Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-537/2025 07.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X6 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, X4, X1 qızının və X5, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, “Universal” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni xüsusilə külli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla şəxsiyyəti araşdırılan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə qrup üzvləri ilə olan əvvəlcədən razılaşmaya əsasən Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən dəmir yolu xəttinin yaxınlığında gizlədilmiş xüsusilə külli miqdarda təmiz çəkisi 2130 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlamaqla üzərində daşımış, 29 aprel 2024-cü il tarixdə, saat 23:20-də həmin ünvanın yaxınlığında Bakı şəhəri Binəqədi rayon Polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 4 ünvanında yerləşən həmin polis idarəsinin inzibati binasına gətirilmiş və 30 aprel 2024-cü il tarixdə saat 00:40da orada üzərinə şəxsi axtarış keçirilərkən əlində saxladığı 1 ədəd sellofan torbanın içərisində olan qara rəngli bağlamada xüsusilə külli miqdarda təmiz çəkisi 2130 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, baş vermiş hadisədən 1 ay əvvəl “Whatsapp” vasitəsilə İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, sonuncu ilə 5 qram “kakos”, 100 qram marixuana almaq istədiyi ilə bağlı danışıqları olmuş, Binəqədidə zavod kimi bir yerdə görüşüb narkotik vasitəni təhvil ala biləcəyi barədə razılığa gəlmişdir. İranlı ona ünvana getməmişdən əvvəl narkotik vasitələri yanmış təkərin içinə qoyacağı ilə bağlı məlumat vermiş, həmçinin təkərin şəklini də atmışdır. O, ünvana gedən zaman həmin təkərin içərisinə baxanda qoyulmuş bağlamanın həcminin çox böyük olduğunu görmüş, ona görə də götürməmişdir. Fənəri yandırıb “kakos” və marixuananı axtarmış, amma tapa bilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, bağlamanın çox böyük olduğunu gördüyü üçün ona aid olmadığını başa düşmüş, böyük bağlamaya heç toxunmamış, sadəcə fənəri yandırıb öz sifarişini axtarmış, lakin tapa bilməmişdir. Axşam saat 22:00 radələrində polis əməkdaşları tərəfindən tutulub saxlanılmışdır. Tutulduqdan sonra həmin an idarəyə gətirilmişdir. Tutularkən üzərində heç bir narkotik vasitə olmamışdır. İlk əvvəl narkotik vasitənin ona aid olduğunu boynuna götürməmiş, Maştağada yerləşən evinə əməliyyat hazırlanacağı, oradan narkotik vasitə aşkar ediləcəyi ilə bağlı hədələnmiş, hədədən sonra qorxduğu üçün narkotik vasitənin ona aid olduğunu boynuna götürmüşdür. İdarədə polis əməkdaşları tərəfindən döyülmüş, bədənində xəsarətlər yaranmışdır, amma bu xəsarətlər qeydiyyata alınmamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi və tərəflərin razılığı ilə məhkəmədə elan olunmaqla tədqiq edilmiş ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, “Tik-Tok” sosial şəbəkəsində “Sərxan” adlı şəxslə tanış olmuşdur. Həmin şəxs İran İslam Respublikasında yaşadığını və narkotik maddələrin dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. Adı çəkilən şəxs ona göndərəcəyi narkotik maddələri Bakı şəhəri ərazisində olan müştərilərə çatdırmaqla və bununla bağlı qarşılığında pul ödənişi edəcəyini özündə əks etdirən iş, daha doğrusu onu “narkokuryer” olaraq cinayət əlaqəsinə qoşulmağı təklif etmişdir. Maddi durumu pis vəziyyətdə olduğundan o, “Sərxan” adlı şəxsin ona etmiş olduğu təklifi qəbul etmiş və sonuncu ilə əməkdaşlıq etməyə başlamışdır. Aralarında olan razılığa əsasən əsas işi “Sərxan” adlı şəxsin tapşırğına əsasən sonuncunun ona göndərəcəyi narkotik maddələri müvafiq yerlərdə gizlətməklə həmin yerin şəklini çəkib “Sərxan”a sosial şəbəkə vasitəsilə göndərərək qarşılığında pul əldə etmək olmuşdur. “Sərxan” adlı şəxs ona əlaqə saxlamaq üçün “Whatsapp” sosial şəbəkəsində istifadə etdiyi mobil nömrəsini vermiş, o, “Sərxan”la “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamağa başlamışdır. 29 aprel 2024-cü il tarixdə axşam saat 21 radələrində “Sərxan” adlı şəxs “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə ona zəng edərək göndərəcəyi narkotik vasitə olan heroini götürəcəyi məkanın “konum” və fotoşəkillərini göndərmiş, həmin ünvan isə Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən dəmiryol xəttinin yaxınlığına təsadüf etmişdir. “Sərxan” ona vaxt itirməməyi və cəld şəkildə həmin narkotik vasitəni götürməsini bildirmiş, o da 29 aprel 2024-cü il tarixdə saat 23 radələrində “Sərxan” adlı şəxsin ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə göndərmiş olduğu ünvana, yəni Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində yerləşən dəmiryol xəttinin yaxınlığına gəlib çıxmış, ətrafda kimsənin olmadığına əmin olduqdan sonra dəmiryol xəttinin yaxınlığında gizlədilmiş yerdən sellofan torbanı götürüb oradan uzaqlaşan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmiş, xidməti vəsiqələrini göstərdikdən sonra sonuncuların polis əməkdaşları olduqlarını öyrənmişdir. Polis əməkdaşları ona bildirmişlər ki, o, narkotik vasitə və ya psixotrop maddələrin saxlanmasında və satışında şübhəlidir və üzərinə baxış keçirmək istəyirlər. Buna görə də o, Binəqədi rayon Polis İdarəsinə dəvət edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan və nədə şübhələnildiyi barədə ona məlumat verildikdən sonra hüquqlarının müdafiə olunması üçün ona dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuş, müdafiəçi ilə təmin olunduqdan sonra müdafiəçi tərəfindən ona hüquq və vəzifələri bir daha izah olunmuş, daha sonra isə xidməti otaqda ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış aparılacağına dair etirazının olub-olmaması soruşulmuş, o da buna etirazının olmadığını bildirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan paltarlarında və geyimlərində qeyri-qanuni əşya və ya predmetlərin olub-olmadığı soruşulduqda o, əlində olan sellofan torbanı, tünd boz rəngli parça şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və əynindəki tünd boz rəngli parça şalvarın sol arxa cibindən 01 ədəd 20 manat pul əskinasını çıxarıb könüllü olaraq masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşları ondan üzərində digər hər hansı bir əşya və ya predmetin olub-olmamasını soruşduqda o, üzərində əlavə hər hansı bir əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşlarından biri üzərini və üzərində olan geyimlərini axtarmağa başlamışdır. Lakin həmin axtarış zamanı üzərindən digər hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Polis əməkdaşları ondan əlində olan sellofan torbada olan üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamanın içərisində olan qəhvəyi rəngli maddənin nə olduğunu soruşduqda o, həmin maddənin “kakos” deyilən narkotik vasitə heroin olmasını və həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında “Tik-Tok” sosial şəbəkəsində tanış olduğu özünü ona İran vətəndaşı kimi təqdim etmiş “Sərxan” adlı şəxsdən əldə etdiyini qeyd etmişdir (cild 1, iş vərəqi 60-62). İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs dindirmə protokolundakı imzaların ona məxsus olduğunu bildirsə də, ibtidai istintaq zamanı bel ifadə vermədiyini, məhkəmədə verdiyi ifadənin düzgünlüyünü təsdiq etdiyini söyləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin Cinayət Axtarışı şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 2024-cü ilin aprel ayının sonlarında Azər adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirilmiş və inzibati ərazidə yerləşən dəmiryolu xəttinin yaxınlığında Azər saxlanılmış, şəxsiyyəti müəyyənləşdirildikdən sonra polis əməkdaşları özlərini təqdim edərək onu Binəqədi RPİyə dəvət etmişlər. İdarədə Azər təhqiqat şöbəsinə təhvil verilmiş, təhqiqatçı sənədləşmə apararaq videoçəkilişlə Azərin üzərinə və əlindəki sellofan bağlamaya baxış keçirmiş, əlindəki sellofan bağlamanın içərisindən narkotik vasitə aşkar edilmişdir. Təhqiqatçının sualına cavab olaraq Azər aşkar edilmiş maddənin istifadəçilər arasında “kakos” adlanan narkotik vasitə olduğunu bildirmişdir. Aşkar olunmuş maddənin çəkisini və növünü müəyyən etmək üçün qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Görünüş olaraq Azərdən aşkar edilmiş maddənin çəkisi 1 kiloqramdan çox olarmış. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı psixi, fiziki təzyiqə yol verilməmişdir. Azər ifadəsində narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından aldığını demişdir. Təqsirləndirilən şəxs saxlayarkən iki nəfər polis əməkdaşı iştirak etmişdir. Onlar Azəri saxlayarkən üzərində narkotik vasitə olmasını müəyyən etməmiş, özlərini təqdim edərək onun şübhəli olmasını bildirib polis idarəsinə dəvət etmişlər. Narkotik vasitə Azərin əlində olmuşdur. Azər Polis İdarəsinə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuşdur. Müdafiəçini təhqiqatçı dəvət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum edilmiş, orta təhsilli, evli, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi bildirilmişdir (cild 1, iş vərəqi 5). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 6-7). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum edilmiş, orta təhsilli, evli, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 7 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsn qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək istifadə etməsində şübhəli bilindiyi üçün, 29 aprel 2024-cü il tarixdə, saat 23:20 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Binəqədi RPİ-nin inzibati binasına gətirilmişdir (cild 1, iş vərəqi 10). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı, nisbətən iri həcmli, üzərində müxtəlif rənglə boyalı olan sellofanın içərisində olan bir ədəd iri həcmli, üzəri şəffaf yapışqanla (skoç) bərkidilmiş, alt hissəsi qara sellofan ilə bükülmüş 1 (bir) ədəd bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra isə şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli parça şalvarının sağ yan cibindən 01 ədəd, üst hissəsi qara, arxası isə açıq yaşıl rəngli “Samsung” markalı mobil telefonu və şalvarının arxa sol cibindən 01 ədəd 20 manatlıq əskinası çıxardaraq masanın üzərinə qoymuşdur. Şəxsi axtarışın davamında sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, kütlənin çəkisi 2326 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan sarı rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 172 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu və həmin narkotik vasitə hesab edilən heroini xx.xx.2024-cü il tarixdə təxminən 23 radələrdə Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində olan qatar xəttinin yaxınlığından İran İslam Respublikasının vətəndaşı, adını "Sərxan" kimi bildiyi şəxsin ona izah etdiyi yerdən götürərək üzərində saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 28-29). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/2375 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N172” dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan 1 (bir) ədəd bağlamadakı təmiz çəkisi 2130 qram (2kq 130 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 38-42). - təqsirləndirilən şəxs qismində cəlb elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 50-51). - maddi sübutun tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspert tədqiqatından sonra qalan 2129,8 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (cild 1, iş vərəqi 82-83). - DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, DVD diskdə videofayl vardır. Həmin videofaylda olan videogörüntü xx.xx.2024-cü il tarixdə saat 23:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi, Dəmiryol xəttinin yaxınlığında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsindən ötrü RPİ-nin inzibati binasına aparılmış, orada videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan öncə üzərində qeyri-qanuni əşyalar və ya maddələr varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əlində olan sellofan torbanı, tünd boz rəngli parça şalvarının sağ yan cibindən 01 ədəd "Samsung" markalı mobil telefonu və əynindəki tünd boz rəngli parça şalvarın sol arxa cibindən 01 ədəd 20 manat pul əskinasını çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Polis əməkdaşları ondan əlində olan sellofan torbada olan üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamanın içərisində olan qəhvəyi rəngli maddənin nə olduğunu soruşduqda o, həmin maddənin “kakos” deyilən narkotik vasitə heroin olmasını və həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında "Tik-Tok" sosial şəbəkəsində tanış olduğu özünü ona İran vətəndaşı kimi təqdim etmiş “Sərxan" adlı şəxsdən əldə etdiyini qeyd etmişdir. Bunların ardınca Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik maddə müvafiq ekspertizadan keçirilməsi üçün olduğu kimi bükülərək boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra 01 ədəd qara rəngli polietilen bağlama qablaşdırılaraq bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 91). - baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyətdən alınmış 1 (bir) ədəd çarxa (disk) xidməti otağda baxış keçirilmişdir. Baxış zamanı "CD" fomatlı disk “HP” markalı kompyuterin DVD oxuyucusu vasitəsilə açıldıqda içərisində 04 ədəd fayl aşkar olunmuş, birinci fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə mobil telefon nömrəsinin "Təqsirləndirilən şəxs Hüseyn" adına qeydiyyatda olması qeyd olunmuşdur. İkinci fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten əhatə dairələri qeyd olunmuşdur. Üçüncü fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan 055- ***-**-** saylı mobil nömrədən narkotik maddlərin qanunsuz dövriyyəsi ilə bağlı ayrı-ayrı şəxslərə məxsus mobil nömrələr arasında aşağıdakı yazışmalar olmuşdur: 1. xx.xx.2024 05:06:37 SMS göndərən **********17 SMS alan **********42 BU-NƏDİ-AZƏR-MALİN-ÖZNÜ TƏRƏZİYƏ-QİYMUŞAM-İKİDÖRD-İKİÜÇ.. GƏLİR GƏLƏM-QAPİYA-ÇİXARSAN.- GÖSTƏRƏRƏM-ÖZÜN- QİYDUĞVU-YAXŞİ- BİLİRSƏN.. M. 2. xx.xx.2024 09:51:15 xx.xx.2024 13:43:00 **********17 **********17 **********42. 3. **********42 ƏMİOĞLU- BİDƏNƏ-YARİM-SAXLA, KOLA. 10-MANATDİĞDA-PATİ QOY-QİRAĞA, SALAM? ƏMİOĞLU-HEYVAN-AZƏR-BAZARNA-GEDİRƏM-ORDA-YER-VAR- ONU-DÜZÜB QOŞMAĞA, ƏGƏR-İMKAN-VARSA-PULUM-AZDİ- -5- MANAT-VERİM- BES- MANATDİĞ- PATİ-ƏMİOĞLUVA-DÜZƏLDİB-VERƏ BİLƏRSƏN? 4. xx.xx.2024 16:42:51 **********72 **********42 Azer axşam menim malımı duzelet mene xeber ele meni xovseleden çıxartma aradan xormeti koturmeyek. 5. xx.xx.2024 18:23:12 **********72 **********42 Azer narmal bir şey varsa 20 man duzelt kelim. 6. xx.xx.2024 13:32:33 **********72 **********42 Salam azer neçesen pulum yoxdu vezyet pisdi sende neçdi vezyet bir şey eliye bilersen. 7. xx.xx.2024 19:22:56 **********42 **********42 Qaqam mrmem orxan malıw men cixmwam gelirem yarnı gotrmeye çatanda. 8. xx.xx.2024 15:34:03 **********80 **********42 X12 Mende De 10 X13 De Olrem. 9. xx.xx.2024 22:49:54 **********31 **********42 Zahid. Yeka.kissan.10.manata.k ora.Manim.ismi.Sarvat.eladin. Kazol. Dördüncü fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə telefon əlaqəsi saxlamış müxtəlif mobil nömrələrin kimin adına qeydiyyatda olması qeyd olunmuşdur (cild 1, iş vərəqi 122- 123). - CD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus sim-kart nömrəsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olan və həmin nömrədən çıxan zənglərdən çıxarışları, SMS-lərdən çıxarışları, nömrələrə aid ötürücü antennlər cədvəlinin, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatların və SMS-lərin açıqlanmış mətnləri köçürülmüş və "Azərfon” MMC-dən götürülmüş 01 ədəd "CD" diskə baxış keçirilmiş, baxış zamanı "CD" fomatlı disk “HP” markalı kompyuterin DVD oxuyucusu vasitəsilə açıldıqda içərisində 04 ədəd fayllar aşkar olunmuşdur. Birinci fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten əhatə dairələri qeyd olunmuşdur. İkinci fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə mobil telefon nömrəsinin "Təqsirləndirilən şəxs Hüseyn" adına qeydiyyatda olması qeyd olunmuşdur. Üçüncü fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə xx.xx.2024-cü il tarixdə saat: 19:38:03-də ***-***-**-** saylı mobil nömrə arasında "QAQAM MEN YOLDAYAM. GELİREM YARİNİ GOTRUM YOLDAYAM UJE CATRAM 15 DEQ. SEN CANİ ORDA OL" və bu kimi müxtəlif tipli mesajlar qeyd olunmuşdur. Dördüncü fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə telefon əlaqəsi saxlamış müxtəlif mobil nömrələrin kimin adına qeydiyyatda olması qeyd olunmuşdur (cild 1, iş vərəqi 124). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edildi: İstintaqa təqdim olunan bir ədəd telefon "Samsung Galaxy A22" markalı mobil telefondur, korpusun arxa hissəsi açıq göy rənglidir, ekran hissəsi sensorlu olmaqla qara rənglidir, mobil telefonun istehsal bütövlüyünün pozulması müşahidə olunmur, telefonun sağ yan hissəsində yerləşən düyməcik vasitəsi ilə onu işlək vəziyyətə gətirdikdə telefonun "Samsung Galaxy A22" sözü əks olunma videofraqment ekrana gəldikdən sonra telefonun “iş masası" ekranda görünür. İş masası üzərində yerləşən “Whatsapp” proqramına daxil olduqda orada mövcud olan yazışmalara baxış keçirən zaman "Whatsapp" proqramında olan yazışmalara baxış keçirilən zaman "Sərxan İran" kimi kontaktda qeyd olunmuş şəxslə aşağıdakı qaydada yazışmalar aşkar edilmişdir: - "Sərxan" - fotoşəkillər və konum - "Azər" - goturdum - "Sərxan" - səs yazısı (03 saniyəlik) - "Sərxan" - səs yazısı (04 saniyəlik) - "Sərxan" - Abi - "Sərxan" - buraxılmış zəng - "Sərxan" - səs yazısı (01 saniyəlik) - "Azər" - He ("Abi" yazısına cavab olaraq) - "Sərxan" - buraxılmış zəng - "Sərxan” – səs yazısı (02 saniyəlik) - "Azər" - videogörüntülü zəng -"Sərxan" - videogörüntülü zəng - "Sərxan"- Azar qaqas 2 kelo kola gutrdun "Sərxan" - taz cavab ver. "Sərxan" - səs yazısı (10 saniyəlik) - "Azər" - He goturdum - "Sərxan" - səs yazısı (08 saniyəlik) Göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs məxsus 01 ədəd "Samsung Galaxy A22" markalı mobil telefon aparatına baxış keçirilən zaman sübut əhəmiyyəti kəsb edən mesajlar və fotoşəkillər aşkar edilmişdir (cild 1, iş vərəqi 125-129). - Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ********* saylı cinayət işi üzrə əməliyyat tapşırığının icrası ilə əlaqədar Təqsirləndirilən şəxs əlaqədə olduğu şəxslərin, narkotik vasitəni aldığı Sərxan adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə bir sıra əməliyyat tədbirləri aparılsa da, müsbət nəticələr əldə etmək mümkün olmamış, lakin həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması əməliyyat yolu ilə təsdiqini tapmışdır (cild 1, iş vərəqi 130). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 877 nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqi 133). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2020 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hadisədən əvvəl və qərarda qeyd edilən əməli törədən zaman xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqi 134-135). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4765 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 136-137). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 1, iş vərəqi 147). - cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair 01 ədəd videogörüntünü əks etdirən disk, 01 ədəd "xxxx" MMC-dən və 01 ədəd "Azərfon” MMC-dən əldə edilmiş disklər iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır (cild 1, iş vərəqi 165-174). - cinayət işinin materiallarında başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 234.4-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işindən İran İslam Respublikası vətəndaşı “Sərxan” adlı şəxsin barəsində CM-nin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, icraata qəbul edilərək istintaqı aparılmışdır (cild 1, iş vərəqi 176-177). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ittiham aktında göstərilən narkotik vasitənin ona məxsus olmaması, onun iranlıya az miqdarda heroin və marixuana sifariş etməsi, lakin hadisə yerindəki narkotik vasitənin daha çox olması səbəbindən onu götürməməsi, baxış keçirilən zaman üzərində narkotik vasitə olmaması, polislər tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması və bunun nəticəsində ittiham aktında göstərilən narkotiki boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində saxlanıldıqdan dərhal sonra onun müdafiə hüququ təmin edilmiş, o, müdafiəçinin iştirakı ilə tutulmuş, daha sonra öz ərizəsi əsasında müdafiəçinin iştirakı olmadan, lakin videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı, iri həcmli bükümü təqdim edərək masanın üzərinə qoymuş, həmin bükümün içərisində heroin olduğunu bildirmiş, həmin kütlənin özünə məxsus olduğunu və həmin narkotik vasitə hesab edilən heroini xx.xx.2024-cü il tarixdə təxminən 23 radələrdə Binəqədi rayonu, Ə.Rəcəbli küçəsində olan qatar xəttinin yaxınlığından İran İslam Respublikasının vətəndaşı, adını "Sərxan" kimi bildiyi şəxsin ona izah etdiyi yerdən götürərək üzərində saxladığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra o, müdafiəçinin iştirakı ilə ilkin izahat verərək törətdiyi cinayəti etiraf etmiş və ibtidai istintaqın sonuna kimi verdiyi ifadələrində etirafedici mövqeyini dəyişməmişdir. Döyülməsi ilə bağlı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi məqamları yoxlamaq məqsədilə, məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı Bakı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilmiş və kitabçada təqsirləndirilən şəxsin təcridxanaya daxil olarkən tibbi müayinəsinin keçirildiyi, özünün xəsarət almadığını bildirməsi, habelə yeni bədən xəsarətlərinin olmadığı barədə qeydlərin olduğu müəyyən edilmişdir. Məhkəmənin Bakı şəhəri Binəqədi rayon prokurorluğuna verdiyi sorğuya cavabdan isə görünür ki, Təqsirləndirilən şəxs işgənscəyə və ya qeyri-insani rəftara məruz qalması ilə bağlı rayon prokurorluğunda hər hansı araşdırma aparılmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılarkən o, törətdiyi əməli etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024cü il tarixli, 877 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Buradan da görünür ki, hər hansı qanunsuz təsirlərə məruz qalması barədə Təqsirləndirilən şəxs nə İstintaq təcridxanasına, nə məhkəməyə, nə də ki, prokurorluğa hər hansı məlumat verməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları məhkəmədə şahid qismində dindirilərkən müvafiq suallara cavab olaraq təqsirləndirilən şəxsə qarşı hər hansı qanunsuz hərəkətə, o cümlədən fiziki və ya psixi təzyiqə yol vermədiklərini bildirmişlər. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və digər təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, həmin ifadələr işin digər materialları ilə tam uzlaşdığından daha dolğun və həqiqətə uyğun hesab edir və həmin ifadələri sübut kimi qəbul edir. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxsin iranlı və digər şəxslərlə narkotiklərin qanunsuz dövriyyəsinə (satışına) dair çoxsaylı yazışmalarını, aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını da nəzərə alır və iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətlərini yüngülləşdirmək məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməklə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni xüsusilə külli miqdarda əldə edərək saxlamaqla üzərində daşıması kifayət qədər sübuta yetirilir, onlar təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 03 (üç) ay 04 (dörd) gün vaxtından əvvəl cəzadan şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır (cild 1, iş vərəqi 89-90, 115-119). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il keçmədiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu ödənilmədən yenidən qəsdən xüsusilə ağır cinayət törətdiyindən onun əməlində cinayətin residivi mövcuddur. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını ağırlaşdıran halı, cəzasını cəzasını yüngülləşdirən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalar ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 29 aprel 2024-cü il tarixdə məhdudlaşdırılmış, o, 30 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 aprel 2024-cü 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21, 69-74, 203-207). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı 29 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2129,8 qram narkotik vasitə olan heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair 01 ədəd videogörüntünü əks etdirən disk, 01 ədəd "xxxx" MMC-dən və 01 ədəd "Azərfon” MMC-dən əldə edilmiş disklər iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 29 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2129,8 qram narkotik vasitə heroin məhv edilsin. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair 01 ədəd videogörüntünü əks etdirən disk, 01 ədəd "xxxx" MMC-dən və 01 ədəd "Azərfon” MMC-dən əldə edilmiş disklər iş materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-537/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-537/2025
07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver