 58-59) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №215” dairəvi möhür əks, şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş” yazısı olan zərfdəki 3 (üç) ədəd bükümdə 2,830 qram, 0,059 qram, 0,260 qram, ümumi təmiz çəkisi 3,149 qram ağ rəngli kristal şəkilli maddələr xarici əlamətlərinə və komponent tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış psixiotrop maddə metamfetamindir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/459 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 70-71) görünür ki, tədqiqata təqdim edilmiş 9 (doqquz) ədəd kağız bükülüdə ayrı-arılıqda təmiz çəkiləri 0,1 qram, 0,11 qram, 0,08 qram, 0,11 qram, 0,17 qram, 0,23 qram, 0,11 qram, 0,11 qram, 0,17 qram, ümumi çəkisi 1,19 qram olan maddələr tərkiblərinə görə eyni olub, narkotik tərkibli çətənə (kannabıs) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 2 (iki) ədəd siqaretdə tütün ilə qarışıqda cüzi miqdarda marixuananın hissəcikləri vardır. Marixuana cüzi miqdarda olduğu üçün təmiz çəkisi və eyni olubolmadığı müəyyən edilmədi. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 5(011)-165/2023 saylı qərarından (cild 1, iş vərəqə 63-64) görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qəbul edilmiş qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmış və sözügedən qərar qanuni hesab edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 82-83) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-226/2023 saylı qərarından (cild 1, iş vərəqə 107-112) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2920 nömrəli rəyindən (cild 2, iş vərəqə 125-126) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkcloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə152-154) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinməklə 02 il 08 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 214-226) görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçmiş və onun tərəfindən istifadə olunan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində çoxlu sayda sms-lər (mesajlar) daxil olmuş, həmin sms-lər (mesajlar) əsasında müxtəli şəxslər Təqsirləndirilən şəxs müraciət edərək “jarqon” terminlər vasitəsi ilə müxtəlif növdə narkotik vasitələr və psixotrop maddələr almaq istədiklərini bildirmişlər, bəzi şəxslər isə ondan aldıqları narkotik vasitə və psixotrop maddələrinin çəkisi, keyfiyyəti və vaxtında satılmaması ilə bağlı iradlarını bildirmişlər. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 128-129) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 176-223) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin əldə edilməsi mənbəyinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda cinayət işinin yarılması, “Toyota Prius” markalı avtomobilə baxış keçirilməsini özündə əks etdirən 01 ədəd CD diskin və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materillarına əlavə edilməsi, 01 ədəd “Samsung” markalı mobil telefonun maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin saxlanc otağına təhvil verilməsi, “Toyota Prius” markalı avtomobilin mülkiyyətçisinə qaytarılmasının nəzərə alınması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-141/2022 saylı hökmdən (cild 1, iş vərəqə 156-166) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun həbsdə saxlanması nəzərə alınmaqla üzərində 02 il 08 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhər Probasiya İdarəsinin cavab məktubundan (cild 3, iş vərəqə 82) görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü və göstəriş həmin idarədə xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli Abşeron Rayon Məhkəməsinin 1(012)-293/2023 saylı hökmündən (cild 3, iş vərəqə 97-102) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-ci maddələrinə əsasən 01 il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə onun üzərində saxlanılmış 02 il 08 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək ona cinayətlərin məcmusu qaydasında 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının çəkdiyi müddət ona qəti olaraq təyin edilmiş cəzadan çıxılaraq üzərində 01 il 08 ay 13 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, habelə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. 64 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 234) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Xəstəlik tarixçəsi üzrə verilmiş tibbi arayışdan (cild 3, iş vərəqə 68) görünür ki, Təqsirləndirilən şəxs virus Hepatit B xəstəliyindən əziyyət çəkir. Avtomobilin mülkiyyətçiyə qaytarılması barədə qəbzdən (cild 1, iş vərəqə 130) görünür ki, “Toyota Prius” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3 həmin avtomobili ibtidai istintaq orqanından saz vəziyyətdə təhvil almışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, o cümlədən irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən “Qızılqum” çimərliyində saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasına aparılmış, orada müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı onun üzərindən dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə müdafiəçinin iştirakı ilə baxış keçirilmiş və həmin vaxt avtomobilin salonundan 09 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,1 qram, 0,11 qram, 0,08 qram, 0,11 qram, 0,17 qram, 0,23 qram, 0,11 qram, 0,11 qram, 0,17 qram olmaqla, ümumilikdə 1,19 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,830 qram, 0,059 qram, 0,250 qram olmaqla, ümumilikdə 3,149 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə cəmi 01 qram narkotik vasitə qurudulmuş marixuananın olmasını etiraf etsə də, idarə etdiyi avtomobildə ümumiyyətlə psixotrop maddə metamfetaminin olmadığını iddia etmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə keçirildiyindən onun iddia etdiyi halların həqiqət olması inandırıcı deyil. Həmçinin ibtidai istintaqın əvvəlindən ibtidai istintaqın sonunadək Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə külli miqdarda psixotrop maddə metamfetaminin olmasını mübahisələndirməmişdir. Əksinə o, dəfələrlə etirafedici ifadə verərək həqiqətən də avtomobilində saxladığı külli miqdarda psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, həqiqətən də Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilən zaman oradan ümumi təmiz çəkisi 1,19 qram narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda ümumi təmiz çəkisi 3,149 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əks nəticəyə gəlmək üçün məhkəmədə başqa hal/hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmədə araşdırılmış sms-yazışmalarından açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs kifayət qədər uzun müddətdir ki, faktiki olaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olmuşdur. Belə ki, həm Təqsirləndirilən şəxs ünvanlanmış, həm də Təqsirləndirilən şəxs başqa şəxslərə ünvanladığı sms-lərin (mesajların) yazılı mətnlərindən məlum olur ki, müxtəlif şəxslər jarqon terminlərdə ifadə olunan sözlərlə təqsirləndirilən şəxsə müraciət edərək müxtəlif növdə, müxtəlif çəkidə və müvafiq keyfiyyətə malik olan narkotik vasitə və psixotrop maddələr almaq istədiklərini, habelə təqsirləndirilən şəxs tərəfindən satılmış narkotik vasitə və psixotrop maddələrin keyfiyyəti və çəkisi barədə öz narazılıqlarını bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs müxtəlif şəxslərə müraciət edərək birazdan onda narkotik vasitə və psixotrop maddə olacağını, həmin vasitə və maddələri sata biləcəyini, bəzən onda narkotik vasitə və psixotrop maddə olmadığını, satdığı narkotik vasitə və psixotrop maddələri müəyyən yerlərə yerləşdirdiyini, həmin yerlərin istiqamətini və bu qəbildən olan sair məlumatları bildirmişdir. Göstərilən sms-lərin (mesajların) mahiyyəti onu göstərir ki, Təqsirləndirilən şəxs sanki narkotik vasitə və psixotrop maddələrlə əlaqədar “sahibkarlıq” fəaliyyəti ilə məşğul olaraq dəfələrlə müxtəlif şəxslərə narkotik vasitə və psixotrop maddə satmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs bu əməlləri, yəni külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlaması və daşıması, ələlxüsus bu hərəkətləri məhz satış məqsədi ilə həyata keçirməsi özü-özlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozitiv şərtləri ilə əhatə olunduğundan, məhkəmə belə qənaətə gəlir ki, onun əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin bütün zəruri tərkib əlamətləri var. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan, ali təhsilli, evli olmaqla, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, məhkəmədə qismən etirafedici ifadə verməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını və Hepatit B kimi ağır xəstəlikdən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana və psixtrop maddə metamfetaminin çəkisini, ümumilkdə isə aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin insaq orqanizminə ziyanının təsirini və bu qəbildən olan sair halları, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyaya əsasən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəza olduğundan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(012)- 293/2023 saylı hökmü ilə onun üzərində saxlanılan 01 il 08 ay 13 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı iş üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona qəti olaraq təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 17 (on yeddi) gün müddət ona təyin ediləcək qəti cəzaya daxil edilməklə həmin cəzadan çıxılmalı və üzərində saxlanılacaq cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Odur ki, ona cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı Şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,01 qram olan narkotik vasitə qurudulmuş marixuana və 3,019 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, avtomobilə baxış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Bakı Şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan 1 (bir) ədəd “Samsung” markalı mobil telefon isə onun yaxın qohumlarına qaytarılmalıdır. Eyni zamanda iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 186 (yüz səksən altı) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 186 (yüz səksən altı) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli 1(012)-293/2023 saylı hökmü ilə ona təyin edilməklə üzərində saxlanılan 01 il 08 ay 13 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdən 16 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 17 (on yeddi) gün müddət ona qəti olaraq təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına daxil edilməklə həmin cəzadan çıxılsın və onun üzərində 4 (dörd) il 11 (on bir) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın və üzərində saxlanılan cəzanın əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı Şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 1,01 qram olan narkotik vasitə qurudulmuş marixuana və 3,019 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, avtomobilə baxış keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, Bakı Şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan 1 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 186 (yüz səksən altı) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-537/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-537/2024
02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver